❌

Normal görünüm

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.
Dünden önceki günAzerbaycanca Haberler

Bakıda 18 yaşlı gənc qətlə yetirildi

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu, F.Qəmbərov küçəsində qeydə alınıb. Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov münaqişə zəminində Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Arda Qurbanlını bıçaqla öldürüb.
 
Q.Mahmudov polis əməkdaşları tərəfindən tutulub.
 
Araşdırma rayon prokurorluğu tərəfindən aparılır.
 

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər.
 
Mütəxəssislərin xəbərdarlığına görə, əsas təhlükə yaranın böyüklüyündə deyil. Problem diabetin zamanla sinirləri və qan damarlarını zədələməsi nəticəsində yaranır. İnsan ayağında baş verən zədəni hiss etmir, yara isə zəif qan dövranı səbəbindən normal sağalmır. Diabetli insanların təxminən üçdə birindən yarısına qədərində periferik neyropatiya yarana bilər. Bu vəziyyət ən çox ayaq və qıçlardakı sinirlərə təsir edir.

Diabetik ayaq nədir?

“Diabetik ayaq” ayrıca xəstəliyin adı deyil. Bu anlayış diabet nəticəsində ayaqlarda meydana çıxan sinir zədələnməsini, qan dövranı problemlərini, yaraları, xoraları və infeksiyaları əhatə edir. Qanda şəkərin uzun müddət yüksək qalması sinirlərə və onları qidalandıran kiçik qan damarlarına zərər verə bilər.

Nəticədə ayaqlarda hissiyyat azalır. İnsan isti və soyuğu, ağrını, sürtünməni və hətta bəzi hallarda dərin yaranı belə əvvəlki kimi hiss etmir. Eyni zamanda diabet qan damarlarına da təsir göstərə bilər. Ayaqlara kifayət qədər qan çatmadıqda toxumaların bərpası çətinləşir. Beləcə çox kiçik bir yara belə həftələrlə sağalmaya, daha da dərinləşə və infeksiyalaşa bilər.

Ən təhlükəli əlamət ağrının olmaması ola bilər

Diabetik ayağın ən təhlükəli xüsusiyyətlərindən biri budur: insanın ayağı zədələnsə də, ağrı hiss etməyə bilər. Məsələn, dar ayaqqabı ayağın bir hissəsini saatlarla sürtə bilər. Ayaqqabının içərisinə daş düşə, ayağın altında suluq yarana və ya insan bilmədən isti səthdə ayağını yandıra bilər.

Sağlam sinir sistemi olan insanda ağrı dərhal xəbərdarlıq siqnalı verir. Diabetik neyropatiya zamanı isə bu siqnal zəifləyə və ya tamamilə itməyə bilər. Həkimlər diabetli şəxslərə ayaqları yaxşı görünsə və heç bir ağrı hiss olunmasa belə, hər gün onları yoxlamağı tövsiyə edir.

İlk əlamətlər hansılardır?

Sinir zədələnməsi çox vaxt birdən-birə başlamır. Proses illərlə davam edə və tədricən inkişaf edə bilər. İlk əlamətlər arasında ayaqlarda və barmaqlarda keyimə, qarışqa gəzməsi hissi, iynələnmə, yanma, sancma və elektrik vurmasına bənzər ağrılar ola bilər. Bəzi xəstələr ayaqlarında sanki corab geyinmiş kimi qəribə hiss olduğunu bildirirlər.

Başqalarında isə ayağa yüngül toxunuş belə güclü ağrı yarada bilər. Şikayətlərin gecələr artması da mümkündür. Zaman keçdikcə temperaturu və ağrını hiss etmək qabiliyyəti də zəifləyə bilər. Ayaqlardakı sinir zədələnməsi koordinasiyaya da təsir edə bilər. Əzələ zəifliyi, qeyri-sabit yeriş və müvazinətin pozulması yıxılma riskini artırır.

Kiçik yara necə amputasiyaya qədər gedib çıxır?

Proses çox vaxt sadə bir zədədən başlayır. İnsan ayağını kəsir və ya ayaqqabı dərini sürtür. Sinir zədələndiyinə görə bunu hiss etmir və ayağının üzərinə normal şəkildə yük verməyə davam edir.

Yara daim təzyiq altında qaldığı üçün böyüyür.

Buna zəif qan dövranı da əlavə olunduqda yaranın sağalması daha da çətinləşir. Açıq yara bakteriyalar üçün giriş qapısına çevrilir və infeksiya meydana çıxa bilər. Müalicə gecikdirildikdə infeksiya daha dərin toxumalara, hətta sümüyə qədər yayıla bilər. Diabet fonunda yaranan ağır ayaq infeksiyası müalicəyə cavab vermədikdə bəzi hallarda barmağın, ayağın və ya ayağın bir hissəsinin amputasiyası həyat qurtaran müdaxilə kimi lazım ola bilər. Erkən aşkarlanma isə amputasiya riskini əhəmiyyətli dərəcədə azaldır.

Ayaqlarda bu dəyişiklikləri görməzdən gəlməyin

Diabetli şəxslərin hər gün ayaqlarının üst və alt hissəsinə, barmaqların arasına diqqətlə baxması tövsiyə olunur. Xüsusilə suluqlar, kəsiklər, çatlar, göyərmələr, qızartı, şişkinlik, qabıqlanma, dərinin rənginin dəyişməsi, sağalmayan yaralar və qeyri-adi isti sahələr diqqətdən yayınmamalıdır.

Ayağın altında yaranan dəyişiklikləri görmək çətin olduqda güzgüdən istifadə etmək və ya yaxın şəxsdən kömək istəmək mümkündür. Dırnaqlarda dəyişikliklər, göbələk infeksiyası və ayaqqabının müəyyən hissələrdə davamlı sürtünməsi də risk yarada bilər.

Kimlər daha çox risk altındadır?

Diabeti uzun müddətdir davam edən şəxslərdə sinir zədələnməsi ehtimalı daha yüksəkdir. Risk qanda şəkərin tez-tez yüksək olması, yüksək arterial təzyiq, yüksək xolesterin, artıq çəki və siqaret istifadəsi zamanı da arta bilər. Həmçinin yaş artdıqca və diabetin müddəti uzandıqca neyropatiya riskinin yüksəldiyini bildirir.

Qan damarlarında problem olan diabetli xəstələrdə isə risk xüsusilə böyükdür. Çünki sinir zədələnməsi yaranı hiss etməyə mane olur, damar problemi isə yaranın sağalmasını ləngidir.

Ayaqqabı seçimi niyə vacibdir?

Diabetli insan üçün ayaqqabı yalnız rahatlıq məsələsi deyil. Dar, sərt və ya ayağı sıxan ayaqqabı dəridə sürtünmə və suluq yarada bilər. Normalda insan bunu ağrıdan hiss edib ayaqqabını dəyişir. Neyropatiyası olan şəxsdə isə yara saatlarla diqqətdən kənarda qala bilər. Bu səbəbdən ayaqqabının içərisini geyinməzdən əvvəl yoxlamaq, içəridə daş, sərt predmet və ya çıxıntının olub-olmadığına diqqət yetirmək vacibdir.

Ayaqqabısız gəzmək də tövsiyə olunmur. Hətta ev şəraitində kiçik şüşə parçası, iti əşya və ya isti döşəmə hiss edilmədən ayağı zədələyə bilər.

Ayaqlara necə qulluq edilməlidir?

Həkimlər diabetli şəxslərə ayaqları hər gün yumağı, yaxşı qurulamağı və xüsusilə barmaqların arasını nəm saxlamamağı tövsiyə edir. Dərinin həddindən artıq qurumasının qarşısını almaq üçün nəmləndirici istifadə edilə bilər. Lakin barmaqların arasına krem çəkmək tövsiyə olunmur, çünki artıq nəmlik göbələk infeksiyasına şərait yarada bilər.

Mazol və ya sərtləşmiş dərini ev şəraitində kəsmək, deşmək və ya kimyəvi vasitələrlə yandırmağa çalışmaq xüsusilə təhlükəli ola bilər. Ayaqda yara varsa və sağalmırsa, özbaşına müalicə aparmaq əvəzinə həkimə müraciət etmək daha təhlükəsizdir.

Şəkərin nəzarətdə saxlanılması əsas şərtdir

Ayaq problemlərinin qarşısını almağın yalnız yerli qulluqla mümkün olduğunu düşünmək düzgün deyil. Əsas səbəblərdən biri yüksək qan şəkəri olduğuna görə qlükozanın hədəf səviyyələrdə saxlanılması sinir və damar zədələnməsinin qarşısının alınmasında mühüm rol oynayır. Qan təzyiqinə və xolesterinə nəzarət etmək, siqaretdən uzaq durmaq və həkim tərəfindən təyin edilmiş müalicəyə əməl etmək də riskin azaldılmasına kömək edir.

Həkimə nə vaxt müraciət etmək lazımdır?

Diabetli şəxsin ayağında yeni yara, rəng dəyişikliyi, şiş, davamlı qızartı, axıntı, infeksiya əlaməti və ya sağalmayan kəsik varsa, həkimə müraciəti gecikdirmək olmaz. Ayaqda qəfil istilik artımı, şişkinlik və formasının dəyişməsi də ciddi problemə işarə edə bilər. Mütəxəssislər diabetli insanların ən azı ildə bir dəfə ayaq müayinəsindən keçməsini, artıq ayaq problemi və ya neyropatiyası olan şəxslərin isə daha tez-tez yoxlanmasını tövsiyə edir.

Ən vacib məqam isə budur: diabetli insanda ayağın ağrımaması onun sağlam olması demək deyil. Bəzən təhlükəli yaranın ilk əlaməti məhz ağrının olmamasıdır. Kiçik bir kəsiyi vaxtında görmək və müalicə etdirmək böyük bir infeksiyanın, uzunmüddətli müalicənin və hətta amputasiyanın qarşısını ala bilər. /Lent.az/

Polis Siyəzəndə ƏMƏLİYYAT KEÇİRDİ: <span style="color: #ff0000;">14 nəfər SAXLANILDI - FOTO</span>

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində silsilə tədbirlər həyata keçirilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən 14 nəfər müəyyən edilərək saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.
 
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zorla içki içirtdilər, təklif olunan pulla razılaşmadılar: <span style="color: #ff0000;">Pakistanda təcavüzə uğrayan qızın ifadəsi üzə çıxdı - FOTO</span>

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan 23 yaşlı azərbaycanlı Diana Bağıyevanın məhkəmədə verdiyi ifadə bəlli olub.
 
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, Diana Bağıyeva ifadəsində bildirib ki, sentyabrın 13-də İstanbuldan İslamabada gəlib. Bundan sonra beş gün Faysalabadda qalıb, Lahora yola düşüb, həmçinin Skarduya baş çəkməyi planlaşdırıb.
 
Diana tək səyahət etdiyi üçün tanışları Nimra və Muskanla əlaqə saxlayıb. Onlarla Lahorda görüşməyi planlaşdırıb. İfadəsinə əsasən, Diana saat 23 radələrində kafeyə tək gedib və daha sonra ona Muskan qoşulub. Bundan sonra Nimra da onlara qoşulub. Onlar şam yeməyi yeyiblər və daha sonra saat iki radələrində onlara sürücüsü Əhməd adlı şəxs olan ağ avtomobil yaxınlaşaraq mənzilə aparıb.
 
Diananın sözlərinə görə, mənzilə daha sonra iki kişi də gəlib, onlardan birinin Ali Zain adlı şəxs olduğu məlum olub. Onun sözlərinə görə, Nimra və Muhsin danışmaq üçün başqa otağa keçiblər və Muskan da onlara qoşulub.
 
Diana iddia edib ki, Nimra Muhsindən 20 000 ilə 30 000 rupi arasında pul alıb və pulun əyləncə məclisi üçün olduğunu deyib. O həmçinin iddia edib ki, Muhsin ona toxunmağa çalışıb və bundan sonra onu ayrı bir otağa kilidləyiblər. Diana Nimra və Muskan haqqında soruşduqda isə onların artıq getdiklərini deyiblər. Diana da getmək istədiyini bildirib, lakin ona bunun mümkün olmadığını, rəfiqəsinin onlardan pul aldığını deyiblər.
 
Diana Bağıyeva evdən çıxmaq üçün cəhd edib və bu məqsədlə kişilərə 30 000 rupi təklif edib. Onun sözlərin görə, Ali Zain onu təhdid və şantaj edib. O, həmçinin iddia edib ki, onu spirtli içki içməyə məcbur ediblər. Bundan sonra Muhsin, Əhməd və Ali Zain ona təcavüz ediblər.
 
Diana həmçinin şübhəlilərin onun əşyalarını da götürdüklərini iddia edib. Onun sözlərinə görə, çantasında təxminən 200 000 rupi və iki mobil telefon olub. Təcavüzçülər ona çantanı yalnız hadisəni polisə bildirməməyə razı olduğu təqdirdə qaytaracaqlarını deyiblər.
 
Saxlanılan şəxslərdən Əhməd və Ali Zain gecə saatlarında Diana Bağıyevanı avtomobilə mindiriblər və şəhərkənarı ərazidə maşının qapısını açaraq onu itələyərək yol kənarına atıblar.
 
Qeyd edək ki, istintaq çərçivəsində indiyə qədər Muskan, Muhsin və Ali Zain həbs olunublar. Ümumilikdə müstəntiqlər hadisənin səbəblərini müəyyən etmək üçün 20-dən çox şəxs saxlanılıb. Lakin ehtimal edilən əsas şübhəli Əhməd Tanvir hələ ki həbs olunmayıb.
 
Sosial şəbəkənin Pakistan seqmentində isə proseslə bağlı daha bir qalmaqal diqqət çəkib. Belə ki, Diananın istintaq davam etdiyi zaman Pəncab Qanunvericilik Məclisi binasında foto və videolar çəkdirməsi sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bildirilir ki, Diana Bağıyeva məhkəmədə iclas otağında, pilləkənlərdə və binanın digər hissələrində şəkillər çəkdirib. Bu da belə bir səs-küylü işdə adı hallanan xarici vətəndaşın belə ciddi hökumət binasına necə giriş əldə etməsi ilə bağlı suallar doğurub.

Türkiyəli məşhur aktyor vəfat etdi

Türkiyə kinosunun əfsanəvi simalarından olan Göksel Arsoy 90 yaşında vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
 
Məlumata görə, Kayseridə dünyaya gələn Göksel Arsoy kino və teatr aktyoru olub. Xüsusilə 1960-cı illərdə "Yeşilçam"ın önəmli ulduzlarından birinə çevrilən Arsoy "Altın Çocuk" ləqəbi ilə məşhurlaşıb. O, 1957-ci ildə "Kara Günlerim" filmi vasitəsilə kino dünyasına qədəm qoyub. 1959-cu ildə çəkilən "Samanyolu" filmi ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınıb və bir çox ekran əsərlərində Belgin Dorukla baş rolları bölüşüb.
 
"Taş Bebek", "Bulunmaz Uşak", "Şafak Bekçileri", "Kezban" və "Altın Çocuk" kimi çox sayda filmdə rol alan aktyor, həm də öz adını daşıyan film şirkəti quraraq prodüserlik fəaliyyəti ilə məşğul olub.
 

Elnur Bağırov yeni sektor müdiri təyin etdi - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində yeni təyinat baş tutub.
 
Dadaş Cəfərov Agentliyin İnformasiya texnologiyaları və elektron idarəetmə sektorunun müdiri təyin olunub.
 
Bununla bağlı Agentliyin sədri Elnur Bağırov müvafiq əmr imzalayıb.
 
Dadaş Cəfərov daha əvvəl özəl IT şirkətlərində İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərib. /Yurd.Media/

Nazirlikdə Türkiyə nümayəndə heyəti ilə görüş oldu - <span style="color: #ff0000;">FOTO</span>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
 
Bu barədə Moderator.az-a nazirlikdən məlumat verilib.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan və Türkiyə arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğunu bildirib. Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi əmək və sosial müdafiə sahəsində əməkdaşlığın da daim inkişaf etdiyini və getdikcə genişlənməkdə olduğunu qeyd edib.
 
Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan sosial islahatların nailiyyətləri barədə məlumat verən nazir bu islahatlar prosesində Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
 
İki nazirlik arasında Birgə Daimi Komissiya tərəfindən əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün aparılan məqsədyönlü işlərin əhəmiyyəti diqqətə çatdırılıb. Müntəzəm təmasların və qarşılıqlı səfərlərin əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyi bildirilib.
 
Adnan Ertem əməkdaşlığın daim inkişaf etməsinin və genişlənməsinin məmnunluq doğurduğunu, təcrübə mübadilələrinin aparılmasının önəmini qeyd edib.
 
Görüşdə iki nazirlik arasında əməkdaşlıq gündəliyi, sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Tramp Braziliyanı Hindistanla səhv saldı

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərinin yaxşı təşkilinə görə Braziliyanın əvəzinə Hindistanı tərifləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
 
“Bu gün Hindistanda prezident seçkilərinin birinci turunda 125 milyon insan səs verib. Nəticələr seçki məntəqələri bağlandıqdan qısa müddət sonra, elə həmin gün elan edilib”, - prezident yazıb.
 
Tramp həmçinin ABŞ-nin bir sıra şəhər və ştatlarının hakimiyyət orqanlarını seçkilərdən sonra səslərin hesablanmasına həftələrlə vaxt sərf etdiklərinə görə tənqid edib. Ardınca paylaşım redaktə edilib və Hindistanın əvəzinə Braziliya əlavə olunub.
 
Oktyabrın 4-də keçirilən seçkilərin birinci turunda Flavio Bolsonaro 47 faizdən çox səs toplayaraq qalib gəlib və hazırkı Prezident Luis İnasiu Lula da Silvanı 2 faiz qabaqlayıb. Səsvermənin həlledici, ikinci turu oktyabrın 25-də keçiriləcək.
 

Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib.
 
Bu barədə Moderator.az-a DİM-dən məlumat verilib.
 
Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.
 
Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib.
 

Narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən M.Nəzərov saxlanılıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 47 ədəd narkotik xassəli kol, eləcə də 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

Liya Bayramova Leyla Sarabini əvəzlədi

Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib.
 
Moderator.az xəbər verir ki, bu, Liya Bayramovadır.
 
O, jurnalistikada 25 ildən çox təcrübəyə malikdir, vaxtilə Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışıb, hazırda isə CBC TV-də yayımlanan "Dayanıqlılıq və inkişaf" proqramının müəllifi və aparıcısıdır.
 
L.Bayramova şöbə müdiri vəzifəsində Leyla Sarabini əvəz edib. O, holdinqin idarəetməsində olan "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-yə təyinat alıb.
 
AİH Prezident İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılıb, onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi -<span style="color: #ff0000;"> FOTO</span>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində yeni kadr təyinatları olub.
 
Bu barədə AMEA prezidenti, akademik İsa Həbibbəyli müvafiq əmrlər imzalayıb.
 
Əmrə əsasən, Vəfa Atayeva akademiyanın Şəki Regional Elmi Mərkəzi direktorunun elmi işlər və rəqəmsal üzrə direktor müavini təyin edilib. O, indiyə qədər həmin mərkəzin elmi katibi vəzifəsində işləyib.
 
Digər əmrlə, Ayşən Salmanova mərkəzin elmi katibi vəzifəsinə gətirilib. O, 2025-2026-ci illərdə qurumun “Bitkilərin biokimyası” tədqiqat şöbəsinin müdiri postunda çalışıb.
 
Qeyd edək ki, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər və rəqəmsal üzrə direktor müavini vəzifəsi boş idi. Əvvəllər bu vəzifə elmi işlər üzrə direktor müavini adlandırdı. /Ölkə.az/

Bakıda kanat yolları harada qurulmalıdır?

Bakı Metropolitenində yeni dəyişikliklər olacaq. Belə ki, Prezident İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı fərmana dəyişiklik edib. Yeni qərara əsasən, Metropolitenin fəaliyyəti təkcə metro ilə məhdudlaşmayacaq. Qurum sərnişin kanat yolları ilə bağlı xidmətlərin təşkilində də iştirak edəcək.

Burada məqsəd sərnişindaşıma xidmətlərini daha keyfiyyətli və təhlükəsiz etmək, ödəniş sistemlərində rəqəmsal və innovativ həllər tətbiq etməkdir. Eyni zamanda kanat yollarının layihələndirilməsi və tikintisi, maddi-texniki bazanın yenilənməsi və bütün bu xidmətlərin vahid mərkəzdən idarə olunması nəzərdə tutulur.

Bakıda sərnişin kanat yollarının tətbiqi hansı ərazilərdə daha səmərəli ola bilər, bu nəqliyyat növü metro və avtobusların yükünü real olaraq azalda bilərmi?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a danışıb.

Ekspert qeyd edib ki, kanat yollarının tətbiqi üçün ərazinin relyefi və sərnişin tələbatı əsas meyarlardan olmalıdır:

"Fikrimcə, bu kanat yolları Bakıda, xüsusən relyefi bir qədər mürəkkəb olan, yüksəklikdə yerləşən, ictimai nəqliyyata çıxışı çətin olan ərazilərdə daha səmərəli ola bilər. Biz adətən hündür ərazilər deyəndə Bayıl, Badamdar, Dağüstü Park kimi istiqamətləri ağlımıza gətiririk. Amma başqa ərazilər də ola bilər. Harada ki, qeyd olunan kriteriyalar, tələb varsa, həmin ərazilərdə kanat yollarından istifadə etmək mümkündür. Yəni söhbət burada ictimai nəqliyyatın - metro, avtobus seqmentlərinin - bu kanat yolu ilə düzgün əlaqələndirilməsindən gedir. Həm də burada marşrut seçilərkən sərnişin axını, digər nəqliyyat vasitələri ilə bağlantı əsas meyarlardan biri olmalıdır".

Eldəniz Cəfərovun fikrincə, kanat yollarının tətbiqinin metro və avtobusların yükünü kəskin şəkildə azaldacağını demək düzgün olmaz:

"Burada kəskin azalmadan danışa bilmərik. Bu, sadəcə, ictimai nəqliyyatın şaxələndirilməsidir. Əgər bu kanat yolunun da ictimai nəqliyyatın fəaliyyətinə müsbət təsiri olacaqsa və ictimai nəqliyyat kimi fəaliyyət göstərəcəksə, daha yaxşı olar. Kanat yolu metro və avtobusu əvəz etməyəcək. Yəni onları bir növ tamamlayacaq, uzlaşdıracaq. Düzgün marşrut seçilsə, metro, avtobus, elə taksi də inteqrasiya olunsa, sərnişinlərin ictimai nəqliyyata çıxışı daha da asanlaşacaq. Məsələn, xüsusən də digər nəqliyyat vasitələrinin getmədiyi ərazilərdə həmin kanat yolu ilə təşkil olunmuş nəqliyyat xidmətinin göstərilməsi mümkün ola bilər".

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Şimali Kiprin Girnə şəhəri yaxınlığında sərnişin gəmisinin batması nəticəsində itkin düşənlərin axtarış-xilasetmə əməliyyatları zamanı daha bir meyit aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə sözügedən ölkənin hökuməti rəsmi məlumat yayıb.
 
Bildirilir ki, nəşi tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizaya başlanılıb. Qeyd olunur ki, hadisənin baş verdiyi ilk andan etibarən itkin düşən bütün şəxslərin tapılması məqsədilə dövlətin bütün resursları səfərbər edilib və axtarış prosesi fasiləsiz olaraq davam etdirilir.
 
Məlumata görə, faciə nəticəsində həyatını itirənlərin sayı 21 nəfərə çatıb, itkin düşən yeddi nəfərin axtarışları isə hazırda davam edir.
 
Qeyd edək ki, Girnə və Türkiyənin Mersin vilayətinin Tasucu limanı arasında hərəkət edən "Filo Jet" adlı sürətli sərnişin gəmisi avqustun 30-da - yola düşdükdən qısa müddət sonra batıb. Batan bərədə Azərbaycan vətəndaşları da olublar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.

1144,9 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabrın 28-dən oktyabrın 4-dək 31 tank əleyhinə mina, 254 piyada əleyhinə mina, 838 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
 
Hesabata əsasən, həmin müddət ərzində 1144,9 ha ərazi minalardan təmizlənib.
 
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Ötən ay mənzil satışında qiymət artımı sürətlənib

Bu ilin sentyabr ayında Azərbaycanda mənzil satışında qiymət artımı sürətlənib.
 
Moderator.az Azərbaycan Qiymətləndiricilər Palatasına (AQP) istinadən xəbər verir ki, bu barədə palatanını sentyabr ayı üzrə daşınmaz əmlak bazarı üzrə hesabatında deyilir.
 
Bildirilib ki, yeni tikili mənzillərdə qiymətlər aylıq 2,8 %, köhnə tikililərdə isə 2,5 % yüksəlib. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Torpaq və fərdi yaşayış evlərinin satışında zəif korreksiya, kommersiya seqmentində isə mülayim bərpa qeydə alınıb.
 
Yeni tikili mənzillərin satışında median qiymət sentyabrda 2 850 manat/m², AQP indeksi 108 olub. Qiymət avqustla müqayisədə 2,8 %, 2025-ci ilin dekabrındakı baza göstəricisi ilə müqayisədə 8 % artıb. Median mənzil sahəsi 95 m², median satış qiyməti 271 min manat təşkil edib. Böyük müşahidə bazasına malik rayonlar arasında Bakının Sabunçu, Nərimanov və Nəsimi daha yüksək vahid qiymətlərlə seçilib. Abşeron, Sumqayıt və Qaradağda isə qiymətlər nisbətən aşağı səviyyədə qalıb.
 
Köhnə tikili mənzillərin satışında median qiymət 2 692,3 AZN/m², AQP indeksi 106,8 təşkil edib. Aylıq artım 2,5 %, baza dövrü ilə müqayisədə artım 6,8 % olub. Model üzrə orta satış müddəti 21,1 gün, median satış müddəti 14,6 gün hesablanıb. Sentyabrda yeni yerləşdirilən elanların median qiymətinin təxminən 2 700 manat/m² olması satıcı gözləntilərinin yüksək qaldığını göstərir.
 
Kirayə bazarında da artım qeydə alınıb. Yeni tikili mənzillərdə median kirayə 11,03 manat/m², AQP indeksi 101,8 olub. Aylıq artım 3,1 % təşkil edib. Köhnə tikili mənzillərdə median 10,82 manat/m², indeks 108,2 olub və qiymətlər avqustla müqayisədə 1,1 % yüksəlib. Yeni tikililərdə median aylıq kirayə haqqı 1 000 manat, köhnə tikililərdə isə 700 manat təşkil edib.
 
Fərdi yaşayış evlərinin satışında median göstərici 638,2 AHU, AQP indeksi 99,7 olub. Seqment üzrə aylıq 1,3 %-lik azalma qeydə alınıb və qiymət səviyyəsi 2025-ci ilin dekabrındakı baza göstəricisinə yaxın qalıb. Kirayə bazarında median qiymət 9,50 manat/m², indeks 123,3 təşkil edib. Aylıq 7,51 %-lik azalma əsasən mövsümi təklif strukturunun dəyişməsi ilə bağlı olub. Yay aylarında yüksək qiymətlərlə təklif olunan villa və bağ evlərinin payının azalması sentyabrda daha aşağı vahid qiymətli uzunmüddətli kirayə təkliflərinin çəkisini artırıb. Buna görə göstəricidəki dəyişmə ümumi bazar qiymətlərinin eyni həcmdə ucuzlaşması kimi qiymətləndirilmir.
 
Kommersiya obyektlərinin satışında median qiymət 2 871 manat/m², AQP indeksi 98,4 olub. Avqustla müqayisədə 0,7 %-lik artım qeydə alınsa da, göstərici dekabr 2025-ci ilin baza səviyyəsindən 1,6 % aşağıdır. Model üzrə median satış müddəti 13,2 gün olub. Kommersiya obyektlərinin icarəsində median qiymət 15 manat/m², indeks 98,4 təşkil edib. Aylıq 2,7 %-lik artım avqustdakı korreksiyadan sonra qismən bərpaya işarə edir. Median aylıq icarə haqqı 2 000 manat, indikativ qiymət uyğunlaşma diskontu 13,6 % hesablanıb.
 
Torpaq bazarında median qiymət 15 899,8 manat/sot, AQP indeksi 119,2 olub. Avqustla müqayisədə 1,4 %-lik azalma qeydə alınsa da, göstərici aprel 2026-cı ilin baza səviyyəsindən 19,2 % yüksəkdir. Xəzər, Səbail və Xətai rayonlarında vahid qiymətlər daha yüksək, Abşeron və Qaradağda isə daha aşağı olub. Çıxarışlı torpaqlarda median qiymət 16 250 manat/sot, çıxarışsız torpaqlarda 10 000 manat/sot təşkil edib.
 
Qaraj satışında median qiymət 1 200 manat/m², AQP indeksi 93,9 olub. Sentyabrda aylıq 4,3 %-lik bərpa qeydə alınsa da, indeks dekabr 2025-ci ilin baza səviyyəsindən 6,1 % aşağı qalıb. Qarajların icarəsində median qiymət 8,33 manat/m², indeks 124,9 olub. Aylıq 16,7 %-lik azalma qeydə alınıb, lakin göstərici iyul 2026-cı ilin baza səviyyəsini 24,9 % üstələyib. Məhdud müşahidə bazası bu seqmentdə aylıq dəyişmələrin yüksək dəyişkənliyini şərtləndirir.
 
AQP-nin sentyabr göstəriciləri daşınmaz əmlak bazarında vahid istiqamətli qiymət hərəkətinin olmadığını göstərir. Əsas artım mənzil satışında və şəhər mənzillərinin kirayəsində qeydə alınıb. Torpaq və fərdi yaşayış evlərinin satışında zəif korreksiya, kommersiya seqmentində mülayim bərpa, qaraj bazarında isə daha yüksək dəyişkənlik müşahidə olunub.
 
Qeyd edək ki, AQP dövri olaraq hər ay daşınmaz əmlak, avtomobil və tikinti bazarları üzrə indeksləri açıqlayır.

Bakıda kişi arvadını tava ilə döyüb -<span style="color: #ff0000;"> 20 aylıq həbs edildi</span>

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib.
 
1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələri ilə təqsirli bilinib.
 
Müəyyən edilib ki, İsa əvvəllər ailəli olub və boşanıb. O, bir müddət əvvəl Nəzrin adlı xanımla tanış olub və 2 ildir birgə ailə kimi yaşamağa başlayıb. Lakin sonradan onların münasibətləri pozulub.
 
Nəzrinin ona pul verməməsi, həmçinin icazəsiz iş yoldaşının ad gününə getməsi və digər səbəblərdən İsa onu döyərək və dişləyərək xəsarətlər yetirib. Sonuncu dava zamanı İsa Nəzrini tava ilə döyərək ardıcıl zərbələr endirib.
 
Nəticədə, gənc bədəninin müxtəlif nahiyələrinin qançırları, qansızmaları, sınıqları, sıyrıqları kimi çoxsaylı xəsarətlər alıb.
 
Səbail Rayon Məhkəməsinin hökmü ilə İsa Sərdarov 1 il 8 ay müddətinə həbs cəzasına məhkum edilib. /Qafqazinfo/

Bakı növbəti mühüm idman yarışına hazırlaşır

Bakıda oktyabrın 22–30-da keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri yüksək səviyyədə davam edir.
 
Moderator.az xəbər verir ki, yarış Prezident İlham Əliyevin "15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" Sərəncamına uyğun olaraq təşkil ediləcək.
 
Oyunların böyük əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində işlər yekunlaşmaq üzrədir. Turnir çərçivəsində nəzərdə tutulan 1000-ə yaxın qarşılaşma məhz yeni inşa edilən kompleksdəki 10 futbol meydançasında təşkil olunacaq.
 
Dünyanın 190-a yaxın ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçunun, məşqçinin və rəsmilərin yarışda iştirakı planlaşdırılır.
 
Bir neçə gün öncə FIFA prezidenti Canni İnfantino Azərbaycana səfəri çərçivəsində Hövsan Yarış Kompleksində hazırlıq işləri ilə yaxından tanış olub. Ali futbol qurumunun rəhbərinə təşkilati məsələlər, infrastruktur layihələri və təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat təqdim edilib. C.İnfantino qısa müddət ərzində görülən genişmiqyaslı işləri və ölkənin turnirə hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
 
Mötəbər turnirin açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında keçiriləcək.
 
Qeyd edək ki, Hövsanda yaradılan yeni futbol infrastrukturu gələcəkdə uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edəcək.

Dünya çempionatı: Gültac Məmmədəliyeva təsəlliverici görüşdə uduzdu - <span style="color: #ff0000;">YENİLƏNİB</span>

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
 
Moderator.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici görüşdə monqolustanlı Uranzaya Bayanmunxa məğlub olaraq medal qazanmaq şansını itirib.
 
13:50
 
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
 
Moderator.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda italiyalı Odette Qıuffrida ilə qarşılaşıb və məğlub olub.
 
Buna baxmayaraq G.Məmmədəliyevanın medal qazanmaq şansı qalır. O, təsəlliverici görüşdə qalib gələrsə, bürünc medal uğrunda yarışmaq hüququ qazanacaq.
 
Bu gün tatamiyə çıxan Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni dayandırıblar.
 
13:17
 
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
 
Moderator.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Avstraliya təmsilçisi Tinka Eastonla üz-üzə gəlib.
 
Rəqibini məğlub edən G.Məmmədəliyeva növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/4 finalda italiyalı Odette Qıuffrida ilə qarşılaşacaq.
 
Bu gün tatamiyə çıxan Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni dayandırıblar.
 
12:17
 
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
 
Moderator.az xəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə üz-üzə gəlib.
 
Rəqibinə qalib gələn G.Məmmədəliyeva 1/8 finala yüksəlib.
 
Nizami İmranov və Turan Bayramov məğlub olub, Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni davam etdirir.

Azərbaycana 6 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alındı - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
 
Bu barədə Moderator.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
 
DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin - 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
 
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Yəmən ordusu Bab-əl-Məndəb boğazı yaxınlığında ərazini husilərdən alıb

Yəmən hökumət qüvvələri Bab-əl-Məndəb boğazı yaxınlığında yerləşən Zubab bölgəsinə nəzarəti bərpa edib.
 
Moderator.az bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalı məlumat verib.
 
Məlumata görə, Yəmənin "Əl-Əmalik" ("Nəhənglərin briqadaları") və "Dar əl-Vatan" ("Vətənin qalxanı") bölmələri üsyançı "Ənsar Allah" (husilər) hərəkatının bölmələrini bu ərazidən çıxarıb. Qeyd edilir ki, hökumət qüvvələri aviasiyanın köməyi ilə Kahbub dağları istiqamətindən düşmən mövqelərini keçib.
 
Hərbi mənbələrin telekanala bildirdiyinə görə, Zubabın ələ keçirilməsindən əvvəl ərazidə şiddətli döyüşlər gedib. Hücum nəticəsində Yəmən ordusu husilərin təchizat xətlərini demək olar ki, tamamilə kəsə bilib.
 
Yəməndə 2014-cü ilin avqust ayından bəri husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı münaqişələr davam edir. İyul ayında üsyançılar krallığa qarşı dəniz blokadasının tətbiqini elan ediblər və bundan sonra hökumətə məxsus bir neçə neft tankerinə hücum ediblər. Avqustun əvvəlində "Ənsar Allah" hərəkatı Yəmənin cənub-qərbində hücuma keçib, 10-11 sentyabr tarixlərində isə Moxa liman şəhəri və Bab-əl-Məndəb boğazına çıxışı olan ərazilər üzərində nəzarəti ələ keçirib. Oktyabrın 4-də Yəmən hökumət qüvvələri üsyançıların əlində olan əraziləri geri almaq üçün genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edib.

İnsan niyə tamahkarlıq, simasızlıq, <span style="color: #ff0000;">yaltaqlıq, dələduzluğa, rüşvətxorluğa yuvarlanır?..-“Ölümün o üzünü görmür..”-I</span>

“İnsanın ölümdən əvvəl cavab verməli olduğu ən böyük suallardan biri “Mən bu dünyada nə qədər var-dövlət topladım?” yox, “Mən bu dünyada insanlığımı nə qədər qoruya bildim?..” sualıdır...”
 
-FİKİR SAVAŞI...-
 
“Hədəfdə vicdanlılardır...” başlıqlı ötən silsilə bəhsimizdə bu dünya həyatında azlıq təşkil edən insanların vicdanlı kəsiminin çoxluqda olan vicdansızlar qaraguruhunun hədəfində olmasından danışdıq. Həmin bəhsdə vicdanlıların çox vaxt maddi cəhətdən yoxsul olduğunu qeyd etdik...
 
Fəqət, çox vaxt insanın ən böyük faciəsi kasıb olması deyil. Ən böyük faciəsi — öləcəyini unutmasıdır.
 
Bəlkə də bu cümlə ilk baxışda qəribə səslənir. Axı insanın tamahı, yaltaqlığı, rüşvətxorluğu, oğurluğu, dələduzluğu, satqınlığı, xəyanətkarlığı, ikiüzlülüyü, simasızlığı, qorxaqlığı, saxtakarlığı ilə ölümün nə əlaqəsi var?
 
Çox böyük əlaqəsi var. Hətta bəlkə də düşündüyümüzdən daha böyük...
 
İnsan niyə başqasının haqqını yeyir? Niyə vəzifə sahibinin qarşısında əyilir, özündən aşağı gördüyünün qarşısında isə lovğalanır? Niyə həqiqəti bildiyi halda susur? Niyə haqsızlığa qarşı çıxmaq əvəzinə haqsızlığın sahibinə yaltaqlanır? Özü də çox vaxt  həmin haqsızın nəinki ətrafdakılara, onun özünə qarşı belə, haqsızlıqların, çirkinliklərin başında durduğunu bilə-bilə? Niyə bir tikə artıq çörək, bir kreslo, bir vəzifə, bir fəxri ad, bir mükafat, bir tender, bir imza, bir manat, bir ev, bir maşın, bir imtiyaz naminə vicdanını satışa çıxarır?..
 
Yalnız fitrətən vicdanlı, fədakar və mənəvi dayaqları möhkəm olan insanlar, qarşılaşdıqları bütün çətinliklərə, ehtiyaclara, hətta yoxsulluğa rəğmən harama, rüşvətə, oğurluğa, yalana, dələduzluğa, sələmə və digər çirkin əməllərə əl atmır, insanlara münasibətdə simasızlaşmır, öz mənliyini maddi qazanca satmırlar...
 
Belə insanlar maddi baxımdan yoxsullaşa bilərlər, amma mənən yoxsullaşmırlar. Süfrələri kasadlaşa bilər, amma vicdanları kasadlaşmır. Əllərindəki pul azala bilər, amma içlərindəki insanlıq tükənmir. Onlar mənəviyyatsızlığın çirkabına bulaşmamaq naminə bəzən dünya nemətlərindən belə, keçməyi bacarırlar...
 
Burada çox maraqlı, hətta ilk baxışda paradoksal görünən bir məqam da var: belə insanların hamısı mütləq ibadət əhli olmaya bilər. Hətta Allahın varlığına inanmayan, özünü ateist hesab edən insanlar arasında da son dərəcə vicdanlı, dürüst, fədakar və başqasının haqqına toxunmayan şəxslər var...
 
Deməli, vicdanın ilkin toxumu insana elə həmin bəzən böyüdükdə inanmadıqları Yaradan tərəfindən fitrətən verilə bilər. İnsan bəzən dini terminləri bilmədən də oğurluğun pis, yalanın çirkin, xəyanətin alçaqlıq, haqsızlığın zülm olduğunu hiss edir. O, Allahın varlığı məsələsində fərqli düşünə bilər, amma fitrətindəki mənəvi ölçü onu başqasının haqqını yeməkdən çəkindirə bilər...
 
Fəqət burada başqa bir həqiqət də var: fitrət təkbaşına kifayət etmir. Çünki insanın daxilində yaxşılığa meyl olduğu kimi, nəfs, tamah, qorxu, şöhrətpərəstlik, hakimiyyət hərisliyi və dünya sevgisi də var. Fitrət qorunmasa, tərbiyə olunmasa, mənəvi şüur və məsuliyyət hissi ilə möhkəmləndirilməsə, insanın daxilindəki yaxşılıq da zamanla tamahın, qorxunun və mənfəətin altında əzilə bilər.
 
Təəssüf ki, həqiqi mənada vicdanlı və fədakar insanların sayı çox vaxt cəmiyyətin bütününü dəyişəcək qədər çox olmur. Və bunun nəticəsi ağır olur. Belə olduqda cəmiyyətdə maddi qazanc və hakimiyyət imkanlarının əhəmiyyətli hissəsini mənəvi prinsiplərdən məhrum insanlar ələ keçirə bilirlər. Pulun, vəzifənin və səlahiyyətin qarşısında vicdan deyil, tamah dayanırsa, artıq onun ardınca rüşvət, korrupsiya, oğurluq, dələduzluq, yalan, qanunsuzluq, məddahlıq, yaltaqlıq, ikiüzlülük və simasızlıq gəlir...
 
Bir müddət sonra isə bu, ayrı-ayrı insanların xarakter problemi olmaqdan çıxır, ictimai xəstəliyə çevrilir.
 
Ədalətsizlik adiləşir...
 
Rüşvət “iş görməyin yolu” kimi qəbul edilir...
 
Yaltaqlıq “ağıllılıq”, “fərasət” sayılır...
 
Dürüstlük isə bəzən sadəlövhlük kimi təqdim olunur...
 
Vicdanlı insan uduzan, halal-haram, günah-savab bilməyən isə “bacarıqlı”, “fərasətli” adam kimi görünməyə başlayır...
 
Ən təhlükəlisi də budur. Çünki bir cəmiyyətdə pislik yalnız pis insanların çoxalması ilə deyil, yaxşı insanların susması və geri çəkilməsi ilə də qalib gəlir.
 
Beləcə zülm, ədalətsizlik, qanunsuzluq, insanların haqqının tapdanması, rüşvət, korrupsiya, dələduzluq, məddahlıq və yaltaqlıq baş alıb gedir. Və zənnimcə, dünyada baş verən bir çox böyük faciənin, qanlı müharibələrin, zorakı köçkünlüklərin, kütləvi qırğınların və soyqırımların dərin səbəbləri arasında məhz insanın tamahı, hakimiyyət hərisliyi, başqasının haqqını öz haqqından aşağı görməsi və mənəvi məsuliyyət hissini itirməsi də dayanır. Çünki müharibəni də, zülmü də, korrupsiyanı da, soyqırımı da bir günah maşını törətmir. Onu insanlar törədir. Və insan əvvəlcə daxilində başqasının haqqını öz mənafeyindən aşağı qoymağı öyrənir...
 
Sonra yalan danışır…
 
Sonra haqsızlığa susur…
 
Sonra rüşvət alır…
 
Sonra başqasının haqqını mənimsəyir...
 
Sonra öz cinayətinə bəraət qazandırır...
 
Sonra isə elə bir həddə gəlib çatır ki, artıq başqasının həyatını belə öz mənafeyinə qurban verməkdən çəkinmir.
 
Bəlkə də bütün məsələ elə buradadır:
 
İnsan mənən öldükcə, dünyada onun əlindən gələn zülmün həddi artır.
 
Və bəlkə də buna görə insanın ölümdən əvvəl cavab verməli olduğu ən böyük suallardan biri budur:
 
“Mən bu dünyada nə qədər var-dövlət topladım?” yox, “Mən bu dünyada insanlığımı nə qədər qoruya bildim?..
 
Niyə insan bəzən insanlığını bir ovuc dünya malına dəyişir?.. Bunun bir səbəbi fitrətdən, yaradılışdan, nəsildən, xarakterdən gələn xüsusiyyətlər ola bilər. Amma tək səbəb bu deyil. Bəlkə də ən mühüm səbəblərdən biri qorxudur...
 
İnsan böyüyür. Dünyanı tanıyır. Xəstəliyi görür. Yoxsulluğu görür. İtirməyi görür. Ayrılığı görür. Və ən nəhayət — ölümü görür...
 
Bundan sonra onun daxilində qəribə bir instinkt işə düşür:
 
“Mən özümü qorumalıyam!” 
 
Bədənimi qorumalıyam. Mülkümü qorumalıyam...
 
Pulumu qorumalıyam. Vəzifəmi qorumalıyam. Səlahiyyətimi qorumalıyam...
 
Adımı qorumalıyam. Nüfuzumu qorumalıyam…
 
Və bu “qorumaq” hissi bəzən elə bir həddə çatır ki, insan özünü qorumaq üçün başqasını əzməyə, satmağa, aldatmağa, rüşvət almağa, rüşvət verməyə, yaltaqlanmağa, məddahlıq etməyə, hətta xəyanət etməyə hazır olur. Çünki o, ölümü həyatın sonu hesab edir. Əgər ölüm hər şeyin sonudursa, onda dünya hər şeydir. Dünya hər şeydirsə, onda pul hər şeydir. Pul hər şeydirsə, vəzifə hər şeydir. Vəzifə hər şeydirsə, onu qorumaq üçün prinsipdən keçmək də “məntiqli” görünməyə başlayır.
 
Beləcə insan öz-özünə belə bir həyat fəlsəfəsi qurur:
 
“Bu dünyada bir dəfə yaşayıram. Nə qədər çox götürə bilərəmsə, götürüm. Başqa sözlə, nə qədər mümkünüdür –yeyim-dağıdım, kef edim…”
 
Və faciə də elə buradan başlayır. Çünki insan ölümün o biri üzünü görmür.
 
İslamın bizə verdiyi cavab isə çox sərtdir:
 
“Ölüm son deyil...”
 
Qurani-Kərim deyir:
 
“Siz cansız idiniz, O sizə həyat verdi. Sonra sizi öldürəcək, daha sonra yenidən dirildəcək, sonra da Ona qaytarılacaqsınız.”
(Bəqərə, 2:28) 
 
Deməli, insanın hesabı qəbiristanlıqda bitmir. Əksinə, insanın dünya həyatındakı hesabının orada açılacağı bildirilir. Və mömin üçün ölüm yoxluğa atılmaq deyil. Bir aləmdən digərinə keçməkdir.
 
Quranda daha açıq deyilir:
 
“Sonra siz bunun ardınca mütləq öləcəksiniz. Sonra da Qiyamət günü dirildiləcəksiniz.”
(Muminun, 23:15–16) 
 
Bəs onda bu qədər tamah nəyədir?..
 
Bu qədər oğurluq nəyədir?..
 
Bu qədər rüşvət nəyədir?..
 
Bu qədər yaltaqlıq nəyədir?..
 
Bu qədər məddahlıq nəyədir?..
 
Bu qədər simasızlıq nəyədir?..
 
Onsuz da gedəcəksən!..
 
Üstəlik, Quran deyir ki, sadəcə getməyəcəksən — qayıdacaqsan. Və etdiklərinin qarşısında dayanacaqsan.
 
Hətta zərrə qədər yaxşılıq belə, itmir. Zərrə qədər şər də!..
 
“Kim zərrə qədər yaxşı bir iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis bir iş görmüşdürsə, onu görəcəkdir.”
(Zəlzələ, 99:7–8) 
 
Fəqət, nə yazıqlar ki, çox vaxt elə kəlməbaşı Allaha, Qurana, Peyğəmbərə(ə.s.), məscidə and içən, İslam dəyərlərinə hörmətdən danışan məxluqlar  əslində öz  batinlərində istər Allaha, istər Qurana, istər Peyğəmbərə(ə.s.), istərsə də Axirət gününə - Cənnətə, Cəhənnəmə inanmadıqlarından deyilən vicdansız, biabırçı əməlləri törədir, çirkin cinayətlərə əl atırlar…
Halbuki, əgər Allaha, Qurana and içirsənsə, deməli, zahirən də olsa, onlara inanırsan. Allaha, onun göndərdiyi Peyğəmbərlərə, Kitablara , o cümlədən də Qurana inanırsansa, məntiqlə Onun onlar vasitəsilə çatdırdığı hər kəlməyə də inanmalısan… Yox, sən Qurana and içirsənsə, məsciddən, Peyğəmbərdən, İslam dəyərlərindən danışırsansa, ancaq batində bunların heç birinə inanmırsansa, deməli,  imansız, vicdansızsan… Və germək əməllərini gördükcə əxlaqla, mənəviyyatla bağlı bütün  –sız-süz, suz-süzlə bitən sifətləri sənə aid etmək mümkündür… 
 
…İndi bir anlıq təsəvvür edin:
 
Bu gün rüşvətlə qazandığınız pulun qarşısında sabah dayanacağınızı bilsəydiniz...
 
Bu gün haqsız yerə əzdiyiniz insanın haqqının sizdən soruşulacağını bilsəydiniz...
 
Bu gün yalan danışaraq qazandığınız vəzifənin, deputat mandatının hesabını verəcəyinizi bilsəydiniz...
 
Bu gün bir yetimin, bir kasıbın, bir işçinin, bir vətəndaşın haqqına girdiyinizi unutmayacağınızı bilsəydiniz...
 
Yenə də bu saat etdiyiniz əxlaqsızlıqları, mənəviyyatsızlıqları edərdinizmi?..
 
Məsələ budur…
 
Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) buyurur:
 
“Ləzzətləri kəsən ölümü çox xatırlayın.”
 
Bu hədisin mənası həyatdan bezmək deyil. Ölümü arzulamaq deyil. İnsanın özünü həyatdan məhrum etməsi heç deyil. Əksinə!..
 
Ölümü xatırlamaq insanın həyatı necə yaşamalı olduğunu xatırlamasıdır. Meneviyyat.az saytında bu mövzuda yazılmış son materialda da “rabitəi-mövt” məhz bu mənada — ölümü şüurda saxlamaq, dünyanın müvəqqətiliyini dərk etmək və əbədi həyata hazır yaşamaq kimi izah edilir. 
 
İnsan ölümü unutduqca dünyanı böyüdür. Dünyanı böyütdükcə tamahı böyüyür. Tamah böyüdükcə vicdanı kiçilir...
 
Vicdan kiçildikcə yalan böyüyür. Yalan böyüdükcə simasızlıq başlayır. Simasızlıq başlayanda insan hər kəsə başqa üz göstərir.
 
Birinə yaltaqlanır…
 
Birinə məddahlıq edir...
 
Birinə satılır…
 
Birinə satqınlıq edir…
 
Birindən rüşvət alır…
 
Başqasına rüşvət verir...
 
Və bütün bunları edərkən özünü “ağıllı adam” hesab edir. Halbuki o, sadəcə ölümün o üzünü görməyən ən ağılsız bir adamdır.
 
Bəs ölüm gerçəkdə nədir?..
 
Dünya elmi ölüm barədə nə deyir?
 
Dünyəvi elm ölümə, ilk növbədə, bioloji proses kimi yanaşır. Ürək-damar və tənəffüs fəaliyyətlərinin geri dönməz dayanması, beynin funksiyalarının geri dönməz itirilməsi kimi tibbi meyarlar insanın bioloji həyatının sona çatmasını müəyyənləşdirir. Elm insanın bədəninin necə öldüyünü müəyyən qədər izah edə bilir.
 
Amma başqa sual var:
 
İnsan niyə yaradılıb?..
 
Ölümdən sonra şüur və varlıq məsələsinin son həddi nədir?..
 
İnsan həyatının mənası yalnız bioloji mövcudluqdanmı ibarətdir?..
 
Bəs ölümdən sonra bizim ruhumuz – mənimiz hara gedir?..
 
Elm laboratoriya üsulu ilə bu suallara dini vəhyin verdiyi cavabı verə bilməz. Çünki bunlar artıq metafizik — yəni empirik müşahidənin hüdudlarından kənara çıxan suallardır.
 
Burada isə səmavi dinlər danışır.
 
Yəhudilikdə də, xristianlıqda da, İslamda da insanın məsuliyyət daşıyan və Allah qarşısında cavabdeh varlıq olması, ölümün insanın mənəvi taleyini bütünlüklə yox etməməsi ideyası mövcuddur.
 
İslam isə bunu xüsusilə açıq şəkildə sistemləşdirir:
 
ölüm — dirilmə — hesab — əbədi aqibət...
 
Deməli, insanın dünya həyatına münasibəti onun Axirətə münasibətindən ayrı deyil.
“Bu dünyadakı günah və cinayətlərinə görə Axirətdə cəzalanacağına inanmırsan? —Onda oxu!..” başlıqlı ötən yazılarımızdan birində Qiyamətin- Haqq-Hesab Gününün,  Axirətin: Cənnət və Cəhənnəmin varlığını məntiqi dəlillərlə isbatlamışıq( )…
Nə yazıqlar ki, “insan” adlanan şüurlu məxluqların çoxu  İki Cahanın məntiqi ilə deyil, yalnız bu dünya həyatının məntiqi ilə düşünür və bəzən hətta Allaha inansa belə, onun hər birimizə müttəhim kürsüsündə əyləşdirib mühakimə edəcəyi Böyük Məhkəməsinə inanmır…
 
Belə insanın bir böyük bəlası da budur:
 
O, hər gün başqalarının öldüyünü görür, amma öz ölümünü sanki müvəqqəti olaraq təxirə salınmış hadisə hesab edir.
 
“Filankəs öldü...”
 
“Filankəs xəstələndi...”
 
“Filankəs qocaldı...”
 
Amma içində bir səs deyir:
 
“Mən hələ yox…”
 
Məhz bu, “təvəhhümü-əbədiyyət” — insanın özünü sanki uzun müddət, hətta əbədi yaşayacaqmış kimi təsəvvür etməsi illüziyasıdır.
 
Bunun ardınca “tuli-əməl” gəlir:
 
“Hələ vaxtım var…”
 
Sonra tövbə edərəm...
 
Sonra düzələrəm…
 
Sonra yaxşılıq edərəm…
 
Sonra haqqı deyərəm…
 
Sonra ailəmə vaxt ayıraram…
 
Sonra kasıba kömək edərəm…
 
Sonra namaz qılaram…
 
Sonra...
 
Amma insanın “sonra”sının zəmanəti yoxdur. Ölümün isə var. Ölüm gələcək vəd deyil. Ölüm gələcəyin zəmanətsizliyidir. Və buna görə insanın əsl sualı “Nə qədər yaşayacağam?” olmamalıdır.
 
Əsl sual isə:
 
“Nə qədər yaşasam da, necə yaşayacağam?” olmalıdır…
 
Bəs çıxış yolu nədədir? İnsanı  tamahkarlıq, yaltaqlıq, simasızlıq, dələduzluğa, rüşvətxorluğa və s. yuvarlanmaqdan necə qorumaq olar? 
Bu haqda bəhsimizin növbəti hissəsində…
 
Moderator.az-ı izləyin!..
 
Sultan Laçın
 

Zəngəzur dəhlizi ilə bağlı MÜJDƏ – <span style="color: #ff0000;">Gələn ildən...</span>

“TRIPP layihəsi ilə bağlı deyə bilərəm ki, planlaşdırılan işlər kifayət qədər sürətli templə gedir”. Bunu Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan bu mövzuda jurnalistlərlə söhbət edərkən bildirib.

“Proqramın bir ildə nə qədər irəlilədiyinə və qeydə aldığımız inkişafa nəzər salsaq, deməliyəm ki, bu miqyaslı bir layihə üçün yetərincə mühüm nəticələr əldə etmişik. Bilirsiniz, hazırda araşdırma aparılır və düşünürəm ki, bu, yaxın bir-iki ay ərzində başa çatacaq və bundan sonra, inanıram ki, 2027-ci ilin əvvəlində real irəliləyişi görə biləcəyik. Layihənin bir çox mərhələsi var və bu tədqiqat başa çatana və ondan irəli gələn müxtəlif tədbirlərin mərhələləri müəyyən edilənə qədər bu, mümkün olmayacaq”, - səfir qeyd edib.

Onun sözlərinə görə, Amerika şirkəti AECOM tərəfindən tədqiqat sifariş edilib və aparılır: “Onun nəticələri tezliklə açıqlanacaq, qiymətləndirmə aparılacaq və sonra praktiki mərhələyə keçəcəyik. Bundan əvvəl çoxsaylı nümayəndə heyətlərimiz Vaşinqtona səfər edib və müxtəlif idarələrarası görüşlər keçirilib. Proqram artıq yetkinləşib, praktiki icra mərhələsinə çatıb və inanırıq ki, tikintinin başlanması mərasimi gələn ilin əvvəlində mümkün olacaq”, - deyə Mkrtçyan bildirib.

“Tramp marşrutu” sürətlənir demək olarmı? Mühüm olan dəmiryolunun inşası nə vaxt başlayacaq?

Professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Ermənistanın ABŞ-dəki səfirinin verdiyi bəyanat ilk baxışda prosesin sürətləndiyi təəssüratını yaratsa da, layihə üzrə real mənzərə fərqlidir: “Hesab edirəm ki, diplomatın bu bəyanatı Ermənistan tərəfindən yolun çəkilişi ilə bağlı işlərin əsassız ləngidilməsinin əsas səbəblərini ört-basdır etməyə hesablanıb. Bir sözlə, səfirin “işlər sürətlə gedir” və “tikinti gələn ilin əvvəlində başlaya bilər” bəyanatı daha çox Vaşinqtonun təzyiqlərini yumşaltmağa və beynəlxalq ictimaiyyətdə İrəvanın layihəyə sadiq olduğu illüziyasını yaratmağa hesablanıb”.

Onun fikrincə, əslində isə, Ermənistanın rəsmi öhdəliklərinə və ilkin razılaşmalara nəzər salsaq, dəmir yolu və kommunikasiya xətlərinin bərpası işlərinə ən geci 2026-cı ilin ikinci yarısından etibarən start verilməli idi.

“Səfirin “işlərə gələn ilin əvvəlində başlanacaq” deməsinə baxmayaraq, İrəvanın daxili siyasi müstəvidə və digər tərəfdaşlarla təmaslarda verdiyi mesajlarda tikintinin ən yaxşı halda 2027-ci ilin ortalarından etibarən başlanacağını göstərir. Bu isə yolun tikintisi üzrə İrəvanın götürdüyü öhdəliyin ən azı bir il uzadılması və deməli, işlərin bir il ləngiməsi deməkdir”,_ F.Yusifov belə şərh edib.

