❌

Normal görünüm

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.
Dünden önceki günAzerbaycanca Haberler

Bahar Muradova: Yeni Nizamnamə İlham Əliyevin YAP rəhbərliyinin davamlılığını təmin edir

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Bahar Muradova bu baxımdan Qurultayda qəbul edilən Nizamnamə ilə bağlı düşüncələrini bölüşüb:

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin və partiyamızın həyatında müstəsna əhəmiyyətə malik tarixi bir mərhələyə təsadüf edir. İndi biz artıq başqa bir tarixi reallığın içərisindəyik. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək yolunda əldə etdiyi Böyük Zəfərdən sonra dövlətimiz, cəmiyyətimiz və siyasi institutlarımız qarşısında keyfiyyətcə yeni vəzifələr, qlobal gözləntilər və tarixi məsuliyyətlər yaranmışdır. Həmçinin bu Qələbə dövlətimizin siyasi, iqtisadi, hərbi və diplomatik gücünü elə bir zirvəyə ucaldıb ki, ölkəmiz regionda tamamilə yeni reallıqlar formalaşdıran əsas qlobal aktora çevrilib.

Belə möhtəşəm tarixi şəraitdə YAPın VIII Qurultayına təqdim edilən Nizamnamə layihəsi partiyanın fəaliyyətinin hüquqi və təşkilati çərçivəsini müəyyənləşdirən mühüm siyasihüquqi sənəd kimi qiymətləndirilir.

Təqdim olunmuş yeni Nizamnamənin fəlsəfəsini tarixi siyasi irsimizi qorumaqla, onun üzərində müasir, çevik, məsuliyyətli və hüquqi baxımdan daha dəqiq tənzimlənmiş partiya quruculuğunu təmin etmək təşkil edir.

Yenilənmiş Nizamnamənin hazırlanmasının ilk mühüm əsaslarından biri onun yeni Siyasi partiyalar haqqında Qanunun tələblərinə və digər qanunvericilik aktlarına dərindən uyğunlaşdırılmasıdır. Yeni layihədə bu hüquqi tələblər partiyanın real fəaliyyət mexanizmləri ilə əlaqələndirilir, idarəetmə prosedurları və səlahiyyətlər daha dəqiq müəyyən olunur və məsuliyyət mexanizmləri konkretləşdirilir.

Yerli təşkilatların fəaliyyətinin daha aydın hüquqi və təşkilati çərçivəyə salınması idarəetmədə səlahiyyət və məsuliyyət bölgüsünü daha dəqiq çərçivələndirir. Bu isə YAP kimi böyük siyasi təşkilatda hər bir struktur səviyyəsinin funksiyasının dəqiq müəyyənləşdirilməsi qərarların icrasının səmərəliliyinə, daxili intizamın möhkəmlənməsinə və partiyanın cəmiyyətlə əlaqələrinin daha çevik qurulmasına xidmət edir.

Elektron reyestrin tətbiqi və rəqəmsal imkanlardan istifadə dəqiqlik, operativlik, şəffaflıq və müasir kommunikasiya imkanları isə keyfiyyətli idarəetmə deməkdir. Maliyyə hesabatlılığının gücləndirilməsi, audit mexanizminin tətbiqi və müvafiq hesabatların qanunvericiliyin tələblərinə uyğun təqdim olunması partiyanın maliyyə fəaliyyətində şəffaflığın və hesabatlılığın institusional əsaslarını möhkəmləndirir.

Bu, YAPın hər zaman olduğu kimi yeni və daha məsuliyyətli hazırkı dönəm üçün də cəmiyyət qarşısında məsuliyyətinin mühüm göstəricisi kimi çıxış edir, partiyadaxili intizamı və ictimai etimadı yeni səviyyəyə qaldırır. Çünki siyasi təşkilatın ictimai etimadı yalnız onun siyasi mövqeyi ilə deyil, həm də öz fəaliyyətində açıqlıq, məsuliyyət və qanunçuluq prinsiplərinə necə əməl etməsi ilə ölçülür.

Yenilənmiş Nizamnamənin mühüm istiqamətlərindən biri də partiyadaxili münasibətlərin daha aydın hüquqi çərçivəyə salınmasıdır. Partiya üzvünün hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi, qərarların qəbulunda səlahiyyətlərin bölüşdürülməsi, müraciət və şikayət mexanizmlərinin tənzimlənməsi daxili siyasi mədəniyyətin inkişafına xidmət edir. Bu, həm də partiya üzvünün hüquqi və təşkilati statusunun daha aydın müəyyən olunması deməkdir. Biz yüzminlərlə insanı birləşdirən siyasi partiyadan danışırıqsa, bu təşkilat və onun üzvü arasında münasibətlər əmənəvi olaraq YAP ın Nizamnamə sənədlərində özünün davamlı şəkildə təkmilləşdirilən formasında olduğu kimi qarşılıqlı məsuliyyətə əsaslanır.

Nizamnamədə əksini tapan ən mühüm istiqamətlərdən biri, şübhəsiz ki, Partiya Sədrinin statusu və rəhbərlik institutudur. Bu məsələyə yalnız təşkilati prosedur kimi yanaşmaq doğru olmazdı. Çünki siyasi partiyanın rəhbərliyi onun fəaliyyət istiqamətinin, siyasi xəttinin və strateji məqsədlərinin həyata keçirilməsində müəyyənedici amildir. Yeni Azərbaycan Partiyasının son illərdə keçdiyi yol bu baxımdan olduqca aydın siyasi nəticələr ortaya qoyur. Azərbaycanın bugünkü uğurlarının, dövlətimizin qüdrətinin artmasının, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının arxasında cənab İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ardıcıl, məqsədyönlü və qətiyyətli siyasət dayanır. Eyni siyasi iradə YAPın fəaliyyətinə də yeni məzmun qazandırmaqdadır. Partiya təşkilati baxımdan yenilənir, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirir, yeni nəsillərin siyasi proseslərə cəlb olunması istiqamətində imkanlarını artırır. Daha mühümü isə budur ki, YAP öz Sədrinin rəhbərliyi ilə Azərbaycanın ən böyük siyasi nailiyyətlərinin qazanılması prosesinin canlı iştirakçısıdır.
Odur ki, bizim üçün partiyanın siyasi xəttinin ardıcıllığı məsələsinin mütləq şəkildə dövlətçilik kursunun davamlılığı və əldə edilmiş tarixi nəticələrin gələcək inkişaf strategiyası ilə əlaqələndirilməsi çox mühümdür. Azərbaycanın Zəfərinin memarı, dövlətimizin bugünkü qüdrətinin əsas siyasi müəllifi olan cənab İlham Əliyevin YAPın gələcək fəaliyyətinə rəhbərlik etməsi üçün formalaşmış siyasi etimad və tarixi legitimlik, partiyanın sabitliyi və inkişafı üçün mühüm təminatdır. Məhz buna görə Nizamnamənin rəhbərlik institutunu tənzimləyən müddəaları yalnız bu günün təşkilati ehtiyaclarını deyil, partiyanın gələcək siyasi fəaliyyətinin davamlılığının təmin edilməsini də nəzərə alır. Nəticədə güclü rəhbərlik institutu ilə çevik və müasir təşkilati idarəetmənin vəhdəti partiyanın uzunmüddətli inkişafının əsas təminatçısına çevrilir.

Deməli biz bir tərəfdən siyasi xəttin ardıcıllığını qoruyur, digər tərəfdən isə həmin siyasi xəttin həyata keçirilməsi mexanizmlərini zamanın tələblərinə uyğun yeniləyirik. Məncə, yeni Nizamnamənin əsas fəlsəfəsini də məhz bu vəhdət təşkil edir.

​ Yeni dövrdə və cənab İlham Əliyevin hər zaman partiyanın qarşısına qoyduğu ali hədəflər işığında partiyanın qarşısında duran əsas vəzifələrdən biri də cəmiyyətlə siyasi dialoqun, ictimaisiyasi həmrəyliyin daha da inkişaf etdirilməsidir. Azərbaycan artıq yeni sosial, iqtisadi və demoqrafik reallıqların formalaşdığı mərhələdədir. İnsan kapitalının inkişafına yönəlmiş dövlət siyasətinin mərkəzində yüksək mənəviyyata sahib olan, milli köklərə bağlı vətəndaş dayanır. Gənclərin dünyagörüşü dəyişir, rəqəmsal mühit genişlənir, ictimai münasibətlər yeni məzmun qazanır. Bu prosesdə milli və ailə dəyərlərinin qorunması, təbliği və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət xüsusi çəkiyə malikdir. Belə ki, ailə institutunun möhkəmliyi və millimənəvi dəyərlərimiz cəmiyyətimizin dayanıqlılığının əsas təməlidir. YAP hər zaman bu dəyərlərin qoruyucusu kimi cəmiyyətə örnək fəaliyyət sərgiləyir, bir siyasi təşkilat kimi dəyişən cəmiyyətin ritminə uyğun fəaliyyət göstərir.

Yeni Nizamnamə partiyanın geniş üzv potensialından mədəni və sosial sahələrdə də daha səmərəli istifadə etmək, gənclərin və qadınların ictimaisiyasi fəallığını artırmaq, veteranların zəngin təcrübəsini yeni nəsillərə ötürmək, yerli təşkilatların cəmiyyətlə əlaqələrini daha da gücləndirmək baxımından mühüm imkanlar təqdim edir. Beləliklə, yenilənmiş Nizamnamə bir tərəfdən YAPın fəaliyyətini qanunvericiliyin müasir tələblərinə, digər tərəfdən isə partiyanın təşkilati imkanlarını yeni siyasi mərhələnin vəzifələrinə uyğunlaşdırır. Bu sənədin əhəmiyyəti həm də onun keçmişlə gələcək arasında hüquqi və siyasi körpü rolunda özünü göstərir. Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi məktəbin əsas dəyərləri qorunur, lakin həmin dəyərlərin müasir dövrdə həyata keçirilməsi üçün yeni idarəetmə mexanizmləri formalaşdırılır və partiyanın tarixi missiyasını davam etdirmə imkanları genişlənir.
​
İndi bizim qarşımızda duran vəzifələr həm miqyasına, həm də mahiyyətinə görə daha böyük və qlobal xarakter daşıyır. Qarabağın və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramının uğurlu icrası, insan kapitalının inkişafı, Türk dünyası ilə inteqrasiya əlaqələrinin dərinləşdirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması bizdən fasiləsiz və davamlı fəaliyyət tələb edir.

Cənab Prezident İlham Əliyevin qurultayda və ümumən dövlətçilik strategiyasında qarşıya qoyduğu bu fundamental hədəflər çərçivəsində, YAP cəmiyyətin avanqard qüvvəsi olaraq yeni imkanlar və geniş çərçivələr qazanır. Yeni Nizamnamə məhz bu siyasi, iqtisadi, sosial və mədəni vəzifələrin icrası üçün zəruri olan möhkəm institusional mühiti yaradır.

İqtisadi modernləşmə fonunda sosialmədəni sahələrdə aparılan işlərin dəstəklənməsi, cəmiyyətdə sağlam dəyərlər sisteminin möhkəmləndirilməsi partiyanın ictimai missiyasının tərkib hissəsidir. Siyasi sabitliyin qorunması, digər ictimaisiyasi birliklərlə sağlam əməkdaşlıq və xarici əlaqələrin milli maraqlar çərçivəsində inkişaf etdirilməsi YAPın açıq siyasi dialoq prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.

Əminəm ki, bu gün hamılıqla qəbul edəcəyimiz yeni Nizamnamə YAPın siyasi həyatında mühüm mərhələnin başlanğıcını qoymaqla, qanunvericiliyin tələblərinə uyğunluğu ilə hüquqi dayanıqlığı, dəqiqləşdirilmiş prosedurları ilə təşkilati səmərəliliyi, şəffaflıq və hesabatlılıq mexanizmləri ilə ictimai etimadı, rəhbərlik və idarəetmə prinsipləri ilə isə siyasi davamlılığı daha möhkəm təmin edəcəkdir. Ən başlıcası isə bu Nizamnamə qalib Azərbaycanın yeni inkişaf mərhələsində Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün daha müasir və çevik təşkilati və hüquqi əsaslar yaradacaqdır.

Nizamnamənin hüquqi yenilikləri qədər onun arxasında dayanan dərin siyasi məna da mühüm əhəmiyyət kəsb edir. Biz böyük bir siyasi yolun davamçılarıyıq. Ulu Öndər Heydər Əliyevin yaratdığı bu siyasi məktəb bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi məzmun qazanıb. Azərbaycanın bugünkü inkişafının, qüdrətinin və Zəfərinin arxasında məhz cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Ölkədəki digər ictimaisiyasi birliklərin və təşkilatların Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki aparıcı rolunu dəstəkləməsi məhz bu liderliyin və ümummilli həmrəyliyin bariz göstəricisidir. Cənab İlham Əliyevin partiyamıza rəhbərliyi isə birmənalı olaraq siyasi kursun ardıcıllığı, dövlətçilik xəttinin sabitliyi və strateji hədəflərin davamlı şəkildə həyata keçirilməsi üçün ən etibarlı təminatdır.
Bu baxımdan Yeni Nizamnamədə rəhbərlik institutunun tənzimlənməsi xalqın və partiyanın etimadını qazanmış siyasi rəhbərliyin davamlılığının təmin edilməsinin hüquqi təminatıdır.

Yeni Nizamnamə Partiyanın siyasi əməkdaşlıq imkanlarını da müasir mərhələnin tələblərinə uyğunlaşdırır. Digər siyasi partiyalar və birliklərlə əməkdaşlıq, siyasi ittifaqlarda iştirak, xarici siyasi partiyalar və ictimai birliklərlə əlaqələrin inkişaf etdirilməsi YAPın açıq siyasi dialoq və əməkdaşlıq prinsiplərinə sadiqliyini ifadə edir.

Eyni zamanda, bu münasibətlərin əsasında Azərbaycanın milli maraqları, dövlətçilik prinsipləri və siyasi sabitliyin qorunması dayanır. İndi biz bu strateji hədəflərə çatmaq yolunda varisliklə yenilənmənin, siyasi ənənə ilə müasir idarəetmənin vəhdəti kimi partiyamıza daha böyük çeviklik qazandıracaq bu Nizamnaməni qəbul etməklə YAPın qarşıdakı mərhələdə hansı idarəetmə mədəniyyəti və məsuliyyəti ilə fəaliyyət göstərəcəyini də bəyan edirik.

Əminəm ki, Heydər Əliyevin dövlətçilik məktəbi, İlham Əliyevin müasir liderlik modeli və üzvlərimizin sarsılmaz birliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da dayanıqlı inkişafımızın və milli həmrəyliyimizin əsas siyasi dayağı olacaqdır.

Qoy Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qalib Azərbaycanımızı yeni inkişaf yolunda daha böyük uğurlara aparsın!

Zəfərimiz əbədi, dövlətçiliyimiz sarsılmaz, Yeni Azərbaycan Partiyasının yeni uğurlar və yeni zəfərlər yolu isə daim açıq olsun!.


AzVision.az

İlham Əliyev: "Bizə heç kim kömək etməyib"

Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışında Prezident İlham Əliyev deyib. O bildirib ki, bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib: Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq.

“Onlardan 10 qat güclü olmalıyıq” – İlham Əliyev

Sual oluna bilər: biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıqaydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib, Prezident deyib.

Dövlət başçısı bildirib ki, yaşlı nəsil ermənilərin şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaxşı xatırlayır: Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq. Ona görə bu, birinci amildir.

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

14 oktyabr tarixlərini əhatə edən sərgidə azərbaycanlı sənətkarlardan Mətanət Mirzəliyeva ənənəvi ipək kəlağayı nümunələrini, Səməni Qasımova isə kilim nümunələrini təqdim edir. Onlar ziyarətçiləri bu sənətlərin arxasındakı ustalıq və hekayələrlə tanış edirlər. Əl işləri Azərbaycanın nəsildənnəslə ötürülən, bu gün də yaşadılan sənətkarlıq ənənələrinə yaxından nəzər salmaq imkanı yaradır.

Ziyarətçilər təqdim olunan nümunələr və onları hazırlayan sənətkarlar vasitəsilə kəlağayının, kilimlərin hazırlanma texnikaları, eləcə də bu sənətlərə özünəməxsusluq verən mədəni ənənələr haqqında məlumat əldə edirlər. Təqdimatın mərkəzində irsi yaşadan insanlar və onların əməyi dayanıb. Bu yanaşma ənənəvi sənətkarlığın Azərbaycanın bugünkü mədəni həyatındakı yerini göstərir.

Qeyd edək ki, Türkiyənin əl sənətləri, dizayn və mədəni irs sahəsində aparıcı beynəlxalq platformalarından biri olan CraftIstanbulun 7ci sərgisi 220 sərgi iştirakçısını, 600dən çox sənətkar və dizayneri, eləcə də 50 beynəlxalq iştirakçını bir araya gətirir. Dörd gün ərzində sərgidə 150yə yaxın seminar və müxtəlif fəaliyyət təşkil olunacaq. Tədbir 30 mindən çox ziyarətçi qəbul edir.

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Tədbirdə 40a yaxın səyahət agentləri və turoperatorları iştirak edib. İştirakçılara Azərbaycanın turizm imkanları, o cümlədən Bakı və Şəki şəhərlərinin turizm potensialı, ölkənin İpək Yolu irsi, həmçinin dağ piyada marşrutları və qış turizm imkanları haqqında məlumat verilib.

ATB həmçinin aparıcı səyahət agentləri ilə fərdi görüşlər keçirərək mümkün əməkdaşlıq imkanlarını müzakirə edib, Azərbaycanı Avstriya bazarında daha geniş şəkildə tanıtmaq üçün yeni imkanları nəzərdən keçirib.

Qeyd edək ki, Avstriya bazarından Azərbaycana artan maraq turist səfərlərinin sayında da özünü göstərir. Belə ki, 2026cı ilin yanvaravqust aylarında Avstriyadan Azərbaycana gələn ziyarətçilərin sayı 2025ci ilin eyni dövrü ilə müqayisədə 5% artıb.

Afaq Yusiflinin təhsilhaqqı tam şəkildə ödənildi

Afaq Yusiflinin təhsilhaqqı qismən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində ödənilirdi. Nazirlik bu istiqamətdə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdi. Buna baxmayaraq, digər tərəf vəsaiti vaxtında köçürmədiyinə görə təhsilhaqqının ödənilməsində problem yaranmışdı.

Afaq Yusiflinin təhsil haqqının ödənilməsi tam şəkildə başa çatıb, vəsaitin qalan hissəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyindəki Kino Agentliyi tərəfindən Melburn Universitetinin hesabına köçürülüb.

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları, deyə dövlətimizin başçısı vurğulayıb.

Hacıyev: Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər prosesə müsbət təsir edəcək

Bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentinin köməkçisi vurğulayıb ki, illərlə davam edən münaqişədən əziyyət çəkən nəsil bölgədə davamlı və dayanıqlı sülhün bərqərar olacağına ümid edir. Biz Azərbaycan və Ermənistanın gələcək nəsillərinin münaqişədən əziyyət çəkməsini istəmirik. Düşünürəm ki, Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək. Biz Ermənistan xalqının Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik, deyə Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin olması bizi narahat edir

Azvision.az xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, hazırda Ermənistan cəmiyyətində də görülən müəyyən tendensiyalar narahatedicidir. Revanşist qüvvələr hələ də cəmiyyətdə kifayət qədər güclüdür. Daha bir narahatedici məqam isə revanşizmin Ermənistan gəncləri arasında da mövcud olmasıdır. Təəssüf ki, onlar hələ də prosesə revanşizm düşüncəsi ilə yanaşırlar. Bu səbəbdən Ermənistan Hökuməti öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışmalıdır.

Azərbaycan tərəfi olaraq bizim strateji qətiyyətimiz var. Məqsədimiz sülh gündəliyini həyata keçirmək, onu ərazidə möhkəmləndirmək və sülh konsepsiyasına əsaslanan regional arxitektura qurmaqdır. Bu, Azərbaycan və Ermənistan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə bilər,deyə Prezidentinin köməkçisi bildirib.

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Azvision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib.

Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu, deyən dövlətimizin başçısı bildirib ki, bütün bunları biz heç vaxt unutmamalıyıq.

Prezident: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

Bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.

Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev və İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov finala yüksələn və ölkəmizi təmsil edən komandalarla görüşüblər, onların uğurlarını yüksək qiymətləndiriblər və iştirakçıları təbrik ediblər. 41 komandada təmsil olunan gənclərin bu sahədə əldə etdikləri nailiyyətlərin ölkəmizin texnoloji inkişafına mühüm töhfə olduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış Protokola əsasən yaradılan Bilim Bakı mərkəzi TEKNOFESTin Azərbaycandakı rəsmi koordinatorudur. Festivalda ölkəmizi təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar hazırlıq mərhələlərini məhz bu mərkəzdə keçiriblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib.

2018ci ildən etibarən keçirilən TEKNOFEST innovasiya, startap və texnologiya sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri kimi tanınır. Festivalın əsas məqsədlərindən biri gənclərin texnologiya və elm sahələrinə marağının artırılması, həmçinin onların inkişafına şərait yaradılmasıdır.

Uşaqların virtual dünyası: təhlükə harada başlayır?

İnternet və rəqəmsal texnologiyalar artıq uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Telefon və planşet onlar üçün həm öyrənmək, həm ünsiyyət, həm də əyləncə vasitəsidir. Lakin ekran qarşısında keçirilən vaxtın artması yeni riskləri də gündəmə gətirir.

Saatlarla oyun oynamaq və sosial şəbəkələrdə vaxt keçirmək uşağın yuxu rejiminə, fiziki aktivliyinə və gündəlik fəaliyyətinə təsir göstərə bilər. Daha ciddi təhlükə isə kiberməkanda qarşılaşılan risklərdir. Tanımadığı şəxslərlə ünsiyyət, kiberzorakılıq, şəxsi məlumatların paylaşılması, zərərli məzmun və təhlükəli onlayn çağırışlar uşaqlar üçün real təhlükəyə çevrilə bilər.

Bu səbəbdən uşaqların müdafiəsi yalnız internetə çıxışın məhdudlaşdırılması ilə bitmir. Onlara rəqəmsal mühitdə təhlükəni tanımaq, şəxsi məlumatlarını qorumaq və riskli vəziyyətdə düzgün qərar vermək bacarığı da aşılanmalıdır.

Sağlam həyat tərzi də artıq yalnız düzgün qidalanma və fiziki aktivliklə məhdudlaşmır. Müasir dövrdə uşağın virtual mühitdə təhlükəsiz davranışı da onun sağlamlığı və təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Bu baxımdan ailə, məktəb və cəmiyyətin birgə maarifləndirici fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin Uşaqların zərərli vərdişlərdən qorunması layihəsi çərçivəsində mediada maarifləndirici məqalələrlə çıxış edir.

Uşağı internetdən uzaqlaşdırmaq çıxış yolu deyil

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın sözlərinə görə, uşaqları internetdən və mobil telefonlardan tamamilə uzaq tutmaq mümkün olmadığı üçün əsas məqsəd onların virtual məkandan təhlükəsiz istifadəsini təmin etməkdir.

Deputat hesab edir ki, bunun üçün məktəblərdə rəqəmsal təhlükəsizlik və media savadlılığı üzrə xüsusi dərslər və maarifləndirici tədbirlər təşkil olunmalı, valideynlər üçün təhlükəsiz internet istifadəsi ilə bağlı proqramlar həyata keçirilməlidir.

O, həmçinin uşaqlar üçün nəzərdə tutulan platformalarda valideyn nəzarəti mexanizmlərinin gücləndirilməsini, zərərli məzmunların aşkarlanması və silinməsində süni intellekt texnologiyalarından daha geniş istifadəni, sosial media şirkətlərinin məsuliyyət mexanizmlərinin gücləndirilməsini vacib hesab edir.

Jalə Əliyeva sosial şəbəkələrdən istifadə qaydalarının təkmilləşdirilməsinin və yaş məhdudiyyətlərinin tətbiqinin də uşaqların informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu vurğulayır.

Onun sözlərinə görə, sosial şəbəkələr artıq yalnız ünsiyyət platforması deyil, uşaqların dünyagörüşünə, davranışlarına, psixoloji vəziyyətinə və dəyərlər sisteminə təsir göstərən mühüm informasiya məkanına çevrilib.

Deputat İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna dəyişikliklərin sosial şəbəkə platformalarının Azərbaycanda hüquqi məsuliyyətinin müəyyənləşdirilməsi və onların fəaliyyətinin daha şəffaf və hesabatlı olması baxımından əhəmiyyət daşıdığını bildirir.

O qeyd edir ki, uşaqların yaşlarına uyğun olmayan, onların fiziki, mənəvi və psixoloji inkişafına mənfi təsir göstərə biləcək məzmunlardan qorunması üçün əlavə mexanizmlərin yaradılması vacibdir.

Uşaqların təhlükəsizliyi təkcə küçədə və ya məktəbdə deyil, həm də telefon ekranının arxasında təmin edilməlidir, deyə deputat vurğulayır.

Kiberməkanda təhlükə necə tanınmalıdır?

Uşaq hüquqları və uşaqların müdafiəsi sahəsi üzrə ekspert Kəmalə Aşumovanın fikrincə, uşağı internetdən uzaqlaşdırmaq çıxış yolu deyil. Əsas məsələ onu təhlükəsiz rəqəmsal davranışa hazırlamaqdır.

Ekspert bildirir ki, uşağa kiçik yaşlarından izah edilməlidir: real həyatda tanımadığı insanla necə ehtiyatlı davranırsa, internetdə də eyni qaydalara əməl etməlidir. Şəxsi məlumatlar, parollar, ünvan, məktəb, telefon nömrəsi və şəxsi görüntülər tanımadığı şəxslərlə paylaşılmamalıdır.

Onun sözlərinə görə, uşaq internetdə təhdid, şantaj və ya narahatedici mesajlarla qarşılaşdıqda problemi gizlətməməlidir. Belə hallarda ekran görüntüsünü saxlamaq, həmin hesabı bloklamaq və etibar etdiyi böyüyə məlumat vermək lazımdır.

Ən əsası isə uşağa deməliyik: Nəyin baş verməsindən asılı olmayaraq, mənə deyə bilərsən. Səni günahlandırmayacağam, deyə K.Aşumova vurğulayır.

Ekspert qeyd edir ki, kiberməkandakı təhlükələr yalnız tanımadığı şəxslərlə ünsiyyət və zərərli məzmunla məhdudlaşmır. Kiberzorakılıq, onlayn manipulyasiya və istismar, şəxsi məlumatların və görüntülərin icazəsiz paylaşılması, saxta hesablar, dələduzluq, yaşa uyğun olmayan məzmun və süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər də uşaqlar üçün ciddi risklər yaradır.

Roblox sadəcə oyun deyil

Kəmalə Aşumova valideynlərin son vaxtlar xüsusilə narahat olduğu onlayn oyun platformalarına da diqqət çəkir.

Xüsusilə Roblox və digər onlayn oyun platformalarına diqqət yetirmək lazımdır. Bu platformalar uşaqlar arasında çox geniş istifadə olunur və onları sadəcə oyun kimi qiymətləndirmək düzgün deyil. Çünki müasir onlayn oyunlarda uşaqlar digər istifadəçilərlə ünsiyyət qurur, müxtəlif məzmunlarla qarşılaşır, virtual münasibətlər yaradır və bəzən platformadan kənar kommunikasiya kanallarına yönləndirilə bilirlər, deyə ekspert bildirir.

Onun sözlərinə görə, uşağın neçə saat oyun oynaması qədər həmin rəqəmsal mühitin onun emosional vəziyyətinə, davranışlarına və sosial münasibətlərinə təsiri də diqqətdə saxlanılmalıdır.

Uşağın özünə qapanması, emosional gərginliyinin artması, aqressiv və ya qeyriadi davranışlar göstərməsi, ailə üzvləri ilə münasibətlərinin kəskin dəyişməsi valideyn üçün diqqət siqnalı olmalıdır.

Ekspert bəzi hallarda uşaqların təhlükəli çağırışlara, özünə zərər verməyə yönəldən məzmunlara və psixoloji manipulyasiyaya məruz qala biləcəyini də bildirir.

Valideyn nəzarəti kifayətdirmi?

K.Aşumovanın fikrincə, uşaqların rəqəmsal təhlükəsizliyi yalnız valideynlərin üzərinə qoyulmamalıdır. Platformalar, dövlət qurumları, məktəblər və cəmiyyət də bu prosesdə məsuliyyət daşıyır.

Bununla belə, valideyn uşağın gündəlik rəqəmsal həyatına ən yaxın şəxsdir. Ona görə də valideyn uşağın internetdə nə qədər vaxt keçirdiyini, hansı platforma və oyunlardan istifadə etdiyini bilməlidir.

Ekspert valideynlərə istifadə olunan oyun və platformaları araşdırmağı, onların təhlükəsizlik imkanları ilə tanış olmağı tövsiyə edir. Məqsəd valideyni oyunçuya çevirmək deyil, uşağın daxil olduğu rəqəmsal mühit barədə məlumatlandırmaqdır.

Lakin valideyn nəzarəti də təkbaşına kifayət etmir. Uşaqla danışmaq, onu dinləmək, qınamamaq və günahlandırmamaq vacibdir.

Əgər uşaq hansısa oyunda və ya internetdə təhlükəli vəziyyətlə qarşılaşıbsa, ilk reaksiyamız Mən sənə demişdim! olmamalıdır. Uşaq bilməlidir ki, başına nə gəlməsindən asılı olmayaraq, valideyninə danışa bilər, deyə ekspert bildirir.

Onun fikrincə, əsas məqsəd uşağın qarşısına yalnız qadağalar qoymaq deyil. Uşaqları real sosial münasibətlərə, idmana, yaradıcılığa, dostları və ailələri ilə canlı ünsiyyətə yönləndirmək də vacibdir.

Uşaq özünü təhlükədə hiss edirsə, kiberzorakılığa, təhdidə, şantaja və ya onu narahat edən digər onlayn vəziyyətə məruz qalırsa, tək qalmamalıdır. O, valideyninə, müəlliminə, məktəb psixoloquna və ehtiyac olduqda Azərbaycan Uşaq və Qadın Qaynar Xəttinin 116111 nömrəsinə müraciət edə bilər.

Bu gün uşaqların rəqəmsal təhlükəsizliyi artıq yalnız texnologiya məsələsi deyil. Bu, uşağın hüquqları, psixoloji rifahı, ailə münasibətləri və təhlükəsizliyi ilə birbaşa bağlı olan ciddi uşaq müdafiəsi məsələsidir, deyə K.Aşumova vurğulayır.

Bu məqalə QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin Uşaqların zərərli vərdişlərdən qorunması layihəsi çərçivəsində hazırlanıb.


Azərbaycanın taleyində yeni səhifə

Bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək 3 oktyabrın tarixisiyasi mahiyyətini tam ifadə etmir. Çünki söhbət həmin dövrdə təkcə hakimiyyətin dəyişməsindən deyil, dövlətin özünün qorunub saxlanılmasından gedirdi. Azərbaycan müstəqilliyinin ilk illərində olduqca mürəkkəb sınaqlardan keçirdi. ErmənistanAzərbaycan münaqişəsinin doğurduğu ağır nəticələr, ərazilərin işğalı, iqtisadi böhran, siyasi qarşıdurmalar, idarəetmədə xaos, müxtəlif silahlı qrupların meydana çıxması və vətəndaş qarşıdurması təhlükəsi dövlət müstəqilliyinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı.

Belə bir tarixi şəraitdə Azərbaycan cəmiyyətinin böyük dövlətçilik təcrübəsinə malik siyasi xadimə üz tutması təsadüfi deyildi. Onun adı artıq uzun illər ərzində peşəkar idarəçilik, siyasi iradə və dövlətçilik anlayışları ilə bağlı idi. Azərbaycan SSRə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasəti, respublikanın iqtisadi və sosial potensialının artırılması, milli kadrların yetişdirilməsi, daha sonra isə Sovet İttifaqının rəhbərliyində tutduğu yüksək vəzifələr ona böyük siyasi təcrübə qazandırmışdı. Müstəqilliyin ilk illərində yaranmış böhranlı vəziyyətin mürəkkəbliyini dərk etmək və bu böhrandan çıxış yolları müəyyənləşdirmək üçün belə zəngin təcrübə mühüm əhəmiyyət daşıyırdı.

1993cü ilin iyununda Ulu Öndərin Bakıya qayıdışı ölkənin siyasi həyatında yeni mərhələnin başlanmasına səbəb oldu. Qarşıda dayanan ilk vəzifə hakimiyyət uğrunda mübarizəni daha da dərinləşdirmək deyil, dövlətin dağılmasının qarşısını almaq, ölkədə sabitliyi bərpa etmək, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək və cəmiyyətin gələcəyə inamını qaytarmaq idi. O, son dərəcə mürəkkəb vəziyyətdə siyasi məsuliyyəti üzərinə götürdü və dövlətçilik naminə ən çətin qərarları qəbul etdi.

Həmin dövrdə söylədiyi bir fikir onun siyasi düşüncəsinin əsas mahiyyətini aydın şəkildə ifadə edirdi: Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.

Bu fikir onun bütün siyasi fəaliyyətinin əsas məntiqini özündə əks etdirirdi. Azərbaycan öz taleyinin sahibi olmalı idi. Dövlət müstəqilliyi formal anlayışdan real siyasi və iqtisadi suverenliyə çevrilməli, dövlətin qərarları milli maraqlara əsaslanmalı, ölkənin gələcəyi kənardan deyil, məhz Azərbaycanın özü tərəfindən müəyyən edilməli idi.

1993cü ilin oktyabrında xalqın böyük etimad göstərərək Ulu Öndəri dövlət başçısı seçməsi də məhz belə mürəkkəb şəraitdə baş verdi. Azərbaycan xalqı qarşısında dayanan əsas məsələ sabit və işlək dövlət qurmaq, müstəqilliyi qorumaq və gələcək inkişaf üçün möhkəm təməl yaratmaq idi.

Prezident seçildikdən sonra andiçmə mərasimində xalqa müraciət edən görkəmli dövlət xadimi demişdi: Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.

Bu sözlər qarşıdakı onilliyin siyasi fəaliyyətinin əsas istiqamətini müəyyənləşdirən bir vəd idi. Qarşıda böyük və çətin işlər dayanırdı. İlk növbədə ölkədə sabitlik yaradılmalı, dövlət institutları möhkəmləndirilməli, hüquqi dövlət quruculuğunun əsası qoyulmalı, iqtisadiyyatın dağılmasının qarşısı alınmalı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yeri təmin edilməli idi.

Ən böyük vəzifələrdən biri isə müstəqilliyin özünün qorunması idi.

Ulu Öndər üçün dövlətçilik anlayışı yalnız dövlət aparatının fəaliyyəti demək deyildi. Dövlətçilik milli iradənin, milli maraqların, ərazi bütövlüyünün, hüquqi sistemin, millimənəvi dəyərlərin və gələcək nəsillərin təhlükəsizliyinin qorunması idi. O deyirdi: Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır.

Bu baxış sonrakı dövlət quruculuğu proseslərində öz aydın ifadəsini tapdı. 1995ci il noyabrın 12də müstəqil Azərbaycanın Konstitusiyasının ümumxalq səsverməsi ilə qəbul edilməsi dövlətçilik tariximizin mühüm hadisələrindən birinə çevrildi. Əsas Qanun Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi, hakimiyyət bölgüsü prinsipini təsbit etdi, insan hüquq və azadlıqlarının dövlət tərəfindən qorunmasını fundamental norma kimi müəyyən etdi.

Ümummilli Liderin Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq sözləri onun dövlət quruculuğu fəlsəfəsinin mahiyyətini aydın göstərirdi. Demokratiya, hüquqi dövlət və dünyəvilik Azərbaycanın müstəqil inkişaf yolunun mühüm dayaqları kimi təqdim olunurdu.
Demokratiya haqqında söylədiyi başqa bir fikir də diqqətəlayiqdir: Demokratiya bizim üçün xaricdən gətirilmə bir dəyər deyildir, bu, Azərbaycan xalqının öz istəyidir, onun özünün müəyyən etdiyi, getmək istədiyi yoldur.

Bu yanaşmada milli dövlətçiliklə ümumbəşəri dəyərlər qarşıqarşıya qoyulmur, əksinə, onlar birbirini tamamlayan anlayışlar kimi nəzərdən keçirilirdi. Milli maraqlar, dövlətçilik, insan hüquqları, hüququn aliliyi və dünyəvilik vahid dövlət quruculuğu fəlsəfəsinin mühüm sütunlarına çevrilirdi.

Müstəqil dövlətin siyasi dayaqları ilə yanaşı, iqtisadi dayaqları da möhkəmləndirilməli idi. Azərbaycanın qarşısında duran ən mühüm məsələlərdən biri ölkənin zəngin enerji resurslarını milli inkişaf strategiyasına çevirmək idi. 1994cü il sentyabrın 20də imzalanan Əsrin müqaviləsi bu baxımdan Azərbaycanın müasir tarixində yeni səhifə açdı.

Bu müqavilə Azərbaycanı beynəlxalq enerji layihələrinin mühüm iştirakçısına çevirdi. Xarici investisiyaların ölkəyə cəlb edilməsi, neft hasilatının və ixracının genişləndirilməsi, yeni nəqliyyat və enerji marşrutlarının yaradılması ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artırdı.

BakıNovorossiysk, BakıSupsa və daha sonra BakıTbilisiCeyhan neft kəmərləri, BakıTbilisiƏrzurum qaz kəməri Azərbaycanın enerji siyasətinin praktiki nəticələrinə çevrildi. Beləliklə, Xəzərin enerji resursları yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də milli və regional inkişaf siyasətinin mühüm alətinə çevrildi.

Ulu Öndərin neft strategiyasının uzaqgörənliyi sonrakı illərdə daha aydın göründü. Prezident İlham Əliyev də müxtəlif çıxışlarında Azərbaycanın iqtisadi və siyasi imkanlarının formalaşmasında həmin strategiyanın mühüm rolunu vurğulayıb.

Dövlət başçısının Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir fikri də bu tarixi varislik kontekstində xüsusi məna daşıyır. Çünki müasir Azərbaycanın siyasi, iqtisadi və institusional əsaslarının formalaşmasında Ulu Öndərin fəaliyyətinin mühüm yeri olduğu vurğulanır.
Milli dövlətçilik konsepsiyasının digər mühüm istiqaməti azərbaycançılıq ideologiyası idi. Dahi şəxsiyyət Azərbaycan dövlətinin milli ideologiyasının əsasını azərbaycançılığın təşkil etdiyini bildirirdi: Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, millimənəvi dəyərlər, ümumbəşəri dəyərlər bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir.
Azərbaycançılıq ideyası milli mənsubiyyət, dil, mədəniyyət, tarix, millimənəvi dəyərlər və dövlətçilik anlayışlarını vahid məfkurədə birləşdirirdi. Bu ideya Azərbaycanın sərhədləri daxilində yaşayan insanlarla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları da ümumi milli kimlik ətrafında birləşdirən ideoloji dayağa çevrildi.

2001ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında Ümummilli Lider deyirdi: Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı Azərbaycanın dilini, mədəniyyətini, millimənəvi dəyərlərini, adətənənələrini yaşatmalıyıq.

Bu sözlər milli dövlətçilik anlayışının mahiyyətini açıq şəkildə göstərirdi. Dövlət yalnız siyasi institutlar sistemi deyil, həm də xalqı birləşdirən mənəvi məkandır. Milli yaddaş, dil, mədəniyyət və mənəvi dəyərlər dövlətçilik şüurunun ayrılmaz hissəsinə çevrilirdi.

Dahi liderin siyasi fəaliyyətinin digər mühüm istiqaməti Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi idi. Müstəqilliyin ilk illərində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini yenicə müəyyənləşdirirdi. Qarşıda duran əsas vəzifələrdən biri ölkənin müstəqil xarici siyasət kursunun formalaşdırılması, müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərin qurulması, Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiə edilməsi idi.

Görkəmli dövlət xadimi bu siyasəti tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kimi qurmağa çalışırdı. Azərbaycanın enerji və nəqliyyat layihələrində iştirakı, beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi, AvropaQafqazAsiya nəqliyyat dəhlizinin inkişafında rolu və müxtəlif dövlətlərlə münasibətlərin qurulması ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə təsir göstərdi.

Qarabağ məsələsi də onun xarici siyasətinin əsas istiqamətlərindən biri idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi beynəlxalq təşkilatların gündəliyində saxlanılır, ErmənistanAzərbaycan münaqişəsinin həlli üçün diplomatik səylər göstərilirdi.

Bu siyasi fəaliyyətin miqyasını yalnız Azərbaycanın daxili həyatı ilə məhdudlaşdırmaq mümkün deyil. O, beynəlxalq siyasətdə də özünəməxsus üslubu ilə seçilən dövlət xadimi kimi tanınırdı. Siyasi portretində güclü yaddaş, geniş dünyagörüşü, diplomatik çeviklik, hadisələrin mahiyyətinə nüfuz etmək bacarığı və milli maraqları qorumaq iradəsi xüsusi yer tuturdu.

Dünya siyasətçilərinin onun haqqında söylədiyi fikirlər də bu nüfuzun ifadələrindən biri kimi yadda qalıb. Rusiya Prezidenti Vladimir Putin Ulu Öndəri böyük dövlət xadimi və siyasi nəhəng adlandırmışdı. Bu ifadələr onun siyasi fəaliyyətinin yalnız Azərbaycan çərçivəsində deyil, daha geniş coğrafiyada da diqqət çəkdiyini göstərən qiymətləndirmələrdən biridir.

Onun siyasi məktəbi həm də natiqlik mədəniyyəti ilə seçilirdi. Mürəkkəb məsələləri sadə və anlaşıqlı şəkildə ifadə etmək, müxtəlif auditoriyalarla ünsiyyət qurmaq, fikrini konkret və məntiqli şəkildə çatdırmaq bacarığı siyasi portretinin mühüm cəhətlərindən idi. Çıxışlarında dövlətçilik, müstəqillik, milli birlik və Azərbaycanın gələcəyi mövzuları xüsusi yer tuturdu.

Bəlkə də bu siyasi düşüncənin ən güclü tərəfi gələcəyə baxışda idi. O, yalnız öz dövrünün problemləri haqqında danışmır, gələcək Azərbaycanın necə bir dövlət olmalı olduğu barədə də düşünürdü.

Bizim, Azərbaycan dövlətinin çox gözəl gələcəyi var. Biz bu gələcəyi müstəqillik yolunda görürük. Azərbaycan üçün dövlət müstəqilliyi tarixi nailiyyətdir, ən böyük sərvətdir, — deyirdi.

Bu fikirdə onun bütün siyasi fəaliyyətinin ana xəttini görmək mümkündür: müstəqillik, dövlətçilik, milli birlik, inkişaf və gələcəyə inam.
1998ci ildə andiçmə mərasimində də Azərbaycanın gələcəyinə nikbin münasibətini ifadə etmişdi: Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir.

Bu gələcək təsəvvürü sonrakı illərdə Azərbaycanın siyasi və iqtisadi həyatında həyata keçirilən proseslərlə davam etdirildi.
2003cü ildən sonra həmin siyasi xəttin davam etdirilməsi məsələsi Azərbaycan dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyev də çıxışlarında atasının siyasi irsini Azərbaycanın müasir inkişafının mühüm əsaslarından biri kimi xarakterizə edib.
Dövlət başçısının Biz Heydər Əliyev siyasətinə sadiqik fikri siyasi varislik anlayışını ifadə edən mühüm tezislərdən biridir. Bu yanaşmanın əsas məzmununda dövlət müstəqilliyinin qorunması, iqtisadi potensialın artırılması, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və dövlət quruculuğu proseslərinin davam etdirilməsi dayanır.

1993cü ildə qarşısında dayanan Azərbaycan ilə sonrakı illərdə formalaşan Azərbaycan arasında böyük tarixi məsafə var. Lakin həmin dəyişikliklərin başlanğıc nöqtələrindən biri kimi 3 oktyabr 1993cü il xüsusi əhəmiyyət daşıyır.

O gün Azərbaycan xalqının qarşısında duran məsələ yalnız yeni prezident seçmək deyildi. Qarşıda dövlətin taleyi dayanırdı.
Ölkənin sabitliyə ehtiyacı vardı. İqtisadiyyatın dirçəldilməsinə ehtiyac vardı. Hüquqi dövlət qurulmalı, dövlət institutları möhkəmləndirilməli, Azərbaycan dünyaya özünü müstəqil dövlət kimi təqdim etməli, milli birlik və dövlətçilik ideyası daha da gücləndirilməli idi.
Bu böyük siyasi missiya birbiri ilə əlaqəli istiqamətləri vahid dövlətçilik konsepsiyasında birləşdirdi.

Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır, — deyən Ulu Öndər müstəqilliyin qorunmasını həyatının ən mühüm siyasi məqsədlərindən biri kimi təqdim edirdi.
Bu gün 3 oktyabr 1993cü il haqqında düşünərkən həmin tarixi yalnız keçmişin bir səhifəsi kimi deyil, Azərbaycanın müasir dövlətçilik tarixinin formalaşmasında mühüm mərhələ kimi xatırlamaq mümkündür.
Çünki tarix yalnız baş verən hadisələrin ardıcıllığı deyil. Tarix həm də qəbul edilmiş qərarların, müəyyən edilmiş siyasi kursun və gələcəyə yönəlmiş iradənin nəticəsidir.

Ulu Öndərin siyasi fəaliyyətinin Azərbaycan tarixində ən mühüm cəhətlərindən biri də məhz budur: müstəqilliyi yalnız əldə edilmiş tarixi nailiyyət kimi deyil, hər gün qorunmalı və möhkəmləndirilməli olan milli sərvət kimi qəbul edirdi.
Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir, — deyirdi.
Bu sözlər dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edir.
Azərbaycanın müstəqilliyi onun üçün siyasi məqsəddən daha böyük məna daşıyırdı. Bu, xalqın milli iradəsinin ifadəsi, tarixi yaddaşın nəticəsi və gələcək nəsillər qarşısında məsuliyyət idi.

Ulu Öndərin siyasi irsi haqqında müxtəlif ölkələrin və müxtəlif siyasi məktəblərin nümayəndələri tərəfindən çoxsaylı fikirlər səsləndirilib. Lakin onun öz sözləri bu irsin mahiyyətini daha aydın ifadə edir:
Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir.
Bu məqsədin arxasında bir dövlət xadiminin bütün siyasi həyatını müəyyənləşdirən əsas düşüncə dayanırdı: Azərbaycanın müstəqil, güclü və gələcəyə inamla baxan dövlət kimi yaşaması.

3 oktyabr 1993cü il də məhz bu böyük dövlətçilik yolunun yadda qalan tarixlərindən biridir.
O tarixdən ötən illər ərzində Azərbaycan dövlətçiliyinin müxtəlif mərhələləri yaşanıb, ölkənin siyasi, iqtisadi və beynəlxalq həyatında mühüm dəyişikliklər baş verib. Lakin müasir Azərbaycanın siyasi tarixində Ulu Öndərin adı ilə bağlı olan 1993cü il mərhələsi dövlət quruculuğunun əsas dönüş nöqtələrindən biri kimi yadda qalır.

Bu tarix bizə bir daha xatırladır ki, müstəqillik yalnız qazanılmır — qorunur, möhkəmləndirilir və gələcək nəsillərə ötürülür.
Milli Liderin siyasi irsinin əsas qayəsi də elə bundan ibarət idi: müstəqil Azərbaycan dövlətini yaşatmaq, onun dayaqlarını möhkəmləndirmək və gələcək nəsillərə daha güclü dövlət miras qoymaq.
Onun sözləri ilə desək:
İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur.
Və bu fikrin ardınca söylədiyi sözlər Azərbaycan dövlətçiliyi haqqında düşüncənin ən təsirli ifadələrindən biri olaraq qalır:
...bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.