F.Yusifovun sözlərinə görə, buna görə də indi səfirin Zəngəzur dəhlizində işlərin sürətləndiyini deməsi reallığa uyğun deyil, əksinə, İrəvan layihənin praktiki icrasını müxtəlif bəhanələrlə gələcək müddətlərə ötürərək zaman qazanmaq taktikası yürüdür: “Prosesin 2026-cı ilin ikinci yarısından 2027-ci ilin ortalarına qədər uzadılmasının arxasında həm Ermənistanın daxili siyasi hesablamaları, həm də regionda toqquşan xarici güclərin maraqları dayanır. Paşinyan hakimiyyəti Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq bu strateji dəhlizin açılmasının daxili reaksiyasından ehtiyatlanır. Radikal müxalifətin və revanşist qüvvələrin təzyiqini neytrallaşdırmaq üçün hökumət məsələni mümkün qədər “texniki-prosedur işləri” adı altında uzatmağa çalışır. TRIPP layihəsinin ABŞ-nin təşəbbüsü və çətiri altında həyata keçirilməsi Moskvada kəskin narazılıqla qarşılanır. Noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, bu xəttə Rusiyanın Sərhəd Xidmətinin nəzarət etməsi nəzərdə tutulurdu. Vaşinqtonun layihəyə daxil olması ilə Rusiyanın mövqeyi yetərincə zəiflədi. Rusiya bununla barışmaq istəmir. Moskva İrəvana müxtəlif rıçaqlarla (enerji, təhlükəsizlik, iqtisadi asılılıq) təzyiq edərək ABŞ-nin patronajlığı altında dəmir yolunun sürətlə inşasına mane olmağa çalışır. Görünən budur ki, əgər Rusiya Ukrayna ilə müharibədə məğlub olmasa, o, Cənubi Qafqazdakı mövqelərini bərpa etmək üçün bütün yollara əl atacaq”.

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - <span style="color: #ff0000;">Camal İsmayılov kimdir?</span>

Moderator.az Kulis.az-a istinadla "44 günün yaddaşı" layihəsi çərçivəsində onun həyatı və döyüş yolu haqqında məqaləni təqdim edir.
 
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) baş giziri, qrup komandiri, İkinci Qarabağ müharibəsi şəhidi və Vətən Müharibəsi Qəhrəmanı Camal Vidadi oğlu İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Azərbaycanın hərb tarixinə adını "Hadrut fatehi" kimi yazdıran Camal İsmayılov qeyri-adi kəşfiyyat bacarıqları, poliqlotluğu və yüksək hərbi intellekti ilə seçilən peşəkar hərbçi olub.
 
Ailənin ikinci övladı olan Camalın uşaqlığının ilk illəri Rusiyada keçib. 1986-cı ildə ailəsi Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərinə köçüb. Camal burada uşaq bağçasına gedərək qısa müddətdə rus dilini mükəmməl mənimsəyib. Anası Filarə xanımın dediyinə görə, bağçada 24 uşaq arasında yeganə azərbaycanlı olan Camal özünü o qədər məğrur aparırdı ki, tərbiyəçilər onu "Azərbaycanın fəxri" adlandırırdılar.
 
1991-ci ildə ailə yenidən doğma Neftçala rayonuna qayıdır və Camal təhsilini Neftçala şəhərindəki 1 nömrəli tam orta məktəbin rus bölməsində davam etdirir. Dəqiq elmlərə, fizika, riyaziyyat və kimyaya böyük maraq göstərən Camal həmçinin tarix və ədəbiyyatı dərindən mütaliə edirdi. Anası onun həkim olmasını istəsə də, hərbi xidmətə yollanmazdan əvvəl öz xatirə dəftərində "Mən nə vaxt böyüyüb öz taleyimi özüm həll etsəm, ən yaxşı zabit olacağam" sözlərini yazmışdı. Azərbaycan Tibb Universitetinə qəbul imkanı olmasına baxmayaraq, o, ali təhsildən imtina edərək 2001-ci ildə həqiqi hərbi xidmətə yollanır.
 
 
Müddətli həqiqi hərbi xidmətdə olarkən kəşfiyyatçı olmağı qarşısına məqsəd qoyan Camal Xüsusi Təyinatlı Qüvvələrin təkmilləşdirmə kurslarında iştirak edir. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra XTQ-nin kəşfiyyat və rabitəçi qrupuna seçilir. O, ömrünün 18 ilini bilavasitə xüsusi təyinatlı qüvvələrdə xidmətə həsr edib.
 
Camal İsmayılov hərbi biliklərini daim inkişaf etdirirdi. O, Azərbaycan, rus, ingilis və erməni dillərini sərbəst bilirdi. Xizək sürməyi, dağçılığı və paraşütdən tullanmağı peşəkar səviyyədə mənimsəmişdi. Eyni zamanda, dağçılıq üzrə xarici ədəbiyyatları tərcümə edərək hərbi dərsliklərin hazırlanmasında iştirak edirdi.
 
Camal həmçinin xaricdə keçirilən beynəlxalq hərbi təlimlərdə Azərbaycanı təmsil edirdi. 2019-cu ilin mayında Türkiyənin Kayseri şəhərində 5 dövlətin qatıldığı "ERCİYES - 2019" beynəlxalq hərbi təlimlərində iştirak edərək xüsusi diplomlarla təltif olunmuşdu. O, 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin iyulunda Tovuz döyüşlərində ön cəbhədə xüsusi tapşırıqları icra etmişdi.
 
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində baş gizir Camal İsmayılov qrup komandiri kimi Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində gedən ağır əməliyyatlarda iştirak edirdi. Müharibə zamanı onun ən böyük hərbi uğuru "Hadrut əməliyyatı" hesab olunur.
 
Düşmənin dilini mükəmməl bilməsi ona döyüş meydanında strateji üstünlük qazandırmışdı. Hadrut uğrunda gedən şiddətli döyüşlər zamanı Camal erməni hərbçilərinin rabitə dalğasına daxil olaraq onlarla erməni dilində əlaqə qurur. O, düşmənin rəhbər heyətinə və generallarına saxta əmrlər verərək onları çaşdırır. Nəticədə, heç bir güllə atılmadan 1500-dək erməni əsgəri səhv istiqamətə yönləndirilərək döyüş bölgəsindən uzaqlaşdırılır. Məhz bu misilsiz kəşfiyyat gedişinə görə silahdaşları onu "Hadrut fatehi" adlandırırdılar.
 
Oktyabrın ortalarından etibarən Azərbaycan Ordusu Qubadlı istiqamətində irəliləməyə başlayır. Camal İsmayılov və onun xüsusi təyinatlılardan ibarət qrupu düşmən arxasında strateji mövqeləri ələ keçirmək tapşırığı alır. Oktyabrın 19-da Qubadlı rayonu istiqamətində qeyri-bərabər döyüşə daxil olan Camalın qrupu düşmənə ağır zərbələr endirir. Təəssüf ki, oktyabrın 21-də Laçın dəhlizinə nəzarəti ələ almaq uğrunda gedən ağır döyüşlərdə baş gizir Camal İsmayılov və qrupunun bir neçə üzvü şəhidlik zirvəsinə ucalır.
 
Şəhadət xəbəri ailəsinə oktyabrın 21-də, anası Filarə xanımın doğum günündə təsdiqlənir. Camal İsmayılov doğulduğu Neftçala şəhərində böyük izdihamla dəfn edilib. Onun komandiri olduğu tabor müharibə ərzində XTQ-nin ən çox şəhid verən taboru kimi tarixə düşüb.
 
Camal İsmayılov 2008-ci ildə Fatimə xanımla ailə həyatı qurub. Döyüşə yollanarkən həyat yoldaşı hamilə idi. O, ailəsinə təsəlli verərək, "narahat olmayın, şəhid olsam, dövlətimiz balalarımın qayğısına qalacaq," – demişdi. O, hətta doğulacaq oğlunun adını da özü təyin etmişdi. Camalın şəhadətindən dörd ay sonra – 2021-ci il fevralın 12-də oğlu dünyaya gəldi və atası Camalın vəsiyyətinə uyğun olaraq uşağa "Alparslan" adı verildi. Ümumilikdə şəhidimizin iki qızı və bir oğlu var.
 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi hərbi rəşadətə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Camal İsmayılova ölümündən sonra ən ali hərbi ad – "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
 
Onun xatirəsini əbədiləşdirmək məqsədilə 2021-ci ildə Neftçala şəhər Uşaq İncəsənət məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun adı verilib. Həmçinin İctimai Televiziyada onun həyat və döyüş yoluna həsr olunmuş "Heç kim unudulmur, heç nə yaddan çıxmır — Camal İsmayılov" adlı sənədli film nümayiş etdirilib.

Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - <span style="color: #ff0000;">ŞƏRH</span>

Günlərdir Kürmük məbədi ətrafında gedən mübahisələrin nə ilə yekunlaşacağını izləyirik.

Nəhayət, ermənilər öz xorlarına qoşmaq üçün yeni səslər tapıblar.

Normalda qriqoryan ermənilərlə pravoslav gürcülər arasında mədəni, dini, siyasi və etnik ixtilaflar mövcuddur. Ermənilər Azərbaycanla yanaşı, Gürcüstanın da bəzi ərazilərinə iddia edirlər. Üstəlik, Qafqazda hansı xristian icmasının daha qədim və üstün olduğuna dair heç vaxt səngiməyən qarşıdurma içindədirlər.

Qonşu xorunun səbəblərini xırdalamamışdan əvvəl ölkəmizdə hamının, ən başda da bu istiqamətdə tədqiqatlar aparan tarixçilərin bilməli olduğu bəzi məsələləri gün üzünə çıxarmağa çalışaq.

Kürmük məbədi və onun tarixi

Əvvəla, ondan başlayaq ki, son günlər gürcü seqmentinin nəfəsini dərmədən müdafiəsinə qalxdığı Kürmük məbədi Qax rayonunda, Kürmük çayının yaxınlığında yerləşir. Məbədin ilkin qalıqları Qafqaz Albaniyası dövrünə, təxminən I–III əsrlərə aid edilir. 2006-cı ildə aparılan arxeoloji tədqiqatlar nəticəsində burada müxtəlif dövrlərə aid tikinti və yenidənqurma mərhələlərinin olduğu müəyyənləşdirilib.

Mövcud tikili XIX əsrin sonlarında, Çar Rusiyası dövründə – 1892–1894-cü illərdə qədim məbədin qalıqları üzərində inşa edilmiş “Müqəddəs Georgi kilsəsi” adlı dini təsisatdır.

Kürmük həmçinin bölgədə müsəlman və xristian əhalinin ziyarət etdiyi, may və noyabr aylarında Kürmükoba mərasimlərinin keçirildiyi məkandır. Onun alban irsinə məxsus olduğunu tarixi mənbələrlə yanaşı, bu sətirlərin müəllifinin ailə bağları və xatirələri də təsdiqləyir.

Alban Apostol Kilsəsi necə yox oldu?

Alban Apostol Kilsəsi 1830-cu ildən başladılan proses nəticəsində Çar Rusiyasının Müqəddəs Sinodunun qərarı və müvafiq Əsasnamə əsasında 1836-cı il martın 11-də rəsmən ləğv edildi.

Alban Apostol Kilsəsinin – Erməni Apostol Kilsəsi ilə qarışdırmaq olmaz – ləğvindən sonra onun yeparxiyaları, eləcə də maddi-mənəvi irsi və mülkiyyəti erməni Qriqoryan kilsəsinin tabeliyinə verildi. İlk dövrlərdə Azərbaycan vilayətlərindəki bir çox kilsələr Qriqoryanlığa tabe edildi.

XIX əsrin 50-ci illərində Çar Rusiyası ipə-sapa yatmayan, üsyanlar çıxararaq heç bir şəkildə imperiyaya tabe olmaq istəməyən Car-Balakən camaatlığı ərazisində pravoslavlığa itaət edən dini kütlə yaratmaq ideyasını ortaya qoydu. Beləcə, bölgədə alban kilsələrinin xarabalıqları üzərində pravoslav kilsələri tikildi və imperiyanın özünə xristian icması daxilində dayaq yaratmasına çalışıldı.

Kürmük də onlardan biri idi. Məbəd bərpa edildi, xaçları və altar hissəsi dəyişdirildi və “Müqəddəs Georgi” adlandırıldı.

Beləliklə, Qafqaz Albaniyasından qalan kilsələrin bir qismi zamanla aşındı. Yerli əhalinin İslama keçməsi də kilsələrin bərpasına marağın azalmasına səbəb oldu. Həmçinin pravoslav Çar Rusiyasının təbəəliyində olan müsəlman əhalinin qədim alban kilsə irsinə sahib çıxması mümkün deyildi.

Kürmük “Müqəddəs Georgi” pravoslav kilsəsinə çevrildiyi üçün gürcülərin ora ibadət etmək məqsədilə axın etməsi müəyyən mənada başa düşüləndir. Günümüzdə də kimsə bunu onlara qadağan etməyib. Əksinə, yerli icra strukturları kilsə günlərində onların normal ibadəti üçün lazım olan şəraiti yaradır.

Üstəlik, Qaxın xristian ingiloyların yaşadığı bütün kəndlərində kilsələr inşa edilib və onların ibadəti sərbəstdir. Sovet dövründə bölgədə məscidlərin bir qismi müsəlmanların ibadəti üçün bağlanaraq anbara, saxlanc yerinə və s. çevrilsə də, kilsələrə münasibət fərqli olub.

“Sonuncu alban”a nə oldu?

Kürmük alban məbədi əvvəl erməni, sonra gürcü kilsəsinə tabe etdirilməzdən qabaq kimə məxsus idi?

Yerli əhalinin yaşlı nəslindən olanların mülahizəsinə görə, Kürmük yeparxiyasının sonuncu yepiskopu “Qara keşiş” adlandırılan, əslən Qaxın Zəyəm kəndindən olan İosif (Yusif) idi.

O, öz icması ilə birlikdə Kürmük məbədinin Qriqoryan kilsəsinə tabe etdirilməsi ilə barışmamış və buna görə də 1836-cı ildən İlisu sultanlığının ləğvinə – 1844-cü ilə qədər müqavimət göstərmişdi.

Qafqaz canişinliyi kilsə mübahisəsinə birdəfəlik son qoymaq üçün öz təbəələrini Qara keşişi həbs etdirmək məqsədilə göndərir. Lakin o, dini etiqadını dəyişməkdənsə, ölümü üstün tutur.

Çarın adamlarının kilsəyə sığınan şəxsə toxunmayacağını düşünərək bir neçə gün oradan çıxmır. Axırda qərar verilir ki, kilsənin qapıları qırılsın və keşiş tutulsun. Keşiş kilsənin o zaman heç kəsin bilmədiyi gizli qapısından çıxaraq özünü qayalıqdan aşağı atır.

Təbəələr üç gün kilsə ətrafında keşik çəkərək yerlilərin keşişin nəşini götürməsinə icazə vermirlər. Üç gün sonra ərazini tərk edirlər. Cəsarətli icma üzvləri gecə məşəl yandıraraq keşişin nəşini kol-kos basmış qayalıqdan çıxarır və kilsədə dəfn edirlər. Arxeoloqlar Kürmük kilsəsinin bərpası zamanı onun içindən vaxtilə orada dəfn olunmuş müqəddəslərin sümüklərinin çıxdığını təsdiqləyiblər.

Qayalara dəyərək cırılan xaç tikməli cübbəsi, qaş hissəsinə alban xaçı işlənmiş gümüş üzüyü və digər əşyaları sovet dövrünə qədər ailəsinin sandığında qorunur. Sonra ailə onları sovet xüsusi xidmət orqanlarından (OQPU - Birləşmiş Dövlət Siyasi İdarəsi) qorumaq üçün Qanıx çayının o biri sahilində yaşayan tanış Şirak ailəsinə verir və həmin əşyalar bir daha geri qayıtmır.

Kürmük yeparxiyasının sonuncu albanı Qara keşişin nəsilləri hazırda Zəyəm kəndində yaşayırlar.

Təkcə Kürmük deyil, Yeddi Kilsə monastırına da iddiaçıdırlar

Qaxın Ləkit kəndi ərazisində, məşhur Mamırlı şəlaləsindən Ləkit-Kötüklü kəndinə doğru gedən dağlıq ərazidə “Yeddi Kilsə monastırı” deyilən nəhəng kilsə kompleksinin qalıqları var. Təqribən IV–V əsrlərə, Qafqaz Albaniyası dövrünə aid edilir.

Qalıqları da onun dairəvi alban məbəd kompleksi olduğunu elmi cəhətdən sübut etmək üçün yetərlidir. Yerləşdiyi ərazi dağlıq, yolu isə çətin olduğundan ora çox adam getmir. Turistlərin əksəriyyəti də burada belə bir kompleksin olduğundan xəbərsizdir.

Albanlar “Tanrıya yaxın olmaq” və “duaları ona tez çatsın deyə” ibadətgahlarını dağların mümkün qədər hündür yamaclarında inşa edirdilər.

Jurnalist marağı üstün gəldiyindən mən bölgənin ən yaxşı bilicilərindən biri olan tarix müəllimim Məcid Mehrani ilə birlikdə dəfələrlə orada olmuşam, özümlə çox sayda yerli və xarici qonaq apararaq qədim alban irsimizin izlərini göstərmişəm.

Ötənilki səfərimdə ilk dəfə Gürcüstandan gələn insanların dəstə-dəstə ora getdiyini, xarabalıqlar üzərində şam yandıraraq ibadət etdiklərini, göz yaşı axıtdıqlarını, şəkil və videolar çəkdiklərini gördüm. Aralarında gürcü jurnalist və blogerlər da vardı. Onların “stand-up”ları diqqətimi çəkdi: “Saingilo”nun – gürcülər Qax-Balakən ərazisini belə adlandırırlar – qədim Gürcüstan olduğu, bu ərazilərin də öz antik kilsələri ilə birlikdə gürcülərin mirası sayıldığı bildirilirdi.

Beləcə, bir daha əmin oldum ki, bu yanaşma təkcə Kürmük məbədi ilə məhdudlaşmır. Lakin bu, yeni məsələ deyil.

Georgi Qamxaraşvilinin 1960-cı ildə Tiflisdə nəşr olunmuş “Saingilo: qısa baxış” kitabı var. Kitabda Qax, Zaqatala və Balakən rayonlarındakı qədim məbədlərin və kilsələrin illüstrasiyaları yer alır. Onların altında “qədim gürcü kilsəsi”, “qədim gürcü abidəsi” kimi ifadələr yazılıb.

İndi ingiloyluqdan tamamilə uzaqlaşaraq türkləşmiş Zəyəm kəndi belə “qədim gürcü kəndi”, oradakı xaçlı alban qəbirləri isə “qədim gürcü qəbirləri” kimi təqdim olunub.

Bu kitab özündən əvvəl dərc edilmiş gürcü müəlliflərin əsərlərinə istinadən yazılıb: M. Q. Canaşvilinin “Saingilo” (Tiflis, 1910, 231 səhifə), Z. Edilinin “Saingilo” (Tbilisi, 1947, 181 səhifə), M. Dumbadzenin “Şərqi Kaxetinin (Saingilonun) tarixindən” (Tbilisi, 1953) və s.

Bu kitablardakı materialların Gürcüstanda orta məktəblərin tarix kitablarına salınaraq “Qədim Gürcüstan tarixi” kimi tədris edildiyi bildirilir.

Stalinə arxalanaraq müsəlman ingiloyları gürcüləşdirmək siyasəti

XX əsrin 30–40-cı illərində SSRİ-nin rəhbəri İosif Stalinin verdiyi imtiyazlardan istifadə edən gürcülər bölgədə ingiloyların yaşadığı məktəblərdə gürcü dilində təhsil verilməsi məsələsini gündəmə gətirirlər.

Zəyəm kənd məktəbi də gürcü dilinə keçir. Uşaqlara dərs demək üçün Gürcüstandan gürcü müəllimlər gətirilir. Yaşlı nəsil ingiloy dilini bilsə də, gənc nəsil bu dili yaxşı bilmirdi. Həm də ingiloy dili ilə gürcü dili arasında ciddi fərq vardı. Müəllimlərlə şagirdlər bir-birlərini başa düşməkdə çətinlik çəkirdilər.

Sonradan ingiloy ailə yaxınlarımız da etiraf edirdilər ki, məktəb oxumadıqları üçün gürcü dilini bilmirdilər və buna görə Gürcüstandan gələn qonaqlarla bir-birlərinin danışığını başa düşməkdə çətinlik çəkirdilər.

Sonra gürcü müəllimlərin sayəsində ingiloy uşaqlar gürcü dilini öyrəndilər. Onların çoxuna təhsillərini Gürcüstanda davam etdirmək imtiyazı tanındı.

Bir müddət sonra Zəyəm də daxil olmaqla bölgədəki müsəlman ingiloylar gürcü dilində təhsilə kütləvi etiraz etməyə başladılar. Stalinin ölümündən sonra müsəlman məktəblərində təhsil dili dəyişdirildi və Azərbaycan dilinə keçirildi.

Xristian ingiloylar isə gürcü dilində təhsilə davam etdilər. Onların dərs kitabları Gürcüstanın təhsil sisteminə uyğunlaşdırılmışdı və Tiflisdən gətirilirdi.

Bu proseslərin nəticəsində bəzi ingiloylar “Saingilo”nu “Sakartvelo” adlandırmağa, özlərini “qədim gürcülər” kimi təqdim etməyə başladılar.

Kürmük kilsəsi ətrafında ajiotaj

Gürcüstan Patriarxlığı bəyanat yayaraq “Kürmük – Müqəddəs Georgi” kilsəsinin ərazisində aparılan işlərdən narahatlığını ifadə edib. Patriarxlıq məbədin hazırda Azərbaycan ərazisində yerləşdiyini qəbul etsə də, onu Gürcüstanın və Gürcüstan kilsəsinin tarixi-mənəvi irsinin mühüm abidəsi hesab edir.

Gürcüstan Patriarxlığı Azərbaycan tərəfini kilsə ətrafında görülən işlərlə bağlı məlumat verməməkdə ittiham edir və Gürcüstan nümayəndələrinin, eləcə də müvafiq sahə üzrə mütəxəssislərin prosesə cəlb olunmasının vacibliyini vurğulayır.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Gürcüstan Patriarxlığının bu yanaşmasını qəbuledilməz sayaraq bəyanat verib. Nazirlik Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin başqa adlarla təqdim olunmasının yolverilməz olduğunu bildirib. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığı kimi, eyni münasibəti Gürcüstandan da gözlədiyini vurğulayıb.

Əlbəttə ki, dövlətin ərazisindəki abidə həmin dövlətin yurisdiksiyasındadır və onunla bağlı qərarlar da həmin dövlətin səlahiyyətindədir. Bir də ki, kimsə evini, həyətini təmir edəndə və abadlaşdıranda qonşusundan icazə istəmir.

Unutmaq olmaz ki, istər 2008-ci ilin avqustunda, istərsə də ondan sonrakı dövrdə Azərbaycan daim Gürcüstana maddi, mənəvi və siyasi dəstək verib.

İllərdir gürcülərlə Keşikçidağ qovğası da bir yerə varmır. O da alban irsimizdəndir.

İndi 2026-cı ilin oktyabrından Kürmük kilsəsinin arxeoloji tədqiqat və bərpa işlərinin aparılması ilə əlaqədar turistlərin ziyarəti üçün müvəqqəti bağlanılacağı bildirilib. Tədqiqatçılardan öyrənirik ki, məqsəd “Kürmük” kilsəsinin müxtəlif dövrlərə aid qatlarının dərindən öyrənilməsi və onun Qafqaz Albaniyası dövrü də daxil olmaqla tarixi-genealoji tədqiqidir.

Deməli, narahatlıq da elə burdan qaynaqlanır. Məlum olacaq ki, Kürmük heç də onların tarix kitablarında yazdıqları kimi pravoslav gürcü abidəsi deyil. Qafqaz Albaniyası irsinin əsl sahibləri indi bütün xristian dünyasına sübut edəcəklər ki, xristianlığın yayıldığı ilk məkanlardan biri heç də Ermənistanı, Gürcüstanı əhatə etmir. Burada onlardan daha qədim olan sivilizasiyalar, tayfalar, xalqlar yaşayıb, öz mədəni-dini irsini yaradıb. Sonra üst-üstə baş verən amansız işğallar Qafqaz tarixinin ən böyük sivilizasiyasının məhv olmasına, buradakı aborigen alban tayfalarının qeybinə səbəb olub.

Alban irsinə niyə sahib çıxmalıyıq?

Mən ata tərəfdən muğal, ana tərəfdən alban xətti ilə doğulmuş bir azərbaycanlıyam. Buradakı alban abidələri mənim irsimdir, gen yaddaşımdır. İçində sonuncu Kürmük yepiskopu Qara İosifin də olduğu bir romanlıq ailə xatirələrimiz var. Biz təkcə bu xatirələr əsasında dünya səviyyəli filmlər ortaya qoya, alban irsimiz barədə dünyaya car çəkə, onun əsl varislərinin biz olduğumuzu isbatlaya bilərik.

Azərbaycan Qafqaz Albaniyasını və onun kilsələrinin tarixini yenidən hamıya bəyan etməlidir. Çünki bu, sadəcə erkən xristianlığın tarixçəsi deyil, bütün regionun və bəşəri dəyərlərin tarixidir. Unutmayaq ki, erməni kilsəsinin mərkəzi olan Eçmiədzin – Üç kilsə adı ilə məşhur idi. Lakin Yeddi Kilsə (Ləkit) ondan daha nüfuzlu və üstün idi. /APA/

Tibb üzrə Nobel mükafatının qalibləri məlum oldu

2026-cı il fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibləri elan edilib.
 
Moderator.az xəbər verir ki, mükafat Karl Deisseroth, Peter Hegemann və Georg Nagela təqdim olunub.
 
Onlar işıqla idarə olunan ion kanalları və optogenetika ilə bağlı kəşflərinə görə sözügedən mükafata layiq görülüblər.
 
Məlumat üçün bilirək ki, Karl Deisseroth 1971-ci ildə ABŞ-də anadan olub. Stanford Universitetinin professorudur və optogenetikanın inkişafında rol oynayan nüfuzlu alimlərdəndir.
 
Peter Hegemann 1954-cü ildə Almaniyada anadan olub. Biofizik işığa həssas ion kanallarının, xüsusən kanalrodopsinin kəşfində yüksək xidmətlərə malik alimdir.
 
Georg Nagel isə 1953-cü ildə Almaniyada doğulub. İxtisasca biofizik olan alim Hegemann ilə birlikdə işıqla idarə olunan kanalrodopsinlərin tədqiqinə mühüm töhfə verib.
 
Qeyd edək ki, bu gündən Nobel həftəsi başlayıb. Belə ki, sabah fizika, oktyabrın 7-də kimya, 8-də ədəbiyyat, 9-da Nobel Sülh mükafatı laureatının adı elan ediləcək.
 
İqtisadiyyat üzrə Nobel mükafatı laureatının adı isə oktyabrın 12-də açıqlanacaq.

Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı

Azərbaycan cüdoçusu Əhməd Yusifov Azərbaycan cüdo tarixində dördüncü dünya çempionu olması ilə bağlı fikirlərini bölüşüb.
 
Moderator.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən 27 yaşlı idmançı bu barədə Avropa Cüdo İttifaqının rəsmi saytına açıqlama verib.
 
Bakıdakı dünya çempionatında qızıl medal qazanması barədə danışan Ə.Yusifov bunları deyib:
 
"Azərbaycan cüdo tarixində dördüncü dünya çempionu olmaq mənim üçün böyük şərəfdir. Hisslərimi sözlə ifadə etmək çətindir. Səhər yuxudan oyananda özümü çox yaxşı hiss edirdim. Medal qazanmaq barədə düşünürdüm, hətta ağlımda qızıl medal da var idi. Şükürlər olsun ki, buna nail oldum".
 
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.
 

Təhsil Məcəlləsi hazırlanır? –<span style="color: #ff0000;"> Deputat problemləri SADALADI</span>

Milli Məclisin üzvü Ceyhun Məmmədov təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirərək ayrıca Təhsil Məcəlləsinin hazırlanmasını təklif edib. Deputat Milli Məclisin payız sessiyasının ilk iclasında bu məsələnin vacibliyinə diqqət çəkib.

Mövzu ilə bağlı Musavat.com-a danışan deputat Ceyhun Məmmədov deyib ki, təhsil sahəsində qarşıda duran məsələlərin həlli üçün yalnız ayrı-ayrı dəyişikliklərlə kifayətlənmək olmaz. Onun fikrincə, təhsil sisteminin müasir tələblərə uyğunlaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi və mövcud problemlərin kompleks şəkildə aradan qaldırılması vacibdir: “Son illərdə elm və təhsil sahəsində mühüm institusional dəyişikliklər həyata keçirilib. Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyinə çevrilməsi də bu prosesin tərkib hissəsidir. Bununla yanaşı, təhsilin keyfiyyəti, universitetlərin elmi fəaliyyəti, ixtisas seçimi, tələbələrin praktiki hazırlığı və müəllimlərin sosial rifahı ilə bağlı hələ də ciddi məsələlər qalmaqdadır”.

Ceyhun Məmmədov hesab edir ki, xüsusilə universitetlərin yalnız tədris deyil, həm də tədqiqat mərkəzlərinə çevrilməsi istiqamətində işlər gücləndirilməlidir. Onun sözlərinə görə, yeni tədqiqat universitetlərinin yaradılması da nəzərdən keçirilə bilər. Hazırda elmi məqalə və araşdırmaların bir hissəsinin müasir elmi tələblərə cavab verməməsi bu sahədə keyfiyyət məsələsinin aktuallığını göstərir.

Deputat kolleclərin idarə olunmasında da problemlərin olduğunu vurğulayıb. Kolleclərin universitetlərin tabeliyinə verilməsinə baxmayaraq, bəzi ali məktəblərdə onların fəaliyyətinə nəzarətin lazımi səviyyədə qurulmadığını deyib. Bunun nəticəsində ayrı-ayrı kolleclərdə idarəetmə ilə bağlı problemlər və neqativ hallar davam edir.

Təhsil haqlarının yüksək olması da deputatın diqqət çəkdiyi məsələlərdəndir. O hesab edir ki, yüksək ödəniş tələb edən təhsil müəssisələri bunun müqabilində keyfiyyətli tədris təqdim etməli və göstərdikləri xidmətə görə məsuliyyət daşımalıdırlar. Təhsil haqqı ilə əldə olunan təhsilin səviyyəsi arasında uyğunluq təmin edilməlidir.

Ceyhun Məmmədov ali təhsildə ixtisas siyasətinə də yenidən baxılmasını vacib sayır. Onun fikrincə, bəzi ixtisaslar artıq əmək bazarının tələblərinə uyğun gəlmir, eyni ixtisasların müxtəlif universitetlərdə çoxsaylı şəkildə tədris olunması isə müəyyən sahələr üzrə məzunların sayının həddindən artıq artmasına səbəb olur. Bu baxımdan yeni ixtisasların yaradılması ilə yanaşı, mövcud ixtisasların da mütəmadi şəkildə qiymətləndirilməsi zəruridir.

Universitetlərdə rəqəmsallaşmanın tam təmin olunmaması da problemlər sırasında göstərilir. Deputatın sözlərinə görə, elektron sistemlərin tətbiqi istiqamətində müəyyən addımlar atılsa da, sənədləşmə və hesabat proseslərində hələ də ənənəvi üsullardan geniş istifadə olunur. Bu sahədə rəqəmsal həllərin genişləndirilməsi həm idarəetməni asanlaşdıra, həm də əlavə bürokratik yükü azalda bilər: “Tələbələrin nəzəri biliklərlə yanaşı, real iş mühitində təcrübə qazanması da mühüm məsələlərdəndir. Hazırda bir çox tələbənin istehsalat təcrübəsi formal xarakter daşıyır. Halbuki universitetlərlə müəssisələr arasında daha səmərəli əməkdaşlıq qurularsa, tələbələr hələ təhsil aldıqları müddətdə praktiki bacarıqlar əldə edə bilərlər. Bu isə məzunların əmək bazarına uyğunlaşmasını və işə qəbul imkanlarını artırar”.

Deputat müəllimlərin sosial rifahının yaxşılaşdırılmasını da təhsil siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Onun sözlərinə görə, son illərdə bu sahədə mühüm addımlar atılıb, lakin müəllimlərin qarşılaşdığı bir sıra məsələlərin həlli hələ də gündəmdədir.

"Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb" - <span style="color: #ff0000;">Qüdrət Həsənquliyev</span>

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
 
Moderator.az müsahibəni təqdim edir:
 
- Qüdrət bəy, ilk olaraq İran-Azərbaycan münasibətlərinə toxunaq. Möhsün Rezayinin Şahin Mustafayevlə o formada görüşməsi nə deməkdir?
 
- İslam Respublikası İranda görünür bəzi vəzifəli şəxslər qonaqla bağlı müqddəs kitabımız Quranda yazılanları, Peğəmbərin (s) hədislərində deyilənləri yaxşı öyrənməyiblər. İranda qadına əl uzatmırlar. Şahin Mustafayev onu müsəlman və kişi bilib, əl uzadıb.Türk kişiləri başqa cür görüşürlər, Pezeşkianla Əliyevin görüşü buna nümunədir. Rezayi Mustafayevlə əl tutub görüşmək istəmirdisə, daha ədəbli davranış o olardı ki, protokol xidməti öncədən bu barədə məlumatlandırılardı.
Təəssüf ki, İranda Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən, farsist dairələr var. Ümid edirəm İranda qonşularla dostluq və əməkdaşlıq şəraitində yaşamağa üstünlük verən qüvvələr sonda qalib gələcək, əsas söz sahibi olacaqlar.
 
- Türkiyə ilə aramızda nə baş verir?
 
- Türkiyədə də bəzi ədəbsiz "islamçı" dairələr Azərbaycanın dövlət başçısına qarşı tərbiyəsiz davranış nümayiş etdirir, aksiya keçirirlər. Onlar "islam təəssübkeşi" kimi çıxış edir, bizi nankorluqda, İsraillə əməkdaşlıqda ittiham edirlər. İslami dəyərlər, ümumbəşəri ali insani dəyərlərdir. Azərbaycan işğala məruz qalanda biz Fələstinin, çoxsaylı müsəlman ərəb ölkələrinin hayqırtısını, etirazını görmədik, dəstəyini hiss etmədik, əksinə, Ermənistanla onların əməkdaşlığını gördük. 7 oktyabr 2023-cü ildə HƏMAS Qəzza zolağından İsrailə hücum edib günahsız 1200 insanı, musiqi festivalına toplaşmış gəncləri amansızcasına qətlə yetirəndə, gənc qızları, yaşlı qadınları zorlayanda, 250 nəfəri girov götürəndə regionun müsəlman dövlətlərinin bu vəhşiliyi qınayan və HƏMAS-la əməkdaşlığa son qoyan mövqelərini görmədik. Onlar bunu etsəydilər İsrail Qəzzada humanitar fəlakətə yol açan qəddarlıq nümayiş etdirəndə onların İsrailə söz demək haqqı və ona təsir imkanı olardı. Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb. Fələstin problemi ilə bağlı iki dövlət həll prinsipini həmişə dəstəkləyib. Müsəlman dövlətlərin liderləri bir milyon müsəlmanı ev-eşiyindən didərgin salan Ermənistan rəhbərləri ilə ağız-ağıza öpüşəndə, heç kim bizə müasir silahlar satmayanda İsaril bizə silah satıb, yəhudu diasporası Qərbdə bizi dəstəkləyib. Bu gün biz bunu unudub, İsrailin haqqını yerə vursaq, sabah ən yaxın qardaşlarımızın da haqqını itirəcəyik.
Türkiyədəki bəzi öyrədilmiş "islam təəssübkeşləri" bizim Türkiyənin 44 günlük savaşda bizə verdiyi dəstəyi qiymətləndirə bilmədiyimizi söyləyirlər. Prezident son 6 ildə neçə yüz dəfə Türkiyəyə bizə verdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını ən yüksək səviyyədə ifadə edib? Həm də beynəlxalq tribunalardan. İslamda etdiyin yaxşılığı başa qaxmazlar. Bu günah sayılır. İslamı istismar edən bu nadanlar heç dinimizi də yaxşı öyrənməyiblər. Azərbaycanda heç kim ölkəmizin Türkiyə üçün etdiyini başa qaxmayıb. Çünki biz dünyəvi dövlətə sahib olsaq da daha səmimi müsəlmanıq, bu, bizim qardaşlıq borcumuzdur. Türkiyə Azərbaycan qardaşlığı isə əbədidir. Çünki Türkiyə biz, biz də elə Türkiyəyik.

Formula 1 üzrə Azərbaycan Qran-prisini 17 mindən çox xarici azarkeş izləyib - <span style="color: #ff0000;">FOTO</span>

Bakıda keçirilən 10-cu yubiley Azərbaycan Qran-prisi xarici azarkeşlərin sayı və bilet satışı üzrə rekord göstəricilərlə yekunlaşıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
 
Məlumata əsasən, yarış tarihində ilk dəfə 17 mindən çox xarici azarkeş Formula 1 həyəcanını Bakı Şəhər Halqasının tribunalarından canlı izləyib. Qran-pri üçün satışa çıxarılan bütün biletlər tam satılıb və dörd gün ərzində ümumilikdə 92 minə yaxın ziyarət qeydə alınıb. Biletlər 120-dən çox ölkənin vətəndaşları tərəfindən alınıb, xüsusilə Çindən gələn azarkeşlərin sayında kəskin artım müşahidə olunub.
 
Artan tələbatı qarşılamaq üçün son üç ildə dörd yeni tribuna quraşdırılıb və tribunaların ümumi tutumu 6 mindən çox artırılaraq 21 mini keçib. Bakı Bulvarındakı əyləncə zonasını gündəlik 25 mindən çox azarkeş ziyarət edib, ikigünlük konsert proqramı isə 40 minə yaxın tamaşaçı toplayıb.
 
Yubiley yarışını 300-ə yaxın yerli və xarici media nümayəndəsi işıqlandırıb, mətbuatda Azərbaycan mədəniyyəti və milli ənənələri haqqında da reportajlar təqdim olunub. Qran-pri 56 xarici televiziya kanalı və platformada canlı yayımlanıb.
 
Nəqliyyatın hərəkətini təmin etmək üçün mərkəzdə yeni tranzit dəhliz istifadəyə verilib, yarış başa çatdıqdan dərhal sonra isə söküntü işlərinə başlanılaraq yollar mərhələli şəkildə açılıb.

Qanunsuz plastik əməliyyat edən <span style="color: #ff0000;">iki həkim cəzalandırıldı</span>

Sentyabr ayı ərzində 13 klinika barədə inzibati tənbeh tədbiri seçilərək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsaslanan protokollar tərtib edilib.
 
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Moderator.az-a bildirilib ki, 2 ümumi cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə sahəsində fəaliyyət göstərməsi faktı aşkar edilib.
 
Qeyd olunub ki, bu faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 2 protokol tərtib edilib və müvafiq icraata göndərilib.
 
Ümilikdə, stomatoloji fəaliyyətlə bağlı cari ilin sentyabr ayı ərzində 7 protokol tərtib edilib. Onlardan 5-i İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə, 2-i isə 215.1-ci maddəsi ilə tərtib edilib.
 
Bildirilib ki, tibbi və estetik xidmətlər sahəsində qanun pozuntularının aşkarlanması və aradan qaldırılması istiqamətində nəzarət tədbirləri davam etdirilir. AEM vətəndaşların müraciətlərini müəyyən edilmiş qaydada obyektiv və operativ şəkildə araşdırır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görür.

Ruslan Paşayev dünya çempionatında mübarizəni dayandırdı -<span style="color: #ff0000;"> YENİLƏNİB</span>

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
 
Moderator.az xəbər verir ki, idmançı 1/8 finalda italiyalı Valerio Akkolyiyə uduzub.
 
Qeyd edək ki, idmançımız 1/16 finalda türkmənistanlı Serdar Rahimovu mübarizədən kənarlaşdırmışdı.
 
11:44
 
Ruslan Paşayev dünya çempionatında 1/8 finala yüksəlib.
 
Moderator.az xəbər verir ki, Azərbaycan cüdoçusu Ruslan Paşayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
 
66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda türkmənistanlı Serdar Rahimovu məğlub edib.
 

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda qeydiyyatda olan pensiyaçıların ödənişinin oktyabrın 20-dən ödənilməsi nəzərdə tutulub.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
 
Bildirilib ki, ünvanlı dövlət sosial yardım və təqaüdlər isə bu ayın 23-dən gec olmayaraq ödəniləcək.
 

Bakıda leysan yağacaq, şimşək çaxacaq - <span style="color: #ff0000;">PROQNOZ</span>

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 70-80% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

Bakıda məktəbin qarşısında dəhşət: <span style="color: #ff0000;">18 yaşlı gənc öldürüldü</span>

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.
 
Moderator.az "Bakupost"a istinadla xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.
 
Əraziyə polis əməkdaşları cəlb olunub.
 
Hadisənin təfərrüatları hələlik məlum deyil.
 
TƏBİB-dən cavab olaraq bildirildi ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:
 
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
 
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".
 

Ramil Usubovun dünyasını dəyişən kürəkəni ilə bağlı <span style="color: #ff0000;">DETALLAR</span>

Ramil Usubovun kürəkəni, polis mayoru Kamran Xankişiyev bu gün – oktyabrın 5-də vəfat edib.
 
O, qəfil dünyasını dəyişib. İlkin məlumatlarda ölümün ürək tutması nəticəsində baş verdiyi bildirilir. Kamran Xankişiyevin iki övladının olduğu qeyd edilir.
 
Xankişiyev uzun illər Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin 2007-ci il tarixli sərəncamı ilə Kamran Bəylər oğlu Xankişiyev “İgidliyə görə” medalı ilə təltif edilib.
 
2010-cu ildə DİN-in mətbuat xidmətinə istinadən yayılan məlumatda onun Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı və polis mayoru olduğu bildirilib.
 
Kamran Xankişiyevin adı həmin illərdə baş vermiş bir hadisə ilə də mediada hallanıb. DİN-in açıqlamasına əsasən, o, tabeliyində olan silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Nazirlik bəzi media orqanlarında hadisənin ilkin olaraq fərqli şəkildə təqdim edildiyini bildirib. Faktla bağlı toplanmış materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərildiyi açıqlanıb.
 
Sonrakı illərdə Xankişiyevin dövlət strukturlarında fəaliyyətini davam etdirdiyi barədə məlumatlar yayılıb. Müxtəlif media materiallarında onun Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasında çalışdığı da qeyd olunub. /Bakıvaxtı.az/

Bir milyardlıq müflisləşmə - <span style="color: #ff0000;">Vətəndaşların 400 milyon manatı necə batdı?</span>

“Bu gün “Bank Standard”ın müflisliyinin 10 ili tamam olur. Bəli, ondan əvvəl də, sonra da banklar müflis olub. Lakin bu, ən böyük müflislik idi. Həmin dövrdə bu bank əmanət həcminə görə birinci yerdə idi. Müflisliyin miqyası da fantastik idi – 1,2 mlrd manat yoxa çıxmışdı. Müflisliyin təqsirkarları çox idi: səhmdarlar, idarəçilər, Mərkəzi Bank və KPMG audit şirkəti. Heç kəs məsuliyyətə cəlb olunmadı”.
 
Bu barədə tanınmış vəkil Əkrəm Həsənov öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, vətəndaşların “Bank Standard” müflis olan zaman 400 milyon manatdan çox pulu batıb:
 
Xatırladıram ki, hələ 2015-ci ilin sonundan başlayaraq bu bank əmanətləri qaytarmırdı. Amma müştəriləri sakitləşdirdilər ki, hər şey yaxşı olacaq. Bankda müvəqqəti inzibatçılıq təyin olundu, dövlət ona vəsait ayırdı, amma həmin pulların da taleyi naməlum qaldı. 2016-cı ilin sentyabrında Mərkəzi Bankın sədri Elman Rüstəmov bu məsələdə də xalqı aldatdı: çıxış edib dedi ki, banka dəstək göstəriləcək, amma bir neçə gün sonra “Bank Standard” ləğv olundu. Təkcə vətəndaşların orada 400 mln manatdan çox pulu batdı. 
 
2017-ci ilin aprel ayında bankda pulu qalmış vətəndaşlar və şirkətlər, yəni kreditorlar məni Kreditorlar Komitəsinin sədri seçdilər (ictimai əsaslarla, yəni pulsuz fəaliyyət göstərirdim). Ölkə tarixində ilk belə hal idi. Komitənin vəzifəsi ləğv prosesinə nəzarət etmək idi. Ləğvedici isə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) oldu.
 
Qısa müddətdə müəyyən etdik ki, bank devalvasiya ilə yanaşı kimə gəldi böyük məbləğlərdə (yüz milyonlarla!) təminatsız kredit verməklə məşğul olub. Bankın borcluları arasında yüksək vəzifəli məmurlara yaxın bizneslər və s. var idi. Bankın vəziyyəti çoxdan pis olsa da, Mərkəzi Bank problemlərə göz yumub, auditor isə həqiqətə uyğun olmayan rəylər verib.
 
Bununla belə, bankın qaytarılmalı və satılmalı olan xeyli vəsaiti də var idi. Ümid edirdik ki, ƏSF vicdanla kreditləri qaytaracaq, əmlakları bazar dəyəri ilə satacaq. Lakin belə olmadı. Buna görə də Kreditorlar Komitəsini də neytrallaşdırdılar.
 
Həm bu bankda, həm müflisləşmiş digər banklarda ƏSF özbaşınalıq edir. Fəaliyyətinə də nəzarət yoxdur. Guya apellyasiya məhkəməsi nəzarət edir, amma formal bir şeydir: hətta rüblük ləğv planları bir illik gecikmə ilə məhkəmə tərəfindən təsdiq olunur. Məsələn, 2025-ci ilin IV rübünün planı 2026-cı ilin IV rübündə təsdiq olunur. Yəni bu, artıq plan da deyil, ədalət mühakiməsini ələ salmaqdır.
 
Bu nəzarətsizlik şəraitində ƏSF prosesi heç bir əsaslandırma olmadan uzadır. Çünki ləğv xərcləri bankın vəsaiti hesabınadır. Bu xərcləri də necə edir – bir Allah bilir, bir də ƏSF rəhbərliyi. Qohum-tanış üçün də yaxşı iş yeridir! Bu əsnada banka borclu olanlara əsassız güzəştlər edilir (elə bil dədələrinin puludur!), məhkəmələrdə iddialar iddia müddətinin buraxılması ilə qaldırılır, kreditorlar arasında vəsait cığallıqla bölüşdürülür və s. və i.a. Qeyri-şəffaflıq şəraitində nə istəyirlər edirlər.
 
Bütün bu hallar da ƏSF-ə 2020-ci ildən rəhbərlik edən Tural Piriyevin dövründə daha da şiddətlənib, qeyri-şəffaflıq pik həddə çatıb. BDU-nun hüquq fakültəsini birtəhər qurtarıb ölkənin ən aşağı səviyyəli hüquqşünaslarından biri idi. Amma yaxşı əlaqə qurmaq qabiliyyəti var. Bunun hesabına da yekunda ƏSF kimi ən “yağlı” yerin rəhbəri oldu. Nəzarət yox, əlində isə milyardlar. Banklarda pulu qalanlar isə hələ də ümid edir ki, onlara nə isə qaytarılacaq... /yenisabah/

Prezident hakim partiyanı cəbhəyə sürdü - <span style="color: #ff0000;">İdeoloji savaş başlanır</span>

YAP-ın VIII Qurultayı Azərbaycan siyasətində xeyli dəyişikliklərə səbəb olacaq. Göründüyü kimi, oktyabrın ikisində Prezidentin Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışı ölkənin gedişatını dəyişdirən, o cümlədən yeni siyasi vizyonu müəyyən edən ciddi açıqlamalarla yadda qaldı. Həmin məsələlər sırasında ön planda Prezident İlham Əliyev öz partiyası qarşısında qeyri-adi dərəcədə açıq tələb də qoydu. O, partiyasından tələb etdi ki, düzgün ideoloji işin qurulması ilə bağlı fəaliyyətini bu istiqamətdə həyata keçirsin, eyni zamanda yeni, müasir ideoloji işlər aparsın və şablonlardan, hesabat üçün keçirilən tədbirlərdən, formal xarakter daşıyan addımlardan uzaq durulsun.

Şübhəsiz ki, hakim partiyanın qurultayında dövlət başçısının bu cür tənqidi ton seçməsi təsadüfi ola bilməz. Çünki həmin nitqin arxasında Prezidentin toxunduğu nöqtələr bizim üçün də aydın bir təsəvvür yaratdı ki, çox ciddi, real təhlükələr var və biz onu üç istiqamətdə təhlil etməyə çalışmalıyıq:

İdeoloji təhdidlər nə səviyyədə dağıdıcı bir vəziyyətə gəlib?

Niyə bu mövzu məhz indi bu qədər aktuallaşıb?

Hakim partiyanın on minlərlə fəaldan ibarət olan üzvləri bu təhdidlərə qarşı hansı cür səfərbər ola bilərlər?

Çox zaman ideoloji təhdid anlayışına mücərrəd və başa düşülməyən ifadə kimi yanaşırlar. Tank, raket, sərhəd pozuntusu, açığı, müharibənin özü də göz qarşısında olur. İdeoloji təsir isə görünməzdir, dövləti içindən yeyən və onun asta-asta, zaman ərzində dibini çürüdüb yıxan çox dəhşətli bir silahdır. Məhz bu görünməzlik onun ən böyük təhlükəsini özündə əks etdirir. Hərbi hücum cəmiyyəti birləşdirir. Məsələn, Qarabağ cəbhəsində Azərbaycanın hər cür ideoloji kəsiminə mənsub olan şəxslər vahid bir amal uğrunda birləşdi, hətta şəhid oldular, savaşdılar, qazi oldular. İdeoloji hücum isə cəmiyyəti daxildən parçalayır. Eyni zamanda cəmiyyəti həm bir-birinə qarşı qoyur, həm də dövlət və cəmiyyət arasında böyük uçurum yaradır. Nəticədə dövlət xaricdən heç bir təsir olmadan, ciddi güllə atılmadan zəifləyir.

2020-ci illə 2026-cı il Azərbaycan cəmiyyəti arasında müqayisə aparsaq, görərik ki, Azərbaycan cəmiyyəti indi daha çox bir-birinə qarşı münasibətdə aqressivdir və bir sıra ciddi məsələlər var ki, onun üzərindən barışmaz mövqe nümayiş etdirməyə başlayır. Bu da sözügedən xarici mənşəli, dağıdıcı ideoloji fəaliyyətlərin nəticəsidir. Tarix bunun acı nümunələri ilə doludur. Onların ən yaxını elə bizim öz keçmişimizdə də yer alıbdır. 1988-ci ildə Qarabağda separatçı hərəkat ilk olaraq başlayanda heç də silahla meydana çıxmadı. Ondan əvvəl illərlə tarixi saxtalaşdırdılar, sovet mətbuatında Ermənistanı müdafiə edən yazılar yazdılar, Azərbaycan haqqında yanlış fikirlər formalaşdırdılar. Bütün bunların hamısı nəticədə elə bir şərait ortaya çıxartdı ki, Azərbaycan bunun heç birinə cavab verəcək səviyyədə olmadı. Mərkəzi televiziya ancaq Ermənistanın mövqeyini müdafiə etdi, Azərbaycanla bağlı həqiqətləri görməzdən gəldilər. Və bu ideoloji məğlubiyyət həmin o Qarabağ müharibəsində hərbi məğlubiyyətdən əvvəl baş vermişdi. Nəticədə Azərbaycan özünün ən dəyərli torpaqlarının bir hissəsini, o cümlədən onun 30 illik işğalı faktı ilə üzbəüz qaldı. Ona görə həmin dərs bugünkü nəsillər üçün çox önəmlidir və torpaq itkisi çox vaxt birinci həmin o ideologiyanın və fikrin itkisi ilə başlayır.



2014-cü ildə Krım hadisələri müasir dövrün ən çox öyrənilən nümunəsidir. Yarımadanın ilhaqından əvvəl uzun müddət rusdilli mediada yerli əhaliyə Kiyev hakimiyyətinin onlar üçün çox təhlükəli olduğu təlqin olundu. Hadisələr başlayanda artıq cəmiyyətin mühüm bir hissəsinin düşüncəsi Rusiyaya müsbət şəkildə dəyişmişdi. Donbas prosesi də onun nəticəsində baş verdi və daha öncə Rusiyanın informasiya işğalına məruz qalan ərazidə silahlı münaqişə başladı, bu da artıq neçə illərdir davam edən müharibələrin səbəbi oldu. Şübhəsiz ki, hazırkı dönəmdə hibrid müharibə anlayışını hər kəs vurğulayır. İnformasiya əməliyyatı artıq hərbi əməliyyatların hazırlıq mərhələsi, ya elə hərbi əməliyyatların gedişində də ən çox istifadə olunan üsullardan biridir.

İdeoloji təhdid çox dağıdıcı bir səviyyəyə gəlib çatıbdır. Birinci, etimad anlayışını sıradan çıxardır. Cəmiyyət öz dövlətinə inanmamağa başlayır. Nəticədə düzgün qərarlara belə həmişə şübhə ilə yanaşır. Bu prosesin ikinci hissəsində tarixi yaddaşın silinməsi kimi ciddi məsələ dayanır. Məsələn, əldə olunmuş qələbəni dəyərsizləşdirmək, şəhidlərin xatirəsini kölgədə qoymağa çalışmaq, keçmişin dərslərindən ibrət almamaq, ölkənin gələcək potensialını bu istiqamətdə səfərbər etməmək kimi məsələlər gələcəkdə ölkənin müqavimət qabiliyyətini zəiflədir. Üçüncü hədəf, əlbəttə, cəmiyyətdaxili həmrəylikdir. Din, etnik, regional fərqlərə görə, Azərbaycanda qrupları bir-birinə qarşı xaricdən qoymağa çalışan kifayət qədər sosial media kanalları açılıbdır və bu, Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə duruşuna ciddi zərər verməyə hesablanıbdır. Azərbaycanın multikultural modeli məhz onun qarşısını almaq üçün ən gözəl sipərlərdən biridir.

İndi bizim çox mürəkkəb coğrafiyamız var. Ölkənin şimalında Rusiya–Ukrayna savaşı gedir, ölkənin cənubunda Birləşmiş Ştatlar–İsrail–İran müharibəsi və yaxın coğrafiyalarda bir sıra kiçik toqquşmalar davam eləməkdədir. O baxımdan Azərbaycanın ideoloji təhlükəsizliyi bu coğrafiya üçün xarici siyasətdən ayrılmayacaq qədər mühüm bir məsələyə çevrilibdir. Ölkə, əlbəttə, üç böyük mədəni və siyasi orbitin qovşağındadır. Şimalda Rusiya keçmiş sovet məkanını öz təsir ərazisi hesab edir və burada özünün sərbəst hərəkət imkanlarına üstünlük verir, rusdilli informasiya mühiti vasitəsilə cəmiyyətin bir hissəsini manipulyasiya eləməyə çalışır, daimi orada öz təsirini qorumaq istəyir. Cənubda İran dini kimlik üzərindən Azərbaycanda geniş bir iş aparmağa cəhd edir və Azərbaycan dilində başlatdığı o İran dini ideologiyasının təsir imkanlarını ölkəmizdə yaymağa, Azərbaycanı da təxminən Suriya, Livan, Yəmən kimi ölkələrdə yaratdığı proksilərin vəziyyətinə salmağa çalışır.

Unutmaq lazım deyil ki, Prezident bu reallığı açıq şəkildə dedi: böyürümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ölkənin adı çəkilmir, amma artıq hər kəs üçün aydındır ki, İran dövləti tərəfindən, eləcə də digər qonşu dövlətlər tərəfindən Azərbaycan dilli kanallar vasitəsilə illərdir Azərbaycan auditoriyasına ünvanlanmış hücumlar həyata keçirilir və bunu incə təbliğatlar vasitəsilə digər məqsədləri pərdələyərək həyata keçirməyə çalışırlar. Unutmaq lazım deyil ki, 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum informasiya təxribatının səviyyəsini göstərirdi və bunun sonrakı periodda necə bir qarşıdurma mühiti yaratdığını da biz görmüş olduq. Qərb istiqamətində də təzyiq davam eləməkdədir. Şübhəsiz ki, burada əsas alətlər parlament qətnamələri, beynəlxalq təşkilatlarda həyata keçirilən kampaniyalardır və yaxud da Azərbaycan əleyhinə olan qüvvələrin maliyyələşdirdiyi fondlar vasitəsilə həyata keçirilən hücumlardır, o cümlədən unutmaq lazım deyil ki, güclü diaspora lobbisinin formalaşdırdığı media gündəmidir. Ermənistan sərhədindən o tərəfdə revanşist dairələr hələ də qalmaqdadır. Prezident hətta çıxışında bildirdi ki, biz Ermənistanın indiki hakimiyyətinin əvvəlki dönəmini də xatırlayırıq. Yəni bunları unutmaq lazım deyil və Prezidentin qurultayda dediyi bu məsələlər içərisindəki nitqi önəmli məna daşıdı ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Azərbaycan ideologiyasının dayağı real hadisələrdir, yəni qalibiyyətdir, qələbədir; uydurulmuş tarixlə, nağıllarla ölkənin düşüncəsini pozmağa ehtiyac yoxdur.

Bəs nə üçün bu dönəmdə artıq bu məsələlər bu qədər aktual oldu? Bax, bu məsələlərin bir neçə ciddi səbəbi var və onlar, əlbəttə ki, bir-biri ilə sıx şəkildə bağlıdır: İlk səbəb ondan ibarətdir ki, müharibədən sülhə keçid mərhələsini yaşayır cəmiyyətimiz. Müharibə dövründə cəmiyyət vahid məqsəd ətrafında birləşmişdi. Demək olar ki, xaricdən Azərbaycana edilən hücumlar heç bir nəticə vermirdi və təsirsiz qalırdı. Sülh dövründə isə artıq post-münaqişə dönəminin öz psixologiyası işə düşür və bu, başqa təsirlərin yayılmasına müəyyən qədər də şərait yaradır. Çünki ortaq düşmən obrazının zəifləməsi cəmiyyətdə başqa problemləri istər-istəməz aktuallaşdırır, cəmiyyət bir az daxili məsələlərə fokuslanır. Nəticə etibarilə xarici ideoloji mərkəzlər ölkələrə daha çox müharibədən sonrakı dönəmlərində, yəni ölkələrin həssas və zəif dönəmlərində yaxınlaşmağa çalışırlar. Azərbaycan bu mənada keçid dövrünü yaşayır və Azərbaycan bu keçid dönəmi qələbədən əldə etdiyi o enerjinin sərf olunduğu dönəmdən keçir. Bu, cəmiyyətdə həm də pasifizmin möhkəmlənməsi, emosional əhval-ruhiyyənin sabitləşməsi və bizim gələcək həyatımızı dövlət olaraq, xalq olaraq necə seçəcəyimiz mərhələsinə qədəm qoymuşuq. Bu məsələdə artıq hərbi meydanda uduzanlar ideoloji meydanda ölkəni işğal eləməyə, parçalamağa çalışırlar.

İkinci səbəb Azərbaycanın artan geosiyasi çəkisidir. Prezident də bir müddət əvvəl qeyd etdi ki, rəsmi şəkildə ölkəni orta güc elan etdi və bu gün Orta Dəhliz adlanan Şərq–Qərb nəqliyyat marşrutunun açarı Azərbaycanın əlindədir. Biz artıq Zəngəzur dəhlizi məsələsi ilə, sonra Avropaya enerji ixrac eləməyimiz, 2024-cü ildə Bakıda keçirilən COP29 tədbiri ölkənin bu proseslərin içərisində əsas oyunçu olduğunu meydana çıxartdı, elan etdi. Bu artıq yeni mövqedir və Azərbaycanın müstəqil siyasətindən narazı çox böyük qüvvələr var. Onlar Azərbaycanın bu müstəqil siyasətini bloklamaq və informasiya hücumu ilə zəif salmaq üçün bu intensiv hücumlara başlayıblar.

Üçüncü səbəb artıq regiondakı böyük güclərlə münasibətlərdə yaranan gərginlikdir. Uzaq tarix deyil ki, Azərbaycan Hava Yollarına məxsus olan təyyarə Rusiya ərazisində atəşə tutuldu, qəzaya uğradı, Bakı ilə Moskva arasında münasibətlər kəskinləşdi. Və bundan sonra şübhəsiz ki, Azərbaycan Rusiyanın humanitar və media fəaliyyəti ilə bağlı ciddi addımlar atdı və bunlar Azərbaycanın ideoloji özünümüdafiə sahəsində ən mühüm hesab olunan yanaşmalarından idi. İranla münasibətlərdə bilirik ki, uzunmüddətli müəyyən gərginlik var və bu mənada informasiya, xüsusən də orada Azərbaycan əleyhinə danışan qrupların ruporuna çevrilibdir.

Dördüncü səbəb texnoloji inqilabdır. Süni intellekt elə bir səviyyəyə gəlib çatıb ki, saxta video, saxta səs yazıları ilə sosial şəbəkə alqoritmlərindən ölkənin sosial media istifadəçilərinə ötürürlər ki, onlarda qəzəb yaransın, o məzmunları aqressivləşdirirlər. Saxta hesabların paylaşımları bəzən bir neçə milyonu keçir və gün ərzində yüzlərlə saxta hesab ictimai rəy formalaşdırmağa çalışır. Əvvəllər informasiya televiziya kanalında, qəzetdə həyata keçirilirdi və kifayət qədər çox maliyyə tələb edirdi. İndi bir neçə nəfər və alqoritmlərin kodlaşması kifayətdir ki, hücumları rentabelli, dərhal həyata keçirsinlər. Prezidentin dediyi də məhz bunlarla bağlıdır: harada Azərbaycan dilində resurs yaradıblarsa, deməli, onun məqsədini dərhal bilməliyik.

Beşinci səbəb nəsil dəyişikliyidir. Yəni bu gün Azərbaycan əhalisinin böyük hissəsi 90-cı illərin xaosunu görməyibdir və işğal dövrünün ağrısını şəxsən yaşamayan gənclikdir. Onlar informasiyanın haradan əldə edildiyi və məqsədinin nə olduğu məsələlərində, demək olar ki, məlumatsızdırlar və istər-istəməz rəsmi mediaya inam məsələsində bu yanaşmaların, hekayələrin tarixindən xəbərsizdirlər. Ona görə bilmirlər ki, o düşmən hücumlarında məqsəd nədir. Axı indi Prezident ona görə deyir ki, bu nəslin tarixi yaddaşını formalaşdırmaq lazımdır. Bu tarixi yaddaşı kim formalaşdıracaq: Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti, yoxsa zorla bizim gündəmə sırınan, xarici mərkəzlərdə hazırlanan məsələlər? Bax, sual bu şəkildə qoyulur.

Belə bir təhdidə qarşı mübarizədə hakim partiyanın rolu nədir? Prezident cavabı aydın verdi ki, bu iş, ümumiyyətlə, fiziki təhlükəsizlik qədər önəmlidir. Yəni Yeni Azərbaycan Partiyasının üzvləri bu savaşın əvvəlində getməlidir. Bu artıq yeni bir cəbhədir və burada çox ciddi şəkildə müharibə gedir. Partiyanın üstünlüyü onun miqyasının böyük olmasındadır. Ölkənin hər şəhərində, ölkənin hər rayonunda, ölkənin hər idarəsində, strukturunda, təşkilatında, demək olar ki, partiya strukturu mövcuddur və bu partiyanın fəalları var: gənclər var, qadınlar var, ağsaqqallar var. Bu şəbəkədə müəllimlər ordusu yer alır, bu şəbəkədə həkimlər var, mühəndislər, tələbələr, sahibkarlar fəaliyyət göstərir. Onlar cəmiyyətin içərisindədirlər və onların hamısı, böyük əksəriyyəti olduqca nüfuzlu şəxslərdir. Düzgün iş qurulduqda, təşkil olunduqda onlar bir ordu kimi həmin o ideoloji cəbhənin önünü təşkil edəcəklər.

Problem isə Prezidentin göstərdiyi nöqtədədir: indi informasiya müharibəsi tamamilə başqa qaydalara keçir. Burada saatın da, hətta dəqiqənin də həlledici olduğunu görürük. Yalan xəbərlər yayılır, artıq bir neçə gün sonra təkzib verirsənsə, gecikirsən. Burada rəsmi dövlət qaydası, protokol siyasətinin yeri yoxdur. Mütləq şəkildə fərdlərin, o siyasi nümayəndələrin, toplumun real şəkildə, emosional olaraq fəaliyyət göstərdiyi bir meydan yaranıbdır.

Partiyanın yeni ideoloji işi bir neçə istiqamətdə qurulmalıdır:

Əlbəttə, partiya rəqəmsal hazırlığını yüksək səviyyədə tutmalıdır və Gənclər Birliyinin minlərlə üzvü sosial şəbəkələrdə dezinformasiya ilə bağlı maarifləndirmə işi görməlidir.

Dezinformasiyanı necə tanımaq lazımdır, saxta məzmunu necə ifşa eləmək lazımdır - bunun üçün böyük təlimlər keçirilməlidir. Burada məqsəd eyni mətnin yüzlərlə hesabdan təkrarlanması olmamalıdır. Bu fəaliyyət, şübhəsiz ki, auditoriya tərəfindən trol fəaliyyəti kimi qəbul olunur. Amma bunlara ehtiyac yoxdur; fərdi qaydada Azərbaycanı müdafiə edəcək yüz minlərlə vətənpərvər şəxs var və bunu tapmaq mümkündür. Sadəcə, prosesi normal təşkil eləmək lazımdır.

İkinci istiqamət analitik bazadır. Xarici mediada Azərbaycan haqqında yayılan yanlış iddialara sürətli və əsaslandırılmış cavab vermək lazımdır. Bunun üçün tarix, geosiyasət, beynəlxalq hüquq və informasiya təhlükəsizliyi mütəxəssislərindən ibarət mərkəzə ehtiyac var. Almaniyada hər parlament partiyasının yanında fəaliyyət göstərən siyasi fondlar var və bu, fəaliyyətin çox uğurlu modelidir. Onlar araşdırmalar aparırlar, gənc liderlər yetişdirirlər, partiyanın ideoloji mövqeyini gücləndirirlər. Belə mərkəzin məhsulları Azərbaycan dili ilə məhdudlaşdırıla bilməz; bunlar ingiliscə, rusca, fransızca, ərəbcə, farsca məzmunlar hazırlamalıdır və artıq həmin dillərə keçid etmə zamanıdır.

Üçüncü istiqamət yerli səviyyədir. Rayon təşkilatları formal tədbirlərdən xilas olunmalıdır. Gənclərlə açıq görüşlər keçirilməlidir, azad ərazilərə səfərlər təşkil olunmalıdır, şəhid ailələri ilə birgə yaddaş layihələri həyata keçirilməlidir, məktəblərdə media savadlılığı dərsləri müəyyən dərsin tərkib hissəsi kimi tədris olunmalıdır. Finlandiya təcrübəsi dezinformasiyaya qarşı körpə uşaqları hazırlamaqla prosesə start verir. Ölkə media savadlılığını təhsil proqramına daxil edib və illərdir Avropa media savadlılığında birinci yerdədir.

Dördüncü istiqamət din və etnik həssaslıqla bağlıdır. Xarici təbliğat çox vaxt dini hisslərə toxunur, etnik məsələlərə fokuslanır. Partiya fəalları bölgələrə getməlidir, dini icmalarla iş aparmalıdırlar, müxtəlif etnik qruplarla dialoqu gücləndirməlidirlər ki, onların yad təsirlərinin qarşısını ala bilsinlər və müzakirələrlə proseslərdə ciddi uğurlar əldə eləsinlər. Azərbaycanın dünyəvi və multikultural modeli bu ideoloji siyasəti qoruyan ən güclü silahdır.

Türkiyə təcrübəsi də çox önəmlidir. Partiya ilə dövlət strukturları əlaqələndirilibdir. Ankara 2018-ci ildə Prezidentliyin Kommunikasiya İdarəsini təsis etdi, 2022-ci ildə Dezinformasiya ilə Mübarizə Mərkəzi yaratdı. Dövlət mərkəzi koordinasiyanı və sürətli təkzibləri təmin eləməlidir. Hakim partiya dərhal cəmiyyətlə canlı əlaqəyə çıxmalıdır, yerli səviyyədə mesajlar yaymalıdır. Sinqapurda hakim partiya onillərdir ki, çoxetnoslu cəmiyyətdə milli birlik ideyasını əsas siyasi dəyər kimi çatdırır, təbliğ edir və xarici təsirlərə qarşı müdafiəni vətəndaş kimliyi üzərindən qurur.

Bu sistemdə dövlətlə partiyalar arasında koordinasiya mexanizmi xüsusi əhəmiyyət daşıyır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi məhz bu körpü rolunu oynayır. Şöbənin əsas vəzifəsi Prezident Administrasiyası, siyasi partiyalar və Milli Məclis arasında əməkdaşlığın tənzimlənməsidir. Son illər bu sahədə görülən iş yeni mərhələnin təməlini qoyub. 2022-ci il dekabrın 16-da Milli Məclis "Siyasi partiyalar haqqında" yeni qanun qəbul etdi. Qanun qeydiyyat həddini 1000 üzvdən 5000-ə qaldırdı. Rəqəmlər partiya sisteminin artıq dəyişməyə başladığını göstərdi. 2022-ci ildə ölkədə 59 partiya var idi. Qanun qüvvəyə mindikdən sonra 33 partiya fəaliyyətini dayandırdı və 26 partiya qeydiyyatdan keçdi. Say daha az olsa da, real üzvlüyə əsaslanan partiyalardır və bunlar sistemli dialoq qurma imkanına rəvac verdi. Şöbə bu yeni mühitdə partiyalarla müntəzəm iş həyata keçirir.

2024-cü ilin mayında siyasi partiyalar və dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması məqsədilə Milli Məclis aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının və digər qurumların iştirakı ilə partiyalarla geniş görüş təşkil olundu. Görüşdə partiyaların cəmiyyətdə artan rolu ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi qiymətləndirildi. Partiyalarla keçirilən fərdi görüşlərdə milli dialoqun, fundamental dəyərlərə həmrəyliyin təmin olunmasında siyasi partiyaların rolu xüsusi vurğulandı və bu xətt həmin o qurultayın nitqi ilə tam şəkildə üst-üstə düşür.

Qurultaydan sonra şöbənin qarşısında yeni vəzifələr dayanır. İdeoloji təhlükəsizlik mövzusunda partiyalararası konsensusun yaradılması bu vəzifələrin başında gəlir. Xarici müdaxiləyə qarşı mübarizə yalnız hakim partiyanın işi kimi qaldıqda cəmiyyətin bir hissəsi onu daxili siyasi proseslərin aləti kimi qəbul edir. Parlamentdə təmsil olunan bütün partiyaların ortaq mövqe sərgiləməsi bu məsələyə milli legitimlik verir. Milli Məclisdə informasiya təhlükəsizliyi, xarici maliyyələşmənin şəffaflığı, rəqəmsal mühitdə dezinformasiyaya qarşı mübarizə ilə bağlı qanunverici təşəbbüslər də şöbənin koordinasiya sahəsinə aiddir.

Bəli, VII Qurultay nitqi Yeni Azərbaycan Partiyasının qarşısında tarixi vəzifə yaradıb. 30 ildən artıqdır iqtidarda olan partiya artıq indi ideoloji təhlükəsizlik institutu kimi çıxış etməyə başlayır. 1988-ci ildə Azərbaycan ideoloji cəbhədə hazırlıqsız yaxalandı. 2020-ci ildə ölkə hərbi meydanda tarixi qələbə qazandı. İndi növbə üçüncü mərhələdədir. Bu qələbə artıq şüurlarda, informasiya məkanında, gələcək nəsillərin yaddaşında özünü göstərməlidir, qorumalıdır. Partiyanın fəallar ordusu formal tədbirlərdən çıxmalı, canlı ünsiyyətə keçməlidir. Şablondan faktla işləyən analitikaya keçid Azərbaycanın ideoloji sərhədlərini çox güclü müdafiə əsasında quracaq və dövlət sərhədləri qədər bu sahə kifayət qədər möhkəm olacaq.

Əziz Əlibəyli
beynəlxalq məsələlər üzrə ekspert

İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.
 
Moderator.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
 
Prezident İlham Əliyev səfirlə söhbət edib.
 
Ölkələrimiz arasında dost və qardaş münasibətlərin olduğunu deyən dövlətimizin başçısı iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığı genişləndirməyin, çox fəal siyasi dialoqu davam etdirməyin vacibliyinə toxundu. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd edib.
 
Azərbaycan Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
 
Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlətimizin başçısına çatdırıb.
 
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı, həmçinin dəvətə görə təşəkkür edərək, onu məmnunluqla qəbul etdiyini vurğuladı. Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.
 
Səfir uzun illər ərzində ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyərək, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylə çalışacağını bildirib.
 
Söhbət zamanı əlaqələrimizin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinin əhəmiyyəti vurğulanıb.
 
Turizm sahəsində əməkdaşlıq, o cümlədən turizmin təşviqi üçün qarşılıqlı şəkildə viza tələbinin aradan qaldırılması, Azərbaycanla Malayziya arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
 
Görüşdə, həmçinin təhsil sahəsində əlaqələrə toxunularaq, azərbaycanlı tələbələrin Malayziyada, Malayziyadan olan tələbələrin isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında ölkəmizdə təhsil aldıqları qeyd edilib.

Bağırsaq sağlamlığını səssizcə pozan vərdiş – <span style="color: #ff0000;">Xəbəriniz belə olmur</span>

Naharı müntəzəm olaraq buraxmaq bağırsaqların normal fəaliyyətinə mənfi təsir göstərə, lif çatışmazlığına və həzm problemlərinə səbəb ola bilər.

Moderator.az “EatingWell” nəşrinə istinadla xəbər verir ki, bağırsaq sağlamlığı təkcə qəbul edilən qidalarla deyil, həm də gündəlik həyat tərzi, yuxu, fiziki aktivlik və stress səviyyəsi ilə sıx bağlıdır.

Mütəxəssislər bildirirlər ki, nahar yeməyini arabir buraxmaq ciddi narahatlıq yaratmasa da, bunun davamlı vərdişə çevrilməsi həzm sisteminin fəaliyyətinə təsir göstərə bilər.

Lif çatışmazlığı riski

Nahardan imtina etmək gün ərzində liflə zəngin qidaların qəbulunu azalda bilər. Lif bağırsaqlarda faydalı bakteriyaların qidalanması və həzm sisteminin sağlam fəaliyyət göstərməsi üçün vacibdir.

Qastroenteroloq Rabia de Latourun sözlərinə görə, insanların böyük əksəriyyəti gündəlik lif ehtiyacını tam ödəmir. Halbuki meyvə, tərəvəz, paxlalılar, tam taxıllar və qoz-fındıq bu baxımdan mühüm qida mənbələridir.

Dietoloq Loren Manaker də qeyd edir ki, nahar bitki mənşəli qidaların və lifin gündəlik rasiona əlavə edilməsi üçün yaxşı fürsətdir. Bu yeməyin davamlı buraxılması həmin qidaların qəbulunu çətinləşdirə bilər.

Həzm sisteminin ritmi pozula bilər

Qidalanma rejiminin tez-tez dəyişməsi və yeməklər arasında uzun fasilələrin yaranması bəzi insanlarda bağırsaq fəaliyyətinin nizamını poza bilər. Nəticədə qəbizlik, şişkinlik və qarında dolğunluq hissi meydana çıxa bilər.

Mütəxəssislər bildirirlər ki, əsas məqsəd hər gün dəqiq eyni saatda yemək deyil, orqanizmin təbii ritminə uyğun, nisbətən sabit qidalanma rejimi yaratmaqdır.

Axşam daha çox yeməyə səbəb ola bilər

Naharı buraxmağın digər mümkün nəticəsi günün sonuna doğru aclıq hissinin güclənməsidir. Uzun müddət ac qalan insan axşam yeməyində daha çox qida qəbul edə və yeməyi sürətlə yeyə bilər.

Bu isə xüsusilə həzm problemlərinə meyilli insanlarda şişkinlik və narahatlıq yarada bilər.

Bağırsaqları qorumaq üçün nə etməli?

Mütəxəssislər həzm sisteminin sağlamlığını qorumaq üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edirlər:

  • Gün ərzində kifayət qədər su qəbul edin.
  • Meyvə, tərəvəz və tam taxıllar kimi lifli qidalara üstünlük verin.
  • Qidalanma rejiminizi mümkün qədər sabit saxlayın.
  • Qatıq, kefir və turş kələm kimi fermentləşdirilmiş məhsullardan istifadə edin.
  • Stressi azaltmağa çalışın.
  • Gəzinti və digər orta intensivlikli fiziki fəaliyyətlə məşğul olun.

Hər gün nahar etmək vacibdirmi?

Mütəxəssislərin fikrincə, arabir nahar etməmək özlüyündə ciddi təhlükə yaratmır. Əsas məsələ gün ərzində orqanizmin ehtiyac duyduğu lif və digər qida maddələrini almasıdır.

Bununla belə, naharın davamlı şəkildə buraxılması bəzi insanlarda qidalanma balansının pozulmasına, bağırsaq fəaliyyətinin zəifləməsinə və axşam həddindən artıq yeməyə gətirib çıxara bilər. Buna görə də sağlam həzm üçün balanslı və nisbətən müntəzəm qidalanma tövsiyə olunur.

33 ildən sonra Kəlbəcərdə yenidən müəllimliyə başlayan Yaqut Əkbərova: <span style="color: #ff0000;">"Mənim üçün böyük məsuliyyətdir"</span>

"Bu gün doğma torpaqda böyüyən uşaqlara dərs demək böyük qürur və məsuliyyətdir".
 
Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında müəllimlik karyerasına 1986-cı ildə Kəlbəcərdə başlayan, rayon işğaldan azad olunduqdan sonra Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətini bərpa edən Yaqut Əkbərova deyib.
 
Y.Əkbərova uzun fasilədən sonra doğma rayonda yenidən pedaqoji fəaliyyətə başlamağın onda böyük məsuliyyət hissi yaratdığını bildirib:
 
"İllər sonra Kəlbəcərdə sinfin qapısını açıb içəri daxil olmaq çox çətin idi. Bu gün doğma torpağımızda böyüyən uşaqlara dərs demək mənim üçün böyük qürur və məsuliyyətdir. Onların hər biri Kəlbəcərin sabahı, bu torpağın gələcəyidir".

Türkiyədə daha bir müğənni həbs edildi

Türkiyəli müğənni Nil Özalp İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində həbs edilib.
 
İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılan 20 şübhəlinin hamısı məhkəmənin qərarı ilə həbs olunub. Onların arasında Nil Özalp də yer alıb. Bununla da istintaq üzrə həbs edilənlərin sayı 85-ə çatıb.
 
Məlumata görə, sentyabrın 30-da keçirilən əməliyyat zamanı N.Özalp İstanbulun Kağıthanə rayonundakı evində saxlanılıb. Onun evində axtarış aparılıb. İstintaq zamanı müğənninin Pusula Portföy İdarə Heyətinin sədri Muhammed Yarızla bağlı sənədlərə sahib olduğu barədə məlumat əldə edildiyi bildirilib.
 
İstintaq kapital bazarlarında aparılan əməliyyatlarla yanaşı, terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması iddiaları üzrə davam etdirilir. Səlahiyyətli qurumların məlumatına görə, iş üzrə ümumilikdə 217 şübhəli müəyyən olunub.
 
Qeyd edək ki, fond araşdırması çərçivəsində müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup da günahlandırılır. /axsam.az/

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb.
 
Aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:
 
“İkisi də işləyir. Amma evə pul vermirlər. Maaş hara gedir, qadının xəbəri yoxdur. Soruşuram, evə ərzağı kim alır? Bazarlıq etmir. Maaş alır və kənara xərcləyir. Uşağa, evə pul xərcləmir. Mənəvi və maddi qadının yanında deyillər. Həyat yoldaşı öhdəliklərini yerinə yetirmirlər. Belə kişidən boşanmaq lazımdır. 
 
Uşaqlarına ərzaq almaya bilərsən? Qadın alır, bişirir, o da gəlib yeyir. Niyə demirsən ki, zəngin qadın deyiləm axı, kişi saxlayım?”. /axsam.az/

“MTV Azərbaycan”a yeni baş direktor təyin olunmayıb

“MTV Azərbaycan” telekanalına yeni icraçı direktor təyin olunması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.
 
Bu barədə Moderator.az-a “MTV Azərbaycan”dan məlumat verilib.
 
Bildirilib ki, bəzi media resurslarında Sevinc Tahirovanın “MTV Azərbaycan” telekanalının icraçı direktoru vəzifəsinə təyin edilməsi barədə yayılan xəbər yanlışdır.
 
“Sevinc Tahirovanın telekanalın icraçı direktoru vəzifəsinə təyin olunması ilə bağlı məlumat həqiqəti əks etdirmir”, – telekanaldan bildirilib.
 
Qeyd edək ki, bu gün bir sıra yerli media orqanları Sevinc Tahirovanın müvafiq əmrlə “MTV Azərbaycan”ın icraçı direktoru təyin edildiyi barədə məlumat yayıb.
 

Səfərbərlik Xidmətindən korrupsiya hesabatı - <span style="color: #ff0000;">144 nəfər prokurorluğa verildi</span>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin III rübünü əks etdirən statistik məlumatları açıqlayıb.
 
Qurumdan Moderator.az-a verilən məlumata görə, əvvəlki dövrdə olduğu kimi cari ilin 9 ayı ərzində Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətin keyfiyyətinin və effektivliyinin artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və şəffaflığın təmin olunması, habelə vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.
 
Belə ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 122 əməkdaş (onlardan 72-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış, 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.
 
Hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə aidiyyəti qanunvericilik və sahəvi normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilməsi nəticəsində həmin kateqoriyalı şəxslərə qarşı məsuliyyət tədbirləri sərtləşdirilmiş, hüquq-mühafizə orqanları ilə birgə onların yerlərinin müəyyənləşdirilib çağırışa cəlb olunması, barələrində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istiqamətində zəruri tədbirlər görülür və bu sahədə müsbət nəticələr əldə olunmaqdadır.
 
Tibbi şəhadətləndirilmə sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Ölkə Başçısının müvafiq Fərmanının icrasının təmini məqsədilə, 01 iyul 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir. Tibbi şəhadətləndirmə prosesində iştirak edən aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin elektronlaşdırılması, habelə bu sahədə həyata keçirilən institusional və təşkilati optimallaşdırma tədbirləri proseslərin daha səmərəli təşkili üçün əlverişli şərait yaratmışdır. Görülmüş bu tədbirlər korrupsiya risklərinin azaldılmasına, fəaliyyətin şəffaflığının və hesabatlılığının artırılmasına mühüm töhfə verməkdədir.
 
Cari ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq dövlət qurumları ilə rəqəmsal sahədə inteqrasiya proseslərinin keçirilməsi, bu çərçivədə müvafiq məlumatların real vaxt rejimində fasiləsiz əldə olunması qərar qəbuletmə prosesində operativliyin və obyektivliyin təmin edilməsinə xidmət edir.
 
Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmət keçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat” haqqında arayışlar, eləcə də tibbi şəhadətləndirilmənin nəticələri, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin edildikləri qoşun növləri barədə məlumatlar “MyGov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara təqdim olunur. Həmçinin, fərdi elektron səhifəsi (“MyGov” kabineti) üzərindən müvafiq müraciətlərin göndərilməsi və cavabların qəbulu təmin edilmişdir.
 
Eyni zamanda, Xidmətin fəaliyyətinin tənzimlənməsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə əlaqədar olaraq, cari ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası” qüvvəyə minmişdir.
 
Belə ki, cari ilin əvvəlindən 2011-ci il təvəllüdlü, sentyabr ayından isə 2009 və 2010-cu il təvəllüdlü vətəndaşların ilkin hərbi qeydiyyata alınma prosesi (bildiriş, qərarların qəbulu və bu barədə məlumatlandırma) və tələb olunan sənədlərin alınması tam olaraq elektronlaşdırılmış və bütün prosesin Mygov platforması üzərindən həyata keçirilməsi, ilkin hərbi qeydiyyata alınma vəsiqəsinin kağız daşıyıcısının ləğv edilməsi xidmətdə şəffaflığın və vətəndaş məmnunluğunun artırılmasına səbəb olmuşdur.
 
Rəqəmsal sahədə yeniliklərdən biri də vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində süni intellekt imkanlarından istifadə olunmasıdır. Belə ki, laborator və digər diaqnostik müayinələrin nəticələrinin süni intellektə əsaslanan qərar-dəstək sistemi vasitəsilə avtomatik təhlil olunması nəzərdə tutulur. Sistem hər bir göstəricini müvafiq normativ göstəricilərlə (reference) müqayisə etməklə yanaşı, bir neçə göstəricinin birgə təhlilini aparacaq və ayrı-ayrılıqda diqqətdən kənarda qala biləcək, lakin müəyyən xəstəliklərin əlaməti ola bilən göstərici kombinasiyalarını aşkarlayacaq. Bu yanaşma insan amilindən qaynaqlanan səhvlərin – yorğunluq, diqqətdən yayınma və ya çoxsaylı parametrlər arasındakı gizli əlaqələrin nəzərdən qaçırılması kimi halların qarşısının alınmasına imkan verəcək. Qeyd olunmalıdır ki, sistem yekun rəy verməyəcək, yalnız potensial risk profillərini, laborator və instrumental müayinələrin nəticələrindəki normadan kənarlaşma hallarını aşkarlayaraq həkim-ekspertin diqqətinə çatdıracaq və son qərar hərbi-həkim komissiyası tərəfindən qəbul ediləcək. Hazırda həmin proseslər aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.
 
Vətəndaşlara korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı mərkəzinə və ya info@seferberlik.gov.az elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.

Velosiped zolağı var, davamı yoxdur:<span style="color: #ff0000;"> Bakının ƏN PROBLEMLİ küçələri</span>

Bakıda son illərdə velosiped və skuter zolaqlarının sayı sürətlə artır. Şəhərin mərkəzində əvvəllər yalnız istirahət üçün istifadə olunan velosiped artıq nəqliyyat vasitəsinə çevrilməyə başlayıb. Ancaq velosiped sürənlərin ən çox səsləndirdiyi problem dəyişmir: zolaq bir küçədə başlayır, bir neçə yüz metr və ya kilometr sonra qəfil bitir, sürücü isə avtomobillərin hərəkət etdiyi hissəyə çıxmalı olur. Beləliklə, kağız üzərində böyüyən velosiped şəbəkəsinin əsas sınağı onun uzunluğu deyil, fasiləsiz olub-olmamasıdır.
 
Moderator.az Lent.az-ın bu mövzu ilə bağlı araşdırmasını təqdim edir:
 
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, 2024-cü ildə Bakıda mikromobillik zolaqlarının uzunluğu 35 kilometr idisə, 2025-ci ilin sonunda bu rəqəm təxminən 50 kilometrə çatıb. 2026-cı ilin iyulunda isə şəbəkənin uzunluğu 66,6 kilometr olub. Dövlət proqramında bu göstəricinin 100 kilometrə çatdırılması nəzərdə tutulur. AYNA özü də əsas məqsədin məhz mövcud zolaqları bir-birinə bağlamaq və “kəsintisiz mikromobillik şəbəkəsi” yaratmaq olduğunu bildirir.

Problem niyə yaranır?

Bakının küçələri velosiped infrastrukturu nəzərə alınaraq salınmayıb. Şəhərin bir çox hissəsində yolun eni, avtomobil parklanması, avtobus dayanacaqları, səki və intensiv avtomobil axını eyni məkana sıxışır. Buna görə yeni velosiped zolağı çəkiləndə bəzən avtomobil zolağı, parklanma yeri və ya piyada hissəsi ilə toqquşma yaranır.

Bunun ən aydın nümunələrindən biri Rəşid Behbudov küçəsidir. Burada ikitərəfli velosiped zolağının bir hissədə daralaraq birtərəfli və daha ensiz hala gəlməsi narazılıq yaradıb. AYNA bunu küçənin həmin hissədə daralması ilə izah edib və zolaqların yol infrastrukturunun imkanlarına uyğun təşkil olunduğunu bildirib. Bu nümunə Bakının əsas problemini göstərir: velosiped yolu xəritədə düz xətt kimi planlaşdırıla bilər, amma real küçədə avtomobil, bina, dayanacaq və parklanma ilə qarşılaşır.

Zolaq bitəndə velosipedçi hara getsin?

Ən təhlükəli məqam da məhz burada başlayır. Mikromobillik zolağı bitdikdə velosipedçi yolun sağ kənarı ilə hərəkəti davam etdirə bilər. Qanun buna imkan verir. Amma şəhərin intensiv avtomobil hərəkəti olan küçələrində nəzəri olaraq mümkün olan bu keçid praktikada velosipedçi üçün risk yarada bilər.

Hələ 2025-ci ildə Bakıdakı velosiped və skuter yollarının bəzi ərazilərdə yarımçıq kəsilməsi ictimai müzakirəyə çıxmışdı. AYNA həmin vaxt şəbəkənin mərhələli qurulduğunu və əsas məqsədin zolaqları sonradan birləşdirərək davamlı şəbəkə yaratmaq olduğunu açıqlamışdı. Yəni problem müəyyən qədər layihənin hələ tamamlanmaması ilə bağlıdır.

Füzuli küçəsi: zolaq olmayanda nə baş verir?

2026-cı ilin iyulunda Füzuli küçəsində velosiped və skuter istifadəçilərinin avtobus zolağına və avtomobil yoluna çıxaraq əks istiqamətdə hərəkət etməsi qeydə alınıb. Daxili İşlər Nazirliyi bunun qəza şəraiti yaratdığını açıqlayıb.

Bu hadisə başqa bir problemi ortaya çıxarır: təhlükəsiz və məntiqli marşrut olmadığı yerdə istifadəçilər özlərinə alternativ yol seçirlər. Bəzən bu yol səki olur, bəzən avtobus zolağı, bəzən də avtomobil yolu. Nəticədə velosipedçi ilə avtomobil, piyada və avtobus eyni sahədə toqquşur.

Zuğulba-Bilgəh yolu: zolaq var, amma avtomobillər tutur

Problem yalnız zolağın olmaması deyil. Bəzi yerlərdə velosiped yolu salınsa da, başqa məqsədlə istifadə olunur. 2026-cı ilin avqustunda Zuğulba-Bilgəh istiqamətində velosiped zolağında avtomobillərin park edilməsi ilə bağlı görüntülər yayılıb. Velosipedçilərin sözlərinə görə, xüsusilə sanatoriya və istirahət obyektlərinin yerləşdiyi hissədə zolaqlar faktiki parkinqə çevrilib. Polis qaydanı pozan sürücülər barəsində inzibati tədbirlər görüb.

Oxşar problem daha əvvəl şəhərin mərkəzində də müşahidə olunub. Velosiped zolaqlarını avtomobillərdən ayırmaq üçün quraşdırılan baryerlərin bəzi yerlərdə çıxarılması və zədələnməsi barədə məlumatlar yayılıb. İddialardan biri həmin baryerlərin avtomobillərin zolağa daxil olması üçün götürülməsi idi.

Marağın artması problemi daha görünən edir

Velosiped yolunun keyfiyyəti əvvəllər az sayda həvəskarı maraqlandırırdısa, indi məsələ daha geniş auditoriyaya aiddir. AYNA-nın məlumatına görə, 2026-cı ilin ilk yeddi ayında kirayə velosiped və skuterlər 2,29 milyon dəfədən çox sifariş edilib. İstifadəçilər həmin müddətdə təxminən 4,9 milyon kilometr yol qət ediblər. Son iki ildə isə kirayə mikromobillik vasitələri ilə qət edilən məsafə 18 milyon kilometrə yaxınlaşıb. Üstəlik, bu rəqəmlərə şəxsi velosiped və skuterlər daxil deyil.

Deməli, məsələ artıq sadəcə “velosiped həvəskarları üçün yol” deyil. Minlərlə insan həmin zolaqlardan gündəlik nəqliyyat vasitəsi kimi istifadə edir.

Bakının əsas çətinliyi kilometr deyil

Şəhərdə velosiped yolu 100 kilometrə də çata bilər. Amma həmin 100 kilometr ayrı-ayrı parçalar şəklində qalacaqsa, velosiped avtomobilə real alternativə çevrilməyəcək. İstifadəçinin evdən çıxıb işə, universitetə və ya metroya qədər təhlükəsiz və fasiləsiz gedə bilməsi lazımdır.

Bakı üçün növbəti mərhələnin əsas sualı buna görə “neçə kilometr velosiped yolu çəkildi?” deyil. Əsas sual budur: velosipedçi zolağa girəndən sonra onu yarıda avtomobillərin arasına çıxmağa məcbur edən neçə nöqtə qalıb?

Məhz həmin boşluqlar aradan qalxanda Bakıda velosiped zolaqları rənglənmiş asfalt olmaqdan çıxıb həqiqi nəqliyyat şəbəkəsinə çevrilə bilər.

Ramil Usubovun kürəkəni qəfil vəfat etdi - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib.
 
Moderator.az xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Mərhumun nəşi Novxanıdakı bağ evindən götürüləcək.
 
Kamran Xankişiyevin iki övladı var. O, Təhlükəsizlik Şurasında işləyirdi.
 
Qeyd edək ki, bu barədə ilk xəbəri gununsesi.info yayıb.
 
Allah rəhmət eləsin!

İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etdi - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.
 
Moderator.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib və Azərbaycan dilində deyib:
 
"Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram".
 
Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirib.
 
Dövlətimizin başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.
 
Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi dialoq, iqtisadi, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyi ifadə edib, Azərbaycanda uzun illərdir ki, Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini deyərək, perspektivdə onların sayının artmasının önəminə toxunub.
 
Dövlətimizin başçısı iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan bəri qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin inkişaf etdiyini deyib.
 
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
 
Səfir ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində səylə çalışacağını qeyd edib.
 
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafındakı roluna toxunulub, Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.
 
Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edilib, bu xüsusda cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlanıb.

Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? -<span style="color: #ff0000;"> VİDEO</span>

Avtomobillərin etibarnamə ilə idarə olunması son illər yenidən ictimai müzakirələrin mərkəzində duran bir məsələdir. Rəqəmsal xidmətlərin genişləndiyi, dövlət qeydiyyatı və nəzarət sistemlərinin tam elektronlaşdığı bir dövrdə bir çoxları etibarnamə tələbinin artıq köhnəlmiş mexanizm olduğunu düşünür. Xüsusilə, ailə üzvlərinin və yaxın şəxslərin bir-birinin avtomobilini idarə etməsi üçün əlavə notariat prosedurlarından keçməsinin zəruriliyi tez-tez sual doğurur.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bir çox inkişaf etmiş ölkələrdə bu cür məsələlərin daha sadə mexanizmlərlə tənzimlənməsi fonunda Azərbaycanda da etibarnamə sisteminin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu düşünürlər.
 
Eldəniz Cəfərovun sözlərinə görə, hazırda Azərbaycanda vətəndaşlar onlayn platformalar vasitəsilə asanlıqla avtomobil sifariş edə, onu müvəqqəti istifadəyə götürə və heç bir notarial etibarnamə olmadan idarə edə bilirlər. Bu isə göstərir ki, avtomobildən müvəqqəti istifadə hüququnun rəqəmsal və daha çevik mexanizmlərlə tənzimlənməsi mümkündür.
 
Ekspert onu da qeyd etdi ki, mövcud texnoloji imkanlar fonunda notarial etibarnamə tələbinin zəruriliyi yenidən qiymətləndirilməli, digər ölkələrin təcrübəsi öyrənilməli və daha müasir, operativ həll yolları tətbiq olunmalıdır.

66 yaşlı Nərgiz Cəlilovanın son görüntüləri müzakirə yaratdı - <span style="color: #ff0000;">VİDEO</span>

Əməkdar artist Nərgiz Cəlilovanın məclislərdən birində lentə alınan görüntüləri sosial şəbəkədə müzakirə mövzusu olub.
 
Moderator.az axşam.az-a istinadla xəbər verir ki, 66 yaşlı aparıcının formada qalması və ideal bədən quruluşu izləyicilərin diqqətini cəlb edib.
 
N.Cəlilovanın paylaşılmış görüntülərinə çoxsaylı şərhlər yazılıb, ona təriflər yağdırılıb. 

"Flydubai" təyyarəsindəki insidentlə bağlı ABŞ araşdırmaya qoşuldu

ABŞ administrasiyasının nümayəndələri Dubaydan Təl-Əvivə uçan "Flydubai" şirkətinə məxsus təyyarənin göyərtəsində baş verən insidentin hallarının araşdırılması ilə bağlı xarici həmkarları ilə sıx koordinasiya aparırlar.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin ədliyyə naziri, baş prokuroru Todd Blanş mətbuat konfransında deyib.

"Bu, çox yaxınlarda baş verib. Hazırda İsraildə və digər yerlərdə araşdırma davam edir. Biz xarici həmkarlarımızla sıx şəkildə koordinasiya edirik və bunu davam etdirəcəyik", - deyə o, "Flydubai" reysi ilə bağlı insidentə dair suala cavab verərkən bildirib.

Bununla yanaşı, ABŞ Ədliyyə Nazirliyinin rəhbəri əlavə məlumatının olmadığını qeyd edib.

ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin isə bildirib ki, Vaşinqton administrasiyasının ABŞ ərazisində sözügedən insidentlə əlaqəli hər hansı təhdid barədə məlumatı yoxdur. O, təfərrüatın araşdırıldığını və məlumatların "tezliklə, uyğun zamanda dərc olunacağına" əminliyini ifadə edib.

Zimbabvedə helikopter qəzasında 6 nəfər ölüb

Zimbabvenin Marondera şəhəri ətrafında helikopter qəzasında 6 nəfər ölüb.

Moderator.az "New Zimbabwe" portalına istinadən xəbər verir ki, bu barədə Zimbabvenin İnformasiya və Yayım Xidmətləri Nazirliyinin katibi Nik Manqvana bildirib.

Onun sözlərinə görə, helikopterin göyərtəsində tanınmış biznesmen Viknell Çivayo, eləcə də 3 sərnişin və 2 pilot olub.

Yerli polis helikopterin göyərtəsində olan hər kəsin öldüyü təsdiqləyib.

Aviaqəzanın səbəbləri araşdırılır.

Türkiyənin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı həyata keçirilən tədbirlər müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, iclasda PKK, Fətullahçı Terror Təşkilatı (FETÖ) və İŞİD başda olmaqla, Türkiyənin milli birliyi, bütövlüyü və təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı ölkə daxilində və xaricində həyata keçirilən tədbirlər, həmçinin son dövrdə baş verən beynəlxalq proseslər müzakirə olunub.

Bildirilib ki, "Terrorsuz Türkiyə" və "Terrorsuz region" hədəfləri istiqamətində atılan addımlar və əldə olunan irəliləyiş də qiymətləndirilib.

Müzakirələrdə Türkiyə xalqının, regionun, eləcə də qonşu ölkələrin təhlükəsizliyi, sülh və rifah naminə səylərin davam etdiriləcəyi vurğulanıb.

Zığ şosesində yük maşını aşıb, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb

Bakının Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

Azərbaycanda toyda kütləvi zəhərlənmə

Kürdəmirdə toy mərasimində kütləvi zəhərlənmə baş verib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Məlumata görə, toy mərasimində iştirak edən 13 nəfər qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

“Mədəniyyət və İncəsənət Universitetində rejissorluqdan dərs deyənlər çox aşağı səviyyədədir” -<span style="color: #ff0000;"> ÖZƏL</span>

“Azərbaycan teatrının dünyada tanıdılması üçün böyük və ciddi addımlar atmaq lazımdır. Mütləq beynəlxalq teatr festivalları təşkil olunmalıdır. Məsələn, bizdə İstanbul Məkan Festivalında dünyanın 27 ölkəsindən qastrol səfərinə gələnlər olur. Siz dünya teatrlarını öz ölkənizə dəvət edirsiz, 27 ölkənin hər birində də festival olanda onlar da sizi dəvət edir. Bununla da mədəni əlaqələr güclənir və teatr dünya arenasına çıxma şansı qazanır. Bir il ərzində Türkiyədə bir neçə festival olur. Bura dünyanın bütün ölkələrindən tamaşalar gəlir. Mən İstanbul Festival komitəsinin üzvüyəm. Festivallar əlaqələrin güclənməsi üçün bir körpüdür. Türk teatrı bu gün dünyada tanınır. Azərbaycan teatrının da bu yolu getməsini düşünürəm. Bunun üçün həm dövlət dəstəyi, həm də teatr büdcəsi olmalıdır. Dünyada teatrlar o qədər inkişaf ediblər ki.. Bizimkilər bunu oturub yutub üzərindən izləyirlər”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib.

O daha sonra Azərbaycanda rejissor sənətinin zəiflədiyini bildirib:

“Bizim teatrların bünövrəsində rus teatr məktəbi hər zaman öndə olub. Mənim oxuduğum illərdə demək olar ki, Moskvaya rejissorluq təhsili almağa gedənlər çox idi. Onlar oradan tam yetişmiş bir rejissor kimi qayıdırdılar. İndi o ən-ənə yox olub. Mənim müəllimim Mehdi Məmmədov olub. Ondan çox şey öyrənmişəm. Amma indi elə rejissorlar yoxdur axı. Mənə elə gəlir ki, indi də gedib Moskvada teatr təhsili, ələxsus da rejissor təhsili almaq lazımdır. Çünki Stanislavski sistemi bütün dünyada qəbul olunan sistemdir. Mənim vaxtımda Batalov gəlib Moskvada oxumağa aktyor, aktrisa seçirdi. Sevilən aktrisamız Gülzar Qurbanova və s. sənətkarlar onun kursunun yetirmələridir. Bu gün İncəsənət Universitetində görün rejissorluqdan kimlər dərs deyir?! Məncə bu qənaətbəxş deyil. Mehdi Məmmədov, Adil İsgəndərov, Tofiq Kazımov kimi rejissorlardan sonra o səviyyə çox aşağı enib. Dünya arenasına çıxmaq üçün tamaşalarımızın keyfiyyəti yaxşı olmalıdır. Bizim aktyorlarımız istedadlıdır, amma rejissor sənətimiz dünya arenasına çıxarılacaq qədər güclü deyil. Bakıya gələndə bir neçə tamaşa izləyirəm. Demək olar ki, əksəriyyəti plagiat tamaşalardır. Aktyorlar üçün bunu deyə bilmərəm, amma rejissor sənəti bizdə o qədər də yüksəkdə deyil” deyə aktrisa bildirib.

ABŞ səfirliyi: Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ-nin Bakıdakı müvəqqəti işlər vəkili Emi Karlon "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"da iştirak edib, müdafiə, təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak edib. O, amerikalı, azərbaycanlı və beynəlxalq tərəfdaşlarla birlikdə müdafiə, təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub", - məlumatda bildirilib.

Qeyd olunub ki, bu il keçirilən ADEX sərgisi ABŞ-nin geniş iştirakı ilə diqqət çəkir: "Sərgidə, o cümlədən ilk dəfə iştirak edən Amerika müdafiə sənayesi şirkətləri ilə yanaşı, Lockheed Martin, Northrop Grumman, Ondas, SIG SAUER, Vantor, Persistent Systems, Motorola, L3Harris, Curtiss-Wright və Space Eyes kimi ABŞ şirkətləri də təmsil olunur.

Strateji Tərəfdaşlıq Xartiyamız çərçivəsində Birləşmiş Ştatlar ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığını genişləndirməyə davam edir".

Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb

Şamaxıda piyadanın ölümü ilə bağlı nəticələnən yol qəzası baş verib.

Moderator.az-ın xəbərinə görə, hadisə Sabir qəsəbəsində qeydə alınıb. Belə ki, A.Bəkirova idarə etdiyi KİA markalı avtomobillə piyada, 56 yaşlı Elmira Əliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə eniş edib

Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi təcili eniş etdiyi Səudiyyə Ərəbistanının Təbuk şəhərinin hava limanından İsrailin Ben-Qurion aeroportuna çatıb.

Moderator.az "The Jerusalem Post"a istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu sərnişinləri qarşılamaq üçün hava limanına getməlidir.

Hava limanının tibbi briqadaları sərnişinləri müayinə etmək və lazımi yardım göstərmək üçün hazır vəziyyətə gətirilib. Bildirilib ki, 174 sərnişinindən 166-sı İsrail vətəndaşıdır.

Daha əvvəl Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsi kabinədə pilotların davasından sonra Səudiyyə Ərəbistanının Təbuk hava limanında təcili eniş edib. Onlardan biri bıçaq yarası alıb, bundan sonra digəri təyyarənin idarəetməsini ələ keçirməyə cəhd edib.

"Flydubai" hadisənin araşdırılması başa çatana qədər İsrailə uçuşları dayandırıb.

İsrailli nazir: "Terrorçu təyyarəni bütün sərnişinlərlə birlikdə məhv etmək istəyirdi"

İsrailin müdafiə naziri İsrael Kats "Flydubai" aviaşirkətinin reysi zamanı baş verən insidenti təyyarənin bütün sərnişinlərlə birlikdə məhv edilməsinə yönəlmiş terror aktı cəhdi adlandırıb.

Moderator.az xəbər verir ki, nazirin fikirlərini İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

"Bu, bir neçə israilli sərnişinin qəhrəmanlığı sayəsində qarşısı alınan terror aktı cəhdi idi. Terrorçunun niyyəti təyyarəni bütün sərnişinlərlə birlikdə məhv etmək idi", - deyə Kats bildirib.

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilir

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayacaq məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul üçün müsahibə mərhələsinə başlanılır.

Moderator.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında işğaldan azad edilmiş ərazilərdə yaşayan və digər dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində çalışan şəxslər müsabiqədənkənar qaydada qəbul ediləcəklər.

Vakansiya seçimində yalnız 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsahibədə uğur qazanan və ən yüksək test balına malik namizəd seçdiyi vakant vəzifəyə təyin olunacaq.

 

Qeydiyyat zamanı şəxsi məlumatların düzgün, tam və dəqiq qeyd edilməsi xahiş olunur.

Qeydiyyatın son tarixi:

5 oktyabr 2026-cı il, saat 10:00

Qeydiyyat linki

Azərbaycan və Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Sentyabrın 30-da Bakı Ekspo Mərkəzində təşkil olunan "ADEX-2026" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair keçirdiyi görüşlər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə nazirinin müavini Vasiliy Sergeyeviç Osmakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bir araya gəlib.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlqların rolunu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

"ADEX 2026" sərgisində ROKETSAN şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında BARBAROS sahil müdafiə sisteminin tədarükünə dair müqavilə imzalanıb.

Moderator.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Şirkətin bəyanatına görə, BARBAROS sistemi Azərbaycan Silahlı Qüvvələrinin arsenalını zənginləşdirəcək.

ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq əlaqələrinin müdafiə sənayesi sahəsində hər gün daha da möhkəmləndiyini və BARBAROS sisteminin tədarükünün bu münasibətlərə strateji töhfə verəcəyini vurğulayıb.

İkinci ROKETSAN-ın qabaqcıl raket, reaktiv və sursat sistemləri ilə hər zaman Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamağa hazır olduğunu bildirib. O əlavə edib:

"Öz üstün xüsusiyyətləri sayəsində BARBAROS Azərbaycan sahil xəttinin yeni strateji müdafiəçisi rolunu oynayacaq".

BARBAROS sahil müdafiə konsepsiyasına uyğun olan və mobil batareyaya inteqrasiya edilmiş ATMACA və ÇAKIR qanadlı raketləri ilə işləmək qabiliyyətinə malik sistem kimi hazırlanıb. Sistem batareyanın tərkibindəki buraxılış qurğusu və komanda-idarəetmə maşını vasitəsilə tapşırıqları planlaşdırmaq imkanına malikdir. Həmçinin mərkəzləşdirilmiş döyüş idarəetmə sisteminə inteqrasiya oluna bilir.

Yüksək mobilliyə və güclü zərbə potensialına malik ATMACA və ÇAKIR qanadlı raketləri ilə işləyən sistem mobil quruluşu sayəsində dənizdən gələn təhlükələrə çevik reaksiya vermək imkanına malikdir.

Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb - <span style="color: #ff0000;">VİDEO</span>

"Birliyin Gücü-2026" hərbi təlimi çərçivəsində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə fəaliyyəti həyata keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Birliyin Gücü-2026" təlimində Hərbi Hava Qüvvələrimiz ilə can Azərbaycanın Hərbi Hava Qüvvələri profil yerüstü hədəfləri ilk atışda tam dəqiqliklə məhv etdi.

Polad qanadlarımızın birgə gücü dostluğumuzun və qardaşlığımızın ən konkret göstəricisidir!", - məlumatda qeyd olunub.

Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.

Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.

 

Xərçəngdən qoruduğu deyilən çay – <span style="color: #ff0000;">Həkimlər necə hazırlanacağını açıqladı</span>

Çobanyastığı çayı uzun illərdir rahatlama və yuxunun yaxşılaşdırılması məqsədilə istifadə olunur. Tərkibindəki bəzi antioksidant maddələr isə orqanizmdə oksidləşdirici stress və iltihabla mübarizədə rol oynaya bilər.

Moderator.az xəbər verir ki, bu barədə dietoloq və qidalanma mütəxəssisi Oksana Skitalinskayanın Telegram kanalına istinadən məlumat yayılıb.

Çobanyastığının tərkibində apigenin, kversetin və digər flavonoidlər kimi antioksidant birləşmələr var. Bu maddələr sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsinin qarşısını almağa kömək edə bilər.

Çobanyastığı çayının digər mümkün faydaları arasında rahatlama, yuxu keyfiyyətinin dəstəklənməsi və həzm sisteminin sakitləşdirilməsi qeyd olunur. Çay xüsusilə stress və gərginlik zamanı rahatladıcı içki kimi istifadə edilir.

Çobanyastığının xərçənglə əlaqəsi də elmi araşdırmalarda öyrənilib. Bəzi laboratoriya və ilkin tədqiqatlarda onun tərkibindəki maddələrin xərçəng hüceyrələrinin inkişafına təsir göstərə biləcəyi müşahidə olunub. Lakin bu nəticələr çobanyastığı çayının insanlarda xərçəngin qarşısını aldığı və ya onu müalicə etdiyi anlamına gəlmir.

Çobanyastığı çayı necə hazırlanır?

200 ml isti suya 1-2 çay qaşığı qurudulmuş çobanyastığı çiçəyi əlavə edilir. Qabın ağzı örtülərək təxminən 5 dəqiqə dəmlənir. Daha sonra çay süzülür.

İstəyə görə içkiyə limon, nanə və ya az miqdarda bal əlavə etmək olar.

Çobanyastığı çayı sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin onu hər hansı xəstəliyin, xüsusilə də xərçəngin müalicəsi və ya profilaktikası üçün dərman vasitəsi kimi qəbul etmək olmaz.

Zakir Həsənov Böyük Britaniya və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Böyük Britaniya və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb.

Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri Azərbaycanın Birləşmiş Krallıqla və Slovakiya Respublikası ilə bütün sahələrdə, xüsusilə də müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlığa daim maraqlı olduğunu vurğulayaraq, bu əlaqələrin mövcud vəziyyətindən razılıq bildirib.

Azərbaycanda səfərdə olmaqdan və sərgidə iştirak etməkdən məmnunluq ifadə edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker və Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak Azərbaycanın müdafiə strukturları arasında hərbi təhsil, hərbi-texniki innovasiyalar, həmçinin digər istiqamətlərdə əməkdaşlıqların müsbət müstəvidə davam etdiyini vurğulayıblar.

Görüşlərdə nazirlər müdafiə və təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair gələcək planları müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Pişiklər niyə sahibinin yatağında yatır?<span style="color: #ff0000;"> Əsl səbəb ortaya çıxdı</span>

Pişiyin sahibinin yatağında yatması ilk baxışdan sadəcə istilik və rahatlıq axtarışı kimi görünə bilər. Lakin bunun arxasında heyvanın özünü təhlükəsiz hiss etməsi, sahibinə güvənməsi və onunla bağlılıq qurması kimi səbəblər də dayana bilər.

Yuxu zamanı pişiklər daha həssas vəziyyətdə olur. Buna görə də özünü təhlükəsiz hiss etdiyi tanış məkanı seçir. Sahibinin yanında yatmaq heyvan üçün sakitlik və güvən hissi yarada bilər. Pişiyin ayaqlarınızın altında, yanınızda və ya sinənizin üstündə qıvrılması sizə olan bağlılığının göstəricisi ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə "TSN" yazıb.

İstilik də mühüm amildir. Pişiklər isti yerləri sevir və radiator, günəş düşən pəncərəaltı, isti yorğan kimi məkanlarda uzun müddət qalırlar. İnsan bədəni də gecə boyu istilik yaydığı üçün yataq onlar üçün olduqca cəlbedici məkana çevrilir.

Bundan başqa, pişiklər insanlarla güclü sosial bağ yarada bilirlər. Sahibinin yanında yatmaq heyvanın həmin şəxsin varlığını rahatlıq və dincliklə əlaqələndirdiyini göstərə bilər. Buna görə bəzi pişiklər hər gecə eyni insanın yanına gəlirlər.

Başqa bir ehtimal isə ərazi məsələsidir. Pişiklər qoxu vasitəsilə məkanı tanıyır və özlərini təhlükəsiz hiss etdikləri yerləri ərazilərinin bir hissəsi kimi qəbul edə bilirlər. Əgər pişik uzun müddətdir sizin yatağınızda yatırsa, həmin yeri artıq öz məkanı hesab etməsi mümkündür.

Ev pişiklərinin gündə 12-18 saat yatması normal sayılır. Bu müddət heyvanın yaşı, aktivliyi və fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Onlar gün ərzində müxtəlif yerlərdə dincəlsələr də, gecə yenidən sahibinin yatağını seçə bilərlər.

Bəs pişik gecə sahibini qoruyurmu? Onun səslərə və hərəkətlərə tez reaksiya verməsi belə təsəvvür yarada bilər. Lakin daha çox ehtimal olunan səbəb heyvanın sadəcə özünü təhlükəsiz hiss etdiyi yerdə yatması və ətrafdakı dəyişikliklərə qarşı təbii diqqətini qorumasıdır.

Beləliklə, pişiyiniz hər gecə yatağınıza gəlirsə, bunun səbəbi təkcə rahatlıq olmaya bilər. O, həm isti yer axtarır, həm sizə güvənir, həm də yatağınızı çoxdan öz ərazisi hesab etmiş ola bilər.

Türkiyə futbolunda MƏRC QALMAQALI: 448 klub rəsmisi İntizam Komitəsinə göndərildi

Türkiyə Futbol Federasiyası (TFF) son beş il ərzində mərc oyunlarında iştirak etməkdə təqsirləndirilən 448 klub rəsmisinin işini Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.

Moderator.az NTV telekanalına istinadən xəbər verir ki, TFF son beş ildə Super Liqa və Birinci Liqada çıxış edən klublarda rəhbər vəzifələrdə çalışan həmin şəxslərin mərc qaydalarını pozduqlarını müəyyən edib.

İntizam komitəsinə göndərilən şəxslər arasında "Trabzonspor"un prezidenti Ertuğrul Doğan da var.

TFF-nin bəyanatında deyilir:

"Türkiyə Futbol Federasiyası tərəfindən aparılan mərc araşdırması çərçivəsində 2026-2027-ci illər futbol mövsümündə TFF Super Liqası və Birinci Liqasında çıxış edən klublarda inzibati vəzifələrdə çalışan və fəaliyyətləri dövründə mərc oyunlarında iştirak etdikləri müəyyən edilən şəxslərin sentyabrın 30-dan etibarən ehtiyat tədbiri qismində İntizam Komitəsinə göndərilməsinə qərar verilib".

Super Liqanın dörd böyük klubundan TFF-nin İntizam Komitəsinə göndərilən rəhbər şəxslər aşağıdakılardır:

"Beşiktaş": Tarkan Şer, Kerem Gürel, Fırat Fidan, Miraç İltuğ Sungur, Kadir Kılıç, Mustafa Mollaoğlu, Hakan Daltaban, İbrahim Kemal Barış Dillioğlu, Enis Ulusoy, Serhan Çetinkaya.

"Fənərbağça": Eren Ali Dişli, Bekir Erdem, Erdem Sezer.

"Qalatasaray": Emir Aral, Özgür Işıtan Gün, Ali Yüce, Maruf Güneş, Ural Aküzüm.

"Trabzonspor": Yalçın Orhan, Zeyyat Kafkas, Murat İskender, Kemal Ertürk, Taner Fikret Saral, Lokman Sadıklar, Şenol Kaynar, Ertuğrul Doğan, Abdulkadir Ferda Başkan, Semih Hekimoğlu, Derviş Köz, İbrahim Şahinkaya, Ceyhun Eskiçi.

Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.

Moderator.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Böyükdüz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 75-BX-715 dövlət qeydiyyat nişanlı "Xəzər" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il təvəllüdlü Tahirov Qəzənfər Rasim oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın Baş Qərargah rəisi Türkmənistan hərbi nümayəndə heyəti ilə görüşüb

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkmənistan Silahlı Qüvvələrinin hərbi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkmənistan müdafiə nazirinin müavini polkovnik Bəymurat Soltanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik K.Vəliyev Azərbaycanın türkdilli ölkələrin hərbi qurumları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib.

Səmimi qəbula görə təşəkkür edən qonaq ölkələrimiz arasında mövcud olan əlaqələrin dostluq, qardaşlıq, tarixi və mədəni köklərə əsaslandığını qeyd edib.

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində təcrübə mübadiləsi aparılıb - <span style="color: #ff0000;">VİDEO</span><span style="color: #bf1c1c;"></span>

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar.