3 oktyabr 1993cü il tarixinin siyasi və tarixi mənası da məhz bu dövlətçilik düşüncəsi ilə bağlıdır. Həmin tarixdən başlayan mərhələ Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, öz siyasi və iqtisadi yolunu müəyyənləşdirməsi, milli ideologiyasını formalaşdırması və beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirməsi ilə yadda qaldı.
Bu baxımdan 3 oktyabr yalnız bir seçkinin tarixi deyil.
Bu, müstəqil Azərbaycan dövlətçiliyinin taleyində mühüm dönüşün tarixidir.
Bu, sabitliyə, quruculuğa və inkişaf perspektivinə aparan siyasi mərhələnin başlanğıcıdır.
Bu, Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin müasir Azərbaycanın siyasi həyatında yeni mərhələyə çevrildiyi tarixdir.
Və ən əsası, bu tarix Azərbaycanın öz gələcəyini özü müəyyən etmək iradəsinin tarixidir.
Çünki müstəqil dövlətin ən böyük gücü yalnız onun iqtisadi imkanlarında, ordusunda və beynəlxalq mövqeyində deyil. Onun ən böyük gücü öz taleyinə sahib çıxan xalqının iradəsindədir.
3 oktyabr 1993cü il də Azərbaycan xalqının həmin iradəsinin tarixə yazıldığı günlərdən biridir.

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbaycan Prezidenti ilə görüşməkdən böyük şərəf hissi duyduğunu bildirdi.

Bakıda keçirilən ADEX 2026 və Securex Caspian sərgilərinin əhəmiyyətinə toxunan Lord Vernon Kioaker ölkəsinin bu tədbirdə iştirak etməkdə maraqlı olduğunu dedi. O, sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı üçün çox vacib dost ölkə olduğunu deyən qonaq bu dostluğu davam etdirməkdə maraqlı olduqlarını vurğuladı.

Lord Vernon Kioakerə sərgilərdə iştirak etdiyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ADEX sərgisinin artıq uzun illərdir ki, mühüm beynəlxalq tədbirə çevrildiyini dedi.

Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında ikitərəfli tərəfdaşlıqda yeni səhifəyə müdafiə sənayesi sahəsində əməkdaşlığa qədəm qoyulduğunu vurğuladı.

Dövlətimizin başçısı ölkəmizdə 20 ildən çoxdur ki, müdafiə sənayesinə sərmayə qoyulduğunu, artıq bu sahədə istehlak və ixrac üçün məhsulların istehsal olunduğunu bildirdi. Prezident İlham Əliyev müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi, həmçinin ölkəmizdə birgə müəssisələrinin yaradılması ilə bağlı aparıcı şirkətlərlə perspektiv əməkdaşlığa toxundu, bu xüsusda Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini vurğuladı.

Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid sammit çərçivəsində Azərbaycan: İpək Yolundan xizək yamaclarınadək sessiyasında və Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ panel müzakirəsində Azərbaycanın turizm imkanlarından bəhs edib.

Azərbaycanın Avropa ilə Asiya arasında təbii qovşaq kimi mövqeyi, zəngin tariximədəni irsi və turizm məhsulları ölkənin beynəlxalq səyahətçilər üçün cəlbediciliyini artıran əsas üstünlüklər kimi önə çıxarılıb.

Azərbaycan ziyarətçilərə bir səfər çərçivəsində qədim tarix, zəngin mədəniyyət, müasir şəhər həyatı, dağ mənzərələri və qış turizmini bir arada kəşf etmək imkanı verir. Avropa ilə genişlənən birbaşa hava əlaqələri isə ölkəmizi beynəlxalq səyahətçilər üçün daha əlçatan edir, deyə Florian Zenqstşmid bildirib.

Azərbaycanın beynəlxalq səyahətçilər üçün əlçatanlığının genişlənməsi də sammitdə önə çıxarılan mövzulardan olub. 2027ci il mayın 8dən BakıBrüssel marşrutu üzrə birbaşa uçuşların başlanmasının Avropa bazarından Azərbaycana səyahət imkanlarını genişləndirəcəyi bildirilib. Elektron viza sistemi və sadələşdirilmiş səyahət prosedurları da ölkəyə səfərlərin daha rahat planlaşdırılmasına imkan yaradır.

Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ panelində Qırğızıstanın Belçikadakı səfiri və ölkənin Avropa İttifaqındakı missiyasının rəhbəri Aidit Erkin, həmçinin Çin Xalq Respublikasının Avropa İttifaqındakı missiyasının nazirmüşaviri Su Chen də iştirak edib. Panel çərçivəsində artan bağlantılılığın beynəlxalq səyahətlərə təsiri və yeni turizm marşrutlarının inkişaf perspektivləri müzakirə olunub. Florian Zenqstşmid Azərbaycanın genişlənən hava əlaqələri və Şərqlə Qərb arasında strateji mövqeyinin ölkənin beynəlxalq turizm əlaqələrinin inkişafı üçün yaratdığı imkanları diqqətə çatdırıb.

Azərbaycanın qış turizmi imkanları da sammitdə xüsusi diqqət çəkən istiqamətlərdən biri olub. Şahdağ Turizm Mərkəzində 2027ci il martın 5dən 7dək Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Dünya Kuboku yarışlarının keçirilməsi Azərbaycanın beynəlxalq qış turizmi məkanı kimi tanıdılması və ölkənin dağlıq regionlarına səyahətlərin təşviqi baxımından əlavə imkanlar yaradır.

Azərbaycanın turizm təklifinin yalnız Bakı ilə məhdudlaşmadığı, ölkənin regionlarının da ziyarətçilərə müxtəlif təcrübələr təqdim etdiyi vurğulanıb. İpək Yolu irsi, qədim yaşayış məntəqələri, dağlıq ərazilər, zəngin təbiət və yerli icmaların mədəni ənənələri Azərbaycanın regionlarını fərqli səyahət təcrübələri axtaran turistlər üçün cəlbedici istiqamətlərə çevirir. Cənubi Qafqazda əməkdaşlığın genişlənməsi isə gələcəkdə bir neçə ölkəni əhatə edən yeni turizm marşrutlarının formalaşması üçün imkanlar yarada bilər.

Turizmin regionların inkişafına və yerli iqtisadiyyata töhfəsinin artırılması da Azərbaycanın uzunmüddətli turizm prioritetləri sırasında yer alır. Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030cu illər üçün Dövlət Proqramı çərçivəsində regionlarda turizm infrastrukturunun təkmilləşdirilməsi, mikrosahibkarlığın dəstəklənməsi və sektorun iqtisadi töhfəsinin artırılması istiqamətində tədbirlər nəzərdə tutulur. Florian Zenqstşmid turizmdə əsas məqsədin yalnız ziyarətçi sayını artırmaq deyil, onların Azərbaycanda qalma müddətini və yerli iqtisadiyyata töhfəsini də yüksəltmək olduğunu bildirib.

Sammit iştirakçıları Azərbaycanın turizm imkanları ilə yanaşı, ölkənin zəngin mətbəxi ilə də tanış olublar. Tərəfdaşlıq çərçivəsində təşkil olunan Pasport Azərbaycana (Passport to Azerbaijan) adlı işgüzar naharda Azərbaycan mətbəxinin seçilmiş nümunələri təqdim edilib. Təqdimat iştirakçılara ölkənin qastronomik irsini və qonaqpərvərlik ənənələrini dadlar vasitəsilə kəşf etmək imkanı yaradıb.

Euronewsun televiziya, yayım və YouTube platformaları daxil olmaqla qlobal şəbəkəsi vasitəsilə canlı yayımlanan sammit Azərbaycanın turizm imkanlarının beynəlxalq auditoriyaya çatdırılması üçün mühüm platforma rolu oyanyıb. Beynəlxalq auditoriyaya çıxış əldə edən sammit Euronewsun aylıq 400 milyondan çox istifadəçini əhatə edən qlobal şəbəkəsi vasitəsilə qlobal miqyasda geniş görünürlük qazanıb.

“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

Mobil operator 20252026cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən beş abituriyenti mükafatlandırıb. Modern.az İnformasiya Agentliyinin tərəfdaşlığı ilə reallaşan təşəbbüs çərçivəsində tələbə adını qazanan gənclərə Nardan qızıl nömrə, 700 AZN balans və yeni nəsil planşet təqdim olunub.

Narın baş icraçı direktoru Özgür Genç tədbirdə çıxış edərək yüksək nəticə göstərən gəncləri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb: Bu gün qazandığınız nəticə böyük zəhmət və əzmin göstəricisidir. İnanıram ki, əldə etdiyiniz uğur universitet həyatınızda da yeni hədəflərə doğru inamla irəliləməyiniz üçün möhkəm təməl olacaq. Nar olaraq, gənclərin təhsil və inkişaf yolunda onları dəstəkləməyi və uğurlarını dəyərləndirməyi vacib hesab edirik.

Qeyd edək ki, Nar artıq 10 ildir, yüksək nəticə göstərən abituriyentlərin uğurunu xüsusi hədiyyələrlə qeyd edir. Bu ənənə mobil operatorun təhsilə və gənclərin gələcək inkişafına verdiyi önəmin göstəricilərindən biridir. Narın dəstəyi ilə təhsilin inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən Nar son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında Narın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Tədbirdə Türkiyə turizm sənayesinin 10dan çox nümayəndəsi, o cümlədən turizm şirkətlərinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər. Görüş zamanı Azərbaycanın müxtəlif turizm imkanları, həmçinin Qəbələnin təbii xüsusiyyətləri, istirahət və sağlamlıq turizmi üzrə təklifləri barədə məlumat verilib.

Tədbir zamanı ATB tərəfindən Azərbaycanın müxtəlif regionlarını və səyahət təcrübələrini əhatə edən turizm potensialına dair təqdimat keçirilib, həmçinin Gabala Hospitality Group tərəfindən Qəbələnin turizm və qonaqpərvərlik imkanları, Chenot Palace Gabala tərəfindən isə sağlamlıq və rifah turizmi üzrə xidmətlər haqqında məlumat verilib.

Görüşdə Qəbələnin sağlamlıq, rifah və uzunömürlülük turizmi üzrə potensialına xüsusi diqqət yetirilib. Chenot Palace Gabalanin təqdimatında sağlamlıq və rifah proqramları, eləcə də bu xidmətlərin Qəbələnin təbii mühiti ilə əlaqələndirilməsi barədə məlumat verilib.

Tədbir çərçivəsində Azərbaycan və Türkiyə turizm sənayesi nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüşdə sağlamlıq və rifah turizmi ilə yanaşı, təbiət və qastronomiya turizmi üzrə əməkdaşlıq imkanlarına da toxunulub.

Cisco AmCham Sİ və rəqəmsal transformasiya üzrə qlobal təcrübəsini bölüşüb

Rəqəmsal transformasiya, bilik və təcrübə mübadiləsi, eləcə də peşəkar əlaqələrin qurulmasına həsr olunan tədbirin əsas qonaq spikeri Cisconun Müştəri Təcrübəsi üzrə Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunun Baş vitseprezidenti və Baş meneceri Adele xanım Trombetta olub.

Nahar görüşü AmCham Azərbaycanın İcraçı Direktoru cənab Zaur Kərimovun açılış nitqi ilə başlayıb. Qonaqları salamlayan cənab Zaur Kərimov Palatanın fəaliyyəti, əsas təşəbbüsləri və qarşıdan gələn tədbirləri barədə məlumat verib.

Daha sonra AmCham Azərbaycanın Prezidenti cənab Nuran Kərimov çıxış edərək biznes ictimaiyyətini qlobal təcrübə və ekspertiza ilə bir araya gətirən platformaların əhəmiyyətini vurğulayıb. Cənab Nuran Kərimov biznes mühitində rəqəmsal transformasiyanın artan roluna toxunaraq Cisco kimi qlobal texnologiya liderləri ilə əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. O, həmçinin AmCham Azərbaycanın yerli və beynəlxalq biznes ictimaiyyəti arasında dialoqun, bilik mübadiləsinin və əməkdaşlığın təşviqinə sadiqliyini bir daha vurğulayıb.

Tədbirin əsas hissəsində Cisconun Müştəri Təcrübəsi üzrə EMEA regionunun Baş vitseprezidenti və Baş meneceri Adele xanım Trombetta təqdimatla çıxış edib. Xanım Trombetta süni intellektə hazırlıq, rəqəmsal transformasiya və bizneslərin süni intellekti uğurla tətbiq etməsi üçün ata biləcəyi praktiki addımlar barədə fikirlərini bölüşüb. O, həmçinin Cisconun qlobal işçi qüvvəsi miqyasında süni intellekt həllərinin tətbiqi ilə bağlı təcrübəsindən nümunələr təqdim edib. Təqdimatın ardınca keçirilən interaktiv sualcavab sessiyası iştirakçılara fikir mübadiləsi aparmaq və qonaq spikerlə birbaşa müzakirələrə qoşulmaq imkanı yaradıb.
Bununla yanaşı, proqram çərçivəsində AmCham Azərbaycanın komitə və işçi qruplarının fəaliyyəti barədə məlumat təqdim olunub. Təhsil və Peşə İşçi Qrupun sədri Aygün xanım İsayeva və Marketinq, Kommunikasiya və Biznes İnkişafı (MCBD) Komitəsinin sədri Aysel xanım Süleymanova rəhbərlik etdikləri komitə və işçi qruplarının son fəaliyyəti, əsas təşəbbüsləri və qarşıdakı prioritetləri barədə məlumat veriblər.

Nahar görüşü çərçivəsində AmCham Azərbaycana üzv şirkətlərin nümayəndələri də öz təşkilatlarını və fəaliyyət istiqamətlərini təqdim etmək imkanı əldə ediblər.

Neurotime şirkətinin həmtəsisçisi və Baş icraçı direktoru cənab Vüqar Cavadov, British School in Bakunun Baş icraçı direktoru cənab Amil Vəliyev və Flame Towers Real Estate Management şirkətinin Kommersiya direktoru xanım Bahar Dadaşova təmsil etdikləri şirkətlərin əsas fəaliyyət istiqamətləri, xidmətləri barədə məlumat veriblər.

Rəsmi proqram nahar və şəbəkələşmə ilə davam edib. Bu, yeni işgüzar əlaqələr qurmaq və potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün şərait yaradıb.

AmCham Azərbaycan mütəmadi olaraq təşkil etdiyi Üzvlərin Nahar Görüşləri vasitəsilə AmCham Azərbaycanın üzvlərini, biznes liderlərini, müxtəlif sahələr üzrə ekspertləri bir araya gətirərək bilik və təcrübə mübadiləsini, peşəkar dialoqu, eləcə də Azərbaycanın yerli və beynəlxalq biznes ictimaiyyəti arasında əlaqələrin daha da möhkəmləndirilməsini təşviq edir.

Xaqanini öyrənmək asan deyil – Nərgiz Cabbarlı

Bu sözləri filologiya üzrə fəlsəfə doktoru, dosent, tənqidçi Nərgiz Cabbarlı deyib. O bildirib ki, şairi formalaşdıran yalnız istedadı və yetişdiyi mühit deyil, eyni zamanda, yaşantıları, üzləşdiyi ağrıacılar, haqsızlıqlar, ədalətsizliklər və sarsıntılardır. Məhz bu sarsıntılar şairin daxilindəki istedadın daha dərindən üzə çıxmasına, yaşadıqlarının poetik dəyərə, bədii tapıntıya və bənzərsiz ifadə vasitələrinə çevrilməsinə təkan verir.

Bu baxımdan Əfzələddin Xaqaninin həyatı sarsıntılarla zəngin olub. O, öz istedadı və müəllimi Əbülüla Gəncəvinin köməyi ilə saraya gedib çıxıb, saray çəkişmələrinin mərkəzinə düşüb. Şirvanşahlar III Mənuçöhr və I Axsitan tərəfindən hörmət görməklə yanaşı, haqsız münasibətlərlə də üzləşib. Dəfələrlə həbs edilib, saraydan uzaqlaşmağa çalışıb, mülkləri əlindən alınıb. Şəxsi həyatında da ağır faciələr yaşayıb – oğlunu, qızını və həyat yoldaşını itirib, vətənindən ayrı düşüb. Bütün bunlar bir şair ömrünə yetəcək, hətta sarsıntılar xəzinəsi adlandırıla biləcək qədər zəngin həyat təcrübəsidir, – deyə N.Cabbarlı qeyd edib.

O bildirib ki, Xaqani Şirvani həm şəxsiyyət, həm də şair kimi dövrünün mühüm hadisələrini yaradıcılığında əks etdirib: Bir tərəfdən onun yaradıcılığı yüksək poetik dəyərə malikdir, digər tərəfdən isə dövrünün hadisələrinin, saray çəkişmələrinin, hökmdar və hakimiyyət dairələrindəki haqsızlıq və ədalətsizliyin bir növ güzgüsüdür. Buna görə də Xaqaninin əsərləri vasitəsilə yalnız zəngin poeziya ilə deyil, həm də müəyyən tarixi mərhələ ilə tanış olmaq mümkündür.

Xaqaninin yaradıcılığından bəhs edən N.Cabbarlı qeyd edib ki, şairin təxminən 17 min beytlik lirik şeirlər divanında 300dən artıq rübai yer alıb. Xaqaninin rübailərində haqsızlıq və ədalətsizliyin tənqidi, eləcə də fəlsəfi motivlər mühüm yer tutur. Bununla yanaşı, məhəbbət mövzusu xüsusi olaraq seçilir. Xaqani klassik şeir ənənəsinə uyğun olaraq sevgilini təbiətlə ahəngdə, təbiət gözəllikləri ilə müqayisədə təqdim etsə də, özünəməxsus yanaşması ilə fərqlənir. Xaqani üçün eşq Yer ilə Göyün, Torpaqla Günəşin vəhdətidir. Şairin poetik dünyasında eşq müxtəlif rəmz və obrazlarla təqdim olunur. Xaqani üçün eşq bəzən qadağan edilmiş Cənnət buğdasıdır – aşiqin toxunmaq üçün alışıbyandığı, onu özünə çəkən qüvvədir. Eşq imanla küfr arasındakı sərhədi də aradan qaldırır.

Xaqani Şirvaninin 900 illik yubileyinin keçirilməsinin əhəmiyyətindən danışan dosent bildirib ki, şairin zəngin ədəbi irsinin daha geniş miqyasda tədqiq və təbliğ edilməsinə ehtiyac var.

Xaqani yaradıcılığı araşdırılmağa, tərcümə edilməyə və geniş oxucu auditoriyasına tanıdılmağa ehtiyacı olan böyük ədəbi irsdir. Bu sahədə çalışan tədqiqatçıların sayının artırılması da vacibdir. Bu, asan məsələ deyil. Çünki Xaqani Azərbaycan ədəbiyyatının elə bir səhifəsidir ki, onun tədqiqi araşdırmaçıdan yalnız poetik duyum və filoloji bilik deyil, həm də müvafiq dil və əlifba bilikləri tələb edir. Buna görə Xaqani yaradıcılığına həssas yanaşılmalı, gənc tədqiqatçıların bu sahəyə istiqamətləndirilməsinə diqqət yetirilməlidir, – deyə Nərgiz Cabbarlı fikrini yekunlaşdırıb.

Azərtac

Üzgüçülük Federasiyasının maskotu hansı mesajı verir?

Federasiyanın yeni maskotları Araz, Damla və Xəzər adlanır. Maskotlar ən kiçik üzgüçülük həvəskarlarından peşəkar idmançılara qədər hər kəsin suya olan sevgisinin simvolu kimi təqdim edilir.

Qəhrəmanların əsas məqsədi su ehtiyatlarından səmərəli istifadənin və suya qənaətin əhəmiyyətinə diqqət çəkmək, eləcə də Xəzər dənizinin səviyyəsinin azalması məsələsini diqqətdə saxlamaqdır.

Federasiyadan bildirilib ki, su həyat mənbəyidir və onun, eləcə də Xəzər dənizinin qorunması hər kəsin üzərinə düşən məsuliyyətdir.

Qeyd edək ki, Araz, Damla və Xəzər ilə tanışlıq oktyabrın 13də Bakıda keçiriləcək Dünya Kuboku zamanı mümkün olacaq.

İlham Əliyev Pezeşkianı təbrik edib

Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.

İran Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilmiş son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar.

Azərbaycan Hökuməti nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər üzrə müzakirələrin aparıldığı qeyd edilib.

Bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyətlər sentyabrın 29u saat 21:00dan etibarən paytaxtın bəzi küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar tətbiq olunacaq.

Məlumata görə, Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində, həmçinin Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.

Nərimanov rayonunda isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi məqsədilə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bununla əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyətlərin görülən işlər başa çatanadək qüvvədə qalacağı bildirilib.

AAYDA sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən aparılacaq.

Vətəndaşlar şəhər prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 3611407, (012) 3611422, (012) 3610148 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (intaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

AzVision.az

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Tədbirdə Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.

Mərasimdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs TaxtTacın dövlət rəsmiləri, diplomatik korpusun və dini icmaların təmsilçiləri, din xadimləri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın zəngin dinimədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunub.

Təqdimatda çıxış edən Azərbaycanın Müqəddəs TaxtTacdakı səfiri İlqar Muxtarov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək deyib: Harmoniya sənədli filmi bizi müxtəlifliyin dünyagörüşümüzü necə zənginləşdirə və insanları birbirinə necə yaxınlaşdıra biləcəyi haqqında düşünməyə dəvət edir. Bu gün təqdim olunan film eyni Vətəni Azərbaycanı paylaşan müxtəlif dini ənənələrə mənsub üç gənc qadının hekayəsindən bəhs edir. Film onların gündəlik həyatı vasitəsilə sadə, lakin dərin bir mesaj ötürür: Dini fərqliliklər insanlar arasında məsafə yaratmamalıdır.

İslamın, xristianlığın və yəhudiliyin ölkəmizdə dərin köklərə malik olduğunu diqqətə çatdıran səfir deyib: Məscidlər, kilsələr və çoxsaylı sinaqoqlar yalnız bu müxtəlifliyin abidələri deyil. Onlar birgəyaşayışın canlı ənənəsinin bir hissəsidir. Bu tarixi ənənə dini azadlığa hörmət, mədəni və dini irsin qorunması, həmçinin dinlərarası dialoqun dəstəklənməsinə əsaslanan ardıcıl dövlət siyasəti vasitəsilə qorunub saxlanılıb və möhkəmləndirilib.

Müqəddəs TaxtTacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının İslam işləri üzrə bürosunun rəhbəri Ata Loran Basanez Müqəddəs TaxtTacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın müraciətini qonaqlara oxuyub. Müraciətdə kardinal Harmoniya sənədli filminin multikulturalizm və qarşılıqlı hörmətlə səciyyələnən kontekst daxilində Azərbaycanda müxtəlif dini ənənələrin nümayəndələri arasında birgəyaşayış təcrübəsini təqdim etdiyini bildirir. Qeyd olunub ki, filmin elə adı da bizə vacib bir məqamı xatırladır: harmoniya fərqliliklərimizi silməyi tələb etmir, əksinə, o, bizi bu fərqlilikləri hörmət, dialoq və qardaşlıq ruhunda yaşamağı öyrənməyə səsləyir.

Müraciətdə, həmçinin deyilir: Dinlərarası dialoq yalnız bəyanatlar və ya rəsmi görüşlər səviyyəsində qala bilməz. O, eyni zamanda, münasibətlərdə, təhsildə, mədəniyyətdə və müxtəlif inanclara mənsub insanların yanyana yaşamaq tərzində əksini tapır. İncəsənət və kino bu baxımdan xüsusi töhfə verə bilər. Onlar birgəyaşayış haqqında nitqlərdən kənara çıxmağa, dini kimlikləri birbiri ilə görüşməyə, hörmət etməyə və cəmiyyətə birgə töhfə verməyə mane olmayan insanların üzlərini görməyə, səslərini eşitməyə və konkret təcrübələrini kəşf etməyə imkan yaradır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, əsrlər boyu Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan xalqı multikulturalizm, qarşılıqlı hörmət və dinc yanaşı yaşamaq mədəniyyətini təbii olaraq formalaşdırmış və bunu nəsildənnəslə ötürmüşdür. O, bu gün Azərbaycanın hər yerində müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və əminamanlıq şəraitində yaşayıbyaratdığını bildirib.

Komitə sədri Harmoniya sənədli filminin Azərbaycan torpağından bütün bəşəriyyətə göndərilən mühüm mənəvi mesaj olduğunu vurğulayaraq deyib: Ölkəmizin müxtəlif müqəddəs ziyarətgahlarında və bölgələrində çəkilmiş film müxtəlif dinlərə mənsub üç qadının gündəlik həyatı, ailə dəyərləri və sarsılmaz dostluğu vasitəsilə Azərbaycanın həqiqi reallığını əks etdirir.

Qeyd edək ki, ekran əsəri beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunur.

Sonra Harmoniya filmi nümayiş etdirilib.

Müharibənin içindən. III gün: Ölümü gözləmək

Müharibənin səsini ilk dəfə belə eşidəndə insan onun nə qədər böyük olduğunu anlamır.

Sonra başa düşürsən ki, o səs sadəcə mərmi səsi deyil.

O səs haradasa bir yerdə bir insanın həyatının bitdiyini xəbər verir.

Biz isə gözləyirdik.

Mən rabitəni əlimdən yerə qoymurdum.

Hər xışıltıda, hər çağırışda, hər qısa mesajda ürəyim bir anlıq dayanırdı.

İndi deyəcəklər.

İndi gələcək əmr.

Əmr gəlmirdi.

Gözləyirdik.

Gözləmək bəzən insanın edə biləcəyi ən ağır işdir.

Çünki hərəkətdə olanda qorxuya vaxt qalmır.

Gözləyəndə isə qorxu səninlə üzüzə oturur.

Səninlə danışır.

Sən susursan, o danışır.

Ərazidə gəzərkən bölük komandirlərimdən biri ilə qarşılaşdım.

Üzünə baxdım.

Heç nə soruşmadım.

O da heç nə demədi.

Amma baxışlarında hamımızın içində gəzdirdiyi eyni sual vardı:

Cənab mayor, biz nə vaxt giririk?

Sonra qəfil dedi:

— Cənab mayor, ölümü gözləmək ölməkdən betərdi...

Bu cümlə qulağımda qaldı.

Bəlkə də haqlı idi.

Çünki biz artıq ölümün özündən çox, onun nə vaxt gələcəyini düşünürdük.

İnsan ölümə hazırlaşa bilərmi?

Bilmirəm.

Amma ölümün gələcəyini bilib onu gözləmək tamam başqa şeydir.



Həmin gün hərbi hissəyə cəbhədən vurulmuş bir tank gətirdilər.

Heyəti içində şəhid olmuşdu.

Tankın içindən onları çıxardıq.

Bir neçə dəqiqə əvvəl döyüş maşınının içində olan insanlar artıq yox idi.
+++
Sadəcə səssizlik vardı.

Şəxsi heyətimin bu mənzərəni görməsini istəmirdim.

Tapşırıq vermək istəyirdim ki, əsgərləri uzaqlaşdırsınlar.

Amma həmin anda əmr gəldi.

Tabor ən qısa zamanda yola düşməli idi.

İstiqamət:

Ağdam. Hindarx qəsəbəsi.

Bir saat keçməmiş bütün tabor kolonda idi.



Hindarxda qəsəbədən kənarda, ağaclıq ərazidə, bir fermanın yanında yerləşdik.

Maşınları ağacların altında maskaladıq.

Yenə gözləmək...

Müharibənin ilk günlərində mənə elə gəlirdi ki, biz daha çox döyüşməkdən yox, gözləməkdən yorulacağıq.

Ferma sahibi bizi çox isti qarşıladı.

Hətta öz istirahət otağını bizim istifadəmizə verdi.

Ərazidə gəzişirdim.

Rabitə yenə əlimdə idi.

Fermada çoxlu qaz vardı.

Baxdım.

Birdən ağlıma gəldi:

— Qardaş, bu ərazidə qazın qiyməti neçəyədir?

Müharibənin ortasında qazın qiymətini soruşurdum.

Bəlkə də insanın ruhu bəzən müharibədən qaçmaq üçün ən adi şeylərə sığınır.

Adam mənə baxdı.

Gülümsədi.

— Komandir, ürəyin hansını istəyir, əlini uzat.

— Yox, qardaş. Elə sözgəlişi soruşdum. Xeyir edir qaz saxlamaq?

— Belə də, komandir. Şükür.

— Ortabab biri təxminən neçəyə olur?

— Hardasa 15 manat.

Söhbət edəedə fermada gəzişirdik.

Əlimi döş cibimə salanda pul olduğunu xatırladım.

Üç yüz manat.

Kredit ödəmək üçün götürmüşdüm.

Amma vaxt edib ödəyə bilməmişdim.

— Qardaş, birini hazırla.

Nə qədər etdim, pul götürmədi.

Axırda razılaşdıq:

Birini mənə hədiyyə edəcəkdi.

Birini isə alacaqdım.

Müharibənin içində belə insanlar vardı.

Mərmilərin uçduğu bir ölkədə kimsə qazını verirdi.

Kimsə çay süzürdü.

Kimsə əsgərə yataq verirdi.

Bəlkə də müharibənin ən böyük paradoksu elə budur:

İnsanlıq ən çox insanlığın öldüyü yerlərdə özünü göstərir.



Gecə saat bir olardı.

Rabitədən məlumat gəldi.

Yarım saat ərzində döyüşə hazır olmalı idik.

İstiqamət:

Ağdam.

Bir anlıq yerimdə donub qaldım.

Bu, artıq adi bir əmr deyildi.

Bu, ölümə getmək xəbəri idi.

Ağdam istiqamətində BTRlərlə hücuma keçmək...

Minalı düzənlik.

Düşmən yüksəkliklərdə.

Biz isə aşağıda.

Belə bir hücumun nə demək olduğunu hərbçi kimi çox yaxşı bilirdim.

Məlumatı şəxsi heyətə çatdırdım.

Sonra onlara baxıb dedim:

— Biz burada şəhid olacağıq. Amma bacardığımız qədər yol açmalıyıq. Arxamızca gələnlər bizim üstümüzdən keçib irəli getsinlər.

Bu cümləni deyəndə səsimin necə çıxdığını xatırlamıram.

Bəzən komandir əmri verir.

Amma həmin əmri verən adamın içində başqa bir adam diz çöküb ağlayır.

Əsgərlər kəlmeyişəhadətlərini deyib döyüş maşınlarına mindilər.

Bəziləri su butulkalarının içinə məktub yazıb torpağa basdırmışdı.

Ərazi yarıya qədər torpağa basdırılmış su butulkaları ilə dolu idi.

Bəlkə kiminsə son məktubu idi.

Bəlkə anasına.

Bəlkə övladına.

Bəlkə də heç kimə.

Sadəcə özünə...

Çünki insan ölümün qarşısında bəzən demədiyi sözləri kağıza deməyə məcbur olur.



Birinci BTRdə özüm oturmuşdum.

Dizlərim əsirdi.

Bunu gizlətməyə çalışırdım.

Dodaqlarım çatlamışdı.

Boğazım qurumuşdu.

Rabitədən səs gəldi:

— Tabor döyüşə hazırdır?

— Bəli.

— Komandanı gözləyin.

On beş dəqiqə keçdi.

Mənə elə gəldi ki, on beş il keçdi.

Yenə rabitə.

Yenə eyni mesaj.

Komandanı gözləyin.

Artıq əsəbi idim.

Çox sərt, hətta vulqar cavab verdim.

Kimdən gəldiyinin fərqi yox idi.

İnsan bəzən qorxudan əsəbiləşir.

Bəzən isə əsəbdən qorxusunu gizlədir.

Həmin an günorta bölük komandirinin dediyi söz yenidən qulağımda səsləndi:

Ölümü gözləmək ölməkdən betərdir...

O an başa düşdüm ki, insan ölməyə belə tələsə bilər.

Çünki artıq harada öləcəyimi təxmin edirdim.

Yola düşdüyümüz yerdən bəlkə beş yüz metr sonra.

Cəmi beş yüz metr.

Bunu beynimdə dəfələrlə hesablayırdım.

Beş yüz metr...

Amma qəribəsi o idi ki, həmin beş yüz metrdən çox, elə olduğum yerdə gözləməkdən qorxurdum.

Sonra rabitədə gələn səs məni silkələdi.

— İşıqlar sönülü vəziyyətdə, heç yerdə dayanmadan, maksimum sürətlə Beyləqan istiqamətinə gedirsiniz. Kruqda hərbi polis sizi gözləyəcək. Heç kimə məlumat verilmədən dərhal yola düşün.

Bir neçə saniyə susdum.

Nə baş verdiyini anlamadım.

— Təkrar edin.

Məlumat yenidən verildi.

Beyləqan.

Ağdam yox.

Beyləqan.

Bir neçə dəqiqə əvvəl ölümə gedəcəyimizi düşündüyüm istiqamətdən indi tamam başqa istiqamətə dönürdük.

Öndə mənim BTRim.

Arxamca bütün tabor.

Hərəkətə başladıq.

Bölük komandirlərinin heç biri nə baş verdiyini anlamırdı.

Rabitədə ardarda suallar gəlirdi.

Cənab mayor, nə baş verir?

İstiqamət niyə dəyişdi?

Döyüşə girmirik?

Əmr dəyişib?

Bəziləri hətta mənim döyüşdən qaçdığımı düşünmüşdü.

Ağır nəticələri olacağını xatırladırdılar.

Mən isə susurdum.

Çünki mənim də cavabım yox idi.

Sadəcə:

— Ardımca gəlin.

dedim.

Bəzən komandir olmaq hər şeyi bilmək deyil.

Bəzən komandir olmaq, heç nə bilmədiyin halda arxanca gələnlərin qorxusunu öz qorxundan üstün tutmaqdır.

Döyüş maşınlarının lyuklarını açıq saxlamağı tapşırdım.

Sürücülər yuxulamasın deyə.

Gecə boyu yol getdik.

Qaranlıqda.

İşıqları söndürülmüş maşınlarla.

Hara getdiyimizi tam bilmədən.

Nədən qaçdığımızı bilmədən.

Nəyə doğru getdiyimizi bilmədən.

Amma bir şeyi bilirdik:

Müharibə artıq başlamışdı.

Və bizim üçün müharibə təkcə mərmilərdən, tanklardan, hücumlardan ibarət olmayacaqdı.

Müharibə həm də gözləmək idi.

Qorxmaq idi.

Susmaq idi.

Əmr gözləmək idi.

Bəzən ölümə hazırlaşıb başqa istiqamətə dönmək idi.

Və ən dəhşətlisi...

İnsanın öz taleyinin hansı cümlənin, hansı rabitə mesajının, hansı saniyənin içində dəyişəcəyini bilməməsi idi.

28 sentyabr da belə keçdi.

Döyüşə hazır vəziyyətdə...

Yollarda...

Və yenə gözləmələrdə.

Hələ bilmirdik ki, müharibə bizi hara aparır.

Amma artıq hamımızın içində eyni hiss vardı:

Bu, sadəcə bir müharibə deyildi.

Bu, həyatımızın əvvəlki və sonrakı hissələrini ayıracaq 44 günün başlanğıcı idi.

KXDR dəhşətli nüvə fəlakəti barədə xəbərdarlıq edib

AzVision.az xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyinin Mərkəzi Teleqraf Agentliyinin (KCNA) yaydığı memorandumunda bildirilir. Sənəddə qeyd olunur ki, bu siyasətin davam etdirilməsi «dəhşətli nüvə fəlakətinə» səbəb ola bilər.

KXDR Xarici İşlər Nazirliyi bildirib ki, ABŞın nüvə texnologiyalarının şaquli və üfüqi yayılmasına yönəlmiş fəaliyyətləri bundan sonra da cəzasız qalarsa, «Pandora qutusu» tamamilə açılacaq və bəşəriyyət dəhşətli nüvə fəlakəti təhlükəsi ilə üzüzə qalacaq.

KXDR XİN, həmçinin ABŞı nüvəsizləşdirilmə ilə bağlı öhdəliklərindən imtina etməkdə, öz nüvə potensialını artırmaqda və müttəfiqləri arasında nüvə texnologiyalarını yaymaqda ittiham edib.

Nazirlik AUKUS çərçivəsində əməkdaşlığın inkişafını da xüsusi qeyd edib. KXDR XİNin məlumatına görə, Vaşinqton digər müttəfiqlərini də bu əməkdaşlığa cəlb etməyə çalışır.

«ABŞın Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Kanada da daxil olmaqla müttəfiqlərini AUKUSa cəlb etməyə çalışdığını və bununla da onu həm formal olaraq, həm də mahiyyət etibarilə dünyanın ən böyük nüvə sualtı qayıqları alyansına çevirmək istədiyini nəzərdən qaçırmaq olmaz», – nazirlik bildirib.

Sənəddən o da məlum olur ki, KXDR hazırkı geosiyasi vəziyyətin – «ABŞın nüvə qüvvələrini sürətlə artırması və nüvə texnologiyalarının yayılması istiqamətində açıq fəaliyyəti nəticəsində beynəlxalq nüvə nizamının tamamilə pozulması » şəraitinin – Pxenyanın «dünyada sülhün qorunması və qlobal strateji sabitliyin təmin edilməsində daha fəal rol oynamasını» tələb etdiyini hesab edir.

Xatırladaq ki, daha əvvəl KCNA KXDRin Baş Raket İdarəsinin yeni silahların sınağını uğurla keçirdiyini bildirmişdi. Agentliyin məlumatına görə, sınaq sentyabrın 20də keçirilib və tədbirdə KXDRin ali rəhbəri, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin baş katibi Kim Çen In iştirak edib.

Məhəmmədəli Həsənli

Bəzi ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 29da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində təmir işləri aparılacaq.

Azvision.az Azərişıq ASCyə istinadla xəbər verir ki, təmir işləri ilə əlaqədar rayon ərazisində yerləşən Azərbaycan prospekti, Əlövsət Quliyev, İslam Səfərli, Həzi Aslanov, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələri, eləcə də Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00dan 13:00dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, 13 iyun 2024cü il tarixdə istifadəyə verilən və fərqli turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkanlardan biridir. Kompleksin Turizm İnformasiya Mərkəzi, palçıq vulkanlarının xüsusiyyətləri və minerallar barədə dolğun məlumat verən Sərgi zalı, dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə masterklaslar təşkil olunan Emalatxana, Azərbaycan və dünya faunasına aid 1000ə yaxın nümunənin sərgiləndiyi Təbiət tarixi sərgi zalı ziyarətçilərdə böyük maraq doğurur.

Unikal təbiət hadisəsi kimi turistlərin diqqətini cəlb edən palçıq vulkanları ilə tanış olmaq üçün də Kompleksdə hərtərəfli şərait yaradılıb. Buradakı açıq ərazidə bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarət Qılınc palçıq vulkanını, həmçinin neft püskürən vulkanı yaxından izləmək mümkündür. Bundan başqa, Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanı sayılan, hündürlüyü 402, diametri 150 metr olan Torağay palçıq vulkanını kənardan müşahidə etmək olar.

Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri M.Ağabəyli qeyd edib ki, palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirməni artırır və onları təbiət irsi kimi təbliğ edir. İdarə Heyətinin sədri Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən digər qoruq və müəssisələrdə turistlər üçün yaradılmış imkanlar, ümumən regionlarda yaradılan yeni turizm məhsulları, həyata keçirilən yeni layihələr, turizm obyektlərini ziyarət edənlərin sayı barədə də məlumat verib.

M.Ağabəyli söyləyib ki, 2026cı ilin yanvaravqust ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeyləri, ümumilikdə 432 296 turist bilet alaraq ziyarət edib. Onların 303 426 (70,19 faiz) nəfəri xarici, 128 870 (29,81 faiz) nəfəri yerli turistlər olub. 95 260 nəfər qoruq və muzeyləri ödənişsiz qaydada ziyarət edib.

Palçıq Vulkanları Turizm Kompleksini isə 2026cı ilin yanvaravqust ayları ərzində, ümumilikdə 28 979 nəfər bilet alaraq ziyarət edib. Onlardan 26 235 nəfəri xarici, 2 744 nəfəri yerli turist olub. 798 nəfər ödənişsiz qaydada Kompleksi ziyarət edib. Xarici turistlər dünyanın 150dən çox ölkəsini təmsil ediblər. Onlar arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil ediblər.

Mediaturda jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qərbi Azərbaycandakı irsimiz: Amağu məbədi

Məbədin ilkin adı Anabat olub, sonralar ermənilər onu Noravank, yerli camaat isə Amağu kəndinin adı ilə Amağu məbədi adlandırıb.

Buradakı epiqrafik yazılardan anlaşılır ki, məbədin əsası 1221ci ildə Siyuni hakimi türksoylu Libarit Orbelian tərəfindən qoyulub, sonra knyaz Dərsə içxan 1275ci ildə burada qardaşı Sembat üçün sərdabə, daha sonralar Dərsə içxanın oğlu Burtel ikimərtəbəli məbəd ucaldıb. Bura Orbelianların nəsil sərdabəsi olub.


Elxanilər dövründə Arpa xan (13351336) abidəni bərpa edib, Satibəy xatun (13391340) ikinci mərtəbəni yenidən qurub, qadınlarla kişilərin bir qapıdan daxil olmaması üçün ikinci mərtəbəyə ayrıca pilləkənlər əlavə edib.

1840cı il zəlzələsi zamanı məbəd xeyli zərər çəkib.

Amağu kəndi qədimdən türk tayfalarının vətəni olub, 1988ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. Kəndə ilk ermənilər Qərbi Azərbayan türklərinin 1988ci il soyqırımından sonra köçürülüblər.

Polisdən "TIR" sürücülərinə çağırış

İlk növbədə sürücülərdən:

yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri

ara məsafəsini düzgün seçmələri

ötmə və manevretmə qaydalarına qeydşərtsiz əməl etmələri

yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri

nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmələri

iş və istirahət rejiminə əməl etmələri, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmələri

sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri

hərəkət zamanı hava və yol şəraitini nəzərə almaları tələb olunur.

BDYPİ sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etməyə, digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.

Süni İntellekt BMT-yə hücum edib

Şirkətinin süni intellekt agentlərinin müxtəlif ABŞ dövlət qurumlarına məxsus vebsaytların təhlükəsizliyini yoxlamaq cəhdləri ötən həftənin sonlarında aşkar edilib. Əsasən federal qurumlara, ABŞ Təhsil Departamentinə məxsus resurslar hədəf alınıb. Bu yaxınlarda məlum olub ki, bu agentlər BMTnin vebsaytındakı məlumatlara daxil olmaq cəhdlərində aqressiv taktikalardan istifadə ediblər.

Apreldən iyunun sonuna qədər AI agentləri UNCTAD vebsaytına 16 mindən çox dəfə daxil olublar. Ehtimal ki, onlara müxtəlif ölkələr üçün məhsuldarlıq indeksinin dəyərləri kimi məlumatları tapmaq tapşırılıb.

API vasitəsilə və HTTP alətlərindən istifadə edərək lazımi məlumatlara daxil ola bilməyən agentlər tələb olunan məlumatları əldə edə bilməyiblər. Bundan sonra hərəkətlərinin müəyyən bir filtr tərəfindən bloklandığını fərz edərək və sorğularını gizlətməklə saytın təhlükəsizliyini aşmağa çalışmaq da daxil olmaqla daha aqressiv metodlardan istifadə etməyə başlayıblar.

Məlumata görə, bu hərəkətlər saytlararası skriptləmə (XSS) zəifliyindən istifadə cəhdləri ilə bağlı olub.

OpenAI hadisəni müzakirə etmək üçün BMT ilə əlaqə saxladığını və hadisənin səbəblərini araşdırmağa davam etdiyini bildirib. Şirkət qeyd edib ki, süni intellekt agentləri ilə bağlı çoxsaylı hadisə səbəbindən bu cür halların araşdırılması xeyli vaxt apara bilər.

Vəkillər Kollegiyasının sədri Polşada çıxış edib

2026cı il sentyabrın 25–26da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Vəkillər Assosiasiyasının (AEAEAL) dəvəti ilə Polşanın paytaxtı Varşavada səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Polşa Milli Vəkillər Şurasının AEAEALa üzvlüyünün 30 illiyi və Avropa Vəkillər Assosiasiyasının təsis edilməsinin 40 illiyi münasibətilə Avropada və onun hüdudlarından kənarda hüquq peşəsində həmrəyliyin gücləndirilməsi mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

Konfransda Polşanın ədliyyə naziri, Polşa Milli Vəkillər Şurasının, AEAEALın, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE), Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) prezidentləri və Avropa Şurasının İnsan Hüquqları üzrə direktoru, eləcə də müxtəlif ölkələrin vəkillər kollegiyaları, hüquq cəmiyyətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Polşanın ədliyyə naziri Valdemar Zurek konfrans iştirakçılarını və qonaqları salamlayaraq, tədbirin hüquq peşəsi nümayəndələri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətindən danışıb.

VK sədri Anar Bağırov panel müzakirələri zamanı Vəkillik peşəsinin müstəqilliyinin təminatları mövzusunda çıxış edib. Çıxışında AEAEALa üzvlüyünün 30cu ildönümünü qeyd edən Polşa Milli Vəkillər Şurasının üzvlərini, eləcə də Avropa Vəkillər Assosiasiyasının yaradılmasının 40 illik yubileyi münasibətilə Assosiasiyanın üzvlərini təbrik edən sədr onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Anar Bağırov vəkillik peşəsinin müstəqilliyinin hüququn aliliyinin, insan hüquqlarının və ədalətli məhkəmə araşdırmasının əsas təminatlarından biri olduğunu vurğulayıb. Qeyd edilib ki, vəkillər peşə fəaliyyətlərini hər hansı təzyiq və müdaxilədən azad şəkildə, yalnız qanunun və peşə etikası normalarının tələblərinə uyğun həyata keçirməlidirlər. Vəkilliyin müstəqilliyinin təmin olunmasında qanunvericilik təminatları, peşə özünüidarəetməsi və maliyyə müstəqilliyi mühüm rol oynayır.

Sədr müstəqilliyin eyni zamanda yüksək peşəkar və etik məsuliyyət tələb etdiyini diqqətə çatdırıb. Hər bir vəkil öz fəaliyyətində maraqlar toqquşmasından çəkinməli, peşə müstəqilliyini və ictimai etimadı qoruyan davranış nümayiş etdirməlidir.

Həmçinin Anar Bağırov bildirib ki, Azərbaycanda vəkillərin peşə fəaliyyətində qarşılaşdıqları məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla institusional dialoq davam etdirilir. Beynəlxalq təcrübə və peşəkar standartların öyrənilməsi də milli qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsinə mühüm töhfə verir.

Sədr çıxışında müasir dövrdə rəqəmsallaşma, süni intellekt, məlumatların qorunması və kibertəhlükəsizlik kimi yeni çağırışların vəkillik peşəsinə təsirlərinə də toxunub. Vurğulanıb ki, texnologiyalar və hüquqi xidmətlərin göstərilməsi üsulları dəyişsə də, vəkilliyin müstəqilliyi dəyişməz fundamental prinsip olaraq qalmalıdır.

Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Eyni zamanda VK sədri Anar Bağırov Polşa Milli Vəkillər Şurasının prezidenti Vlodzimierz Kroşçikə xatirə hədiyyəsi təqdim edib.

Tədbirin sonunda iştirakçıların şərəfinə rəsmi ziyafət təşkil olunub, həmçinin şəhər üzrə ekskursiya keçirilib.

Bakıda yeni tunel tikiləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) layihəsi çərçivəsində ərazidə tunel tipli yolötürücüsünün, dairəvi hərəkətin təşkil olunduğu yolayırıcının və Qaradağ istiqamətində yan yolun yaradılması planlaşdırılır.

Layihəyə əsasən, müxtəlif istiqamətlər üzrə nəqliyyat axınlarının birbirindən ayrılması və hərəkətin müxtəlif səviyyələrdə təşkili nəzərdə tutulur. Bununla qovşaqda nəqliyyat vasitələrinin hərəkətində yaranan kəsişmələrin və gecikmələrin azaldılması, giriş və çıxışların daha səmərəli təşkili hədəflənir.

Layihə çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün müvafiq infrastrukturun yaradılması da nəzərdə tutulur.

Yeni yol qovşağının 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat axınlarının bölüşdürülməsinə də təsir göstərəcəyi bildirilir.

Qeyd edək ki, bu layihə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan 24 yol layihəsindən biridir.

Hərbi Prokurorluğun rəhbərliyi Anım günü ilə bağlı görüş keçirib

Hərbi qulluqçulara Vətən müharibəsində zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və onun ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın əvəzsiz rolundan, döyüşlərdə hərbiçilərimizin şücaətindən danışılıb.

Görüşlər zamanı həmçinin hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olunub. Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər və qarşıya qoyulacaq bütün tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildiriblər.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr və hospitalda müalicə onun hərbi qulluqçulara sovqatlar təqdim edilib.

Müharibənin içindən. 27 sentyabr: Allah bizi utandırmasın

Rəsmi məlumatlar hələ az idi. Əsl xəbərlər isə maşındanmaşına, əsgərdənəsgərə ötürülürdü.

Bəzən doğru olurdu.

Bəzən yarımçıq.

Bəzən isə heç bir həqiqətə söykənməyən bir cümlə bütün kolonun içində xəbər kimi dolaşırdı.

Müharibədə informasiya da güllə kimidir. Hara düşəcəyini bilmirsən, amma adamı yaralaya bilir.

Mənim isə qulağımda tamam başqa bir cümlə vardı.

Qardaşımın səhər dediyi:

Haqqını halal elə...

O cümlə yol boyu məni buraxmırdı.

Sanki maşının mühərrik səsinə qarışmışdı.

Rabitə tağım komandirinin Füzuli, Beyləqan istiqamətində vəziyyət haqqında nəsə danışdığını eşitdim. Telefonumu çıxarıb xalam oğlu Rihatın nömrəsini yığdım.

Cavab vermədi.

Bir daha yığdım.

Yenə yox.

Qardaşımın telefonuna zəng etdim.

Sönülü idi.

Elə həmin an telefon zəng çaldı.

Anam idi.

Telefonu açdım.

Sual atəşinə tutdu məni.

— Hə, mama... Yox, narahat olma. Bir az əvvəl Rihatla da, Tahirlə də danışdım...

Sözlər ağzımdan çıxırdı, amma özüm də bilirdim ki, yalan danışırdım.

— Yox... narahat olma. İndi yəqin şəbəkə tutmur. Mən rabitə ilə danışmışam. Hə, salamatçılıqdır. Uşaqlar nətərdi? Üzlərindən öpərsən...

Bəlkə də anam da mənim yalan danışdığımı bilirdi.

Bəlkə o da mənim kimi rol oynayırdı.

Mən guya onu sakitləşdirirdim.

O isə guya mənə inanırdı.

Ana ilə övlad arasında bəzən belə qəribə bir anlaşma olur. Həqiqəti demədən də həqiqəti anlayırlar.

Telefonu söndürdüm.

Bir müddət ekrana baxdım.

Sonra yolun qabağına.

Briqadanın kolonu hərəkət edirdi.

Bizim tabor əsas istiqamətdən ayrılıb Goranboy istiqamətində hərəkətə davam etdi.

Yol boyu insanlar düzülmüşdü.

Magistral yolların üst keçidlərində bayraqlar dalğalanırdı.

Şüarlar səslənirdi.

İnsanlar əsgərlərə əl edir, alqışlayırdı.

Bəziləri əvvəlcədən hazırladığı siqaret bloklarını, su qutularını, isti paltarları maşınların bortuna atırdı.

Bəziləri isə öz avtomobilləri ilə kolonun yanına yaxınlaşır, sürəti azaltmadan əllərindəki ərzaqları əsgərlərə ötürürdü.

O an əsgərlərin üzündə qəribə bir təbəssüm görürdüm.

Kimsə əl yelləyirdi.

Kimsə başını çıxarıb salam verirdi.

Kimsə alqışlayırdı.

Amma mənim içimdə tamam başqa bir hiss böyüyürdü.

Yenə Tahirin dediyi cümlə yadıma düşdü:

Allah bizi utandırmasın.

Bu dəfə həmin cümlə beynimdə daha ağır səsləndi.

Çünki yol kənarında dayanan insanlar bizə sadəcə su, çörək, siqaret vermirdilər.

Onlar bizə inanclarını verirdilər.

O gün ilk dəfə düşündüm:

Bizim artıq məğlub olmaq haqqımız yoxdur.

Bu insanların qarşısında yox.

Bu uşaqların dalğalandırdığı bayrağın qarşısında yox.

Əllərində isti paltar tutub əsgər gözləyən anaların qarşısında yox.

Səhərdən yol kənarında dayanıb övladına deyil, bütün əsgərlərə Allah sizi qorusun deyən insanların qarşısında yox.

Çünki müharibənin ən ağır yükü bəzən belindəki silah olmur.

Bəzən ən ağır yük sənə olan inamdır.

İnsan güllədən qaça bilər.

Amma ona bəslənən inamdan qaça bilmir.

Teztez maşın başçılarından məruzələr alırdım.

Sürücülərə diqqətli olmalarını, yuxulamamalarını tapşırırdım.

Kolonun nizamını qorumağa çalışırdım.

Amma əslində hər birimiz öz içimizdə başqa bir kolon idarə edirdik.

Qorxularımızdan, xatirələrimizdən, yarımçıq qalmış söhbətlərimizdən ibarət bir kolon...

Gecə saatlarında Qızılhacılı kəndinə çatdıq.

Dərhal maşınları təhlükəsizlik qaydalarına uyğun məsafələrdə yerləşdirdik.

Bölmələri birbirindən uzaq saxladıq.

Hər şey sakit görünürdü.

Amma müharibədə sakitlik heç vaxt tam sakitlik olmur.

Bir qulağım rabitədə idi.

Növbəti komandaya qədər burada gözləməli idik.

Telefon isə əlimdən düşmürdü.

İnsan bəzən ən pis xəbərin gələcəyini hiss edir.

Amma yenə də telefona baxır.

Çünki bilməmək bəzən bilməkdən daha ağırdır.

Telefon yenidən zəng çaldı.

Ekranda anamın adı göründü.

Bu dəfə danışmaq istəmirdim.

Çünki verəcəyi sualların cavablarını əvvəlcədən düşünməli idim.

Bir neçə saniyə telefona baxdım.

Sonra açdım.

— Mama...

Anam danışmağa başladı.

Mən isə onun ilk cümlələrindən sonra artıq nəsə baş verdiyini anladım.

Və elə həmin an Rihatın yaralanması barədə xəbəri aldım.

Donub qaldım.

Beynimdə hər şey bir anlıq dayandı.

Rihat...

Mənim xalam oğlum.

Cəmi bir il əvvəl ali hərbi məktəbi bitirmişdi.

Gənc tağım komandiri.

Beyləqan korpusunun həmlə taborunda döyüşürdü.

Sonralar öyrənəcəkdim ki, həmin istiqamətdə ön xəttin yarılmasında iştirak edib, düşmən səngərini keçib, müdafiənin ikinci eşalonundakı səngərdə bir neçə güllə yarası alıb.

Amma o gecə mən bunları bilmirdim.

Bildiyim yalnız bu idi:

Rihat yaralanmışdı.

Nə deyəcəyimi bilmirdim.

Amma anam məndən daha iradəli çıxdı.

Səsi sakit idi.

— Yüngül yaralanıb, salamatdır. İndi gözləyirik hospitala gətirsinlər. Sən narahat olma. Diqqətli ol. Özünü qoru...

Bir anlıq susdu.

Sonra adımı çəkdi:

— Mahir?..

— Ay can, mama...

Səsindəki o tanış istilik birdən bütün cəbhəni mənim üçün dəyişdi.

— Haqqım sizə halaldır. Allah qorusun... səni də, əsgərlərini də. Diqqətli ol, qadan alım.

Heç nə deyə bilmədim.

Telefonu qulağımda saxladım.

Qadan alım...

Gəncəli ananın, min dəfə eşitdiyim o şirin ifadəsi həmin gecə mənə dünyanın ən ağır və ən gözəl cümləsi kimi gəldi.

Bəzi sözlərin mənası zamanla dəyişir.

Uşaqlıqda adi səslənən bir söz, ölümün bir addımlığında sənə vəsiyyət kimi gələ bilir.

Rihata zəng etdim.

Cavab vermədi.

Bir daha yığdım.

Yenə cavab yox idi.

Narahatlığım daha da artdı.

Amma ən azı birimiz evə qayıda bilərdi.

Yaralı da olsa...

Birimiz.

Qaldıq ikimiz.

Tahirdən isə hələ xəbər yox idi.

Telefonu cibimə qoydum.

Rabitəyə qulaq asdım.

Uzaqdan partlayış səsləri gəlirdi.

Gecənin qaranlığında həmin səslər bəzən yaxın, bəzən uzaq eşidilirdi.

Hər partlayışdan sonra sükut yaranırdı.

O sükut isə növbəti partlayışa qədər adamın beynində min cür fikir yaradırdı.

Mən o gecə səhərə qədər yatmadım.

Əsgərlərimin bir hissəsi yatmağa çalışırdı.

Bəziləri səssizcə oturmuşdu.

Kimsə siqaret çəkirdi.

Kimsə telefonda evdəkilərlə danışırdı.

Kimsə isə heç kimə zəng etmirdi.

Bəlkə də zəng etməyə qorxurdu.

Mən rabitədən bir an belə ayrılmadım.

Çünki artıq anlayırdım:

Müharibə xəritədə çəkilən oxlardan ibarət deyil.

Müharibə bəzən bir telefon zəngidir.

Bəzən ananın səsində gizlənən titrəyişdir.

Bəzən qardaşının səhər dediyi haqqını halal elə cümləsidir.

Bəzən yol kənarında sənə uzadılan bir butulka sudur.

Və bəzən də bir ananın gecənin içində oğluna dediyi:

Haqqım sizə halaldır...

Səhər açılırdı.

Biz hələ də Qızılhacılıda idik.

Qarşımızda müharibə vardı.

Arxamızda isə bir ölkənin bizə olan inamı.

O gecə mən bir şeyi çox aydın başa düşdüm:

Bəzi yollar insanı cəbhəyə aparmır.
Bəzi yollar insanı öz taleyinin içinə aparır.

Bizim yolumuz da artıq geri dönülməz yerə çatmışdı.

Və səhərin ilk işığında mən yalnız bir şeyi düşünürdüm:

Allah bizi utandırmasın...

Vətən Müharibəsi mövzusunda gözlədiyimiz 5 film

44

İrimiqyaslı döyük səhnələrilə zəngin epik filmin süjet xəttinin mərkəzində azərbaycanlı zabit ilə türkiyəli həkimin sevgi münasibəti dayanır. Müharibə və sevgi iki antoqonist haldır. Sevgi insanları birləşdirir, müharibə isə ayırır. Ona görə də dünya kinosunda müharibənin amansızlığını qabartmaq üçün onu sevgilərin fonunda göstərirlər. 44 də bu klassik sxemdən istifadə edib.
Filmin rəsmi təqdimatı oktyabrın 12də olacaq.


Borc

Gənc DJ özündən çox razı idi, hamıya yuxarıdanaşağı baxırdı. Araz aşığından idi, Kür topuğundan. Amma pandemiya başlayanda işləri çətinə düşür, həyat hər yandan onu sıxır, çoxlu borca girir, üstəlik, sevgilisinin hamilə qaldığı bəlli olur. Borcluların əlindən harasa qaçmaq lazımdır. Bu zaman müharibə başlayır. DJ müharibəyə Vətəni sevdiyi üçün yox, yerini tapa bilmədiyi həyatdan qaçan eqoist, şıltaq gənc kimi gedir. Fəqət tamam başqa cür qayıdır...
Filmin yaxın vaxtlarda təqdim olunacağı gözlənilir.


Buzlar əriyəndə

İki bacı bir maşında vaxtilə hələ uşaq ikən didərgin salındıqları torpaqlara qayıdırlar. Onların birbirilə münasibəti heç vaxt yaxşı olmayıb. Aralarında sosial və psixoloji uçurum var. Amma indi birlikdə başlanğıca – talelərinin haçalandığı nöqtəyə qayıdırlar və getdikləri uzun yol boyunca onların arasındakı buzlar da əriyəcək. Film klassik yolda çevrilmə sxemini Böyük Qayıdışın fonunda işləyib və dərin psixoloji qatları olan roadmovie alınıb.


Mənə bənzəyən adam

Spoylerə görə üzr istəmirəm, çünki bu halda spoyler tamaşaçını hazırlamağa xidmət edir. Bu filmə hazırlıqsız baxmaq isə gözlənilən effekti verməyəcək. Məsələ ondadır ki, Böyük Qayıdış – canlı insanların geriyə dönüşüdür. Amma bir də didərgin ruhlar var. Onlar da yurdlarına qayıtmaq üçün torpaqların düşmən tapdağından azad olunmasını gözləyirdilər. Nəhayət, o gün yetişib və ruhların da Böyük Qayıdışı başlayır. Film festival xarakterlidir, meditativ tempdə çəkilib, hadisələr çox ləng inkişaf edir. Amma sona qədər baxsanız, dərindən bir həəəə... deyərək, köks ötürəcəksiniz.


Vətən çağırır

Vətən Müharibəmiz mövzusunda uşaqları da unutmaq olmaz. Real hadisələr əsasında çəkilmiş bu animasiya filmi şanlı Vətən Müharibəmizin ilk anlarından iki qəhrəman pilotun düşmənin HHM sistemlərini çaşdırmaq üçün An2 təyyarəsində çox təhlükəli missiya ilə havaya qalxmasından bəhs edir. Onların ölümdən qorxmamasının səbəbi təkcə qəhrəmanlıq ruhu yox, həm də uşaqlıqda yaşadıqları faciələr olub.
Film bu il təqdim ediləcək.

Vüsal Məmmədov

27 Sentyabr – yaddaşdan Zəfərə uzanan yol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020ci il tarixli Sərəncamı ilə 27 Sentyabrın hər il Anım Günü kimi qeyd olunması Vətən müharibəsi şəhidlərinin xatirəsinə dövlət səviyyəsində göstərilən ehtiramın ifadəsidir.

Lakin 27 Sentyabr yalnız təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün həm də Azərbaycanın dövlətçilik iradəsinin, xalqın həmrəyliyinin və Ordunun döyüş ruhunun yaddaşda yenidən canlandığı gündür.

Şəhidlik – Vətən yaddaşının ən uca zirvəsi

Vətən müharibəsinin Zəfəri minlərlə Azərbaycan əsgər və zabitinin həyat bahasına yazıldı. Onların arasında sıravi əsgərdən yüksək rütbəli zabitədək müxtəlif hərbi xidmət pillələrini təmsil edən qəhrəmanlar vardı.

Bu qəhrəmanlıq yolunun yaddaşımızdakı simvollarından biri generalmayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev kimi hərbçilərdir. Onların 2020ci ilin iyulunda şəhid olması xalqın yaddaşında dərin iz buraxdı və Vətən müharibəsindən əvvəl Azərbaycan cəmiyyətində güclü mənəvi səfərbərlik yaratdı. Hər iki hərbçiyə 2020ci ilin dekabrında ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Polad Həşimovun adı Azərbaycan hərb tarixində yalnız yüksək rütbə ilə deyil, ön xətdə əsgərlə çiyinçiyinə dayanmağın, şəxsi nümunə ilə komandanlıq etməyin rəmzlərindən biri kimi yaşayır. İlqar Mirzəyevin hərbi yolu da Vətənə sədaqət və peşəkarlıq anlayışlarının yaddaşımızdakı nümunələrindəndir.

Vətən müharibəsinin ağır döyüşlərində şəhid olan Babək Səmidli də bu qəhrəmanlıq salnaməsinin unudulmaz adlarındandır. O, Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə iştirak etmiş, Zəfər yolunda şəhidlik zirvəsinə yüksəlmişdir.

Bu adların hər biri ayrı bir həyat hekayəsidir. Amma onları birləşdirən ortaq məna birdir: Vətən qarşısında məsuliyyət.

Şəhidlik haqqında düşünərkən yalnız ölüm haqqında danışmaq kifayət deyil. Şəhidlik həm də yaşanmış həyatın hansı dəyərə həsr edildiyini göstərir. Buna görə şəhidlərimizin xatirəsini yaşatmaq yalnız onların adlarını çəkmək deyil onların təmsil etdiyi Vətən, dövlət, bayraq və torpaq anlayışlarını gələcək nəsillərə ötürməkdir.

Zəfərin arxasında dayanan hərbi iradə

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun hazırlıq səviyyəsini, idarəetmə imkanlarını və müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətini bütün dünyaya göstərən mühüm hərbisiyasi hadisəyə çevrildi.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi və dövlət siyasəti nəticəsində uzun illər ərzində ordu quruculuğuna, hərbi potensialın gücləndirilməsinə və müdafiə qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirildi. Prezidentin Anım Günü ilə bağlı müraciətində də bu prosesin – ordunun gücləndirilməsi, iqtisadi imkanların artırılması və milli gücün səfərbər olunmasının Zəfərə aparan yolun mühüm elementləri olduğu vurğulanmışdı.

Bu mübarizədə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin və hərbi birləşmələrinin şəxsi heyəti böyük şücaət göstərdi. Xüsusi Təyinatlı Qüvvələrin komandanı generalleytenant Hikmət Mirzəyev, Vətən Müharibəsi Qəhrəmanı generalmayor Kənan Seyidov və digər zabitlərin adları həmin dövrün hərbi salnaməsində xüsusi yer tutur. Hikmət Mirzəyev və Kənan Seyidov 2020ci il 9 dekabr tarixli sərəncamla Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.

Burada bir həqiqət xüsusilə diqqətəlayiqdir: Zəfər yalnız bir istiqamətdə aparılan döyüşlərin nəticəsi deyildi. Quru qoşunları, xüsusi təyinatlı qüvvələr, hərbi hava imkanları, sərhəd qoşunları və digər hərbi strukturların fəaliyyəti ümumi hərbi məqsədə xidmət edirdi. Bu isə müasir müharibədə peşəkar idarəetmənin, koordinasiyanın və hazırlığın əhəmiyyətini göstərir.

Bir yumruğa çevrilən xalq

Vətən müharibəsinin ən mühüm mənəvi dayaqlarından biri Azərbaycan xalqının birliyi idi.

Cəbhədə əsgər döyüşürdüsə, arxa cəbhədə ana dua edir, ata oğlunun yolunu gözləyir, həkim yaralıların həyatını xilas edir, müəllim şagirdlərinə Vətən sevgisini aşılayır, könüllü yardım edir, hər bir vətəndaş öz imkanları daxilində dövlətinin və Ordusunun yanında dayanırdı.

Bu birlik yalnız emosional həmrəylik deyildi. O, milli iradənin real ifadəsinə çevrildi.

Azərbaycan xalqının birliyinin ən təsirli tərəfi isə fərqli sosial təbəqələri, yaş qruplarını və peşələri eyni mənəvi məqsəd ətrafında birləşdirməsi idi. Çünki Vətən anlayışı insanları fərqləndirən deyil, birləşdirən ən böyük dəyərlərdən biridir.

Qazilər – Zəfərin canlı yaddaşı

Şəhidlərimiz bu Zəfərin əbədi yaddaşıdırsa, qazilərimiz onun canlı şahidləridir.

Onların yaraları yalnız fərdi həyatın ağrısı deyil, Azərbaycanın keçdiyi tarixi yolun izləridir. Qazi qarşısında ehtiram göstərmək müharibənin nəticəsini yalnız xatırlamaq deyil, həmin nəticənin hansı fədakarlıqlar hesabına əldə edildiyini dərk etməkdir.

Şəhid ailələri və qazilər cəmiyyətin mənəvi yaddaşının mühüm daşıyıcılarıdır. Onlara göstərilən diqqət həm dövlət siyasətinin, həm də ictimai məsuliyyətin mühüm istiqamətlərindən biri olaraq qalır.

Azərbaycan və Türkiyə – eyni yaddaşın iki nəfəsi

Vətən müharibəsi AzərbaycanTürkiyə qardaşlığının mənəvi gücünü də bütün aydınlığı ilə göstərdi.

Bir millət, iki dövlət ifadəsi həmin günlərdə siyasi şüardan daha artıq məna qazandı. Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək xalqımız tərəfindən qardaşlıq münasibətinin təbii ifadəsi kimi qəbul edildi.

Bu bağlılığın kökləri yalnız müasir siyasi münasibətlərdə deyil, ortaq tarixdə, dildə, mədəniyyətdə və milli yaddaşdadır. Türkçülük də məhz bu kontekstdə – ortaq tarixi və mənəvi dəyərləri yaşadan, xalqlar arasında qardaşlıq bağlarını möhkəmləndirən düşüncə kimi özünü göstərir.

Azərbaycanın Zəfəri türk dünyasının yaddaşında da mühüm hadisəyə çevrildi. Çünki Qarabağ uğrunda mübarizə yalnız bir ərazinin azad edilməsi deyil, həm də milli iradənin, tarixi yaddaşın və dövlətçilik əzminin ifadəsi idi.

Zəfərin sabahı: Milli Müdafiə Universiteti

Tarixi Zəfərin ən mühüm suallarından biri budur: Bu Zəfər gələcək nəsillərə necə ötürüləcək?

Cavab yalnız xatirə tədbirlərində deyil, təhsildə, hərbi elmdə, peşəkar kadr hazırlığında və gənc nəslin dünyagörüşündə axtarılmalıdır.

Məhz bu baxımdan Milli Müdafiə Universitetinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Universitet bu gün Azərbaycan Ordusunun hərbi təhsil və elm sisteminin mühüm institutlarından biri kimi Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Təlim və Tədris Mərkəzi, hərbi liseylər və hərbi kolleclər kimi müxtəlif təhsil və hazırlıq strukturlarını özündə birləşdirir.

Bu sistemin mahiyyətində yalnız hərbçi hazırlamaq deyil, düşünən, qərar qəbul edə bilən, müasir hərbi elmi mənimsəyən, dövlətçilik şüuruna və yüksək peşəkarlığa malik hərbi kadr yetişdirmək dayanır.

2023cü ildə qəbul edilmiş Prezident Fərmanı ilə Milli Müdafiə Universitetinin tabeliyində Bakı, Gəncə və Naxçıvanda hərbi kolleclərin yaradılması və gənclərin hərbi təhsilinin təşviqi istiqamətində yeni imkanların formalaşdırılması da hərbi təhsilin sistemli şəkildə inkişaf etdirilməsinə yönəlmiş addımlardan biridir.

Beləliklə, şəhidlərin qəhrəmanlığı tarixdə qalır, lakin onların yaratdığı mənəvi məsuliyyət gələcəyə keçir.

Bu mənada Milli Müdafiə Universitetinin auditoriyalarında, hərbi institut və kolleclərin sıralarında yetişən hər bir kursant yalnız bir peşəyə yiyələnmir. O, həm də Azərbaycanın hərb tarixinin növbəti səhifəsini yazmağa hazırlaşır.

Anım – keçmişə baxmaqla gələcəyə yönəlməkdir

27 Sentyabrın əsas fəlsəfəsi yadda saxlamaqdır.

Yadda saxlamaq ki, bu torpaq uğrunda həyatını fəda edən insanlar olub.

Yadda saxlamaq ki, Zəfər yalnız sevinc deyil, həm də böyük məsuliyyətdir.

Yadda saxlamaq ki, dövlətin gücü yalnız silahda deyil, onun arxasında dayanan xalqın birliyində, ordunun peşəkarlığında, gənclərin təhsilində və milli iradənin möhkəmliyindədir.

Şəhidlərimizin adları tarix kitablarında, memoriallarda, küçələrdə və abidələrdə yaşaya bilər. Lakin onların ən böyük abidəsi Vətənə sədaqətlə yaşayan və dövlətinə layiqli xidmət edən nəsildir.

Bu baxımdan Anım Günü yalnız dünənin qəhrəmanlarını yad etmək deyil. Bu gün həm də sabahın əsgərinə, zabitinə, hərbi aliminə, müəlliminə və vətəndaşına verilən səssiz bir mesajdır:

Vətən sənə yalnız miras deyil, əmanətdir.

27 Sentyabr – şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əydiyimiz, qazilərimizin fədakarlığını ehtiramla andığımız, xalqımızın birliyini və Ordumuzun Zəfər yolunu xatırladığımız gündür.

Bu gün Azərbaycanın göylərində dalğalanan Bayraq bir həqiqəti söyləyir: şəhidlərin canı ilə qorunan Vətən yalnız keçmişin yadigarı deyil, gələcəyin məsuliyyətidir.

Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq.
Qazilərimizin fədakarlığı unudulmayacaq.
Azərbaycan Ordusunun Zəfər yolu gələcək nəsillərə örnək olacaq.
Və bu yolun davamında Milli Müdafiə Universitetində yetişən yeni nəsil hərbçilərin bilik və iradəsi dayanacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qazilərimizə möhkəm cansağlığı versin.
Azərbaycanımızı və onun şanlı Ordusunu daim qorusun.


Günay Miri
Müəllim, yazıçıpublisist

Vandalizmdən inkişafa - Üç dövrün şahidi olan Ağdam Cümə məscidi

XIX əsrin yadigarı olan Ağdam Cümə məscidi şəhərin tarixinin müxtəlif dövrlərinə şahidlik edən abidələrdəndir. Məscid XX əsrin sonlarına doğru Ağdamın inkişaf etdiyi, ictimai, iqtisadi və mədəni həyatın geniş vüsət aldığı dövrə, 1990cı illərin əvvəllərində müharibənin ağır günlərinə, şəhidlərin və Xocalıda qətlə yetirilən dinc sakinlərin faciəsinə, işğal illərində isə şəhərin dağıdılmasına şahidlik edib. Bu gün məscid işğaldan azad edilən şəhərdə bərpa olunan ilk obyektlərdən biri kimi Ağdamın tarixi yaddaşını yaşatmaqla yanaşı, aparılan bərpaquruculuq işlərinin və yeni həyatın ilk izlərini də özündə birləşdirir. Üç dövrün şahidi olan Cümə məscidinin tarixində Ağdam şəhərinin keşməkeşli taleyi əks olunur.

AZƏRTACın Ağdamın Cümə məscidi ilə bağlı yazısını təqdim edirik.

İnkişaf edən Ağdamın memarlıq incisi

Ağdam Cümə məscidi 1868–1870ci illərdə Qarabağın tanınmış memarı Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilib. Qarabağ memarlıq məktəbinin xarakterik xüsusiyyətlərini özündə birləşdirən məscid uzun illər şəhərin dini və ictimai həyatında mühüm yer tutub.

İşğaldan əvvəl Ağdam Qarabağın mühüm şəhərlərindən biri kimi sürətlə inkişaf edirdi. Şəhərdə sənaye müəssisələri fəaliyyət göstərir, ticarət genişlənir, yeni yaşayış və sosial obyektlər inşa olunurdu. Təhsil, səhiyyə və mədəniyyət müəssisələri idman obyektləri, bazar və ticarət məkanları şəhərin gündəlik həyatını formalaşdırırdı.

Ağdam həm də ətraf rayonlar üçün mühüm ticarət və xidmət mərkəzlərindən biri idi. Şəhərdə müxtəlif peşə sahələri inkişaf edir, insanlar burada işləyir, təhsil alır, yaşayırdılar. Ağdam həmin illərdə Qarabağın iqtisadi və sosial baxımdan fəal şəhərlərindən biri kimi seçilirdi. Cümə məscidi də bu həyatın mühüm tərkib hissəsi idi.

Ağrıların və göz yaşlarının şahidi

1990cı illərin əvvəllərində Qarabağ müharibəsinin ən ağır günlərini yaşayan şəhərlərdən biri də Ağdam oldu. Şəhər demək olar ki, hər gün artilleriya və raket atəşinə tutulur, dinc sakinlər və Vətən uğrunda döyüşənlər həyatlarını itirirdilər.

Ağdam Cümə məscidi həmin illərdə şəhərin yaşadığı ağrılı hadisələrin də şahidinə çevrilmişdi. Ermənistan həbçirləri ilə döyüşlərdə şəhid olanlar, eləcə də 1992ci ilin fevralında Xocalıda qətlə yetirilən dinc sakinlər Ağdam Cümə məscidinə gətirilir, burada dəfnə hazırlanırdılar. Məscidin həyəti şəhidlərin doğmalarının göz yaşlarına, övladını itirən anaların fəryadına, oğul itkisi yaşayan ataların dərin kədərinə şahidlik edirdi. Ağdamın ağır günlərinin izləri məscidin tarixində də öz əksini tapdı və bu məkan şəhərin müharibə illərində yaşadığı faciələrin yaddaşına çevrildi.

Qafqazın Xirosiması: dağıdılan Ağdam, vandalizmə məruz qalan məscid

1993cü ildə Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra həm şəhərin, həm də Cümə məscidinin taleyində daha ağır və faciəli bir dövr başladı. Vaxtilə həyatın qaynadığı şəhər talan edildi, yandırıldı, yaşayış evləri, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, digər ictimai və inzibati binalar dağıdıldı, şəhərin infrastrukturu məhv olundu. Ağdamın işğal dövründə məruz qaldığı dağıntıların miqyası o qədər böyük idi ki, şəhər Qafqazın Xirosiması adlandırıldı.

Bu dağıntılar Cümə məscidindən də yan keçmədi. Məscidin əsas konstruksiyaları və minarələri salamat qalsa da, abidəyə ciddi ziyan vuruldu. Minarələrin daxili hissələri söküldü, tavan bir neçə yerdən uçuruldu, məscidin memarlıq ünsürləri və kitabələri qəsdən yararsız, tanınmaz vəziyyətə salındı. İşğal dövründə məscidin dini təyinatı dəyişdirildi, binadan təsərrüfat məqsədləri üçün istifadə edilərək, burada malqara saxlanıldı. Bu faktlar məscidin yalnız dağıntıya məruz qalmadığını, həm də dinimədəni irs nümunəsi kimi təhqiramiz rəftara məruz qoyulduğunu göstərir.

Beləliklə, Cümə məscidi həmin illərdə bir tərəfdən Ağdamın dağıdılmasının, digər tərəfdən isə özünün məruz qaldığı vandalizmin izlərini daşıyan tarixi abidəyə çevrildi.

Azadlıqdan sonra başlayan yeni həyat

2020ci il noyabrın 20də Ağdamın işğaldan azad edilməsindən sonra həm şəhərin, həm də Cümə məscidinin tarixində yeni mərhələ başladı. Uzun illər dağıntılar içərisində qalan Ağdam genişmiqyaslı bərpa və quruculuq dövrünə qədəm qoydu.

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Şəhərdə yeni yaşayış məhəllələri salınır, məktəblər, səhiyyə və digər sosial obyektlər, sənaye müəssisələri və müasir infrastruktur yaradılır. Vaxtilə dağıdılmış şəhərin yerində yeni Ağdam formalaşır və doğma sakinləri yenidən qoynuna alır.

Quruculuq prosesi yalnız yeni şəhər infrastrukturunun yaradılması ilə məhdudlaşmır. Ağdamın tarixi simasının qorunmasına, dağıdılmış və zərər görmüş tariximədəni irs nümunələrinin bərpasına da xüsusi diqqət yetirilir. Bu baxımdan Cümə məscidinin bərpası xüsusi əhəmiyyət daşıyır.

Ağdamın işğaldan azad edilməsindən sonra bərpa olunan ilk obyekt məhz Cümə məscidi olması Azərbaycanın tarixi və dini irsə verdiyi əhəmiyyətin konkret nümunəsidir.

Məscidin konservasiya və restavrasiya işlərinə 2022ci ilin martında Heydər Əliyev Fondu tərəfindən başlanıldı. Bərpa zamanı abidənin ilkin memarlıq üslubu əsas götürüldü, tarixi tikinti materialları araşdırıldı, zədələnmiş hissələri bərpa və konservasiya edildi. 2024cü il aprelin 25də Ağdam Cümə məscidinin bərpadan sonra açılışı keçirildi. Tarixi abidə əvvəlki görkəminə qaytarıldı və yenidən Ağdamın dini və tariximədəni həyatının bir hissəsinə çevrildi.

Bu gün Cümə məscidinin minarələri artıq işğalın dağıntıları ilə əhatələnmiş Ağdamın deyil, yenidən qurulan və dirçələn şəhərin fonunda ucalır.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri mövzusunda panel sessiya keçirilib.

Sessiyanın ABŞAzərbaycan iqtisadi tərəfdaşlığı: TRIPP və yeni bağlantı imkanları mövzusuna həsr edilmiş birinci hissəsinə iqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov moderatorluq edib.

Tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək ABŞAzərbaycan tərəfdaşlığı, yeni regional bağlantı imkanlarının Cənubi Qafqazda davamlı sülh və sabitliyin möhkəmləndirilməsinə verə biləcəyi töhfələr barədə məlumat verib.

Paneldə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, ABŞnin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon, Bechtel şirkətinin biznesin inkişafı üzrə direktoru Qabor Gerentser, Apollo şirkətinin idarəedici direktoru Conatan Bar, Centricus şirkətinin tərəfdaşı Halil Emecen, ABŞAzərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov iştirak ediblər.

Paneldə ABŞ–Azərbaycan strateji tərəfdaşlığının inkişafı, enerji və infrastruktur layihələrində əməkdaşlıq, özəl sektorun iştirakı və investisiya imkanları müzakirə olunub. Həmçinin ABŞ şirkətləri və investorları üçün Azərbaycanda yaradılan imkanlar, strateji infrastrukturun inkişafı və regional enerji bağlantılarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Panel sessiyanın II hissəsi Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri mövzusuna həsr edilib.

Euronewsun büro rəhbəri Nadira Tüdorun moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Perhat Yağşiyev, Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aidar Abildabekov, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin ticarət məsələləri üzrə müşaviri Yu Honqçi, Almaniya Şərq Biznes Assosiasiyasının (OA) icraçı direktoru Maykl Harms, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze, Kibar Holdingin baş icraçı direktoru Haluk Kayabaşı, Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz üzrə direktoru Vibke Şlömer iştirak ediblər.

Sessiyada Orta Dəhlizin dayanıqlı Şərq–Qərb ticarət və logistika platforması kimi inkişafı, Transxəzər bağlantısının və multimodal nəqliyyat infrastrukturunun gücləndirilməsi, dəmir yolu, liman və logistika imkanlarının genişləndirilməsi, eləcə də Mərkəzi Asiya, Azərbaycan və Çin arasında ticarət və investisiya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub. İnfrastrukturun dövlətözəl tərəfdaşlığı, çoxtərəfli maliyyə institutları və özəl kapital hesabına maliyyələşdirilməsi, tranzit imkanlarının istehsal, emal və əlavə dəyər yaradan fəaliyyətlərlə əlaqələndirilməsi, regional sənaye əməkdaşlığının və dəyər zənirlərinə inteqrasiyanın genişləndirilməsi məsələlərinə də diqqət yetirilib.

Müzakirələrdə Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və qlobal bazarlar arasında strateji keçid platforması kimi mövqeyinin, nəqliyyatlogistika imkanlarının istehsal və regional dəyər zəncirlərinin inkişafı ilə əlaqələndirilməsinin investisiya və iqtisadi əməkdaşlıq üçün yaratdığı imkanlar vurğulanıb.

"5 min manat pulumu alıb, qaytarmadı"- Qənizadədən şikayət

Sonxeber.aza müraciət edən vətəndaş Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 5000 min manat pul alıb. Müraciətdə bildirilir:

Mən, Elgiz Qənizadə Rayon Prokurorluğunda işlədiyi dövrdə zərərçəkmiş şəxs kimi müraciət etmişdim. Həmin vaxt deputatın qardaşı həbs olunmuşdu. Həbs edilən şəxsin böyük qardaşı və dostları barışıq üçün mənə müraciət etmişdilər.

Elgiz Qənizadə şikayətimlə bağlı məni qəbul etdi. Baş verənlər barədə ona ətraflı məlumat verdim. Bildirdim ki, zərərçəkmiş 19 nəfərin içərisində yalnız mənim işimə hüquqi qiymət verilmədən Nərimanov Rayon Prokurorluğuna göndərilib. Lakin gördüm ki, Elgiz Qənizadə də mənə kömək etmədi.

Məcbur olub digər zərərçəkmişlərlə əlaqə yaratdım və onların əlində olan faktları da prokurorluğa təqdim etdim. Sübut etdim ki, eyni ev müxtəlif tarixlərdə ayrıayrı şəxslərə satılıb. Mənim üstünlüyüm ondan ibarət idi ki, mənə verilmiş maliyyə arayışı digər zərərçəkmişlərə verilən arayışlardan daha əvvəl tərtib edilmişdi.

Elgiz Qənizadə gördü ki, bütün sübutları aidiyyəti qurumlara təqdim edirəm. Həmin sübutlardan sonra onun barəsində həbs qətimkan tədbiri seçildi.

O, təcridxanada olduğu müddətdə qohumları mənimlə görüş keçirdilər. Təqsirləndirilən şəxsin qardaşı Rauf və Nurəddin adlı dostu mənə barışıq təklif etdilər. Bildirdilər ki, mənə ödəniş edəcəklər. Lakin eyni zamanda dedilər ki, Elgiz Qənizadə buna imkan vermir, onlardan əlavə 100 min manat pul tələb edir.

Mən də onlara bildirdim ki, zərərçəkmiş şəxs kimi mənə dəymiş ziyan ödənilirsə, Elgiz Qənizadə niyə buna mane olur?
Səhəri gün Elgiz Qənizadənin yanına getdim. O, bildirdi ki, qarşı tərəflə kənarda görüşməməliyəm. Barışıq və görüşlər onun otağında keçirilməlidir.

Daha sonra müstəntiq məni çağırdı və qarşı tərəfin barışıq etmək, dəymiş ziyanı ödəmək istədiyini bildirdi. Bunun üçün notariat qaydasında barışıq ərizəsi yazmalı olduğumu söylədi.

David Yusifovun adı ilə bağlı da bir sıra məsələlər gündəmdə idi. Elgiz Qənizadə nədənsə Elşən Cəbrayılovla və David Yusifovla bağlı məsələlərin həllinə imkan vermirdi.

David Yusifovun Cavid adlı qardaşı müstəntiqin otağında mənə 10 min manat ödəniş etdi. Bildirdi ki, qalan 70 min manat da tam şəkildə ödəniləcək. Mən də həmin vaxt 10 min manatın ödənilməsi ilə bağlı ərizə yazdım.

David Yusifov mənə avtomobil verdi və avtomobilin qiymətinin 49 min dollar olduğunu bildirdi. Daha sonra Elgiz Qənizadə məni çağıraraq 5 min manat ödəməli olduğumu söylədi. Bildirdi ki, bu pulun qarşılığında mənə pulum geri qaytarılacaq. Mən də məcbur olub 5 min manat ödədim.

Mən dəfələrlə Elgiz Qənizadənin qəbulunda olmuşam. Ona bildirirdim ki, məndən 5 min manat pul alıb, pulumun qaytarılacağına söz verib. Hər dəfə mənə səbirli olmağımı söyləyirdi.

Sonradan Suraxanı rayonunda ev aldım. Evin təmiri üçün tikinti şirkəti ilə 21 min 300 manatlıq müqavilə imzaladım. Lakin həmin şirkət evimi yararsız vəziyyətə saldı. Bu məsələ ilə bağlı da ciddi problemlərlə üzləşdim. Bir müddət sonra Elgiz Qənizadənin Suraxanı Rayon Prokurorluğunda işlədiyini eşitdim. Onun yanına gedərək 5 min manat pulumun onda qaldığını bildirdim. O isə mənə yanına gəlməyi söylədi.

Mən onun yanına getdim. O, köməkçisinə ərizə yazmağıma kömək etməsi barədə göstəriş verdi. Mən də ərizə yazaraq Yasin Babayevə evin təmiri üçün 21 min 300 manat ödədiyimi qeyd etdim. Həmin məbləğin 15 min manatına dair çekim var idi, lakin 6 min 300 manatın çekini mənə verməmişdilər.

Elgiz Qənizadə çek olmadığına görə ərizədə yalnız 15 min manatın qeyd olunmasını istədi. Həmin pulu alıb mənə verəcəyini bildirdi. Lakin Elgiz Qənizadə Nərimanovda olduğu kimi, Suraxanıda da məni bu günsabah deyədeyə aldatdı.

Aldadıldığımı hiss etdikdən sonra Bakı Şəhər Baş Prokurorluğuna müraciət etdim. Mənə bildirildi ki, cinayət işinin başlanması üçün ekspertiza təyin olunmalıdır.

Nəhayət, Dövlət Ekspertiza Mərkəzi rəy verdi ki, evin təmiri üçün 6 min 543 manatlıq xərc çəkilib. Sonradan mənə bildirildi ki, pul verdiyim şəxs dələduzdur və digər məsələlər də pulun mənimsənilməsi məqsədilə həyata keçirilib.

Yasin Babayev barəsində cinayət işi başlandı. Lakin yenə də haqsızlıqla üzləşdim. Mənə həm maddi, həm də mənəvi zərər dəydi. Hazırda başıma gələn bu haqsızlıqlar səhhətimdə ciddi problemlər yaradıb. Elgiz Qənizadə dəfələrlə məni aldatdı. Mən müstəntiqlə Elgiz Qənizadə arasındakı yazışmaları oxudum. Həmin yazışmalardan belə qənaətə gəldim ki, o, konkret cinayət işinin başlanmasına və işimin həll edilməsinə mane olurdu.Belə olan halda mən Elgiz Qənizadədən verdiyim 5 min manatın geri qaytarılmasını tələb etdim. Lakin o, pulumu qaytarmadı.

Mən Elgiz Qənizadə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etdim və bütün sübutları təqdim etdim. Sonradan bildim ki, Çingiz Qənizadə mənim şikayətim ilə bağlı bir neçə şəxslə görüşüb. Həmin görüşlərdən sonra isə işimə baxılmadı. Əlimdə bütün sənədlər və sübutlar olaola bu gün də haqsızlıqla üzüzəyəm. Çingiz Qənizadənin tapşırığından sonra işimə baxılmadığını düşünürəm.

Mən nə etməliyəm? Çingiz Qənizadə kimi bir ata tapıb, nəyinsə müqabilində işimi kiməsə tapşırmalıyam ki, haqqımı əldə edə bilim?

Mən dövlətimə və ölkə başçısına güvənirəm.Mən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdən və Azərbaycanın Baş prokuroru Kamran Əliyev kömək istəyirəm.

Hörmətli, Cənab Prezident İlham Əliyev, sizdən xahiş edirəm ki, işimin obyektiv və hərtərəfli araşdırılması, pozulmuş hüquqlarımın bərpası və mənə dəymiş maddi ziyanın ödənilməsi üçün müvafiq tapşırıqlar verəsiniz. Həmçinin Elgiz Qənizadənin və onunla əlbir olduğunu iddia etdiyim şəxslərin fəaliyyətinin qanun çərçivəsində araşdırılmasını, təqsirləri sübuta yetiriləcəyi təqdirdə qanunla cəzalandırılmalarını təmin etməyinizi xahiş edirəm.Mənim yeganə istəyim ədalətin bərpa olunması, illərdir çəkdiyim əziyyətin qarşılığında haqqımın mənə qaytarılması və qanunun aliliyinin təmin edilməsidir.

Qeyd edək ki, Pəri Cəfərova Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim etdiyi Elgiz Qənizadə ilə olan yazışmaları və səs yazılarını da Sonxeber.aza təqdim edib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

AzVision.az xəbər verir ki, mərkəzdə nevroloji, ortopediktravmatoloji, kardioloji, pulmonoloji və pediatrik istiqamətlər üzrə reabilitasiya aparılır. Buraya insult və digər nevroloji xəstəliklərdən, travma və əməliyyatlardan sonrakı bərpa, dayaqhərəkət sistemi problemləri, idman zədələri, eləcə də ürəkdamar və tənəffüs sistemi xəstəlikləri üzrə xidmətlər daxildir.

Yerli mütəxəssislər hər pasiyentin vəziyyətinə uyğun reabilitasiya proqramı hazırlayırlar. Proqram çərçivəsində robotik texnologiyalardan istifadə etməklə yerişin, balansın, koordinasiyanın və ətrafların hərəkət funksiyalarının bərpasına yönəlmiş terapiyalar tətbiq olunur. Hazırda Mərkəzdə gün ərzində 150–170 pasiyentə xidmət göstərilir.

Azərbaycandan Afrikaya çarter reysləri olacaq

AzVision.az APAya istinadən xəbər verir ki, bunu AfrikaAzərbaycan Əməkdaşlıq Təşkilatının təsisçisi və sədri Rəna Qafarova II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən Afrika və Azərbaycanı birləşdirmək: İnvestisiya, ticarət və artım adlı panel sessiyada deyib.

O bildirib ki, gələcəkdə Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili planlaşdırılır.

Ethiopian Airlines ilə görüşlərimiz var və gələcəkdə Azərbaycandan Afrikaya çarter reyslərinin təşkilini nəzərdə tuturuq. Bu reyslər AZAL və ya Ethiopian Airlines tərəfindən həyata keçirilə bilər. Bildiyiniz kimi, Ethiopian Airlines Afrikanın ən böyük aviaşirkətidir, – Rəna Qafarova qeyd edib.

AzVision.az

“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

Müraciətlər əsasən işə qəbul, iş yerinin dəyişdirilməsi, sahibkarlıq obyektlərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Qarabağ Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

SOCAR, ADSEA və “Esyasoft Holding” su ehtiyatlarının idarə edilməsi üzrə əməkdaşlıq edəcəklər

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, snədi İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCARın prezidenti Rövşən Nəcəf, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Esyasoft Holdingin direktoru Bipin Çandra mübadilə ediblər.

Memorandum Azərbaycanda Ağıllı Su Şəbəkəsinin İdarəetmə Sisteminin qiymətləndirilməsi, ümumi dizaynının hazırlanması və tətbiqinin planlaşdırılması sahəsində əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə tərəflər layihənin texniki, əməliyyat, kommersiya, maliyyə, tənzimləyici və kibertəhlükəsizlik aspektlərini əhatə edən texnikiiqtisadi əsaslandırmanı, həmçinin layihənin icra planını hazırlayacaqlar.

Layihə su ehtiyatlarının idarə edilməsi və paylanması infrastrukturunun modernləşdirilməsinə, texniki və kommersiya su itkilərinin azaldılmasına, eləcə də istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni sistem ağıllı su sayğacları vasitəsilə məlumatların məsafədən toplanmasını və emalını, su şəbəkəsinin monitorinqini, sızmaların aşkarlanmasını, təzyiqin idarə edilməsini və rəqəmsal hidravlik modelləşdirmə həllərini əhatə edəcək.

Sənədə əsasən, SOCAR layihənin maliyyələşdirmə modelinin və mümkün dövlətözəl tərəfdaşlığı çərçivəsinin hazırlanmasına, həmçinin nasos sistemlərinin işinin optimallaşdırılması da daxil olmaqla, su təchizatı sistemləri üçün enerji səmərəli həllərin işlənib hazırlanmasına cavabdeh olacaq.

Layihənin icrasında Esyasoft Holdingin smart kommunal texnologiyalar sahəsində beynəlxalq təcrübəsindən, həmçinin Azərbaycanda SOCARın Azəriqaz İstehsalat Birliyi ilə həyata keçirilən Ağıllı Qaz Şəbəkəsinin Transformasiyası Layihəsi çərçivəsində əldə edilmiş təcrübədən istifadə olunması nəzərdə tutulur. Bu təcrübənin su sektoruna uyğunlaşdırılması ağıllı sayğaclaşdırma, real vaxt monitorinqi, itkilərin aşkarlanması və məlumatlara əsaslanan şəbəkə idarəetməsinin inkişafına imkan yaradacaq.

Azərbaycan Qran-Prisi : Üçüncü sərbəst yürüş başa çatdı

Red Bull Racing komandasının pilotu Maks Ferstappen sessiyanı birinci pillədə başa vurub. Mercedes pilotu Corc Rassel ikinci, Ferraridən Lyuis Hemilton isə üçüncü olub.