Müdafiə Nazirliyindən Moderator.az-a verilən məlumata görə, təlim meydanında Azərbaycan, Türkiyə və Özbəkistanın hərbi qulluqçuları birgə fəaliyyət göstərərək tapşırıqların icrası zamanı qarşılıqlı fəaliyyət və uzlaşma imkanlarını təkmilləşdirirlər.

Bildirilib ki, bu təlim iştirakçıların praktiki vərdişlərinin inkişafına və peşəkar hazırlığının artırılmasına xidmət edir.

Təlim çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları müxtəlif tapşırıqları birlikdə yerinə yetirir, qarşılıqlı fəaliyyət imkanlarını təkmilləşdirir və peşəkar təcrübələrini bölüşürlər.

 

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edilib - <span style="color: #ff0000;">FOTO</span>

Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün arasında görüş keçirilib.

Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirildiyi, mövcud olan strateji müttəfiqliyin və müdafiə sahəsində əməkdaşlığın regional təhlükəsizliyə, dayanıqlı sülhə və sabitliyə dəstək məqsədi daşıdığı xüsusi qeyd edilib.

Z. Həsənov və H. Görgün müdafiə sahəsində birgə layihələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıb.

H. Görgün Azərbaycanla hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində əlaqələrin müsbət dinamikasından məmnun olduğunu bildirib.

Beynəlxalq sərgi çərçivəsində Türkiyənin "ASELSAN", "Baykar", "Roketsan" və "TUSAŞ" hərbi-sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri haqqında Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat verilib.

 

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıbAzərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıbAzərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıbAzərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıbAzərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıbAzərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıbAzərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıbAzərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıbAzərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıbAzərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Nazirlər Kabineti "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edib.

Moderator.az xəbər verir ki, dəyişikliyə əsasən, erkən evliliyə dair anlayış dəyişib.

Belə ki, erkən evlilik uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq sayılacaq.

ASELSAN Naxçıvanda zavod açacaq

Türkiyənin ASELSAN şirkəti Naxçıvanda zavod açacaq.

Moderator.az xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün sosial media hesabında paylaşımında bildirib.

O, qeyd edib ki, ASELSAN ilə NOVASIS arasında Naxçıvanda zavodun yaradılmasına dair ilkin razılaşma əldə edilib.

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımovun cinayət işi baxışa verilib

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu, dələduzluqda ittiham olunan Sultan Qasımovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Moderator.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək, işdə bəzi pozuntular olduğunu deyib və işin ibtidai istintaqa qaytarılmasını xahiş edib.

Zərərçəkənin vəkili vəsatət verərək, təqsirləndirilənin anket məlumatlarında göstərdiyi ünvandakı mənzilin artıq satıldığını deyib. Qeyd olunub ki, dəymiş ziyanla bağlı heç bir ödəniş edilməyib. Bu səbəbdən onun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi, barəsində həbs qərarı verilməsi istənilib.

Məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra vəsatətlərin təmin olunmadığını elan olunub, işin baxışa verilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin baxış iclası oktyabrın 13-nə təyin olunub.

Qeyd edək ki, sabiq Baş konsul barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib. Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb. Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib. Belə ki, Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib. Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.

Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Sultan Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb. O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilib. O, 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.

Hava ilə bağlı əhaliyə - <span style="color: #ff0000;">XƏBƏRDARLIQ</span>

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün "X" sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, müqavilələrin ümumi dəyəri 500 milyon ABŞ dollarını ötür:

"Bu müqavilərin iki qardaş ölkə üçün xeyirli olmasını arzulayıram".

Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkele­viçiusla görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi "Facebook" səhifəsində məlumat yayıb.

Görüşdə regionda təhlükəsizlik məsələləri, Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivləri, həmçinin Litvanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə Aİ-Azərbaycan münasibətlərinin inkişafı müzakirə olunub.

Səfir qeyd edib ki, dəyişən geosiyasi və təhlükəsizlik şəraitində azadlığın dəyərini bilən ölkələrin fikir mübadiləsini daha da fəallaşdırması, bir-birini anlaması və dəstəkləməsi vacibdir.

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.

Bu barədə Moderator.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Bakıda üzgüçülük idman növü üzrə ilk dəfə Dünya Kubokunun keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə və ölkəmizdə üzgüçülüyün təşviqinə töhfə verəcəyi qabardılıb.

Qeyd olunub ki, Azərbaycanda üzgüçülüyün inkişafına göstərilən diqqət, yaradılmış müasir idman infrastrukturu və ölkəmizin beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübə barədə söhbət açılıb.

Beynəlxalq Üzgüçülük Federasiyası ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

<span style="color: #ff0000;">Prezidentin sosial media hesablarında "ADEX 2026" sərgisi ilə tanışlığına dair videoçarx paylaşılıb - VİDEO</span>

Prezident İlham Əliyevin sosial media hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb.

Moderator.az paylaşımı təqdim edir:

 

Prezident və xanımı sərgilərlə tanış oldu - <span style="color: #ff0000;">FOTOLAR - YENİLƏNİB</span>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.

Moderator.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına və birinci xanıma sərgilər barədə məlumat verdilər.

Regionun böyük hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən "ADEX 2026" müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin qüdrətinin nümayişi baxımından mühüm rol oynayır.

"ADEX" sərgisi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı isə "Caspian Event Organisers" şirkətidir.

Bu il "ADEX 2026"da rekord sayda şirkət iştirak edir. Buna görə Bakı Ekspo Mərkəzinin əlavə pavilyonu da istifadəyə verilib. Bir pavilyon isə ilk dəfə milli ekspozisiya üçün ayrılıb.

"ADEX 2026" sərgisinə 39 ölkədən 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçib. Bu il ABŞ-nin bir neçə nüfuzlu şirkəti sərgidə ilk dəfə iştirak edir. Burada ən geniş təmsil olunan ölkə isə qardaş Türkiyədir.

"ADEX" tarixində ilk dəfə olaraq sərginin rəsmi merç kolleksiyası təqdim olunur. Bununla yanaşı, "ADEX News" adlı qəzet çapdan çıxacaq.

"Securex Caspian" sərgisində hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş ləvazimatlar, kompleks mühafizə sistemləri və perspektivli texnoloji həllər, o cümlədən ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış, qəza-xilasetmə vasitə və avadanlıqları nümayiş etdirilir.

"ADEX" və "Securex Caspian" sərgilərinə 30 ölkədən 277 şirkət qatılıb. Sərgilərdə 14 ölkənin milli pavilyonu quraşdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin stendi ilə tanış oldular. "ADEX 2026"da Azərbaycan Ordusunun silahlanmasında olan artilleriya sistemləri, aviasiya texnikası və pilotsuz sistemlər nümayiş etdirilir. Nazirliyin ekspozisiyası həm sərgi zalında, həm də açıq sahədə yerləşir.

2023-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində yaradılan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi silah istehsalının, satışının və ixracının təşkilini həyata keçirir. İstehsal imkanlarının genişləndirilməsi, yeni nəsil silahların hazırlanması və beynəlxalq əməkdaşlıq qurumun fəaliyyətində əsas istiqamətlərdir.

Azərbaycanın "Vektor" Şirkətlər Qrupu da sərgidə iştirak edir. "Vektor" ölkəmizin müdafiə sənayesi sahəsində fəaliyyət göstərir. O, raket maketləri, hərbi geyim və müxtəlif hərbi aksesuarlar istehsal edir.

Dövlətimizin başçısı və birinci xanım 1984-cü ildə İstanbulda qurulmuş və hazırda Türkiyənin ən iri müdafiə texnikası ixracatçısı olan "Baykar" şirkətinin stendinə baxdılar. "Bayraktar TB2" taktiki PUA-sı 30-dan çox ölkəyə ixrac olunub. Şirkət, həmçinin daha ağır "Bayraktar AKINCI", "TB3" (gəmi göyərtəsindən qalxa bilən) və reaktiv mühərrikli "Kızılelma" pilotsuz qırıcısını istehsal edir. "Baykar", eyni zamanda, yerüstü idarəetmə stansiyaları, avionika və mühərrik istehsalı istiqamətində də çalışır.

Türkiyənin "Aselsan" şirkəti də sərgidə iştirak edir. Bu şirkət 1975-ci ildə Ankarada təsis edilib və Türkiyənin ən böyük müdafiə sənayesi şirkətidir. "Aselsan" radar və radioelektron mübarizə sistemləri, hərbi rabitə, hava hücumundan müdafiə, elektrooptika, avionika, məsafədən idarəolunan silah stansiyaları və dronəleyhinə sistemlər istehsal edir. Onun adı dünyanın ən iri 50 müdafiə sənayesi şirkəti siyahısında yer alır.

"EDGE Group" - Birləşmiş Ərəb Əmirliklərinin dövlət müdafiə və qabaqcıl texnologiyalar qrupudur. 2019-cu ildə ölkənin 25-dən çox müdafiə sənayesi müəssisəsinin birləşdirilməsi ilə yaradılan və qısa müddətdə dünyanın ən böyük 25 müdafiə sənayesi şirkəti sırasına daxil olan "EDGE" dəqiq idarəolunan sursat və raketlər, avtonom hava və dəniz sistemləri, radioelektron mübarizə, zirehli texnika və elektron müharibə həlləri istehsal edir.

Slovakiya Respublikası sərgidə milli pavilyonu ilə iştirak edir. Bu ölkənin müdafiə sənayesi, o cümlədən artilleriya, zirehli və xüsusi texnikalar, özüyeriyən haubitsa, dron, kimyəvi aşkarlama, aviasiya təmiri və radar, kabel qovşaqları, silah modernləşdirilməsi sahələrində aparıcı şirkətləri sərgiyə qatılıb.

Çin Xalq Respublikası da sərgidə iştirak edən ölkələr arasındadır. "China National Aero-Technology Import & Export Corporation" - Çin aviasiya sənayesi korporasiyasının (AVIC) xarici ticarət və ixrac qolu hesab olunur. Şirkət döyüş və təlim təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının, avionikanın, aviasiya silahlarının və texniki xidmətin beynəlxalq satışını həyata keçirir.

"China North Industries Corporation" - Çinin ən iri dövlət quru sistemləri və sursat qrupu, həmçinin dünyanın aparıcı müdafiə sənayesi şirkətlərindən biridir. Döyüş tankları (VT-4), zirehli döyüş maşınları, yedəkdə daşınan və özüyeriyən artilleriya, yaylım atəşli raket sistemləri, tankəleyhinə raketlər, atıcı silahlar, həmçinin sərbəst uçan döyüş sursatı istehsal edir. Onun mülki sahədə də geniş fəaliyyəti var.

"Czechoslovak Group" (CSG) - Çexiya və Slovakiyada, həmçinin Avropada və ABŞ-də 100-dən çox müəssisəni birləşdirən sənaye və müdafiə holdinqidir. O, həmçinin Avropanın ən sürətlə inkişaf edən müdafiə sənayesi qruplarından biridir. Şirkət zirehli texnika, artilleriya, radarlar, irikalibrli silah istehsalı və aviasiya təmiri sahəsində fəaliyyət göstərir.

İsrailin "UVision Air" şirkəti sərbəst uçan döyüş sursatı üzrə ixtisaslaşıb. Bu silahlar hədəf bölgəsinə uçur, orada gözləyir və komanda veriləndə zərbə endirir. Əsas məhsulu "HERO" sistemidir. Sistemlər xaçvari açılan qanad quruluşuna malikdir, nəqliyyat vasitələri, gəmilər və yüngül platformalardakı konteynerlərdən buraxılır və operatora uçuş zamanı hücumdan imtina etmək imkanı verir.

"Ondas Holdings" - ABŞ-nin avtonom dron və özəl simsiz şəbəkə qrupudur. "American Robotics" və "Airobotics" şirkətləri vasitəsilə avtomatik dron stansiyaları, dronəleyhinə sistem və sənaye şəbəkə həlləri istehsal edir. Şirkət ABŞ Ordusunun standart tapança və avtomat silah təchizatçısıdır.

"IAI – Israel Aerospace Industries" İsrailin ən iri aerokosmik və müdafiə qrupudur. 1953-cü ildən fəaliyyət göstərən qrup "Heron" və "Harop" pilotsuz uçuş aparatları, "Barak" hava hücumundan müdafiə sistemi, ballistik raketdən müdafiə sistemi, radar və radioelektron sistemləri, "LORA" ballistik raketi, rabitə və kəşfiyyat peykləri istehsal edir. Onun fəaliyyət istiqamətinə sərnişin təyyarəsinin yük təyyarəsinə çevrilməsi də daxildir.

"Rafael Advanced Defense Systems Ltd" İsrailin raket və müdafiə sistemləri şirkətidir. Əvvəllər Müdafiə Nazirliyinin tədqiqat qurumu olub, 2002-ci ildə isə dövlət şirkətinə çevrilib. "Iron Dome" və "David's Sling" hava hücumundan müdafiə sistemləri, "SPIKE" tankəleyhinə idarəolunan raket sistemi, raketlər, zərbə sursatı onun əsas məhsullarıdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İtaliyanın "Leonardo" şirkətinin stendinə də baxdılar. "Leonardo" İtaliyanın aerokosmik, müdafiə və təhlükəsizlik qrupudur və Avropanın ilk üç müdafiə sənayesi şirkəti sırasındadır. Şirkət helikopter, təlim-döyüş təyyarələri, radar və radioelektron mübarizə sistemləri, dəniz topları, kosmik sistemlər və kibertəhlükəsizlik həllərinin istehsalı ilə məşğuldur.

İsrailin sərgidə iştirak edən digər bir şirkəti isə "Elbit Systems"dir. O, İsrailin ən iri özəl müdafiə elektronikası şirkəti kimi 1966-cı ildən fəaliyyət göstərir. Komandanlıq sistemləri, radioelektron mübarizə, "Hermes" pilotsuz uçuş aparatı, artilleriya sistemləri, avionika və dəbilqəyə quraşdırılan göstəricilər istehsal edir. Şirkət "Rəqəmsal Ordu" konsepsiyası üzrə bir sıra ölkələrdə proqramlar həyata keçirir.

Türkiyənin gəmiqayırma müəssisəsi - "Dearsan" qardaş ölkənin aparıcı hərbi gəmi istehsalçılarındandır. Müəssisə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün patrul qayıqları inşa edib. Hazırda isə açıq dəniz patrul gəmiləri layihəsini həyata keçirir. Müəssisə, həmçinin ixrac istiqamətində sürətli hücum və patrul gəmiləri, desant və köməkçi gəmilər inşa edir.

Türkiyənin 1988-ci ildə Ankarada təsis edilən "Roketsan" şirkəti lazerlə idarəolunan raket, tankəleyhinə raket, qanadlı və ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, yaylım atəşli raket sistemləri üçün mərmilər və kompozit raket mühərrikləri istehsal edir.

"Belspetsvneshtechnika" Belarusun müdafiə sahəsində dövlət xarici ticarət müəssisəsidir. Qurum silah və hərbi texnikanın ixracı ilə yanaşı, zirehli texnikanın, hava hücumundan müdafiə komplekslərinin və aviasiya texnikasının modernləşdirilməsi, yaylım atəşli raket sistemlərinin təkmilləşdirilməsi, xüsusi təyinatlı avadanlıq və sursat təchizatı ilə məşğuldur.

2000-ci ildə yaradılan "Rosoboronexport" ASC Rusiyanın hərbi texnika və avadanlıq ixracının böyük hissəsini həyata keçirir. Şirkət təyyarə və helikopterlər, hava hücumundan müdafiə sistemləri, zirehli texnika, hərbi gəmilər və sualtı qayıqlar, atıcı silah, sursat, həmçinin sərbəst uçan döyüş sursatı və radioelektron mübarizə vasitələrini ixrac edir.

Sərgidə Serbiyanın "Yugoimport" şirkəti də iştirak edir. "Yugoimport" Serbiyanın dövlət müdafiə məhsulları istehsalı və ixracı müəssisəsidir. Ölkənin hərbi sənayesinin əsas ixracatçısı olan şirkət özüyeriyən haubitsa, yaylım atəşli raket sistemləri, iri, orta və kiçikkalibrli silahlar, minaatan mərmilər, döyüş başlıqları, idarəolunan raketlər, zirehli texnika və pilotsuz uçuş aparatları istehsal edir.

Çinin "CPMIEC" ("China National Precision Machinery Import & Export Corporation") şirkəti raket və hava hücumundan müdafiə sistemlərinin ixracı üzrə ixtisaslaşmış dövlət müəssisəsidir. Şirkət hava hücumundan müdafiə kompleksləri ilə yanaşı, gəmi, tankəleyhinə raket sistemləri, taktiki raketlər, pilotsuz uçuş aparatları və sahil müdafiə sistemlərinin beynəlxalq satışını həyata keçirir.

"Rheinmetall" Almaniyanın müdafiə və avtomobil qrupudur. O, Avropanın ən iri sursat və zirehli texnika istehsalçılarındandır. Zirehli döyüş maşınları, "Leopard 2" tankının 120 mm silahı, artilleriya və tank sursatı, hava hücumundan müdafiə sistemi, hərbi yük maşınları və müdafiə elektronikası şirkətin əsas məhsullarıdır. "Rheinmetall" son illərdə Avropada bir sıra yeni sursat zavodları açıb.

Pakistanın dövlət aviasiya kompleksi bu ölkənin Hərbi Hava Qüvvələrinin tabeliyindədir. "JF-17 Thunder" qırıcısının Çinlə birgə istehsalını, həmçinin təlim təyyarəsinin istehsalı və ixracı, pilotsuz uçuş aparatları, avionika və radar istehsalı, hərbi təyyarə və mühərriklərin əsaslı təmiri ilə məşğuldur.

Dövlətimizin başçısı Özbəkistanın Müdafiə Sənayesi Agentliyinin stendi ilə də tanış oldu. Agentlik ölkə daxilində hərbi məhsulların istehsalını təşkil edir, silahlı qüvvələr üçün satınalmaları həyata keçirir və beynəlxalq hərbi-texniki əməkdaşlığı əlaqələndirir. Son illərdə dron və dronəleyhinə sistemlər, mühafizə vasitələri və atıcı silah-sursat istiqamətlərində yerli istehsalı inkişaf etdirir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı da sərgidə təmsil olunur. Krallığın Müdafiə Nazirliyinin stendində bu nazirliklə yanaşı, "BAE Systems", 14 Britaniya şirkətini təmsil edən Kembric Ticarət Palatası və "Rolatube Technology" şirkəti yer alıb. "BAE Systems" Avropanın ən iri müdafiə sənayesi şirkətidir.

Açıq sərgi sahəsində Müdafiə Nazirliyi, "Azərsilah" Müdafiə Sənayesi Holdinqi, "VLand Systems" MMC, "İmprotex", "AZDEF" və "Exclases Holdings Limited" şirkətləri ən son texnologiyalarını nümayiş etdirirlər.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Netanyahu: “Flydubai”nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

“Flydubai” aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib.

“Ynet”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib.

“Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsinə daxil olub və heyət üzvlərindən biri ilə birgə bıçaqla ətrafdakıları təhdid edən pilotu zərərsizləşdirib”, - Netanyahu bildirib.

İsrailin Baş naziri həmin pilotun təyyarənin sistemlərini sıradan çıxarmaq niyyətində olduğunu qeyd edib.

“İndi bütün sərnişinlər təhlükəsiz vəziyyətdədir. Bıçaqla təhdid edən pilot həbs olunub və hazırda Səudiyyə Ərəbistanı aidiyyəti orqanları tərəfindən sorğu-sual edilir”, - Netanyahu əlavə edib.

O, araşdırmaların davam etdiyini və yeniliklərlə bağlı ictimaiyyətin məlumatlandırılacağını vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Dubaydan Təl-Əvivə uçan təyyarədə insident yaşanıb.

İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub

"Flydubai" təyyarəsində baş verən insident qarşısı alınmış terror aktı cəhdi idi.

"The Times of Israel" xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

“Flydubai” təyyarəsində baş verən ağır insident terror aktı cəhdi olub. Bunun qarşısı yalnız bir neçə israilli sərnişinin cəsarəti sayəsində alınıb. Onlar kabinəyə daxil olaraq terrorçunu zərərsizləşdirib və öz əlləri ilə təyyarəyə nəzarəti orada olan digər uçuş heyətinə qaytarıblar”, - Katz bildirib.

Dubay–Təl-Əviv reysinin ikinci pilotunun kapitana bıçaqla xəsarət yetirdiyi və təyyarəni qəzaya uğratmağa cəhd etdiyi bildirilir. Təyyarə daha sonra Səudiyyə Ərəbistanına məcburi eniş edib.

“Əlimizdə olan ilkin məlumata görə, terrorçunun bir məqsədi olub: təyyarəni bütün sərnişinlərlə birlikdə qəzaya uğratmaq”, - müdafiə naziri əlavə edib.

İsrail mediasının məlumatına görə, hadisənin araşdırılmasına “Mossad”, Şin Bet, İsrail Müdafiə Qüvvələri və Nəqliyyat Nazirliyi də cəlb olunub.

<span><span><span><span><span>Çayçı Səfər və ya çoxsaylı bəndlərdən biri</span></span></span></span></span>

Yəqin ki, hər kəsin Yaradana üz tutub söylədiyi bir dua-dilək mətni var. Bəziləri əhatəli və çoxbəndli, bəziləri yığcam, təkbəndli...

Uşaqlıq dövrümdə atamın bir dostu vardı. Bizim tərəflərə başqa rayondan gəlmişdi. Heç kimsəsi yox idi. Nə ata-anası vardı, nə bacı-qardaşı. Ortaboylu, mülayim xasiyyətli bir adam idi. Qırxdan çox yaşı vardı, evlənməmişdi. Xudmani bir cayçı dükanında işləyirdi. Dükanına yaxın bir yerdə kirayə evdə yaşayırdı. Hamı onu Çayçı Səfər kimi tanıyırdı. Biz və məhləmizin uşaqları isə Səfər əmi deyirdik ona.

Səfər əmi axşamlar tez-tez bizə atamla nərd oynamağa gəlirdi. Hər dəfə də biz uşaqlara mütləq şirniyyat payı gətirirdi. O bizə gələndə dərhal gətirib stolun üstünə qırmızı rəngli külqabımızı qoyurdum. Atam siqaret çəkmirdi, Səfər əmi isə yaman siqaret çəkən idi.

Anam şam yeməyimizi hazırlayanda axşam gəlib-gəlməyəcəyini bilməsə də, çox vaxt Səfər əmini də nəzərə alırdı. Deyirdi, adamın ailəsi, yuyub-yığışdıranı, bişirib-düşürəni yoxdur, barı arada bir ev xörəyi yesin.

Mən altıncı sinifdə oxuyanda Səfər əmi vəfat etdi. Onu sonuncu dəfə xəstəxanada gördüm, xəstələnmişdi, biz də onu yoluxmağa getmişdik. Vəfat etdiyi ay və gün də dəqiq yadımdadır. O vaxtlar bizim tərəflərdə insanların vəfat etməsi indikinə nisbətən gec-gec baş verirdi və əhaliyə daha çox təsir edirdi. Səfər əminin vəfatı da camaatımızı çox mütəəssir etmişdi. Bibim kövrələ-kövrələ deyirdi ki, "yazığın ana-bacısı, arvad-uşağı da yoxdu ki, bir yasını tutub ağlasın".

Çayçi Səfərin dəfnini atam və digər tanış-bilişlər təşkil etdilər. Onu doğulduğu yerə aparıb qaydası ilə dəfn etdilər, ehsan verdilər... Bəzi adamlar deyirdilər: "Niyə elə bizim məzarlıqda dəfn etmədilər ki? Onsuz da orada da doğma heç kəsi yoxdur, heç olmasa burada qəbiristana yolu düşən tanış-bilişləri arabir məzarına  baş çəkib bir rəhmət diləyərdilər ona".

Amma yəqin, vəsiyyəti belə imiş.

 İndi bizim tərəflərdə vaxtilə onu tanıyanlardan birinə yaxınlaşıb soruşsan ki, Çayçı Səfər yadındadırmı, yəqin ki, elə soruşduğun anda xatırlayar, amma bir müddət sonra yenə də unudar. Və burada təəccüblənəsi, qınanılası  heç nə yoxdur, təbii ki. Bununla belə, adama çox ağır, üzüntülu gəlir bu hal. Düşünürsən ki, bu göylərin altında  elə bir adam yoxdur ki, Çayçı Səfər və onun taleyi ilə eyni taleyi yaşamış nə qədər insan üçün əl açıb Allaha dua etsin. Düsünürsən və bu düsüncədən ürəyin acı bir göynərti ilə dolur. Yəqin, elə bu səbəbdəndir ki, bəzi adamların çoxbəndli dua-diləkləri içində bu dünyada ata-ana məhəbbəti duymadan, bacı-qardaş ünsiyyəti görmədən, doğma insan qayğısı hiss etmədən, ailəsiz, yalnız Allahın himayəsində böyüyüb yaşamış və yaşayan, dünyanı elə beləcə kimsəsiz də tərk etmiş insanlar üçün (hətta evsiz-eşiksiz, kücələrdə yaşayan insanlar üçün də), həmçinin mənim ara-sıra sırf adını çəkib Allahdan rəhmət dilədiyim Çayçı Səfər(lər) üçün də ayrıca bir bənd var.  Və nə yaxşı ki var!..

O kəlmələri söyləməkdən  ötrü seçdikləri arasında bu könüllərə yer ayıran Münsifə şükürlər olsun!.

1564198

İmarət Cəlilqızı

Azərbaycanda oktyabrın ilk günlərində leysan olacaq - <span style="color: #ff0000;">XƏBƏRDARLIQ</span>

Otyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq 5-dək ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı, Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvan bölgəsinin bəzi rayonlarında şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Oktyabrın 2-3-də ölkənin bəzi yerlərində qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Qubadlı rayon Fərrux Mehdiyev adına Qaralar Kənd tam orta məktəbində şəhid Fuad Məhərrəmlinin anım günü qeyd olunub

Bu gün Qubadlı rayon Fərrux Mehdiyev adına Qaralar Kənd tam orta məktəbində 44 günlük Vətən müharibəsi şəhidi Fuad Məhərrəmlinin anım günü qeyd olunub.Tədbirdə məktəbin pedaqoji kollektivi və şagird heyəti, şəhid ailələri və veteranlar, şəhər ziyalıları iştirak edib.

Tədbirdən əvvəl Fuad Məhərrəmli və Fərrux Mehdiyevin xatirəsinə inşa edilən bulaq-komleksin ətrafında anım günü ilə əlaqədar yaşıllaşdırma işləri aparılıb, yeni ağaclar əkilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ümummilli Lider Heydər Əliyev və respublkamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra kompleks önünə gül dəstələri qoyan müəllim və şagirdlər şəhidlərin ruhuna dualar oxuyub, onlara ehtiramlarını ifadə ediblər.

Anım günündə çıxış edən məktəbin direktoru Esmira Bayramova Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqlara diqqət çəkib. Bütün şəhidlərimiz kimi Fuad Məhərrəmlinin keçdiyi döyüş yolunun, göstərdiyi qəhrəmanlıqların da gənclərə, habelə, gələcək nəsillərə örnək olduğunu bildirən Esmira Bayramova, şəhidlərin fədakarlığının heç vaxt unudulmayacağını, hər zaman dərin sevgi və ehtiram hissi ilə yad ediləcəyini bildirib.

Esmira Bayramova rəhbəri olduğu məktəbə daim böyük diqqət və qayğı göstərən, şagirdlərin vətənpərvərlik ruhunda  tərbiyəsinə dəstək verən, tədrisin yüksək səviyyədə təşkilinə köməklik göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlova da öz minnətdarlığını bildirib. Qubadlı Rayon İcra Hakimiyyəti başçısının mütəmadi şəkildə rayon sakinləri, eləcə də məktəb kollektivi ilə görüşlər keçirdiyini, onların qayğıları, arzu və istəkləri ilə şəxsən maraqlandığını bildirən məktəb direktoru, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovun da təhsil müəssisəsinin fəaliyyətinə yaxından dəstək verdiyini bildirib. Esmira Bayramova qeyd edib ki, əlaqədar qurum və şəxslərin, eləcə də xeyirxah iş adamlarının bu məsələdə sərgilədiyi həssasiyyət, şagirdlərin təhsil və tərbiyəsində nümayiş etdirdiyi həmrəylik onlara daha böyük uğurlar əldə etməyə, daha ciddi fundamental nəticələr əldə etməyə imkan verir.

Tədbirdə çıxış edən tanınmış pedaqoq Xürrəm Quliyev şəhid Fuad Məhərrəmli və Fərrux Mehdiyevin qəhrəmanlığından söz açıb. Pedaqoq qeyd edib ki, gənc nəsil şəhidlərimizin döyüş yolu haqqında dolğun məlumata malik olmalı, milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda tərbiyə almalıdır.

Xürrəm Quliyev Qubadlı rayon Fərrux Mehdiyev adına Qaralar Kənd tam orta məktəbinə daim böyük qayğı göstərən, eləcə də şəhidlərin adını daşıyan bulaq-kompleksin inşasını həyata keçirən iş adamı Cəlil Nağıyevə də öz təşəkkürünü bildirib. Pedaqoq bildirb ki, kompleksi əhatə edən yaşıllıq da məhz iş adamının dəstəyi ilə  salınıb və həm estetik, həm də ekoloji baxımdan mühüm əhəmiyyətə malikdir.

Şəhid Fuad Məhərrəmlinin atası Fizuli Məhərrəmli isə çıxışında dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib və buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Şəhid atası övladının adını daşıyan bulaq-kompleksin inşasına görə iş adamı Cəlil Nağıyevə minnətdarlığını bildirib və bunu bütün şəhidlərə olan sonsuz ehtiramın təzahürü kimi qiymətləndirib.

Tədbir zamanı şagirdlər şəhidlərmizin rəşadəti haqqında şeirlər səsləndirib, vətənpərvərlik mahnıları ifa ediblər. Şagirdlər tərəfindən təqdim edilən bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.

Seymur ƏLİYEV

Kamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib - <span style="color: #ff0000;">FOTO</span>

Baş prokuror Kamran Əliyev Rusiya Federasiyasında rəsmi səfərdədir.

Bu barədə Moderator.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində sentyabrın 30-da Baş prokuror K. Əliyevin rəhbərlik etdiyi, tərkibinə Azərbaycanın hərbi prokuroru-baş prokurorun müavini Bəhruz Əhmədovun da daxil olduğu nümayəndə heyəti Kazan şəhərində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 36-cı iclasında iştirak edib. İclas çərçivəsində MDB məkanında prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, cinayətkarlıqla mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin olunması, habelə beynəlxalq hüquqi əməkdaşlığın aktual məsələləri müzakirə edilib.

İclasda K. Əliyev "Xaricdən aktivlərin qaytarılması sahəsində müasir çağırışlar və yeni həllər" mövzusunda çıxış edərək, cinayət yolu ilə əldə edilmiş aktivlərin xarici yurisdiksiyalardan qaytarılması sahəsində mövcud çağırışlar, bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və praktiki mexanizmlərin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan arasında ikitərəfli görüş keçirilib.

Səmimi qəbula və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq, qarşılıqlı anlaşma və etimada əsaslanan münasibətlərə ölkəmizdə yüksək önəm verildiyini qeyd edib. Dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təmaslarının mühüm rol oynadığı vurğulanıb.

Həmçinin qeyd edilib ki, hər iki ölkənin prokurorluq orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Görüş çərçivəsində konkret cinayət işləri üzrə hüquqi yardım məsələləri müzakirə edilib.

Yekunda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin Laos Xalq Demokratik Respublikasının Baş prokuroru xanım Livonq Laoli ilə görüşüb. Görüş zamanı iki ölkənin prokurorluq orqanları arasında ötən ilə imzalanmış Əməkdaşlıq Memorandumu əsasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında prokurorluq orqanlarının qarşılıqlı faydalı əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.

Tədbir çərçivəsində, həmçinin MDB-yə üzv dövlətlərin və Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş hərbi prokurorlarının dəyirmi masası keçirilmiş, bu sahədə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir. Bəhruz Əhmədovla dəyirmi masaya qatılan Rusiya Federasiyasının və Çin Xalq Respublikasının hərbi prokurorları arasında ikitərəfli görüşlər keçirilərək qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin səfəri davam edir.

 

Kamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edibKamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edibKamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edibKamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edibKamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edibKamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada məktəblərdən birinin şagirdi terror aktı təşkil etmək istəyib, bundan əvvəl o, təhsil müəssisəsinin binasında yanğın təşkil etmişdi.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Saxa (Yakutiya) Respublikası məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

Məhkəməyə Rusiyanın Verxnevilyuysk rayonu üzrə DİİŞ-nin rəis əvəzinin inzibati iddia ərizəsi daxil olub. Tələblərin əsaslandırılmasında qeyd edilib ki, iyuldan sentyabra qədər yetkinlik yaşına çatmayan şəxs məktəb binasında iki və daha çox şəxsə qarşı xüsusilə ağır cinayətin törədilməsinə hazırlığa yönəlmiş hərəkətlər edib.

"Bu məqsədlə o, messencerlərdən birində qapalı kanal yaradıb, orada qanunazidd hərəkətləri nə vaxt, harada və hansı şəraitdə törətmək niyyətində olduğunu ətraflı təsvir edib. Yeniyetmə gizli şəkildə atasının silah seyfindən ov patronlarını oğurlayıb, messencerdə dərc etmək üçün atasının tüfəngi ilə şəkillər çəkib, boya ilə yazı olan bel çantası və köynək hazırlayıb. Bundan əlavə, yetkinlik yaşına çatmayan şəxs məktəb binasında yanğın təşkil edib, həmçinin onun təhsil müəssisəsində terror aktı planlaşdırması barədə fikirləri qeydə alınıb", - məlumatda deyilir.

Məhkəmənin qərarı ilə yeniyetmə Saxa (Yakutiya) Respublikası DİN-in yetkinlik yaşına çatmayan hüquq pozucuları üçün müvəqqəti saxlama mərkəzinə 30 sutkaya qədər müddətə yerləşdirilib.

Con Stounz oxunmamış məktuba görə böyük məbləğdə cərimələnib

İngiltərə milli futbol komandasının müdafiəçisi Con Stounz 2026-cı il dünya çempionatı zamanı sürət həddini aşması ilə bağlı polisdən gələn məktubu qaçırıb.

Moderator.az BBC-yə istinadən xəbər verir ki, bu səbəbdən məsələ məhkəməyə qədər gedib çıxıb və futbolçuya daha böyük məbləğdə cərimə kəsilib.

Hadisə may ayında baş verib. Stounz Çeşir qraflığında özünə məxsus "Range Rover" markalı avtomobillə sürət həddini 21 km/saat aşıb. O, polisdən gələn ilk məktuba cavab verərək sükan arxasında olduğunu təsdiqləyib. Bundan sonra ona sabit cəriməni (İngiltərədə bu, adətən 100 funt sterlinq və üç cərimə balı təşkil edir) ödəmək təklifi ilə daha bir məktub göndərilib. Lakin həmin vaxt artıq milli komandanın düşərgəsinə yollanan Stounz bu mesaja cavab verə bilməyib.

Nəticədə, yay transfer pəncərəsində "Mançester Siti"dən Milanın "İnter" klubuna keçən futbolçu məhkəmənin sərt qərarı ilə üzləşib. Qərara əsasən, o, 1 052 funt sterlinq (1 400 dollar) məbləğində cərimə ödəməli və dörd cərimə balı almalıdır.

Məhkəmə prosesində Stounz vəziyyətə aydınlıq gətirərək bildirib ki, polisin ikinci məktubundan təsadüfən xəbər tutub. Belə ki, düz dörd ay ərzində onun evində heç kim olmayıb: futbolçu əvvəlcə Şimali Amerikada dünya çempionatında iştirak edib, daha sonra məzuniyyətə yollanıb, ardınca isə yaşamaq üçün Milana köçüb.

Xatırladaq ki, İngiltərə millisi sözügedən dünya çempionatında bürünc medal qazanıb.

CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb

ABŞ-ın İraqdakı “İnherent Resolve” əməliyyatı başa çatıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, sentyabrın 30-da ABŞ qoşunları İraqın Ərbil aviabazasını tərk edib və bununla da “İnherent Resolve” əməliyyatı başa çatıb.

Bildirilib ki, əməliyyatın qərargahı hazırda İordaniyada yerləşir və buradan Suriyada İŞİD-ə qarşı mübarizəni davam etdirəcək.

Qeyd olunub ki, Ərbil aviabazasında 1500-ə qədər ABŞ və koalisiya hərbçisi İŞİD-lə mübarizədə iştirak edib.

Xatırladaq ki, 2014-cü ildə ABŞ-ın rəhbərlik etdiyi hərbi missiya İŞİD-ə qarşı əməliyyatlara başlayıb.

Netanyahudan İsrailə uçan təyyarədəki QANLI HADİSƏ ilə bağlı açıqlama

İsrailin Baş naziri Binyamin Netanyahu Dubaydan Təl-Əvivə uçarkən qanlı insident səbəbindən məcburi şəkildə Səudiyyə Ərəbistanına istiqamətləndirilən "Flydubai" reysi ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə "Channel 12" məlumat yayıb.

Baş nazirin ofisindən verilən məlumata görə, İsrail hökuməti sərnişinlərin ölkəyə təhlükəsiz şəkildə qayıtması üçün lazımi addımları atır.

"Hadisə tam nəzarət altındadır və hazırda israilli sərnişinlərin vətənə sağ-salamat dönməsi üçün bütün tədbirlər görülür", - deyə Netanyahunun dəftərxanasının bəyanatında qeyd olunur.

Qeyd edək ki, sentyabrın 30-u səhər saatlarında "Flydubai" aviaşirkətinə məxsus hava gəmisi əvvəlcə 7700 həyəcan siqnalı, daha sonra isə ehtimal edilən qaçırılma halında istifadə olunan 7500 siqnalını ötürüb. Heyətlə rabitə kəsilsə də, bir neçə dəqiqədən sonra yenidən bərpa edilib.

Təl-Əvivə yaxınlaşarkən təyyarə qəflətən istiqamətini dəyişərək şəhərdən uzaqlaşmağa başlayıb. Səudiyyə Ərəbistanına eniş etməyə yönləndirilən layner Bakı vaxtı ilə saat 11 radələrində yerə enib. Uçuş zamanı hava gəmisini əvvəlcə İsrail, ardınca isə Səudiyyə Ərəbistanı qırıcıları müşayiət edib.

Telekanalın məlumatına əsasən, idarəetmə zamanı pilotlar arasında yaranan mübahisə davaya çevrilib və nəticədə 7700 kodu aktivləşdirilib. Aviaşirkət insidentin baş verdiyini təsdiqləyərək, münaqişənin pilotlardan birinin huşunu itirməsinə qədər davam etdiyini bildirib.

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib

"ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və "Birliyin Gücü - 2026" birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək məqsədilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq sərgidə keçirilən görüşlər çərçivəsində Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəni ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil, və tibb sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

"Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı - <span style="color: #ff0000;">VİDEO</span>

Azərbaycanın paytaxtı Bakı şəhərində 6-cı Beynəlxalq Müdafiə Sərgisi (ADEX) öz işinə başlayıb. Tədbirin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı süjetdə məlumat verilib.

Qeyd olunur ki, açılışda dövlət başçısını birinci xanım Mehriban Əliyeva və müdafiə naziri Zakir Həsənov müşayiət ediblər. Prezident İlham Əliyev və Azərbaycan nümayəndə heyəti sərgidə ən geniş tərkibdə təmsil olunan Türkiyə müdafiə sənayesi müəssisələrinin stendlərini ziyarət ediblər.

Həmçinin videomaterialda vurğulanıb ki, "Baykar Teknoloji" şirkəti öz sosial şəbəkə hesabında "Gəzən sursat "Kasırga" ilə "ADEX 2026"dayıq" məzmunlu bir paylaşım edib.

Həmin paylaşımda "Azərbaycanın texnoloji imkanlarına güc qatacaq "Kasırga" xeyirli olsun" sözləri də öz əksini tapıb.

Bildirilir ki, 53 dövlətdən 280 müəssisənin iştirak etdiyi bu beynəlxalq sərgiyə ən böyük nümayəndə heyəti ilə məhz Türkiyə qatılıb.

Qeyd edək ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun ən qabaqcıl müdafiə tədbirlərindən biri hesab edilən "ADEX 2026" oktyabrın 2-dək davam edəcək.

 

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib.

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrdə bildirib.

"Hazırda komissiya Kubrinsk kəndindəki bütün evləri yoxlayır. İndiki məqamda 22 çoxmənzilli binanın ciddi zərər gördüyü məlumdur. Partlayış dalğası və qəlpələr dam örtüklərini və pəncərələri zədələyib", - o qeyd edib.

Onun sözlərinə görə, bərpa işləri oktyabrın 2-dək başa çatdırılmalıdır, bundan sonra isə noyabr ayında yekunlaşacaq dam örtüklərinin təmirinə başlamaq lazımdır.

Yanğın sentyabrın 28-də baş verib, alov istehsalat ərazisindəki iki binanı məhv edib. 14 nəfər ölüb, 1 qadın yaralanıb, o, orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sentyabrın 30-u Yaroslavl vilayətində matəm günü elan edilib.

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Əli Moucani sosial mediada yaydığı açıqlamalarla əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Moderator.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili görüş zamanı İran səfirinə sosial mediada yaydığı açıqlamaların diplomatik fəaliyyətin əhatə dairəsindən kənara çıxdığını bildirib.

A.Xvtisiaşvilinin sözlərinə görə, bu cür açıqlamalar ictimai əhvali-ruhiyyəyə mənfi təsir göstərir. O, İran tərəfinin müvafiq tədbirlər görəcəyinə və oxşar halların təkrarlanmayacağına ümid etdiyini deyib.

Nazir müavini İran səfirinin diqqətinə çatdırıb ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini diplomatik mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərdə müəyyən edilmiş normalara riayət etməli, həmçinin qəbul edən ölkənin tarixi və daxili məsələləri ilə bağlı şərhlərdən çəkinməlidirlər.

Qeyd edək ki, İranın Gürcüstandakı səfiri Əli Moucani "Facebook" səhifəsində Tbilisidəki İran səfirliyinin fasadında Gürcüstan kraliçası Ketevanın təsvirinin nümayiş etdirildiyini bildirib.

Səfir paylaşımında Ketevanın tarixi ilə bağlı ilkin araşdırma apardığını, İran və Gürcüstanda qorunan sənədlər və tarixi mənbələri araşdırdığını qeyd edib. O, araşdırmasının nəticələrini gələcəkdə paylaşacağını və təqdim ediləcək materialın rəsmi mövqe deyil, tarixçinin şəxsi baxışı və qiymətləndirməsi olduğunu vurğulayıb.

Əli Moucani həmçinin bu tarixi mövzuların gələcəkdə gürcü və iranlı tədqiqatçıların birgə araşdırmaları əsasında əlavə öyrənilməsinin mümkünlüyünü qeyd edib.

Bu bürclər payızda problemlərindən qurtula bilər

Astroloji proqnozlara görə, 2026-cı ilin payızı bəzi bürclər üçün uzun müddətdir həllini gözləyən məsələləri yoluna qoymaq baxımından əlverişli dövr ola bilər.
 
Moderattor.az bu barədə “TSN”-ə istinadən xəbər verir ki, sentyabr-noyabr aylarında köhnə qərarların yenidən nəzərdən keçirilməsi, yarımçıq işlərin tamamlanması, münasibətlərdə və peşəkar həyatda dəyişikliklərin gündəmə gəlməsi ehtimal olunur. Astrologiya konkret hadisələrə zəmanət verməsə də, bu sahənin tərəfdarları müəyyən dövrlərin dəyişikliklər üçün daha əlverişli olduğuna inanırlar.
 
Qoç
 
Payız Qoçlar üçün uzun müddətdir yığılıb qalan məsələləri həll etmək dövrü ola bilər. Bu, həm iş və gündəlik həyat, həm də təxirə salınmış söhbətlərlə bağlıdır.
 
Sentyabr ayında onları yoran bir vəziyyətə son qoymaq, münasibətlərdə mövqelərini və şəxsi sərhədlərini daha aydın müəyyənləşdirmək gündəmə gələ bilər.
 
Buğa
 
Buğalar payızda maliyyə və məişət məsələlərindəki qeyri-müəyyənlikdən tədricən çıxa bilərlər. Xərclərə yenidən baxmaq, köhnə öhdəlikləri bağlamaq və artıq fayda verməyən məsələlərdən imtina etmək tövsiyə olunur.
 
Xüsusilə maliyyə, münasibətlər və gündəlik işlərdə nizam yaratmaq ön plana çıxa bilər.
 
Əkizlər
 
Əkizlər üçün payızın əsas mövzusu dəyişiklik ola bilər. Əvvəllər sabit görünən məsələlər aktuallığını itirə və bu da yeni imkanlara yol aça bilər.
 
Astroloji proqnozlarda peşəkar imkanlar, yeni təkliflər və gələcək planların yenidən nəzərdən keçirilməsi vurğulanır. İşini və ya fəaliyyət istiqamətini dəyişməyi düşünən Əkizlər üçün yeni variantlar yarana bilər.
 
Qız
 
Qızlar üçün payız bir növ yenilənmə dövrü ola bilər. Sentyabr şəxsi və peşəkar həyatda nizam yaratmaq, yeni vərdişlər formalaşdırmaq və insanı uzun müddətdir yoran məsələlərdən uzaqlaşmaq üçün əlverişli hesab edilir.
 
Astroloqlar 10 sentyabr 2026-cı ildə Qız bürcündə baş verəcək yeni ayı yeni niyyətlər üçün simvolik məqam kimi qiymətləndirirlər. Daha sonra diqqət maliyyə, dəyərlər və həqiqətən əhəmiyyətli olan məsələlərə yönələ bilər.
 
Əqrəb
 
Əqrəblər payızda uzun müddətdir emosional gərginlik yaradan məsələləri həll edə bilərlər. Xüsusilə şəxsi münasibətlər, keçmiş incikliklər və açıq şəkildə danışılmamış problemlər ön plana çıxa bilər.
 
Sentyabrda Veneranın Əqrəb bürcünə keçməsi yaxın münasibətlərə diqqəti artıra bilər. Ayın sonunda Merkuri də açıq söhbətlər mövzusunu aktivləşdirə bilər. Bu dövr Əqrəblərə əvvəllər deyə bilmədikləri sözləri ifadə etmək imkanı yarada bilər.

Türkiyədəki narkotik istintaqı: Hasan Şaş və Afra Saraçoğlunun testində kokain tapıldı

Türkiyə hüquq-mühafizə orqanlarının məşhurlarla bağlı apardığı narkotik istintaqı çərçivəsində keçmiş futbolçu Hasan Şaş və aktrisa Afra Saraçoğlunun test nəticələrində kokain maddəsi aşkarlanıb.

Moderator.az xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.

Məlumata görə, tanınmış şəxslərə qarşı həyata keçirilən narkotik araşdırması zamanı sentyabrın 18-də xüsusi əməliyyat təşkil edilmişdi. Keçirilən bu əməliyyatda aktyor Aras Bulut İynemli, "Sefo" ləqəbli müğənni Seyfullah Sağır və aktrisa Melis Sezen də daxil olmaqla bir sıra məşhur adlar nəzarətə alınmışdı.

Araşdırma prosesində qan, saç və sidik nümunələri götürülən, daha sonra isə məhkəmə tərəfindən sərbəst buraxılan Hasan Şaşın test nəticəsi aydınlaşıb. Aparılan analizlərdə onun qan, sidik və saçında kokainə, həmçinin saçında əlavə olaraq kodein maddəsinə rast gəlinib. İstintaq dövründə ölkə xaricində olan və geri qayıtdıqdan sonra İstanbul aeroportunda saxlanılan aktrisa Afra Saraçoğlunun da test nəticələri bəlli olub. Aktrisadan götürülən nümunələrin müayinəsi zamanı saçında kokain maddəsi tapılıb. Digər tərəfdən, əməliyyat çərçivəsində saxlanılan və yoxlamaların ardından sərbəst buraxılan Yağız Sabuncuoğlu və Aras Bulut İynemliyə edilən testlərdə isə hər hansı bir narkotik maddəyə rast gəlinmədiyi bəlli olub.

Bizlərin uğur qazanmasına mane olan <span style="color: #ff0000;">8 maneə və onların aradan qaldırılmasının ən asan yolu...</span>

“Ey Allahım! Narahatlıq və kədərdən; zəiflik və tənbəllikdən; qorxaqlıqdan və ruhdan düşkünlüyündən; xəsislikdən və borc yükündən və başqalarının zülmündən Sənə sığınıram..."- Məhəmməd Peyğəmbər əleyhissəlam
 
“Yalnız cəsur insanlar Allahdan başqa heç kimdən qorxmadan həyatda irəliləyə bilərlər...”
 
“Hər kəsin uğur qazanmağa çalışdığı bugünkü dünyada məhsuldarlıq — gündəlik tapşırıqları müəyyən səviyyədə yerinə yetirmək bacarığı — çox vacib bir keyfiyyətdir. Bu, şəxsi əhval-ruhiyyədən, vəziyyətdən, situasiyadan, xarici mühitdən və başqaları ilə qarşılıqlı əlaqələrdən asılı olmayaraq tətbiq olunur. Və bu kontekstdə uğur yalnız biznes və ya karyera ilə bağlı deyil; bu, ümumiyyətlə həyatda uğurla bağlıdır”.
 
Moderator.az-ın aktuallığını nəzərə alaraq tərcümə etdiyi “İslam-Today” nəşrində dərc olunmuş 
“Müsəlmanların uğur qazanmasına mane olan 8 maneə” başlıqlı məqalədə belə deyilir.
 
Məqalənin ardını da olduğu kimi dəyərli oxucularımızın nəzərinə çatdırırıq:  
 
“Kiminsə məhsuldar qalmasına kömək etmək üçün bir dua olub-olmadığını düşünürdüm. Məhəmməd Peyğəmbərin (s.a.s) narahatlıq zamanı oxuduğu məşhur bir duanı xatırladım və bu duanın məhsuldar bir müsəlman üçün nə qədər faydalı olduğunu anladım:
 
 وَالْعَجْزِ وَالْکسلِ وَالْبُخْلِ وَالْجُبْنِ وَضلَعِ الدَّيْنِ 
 
“Vəl-əczi vəl-kəsəli vəl-buxli vəl-cübni və dalə‘id-deyn...”
 
"Ey Allahım! Narahatlıq və kədərdən; zəiflik və tənbəllikdən; qorxaqlıq və ruh düşkünlüyündən; xəsislikdən və borc yükündən və başqalarının zülmündən Sənə sığınıram..."
 
Bu duada Allahdan qorunma dilədiyimiz bütün elementlərə nəzər salsaq, başa düşə bilərik ki, uğura çatmaq üçün qarşımıza çıxan əngəllər məhz onlardır. Məhz onıar bizi yerində saymağa məcbur edir və irəli getməyimizə mane olur...
 
Əgər bu keyfiyyətlərdən qurtula bilsəydik, həyatda daha uğurla irəliləyə bilərdik. Bəz daha yaxşı olmağımıza mane olan həmin xüsusiyyətlər hansılardır?
 
Narahatlıq və kədər:
 
İnsan narahatlıq, həyəcan və kədər hiss etdikdə, bir şeyə diqqət yetirə bilmir, dincliyini itirir - məhsuldarlığı azalır. Fikirləri yalnız bundan necə qurtulmaq üzərində cəmləşir və irəliləyə bilmir. Bu Göstərilən Peyğəmbər (ə.s.) duasını edin ki, Allah sizə rahatlıq versin...
 
Zəiflik və tənbəllik:
 
Zəiflik insanın bir şeyi edə bilməməsi, tənbəllik isə insanın bunu etmək istəməməsidir. Onlar bir-biri ilə əlaqəlidirlər. İnsan daim bir şeyi etməkdə tənbəllik etdikdə, nəticədə sadəcə bunu edə bilmədiyinə inanmağa başlayır və beləliklə, zəiflik göstərir və bir çox fürsəti əldən verir. Uca Allahdan tənbəllik və zəiflikdən xilas olmasını diləyin, çünki insanın həyat keyfiyyəti birbaşa bundan asılıdır...
 
Qorxaqlıq və laqeydlik:
 
Məhsuldar olmaq üçün vaxt, çalışma və cəhd göstərmək gərəkdir. Bütün bunlar isə cəsarət tələb edir. Yalnız cəsur insanlar Allahdan başqa heç kimdən qorxmadan həyatda irəliləyə bilərlər...
 
Borc yükü və  başqalarının zülmü:
 
Kiməsə borclu olmaqdan daha məyusedici bir şey yoxdur. Buna görə də Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz davamçılarına yoxsulluqdan və zülmdən qorunmaq üçün bir çox dualar öyrətmişdir ki, onlardan biri də təqdim etdiyimiz duadır...
 
Belə gözəl dualar həmişə bizim ibadətlərimizdə və həyatımızda olmalıdır. Çünki heç kim sadalanan keyfiyyətlərdən və şəraitdən sığortalana bilməz; onlardan qorunmaq və vəziyyətimizin yaxşılaşması yalnız Uca Allahın əlindədir...
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın
 

Fatih Terim "Barselona" ilə matçda xüsusi vəzifədə olacaq

"Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim UEFA Çempionlar Liqasında İstanbul təmsilçisinin "Barselona" ilə oyununda texniki müşahidəçi kimi fəaliyyət göstərəcək.

Moderator.az xəbər verir ki, bu barədə Terim jurnalist Levent Tüzemenə açıqlamasında məlumat verib.

Təcrübəli mütəxəssis bildirib ki, UEFA ona tapşırılan qarşılaşmaları yerində izləyərək texniki analiz hazırlamasını istəyir.

Terim qeyd edib ki, ötən mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən "Arsenal" - "Sportinq" matçını Londonda izləyib və UEFA-nın texniki müşahidəçisi kimi hesabat hazırlayıb.

O, oktyabrın 13-də keçiriləcək "Qalatasaray" - "Barselona" qarşılaşmasında da UEFA üçün analiz aparacağını açıqlayıb.

Bu ərazilər qazsız qalacaq

Sabah Ağdaş, Şəki və Qəbələ rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Moderator.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş şəhərinin H.Əliyev pr, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələri və rayonun Qarasuqumlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Həmçinin, oktyabrın 1-də saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin N.Nərimanov, E.Kərimov, 20 Yanvar, H.Əliyev, İ.B.Qutqaşınlı küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bundan başqa, sabah saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonu Baltalı kəndinin qaz təchizatında müvəqqəti dayandırılacaq.

Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi

Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb.

Moderator.az xəbər verir ki, bu barədə şəhər meriyası "Telegram" kanalında məlumat yayıb.

Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, "Stolbı" qoruğu ilə Torqaşin silsiləsini birləşdirir.

"Torqaşin pilləkəni ərazisində ayıların aktivliyi qeydə alınıb. Təhlükəsizliyiniz naminə xahiş edirik, pilləkənlə yuxarı qalxmayın", - deyə meriyanın məlumatında bildirilib.

Son həftələrdə Sibirdə və Uzaq Şərqdə ayıların insanlara hücumları artıb. Rusiya KİV-in məlumatına görə, ayı hücumları nəticəsində ən çox ölüm Krasnoyarsk diyarında qeydə alınıb: burada yırtıcıların hücumu nəticəsində azı altı nəfər ölüb. Yerli Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinə qarşı səhlənkarlıqla bağlı cinayət işi açılıb.

İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib.

Moderator.az paylaşımı təqdim edir:

https://t.co/tIhif8FAK5

— İlham Əliyev (@azpresident) September 26, 2026

 

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 6 il ötür.

Moderator.az-ın məlumatına görə, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.

Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonları ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

2020-ci il sentyabrın 27-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə - 5 nəfər tamamilə məhv olub.

Oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektləri, nəqliyyat vasitələri külli miqdarda ziyan görüb.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutub.

Oktyabrın 8-i, noyabrın 3, 4 və 8-də Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq genişmiqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, habelə terrorçuluq cinayəti törədilib.

Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib.

Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi unikal əməliyyatla isə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub.

Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində bəyan edib.

Dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr - Zəfər günü kimi təsis edilib.

Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 il idi.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.

Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Bundan başqa, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb.

Eyni zamanda, 2023-cü ilin aprelin 23-də ərazi bütövlüyümüz tam bərpa edilib. Belə ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaradılıb. 2023-cü il sentyabrın 20-də isə Azərbaycan öz suverenliyini tam bərpa edib. 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim olub, Azərbaycanın şərtlərini qəbul edib və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin edib.

Antiterror tədbirlərinin məntiqi nəticəsi olaraq Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2024-cü il aprelin 26-dan etibarən fəaliyyətini dayandırıb. Rusiya Sülhməramlı Kontingenti isə Azərbaycanı tam tərk edib.

Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, forumda səslənən fikirlər, imzalanan müqavilələr, investisiya sənədləri və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı və keçirdiyi görüşlər dünya mediasının diqqətində olub. Türkiyənin, Rusiyanın, Avropa, Mərkəzi Asiya və digər ölkələrin media orqanları bu barədə geniş materiallar dərc edib.

Moderator.az Azərtac-a istinadla xəbər verir ki, Türkiyənin "SonDurak" media resursunda yazılıb ki, Prezident İlham Əliyevin himayəsi ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 10,8 milyard dollar həcmində 23 investisiya sənədi imzalanıb.

Azərbaycanın Orta Dəhliz kimi layihələrdə iştirakı onun iqtisadi potensialını artırır və sərmayəçilər Azərbaycana sərmayə yatırmaq niyyətlərini bildiriblər.

"Haberler.com" saytında qeyd edilib ki, Azərbaycan Avropa ilə Asiya arasında böyük tranzit potensialına malikdir. Yaradılan nəqliyyat infrastrukturu pespektivdə iqtisadi inkişaf üçün geniş imkanlar yaradıb. Cənubi Qafqazın iqtisadi baxımdan inkişaf etmiş ölkəsi olan Azərbaycanda iqtisadi islahatlar səmərəli həyata keçirilib.

"Bloomberg"də nəzərə çatdırılıb ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR, Fransanın "TotalEnergies" və mərkəzi Abu Dabidə yerləşən "XRG" şirkətləri arasında aparılan danışıqların nəticəsi olaraq Abşeron qaz və kondensat sahəsinə sərmayə qoymaq haqqında razılıq əldə edilib. Materialda diqqətə çatdırılıb ki, "Abşeron" yatağından yaxın 3 ildə əlavə 5 milyard kubmetr təbii qaz hasil ediləcək.

Qırğızıstanın Milli İnvestisiya Agentliyinin saytında dərc olunan materialda bildirilib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda türk dövlətlərinin qarşılıqlı sərmayə yatırımı məsələsi müzakirə olunub və qərara alınıb ki, türk dövlətlərinin investisiya agentlikləri arasında əlaqələr artırılsın və birgə layihələr təqdim edilərək həyata keçirilsin. Bunlarla yanaşı, dünya maliyyə bazarında fəal rol oynamaq da qərara alınıb.

"Akşam" qəzetinin elektron platformasında dərc olunan materialda vurğulanıb ki, Prezident İlham Əliyev ölkədə alternativ və bərpaolunan enerji mənbələrindən olduqca səmərəli istifadə edir. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat alternativ enerji istehsal etmək potensialı var. Bu istiqamətdə Azərbaycanda böyük işlər görülür və istismara verilən stansiyalar da fəaliyyətini davam etdirir.

Rusiyanın TASS İnformasiya Agentliyində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun "Regional enerji əlaqələri və yaşıl keçid: Çağırışlar və imkanlar" mövzusunda keçirilən sessiyadakı çıxışına istinadla yazılır ki, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi üzrə yekun investisiya qərarı 2029-cu ilə planlaşdırılır. Ümumi ötürmə gücü 4 QVt olan layihənin texniki-iqtisadi əsaslandırılması onun mümkünlüyünü təsdiqləyib. Dəhliz 2032-ci ildə tədricən istifadəyə veriləcək və onun tam gücü ilə 2040-cı ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

"Finacial One" portalında vurğulanıb ki, forumda imzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su idarəçiliyi sahələrində layihələrin həyata keçirilməsini nəzərdə tutur. Müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, qlobal investorların, beyin mərkəzlərinin və işgüzar dairələrin nümayəndələrinin qatıldığı forumda Azərbaycan və region üçün investisiya perspektivləri, Orta Dəhlizin inkişafı, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, vacib xammal və iqtisadi təhlükəsizlik məsələləri müzakirə olunub. Dünya üçün aktual xarakter daşıyan bu məsələləri Azərbaycan diqqətdə saxlayaraq müasir trendlərdən geridə qalmır.

"Ритм Евразии" analitik portalında dərc edilən materiallarda diqqətə çatdırılıb ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda "The European House - Ambrosett"nin baş direktoru və idarəedici tərəfdaşı Valerio De Molli "Azərbaycan və Cənubi Qafqaz: İnvestisiyaların artımı üçün mərkəz" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın və Cənubi Qafqazın investisiyaların artımı üçün potensialı, regional əlaqələri və bölgənin qlobal iqtisadi sistemdəki inkişaf edən rolu vurğulanıb. Azərbaycanın iqtisadi potensialı haqqında ətraflı məlumat verilib.

"İşçı Haber" saytında yazılıb ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 10,8 milyard dollarlıq investisiya sənədinin imzalanması onun mötəbərliyi ilə yanaşı, Azərbaycanın iqtisadi potensialının da yüksək olduğunu göstərir. Müxtəlif sahələri əhatə edən investisiya sənədləri perspektivdə ölkə iqtisadiyyatının inkişafına böyük təkan verəcək. Forumda iştirak edən dünyamiqyaslı şirkətlər də öz aralarında əməkdaşlıq haqqında razılıqlar əldə ediblər. Azərbaycan keçirdiyi bu forum vasitəsi ilə beynəlxalq şirkətlər üçün əməkdaşlıq imkanı yaradıb.

"Star" qəzetinin elektron variantında yayımlanan məqalədə bildirilib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun işinə qatılan Azərbaycan Prezidenti İlham Əliyev uzunmüddətli və davamlı artıma nail olmaq üçün neft və təbii qazdan başqa sektorların potensialının qiymətləndirilməli olduğunu bildirib və əlavə edib ki, bərpaolunan enerji, logistika, nəqliyyat, elektrik enerjisi ixracı və mədənçilik gələcəkdə ölkə iqtisadiyyatının mühüm hərəkətverici qüvvələri olacaq. Azərbaycan etibarlı ölkə olduğu üçün buraya sərmayə yatırmaq istəyən şirkətlərin sayı artır. Təsadüfi deyil ki, son 20 ildə Azərbaycana təxminən 350 milyard dollar sərmayə yatırılıb.

"Yeni Dönəm" saytı forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə geniş yer verib. Qeyd olunub ki, Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Beynəlxalq İnvestisiya Forumunda çıxış edərək deyib: "Azərbaycandan keçən tranzit yük daşımalarında sürətli artım var və bu il 16 milyon tona çatacaq. Lakin məqsədimiz 2030-cu ilə qədər həm şərq-qərb, həm də şimal-cənub marşrutları üzrə 25 milyon tona, bəlkə də, daha çoxa çatmaqdır. Buna nail olmaq üçün qonşularımızla fəal şəkildə çalışırıq".

Saytda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin regionda apardığı sülh siyasəti bu planların reallaşmasına imkan verir.

İki saxta sertifikat futbolçuya baha başa gəldi: <span style="color: #ff0000;">Millidən UZAQLAŞDIRILDI</span>

MLS təmsilçisi "Atlanta Yunayted" klubunun hücumçusu Brel Embolo COVID-19-a qarşı peyvənd sertifikatı satın aldığı barədə yayılan məlumatlardan sonra İsveçrə millisindən kənarlaşdırılıb.

Bu barədə İsveçrə Futbol İttifaqının (SFV) saytında məlumat verilib.

"Embolo şəxsi həyatı və KİV-də yayılan məlumatlarla bağlı SFV-ni məlumatlandırıb. Bununla əlaqədar SFV rəhbərliyi futbolçunun əvvəlcədən planlaşdırıldığı kimi komandaya qoşulmaması və millinin hazırkı təlim-məşq toplanışını onsuz başa vurması barədə qərar qəbul edib. Bu qərar komandanın Millətlər Liqasının qarşıdakı oyunlarına tam diqqət yetirməsini təmin etmək məqsədi daşıyır", - deyə bəyanatda bildirilib.

"Schweiz Heute" portalı sentyabrın 25-də məlumat yayıb ki, futbolçu 2021-ci ildə tanışı vasitəsilə iki saxta peyvənd sertifikatı əldə edib. 2025-ci ilin noyabrında o, bu hüquqpozmasına görə hər biri 3 min frank olmaqla 20 günlük ödəniş məbləğində cərimələnib. Bununla belə, qərar ictimaiyyətə məlum olmayıb.

Həftənin əvvəlində İsveçrə millisinin kapitanı Qranit Caka da oxşar qalmaqala düşüb və o da milli komandanın qarşıdakı oyunlarından kənarlaşdırılıb.

29 yaşlı Embolo İsveçrə millisinin heyətində 92 oyuna çıxıb və 26 qol vurub. "Atlanta Yunayted"də hücumçunun komanda yoldaşı Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Mirançukdur.

(oxu.az)

Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı - <span style="color: #ff0000;">VİDEO</span>

Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib.

Moderator.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, son günlərdə ölkənin dağlıq və dağətəyi bölgələrində müşahidə olunan intensiv yağıntılar Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub.

Yolun 147-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.

 

Siqnala görə başlayan mübahisə ölümlə bitdi - <span style="color: #ff0000;">17 yaşlı oğlan saxlanıldı</span>

Sentyabrın 26-da gecə saatlarında Abşeron rayonu ərazisində avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib.

Rayon sakini Əli Axundovla qonşusu İbrahim Həmidov arasında yaranan mübahisəyə Ə.Axundovun oğlu N. qoşularaq kəsici alətlə İ.Həmidova xəsarət yetirib.

Tərəfləri sakitləşdirməyə çalışan İ.Həmidovun qohumu S.Mamedov da xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2009-cu il təvəllüdlü N.A. saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

(qafqazinfo)

Tovuzda iki uşağı maşın vurub

Tovuzda iki məktəblini maşın vurub.

Moderator.az xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2010-cu il təvəllüdlü X.Ələkbərova və F. Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məktəblilərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstənalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

“27 sentyabr tarixi zəfərə gedən yolun başlanğıcı, milli özünütəsdiq günüdür”

Sabah 27 Sentyabr – Anım Günüdür.

Moderator.az olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə 27 sentyabr gününün mənəvi önəminə, tarixi əhəmiyyətinə toxunmağa çalışdıq.

-Səmyar bəy, sabah 27 Sentyabr – Anım Günüdür. Öncə bu günün mənəvi önəmi ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

-27 Sentyabr 8 Noyabr zəfərinə - böyük qələbəyə gedən yolun ilk günüdür. Məhz 6 il bundan öncə 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldakı torpaqların azadlığı uğrunda müqəddəs savaşa başladı ki, bu müharibə ordumuzun qəti zəfəri ilə nəticələndi. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya haqqında sazişi imzalama məcbur oldu. Bununla da 30 illik işğal problemi öz ədalətli və məntiqi həllini tapdı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildi. Azərbaycan Silahlı Qüvvələri öz liderinin rəhbərliyi altında BMT Təhlükəsizlik Şurasının on illərdir ki, reallaşmayan qətnamələrini müvəffəqiyyətlə icra etdi.

Şübhəsiz, bu qələbə Azərbaycan üçün itkisiz nəticələnmədi. Minlərlə qəhrəman hərbçimiz vətən uğrunda şəhid oldu. Məhz şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, fədakarlığı sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu.

Bu gün işğaldan azad edilən torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bu gün həmin torpaqlarda sosial infrastruktur yenidən bərpa edilir, keçmiş məcburi köçkünlərin bu torpaqlara ləyaqətli şəkildə qayıdışı təmin edilir. Biz bu tarixi uğura, hərbi və mənəvi zəfərə görə də məhz şəhdilərimizə borcluyuq. Onların vətənin xilası, dövlətimizin ərazi bütövlüyü, xalqımızın milli kimliyinin təsdiqi uğrunda göstərdiyi fədakarlıqlar heç zaman unudulmayacaq, hər zaman böyük sevgi və ehtiram hiss ilə yad olunacaq.

-Sizcə 44 günlük Vətən müharibəsi bizi zəfərə qovuşdurmaqla yanaşı, xalqımızın hansı böyük xüsusiyyətlərini üzə çıxardı?

-44 günlk Vətən müharibəsi hər şeydən öncə xalqımızın birlik, həmrəylik bacarığını ortaya qoydu. Müharibə sübut etdi ki, Azərbaycan xalqı dar gündə birləşməyi, düşmənə qarşı mübarizədə həmrəylik sərgiləməyi bacarır. Elə bunun nəticəsidir ki, 27 sentyabr tarixində hər bir Azərbaycan vətəndaşı siyasi kimliyindən, sosial statusundan asılı olmayaraq, bir nəfər kimi Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək Silahlı Qüvvələrimizlə həməylik nümayiş etdirdi.

Müharibə eyni zamanda xalqımızın və dövlətimizin humanizmini ortaya qoydu. Müharibə dönəmində Azərbaycan əsgəri düşmənin bir nəfər də olsun mülki sakininə və ya mülki obyektinə atəş açmadı. Azərbaycan yalnız hərbçilərə və  hərbi infrastruktura zərbələr endirdi ki, bu həqiqət dünya dövlətləri, bəzi hallarda ermənilərin özləri tərəfindən də etiraf olunmaqdadır.

Bundan başqa, Azərbaycan hərbçiləri müharibə dönəmində əsir götürülən və ya yaralı olan düşmən hərbçilərinə də atəş açmır, onlarla beynəlxalq qanun və konvensiyalara uyğun şəkildə davranırdı. Baxmayaraq ki, həmin dönəmdə Ermənistan dinc şəhərlərimizi atəşə tutur, mülki insanlarımızı qətlə yetirirdi.

44 günlük Vətən müharibəsi xalqımızın tarixi qəhrəmanlıq ənənələrini bir kəs daha nümayiş etdirdi. Cəmi 44 gün ərzində düşmənin möhkəmlənmiş istehkamlarını yaran Azərbaycan Silahlı Qüvvələri, mürəkkəb coğrafi relyef şəraitində bütün dünyada böyük heyrətlə qarşılanan qəhrəmanlıqlara imza atdı. Şuşa şəhərinin azad edilməsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıq buna nümunədir.

-Səmyar bəy, 8 Noyabr zəfərinin əldə edilməsində daha hansı amillər mühüm rol oynadı?

-8 Noyabr zəfərinin əldə edilməsinə mühm təsir göstərən amillərdən biri, bəlkə də birincisi sərkərdə faktoru oldu. Məhz Prezident İlham Əliyevin qətiyyəti, cəsarəti, prinsipiallığı, hərbi-siyasi situasiyanı düzgün qiymətləndirmək bacarığı, hərbi sərkərdəlik qabiliyyəti 8 Noyabr zəfərinin əldə edilməsinə həlledici töhfə verdi. Hərbi əməliyyatlara bilavasitə rəhbərlik edən Prezident İlham Əliyev, qısa müddətdə erməni faşizmini darmadağın etməklə regional təhlükəsizliyə böyük töhfə verdi.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində həm də media və diplomatiya müstəvisində tarixi uğurlara imza atdı. Prezident İlham Əliyevin müharibə dönəmində dünyanın tanınmış media qurumlarına, məşhur televiziyalarına verdiyi müsahibələr erməni faşizminin ifşa edilməsində, Azərbaycan həqiqətlərinin dnyaya çatdırılmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində siyasi və media müstəvisində apardığı mübarizə Ermənistanın diplomatik məğlubiyyyəti ilə nəticələndi. Başqa sözlə desək, Müzəffər Ali Baş Komandan  Ermənistanı hərbi müstəvi ilə yanaşı, diplomatik və media platformalarında da ağır məğlubiyyətə uğratdı. Azərbaycan Prezidenti 8 Noyabr zəfəri ilə bütün dünyada sübut etdi ki, o, dünyanın ən güclü siyasi liderlərindən biri olmaqla yanaşı, həm də ən böyük hərbi strateqlərindən biridir.

-44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə dövlətimizin ərazi bütövlüynü təmin etməklə yanaşı, daha hansı  uğurlara yol açdı?

-8 Noyabr zəfəri dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, onun beynəlxalq aləmdəki nüfuzunu da yüksəltdu. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü qorumağa, istənilən təhdid və təhlükəyə adekvat cavab verməyə qadirdir.

8 Noyabr zəfərinin ən mühüm nəticələrindən biri isə 30 ildir ki, davam edən məcburki köçkün probleminin öz qəti və ədalətli həllini tapması oldu. İşğaldakı torpaqların azad edilməsi dövlətimizə imkan verdi ki, keçmiş məcburi köçkünlərin azad edilən torpaqlara ləyaqətli qayıdışını həyata keçirsin. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi altında işğaldan azad edilən ərazilərin mina və digər partlamamış sursatlardan təmizlənməsi istiqamətində fəaliyyətə başladı. Hansı ki, bu ağrılı proses günümüzdə də fasiləsiz şəkildə davam etdirilməkdədir.

Bu gün işğaldan azad edilən ərazilərdə on minlərlə soydaşımız yenidən  məskunlaşmaqda, doğma Qarabağımızın inkişafına yaxından töhfə verməkdədir. İşğaldan azad edilən şəhər və kəndlərimizdə bütün infrastrukturun yenidən inşası prosesi həyata keçirilir ki, bütün bu proses beynəlxalq standartlar səviyyəsində həyata keçirilir.

Ən maraqlı və qürurverici məqamlardan biri isə budur ki, bütün quruculuq işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti altında gerçəkləşir. Dövlət başçısı bugünə qədər işğaldan azad edilən torpaqlarımızda yüzlərlə yaşayış binasının, sənaye və kənd təsərrüfatı müəssisəsinin, SES-lərin təmələni qoyub, onlarla müəssisə və yaşayış məntəqəsinin açılışında iştirak edib. Bu gün işğaldan azad edilən torpaqlarımızda beynəlxalq əhəmiyyətli mühüm iqtisadi layihələr həyata keçirilməkdə, yol və körpülər inşa edilməkdədir. Görülən və planlaşdırılan layihələr əminliklə deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə Azərbaycanın iqtisadi tərəqqisinə böyük töhfə verməklə yanaşı, bütün regionun iqtisadi həyatında mütərəqqi dəyişikliklərə yol açacaq.

-Səmyar bəy, sizcə bu gün dövlətimizin tərəqqisi və təhlükəsiziliyi baxımından vətəndaş olaraq atmalı olduğumuz hansı addımlar var? 44 günlük Vətən müharibəsindən hansı nəticələr çıxarmalıyıq?

-44 günlük Vətən müharibəsi və post-müharibə dönəmində baş verən hadisələr göstərdi ki, biz hər zaman öz birliyimizi, həmrəyliyimizi qoruyub saxlamalı, dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik. Çünki birliyimiz bizi bütün təhdid və təhlükələrdən qoruyan ən effektiv vasitədir.

Bundan başqa, müasir dünyamızda təhlükəsizliklə bağlı vəziyyətin mürəkkəbləşdiyini, təhdid və zorakılıqların artdığını, müharibə və münaqişələrin genişləndiyini nəzərə alaraq öz ayıq-sayıqlığımızı artırmalı, milli maraqlarımızın müdafiəsində daha yaxından iştirak etməliyik. Anti-Azərbaycan qüvvələrinin ifşa edilməsi, onlarla mübarizədə dövlətimizə lazımi dəstəyin göstərilməsi vətəndaş olaraq bizim borcumuzdur və biz hər zaman bu borca sadiq qalmalıyıq. Unutmamalıyıq ki, harada yaşamağımızdan, sosial vəziyyətimizdən, siyasi əqidəmizdən asılı olmayaraq, hamımız azərbaycanlıyıq və bizim yalnız bir vətənimiz var. Bu vətən Azərbaycandır. Biz bu vətəni qorumalı, onun keşiyində durmalı və tərəqqisi üçün əlimzidən gələni əsirgəməməliyik. Və bu məsələdə bizim üçün ən böyük, ən ali nümunə yeni də Prezidentimiz, onun vətənimizin tərəqqisi və təhlükəsizliyi uğrunda mübarizədə ortaya qoyduğu əzmkarlıq olmalıdır.

Seymur ƏLİYEV

Məhəmməd Salah heyətdən çıxarıldı

Misir millisinin və “Trabzonspor”un ulduz futbolçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunun seçmə mərhələsində Cənubi Sudanla keçiriləcək matçda iştirak etməyəcək.

Moderator.az xəbər verir ki, Misir Futbol Federasiyası Salahın qarşılaşmanın keçiriləcəyi stadionun sintetik örtüklü meydançası səbəbindən heyətdən çıxarıldığını açıqlayıb.

Federasiyanın bəyanatında bildirilib ki, milli komandanın texniki heyəti Salaha sentyabrın 29-da Cənubi Sudanla keçiriləcək oyunda istirahət vermək qərarına gəlib.

Qeyd olunub ki, qərar ulduz futbolçunun qorunması məqsədilə qəbul edilib.

Qeyd edək ki, Misir millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində son olaraq Anqola ilə 0:0 hesablı heç-heçə edib. Komanda sentyabrın 29-da səfərdə Cənubi Sudanla qarşılaşacaq.

Beyin haqqında ən böyük 10 yanlış: <span style="color: #ff0000;">Bunu çoxumuz səhv bilirik</span>

Beyinlə bağlı bəzi yanlış fikirlər illərdir cəmiyyət arasında həqiqət kimi qəbul edilir. Lakin elmi araşdırmalar bu miflərin bir çoxunun əsassız olduğunu göstərir.

Moderator.az Channel 9-a istinadla xəbər verir ki, beynin yalnız 10 faizindən istifadə etdiyimiz, insanın “sol beyinli” və ya “sağ beyinli” olduğu, klassik musiqinin zəkanı artırdığı kimi fikirlər elmi dəlillərlə təsdiqlənmir.

1. Beynin yalnız 10 faizindən istifadə edirik
Bu, ən məşhur beyin miflərindən biridir. Beynin böyük hissəsi müxtəlif funksiyalarda iştirak edir. Yetkin insanın beyni bədən çəkisinin təxminən 2 faizini təşkil etsə də, orqanizmin enerji və oksigen sərfiyyatının əhəmiyyətli hissəsini istifadə edir.

2. İnsanlar “sol beyinli” və “sağ beyinli” olur
Sol yarımkürənin məntiqə, sağ yarımkürənin isə yaradıcılığa cavabdeh olduğu və insanların bu iki qrupa bölündüyü fikri elmi baxımdan düzgün hesab edilmir. Mürəkkəb tapşırıqlar zamanı beynin hər iki yarımkürəsi qarşılıqlı əlaqədə işləyir.

3. Hər insanın öz “öyrənmə üslubu” var
Vizual, eşitmə və digər öyrənmə üslublarına uyğun tədrisin mütləq daha effektiv olduğu barədə kifayət qədər inandırıcı sübut yoxdur. Müxtəlif məlumat təqdimetmə üsullarının birlikdə istifadəsi daha faydalı ola bilər.

4. Beyin eyni anda bir neçə mürəkkəb işi effektiv görür
Çoxtapşırıqlılıq zamanı beyin əksər hallarda bir neçə işə eyni anda fokuslanmır. Diqqət bir tapşırıqdan digərinə keçir və bu keçidlər vaxt itkisinə, eləcə də səhvlərin artmasına səbəb ola bilər.

5. Yaşlandıqca yeni şeylər öyrənmək mümkün deyil
Beyin həyat boyu dəyişmək və yeni sinir əlaqələri yaratmaq qabiliyyətini saxlayır. Buna görə böyüklər yeni dillər, musiqi alətləri və müxtəlif peşə bacarıqları öyrənə bilirlər.

6. Yaddaş beyində dəyişməz “fayllar” kimi saxlanılır
Xatirələr kompüterdəki fayllar kimi sabit formada saxlanılmır. Onlar müxtəlif neyron şəbəkələri ilə əlaqəlidir və hər dəfə xatırlandıqda müəyyən dərəcədə yenidən qurula bilər. Buna görə bir xatirəyə tam əmin olmaq onun mütləq dəqiq olduğu anlamına gəlmir.

7. Şəkər uşaqları avtomatik olaraq hiperaktiv edir
Tədqiqatlar şəkər qəbulu ilə uşaqlarda hiperaktivlik arasında sadə və birbaşa əlaqəni təsdiqləməyib. Həddindən artıq şəkər sağlamlıq üçün zərərli ola bilər, lakin hər bir hiperaktiv davranışı şəkərlə əlaqələndirmək düzgün deyil.

8. Motsart dinləmək insanı daha ağıllı edir
“Motsart effekti” illər ərzində şişirdilib. Klassik musiqi əhval-ruhiyyəyə və diqqətə təsir göstərə bilər, lakin onun öz-özlüyündə zəkanı əhəmiyyətli dərəcədə artırdığına dair inandırıcı sübut yoxdur.

9. Beyin zədələndikdən sonra tamamilə əvvəlki vəziyyətinə qayıda bilər
Beynin müəyyən dərəcədə özünü yenidən təşkil etmək qabiliyyəti, yəni neyroplastiklik mövcuddur. Lakin bu imkan sonsuz deyil və bütün beyin zədələrinin tamamilə bərpa olunacağı anlamına gəlmir.

10. Yuxu zamanı beyin fəaliyyətini dayandırır
Yuxuda beyin tamamilə “sönmür”. Əksinə, bu müddətdə yaddaşın möhkəmləndirilməsi, məlumatların emalı və orqanizmin bərpası ilə bağlı mühüm proseslər davam edir.

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində baş verib.

1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli oğlu həyat yoldaşı 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızını və baldızı 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızını bıçaqlayıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparır.

30-40 ildir istifadə etdikləri kanal kol-kos içində: Kənd sakinləri ÇARƏSİZ QALIBLAR - VİDEO

Biləsuvarın Xırmandalı kənd sakinləri suvarma kanalının baxımsız vəziyyətdə olmasından narazıdırlar.
 
Moderator.az xəbər verir ki, onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, uzunluğu təxminən 300 metr olan kanalın 100 metrə yaxın hissəsini kol-kos basıb.
 
Nəticədə, əkin sahələrinin suvarılmasında çətinlik yaranıb.
 
"Kanalı təmizləyən yoxdur. Biz 30-40 ildir ki, bu kanalın suyundan istifadə edirik. İndi isə kanal tutulduğu üçün su axını dayanıb", - kənd sakinlərindən biri söyləyib.
 
Digər bir sakin isə məsələ ilə bağlı aidiyyəti qurumların məlumatlı olduğunu vurğulayıb:
 
"Aidiyyəti qurumların xəbəri var. Hətta onlarla birlikdə kanalı təmizləməyə razıyıq. Ərazini kol-kos basdığı üçün buradan keçmək olmur".

Mehriban Xanlarova buna görə verilişlərə getmir

Əməkdar artist Mehriban Xanlarova bir müddətdir verilişlərdə görünməməsinin səbəbini açıqlayıb.
Moderator.az xəbər verir ki, aktrisa bu barədə canlı yayımda olarkən danışıb. O, hazırda işləmədiyini və yalnız sənəti ilə məşğul ola biləcəyini deyib.
 
"İşləmirəm. Sənətimi bilirsiniz, aktrisalıqdan başqa heç nə işləyə bilmərəm. Küsmüşəm, özümə qapanmışam. Ona görə efirə çıxmıram" deyə, M.Xanlarova bildirib. (Axşam.az)

Son 10 ildə Bakıda keçirilən "Formula-1" yarışlarında 20 mindən çox könüllü çalışıb - FOTO

Son 10 ildə 20 mindən çox könüllü Bakıda keçirilən "Formula-1" yarışlarında fəaliyyət göstərib.
 
Moderator.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.
 
Bildirilib ki, bu il cəmi 72 saat ərzində 49 min müraciət daxil olub.
 
Qeyd edək ki, bu gün başa çatan 10-cu "Formula-1" Azərbaycan Qran-prisinin qalibi "Mercedes"in pilotu Corc Rassell olub.

Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb

27 Sentyabr – Anım Günü münasibətilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Dostluq Parkında Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, səfirlik əməkdaşları türkiyəli həmkarları ilə birlikdə abidənin önünə gül dəstələri qoyub.
 
Ziyarət zamanı həyatını itirən şəhidlərin ruhlarına dualar oxunub.

Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU

Bakıda əcnəbi müştərilərlə kobud danışan taksi sürücüsü həbs olunub.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, taksi sürücüsü işləyən 62 yaşlı Elşən Bağırov (şərti ad) müştərisi olan əcnəbi ər-arvada qarşı qeyri-etik davranış göstərib.
 
Zərərçəkənlərin şikayəti əsasında Elşən Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.
 
Məlumata görə, Bakıya turist kimi gələn Asad Arif taksi sürücüsünün kobud davranışı ilə bağlı DİN-ə, Dövlət Turizm Agentliyinə, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət edib. O, şikayətində bildirib ki, əvvəlcə sürücü onlara həddindən artıq yüksək hesab etdikləri qiymət "oxuyub", buna baxmayaraq, onlar yenə də yola davam ediblər. Maşına mindikdən sonra sürücüdən kondisioneri yandırmağı istəsələr də, sürücü onlardan əlavə pul almayana qədər kondisioneri yandırmayacağını deyib. Onlar razılaşmadıqda isə yola kondisionersiz davam etməyə məcbur olublar. Şikayətçinin sözlərinə görə, bu, onların səfərini xüsusilə narahat edib, çünki "Mercedes Viano" modelində sərnişinlərin havalandırma üçün aça biləcəyi pəncərələr olmayıb.
 
Əcnəbi vətəndaş bildirib ki, buna baxmayaraq, kondisioner pulu barədə mübahisə etməyib və yola bu şəkildə davam etməyə hazır olduqlarını deyib. Daha sonra sürücüdən düşəcəkləri yeri dəyişməsini xahiş edib, sürücü isə təyinat yerini dəyişmək üçün yenidən əlavə pul istəyib. Bu məqamda sürücünün ardıcıl pul tələbləri və onlara qarşı davranışı səbəbindən o və həyat yoldaşı artıq Elşənlə yola davam etmək istəmədiklərini bildiriblər. Ər-arvad sürücüyə açıq şəkildə səfəri davam etdirmək istəmədiklərini deyərək, Elşəndən onları elə həmin yerdə düşürməsini xahiş ediblər. Sürücü isə onların düşməsinə icazə vermək əvəzinə, maşını kilidləyib və ər-arvadın avtomobildən çıxmasına imkan verməyib.
 
Asad Arifin sözlərinə görə, bu, artıq sadəcə taksi gediş haqqı ilə bağlı fikir ayrılığı deyildi. Onlar xarici ölkədə bu vəziyyətdə özlərini təhlükədə və tələyə düşmüş kimi hiss ediblər. Nəticədə avtomobildən çıxmaq üçün qapını özləri güclə açmalı olublar. Onlar maşından düşməyi bacardıqdan sonra sürücü söyüş söyməyə və onlara qarşı kobudluq göstərməyə başlayıb.
 
Elşən Bağırov isə ifadəsində heç bir günahının olmadığını bildirib. Onun sözlərinə görə, əcnəbi ər-arvada gedəcəkləri ünvana çatdırmaq üçün 10 manat ödəniş təklif edib. Əvvəlcə razı olmasalar da, sonradan onun idarə etdiyi "Mercedes Viano" markalı avtomobilə miniblər. O bildirib ki, sərnişinlər ondan kondisioneri qoşmasını istəsələr də, cihaz xarab olduğu üçün onu qoşmayıb. Hakimin "Bəs nə üçün onlar səndən şikayət ediblər?" sualına isə Elşən "Onların şikayəti əsassızdır", - deyə cavab verib. Həmçinin Elşən əcnəbilərlə səfərin 2-3 dəqiqə davam etdiyini, onlar düşəndə isə "Nə yaxşı ki, belə adamlardan uzaq oldum", - dediyini bildirib. Hakimin "2-3 dəqiqəyə nə bildin ki, yaxşı adam deyillər?" sualına isə Elşən "Onların üzünə baxanda necə insan olduqlarını başa düşmüşdüm", - deyə cavab verib.
 
Son sözündə E.Bağırov heç bir xəta törətmədiyini və bu yaşadək ilk dəfə belə hadisə yaşadığını deyərək işə xitam verilməsini istəyib.
 
Məhkəmənin qərarı ilə E.Bağırov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir

"Mercedes"in britaniyalı pilotu Corc Rassellin "Formula 1"in cari mövsümünün 15-ci mərhələsi - Bakıdakı Azərbaycan Qran-prisindəki qələbəsi yarışlar tarixində ən yaxın finişlərin top-10-luğuna daxil edilib.
 
Bu barədə Moderator.az yarışın mətbuat xidmətinə istinadən məlumat verir.
 
Britaniyalı ikinci yerdə finişə çatan niderlandlı Maks Ferstappeni ("Red Bull") 0,196 saniyə üstünlüklə üstələyib ki, bu da çempionatda 2002-ci ildən bəri ən sıx finiş olub.
 
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərin siyahısında onuncu yeri tutub.
 
Bu reytinqdə doqquzuncu yerdə 2002-ci ilin Avstriya Qran-prisidir. Yalnız qalib gələn Mixael Şumaxer ikinci yeri tutan Rubens Barrikellonu 0,182 saniyə qabaqlayıb.
 
Rekord 1971-ci ildə İtaliya Qran-prisində müəyyən edilib. O zaman Piter Qetin Ronni Petersondan 0,010 saniyə tez çatıb.

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar”-FOTO+ÖZƏL

“İtlərlə müalicə üsulu müəyyən pasiyentlər üçün xeyirlidir. Bizim ruhi dispanserdə bu müalicə üsulunu 2015-ci ildə mən başlamışam. Bu müalicə üsulundan istifadə edən pasiyentlərin də sayları təəssüf ki, azdır. Getdikcə də azalır. İnkişaf yoxdur. Bu müalicə üsulunun inkişafı düşünürəm ki, ilkin növbədə maarifləndirmədən asılıdır. İnsanlar bu haqda məlumatlı deyillər. Heyvanlardan qorxuları var. Ona görə də müraciət etmirlər. Bu müalicə üsulu haqda ümumiyyətlə ölkəmizdə məlumatlar sıfır dərəcəsindədir. Mən özüm də həkim olduğuma görə bu müalicə üsulunu aşkarladım. Bəlkə də başqa peşə sahibi olsaydım bu haqda heç bir məlumatım olmazdı”
 
Bunu Moderator.az-a açıqlamasında 1 saylı Respublika Psixioterapiya xəstəxanasının həkim-psixiatrı Ayşən İsgəndərova deyib. O daha sonra əlavə edib:
 
“Əslində pet terapiya deyilən üsulda təkcə itlər yox, pişiklər də, atlar da istifadə olunur. Bir sözlə ev heyvanları.. Hansı ki, onlar insanlarla təmasda müsbət təsir göstərirlər. Xüsusilə də psixoloji durumu qeyri-stabil olan insanlar bu üsuldan istifadə etməlidirlər. Mən müalicəni itlərlə aparıram. Çünki sırf əlimdə olan heyvan it idi. Nə at var idi, nə də ki, pişik. Əlbəttə ki, istər dövlət, istərsə də özəl klinikalarımızda bu müalicə üsulu tətbiq olunmalıdır. Təkcə klinikalarda yox, qocalar evində, uşaq evlərində, xüsusi diqqətə qayğıya ehtiyacı olan insanlara da tətbiq olunmalıdır. Belə olduğu halda təkləşmiş insanlar özlərini yaxşı hiss edəcəklər və bununla da daxillərində olan sıxıntı aradan qalxacaq” deyə o bildirib.

“Naxçıvandakı sərhəd dəstəsini <span style="color: #ff0000;">ruslardan təhvil almaq üçün “QAZ-66” avtomobildə aeroporta yollandıq...”</span>

General Valeh Bərşadlının bir zabitə dediyi sözlər və Azərbaycanın sərhəd tarixinin ilk səhifələri...
 
...1991-ci il. Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Ölkənin qarşısında bir-birindən mürəkkəb və taleyüklü vəzifələr dayanırdı. Dövlət sərhədlərinin müəyyənləşdirilməsi və mühafizəsinin təşkili də həmin mühüm məsələlərdən biri idi. Sərhədləri qoruyacaq milli hərbi strukturun yaradılması isə faktiki olaraq sıfırdan başlanırdı...
 
Azərbaycan Dövlət Sərhəd Xidmətinin keçmiş rəis müavini, polkovnik Sucəddin Abdullayev həmin mürəkkəb və tarixi prosesin ilk günlərindən etibarən hadisələrin içində olub. O, müstəqilliyin bərpasından sonra sərhəd mühafizəsi sisteminin formalaşdırılmasını,  sovet sərhəd strukturlarının Azərbaycandan çıxarılmasını, sərhəd zastavalarının, əmlakın və infrastrukturun qəbul edilməsini və s. olay və prosesləri birbaşa yaşayan şəxslərdəndir.
 
Polkovnik Sucəddin Abdullayev Moderator.az-a müsahibəsində həmin illərin ən mühüm və maraqlı məqamların barədə xatirələrini nəql edir:
 
“Qəzetdə yazılmışdı ki, dövlət sərhədlərimizin mühafizəsi üçün belə bir komitə yaradılıb...”
 
...Yaxşı yadımdadır. 1991-ci ildə, dövlət müstəqilliyimizin bərpasından sonra Dövlət Sərhədlərinin Mühafizəsi Komitəsi yaradıldı. Bu barədə “Azərbaycan” qəzetində məlumat dərc edilmişdi. Yazılmışdı ki, belə bir komitə yaradılıb və onun sədri vəzifəsinə rəhmətlik polkovnik İsgəndər Allahverdiyev təyin olunub.
 
İsgəndər müəllim özü də müraciət etmişdi ki, Komitənin hərbçilərə ehtiyacı var. O vaxt mən sənaye-tikinti sahəsində çalışırdım. Amma gənclik illərindən hərbçi olmağa böyük həvəsim vardı. Hərbi xidmətdən sonra ali məktəbi bitirmiş, zabit rütbəsi almışdım. Həmin yazını oxuyan kimi qərara gəldim ki, Komitəyə gedim...
 
Komitə o vaxt müvəqqəti olaraq həmin dövrdə “Moskva” adlanan indiki Heydər Əliyev prospektinin “Bağırov körpüsü”nə yaxın hissəsində yerləşirdi.
 
Məni Komitə sədrinin müavini, tanınmış tarixçimiz Süleyman Əliyarlının qardaşı Arif Əliyarov qəbul etdi. Dedi:
 
-Hələlik səni şöbə müdiri kimi işə götürək. Yaxın müddətdə mən birinci müavin olmalıyam. Səni isə mühəndis qurğuları və inşaat məsələləri üzrə müavin vəzifəsinə qoyarlar.
 
Mən də razılaşdım və beləliklə, Dövlət Sərhədlərinin Mühafizəsi Komitəsində şöbə rəisi vəzifəsində işləməyə başladım.
 
Amma mən daha fəal hərbi işlərdə çalışmaq istəyirdim. Ona görə də təxminən 1992-ci ilin avqustunda Müdafiə Nazirliyinə yollandım.
 
O vaxt yaradılmış Müdafiə Fonduna köçürmək üçün bir qədər pul toplamışdım. Nazirliyin qəbul otağında bir zabit haqqımda məlumatları kargüzarlıq jurnalına yazırdı. İş yerimi soruşdu.
 
Bir anlıq istədim deyim ki, Dövlət Sərhədlərinin Mühafizəsi Komitəsində işləyirəm. Sonra düşündüm ki, belə desəm, bəlkə də pulu qəbul etməzlər. Dedim ki, Sumqayıtdakı 2 saylı Tikinti Trestinin işçisiyəm. Zabit qəbz yazdı, möhür vurdu, məlumatları jurnala qeyd etdi və mənə imza atdırdı. Müdafiə Fonduna 3 min rubl pul köçürdüm. O vaxt üçün bu, kifayət qədər böyük məbləğ idi...
 
Otaqdan çıxanda düşündüm ki, fürsət yaranıb, bəlkə Baş Qərargah rəisi, general Valeh Bərşadlının qəbuluna girim. Qəbula yazıldım. Bir qədər gözlədikdən sonra rəhmətlik məni qəbul etdi.
 
Bildirdim:
 
-Cənab general, mən zabitəm, ixtisasca tankçıyam. Birbaşa Vətənin müdafiəsi üçün orduda xidmət etmək istəyirəm.
 
Valeh Bərşadlı soruşdu:
 
-Hazırda harada işləyirsən?
 
Dedim:
 
-Düzünü desəm, hazırda Dövlət Sərhədlərinin Mühafizəsi Komitəsində işləyirəm. Amma mülki ixtisasım inşaatçıdır.
 
Bunu eşidən Baş Qərargah rəisi dedi:
 
-Elə əsas işlər indi o Komitədə görülür. Sənin yerin bura deyil. Məsləhət görürəm ki, elə indiki işində davam edəsən. Sən orada Vətənə və dövlətə daha çox lazımsan.
 
Valeh müəllimin məsləhətini qəbul etdim və Komitədə işimi davam etdirdim.
 
“Beləliklə, böyük bir arzuma çatdım...”
 
Təxminən on gün sonra o vaxtkı prezident Əbülfəz Elçibəyin fərmanı çıxdı. Arif Əliyarov Dövlət Sərhədlərinin Mühafizəsi Komitəsi sədrinin birinci müavini təyin olundu. Nəticədə məni də onun əvvəlki vəzifəsinə — sədr müavini vəzifəsinə təyin etdilər.
 
Beləliklə, böyük bir arzuma çatdım. Dövlətçiliyi yenicə bərpa olunmuş Vətənimin sərhədlərinin və sərhəd qoşunlarının formalaşdırılmasına ilk töhfələr verən insanlardan biri olmaq şərəfi digər silahdaşlarımla birlikdə mənə də qismət oldu.
 
O vaxtdan etibarən bütün fəaliyyətim bu işlə bağlı oldu.
 
Həmin dövrdə Dövlət Komissiyasının tərkibində sovet sərhəd strukturlarından Azərbaycana aid sərhəd obyektlərinin və əmlakının qəbulunu həyata keçirən komissiya da fəaliyyət göstərirdi. Mən də həmin komissiyanın üzvü idim. Arif Əliyarov isə komissiyanın sədri idi. Komissiyanın təxminən 14-15 üzvü vardı. 
 
Sərhəd qoşunlarının yaradılması barədə Prezident fərmanı...
 
Daha sonra Əbülfəz Elçibəyin fərmanı ilə sərhəd qoşunlarının təşkil olunması barədə qərar qəbul edildi. Dövlət Sərhədlərinin Mühafizəsi Komitəsi ləğv edildi və Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində Sərhəd Qoşunları Baş İdarəsi yaradıldı.
 
Sərhəd Qoşunları Baş İdarəsi formalaşdırıldıqdan sonra bizi çağırdılar. Arif Əliyarov da, mən də müavin vəzifəsinə təsdiq olunduq.
 
Beləcə, yeni yaradılan strukturda fəaliyyətimizi davam etdirdik.
 
Amma qarşıda daha böyük və məsuliyyətli bir vəzifə dayanırdı: Azərbaycan ərazisində sovet sərhəd qoşunlarının nəzarətində olan sərhəd dəstə və zastavalarını, hərbi əmlakı, infrastruktur obyektlərini və digər maddi-texniki vasitələri ruslardan qəbul etmək...
 
Bu prosesin ən mühüm mərhələlərindən biri Naxçıvan Sərhəd Dəstəsinin ruslardan qəbul edilməsi idi.
 
Naxçıvan Sərhəd Dəstəsinin ruslardan qəbul edilməsi...
 
Artıq ruslardan sərhəd zastavalarını, əmlakı və digər infrastrukturu qəbul etməyə başlamışdıq.
İlk növbədə Naxçıvandakı keçmiş SSRİ-nin 41 saylı Sərhəd Dəstəsini ruslardan qəbul etmək üçün ora getməli idik. Naxçıvandan da xəbər verdilər ki, əsgər çatışmır. Ona görə də bazadan 15 əsgər götürdük. “QAZ-66” markalı hərbi yük maşınına mindik və hava limanına yollandıq. Komissiyanın digər üzvləri də bizimlə idi. Arif Əliyarov xidməti maşında gedirdi.
Yolda, “Radiozavod”un qarşısında maşın hansısa səbəbdən dayandı. Maşın dayanan kimi əsgərlərdən biri qəfil yerə atıldı və qaçmağa başladı...
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
 

Makron prezidentliyə qayıdacağını istisna etmədi: "Həyat sürprizlərlə doludur"

Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən dövlət başçısı postuna qayıda biləcəyini istisna etməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
 
"Gəlin məsələyə aydınlıq gətirək: konstitusiyamıza görə, vətəndaşın ardıcıl olaraq iki dəfə seçilmək hüququ var. Mənim səlahiyyət müddətim gələn ilin may ayında bitəcək və Fransa xalqı başqa birini seçəcək. Lakin mən heç nəyi istisna etmirəm. Yenidən qayıtmaq bir qədər qeyri-adidir, amma bunu zaman göstərəcək", - deyə Makron bildirib.
 
Dövlət başçısı əlavə edib ki, həyat sürprizlərlə doludur - bəzən hətta filmlərdəkindən də çox.
 
Fransada növbəti prezident seçkisi 2027-ci ilin yazında baş tutacaq. Qanunvericiliyə əsasən, Makron ardıcıl olaraq üçüncü dəfə dövlət başçısı seçilə bilməz.
 
Eyni zamanda, "Ipsos" və CESI özəl mühəndislik ali məktəbləri şəbəkəsinin bir müddət əvvəl apardığı araşdırmaya görə, Makronun Fransadakı dəstək reytinqi 16 faizə düşüb. Bu rəqəm onun prezidentliyi dövründəki ən aşağı göstərici hesab olunur.

Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb

Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
 
"27 sentyabr tarixində Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi Anım Gününü qeyd etməkdə bütün dünyadakı həmvətənlərimizə qoşulur. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anır, onların ailələri ilə həmrəy olduğumuzu bildiririk", - paylaşımda qeyd olunub.
 
Xatırladılıb ki, 44 günlük Vətən müharibəsinin başlamasından altı il ötür: "27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında hərbi qulluqçularımızın cəsarəti və xalqımızın birliyi işğal altındakı ərazilərin azad edilməsini təmin edib. 2020-ci ilin qələbəsi və 2023-cü ilin sentyabrında tam suverenliyin bərpa edilməsi Azərbaycan tarixində yeni bir səhifə açıb.
 
İşğalın irsi, o cümlədən ərazilərin minalarla çirklənməsi, yaşayış məntəqələrinin, infrastrukturun, mədəni və dini irsin dağıdılması ciddi humanitar çağırışlar yaratmaqda davam edir. Azərbaycanın yenidənqurma və minatəmizləmə səyləri, habelə Böyük Qayıdış proqramı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıtması üçün şərait yaradır.
 
Azərbaycan Cənubi Qafqazda suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında bərqərar olan davamlı sülhə sadiqliyini qoruyub saxlayır".
 
Bildirilib ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh sazişi layihəsini paraflayıblar. "Bu əlamətdar hadisə münasibətlərin normallaşmasının irəliləməsi üçün mühüm əsas yaradıb", - Azərbaycanın Yaponiyadakı səfirliyinin məlumatında deyilir.
 
Əlavə edilib ki, həmin gün imzalanmış Birgə Bəyannamə həmçinin regional kommunikasiyaların açılmasını, o cümlədən Ermənistan ərazisindən keçməklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını nəzərdə tutur. Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu (TRIPP) regionun xeyrinə ticarət və əməkdaşlığın genişləndirilməsi üçün imkanlar təqdim edir:
 
"Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir və gələcək nəsillər üçün təhlükəsiz və dinc gələcəyə sadiqliyimizi bir daha təsdiq edirik".

“Aygünün dırnaqarası bacısı onun muzeyini yaratmağıma etiraz etdi, qızı isə ümumiyyətlə..”-FOTO+ÖZƏL

Toylara və tədbirlərə əslində getmirəm. Aygünsevərlər sırf Aygünün repertuarından mahnılar ifa etmək üçün istəyirlər ki, məclislərində iştirak edim. Demək olar ki, xeyir işlərə gedəndə sırf Aygünün mahnılarını istəyirlər. Ələxsus da “Tut ağacı” mahnısını.. Mən özümə görə toylara getmirəm, sırf Aygünü xatırlatmaq üçün insanların qəlbini qırmayıb gedirəm”
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Aygün Bəylərin bacısı, müğənni Zümrüd Hümbətova deyib. O daha sonra Aygün Bəylərin ev muzeyini yaratmaq istəyindən danışıb:
“Mən çox istərdim ki, Aygünün ev muzeyi olsun. Bunu bir neçə dəfə dedim. Onun dırnaqarası bacısı etiraz etdi. Qızından ümumiyyətlə səs çıxmadı. Geyimləri, xüsusi papaqları var idi. Hətta sonuncu konsertindəki geyimindən bir dəfə istifadə etdi, sonra ona qismət olmadı. Papaq kolleksiyası daha çox idi. Bilmirəm ki, geyimlərini kiməsə veriblər ya yox?! Məndə bir-iki əşyası var, onları əziz saxlayıram, toxunmuram. Çox istərdim ki, Aygünün geyimləri istifadə olunmasın, muzeydə nümayiş olunsun” deyə o bildirib.
 
Zümrüd Hümmətova Aygün Bəylərin yaradıcılıq gecəsinin keçiriləcəyini bildirib:
 
“Aygün dünyasını dəyişəndən mən çalışıram ki, onun xatirə gecəsini təşkil edim. Bu mənim bir nömrəli arzum idi. İnşallah ki, oktyabr ayının 20-də Beynəlxalq Muğam Mərkəzində Aygünün xatirə gecəsi keçiriləcək. Burada bizim heç bir maddi marağımız yoxdur. Onlar özləri bilet satıb, dövlət hesabına köçürəcəklər. Ağasəfər Səfərov, Qənirə xanıma və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və kollektivinə təşəkkür edirəm. Nə xoş ki, Aygünü hələ də sevirlər və bizə dəstək olurlar. Gecədə Aygünün mahnıları dəyərli müğənnilərimizin ifasında səsləndiriləcək və ziyalılarımız, bəstəkarlarımız qonaq olacaqlar. Aygünsevərlərin hər birini bu gecəyə dəvət edirik” deyə o bildirib.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər.
 
Moderator.az Milli.az-a istinadən xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər.
 
Bildirilir ki, tiroid vəzi tərəfindən ifraz olunan T3 və T4 hormonları maddələr mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır. Bu hormonlar enerji sərfiyyatı, böyümə və inkişaf, tənəffüs və digər mühüm proseslərə təsir göstərir.
 
Türkiyəli professor Hakan Yabanoğlu tiroid xərçəngi hallarının son illərdə artdığını bildirib. Onun sözlərinə görə, xəstəliyin yaranmasında genetik meyillilik mühüm amillərdən biridir.
 
Xüsusilə ailəsində tiroid xərçəngi olan şəxslərin daha diqqətli olması tövsiyə edilir. Uşaqlıq və ya gənclik dövründə baş-boyun nahiyəsinin radiasiyaya məruz qalması da xəstəliyin məlum risk faktorları arasında göstərilir.
 
Tiroid xərçəngi çox vaxt səssiz inkişaf etdiyi üçün xəstələr əksər hallarda boyun nahiyəsində hiss etdikləri kütlə ilə bağlı həkimə müraciət edirlər. Boynun ön və ya yan hissəsində yeni yaranan şişkinlik, getdikcə böyüyən düyün və ya sərt struktur mütləq həkim tərəfindən qiymətləndirilməlidir.
 
Boğaz ağrısı və öskürək isə hər zaman tiroid xərçənginə işarə etmir. Lakin nadir hallarda səs tellərinə yaxın nahiyədə yaranan şişlər davamlı səs tutulmasına səbəb ola bilər.
 
Xəstəliyin qiymətləndirilməsində fiziki müayinə və ultrasəs müayinəsi mühüm yer tutur. Ultrasəs zamanı tiroid vəzindəki düyünlərin ölçüsü, quruluşu və şübhəli xüsusiyyətləri araşdırılır. Zəruri hallarda biopsiyası da aparıla bilər.
 
Tiroid xərçəngi təsdiqləndikdə müalicə xəstəliyin növü və mərhələsinə, şişin ölçüsünə və yayılma vəziyyətinə uyğun müəyyənləşdirilir. Bir çox hallarda əsas müalicə üsullarından biri cərrahi müdaxilədir. Əməliyyat zamanı tiroid vəzinin bir hissəsi və ya tamamı çıxarıla bilər.
 
Mütəxəssislər bildirirlər ki, hər kəs üçün müəyyən edilmiş standart tiroid xərçəngi skrininq yaşı yoxdur. Bununla belə, ailəsində xəstəlik keçmişi olan şəxslərin həkim nəzarətində olması vacibdir.

İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam

Azərbaycan Qran-prisində üçüncü yeri tutan "Red Bull" pilotu İsak Hacar karyerasında ilk podiumuna görə çox şad olduğunu bildirib.
 
Moderator.az report-a istinadən xəbər verir ki, bu barədə İ.Hacar yarışdan sonrakı müsahibəsində bildirib.
 
"Mən xoşbəxtəm. Özümü güclü hiss edirəm və bu həftəsonu addım-addım irəlilədim. Bu trasda (Bakıda – red.) çox tez divara çırpılmaq olar, mənə isə bu, heç lazım deyildi. Buna görə də yavaş-yavaş özümə inamı artırırdım və bu yanaşma nəticə əldə etməyə imkan verdi. Bu, təmiz temp sayəsində qazanılan ilk podiumumdur, ona görə də çox məmnunam", - o qeyd edib.

Deputatla insident yaşayan həmin qarpız satanın işsizliyi həll olundu

İki gündür gəlirini itirməsi ilə gündəmi zəbt edən qarpız satan Xəyal Əsədov yenidən işinin başına keçib.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, onun sözlərinə görə, üzləşdiyi çətinliklə bağlı mediada yaydığı məlumatlardan sonra yenidən işinə qayıda bilib. Buna görə də o, media nümayəndələrinə, həmçinin kamera görüntülərinə baxıb iddiaları araşdırdığı üçün Azərbaycan polisinə təşəkkür edib.
 
Qeyd edək ki, Xəyal Əsədov deputat Fəzail İbrahimliyə satmaq istədiyi qarpızların ağ çıxması səbəbindən işini itirdiyini iddia edib. O bildirib ki, deputat həmçinin onun bıçağa əl atdığını iddia edib. Lakin polis şöbəsində kamera görüntülərinə baxılaraq, bu iddianın əsassız olduğu ortaya çıxıb.

Leyla Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət edib - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət edib.
 
Oxu.Az xəbər verir ki, Leyla Əliyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 
Həmin paylaşımı təqdim edirik:

Sürücülərin NƏZƏRİNƏ: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq.
 
Moderator.az xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaların sökülməsinə başlanılıb.
 
Məhdudiyyət səbəbindən marşrutları dəyişdirilən avtobuslar isə sentyabrın 27-si saat 00:00-dan etibarən əvvəlki hərəkət sxemi üzrə fəaliyyət göstərəcəklər.

Ağcabədidə dəhşətli hadisə - İki qardaş öldü

Ağcabədi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az BAKU.WS-ə istinadən xəbər verir ki, Hindarx qəsəbəsi ərazisində "Hyundai" markalı avtomobillə "VAZ - 2107" markalı minik maşını toqquşub.
 
Qəza nəticəsində iki qardaş, Göyük kənd sakinləri, Novruz Cəfərov və Tələt Cəfərov hadisə yerində ölüblər.
 
Faktla bağlı araşdırma aparılır.

“Bu Zəfərdə ən böyük pay həyatını Vətən uğrunda fəda edən <span style="color: #ff0000;">şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizindir...”-AMİP</span>

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətənimizin ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyi müqəddəs gündür.
 
Bu tarix həm şəhidlərimizin qəhrəmanlığını bir daha xatırlamaq, həm də onların fədakarlığı hesabına əldə olunan Böyük Zəfərin tarixi əhəmiyyətini dərk etmək baxımından xüsusi önəm daşıyır.
 
Azərbaycan torpaqları uzun illər, təxminən 30 il ərzində işğal altında qaldı. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, eləcə də ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan uzunmüddətli danışıqlara baxmayaraq, işğalın aradan qaldırılması istiqamətində real nəticə əldə olunmadı. Azərbaycan dövləti isə bütün bu illər ərzində öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək iradəsindən geri çəkilmədi. Ölkəmiz iqtisadi və hərbi potensialını gücləndirdi, müasir ordu quruculuğunu həyata keçirdi, beynəlxalq əlaqələrini genişləndirdi və xalq-dövlət birliyini daha da möhkəmləndirdi.
 
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı 44 günlük Vətən müharibəsinə yol açdı. Bu müharibə Azərbaycan xalqının milli iradəsini, dövlətimizin gücünü və Ordumuzun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.
 
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hərbçiləri böyük qəhrəmanlıq və şücaət göstərərək işğal altında olan torpaqlarımızın mühüm hissəsini azad etdilər. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlara son qoyuldu və Ermənistan bir sıra öhdəliklər götürdü.
 
Bu Zəfərin əldə edilməsində ən böyük pay həyatını Vətən uğrunda fəda edən şəhidlərimizə və sağlamlığını itirərək qəhrəmanlıq nümunəsi göstərən qazilərimizə məxsusdur. Şəhidlərimizin və qazilərimizin göstərdiyi fədakarlıq Azərbaycan tarixinin ən şərəfli və müqəddəs səhifələrindən biridir.
 
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Zəfərin yeni – sülh, inkişaf və tərəqqi mərhələsinə keçdiyini göstərir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, uzun illər doğma yurdlarından ayrı düşmüş vətəndaşlarımız öz ata-baba torpaqlarına mərhələli şəkildə qayıdırlar.
 
Azərbaycan Milli İstiqlal Partiyası hesab edir ki, 27 Sentyabr – Anım Gününün əsas mahiyyəti şəhidlərimizin müqəddəs xatirəsini daim yaşatmaq, qazilərimizin fədakarlığını unutmamaq, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və dövlət suverenliyini gələcək nəsillərə əmanət etməkdən ibarətdir.
 
AMİP olaraq Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həyatını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qəhrəman qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk.
 
Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
Qazilərimizə möhkəm cansağlığı arzulayırıq!
 
Müstəqil və suveren Azərbaycan əbədi yaşasın!
 
Azərbaycan Milli İstiqlal Partiyası
 

Müflis olmayacaq BÜRCLƏR

Astroloqlar demək olar ki, heç vaxt müflis olmayan dörd bürcün adını çəkiblər. Həyat hansı çətinlikləri yaratsa da, onlar təslim olmur və maliyyə vəziyyətlərinin pisləşməsinə imkan vermirlər.
 
Bu insanlar gənc yaşlarından hansı həyat tərzini istədiklərini başa düşürlər. 80 yaşına qədər maaşdan maaşa yaşamağa və ya işləməyə can atmırlar, ona görə də çox çalışır, pul yığır və heç vaxt qazandıqları pulla kifayətlənmirlər. Var-dövlətin onların taleyi olduğuna inanırlar və daha az şeylə kifayətlənmirlər.
 
Buğa bürcü lüksə dəyər verir və onu qorumaq üçün əlindən gələni edəcək. Astroloqlara görə, siz sadəcə kasıb olmaq üçün "çox dəbdəbəli"siniz. Karyera nərdivanında tədricən yüksələ, bir-birinin ardınca vəzifə yüksəlişi qazana və ya tamamilə fərqli bir yol seçə bilərsiniz. Hər iki halda əsas məqsəd var-dövlətdir və siz buna nail olacaqsınız.
 
Şir bürcünün müflis olma ehtimalı azdır, çünki onlar maliyyələrinin tükənməsinə imkan verməyəcəklər. 
 
Şir bürcünün üzvləri xarizmalarından öz xeyirlərinə istifadə edirlər. Əgər bir şeyi bilmirlərsə, bilən birini tapır və onları valeh edirlər. 
 
Oğlaq bürcünün maddi rifahı şansla deyil, qətiyyət və strategiya ilə təmin olunur. Bu bürc məqsədyönlü, qətiyyətli və praktikdir. Buna görə də heç vaxt uğursuz olmayacaqlar.
 
Əqrəblər məqsədyönlüdürlər. Onlar təslim olmurlar.
 
Əgər sərvətə can atırsınızsa, dünya diqqətli olsun. Başqalarının nə dediyi ilə maraqlanmırsınız və bu yanaşma cüzdanınız üçün möcüzələr yaradır. (lent.az)

Prezidentin sosial media hesablarında "Formula-1"ə dair videoçarx paylaşılıb -<span style="color: #ff0000;"> VİDEO</span>

Prezident İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışını izləməsi ilə bağlı videoçarx paylaşılıb.
 
Moderator.az xəbər verir ki, paylaşımda deyilir:
 
"Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər".

Sentyabrın 26-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. pic.twitter.com/xm0KDJA5aR

— İlham Əliyev (@azpresident) September 26, 2026

 

Deputat qarpızsatanla bağlı insidentdən danışdı: "Bıçağı çənəmin altında saxladı"

Media və sosial şəbəkələrdə deputat Fəzail İbrahimlinin bir müddət öncə qarpız satıcısı ilə yaşadığı insidentlə bağlı müxtəlif məlumatlar yayılıb. Bununla bağlı iddialarda qeyd olunur ki, deputatın şikayətindən sonra qarpız satıcısı işini itirib.
 