Beləliklə, Bakı Şəhər Halqasındakı üçüncü sınaq yürüşünün nəticələrinə əsasən, ilk üçlük Ferstappen, Rassel və Hemiltondan ibarət olub.

Xatırladaq ki, ötən gün baş tutan ilk sərbəst yürüşdə Mercedes komandasının pilotu Corc Rassel finişə birinci, Red Bull Racing pilotu Maks Ferstappen ikinci, Ferrari pilotu Şarl Lekler isə üçüncü çatıb.

İkinci sərbəst yürüşdə isə Mercedes komandasının pilotu Corc Rassel sessiyanı birinci pillədə başa vurub. Onun komanda yoldaşı Kimi Antonelli ikinci, Red Bull Racing pilotu Maks Ferstappen isə üçüncü olub.

Azərbaycan QranPrisinin əsas yarışı isə sentyabrın 26da keçiriləcək.

Bakcell-də hədiyyə mövsümü başladı

Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərli hədiyyələr qazana bilərlər. Sea Breezedə mənzillə yanaşı, İstanbul istiqamətində gedişdönüş aviabiletləri, iPhone modelləri, smart saatlar, qulaqlıqlar, planşetlər və televizorlar, həmçinin 20 GBdək internet paketləri də hədiyyələr sırasındadır.

Hər iki standart çarx çevirməsindən sonra abunəçi üçün bir VIP Çarx aktivləşir. Sea Breezedə mənzil və sadalanan digər dəyərli hədiyyələr yalnız VIP Çarx vasitəsilə qazanılır.

VIP Çarxdan istifadə etmək üçün abunəçilər Bakcell tətbiqinə daxil olaraq müvafiq bölməyə keçə və çarxı çevirə bilərlər.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.




Suriya Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir - Nazir

AzVision.az xəbər verir ki, bunu Trendə açıqlamasında Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əlŞaar cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində deyib.

Nazir iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.

Suriyaya və Azərbaycana ticarət, texnologiya və, əlbəttə ki, enerji sahələrində çoxlu imkanlar var. Enerji, şübhəsiz ki, siyahının ilk pilləsindədir. Azərbaycanla qaz sahəsində artıq əməkdaşlıq təcrübəmiz var və ümid edirik ki, bu təcrübə digər sahələri də əhatə etməklə davam edəcək, deyə M.N.əlŞaar qeyd edib.

Onun sözlərinə görə, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları və müxtəlif sənaye sahələri də Azərbaycan və Suriya arasında əməkdaşlığın inkişaf etdirilə biləcəyi istiqamətlər sırasındadır.

Azərbaycan və Suriya olaraq hər iki ölkənin yaxşı imkanlara malik olduğu sahələr var. Kənd təsərrüfatı və sənaye də bu istiqamətlərdəndir. Düşünürəm ki, bu sahələrdə əməkdaşlıq hər iki ölkə üçün əhəmiyyətli faydalar yarada bilər, nazir bildirib.

M.N.əlŞaar bu gün Azərbaycan və Suriya arasında Birgə Biznes Şurasının yaradılmasının elan edilməsinin də iki ölkənin işgüzar əlaqələrinin inkişafı baxımından mühüm olduğunu vurğulayıb.

Bu platforma Suriya və Azərbaycan arasında qarşılıqlı əlaqələr üçün bir növ qapı olacaq. Biznes nümayəndələri tərəfdaşlıqların yaradılması, investisiya imkanlarının araşdırılması və hər iki ölkəyə kapital cəlb edilməsi baxımından çox mühüm rol oynayırlar, deyə o bildirib.

Nazirin sözlərinə görə, Birgə Biznes Şurası iki ölkənin biznes dairələrinə qarşılıqlı investisiya imkanlarını daha yaxından araşdırmağa şərait yaradacaq.

Biznes nümayəndələrinə hər iki ölkədə mövcud imkanları araşdırmaq imkanı vermək istəyirik. Bu platforma ticarət və investisiya sahəsində hökumətlərin maraqlarının irəlilədilməsi üçün bir vasitə olacaq, M.N.əlŞaar deyib.

Suriya iqtisadiyyat və sənaye naziri Azərbaycanın Suriyaya təbii qaz ixracının ölkənin enerji təminatına təsirini də qiymətləndirib.

Bu, əlbəttə ki, çox müsbət təsir göstərib və bizə daha çox elektrik enerjisi istehsal etməyə imkan verib. Azərbaycanla bu cür biznes əlaqələrini davam etdirməyə ümid edirik, deyə nazir əlavə edib.

Yeni tarixin ən böyük günü

Onların hər birinin həyatında Vətənə bağlılıq, torpağa məhəbbət, xalq qarşısında məsuliyyət və fədakarlıq nümunəsi vardır. 2020ci il sentyabrın 27də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən birinə çevrildi. Azərbaycan Ordusunun əsgər və zabitləri böyük qəhrəmanlıq və igidlik göstərərək Vətən qarşısında müqəddəs borclarını yerinə yetirdilər.

44 gün davam edən müharibə xalqımızın yaddaşında qəhrəmanlıq dastanı kimi qaldı. Bu müharibə Azərbaycan xalqının öz doğma torpaqlarına bağlılığını, milli birliyini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Həmin günlərdə cəmiyyətimizin bütün təbəqələri bir yumruq kimi birləşdi. Əsgər ön cəbhədə döyüşdü, xalq arxa cəbhədə Ordumuza mənəvi və maddi dəstək göstərdi. Valideynlər övladlarını Vətənin müdafiəsinə yola saldılar. Ana ürəyinin ən ağır sınağına dözərək oğlunun arxasınca dua etdi. Atalar övladları ilə qürur duydu. Bacı və qardaşlar şəhid olan doğmalarının xatirəsini əziz tutdular. Hər bir Azərbaycan ailəsi bu böyük mübarizənin bir parçasına çevrildi.

Şəhidlərimizin qəhrəmanlığı tariximizin ən qiymətli səhifələrindən biri kimi gələcək nəsillərə ötürülməlidir. Onların adı yalnız məzar daşlarında deyil, xalqımızın yaddaşında, məktəblərimizin tarix dərslərində, vətənpərvərlik tədbirlərində, dövlətçilik düşüncəmizdə və gələcək nəsillərin qəlbində yaşamalıdır. Çünki şəhidlik yalnız ölüm deyil, Vətən naminə ən böyük fədakarlıqdır. Şəhidlər öz həyatlarını Azərbaycan torpağının bütövlüyü və xalqımızın gələcəyi naminə fəda etdilər. Onların göstərdiyi qəhrəmanlıq hər birimiz üçün mənəvi örnəkdir.

Bu gün Azərbaycan gəncliyinin qarşısında mühüm vəzifələr dayanır. Gənclərimiz öz tarixini, milli dəyərlərini, dövlətçilik ənənələrini və şəhidlərimizin həyat yolunu dərindən öyrənməlidirlər. Vətənpərvərlik yalnız Vətəni sevmək haqqında danışmaq deyil, həm də yaxşı oxumaq, öz peşəsinə məsuliyyətlə yanaşmaq, cəmiyyətə faydalı insan olmaq, dövlətin inkişafına öz töhfəsini verməkdir. Məktəb bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müəllimlər şagirdlərə yalnız bilik vermir, həm də onların şəxsiyyət kimi formalaşmasına, millimənəvi dəyərlərə bağlı böyüməsinə xidmət edirlər.

Tarix müəlliminin üzərinə isə xüsusilə böyük məsuliyyət düşür. Çünki tarix keçmişi öyrətməklə yanaşı, gələcəyə yol göstərir. Şagirdlər bilməlidirlər ki, bu gün yaşadığımız müstəqil Azərbaycan böyük mübarizələr, fədakarlıqlar və qəhrəmanlıqlar hesabına formalaşıb. Şəhidlərimizin həyat hekayələri gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir. Onların ailələrinə göstərilən diqqət və qayğı da xalqımızın şəhidlərə olan ehtiramının ifadəsidir. Şəhid ailələri bizim üçün xüsusi hörmət və ehtirama layiqdir. Çünki onlar Vətən uğrunda ən əzizlərini itiriblər. Bu itkinin ağrısını sözlə ifadə etmək mümkün deyil.

Anım Günü həm də şəhidlərimizin ailələrinin yanında olduğumuzu göstərmək, onların qəhrəman övladlarının xatirəsini daim yaşatmaq üçün mühüm gündür. 27 Sentyabr bizə bir daha xatırladır ki, Vətən sevgisi nəsildənnəslə ötürülən müqəddəs bir dəyərdir. Bu gün məktəblərdə keçirilən tədbirlər, şəhidlərimizin xatirəsinə həsr olunan dərslər, söhbətlər, təqdimatlar və anım mərasimləri gələcək nəsillərin milli yaddaşının formalaşmasında mühüm rol oynayır. Şagirdlərimiz bilməlidirlər ki, Azərbaycanın hər qarış torpağının arxasında böyük bir tarix, böyük bir zəhmət və böyük bir fədakarlıq dayanır.

Biz şəhidlərimizin əmanətinə sadiq qalmalı, onların xatirəsini daim uca tutmalıyıq. Onların arzularını yaşatmaq üçün daha güclü, daha savadlı, daha həmrəy və daha məsuliyyətli cəmiyyət qurmağa çalışmalıyıq. Bu müqəddəs gündə Vətən müharibəsində canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların valideynlərinə, övladlarına, həyat yoldaşlarına və yaxınlarına dərin hörmətimizi bildiririk. Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan tarixində əbədi yaşayacaqdır. Onların adı zaman keçdikcə unudulmayacaq, əksinə, gələcək nəsillər üçün daha böyük məna daşıyacaqdır. Çünki xalq öz qəhrəmanlarını yaşatdıqca onun milli yaddaşı və mənəvi gücü də yaşayır.

27 Sentyabr – Anım Günü bizə həm hüznü, həm qüruru, həm də böyük məsuliyyəti xatırladır. Bu gün şəhidlərimizi yad edərkən onların bizə əmanət etdiyi Vətənə daha böyük sevgi və sədaqətlə bağlanmalı, Azərbaycanımızın inkişafı naminə hər birimiz öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik. Şəhidlər ölmürlər. Onlar xalqın yaddaşında, tariximizin şərəfli səhifələrində və gələcək nəsillərin qəlbində əbədi yaşayırlar. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların müqəddəs ruhları qarşısında baş əyirik. Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq! Vətən sağ olsun!


Zöhrə Səmədova
Qamət Abbasov adına 284 nömrəli ümumtəhsil məktəbinin tarix müəllimi

Formula 1 : “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb

Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə Mercedesin britaniyalı pilotu Corc Rassel birinci olub.

Red Bullun niderlandlı sürücüsü Maks Ferstappen ikinci, Ferrarinin monakolu pilotu Şarl Lekler üçüncü pillədə yer alıb.

Bu gün, həmçinin saat 14:00da Formula 2də sıralama turu, 16:00da isə Formula 1də ikinci sərbəst yürüş başlayacaq.

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Qonaqlar qəbula görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Onlar Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini dedilər və bu tədbirin əhəmiyyətinə toxundular.

Prezident İlham Əliyev ölkəmizin həm Çin, həm də İtaliya ilə sıx münasibətlərinin olduğunu vurğuladı, hər iki ölkədən olan iş adamlarının Azərbaycana sərmayə yatırdıqlarını bildirdi.

Söhbət zamanı Azərbaycan Respublikasının 2025–2028ci illər üçün süni intellekt Strategiyasının təsdiq edildiyi xatırlandı, ölkəmizdə mövcud əlverişli biznes mühitinə toxunuldu, yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün yaradılmış münbit şəraitdən bəhs olundu.

Görüşdə yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər sahələrdə süni intellektin praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı, ölkəmizlə bu şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə edildi.

Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız Xocalıya qayıdıb

1992ci ilin şaxtalı fevral gecəsində meşələrdən, Qarqar çayından keçərək canını qurtarmağa çalışan, ailəsi ilə birlikdə əsir düşüb ağır işgəncələr görən 9 yaşlı balaca qız bu gün – 44 yaşında Xocalıda yeni həyata başlayır. Aradan keçən uzun illərdən sonra Ləfxanım xanım bura artıq bir nənə kimi, övladları və nəvəsi ilə birgə qalib ölkənin vətəndaşı olaraq qayıdıb. O, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.


Doqquz yaşında göz yaşları içində, ayaqlarını şaxta vurmuş halda tərk etdiyi torpağa bu gün sevinc və qürurla qayıdan Ləfxanım xanım duyğularını belə ifadə edir: Şükürlər olsun, bu günlərə. Böyük bir sevinc və qürur hissi yaşayıram. Bizə bu xoşbəxtliyi, bu qüruru yaşadan Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, ruhları şad olsun.

Xocalı faciəsi zamanı ağır sınaqlardan keçən Ləfxanımın xilas edildikdən sonra xəstəxanada 3 aydan çox müalicə olunduğu günlər də yaddaşına həkk olunub. Həkimlərdən birinin ona gətirdiyi Nərgiz gülü və Bu gündən sonra adın Nərgiz olsun deməsi ilə balaca qızın həyatında yeni bir səhifə açılmışdı. Hər kəsin Çingiz Mustafayevin arxiv kadrlarından Ləfxanım kimi tanıdığı Nərgiz Mahmudova üçün artıq qürbət arxada qalıb. O, hazırda Xocalı şəhər 1 nömrəli uşaq bağçasında çalışır. Xocalının hər daşını, hər dağını əziz tutan 9 yaşlı Xocalı qızı artıq doğma elində, öz evindədir.

Motosikleti "hallanıb" sürürmülşlər...

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və digər xidmət sahələrinin əməkdaşlarının iştirakı ilə şəhərin müxtəlif ərazilərində keçirilən tədbirlər zamanı ümumilikdə 22 motosiklet sürücüsü saxlanılıb. Araşdırmalarla onlardan 2nin narkotik vasitənin təsiri altında motosiklet idarə etdiyi müəyyən olunub. Həmin şəxslər barəsində müvafiq materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib. Digər 20 şəxsin isə sürücülük hüququ, eləcə də dövlət qeydiyyat nişanı olmadan motosiklet idarə etdikləri müəyyən olunub. Aşkarlanan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.

Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi, bu kimi qanunazidd halların qarşısının alınması istiqamətində nəzarətprofilaktik tədbirlər davam etdiriləcək.

Sonda bir daha motosiklet sürücülərinin diqqətinə çatdırılır ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, təhlükəli manevrlərdən, eləcə də ictimai asayişi pozan hərəkətlərdən çəkinsinlər.

Oman nümayəndə heyəti “ASAN xidmət”də

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış ASAN xidmət mərkəzləri, burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə məlumat verib.

Sonra ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qonaqlara təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş təqdimat edib.

Səfər çərçivəsində nümayəndə heyəti INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və Bilim Bakı mərkəzinin fəaliyyəti ilə də tanış olub.

AzVision.az

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşüb

Hərbi qulluqçulara Vətən müharibəsində və Antiterror əməliyyatında Silahlı Qüvvələrimizin və xalqımızın bir yumruq kimi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşməsindən və Dövlət Suverenliyimizin tam bərpa olunmasından danışılıb.


Görüş zamanı hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olunub. Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər və qarşıya qoyulacaq bütün tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildiriblər.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.


Smartfon al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!

Kampaniyadan yararlanan müştərilərə Azercell tərəfindən 6 ay ərzində 6 GB mobil internet təqdim olunur. İnternet paket hər 28 gündən bir yenilənir. Bundan əlavə, seçilmiş Nothing smartfon modelini alan müştərilərə Azercelldən ağıllı saat da hədiyyə edilir.

Kampaniyada həm yeni, həm də mövcud Azercell müştəriləri iştirak edə bilərlər. Nothing smartfonları kampaniya çərçivəsində 719 AZNdən başlayan qiymətlərlə təqdim edilir.

Kampaniya Bakı şəhərində yalnız MyShops mağazalarında və myshops.az saytında keçərlidir.

Məktəblinin hicabına bükülənlər │ Vüsal Məmmədovun yazısı

Geyimin 3 əsas funksiyası var:
1) Fiziki: insanı soyuqdan qorumaq
2) Hüquqiəxlaqi: İnsan vücudunun cəmiyyətə nümayiş etdirilməsi ictimai normalara zidd olan hissələrini örtmək
3) Estetik – Onu daşıyan şəxsi səliqəli, gözəl, cazibəli göstərmək.

Hicab bu funksiyaların heç birini daşımır. Ümumiyyətlə, onun heç bir fiziki, əxlaqi, hüquqinormativ funksiyası yoxdur. Dində hicab könüllü yox, məcburidir (Quranda qadınlara əmr olunur). Məhz məcburi olması onu geyim kateqoriyasından çıxarır və dini atributa çevirir.

Digər tərəfdən, dində hicabın məcburi olması qarşımıza sekulyar dövlətçilik nöqteyinəzərindən bir sıra suallar qoyur. Həmin suallardan biri budur: Hicabın məcburi olması qadının hüquqlarını pozurmu? Yəni bir qadın, məsələn, Zəhra öz iradəsinə qalsa, hicab örtməzdisə, lakin Cəhənnəmdə yandırılmağı real təhlükə hesab etdiyi üçün qorxaraq örtürsə, bu zaman onun insan hüquqları pozulurmu? Ona hicab örtməyəcəyi təqdirdə Cəhənnəmdə yanacağını deyənlər Zəhraya təzyiq edirlərmi?

Konkret bir Zəhra 16 (daha yaxşı olar ki, 18, hətta 21) yaşına çatandan sonra dinin lehinə və əleyhinə olan bütün arqumentləri nəzərdən keçirərək, to be, or not to be sualına özü cavab verə bilər. Amma məktəbli Zəhranın bunu etməyə imkanı yoxdur. O, hicabı böyüklərin təsiri, təkidi, hətta təzyiqi ilə örtür. Biz məktəb yaşındakı qız uşağına hicab örtdürməklə onun seçim imkanını əlindən alırıq. Həmyaşıdları kimi geyinmək, görünmək hüququnu məhdudlaşdırırıq. Onu seçilməyə, olduğu sosial qrupda dini ayrıseçkilik mühiti yaratmağa məcbur edirik. Öz hüquqlarını qorumaq imkanı olmayan uşağa qarşı belə davranış yolverilməzdir!

Əgər konkret bir Zəhra ailəsindəki böyüklərin təsiri, təkidi və təzyiqinə məruz qalırsa, bu, pisdir yox, əgər həmin konkret Zəhranın ailəsindəki böyüklərin təsiri, təkidi və təzyiqi Zəhranın hicabı vasitəsilə dolayı yolla onun sinif yoldaşı olan həmyaşıdlarına da ötürülürsə, bu, lap pisdir. Normalda biz Zəhranın özünü də ailəsindəki böyüklərin təsir, təkid və təzyiqlərindən qorumağa çalışmalıyıq, amma təəssüf ki, bunu etmək imkanlarımız məhduddur. Bu halda heç olmasa, sinif yoldaşlarını qoruyaq!

Məktəblərdə geyim qaydaları dəyişdirildi – Valideynlərə yeni öhdəlik

Nazirlər Kabinetinin 21 sentyabr 2026cı il tarixli 309 nömrəli qərarı ilə 2022ci il 17 mart tarixli 96 nömrəli qərarla təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə etməsinə yol verilməyəcək.

Bununla yanaşı, Azərbaycan xalqının tarixi, mədəniyyəti və millimənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlər zamanı məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilə biləcək.

Qərarla valideynlərin və ya digər qanuni nümayəndələrin də üzərinə öhdəlik qoyulub. Onlar övladlarının, həmçinin qəyyumluğunda və ya himayəsində olan şəxslərin geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etməlidirlər.

Sənədin tələblərinə şagirdlər tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll ediləcək.

Həmçinin Pedaqoji Şuranın bu məsələ ilə bağlı qəbul etdiyi qərar 5 iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məlumat lövhəsində yerləşdirilməlidir.

Dəyişikliklə oğlanlar üçün yay və qış geyim forması dəstinin təsvirindən üçdüyməli qısaqol köynək və şalvardan sözləri də çıxarılıb.

Qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.

AzVision.az

"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etsinlər.

Qeyd edək ki, Bakı Biznes Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti bundan öncə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində idi.

AzVision.az

Azərbaycanın turizm imkanları Pakistands təqdim olunub

Tədbirlərdə Azərbaycan Hava Yolları QSC (AZAL), üç yerli turizm sənayesi nümayəndəsi, həmçinin Pakistanın Pakistan International Airlines (PIA) və Airblue aviaşirkətləri təmsil olunub. Görüşlərdə Pakistan turizm sektorunun 360dan çox nümayəndəsi iştirak edib.

Proqram çərçivəsində Azərbaycanın tarixi və mədəni irsi, qış turizmi və dağxizək mərkəzləri, sağlamlıq və ekoturizm imkanları barədə məlumat verilib.

Bundan əlavə, Şuşa şəhərinin 2026cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı elan edilməsi ilə bağlı təqdimat keçirilib.

Azərbaycan və Pakistan turizm sənayesi nümayəndələri arasında keçirilən işgüzar görüşlərdə iki ölkənin turizm sektorları arasında əməkdaşlıq və tərəfdaşlıq imkanları müzakirə olunub.

Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Şimalqərb küləyi gündüz cənubşərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2022° isti, gündüz 2730° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 7075 %, gündüz 5560 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1721° isti, gündüz 2934° isti, dağlarda gecə 813° isti, gündüz 2025° isti olacaq.

Qubadlıda ikinci yaşayış kompleksi inşa ediləcək

Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov məlumat verib.

O bildirib ki, hazırda Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi davam etdirilir. Ümumi ərazisi 3,34 hektar olan yaşayış kompleksində 21 çoxmənzilli binanın inşası nəzərdə tutulub. .

Kompleksdə ümumilikdə 176 mənzil olacaq. Mənzillər əsasən 2 və 3 otaqlı nəzərdə tutulub. Ərazidə oyun meydançalarının, yaşıllıq sahələrinin, yeraltı və yerüstü avtomobil dayanacaqlarının inşası, eləcə də 2 qeyriyaşayış binasının tikintisi planlaşdırılıb. Bu il Qubadlı şəhərində ikinci yaşayış kompleksinin layihələndirilməsi işlərinin də yekunlaşdırılır. Yaxın vaxtlarda ikinci yaşayış kompleksinin tikintisinə başlanılması nəzərdə tutulur, – deyə N.Cəfərov bildirib.

Hazırda ilk yaşayış kompleksində bünövrə işləri tamamlanıb, tikinti işləri mərhələli şəkildə davam etdirilir.

AzVision.az

Bəzi avtobuslar “Şamaxinka”da dayanmayacaq

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Moskva prospekti, Şamaxinka adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar mövcud dayanacaq məntəqəsindən çıxarılır.

Bu marşrutların sərnişinləri Azərbaycanfilm Kinostudiyası dayanacaq məntəqəsindən istifadə edə bilərlər.

Məlumata görə, Şamaxinka adlanan ərazidə isə dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılacaq və sərnişinlərin rahatlığı üçün müvafiq nişanlarla işarələnəcək. Bununla da ərazidə avtobusların dayanacaq ətrafında yaratdığı əlavə sıxlığın qarşısı alınacaq.

Qeyd edilib ki, həmin ərazidə artan sərnişin tələbatının qarşılanması üçün optimallaşdırma işləri və əlavə avtobusların cəlbi də daxil olmaqla kompleks tədbirlər davam etdirilir.

Tanınmış iş adamının nəvəsi qonşusunu güllələyib

Hadisə sentyabrın 17də baş verib. Ağdaşın tanınmış iş adamı Məhəmməd Əliyevin nəvəsi, 2012ci il təvəllüdlü M.Əliyev çöldə atasına məxsus tir tüfəngi ilə çöl heyvanları ovlamaq istəyib. Açdığı atəşlə 51 yaşlı qonşu qadını yaralayıb. Qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

Şamaxı ASAN Həyat kompleksində baş tutan tədbir ASAN könüllülərinin Yaşıl ASAN ekoloji proqramının, IDEA İctimai Birliyinin və Azərsun Kağız və Karton İstehsalat Korporasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Məqsəd kağız tullantılarının təkrar emalını təşviq etməklə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına dəstəkdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, müxtəlif rayonların ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Aksiyada 200 tondan çox kağız tullantıdan hazırlanmış Yaşıl dağ təqdim edilib. Burada ASAN könüllülərinin və məktəblilərin tullantılardan hazırladığı əl işləri və mədəniyyət guşəsi nümayiş etdirilib, eləcə də müxtəlif musiqi nömrələri səsləndirilib.

7ci Yaşıl dağ ekolojisosial aksiyasına Azərbaycanın 30dan çox şəhər və rayonundan olan idarə və təşkilatlar, vətəndaşlar, məktəblilər qoşulublar.

Proqram çərçivəsində 11 il ərzində 2400 tondan çox kağız tullantısı təkrar emala göndərilib və nəticədə 40.800dən çox ağacın kəsilməsinin qarşısı alınıb, 600dən çox ekoloji istiqamətdə layihə, 200dən çox təmizlik və ağacəkmə aksiyası baş tutub.

Bakıda qadın hindistanlı turisti hoteldə qarət etdi

AzVision.az oxu.aza istinadən xəbər verir ki, hadisə paytaxtda fəaliyyət göstərən Memi hoteldə baş verib.

Hindistandan Azərbaycana gələn turist Bakıdakı gecə klublarından birində Sahilə Məmmədova (ad və soyad şərtidir red.) ilə tanış olub. Spirtli içki qəbul edəndən sonra o, Sahiləni qaldığı hotelə dəvət edib. Səhəri gün Sahilə ona zəng vuraraq hotelə gəlmək istədiyini bildirib və bunun üçün turistdən 20 manat taksipulu istəyib. Hindistan vətəndaşı ona 20 manat göndərib və görüşməyə razılıq verib. Onlar hoteldə görüşəndən sonra Sahilə turistdən 100 dollar alıb. Daha sonra kişi hamamda olarkən Sahilə onun pulqabısını tapıb və orada olan 1 100 dolları götürərək hoteldən qaçıb.

Turist məsələ ilə bağlı polisə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Sahilə Məmmədova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə S.Məmmədovaya 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq edilib.

AzVision.az

Husilər yeni hücuma hazırlaşır

Sheba Intelligencein məlumatına görə, əməliyyat yaxın günlərdə başlaya bilər. Husilər cənub tərəfdən ƏlCüba rayonundan hərəkətə başlayacaqlar. Şimaldan hücum Raqvan istiqamətindən olacaq.

Yerli hərbi ekspertlərin fikrincə, eyni vaxtda bir neçə istiqamətdən hücum hökumət qüvvələrinin resurslarının səpələnməsinə gətirib çıxaracaq və müdafiədə boşluqlar yaradacaq.

Tariyel
AzVision.az

Tokayev qraffitini qadağan etdi

Prezidentin sözlərinə görə qraffiti adlandırılan bu şəkillər binaların görkəmini pozaraq, eybəcərləşdirir, buna görə də xuliqanlıq və barbarlıq akti kimi qəbul olunmalıdırlar.

Tokayev Qazaxıstan şəhərlərində belə hallara yol verilməməli olduğunu deyərək, normativ qaydaların qəbulunun vacibliyini vurğulayıb.

Samir
AzVision.az

Ermənistan alban abidələrini dəyişdirib – Tarixçi

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılovun sözlərinə görə, abidələrin miqyası böyüdülüb, hündürlüyü dəyişdirilib, onların yaxınlığında evlər, xidmət müəssisələri və digər yardımçı tikililər inşa olunub. Belə müdaxilələr tarixi abidələrin ilkin görkəminə təsir edir və onların sonradan erməni kilsəsi və ya monastırı kimi təqdim edilməsinə şərait yaradır.

Ermənistan ərazisində yerləşən Eçmiədzin kilsəsi də buna nümunədir. Bu abidə alban dövrünə aid memarlıq nümunələrindən biridir. Kilsənin özündə və ətrafında müxtəlif dəyişikliklər aparılıb, binanın xarici və daxili ornamentlərinə, interyerinə müdaxilələr edilib, ətrafında əlavə tikililər inşa olunub, deyə tarixçi qeyd edib.

Tarixi abidələrin mühafizə sahəsində onların tarixi və memarlıq xüsusiyyətlərinə təsir göstərə biləcək tikinti işlərinin aparılması yolverilməzdir. Alban dövrü abidələrinin ilkin formasının dəyişdirilməsi ilə yanaşı, onların ətrafında yeni tikililərin inşa edilməsi də abidələrin tariximemarlıq bütövlüyünə təsir göstərir.

Faiq İsmayılov vurğulayıb ki, indiki Ermənistan ərazisindəki kilsə və monastırların təxminən 90 faizinin Alban dövrü abidələridir. Bu abidələrin tariximemarlıq xüsusiyyətlərinin qorunması və onların mənşəyinin beynəlxalq ictimaiyyətə düzgün təqdim edilməsi mühüm əhəmiyyət daşıyır.

Qlobal inflyasiya Azərbaycana necə təsir edəcək? │ İnfoqrafika

İstehsalın ötən illə müqayisədə 2 faiz azalacağı gözlənilsə də, qlobal taxıl ehtiyatlarının istehlaka nisbəti 31,6% səviyyəsində qalır. Yəni dünyada taxıl təminatı baxımından kritik vəziyyət yoxdur.

Problem daha çox qiymətlərlə bağlıdır. Avqustda FAOnun dünya ərzaq qiymətləri indeksi bir ayda 1,9%, illik müqayisədə isə 2,5% artıb. Buğdanın dünya qiyməti bir il əvvəllə müqayisədə 15% yüksəkdir.


Azərbaycanda isə hazırda illik inflyasiya 5,8%dir. Bu göstərici BVFnin 2026cı il üçün inkişaf etməkdə olan ölkələr üzrə proqnozlaşdırdığı orta 5,8%lik inflyasiya ilə eynidir.

Gələn il üçün mənzərə bir qədər yaxşı görünür. Azərbaycanda 2027ci ildə orta illik inflyasiyanın 4,5%ə enəcəyi gözlənilir. BVFnin inkişaf etməkdə olan ölkələr üzrə 2027ci il proqnozu isə 4,8%dir

Başqa sözlə, bu il Azərbaycanda inflyasiya inkişaf etməkdə olan ölkələrin orta səviyyəsinə uyğundur, gələn il isə həmin orta göstəricidən bir qədər aşağı olması proqnozlaşdırılır.

Əlqərəz, dünyada ayrıayrı ölkə və regionlarda ərzaq təhlükəsizliyi və aclıq problemi mövcud olsa da, qlobal miqyasda ərzağın fiziki çatışmazlığından söhbət getmir. Əsas məsələ qiymətlərdir. Enerji, geosiyasi və iqlim amilləri qlobal inflyasiyanın arzu olunan aşağı səviyyələrə enməsini çətinləşdirir.

Azərbaycan üçün isə hazırda ərzaq çatışmazlığı ilə bağlı hər hansı ciddi risk görünmür. İnflyasiya da inkişaf etməkdə olan ölkələrin orta göstəricisi səviyyəsindədir və gələn il üçün daha aşağı səviyyə proqnozlaşdırılır.

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı mövqeyinə dair şərhində yer alıb.

Bildirilib ki, ayrıayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.

Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquqmühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almaması diqqətdən kənarda qala bilməz. Bununla yanaşı, Fransa tərəfinin beynəlxalq hüquqi pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur.

Fransa tərəfini Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, ölkəmizin suverenliyinə və daxili işlərinə hörmət etməyə və ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırırıq, deyə şərhdə qeyd edilib.

Ağır vəziyyətdə olan körpə həyata qaytarıldı - TƏBİB

AzVision.az a bu barədə TƏBİBdən məlumat verilib.

Hospitalizasiya zamanı vəziyyəti ağır qiymətləndirilən və huşu aydın olmayan körpədə geniş yayılmış səpgilər, nekrotik dəyişikliklər və ağır tənəffüs çatışmazlığı müşahidə edilib. Körpə süni tənəffüs cihazına qoşulub və ona ağır parametrlərdə tənəffüs dəstəyi göstərilib.

Uğurla tamamlanan reanimasiya tədbirlərindən sonra həkimlərin uzunmüddətli intensiv müalicəsi, fasiləsiz tibbi müşahidə və peşəkar yanaşması nəticəsində körpənin vəziyyətində müsbət dinamika əldə olunub.

Müalicə nəticəsində vəziyyəti stabilləşən körpə 12 sentyabr 2026cı il tarixində evə buraxılıb.

İzləmək üçün linkə keçid edin

AzVision.az

Kartdan xərcləyənlərin diqqətinə : 20% artıq ödəməyin

Lakin rəqəmsal mühitdə bu ağrı mexanizmi demək olar ki, sıfırlanır. Kartdan və ya telefondan pul çıxarkən hər hansı maddi itki hissi yaşanmır.

Burada sürət amili də rol oynayır. Bir neçə saniyə ərzində baş tutan əməliyyat istehlakçıya xərclədiyi məbləğin miqyasını dərindən təhlil etməyə imkan vermir.

Tədqiqatlar göstərib ki, nağdsız ödəniş vasitələrindən istifadə edən şəxslər nağd pul istifadəçilərinə nisbətən orta hesabla 1520% daha çox xərcləyirlər.

Marketinq Strategiyaları və Rəqəmsal Reallıq
Müasir ticarət şəbəkələri və rəqəmsal platformalar bu psixoloji amildən maksimum səviyyədə faydalanırlar. Bir kliklə alışveriş, avtomatik yadda saxlanılan kart məlumatları və bir toxunuşla al funksiyaları maneələri aradan qaldırır. Nəticədə, istehlakçı ehtiyac duymadığı məhsulları belə saniyələr içində səbətə əlavə edir.

Maliyyə savadlılığı üzrə mütəxəssislər qeyd edirlər ki, rəqəmsal dövrdə büdcəni idarə etmək üçün köhnə üsullardan daha sərt özünü nəzarət mexanizmləri tətbiq olunmalıdır. Xərclərə nəzarət etmək üçün aylıq limitlərin təyin edilməsi və rəqəmsal xərclərin mütəmadi olaraq təhlili bu tələdən qorunmağın əsas yollarıdır.

Ekspertlər hesab edirlər ki, texnologiya həyatımızı asanlaşdırmaq üçün yaradılıb, lakin maliyyə intizamı olmadıqda rəqəmsal rahatlıq fərdi büdcələrin əsas təhlükə mənbəyinə çevrilə bilər.

Məhəmmədəli Həsənli
AzVision.az

Lavrov Rusiya vətəndaşlarına müraciət edib

AzVision.az bu barədə Rusiya XİNin yaydığı rəsmi məlumata əsasən xəbər verir.

Dostlar, Rusiya Federasiyası Federal Məclisinin doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkilərində səsvermə başlayıb. Bu gündən sentyabrın 20dək hər birimiz ölkə üçün mühüm seçim etməliyik, – deyə Lavrov bildirib.

Lavrov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin bu seçkilərin ölkənin gələcəyi, davamlı inkişafı, təhlükəsizliyi və suverenliyinin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.

Nazir qeyd edib ki, Rusiya lideri vətəndaşları konstitusion hüquqlarından istifadə etməyə və məsuliyyətli qərar qəbul etməyə çağırıb.

Qeyd edək ki, Sergey Lavrov sentyabrın 18də Dövlət Dumasına keçirilən seçkilərdə elektron formada səs verib.

M. Həsənli

Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb

Tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitseprezidenti Sərxan Hacıyev, PFLin vitseprezidenti Aslan Şahgəldiyev, texnikiidman direktoru Elgiz Abbasov, icraçıdirektoru Zaur HacıMəhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, komandaların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Püşkün atılmasında xüsusi qonaq olaraq ölkənin ən titullu futbolçularından biri, Azərbaycan millisinin sabiq üzvü, hazırda 21 yaşadək futbolçulardan ibarət milli komandada məşqçi kimi çalışan Qara Qarayev də iştirak edib.

Tədbirdə I və II təsnifat mərhələlərinin, həmçinin 1/8 final ın püşkü atılıb. Bu mərhələlərin oyunları bir görüşdən ibarət olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunları 78 oktyabr tarixində baş tutacaq.

Azərbaycan kuboku

1ci təsnifat mərhələsi

1. Marafon – Dinamo

2. Qaradağ Lökbatan – Şəki

3. Şirvan – KürAraz

4. Ağdaş – Hypers

5. Şəmkir – Ağstafa Gəncləri

6. Difai – Zəngəzur

2ci təsnifat mərhələsi

7. Şimal – ArazNaxçıvan

8. 1ci cütün qalibi – Zaqatal

9. İmişli – 2ci cütün qalibi

10. 3cü cütün qalibi – Sumqayıt

11. Qəbələ – Mingəçevir

12. MOİK – Şahdağ Qusar

13. Xankəndi – Gəncəbasar

14. 4cü cütün qalibi – Şamaxı

15. Şəfa – 5ci cütün qalibi

16. 6cı cütün qalibi – KarvanYevlax

17. Səbail – Zirə

18. Kəpəz – Baku Sportinq


1/8 final

19. 7ci cütün qalibi – 8ci cütün qalibi

20. Sabah – 9cu cütün qalibi

21. 10cu cütün qalibi – Qarabağ

22. 11ci cütün qalibi – 12ci cütün qalibi

23. 13cü cütün qalibi – 14cü cütün qalibi

24. Neftçi – 15ci cütün qalibi

25. 16cı cütün qalibi – 17ci cütün qalibi

26. Turan Tovuz – 18ci cütün qalibi

“ASAN xidmət”də Milli Musiqi Günü xüsusi qeyd olunub |FOTOLAR

Proqramda Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri, eləcə də klassik musiqi nümunələri simli kvartetin ifasında səsləndirilib.

Musiqi proqramı mərkəzə müraciət edən vətəndaşlarla yanaşı, əməkdaşlar tərəfindən də maraqla qarşılanıb.

Təşəbbüsün əsas məqsədi Milli Musiqi Gününün əhəmiyyətini vurğulamaq, Azərbaycan musiqi irsinin təbliğinə, milli musiqi ənənələrinin qorunması və yaşadılmasına töhfə verməklə yanaşı, xidmət məkanında vətəndaşlar üçün xoş və estetik mühitin yaradılması olub.

AzVision.az

Turizmdə yeni çağırışlar və imkanlar müzakirə edilib |FOTOLAR

AzVision.az xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və DTA rəsmiləri, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti sədri Göydəniz Qəhrəmanov və gəlmə, getmə, logistika, daxili turizm və bir sıra digər mühim istiqamtələr üzrə fəaliyyət göstərən 300ə yaxın ATAA nümayəndəsi, o cümlədən hotel sənayesinin və beynəlxalq hava yollarının Azərbaycandakı nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk olaraq qarşıdan gələn 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirin rəsmi hissəsində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Azərbaycan turizminin son illərdə böyük inkişaf yolu keçdiyini, turizmin artıq formalaşma mərhələsindən daha yetkin inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Çıxışı zamanı qəbul olunan Dövlət Proqramının əhəmiyyətinə toxunan DTA sədri, sənədi Azərbaycan turizminin inkişafında mühüm mərhələ kimi qiymətləndirərək onun dövlət və özəl sektor qarşısında yeni hədəflər müəyyənləşdirdiyini və turizm sənayesinin daha sistemli inkişafı üçün geniş imkanlar yaratdığını qeyd edib. O, bu imkanların real turizm məhsullarına çevrilməsi üçün sahibkarların təşəbbüsü, investisiyası və innovativ yanaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Fuad Nağıyev dövlətin yaratdığı strateji çərçivənin turizm sənayesinin fəallığı ilə tamamlanmasının Azərbaycan turizminin qarşıdakı mərhələdə daha güclü və rəqabətqabiliyyətli inkişafına imkan verəcəyini qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti sədri Göydəniz Qəhrəmanov ötən dövr ərzində Assosiasiyanın fəalliyətinə toxunaraq sayı 300ə çatan ATAAnın ölkə turizminin inkişafı, turist cəlbediciliyinin artırılması və qarşılaşdıqları məsələlərin həlli, o cümlədən yeni əməkdaşlıq imkanlarının yaradılması məqsədilə dövlət qurumları, diplomatik nümayəndəliklər, aviaşirkətlər, hotellər, muzey və qoruqlar, müxtəlif ölkələrin turizm assosiasiyaları ilə 50ə yaxın işgüzar görüş keçirdiyini bildirib.

O, həmçinin son bir ildə xaricdə yeni tərəfdaşlıqların qurulması məqsədilə ATAA üzvlərinin 40a yaxın B2B görüşlərdə, tanışlıq səfərlərində, infoturlarda, sərgilər və təqdimatlarda iştirakının təmin olunduğunu qeyd edib. ATAAnın fəaliyyətinin genişləndirildiyini də diqqətə çatdıran Assosiasiya sədri Gəlmə və Getmə Turizm Komitələrinin fəaliyyətinin genişləndirildiyini, əlavə olaraq Daxili Turizm Komitəsinin, Turoperatorların İşçi Qrupunun, Təşəbbüs Qrupunun və Turistlərin Maarifləndirilməsi Şöbəsinin fəaliyyətə başladığını, bu strukturlar vasitəsilə üzv şirkətlərin qarşılaşdığı məsələlərin müəyyənləşdirilməsi və həlli istiqamətində aktiv işlərin aparıldığını qeyd edib.

Tədbir çərçivəsində Assosiasiyanın fəaliyyətinə töhfə verən bir sıra dövlət qurumlarının nümayəndələrinə, eləcə də ATAAnın nəzdində yeni fəaliyyətə başlayan Təşəbbüs Qrupunun üzvlərinə təşəkkürnamələr təqdim olunub.

Sonda qarşıdan gələn 29 Sentyabr – Turizm İşçiləri Günü münasibətilə turizm sənayesinin nümayəndələri təbrik edilib və onlara peşə fəaliyyətlərində uğurlar arzulanıb.

Rusiya Ermənistana güzəştləri ləğv edə bilər - Overçuk

Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsini İrəvan özü həll edəcək. Rusiya isə Ermənistanın Aİ ilə yaxınlaşması nəticəsində itirəcəkləri ilə bağlı məsələlərə baxmaq hüququnu özündə saxlayır.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunun (ŞİF) çərçivəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın Aİyə üzvlüyü məsələsi İrəvanın suveren hüququdur və bu qərarı məhz Ermənistan verməlidir.

Ermənistanın Aİ ilə yaxınlaşacaq təqdirdə əldən verəcəyi güzəştlərlə bağlı problemləri həll etmək isə bizim hüququmuzdur, — Overçuk qeyd edib.

Almaniya Ukrayna üçün kamikadze dronların istehsalına başlayıb

Münhen yaxınlığında 5 mindən çox döyüş pilotsuz uçuş aparatının istehsalına başlanılıb. Layihə Almaniya hökumətinin maliyyələşdirməsi ilə AlmaniyaAmerika şirkəti Auterion və Ukraynanın Airlogix şirkəti tərəfindən birgə həyata keçirilir.

DPA agentliyinin məlumatına görə, ilk pilotsuz uçuş aparatları artıq istehsal olunub. Sifarişin 2027ci ilin ortalarına qədər tamamlanması planlaşdırılır. Müqavilənin dəyəri təxminən 300 milyon avrodur.

İki model PUA istehsal ediləcək. Onlardan biri orta mənzilli, digəri isə 1 500 kilometrədək artırılmış uçuş məsafəsinə malik olacaq. Dronların idarəetmə sistemində süni intellekt texnologiyasından istifadə edilir.

David Seliverstov: "Mən yaxşı bilirəm 90 min dollar nədir"

David Seliverstov bildirib ki, Çingiz Qənizadənin 90 min məsələsi ilə bağlı açıqlama verməsini gözləmək niyyətində deyil və bu məsələ ilə bağlı özü geniş faktlar və sübutlar ortaya qoymağa hazırdır:

Çingiz Qənizadə 90 minə bağlı açıqlama vermək istəmir. Mən bununla bağlı geniş faktlar və sübutlar ortaya qoyacam. Nizami Məmmədov 2021ci ildə DTX tərəfindən həbs edilib və məhkəmə qərarı ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Söhbət Müdafiə Nazirliyinin sabiq maliyyəbüdcə rəisindən gedir. Onun istintaq dövründə təxminən 12 milyon manat məbləğində dəymiş zərəri ödədiyi bildirilir.

Eyni zamanda, istintaq və məhkəmə materiallarında Müdafiə Nazirliyinin büdcəsindən mütəşəkkil dəstə tərəfindən böyük məbləğdə vəsaitin mənimsənilməsi ilə bağlı ittihamlar yer alıb. Məhkəmənin müəyyən etdiyi zərərin Nizami Məmmovun üzərinə düşən hissəsinin 18 milyon manatdan çox olduğu bildirilir. Hazırda Nizami Məmmədovun işi Apellyasiya Məhkəməsindədir.

Mən düşünürəm ki, məhkəmələrimiz kifayət qədər humanistdir. Ona 11 il 6 ay cəza verilib və o, məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz və xalqımız ərazi bütövlüyümüz uğrunda mübarizə aparırdığı dövrdə dövlətin, ordunun büdcəsi ilə bağlı ağır nəticələr doğuran əməllərin törədilməsi cəmiyyət tərəfindən çox ciddi qiymətləndirilməlidir.

Görürəm ki, Çingiz Qənizadə əsgərin, ordunun və dövlətin qalxanı olan büdcəyə zərər vurmaqda təqsirləndirilən şəxsə kifayət qədər isti münasibət bəsləyir. Çingiz Qənizadə özünün Rəşad adlı dostu və bir icra başçısının atası ilə birlikdə Babək prospektində yerləşən restoranda görüşlər keçirir və həmin görüşlərdə Nizami Məmmədovun məhkəmə işi ilə bağlı məsələləri müzakirə edir, məhkəmə prosesinə təsir göstərməyə cəhdlər göstərir.

David Seliverstov vurğulayıb ki, yaxşı olar ki, Çingiz Qənizadə bu barədə açıqlama versin. Əks halda, o özü açıqlama vermək məcburiyyətində qalacaq:

Mənim mövqeyim aydındır: dövlətimizin büdcəsinə zərər vuran, dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilinən şəxslər qanun qarşısında cavab verməlidirlər. Şəhidlərimizin, qazilərimizin və veteranlarımızın haqqı yerdə qalmamalıdır. Nizami Məmmədovun sentyabr ayında təyin olunan məhkəməsində ədalətli qərar çıxarılacağına inanıram. Mən məhkəməyə müdaxilə etmək istəmirəm və belə bir səlahiyyətim də yoxdur.

İnanıram ki, Apellyasiya Məhkəməsi müstəqil və ədalətli qərar qəbul edəcək və əvvəlki qərarı qüvvədə saxlayacaq. Eyni zamanda, səhər Çingiz Qənizadədən cavab gözləyirik. Onu Rəşad adlı şəxslə, Nəsimi Məmmədovla və həmin icra başçısının atası ilə nə bağlayır? Ortada hansı maraqlar var? Bu sualların cavabını cəmiyyətə açıqlasın. Mən yaxşı bilirəm 90 min dollar nədir. Sən də yaxşı bil, Çingiz Qənizadə, o 90 min dollar nədir. Özünü mafioz hesab edib kafe və restoranlarda iş həll etmək dövrü deyil. AXCP vaxtı deyil. Ayıl!.

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

MiFi modemə eyni anda 10dək smartfon, noutbuk, planşet və digər WiFi dəstəkləyən cihaz qoşmaq mümkündür. 3000 mAh tutumlu batareya isə modemdən uzun müddət portativ şəkildə istifadə etməyə imkan yaradır.

Fərqli internet ehtiyaclarına uyğun olaraq, abunəçilərə 20 GB, 50 GB və 100 GB olmaqla üç əsas paket təklif olunur.

İnternet həcmini artırmaq istəyən abunəçilər üçün əlavə paketlər də mövcuddur. Əsas paket aktiv olduğu müddətdə abunəçilər 5 GB, 10 GB və 15 GB həcmində əlavə internet paketlərindən yararlana bilərlər.
MiFi əldə edən abunəçilərə SIM kart ödənişsiz təqdim olunur və bunun üçün əlavə ödəniş tələb edilmir. İnternet paketinin aktivləşdirilməsi Bakcell tətbiqi vasitəsilə həyata keçirilir.