Moderator.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı ictimai müzakirələri nəzərə alara deputatla əlaqə saxlayıb.
 
Professor Fəzail İbrahimli bildirib ki, bəzi KİV-lər hadisənin mahiyyətini araşdırmadan yalnız bir tərəfin yaydığı məlumatlar əsasında məsələni gündəmə gətirib:
 
"İkinci gündür KİV-lərin bir qrupu heç bir araşdırma aparmadan, həqiqətin harada olduğunu, hadisənin məkanını və ünvanını bilmədən bu informasiyaya səfərbər olublar. Təəssüf ki, bəzi saytlar heç bir araşdırma aparmadan, həqiqəti öyrənmədən məsələni gündəmə gətiriblər. Yazıq, fağır, zəhmətkeş, balalarına çörək tapa bilməyən adam obrazı yaradılır, digər tərəfdən isə bir deputat, professor ideoloji cəhətdən təqiblərə və təhqirlərə məruz qoyulur. Məsələnin mahiyyətini öyrənəndən sonra üzünü, yaxasını cıranlar, söyüş söyənlər hadisənin əslini bilməlidirlər. İnsan millət vəkili də olsa, öz əməlinin həm ağası, həm də quludur".
 
Deputat hadisənin necə baş verdiyini danışıb:
 
"Yol kənarında qarpız satıldığını gördüm və istədim ki, ondan alım. Satıcı qarpızlardan bir-ikisini kəsdi, ağ çıxdı. Mən də doğrusu, buna ziyan olmasın deyə istədim ki, həmin qarpızların pulunu verim və uzaqlaşım. Zəhmətkeşdir, qarpız satır. Dedim ki, əziz qardaşım, sən daha kəsmə, malını ziyan etmə. O isə mənə dedi ki, bilirəm, sən xeyir verənə oxşamırsan. Bundan sonra mənə qarpız verənləri də söyməyə başladı, əsəbiləşdi.
 
Mən də dedim ki, dünyanın axırı deyil, qarpızının ağ çıxması mənim günahım deyil. Mən də alıcıyam, niyə narahat olursan? Hər şey qaydasına düşəcək. Yenə dedi ki, sir-sifətindən xeyir verənə oxşamırsan. Dedim, cavan oğlansan, niyə məni ittiham edir, üstümə gəlirsən?"
 
F.İbrahimli bildirib ki, bundan sonra vəziyyət daha da gərginləşib:
 
"Bu sözü deyəndə əlində qarpız kəsmək üçün bıçaq vardı və onu düz mənim çənəmin altında saxladı. Hadisələrin gedişinə baxmayaraq, mən deyəsən, ikinci dəfə hüquqlarımı müdafiə etməli oldum. Başladı deməyə ki, sən Allahsan, nəsən, səni niyə tanımalıyam? Mənə yaxın gələndə gözünün içinə baxdım və gördüm ki, özündə deyil. Obyektiv və ya subyektiv baxımdan insan özündə deyildi, sanki başqa aləmdə idi.
 
Hər dəqiqə əlindəki bıçaqla xəta törədə bilərdi. Bıçağı yelləyə-yelləyə danışırdı. Mənə "qarnını cıraram, başını kəsərəm" demirdi, amma bıçağı yelləyə-yelləyə düz çənəmin altında saxlamışdı. Mən də oradan tez uzaqlaşdım".
 
Deputat qeyd edib ki, şikayət etməkdə məqsədi satıcıya qarşı ağır tədbir görülməsi olmayıb:
 
"Mənim yerimə həmin jurnalistlər, yaxasını cıranlar, söyüş söyənlər olsaydı, nə edərdi? Mən özümü müdafiə etmək üçün yox, o adamın oraya gələn hər bir insana xətər yetirə biləcəyini düşündüyüm üçün məsələyə müdaxilə etdim. Mən bununla rəftar edə biləcəyim halda "qaçım, məndən keçdi, qardaşıma dəydi" prinsipi ilə uzaqlaşaraq məsələni qoyub gedə bilməzdim. Bu insan tərbiyə olunmalıdır.
 
Mənim statusum, toxunulmazlığım var. Hüquqlarımı müdafiə etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Çox uğurla və qısa müddət ərzində nəticə verdi, onu apardılar. Məqsədim ona cinayət işi açdırmaq deyildi, onun islah olunması, abır-ismətini özünə yığıb işi ilə məşğul olması idi".
 
F.İbrahimli satıcının cərimələndiyini də bildirib:
 
"Özünün dediyinə görə, 50 manat cərimə olunub. Sual olunur ki, düzgün adamdırsa, niyə cərimə olunub? Bu gün KİV yeni, oxunaqlı mövzu tapıb ki, guya bu adam işini itirib və iki aydır ac-yalavacdır. Gözünün içinə qədər yalan danışır, o, işini mənə görə yox, işlədiyi köşkün yerinə görə itirib. Onu oradan daima tərbiyəsizlik etdiyi üçün qovublar. Özünü elə qələmə verir ki, guya bunun köşkü olub, mən dağıtdırmışam. Halbuki o, sadəcə satıcı idi. Sonuncu hadisədən sonra ağıllı adam onun işinə yaramadığını görüb və qovub. Köşk də yerindədir, onun əvəzinə başqası işləyir".
 
Deputat bildirib ki, hadisənin onun üzərinə atılmasına çalışıldığını düşünür:
 
"Bu işdən qovulma məsələsini deputatın üzərinə atmağa çalışırlar ki, cəmiyyətdə desinlər: "Ay zalım deputat, bu adamı işindən edib". Halbuki onu mən yox, öz əməlləri və tərbiyəsizliyi bu vəziyyətə gətirib. Məsələni elə qoyurlar ki, guya ağ qarpıza görə bütün bu müsibətləri mən törətmişəm.
 
Mənə qarşı istifadə etdiyi ifadələr, atdığı addımlar tərbiyəsiz və döyüşkən forma almışdı. Həmin an ona bir söz desəydim, yəqin ki, mənə qarşı daha ciddi, ağlasığmaz addımlar ata bilərdi. Mən onun yaxasından qurtulub canımı qurtarmağın yolunu axtarırdım".
 
F.İbrahimli sonda mediada hadisənin təqdimatından təəssüfləndiyini bildirib:
 
"İndi bu adam işini itirdiyini deyib fəryad edir. Kiminsə diqtəsi ilə işini itirib, müxtəlif şər-böhtanlarla daha da itkiləri ola bilər. Ağlı olsa, başını aşağı salıb keçirdiyi hadisədən nəticə çıxarar. Mən çox təəssüf edirəm ki, bu gün bir qrup saytın rəngi gözümün qabağında dəyişdi".

78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu

Naxçıvanda 78 yaşlı kişi nəvəsinin sevgilisini öldürməyə cəhd edib.
 
Moderator.az-ın məlumatına görə, hadisə Şərur rayonunun Çomaxtur kəndində baş verib.
 
Rayonun Alışar kənd sakini Fəxrəddin Məmmədov (soyad şərtidir - red.) rayon ərazisindəki marketlərdən birində satıcı işləyərkən ora alverə gələn xanımla tanış olub. Bir müddətdən sonra onların arasında sevgi münasibətləri başlayıb və günlərin birində xanım Fəxrəddini yaşadığı evə çağırıb. Qadın gecə saatlarında Çomaxtur kəndində yaşadığı evin həyət darvazasını açıq qoyub və sevgilisindən gecə saat 02 radələrində gəlməsini xahiş edib. Fəxrəddin mağazadan 2 litr pivə alaraq xanımın ora gəlib. O, həyətə daxil olarkən it hürməyə başlayıb. Bu vaxt xanımın babası, 1948-ci il təvəllüdlü Vaqif Rzayev (soyad şərtidir - red.) həyətə çıxıb. Fəxrəddin onu görərək pəncərədən xanımın yatdığı otağa daxil olub. Həyətdə kiminsə olduğunu hiss edən V.Rzayev nəvəsindən şübhələnərək onun yatdığı otağın qapısını döyüb. Lakin xanım qorxusundan qapını açmayıb, Fəxrəddin isə çarpayının altında gizlənib.
 
Vaqif mətbəxdən bıçaq qotürüb və nəvəsinin otağının qapını qıraraq açıb. O, otaqda kiminsə olduğunu soruşduqda nəvəsi bunu inkar edib. Nəvəsinə inanmayan Vaqif çarpayının altında gizlənən Fəxrəddini aşkarlayıb və ona bədəninin müxtəlif nahiyələrindən 30-dan artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirmək istəyib. Səsə gələn digər ailə üzvləri Fəxrəddini onun əlindən alaraq xəstəxanaya çatdırıblar.
 
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə baba saxlanılaraq istintaqa təhvil verilib.
 
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Rzayev 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib. (oxu.az)

Xəzərdə 14 hərbçinin ölümündən sonra Tokayevdən TƏCİLİ TAPŞIRIQ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyində kompleks yoxlamaların həyata keçirilməsi məqsədilə xüsusi komissiya formalaşdırıb. O, komissiyaya ilk nəticələr barədə bir həftə ərzində hesabat verməyi tapşırıb.
 
 
Moderator.az xəbər verir ki, bu barədə rəsmi məlumat yayılıb.
 
Təftiş prosesi hərbi bölmələrin maliyyə və maddi-texniki təminatı da daxil olmaqla, Müdafiə Nazirliyindəki ümumi vəziyyəti əhatə edəcək.
 
Komissiyaya Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva rəhbərlik edəcək. Ali Audit Palatasının sədri Əlixan Smailov isə onun müavini təyin edilib.
 
Xatırladaq ki, sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən hərbi qulluqçuları dəniz suları aparıb. Hadisə nəticəsində 14 nəfər həyatını itirib.

Emin Ağalarov: "Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb"

"Bu gün fəaliyyətə başlayan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu olduqca uğurlu keçir, çünki forumu şəxsən Prezident açıb".
 
Moderator.az xəbər verir ki, bunu Baku TV-yə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Sea Breeze" kurortunun təsisçisi və sahibi Emin Ağalarov bildirib.
 
Onun sözlərinə görə, bu gün Bakıda, Konqres Mərkəzində ümumi dəyəri təxminən 27 trilyon dollar olan aktivləri idarə edən dünyanın ən böyük investisiya fondlarının nümayəndələri toplaşıblar.
 
E.Ağalarov Prezident İlham Əliyevin neft-qaz sektorunu, logistikanı və energetikanı, xüsusilə, elektrik enerjisi istehsalını investisiyalar üçün ən perspektivli istiqamətlər kimi qeyd etdiyini xatırladıb.
 
Daha ətraflı videoda:

 

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-u gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
 
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bakıda qızının evə taksi ilə gəlməsinə əsəbiləşən kişi arvadını döydü

Bakıda paltarlarını özü yuyan kişi həyat yoldaşını döyüb.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Əfrail Rzayev (soyad şərtidir - red.) həyat yoldaşı ilə aralarında tez-tez mübahisə yarandığından bir evdə ayrı yaşamağa başlayıblar. Kişi yeməyini özü bişirib, paltarlarını da özü yuyurmuş.
 
Bir müddət əvvəl cütlüyün qızı taksi ilə onlara qonaq gəlib və anasının yaşadığı otağa daxil olub. Əfrail qızının axşam vaxtı taksi ilə gəlməsinə irad bildirib. Bu vaxt həyat yoldaşı onun qarşısına çıxaraq mübahisə edib. Qalmaqal zamanı ər həyat yoldaşına yumruq və təpiklə zərbələr endirib.
 
Hadisə yerinə polis əməkdaşları gəlib və Ə.Rzayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı ər-arvad arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.

Ağcabədidə ağır QƏZA: İki qardaş öldü

Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə rayonun Poladlı kəndi ərazisində qeydə alınıb.
 
Qəza zamanı iki qardaş həyatını itirib.
 
Hadisə ilə bağlı araşdırma aparılır.

Sürücülər diqqət: <span style="color: #ff0000;">Bu dərmanları qəbul etdikdən sonra sükan arxasına keçməyin</span>

Bəzi dərmanlar yuxululuq, başgicəllənmə, diqqətin zəifləməsi və reaksiya müddətinin uzanmasına səbəb ola bilər. Buna görə də avtomobil idarə etməzdən əvvəl qəbul edilən preparatların təsirinə xüsusi diqqət yetirmək vacibdir.

Moderator.az xəbər verir ki, UNIAN-ın məlumatına görə, mütəxəssislər bəzi dərmanların sürücülük qabiliyyətinə ciddi təsir göstərə biləcəyini bildirirlər.

Sakitləşdirici dərmanlar

Valerian, bəzi sakitləşdirici preparatlar və benzodiazepin qrupuna aid dərmanlar yuxululuq, yorğunluq və reaksiyanın zəifləməsinə səbəb ola bilər. Bu təsirlər sükan arxasında qəza riskini artıra bilər.

Antihistamin preparatlar

Bəzi allergiya dərmanları, xüsusilə köhnə nəsil antihistaminlər yuxululuq və diqqət dağınıqlığı yarada bilər. Mütəxəssislər belə preparatlardan istifadə zamanı dərmanın təlimatına diqqətlə baxmağı tövsiyə edirlər.

Güclü ağrıkəsicilər

Kodein və digər opioid maddələr olan preparatlar insanın reaksiyasını zəiflədə, yuxululuq və başgicəllənmə yarada bilər. Belə dərmanların təsiri altında avtomobil idarə etmək təhlükəli ola bilər.

Soyuqdəymə dərmanları

Bəzi kombinə edilmiş soyuqdəymə preparatlarının tərkibində yuxululuğa, başgicəllənməyə və ya əksinə, narahatlıq və ürək döyüntüsünün sürətlənməsinə səbəb ola bilən maddələr olur.

İbuprofen tərkibli preparatlar

İbuprofen adətən sürücülük qabiliyyətinə ciddi təsir göstərmir. Bununla belə, bəzi insanlarda başgicəllənmə və digər yan təsirlər yarana bilər. Belə hal baş verdikdə sükan arxasına keçmək məsləhət görülmür.

Bundan başqa, bəzi antidepressantlar, narahatlıq əleyhinə dərmanlar, epilepsiyanın müalicəsində istifadə edilən preparatlar və güclü ağrıkəsicilər də diqqət və reaksiya qabiliyyətinə təsir göstərə bilər.

Mütəxəssislər hər hansı dərmanı qəbul etməzdən əvvəl onun istifadə təlimatındakı “avtomobil idarəetmə və mexanizmlərlə işləmə” ilə bağlı xəbərdarlıqları diqqətlə oxumağı tövsiyə edirlər.

Əgər dərman yuxululuq, başgicəllənmə, görmədə bulanıqlıq, diqqətin zəifləməsi və ya reaksiyanın ləngiməsinə səbəb olursa, onun təsiri keçənədək avtomobil idarə etməkdən çəkinmək lazımdır.

Dərmanın sükan arxasına keçməyə mane olub-olmadığına dair şübhə yarandıqda isə həkim və ya əczaçı ilə məsləhətləşmək ən təhlükəsiz seçimdir.

Braziliyadan RADİKAL QƏRAR: Onlayn mərc oyunları tam qadağan edildi

Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkə ərazisində onlayn mərc oyunlarına tam qadağa qoyub.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "G1" informasiya portalı yayıb.
 
Tətbiq edilən məhdudiyyət virtual kazinolara və onlayn qumar oyunlarına şamil olunur. Qərar dərhal qüvvəyə minsə də, hökumət qadağanın 120 gün ərzində tam təsdiqlənməsi üçün parlamentə müvafiq qanun layihəsi təqdim etməlidir.
 
İstifadəçilərə oktyabrın 5-i günün sonunadək müvafiq onlayn platformalardan öz vəsaitlərini sərbəst şəkildə çıxarmaq imkanı yaradılacaq. Oktyabrın 6-dan etibarən isə Braziliyada bu cür saytlar və tətbiqlər fəaliyyətini dayandıracaq. Hesablarda qalan pullar bukmeker şirkətləri tərəfindən banklar vasitəsilə sahiblərinə qaytarılmalıdır.
 
"Mən sərt, radikal və zəruri addım atmaq qərarına gəldim. Bu, xərçəng xəstəliyinə bənzəyir: ya sən şişi çıxarırsan, ya da şiş bizi öldürür", - deyə prezident Lula da Silvanın vurğulayıb.
 
Portalın məlumatına görə, Braziliya dövlət başçısı eyni zamanda mərc oyunlarının təbliği ilə məşğul olan şəxslərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini də Konqresə göndərib.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Sentyabrın 26-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər.
 
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu - yubiley yarışına sentyabrın 24-də start verilib. Bu yarışı izləmək üçün paytaxt Bakıya rekord sayda - 16 mindən çox xarici turist gəlib. Yarışda hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb.
 
Komandalar ilk gündə iki sərbəst yürüşdə yarışıblar. Bu yürüşlərdə yüksək nəticə göstərən pilotlar ardınca sıralama turunda mübarizəni davam etdiriblər. Sıralama turunun yekununda "Mercedes"in pilotu Corc Rassel 6 kilometrlik Bakı trekində poul qazanaraq əsas yarışı ilk pillədən başlamaq hüququ əldə edib. "Ferrari"nin pilotu Şarl Lekler ikinci, "McLaren" təmsilçisi Oskar Piastri üçüncü yerdə qərarlaşıblar.
 
Sentyabrın 26-da keçirilən əsas yarışda pilotlar Bakı şəhər halqasında 2 saat ərzində 51 dövrə vurublar. Yarış "Mercedes"in pilotu Corc Rassellin qələbəsi ilə başa çatıb. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.
 
Xatırladaq ki, Azərbaycan Formula 1 yarışlarına onuncu dəfədir ev sahibliyi edir. 2016-cı ildə təşkil olunan və Avropa Qran-Prisi adlandırılan ilk yarış yarışda "Mercedes" komandasının pilotu Niko Rosberq birinci olub. Yarış növbəti ildən Azərbaycan Qran-Prisi adlandırılıb.
 
16:43
 
Bakı şəhər halqasında "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilir.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər.
 
15:21
 
Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilir.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyirlər.
 

“Özümü yaxşı hiss edirəm” - Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasında Litva yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
 
Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib:
 
“Yaxşı hazırlaşmışıq. Çətin rəqiblə oyuna çıxacağımızı bilirik. Məqsədimiz müsbət nəticə qazanmaq olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Özümü yaxşı hiss edirəm. Sabah komandama kömək etməyə hazıram”.
 
Qeyd edək ki, Litva – Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.

Vətən müharibəsinin xüsusi təyinatlısı: "Bizi minaatanla vururdular"

Vətən müharibəsi iştirakçısı, xüsusi təyinatlı dəstənin kəşfiyyatçı snayperi Qafar Fərzəliyev döyüşlər zamanı yaşadığı ağır anlardan danışıb.
 
Moderator.az Baku TV-yə istinadla xəbər verir ki, Ağdam, Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edən Qafar Fərzəliyev ağır yaralanmasına baxmayaraq, yenidən döyüş meydanına qayıtmaq istəyib.
 
"Düşmənin əks-hücumunun qarşısını alarkən döyüş yoldaşım qucağımda şəhid oldu. Bizi minaatanla vururdular. Mən irəlidə gedirdim, o isə məndən 10-15 addım arxada idi. Məni tələsdirdi ki, tez ol, birdən səni vurarlar. 20-30 saniyə sonra yerimizi dəyişdik və minaatan onun yanına düşdü. Silahdaşını qucağında itirmək çox ağırdır. O, təzə ata olmuşdu, övladının qoxusunu doyunca ala bilməmişdi", - deyə Q.Fərzəliyev bildirib.
 
Vətən müharibəsi zamanı yaralanan Qafar Fərzəliyev müalicədən sonra hərbi xidmətini davam etdirmək istədiyini deyib. O, bu qərarının hərbi hospitalda polkovnik tərəfindən böyük dəstəklə qarşılandığını bildirib.
 
Qeyd edək ki, Qafar Fərzəliyevin qardaşı İlkin Fərzəliyev də Vətən müharibəsində iştirak edib və Suqovuşana Azərbaycan bayrağını sancıb.

 

RİNN, AZCON Holding və "Franklin Templeton" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding və "Franklin Templeton" qrupuna daxil olan "Templeton Asset Management Ltd." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
 
Moderator.az xəbər verir ki, sənəd AZCON Holding portfelində investisiya platformasının yaradılması və idarə olunması ilə bağlı gələcək əməkdaşlıq üçün ümumi çərçivə müəyyən edir.
 
Əməkdaşlıq çərçivəsində dövlət müəssisələrinin idarəetmə və səmərəliliyinin artırılması, strateji investisiyaların cəlb edilməsi və onların inkişaf imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Nadir Qafarzadə: “Hələ “iPhone 13”də qalan mən...” - FOTO

Müğənni Nadir Qafarzadə açıqlaması ilə diqqət çəkib.
 
O, show_news-da gecə saatlarında “İphone 18” alanları tənqid edib:
 
“Belə baxanda, insanlar yaxşı yaşayırlar demək olar. Şəhərdə ən bahalı avtomobillər, bahalı telefon işlədənlər, hər gün restoran və kafelərdə dincələnlər və ilaxır. Tarif Şurası, qiymətlərin qalxma zamanıdır. Qaldır, qaldır… Hələ “iPhone 13”də qalan mən”!  (Olay)

Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü

26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Supreme Boxing" promouter şirkəti məlumat yayıb.
 
Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiya ilə qarşılaşıb. Görüş idmançının yeddinci raundda nokautla məğlub olması ilə yekunlaşıb. Döyüş bitdikdən sonra Torres huşunu itirənə qədər rinqdə qalıb. İdmançıya tibbi yardım göstərilərək Mexikalidəki xəstəxanaya yerləşdirilib. Orada onun beynindəki tromb səbəbindən təcili əməliyyat aparılıb və boksçu süni koma vəziyyətinə salınıb. Sentyabrın 25-də idmançı aldığı ağır xəsarətlərdən ölüb.
 
Xatırladaq ki, Torres peşəkar boksda ilk dəfə 2018-ci ilin noyabrında çıxış edib. O, karyerası ərzində 15 dəfə qələbə qazanıb, 6 dəfə məğlub olub və 3 qarşılaşmanı heç-heçə başa vurub.

Tramp "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb

ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib.
 
Moderator.az report-a istinadən xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
"Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə baha başa gəlir" - o yazıb.
 
Daha əvvəl məlumat verilmişdi ki, Ağ ev CNN telekanalının bu gün Tennessi ştatının Noksvill şəhərinə yola düşəcək "Air Force One" prezident təyyarəsinin göyərtəsində ABŞ Prezidenti Donald Trampı müşayiət etməyəcəyini elan edib.
 
Münaqişə federal məhkəmənin müvəqqəti olaraq Tramp administrasiyasını CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişini bərpa etməyə məcbur etməsindən bir neçə gün sonra kəskinləşib.
 
Məhkəmənin qərarı jurnalistlərin akkreditasiyası və KİV nümayəndələrinin Ağ Evin ərazisinə girişinə aid idi. Lakin qərar onların prezidentin səfərlərini işıqlandıran jurnalistlər qrupunda iştirakına birbaşa aid deyildi.
 
Məhkəmənin qərarı prezidenti müşayiət edən jurnalistlər qrupunun formalaşmasına və jurnalistlərin prezidentin uçuşlarına buraxılması qaydasına birbaşa şamil edilmir.

Məktəbdə övladlarına görə qadağa qoyuldu, valideynlər etiraz etdi

Britaniyada yaşayan şahzadə Harri və Meqan Marklın övladları Arçi və Lilibetin təhsil aldığı məktəbdə tətbiq olunan xüsusi təhlükəsizlik tədbirləri yerli valideynlərin narazılığına səbəb olub.
 
Moderator.az xəbər verir ki, məktəblərin valideynlərə göndərdiyi məktublarda məxfilik qaydalarına ciddi əməl olunması, həmçinin yalnız öz övladlarının fotoşəkillərinin çəkilməsi ilə bağlı xəbərdarlıq edilib.
 
Bildirilir ki, bu xəbərdarlıqlar yalnız Arçi və Lilibetin təhsil aldığı kənd məktəbinin valideynlərinə deyil, ətraf ərazilərdəki digər məktəblərin valideynlərinə də göndərilib.
 
Qaydaların sərtləşdirilməsinə səbəb kimi cütlüyün uşaqlarının məktəbini qəfil dəyişməsi və Meqanın telefon nömrəsinin valideynlərin vatsap qrupundan yayılması göstərilir.
 
Yeni tədbirlər bəzi yerli sakinlərin narazılığına səbəb olub. Valideynlərdən biri məktub göndərilməsini “tamamilə lazımsız” adlandıraraq, hər kəsin onsuz da hansı sərhədlərin olduğunu bildiyini deyib.
 
Digər valideyn isə tədris ilinin ilk günü məktəb yaxınlığında iki avtomobilin sürətlə hərəkət etdiyini, daha sonra Harri, Meqan və uşaqlarının məktəbin girişində görüldüyünü bildirib.
 
Qeyd edək ki, Harri və Meqan 2020-ci ildə kral ailəsinin işləyən üzvləri kimi vəzifələrindən imtina etdikdən sonra Britaniyanı tərk etmişdilər. Cütlük ötən ay uşaqları ilə birlikdə ölkəyə qayıdıb.
 
Əvvəlcə Arçi və Lilibet elit məktəblərdən birinə yerləşdirilsə də, tədris başlayandan cəmi iki gün sonra uşaqların məktəbi dəyişdirilib. Buna səbəb kimi ailənin təhlükəsizlik məsələləri və yollardakı sıxlığın mühafizə xidmətinin işini çətinləşdirməsi göstərilib.
 
Harri və Meqanın təhlükəsizliklə bağlı narahatlıqları daha əvvəl də gündəmə gəlib. Şahzadə Harri ailəsinin dövlət hesabına mühafizəsinin dayandırılması ilə bağlı Britaniya hökumətinə qarşı məhkəməyə müraciət edib.
 
Son olaraq isə kral III Çarlzın oğlunun təhlükəsizliyi ilə bağlı məsələnin yenidən nəzərdən keçirilməsinə razılıq verdiyi və Sassekslərin mühafizəsinin dövlət büdcəsinə illik təxminən 5 milyon funt-sterlinqə başa gələ biləcəyi barədə məlumat yayılıb.//Axşam.az

2026-cı ilin payızı üçün 5 büdcəli ərəb ətri

Ərəb ətirləri hər il daha çox diqqət çəkir. Onlar çoxqatlı kompozisiyaları, qalıcı şleyfi, şirin, ədviyyəli, odunsu və şərq notlarının zəngin harmoniyası ilə seçilir. Payız isti, dolğun və ədviyyəli ətirlər üçün ən uyğun fəsillərdən biridir. Belə ətirlər sərin havada daha gözəl açılır və ərəb parfümeriyasının böyük hissəsi məhz bu xüsusiyyətlərə malikdir.
 
Moderator.az Lent.az-a istinadən bu 5 ətri təqdim edir:
 
Payız aylarında vanil, kəhrəba, müşk, darçın, hil, qəhvə, tonka paxlası, səndəl ağacı, ud və isti meyvə notları xüsusilə uyğun hesab olunur. Bu cür kompozisiyalar rahatlıq və istilik hissi yaradır, sviter və paltolardan tutmuş axşam geyimlərinə qədər müxtəlif payız obrazlarını tamamlayır.
 
Ərəb parfümeriyası arasında şirin qurman ətirlərindən daha təmkinli odunsu və çiçək notlu variantlara qədər fərqli zövqlərə uyğun seçimlər tapmaq mümkündür.
 
Lattafa Khamrah
 
100 ml üçün qiyməti təxminən 1600-1800 qrivnadır. Khamrah sərin mövsüm üçün ən məşhur ərəb ətirlərindən biridir. Bu, dolğun, şirin və ədviyyəli bir ətirdir. Kompozisiyada xüsusilə darçın, vanil və qurman notları ön plana çıxır. Ətir payız axşamlarında tədbirlər və xüsusi görüşlər üçün uyğun seçim hesab olunur.
 
Əsas notlar: darçın, praline, vanil, tonka paxlası, benzoin və kəhrəba.
 
Lattafa Khamrah Qahwa
 
100 ml üçün qiyməti təxminən 1900 qrivnadır. Khamrah Qahwa məşhur Khamrah ətirinin daha tünd və daha dolğun versiyasıdır. Burada qəhvə notu, müxtəlif ədviyyatlar və şirin baza xüsusi olaraq hiss olunur. Qəhvə qoxusunu sevənlər üçün maraqlı seçim ola bilər. Ətir dərin və rahatlıq yaradan xarakterə malikdir, xüsusilə sərin payız axşamlarında yaxşı açılır.
 
Əsas notlar: qəhvə, hil, darçın, praline, vanil, tonka paxlası və müşk.
 
Lattafa Badee Al Oud Noble Blush
 
100 ml üçün qiyməti təxminən 1600 qrivnadır. Bu variant daha qadınsayağı ətirləri sevən, lakin həddindən artıq yüngül kompozisiyalara üstünlük verməyənlər üçün nəzərdə tutulub. Ətirdə qızılgül və südlü akkord birləşərək yumşaq və bir qədər şirin qoxu yaradır. Sərin havalarda ətir dəridə daha rahat və zərif şəkildə açılır.
 
Əsas notlar: qızılgül, südlü akkord, vanil, müşk və tonka paxlası.
 
Lattafa Yara Elixir
 
100 ml üçün qiyməti təxminən 1600 qrivnadır. Yara Elixir payızda şirin və qadınsayağı ətir axtaranlar üçün uyğun variantdır. Ətir kremli və şirin çalarlarla zəngin yumşaq qurman kompozisiyasına malikdir. Buna görə də sərin havalarda xüsusilə yaxşı hiss olunur. Yara Elixir nəzərəçarpan, eyni zamanda rahatlıq hissi yaradan şleyfi sevənlər üçün nəzərdə tutulub.
 
Əsas notlar: qırmızı giləmeyvələr, karamel, vanil, qızılgül, müşk və kəhrəba.
 
Lattafa Mayar
 
100 ml üçün qiyməti təxminən 1300 qrivnadır. Mayar payızda yalnız ağır şərq ətirlərinə keçmək istəməyənlər üçün daha yüngül alternativdir. Kompozisiyada şirin meyvələr, zərif çiçək notları və isti odunsu akkordlar birləşir. Ətirdən gündüz saatlarında, işə gedərkən və ya gəzinti zamanı istifadə etmək mümkündür. O, həddindən artıq ağır olmadan payız ab-havası yaratmağa imkan verir.
 
Əsas notlar: liçi, moruq, qara qarağat, qızılgül, jasmin, ağ müşk, səndəl ağacı və vanil.

“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan

“Ermənistan Respublikası “xəyallarımızın vətənidir” və başqa vətən haqqında arzulamağa ehtiyac yoxdur”.

Moderator.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş çıxışında bəyan edib:

“İndi Ermənistanı inkişaf etdirmək, onu daha müstəqil, güclü, ədalətli və təhlükəsiz edərək gələcək nəsillərə ötürmək lazımdır. Biz bir daha heç vaxt müstəqillik və başqa dövlət haqqında xəyal qurmamalıyıq. Hər il, hər gün dövlətə sahibi olmağın nə demək olduğunu, vətəndaş olmağın nə mənaya gəldiyini daha yaxşı öyrənməliyik. Çünki bu gün Ermənistan müstəqilliyin 35-ci ildönümünü sülh şəraitində qeyd edir”.

Xatırladaq ki, Ermənistan sentyabrın 21-də müstəqillik gününü qeyd edir. 1991-ci ilin həmin günündə keçirilmiş referendumda iştirak edənlərin əksəriyyəti SSRİ tərkibindən çıxaraq müstəqil, demokratik dövlətin qurulmasının lehinə səs vermişdi.

Tahir Gözəl: "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bəzi məqamlarda klubdan ayrılmaq istəyib".

Moderator.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl deyib.

"Köhlən atlar"ın rəhbəri Qurban Qurbanovun uzun müddət "Qarabağ"ın baş məşqçisi olmasına münasibət bildirib:

"Mən həmişə demişəm ki, sabitlik inkişafın qarşısını alan deyil, düzgün idarə olunanda inkişafı sürətləndirən amildir.

Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Müasir futbolda bir baş məşqçinin bu qədər uzun müddət eyni klubda fəaliyyət göstərməsi artıq çox nadir hadisədir. Amma burada yalnız müddətə baxmaq düzgün olmaz. Əsas məsələ həmin illər ərzində formalaşan qarşılıqlı etimaddır.

İlk illərdən Qurban Qurbanova inanmışıq. Elə dövrlər də olub ki, nəticələr arzuladığımız kimi getməyib. Futbolda belə mərhələlər qaçılmazdır. Həmin anlarda emosional qərar vermək əvəzinə, görülən işi, qurulan sistemi və bir-birimizə olan inamımızı əsas götürmüşük.

Elə məqamlar olub ki, Qurban Qurbanov özü məsuliyyəti üzərinə götürməyə hazır olduğunu və klubdan ayrıla biləcəyini bildirib. Biz isə bir nəticənin və ya uğursuz seriyanın illər ərzində qurulan münasibətləri dağıtmasına imkan verməmişik.

Çünki qarşımızdakı insanı yalnız son beş oyunun nəticəsinə görə tanımırdıq. Onun iş prinsipini, xarakterini, kluba münasibətini və hansı məqsədlər üçün çalışdığını bilirdik.

Bu gün "Qarabağ" daxilində yaranmış ailə mühitinin də təməlində bu dayanır. Bu o demək deyil ki, burada tələbkarlıq yoxdur. Əksinə, çox ciddi tələbkarlıq var. Sadəcə həmin tələbkarlığın yanında hörmət və etimad da mövcuddur.

Klub rəhbərliyi baş məşqçiyə inanır, baş məşqçi rəhbərliyə inanır. Futbolçular hiss edirlər ki, qərarların arxasında sistem dayanır. İşçilər bilirlər ki, klub bir günlük emosiyalarla idarə olunmur.

Bəzən futbolun ən böyük gücü məhz statistikada görünməyən bu münasibətlər olur. Bunlar heç bir dərslikdə yazılmır, amma böyük klubun qurulmasında çox mühüm rol oynayır", - deyə Tahir Gözəl bildirib.

Trampın iştirakı ilə Qrenlandiyaya dair saziş sentyabrın 22-də imzalanacaq

ABŞ, Danimarka və Qrenlandiya arasında Qrenlandiyanın təhlükəsizliyinə dair üçtərəfli saziş sentyabrın 22-də Nyu-Yorkda imzalanacaq.

Reuters-in məlumatına görə, imzalanma mərasimi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək. Mərasimdə ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen iştirak edəcəklər.

Razılaşma ABŞ-nin Qrenlandiyadakı hərbi imkanlarını genişləndirməyi və Arktikanın təhlükəsizliyində NATO-nun rolunu gücləndirməyi nəzərdə tutur. Danimarka və Qrenlandiya rəsmiləri sazişin Qrenlandiyanın suverenliyinə toxunmadığını bildirirlər.

Donald Tramp isə daha əvvəl razılaşmanın ABŞ-yə Qrenlandiyada daimi hərbi çıxış, baza və uçuş imkanları verəcəyini açıqlayıb.

Akif Çağatay Kılıç: Türkiyə güclü regional aktordur

Türkiyə xarici siyasətdə mövqeyini açıq şəkildə ortaya qoyan güclü regional aktordur.

Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç Nyu-Yorkda keçirilən "100-cü ilə qədəm qoyan Türkiyə-ABŞ münasibətləri" panelində çıxışı zamanı deyib.

Kılıç Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın "qətiyyətli liderliyi" ilə regionda zərurət yarandıqda təhlükəsizliyin təmini istiqamətində addımlar atdığını qeyd edib.

Kılıç Ankaranın Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülhə aparan prosesdə məsuliyyət götürdüyünü vurğulayıb.

"Rusiya ilə münasibətlərimizdə fərqli strategiya həyata keçiririk. Eyni zamanda, İran və İsrail arasındakı münaqişəyə sülh yolu ilə həll tapmağa yönəlmiş danışıqlarda da belə bir yanaşma nümayiş etdiririk", - deyə o bildirib.

ABŞ, Yaponiya və Cənubi Koreya KXDR-in nüvəsizləşdirilməsinin lehinə çıxış edib

ABŞ Dövlət katibi Marko Rubio, Yaponiyanın xarici işlər naziri Tosimitsu Moteqi və Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon Koreya Xalq Demokratik Respublikasının (KXDR) tam nüvəsizləşdirilməsinə, eləcə də onun nüvə və raket proqramlarının inkişafının qarşısının alınmasına sadiq qaldıqlarını təsdiqləyiblər.

Moderator.az ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş birgə bəyanata istinadən xəbər verir ki, tərəflər həmçinin Şimali Koreyanın nüvə və raket proqramlarının maliyyələşdirilməsinin qarşısını almaq niyyətindədirlər.

Bununla yanaşı, xarici siyasət idarələrinin rəhbərləri KXDR ilə dialoqa hazır olduqlarını bildirib və Pxenyanı Koreya yarımadasında sülh və sabitliyin bərqərar olmasına kömək məqsədilə danışıqları bərpa etməyə çağırıblar.

Bundan əlavə, Rubio, Moteqi və Hyon iqtisadi təhlükəsizlik, süni intellekt texnologiyaları sahəsində əməkdaşlığı inkişaf etdirmək, eləcə də energetika sahəsində tərəfdaşlığı möhkəmləndirmək barədə razılığa gəliblər.

ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb

ABŞ-nin bir neçə hava limanında texniki nasazlıq səbəbindən yerüstü xidmət və uçuşlar dayandırılıb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Mülki Aviasiya İdarəsinin saytındakı bəyanatda deyilir.

Onların arasında Con Kennedi adına, La-Quardiya, Teterboro, Uestçester (Nyu-York ştatı) hava limanları, eləcə də Nyuark (Nyu-Cersi ştatı) və Filadelfiya (Pensilvaniya ştatı) şəhərlərinin aeroportları var.

Səbəb kimi avadanlığın nasazlığı göstərilib. Məlumata görə, gecikmələr bir saatdan dörd saatadək davam edə bilər.

Vens: Ukrayna münaqişəsi nizamlanması ən çətin olan beynəlxalq münaqişədir

Ukrayna münaqişəsi hazırda nizamlanması ən çətin olan beynəlxalq münaqişədir.

Moderator.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.

“Prezident Donald Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsi böyük fərqlə nizamlanması ən çətin olan beynəlxalq münaqişədir”, – Vens deyib.

ABŞ vitse-prezidenti problemin həllinin çətin olduğunu etiraf etməklə yanaşı, Tramp administrasiyasının bu istiqamətdə səylərini davam etdirdiyini bildirib.

Vens sentyabrın 22-də Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilməsi planlaşdırılan təmasın müəyyən irəliləyişə gətirib çıxara biləcəyinə ümid etdiyini də söyləyib. Tramp və Zelenski bundan əvvəl Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.

ABŞ-nin beş telekanalı Trampın iştirakı ilə keçirilən tədbirləri işıqlandırmağı dayandırıb

Amerikanın ən böyük beş telekanalı ABŞ Prezidenti Donald Trampın tədbirlərini işıqlandırmağı dayandırıb.

Moderator.az "CNN"ə istinadən xəbər verir ki, qərar Ağ Evin bir neçə mediaya prezidentə çıxış imkanı verməkdən imtina etməsinə qarşı etiraz xarakteri daşıyıb.

Birləşmiş xüsusi çəkiliş qrupuna "ABC", "CBS", "CNN", "Fox News" və "NBC" daxildir. Telekanallar növbə ilə prezidentin çəkilişini təmin edir və əldə olunan kadrları digər medialara ötürürlər.

"CNN" sentyabrın 21-də qrupda növbətçi olmalı və Trampın Nyu-Yorka, BMT Baş Assambleyasına səfərinin işıqlandırılmasını təmin etməli idi. Lakin Ağ Ev telekanala bu tapşırığı yerinə yetirməyə imkan verməyib.

Bundan sonra "Fox News"un Vaşinqton bürosunun rəhbəri Brayan Botton "CNN"in əvəzlənməyəcəyini bildirib. Nəticədə qrup Trampın tədbirlərini işıqlandırmayacaq.

"İctimaiyyət hökumətin işi haqqında dəqiq və müstəqil məlumat almaqda maraqlıdır. Heç bir administrasiya xəbər təşkilatının hadisələri necə işıqlandırması xoşuna gəlmir deyə onun fəaliyyətini məhdudlaşdırmamalıdır", – beş telekanalın birgə bəyanatında bildirilib.

Çəkiliş qrupu digər tədbirlərdə, xüsusən də konqres və Vaşinqtonda, eləcə də digər şəhərlərdəki ayrı-ayrı hadisələrlə bağlı fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, sentyabrın 21-də "CNN", "MS NOW" və "Politico" bu məhdudiyyətlə bağlı Tramp administrasiyasına qarşı iddia qaldırıb.

SEPAH: ABŞ və İsrail gec-tez bölgəni tərk etməlidir

ABŞ və İsrail gec-tez bölgəni tərk etməyə razılaşmalıdır.

Moderator.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında qeyd olunub.

"Düşmən hərbi sahədə uğursuzluğa düçar olduqdan sonra hibrid, koqnitiv, iqtisadi və media müharibələrinə üz tutub; lakin İran xalqı daxili potensiallara, müqavimət iqtisadiyyatına və müqəddəs milli birliyə arxalanaraq hər cür fitnəni zərərsizləşdirəcək", - SEPAH-dan vurğulanıb.

Bildirilib ki, silahlı qüvvələr qəti və dağıdıcı cavab verməyə hazırdır: "İran İslam Respublikasının Silahlı Qüvvələri elmə, strateji yeniliyə və müdafiədə özünə arxalanmaqla, hər bir təhdidi elə mənbəyindəcə zərərsizləşdirə biləcək bir səviyyəyə çatıb".

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

Türkiyənin Diyarbəkir şəhərində borc məsələsi ilə başlayan mübahisə silahlı toqquşmaya çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İlkin məlumata görə, atışma zamanı üç nəfər həyatını itirib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həlak olan şəxslərin meyiti ekspertiza üçün morqa göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Dünya İqtisadi Forumu tərəfindən "Əməkdaşlığın olmadığı zamanda əməkdaşlıq gündəliyi" mövzusunda təşkil olunmuş dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, yüksək səviyyəli nahar ziyafəti bu gün dünyanın üzləşdiyi qlobal təhlükəsizlik çağırışlarının həllini müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün siyasət qurucularını, biznes liderlərini və müxtəlif sektorlardan olan ekspertləri bir araya gətirib.

Balın bilinməyən faydaları – <span style="color: #ff0000;">Orqanizmə belə təsir edir</span>

Bal təkcə təbii şirinləşdirici deyil. Onun tərkibində antioksidantlar, polifenollar və müxtəlif bioloji aktiv maddələr də var.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, balın sağlamlıq üçün bir sıra faydaları ola bilər.

Bal boğaz qıcıqlanmasını azaldaraq öskürəyi yüngülləşdirə bilər. Xüsusilə gecə saatlarında quru öskürək zamanı faydalı ola bilər. Lakin bir yaşdan kiçik uşaqlara bal vermək olmaz.

Bəzi bal növləri antimikrob xüsusiyyətlərə malikdir və müəyyən mikroorqanizmlərin inkişafını zəiflədə bilər. Bununla belə, bal dərman və ya infeksiya müalicəsinin əvəzi deyil.

Balın tərkibində olan antioksidantlar hüceyrələrin oksidləşdirici stressdən qorunmasına kömək edə bilər. Adətən tünd rəngli bal növlərində bu maddələr daha çox olur.

Tibbdə xüsusi steril bal məhsullarından bəzi yaraların və yanıqların müalicəsində istifadə edilir. Adi süfrə balını isə açıq yaraya çəkmək məsləhət görülmür.

Bal həmçinin adi şəkərin bir hissəsini əvəz edə bilər. Lakin onun da şəkər və kalori miqdarı yüksək olduğundan normadan artıq istifadə edilməməlidir.

Mütəxəssislər balı faydalı xüsusiyyətlərinə baxmayaraq, az miqdarda və balanslı qidalanmanın bir hissəsi kimi qəbul etməyi tövsiyə edirlər.

"Atletiko" - "Real" oyununun baş hakimi səhvlərinə görə cəzalandırılacaq

İspaniya La Liqasının VII turunda "Real"ın səfərdə "Atletiko"ya 1:2 hesabı ilə uduzduğu oyunun baş hakimi Migel Anxel Ortis Aryas ən azı iki oyunluq diskvalifikasiya ediləcək.

Moderator.az xəbər verir ki, bu barədə "Archivo VAR" məlumat yayıb.

"Sivitas Metropolitano" stadionunda keçirilən qarşılaşmada referinin 4 ciddi səhvə yol verdiyi və iki dəfə VAR-a müraciət etdiyi bildirilib.

Hakimin yol verdiyi səhvlər arasında "Atletiko"nun hücumçusu Li Kan İnin "Real"ın yarımmüdafiəçisi Federiko Valverdenin ayağını tapdalaması, həmçinin Kristian Romeronun Cud Bellinqemin ayağına vurması daha çox diqqət çəkib.

Qeyd edək ki, "Real"ın baş məşqçisi Joze Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında Migel Anxel Ortis Aryasın hakimliyini tənqid edib.

Makron yanacaq qiymətlərini aşağı salmaq üçün Aİ normalarının yumşaldılmasını təklif edib

Fransa Prezidenti Emmanuel Makron bazarda təklifi artırmaq və qiymətləri aşağı salmaq üçün Avropa İttifaqının (Aİ) yanacaqla bağlı bəzi tələblərinin müvəqqəti yumşaldılmasını təklif edib.

Moderator.az BFMTV-yə istinadən xəbər verir ki, Makron müvafiq təklifi Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenə göndərib.

Fransa lideri müstəsna qaydada və müvəqqəti əsasda Aİ-də qüvvədə olan yanacağın keyfiyyəti ilə bağlı tələbləri yumşaltmağı təklif edib. Onun fikrincə, bu, neft emalı müəssisələrində istehsalın həcmini artırmağa imkan verəcək.

Makron yanacaq qatışığında bioyanacağın payına qoyulan məhdudiyyətləri zəiflətməyə də çağırıb. BFMTV qeyd edib ki, bu, bazarda dizel yanacağı təklifinin artmasına kömək edə bilər.

Telekanalın məlumatına görə, Fransa Prezidentinin təklifləri qısamüddətli perspektivdə yanacağın qiymətinin aşağı salınmasına yönəlib.

Sentyabrın 20-də Fransada dizel yanacağının orta qiyməti bir litr üçün 2,41 avroya çatıb ki, bu da rekord göstəricidir. Daha əvvəl Makron enerji daşıyıcılarının qiymətlərini aşağı salmaq və neft emalı imkanlarını artırmaq üçün Avropa səviyyəsində bütün mümkün tədbirlərin görülməsinin vacibliyini bildirib.

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 22-də Yasamal, Sabunçu və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurna işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transfornator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Xaqan Dadaşov, İsmayıl Talıblı, Vasif Əliyev, Zahid Kərimov, Zaur Kərimov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Sabunçu RETSİ-yə daxil olan Bakıxanov qəsəbəsi Şərq və Ramiz Qəmbərov küçələrində yeni Özünüdaşıyan İzolyasiyalı Naqillərin (ÖİN) çəkilişi ilə əlaqədar saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Xəzər RETSİ ərazisində 6 kV-luq elektrik naqilləri yenisi ilə əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron və İzmir küçələrinin bəzi ərazilərində enerjinin verilişi məhdudlaşdırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini 1956-cı il təvəllüdlü Hüseynov Nəcəf Qılınc oğlu yolu keçmək istəyən zaman "Audi" markalı avtomobil onu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında iştirakı zamanı "Türk Evi"ndə Vyetnam Prezidenti To Lam ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Görüş zamanı Türkiyə-Vyetnam ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyənin iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi təklifinə Vyetnamın müsbət cavab verməsindən məmnunluğunu ifadə edib.

O, Türkiyənin Vyetnamla investisiya, ticarət və müdafiə sənayesi başda olmaqla, bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində çalışdığını bildirib.

Türkiyə Prezidenti iki ölkənin beynəlxalq müstəvidə də birgə fəaliyyətini davam etdirməsinin vacibliyini vurğulayıb.

Görüşdə Ərdoğan Vyetnam Prezidenti seçilməsi münasibətilə To Lamı təbrik edib və onu Türkiyədə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) Liderlər Sammitinə dəvət edib.

Məşhur futbolçu həbs oluna bilər

İngiltərənin "Sanderlend" klubunda çıxış edən və İsveçrə millisinin kapitanı olan Qranit Caka saxta COVID-19 sertifikatları əldə etməkdə şübhəli bilinir.

Moderator.az "Blick" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə bağlı ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.

Lütsern Prokurorluğu faktla bağlı rəsmi istintaq başladıb və Cakanı oktyabrın əvvəlində ifadə verməyə çağırıb. İttiham təsdiqlənərsə, futbolçunu 5 ilədək həbs cəzası gözləyə bilər.

Bununla yanaşı, Caka İsveçrə millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək. O, UEFA Millətlər Liqasında sentyabrın 26-da Şimali Makedoniya, 29-da Şotlandiya, oktyabrın 3-də Sloveniya və oktyabrın 6-da yenidən Şimali Makedoniya ilə keçiriləcək görüşləri buraxacaq.

Qeyd edək ki, Caka daha əvvəl saxta COVID-19 vaksinasiya sertifikatı hazırladığını etiraf edib.

Macarıstan Ukrayna üçün neft məhsulları anbarının tikintisinə icazə verməyəcək

Macarıstan hökuməti ölkə ərazisində Ukraynanın ehtiyacları üçün neft məhsullarının saxlanılması üçün anbarın tikintisinə imkan verməyəcək.

 

Moderator.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Magyar parlamentdə çıxışı zamanı bildirib.

 

Qeyd edək ki, söhbət Macarıstanın MOL şirkəti ilə Ukraynanın “Naftoqaz” şirkəti arasında imzalanmış anlaşma memorandumunda nəzərdə tutulan layihədən gedir. Memorandum Macarıstanda Ukrayna sərhədinə yaxın ərazidə neft məhsullarının saxlanılması obyektlərinin yaradılması imkanını nəzərdə tutur.

 

“MOL-un anlaşma memorandumu imzaladığı anbar nə Macarıstan-Ukrayna sərhədində, nə də başqa yerdə tikiləcək. Bu, hazırda yalnız nəzəri imkandır. Hətta layihənin icrasına başlanılsa belə, bunun üçün illər lazım olardı. Ancaq burada və indi demək istəyirəm: “Tisa” hökuməti hakimiyyətdə olduğu müddətdə bu baş verməyəcək”, – Magyar bildirib.

 

“Naftoqaz”ın məlumatına görə, layihə Ukrayna bazarının ehtiyaclarına xidmət etməli və yanacaq tədarükünün etibarlılığını artırmalı idi.

Türkiyədə 6134 şəxsin vətəndaşlıq qərarı ləğv edilib, 72 nəfər saxlanılıb

Türkiyədə investisiya yolu ilə vətəndaşlıq əldə edilməsi ilə bağlı aparılan araşdırmalar nəticəsində 6134 şəxsin vətəndaşlıq qərarı ləğv edilib və ya geri alınıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, saxta və qanunsuz ekspertiza hesabatlarından istifadə edən 1413 investor və onların ailə üzvləri ilə birlikdə ümumilikdə 6134 nəfərin vətəndaşlıq qərarı ləğv edilib və ya geri alınıb.

 

Nazirliyin məlumatına görə, İstanbul Prokurorluğunun 21 sentyabr 2026-cı il tarixində başlatdığı araşdırmada daşınmaz əmlakın saxta alqı-satqısı yolu ilə qanunsuz vətəndaşlıq əldə etdiyi müəyyən edilən 1070 nəfər, həmçinin vətəndaşlıq prosesi davam edən 11 nəfər müəyyənləşdirilib.

 

Araşdırma zamanı 1070 nəfərin 263-ünün investor, 807-sinin isə ailə üzvü olduğu müəyyən edilib.

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Çinin xarici işlər naziri Van İ almaniyalı həmkarı Yohann Vadeful ilə Rusiya-Ukrayna münaqişəsini, eləcə də İrandakı vəziyyəti müzakirə edib.

Moderator.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Van İ bildirib ki, Çin yalnız sülhə töhfə verən işlər görəcək və tərəflər arasında barışığa kömək etməyə davam edəcək. O qeyd edib ki, Pekin Avropa tərəfi ilə kommunikasiya və koordinasiyanı bundan sonra da gücləndirməyə və münaqişənin həlli üçün birgə səylər göstərməyə hazırdır.

Van İ həmçinin qeyd edib ki, Çin və Almaniya dünyanın ən böyük iqtisadiyyatları və hərtərəfli strateji tərəfdaşlarıdır. Onun sözlərinə görə, birtərəflilik və antiqlobalizmin hazırkı təzyiqi fonunda tərəflər strateji kommunikasiyanı gücləndirməli, qarşılıqlı etimadı artırmalı və praktiki əməkdaşlığı dərinləşdirməlidirlər.

O qeyd edib ki, Çin və Almaniya çoxtərəfliliyin və azad ticarətin birgə müdafiəsi barədə müsbət siqnal nümayiş etdirməli, ikitərəfli münasibətlərin inkişafına inamı gücləndirməli, həmçinin Çin və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin inkişafında konstruktiv rol oynamalıdırlar. Van İ vurğulayıb ki, qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir.

Çin və Aİ münasibətlərinə toxunan Van İ qeyd edib ki, tərəflər hərtərəfli strateji tərəfdaşdırlar və ticarət müharibəsinə girməməlidirlər. Onun sözlərinə görə, tərəflər arasındakı problemlərin həllini dialoq və məsləhətləşmələr yolu ilə tapmaq lazımdır. O ümidvar olduğunu bildirib ki, Berlin rasional və praqmatik yanaşmanı qoruyub saxlayacaq və azad ticarətə və əməkdaşlığa kömək edərək Aİ-də fəal rol oynayacaq.

Vadeful isə bildirib ki, son illər Çin-Almaniya münasibətləri yaxşı inkişaf dinamikasını qoruyub saxlayır. Berlin Pekinlə yüksək səviyyəli əlaqələrin daha da gücləndirilməsinə, hökumətlərarası məsləhətləşmələrin yeni raundunun keçirilməsinə və ticarət-iqtisadi, eləcə də digər sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinə ümid edir.

O həmçinin bildirib ki, Almaniya Çin və Aİ arasındakı fikir ayrılıqlarının dialoq vasitəsilə həllini dəstəkləyir və bu işdə fəal rol oynamağa hazırdır.

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

ABŞ, Yaponiya və Koreya Respublikası dəniz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə Arktika regionunda üçtərəfli tərəfdaşlıq barədə razılığa gəlib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.

"Bu gün ABŞ, Yaponiya və Koreya Respublikası dənizdə əməkdaşlığı inkişaf etdirmək, həmçinin energetika və infrastruktur da daxil olmaqla, iqtisadi layihələri həyata keçirmək üçün Arktika regionunda üçtərəfli tərəfdaşlıq qurdu", - o yazıb.

Rubio qeyd edib ki, bu tərəfdaşlığın gələcək inkişafı üçün Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri ilə sıx qarşılıqlı fəaliyyət göstərəcəyinə ümid edir.

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

Ağ Ev rəhbəri Donald Tramp süni intellektin gələcək inkişafının tərəfdarı kimi çıxış edərək bildirib ki, ABŞ bu sahədə liderliyini qoruyub saxlamalıdır.

Moderator.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ABŞ hazırda süni intellekt sahəsində Çini və digər ölkələri qabaqlayır, həmçinin bu üstünlüyü qoruyub saxlamaq niyyətindədir.

"Mən sənaye inqilabından və ya hətta internetin özündən daha miqyaslı olacaq bir texnologiyanın inkişafını ləngitmək fikrində deyiləm", - ABŞ lideri vurğulayıb.

Tramp deyib ki, ABŞ ehtiyatlı davranacaq, ölkənin Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə orqanları isə zərurət yarandıqda vəziyyəti tənzimləmək üçün tədbirlər görəcəklər.

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Chevrolet Malibu" markalı avtomobil yolu keçən piyadanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

İran Xarici İşlər Nazirliyi (XİN) Fransa XİN-in bəyanatında yer alan və bu ölkənin Tehrandakı səfirliyinə bağlı təhsil müəssisəsi barədə əsassız, həqiqətə uyğun olmayan iddialarını qətiyyətlə rədd edib.

Moderator.az xəbər verir ki, İran XİN bununla bağlı bəyanat yayıb.

"Hüquq-mühafizə qüvvələrinin Tehranda Fransa səfirliyinə bağlı bir müəssisənin qeyri-qanuni fəaliyyətini dayandırmaq addımı, Fransa səfirliyinin son bir neçə il ərzində İranın səlahiyyətli orqanlarının bu mərkəzin fəaliyyəti üçün qanuni qeydiyyatdan keçməsi və lisenziya alması zərurəti ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqlara davamlı və uzunmüddətli məhəl qoymamasının ardınca və məhkəmənin qərarı əsasında həyata keçirilib", - bəyanatda qabardılıb.

Qeyd olunub ki, diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasının səfirliklərin imtiyaz və toxunulmazlıqları ilə bağlı müddəaları aydındır: "Fransa səfirliyi mədəni və təhsil yönümlü fəaliyyət göstərən mərkəz və müəssisələrin təsis edilməsi və fəaliyyəti üçün qəbul edən ölkənin qanun və qaydalarına uyğun olaraq lazımi qanuni lisenziyaları əldə etməlidir.

Fransa səfirliyinin Tehranda Diplomatik Əlaqələr Konvensiyasının müddəalarına məhəl qoymamaqda israrlı olması və İran İslam Respublikasının qanun və qaydalarından istisna edilməsini gözləməsi heç bir halda qəbuledilməzdir".

Xatırladaq ki, Fransa XİN qərarı "qəbuledilməz" adlandırıb və bunu ölkənin İrandakı mədəni varlığına hücum kimi qiymətləndirib.

Yemək yeyərkən bu musiqini dinləyənlər daha sağlam qida seçir – <span style="color: #ff0000;">Alimlər açıqladı</span>

Yemək zamanı dinlənilən musiqi insanların qida seçiminə təsir göstərə bilər. Yeni araşdırmaya görə, sakit musiqi sağlam qidalara üstünlük verilməsini artıra bilər.

Moderator.az xəbər verir ki, bu barədə “Science Alert” portalı məlumat yayıb.