MiFi modem və istifadə şərtləri haqqında ətraflı məlumatı şirkətin rəsmi saytı , Müştəri Xidmətləri Mərkəzləri və dilerlərdən əldə etmək mümkündür.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.




Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Mənzilqərargahı Polşada yerləşən Nexta kanalı tərəfindən 2026cı il sentyabr 2də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılıb.

Bu barədə Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda qeyd olunub.

Təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə oluna hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır.

Bu fakt bir daha göstərir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, ölkəmizin informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan klassik dezinformasiya halları intensivləşib.

Ümumi informasiya mühitinin monitorinqi və təhlili göstərir ki, son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur. Xüsusilə, Böyük Britaniyanın The Independent, The Guardian qəzetlərində və BBC teleradio və yayım şirkətində, ABŞnin CNN telekanalında, Fransanın Le Monde qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir.

Bu qəbildən olan fərziyyə və iddiaların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir.

Medianın İnkişafı Agentliyi ölkənin suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görməkdə davam edəcək, bəyanatda vurğulanıb.

"Məsələ nəzarətə götürülüb" - Rəsmi mövqe

Azərbaycan Respublikasının Kino Agentliyinin yaydığı açıqlamada deyilir ki, Afaq Yusiflinin təhsil haqqı qismən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində ödənilirdi. Nazirlik bu istiqamətdə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, digər tərəf vəsaiti vaxtında köçürmədiyinə görə təhsil haqqının ödənilməsində problem yaranıb.

Artıq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin tərəfindən vəsaitin qalan hissəsinin də ödənilməsi üçün lazım olan addımların atılmasına başlanılıb. Məsələ ən qısa zamanda tam həllini tapacaqdır, açıqlamada deyilir.

Formula 1 günlərində bəzi məktəblərdə tədris onlayn olacaq

2026cı ildə Formula 1 Azərbaycan Qranprisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.

“YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları Çanaqqalada

1–7 sentyabr tarixini əhatə edən layihədə 17–18 yaşlı 26 şəhid övladı iştirak edir. Əsas məqsəd psixoloji dayanıqlığın və şəxsi inkişafın dəstəklənməsi, asudə vaxtın səmərəli təşkili, həmçinin yeni dostluq və ünsiyyət imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində iştirakçılar Türkiyənin tarixi və mədəni irsi ilə tanış olmaq məqsədilə müxtəlif məkanları ziyarət edirlər.

İlk gün iştirakçılar İstanbulda Qız qalasını ziyarət edib, Valide Sultan gəmisi ilə İstanbul boğazında gəzintidə iştirak ediblər. Sonra Sultan Əhməd məscidi və Ayasofya məbədi ziyarət olunub.

Növbəti gün iştirakçılar Çanaqqalanın tarixi və mədəni məkanları ilə tanış olublar. Proqram çərçivəsində Troya atı, Troya Milli Parkı, Troya muzeyi, Çanaqqala saat qülləsi, Aynalı bazar, Çanaqqala Dəniz Muzeyi və Çimənlik qalası ziyarət edilib. Şəhidimizin yadigarı Jalə Veyislinin doğum günü də qeyd olunub. Həmçinin iştirakçılar Türkiyənin tanınmış müğənnisi Özcan Dənizin konsertini də izləyiblər.

Bu gündən gömrüklə bağlı yeni qaydalar qüvvəyə minir

Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19da qəbul edilən müvafiq qanun sentyabrın 3dən qüvvəyə minib.

Qanuna əsasən, malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib olunan akt əsasında həyata keçiriləcək.

Malların müvəqqəti saxlanc anbarlarında qalma müddəti onların xüsusiyyətləri nəzərə alınmaqla gömrük orqanları tərəfindən 1 aydan çox olmayan müddətdə müəyyən ediləcək.

Fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən artıq gətirilən və təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan qida məhsullarının müvəqqəti saxlanc anbarında yerləşdirilməsinə yol verilməyəcək. Bu halda mallar şəxsin seçimi əsasında gömrük ərazisindən geri qaytarılmalı, yaxud gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə məhv edilməlidir.

Gömrük ərazisinə gətirilməsi qadağan edilən malları gömrük ərazisindən dərhal çıxarmaq mümkün olmadıqda həmin malların müvəqqəti saxlanc anbarında saxlanc müddətinin son həddi 3 sutkadır.

Malların müvəqqəti saxlanc anbarında qalma müddətində fiziki şəxslər aşağıdakı hüquqlara malikdirlər:

tələb olunan gömrük ödənişlərini ödəməklə, həmçinin Lisenziyalar və icazələr haqqında Qanununda nəzərdə tutulduqda müvafiq lisenziya və ya icazə sənədini təqdim etməklə malları götürmək

malları gömrük ərazisindən geri qaytarmaq

mallardan dövlətin xeyrinə imtina etmək.

Malların müvəqqəti saxlanc anbarında saxlancına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə gömrük yığımı ödəniləcək.

Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi barədə aktın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Müvəqqəti saxlanc bəyannaməsi

Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdiriləcək.

Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sənədlər müvəqqəti saxlanc bəyannaməsi ilə birgə təqdim ediləcək.

Müvəqqəti saxlanc bəyannaməsi malları gömrük ərazisinə gətirmiş şəxs, onun adından çıxış edən şəxs, mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs, malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs, saxlanc yerlərinin sahibi və ya sərbəst zonada fəaliyyət göstərən şəxslərdən biri tərəfindən mallarla birlikdə gömrük orqanına təqdim ediləcək.

Müvəqqəti saxlancın tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsi və ya onu əvəz edən nəqliyyat sənədləri, həmin məlumatların tamlığından asılı olaraq müvəqqəti saxlanc bəyannaməsi kimi qəbul ediləcək.

Müvəqqəti saxlanc bəyannaməsindən aşağıdakı hallarda istifadə ediləcək:

barəsində məcburi qərar qəbul edilmiş malların gömrük ərazisinə gətirilməsinin təsdiq edilməsi zamanı

malların gömrük orqanlarına təqdim edilməsi zamanı

müvəqqəti saxlancda yerləşdirilmiş malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya təkrar ixrac edilməsi zamanı.

Tranzit xüsusi gömrük proseduru altında daşınan xarici malların müvəqqəti saxlancda yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən müvəqqəti saxlanc bəyannaməsi kimi tranzit sənədi qəbul ediləcək. Tranzit xüsusi gömrük proseduru başa çatdıqdan sonra müvəqqəti saxlanc bəyannaməsi veriləcək.

Aşağıdakı abzasda nəzərdə tutulmuş hallar istisna olmaqla bəyannaməçinin müraciəti əsasında gömrük orqanlarına təqdim edilmiş müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə veriləcək. Müvəqqəti saxlanc bəyannaməsində edilən düzəlişlər əvvəlcədən onun əhatə etmədiyi mallara tətbiq oluna bilməz.

Aşağıdakı hallarda gömrük orqanlarına təqdim olunmuş müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə verilməyəcək:

gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra

gömrük orqanları müvəqqəti saxlanc bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra.

Müvəqqəti saxlanc bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 1 ay ərzində gömrük orqanlarına təqdim edilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək.

Malların müvəqqəti saxlanca yerləşdirilməsinə dair şərtlər və öhdəliklər

Xarici malların müvəqqəti saxlancı idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında, habelə gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində və gömrük nəzarəti altında həyata keçiriləcək. Gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerləri saxlanc anbarlarına dair tələblərə cavab verməlidir.

Gömrük orqanları mal sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər.

Müvəqqəti saxlancda yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi işləmə formalarına məruz qala biləcəklər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilməyəcək.

Müvəqqəti saxlanc anbarlarının və saxlanc yerlərinin sahibi aşağıdakılara görə cavabdehdir:

müvəqqəti saxlancda yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına

malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə.

Malları müvəqqəti saxlanc anbarında saxlamaq mümkün olmadıqda, müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilmədikdə və ya təkrar ixrac olunmadıqda həmin mallar barəsində müəyyən edilmiş qaydada sərəncam veriləcək.

Gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daxili malların müvəqqəti saxlanc anbarında saxlanılmasına icazə verəcək.

Gömrük orqanlarının razılığı ilə müvəqqəti saxlancda olan mallar gömrük nəzarəti altında müxtəlif müvəqqəti saxlanc anbarları arasında daşınacaq.

Müvafiq icra hakimiyyəti orqanı müvəqqəti saxlanc anbarlarının, o cümlədən gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərinin siyahısını nəşr edəcək, rəsmi internet informasiya ehtiyatında yerləşdirəcək və məlumatların daimi yenilənməsini təmin edəcək.

Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Malların müvəqqəti saxlancda qalma müddəti

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrıayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla malların müvəqqəti saxlancda qalma müddəti 4 aydan çox olmamalıdır.

Malların müvəqqəti saxlancda qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri və gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən ediləcək. Müvəqqəti saxlanc bəyannaməsini təqdim etmiş şəxsin əsaslandırılmış müraciəti olduqda gömrük orqanı həmin müddəti yuxarıdakı abzasda göstərilən müddət çərçivəsində uzadacaq.

Mallar müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya təkrar ixrac olunmalıdır.

Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29da keçirilən iclasında təqdim edilib.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.

Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda bir elektron bəyannamə prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat verilib.

Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd olunub.

Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.

Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq.
AzVision.az

"Poz-Qazan" avqustda 15 milyon manata yaxın uduş qazandırıb

Avqustda PozQazan oyunlarında ümumilikdə 3 052 864 ədəd uduşlu bilet olub. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 14 953 326 manat təşkil edib. Onlar arasında 17 böyük uduş yer alıb. Ayın ən böyük uduşu Meqa 7 lotereyasında qazanılıb. Quba sakini 100 000 manat udaraq adını bəxtəvər qaliblər sırasına yazdırıb.

3 ədəd Uğurlu 7 və bir Sür Qazan biletində 10 000, 4 Fəsil və Bəxt açarı lotereyasında da 5 000 manat udulub. Qoşa oyunu isə düz 10 biletdə 4 000 manatlıq uduşla sahiblərini sevindirib. Uduşlu biletlər Bakı, Sumqayıt, Gəncə, Qax, Balakən, Füzuli, Ağcabədi, Astara, Cəlilabad, İmişli, Saatlı şəhərlərində qeydə alınıb.

Azərlotereyanın 4+4 tirajlı lotereyasında cekpot məbləği hazırda rekord həddə çataraq 2 000 000 manatı ötüb və öz şanslı sahibini gözləyir. Bununla yanaşı, müxtəlif PozQazan oyunlarında da 500 000 manatadək böyük uduş qazanmaq imkanı var.

Biletləri Azərlotereya.com və Misli.az səhifələri, Azərlotereya satış nöqtələri, Misli məntəqələri, Azərpoçt şöbələri, Araz və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.

Masallı “ASAN Həyat” kompleksi - 10 il

AzVision.az xəbər verir ki, Kompleks Prezident İlham Əliyevin iştirakı ilə 2016cı il sentyabrın 3də açılıb. Burada ASAN xidmət mərkəzi, ABAD mərkəzi, Kinoklub, İncəsənət mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, ASAN kafe fəaliyyət göstərir.

Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 3 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə 400ə yaxın xidmət həyata keçirilir. Vətəndaşlara səyyar formada da xidmət göstərilib. Səyyar xidmətlərdən bu bölgədə 300 minə yaxın vətəndaş yararlanıb.

Mərkəzə gündəlik orta müraciət sayı 1200dən çoxdur.

Fəaliyyət müddəti ərzində mərkəzdə 1000ə yaxın könüllü məzun olub.

ABAD publik hüquqi şəxsin regional mərkəzlərindən biri olan Masallı ABAD mərkəzi regionda qida istehsalı və sənətkarlıq sahəsində fəaliyyət göstərən ailələrə dəstək göstərir.

Mərkəz tərəfindən qida istehsalı ilə məşğul olan 10 ailəyə müasir avadanlıqlarla təchiz edilmiş monoblokkonteynerlər təqdim olunub. Konteynerlərdə pendir, kolbasa və sosiska, turşular, mürəbbə məhsulları istehsal edilir.

Əlavə olaraq Masallıda müxtəlif sənətkarlıq sahələrində çalışan 9 sənətkarın məhsullarının satışına dəstək göstərilir.

Hazırda 28 ASAN xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 7si Bakı şəhərində, 2si Gəncədə, 2si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.

Bu günədək ASAN xidmət mərkəzlərinə 9 milyon 200 mindən çox vətəndaşın 101 milyondan çox müraciəti daxil olub.

Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil edir.

“Diqqət, uşaqlar!” adlı təhlükəsizlik aylığı keçiriləcək

Bu barədə DİNin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir:

Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarətprofilaktiki tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında maarifləndirilmə və təbliğattəşviqat işinin daha da intensivləşdirilməsi nəzərdə tutulur.

DİNin Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa çağırır, məlumatda qeyd edilib.
AzVision.az

IV Beynəlxalq Minatəmizləmə konfransı davam edir

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMTnin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi mövzusunda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı davam edir.

Tədbirin ikinci günündə Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası, Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar mövzusunda panel sessiyalar, o cümlədən Humanitar minatəmizləmədə milli təcrübə və əldə olunan nəticələr mövzusunda ölkə üzrə təqdimatlar keçiriləcək.

Yekunda konfransın bəyanatının qəbul edilməsi nəzərdə tutulub.

İrana hücumlar Noyabr seçkilərindən sonra intensivləşəcək

Müzakirələrdən xəbərdar olan dörd şəxsin sözlərinə görə, administrasiya hazırda İrana qarşı iqtisadi təzyiqi artırmaqla gələcək danışıqlarda güzəştlər əldə etməyə çalışır. Mənbələrdən üçü Ağ Ev rəsmisidir.

Biz İrana təzyiqi davam etdiririk. Lakin noyabr prioritetdir, — Ağ Ev rəsmilərindən biri bildirib.

Mənbələrin sözlərinə görə, münaqişənin seçkilərə qədər genişlənməməsi respublikaçıların Senat və Nümayəndələr Palatasında cüzi üstünlüklərini qorumaq üçün apardıqları kampaniyaya kömək edə bilər. Bununla belə, ABŞ və İran arasında gecə ərzində baş verən qarşılıqlı hücumlar administrasiyanın bu strategiyasını çətin vəziyyətə salıb.

Ağ Ev rəsmiləri noyabrın 3dəki səsvermədən sonra hərbi əməliyyatların intensivliyinin artırılmasını nəzərdən keçirə bilərlər. Lakin mənbələr bununla bağlı hələ qərar verilmədiyini və genişmiqyaslı münaqişəyə qayıdışın qaçılmaz olmadığını bildiriblər.

ABŞ ordusu son zərbələrin bölgədəki Amerika qüvvələrinə və dəniz nəqliyyatına qarşı hücumlara cavab olduğunu açıqlayıb.

Mənbələr həmçinin İran rəhbərliyinin mövqeyinin möhkəmlənməsinin gərginliyin azaldılması istiqamətində mümkün cəhdləri çətinləşdirə biləcəyini qeyd ediblər.

Röya Əliyeva
AzVision.az

1-ci sinfə qəbulun son günüdür

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.

Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
Alternativ qeydiyyat mərkəzlərinə
Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə
ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Regionlarda həkim çatışmazlığı olmayacaq

AzVision.az xəbər verir ki, bunu TƏBİBin icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırda əsas çağırış Azərbaycanda hər 10 min nəfərə düşən 34,5 həkimin ölkə üzrə bərabər paylanmasını təmin etməkdir.

Buradakı disproporsiya bizim üçün əsas çağırışlardan biridir. Böyük şəhərlərdə, o cümlədən Bakıda, Gəncədə, Sumqayıtda və Abşeronda bu göstərici bizi qane edir və səhiyyə sisteminin ehtiyaclarını qarşılayır. Hətta Bakıda hər 10 min nəfərə düşən həkimlərin sayı 101,7dir. Lakin elə ərazilərimiz var ki, orada həkim çatışmazlığı, xüsusilə də ixtisaslı həkim çatışmazlığı nəzərəçarpacaq dərəcədədir, – deyə A.Bayramov bildirib.

TƏBİBin icraçı direktoru qeyd edib ki, həyata keçirilən islahatların əsas məqsədlərindən biri həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması, əməyinin layiqincə qiymətləndirilməsi və əməkhaqlarının artırılmasıdır.

Eyni zamanda, bu islahatlar səhiyyə sistemimizin qarşısında duran çağırışların qarşılanmasına və mövcud problemlərin aradan qaldırılmasına xidmət edir. Əminik ki, həyata keçirilən tədbirlər regionlarda həkimlərin sayının artmasına və ixtisaslı həkimlərin regionlara cəlb olunmasına çox böyük dəstək olacaq. Əlbəttə, regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün kompleks yanaşma lazımdır. Burada həkimlərin hüquqlarının müdafiəsi, onlara münasibət, infrastruktur və avadanlıqların mövcudluğu da mühüm əhəmiyyət daşıyır, – deyə A.Bayramov vurğulayıb.

O əlavə edib ki, bütün bu addımlarla yanaşı, gənc həkim regiona köçmək istəmirsə və əməkhaqqı onu qane etmirsə, istənilən nəticəni əldə etmək mümkün olmayacaq.

Ona görə də bu islahat çərçivəsində regionlarda çalışan həkimlər üçün bir neçə istiqamətdə təşviq mexanizmləri tətbiq etmişik. Burada sabit əlavələr kifayət qədər böyükdür və şəhərlərdə tətbiq olunan sabit əlavələrdən fərqlənir. Görülən işə görə verilən əlavə ödənişlər də fərqlidir. Bundan başqa, 1,3 regional əmsal tətbiq olunur. İnanıram ki, bu xəbəri eşitdikdən sonra həkimlərimiz müəyyən araşdırmalar apararaq regionlara üz tutacaqlar. Hesab edirəm ki, bu islahat regionlarda həkimlərin sayına müsbət təsir göstərəcək, – deyə TƏBİB rəhbəri bildirib.



AzVision.az

Anar Quliyev: Minatəmizləmə yenidənqurma prosesinin ayrılmaz hissəsidir

Minatəmizləmə fəaliyyəti yalnız humanitar və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, insanlar üçün təhlükəsiz yaşayış məkanlarının yaradılmasını da nəzərdə tutur. Ərazilərin minalardan təmizlənməsi zamanı həmin torpaqların gələcəkdə necə istifadə olunacağı, eləcə də bu prosesin gələcək nəsillərin təhlükəsizliyinə və sağlamlığına təsiri nəzərə alınmalıdır.

Bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti mövzusunda panel müzakirəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O qeyd edib ki, məsələ yalnız şəhərlərin və ya yaşayış məskənlərinin salınması ilə məhdudlaşmır, onların transformasiyası da mühüm amildir.

Anar Quliyevin sözlərinə görə, cari ilin Azərbaycanda Şəhərsalma və Memarlıq İli elan edilməsi təsadüfi deyil. O bildirib ki, bu il çərçivəsində iqlim fəaliyyətinə dair yanaşmanı inkişafdan ayrı bir proses kimi deyil, təhlükəsiz, dayanıqlı və davamlı icmaların planlaşdırılması və qurulmasının ayrılmaz tərkib hissəsi kimi daha da inkişaf etdirmək üçün mühüm imkanlar yaranıb.

Azərbaycan bu problemin həlli istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib.

Komitə sədri vurğulayıb ki, təhlükəsiz ərazi bərpa işlərinin, infrastrukturun qurulmasının və davamlı inkişafın təmin edilməsi üçün təməl yaradır.

Minatəmizləmə fəaliyyətini yenidənqurmadan ayrı qiymətləndirmək çətindir. Bu fəaliyyət davamlı inkişafın planlaşdırılması və mina təhlükəsindən zərər çəkmiş ərazilərin ölkənin daha geniş iqtisadi və sosial sistemlərinə yenidən inteqrasiyası üçün əsas şərtlərdən biridir, – deyə Anar Quliyev vurğulayıb.

TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır

Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026cı il sentyabrın 1dən tətbiq olunacaq və TƏBİBin tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiyareanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.
İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artmışdır.
Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.
Yeni yanaşma tibb işçisinin peşəkarlığının, məsuliyyətinin və iş yükünün əməkhaqqında daha dolğun əks olunmasını, eyni zamanda fəaliyyət və keyfiyyət göstəriciləri vasitəsilə pasiyent məmnuniyyətinə müsbət təsirin gücləndirilməsini nəzərdə tutur.

İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata çatdırılacaq. Bu, mövcud məbləğlə müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir.

Təcili tibbi yardım xidmətində çalışan həkimlər üçün də əhəmiyyətli artımlar nəzərdə tutulub. Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTTYM) həkiminin əməkhaqqı 1 550 manatdan 2 200 manata yüksələcək. Bununla yanaşı, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1 550 manatdan 2 500 manata yüksələcək. Beləliklə, artım 950 manat və ya 61 faiz təşkil edəcək. 3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2 100 manatdan 3 000 manata çatdırılacaq.
İslahatın əsas istiqamətlərindən biri həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması və regionlarda kadr təminatının gücləndirilməsidir. Bu məqsədlə Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda kadr çatışmazlığının daha çox müşahidə edildiyi ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr tətbiq olunacaq.
Belə ki, regionlarda çalışan uşaq anestezioloqreanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək. Bu, 107 faiz artım deməkdir. Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq ki, bu da 950 manat və ya 66 faiz artım deməkdir. Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq ki, bu da 800 manat və ya 55 faiz artım deməkdir. Həkim çatışmazlığı olan regionlarda mamaginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürəkdamar cərrahiyyəsi, üzçənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir.

Həkim çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq olunacaq. Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan işin nəticəsinə görə əlavə ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək. Beləliklə, regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, işin nəticəsinə görə əlavə ödənişlərinə tətbiq olunan əmsaldan da faydalanacaqlar.

Ambulator tibbi xidmətlər göstərən həkimlər üçün hər pasiyentə görə hesablanan mövcud kiçik faiz ödənişləri əvəzinə aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq.

Eyni zamanda, əməkhaqqı Qaydalarında həkimlərin həvəsləndirici ödənişlərini göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə birbaşa bağlayan yeni yanaşma tətbiq edilir. İslahat tibbi xidmətlərin daha pasiyentyönümlü təşkilini və keyfiyyət göstəricilərinin maddi stimula çevrilməsini hədəfləyir. Xidmət keyfiyyəti nə qədər yüksək qiymətləndirilirsə, həkimin əldə etdiyi ödəniş də bir o qədər çox olur.

Bu yanaşma keyfiyyətli və qayğıkeş xidməti təşviq edir, həkimləri pasiyentlərlə daha keyfiyyətli münasibət qurmağa həvəsləndirir.

Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də ayrıca nəzərə alınıb. Baş tibb bacılarının orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, tibbi sənədləşmə və uçot, pasiyent təhlükəsizliyi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin təmin edilməsində mühüm rolu nəzərə alınaraq, tibb müəssisəsinin kateqoriyasından asılı olaraq diferensial artımlar tətbiq ediləcək. Misal üçün, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1 454 manatdan 2 125 manata yüksələcək ki, bu da 671 manat və ya 46 faiz artım deməkdir.

Orta və kiçik tibb heyəti də islahatın əhatə dairəsindədir. 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı a¬rtımı isə 18 faiz təşkil edəcək.

İslahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir.

“YAŞAT” Fondunun tələbə mükafatı davam edir

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həmin şəxslərlə görüşüb.

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı YAŞAT Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.

Mükafat üçün Dövlət İmtahan Mərkəzi vasitəsilə qəbul imtahanında 400 bal və yuxarı, subbakalavr pilləsində isə 90 bal və yuxarı nəticə toplayaraq ali təhsil müəssisəsinə qəbul olan, həmçinin dünya reytinqində ilk 1000likdə yer alan universitetlərdən birinə qəbul olan şəxslər müraciət edə bilərlər.

Müraciətlərin qəbulu üçün son tarix 31 oktyabr 2026cı ildir.

Xatırladaq ki, YAŞAT Fondu tərəfindən əvvəlki illərdə də ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə tələbə mükafatı təqdim olunub.

Məşqdən əvvəl və sonra maksimum fayda üçün nə yeməli?

Düzgün seçilmiş qəlyanaltı orqanizmi zəruri enerji ilə təmin edir, fiziki yük zamanı halsızlığın qarşısını alır və məşqdən sonra daha sürətli bərpaya kömək edir. Təsadüfi deyil ki, idman dietoloqları qidalanmanı uğurlu məşqin əsas amillərindən biri hesab edirlər.

Məşqdən əvvəl: ağırlıq yaratmadan enerji toplamaq

Məşqdən 1–2 saat əvvəl orqanizmin enerji mənbəyinə ehtiyacı var. Bunun üçün ən optimal seçim tərkibində mürəkkəb karbohidratlar və az miqdarda zülal olan qidalardır. Belə qidalar qanda şəkərin səviyyəsini sabit saxlamağa, enerjini daha uzun müddət qorumağa və mədədə ağırlıq hissi yaratmamağa kömək edir.

Yaxşı qəlyanaltı variantlarına banan və yulaf lopaları ilə təbii yoqurt, pendirli tost, giləmeyvə və ya az miqdarda qozfındıqla meyvələr daxildir. Vaxt çox azdırsa, yüksək zülallı içki də uyğun seçim ola bilər. Onu idman zalına gedərkən qəbul etmək mümkündür.

Bir çox insan arıqlayarkən süd içməyin düzgün olmadığını düşünür. Mütəxəssislərin fikrincə, süd məhsullarına qarşı dözümsüzlük yoxdursa,süd balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər. Əsas məsələ onun kaloriliyini nəzərə almaq və gündəlik ümumi kalori normasına uyğunlaşdırmaqdır. Arıqlamaq məqsədilə süd məhsullarını tamamilə rasiondan çıxarmağa ehtiyac yoxdur.

Məşqdən sonra: bərpa üçün ən uyğun vaxt


Fiziki yükdən dərhal sonra orqanizmdə əzələlərin bərpası və enerji ehtiyatlarının yenilənməsi prosesi başlayır. Buna görə mütəxəssislər məşqdən sonra ilk saat ərzində qida qəbulunu ötürməməyi tövsiyə edirlər.

Ən optimal kombinasiya keyfiyyətli zülal və orta miqdarda mürəkkəb karbohidratlardan ibarətdir. Giləmeyvə ilə kəsmik, təbii yoqurt, omlet, dənli bitkilərlə toyuq filesi, tərəvəzlə balıq və ya zülallı kokteyl yaxşı seçimdir.

Söhbət süd məhsullarından gedirsə, südün tərkibində nə qədər zülal olduğu da maraq doğurur. Orta hesabla 100 millilitr inək südündə təxminən 3 qram zülal var. Bir stəkan süd məşqdən sonrakı qəlyanaltıya yaxşı əlavə ola bilər. Lakin intensiv güc məşqindən sonra tam bərpa üçün süd adətən digər zülal mənbələri ilə birlikdə qəbul edilir.

Məşq axşam saatlarına düşürsə

Məşqdən sonra, xüsusilə də axşam saatlarında heç nə yeməməyin daha yaxşı olduğu barədə geniş yayılmış fikir mütəxəssislər tərəfindən doğru hesab edilmir. Əksinə, əzələlərin bərpası üçün orqanizmə lazımi qida maddələri verilməlidir.

Yüngül axşam yeməyi giləmeyvə ilə kəsmik, qatıq, omlet, kefir və ya zülallı smuzidən ibarət ola bilər. Belə qidalar toxluq hissi yaradır, lakin yatmazdan əvvəl həzm sistemini həddindən artıq yükləmir.

Arıqlamaq istəyənlərin axşam saatlarında süd məhsullarından çəkinməsinə də ehtiyac yoxdur. Ölçüyə riayət edildikdə və gündəlik ümumi kalori norması nəzərə alındıqda, arıqlayarkən süd içmək mümkündür.

Uşaq idman məşğələsindən sonra nə yeməlidir?

Valideynlər uşaqları erkən yaşlarından sağlam həyat tərzinə alışdırır və onları mütəmadi olaraq müxtəlif idman dərnəklərinə aparırlarsa, bir məqamı da nəzərə almalıdırlar: üzgüçülük, futbol, rəqs və digər idman məşğələlərindən sonra uşaqlar da böyüklər kimi sərf etdikləri enerjini vaxtında bərpa etməlidirlər.

Aktiv fiziki yükdən sonra uşağa giləmeyvə ilə kəsmik, təbii və ya içməli yoqurt, müxtəlif növ pendirlər, bir stəkan süd, meyvəli smuzi, çia toxumları və ya tərkibində çoxlu şəkər olmayan südlü kokteyl təklif etmək olar.

Faydalı qəlyanaltılar üçün sadə variantlar

Hər məşqdən əvvəl nə yeyəcəyinizi düşünməmək üçün əvvəlcədən bir neçə sadə və uğurlu kombinasiya müəyyənləşdirə bilərsiniz:

təbii yoqurt, banan və südlə hazırlanmış yulaf lopaları
təzə giləmeyvə, meyvə və mürəbbə ilə kəsmik
süd əlavə edilmiş giləmeyvəli smuzi
pendir, yumurta və toyuq filesi ilə tam taxıllı tost
vaxt az olduqda işlə məşq arasında yüksək zülallı içki
yüngül kardio məşqindən sonra bananla kefir və ya süd.


İdman qidalanmasının əsas qaydası dəyişməz olaraq qalır: rasion fiziki aktivliyin səviyyəsinə uyğun, müxtəlif və müntəzəm olmalıdır. Məhz düzgün qidalanma, kifayət qədər istirahət və müntəzəm məşqlərin vəhdəti arzu olunan nəticəyə daha tez çatmağa, sağlamlığı və ümumi rifahı qorumağa imkan verir.

Röya Əliyeva
AzVision.az

Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək

Sentyabrın 11–13də Böyük Britaniya, İsveçrə və Rusiyadan gələn komandalar Sea Breezedə, Xəzərin sahilində unikal polo şousu təqdim edəcəklər.

Elçin Camallı, Adrian Laplaset, Aleks Vatson, Aqustin Kronhaus, Maykl Henderson, Matias Amaya, Santyaqo Sernadas, Mixail Rodzyanko və digər ulduz poloçuların iştirakı ilə turnir möhtəşəm idman mübarizəsinə çevriləcək.

Böyük Britaniya komandası, İsveçrənin St. Moritz, Rusiyanın Moscow Polo Club və Azərbaycanın Elite Polo Club Azerbaijan komandaları qum üzərində güc, sürət və zərifliyi bir araya gətirəcək.

11, 12 və 13 sentyabr tarixlərində saat 16:00dan etibarən bu unikal qarşılaşmaların şahidi olun və komandalara dəstək verin.

VIP və standart biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Azərbaycanda 21 avqust - 21 sentyabr “Sülh Aylığı” elan edilib

Müraciətdə xatırladılıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 30 noyabr 1981ci il tarixli qətnaməsi ilə Beynəlxalq Sülh Günü təsis edilib, həmçinin 28 sentyabr 2001ci il tarixli qətnaməsi ilə 21 sentyabr bu əlamətdar günün hər il qeyd olunacağı tarix kimi müəyyən edilərək qlobal atəşkəs və zorakılıqdan imtina günü elan olunub.

Qeyd edilib ki, dünyanın müxtəlif bölgələrində davam edən silahlı münaqişələr, humanitar böhranlar, məcburi yerdəyişmə, zorakılıq, ayrıseçkilik və nifrət təzahürləri müasir dövrdə davamlı sülhün təmininin və sülh dəyərlərinin cəmiyyətdə daha geniş təşviqinin xüsusi əhəmiyyət daşıdığını bir daha göstərir.

BMT tərəfindən 2026cı il Beynəlxalq Sülh Günü üçün müəyyən edilmiş Sülhə sərmayə qoyaq – hər kəs üçün, hər yerdə, hər gün mövzusu sülhün yalnız müharibə və zorakılığın olmaması ilə məhdudlaşmadığını, insan hüquq və azadlıqlarına hörmətin, insan ləyaqətinin qorunmasının, ədalət və bərabərliyin, qarşılıqlı etimad, dialoq və əməkdaşlığın davamlı sülhün mühüm əsaslarını təşkil etdiyini diqqətə çatdırır. Bu mənada insan hüquqlarının müdafiəsinə, hüquqi maarifləndirməyə, ictimai həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş hər bir təşəbbüs davamlı sülhə qoyulan sərmayədir.

Müraciətdə vurğulanıb ki, Azərbaycan Respublikası regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin, dialoq və əməkdaşlığın təşviqinə mühüm əhəmiyyət verir. 2025ci il 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Sazişin razılaşdırılmış mətninin paraflanması və görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm mərhələ olub.

2026cı ildə də beynəlxalq sülh təşəbbüslərində fəal iştirakını, qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini ardıcıl şəkildə davam etdirən respublikamız Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulub, Prezident İlham Əliyev 22 yanvar 2026cı ildə Davosda keçirilmiş mərasimdə Şuranın Nizamnaməsini imzalayıb. Bu beynəlxalq təşkilatda iştirak Azərbaycanın regional və qlobal səviyyədə sülh və sabitliyin təşviqinə verdiyi töhfənin mühüm təzahürlərindən biridir.

Davamlı sülhün bərqərar olması üçün müharibələrin doğurduğu humanitar nəticələrin, o cümlədən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin aradan qaldırılması, münaqişələrdən zərər çəkmiş insanların hüquqlarının müdafiəsi, mülki əhalinin təhlükəsizliyinin qorunması, bundan əlavə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, doğma yurdlarına qayıdan insanların təhlükəsiz və ləyaqətli yaşayış şəraitinin təmin olunması mütləq şərtlərdir.

Müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin artırılması, tolerantlığın, müxtəlifliyə hörmətin və dialoq mədəniyyətinin inkişaf etdirilməsi, habelə ayrıseçkilik, ksenofobiya, nifrət nitqi, zorakılıq və dözümsüzlüyün bütün formalarının qarşısının alınması da xüsusi aktuallıq daşıyır. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət qarşılıqlı etimad və dinc birgəyaşayış mühitinin daha da güclənməsinə xidmət edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən əvvəlki illərdə Beynəlxalq Sülh Günü ərəfəsində 21 avqust – 21 sentyabr tarixlərinin Sülh Aylığı elan edilməsi və bu çərçivədə paytaxtda və regionlarda müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsi sülh və insan hüquqları mədəniyyətinin təşviqinə xidmət edən mühüm institusional təcrübə formalaşdırıb. Bu təcrübənin BMTnin builki çağırışı nəzərə alınmaqla davam etdirilməsinin əhəmiyyətindən irəli gələrək, qarşıdan gələn 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə cari ilin 21 avqust – 21 sentyabr tarixlərini ölkədə Sülh Aylığı elan edirik, deyə müraciətdə bildirilib.

Qeyd edilib ki, aylığın keçirilməsində əsas məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.

Bu baxımdan dövlət orqanlarını, bələdiyyələri, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyrihökumət təşkilatlarını (ictimai birliklər və fondlar), media subyektlərini və həmkarlar ittifaqlarını, elm, təhsil, mədəniyyət, səhiyyə, sosial xidmət müəssisələrini, beynəlxalq və yerli təşkilatları, habelə digər aidiyyəti qurumları və geniş ictimaiyyəti Aylıq çərçivəsində çağırışa uyğun olaraq insan hüquqlarına və insan ləyaqətinə hörmətin, tolerantlıq və dinc birgəyaşayış dəyərlərinin gücləndirilməsinə, ayrıseçkiliyin, nifrət nitqinin və zorakılığın qarşısının alınmasına, uşaqların və gənclərin sülh mədəniyyəti ruhunda maarifləndirilməsinə yönəlmiş konfranslar, dəyirmi masalar, seminarlar, təlimlər, ictimai müzakirələr, müsabiqələr, sərgilər, məlumatlandırma kampaniyaları və digər maarifləndirici tədbir və təşəbbüslər həyata keçirməyə dəvət edirik.

Aylıq müddətində həyata keçirilən fəaliyyətlər barədə məlumatların media resurslarında geniş işıqlandırılması, habelə sosial media platformalarında #SülhAylığı və #PeaceMonth həştəqlərindən istifadə edilməklə paylaşılması tövsiyə olunur.

İnanırıq ki, həyata keçiriləcək tədbir və təşəbbüslər insan hüquqlarına və insan ləyaqətinə hörmətin daha da artırılmasına, qarşılıqlı anlaşma və həmrəyliyin gücləndirilməsinə, cəmiyyətimizdə sülh mədəniyyətinin daha da möhkəmlənməsinə, eləcə də hər kəsin sülhün qorunmasına töhfə verməsinə xidmət edəcək, deyə müraciətdə bildirilib.

Beşinci ixtisas qrupu üzrə 4 735 plan yeri ayrılıb

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul planına əsasən, V ixtisas qrupu üzrə Azərbaycan bölməsinə 1 471, rus bölməsinə 115, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3 149 yer olmaqla, ümumilikdə 4 735 plan yeri ayrılıb. Dövlət sifarişi əsasında ayrılan plan yerlərinin sayı isə 1 543dür.

Qeyd olunub ki, V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb olunan ixtisaslar arasında ən çox plan yeri ümumi fiziki hazırlıq (585 yer), dizayn (460 yer), fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (455 yer), instrumental ifaçılıq (302 yer) və təsviri incəsənət müəllimliyi (285 yer) ixtisaslarına ayrılıb.

“Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO

Layihə çərçivəsində iştirakçılar müxtəlif peşələr üzrə bilik və praktiki bacarıqlar əldə edir, bu bacarıqları real iş mühitində tətbiq edərək əmək fəaliyyətinə başlamaq imkanı qazanırlar.

Layihənin iştirakçısı Fatimə Hüsiyeva modelyerdərzi peşəsi üzrə təlim keçərək qazandığı bacarıqlar sayəsində Bakı Tekstil Fabrikində işə qəbul olunub və hazırda fəaliyyətini burada davam etdirir. Nar Fatimənin peşə təlimindən iş həyatına qədər keçdiyi yolu əks etdirən qısa videomüsahibə hazırlayıb. Müsahibədə Fatimə peşə seçimi, təlim müddətində qazandığı biliklər və hazırkı iş təcrübəsi haqqında danışır. Videomüsahibəni bu linkdən izləyə bilərsiniz.

Qeyd edək ki, Narın Karlara Dəstək İctimai Birliyi ilə birgə reallaşdırıdğı layihə eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri təşkil etməklə, onların müxtəlif iş bacarıqlarına yiyələnməsinə töhfə verir. Layihə eyni zamanda sağlamlıq imkanları məhdud gənclərin əmək bazarına inteqrasiyasını dəstəkləyərək inklüziv iş mühitinin formalaşmasına diqqət çəkir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən Nar son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında Narın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.


Qırğız nümayəndə heyəti “ASAN xidmət”də

Görüşdə qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış ASAN xidmət mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə məlumat verilib. Milli brendimiz olan ASAN xidmətin intellektual məhsul kimi ixracı istiqamətində 30dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.

Görüş zamanı ASAN xidmət təcrübəsinin Qırğız Respublikası ilə paylaşılması istiqamətində əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.

Qonaqlar ölkəmizin dövlət xidmətləri sahəsində olan qabaqcıl təcrübəsini yüksək qiymətləndiriblər.

Həmçinin görüş çərçivəsində qonaqlar INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və ABAD publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

AzVision.az

Azercell “Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb

İnsan kapitalının idarəedilməsi sahəsində qabaqcıl proqram və həllərin qiymətləndirildiyi beynəlxalq müsabiqədə şirkətin İnsan kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyası layihəsi qızıl, IE Business School ilə birgə hazırladığı Liderlik bacarıqlarının inkişafı proqramı gümüş, AI Bootcamp layihəsi isə bürünc mükafata layiq görülüb.

İnsan kapitalına sərmayə şirkətimizin uzunmüddətli inkişafının əsas şərtlərindən biridir. Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq biz müasir texnologiya və rəqəmsal həllər tətbiq etməklə yanaşı, bu transformasiyanı irəli aparacaq insanların bilik və bacarıqlarının inkişafına da sistemli şəkildə investisiya edirik. İnanırıq ki, texnoloji transformasiyanın real dəyəri məhz insanların yeni imkanlardan səmərəli şəkildə istifadə edərək onları real biznes nəticələrinə çevirə bilməsi ilə formalaşır, – deyə Azercellin İnsan kapitalı üzrə baş direktoru Dilarə Hüseynova qeyd edib.
Azercell şirkət miqyasında RPA və süni intellekt həllərinin tətbiqini genişləndirərək biznes proseslərinin rəqəmsal transformasiyasını davam etdirir. Bu transformasiya insan kapitalının idarəedilməsini də əhatə edir. SAP SuccessFactors platformasının tətbiqi nəticəsində əsas HR əməliyyatlarının 80–90%i avtomatlaşdırılıb. Süni intellekt və avtomatlaşdırma həlləri proseslərin səmərəliliyini artırır və məlumat əsaslı qərarvermə imkanlarını genişləndirir.

Azercell əməkdaşlarının davamlı inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə də xüsusi önəm verir. IE Business School ilə birgə hazırlanan Liderlik bacarıqlarının inkişafı proqramı şirkət əməkdaşlarında özünüidarəetmə, təşəbbüskarlıq, məsuliyyət və qərarvermə bacarıqlarının, rəhbərlərdə isə komandanın effektiv idarə olunması və əməkdaşların inkişaf etdirilməsi bacarıqlarının gücləndirilməsini nəzərdə tutur.

Eyni zamanda, şirkət gənclərin gələcəyin texnoloji bacarıqlarına yiyələnməsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqət ayırır. Azercellin dəstəyi ilə həyata keçirilən AI Bootcamp ölkənin müxtəlif universitetlərində təhsil alan tələbələrə süni intellekt üzrə biliklərini dərinləşdirmək və AI texnologiyalarının real tətbiqi üzrə praktiki təcrübə qazanmaq imkanı yaradıb. Layihə ölkədə süni intellekt sahəsində gənc istedadların yetişdirilməsinə və gələcəyin əmək bazarı üçün zəruri kompetensiyaların formalaşdırılmasına xidmət edib.

Qeyd edək ki, Azercell beynəlxalq səviyyədə tanınan Great Place to Work® (Əla İş Yeri) sertifikatının sahibidir. Korporativ mədəniyyət və sağlam iş mühitinin dəyərləndirilməsi sahəsində qlobal standart sayılan bu nüfuzlu sertifikat yalnız əməkdaşların anonim rəylərinə əsasən təqdim olunur.

Brandon Hall Group HCM Excellence Awards® insan kapitalının idarə edilməsi (Human Capital Management — HCM) sahəsində təşkilatların innovativ proqramlarını və onların ölçülə bilən nəticələrini qiymətləndirən beynəlxalq mükafat proqramıdır. Müsabiqəyə təqdim olunan layihələr müstəqil sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən biznes ehtiyaclarına uyğunluq, proqramların hazırlanması və tətbiqi, innovativ yanaşma meyarları əsasında qiymətləndirilir. Azercellin Accenture, EY (Ernst & Young), Google, IBM, Microsoft, Salesforce, TMobile, Verizon, Vodafon və digər bu kimi böyük şirkətlərin iştirak etdiyi müsabiqədə əldə etdiyi nəticə şirkətin texnoloji transformasiya və insan kapitalının inkişafına verdiyi önəmin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini əks etdirir.

Şagirdlərin sənəd qəbulu başlandı

2026–2027ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində (sy.edu.az) avtomatik sorğular yaradılıb.

Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, qəbul olunan şagirdlərin sənədləri avqustun 27si saat 12:00dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.

Sənədlərin təqdim edilməsi üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. Daha sonra imzalanmış elektron ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim edilməli, şəxsi iş götürülərək qəbul olunduğu lisey və ya gimnaziyaya təqdim edilməlidir.

Valideynlər qəbul prosesi ilə bağlı məlumatları şəxsi kabinetdə yerləşən Sorğularım bölməsindən izləyə bilərlər.

Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimalqərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2225° isti, gündüz 2832° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 6065 %, gündüz 4555% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrıayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2025° isti, gündüz 3136° isti, dağlarda gecə 1318° isti, gündüz 2025° isti olacaq.

MİDA-da güzəştli mənzil seçimi dəyişir: Yeni qaydalar açıqlandı

Vətəndaşların məmnunluğunun artırılması və Güzəştli mənzil sistemindən istifadənin daha əlçatan olması Mənzil İnşaatı Dövlət Agentliyinin əsas prioritetlərindən biridir. Bu məqsədlə Güzəştli mənzil sisteminin funksionallığının artırılması, istifadəçilər üçün daha rahat, təhlükəsiz və bərabər seçim prosesinin yaradılması istiqamətində Agentlik tərəfindən müntəzəm olaraq müvafiq təkmilləşdirmə işləri davam etdirilir. Yeniliklər Sistemin hər bir istifadəçisinə bərabər seçim şəraiti yaradılmasına, şəffaflıq və operativliyin yüksəldilməsinə xidmət edir.

Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Cəmşid Əmirov Güzəştli mənzil sistemində seçim prosesi ilə əlaqədar həyata keçirilən dəyişikliklərə dair bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, aparılan son təkmilləşdirilmədən sonra Güzəştli mənzil sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib: Güzəştli mənzillərin növbəti seçimi zamanı tətbiq ediləcək yeniliklərdən biri seçim üsulu ilə bağlıdır. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasının 5.7ci bəndinə əsasən elektron kabinet verilmiş şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.

Buna uyğun olaraq, satış günü Güzəştli mənzil sistemi vasitəsilə həyata keçirilən seçim prosesi zamanı ilk olaraq ünvan üzrə seçim üsulu aktiv olacaq. Belə ki, vətəndaşlar ən azı 30 gün öncədən verilmiş elanla ətraflı tanış olduqdan sonra sahib olmaq istədikləri mənzillərin ünvanlarını Agentliyin rəsmi internet səhifəsindəMənzillərbölməsi (04.09.2026cı il tarixində satışa çıxarılan mənzillər) vasitəsilə dəqiqləşdirib seçim günü həmin mənzilləri ünvanları üzrə axtarış edəcəklər. Vətəndaşlar ilk olaraq yalnız bir mənzili ünvanı üzrə axtarış edir və real vaxt rejimində həmin mənzilin statusu barədə məlumat alır. Daha sonra ardıcıl olaraq xəritə üzərində və parametrlər üzrə axtarış üsulları aktivləşəcək.

Cəmşid Əmirov qeyd edib ki, xəritə üzərində seçim zamanı vətəndaşlar yalnız axtarış etdikləri binada seçdiyi mərtəbəyə uyğun olaraq satışda olan mənzillərin statusları barədə məlumatları, parametrlər üzrə axtarış zamanı isə ümumilikdə layihədə yerləşən bütün binalar üzrə seçilməyən mənzilləri görə biləcəklər: Bundan öncə keçirilən seçimlər zamanı bəzi vətəndaşlar nöqsanlara yol verərək otaq sayı, ödəniş üsulunda yanlış seçimlər edirdi. Tətbiq edilən bu yenilik isə vətəndaşlara seçimi daha rahat və dəqiq reallaşdırmağa imkan verəcək və mənzil seçmək şansını artıracaq.

Gözləmə qaydasında mənzil seçimi zamanı isə vətəndaşlar öncədən mənzillərin statuslarını görə biləcəklər. Bu da onların gözləmə qaydasında mənzil seçmək şansını daha da artıracaq. Yəni vətəndaş gözləmə qaydasında seçim zamanı 1ci və ya 2ci sırada seçilməyən mənzilləri öncədən görə biləcək. Beləliklə, gözləmə qaydasında mənzil seçimi prosesinin optimallaşdırılması vətəndaşların bu xidmətdən daha çevik və səmərəli şəkildə yararlanmasına şərait yaradacaq.

Aparat rəhbərinin sözlərinə görə, növbəti yenilik Seçimlər mərhələsi ilə bağlıdır: Belə ki, verilən elana uyğun olaraq layihənin adı, daha sonra layihəyə uyğun olaraq ödəniş üsulu və mənzil seçimi üsulunun hər biri ayrılıqda yeni səhifədə yerləşdiriləcək.
Daha bir yenilik isə mənzil seçimi etdikdən sonra imzalama prosesi ilə bağlıdır. Artıq mənzili seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq. Belə ki, vətəndaş Güzəştli mənzil sistemi vasitəsilə keçirilən mənzil seçimi prosesi çərçivəsində seçim zamanı Təsdiq et düyməsini sıxdıqdan sonra dərhal Ərizəçi statusunu əldə edəcək. Bu isə əlavə vaxt itkisinin qarşısını almaqla, prosesin daha sürətli və daha operativ həyata keçirilməsinə imkan yaradacaq.

Əlavə edək ki, Agentliyin rəsmi internet səhifəsində seçim prosesinə uyğun olan yeni bölmə yaradılıb. Bunun üçün vətəndaşlar mida.gov.az internet səhifəsində Mənzillər bölməsinə, Güzəştli mənzil sistemində isə Demo satış bölməsinə keçid edərək satışa çıxarılan bütün mənzillər barədə, həmçinin mənzillərin axtarış üsulları ilə bağlı məlumatlarla ətraflı tanış ola bilərlər. Qeyd edək ki, Güzəştli mənzil sistemi vasitəsilə keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi Elektron hökumət portalı üzərindən (www.egov.az) Güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız Güzəştli mənzil sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Hər sahibkara «pitch deck» lazım deyil: Asiyada işin gələcəyinin gözdən qaçan orta halqası

Asiyanın biznes müzakirələrində sahibkarlıq çox vaxt tanış obrazlarla təqdim olunur: investor təqdimatı («pitch deck»), vençur kapitalı raundu, texnoloji platforma və sürətli miqyaslanma ambisiyaları. İşin gələcəyi ilə bağlı müzakirənin digər qütbündə isə giq işçisi dayanır — sərnişin daşıyan, yemək çatdıran, rəqəmsal platforma vasitəsilə frilans tapşırıqları yerinə yetirən insanlar.

Bu iki qütb arasında isə daha böyük və daha az görünən bir qrup yerləşir: bəlkə də heç vaxt kənar kapital cəlb etməyəcək və ya texnologiya şirkəti qurmayacaq, lakin buna baxmayaraq müştəri tapmağı, məhsul və ya xidmət satmağı, əməliyyatları idarə etməyi və müstəqil qazanmağı öyrənən insanlar. Onlar Asiyanın sahibkarlıq iqtisadiyyatının gözdən qaçan orta halqasıdır.

Miqyas artıq kifayət qədər böyükdür. Asiya İnkişaf Bankının Asia Small and MediumSized Enterprise Monitor 2025 hesabatına görə, mikro, kiçik və orta müəssisələr 26 Asiya və Sakit okean iqtisadiyyatında orta hesabla bütün müəssisələrin 99,8%ni və işçi qüvvəsinin 67,6%ni təşkil edib, milli iqtisadi məhsulun isə orta hesabla 38,7%ni formalaşdırıb. Onların əksəriyyəti biznes xəbərlərində üstünlük təşkil edən texnologiya sektorlarında deyil, xidmət sahələrində fəaliyyət göstərir.

Bu rəqəmlər qeyriformal və ya müstəqil kommersiya fəaliyyəti ilə qazanc əldə edən hər bir fərdi əhatə etmir. Lakin onlar daha böyük bir həqiqətə işarə edir: Asiya iqtisadiyyatları təkcə iri işəgötürənlər və sürətlə böyüyən startaplar tərəfindən deyil, həm də qatqat kiçik miqyasda fəaliyyət göstərən milyonlarla insan tərəfindən dəstəklənir.

Sahibkarlıq çox vaxt şirkətdən əvvəl başlayır

Bir çox insanlar üçün sahibkarlıq şirkət qeydiyyatı və ya investorlara təqdimatla başlamır. O, ilk müştərini qazanmaqla başlayır: kiminsə nəyə ehtiyacı olduğunu anlamaq, qiymət qoymağı və satmağı öyrənmək, sadə uçot aparmaq və müştərilərin təkrar müraciətini qazanmaq.

«Sahibkarlıq çox vaxt elə müzakirə olunur ki, sanki o, şirkət qurmaqla və ya kapital cəlb etməklə başlayır, — deyə Asiya mənşəli həyat tərzi və sağlamlıq sahəsində birbaşa satış şirkəti olan QNETin Baş İcraçı Direktoru Mattias Mildenborn deyir. — Bir çoxları üçün isə bu, müştəri ehtiyaclarını tanımaqla, dəyəri çatdırmaqla, əməliyyatları idarə etməklə və təkrar sifarişlərə gətirib çıxaran münasibətlər qurmaqla başlayır».

Sahibkar olmaq istəyənlərin qarşılaşdığı maneələr təkcə maliyyə ilə məhdudlaşmır. Məhsul hazırlamaq, ödəniş sistemləri qurmaq, təchizatçılar tapmaq və müştərilərə çatmağın yollarını öyrənmək — bunların hamısı ciddi maneələr ola bilər. Bu infrastrukturun bir hissəsini təmin edən biznes modelləri — sosial ticarət, evdən göstərilən xidmətlər, onlayn təkrar satış, mikrofrançayzinq, kontent yaradıcılarının qurduğu bizneslər və birbaşa satış — daha idarəolunan başlanğıc nöqtəsi təklif edə bilər.

Bunlar eyni modellər deyil və eyni imkanları və ya riskləri daşımır. Lakin onlar iqtisadi iştirakın daha kiçik, daha çevik və mərkəzləşdirilməmiş formalarına doğru daha geniş dəyişikliyi əks etdirir.

Birbaşa satış bu modellərin ən oturuşmuşlarından biridir: o, fərdlərə pərakəndə satış nöqtəsi açmadan və öz təchizat zəncirini qurmadan məhsulları birbaşa müştərilərə təqdim etməyə imkan verir. Bu, giq işi ilə eyni şey deyil. Platforma işçisi adətən qiyməti və şərtləri əsasən platforma tərəfindən müəyyən edilən tapşırığı yerinə yetirir. Birbaşa satıcı isə şirkətin məhsul və kompensasiya çərçivəsi daxilində fəaliyyət göstərir, lakin müştəri tapmaq, məhsulları izah etmək və kommersiya münasibətləri qurmaq üçün daha böyük məsuliyyət daşıyır.

«Müzakirə hansı etiketin digərindən yaxşı olması barədə getməməlidir, — deyə Mildenborn bildirir. — Əsl sual odur ki, model insana növbəti əməliyyatdan sonra da dəyərini qoruyan bacarıqlar və münasibətlər inkişaf etdirməyə kömək edir, ya yox».

Çevik iş gəlir gətirir. Sahibkarlıq isə həm də bacarıq formalaşdıra bilər

Çevik iş gəlirə mühüm çıxış imkanı verir və insanlara təhsil, yaxınlara qulluq və digər öhdəliklərlə yanaşı işləməyə imkan yarada bilər. Lakin çeviklik özlüyündə heç də həmişə daha böyük iqtisadi müstəqilliyə çevrilmir.

BMTnin İnkişaf Proqramının (UNDP) 2026cı ilin iyununda dərc olunmuş hesabatı Asiya və Sakit okean regionunda giq iqtisadiyyatını çevik iş formalarının və platforma əsaslı səmərəliliyin mənbəyi kimi təsvir edib, eyni zamanda iqtisadi qeyrisabitliyi, fırıldaqçı platformaları və məhdud sosial müdafiəni də qeyd edib.

Mikrosahibkarlıq da oxşar qeyrimüəyyənlikdən sığortalanmayıb. Gəlir dəyişkən ola bilər və uğur heç vaxt zəmanətli deyil. Lakin ən yaxşı halda o, bacarıqların zamanla toplanmasına imkan verir: satış və ünsiyyət bacarıqları, maliyyə intizamı, məhsul bilikləri, müştəri münasibətləri və peşəkar reputasiya.

«Mikrosahibkarlığın dəyəri yalnız növbəti satışla ölçülməməlidir, — deyə Mildenborn deyir. — O, həm də fərdin nə öyrəndiyi ilə ölçülməlidir: müştəriləri anlamağı, məsuliyyətlə ünsiyyət qurmağı, pulu idarə etməyi, etimad qazanmağı və nəticələr dərhal gəlmədikdə ardıcıl qalmağı».

Elə buna görə də mikrosahibkarlıq varlanmağın qısa yolu kimi təbliğ olunmamalıdır. Hətta kiçik bir biznesin qurulması davamlı səy, öyrənmə və qeyrimüəyyənliyi qəbul etməyə hazırlıq tələb edir.

Aşağı maneələr həm güc, həm də zəiflik ola bilər

Sahibkarlığı daha əlçatan etmək dəyərli işdir, lakin iştirak qarşısındakı aşağı maneələr ikiağızlı qılıncdır.
Problemlər gəlir imkanları şişirdildikdə, real müştəri tələbindən çox yeni iştirakçıların cəlbinə üstünlük verildikdə və ya iştirakçılar şirkətin icazə vermədiyi iddialar səsləndirdikdə yaranır. Məsuliyyətli mikrosahibkarlıq aydın standartlar tələb edir: mərkəzində real məhsullar və müştərilər dayanmalı, qazancın avtomatik olduğuna dair heç bir işarə verilməməli, məsuliyyətli satışı əhatə edən təlimlər keçirilməli və iştirakçılar qaydaları pozduqda tədbir görülməlidir.

«Hesabatlılıq olmadan əlçatanlıq imkanların genişləndirilməsi deyil, — deyə Mildenborn bildirir. — Şirkətlər real gözləntilər formalaşdırmağa, real məhsul tələbini mərkəzdə saxlamağa, lazımi təlim təmin etməyə və standartlar pozulduqda tədbir görməyə borcludur. Etimadı yalnız imkan verməklə qurmaq olmaz. O, davranışla qazanılmalıdır».

Birbaşa satış sənayesi üçün bu, həlledici etibarlılıq sınağıdır. Müstəqil distribyutorlar adətən şirkət əməkdaşları kimi deyil, müstəqil şəkildə fəaliyyət göstərirlər, lakin onların davranışı təmsil etdikləri biznesin və bütövlükdə sənayenin necə qavranılmasını yenə də formalaşdırır.

Asiyadan dünyaya açılan biznes modeli

QNET beynəlxalq brendlərin Asiyaya artım bazarı kimi daxil olması barədə tanış hekayənin əksi istiqamətində inkişaf etmiş şirkətin nümunəsidir.

1998ci ildə Honkonqda təsis edilən şirkətin təcrübəsi Asiya mənşəli bir şirkəti müxtəlif mədəniyyətlər, bazarlar və tənzimləmə sistemləri üzrə qurmağın mürəkkəbliyini əks etdirir. Mildenborn beynəlxalq birbaşa satış sənayesində iyirmi ildən artıq fəaliyyətdən sonra 2026cı ildə Baş İcraçı Direktor vəzifəsini öz üzərinə götürüb.
«Asiyadan qlobal miqyasa çıxmaq sadəcə eyni ssenarini hər ölkədə təkrarlamaq məsələsi deyil, — deyə o bildirir.

— İstehlakçı gözləntiləri, qaydalar və mədəni normalar fərqlənir. Şirkət ünsiyyət və fəaliyyət tərzini lokallaşdırmalı, eyni zamanda məhsullar, davranış və müştərilərin müdafiəsi ilə bağlı standartlarını dəyişməz saxlamalıdır».

Texnologiya bu əhatəni asanlaşdırır, lakin eyni zamanda zərərli təcrübələrin və reputasiya problemlərinin yayılma sürətini də artırır. Buna görə də rəqəmsal miqyas daha güclü nəzarətlə müşayiət olunmalıdır.

Asiyaya qısa yollar yox, daha çox giriş yolları lazımdır

Hər mikrosahibkar böyük şirkət qurmayacaq çoxları kiçik miqyasda və ya yarımştat rejimdə qalacaq, bəziləri isə sahibkarlığın onlara uyğun olmadığına qərar verəcək. Bu, təcrübəni əhəmiyyətsiz etmir. Müştəriyə yanaşmağı, dəyəri izah etməyi, maliyyəni idarə etməyi və nəticəyə görə məsuliyyət götürməyi öyrənmək — biznesin özü təvazökar qalsa belə — faydalı kommersiya bacarığı formalaşdırır.

Məqsəd insanların öz bacarıqlarını sınaya biləcəyi etibarlı giriş nöqtələri yaratmaqdır. Bu giriş nöqtələrini təmin edən bizneslər isə daha sərt meyarlarla qiymətləndirilməlidir: real müştəri tələbi mövcuddurmu, iddialar dəqiqdirmi, təlim mənalıdırmı və iştirakçılar başladıqları vaxtla müqayisədə daha güclü bacarıqlar əldə edirlərmi.

Hər sahibkara «pitch deck» lazım deyil. Amma sahibkar olmaq istəyən hər kəs başlamaq üçün ədalətli, şəffaf və məsuliyyətli bir yerə layiqdir.

Lin WeiCheng

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Olimpiadaya qatılmış 157 nömrəli tam orta məktəbin 11ci sinif şagirdi Həsən Vəliyev, FizikaRiyaziyyat və İnformatika Təmayüllü liseyin 10cu sinif şagirdi Əkbər Əhmədov, həmçinin Bakı Türk Anadolu liseyinin 11ci sinif şagirdi Əhməd Qəmbərli bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Azercell, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu arasında informatika üzrə milli yığmanın hazırlanması istiqamətində əməkdaşlıq 2017ci ildən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində şagirdlər üçün əlavə hazırlıq dərsləri təşkil olunur, beynəlxalq olimpiadalara sistemli hazırlıq prosesi dəstəklənir, eləcə də gənclərin proqramlaşdırma və İT sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verilir.

Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Hikmət Mustafayev 1971ci ildə anadan olub. 1993cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə, 2006cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib.

1994–1995ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib.

1997ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.

O, eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi bu mötəbər beynəlxalq tədbirin təşkilati və inzibati idarəetmə proseslərində fəal iştirak edib.

Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.

Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019cu il tarixli Sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilib.

Dövlət qulluğunun baş müşaviridir.

Sabah 38 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimalqərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 2124°, gündüz 2933° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 7075, gündüz 5055 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrıayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2024°, gündüz 3338° isti, dağlarda gecə 1217°, gündüz 2025° isti olacağı ehtimal edilir.

ASAN könüllülərinin “Bilik Karvanı” aksiyası davam edir

BRAVO marketlər şəbəkəsi ilə birgə əməkdaşlıqla baş tutan və 15 Sentyabr Bilik Gününə həsr olunan aksiyada vətəndaşların dəstəyi ilə 614 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.

10 sentyabr tarixinədək davam edəcək aksiyada vətəndaşlar BRAVO marketlər şəbəkəsinin 20 Yanvar və Koroğlu filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilirlər.

Layihə boyunca Azərbaycanın bir çox bölgəsində 200dən çox uşağa məktəb çantası, ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunacaq.

Xatırladaq ki, ASAN Məktub sosial proqramı çərçivəsində indiyədək 11000dən çox uşağın arzusu reallaşdırılıb.
AzVision.az

Qərbə yönələn Ermənistanı hansı risklər gözləyir? TƏHLİL

Ermənistan son illərdə xarici siyasət kursunda ciddi dəyişikliklərə gedir. İrəvan Rusiyadan tədricən uzaqlaşır, Avropa İttifaqı (Aİ) ilə münasibətləri dərinləşdirir və Qərblə əməkdaşlığın yeni istiqamətlərini formalaşdırmağa çalışır.

Bununla belə, Ermənistanın Rusiyadan tam qopması hələ real görünmür. Ölkə Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalır, Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı və enerji təchizatçılarından biri olaraq qalır. Bu səbəbdən İrəvanın qarşısında əsas məsələ yalnız Qərbə yaxınlaşmaq deyil, bunu Rusiya ilə iqtisadi və digər əlaqələri birdənbirə itirmədən həyata keçirməkdir.

2026cı ildə bu ziddiyyət daha da aydın şəkildə üzə çıxıb. Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Moskvanın narazılığına səbəb olur, eyni zamanda Rusiya tərəfindən Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlər İrəvanın manevr imkanlarını məhdudlaşdırır.

Erməni politoloq Norayr Dunamalyanın fikrincə, ErmənistanRusiya münasibətlərindəki böhran artıq müvəqqəti siyasi fikir ayrılığı çərçivəsindən çıxıb və daha dərin, struktur xarakter alıb.

Moskva ilə münasibətlər niyə pisləşdi?

Ermənistanın Rusiyadan uzaqlaşması bir gündə baş verməyib. Bu proses xüsusilə 2020ci ildən sonra sürətlənib və 2023cü ildə Qarabağda baş verən hadisələrdən sonra daha açıq xarakter alıb.

İrəvanın mövqeyinə görə, Rusiya Ermənistanın təhlükəsizliyinin təmin olunmasında vədinə xilaf çıxıb. Bunun ardınca Paşinyan hökuməti KTMTdə iştirakını faktiki olaraq dayandırıb və Qərblə təhlükəsizlik, siyasi və iqtisadi əlaqələri genişləndirməyə başlayıb. Ermənistan hazırda KTMTdə iştirak etmir, lakin təşkilatdan formal çıxış məsələsi ayrıca proses olaraq qalır.

Eyni zamanda Ermənistan Aİ ilə münasibətlərini yeni mərhələyə keçirib. 2026cı ilin mayında İrəvanda ilk AİErmənistan sammitinin keçirilməsi də bu yaxınlaşmanın institusional səviyyədə dərinləşdiyini göstərdi.

Beləliklə, söhbət artıq yalnız Rusiyadan narazılıqdan getmir. Ermənistan xarici siyasətində alternativ istiqamətlər yaratmağa çalışır.

İrəvanın əsas məqsədi: Rusiyadan tam ayrılmaq, yoxsa alternativ yaratmaq?

Paşinyanın son açıqlamaları göstərir ki, Ermənistan hələlik Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətində deyil. Bununla yanaşı, baş nazir ölkəsinin alternativ iqtisadi və siyasi istiqamətlər formalaşdırmaq hüququna malik olduğunu bildirir. O, Rusiyaya da bu mövqeyini çatdırdığını deyib.

Bu, Ermənistanın hazırkı siyasətinin əsas məntiqini izah edir: İrəvan indiki mərhələdə Moskvanı Qərblə əvəz etməkdən daha çox, Rusiyadan asılılığını azaltmağa çalışır.

Bu fərq vacibdir. Çünki Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri hələ də çox böyükdür. Reutersin məlumatına görə, Rusiya 2025ci ildə Ermənistanın xarici ticarətinin təxminən 35 faizini təşkil edib. Ölkə enerji təchizatında da Rusiyadan ciddi şəkildə asılıdır.

Bu səbəbdən İrəvanın Moskvadan tamamilə üz döndərməsi iqtisadi baxımdan ciddi fəsadlar yarada bilər.

Avropa İttifaqı Ermənistana nə vəd edir?

Ermənistan cəmiyyətində Aİyə münasibətin daha müsbət olması İrəvanın Qərbə yönəlməsinin əsas siyasi dayaqlarından biridir.

Avropa İttifaqı Ermənistan üçün yalnız iqtisadi tərəfdaş deyil. Aİ ilə yaxınlaşma həm də siyasi institutların, iqtisadiyyatın, nəqliyyat və enerji əlaqələrinin şaxələndirilməsi, eləcə də təhlükəsizlik sahəsində yeni imkanların yaradılması kimi təqdim olunur.

Lakin Aİİ ilə Aİ arasında seçim Ermənistan üçün sadə məsələ deyil. Ermənistan Aİİdən çıxarsa, Rusiya bazarına çıxış imkanlarının bir hissəsini itirə bilər. Ölkənin Rusiya ilə ticarət əlaqələrinin miqyası nəzərə alınanda bu, iqtisadiyyat üçün ciddi zərbə ola bilər.

Bu baxımdan Ermənistanın qarşısında paradoksal vəziyyət yaranır: siyasi baxımdan Qərbə yaxınlaşmaq istəyir, iqtisadi baxımdan isə hələ də Rusiya ilə əlaqələrə ehtiyac duyur.

Moskva ilə qarşıdurmanın iqtisadi qiyməti

İki ölkə arasındakı siyasi gərginlik artıq iqtisadi sahədə də hiss olunur. Rusiya 2026cı ildə Ermənistanın müxtəlif məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib. Paşinyan bu məhdudiyyətlərin ErmənistanRusiya razılaşmalarına və Aİİ qaydalarına zidd olduğunu bildirib və problemin həll olunmasını tələb edib.

Paşinyan daha sonra xəbərdarlıq edib ki, Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmasa, bu, Aİİnin özünün gələcəyinə ciddi zərbə vura bilər. Bununla yanaşı, o, Ermənistanın təşkilatdan çıxmaq planının olmadığını da vurğulayıb.

Bu mövqe Ermənistanın hazırkı strategiyasındakı ziddiyyəti açıq göstərir: İrəvan Aİİdə qalır, lakin eyni zamanda təşkilat daxilində Rusiyanın dominant mövqeyinə qarşı çıxır və alternativlər axtarır.

Paşinyanın Ukraynaya səfəri niyə vacibdir?

Ermənistanla Ukrayna arasında münasibətlər hazırda tamhüquqlu müttəfiqlik səviyyəsində deyil. Lakin iki ölkə arasında siyasi yaxınlaşma müşahidə olunur.

Paşinyanın Kiyevə mümkün səfəri də bu baxımdan simvolik əhəmiyyət daşıya bilər. Bu səfər Ermənistanın Rusiya orbitindən daha da uzaqlaşdığını nümayiş etdirən siyasi mesaj kimi qəbul edilə bilər.

Lakin belə bir addımın atılması üçün İrəvanın daha geniş Avropa siyasətinin formalaşması lazımdır. Çünki Ermənistanın eyni vaxtda Rusiya ilə kəskin qarşıdurmaya girərək Qərblə yaxınlaşması iqtisadi və siyasi baxımdan risklidir.

Real Ermənistan nəyi dəyişir?

Paşinyan hökumətinin xarici siyasətindəki dəyişiklik yalnız beynəlxalq tərəfdaşların seçimi ilə məhdudlaşmır. Hakimiyyət ölkənin milli kimliyi və dövlətçilik anlayışına da yeni yanaşma formalaşdırmağa çalışır.

Real Ermənistan konsepsiyası bu siyasətin ideoloji əsaslarından biridir. Bu yanaşmada diqqət tarixi iddialardan və keçmişin siyasi gündəmindən daha çox, hazırkı Ermənistan Respublikasının ərazisinə, dövlət institutlarına və gələcək inkişafına yönəldilir.

Bu konsepsiyanın əsas məqsədlərindən biri Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır. Hakimiyyət hesab edir ki, regional sabitlik və qonşularla münasibətlərin yaxşılaşdırılması Ermənistanın iqtisadi və siyasi imkanlarını genişləndirə bilər.

Lakin bu siyasət Ermənistan cəmiyyətində ciddi mübahisələr doğurur. Çünki milli kimlik və tarixi yaddaş məsələlərindən imtina cəhdi cəmiyyətin bir hissəsi tərəfindən xarici təzyiqlərə güzəşt kimi qəbul edilə bilər.

Azərbaycanla münasibətlər: sülh, yoxsa yeni asılılıq?

ErmənistanAzərbaycan münasibətlərində də oxşar paradoks müşahidə olunur. İrəvan yeni müharibənin qarşısını almaq və sülh sazişinə nail olmaq üçün Azərbaycanla münasibətlərin normallaşdırılmasına üstünlük verir. Eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsi niyyəti də bu siyasətin mühüm hissəsidir.

Lakin Ermənistan daxilində bəzi siyasi qüvvələr hesab edirlər ki, Azərbaycanla iqtisadi əlaqələrin sürətlə genişləndirilməsi ölkəni yeni asılılıq vəziyyətinə sala bilər.

Bu narahatlığın əsas səbəbi ticarət balansının hələ tam formalaşmamasıdır. Azərbaycan üzərindən Ermənistana müəyyən məhsulların, o cümlədən yanacağın göndərilməsinə başlanıldığı halda, əks istiqamətdə Ermənistan məhsullarının ixracı hələ əhəmiyyətli həcmə çatmayıb.

Ermənistan üçün ən böyük risk nədir?

Ermənistanın əsas problemi seçim qarşısında qalmasıdır. Bir tərəfdə Rusiya ilə formalaşmış dərin iqtisadi və enerji əlaqələri var. Digər tərəfdə isə Avropa İttifaqına inteqrasiya və Qərblə daha sıx siyasi əməkdaşlıq perspektivi dayanır.

İrəvan bu iki istiqamətdən birini dərhal seçmək əvəzinə, hazırda hər ikisi ilə paralel münasibətlər saxlamağa çalışır. Lakin Moskva Aİ ilə daha dərin inteqrasiyanın Aİİ üzvlüyü ilə ziddiyyət təşkil etdiyini bildirir və Ermənistanı seçim etməyə çağırır.

Buna görə Ermənistanın qarşıdakı illərdə əsas strategiyası böyük ehtimalla Rusiya ilə bütün əlaqələri kəsmək deyil, Rusiyadan asılılığı azaltmaq və alternativlər yaratmaq olacaq.

Qarşıdakı illərdə nə baş verə bilər?

Ermənistanın gələcəyinə bir neçə əsas amil təsir edəcək: Rusiya ilə münasibətlərin hansı səviyyəyə qədər pisləşəcəyi, Aİ ilə inteqrasiyanın hansı sürətlə davam edəcəyi, Azərbaycanla sülh prosesinin nəticəsi və regional nəqliyyat layihələrinin həyata keçirilməsi.

Əgər Ermənistan Aİ ilə əlaqələri dərinləşdirə bilsə, eyni zamanda Rusiya bazarına və enerji resurslarına alternativlər yaratsa, İrəvanın manevr imkanları əhəmiyyətli dərəcədə artacaq.

Əks halda isə Rusiya ilə münasibətlərin sürətlə pisləşməsi Ermənistanı iqtisadi baxımdan çətin vəziyyətə sala bilər.

Bu səbəbdən Ermənistanın qarşısında duran məsələ sadəcə Rusiya, yoxsa Qərb? seçimi deyil. Daha mürəkkəb sual budur: İrəvan yeni xarici siyasət kursunu iqtisadi və təhlükəsizlik baxımından dayanıqlı edə biləcəkmi?

Məhz bu sual Ermənistanın növbəti illərdəki siyasi kursunun və Cənubi Qafqazdakı mövqeyinin müəyyənləşməsində əsas rol oynayacaq.

Səbinə Həsənova

“SİMA İmza” “AFB Bank”ın rəqəmsal xidmətlərinə inteqrasiya olunub

nteqrasiya nəticəsində müştərilər filiala getmədən bankın müxtəlif xidmətlərindən elektron formada yararlana bilirlər. Belə ki, SİMA İmza artıq AFB Mobile tətbiqində əmanətlərin yerləşdirilməsi, mikro kreditlərin rəsmiləşdirilməsi və nağd kreditlərin götürülməsi xidmətlərində tətbiq edilir. Bununla yanaşı, AFB Mobileda mövcud və yeni müştərilərin qeydiyyatı və rəqəmsal kartların sifarişi proseslərində də SİMA İmzadan istifadə olunur.

Bu inteqrasiya müştərilərə bank xidmətlərindən istifadə zamanı şəxsiyyətlərini rəqəmsal şəkildə təsdiqləməyə və tələb olunan sənədləri elektron formada imzalamağa imkan verir. Nəticədə bir sıra bank əməliyyatlarını filialdan kənarda, daha rahat və çevik şəkildə həyata keçirmək mümkün olur.

SİMA İmzanın bank xidmətlərinə inteqrasiyası bank əməliyyatlarının rəqəmsallaşdırılmasına və müştəri təcrübəsinin sadələşdirilməsinə xidmət edir. Eyni zamanda, kağız sənədləşməsinin və əlavə sənəd dövriyyəsinin azalmasına, bank xidmətlərindən məsafədən istifadə imkanlarının genişlənməsinə şərait yaradır.

SİMA İmza haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC tərəfindən yaradılıb. Həll istifadəçilərə sənəd və müraciətləri fiziki daşıyıcıya ehtiyac olmadan, istənilən vaxt, istənilən yerdən sürətli şəkildə imzalamaq imkanı yaradır. SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.
AzVision.az

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər avqustun 19u saat 23:59dək qəbul olmaq istədikləri ixtisasları Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsinə daxil edib ərizələrini təsdiqləməlidirlər.

Avqustun 19u saat 10:05ə olan məlumata görə, 81 min 346 abituriyent (subbakalavr) ərizəsini təsdiqləyib. Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.

Müsabiqədə iştirak edənlər elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli məsələlər və digər suallarla bağlı ödənişsiz fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlərdə 50dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərir.

Yeniyetmələr üçün ChatGPT istifadəyə verildi

Yeni versiya həm ödənişsiz, həm də ödənişli olacaq. OpenAI bildirib ki, yeni funksiyalar bütün uyğun hesablarda dərhal görünməyə bilər və onların aktivləşdirilməsi yaxın həftələrdə davam edəcək.

ChatGPT for Teens
yeniyetmələr üçün xüsusi qeydiyyat prosesi ilə yanaşı, təhsil, yaradıcılıq və gündəlik istifadəyə yönəlmiş funksiyalar təqdim edir.

Bu funksiyalardan biri Study Mode – tədris rejimidir. Rejim istifadəçiyə hazır cavab vermək əvəzinə ipucları təqdim edir, məsələlərin həllini addımaddım izah edir, əlavə suallar verir və bilikləri yoxlayır . Mövzuların daha yaxşı mənimsənilməsi üçün testlərdən də istifadə etmək mümkün olacaq.

Şirkət ev tapşırıqları ilə bağlı xatırlatmalar da əlavə edib. Bu xatırlatmalar yeniyetməyə tədris rejimindən istifadə etməyi tövsiyə edə və tapşırığı mərhələli şəkildə yerinə yetirməyə kömək göstərə bilər. Yeniyetmələr və ya onların valideynləri tədris saatlarını müəyyən edə bilərlər. Bu halda seçilmiş saatlarda başlayan yeni söhbətlər avtomatik olaraq tədris rejimində açıla bilər.

Yeni funksiyaların bir qismi ChatGPTdən daha balanslı istifadəyə təşviq məqsədi daşıyır. Sistem yeniyetmələrə fasilə verməyi xatırlada və onların süni intellekt aləti ilə qarşılıqlı əlaqədə olduğunu açıq şəkildə bildirə bilər. Bəzi hallarda şəkil yükləməzdən əvvəl istifadəçiyə şəxsi və ya həssas məlumatları paylaşmadığından əmin olması barədə xəbərdarlıq da göstəriləcək.

OpenAInin məlumatına görə, valideynlər və qəyyumlar istəyə bağlı olaraq öz hesablarını valideyn nəzarəti funksiyası vasitəsilə yeniyetmənin hesabına bağlaya bilərlər. Bu funksiya müəyyən parametrləri idarə etməyə imkan verir. Məsələn, Quiet Hours funksiyası müəyyən saatlarda ChatGPTdən istifadəni məhdudlaşdıra bilər. Study Hours funksiyası isə ChatGPTyə çıxışı tam məhdudlaşdırmadan tədris rejimindən istifadəni təmin edir.

Valideynlər bu nəzarət vasitələri ilə yeniyetmələrin söhbətlərini oxuya və ya izləyə bilməyəcəklər . OpenAI yalnız müəyyən təhlükəsizlik hallarında valideynlərə bildiriş göndərəcək və belə vəziyyətlərdə yeniyetmənin təhlükəsizliyini təmin etmək üçün zəruri olan məlumatları paylaşacaq.

Sistem hesab sahibinin 18 yaşdan kiçik olduğunu hesab məlumatları, təsdiqlənmiş yaş və ya avtomatik yaş müəyyənləşdirməsi əsasında müəyyən etdikdə, yeniyetmələr üçün nəzərdə tutulmuş rejim avtomatik aktivləşdirilir.

Hesab sahibinin 18 və ya daha yuxarı yaşda olduğu müəyyən edildikdə isə hesab yeniyetmələr üçün nəzərdə tutulmuş rejimdən çıxarıla bilər. Bu halda yeniyetmələrə tətbiq olunan təhlükəsizlik tədbirləri və valideyn nəzarəti bağlantısı deaktiv edilə bilər. Bəzi qoruyucu funksiyalar isə sonradan yenidən aktivləşdirilə bilər.

Məhəmmədəli Həsənli

Ümumdünya Fotoqrafiya Günüdür

Fotoqrafiya baş verən hadisələri, maraqlı anları, gözəl məkanları, sevdiyimiz insanları və bir daha təkrarlanmayacaq məqamları əbədiləşdirməyə imkan verir. Fotoşəkillər vasitəsilə keçmişə qayıdır, onlara baxarkən həyatımızın bir çox gözəl anlarını xatırlayırıq. Üstəlik, fotoqrafiya bəziləri üçün sadəcə hobbi deyil, həm də peşədir. Buna görə də bu sahənin özünəməxsus bayramının – Ümumdünya Fotoqrafiya Gününün olması təəccüblü deyil.

Həm həvəskar, həm də peşəkar fotoqraflar, eləcə də fotoqrafiya sənətinin pərəstişkarları bu günü hər il avqustun 19da qeyd edirlər. Ümumdünya Fotoqrafiya Günü 2009cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis olunub.

Günün avqustun 19da qeyd edilməsinin səbəbi 1839cu ilin həmin tarixində fotoşəklin əldə olunması üsulu – fotoqrafiyanın ilkin nümunəsi hesab edilən dagerotipin geniş ictimaiyyətə təqdim edilməsidir. Bu ixtira fransız rəssamı Lui Jak Mande Dagerə məxsusdur. Fransa hökuməti perspektivli innovasiyanın patentini satın alaraq ixtiranı dünyaya hədiyyə elan edib. J.L.Dagerin ixtirası fotoqrafiyanın geniş ictimaiyyət üçün əlçatan texnologiyaya çevrilməsi yolunda ilk addımlardan biri olub.

Bu gün həyatımızın demək olar ki, bütün sahələrində möhkəm yer tutan fotoqrafiyanın qədim tarixi var. Dagerotipiya – metal lövhə üzərində təsvirin əldə olunması prosesi – fotoşəklin əldə edilməsinin ilk praktik üsullarından biri hesab olunur. Daha dəqiq desək, təsvirin əldə olunması və sabitləşdirilməsi prosesi 1820ci illərin əvvəllərində fransız ixtiraçı Jozef Nisefor Nyeps tərəfindən yaradılıb. Lakin təsviri mis lövhə üzərində əldə edərək sabitləşdirməyə Lui Dager nail olub və proses onun şərəfinə adlandırılıb. Buna görə də dagerotipiya müasir fotoqrafiyanın əsasını qoyan ixtiralardan biri hesab olunur.

Sonrakı illərdə bir çox alim müxtəlif material və kimyəvi maddələrdən istifadə etməklə fotoşəkillərin əldə olunması prosesini təkmilləşdirib. 1861ci ildə Ceyms Maksvell rəngli fotoşəkil əldə etməyə nail olub. 1981ci ildə isə Sony şirkətinin rəqəmsal kamera ixtira etməsi rəqəmsal fotoşəkillərin çəkilməsinə imkan yaradıb və ənənəvi fotoplyonkadan imtina yolunu açıb. Buna baxmayaraq, bu gün də bir çox peşəkar fotoqraf fəaliyyətində fotoplyonkadan istifadə etməyə üstünlük verir. Rəqəmsal texnologiyalar dövründə isə hər birimiz sonradan üzümüzdə təbəssüm yaradan, bizi kövrəldən və ya heyrətləndirən anları heç bir çətinlik çəkmədən fotoşəkillərlə əbədiləşdirə bilirik.

Təbii ki, fotoqrafiyanı peşə seçən insanların həyatında bu sənətin xüsusi yeri var. Onların əməyini haqlı olaraq sənət adlandırmaq olar. Buna görə də bütün fotoqrafları peşə bayramları münasibətilə təbrik etmək mümkündür.

Ekspertlər də müasir dünyada fotoqrafiyanın xüsusi əhəmiyyət daşıdığını qeyd edirlər. Fotoqrafiya yalnız estetik zövq yaratmır, həm də tarixin mühüm məqamlarını qoruyub saxlamağa kömək edir, sənayenin və elmin müxtəlif sahələrində tətbiq olunur. Buna görə də ayrıayrı ölkələrdə və beynəlxalq səviyyədə fotoqrafiya icmalarının inkişafına və dəstəklənməsinə yönəlmiş təşəbbüslər müsbət qarşılanır.

Ümumiyyətlə, Ümumdünya Fotoqrafiya Günü foto çəkməyi və fotoşəkil çəkdirməyi sevən hər kəsin bayramıdır. Bu xüsusiyyət onu rəngarəng və pozitiv günə çevirir. Elə bu gün hər kəs yadda qalan anları və gözəl mənzərələri əbədiləşdirmək üçün fotoçəkiliş vasitəsini əlinə alaraq bu maraqlı dünyaya addım ata bilər.

MKA Gürcüstanla kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

Görüş zamanı iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi və potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər MİSPə qoşulma, birgə təlimlərin təşkili və təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahəsində təcrübə və biliklərin paylaşılmasının hər iki qurum arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyi vurğulanıb.

Tramp: “Ərdoğan İran tərəfdən müharibəyə qoşula bilərdi” │ VİDEO

Ankarada NATOnun Baş katibi Mark Rütte ilə bir araya gələn Tramp Türkiyənin nəhəng hərbi qüdrətə malik olduğunu xüsusi vurğulayıb.

Türkiyə nəhəng bir hərbi dövlətdir

Türkiyənin potensialını yüksək qiymətləndirən Tramp qeyd edib: Türkiyə böyük hərbi gücə malik dövlətdir. Milyonlarla əsgəri var və olduqca güclüdür. Onların sərəncamında bizim ən yaxşı hərbi texnikamız və avadanlıqlarımız var. Hazırda da F35 qırıcılarını əldə etməyə çalışırlar.

ABŞ lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibəyə qoşulmaq istədiyini, lakin özünün buna mane olduğunu iddia edib: Ərdoğan İran tərəfdən müharibəyə daxil ola bilərdi, çünki onun İsraildən və şəxsən Netanyahudan elə də xoşu gəlmir. O, məhz mənim sayəmdə bu addımı atmadı. Əgər mən olmasaydım, o, müharibəyə qoşular və digər cəbhədə (İran tərəfində) yer alardı.


Ərdoğanın ağlı başındadır, qarşı tərəf isə dəlidir

Tramp Türkiyə Prezidentinin İrana da rəğbət bəsləmədiyini bildirib: Düşünmürəm ki, onun o biri tərəfdən də xoşu gəlsin. Çünki Ərdoğan kifayət qədər sağlam düşüncəli, ağlı başında olan biridir. Qarşı tərəf isə tamamilə dəlidir. Amma ümumilikdə hesab edirəm ki, onlar (Türkiyə) bizə qarşı dürüst və düzgün davrandılar.

ABŞ Prezidenti həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun ötən gün Türkiyə və şəxsən Ərdoğan barəsində olduqca sərt və kəskin ifadələr işlətdiyini də xatırladıb.

Tariyel
AzVision.az

Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

Görüş zamanı Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlıq münasibətlərinin hər iki ölkə rəhbərinin siyasi iradəsi və ardıcıl səyləri nəticəsində dinamik inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iki dost və qardaş ölkə arasında bütün istiqmətlərdə olduğu kimi, dini sahədə də əlaqələr genişlənir və qarşılıqlı etimada, ortaq tariximədəni dəyərlərə əsaslanan bu münasibətlər nümunəvi xarakter daşıyır.


Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün türk dünyasında dini sahədə institusional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Görüşün yekununda qəbul olunmuş Kommünikenin birgə fəaliyyətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi üçün zəmin yaratdığı ifadə olunub.


Azərbaycan və Özbəkistanın müvafiq dövlət qurumları arasında təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, habelə dini maarifləndirmə sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Özbəkistan Respublikasının Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyevin də iştirak etdiyi görüşdə I Beynəlxalq İslam Sivilizasiyası Forumunun İslam sivilizasiyasının zəngin irsinin təbliği, maarifçilik ənənələrinin təşviqi, eləcə də mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Donald Tramp: “İranla atəşkəs başa çatıb”

Ankarada NATOnun Baş katibi Mark Rütte ilə keçirdiyi görüşdə çıxış edən Tramp İran rəhbərliyinə qarşı olduqca sərt və qeyridiplomatik ifadələr işlədib.
Hesab edirəm ki, atəşkəs rejimi başa çatıb. Həqiqəti bilmək istəyirsinizsə, onlar (iranlılar) sadəcə bir qrup rəzildir. Onlar rəzil bir kütlədir... Mənim onlardan xoşum gəlmir. Bunlar şər insanlardır, Tramp deyib.

Tramp ABŞnin İranla danışıqlar aparmaqla əbəs yerə vaxt itirdiyini qeyd edib. O, rəsmi Vaşinqtonun mənasız diplomatiya cəhdlərini davam ettirmək əvəzinə, öz işi ilə məşğul olmaq istədiyini ifadə edib.

ABŞ Prezidenti İrandakı mövcud rejimi təhlükəli bir xəstəliyə bənzədərək, hərbi əməliyyatların anonsunu verib: Biz onların bu xərçəng şişindən, bu bəlasından xilas olmalıyıq. Bilirsiniz, belə hallarda nə edirlər? Xərçəng şişini hələ ilkin mərhələdə ikən kəsib atmaq lazımdır. Mənim də mövqeyim məhz bu cürdür.

Tariyel
AzVision.az

İlham Əliyev iordaniyalı nazirlə görüşüb

Qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd etdi.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəmizə səfərə dəvət etdi.

Dövlətimizin başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırladı.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulandı, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edildi.

Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olundu.

Azay Quliyev ATƏT PA-nın Haaqa sessiyasında çağırış edib │ VİDEO

Çıxışına sessiya iştirakçılarının həmin gün Beynəlxalq Ədalət Məhkəməsini ziyarət etdiklərini xatırlatmaqla başlayan Azay Quliyev bildirib ki, bu məhkəmə beynəlxalq hüququn aliliyinin təmin edilməsinə xidmət edən əsas beynəlxalq təsisatlardan biridir. Bununla belə, o qeyd edib ki, müasir dövrdə beynəlxalq hüququn prinsipləri və beynəlxalq təhlükəsizlik sistemi ciddi çağırışlarla üzüzədir.

Deputat vurğulayıb ki, beynəlxalq hüquq bir çox hallarda universal deyil, selektiv şəkildə tətbiq olunur. Bu isə beynəlxalq hüquqa və çoxtərəfli institutlara etimadı zəiflədir, diplomatiyanın rolunu azaldır və beynəlxalq münasibətlərdə güc amilinin üstünlük qazanmasına şərait yaradır.

Azay Quliyev çıxışında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qlobal çağırışlara lazımi səviyyədə cavab verə bilmədiyini qeyd edərək bildirib ki, qurum öz effektivliyini və legitimliyini qorumaq üçün XXI əsrin reallıqlarına uyğun şəkildə islahat edilməli, daha çox təmsilçi, daha şəffaf və daha səmərəli qərar qəbuletmə mexanizmlərinə malik olmalıdır.



O diqqətə çatdırıb ki, dünya yeni beynəlxalq nizam haqqında çox danışsa da, mövcud beynəlxalq sistemi islah etmək və daha ədalətli, effektiv və inklüziv qlobal idarəetmə modelini formalaşdırmaq istiqamətində hələ də kifayət qədər siyasi iradə nümayiş etdirilmir.

Azay Quliyev vurğulayıb ki, beynəlxalq ictimaiyyətin qarşısında mühüm seçim dayanır: beynəlxalq hüququn aliliyini möhkəmləndirmək, çoxtərəfli əməkdaşlığı gücləndirmək, qlobal idarəetmə institutlarında islahat aparmaq və daha ədalətli beynəlxalq təhlükəsizlik sistemi qurmaq, yaxud etimadsızlığın dialoqu, qarşıdurmanın isə əməkdaşlığı əvəz etdiyi təhlükəli tendensiyanın davam etməsinə imkan vermək.

Çıxışının sonunda Azay Quliyev bildirib ki, tarix bugünkü nəsli üzləşdiyi böhranlara görə deyil, beynəlxalq nizamı vaxtında islah etmək və gələcək nəsillər naminə daha təhlükəsiz dünya qurmaq üçün nümayiş etdirdiyi siyasi iradə və cəsarətə görə qiymətləndirəcək.

ABŞ-İran: Danışıqlar atəşli keçir │ VİDEO

ABŞ tərəfi bəyan edib ki, İran son günlərdə Hörmüz boğazından keçən üç mülki gəmiyə — Marşal adaları bayraqlı M/T Al Rekayyat, Səudiyyə Ərəbistanına məxsus M/T Wedyan və Liberiya bayraqlı M/T Cyprus Prosperity tankerlərinə hücum edib. CENTCOM bu hərəkətləri mövcud atəşkəs rejiminin və dəniz naviqasiyası azadlığının əsassız, eyni zamanda təhlükəli şəkildə pozulması kimi qiymətləndirib.

Hava zərbələri əsasən İranın hava hücumundan müdafiə (HHM) sistemlərini, sahildəki müşahidə qurğularını, raket komplekslərini və pilotsuz uçuş aparatlarının (PUA) buraxılış məntəqələrini sıradan çıxarmaq məqsədi daşıyıb. Ümumilikdə 80 strateji hədəf dəqiqliklə vurulub.

NBC News agentliyinə danışan amerikalı rəsminin sözlərinə görə, bu hücumlar əvvəlkilərə nisbətən daha genişmiqyaslı olub. Əməliyyatda ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin taktiki aviasiyası birgə iştirak edib.



İranın IRIB dövlət telekanalının yaydığı məlumata görə, güclü partlayış səsləri xüsusilə ölkənin cənubundakı mühüm liman şəhərlərində — Keşm, Sirik və BəndərAbbasda qeydə alınıb.

Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞın gecə saatlarında reallaşdırdığı hava hücumlarına cavab olaraq Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə raket və PUAlarla kütləvi zərbələr endirdiyini bəyan edib. Bölgədə gərginlik pik həddə çatıb.

SEPAHın rəsmi bəyanatına görə, hava və dəniz qüvvələrinin iştirakı ilə Küveytdəki Əli əsSalim aviabazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5ci Donanmasının qərargahı (Salman limanı) daxil olmaqla, ABŞa məxsus ümumilikdə 85 hərbi obyekt vurulub.

İran tərəfi həmçinin ABŞa məxsus mühüm kəşfiyyat platforması olan MQ9 Reaper tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu iddia edib.

İran Silahlı Qüvvələrinin Xatəm əlƏnbiya mərkəzi qərargahı Hörmüz boğazında nəzarəti tamamilə ələ aldıqlarını bəyan etdikdən dərhal sonra Bəhreyn və Küveytdə hava həyəcanı siqnalları işə düşüb. Hər iki ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri hazırda İran raketlərinin və PUAlarının qarşısını almaq üçün döyüş rejimində çalışır.

ABŞ Maliyyə Nazirliyi İranın Hörmüz boğazında üç neft tankerinə etdiyi hücumlara cavab olaraq, iyulun 7dən etibarən İran nefti ilə əməliyyatların aparılmasına icazə verən xüsusi lisenziyanı rəsmən ləğv edib. Yeni müqavilələrin bağlanması dərhal qadağan edilib, mövcud sövdələşmələrin yekunlaşdırılması üçün isə iyulun 17nə qədər vaxt verilib.

İran parlamentinin spikeri və Tehranın danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞı ikitərəfli Anlaşma Memorandumunu (MOU) dəfələrlə pozmaqda günahlandırıb. Onun sözlərinə görə, ABŞın Hörmüzdəki təhlükəsizlik tədbirlərinə müdaxiləsi, İrana yönəlik daimi hərbi təhdidlər, neft sanksiyalarının bərpası, İranın cənubuna hücumlar və İsrailin Livana qarşı davam edən təcavüzünə dəstək verməsi bu razılaşmanın açıq şəkildə pozulmasıdır. Qalibaf şantaj və təzyiq dövrünün bitdiyini qeyd edib.