Makao Elm və Texnologiya Universitetinin alimləri dörd təcrübə aparıblar. Universitet kafeteriyasında keçirilən sınaqda səkkiz gün ərzində sakit və enerjili musiqilər növbə ilə səsləndirilib və 911 alış qeydə alınıb.

Nəticələrə görə, sakit musiqi zamanı sağlam məhsullar alışların 18,94 faizini, enerjili musiqidə isə 13,59 faizini təşkil edib.

Tədqiqatçılar hesab edirlər ki, sakit musiqi daha rahat mühit yaradaraq insanların sağlam qidaları seçməsinə təsir göstərə bilər. Lakin alimlər bunun birbaşa səbəb-nəticə əlaqəsi olmadığını, yalnız musiqi ilə qida seçimi arasında əlaqə aşkarlandığını vurğulayıblar.

 

Hakan Fidan Nyu-Yorkda Bakı ilə İrəvan arasında sülh prosesindən söz açıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın ABŞ ilə tərəfdaşlığının qlobal sülh və sabitliyə daha böyük fayda verməli olduğunun vacibliyini vurğulayıb.

Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, türkiyəli nazir bunu Nyu-Yorkda təşkil olunan "100-cü ilə qədəm qoyan Türkiyə-ABŞ münasibətləri" panelində çıxışı zamanı deyib.

Nazir Türkiyə-ABŞ əməkdaşlığının sülh və sabitliyin təmin olunması istiqamətində qonşu regionlarda birgə fəaliyyət üçün imkan yaratdığını qeyd edib.

O, Qafqazda Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiklərini, Qara dənizdə gərginliyin artması risklərini azaltmağı və gəmiçilik təhlükəsizliyini təmin etməyi hədəflədiklərini bildirib.

Fidan Qara dənizin problem mənbəyi deyil, əməkdaşlıq platformasına çevrilməsinin əhəmiyyətini vurğulayıb.

Ukraynada davamlı sülhün əldə olunması üçün dialoq və diplomatiyanı dəstəklədiklərini deyən nazir Ankara ilə həm Kiyev, həm də Moskva arasında təmasların davam etdirildiyini bildirib.

Balkanlardakı vəziyyətə toxunan Fidan Bosniya və Herseqovinada, həmçinin Serbiya ilə Kosovo arasında gərginliyin daha da dərinləşmədən qarşısının alınmasının vacib olduğunu qeyd edib.

"Yaxın koordinasiya və qabaqlayıcı diplomatiya bu bölgələrdəki kövrək sabitliyin qorunmasına və möhkəmləndirilməsinə kömək edə bilər. Eyni prinsip əsasında hərəkət edirik: qanuni institutları gücləndirmək, regional sahibliyi dəstəkləmək, təhlükəsizlik və iqtisadi imkanlar arasında güclü əlaqə yaratmaq", - o bildirib.

Fidan beynəlxalq sistemdə baş verən dəyişikliklərin daha çox regional məsuliyyət və təşəbbüs tələb etdiyini qabardıb. Onun sözlərinə görə, bu, qlobal güclərlə imkanları olan regional aktorlar arasında effektiv tərəfdaşlıqların qurulmasını da zəruri edir.

Türkiyənin xarici işlər naziri Prezident Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla münasibətlərin müxtəlif regionlar və məsələlər üzrə əməkdaşlığın institusional əsasda dərinləşdirilməsinə töhfə verəcəyinə inandığını bildirib.

Liviya, Sudan və ümumilikdə Afrikadakı böhranlara da toxunan Fidan Türkiyə-ABŞ əməkdaşlığının uzunmüddətli münaqişələrin həllində real nəticələr verə biləcəyini qeyd edib.

Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi

Böyük Britaniyanın Uorrinqton Məhkəməsi Türkiyənin "Trabzonspor" klubunun və Misir millisinin hücumçusu Məhəmməd Salahı altı ay müddətinə sürücülük hüququndan məhrum edib.

Moderator.az BBC-yə istinadən xəbər verir ki, bu barədə məhkəmə sənədlərində bildirilib.

İnsident martın 27-də Uilmslou şəhərində baş verib. Məhkəmə sənədlərində qeyd olunur ki, radarlar sürət həddinin aşılması faktını qeydə alarkən Salah "Rolls-Royce" avtomobilinin sükanı arxasında kimin olduğunu polisə bildirməyib.

Hücumçu prokurorluğun bildirişlərinə cavab verməyib və istintaqla razılaşmaya getməyib. Məhkəmənin qərarına əsasən, Salah 1 044 funt-sterlinq (təxminən 1 217 avro) məbləğində cərimə də ödəməlidir.

"Liverpul"un sabiq futbolçusu yol hərəkəti qaydalarını klubdan ayrıldığını elan etdikdən bir neçə gün sonra pozub.

Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edirdi. Avqust ayında 34 yaşlı misirli futbolçu azad agent kimi "Trabzonspor"a transfer olunub.

"Racing Bulls" komandası "Formula 1"in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

İtaliyanın "Formula 1" komandası "Visa Cash App Racing Bulls" qarşıdan gələn Bakı Qran-prisi üçün ənənəvi Azərbaycan xalçası üslubunda tərtib edilmiş parlaq poster təqdim edib.

Moderator.az xəbər verir ki, poster komandanın "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub.

Rəngarəng ornamentlərlə əhatə olunmuş "Racing Bulls" bolidi kompozisiyanın mərkəzi elementi olub. İşin müəllifi Şennon Marriottdur.

"Bakıya qayıdırıq. Bu həftəki yarış üçün möhtəşəm posterə görə Şennon Marriotta təşəkkür edirik", - komandanın paylaşımında bildirilib.

"Racing Bulls" komandası İtaliyanın Faentsa şəhərində yerləşir və "Red Bull" ailəsinə daxildir. 2026-cı il mövsümündə komandanın heyətində yeni zelandiyalı Liam Louson və britaniyalı Arvid Lindblad çıxış edir.

Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində Bakı şəhər halqasında keçiriləcək. Yarış sentabrın 26-sı baş tutacaq.

Tramp Belarusla genişmiqyaslı razılaşmanın hazırlandığını bəyan edib

ABŞ Prezidenti Donald Tramp Belarusla genişmiqyaslı razılaşmanın hazırlandığını bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ Belarusdan kalium gübrələrinin alınması üzrə genişmiqyaslı saziş üzərində işləyir.

“Qiymət hazırda Kanadaya ödədiyimizdən xeyli aşağı olacaq, bu, fermerlərimiz üçün çox yaxşı xəbərdir”, - Tramp qeyd edib.

"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq

"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.

Bu barədə Moderator.az Azərbaycan klubunun mətbuat xidmətdindən məlumat verilib.

Oktyabrın 3-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək.

Qeyd edək ki, qarşılaşmanın biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada şübhəli ölümü ilə bağlı saxlanılan 3 nəfərdən biri, jurnalist Osman Arslan həbs edilib, iki nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, "Ergenekon işi"ndə həbsdə olduğu müddətdə, 2011-ci ildə Silivridəki həbsxanada həyatını itirən keçmiş MİT əməkdaşı Kozinoğlunun ölümü ilə bağlı dosye genişlənir.

İstintaq çərçivəsində son olaraq İstanbul və Təkirdağda 4 şübhəliyə qarşı əməliyyat keçirilib. Əməliyyatda keçmiş jurnalist Osman Arslan, təcili yardım sürücüsü Süleyman Kaba, o dövrün həbsxana müdiri Ömer Vatan və o dövrün növbə rəisi Kazım Beyke saxlanılıb.

Təcili yardım sürücüsü mövcud dəlil vəziyyəti nəzərə alınaraq polis idarəsindəki ifadəsindən sonra sərbəst buraxılıb. Saxlanılan Osman Arslan, Ömer Vatan və Kazım Beyke bu gün prokurorluğa göndərilib.

Osman Arslan həbs edilib, digər şübhəlilər barəsində isə ölkədən çıxış qadağası formasında məhkəmə nəzarəti qərarı verilib.

Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib

"Kəlbəcər rayonunun işğalından sonra Xudavəng monastırında da "bərpa" işlərinə başlanılıb".

Moderator.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

Onun sözlərinə görə, "bərpa" işləri Ermənistan Respublikasının və Erməni Apostol Kilsəsinin vəsaiti hesabına 1997-2011-ci illərdə həyata keçirilib.

S.Hacıyeva bildirib ki, 2014-cü ildən başlayaraq monastırın unikal freskalarının da "bərpa"sı aparılıb.

"İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksini talan edərək, kompleksə məxsus xaçları, zəngləri və digər elementləri Ermənistana aparıblar. O cümlədən, freskalar da divardan kəsilərək oğurlanıb, sonralar xaricdə "Ermənistanın sənət əsərləri" kimi müxtəlif sərgilərdə nümayiş etdirilib.

Bununla bağlı 9 oktyabr 2025-ci il tarixində Xudavəng monastırından sökülərək ölkə ərazisindən qanunsuz çıxarılan freska və xaçdaşlar barədə məlumatlar İnterpolun "Oğurlanmış incəsənət əsərləri bazası"na daxil edilib. Bu da həmin artefaktların İnterpola üzv dövlətlərdən birinin ərazisində aşkar edilməsi halında onların Azərbaycan Respublikasına qaytarılması istiqamətində beynəlxalq hüquq-mühafizə mexanizmlərindən istifadə imkanını yaradır", - Dövlət Xidmətinin rəisi vurğulayıb.

Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

Birləşmiş Ştatların Vitse-prezidenti Cey Di Vens ABŞ və Ukrayna liderlərinin qarşıdan gələn görüşündən sonra Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş gözləyir.

Moderator.az xəbər verir ki, o bunu Nyu-Yorka yola düşməzdən əvvəl jurnalistlərə açıqlayıb.

"Bu, həll edilməsi ən çətin beynəlxalq münaqişələrdən biridir. Düşünürəm ki, o (ABŞ Prezidenti Donald Tramp - red.) Zelenski ilə (Ukrayna Prezidenti Volodimir Zelenski - red.) ya sabah, ya da birisigün görüşəcək. Buna görə də müəyyən irəliləyişin əldə ediləcəyinə əminəm", - o vurğulayıb.

Vensin sözlərinə görə, ABŞ Rusiya Federasiyası ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində səylərini davam etdirmək niyyətindədir və yekunda münaqişənin aradan qaldırılacağına əmindir.

"Mən bu problemi fəal şəkildə həll etməyə çalışan prezidentlə işləməyə üstünlük verirəm. Biz onu həll etməyə cəhd göstərməyə davam edəcəyik. Yekunda bunun həll ediləcəyini düşünürəmmi? Bəli, bu, sadəcə zaman məsələsidir", - o bildirib.

Daha əvvəl Zelenski Trampla görüş barədə razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, görüş Nyu-Yorkda baş tutmalıdır.

Pakistanın sabiq baş naziri İmran Xanın bacıları saxlanıldılar

Pakistanın hüquq-mühafizə orqanları hazırda həbsdə olan keçmiş baş nazir və müxalif Ədalət Uğrunda Hərəkat (ƏUH) siyasi təşkilatının rəhbəri İmran Xanın bacıları - Üzma Xan və Norin Niyazini saxlayıblar.

Moderator.az xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, onlar ictimai asayişin qorunması haqqında qərar əsasında 30 gün müddətinə həbs ediliblər. Bir gün əvvəl isə siyasətçinin digər bacısı Alimə Xan da eyni maddə ilə saxlanılmışdı. Bu həbslər sözügedən siyasi təşkilatın sentyabrın 27-də İslamabadda sabiq baş nazirin azad edilməsi tələbi ilə planlaşdırdığı etiraz aksiyası ərəfəsində baş tutub.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə ona qarşı irəli sürülən etimadsızlıq votumu nəticəsində vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən etibarən siyasətçi korrupsiya ittihamı ilə 14 illik həbs cəzası çəkir. Onun həyat yoldaşı Buşra Bibi də eyni ittihamla yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Çempionlar Liqası: "Sabah"ın Bakıdakı dörd ev oyununa vahid biletlər satışa çıxarılıb

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunlarına vahid biletlər satışa çıxarılıb.

Bu barədə Moderator.az-a paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.

Azarkeşlər bir bilet əldə etməklə komandanın "Slaviya" (Çexiya), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya) və "Napoli"yə (İtaliya) qarşı keçirəcəyi dörd ev qarşılaşmasını canlı izləyə biləcəklər.

Biletlərin qiyməti 35-285 manat arasında dəyişir.

Alınmış biletlərin geri qaytarılmayacağı, dəyişdirilməyəcəyi və bərpa edilməyəcəyi bildirilib.

Biletlər yalnız QR-bilet formatında təqdim olunur. Biletdən istifadə etmək üçün azarkeşin iTicket.AZ mobil tətbiqində bileti əldə etdiyi hesabına daxil olması tələb olunur. QR-biletlər yalnız qarşılaşmaların keçiriləcəyi gün aktivləşdiriləcək.

Qeyd edək ki, "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

Rusiya Ukraynanın enerji, kritik infrastruktur və ərzaq ixracı obyektlərinə zərbə endirməyi dayandırarsa, deeskalasiya istiqamətində cavab addımları atıla bilər.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.

Kiyev müharibənin başa çatmasının mümkün yollarını ABŞ Prezidenti Donald Trampla müzakirə edir.

"Ukrayna elə ilk dəqiqədən sülhə can atıb. Biz artıq bu müharibəni ləyaqətlə necə başa çatdırmaq, təhlükəsizliyə zəmanət vermək və Rusiyanın yeni müdaxilələrinin qarşısını almaq barədə onlarla diplomatik təklif irəli sürmüşük. Hazırda Prezident Tramp və ABŞ ilə dialoq aparılır", - o bildirib.

Zelenskinin sözlərinə görə, sülhü yaxınlaşdıra biləcək konkret təkliflər mövcuddur. İlk mərhələ deeskalasiya üzrə qəti tədbirlər olmalıdır.

"Enerji sektoru, kritik infrastruktur və ərzaq ixracımız Rusiya üçün hədəf olmaqdan çıxmalıdır və bu, bizim tərəfimizdən deeskalasiya istiqamətində müvafiq addımlara gətirib çıxaracaq", - Zelenski bildirib.

O vurğulayıb ki, zəruri qərarlar mümkündür və Ukrayna onların üzərində işləməyə hazırdır. Zelenski bu məsələni Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində tərəfdaşları ilə müzakirə etməyə də hazırdır.

Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tanker Hörmüz boğazından çıxarkən mərmi zərbəsi nəticəsində zədələnib.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) "X" sosial şəbəkəsində məlumat yayıb.

Gəminin kapitanı tankerin naməlum mərmilərin qəlpələri ilə vurulduğunu bildirib. Bütün heyət üzvləri təhlükəsizlikdədir, ekoloji zərər qeydə alınmayıb.

Tanker növbəti təyinat məntəqəsinə doğru hərəkətini davam etdirəcək.

UKMTO gəmilərə bu marşrutdan keçərkən ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə idarəyə məlumat verməyi tövsiyə edib.

Paşinyandan Rusiya ilə bağlı yeni mesaj:<span style="color: #ff0000;"> “Münasibətlər artıq əvvəlki kimi olmayacaq”</span>

Ermənistan-Rusiya münasibətlərinin gələcək istiqaməti ilə bağlı İrəvandan yeni açıqlama gəlib. Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva ilə münasibətlərin əvvəlki formada davam etməyəcəyini, lakin Ermənistanın Rusiya ilə əlaqələri kəsmək və qarşıdurmaya getmək niyyətində olmadığını bildirib. O, iki ölkənin münasibətlərinin yeni reallıqlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Maraqlıdır, bu açıqlamanı Ermənistan-Rusiya münasibətlərində dəyişən yanaşmaların növbəti mesajı kimi qiymətləndirmək olarmı?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Anar İsayev açıqlama verib. 

Politoloq qeyd edib ki, bəli, bu açıqlamanı Ermənistan-Rusiya münasibətlərində yanaşmanın dəyişməsini göstərən növbəti siyasi mesaj kimi qiymətləndirmək olar. Paşinyanın ifadələrində iki xətt xüsusilə diqqət çəkir:

"Birincisi, İrəvan əvvəlki münasibətlər modelinin artıq işləmədiyini açıq şəkildə qəbul edir. Bu, Ermənistanın Rusiya ilə təhlükəsizlik, iqtisadiyyat və xarici siyasət sahələrində əvvəlki dərəcədə asılı münasibətlərdən tədricən uzaqlaşmaq cəhdini göstərir.

İkincisi, Paşinyan Moskva ilə qarşıdurma xəttini seçmək istəmədiklərini xüsusi vurğulayır. Yəni söhbət Rusiyadan tam ayrılmaqdan deyil, münasibətlərin yeni şərtlər əsasında yenidən qurulmasından gedir.

Burada daha geniş geosiyasi kontekst də önəmlidir. Ermənistan son illərdə Aİ və ABŞ-la münasibətləri, Qərb institutları ilə əməkdaşlığı və təhlükəsizlik əlaqələrini genişləndirir.

Bununla paralel olaraq Rusiya ilə iqtisadi və kommunikasiya əlaqələrinin tamamilə qoparılması İrəvan üçün real görünmür. Buna görə də Paşinyanın mesajını “Rusiyadan uzaqlaşma, lakin Rusiya ilə körpüləri yandırmama” siyasətinin davamı kimi xarakterizə etmək mümkündür.

Əsl məsələ isə bundan sonra İrəvanın bu siyasi ritorikanı hansı praktik addımlarla müşayiət edəcəyidir. Ermənistanın Rusiya ilə münasibətlərində enerji, ticarət, nəqliyyat, təhlükəsizlik, hərbi əməkdaşlıq, KTMT, Aİİ kimi sahələrdə atılacaq addımlar dəyişimin real miqyasını daha aydın göstərəcək".

Pərvin Şakirqızı 
Moderator.az/ Redaktor

<span style="color: #ff0000;">"Tehran və Vaşinqton arasında diplomatik kanal açılıb, amma..." </span>

ABŞ və İran arasında uzun müddətdir davam edən qarşıdurma bu dəfə diplomatik müstəvidə baş verən yeni hərəkətliliklə diqqət çəkir.

Tehranın danışıqların bərpası üçün irəli sürdüyü şərtlər və Vaşinqtonun buna münasibəti iki ölkə arasında növbəti prosesin yalnız hərbi deyil, həm də mürəkkəb siyasi-diplomatik müstəvidə inkişaf edəcəyini göstərir. 

Xüsusilə vasitəçi ölkələrin prosesə cəlb olunması və yüksək səviyyəli diplomatik təmasların gündəmə gəlməsi tərəflərin mövqelərinin hansı istiqamətdə dəyişə biləcəyi məsələsini aktuallaşdırır. 

Maraqlıdır, İranın irəli sürdüyü şərtlər və ABŞ-nin mövqeyi nəzərə alınarsa, hazırkı diplomatik təmasları real danışıqlar prosesinin başlanğıcı kimi qiymətləndirmək mümkündürmü, yoxsa tərəflərin fundamental siyasi və təhlükəsizlik maraqları hələlik belə bir anlaşmanın qarşısında əsas maneə olaraq qalır?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Tamilla Qulami açıqlama verib. 

Politoloq qeyd edib ki, ABŞ və İran arasındakı müharibəyə yönəlik diplomatik təmaslara nəzər salarkən görərik ki, artıq İranın Qətər üzərindən Vaşinqtona şərtlər təqdim etməsi və ABŞ tərəfinin də diplomatik kanalların açıq qalmasına münasibət bildirməsi müəyyən mənada danışıqlar üçün ilkin siyasi çərçivənin formalaşdığını göstərir:

"Yenə də buna rəğmən hələlik hər iki ölkə arasında real və müsbət nəticəyə dair danışıqlar prosesinin başladığını demək çətindir. Xəbərlərdə də oxuduğumuz kimi İran müharibənin bütün cəbhələrdə dayandırılmasını, dondurulmuş vəsaitlərinin açılmasını və ABŞ-nin dəniz blokadasına son qoymasını tələb edir.
Burada əsas problem tərəflərin bir-birlərinə etimadsızlığı və danışıqlara fərqli başlanğıc mövqelərindən yanaşmasıdır. 

Tehran ilk mərhələdə ABŞ-dən konkret güzəştlər tələb edir və bunu danışıqların şərti kimi təqdim edir. Vaşinqton üçün isə əsas məsələlər təkcə hərbi əməliyyatların dayandırılması deyil, İranın nüvə proqramı, regional təhlükəsizlik, dəniz yollarının açıq saxlanılması və İranın regiondakı silahlı proksi terrorçu tərəfdaşlarının fəaliyyəti ilə bağlı təminatlardır. Buna görə də hər iki ölkənin bugünkü mövqeləri arasında ciddi məsafə var.

Buna baxmayaraq, hər iki tərəf gərginliyi azaltmaq istədiyini nümayiş etdirsə də, görünən bu ki, fundamental tələblərdə hələ də əhəmiyyətli dərəcədə yumşalma müşahidə olunmur".

Tamilla Qulami qeyd edib ki, bununla belə, yenə də diplomatik kanalın olmasının özü vacib məqamdır, çünki uzunmüddətli hərbi qarşıdurma həm İran, həm də ABŞ üçün artan iqtisadi və strateji xərc deməkdir:

"Üstəlik də, Hörmüz boğazı və Qırmızı dəniz ətrafında təhlükəsizlik vəziyyətinin pisləşməsi enerji bazarlarına və regional dövlətlərə əlavə təzyiq yaradır. Artıq Çin belə tərəfləri təmkinə və danışıqlar çərçivəsinin bərpasına çağırıb.

Düşünürəm ki, əsl dönüş nöqtəxi tərəflərin ilkin şərtlərdən geri çəkilib, qarşılıqlı güzəştlərin müzakirəsinə keçmək olacaq. Zənnimcə, hazırki durumu diplomatik zəmin kimi dəyərləndirmək olar. Nə qədər çətin olsa da.

Çətinlik odur ki, Tehran və Vaşinqton ilk addım atanı gözləyir. Əgər onlar bu yanaşmadan çıxıb, mərhələli atəşkəs, nüvə məsələsi, sanksiyalar və regional təhlükəsizlik üzrə paralel mexanizm yarada bilsələr, indiki təmasların daha geniş anlaşmanın başlanğıcına çevriləcəyinin şahidi olacağımız ehtimal yüksəkdir. 

Fakt bu ki, hazırda isə əsas maneə diplomatik kanalın olmaması deyil, həmin kanal vasitəsilə tərəflərin bir-birinin təhlükəsizlik maraqlarını qəbul edə biləcəyi ortaq çərçivənin hələ formalaşmamasıdır".

Pərvin Şakirqızı 
Moderator.az/ Redaktor

Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə son qoyulmasının vacibliyini bildirib.

Moderator.az xəbər verir ki, Zelenski bu barədə “X” səhifəsində ABŞ Prezidentinin müharibənin başa çatdırılması barədə çağırışına dəstək bəyanatında deyib.

“Şübhəsiz ki, Rusiyanın Ukraynaya və sağlam düşüncəyə qarşı bu müharibəsinə son qoyulmalıdır”, - o bildirib.

Zelenskinin sözlərinə görə, müharibənin ilk ilindən etibarən onun nəticələri genişmiqyaslı olub. O, çoxsaylı insan tələfatını, şəhər və kəndlərin dağıdılmasını, ərzaq təhlükəsizliyi və enerji sahəsində yaranan problemləri, həmçinin avtonom PUA-lar da daxil olmaqla texnologiyanın və zərbə imkanlarının sürətli inkişafını qeyd edib.

“Bu müharibənin hər yeni həftəsi, xüsusən də hər yeni ili getdikcə daha çox problem yaradır”, - Ukrayna Prezidenti bildirib.

Zelenski qeyd edib ki, Ukrayna müharibənin ilk dəqiqələrindən sülhə can atıb və müharibəyə son qoymaq, təhlükəsizliyi təmin etmək və Rusiyanın yeni hücumlarının qarşısını almaq üçün onlarla diplomatik təklif irəli sürüb.

Onun sözlərinə görə, hazırda ABŞ Prezidenti Donald Trampla və ABŞ tərəfi ilə dialoq aparılır. Eyni zamanda, sülhə yaxınlaşmaq üçün, o cümlədən gərginliyin ciddi şəkildə azaldılmasını nəzərdə tutan təkliflər mövcuddur.

“Ukraynanın enerji sektoru, kritik infrastrukturu və ərzaq ixracı Rusiya üçün hədəf olmaqdan çıxmalıdır. Bu, bizim tərəfdən də müvafiq deeskalasiya addımlarına gətirib çıxaracaq”, - Zelenski deyib.

Ukrayna Prezidenti həll yollarının mümkün olduğunu və ölkəsinin bunun üzərində işləməyə hazır olduğunu bildirib. O, bu məsələlərin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində tərəfdaşlarla müzakirə ediləcəyini qeyd edib.

Zelenski həmçinin vurğulayıb ki, müharibənin nəticələri yalnız hücuma məruz qalan ölkə ilə məhdudlaşmayacaq.

“Artıq belə olmayacaq ki, yalnız hücuma məruz qalan ölkə əziyyət çəksin. Müharibənin xarakteri indi elədir ki, təcavüzkar da əziyyət çəkəcək. Texnologiya bunu mümkün edir”, - o əlavə edib.

Zelenskinin fikrincə, dövlətlərin liderliyinin gücü deeskalasiya, təhlükəsizlik və sülhün təmin olunmasına xidmət edə bilər və etməlidir.

30 kino xadimindən Prezidentə açıq müraciət: <span style="color: #ff0000;">AKİ-də keçirilən seçkilərə etiraz</span>

Bir qrup kino xadimi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sentyabrın 11-də keçirilmiş ümumi konfransında qanun və nizamnamə pozuntularına yol verildiyini iddia edərək Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, 30 nəfərin imzaladığı müraciətdə sədr və İdarə Heyəti seçkilərinin keçirilməsi qaydasına, həmçinin 87 üzvün ittifaqdan xaric edilməsinə etiraz bildirilir.
 
Müraciəti olduğu kimi təqdim edirik:
 
"AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ
 
HÖRMƏTLİ CƏNAB PREZİDENT!
 
Ümidvarıq ki, həyatını Azərbaycan milli kino sənətinə həsr etmiş kinematoqrafçıların öz Prezidentindən kömək istəməsini anlayışla qarşılayacaqsınız. 
Siz hər zaman mədəniyyətimizə, o cümlədən kino sənətinə və kino xadimlərinə həssaslıqla yanaşmısınız. Buna görə birbaşa Sizə müraciət etmək qərarına gəldik.
 
Bildiririk ki, sentyabrın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) ümumi Konfransı keçirildi. Təəssüf ki, AKİ-nin Ali orqanı sayılan bu Konfransda çoxsaylı qanun pozuntularına yol verildi. İttifaqın nizamnaməsinin tələbləri və prosedur qaydaları nəzərə alınmadan, qərarlar aşkar etinasızlıq və volyuntarist tövrlə qəbul edildi.
 
Kino İttifaqına sədr seçilməsi isə, haqsızlıq və qanunun tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olundu. Sədr vəzifəsinə alternativ namizədlər irəli sürmək istəyən kino xadimlərinə danışmaq üçün hər hansı imkan verilmədi. Biz, bu sayaq amiranəliyi, birmənalı olaraq üzvlərin seçmək və seçilmək hüququnun məhdudlaşdırılması kimi qiymətəndiririk.
 
Səbəbini və zərurətini izah etmədən, hətta, siyahıda kimlərin olduğunu belə açıqlamadan, 87 nəfər İttifaq üzvünün AKİ sıralarından xaric edilməsi qərarı verildi.
Eyni qaydada -- müzakirəsiz, bir çox Konfrans iştirakçısının təklif və istəkləri nəzərə alınmadan, (əvvəlcədən hazırlanmış siyahı ilə) AKİ-yə yeni İdarə Heyəti "seçildi".
Saxta yetərsay görüntüsü yaratmaq üçün Kino İttifaqının üzvü olmayan kənar şəxslərə mandatlar paylandı, səs komissiyası bir dəfə də olsun lehinə və ya əleyhinə olanların sayının elan etmədi.
 
Təəssüf ki, bütün bu qanunsuzluqlara, dolayısı ilə müdaxilə etmək səlahiyyətində olan əlaqədardır orqanlar da seyrçi mövqeyi tutdular.
 
Üzvlərin əksəriyyətinə qarşı nümayiş olunan hörmətsizlik, rəsmi tədbirin əvvəlindən sonuna qədər davam etdi. Və bütün bunlar 200-dən artıq kino işçisinin, eləcə də onlarca jurnalistin gözü önündə baş verdi... Düşünürük ki, sonradan KİV səhifələrində, habelə sosial media şəbəkələrində on minlərlə neqativ rəy və etirazlar məhz yuxarıda sadalanan ədalətsizliyin nəticəsində yarandı.
 
Əlbəttə, Konfransda şahid olduğumuz aşkar haqsızlıqlar çoxlarında böyük təəssüf hissi, o cümlədən xeyli suallar doğurdu. 
Əminik ki, digər layiqli namizədlər olduğu halda, "baş tutan" alternativsiz  sədr seçkisinin heç vəchlə ədalətli, şəffaf və demokratik prinsiplər əsasında  keçirildiyini iddia etmək olmaz.
 
Hesab edirik ki, bu kimi hallar yalnız ayrı-ayrı şəxslərin deyil, bütövlükdə kino ictimaiyyətinin hüquq və maraqlarına toxunur.
 
HÖRMƏTLİ CƏNAB PREZİDENT!
 
Üzləşdiyimiz problemlərə müdaxilə etməyinizi  Sizdən xahiş edirik. 
 
Dərin hörmət və ümidlə;
 
1. Məbud Məhərrəmli - Xalq artisti.
2. Nizami Abbas - kinooperator, Əməkdar İncəsənət xadimi. 
3. Zemfira Sadıqova - Əməkdar artist, Prezident təqaüdçüsü. 
4. Suqra Bağırzadə - Əməkdar artist, fəxri doktor.
5. Xalidə Quliyeva  - Xalq artisti.
6. Rövşən Quliyev  - kinooperator,  Əməkdar İncəsənət xadimi. 
7. İsmayıl Qasımov  - prodüser.
8. Eldəniz Quliyev - yazıçı, kinodramaturq. 
9. Mübariz Nağıyev - kinorejissor, prodüser. 
10. Ötkəm İskəndərov - Əməkdar artist. 
11. Vaqif Azəryar - kinorejissor. 
12. Məhərrəm Musayev - aktyor.
13. Sirac Mustafayev - prodüser, ssenarist. 
14. Nicat Dadaşov  - ssenarist.
15. Kənan Musayev - kinorejissor. 
16. Murad Abdullayev - kaskadyor.
17. Manaf Dadaşov - aktyor.
18. Rövşən Ağayev - kinorejissor. 
19. Fərhad İsrafilov - Əməkdar artist. 
20. Xatirə Süleymanova - aktrisa.
21. Gülsabah Quliyeva - Əməkdar artist,  dosent.
22. Maarif Məhərrəmbəyli - kinorejissor. 
23. Namiq Ağayev - rejissor, aktyor. 
24. Səyyad Bayramov - rəssam.
25. Zülfiyyə Eldar qızı - aktrisa.
26. Pərviz Məmmədov - ssenarist.
27. Mahir Dərviş  - rejissor, aktyor. 
28. Kəmalə Məhərrəmova - ssenarist.
29. Nəriman Əbdülrəhmanlı - kino tarixçisi, ssenarist. 
30. Mila Əlibəyova - aktrisa.
 
Qeyd: 
Müraciətə qoşulmaq istəyən kinematoqrafçılar üçün  siyahı açıqdır..."

Bakıda yaşayış binasında yanğın söndürülüb - <span style="color: #ff0000;">YENİLƏNİB</span>

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində mənzildə baş vermiş yanğın söndürülüb.

Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Moderator.az-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib

Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verib.

Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində işlər davam etdirilir.

Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın bu ölkədəki yeni səfiri Rəşad Aslanovu qəbul edib.

Moderator.az-ın məlumatına görə, o, bu barədə "X" sosial media hesabında yazıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma prosesləri müzakirə olunub.

Azərbaycanın səfiri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Ankaradakı yeni səfiri Rəşad Aslanovla görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri ziyarət etməkdən və onunla səmərəli fikir mübadiləsi aparmaqdan çox məmnun oldum. Səmimi qəbula və qonaqpərvərliyə görə cənab nazirə dərin minnətdarlığımı bildirirəm", - R.Aslanov yazıb.

Qarabağ maarifçiliyi tarixində <span style="color: #ff0000;">Mir Möhsün Nəvvab məktəbi: “Elmli millət qalibdir!..”</span>

“O, sübut etdi ki, anası savadsız olan millətin balası qəhrəman ola bilməz…”
 
“Bu gün bəzi Qərb institutlarının fəxr etdiyi "multidissiplinar" yanaşmanı Nəvvab hələ 1899-cu ildə Şuşada reallaşdırmışdı…”
 
“İndən belə bu torpaqlarda heç kəs elmsizlik, mənəviyyatsızlıq, nadanlıq, cahillik toxumlarını cücərdib ruhumuza hakim etməyə əbəs cəhd göstərməsin!..”
 
…XIX əsrin sonlarında çar Rusiyasının imperialist pəncəsi altında inləyən, eyni zamanda həmin və digər imperiyaların plan və ssenarilərinə uyğun formalaşan erməni məkrinin kölgə salmağa çalışdığı Qarabağ torpağında elə bir mədəniyyət, elə bir maarifçilik dalğası yüksəlirdi ki, onun qarşısını heç bir inzibati-siyasi divar kəsə bilməzdi. Bu elmi və mənəvi rüşeymin tam mərkəzində, Şuşanın daş küçələrində addımlayan, təkcə öz dövrünün yox, həm də gələcək əsrlərin vizyonunu cızan bir dahi dayanırdı: şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim Mir Möhsün Nəvvab Qarabaği... Onun Şuşada qurduğu məktəb sadəcə bir təhsil ocağı deyil, köhnəlmiş Şərq fərziyyəçiliyi ilə donuqlaşmış beyinləri sındıran, millətin genetik yaddaşını dünyəvi elmlərlə formatlayan bir intibah hərəkatı idi. Nəvvabın bu fəaliyyəti Şuşada ondan əvvəl və onunla eyni dövrdə çalışan Həsənəli xan Qaradaği, Mirzə Ələsgər Növrəs, Əbdürrəhim bəy Haqverdiyev, Haşım bəy Vəzirov, Əbdülkərim bəy Mehmandarov, Camal bəy Fətəlibəyov, Firudin bəy Köçərli və digər maarifçi ziyalıların fəaliyyəti ilə birgə Qarabağ maarifçilik mühitinin mühüm dayaqlarından birini təşkil edirdi... 
...Nəvvab o dövrdə Şuşada təhsil islahatı aparanda, imperiyanın canişinləri yerli xalqı sadəcə itaətkar bir kütlə kimi görmək istəyirdilər. Lakin Nəvvabın fəlsəfəsi fərqli idi: savadsız millət məhkumdur, elmli millət isə qalib!..
 
Mollaxana buxovlarından dünyəvi üfüqlərə…
 
"Üsuli-cədid" inqilabı1890-cı illərin ortaları Şuşa üçün təkcə qlobal ticarət və klassik musiqi mərkəzi statusu daşımırdı. Bura həm də böyük fəlsəfi toqquşmaların meydanı idi. Ənənəvi mollaxanalarda uşaqların saatlarla, günlərlə mənasını anlamadıqları mətnləri kor-koranə əzbərləməsi, fələqqə cəzası və qaranlıq hücrələr Nəvvabı ciddi şəkildə narahat edirdi. Dahi alim başa düşürdü ki, bu gedişatla millətin gələcəyini qorumaq qeyri-mümkündür. Beləcə, o, Şuşada özünün məşhur "yeni üsullu" (üsuli-cədid) məktəbini təsis etdi. Bu məktəb Azərbaycan təhsil tarixinə Şuşanın intellektual vizit kartı kimi daxil oldu. Nəvvabın məktəbi ilə yanaşı, həmin dövrdə Şuşada Camal bəy Fətəlibəyovun 1893-cü ildə açdığı xüsusi oğlan məktəbi və 1881-ci ildən fəaliyyət göstərən Şuşa Realnı Məktəbi də yeni təhsil mühitinin formalaşmasına xidmət edirdi…
 
Nəvvab mühitə hansı sarsıdıcı yenilikləri gətirdi? Parta və lövhə sistemi:
 
Şagirdlər yerdə, soyuq həsir üstündə deyil, insanın fiziki sağlamlığına və mənəvi ucalığına uyğun qədd-qamətlə partalarda oturdular.
 
Fiziki cəzanın ləğvi:
 
Nəvvab məktəbində şagird qorxu obyekti deyil, hörmətəlayiq bir fərd idi. Cəzanı rəğbət və sevgi əvəzlədi...
 
Səs üsulu (üsuli-sövti):
 
Hərfləri hecalarla deyil, səslərlə öyrətməklə savadlanma müddətini aylardan günlərə endirdi...
 
Şuşada bir kosmik fəza dərsi: Nəvvabın dərslik manifesti...
Bəs bu məktəbdə nə öyrədilirdi? Bu gün bəzi Qərb institutlarının fəxr etdiyi "multidissiplinar" yanaşmanı Nəvvab hələ 1899-cu ildə Şuşada reallaşdırmışdı. Onun öz şəxsi mətbəəsində daş çapı ilə nəşr etdiyi "Kifayətül-ətfal" (Uşaqlar üçün kifayət edən vəsait) dərsliyi təmiz bir elmi manifest idi. Bu dərslikdə uşaqlara təkcə şəriət qaydaları oxudulmurdu. Şuşalı balalar bu kitabdan astronomiyanı – göy cismlərinin hərəkətini, coğrafiyanı – Yer kürəsinin quruluşunu, riyaziyyatı və ən əsası, cəmiyyət içində davranış kodekslərini (etikanı) öyrənirdilər. Təsəvvür edin, Bakıda neft bumu fonunda hələ vəhşi kapital formalaşanda, Şuşanın dağ havasında uşaqlar qlobusa baxıb materiklərin yerini təyin edirdilər. Bu, sadəcə təhsil deyil, imperiyanın göbəyində müstəqil intellektual zona yaratmaq cəsarəti idi... 
 
Nəvvabın məktəbi üçün hazırladığı digər mühüm tədris əsərləri arasında “Kəşfül-həqiqə” (“Kəşkül-həqiqi” kimi də göstərilir), “Nəsihətnamə”, “Nurül-Ənvar” və musiqi sahəsində “Vüzuhül-ərqam” da xüsusi yer tuturdu. Onun yaradıcılıq irsinə “Təzkireyi-Nəvvab”, “Bəhrül-həzan”, “Məzamir”, “Şərhi-üstürlab”, “Şəmsül-hidayə”, “Cəfəri-came-mürtəzevi”, “Müsəyyibnamə” və başqa əsərlər də daxildir…
 
Qadın təhsilinin Şuşa cığırı...
 
Bu gün bizlərin üzərində əsdiyi milli qürur və sarsılmaz kimlik axtarışının tarixi kökləri məhz Nəvvabın bu addımlarında gizlənir. Qadınların cəmiyyətdən təcrid olunduğu, dini fanatizmin tüğyan etdiyi bir dövrdə Mir Möhsün Nəvvab öz qızlarına mükəmməl təhsil verdi. O, sübut etdi ki, anası savadsız olan millətin balası qəhrəman ola bilməz. Nəvvab məktəbi Şuşada qadın maarifçiliyinin ilk vizual və mənəvi örnəyinə çevrildi…
 
Mətbəə, qiraətxana və məktəbin sinergiyası…
 
Nəvvabın məktəbini o dövrün digər subyektiv təhsil cəhdlərindən fərqləndirən əsas cəhət onun institusional xarakter daşıması idi. Məktəb təkbaşına fəaliyyət göstərmirdi. Onun arxasında Nəvvabın qurduğu böyük bir infrastruktur dayanırdı. Bu infrastrukturun ətrafında Şuşanın digər maarifçi ziyalıları — Həsənəli xan Qaradaği, Mirzə Ələsgər Növrəs, Mirzə Rəhim Fəna, Abdulla bəy Asi, Fatma xanım Kəminə və başqaları da ədəbi-mədəni mühitin formalaşmasına töhfə verirdilər….
 
Şəxsi mətbəə…
 
Dərsliklərin kənardan gəlməsinə, çar senzurasına məruz qalmasına ehtiyac yox idi. Nəvvab yazır, Nəvvab çap edir, Şuşa oxuyurdu… Onun daş mətbəəsində Şuşa şairlərinin əsərləri, o cümlədən ədəbi məclislərin məhsulları çap olunurdu. 
 
Qiraətxana (1903):
 
Məktəbi bitirən və ya oxuyan gənclər üçün Şuşada açılan bu qiraətxana regionun ilk kütləvi kitabxanalarından biri idi. Təhsil sadəcə sinif otağında qalmır, Şuşa cəmiyyətinin iliklərinə sızırdı... Qiraətxananın təşəkkülündə Nəvvabın mühüm rolu ilə yanaşı, Xurşidbanu Natəvanın oğlu Mehdiqulu xan və həkim Əbdülkərim bəy Mehmandarov da fəal iştirak etmişdilər. Şuşada ilk şəhər kitabxanasının 1897-ci ildə fəaliyyətə başladığı göstərilir… 
 
Son söz əvəzi:
Şuşa Realnı Məktəbi ilə Nəvvab Məktəbinin ruh birliyi…
 
Bəzən tarixdə Şuşa Real Məktəbini Nəvvab məktəbinə qarşı qoymağa çalışırlar. Bu, tamamilə yanlış və qərəzli bir yanaşmadır. Real Məktəb Avropa tipli, dövlət maliyyəli bir layihə idisə, Mir Möhsün Nəvvab məktəbi bu millətin öz içindən, öz ruhundan çıxan milli intibah layihəsi idi. Biri dövlət idarəçiliyinə məmur hazırlayırdısa, digəri millətin mənəviyyatını qoruyacaq sənətkar, ziyalı və filosof yetişdirirdi… Şuşanın maarifçilik mənzərəsi isə yalnız bu iki məktəbdən ibarət deyildi: Həsənəli xan Qaradağinin, Camal bəy Fətəlibəyovun, Firudin bəy Köçərlinin, Əbdülkərim bəy Mehmandarovun, Haşım bəy Vəzirovun və başqa ziyalıların fəaliyyəti də həmin ümumi mühitin mühüm hissəsi idi… 
 
Bu gün işğaldan azad olunmuş, yenidən dirçələn Şuşanın təhsil strategiyasına baxanda biz Mir Möhsün Nəvvabın vizyonunu görməliyik. Onun 130 il əvvəl əkdiyi maarifçilik toxumları bu gün də Qarabağın intellektual mühitinin əsas sütunu olmalıdır…
 
Oxucularımız üçün bu tarixi ekskurs həm də bir xatırlatmadır: Biz Qarabağı yalnız silahla deyil, həm də Natəvanların, Nəvvabların, Haqveriyevlərin, Hacı Molla Şükürlərin, Xudu Məmmədovların mürəkkəbi, elmi, dini idrakı, partaları, laboratoriyaları, Üzeyir Hacıbəylinin simfoniyaları, üverturarı ilə qorumuşuq, azad etmişik və qoruyacağıq!.. İndən belə bu torpaqlarda heç kəs elmsizlik, mənəviyyatsızlıq, nadanlıq, cahillik toxumlarını cücərdib ruhumuza hakim etməyə əbəs cəhd göstərməsin!..
 
Sultan Laçın
 
Qeyd:
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “ Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” adlı layihəsi çərçivəsində hazırlanıb.
 

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Moderator.az xəbər verir ki, Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.

Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

Qərara əsasən, bu sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət olunması ilə bağlı məsələlər

məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.

Qərar qəbul edildiyi tarixdən 5 iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məktəbin məlumat lövhəsində yerləşdirilir.

Bakıda hazırda bu yollarda sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;

5. "Qələbə" dairəsi, Mətbuat prospekti istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

8. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

10. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

12. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

13. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən akad. Həsən Əliyev küçəsi istiqamətində;

14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

15. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

16. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

17. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

18. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

19. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Türkiyə Səudiyyə Ərəbistanına qarşı dron hücumlarını qınadı

Türkiyə Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına qarşı dron hücumlarını qətiyyətlə pisləyib, regional sabitlik və təhlükəsizliyə təhdid yaradan hücumlara son qoyulmasını tələb edib.

Moderator.az xəbər verir ki, Türkiyə XİN bu hücumlarla bağlı açıqlama yayıb.

Səudiyyə Ərəbistanının suverenliyinə və ərazi bütövlüyünə dəstəyin bir daha ifadə edildiyi bəyanatda qeyd olunur: "İraq ərazisindən Səudiyyə Ərəbistanını hədəf alan pilotsuz təyyarə hücumlarını qətiyyətlə pisləyirik. Regional sabitliyə və təhlükəsizliyə təhdid yaradan bu cür hücumlara dərhal son qoyulması və gərginliyi artıra biləcək addımlardan çəkinilməsi çağırışımızı bir daha təkrarlayırıq"

Səudiyyə Ərəbistanı Şərq-Qərb hücumlarının İraqdan buraxılan dronlarla həyata keçirildiyini iddia edir. Hədəf boru kəməri olub.

Ər-Riyad İraqın Baş naziri Əli əl-Zeydinin xahişi ilə bu mərhələdə cavab verməməyi üstün tutduğunu, eyni zamanda suverenliyini və təhlükəsizliyini qorumaq üçün lazımi tədbirlər görmək hüququnu özündə saxladığını açıqladı.

İranın Qeşm adası sahillərində partlayış səsləri eşidilib

Hörmüz boğazında yerləşən Qeşm adasının sahilləri yaxınlığında partlayış səsləri eşidilib.

Moderator.az xəbər verir ki, bu barədə İranın rəsmi IRNA xəbər agentliyi məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl Qeşm adasında dəniz istiqamətindən iki partlayış səsi eşidilib", - deyə məlumatda bildirilir.

Son həftələrdə rəsmi Tehran ABŞ ordusunun İran ərazisindəki hədəflərə endirdiyi zərbələrə cavab olaraq strateji su yolundan keçən neft tankerlərini, həmçinin körfəz ölkələrindəki ABŞ bazalarını hədəfə alıb.

ABŞ də İran limanlarına tətbiq etdiyi əks-blokadanı yarmağa çalışan gəmilərə zərbələr endirib.

"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - <span style="color: #ff0000;">VİDEO</span>

Kanatın qırılması nəticəsində iki nəfərin həlak olduğu hadisənin detalları məlum olub.

Moderator.az xəbər verir ki, bir neçə gün əvvəl Şəkidə, "Şəki Yaylası" İstirahət Mərkəzində baş verən bədbəxt hadisə nəticəsində iki nəfər həyatını itirib. Vəfat edən Qax rayon sakini, 30 yaşlı Coşqun Məmmədovun yaxınları "Xəzər" TV-yə danışıblar.

Mərhumun dayısı İftixar Saadovun sözlərinə görə, hadisə barədə ilk məlumat ona verilib və hadisə yerinə ilk olaraq özü çatıb:

"Birinci getdim, gördüm bir nəfər betonun üzərində uzanıb. Baxdım ki, bu, Coşquna oxşamır. Çəkisi elə eyni çəkidə idi, boyu bir az qısa idi. Üzünü açdım, baxdım, gördüm saqqallıdır. Coşqunun saqqalı yox idi.

Orada dedilər ki, o biri meyit digər tərəfdədir. Gördüm, bir dənə böyük fıstıq ağacıdır. Onun altında uzanmışdı, üstü yaşıl yarpaqlarla örtülmüşdü. Boynu da əyilmiş, sallanmış vəziyyətdə idi. İstədiyi qız da yanında idi".

Mərhumun dayısı bildirib ki, meyitlər bir-birindən 200-300 metr aralı olub:

"Yaxınlaşıb soruşdum ki, nə məsələdir, niyə belə olub? Dedilər ki, tros amortizasiya edib, rolik yerindən çıxıb. Soruşdum ki, niyə ikisi bir yerdə idi, niyə o qədər ağır idi? Dedilər ki, rolik 240 kiloqram çəkiyə davamlıdır. Bunların da ikisinin birlikdə çəkisi 240 kiloqram olardı.

Məlum məsələdir ki, onların ikisi də eyni zamanda xəttə çıxıblar. Biri gedib çatmalı idi, o biri isə çıxmalı. Amma bu, çatmayıb".

İftixar Saadov hadisənin ağırlıq səbəbindən baş verdiyini iddia edir.

 

 

"Milan" 0:2-dən geridönüş etdi:<span style="color: #ff0000;"> Yeni transferdən iki dəqiqəyə iki qol </span>

İtaliya A Seriyasının 4-cü turunda Roma "Latsio"su ilə "Milan" arasında keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Moderator.az xəbər verir ki, komandalar Romadakı "Olimpiko" stadionunda qarşılaşıblar.

Matçın baş hakimi Matteo Marçenaro olub.

Oyunun 10-cu dəqiqəsində "Latsio"nun vingeri Matteo Kançellyeri hesabı açıb. 39-cu dəqiqədə niderlandlı hücumçu Teyyani Noslin romalıların üstünlüyünü iki topa çatdırıb. 65-ci dəqiqədə "Milan"ın yeni transferi Dieqo Moreyra fərqi azaldıb. İki dəqiqə sonra Moreyra dublunu rəsmiləşdirərək hesabı bərabərləşdirib.

"Milan" dörd turdan sonra səkkiz xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 10 xalı olan "Latsio" isə birinci yerdədir.

Premyer Liqa: "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə edib

Misli Premyer Liqasının V turunda "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə edib.

Moderator.az xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində 25-ci dəqiqədə Jeam Oliveyra fərqlənib. "Şamaxı"dan isə Edqar Adilxanov 54-cü dəqiqədə rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra "Sumqayıt" 1 xalla 11-ci pillədə qərarlaşıb. 6 xala malik "Şamaxı" isə 7-ci yerdədir.

Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" isə "Qəbələ"ni məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.

Azərbaycan cüdoçusu Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev qızıl medal qazanıb.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, Macarıstan Böyük Dəbilqəsinin çempionu olub.

Cüdoçumuz finalda İsveç təmsilçisi Narek Vardanyanı məğlub edərək qızıl medal qazanıb.

Yanıq zamanı bunu heç vaxt etməyin –<span style="color: #ff0000;"> Həkimdən şok xəbərdarlıq</span>

Yanıq zamanı ilk yardım göstərərkən insanların ən çox etdiyi səhvlərdən biri zədələnmiş nahiyəni həddindən artıq soyuq su ilə soyutmağa çalışmaqdır. Mütəxəssislər bildirirlər ki, çox soyuq su dərinin qan dövranını zəiflədərək sağalma prosesinə mənfi təsir göstərə bilər.

Televiziya həkimi və NHS terapevti Əmir Xan yanıqlar zamanı ilk yardımın düzgün göstərilməsi ilə bağlı xəbərdarlıq edib. Həkim bildirib ki, yanıq yerini çox soyuq suyun altında saxlamaq əvəzinə sərin və ya ilıq sudan istifadə etmək daha məqsədəuyğundur.

Əmir Xan bu barədə podkastının yeni buraxılışında aparıcı Çerri Heali ilə danışıb. Jurnalist etiraf edib ki, yanıq zamanı zədələnmiş nahiyəni adətən cəmi bir neçə saniyə soyuq suyun altında saxlayır. Həkim isə bunun kifayət etmədiyini vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, həddindən artıq soyuqluq qan damarlarının daralmasına səbəb ola bilər. Bu isə yanıqdan zədələnmiş nahiyəyə qan axınının azalmasına və dərinin təbii bərpa prosesinin ləngiməsinə gətirib çıxara bilər.

Yanıq zamanı nə etmək lazımdır?

Həkim yanıq zamanı ilk yardım üçün bir neçə mühüm qaydaya əməl etməyi tövsiyə edir.

Sərin və ya ilıq sudan istifadə edin. Su çox isti və ya buz kimi soyuq olmamalıdır. Məqsəd zədələnmiş nahiyəni həddindən artıq soyutmaq deyil, onu təhlükəsiz şəkildə sərinlətməkdir.

Yanığı ən azı 20 dəqiqə su altında saxlayın. Bu müddət zədələnmiş dərinin soyudulması və yanıq prosesinin təsirinin azaldılması üçün vacibdir. Cəmi bir neçə saniyəlik su ilə soyutma kifayət etmir.

Həkim qeyd edib ki, 20 dəqiqə uzun müddət kimi görünsə də, yanıq zamanı bu müddətə əməl etmək vacibdir. Suyun həddindən artıq soyuq olmaması isə normal qan dövranının qorunması baxımından əhəmiyyətlidir.

Beləliklə, yanıq zamanı ən doğru yanaşmalardan biri zədələnmiş nahiyəni sərin və ya ilıq axar su altında ən azı 20 dəqiqə saxlamaqdır. Çox soyuq su və ya buzdan istifadə etmək isə dərinin qan dövranına mənfi təsir göstərə və sağalma prosesini çətinləşdirə bilər.

Moderator.az

Filippində bərə faciəsi: <span style="color: #ff0000;">Ölənlərin sayı 76-ya çatdı</span>

"Filippinin Palavan əyaləti sahillərində "MV June Aster" sərnişin bərəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 35-dən 76-ya yüksəlib".

Moderator.az xəbər verir ki, bunu brifinq zamanı Filippin Sahil Mühafizəsinin rəsmi nümayəndəsi Noemi Kayabyab bildirib.

Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı zamanı gəmidə insidentin 41 qurbanının qalıqları aşkarlanıb.

"Bu məlumatlar nəzərə alınmaqla, ölənlərin sayı 35-dən 76-ya yüksəlib", - deyə o bildirib.

Gəmidə yanğın sentyabrın 9-da baş verib. Gəmi sənədlərinə əsasən, bərənin göyərtəsində 117 sərnişin və 17 ekipaj üzvü olmaqla, ümumilikdə 134 nəfər olub. Xilas edilənlərin sayı 43 nəfərdir. Daha 13 nəfərin taleyi məlum deyil. Bununla yanaşı, bileti olan iki sərnişin sonda gəmiyə minmədiklərini bildiriblər.

Putin:<span style="color: #ff0000;"> Yaxın Şərqdəki vəziyyət tezliklə sabitləşəcək</span>

Yaxın Şərqdəki vəziyyət regionda davam edən gərginliyə baxmayaraq, tezliklə sabitləşəcək.

Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabi vəliəhdi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə bildirib.

"Əlbəttə ki, region hazırda inkişafının çox çətin bir dövrünü yaşayır. Əminəm ki, bu gün bütün çətinliklərə baxmayaraq, vəziyyət bərpa olunacaq", - deyə Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri Rusiya üçün Yaxın Şərqdə ən yaxın ölkələrdən birinə çevrilib.

Putinin Əbu-Dabinin vəliəhd şahzadəsi ilə görüşü 12-13 sentyabr tarixlərində Nyu-Dehlidə keçiriləcək BRICS sammiti çərçivəsində baş tutub.

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ -<span style="color: #ff0000;"> Könül Kərimova</span>

Əməkdar artist Könül Kərimova oğlu Rəşadın müğənni xanımla ailə qurmasını istəyib-istəməməsi ilə bağlı sualı cavablandırıb.

Moderator.az xəbər verir ki, sənətçi bu haqda MTV-yə açıqlamasında danışıb. O, bildirib ki, müğənnilik peşəsi çətindir:

"Hər zaman deyirəm ki, istəmirəm oğlum müğənni ilə ailə qursun. Məni daşlayırlar. Özüm də sənət adamıyam, çətinliyi bilirəm. Bu gün savadlı, təhsilli xanımların 90 faizini ailə quranda bəy, qayınana, qayınata işləməyə qoymur. İstəyirəm gəlin evdə, gözümün qabağında olsun.

Amma artıq demirəm, bilmək olmaz. O qədər ağıllı, tərbiyəli sənətçi qızlarımız var ki... Mənim də qız övladım, nəvəm var. Qardaşımın qızı da bu sahədədir. Yanlış söz işlətmərəm". (Axşam.az)

İngiltərə Premyer Liqasında nəhənglər büdrədilər:<span style="color: #ff0000;"> "Liverpul" və "Çelsi" xal itirdilər </span>

İngiltərə Premyer Liqasının 2026/2027-ci il mövsümünün 4-cü turunda "Liverpul" "Fulhem"lə qolsuz heç-heçə edib, "Çelsi" isə "Hall Siti" ilə 2:2 hesablı sülhə razılaşıb.

Moderator.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən görüşdə "Liverpul" və "Fulhem" qapılara yol tapa bilməyiblər - 0:0.

Bu nəticədən sonra "Liverpul" 6 xalla turnir cədvəlinin 4-cü pilləsində, "Fulhem" isə 1 xalla 17-ci sırada qərarlaşıb.

"Liverpul" növbəti turda sentyabrın 20-də səfərdə "Bornmut"la, "Fulhem" isə həmin gün evdə "Mançester Yunayted"lə qarşılaşacaq.

Digər oyunda Londonun "Stemford Bric" stadionunda "Çelsi" "Hall Siti" ilə 2:2 hesablı heç-heçə edib. Morqan Rocers 7-ci dəqiqədə meydan sahiblərini önə keçirib. Məhəmməd Bellumi 28-ci və 34-cü dəqiqələrdə fərqlənərək "Hall Siti"ni hesabda önə çıxarıb. Joao Pedro 66-cı dəqiqədə hesabı bərabərləşdirib.

Bu nəticədən sonra "Çelsi" 7 xalla 4-cü, "Hall Siti" isə 8 xalla 3-cü pillədə yer alıb. "Çelsi" sentyabrın 18-də səfərdə "Brentford"la, "Hall Siti" isə sentyabrın 19-da səfərdə "Nyukasl Yunayted"lə üz-üzə gələcək.

Qubada ağır qəza - üç nəfər xəsarət alıb - <span style="color: #ff0000;">FOTO</span>

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az APA-ya istinadən bildirir ki, qəza Quba-Atuc yolunda qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobillə "Nissan" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər.

Qeyd edilib ki, test imtahanında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

“Kəpəz” 3 xalı 1 qolla qazandı

Azərbaycan Premyer Liqasında beşinci tur davam edir.

Moderator.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə “Kəpəz” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçda isə “Sumqayıt” doğma divarlar arasında “Şamaxı”nı sınağa çəkir.

140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə -<span style="color: #ff0000;"> Bakıda bir araya gəldi</span>

7-11 sentyabrda Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Həftə çərçivəsində ümumilikdə 68 tədbir təşkil olunub, 140-dan çox ölkədən 2 700-dək nümayəndə iştirak üçün qeydiyyatdan keçib.

Tədbirlərdə dövlətlərin nümayəndə heyətləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, özəl sektor və akademik dairələrin nümayəndələri də iştirak edib.