Bu arada məlum olub ki, ABŞnin müdafiə naziri Pit Heqset NATOnun Ankara sammitində ABŞ Prezidenti Donald Trampı müşayiət etdikdən sonra iyulun 8də İsrailə ilk rəsmi səfərini reallaşdıracaq. Heqsetin TelƏvivdə Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats ilə təcili görüşü planlaşdırılır. Səfərin əsas məqsədlərindən biri Vaşinqtonun Türkiyəyə F35 qırıcıları satmaq niyyəti ilə bağlı İsrail tərəfində yaranan ciddi narahatlıqları aradan qaldırmaqdır.

Tariyel Həsənov
AzVision.az

Azercell süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

AWS ekspertləri tərəfindən keçirilən təlimlərdə Azercellin mühəndislik, məhsulun inkişafı və texnologiyalar istiqamətləri üzrə mütəxəssisləri iştirak ediblər. Sessiyalar çərçivəsində süni intellekt əsaslı proqram təminatının hazırlanması, eləcə də rəqəmsal məhsulların inkişafına dair müasir yanaşmalar təqdim olunub.

Proqramın əsas mövzularından biri AWSin AIDriven Development Life Cycle (AIDLC) – süni intellektlə dəstəklənən proqram təminatının hazırlanması metodologiyası olub. Bu metodologiya proqram təminatının hazırlanmasının bütün mərhələlərində süni intellekt texnologiyalarının sistemli şəkildə tətbiqini nəzərdə tutur. Ənənəvi yanaşmalardan fərqli olaraq, AIDLC çərçivəsində süni intellekt planlaşdırma, kodlaşdırma, test və sənədləşdirmə kimi proseslərdə aktiv rol oynayır, mühəndislər isə ümumi nəzarəti həyata keçirir, nəticələri qiymətləndirir və strateji qərarların qəbulunu təmin edirlər. Bu həll tərtibatçılar və süni intellekt alətləri arasında əməkdaşlığın daha səmərəli qurulmasına, innovasiyaların sürətləndirilməsinə, həmçinin proqram həllərinin keyfiyyət və etibarlılığının artırılmasına imkan yaradır.
+++
Təlimlərdə iştirakçılar süni intellekt dəstəyi ilə proqram təminatının hazırlanmasına dair real nümunələrlə tanış olublar. Bundan əlavə, müasir süni intellekt alətlərinin tərtibatçıların məhsuldarlığına, inkişaf proseslərinin səmərəliliyinə, yeni funksiyaların bazara çıxarılma müddətinə və rəqəmsal həllərin etibarlılığına təsiri müzakirə edilib.

AWS ilə əməkdaşlıq Azercellin qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasının mühüm istiqamətlərindən biridir. Bu yanaşma eyni zamanda əməkdaşların süni intellekt sahəsində bilik və bacarıqlarının davamlı inkişafını dəstəkləyir. Davamlı öyrənmə və peşəkar inkişafa investisiya yatırmaqla şirkət əməkdaşlarının texnoloji yeniliklərə çevik uyğunlaşmasını və sürətlə dəyişən rəqəmsal mühitin tələblərinə hazır olmasını hədəfləyir.

Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan Azercell beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək ölkədə qabaqcıl texnologiyaların tətbiqini təşviq etməyə və süni intellekt üzrə praktiki bacarıqların inkişafına töhfə verməyə davam edəcək.

İslam Sivilizasiyası Forumunda Şeyxülislamın kitabı təqdim edildi

İslam Sivilizasiyası Mərkəzində baş tutan paneldə ICESCOnun baş direktoru Salim ƏlMalik, IRCICAnın baş direktoru Mahmut Erol Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.


Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə öz nitqinə ‘’Doğma yurdum Azərbaycanla ikinci vətənim Özbəkistan arasında əbədi qardaşlıq əlaqələrinə ithaf etdiyimiz nəşrin təqdimat mərasimində bir araya gəlmişik’’ fikri ilə başlayıb. Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyeviun dinlər və mədəniyyətlərarası dialoqa verdikləri töhfələrdən danışarkən qeyd edib ki, mədəniyyətlərarası dialoqa dair 18 illik tarixə malik Bakı Prosesinin müəllifi, İslam Həmrəyliyi və insan qardaşlığı ideyalarının qlobal müstəvidə təşəbbüskarı və ardıcıl müdafiəçisi, İslamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan Prezidenti Zatialiləri İlham Əliyev cənablarının səyləri hər birimiz üçün fəxr mənbəyidir: ‘’Tarixən Mavərənnəhrin, bu gün Mərkəzi Asiyasının mənəvi mərkəzi statusunu daşıyan Özbəkistanın dini dözümsüzlüyə, İslamofobiyaya qarşı İslam dünyasının manifestini BMT tribunasından təqdim edən Özbəkistan Prezidenti Zatialiləri Şavkat Mirziyoyev cənablarının səy və əməlləri ilə qürur duyuruq.

Allahşükür Paşazadə həmçinin Ümumilli Lider Heydər Əliyevin Azərbaycan Özbəkistan əlaqələrinin təməlində dayandığını da xüsusi olaraq qeyd edib: Şükürlər olsun, Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev cənablarının dönəmində müstəqil AzərbaycanÖzbəkistan əlaqələrində təməli qoyulmuş müdrik yol bu gün davam və inkişaf etdirilir.


Qeyd edək ki, ‘’Qardaşlıq və müttəfiqliyin ali zirvəsi’’ kitabalbomunun Özbəkistan ictimaiyyəti üçün təqdim etmə mərasimi iyulun 7də, Özbəkistan Kinematoqrafiya Agentliyinin geniş zalında keçirilib. Mərasimdə Özbəkistan Prezidentinin müşaviri Şuhrat Qaniyev, Millətlərarası münasibətlər və xaricdəki həmvətənlərin məsələləri komitəsinin sədri Qahramon Sarıyev, rəsmi şəxslər, ictimiayyət nümayəndələri iştirak edib, nəşri Azərbaycan və Özbəkistan xalqlarının ensiklopediyası kimi qiymətləndiriblər. İki dildə Azərbaycan və özbək dillərində işıq üzü görən nəşrin materialları müxtəlif dövrlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materiallarıı, məktub və məruzələri və fotoşəkillərdən ibarətdir.

Türkiyə və ABŞ nümayəndə heyətləri görüşdü

Mətbuata qapalı keçirilən görüşdə Xarici İşlər Naziri Hakan Fidan, Xəzinədarlıq və Maliyyə Naziri Mehmet Şimşek, Milli Müdafiə Naziri Yaşar Güler, AK Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik, Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran, Prezident Aparatının rəhbəri Həsən Doğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç və Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal iştirak edir.

Müzakirələr zamanı TürkiyəABŞ münasibətlərinin vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional və beynəlxalq gündəmdə yer alan məsələlərin müzakirəsi gözlənilir.

Belçika Fələstini tanıyacaq

Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib ki, Fələstinin tanınması məsələsinin hökumət səviyyəsində müzakirəsi başlayıb.

Nazir qeyd edib ki, qərarın iyulun 10da keçiriləcək Nazirlər Şurasının iclasında nəzərdən keçirilməsi gözlənilir.

Prevo bildirib ki, prosesin sürətlənməsinə HƏMASın Qəzza zolağında inzibati strukturlarını ləğv etməsi təkan verib.

Dövlət Komitəsinin sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov forumda çıxış edərək Azərbaycanda multikultural dəyərlərin təşviqi və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verib.


Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycanda dini etiqad azadlığının təmin olunması, millimənəvi dəyərlərin təbliği, tolerantlıq ənənələrinin qorunması üçün əlverişli mühit formalaşıb. O, ölkəmizin qlobal miqyasda sivilizasiyalararası dialoqun təşviqinə mühüm töhfələr verdiyini, bu istiqamətdə irəli sürülən təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların bərpası dövlət tərəfindən dəstəklənir, fərqli inanclara hörmət isə milli sərvət kimi qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış dinimədəni irs nümunələrinin bərpası ilə bağlı tədbirlərin Azərbaycanın milli irsinin, eləcə də İslam sivilizasiyasının ayrılmaz hissəsi olan ümumbəşəri mədəni mirasın qorunmasına xidmət etdiyini diqqətə çatdırıb.

Ramin Məmmədov çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər Komitəsi, habelə Dövlət Komitəsi tabeliyində Azərbaycan İlahyyat İnstitutu ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında qurulmuş əməkdaşlıq haqqında da danışıb. O, dini maarifləndirmə, radikalizmlə mübarizə, elmi tədqiqatlar və beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətlərində əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib.


Dövlət Komitəsinin sədri ötən ay Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni perspektivlər yaratdığını vurğulayıb. Bildirib ki, görüşün yekununda qəbul edilmiş Kommunikedə əksini tapan müddəalar Birinci Beynəlxalq İslam Forumunun əsas müzakirə mövzuları ilə səsləşir və İslam sivilizasiyasının sülh, tolerantlıq və maarifçilik dəyərlərinin təşviqinə xidmət edir.

R.Məmmədov Azərbaycan və Özbəkistanın dövlət başçılarının müəyyən etdiyi strateji baxış əsasında iki ölkənin İslam sivilizasiyasının zəngin irsinin yaşadılması, türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi və qlobal sülhün təşviqi istiqamətində əməkdaşlığı bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.

Məcburi köçkünlər arasında sorğu layihəsinə start verilib

Layihənin əsas məqsədi məcburi köçkünlərin sosialiqtisadi və demoqrafik vəziyyətinə dair geniş məlumat bazasının formalaşdırılması, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin planlaşdırılması və qərarqəbuletmə prosesinin etibarlı məlumatlarla təmin edilməsinə töhfə verməkdir.


Sorğu çərçivəsində məcburi köçkünlərin məşğulluq vəziyyəti, peşə bacarıqları, təhsil səviyyəsi, rəqəmsal savadlılığı və elektron xidmətlərə çıxış imkanlarının qiymətləndirilməsi də nəzərdə tutulur.

Layihənin icrası çərçivəsində 30 iyun 2 iyul tarixlərində sorğuçular üçün xüsusi təlim proqramı təşkil olunub. Təlimlər zamanı iştirakçılara layihənin məqsədi, sorğu metodologiyası, müsahibə texnikaları, etik prinsiplər, eləcə də məlumatların keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib. Təlimlərin əsas məqsədi sorğuçuların sahə işlərinə peşəkar hazırlığını təmin etməkdir.


Təlim mərhələsi başa çatdıqdan sonra ölkənin müxtəlif bölgələrində məcburi köçkünlərlə sorğular keçiriləcək və genişmiqyaslı məlumat toplanacaq. Toplanacaq məlumatların Böyük Qayıdış Proqramı çərçivəsində gələcək qərarların və proqramların hazırlanması üçün mühüm analitik baza rolunu oynayacağı gözlənilir.

Azay Quliyev ATƏT PA-da komitə sədri seçildi

O, təşəkkür nitqində göstərilən etimada görə təşəkkürünü bildirərək deyib ki, 2013cü ildən Assambleyada müxtəlif məsul vəzifələrdə xidmət edib: üç müddət Birinci Ümumi Komitənin sədr müavini, iki tam müddət, yəni 6 il ATƏT Parlament Assambleyasının Vitseprezidenti və hazırda artıq ardıcıl beşinci dəfə İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitənin sədri seçilib.

Son on üç il ərzində mənə göstərdiyiniz davamlı etimadı şəxsi uğurum kimi qiymətləndirmirəm. Əksinə, bunu Assambleyamızı daha da gücləndirmək və bizi birləşdirən dəyərlərin təşviqinə xidmət etmək üçün üzərimə düşən böyük məsuliyyət kimi qəbul edirəm, Azay Quliyev deyib.


Onun sözlərinə görə, ATƏT məkanının görünməmiş geosiyasi, geoiqtisadi, texnoloji, ekoloji və təhlükəsizlik çağırışları ilə üzüzə qaldığı bir dövrdə parlament diplomatiyası hər zamankından daha böyük əhəmiyyət daşıyır: Bütün məsələlərdə eyni mövqedə olmaya bilərik, lakin hamımızın ortaq məsuliyyəti dialoq yolu ilə həll yolları axtarmaq və başqalarının ayrılıq gördüyü yerdə körpülər qurmaqdır. Bu münasibətlə Komitəmizin sədr müavini Artur Gerasımova və məruzəçisi Paula Kardozoya birlikdə formalaşdırdığımız səmərəli əməkdaşlığa görə səmimi təşəkkürümü bildirirəm. Güclü və həmrəy rəhbərlik komandası kimi əldə etdiyimiz nəticələrlə qürur duyuram və bu uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram.

Şeyxülislam İslam Sivilizasiyası Forumunda │ FOTOLAR


Açılış mərasimində çıxış edən Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə əvvəlcə Azərbaycan Respublikası Prezidentinin forum iştirakçılarına xoş arzularını çatdırıb. Bütün Qafqazın Şeyxi Azərbaycanla Özbəkistanın islam dünyasına əsrlər boyu verdiyi töhfələrdən danışıb: Bu gün toplaşdığımız İslam Sivilizasiyası Mərkəzi dünya miqyaslı elm, din məbədi, İslam mədəniyyətinin bəşəriyyətə bəxş etdiyi töhfələrin ən yüksək, müasir texnoloji səviyyədə sərgiləndiyi müzey mərkəzi, süni intellektin imkanlarından istifadəyə örnək olan və rekordlar kitabına salınmış məkandır. İslam Sivilizasiya Mərkəzinin ideya müəllifi və yaradıcısı dərin siyasi təfəkkür sahibi və müqəddəs dinimizin bəşəri əhəmiyyətli mötədil dəyərlərinə dərin ehtiramı ilə seçilən görkəmli şəxsiyyət, müdrik dövlət lideri – Özbəkistan Respublikasının Prezidenti Zatialiləri Şavkat Mirziyoyev cənablarıdır. Necə ki, Azərbaycanda millimənəvi dəyərlərimizin əsasında duran İslam dininin ümumbəşəri əhəmiyyətinə, sülhsevər mahiyyətinə önəm verən, dilindən, dinindən asılı olmayaraq insan həmrəyliyi ideyaları yönündə əməli səylər göstərən dövlət başçımız Azərbaycan Prezidenti Zatialiləri İlham Əliyev cənabları müqəddəs dinimiz İslamın və ümmətin mənafelərini dünyanın ən mötəbər xitabət kürsülərində ardıcıl müdafiə edən, İslamofobiya təzahürlərinə qarşı qətiyyətli mövqe nümayiş etdirən müdrik siyasi liderdir.


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşzadə Türk Dövlətləri Təşkilatı müstəvisində müsəlman dini liderlər olaraq dövlət başçılarının mədənimənəvi sahədə bütün səy və əməllərinin gerçəkləşməsinə öz töhfələrini verməkdən məmnunluq duyduğunu xüsusi olaraq vurğuladı. Bu ilin sentyabr ayında Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilat dini liderlərinin 7ci görüşündən danışan Allahşükür Paşazadə görüş çərçivəsində İslam mütəfəkkiri – Seyyid Yəhya Bakuvinin irsinə dair Beynəlxalq konfransın da keçiriləcəyi barədə məlumat verib.

Qeyd edək ki, I Beynəlxalq İslam Sivilizasiyası Forumu 711 iyul tarixlərində Özbəkistanın Daşkənd, Səmərqənd və Buxara şəhərində keçirilir. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təskilatının (ISESCO) Bas Direktoru Salim M. Al Malik və Özbəkistan İslam Sivilizasiyasi Mərkəzinin direktoru Firdavs Abdulxalikovun dəvəti əsasında Bütün Qafqazın Şeyxi Allahşkür Paşazadə forumda iştirak edir.

Yaratmaq istəyənlər üçün: Kino İnkubasiya Proqramına qeydiyyat başlayır

Proqram Azərbaycan Mədəniyyəti – 2040 Konsepsiyası və Mədəniyyət Nazirliyinin Kinematoqrafiya sahəsinin inkişafı ilə bağlı Tədbirlər Planı (2026–2027) çərçivəsində yaradıcı istedadların dəstəklənməsinə, innovativ ideyaların inkişafına və gənclərin film sənayesinə cəlb olunmasına xidmət edir. Əsas məqsəd kino sənayesində yeni biznes subyektlərinin yaranmasına dəstək verməkdir.

Proqram üç mərhələdən ibarət olacaq:

Ustad dərsləri


İştirakçılar investisiyaların cəlb edilməsi, ideyanın biznes modelinə çevrilməsi, süni intellektin kinoda tətbiqi, kino marketinqi, ssenari yazılışı və digər mövzular üzrə yerli və beynəlxalq ekspertlərlə görüşəcəklər.

İdeaton – Filmaton

Filmaton çərçivəsində iştirakçılar komandalar şəklində 3 dəqiqəyədək qısa film, film posteri dizaynı, süni intellekt vasitəsilə animasiya filmi, ssenari yazılışı, mobil tətbiq və innovativ xidmətlər istiqamətləri üzrə layihələr hazırlaya biləcəklər.

İnkubasiya proqramı

Seçilmiş komandalar mentorluq, ixtisaslaşmış təlimlər, ofis dəstəyi və film sənayesi nümayəndələri ilə əməkdaşlıq imkanları əldə edəcəklər. Hazırlanan layihələr proqramın sonunda baş tutacaq Təqdimat günü tədbirində nümayiş etdiriləcəklər.

Proqrama mədəniyyət, incəsənət, dizayn, kino, texnologiya və yaradıcı sənaye sahələri üzrə təhsil alan və fəaliyyət göstərən gənclərin cəlb olunması nəzərdə tutulur.

Qeydiyyat üçün bu linkə daxil olun

Kiyev Polşa raketləri ilə vurulub - Hərbi ekspert

AzVision.az bu barədə Rusiya mətbuatına istinadən xəbır verir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin gecə Rusiya Silahlı Qüvvələri uzaqmənzilli yüksək dəqiqlikli silahlar və zərbə tipli pilotsuz uçuş aparatları ilə Ukraynanın hərbisənaye müəssisələrinə, yanacaqenergetika kompleksinin obyektlərinə və hərbi aerodrom infrastrukturuna kütləvi zərbələr endirib.

Hücumlar zamanı Kiyev və ətrafında, həmçinin Dnepropetrovsk, Poltava, Çerkası və Çerniqov vilayətlərində partlayışların baş verdiyi bildirilir.

Yuri Knutovun sözlərinə görə, Polşa ilə Ukrayna arasında yaşanan siyasi gərginliyə baxmayaraq, Varşava Kiyevə qapalı kanallar vasitəsilə yararlılıq müddəti bitmiş raketlər ötürüb. Ekspert iddia edir ki, bu raketlər hədəfə yönəldikdən sonra trayektoriyasını dəyişərək yerə düşüb, bəzi hallarda yaşayış məntəqələrində dağıntılara səbəb olub.

Onun sözlərinə görə, Patriot PAC2 raketlərinin döyüş başlığının çəkisi təxminən 90 kiloqramdır və bərk yanacaqlı mühərriklə təchiz olunduğundan partlayışlar güclü dağıdıcı təsir göstərir.

Knutov qeyd edib ki, texniki cəhətdən saz vəziyyətdə olan raketlər hədəfi vura bilmədikdə şaquli istiqamətdə yüksəlməli, yanacaq tam tükəndikdən sonra döyüş başlığı havada partladılmalı və yalnız qalıqları yerə düşməlidir. Onun fikrincə, bu halda dağıntıların miqyası xeyli az olardı.

Röya Əliyeva

İran nüvə obyektlərini bərpa edir │FOTOLAR

Natanz

Peyk görüntülərinə görə, kompleksdə aktivlik olduqca aşağıdır. Yeraltı zənginləşdirmə salonlarına giriş nöqtələri təmir edilməyib. İşçi heyətin giriş qapıları tamamilə dağıdılmış, nəqliyyat vasitələrinin girişləri isə ağır zədələnmiş halda qalmaqdadır. Əsas və ehtiyat enerji sistemləri ilə yanaşı, havalandırma (HVAC) sistemləri də sıradan çıxmış vəziyyətdədir.

Külüngqazan dağı

Natanz kompleksinin cənubunda yerləşən Külüngqazan dağı yeraltı obyektində nəqliyyat vasitələrinin hərəkəti müşahidə olunub. Qərb tunelinin girişinə aparan yollardakı bu aktivlik tunelin daxilində tikintinin və giriş hissəsinin möhkəmləndirilməsi işlərinin davam etdiyini göstərir.


Hallbuki ABŞ ilə İran arasında imzalanmış Anlaşma Memorandumuna (MOU) əsasən, Tehran mövcud statuskvonu qorumalıdır. Bu qayda Külüngqazan dağı da daxil olmaqla, hər hansı nüvə obyekti tərəfində tikinti işlərinin aparılmasını qadağan edir.

Şərq tunel portallarının qarşısı torpaq qalaqları ilə qismən örtülü qalıb. Bu addımın quru nəqliyyatının əraziyə sürətli girişçıxışının qarşısını almaq məqsədilə atıldığı ehtimal edilir.

Fordo

İran mayın 10dan 18dək tunel girişlərinə aparan yollarda torpaq və qayalardan ibarət təpəciklər yerləşdirərək passiv müdafiə tədbirlərini gücləndirib. Bu da obyektin tamamilə bağlanmasını deyil, avtomobillərin sürətli girişçıxışını əngəlləmək məqsədi daşıyır.


İyunun 21nə olan peyk görüntüləri bu maneələrin və tunellərdəki torpaq qalaqlarının toxunulmaz qaldığını göstərir.

İsfahan

2026cı il iyunun 29na olan məlumata görə, İsfahandakı obyektdə heç bir hərəkətlilik qeydə alınmayıb. Tunelin girişləri torpaq qalaqları ilə qapalı vəziyyətdə qalmaqdadır.

Tariyel Həsənov
AzVision.az

Azercell yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir

Rahat ödəniş imkanları: Alfa Plan istifadəçiləri nömrəyə ayrılan kredit limitindən faydalanaraq mobil xidmətlərdən fasiləsiz yararlanmaq, ödənişlərini 45 günədək həyata keçirmək imkanı əldə edir.

Azərbaycanda ilk dəfə uzunmüddətli abunə modeli: Yeni tariflərin daha bir üstünlüyü uzunmüddətli abunə modelinin tətbiqidir. Yerli telekommunikasiya bazarında ilk dəfə olaraq təqdim edilən bu model çərçivəsində istifadəçilər tarif paketlərinə 1 illik müqavilə ilə qoşulduqda aylıq abunə haqqına 10%, 2 illik müqavilədə isə 20%dək endirim əldə edə bilərlər.

Əlavə üstünlüklər: Seçdikləri tarifdən asılı olaraq istifadəçilər SIM kartın ödənişsiz dəyişdirilməsi, müraciətlərinin prioritet qaydada icrası və Azercell müştəri xidmətləri mərkəzlərində Sürətli xidmət kimi əlavə üstünlüklərdən də yararlana bilərlər.

Azercellin Yeni Alfa Plan tarifləri ilə ən üstün mobil rabitə təcrübəsindən faydalanın!
Əlavə məlumat üçün: Alfa Plan tarifi | Azercell

Kiyevə rus zərbəsi: 11 nəfər həlak olub │ FOTOLAR

Ən böyük dağıntı isə Kiyevin Podol rayonunda yerləşən doqquzmərtəbəli binada baş verib.

Qeyd edək ki, hava hücumu zamanı Kiyevdə 11 nəfər həlak olub, 46 sakin isə xəsarət alıb. Kiyev şəhərinin meri Vitali Kliçko iyulun 7də Kiyevdə matəm elan edildiyini açıqlayıb. Hazırda da dağıntılar altında insanların qaldığı güman olunur.

Rusiya ordusunun şəhərə hava hücumu zamanı, ümumilikdə, 68 müxtəlif tipli raket və 351 drondan istifadə etdiyi bildirilir. Əsas hədəf Kiyev şəhəri olub.




Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub.

Qafqaz və Mərkəzi Asiya IB Dünya Məktəbləri Assosiasiyasının (CCAAIBWS) təşəbbüsü ilə təşkil olunan sammit təhsil sahəsinin nümayəndələrini, məktəb rəhbərlərini, tələbələri, texnologiya mütəxəssislərini və innovasiya ekosisteminin iştirakçılarını bir araya gətirib. Tədbirin əsas məqsədi təhsil sahəsində süni intellektin yaratdığı imkanları müzakirə etmək, innovativ yanaşmaları təşviq etmək və təhsil ilə texnologiya arasında əməkdaşlığı gücləndirmək olub.

Sammit çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə çıxışlar, panel müzakirələri və interaktiv sessiyalar təşkil olunub. Tədbir iştirakçıları süni intellektin təhsildə praktik tətbiqləri, rəqəmsal transformasiya prosesləri və gələcəyin əmək bazarında tələb olunacaq bacarıqlar barədə fikir mübadiləsi aparıblar.

Bakcell innovasiya və süni intellekt sahəsində həyata keçirilən təşəbbüslərə dəstək verməklə Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılmasına, yeni nəsil texnologiya biliklərinin və bacarıqlarının inkişafına töhfə verməyə davam edir.

Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.

Şəhidlərimizin övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb

Ümumilikdə 400ə qədər şəhid övladını və 7 həftəni əhatə edəcək layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

Lankaran Springs Wellness Resort Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.

Düşərgələrdə şəhidlərimizin 1011, 1213 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulub.

Açılış mərasimində YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.

İlk gün düşərgə iştirakçısı Elçin Ömərovun doğum günü də qeyd olunub.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək.

Tərəfdaşlar: TABİA Group və Lankaran Springs Wellness Resort Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm ASC

Dəstəkçilər: Happy day cake, Cırtdan Entertainment MMC, Asterias Təlim və İnkişaf Mərkəzi, Circus Sea Breeze, Badamlı Mineral Suları.

Media dəstəyi: AzTV, İTV, ASAN Radio/TV.

AzVision.az

İranda “casus ovu” genişlənir

Nazirliyin məlumatına görə, neytrallaşdırılan qruplar Amerika və İsrail xüsusi xidmətlərinin nəzarəti altında fəaliyyət göstərirmiş.

Həmçinin ölkənin qərbində yerləşən İlam vilayətində İsrail kəşfiyyatının göstərişi ilə müdafiə, məhkəmə, bank və telekommunikasiya idarələrinin məlumat bazalarını ələ keçirməyə çalışan bir nəfərin həbs edildiyi bildirilir. Onun qərargahında Starlink peyk rabitə terminalları və partlayıc qurğular üçün fitillər aşkar olunub.

Ölkənin cənubşərqində yerləşən Sistan və Bəlucistan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qüvvələri daha 4 nəfəri həbs edib. Onlardan Kalaşnikov avtomatları və sursatlar götürülüb. Onlar təxribatlar hazırlamaqda və ölkənin ali hərbi komandirləri barədə məlumat toplamaqda ittiham edilirlər.

Paytaxt Tehranda isə düşmənin küçə döyüş şəbəkəsinin 126 əsas üzvü həbs olunub. Onların çoxunun əvvəllər də iğtişaşlarda iştirak etdikləri bildirilir. Şübhəlilərin evlərində aparılan axtarış zamanı 500dən çox atıcı və soyuq silah, həmçinin böyük miqdarda narkotik maddə və spirtli içkilər götürülüb.

İranın təhlükəsizlik orqanları əməliyyatların davam etdiyini vurğulayıb.

Çin və Rusiya kəşfiyyatlarının İranda gizli döyüşü

Pekin ikili oyun oynayır: İrana kömək etməklə yanaşı, paralel olaraq izləyir də. Çinlilər rəsmi Tehrana inanmır və onun müharibə itkilərilə bağlı məlumatları ciddi şəkildə təhrif etdiyini düşünürlər.

Moskva Yaxın Şərq İnstitutunun araşdırmasında deyilir ki, Yaxın Şərq istiqamətində Çin və Rusiya kəşfiyyatlarının arasında informasiyaya çıxış və agentura mövqeləri uğrunda gərgin rəqabət gedir. Bəzən məsələ kifayət qədər ciddiləşir. Məsələn, 2026cı ilin mart ayında Rusiyanın Tehrandakı mənbələri İranın İsrail ərazisinə zərbə vuracağı haqda məlumat əldə etsələr də, Çinə ötürməyiblər. Nəticədə Moskva ilə Pekinin arasında hətta diplomatik gərginlik yaranıb.

İranda ənənəvi olaraq Rusiya kəşfiyyatı güclü olub. Moskva İranın ordu rəhbərliyinin bəzi vacib addımları onunla məsləhətləşməsini istəyir və Çinin birbaşa İran hərbçilərilə işləməsinə qısqanc yanaşır. Çin isə cavabında Rusiyadan asılı olmamaq üçün YAOGAN peykini və hakerlər ordusunu İranda kəşfiyyat fəaliyyətinə yönəldib.

Pekinin məqsədləri daha çox iqtisadi maraqlardan doğur. Çin 60 milyard dollarlıq neft idxal etdiyi regionun taleyinin onsuz həll edilməsinə razılaşa bilməz. Belə vəziyyətdə qeyrimüəyyənliyin davam etməsi Səma İmperiyasına daha çox sərf edir. Çünki böhranın uzanması Pekinə İraqda, Birləşmiş Ərəb Əmirliklərində möhkəmlənməyə, Amerikanı oradan sıxışdırmağa imkan verir.


Vüsal Məmmədov
AzVision.az

“86 47”: Trampa gizli təhdid?!

Məsələ ondadır ki Amerika slenqində to 86 ifadəsi çox vaxt nədənsə canını qurtarmaq, başından etmək mənasında işlədilir. Donald Tramp isə ABŞnin 47ci prezidentidir. Buna görə də 86 47 rəqəmi prezidentə təhdid kimi yozulur.

İkinci dünya müharibəsi memorialının yaxınlığındakı çəmənlikdəki rəqəmlər yaxından baxanda otun tapdalanmağı kimi görünsə də, yuxarı qalxdıqca aydın sezilir.



Bu məsələ ilk dəfə ötən ilin mayında qalxmışdı. FBIın keçmiş direktoru, Trampım 2017ci ildə vəzifədən azad etdiyi Ceyms Kominin Instagram sosial şəbəkəsindəki hesabında balıqqulağılardan düzəldilmiş 86 47 rəqəmlərinin şəklini paylaşması böyük hayküyə səbəb olmuşdu. Bundan sonra şəkli pozub üzr istəmisən baxmayaraq, Komiyə qarşı prezidenti təhdid etmək maddəsi ilə cinayət işi açılmışdı. Milli Kəşfiyyat Xidmətinin ovaxtkı rəhbəri Tulsi Qabbard bəyan etmildi ki, Kominin 86 47 rəqəmlərinin verdiyi mənanı bilməməsi mümkün deyil.

Tariyel Həsənov
AzVision.az

Casus tısbağalar Çinə qarşı

Bu məqsədlə hətta dəniz heyvanlarına xüsusi sensorlar da bənd edilir. Beləliklə, balıq və tısbağalar casusa çevrilirlər.

Bu yolla Çinin dənizləri haqqında məlumatlar toplanaraq real vaxt rejimində peyklərə, oradan isə xarixi ölkələrin kəşfiyyat xidmətlərinə ötürülür.

Nazirlik bildirib ki, belə yollarla informasiya toplanmsı ölkənin hərbi və iqtisadi təhlükəsizliyinə təhdidlər törədir.

Samir Quliyev
AzVision.az

Yazıçı-dramaturq, dövlət xadimi Hidayət Orucov vəfat edib

Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944cü ildə Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsindən məzun olduqdan sonra geniş ədəbi və publisistik yaradıcılığa başlayıb. Hidayət Orucov 1968ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb. Eyni zamanda Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbəri olan ədib İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIXXX əsrlər ədəbiyyatımızı tədris edib.

Hidayət Orucov 19841986cı illərdə Bakıda Gənclik nəşriyyatının baş redaktor müavini və baş redaktoru (19861992) vəzifələrində işləyib. Bu illərdə Gənclik nəşriyyatında 50 cildlik Dünya uşaq ədəbiyyatı kitabxanası seriyası işıq üzü görüb. Bundan əlavə, 15 cildlik Azərbaycan folkloru, 25 cildlik Macəra və fantastika, 17 cildlik SSRİ xalqları ədəbiyyatı və digər mühüm seriyaların nəşrinə başlanılıb.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Hidayət Orucovun fəaliyyətində yeni səhifə açılıb. O, 19921993cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 19932005ci illərdə isə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində işləyib. 2005–2006cı illərdə Azərbaycan Respublikası milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri vəzifəsində çalışıb. 20062012ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib.

Diplomat kimi də fəaliyyət göstərən Hidayət Orucov 20122021ci illərdə Azərbaycan Respublikasının Qırğızıstanda səfiri işləyib.

Yazıçının poeziya, nəsr, publisistika, tərcümə və s. ibarət 60dan çox kitabı nəşr olunub. Müəllifin Heydər Əliyev və Azərbaycanda milli siyasət monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb və qırğız dillərində də nəşr olunub. O, bir sıra xalqların ədəbiyyatından dilimizə tərcümələr edib. Pyesləri ölkəmizdə və xaricdə tamaşaya qoyulub.

Yaradıcılığı və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən yazıçı Əməkdar incəsənət xadimi fəxri adına, Şöhrət, 2ci dərəcəli Vətənə xidmətə görə ordenlərinə və
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb. Ədib eyni zamanda bir sıra ölkələrin mükafatları ilə təltif olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi görkəmli yazıçıdramatur Hidayət Orucovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

Türkiyə qol vura bilmədi

C qrupunda Şotlandiya millisi Haitini 1:0 hesabı ilə məğlub edərək mundiala qələbə ilə başlayıb.

D qrupunda yer alan Türkiyə yığması isə Avstraliya seçməsi ilə qarşılaşıb. Görüş ayulduzluların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella açıqlamasında komandanın hücumda istədiyi nəticəni ala bilmədiyini bildirib: Bu gün hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı.

Qeyd edək ki, bu qrupun ilk oyununda ABŞ millisi Paraqvaya 4:1 hesabı ilə qalib gəlmişdi.

Xaosdan yorulan investorlar neft bazarından çıxırlar

Qlobal neft qiymətlərindəki kəskin dəyişkənlik bu il bazarda likvidliyin rekord sürətlə azalmasına səbəb olub. İnvestorlar ABŞ Prezidenti Donald Trampın İranla müharibə ilə bağlı gündəlik sosial media paylaşımlarının girovuna çevrilmiş aktivə vəsait yatırmaqdan getdikcə daha çox çəkinirlər.

Maliyyə bazarlarında likvidlik aktivlərin bazar qiymətində kəskin dəyişiklik yaratmadan alqısatqı imkanını göstərir. Sadə desək, likvidlik yüksəkdirsə, bazarda çoxlu alıcı və satıcı var istənilən vaxt alqısatqı aparmaq mümkündür qiymətlər kəskin dəyişmir.

Likvidlik aşağıdırsa, alıcı və ya satıcı tapmaq çətinləşir kiçik həcmli əməliyyatlar belə qiymətə ciddi təsir göstərə bilər qiymətlər daha kəskin dəyişir.

LSEGin məlumatına görə, hazırda investorların əlində olan Brent fyuçersləri üzrə aktiv müqavilələrin həcmi bu il təxminən 17 % azalıb.

Treyderlərin sözlərinə görə, Trampın Tehrana qarşı təhdid ritorikasını sərtləşdirib, bir neçə saat sonra isə sülh sazişinin yaxın olduğunu bəyan etməsi, eləcə də neft bazarının real fundamental göstəricilərini izləməyin çətinləşməsi investorlarda ciddi yorğunluq yaradıb.

Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən iri ticarət şirkətlərindən birinin rəhbər əməkdaşı bildirib:

İnsanlar bu xaosdan yorulublar. Hamı bunun başa çatmasını istəyir. Mesajların hər saat dəyişdiyi bir şəraitdə ardıcıl maliyyə itkiləri ilə üzləşmədən fyuçers bazarında ticarət aparmaq mümkün deyil.

Cümə günü neft qiymətləri təxminən 3 % ucuzlaşaraq son iki ayın ən aşağı səviyyəsinə düşüb .

Avqust Brent fyuçers müqaviləsi üzrə aktiv göstəriciləri həcmi ayın əvvəlində 534 227 lot təşkil edib ki, bu da ötən ilin iyulundan bəri ən aşağı göstəricidir. Aktiv müqavilələrin həcmi adətən ayın əvvəlində zirvəyə çatır, müqavilənin yekunlaşma tarixi yaxınlaşdıqca azalır və daha sonra növbəti müqavilə ayına keçir.

Likvidlik zəiflədikdə alıcılar və satıcılar əməliyyata hazır qarşı tərəflərin çatışmazlığı səbəbindən normal şəraitdə razılaşacaqları qiymətlərdən daha yüksək və ya daha aşağı qiymətləri qəbul etməyə məcbur qalırlar. Bu isə qiymət dəyişkənliyini artırır. Nəticədə həm mümkün gəlirlər, həm də zərər riski yüksəlir.

Goldman Sachs əmtəə bazarları bölməsinin keçmiş rəhbəri Cefri Kari bildirib ki, son həftələrdə neft qiymətlərinin əhəmiyyətli şəkildə yenidən bir barel üçün 100 ABŞ dollarından yuxarı qalxmamasının əsas səbəbi bazarda təklif bolluğu deyil . Onun sözlərinə görə, Hörmüz boğazının demək olar ki, bağlanması qlobal neft təklifini ciddi şəkildə məhdudlaşdırsa da, əsas amil investor kapitalının bazardan çıxmasıdır.

Bir sözlə, siyasi qeyrimüəyyənlik nefti investorlar üçün həddindən artıq riskli və dəyişkən aktivə çevirib.

S. Həsənova
AzVision.az

İşğaldan azad olunmuş ərazilərdəki məzunların sayı açıqlandı

Bu barədə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli məlumat verib.

Bildirilib ki, region üzrə fəaliyyət göstərən orta məktəblərdə təhsil alan məzunlar üçün Son zəng tədbirləri təşkil olunub. Məzunlar məktəb illərində qazandıqları bilik və bacarıqlarla yeni həyat mərhələsinə qədəm qoyurlar.

Sənan Məsimli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 18 ümumtəhsil məktəbində də bu il məzun sevinci yaşanıb. Həmin məktəbləri 128 şagird bitirib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri məzunları təbrik edərək onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb, Azərbaycanın inkişafına töhfə verən layiqli vətəndaşlar kimi yetişəcəklərinə inamını ifadə edib.

Azərbaycanda ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib

Turnirin keçirilməsində əsas məqsəd ölkədə şahmat idman növünün inkişafına dəstək vermək, hüquq ictimaiyyətinin nümayəndələri arasında intellektual yarış mühitini təşviq etmək, habelə hüquqşünasların bu sahədə bacarıqlarının nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq olub.

Hüquq ictimaiyyəti arasında ilk dəfə təşkil olunan yarışda Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə yanaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Hakimləri İttifaqını təmsil edən komandalar mübarizə aparıblar. Hər qurum yarışda 7 nəfərdən ibarət 1 komanda ilə təmsil olunub.

Açılış mərasimində çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb və qarşıdan gələn Milli Qurtuluş Günü münasibəti ilə hər kəsi təbrik edib.

Turnirin əhəmiyyətinə toxunan sədr bildirib ki, bu cür yarışlar hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşdırılmasına və peşəkar həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir.

Anar Bağırov Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində və müasir dövlətçilik tarixində müstəsna yer tutduğunu vurğulayaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin qorunmasında, ictimaisiyasi sabitliyin bərqərar olunmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində həlledici rol oynayıb.

Sədr vurğulayıb ki, dahi liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub, milli maraqlara əsaslanan güclü dövlətçilik modeli formalaşdırılıb və hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilib. Diqqətə çatdırılıb ki, həyata keçirilən ardıcıl islahatlar ölkənin hüquq sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin olunması və vəkillik institutlarının inkişafı üçün əlverişli zəmin yaradıb.

Eyni zamanda Anar Bağırov son illər Vəkillər Kollegiyasında idman və intellektual oyunların təşviqinə xüsusi önəm verildiyini, bu istiqamətdə müxtəlif yarış və turnirlərin mütəmadi olaraq təşkil edildiyini deyib. Nəzərə çatdırılıb ki, 2019cu ildən etibarən Kollegiyanın təşəbbüsü ilə şahmat üzrə ölkədaxili və beynəlxalq səviyyədə beşdən artıq turnir təşkil olunub və bu yarışlarda uğurlu nəticələr əldə edilib. Sədr belə təşəbbüslərin hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini vurğulayaraq, gələcəkdə də oxşar yarışların davamlı şəkildə keçirilməsinə ümid etdiyini söyləyib.

Həmçinin sədr bu təşəbbüsə dəstək verən və turnirdə iştirak edən qurumların rəhbərlərinə təşəkkürünü bildirib. Anar Bağırov yarışın yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına, eləcə də tədbirin baş sponsoru olan BOA Agency şirkətinə minnətdarlığını ifadə edib.

Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov çıxış edərək turnirin əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, bu cür yarışlar idmanın və sağlam həyat tərzinin təşviqinə, şahmatın daha geniş kütlələr arasında təbliğinə xidmət etməklə yanaşı, hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında dostluq münasibətlərinin, qarşılıqlı anlaşmanın və peşəkar əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Ələddin Cəfərov turnirin təşkilinə görə təşəkkürünü bildirərək, bu təşəbbüsün gələcəkdə də davam etdirilməsinin hüquq ictimaiyyəti nümayəndələri arasında həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Kollegiyanın sədr müavini, İdmançı Vəkillər Fondunun İdarə Heyətinin sədri Pərviz Ələkbərov çıxışında isə bu cür yarışların hüquq ictimaiyyəti nümayəndələri arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam rəqabət mühitinin təşviqi və idmana marağın artırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib.

Sədr müavini təşkil olunan turnirin gələcəkdə də davam etdiriləcəyinə və artıq gözəl bir ənənəyə çevriləcəyinə əminliyini ifadə edib.

BOA Agency ASCnin direktoru Samir Mustafayev çıxış edərək turnir iştirakçılarına uğurlar diləyib, intellektual və idman yönümlü layihələrin dəstəklənməsinin cəmiyyət üçün faydalı olduğunu deyib. O, gələcəkdə də bu kimi yarışların və sosial əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirib.

FİDE arbitri Cavanşir Bağırov isə çıxışında turnirin keçirilmə qaydaları barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, yarış dairəvi sistemi üzrə 2 dövrədən ibarətdir. Arbitrin sözlərinə görə, bu format komandaların öz güclərini daha obyektiv şəkildə nümayiş etdirməsinə və yarışın yüksək rəqabət şəraitində keçməsinə imkan yaradır.

Sonra Kollegiya sədri Anar Bağırov şahmat taxtası üzərində ilk gediş gedərək oyunu açıq elan edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qalibi ədliyyə orqanlarının əməkdaşlarından ibarət komanda olub. İkinci yerin sahibi vəkillər və üçüncü pillədə isə hakimlər qərarlaşıb.

Sonda turnirin qaliblərinə Baku Book Center kitab mağazasından hədiyyə kartları, kubok və diplomlar təqdim edib.

Qeyd edək ki, Hüquq Liqası 2026 şahmat turnirinin keçirilməsinə təşkilatı dəstəyi Azərbaycan Şahmat Federasiyası tərəfindən göstərilib. Yarışın baş sponsoru isə BOA Agency ASCdir.



Çimərliklərlə bağlı XƏBƏRDARLIQ

Bu barədə nazirlik məlumat yayıb.

Məlumat bildirilir ki, havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, aşağıda qeyd olunan hallar qadağandır:

çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək

çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək

küləkli havada dənizə girmək

çimərlikdə gecələmək

sərxoş halda çimərlikdə olmaq

suda kobud hərəkətlər etmək

xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112yə zəng edin!

Bakı–Naxçıvan marşrutu üzrə reyslər bərpa olunub

Bu barədə Azərbaycan Hava Yolları QSCnin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Hava Yollarının (AZAL) J2285 və J2291 nömrəli BakıNaxçıvan reyslərini icra edən təyyarələr bölgədə ildırımlı hava şəraiti və dolu yağışı səbəbindən Bakıya geri qayıtmışdı.

Pakistan turizm sənayesi nümayəndələri Azərbaycanda │FOTOLAR

Tanışlıq səfərinin məqsədi iştirakçıları Azərbaycanın turizm potensialı, əsas turizm məhsulları və qonaqpərvərlik imkanları ilə yaxından tanış etmək olub. Səfər zamanı iştirakçılar Bakı, Şabran, Quba və Qusar rayonlarını ziyarət edərək ölkənin zəngin mədəni irsi, təbii turizm resursları və istirahət imkanları barədə məlumat əldə ediblər.

Proqram çərçivəsində iyunun 12də B2B formatında şəbəkələşmə tədbiri təşkil olunub. Tədbirdə Pakistanı təmsil edən turizm şirkətlərinin nümayəndələri ilə Azərbaycanın turizm sənayesinin 50yə yaxın şirkəti arasında görüşlər keçirilib.

Qeyd edək ki, 2025ci il ərzində Pakistandan Azərbaycana səfər edənlərin sayı əvvəlki illə müqayisədə 13 faiz artaraq 91 043 nəfər təşkil edib. Hazırda Azərbaycan Hava Yolları QSC (AZAL) tərəfindən Bakı ilə Lahor və İslamabad şəhərləri arasında, eləcə də Pakistan International Airlines (PIA) və Airblue aviaşirkətləri tərəfindən LahorBakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirilir.

Dövlət Komitəsinin sədri 30-cu Beynəlxalq Berlin Toplantısında iştirak edib│FOTOLAR

İyunun 11də Almaniya Federal Parlamentinin tarixi Reyxstaq binasında 30cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Almaniya Bundestaqının vitseprezidenti Bodo Ramelov, müxtəlif siyasi fraksiyaların təmsilçiləri, xarici qonaqlar və akademik dairələrin nümayəndələri çıxış ediblər.

Toplantıda müasir dövrdə qlobal çağırışların həllində əməkdaşlığın əhəmiyyəti, dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqi, sosial həmrəyliyin gücləndirilməsi, beynəlxalq təhlükəsizlik, davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Beynəlxalq Berlin Toplantısı qlobal əhəmiyyətli siyasi, sosial və humanitar məsələlərin müzakirəsi üçün nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Yubiley toplantısında dünyanın 50dən çox ölkəsindən parlament üzvləri, hökumət nümayəndələri, diplomatlar, alimlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, eləcə də müxtəlif din və konfessiyaların rəhbərləri iştirak edirlər.

Tədbirin məqsədi siyasi, dini və ideoloji baxışlarından asılı olmayaraq qlobal liderlər arasında açıq və konstruktiv dialoqu təşviq etmək, beynəlxalq əməkdaşlığın inkişafına və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verməkdir.

Toplantı iyunun 12də panel müzakirələri ilə işini davam etdirir. Din və etiqad azadlığı sahəsində artan qlobal çağırışlar mövzusuna həsr olunmuş panel iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edib.

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi tədbirlərinə başlayıb│FOTOLAR

Bu məqsədlə TƏBİBin müvafiq struktur bölmələrinin nümayəndələrindən ibarət müştərək komissiyalar tərəfindən tabeli tibb müəssisələrində fəaliyyətin müxtəlif istiqamətləri üzrə planlı və növbədənkənar monitorinqlər həyata keçirilir.

Monitorinqlərin məqsədi göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, mövcud risklərin müəyyən edilməsi, qanunvericiliyin tələblərinə riayət olunması, həmçinin vahid tibbi standartların tətbiqinin təmin edilməsidir. Həmçinin tibb müəssisələrində tibbi sənədləşmənin düzgün aparılması, klinik protokol və standartlara əməl olunması, müayinə və müalicə proseslərinin qiymətləndirilməsi, işçi heyətinin ştat cədvəlinə uyğunluğunun yoxlanılması, o cümlədən əmək müqavilələri və kadr sənədlərinin təhlili, işçilərin peşə hazırlığı, sertifikasiya və təlim proseslərinin monitorinqi, kadr ehtiyaclarının və işçi yükünün təhlili istiqamətində tədbirlər görülür.

Tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması, vətəndaş müraciətlərinə operativ baxılmasının təmin edilməsi, sahələr üzrə aşkarlanmış nöqsanların qısa zamanda aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, 2026cı ilin aprel ayından etibarən Sabunçu Tibb Mərkəzi, Qusar Rayon Mərkəzi Xəstəxanası, Xəzər Tibb Mərkəzi, Akademik Mirməmməd Cavadzadə Adına Respublika Kliniki Uroloji Xəstəxanası, Ə.D.Məlikov Adına Binəqədi Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, 11 nömrəli Şəhər Poliklinikası, Yazıçılar Birliyi Poliklinikası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanası, İmişli Rayon Mərkəzi Xəstəxanası, İnnovasiya və Təchizat Mərkəzi, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası, Hövsan Tibb Mərkəzi, 9 saylı Şəhər Poliklinikasında aparılmış yoxlama və araşdırmalar nəticəsində 9 əməkdaşın əmək müqaviləsinə xitam verilib, 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 5 araşdırmanın nəticəsi üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi və müvafiq tədbirlərin görülməsi üçün hüquqmühafizə orqanlarına göndərilib.

Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında bu istiqamətdə tədbirlər həyata keçirilir. Prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər tibb müəssisələrində xidmət keyfiyyətinin artırılmasına, fəaliyyətin daha səmərəli təşkilinə və mövcud çatışmazlıqların vaxtında aradan qaldırılmasına xidmət edir.

İrandan narkotik qaçaqmalçılığının qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
DSXnin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyatistintaq tədbirləri davam etdirilir.

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Şirkət dünya klassik musiqisinin seçilmiş nümunələrini bir araya gətirən Signature Gala Night tədbirinə tərəfdaşlıq edib.

Tədbirdə ispan səhnəsinin tanınmış ifaçısı Angeles Toledano, məşhur The Magic of Sanremo layihəsinin iştirakçıları, virtuoz gitaraçı Benito Bernal, Azərbaycanın xalq artisti Samir Cəfərov, əməkdar artist Ramil Qasımov və digər tanınmış musiqiçilər səhnə alıblar. Musiqi proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Böyük Akademik Orkestrinin müşayiəti ilə təqdim olunub. Konsertə teatrın baş dirijoru, əməkdar incəsənət xadimi Əyyub Quliyev rəhbərlik edib.

Bakcellin tədbirə verdiyi dəstək şirkətin mədəni irsin qorunması, incəsənətin təşviqi və cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin inkişafına yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. Şirkət ölkədə mədəniyyət və incəsənətin inkişafına töhfə verən layihələri dəstəkləməyə davam edir.

Qeyd edək ki, Signature Gala Night yerli və beynəlxalq sənətçilərin iştirakı ilə klassik musiqi ənənələrini bir araya gətirən xüsusi mədəniyyət layihəsidir.

Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.

FHN “Son zəng”lə bağlı sürücülərə müraciət edib

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təhsil müəssisələrində və kütləvi tədbirlərin keçirildiyi məkanlarda Son zəng və Məzun günü tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil yollarında hərəkətin intensivliyinin və nizamsız parklama ehtimalının artacağı gözlənilir. Belə vəziyyətdə nəzərə almaq lazımdır ki, yollarda hadisə yerinə tələsən xüsusi təyinatlı texnikalara, o cümlədən yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verilməməsi, habelə nizamsız parklama baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün həmin nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına çətinlik törədir.

Həmçinin tikililərin giriş və həyətyanı ərazilərində, eləcə də avtomobil yollarının hərəkət hissəsində, yanğına qarşı su təchizatı sistemlərinə gedən yollarda və onların bilavasitə yaxınlığında avtomobillərin park edilməsi, habelə parklama ərazilərindəki nizamsızlıq və pərakəndəlik fövqəladə hadisə zamanı texnikaların operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə mane olur, yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək onları müvafiq qaydalara riayət etməyə çağırır.

Belə ki, avtonəqliyyat vasitələrinin sürücüləri yollarda operativ nəqliyyat vasitələri olan yanğınsöndürmə və xilasetmə avtomobillərinə dərhal yol verməli, həmçinin avtomobillər yalnız təyin olunmuş yerlərdə, birbiri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

Xatırladırıq ki, avtomobil yollarında yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar.

Azərbaycan millisi ən böyükhesablı qələbəsini qazandı

AzVision.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üzüzə gəlib. Bu, Azərbaycan millisinin 2026cı ildə ilk oyunu olub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş yığmamızın 6:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Bu, millimizin tarixinə ən böyükhesablı qələbə kimi düşüb.

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125ci, Sent Lüsiya isə 167ci yeri tutur.

Azərbaycan millisi martın 30da Syerra Leone yığması ilə qarşılaşacaq.

FIFA Series – 2026
Azərbaycan Sent Lüsiya 6:1
Qollar: Emin Mahmudov, 2, (1:0), Rəhim Sadıxov, 21 (2:0), Musa Qurbanlı, 37 (3:0), Filip, 52pen (3:1), Toral Bayramov, 64 (4:1), Vüsal İsgəndərli, 87 (5:1), Rüstəm Əhmədzadə, 89 (6:1)
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bakıda və Abşeronda yağıntı aylıq normanı 95% üstələyib

Martın 27si saat 20:00a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dağlıq ərazilərə Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağan yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %ni təşkil edir.

İsrailin hücumları nəticəsində Livanda 6 iranlı diplomat həlak olub

AzVision.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rəsmi Tehran diplomatların ölümünü təşkil olunmuş terrorizmin nümunəsi və beynəlxalq hüququn fundamental prinsiplərinə qəsd kimi qiymətləndirir.

Qeyd edək ki, daha əvvəl İranın BMTdəki daimi nümayəndəsi Amir Saeid İravani martın 12də ABŞ və İsrailin hücumları nəticəsində 1,3 mindən çox insanın həlak olduğunu bildirmişdi.

Bu gün isə Tasnim Xəbər Agentliyi İranda hücumlar nəticəsində yaralananların sayının 22 minə çatdığını açıqlayıb.

AzVision.az


Hikmət Hacıyev TDT ölkələri liderlərinin köməkçilərinin iclasında iştirak edib

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün X sosial şəbəkə hesabında paylaşım edib.

H.Hacıyev bildirib ki, görüş çərçivəsində TDTnin Qəbələ Sammitinin yekunları müzakirə olunub, eyni zamanda Azərbaycanın sədrliyi dövründə müəyyən edilmiş prioritetlər fonunda mövcud qlobal çağırışlar şəraitində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin TDTnin əvvəlki sammitlərində də vurğuladığı kimi, Türk dünyası gənc əhali potensialı, zəngin təbii ehtiyatları, enerji imkanları və əsas nəqliyyat dəhlizlərini əhatə edən strateji coğrafi mövqeyi ilə Avrasiya məkanında mühüm rol oynayır və TDT artıq önəmli geosiyasi mərkəzlərdən birinə çevrilib.

AzVision.az


Evləri və həyətləri subasmaya məruz qalan 9 nəfər təxliyə olunub - Video

AzVision.az xəbər verir ki, bu barədə FHNdən bildirilib.

Daxil olan məlumatlarla əlaqədar FHNin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib.

Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4ü azyaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.



AzVision.az

Azərbaycan–Türkiyə media əməkdaşlığı genişlənir

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi (Stratcom Summit 2026) çərçivəsində baş tutan Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası adlı panel sessiyada çıxışı zamanı deyib.

Ə.İsmayılov xatırladıb ki, Medianın İnkişafı Agentliyi və bir sıra xarici ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığa dair ikitərəfli sənədlər mövcuddur. Bu sənədlər çərçivəsində milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur:

Bu əməkdaşlıqlar çərçivəsində Azərbaycan–Türkiyə Birgə Media Platformasını xüsusi vurğulamaq istəyirəm. İki ölkənin mediasının əlaqəli şəkildə, səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan Platforma çərçivəsində müvafiq işlər görülüb, bu prosesin qarşıdakı dövrdə daha geniş şəkildə inkişaf etdirilməsi planlaşdırılır.

İcraçı direktor qeyd edib ki, türk dünyasında çoxtərəfli əməkdaşlıq çərçivəsində prioritet istiqamətlərdən biri kimi informasiya təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir.

Bu sahədə əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi isə ümumi informasiya məkanının dayanıqlılığının və etibarlılığının təmin olunmasına mühüm töhfə verir, deyə o qeyd edib.

AzVision.az

Ceyhun Bayramov və Ararat Mirzoyan telefonla danışıb

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.

Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Vladimir Putin lham Əliyevə təşəkkür etdi | VİDEO

O, bu barədə Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasının açılışında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumi tarixi keçmişin, o cümlədən mədəni irsin möhkəm təməli üzərində inkişaf edir. Qeyd etmək lazımdır ki, Bakıda 100 ildən artıq əvvəl açılmış məşhur Rus Dram Teatrı çox uğurla fəaliyyət göstərir. Bu baxımdan, teatrın fəaliyyətinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, bu iki səhnə — Bakıda Rus Dram Teatrı və Dərbənddə Azərbaycan Dram Teatrı — mədəniyyətlərimiz arasında körpü rolunu oynayır, deyə Rusiya Prezidenti vurğulayıb.

Çin İran müharibəsindən necə istfadə edir? | TƏHLİL

Bu halda bütün aqressiyasını Latın Amerikası və Avropa ölkələrinə qarşı yönəldəcək və onları öz müstəmləkəsinə çevirməyə çalışacaq. Bunun üçün isə hərbisənaye kompleksinin (HSK) istehsal gücünü artırmalıdır. Bildiyimiz kimi, bu istiqamətdə Tramp tərəfindən müvafiq tapşırıqlar verilib, Pentaqon HHM raketlərinin, tomahavkların və digər sursatların illik istehsalının azı 4 dəfə artırılması üzrə kontraktlar bağlayıb. Belə böyük hərbi təchizat kontraktlarının imzalanması onu göstərir ki, ABŞ çoxsaylı kiçik və ya iri müharibələr aparmağı planlaşdırır.

Yəni ABŞ İran müharibəsində geri çəkilərsə, bu məcburi və müvəqqəti xarakter daşıyacaq – uzağı 2 il (sursat ehtiyatını təmin etdikdən) sonra o yenidən İrana qarşı hərbi əməliyyatlara başlaya bilər. Bu müddət ərzində isə ABŞ daha kiçik müharibələrlə Latın Amerikası ölkələrində çevrilişlər edə, öz vassallarını hakimiyyətə gətirə bilər. Çinin buna qarşı hansı planı var?

Məncə, Çin üçün İran müharibəsi onun ABŞı supergüclər liqasından çıxartmaq planının 2ci mərhələsidir. 1ci mərhələ Ukrayna müharibəsində başlamışdı – 4 il ərzində ABŞın bütün müttəfiqləri artilleriya qurğuları və mərmiləri, HHM sistemləri və raketləri, zirehli maşınları və şair üzrə bütün ehtiyatlarını Ukraynanın dibsiz quyusuna tökdülər. ABŞ da Ukrayna müharibəsində arsenallarının böyük qismini boşaltdı.

2ci mərhələ İran müharibəsi oldu. Çinə görə, bu mərhələdə ABŞ olanqalan sursatını sərf etməli idi. Avropanın ABŞİsrail cütlüyünə qoşulmamasının bir səbəbi də bu idi ki, onların sursatı yox idi.


Peyn İnstitutunun (Payne Institute for Public Policy at Colorado School of Mines) xüsusi monitorinq vasitəsi İran müharibədə sursat sərfini izləyir. Onun məlumatına görə, müharibənin ilk 16 günündə ABŞİsrail cütlüyü 11.294 sursat istifadə edib. Bu sursatın yeniləri ilə əvəz edilməsi üçün illər tələb olunur. ABŞ ordusunun THAAD raketləri uzağı 1 aya tükənəcək. İsrailin vəziyyəti daha da kritikdir. Arrow (HHM sistemi) raketlərinin mart ayının sonunadək tükənəcəyi gözlənilir.

Aydındır ki, ABŞ İran müharibəsini uzun müddət davam etdirə bilməz – buna, sadəcə, sursatı çatmayacaq. 3cü mərhələdə isə Çin ABŞın sursat istehsalını bloklamalıdır. Buna nail olsa, ABŞ supergüclər liqasından xaric ediləcək.

Müasir silahsursatın – patrondan tutmuş sualtı qayıqlaradək – demək olar ki, hamısında nadir torpaq elementlərindən (NTE) istifadə olunur. Pentaqonun istifadə etdiyi silahsursatın 80 mindən çox komponentinin tərkibində NTE var. Müqayisə üçün aşağıdakı hərbi texnika üçün tələb olunan NTEnin kütləsinə baxaq:
▪️ F35 qırıcı təyyarəsi – 417 kq
▪️ Arleigh Burke tipli esmines – 2,3 t
▪️ Virginia tipli atom sualtı qayığı – 4,1 t
Qlobal NTE hasilatının ~70%i, qlobal NTE emalının ~91%i Çinin nəzarətindədir. Keçən il Tramp Çinə qarşı çip müharibəsinə başlayanda Çin də cavab kimi ABŞa əvvəl 2, bir neçə ay sonra 17 NTE ixracı üzrə embarqo qoydu. ABŞ şirkətləri Çin istehsalı NTEləri başqa ölkələr vasitəsilə almağa başladılar. ABŞ daxilində NTE qiymətləri artdı.

ABŞın Tayvana Tomahavk raketləri satmasına cavab olaraq isə Çin avqustda NTE ixracının məhduslaşdırılması qaydalarını tətbiq etdi. Çin idxalçı şirkətə NTE satmazdan əvvəl onun nəyə istifadə ediləcəyi, azı 3 il əvvəlki istifadə həcmləri, şirkətin aktual istehsal gücü, alınmış sifarişləri haqda təsdiqedici sənədlərin təqdim edilməsini tələb edir, bütün bunlara baxmayaraq, idxalçının Çindən aldığı NTEni üçüncü şirkətə satması aşkar olunursa, ona NTE satışı dayandırılır. Nəticədə 3cü ölkələrdən NTE idxalı mümkünsüz olduğuna görə ABŞda NTE qiymətləri azı 5 dəfə, bəzi elementlər üzrə 20 dəfədən də çox artdı. Bu da hərbi məhsullarının həm qiymətinin artmasına, həm də istehsal müddətinin uzanmasına səbəb oldu. NTEdən kritik asılı olan avtomobil şirkətləri dayanmaq həddində çatdı.

NTE ehtiyatı tükənən şirkətlərin təzyiqi altında Tramp tələsik bir bəhanə tapıb, 30 avqustda Si ilə C.Koreyada görüşməyə məcbur oldu. Həmin görüşdə ABŞÇin ticarət müharibəsində müvəqqəti (1 illik) yumşalma barədə razılaşma əldə olundu. Lakin Tramp Çinin ABŞ şirkətlərinə tətbiq etdiyi NTE embarqosunu tam ləğv etdirə bilmədi. Çin mülki şirkətlərə NTE embarqosunu ləğv etsə də HSKya qarşı NTE embarqosunu saxladı. İxrac məhdudiyyətləri qüvvədə olduğundan ABŞın mülki şirkətləri idxal etdikləri NTEni HSK şirkətlərinə sata bilmirlər.


South China Morning Post qəzetinin 4 mart tarixli məlumatına görə, ABŞ HSKsının cəmi 2 aylıq NTE ehtiyatı qalıb. Bu ehtiyat indiki istehsal həcminə görə hesablanıb. Əgər Pentaqonun sifarişinə əsasən istehsal 4 dəfə artırılarsa, ehtiyatlar heç 1 aya da çatmaya bilər.

Trampın planına görə, o, İranı işğal etdikdən sonra Pekinə səfər etməli (31 mart 2 aprel), Si ilə qalib kimi görüşməli və NTE problemini öz xeyrinə həll etməli idi. Alınmadı...

İndi ABŞın HSKsinin taleyi Trampdan yox, Sidən asılıdır. ABŞ yeni gəmilərsiz, təyyarələrsiz bəlkə də 35 il güc nümayiş etdirə bilər, lakin sursatsız bu texnikalar muzey eksponatları kimi bir şeydir. Siyə qaldıqda isə... niyə onun ölkəsini 1 nömrəli düşməni elan edən ölkənin hərbi sənayesini xilas etməlidir?!

Asif Şəfəqqətov

Fuat Oktay: "Azərbaycan və Türkiyəyə atılan raketlərin arxasında duranlar araşdırılır"

F.Oktay jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, baş verən hadisələrin İrana heç bir faydası yoxdur və məsələ ilə bağlı Azərbaycan tərəfi ilə mütəmadi müzakirələr aparılır. Onun sözlərinə görə, həm Azərbaycana, həm də Türkiyəyə qarşı belə hücumların baş verməsi qəbuledilməzdir.

Komitə sədri bildirib ki, hadisədə təxribat ehtimalı da nəzərdən keçirilir. O vurğulayıb ki, İranın bu iki ölkəyə hücum etməsinin məntiqi izahı yoxdur. Bu kontekstdə Məsud Pezeşkian da açıqlamasında hücumların İran tərəfindən həyata keçirilmədiyini bildirib.

F.Oktay əlavə edib ki, raketin İran ərazisindən atıldığı məlum olsa da, əsas məsələ əmri verən şəxsin kimliyinin müəyyən edilməsidir.

Raketin buraxılması texniki olaraq mümkün olub, lakin əsas sual həmin əmrin kim tərəfindən verildiyidir, – deyə o qeyd edib.

Putin Dərbənddə Azərbaycan teatrının açılışını edəcək

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Açılış mərasimi videokonfrans formatında keçiriləcək. Peskovun sözlərinə görə, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır. Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türk dərnəyi sonradan Azərbaycan teatrına çevrilib.

Bildirilib ki, açılış günü münasibətilə Dərbəndə Azərbaycandan da qonaqlar gələcək.

Qeyd edək ki, teatrın yenidən qurulması 2025ci ilin dekabr ayının sonunda başa çatıb. Binada 272 yerlik müasir tamaşa zalı yaradılıb, qrim otaqları, xidmət və texniki sahələr yenilənib. Teatr həmçinin müasir işıq və səs avadanlıqları ilə təchiz olunub.

Məqalədə:

Azərbaycan “Yer saatı” beynəlxalq kampaniyasına qoşulacaq

IDEAdan bildiriblər ki, kampaniyaya qoşulan bir çox qurum və təşkilatlar yerli vaxtla saat 20:30dan başlayaraq binalarının fasad işıqlarını bir saatlıq söndürəcəklər.

Qeyd edək ki, bu il dünyada Yer saatının 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011ci ildə qoşulub və o vaxtdan bəri kampaniya hər il IDEAnın dəstəyi ilə ölkəmizdə keçirilir.

Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, Yer saatı milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007ci ildə Avstraliyanın Sidney şəhərində işıqların kütləvi söndürülməsi təşəbbüsü kimi başlanmış bu kampaniya dünyanın əksər ölkələrində, minlərlə şəhərlərdə qeyd edilir. Hər il mart ayının son şənbə günündə qeyd olunan Yer saatı aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları bir saatlıq söndürülür. Bununla yanaşı, milyonlarla insan fərdi olaraq da bu aksiyaya qoşulmaqla, ətraf mühitin mühafizəsi istiqamətində həmrəylik nümayiş etdirir.

İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) hər kəsi martın 28də saat 20:30da işıqları 60 dəqiqəlik söndürməklə aksiyaya qoşulmağa və planetimizə bir saat vaxt ayırmağa dəvət edir.

Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən AzVision.az a bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Yarımadanın ayrıayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimalqərb küləyi gündüz cənubqərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 79° isti, gündüz 1013° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 9095 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntıların şərq rayonlarında güclü olacağı, ayrıayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 510° isti, gündüz 1116° isti, dağlarda gecə 26° şaxta, gündüz 02° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16° isti, gündüz 611° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin DaşkəsənGədəbəy, Göygöldə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 04° isti, gündüz 49° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 05° isti, dağlıq ərazilərdə 3°dək şaxta, gündüz 611° isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüzdən tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 59° isti, gündüz 1318° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda arabir yağıntılı, bəzi yerlərdə intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 38° isti, gündüz 1216° isti, dağlarda gecə 25° şaxta, gündüz 02° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrıayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 510° isti, gündüz 1116° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şimalşərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 811° isti, gündüz 1116° isti, dağlarda gecə və gündüz 36° isti olacaq.
AzVision.az

Dumanlı "Hörmüz": Üç mümkün ssenari | ŞƏRH

Ekspert Eldəniz Əmirovun fikrincə, bu nəticə İranın 24 mart tarixində BMT Təhlükəsizlik Şurasına və BMTnin Dəniz Nəqliyyatı Təşkilatına ünvanladığı məktuba daha uyğun görünür: Buna görə də mənim baza ssenarim belədir ki, martın sonu və ya aprelin ilk yarısı ərzində boğazda qismən hərəkət bərpa oluna bilər, amma bu bərpa qeyribərabər olacaq. Bəzi gəmilər keçəcək, bəziləri gözləyəcək, sığorta haqları və daşınma xərcləri yüksək qalacaq, hərbi və siyasi gərginlikdən asılı olaraq bir neçə günlük yeni fasilələr də mümkündür. Yəni açıldı xəbəri gəlsə belə, bu, normallaşdı demək olmayacaq.

Onun fikrincə, daha kəskin risk ssenarisi də var: İran qeyridüşmən gəmi formulunu daha da sərtləşdirir və keçiddə faktiki olaraq siyasi filtr tətbiq edir. Bu halda boğaz hüquqi olaraq tam bağlanmamış görünəcək, amma kommersiya baxımından yarıblokada rejimi formalaşacaq. Hazırda ən real təhlükə məhz budur. Keçid tam sıfır deyil, davamlı qeyrimüəyyənlik və bahalı keçid olacaq.

Ən aşağı ehtimallı, amma ən ağır nəticəli ssenari isə apreldə daha geniş regional eskalasiyadır. Bu halda neft bazarı sadəcə qiymət şoku yox, fiziki çatdırılma böhranına doğru gedəcək. Ekspert bunu əsas ssenari saymasa da, etiraf edir ki, bazarın qiymətində bu risk artıq hiss olunur.

Əlqərəz, yekun proqnozum budur ki, Hörmüz boğazının aqibəti tam açılma ilə tam bağlanma arasında qalacaq, amma yaxın perspektivdə onun əvvəlki kimi normal, ucuz və proqnozlaşdırılan tranzit dəhlizi kimi işləməsi çətin görünür. Daha inandırıcı ssenari odur ki, aprel boyunca boğaz qismən işləyəcək, lakin siyasi icazə, sığorta, təhlükəsizlik və hərbi risklər səbəbindən bazara tam rahatlıq verməyəcək. Başqa sözlə, boğazın aqibətini tam blokada yox, uzanan nəzarətli qeyrinormallıq kimi görürəm, Eldəniz Əmirov fikirlərini yekunlaşdırıb.

İşləməyən kameralar, nömrəsiz maşınlar: İran nəyə hazırlaşır?

İran təhlükəsizlik qüvvələri və İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) bölmələri hamılıqla xidməti avtomobillərin qeydiyyat nömrələrini çıxarmağa başlayıblar. Küçələrdə günün istənilən vaxtında qeydiyyat nişanı olmayan maşınlarla qarşılaşmaq mümkündür.

Əvvəllər etirazçılar üzlərini gizlətmək üçün xüsusi maska istifadə edirdilərsə, indi tibbi maskalar dövlət qüvvələrinin əməkdaşları üçün anonimliyi qorumaq vasitəsinə çevrilib.

Qum–Tehran avtomobil yolunun, xüsusən də hava limanı yaxınlığında əlavə yoxlamapostları qurulub və bölgəyə hərbi nəzarət artırılıb.

Bəsic və hökumət tərəfdarı olan digər qruplara silah paylanılır. Maraqlıdır ki, silah həm də qadın üzvlərə verilir.

Ənənəvi toplanış yerləri — məscidlər — artıq hökumət tərəfdarları üçün təhlükəsiz sığınacaq hesab olunmur. Yayılan məlumatlara görə, bu obyektlər İsrail tərəfindən hədəf götürülə bilər.

Müstəqil vəkillərin internetə çıxışı məhdudlaşdırılır, əsasən dövlət strukturları ilə əlaqəli və ya hökuməti dəstəkləyən şəxslərin şəbəkəyə çıxışına icazə verilir.

Mənbələrin verdiyi məlumata görə, hökumətə dəstək aksiyalarına qatılan şəxslər (Heydər Heydər şüarı ilə) gündəlik təxminən 3 milyon tümən (təxminən 19 ABŞ dolları) alır və üç dəfə yeməklə təmin edilirlər. Hər aksiyada adətən 10–15 nəfər iştirak edir.

Qum şəhərində dini rəhbərlərə isə küçələrdə ənənəvi geyimdə görünməmək tövsiyə olunur. Müftilər mülki geyimdə gəzirlər, dövlət simvollarını (bayraqlar) tanınma nişanı kimi istifadə edirlər.

Səbinə Həsənova
AzVision.az

Anti-manipulyasiya: 7 cür hücuma qarşı 5 növ müdafiə

Mütəxəssislərin fikrincə, bu cür fırıldaqçılıq hallarında əsas vasitə psixoloji manipulyasiyadır. Psixoloqlar bildirirlər ki, manipulyasiya insanın zəif tərəflərinə təsir etməklə emosional tələ yaratmağa əsaslanır. Əvvəllər daha çox asan qazanc vədlərindən istifadə olunurdusa, hazırda əsasən hüquqi məsuliyyət qorxusu ön plana çəkilir. Bu isə bəzi hallarda insanların böyük məbləğlər ödəməsinə, hətta əmlaklarını satmasına səbəb olur.

Ekspert qeyd edir ki, oxşar psixoloji təsir üsullarından yalnız fırıldaqçılar deyil, bəzi dini qruplar və reklam kampaniyaları da istifadə edir. İnsanlarda qəbul olunmaq, diqqət çəkmək və ya daha yaxşı həyat arzusu kimi hisslər manipulyasiya alətinə çevrilir.

Manipulyasiyanın əsas əlamətləri

Yaltaqlıq – süni şəkildə özəl və dəyərlilik hissi aşılamaq
Qorxutma – cəza və ya təhlükə ilə bağlı təzyiq göstərilməsi
Günah hissi aşılamaq – edilməmiş hərəkətlərə görə məsuliyyət yüklənməsi
Tələsməyə məcbur etmə – qərar vermək üçün vaxtın az olduğunu iddia etmək
Saxta seçim təqdim etmək – hər iki variant manipulyatorun xeyrinə olur
Məlumatın gizlədilməsi – yalnız birtərəfli informasiyanın təqdim olunması
Məhdudluq effekti – indi etməsən, gec olacaq kimi iddia.

Necə qorunmalı?

Mütəxəssislər belə hallarda emosional deyil, rasional davranmağı tövsiyə edir. Əsas yanaşmalar aşağıdakılardır:

• Qərar verməyə tələsməmək və vaxt qazanmaq
• Qarşı tərəfin təzyiq etdiyini açıq şəkildə üzünə vurmaq
• Şəxsi sərhədləri qorumaq
• Səbrli olub, emosional halda qərar qəbul etməmək
• Şübhəli məlumatları müstəqil şəkildə yoxlamaq.

Qeyd edək ki, insan öz ehtiyaclarını və prioritetlərini düzgün dərk etdikdə manipulyasiyaya qarşı daha dayanıqlı olur. Əsas məsələ başqalarının təsiri altına düşmədən qərar vermək və şəxsi maraqları qorumaqdır.

Bəzən fırıldaqçılar ayrıayrı şəxslərin messencer hesablarını ələ keçirməyə çalışırlar. Bunun üçün çox vaxt müxtəlif şirnikləndirici hədiyyələr təklif edirlər. Oğurlanan hesablar vasitəsilə fişinq linkləri göndərilir, istifadəçilər saxta botlara yönləndirilir, həmçinin bank və dövlət xidmətlərinə çıxış əldə edilməyə çalışılır. Bundan əlavə, şəxsi yazışmalardan əldə edilən məlumatlar şantaj və ya maliyyə vasitələrinə giriş üçün istifadə oluna bilər.

Kibercinayətkarlara lazım olan hesabın özü deyil, onunla bağlı formalaşmış etibardır. Yəni bilinən ad, profil şəkli, yazışma tarixçəsi və kontaktlar siyahısı cinayətkarların imkanlarını xeyli genişləndirir.

Ələ keçirilmiş hesab vasitəsilə yalnız bir nəfər deyil, onun yaxın ətrafı – ailə üzvləri, həmkarları, valideynləri, bir sözlə bütün çevrəsi də hədəfə çevrilir. Bu səbəbdən fırıldaqçılar avtorizasiya kodlarını əldə etməyə və messencerlərə giriş qazanmağa çalışırlar.

Tələyə düşməyərək hesab təhlükəsizliyini qorumaq üçün iki mərhələli identifikasiyadan istifadə etmək, avtorizasiya kodlarını heç kimlə paylaşmamaq və hətta tanış hesabdan gələn mesajlara qarşı ehtiyatlı yanaşmaq tövsiyə edilir.

Məhəmmədəli Həsənli
AzVision.az

Risklər və ümidlər: 2027-ci ilin iqtisadi proqnozları

Yaxın Şərqdə baş verən münaqişə artıq qlobal iqtisadi artımı tormozlamağa başlayıb. Hörmüz boğazının bağlı qalması isə inflyasiya riskini artırır.

Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) son hesabatında bildirilib.

AzVision.az xəbər verir ki,Yaxın Şərqdə münaqişənin inkişaf trayektoriyası qeyrimüəyyən olaraq qalır və bu, mövcud iqtisadi proqnozlar üçün ciddi risklər yaradır. Münaqişənin uzanması və enerji qiymətlərinin 2026cı ilin ortalarınadək yüksək səviyyədə qalması qlobal iqtisadi artım perspektivlərini daha da zəiflədə bilər deyə qeyd olunub.

Təşkilat bildirir ki, 2026cı ildə ümumi daxili məhsulun (ÜDM) artımı 2,9 faiz həddində planlaşdırılır. Halbuki, 2025ci ildə artım 3,3 faiz olmuşdu. 2027ci ildə isə 3 faizlik artım gözlənilir.

Proqnozlara əsasən, ABŞ iqtisadiyyatında ÜDM artımının 2026cı ildə 2,0%, 2027ci ildə isə 1,7%ə qədər zəifləyəcəyi gözlənilir. Avrozonada artım tempinin 2026cı ildə 0,8%, 2027ci ildə isə 1,2% olacağı proqnozlaşdırılır. Çində isə iqtisadi artımın 2026cı ildə 4,4%ə, 2027ci ildə isə 4,3%ə qədər yavaşlayacağı ehtimal edilir.


Eyni zamanda, qeyd olunur ki, inflyasiya təzyiqlərinin daha uzun müddət davam edəcəyi gözlənilir. Qlobal enerji qiymətlərindəki artım fonunda 2026cı il üzrə inflyasiya göstəricilərinin əvvəlki proqnozlardan daha yüksək olacağı bildirilir. G20 ölkələrində ümumi inflyasiyanın 2026cı ildə 4,0%, 2027ci ildə isə 2,7%ə qədər azalacağı proqnozlaşdırılır.

İƏİTin ekspertləri geriləməni başlıca olaraq enerji qiymətlərinin artması ilə izah edirlər.

Məhəmmədəli Həsənli
AzVision.az

Marco Rubio: "Hörmüz boğazı tezliklə açıla bilər"

Əgər İran qlobal gəmiçiliyə təhdidləri dayandırsa, boğazı sabah açmaq mümkündür, – deyə Rubio jurnalistlərə açıqlamasında vurğulayıb.

Fevralın 28dən sonra ABŞ və İsrailin İran ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar regionda gərginliyi kəskin şəkildə artırıb. Buna cavab olaraq İran İsrailə, eləcə də ABŞın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Münaqişənin genişlənməsi fonunda Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkəti faktiki olaraq dayanıb. Qlobal enerji təchizatı baxımından olduqca əhəmiyyətli bu marşrut Fars körfəzi ölkələrindən neft və mayeləşdirilmiş təbii qazın əsas ixrac xətti hesab olunur.
+++
Qeyd edək ki, İran daha əvvəl yalnız bəzi dost ölkələrin gəmilərinə boğazdan məhdud keçidə icazə verildiyini açıqlayıb.

Məhəmmədəli Həsənli
AzVision.az




Hikmət Hacıyev Macarıstanın milli təhlükəsizlik müşaviri ilə görüşüb

H.Hacıyev bu barədə X sosial media hesabında paylaşım edib.

Görüş Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub.

Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq bütün sahələr üzrə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, habelə ortaq tarixi, etnik və mədəni bağlara söykənən türk dünyası ilə sıx əlaqələri və TDT çərçivəsindəki fəaliyyəti yüksək qiymətləndirilir, deyə H.Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, mövcud qlobal turbulentlik şəraitində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir.

ARKA-nın dəstək müsabiqəsi davam edir

Müsabiqə kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin dəstəklənməsi, film istehsalının stimullaşdırılması və birgə istehsal imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Müraciətlər müəyyən edilmiş qaydalara uyğun olaraq elektron qaydada qəbul edilir.

Son müraciət tarixi: 23 aprel 2026cı ildir. Ətraflı reqlament arka.culture.az saytında yerləşdirilib.



Bosniyalı diplomat Azərbaycan Prezidentini Zəfər Günü ilə bağlı təbrik edib

AzVision.az xəbər verir ki, məktubda deyilir:

Zəfər Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf və qürur duyur, ölkənizin davamlı tərəqqisi və rifahı naminə ən səmimi arzularımı yetirirəm.

Bu əlamətdar gün Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyır, milli məqsədlərinizə çatmaq yolunda nümayiş etdirilən gücü, əzmkarlığı və birliyi bir daha yada salır.
Ölkənizin inkişafını və uğurlarını, eləcə də regionda sabitliyin və rifahın qorunması naminə göstərdiyiniz səyləri xüsusi diqqətlə izləyirik.

Əminəm ki, Serbska Respublikası, Bosniya və Herseqovina və Azərbaycan xalqları arasında dostluq münasibətləri ortaq mənafeyimizə uyğun olaraq qarşılıqlı anlaşma və hörmət ruhunda bundan sonra da inkişaf edəcəkdir.

Zatialiləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

AzVision.az

“44” bədii filminin çəkilişləri başa çatıb - FOTOLAR

AzVision.az xəbər verir ki, layihənin ərsəyə gəlməsi üçün peşəkar komanda yaradılıb. Film üzərində işlər ümumilikdə 4 il davam edib, çəkilişlər isə 2 il ərzində Bakı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Lerik, Şuşa və digər bölgələrdə aparılıb.

Filmin yaradıcı heyəti, ekran əsərində rol alan istedadlı aktyorlar Vətən müharibəsinin real döyüş səhnələrini, tarixi Zəfər uğrunda ağır mübarizəni məharətlə canlandırmaqla şanlı 44 günü, ordumuzun qəhrəmanlığını, xalqımızın birliyini əbədiləşdiriblər.

Filmin treyleri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

AzVision.az

İsrail Livanda Hizbullah mövqelərinə zərbələr endirib

AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Livanda Hizbullaha qarşı hava əməliyyatı keçirəcəyi ilə bağlı bildiriş yayaraq Ayta alJabal, Taybeh və Tayr Debba adlanan ərazilərində hədəflərə zərbələr endirəcəyini elan edib.

AzVision.az

Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATOdakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATOdakı daimi nümayəndələrinin müavinləri daxildir.

Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

İşğal tarixi, postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar və sülh perspektivləri, bölgədə nəqliyyat dəhlizləri üzrə planlar barədə səfirlərə məlumat verib.

Bununla yanaşı, bölgədəki mina təhdidi diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Cəbrayıl rayonu ərazisinə 7 baş ceyran buraxılıb

AzVision.az xəbər verir ki, bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə 2010cu ildən həyata keçirilən Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə növbəti reintroduksiya tədbiri həyata keçirilib.



Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə Şirvan Milli Parkından götürülən 7 baş ceyran Cəbrayıl rayonu ərazisində öz tarixi arealına buraxılıb.

Xidmət rəsmisinin sözlərinə görə, Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası layihəsi çərçivəsində bugünədək ümumilikdə 424 baş ceyran tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.

AzVision.az

Zəfərin 5 illiyinə həsr olunmuş “Ən Böyük Hədiyyə” layihəsi təqdim edilib - FOTOLAR

AzVision.az xəbər verir ki,satışdan əldə olunan bütün gəlirlər isə YAŞAT Fonduna ianə ediləcək. Beləliklə, hər bir məhsul şəhid ailələri və qazilərimizə mənəvi dəstəyin, həmrəylik və minnətdarlığın simvoluna çevriləcək.



Bu təşəbbüs Zəfər – qarşılığı olmayan ən böyük hədiyyəmizdir mesajını paylaşaraq qəhrəmanlarımızın fədakarlığını ehtiramla yad edir və Zəfərimizin mənəvi dəyərini gələcək nəsillərə ötürməyi hədəfləyir.





AzVision.az

"Invest in Azerbaijan" informasiya sistemi yaradılır

AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Invest in Azerbaijan informasiya sistemi investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycanda investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edəcək.

Sistemin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə nazirliyin tabeliyində olan AZPROMO həyata keçirəcək.

İqtisadiyyat Nazirliyinə sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

AzVision.az

Almaniyada hava limanında PUA aşkarlanıb

Almaniya mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, hadisə ilə əlaqədar hava limanının fəaliyyətini dayandırılıb, bütün uçuşlar təxirə salınıb, təyyarələr başqa şəhərlərdəki hava limanlarına yönləndirilib. Eyni zamanda, Niderlandın paytaxtı Amsterdamdan gələn sərnişin təyyarəsi təhlükəsizlik tədbirləri çərçivəsində geriyə qaytarılıb.

Ölkənin Hava Nəqliyyatına Nəzarət İdarəsinin məlumatına görə, bu, cari ilin sentyabrından bəri hava limanlarında qeydə alınan 5ci naməlum PUA hadisəsidir.

Hazırda PUAnın mənşəyinin və hava limanına yaxınlaşmasının səbəbinin öyrənilməsi istiqamətində təhqiqat aparılır.

Firudin Həmidli
AzVision.az

Füzuli şəhərində 25 hektarda Mərkəzi park salınacaq

Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Bu park, həm Qarabağın yenidənqurma prosesinin bir simvolu, həm də insanların istirahəti və birliyi üçün gözəl bir məkana çevriləcək, deyə o qeyd edib.

AzVision.az

Kadi 2 aydan çox oynaya bilməyəcək

Bu barədə AzVision.az a Azərbaycan təmsilçisindən məlumat verilib.

Yarımmüdafiəçi matçdan sonra müayinədən keçib. Nəticələrə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Qeyd edək ki, Qarabağ Çelsi oyunu 2:2 hesabı ilə yekunlaşıb.

AzVision.az

Voleybol üzrə yarışlar keçirilib I FOTO

Dövlət Himninin səsləndirilməsi ilə başlanan final mərhələsində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər iştirakçıları Böyük Zəfərin 5ci ildönümü münasibətilə təbrik edərək bu möhtəşəm qələbənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və sərkərdə məharəti, Azərbaycan xalqının birliyi, əsgər və zabitlərimizin rəşadəti sayəsində qazanıldığını vurğulayıblar.

İdmanın döyüş hazırlığının ayrılmaz tərkib hissəsi olduğu, ölkə rəhbərliyinin hərbi quruculuqla birlikdə vətənpərvər gənclərin yetişdirilməsinə, onların fiziki və mənəvi inkişafına böyük önəm verdiyi xüsusi olaraq qeyd edilib.

Çıxışların sonunda iştirakçılara qələbə əzmi, uğurlar və 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrinə layiq final arzulanıb.

Final mərhələsinə vəsiqə qazanmış dörd komanda arasında gərgin və maraqlı mübarizə şəraitində keçirilən oyunların nəticəsinə əsasən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri Komandanlığının Çevikçilər komandası birinci yerə, Xüsusi Hava Əməliyyatları Komandanlığının Şahinlər komandası ikinci, Sərhəd Nəzarətinin Zəfər komandası üçüncü yerə layiq görülmüş, DSX Akademiyasının Cəsurlar komandası isə dördüncü yerdə qərarlaşıb.

Qalib və müvafiq yerləri tutan komandaların mükafatlandırılma mərasimi keçirildikdən sonra Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin müşayətində konsert proqramı təşkil edilib.

Böyük Zəfərin 5ci ildönümü münasibətilə təşkil olunan voleybol yarışları ümummilli qürur, vətənpərvərlik və qələbə ruhu ilə yekunlaşıb.

AzVision.az

“Nar”dan ikinci avtomobil udulub

Beləliklə, ikinci Haval H6 Ultra avtomobilinin sahibi artıq bəlli olub. Nar qalib – İsrayıl Məmmədovu təbrik edərək ona avtomobilin açarını təqdim edib.

Bundan əlavə, Xiaomi Redmi Note 14 Pro smartfonlarını qazanan Nar abunəçiləri – Ziya Salayev, Ülvi Nağıyev və Nərminə Məmmədova hədiyyələrini böyük sevinclə qəbul ediblər.

Qaliblər tam təsadüfi seçimlə müəyyən olunub və nəticələr canlı yayımda elan edilib.

Qeyd edək ki, Çoox Şanslı lotereyası ilin sonuna qədər davam edəcək. Bu müddət ərzində Nar abunəçiləri hər gün Xiaomi Redmi Note 14 Pro, hər həftə Haval H6 Ultra və finalda Li L9 Ultra avtomobili kimi möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə edirlər.

Xatırladaq ki, Çoox Şanslı lotereyasında iştirak etmək üçün Nar abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirə bilərlər.

1 AZNlik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES

2 AZNlik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES

3 AZNlik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür.

Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.

Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını Nar+ tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.

Daha ətraflı məlumat üçün lotereya.nar.az/a keçid edin.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən Nar son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında Narın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

AzVision.az

Əsgərlər üçün xüsusi təklif - “Əsgərcell”

Azərbaycan Müdafiə Nazirliyi və Azercell Telekom MMC arasında əsgərlər üçün xüsusi rabitə imkanlarının yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Bu tərəfdaşlıq çərçivəsində Azercell ölkəmizin müdafiə qüvvələrinin üzvlərinə dəstək məqsədilə Əsgərcell adlı xüsusi təklif təqdim edəcək. Təşəbbüs əsgərlərin xidmət dövründə ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz əlaqə saxlamasına imkan yaradacaq.



2026cı ildən etibarən qüvvəyə minəcək Əsgərcell təklifi çərçivəsində əsgərlərə xüsusi şərtlər ilə mobil cihaz və yeni nömrə təqdim olunacaq. Həmçinin, istənilən 5 nömrəni ağ siyahıya əlavə etmək imkanı veriləcək və yalnız həmin nömrələrlə qarşılıqlı zənglər həyata keçirmək mümkün olacaq. Eyni zamanda, təcili yardım, polis və yanğınsöndürmə kimi zəruri xidmət nömrələrinə də zənglər əlçatan olacaq. Rabitə təhlükəsizliyini qorumaq və xidmətin təyinatına uyğun istifadəsini təmin etmək məqsədilə bu nömrələrdə SMS, internet, beynəlxalq və rouminq xidmətləri əlçatan olmayacaq.

Əsgərlərə hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən cihaz və yeni nömrəni əldə etmək imkanı yaradılacaq. Azercell nümayəndələri qeydiyyat prosesini yerindəcə həyata keçirərək nömrəni aktivləşdirib, cihazı abunəçiyə təqdim edəcəklər.

AzVision.az

Azərbaycanda tibb məntəqələrinin 43 faizi yararsızdır

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, səhiyyə sahəsində kadr çatışmazlığı mövcuddur:

Bilirsiniz ki, Bərdədə ilkin tibbi xidmətlə bağlı pilot layihəyə start verilib. Bu istiqamətdə səy göstəririk. Gələn ilin martında görülən işlərlə əlaqədar məlumat veriləcək.

AzVision.az

ABŞ-də kosmik uçuşlar da dayandırılır

Bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Brayn Bedford yerli mətbuata məlumat verib. O bildirib ki, kommersiya uçuşlarının təhlükəsizliyi şatdaun səbəbi ilə sual altında qaldığı üçün müxtəlif tədbirlər görülür. Bu çərçivədə kosmik uçuşlara da məhdudiyyətlər qoyulacaq.

Xatırladaq ki, oktyabrın 1də ABŞ federal hökuməti qismən bağlanıb. Bu – şatdaun respublikaçılar ilə demokratların büdcə xərcləri üzrə razılığa gələ bilmədikləri üçün baş verib. Bu çərçivədə dövlət təşkilatları öz işini dayandırıb, sosial proqramlar dondurulub, yüz minlərlə dövlət işçisi ödənişsiz məzuniyyətə göndərilib. Şatdaun ölkə üzrə bütün sahələrə öz mənfi təsirini göstərib.

Firudin Həmidli
AzVision.az

Bloomberg: “Türkiyə S-400-lərdən imtina etməyəcək”

AzVision.az bildirir ki, məlumatlı mənbələrə istinad edən Bloomberg agentliyi belə xəbər yayıb.

Türkiyə rəsmiləri S400 sistemlərinin davamlı istifadəsində güzəştə getməyə hazır olduqlarını bildiriblər. Lakin Ankara Vaşinqtonun Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərinin istifadəsindən tamamilə imtina tələbini rədd edib, agentlik yazır.

Mənbələrin sözlərinə görə, Türkiyə hakimiyyəti bu sistemlərin istifadəsinə nəzarət üçün birgə hərbi mexanizmin yaradılmasını müzakirə etməyə hazırdır.

Xatırladaq ki, 2017ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara dörd divizion S400 HHM sistemləri alıb. 2019cu ilin oktyabrında Rosoboroneksport bu sistemlərin tədarükü üçün müqavilənin tam şəkildə yerinə yetirildiyini elan edib.

S400lərin alay dəstinin tədarükü ilə bağlı razılaşmadan sonra Türkiyə Amerikanın yeni nəsil F35 qırıcı təyyarələrinin hazırlanması proqramından kənarlaşdırılb.

Sahil İsgəndərov
AzVision.az

Gələn ilin büdcəsində onkologiya ilə bağlı xərclər artırılır

Bu sözləri maliyyə naziri Sahil Babayev noyabrın 6da Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda icbari tibbi sığorta zərfinin daha da genişləndirilməsi istiqamətində böyük addım atılır:

Buraya səkkiz müxtəlif istiqamət daxil edilib. Gələcəkdə digər istiqamətlərin də zərfə daxil edilməsini birmənalı olaraq istəyirik. Əlbəttə, təqdim olunan prioritetlərdən, əhatə etdiyi insan sayından, müxtəlif effektivlik göstəricilərindən asılı olaraq hər bir istiqamət müzakirə ediləcək və növbəti dövrlərdə bu məsələlər təmin olunacaq.

AzVision.az

Lukaşenko ukraynalıları Belarusa gəlməyə çağırır

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko yerli mətbuata müsahibəsində dilə gətirib. O vurğulayıb ki, ölkəsinin qapıları Ukrayna vətəndaşları üçün açıqdır.

Ailələrinizə, uşaqlarınıza təhsil və səhiyyə baxımından belaruslularla eyni həyat şəraiti verəcəyik , – deyən prezident həmçinin bildirib ki, artıq Ukraynadan gəlmiş bir çox məcburi köçkün hazırda Belarusda müxtəlif işlərdə işləyir.

Aleksandr Lukaşenko diqqətə çatdırıb ki, Belarus ölkələrinə bəla gəlmiş ukraynalılara dəstək göstərməyə hazırdır.

Firudin Həmidli
AzVision.az

❌
❌