UNFCCC-nin İqlim Həftəsi çərçivəsində Tərəflər Konfransının qərarlarından irəli gələn beynəlxalq iqlim gündəliyinin müxtəlif istiqamətləri üzrə 8 mandatlı iclas, həmçinin COP30 və COP31 sədrliyinin tədbirləri və UNFCCC-nin İcra Forumu çərçivəsində bir sıra sessiyalar keçirilib.

Paralel olaraq təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə uyğun olaraq, eləcə də digər aktual mövzular üzrə Azərbaycan tərəfindən ümumilikdə 37 tədbir təşkil edilib.

Bununla yanaşı, COP30-da qəbul edilmiş müvafiq mandata uyğun olaraq, COP29, COP30 və COP31 sədrliyini həyata keçirən Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın iştirakı ilə Milli Adaptasiya Planlarının (NAP) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) icrası ilə bağlı "Belém Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib.

Qeyd edək ki, UNFCCC İqlim Həftələrinə ev sahibliyi BMT-nin regional qrupları arasında rotasiya prinsipi əsasında təşkil olunur.

2026-cı ildə keçirilmiş iki UNFCCC İqlim Həftəsindən birincisi cari ilin aprel ayında Asiya və Sakit Okean regionunda Koreya Respublikasında, ikincisi isə Şərqi Avropa regionunda Azərbaycanda təşkil edilib.

Topuğunuza basın və yoxlayın – <span style="color: #ff0000;">Bu əlamət ürək problemi göstərə bilər</span>

Ayaqlarda və topuq nahiyəsində yaranan şişkinlik bəzən sadə yorğunluq və ya uzun müddət ayaqüstə qalmaqla əlaqəli olur. Lakin barmaqla basdıqdan sonra dəridə müəyyən müddət çökəklik qalırsa, bu, orqanizmdə maye toplanmasının əlaməti ola bilər.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, ayağa və ya topuğa barmaqla basdıqda yaranan və bir müddət qalan çökəklik tibbdə “çökən ödem” (pitting edema) adlanır. Bu vəziyyət toxumalarda artıq mayenin toplanması nəticəsində meydana gəlir.

Belə şişkinlik uzun müddət oturmaq və ya ayaqüstə qalmaq, venoz qan dövranının zəifləməsi, bəzi dərmanların istifadəsi ilə bağlı ola bilər. Lakin bəzən böyrək, qaraciyər və ürək-damar sistemi ilə əlaqəli problemlərin də əlaməti kimi ortaya çıxa bilər.

Ürək çatışmazlığı ilə əlaqəsi ola bilər

Ayaqların, xüsusilə hər iki topuğun mütəmadi şişməsi ürək çatışmazlığı zamanı müşahidə edilən əlamətlərdən biri ola bilər. Şişkinlik adətən günün sonuna doğru və uzun müddət ayaqüstə qaldıqdan sonra daha nəzərəçarpan olur.

Bu zaman nəfəs darlığı, adi fiziki fəaliyyət zamanı tez yorulma, halsızlıq, ürək döyüntülərinin sürətlənməsi və ya ritmin dəyişməsi, qarın nahiyəsində maye toplanması və qısa müddətdə səbəbsiz çəki artımı kimi digər əlamətlər də meydana çıxa bilər.

Ancaq vacib məqam odur ki, topuğa basdıqda çökəklik qalması öz-özlüyündə ürək çatışmazlığı diaqnozu demək deyil. Bunun səbəbi yalnız həkim müayinəsi və lazım gəldikdə əlavə müayinələrlə müəyyən edilə bilər.

Bir ayaqda qəfil şişkinlik daha ciddi siqnal ola bilər

Əgər şişkinlik qəfil yaranıbsa və yalnız bir ayağı əhatə edirsə, xüsusilə ağrı, istilik artımı və dərinin rəngində dəyişikliklə müşayiət olunursa, bu vəziyyətə laqeyd yanaşmaq olmaz.

Belə əlamətlər dərin ven trombozu da daxil olmaqla müxtəlif problemlərlə əlaqəli ola bilər və tibbi qiymətləndirmə tələb edir. Eyni zamanda travma, infeksiya və limfa sistemində yaranan pozuntular da bir tərəfli şişkinliyə səbəb ola bilər.

Həkim hansı müayinələri aparır?

Ayaqlardakı şişkinliyin səbəbini müəyyənləşdirmək üçün həkim əvvəlcə xəstənin şikayətlərini və tibbi tarixçəsini qiymətləndirir. Qan təzyiqi və nəbz ölçülür, ürək və ağciyərlər müayinə olunur.

Lazım gəldikdə qan analizləri, elektrokardioqram, döş qəfəsinin rentgen müayinəsi və ürəyin exokardioqrafiyası kimi müayinələrdən istifadə edilə bilər.

Şişkinlik müşahidə edən şəxslərin özbaşına sidikqovucu dərman qəbul etməsi və ya mövcud dərmanın dozasını artırması da düzgün deyil. Bu, susuzlaşmaya, qan təzyiqinin həddindən artıq aşağı düşməsinə və elektrolit balansının pozulmasına səbəb ola bilər.

Eyni şəkildə, həkim məsləhəti olmadan duz və maye qəbulunu kəskin şəkildə azaltmaq da tövsiyə edilmir.

Hansı hallarda təcili yardım lazımdır?

Ayaqlardakı şişkinlik qəfil və güclü nəfəs darlığı, sinə ağrısı və ya narahatlığı, huşun itməsi, nəfəs almanın kəskin pisləşməsi ilə birlikdə yaranarsa, təcili tibbi yardım çağırmaq lazımdır.

Çəhrayı və ya köpüklü bəlğəmlə müşayiət olunan kəskin nəfəs darlığı da təcili qiymətləndirmə tələb edən təhlükəli əlamətlərdəndir.

Ayaqlarda şişkinlik mütəmadi təkrarlanırsa, gecə istirahətindən sonra da keçmirsə və ya nəfəs darlığı, halsızlıq və sürətli çəki artımı ilə birlikdə müşahidə olunursa, həkimə müraciət etmək vacibdir.

Yəni topuğunuza barmaqla basdıqda yaranan çökəklik bədənin verdiyi bir siqnal ola bilər, lakin bu sadə yoxlama hər hansı xəstəliyi müəyyən edən diaqnostik test deyil. Əsas məsələ şişkinliyin səbəbini vaxtında müəyyənləşdirməkdir.

Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - <span style="color: #ff0000;">VİDEO</span>

Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, minik avtomobili 39 nömrəli sərnişin avtobusu ilə toqquşub.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir - <span style="color: #ff0000;">FOTO</span>

Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu itirməyiblər.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə Bal Yarmarkasının açılışında bildirib.

Hikmət Hacıyev Kəlbəcər sakinlərinin yaşadığı faciələrdən danışıb.

O qeyd edib ki, Kəlbəcərdən didərgin düşən sakinlərin ilk sığınacaq tapdığı yerlərdən biri Gəncə şəhəri olub:

“Onlar ayaqyalın, başıaçıq, köməksiz və qidasız vəziyyətdə Gəncəyə gəliblər. Həmin dövrdə yerləşdirildikləri ilk məntəqələrdən biri Gəncə Dövlət Texnologiya Universitetinin yataqxanası olub. Mən o günləri hələ də böyük faciə hissi ilə xatırlayıram.

Yaşımın az olmasına baxmayaraq, Kəlbəcər sakinlərinin böyük və ağır əzablardan keçərək, o qarlı-şaxtalı günlərdə Gəncə şəhərinə gəlib çatdıqları yaxşı yadımdadır.

Amma Kəlbəcər sakinləri, Kəlbəcərlilər öz əzmini, inamını və qürurunu itirmədilər.

Tunel faciəsini hələ də xatırlayırıq. Tunelin çıxacağında erməni terrorçu Monte Melkonyanın dəstəsi pusqu qurmuşdu. Xocalı faciəsi qədər ağır bir faciə baş verdi. Biz bunları unutmamalıyıq. Bunlar tariximizin bir hissəsidir.

Həmin vaxt Kəlbəcərlərə ağır divan tutuldu. Öz namusunu, qeyrətini qoruyan kəlbəcərli bacılarımızın özlərini Tərtər çayına atması kimi faciəli hadisələr yaşandı. Bunları danışmaq hər birimiz üçün çətindir.

Amma çox xoş hissdir ki, həmin ağrılı günlər artıq keçmişdə qalıb. Biz bu gün gözəl Kəlbəcərdəyik.

Mənim uşaqlıq illərində Kəlbəcərdə olmaq imkanım olmayıb. Kəlbəcərli dostlarımız, yoldaşlarımız Kəlbəcərin gözəlliyindən danışırdılar. Təsəvvür edirdim, amma bu qədər gözəl olduğunu həqiqətən təsəvvür edə bilmirdim. Kəlbəcər çox gözəldir.

Bu gün cənab Prezidentin siyasəti nəticəsində biz doğma Kəlbəcərdəyik. Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bundan sonra da cənab Prezidentin siyasəti əsasında burada daha böyük işlər görüləcək”.

Hikmət Hacıyev bu münasibətlə bütün kəlbəcərliləri təbrik edib və müxtəlif ölkələrdən gələn diplomatların Kəlbəcərdə qonaqpərvərliklə qarşılanmasına görə sakinlərə təşəkkürünü bildirib.

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Sentyabrın 11-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində alman yazıçısı Maren Ernstin “Vierzig Mädchen” (“Qırx qız”) kitabının təqdimatı keçirilib.
Qırğız Respublikasının Avstriyadakı səfirliyinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı şəraitində baş tutan tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, Qırğızıstandan gələn qonaqlar, Avstriyadakı qırğız diasporunun üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında qardaş Qırğızıstana həsr olunmuş kitabın təqdimatına ev sahibliyi etməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, türk dövlətlərinin mədəniyyətinə həsr olunmuş tədbirlər diqqət mərkəzində saxlanılır və bu, Azərbaycan Mədəniyyət Mərkəzində qırğız mədəniyyətinə həsr olunmuş sayca ikinci tədbirdir.
L.Qasımova kitabın adının qırğız xalqının tarixi və mənşəyi ilə bağlı qədim “Qırx qız” rəvayətini xatırlatdığını, beləliklə, artıq kitabın adının özünün müxtəlif mədəni ənənələrin təmas nöqtəsinə çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məhz belə görüşlər ədəbiyyat, incəsənət, tarix və insan taleləri vasitəsilə xalqların bir-birini daha yaxından tanımasına, təkcə fərqləri deyil, həm də birləşdirici cəhətləri kəşf etməsinə imkan yaradan əsl mədəniyyətlərarası dialoqu formalaşdırır.
Azərbaycanın mədəniyyətlərarası dialoqa və xalqlar arasında qarşılıqlı hörmətə həmişə böyük önəm verdiyini vurğulayan L.Qasımova bu il oktyabrda Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini xatırladıb. O, bu mühüm beynəlxalq tədbir ərəfəsində Vyanada alman ədəbiyyatı ilə qırğız mədəni ənənəsinin Azərbaycanın dəstəyi ilə bir araya gəlməsini mədəniyyətlərarası dialoqun kiçik, lakin çox əhəmiyyətli nümunəsi adlandırıb.
Qırğız Respublikasının Avstriyadakı səfiri Nurjan Şayldabekova tədbirin keçirilməsi üçün yaradılan imkana görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Səfir iştirakçılara qırğız xalqının mənşəyi ilə bağlı qədim “Qırx qız” rəvayətindən danışıb.


Tədbirdə bildirilib ki, Maren Ernst 1992-ci ildən Qırğız Respublikasında müxtəlif sahələrdə çalışıb və 2007-ci ildə uşaq evini ziyarət etdikdən sonra o, rəfiqələri ilə birlikdə əsasən Qırğızıstanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara və aztəminatlı ailələrə yardım göstərən “Uplift Aufwind” xeyriyyə təşkilatını təsis edib. Qadın və uşaqları, təhsil və profilaktikanı diqqət mərkəzində saxlayan bu təşkilatın layihələrindən indiyədək Qırğız Respublikası üçün nümunəvi modelə çevrilən bu fəaliyyətdən 25 mindən çox uşaq və onların ailə üzvləri faydalanıb.
Yazıçının ədəbi debütü olan “Qırx qız” romanı onun Qırğızıstandakı həyat və fəaliyyəti ilə bağlı xatirələri əsasında qələmə alınıb. Müəllif kitabda Qırğızıstanın müstəqillik əldə etdiyi vaxtdan bu günədək keçdiyi mürəkkəb yola öz baxışını təqdim edir, qadınların gücündən, iki ölkənin mədəniyyətləri arasındakı qarşılıqlı əlaqələrdən, insanlıqdan və onda dərin iz qoymuş insanlardan bəhs edir. Qırğızıstanın müasir tarixinə dair şəxsi şahidliyi ictimai dəyişikliklər və mədəni kimlik mövzuları ilə birləşdirən roman müxtəlif mədəniyyət və dövrləri bədii şəkildə bir araya gətirir, Qırğızıstanın güclü qadınlarının obrazlarını canlandırır. Əsərdə insanlıq, mətanət və qarşılıqlı yardım ön plana çəkilir. Qırğızıstan burada ekzotik səyahət ölkəsi kimi deyil, real insanların yaşadığı, öz tarixi və aktual problemləri olan bir məkan kimi təqdim olunur.
Müəllif iştirakçılara kitabın yaranma tarixçəsindən və Qırğızıstanla bağlı xatirələrindən danışıb, kitabdan parçalar qiraət edilib, sonra isə qonaqların suallarını cavablandırıb.
Sonda qonaqlara Qırğız Respublikasının Səfirliyinin təşkil etdiyi qırğız milli mətbəxinin nümunələri təqdim olunub.

Kəlbəcərdə Bal Festivalı keçirilib

Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib.

Moderator.az APA-ya istinadla xəbər verir ki, festival IDEA İctimai Birliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri, yerli sakinlər iştirak ediblər.

Tədbirdən əvvəl nümayəndə heyəti rayon ərazisində aparılan tikinti işləri ilə tanış olublar. Bəşir Hacıyev Kəlbəcər rayonunda işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri barədə diplomatik korpusun nümayəndələrinə ətraflı məlumat verib.

Bildirilib ki, rayonda müasir infrastrukturun yaradılması, sosial-iqtisadi inkişafın təmin edilməsi, kənd və şəhərlərin yenidən qurulması, eləcə də əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Daha sonra Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə festival başlayıb.

Festivalın əsas məqsədi Azərbaycan balının tanıdılması və coğrafi brendləşmə, yerli arıçıların dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin, Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir.

Kəlbəcər Bal Festivalında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, eləcə də respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 34 arıçı fermer iştirak edib. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc Arıçı” layihəsinin iştirakçıları da festivalda məhsullarını sərgiləyiblər. Arıçıların istehsal etdiyi bal və digər arıçılıq məhsullarının nümayişi, arıçılıq sahəsində tətbiq olunan innovativ yanaşma və texnologiyalar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Ziyarətçilər, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri arıçı fermerlərin təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsullarına baxış keçirib, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə fikir mübadiləsi aparıblar.

Prezidentin Kəlbəcərdəki Xüsusi Nümayəndəsi Bəşir Hacıyev bildirib ki, dövlət başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yaşayış məntəqələri yenidən qurulur və soydaşlarımız doğma yurdlarına qayıdırlar. O qeyd edib ki, Kəlbəcərin qədim təsərrüfat ənənələrindən olan arıçılıq bu gün də inkişaf edir və arıçıların öz məhsullarını Bal Festivalında təqdim etməsi təqdirəlayiqdir. Bəşir Hacıyev festivalın ənənəvi xarakter alaraq ildən-ilə genişlənəcəyinə və Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi potensialının ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyinə inandığını vurğulayıb.

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində kənd təsərrüfatının, o cümlədən Kəlbəcərdə arıçılığın inkişafı üçün geniş imkanlar yaradılıb. 2026-cı ildə rayon ərazisinə 3 396 fermerə məxsus 148 308 arı ailəsinin mövsümi köçürülməsinə icazə verilməsi arıçılığa marağın göstəricisidir. Nazir Məcnun Məmmədov əlavə edib ki, Kəlbəcərdə nümayiş olunan məhsullar və arıçıların zəhməti Azərbaycanda arıçılığın böyük potensiala malik olduğunu göstərir və əsas hədəf bu potensialı inkişaf etdirərək yerli arıçılıq məhsullarının keyfiyyət və rəqabət qabiliyyətini artırmaq, Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirməkdir: “İnanıram ki, dövlət dəstəyi və birgə səylər nəticəsində Azərbaycan balı yaxın illərdə həm daxili, həm də dünya bazarlarında mövqeyini daha da möhkəmləndirəcək”.

Daha sonra tədbirdə Kəlbəcərə qayıdışla bağlı hazırlanan video çarx nümayiş etdirilib.

Festival konsert proqramı ilə davam edib.

Kəlbəcərdə Bal Festivalı keçirilibKəlbəcərdə Bal Festivalı keçirilibKəlbəcərdə Bal Festivalı keçirilibKəlbəcərdə Bal Festivalı keçirilibKəlbəcərdə Bal Festivalı keçirilibKəlbəcərdə Bal Festivalı keçirilibKəlbəcərdə Bal Festivalı keçirilibKəlbəcərdə Bal Festivalı keçirilib

Mənfi beşdən müsbət sonsuzluğa doğru...

Məlum olduğu kimi, 11 sentyabr tarixindən etibarən Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Səfər əsnasında Xankəndi, Şuşa, Ağdərə ərazisindəki bir sıra tarixi yerləri ziyarət edən diplomatlar tarixi-mədəni abidələr, tikinti-abadlıq işləri ilə tanış olub, bu barəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən məlumatlandırılıb. Aparılan quruculuq prosesinin miqyas və əhəmiyyətindən bəhs edən Hikmət Hacıyev diplomatlara açıqlamasında görülən işlər haqqında ətraflı məlumat verib. Hikmət Hacıyev Azərbaycanın quruculuq prosesinə sıfırdan deyil, mənfi beşdən başladığını bildirib, diplomatların diqqətini bu reallığa cəlb edib:

“Siz bizim bu prosesə tam sadiqliyimizin şahidi ola bilərsiniz. Bu, asan məsələ deyil. Biz sıfırdan başlamadıq, mənfi beşdən başladıq. Bu ərazi hələ də minalarla çirklənmədən əziyyət çəkir. Bu, qarşımızda duran nəhəng bir problemdir. Elə dünən daha bir mina hadisəsi baş verib. Xankəndiyə gedərkən bizə daha bir mina hadisəsi barədə məlumat daxil oldu və nəticədə bir mülki şəxs xəsarət alıb.

Minalar bizim yenidənqurma və bərpa səylərimizə mane olur, lakin onlar mümkün qədər tez bərpa və yenidənqurma işlərini həyata keçirmək, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək əzmimizi və iradəmizi sarsıda bilməz”.

Dəyərli Hikmət müəllimin “biz sıfırdan başlamadıq, mənfi beşdən başladıq” ifadəsi Azərbaycan həqiqəqtlərinin bir cümləlik, fəqət son dərəcə dəqiq ifadəsidir. Bəli, Azərbaycan həqiqətən də işğaldan azad edilmiş ərazilərin bərpasına sıfırdan yox, mənfi beşdən başlayıb. Quruculuq işləri min hektarlarla ərazinin mina və partlamamış digər hərbi sursatlardan təmizlənməsi prosesi ilə paralel şəkildə aparılıb, abadlıq prosesi ilə yanaşı, təhlkəsizlik məsələsinə də böyük vəsait, vaxt və enerji sərf olunub. Bu gün də Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi altında bu müqəddəs missiyanı eyni mürəkkəb şəraitdə uğurla davam etdirməkdədir. Əslində Azərbaycan  dövlətinin, Azərbaycan xalqının öz Müzəffər Liderinin rəhbərliyi altıdna işğaldan azad edilən ərazilərdə gördüyü işlərin əzəmətini artıran, ona bənzərsizlik, təkrarsızlıq qazandıran da məhz bu reallıqdır.

Bizim üçün qürurvericidir ki, Azərbaycan işğaldan azad edilən torpaqların bərpasına mənfi beşdən başlasa da, bu sahədə çox böyük uğurlara və nailiyyətlərə imza atıb. Hansı ki, Azərbaycanın bu uğuru dünyanın demək olar ki, bütn dövlətləri tərəfindən etiraf edilməkdədir. Lakin görülən işlərin miqyası göstərir ki, Azərbaycan əldə edilən nailiyyətlərlə kifayətlənmək fikrində deyil. Erməni işğalından azad edilən ərazilərdə aparılan abadlıq və yenidənqurma işlərinin miqyası onu deməyə əsas verir ki, mənfi beşdən başlayan bu işlər müsbət sonsuzluğa qədər davam edəcək, dövlətimizin bu müstəvidə əldə etdiyi uğurlar heç vaxt bitməyəcək. Eyniylə Prezident İlham Əliyevin dediyi kimi: “Mükəmməlliyin sərhədi yoxdur!”.

Seymur ƏLİYEV

 

Oğul ona siqaret almayan atasını bıçaqladı

Gəncə şəhərində oğul atasını siqaretə görə bıçaqlayıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Mətləb Məmmədov (soyad şərtidir - red.) Türkiyədə təhsil alandan sonra Gəncə şəhərinə qayıtsa da iş tapa bilməyib. O, valideynlərinin yanında qalıb və gündəlik xərclik pullarını valideynlərindən alıb. Atası və anası hər gün Mətləbə siqaret də alırlarmış.

İttihamda yazılanlara görə, bir müddət əvvəl Mətləbin atası Məmməd gecə yuxudan oyanıb və evin eyvanında səs eşidib. O, eyvana çıxanda oğlunun orada siqaret çəkdiyini görüb və ona irad bildirib.

Səhəri gün Mətləb yenidən atasından siqaret istəyib. Amma valideyni ona siqaret almayacağını bildirib. Nəticədə ata və oğul arasında mübahisə yaranıb. Bu zaman Mətləb atasına bıçaqla xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Məmmədov 3 il azadlıqdan məhrum edilib.

(oxu.az)

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1662-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 234 073 PUA-sı, 672 zenit-raket kompleksi, 30 899 tank və digər zirehli texnikası, 1 777 reaktiv yaylım atəş sistemi, 36 435 artilleriya və minaatanı, 71 692 xüsusi hərbi avtomobil texnikası məhv edilib", - o bildirib.

Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub

Gürcüstanda vətənə xəyanət və sabotajda ittiham olunan müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Giorgi Baramidze barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qərarı Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Baş Prokurorluğunun vəsatəti əsasında qəbul edib.

Müxalifətçi ona qarşı sürülən ittihamı absurd və ağlasığmaz adlandırıb.

Qeyd edək ki, Giorgi Baramidze ötən gün evində saxlanılıb. O, iyul ayında televiziya proqramında Abxaziya müharibəsində gürcü hərbçilərin əsir götürməyərək onları yerindəcə güllələdiklərini deyib. Gürcüstanın Baş Prokurorluğundan bildirilib ki, siyasətçi bu fikirləri ilə faktiki olaraq Gürcüstan ordusunu ağır hərbi cinayətlər törətməkdə və beynəlxalq humanitar hüququ pozmaqda ittiham edib, dövlət və milli maraqlara xələl gətirib.

Giorgi Baramidzenin günahının sübuta yetiriləcəyi təqdirdə onu 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, Giorgi Baramidze Mixeil Saakaşvilinin prezidentliyi dövründə tanınmış siyasətçilərdən olub. O, 2003-2004-cü illərdə daxili işlər, 2004-cü ildə isə müdafiə naziri vəzifələrində çalışıb. Daha sonra o, Avropa və avrointeqrasiya məsələləri üzrə dövlət naziri, 2006-2012-ci illərdə isə Gürcüstan baş nazirinin müavini postlarını tutub. “Gürcü Arzusu” partiyasının hakimiyyətə gəlməsindən sonra siyasi fəaliyyətini müxalifətdə davam etdirib, 2012-2016-cı illərdə Gürcüstan parlamentinin deputatı olub. /APA

Gəncliyi necə faydalı keçirməli?.. - CAVANLARA <span style="color: #ff0000;">QURAN və HƏDİSLƏR ƏSASINDA 34 TÖVSİYƏ..</span>

"Gənclik -  insan ömrünün ən gözəl çağlarından biridir. Bu dövr həm sevinc və xoşbəxtlik, həm də sınaq və məsuliyyət dövrüdür. İslamda gəncliyə xüsusi əhəmiyyət verilir. Çünki insanın ən çox gücə, enerjiyə və imkanlara sahib olduğu bu illərdə nəfsin istəkləri və dünyanın cazibəsi də güclü olur. Və bu səbəblərdən gənc insan üçün Şeytanın hiylələrinə sinə gərmək daha çətin olur.
 
İlahinin bəxş etdiyi gəncliyi ibadətə və xeyirxah əməllərə həsr etmək vacibdir. Gənclik əsas hadisələrə hazırlaşdığımız zaman həyatımızın tramplinidir. Özünüzü Allahın buyruqlarına riayət edən iman əhli kimi gənc yaşlardan yetişdirin..."
 
Moderator.az  “İslam-today” nəşrində dərc olunmuş “Gənclərə 35 tövsiyə və ya gəncliyi necə faydalı keçirməli?” başlıqlı bu məqalənin bütövlükdə tərcüməsini dəyərli gənc oxucularımızın diqqətinə çatdırır.
 
Peyğəmbərimizin (s) hədisində deyilir:
 
“Qiyamət günü bəndənin ayaqları 4 şey haqqında sorğu-sual edilməyincə yerindən tərpənməz: ömrünü necə keçirməsi, gəncliyini nəyə sərf etməsi, biliyini, elmini necə qəbul etməsi və malını nəyə xərcləməsi...”
 
Başqa bir səhih hədisdə bildirilir ki, Qiyamət günü Allahın himayəsindən başqa kölgənin olmadığı bir vaxtda 7 dəstə insan Allahın himayəsində olacaq: 
 
-Ədalətli hökmdar; 
 
-Allahın ibadəti içində böyüyən bir gınc; 
 
-Qəlbi məscidə bağlı olan insan; 
 
-Allah rizası üçün aşiq olan, bu sevgi səbəbindən görüşən və bir-birini sevərək ayrılan iki nəfər(; 
 
-Yüksək mövqeyə malik gözəl bir qadın tərəfindən dəvət edilən, lakin "Mən Allahdan qorxuram" deyərək imtina edən bir kişi; 
 
-Sol əli sağ əlinin verdiyini bilməyəcək qədər gizlicə sədəqə verən; 
 
-Təklikdə Allahı xatırlayanda gözləri yaşla dolan biri(Buxari, Müslim)...
 
Digər bir hədisdə də belə buyurulur: 
 
“5 şey gəlib çatmamışdan əvvəl 5 şeydən faydalan: qocalıq gəlməmiş gəncliyindən, xəstəlik gəlməmiş sağlamlığından, yoxsulluq gəlməmiş var-dövlətindən, məşğulluq gəlməmiş boş vaxtından və ölüm gəlməmiş həyatından...”
 
Bəs gəncliyi ruhumuz və axirətimiz üçün necə faydalı keçirə bilərik?..
 
1. Şikayət etməyin...
 
Dünya mükəmməllikdən çox uzaqdır; həmişə istədiyinizi əldə edə bilmirsiniz. Sahib olduğunuz şeylərlə kifayətlənin. İnsanları və hadisələri cəza kimi deyil, olduqları kimi qəbul edin. Daha çox müsbət şeylərə diqqət yetirin və Uca Tanrının sizə bəxş etdiyi hər bir nemətə görə minnətdar olun. Və unutmayın ki, həyat bir imtahandır.
.
Allah buyurur:
 
“Hər can ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız...” (Qurani-Kərim, Ənbiya, 35)
 
2. Cəhalətdən uzaq olun.
 
Allaha düzgün elmlə ibadət edin. Allahın hər birimiz üçün vacib etdiyi elmi öyrənin ki, məntiqə və sağlam düşüncəyə əsaslanan düzgün rəhbərliyə əməl edə bilək.
 
“Bil ki, Allahdan başqa ilah yoxdur”. (Məhəmməd, 19)
 
3. Quranı gündəlik həyatınızın rəhbərinə çevirin. 
 
Sevinc və xoşbəxtlik anlarında, qəm-qüssə anlarında Quranı əlinizə alın, hər sualınıza cavab və qəlb rahatlığı tapacaqsınız. Quran kitabları rəfdə toz yığanlardan olmayın. 
 
“Bu Kitabda heç bir şəkk-şübhə yoxdur. O, müttəqilər üçün hidayətdir”. (Bəqərə, 2)
 
4. Peyğəmbərin (s) sünnəsini öyrənin.
 
Onun həyatını və gözəl əxlaqını tanıyın, özünüzdə də həmin keyfiyyətləri formalaşdırmağa çalışın. Onun çəkindiyi şeylərdən siz də uzaq durun.
 
“Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin...” (Ali-İmran, 31)
 
5. Yaxşı insanlarla dostluq edin.
 
Sizi Allaha yaxınlaşdıran, imanınızı gücləndirən insanlarla ünsiyyətdə olun. Pis vərdişlərə və pis əxlaqa sahib şəxslərdən uzaq durun. Çünki insanın çevrəsi onun xarakterinə ciddi təsir göstərir.
 
“O gün müttəqilər müstəsna olmaqla dostlar bir-birinə düşmən kəsiləcəklər!.."(Zuxruf, 67)
 
6. Yaxşılığa köklənin.
 
Ətrafınızdakı və sizdən gələn hər şeyin yaxşı olmasına imkan yaradın. Niyyətləriniz, əməlləriniz və sözləriniz yaxşı olsun. Axı Allah yaxşılığı sevir. Hərəkətlərinizi və əməllərinizi səmimi niyyətlərlə gücləndirin və onları Uca Yaradanın iradəsinə həvalə edin. 
 
“Allaha təvəkkül et. Həqiqətən, Allah təvəkkül edənləri sevir…” (Ali-İmran, 159)
 
7. Məqsədlərinizə çatın. 
 
Çatmaq istədiyiniz məqsədləri və onları yerinə yetirmək üçün lazım olan vəzifələri müəyyən edin. Bu məqsədlərə hər gün çatmaq üçün səy göstərin.
 
8. Məsuliyyətli olun.
 
Həyatınızın bütün sahələrində: təhsildə, işdə və ibadətdə məsuliyyətli olun. Unutmayın ki, etdiyiniz hər bir hərəkətə görə Allah qarşısında məsuliyyət daşıyacaqsınız.
 
9. Xeyirxah işlər görün. 
 
Unutmayın ki, bütün hərəkətlərimiz qeydə alınır; daha çox yaxşı işlər görməyə çalışın. Yaxşı və faydalı bir şey etmək fürsətini qaçırmayın.
 
10. Gülümsəyin.
 
Gülümsəmək sədəqəyə bənzər bir sünnədir. Bu, Allahdan mükafat qazanmağın ən asan yoludur. Gülümsəmək sizi gözəlləşdirən və xoşbəxt edən bir sədəqədir.
 
11. Dinləməyi bacarın. 
 
İnsan dili kiçikdir, amma bir heyvan kimidir və əgər sərbəst buraxılsa, sahibini parçalayacaq. Yalnız sözləriniz sükutdan daha yaxşı olduqda danışın.
 
12. İslama gözəl şəkildə dəvət edin.
 
Dəvət -  hər bir müsəlmanın borcudur və unudulmamalıdır. İslamın əsaslarını, peyğəmbərləri və müsəlman inanclarını yumşaq, lakin aydın şəkildə izah edin. Bəlkə kimsə maraqlanacaq və sizin sayənizdə həqiqət yoluna yönəldiləcək.
 
“Rəbbinin yoluna hikmətlə və gözəl öyüdlə dəvət et və onlarla ən gözəl şəkildə mübahisə et”. (Nəhl, 125)
 
13. Şükür etməyi, minnətdar olmağı öyrənin. 
 
İnsanların etdiyi hər bir xeyirxah işi qiymətləndirin. 
 
14."Əssalamu aleykum" "sizə salam olsun" deməkdir.
 
Harada olursunuzsa olun, xeyirxahlıq və sülh mesajını yayın.
 
15. Xeyriyyəçi olun. 
 
Xeyriyyəçilik etmək üçün varlı olmaq məcburiyyətində deyilsiniz. İstifadə etmədiyiniz şeyləri bağışlayın, yeməyinizi paylaşın. Bəlkə də kiçik bir xeyirxahlığınız kimin üçünsə xoşbəxtlik olacaq və sizə də xoşbəxtlik gətirəcək.
 
16. Bağışlamağı öyrənin. 
 
Sizə qarşı deyilən incidici sözlərə və hərəkətlərə fikir verməyin. Başqalarını yola verməyi və çatışmazlıqlarına görə bağışlamağı öyrənin. Bağışlayın və həyatınıza davam edin.
 
“(Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir…”(Nur,22)
 
 
17. Şərdən uzaq durun. 
 
Sizə verilən hər şey — diliniz, bədəniniz, eşitməniz, görməniz — Yaradanın bir nemətidir, ona görə də onlardan yalnız xeyir üçün istifadə edin.
 
“Diliniz, bədəniniz, eşitmə və görmə qabiliyyətiniz sizə verilmiş nemətlərdir. Onlardan yalnız xeyir üçün istifadə edin…” (İsra, 36)
 
18. Könüllü xeyriyyəçi fəaliyyətlərdə iştirak edin.
 
Vaxtınızı özünüzdən bir hissəni - bacarıq, bilik və ya vaxt olsun - bölüşməyə həsr edin. Başqalarına fayda verənlərdən olun.
 
19. Heç vaxt öyrənməyi dayandırmayın. 
 
Bilik axtarışı Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsidir və hər bir müsəlman, kişi və ya qadın, bu istiqamətdə inkişaf etməyə çalışmalıdır. 
 
"Ey Rəbbim! Mənim elmimi artır…" (Taha,114).
 
20. Səhvlərinizi və uğursuzluqlarınızı qəbul edin. 
 
İnsan qüsursuz deyil. Səhvdən nəticə çıxarın, dərs alın və yolunuza davam edin. Keçmişin peşmanlığında ilişib qalmayın.
 
21. Vicdanınızın yatmasına icazə verməyin. 
 
Vicdanınızın davranışınızın güzgüsü olmasına və sizi doğru yola yönəltməsinə icazə verin. Daxilinizi dinləyin. 
 
22. Sübh namazından sonra yuxuya getməyin. 
 
Sübh namazından sonra məhsuldar bir şey edin - oxuyun, Quran oxuyun və ya öyrənin. Səhərin bərəkətini qaçırmayın. 
 
23. Başqaları üçün dua edin. 
 
Bir müsəlman qardaşı üçün yaxşılıq dilədikdə, böyük bərəkətlər alır. Yaxınlarınızın və dostlarınızla bağlı problemlərin həlli üçün dua edin. 
 
24. Allahı xatırlayın. 
 
Zikr çox vacibdir; Bu, bərəkət mənbəyidir. Allahı zikr etmək mömin üçün su balığa nə qədər vacibdirsə, bir o qədər vacibdir. Və susuz balığın başına nə gələcəyi də aydındır. 
 
25. Ailə bağlarını qoruyun. 
 
Ailənizdən və qohumlarınızdan nə qədər uzaqda olsanız da, onlarla əlaqə saxlayın. Mümkün olduqda onları ziyarət edin. Mübarək münasibətləri unutmayın və ailə bağlarınızı möhkəmləndirin.
 
26. Valideynlərinizə hörmət edin.
 
Onlarla səbirli və mərhəmətli davranın, sevgini söz və əməllərinizlə göstərin. Onlar üçün Allahdan rəhmət və Cənnət diləyin.
 
27. İsraf etməyin.
 
Pulunuzu və imkanlarınızı düzgün idarə edin, yalnız ehtiyacınız olan şeylərə xərcləyin.
 
28. Susmağı bacarın. 
 
İnsanın yalnız bir dili və onu cilovlamaq üçün bir çox dişi var. Danışmazdan əvvəl sözünüzün faydalı olub-olmadığını düşünün. Şər atmayın və qeybət etməyin — bunlar Şeytanın hiylələridir.
 
29. Bağışlanma diləməyi öyrənin. 
 
Təkəbbür göstərməyin, hərəkətlərinizə görə məsuliyyət daşıyın və səhv etmisinizsə, səhvlərinizi etiraf edin və bağışlanma diləyin.
 
30. Düzgün qidalanın. 
 
Düzgün qidalanma sağlamlığın açarıdır. Sağlam qidalanmaq və həddindən artıq yeməkdən çəkinmək vacibdir. Bədəniniz sizin əmanətinizdir və ona cavab verməli olacaqsınız.
 
31. Təhəccüd(gecə namazı) namazı qılın.
 
Gecənin son üçdə biri daimi sərvət ehtiva edir və bu müddət ərzində dua etmək sizə böyük nemətlər gətirə bilər. Bu, Allahdan günahlarınızın bağışlanmasını diləmək üçün bir fürsətdir.
 
Gecənin son üçdə biri çatanda Allah ən aşağı səmaya enir və buyurur: "Bəndələrim haqqında Məndən daha çox şey istəyən yoxdur. Məndən kim istəyər ki, verim? Mənə kim dua edər ki, cavab verim? Bağışladığım üçün kim bağışlanma diləyir?"
 
32. Allaha dua edin. 
 
Allah hər şeyi eşidir və görür, qəlbinizdə olanı bilir. Yardım və hidayət üçün Ona üz tutun. 
 
Quranda buyurulur:
 
“Rəbbiniz dedi: Mənə dua edin, sizə cavab verim”. (Ğafir, 60)
 
33. Başqaları ilə sizinlə necə davranmalarını istədiyinizi kimi davranın. 
 
İnsanlarda görmək istədiyiniz xüsusiyyətləri əvvəlcə özünüzdə formalaşdırın. Başqasının qüsurunu görərkən eyni qüsurun sizdə olub-olmadığını düşünün.
 
34. Həyatdan zövq alın. 
 
Həyat Allahın insana bəxş etdiyi nemətdir. Özünüzü daim təkmilləşdirin və bu gözəl həyatı Allaha itaət və xeyirxah əməllərlə daha da gözəlləşdirin.
 
Bu siyahını əlbəttə, daha da uzatmaq olar. Bəs sizin həyat təcrübənizdən gənclərə hansı tövsiyələr əlavə oluna bilər? Gənclik illərində ən vacib olan nədir?..
 
Qeyd:
Mənbənin başlığında “35 tövsiyə” yazılsa da, məqalənin mətnində faktiki olaraq 34 maddə yer alır. Buna görə tərcümədə mənbədəki real nömrələmə qorunub və 34 tövsiyə verilib.
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın
 

Qan təzyiqiniz yüksəkdirsə, bunu sınayın: <span style="color: #ff0000;">Püstə ilə bağlı mühüm araşdırma</span>

Pəhriz normal qan təzyiqinin qorunmasında mühüm rol oynayır. Mütəxəssislər ürək-damar sağlamlığını dəstəkləyə biləcək qidalar arasında püstəni də xüsusi qeyd edirlər. Tərkibində kalium, doymamış yağ turşuları, antioksidantlar və digər faydalı bitki birləşmələri olan bu qoz-fındığın müntəzəm istifadəsi qan təzyiqinə müsbət təsir göstərə bilər.

Moderator.az xəbər verir ki, bu barədə “Verywell Health” yazır.

Tədqiqatlar püstə istehlakı ilə sistolik qan təzyiqinin azalması arasında əlaqə olduğunu göstərib. “Complementary Therapies in Medicine” jurnalında dərc olunan araşdırmalardan birində püstə qəbul edən iştirakçılarda qan təzyiqi ilə yanaşı, qanda qlükoza və xolesterin göstəricilərində də müsbət dəyişikliklər müşahidə olunub.

“Nutrients” jurnalında yayımlanan başqa bir araşdırmada artıq çəkisi və ya piylənməsi olan yetkinlər dörd ay ərzində gündə təxminən 42 qram püstə qəbul ediblər. Nəticədə həm sistolik, həm də diastolik qan təzyiqində azalma qeydə alınıb. Bu dəyişikliklər yalnız çəki itkisi ilə izah edilməyib.

2-ci tip diabeti olan insanlarla aparılan araşdırmada da oxşar nəticələr əldə olunub. Dörd həftə ərzində püstənin qidalanmaya əlavə edilməsi sistolik qan təzyiqinin təxminən 3,5 mm civə sütunu azalması ilə əlaqələndirilib. Ən nəzərəçarpan dəyişikliklərdən biri isə yuxu zamanı qeydə alınıb.

Püstə qan təzyiqinə niyə təsir edə bilər?

Püstənin ürək-damar sisteminə mümkün faydası onun tərkibindəki bir neçə mühüm maddə ilə əlaqələndirilir. Onlardan biri L-arginindir. Bu amin turşusu orqanizmdə azot oksidinin yaranmasında iştirak edir. Azot oksidi isə qan damarlarının genişlənməsinə və qan axınının yaxşılaşmasına kömək edə bilər.

Püstənin tərkibindəki kalium da qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır. Bu mineral orqanizmdə natriumun idarə olunmasına və damarların normal fəaliyyətinə kömək edir.

Bundan başqa, püstədəki doymamış yağlar və antioksidant birləşmələr ürək-damar sağlamlığının qorunmasına töhfə verə bilər. Püstənin daha az sağlam qəlyanaltıların əvəzinə seçilməsi də ümumi pəhrizin keyfiyyətini yaxşılaşdıra bilər.

Gündə nə qədər püstə yemək olar?

Mütəxəssislər tərəfindən orta porsiya kimi təxminən 28 qram püstə göstərilir. Bu miqdar təxminən 49 qabıqlı ləpəyə bərabərdir. Lakin qoz-fındıqların ölçüsündən asılı olaraq say dəyişə bilər.

Bəzi elmi araşdırmalarda iştirakçılar gündə təxminən 42 qram püstə qəbul ediblər. Bu miqdar təxminən 159 kalori, 5,7 qram protein, 7,7 qram karbohidrat və 3 qram qida lifi ehtiva edir.

Püstənin kalorili məhsul olduğunu da nəzərə almaq lazımdır. Buna görə də daha çox yemək mütləq daha çox fayda demək deyil.

Hansı püstəni seçmək daha yaxşıdır?

Qan təzyiqinə nəzarət etmək istəyənlər üçün duzsuz və ya az duzlu püstələr daha münasib seçimdir. Çünki yüksək natrium qəbulu qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.

Bu səbəbdən həddindən artıq duzlu püstə məhsulun potensial faydalarını müəyyən qədər azalda bilər. Ən yaxşı seçim əlavə duz və digər əlavələr olmayan təbii püstədir.

Püstə hər kəs üçün faydalıdırmı?

Püstə sağlam qida hesab olunsa da, hər kəs üçün uyğun deyil. Qoz-fındıq allergiyası olan insanlar bu məhsuldan uzaq durmalıdır.

Mədə-bağırsaq problemləri, o cümlədən bəzi qıcıqlanmış bağırsaq sindromu hallarında da ehtiyatlı olmaq lazımdır. Bəzi insanlarda qoz-fındıq həzm sistemi ilə bağlı narahatlığı artıra bilər.

Ciddi böyrək xəstəliyi olan şəxslər isə püstə qəbulunun miqdarını həkimlə müzakirə etməlidirlər. Bunun səbəbi məhsulun kalium və digər minerallarla zəngin olmasıdır.

Püstə ilə təzyiqi tamamilə aşağı salmaq mümkündürmü?

Mütəxəssislər püstəni hipertoniya üçün müstəqil müalicə vasitəsi hesab etmirlər. O, həkim tərəfindən təyin olunan dərmanları və ya müalicəni əvəz edə bilməz.

Qan təzyiqinin normal saxlanmasında ümumi qidalanma, fiziki aktivlik, sağlam çəkinin qorunması və duz qəbulunun məhdudlaşdırılması daha böyük əhəmiyyət daşıyır. DASH pəhrizi də bu baxımdan meyvə, tərəvəz, tam taxıl, paxlalılar, qoz-fındıq və toxumların rasionda artırılmasını tövsiyə edir.

Beləliklə, püstə sağlam qidalanmanın faydalı hissəsi ola bilər. Tərkibindəki kalium, lif, bitki zülalı, doymamış yağlar və antioksidantlar ürək-damar sisteminə dəstək verə bilər. Araşdırmalar onun müntəzəm istehlakının qan təzyiqinə müsbət təsir göstərə biləcəyini göstərir.

Lakin püstəni hipertoniya müalicəsi kimi qəbul etmək düzgün deyil. Əsas məqsəd balanslı qidalanma, duz qəbuluna nəzarət, fiziki aktivlik, sağlam çəki və qan təzyiqinin müntəzəm yoxlanılması olmalıdır.

Türkiyədə 15 illik böyük kəşfiyyat sirri: <span style="color: #ff0000;">Kaşif Kozinoğlunun məzarı açıldı</span>

Türkiyənin keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada ölümünə dair yenidən başladılan istintaq çərçivəsində məzarı açılıb.

Moderator.az xəbər verir ki, Silivri Baş Prokurorluğunun qərarı ilə Ümraniyədəki məzardan sümük, torpaq və digər nümunələr götürülərək tibbi ekspertizaya göndərilib.

Nümunələr həbsxananın kamera görüntüləri, 112 təcili yardım qeydləri və xəstəxana sənədləri ilə birlikdə araşdırılacaq. Bundan sonra Kozinoğlunun dəqiq ölüm səbəbi və ölümündə üçüncü şəxslərin müdaxiləsinin olub-olmadığı müəyyən ediləcək.

Qeyd edək ki, Kaşif Kozinoğlu 2011-ci ildə Silivri həbsxanasında saxlanıldığı vaxt vəfat edib. Həmin dövrdə iş bağlı elan edilsə də, yeni tapılan faktlar və sui-qəsd şübhələri əsasında prokurorluq 15 ildən sonra tarixi kəşfiyyat dosyesini yenidən açmaq qərarına gəlib.

Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - <span style="color: #ff0000;">VİDEO</span>

Azərbaycanda döl hamilə qadının qaraciyərində inkişaf edib.

Moderator.az lent.az-a istinadən xəbər verir ki, qadının ultrasəs müayinəsinin görütüntülərini radioloq sosial şəbəkədə paylaşıb.

O bildirib ki, tibbdə belə hallar olduqca nadir olsa da, mümkündür. Bu zaman mayalanmış yumurta normal olaraq uşaqlığın daxilinə yerləşmək əvəzinə qarın boşluğunda, o cümlədən qaraciyərin səthində implantasiya edərək inkişaf etməyə başlayır.

Qaraciyər nahiyəsində ektopik hamiləlik ciddi və həyati təhlükə yaradan vəziyyət hesab olunur. Hamiləlik vaxtında aşkarlanıb sonlandırılmadıqda ananın ölümü baş verə bilər.

“İstisu” içəcəyik, öz suyumuzu” - <span style="color: #ff0000;">Prezidentlərin yolu ilə</span>

Diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Kəlbəcərdə olublar.

Moderator.az xəbər verir ki, onlar “İstisu” mineral sudoldurma zavoduna baxış keçiriblər.

Baxış zamanı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə iranlı səfirin dialoqu maraqla qarşılanıb.

“Keçən dəfə Bişkek şəhərində  Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian gözəl bir ənənənin əsasını qoydular. Onlar qərara gəldilər ki, ancaq Kəlbəcər suyu içəcəyik, “İstisu”. Başqa sözlə desək öz suyumuzu içəcəyik. Bu gün də İran İslam Respublikasının səfiri Dəmirçi ilə İstisu zavodundayıq. Biz də qərara gəldik ki, prezidentlərimizin iradəsinə, onların yolunun davamı olaraq Kəlbəcər suyu içək”, - Hikmət Hacıyev bildirib.

Kanadanın sabiq baş naziri kino və serial istehsalı biznesinə başladı

Kanadanın keçmiş baş naziri Castin Trüdo kino, serial və müxtəlif əyləncə proqramları istehsalı ilə məşğul olan yeni şirkət təsis edib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Yeni kommersiya qurumu "Hope and hard work" ("Ümid və gərgin əmək") adını alıb. Qeyd edək ki, siyasətçi bu ifadədən öz nitqlərində tez-tez istifadə edir.

Vurğulanır ki, Trüdo yeni biznesi öz aparatının sabiq və uzunmüddətli rəhbəri Keti Telfordla birlikdə yaradıb. Şirkətin yaydığı açıqlamada bildirilir ki, əsas məqsəd kino, televiziya, audio və canlı layihələr vasitəsilə insanlara bir-birini görməyə, anlamağa və aralarındakı bağı hiss etməyə kömək edən hekayələrlə cəmiyyəti bir araya gətirməkdir.

Qeyd edək ki, Trüdo 2025-ci ildə Liberal partiyasının populyarlığının azalmasından sonra baş nazir postunu tərk edib, lakin o, hələ də ictimai çıxışlarını və bəyanatlarını davam etdirir.

Siyasətçinin vəzifədən getməsindən bir neçə ay sonra onun ABŞ-li pop-ulduz Keti Perri ilə eşq yaşadığı üzə çıxıb.

BMT rəsmisi: <span style="color: #ff0000;">Qarabağda daha çox iş görməliyik</span>

Biz BMT olaraq Qarabağda daha çox iş görməliyik.

Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.

O, Qarabağa ilk səfəri olduğunu qeyd edib və bölgədə gördüklərinin onda böyük təəssürat yaratdığını deyib:

“Bu, mənim Qarabağa ilk səfərimdir. Biz BMT olaraq Qarabağda işləməliyik. Buna görə də burada vəziyyətin necə olduğunu və nə edə biləcəyimizi öz gözlərimlə görmək mənim üçün çox vacib idi”.

BMT rəsmisi Qarabağın təbiətinin gözəlliyini vurğulayıb:

“İlk növbədə, buradakı gözəl mənzərədən çox təsirləndim. Hazırda təbiətin yaşıllıq içində olduğu gözəl mövsümdür. Qarabağa gəlib bunları görmək çox təsirlidir”.

D.Şlapaçenko bölgədə hələ də çoxlu dağıdılmış evlərin olmasının isə onda fərqli təəssürat yaratdığını deyib:

“Eyni zamanda, hələ də çoxlu dağıdılmış evlərin olduğunu görmək məni məyus etdi. Bu, burada nələrin baş verdiyi barədə müəyyən təsəvvür yaradır”.

O, Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini də yüksək qiymətləndirib:

“Azərbaycan hökumətinin Qarabağda gördüyü böyük səyləri hiss etdim. Yolları, tunelləri, bütün yeni infrastrukturu gördük. Bütün bunlar mənə çox şey düşünmək imkanı verdi”.

BMT rəsmisi bildirib ki, səfərdən sonra təşkilatın Qarabağda daha çox fəaliyyət göstərməsi ilə bağlı əminliyi daha da artıb:

“Biz BMT olaraq Qarabağda daha çox fəaliyyət göstərməyə çalışırıq. Əvvəllər də buna əmin idim, amma bütün bunları öz gözlərimlə görmək mənim üçün çox güclü mesaj oldu”.

Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Şamil Qasımov saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə BŞDYPİ məlumat yayıb.

Bildirilib ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ş.Qasımovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

Xarici diplomatlar “İstisu” mineral su zavodunda - <span style="color: #ff0000;">FOTO</span>

Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə “İstisu” mineral su zavoduna baş çəkiblər.
 
Moderator.az APA-ya istinadla xəbər verir ki, diplomatik korpus üzvləri buradakı istehsal prosesi və iş şəraiti ilə tanış olublar.
 
Qeyd edək ki, zavodun açılışı 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutub.

ABŞ-Çin rəqabətinin görünməyən tərəfləri: <span style="color: #ff0000;">Məsələ "ticarət savaşı"ndan daha dərindir?</span>

Çin iqtisadiyyatının son illərdə qlobal ticarətdə artan rolu və ABŞ ilə iqtisadi rəqabəti dünya iqtisadi gündəminin əsas mövzularından birinə çevrilib. Çin bir çox ölkə üçün əsas əmtəə və istehsal bazası kimi çıxış etdiyi halda ABŞ maliyyə institutları, innovasiya və strateji texnologiyalar sahəsində üstün mövqeyini qoruyur.
 
Mövzu ilə bağlı Oxu.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov isə iki ölkə arasındakı münasibətləri klassik "ticarət savaşı"ndan daha çox iqtisadi maraqların yeni müstəvidə formalaşması prosesi kimi qiymətləndirməyin tərəfdarıdır. Onun sözlərinə görə, Çin iqtisadiyyatı bu gün dünya iqtisadiyyatında bir çox ölkələrin əmtəə bazasıdır:
 
"Demək olar, elə bir ölkə yoxdur ki, Çinlə ticarət dövriyyəsi mərhələli şəkildə artmasın".
O, ABŞ ilə Çin arasındakı iqtisadi qarşıdurmaya da münasibət bildirib:
 
"ABŞ və Çin iqtisadiyyatlarının, ümumiyyət ticarət platformalarının, mövqelərinin uzlaşdırılmasının heç vaxt tərəfdarı olmamışam. Çünki fərqli çəkilərdir. Bu gün Çin iqtisadiyyatı dünya bazarlarında əmtəə bazası kimi çıxış edirsə, Amerika Birləşmiş Ştatları institutsional səviyədə maliyyə institutu kimi, eyni zamanda innovativ, strateji vacib texnologiyalarla çıxış edir. Bu iqtisadiyyatların müqayisəsi, fikrimcə, institutsional səviyyədə uyğun olmaz. Ancaq onların arasındakı "ticarət savaşı" sadəcə olaraq termindir. Amerika Birləşmiş Ştatları 1970-ci illərdə Çin modelini yaradanda (1970-ci illərin sonunda Çin lideri Deng Şiaopinq tərəfindən "islahat və şəffaflıq" siyasəti ABŞ ilə qurulan bu siyasi modelin yüksəldilməsi ilə başladı. Çin ABŞ və Qərb investisiyaları, texnologiyaları üçün öz bazarlarını açdı və sürətli iqtisadi artım dövrünə qədəm qoydu - red.) münasibətlərin indiki mərhələyə çatacağını, bu cür inkişafı və imkanlarının əldən çıxacağını gözləmirdi".
 
"Lakin hazırki vəziyyətdə Amerika Birləşmiş Ştatları ilə Çin arasında sadəcə olaraq maraqların öz məcrasına çəkilməsi yönündə proses gedir. Bu da rəqabətyönümlü bazarda iki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin mübarizəsi baxımından təbii bir haldır", - deyə ekspert vurğulayıb.

Bu qidaları axşam yeməyin! – <span style="color: #ff0000;">Həkimlər ən doğru vaxtı açıqladı</span>

Sağlam qidalanmada yalnız hansı məhsulları seçdiyiniz deyil, onların günün hansı vaxtında qəbul edilməsi də mühüm hesab olunur. Bəzi qidalar daha uzun müddət həzm olunur, digərləri isə gün ərzində enerji və toxluq hissinin qorunmasına kömək edə bilər.

Moderator.az xəbər verir ki, bu barədə TSN məlumat yayıb.

Qarabaşaq nə vaxt yeyilməlidir?

Qarabaşaq mürəkkəb karbohidratlar və liflə zəngindir. Bu səbəbdən daha uzun müddət həzm oluna və uzunmüddətli toxluq hissi yarada bilər.

Mütəxəssislər qarabaşağı gün ərzində enerji tələb olunan vaxtlarda – məsələn, səhər yeməyində, ikinci səhər yeməyində və ya naharda qəbul etməyi məsləhət görürlər.

Pendir üçün ən uyğun vaxt

Pendir zülal və digər qida maddələri ilə zəngin məhsuldur. Onu nahar və ya axşam yeməyinin tərkibinə əlavə etmək mümkündür.

Lakin pendirin yalnız səhər qəbul edilməsinin zərərli olması və ya selik əmələ gəlməsini artırması ilə bağlı iddiaların güclü elmi əsası yoxdur. Əsas məsələ məhsulun miqdarı və ümumi qidalanma balansıdır.

Qoz-fındıq nə vaxt yeyilməlidir?

Qoz-fındıq sağlam yağlar, zülal, lif, vitamin və minerallarla zəngindir. Buna görə də səhər yeməyinə əlavə və ya gün ərzində qəlyanaltı kimi yaxşı seçim ola bilər.

Bununla belə, qoz-fındığın yüksək kalorili olduğunu nəzərə almaq lazımdır. Axşam saatlarında yeməyin mütləq zərərli olduğu və ya yuxunu pozduğu barədə ümumi qayda yoxdur. Lakin gün ərzində qəbul edilən ümumi kalori miqdarı önəmlidir.

Mal əti nə vaxt yeyilməlidir?

Mal əti keyfiyyətli zülal, dəmir və digər qida maddələrinin mənbəyidir. Qırmızı ətin həzmi bəzi digər protein mənbələrindən daha uzun çəkə bilər.

Bu səbəbdən onu nahar zamanı tərəvəz və digər balanslı qidalarla birlikdə qəbul etmək rahat seçim ola bilər. Axşam yeməyində isə balıq, yumurta, paxlalılar və ya tofu kimi alternativ zülal mənbələrinə üstünlük vermək mümkündür.

Ümumilikdə isə qidaların yalnız saatına deyil, porsiyanın ölçüsünə, məhsulun keyfiyyətinə və insanın ümumi qidalanma rejiminə diqqət yetirmək daha vacibdir. Eyni qidanın fərqli insanlar üçün uyğun vaxtı və miqdarı da dəyişə bilər.

Sağlam menyunun əsasını müxtəlif və balanslı qidalanma, kifayət qədər tərəvəz və meyvə, tam taxıllar, keyfiyyətli zülal mənbələri və sağlam yağların düzgün nisbəti təşkil edir.

“ABİ” yeni simalarla qayıtdı, amma liderliyi itirdi – <span style="color: #ff0000;">Bergüzar Korel effekti yetmədi?</span>

Türkiyə televiziyalarında ötən mövsümün ən çox izlənən layihələrindən biri olan “A.B.İ.” serialı ikinci mövsümə əsaslı dəyişikliklərlə başlayıb. Qadın baş rol, ssenarist və rejissor dəyişib, heyətə xeyli yeni aktyor qoşulub, hadisələr isə səkkiz aylıq zaman keçidindən sonra tamam fərqli istiqamətdə davam etdirilib.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, Türkiyə mediası serialın ikinci mövsümünü adi davamdan daha çox, layihənin yenidən qurulması kimi qiymətləndirir. Ancaq yeni aktyorlar və daha dinamik süjet ilk bölümdə “ABİ”ni əvvəlki reytinq zirvəsinə qaytara bilməyib.
 
“Karadayı”nın məşhur cütlüyü yenidən bir arada
 
Yeni mövsümün ən böyük transferi Bergüzar Korel olub. Birinci mövsümdə Çağla obrazını canlandıran Afra Saraçoğlunun gedişindən sonra Korel serialın yeni qadın baş roluna gətirilib.
 
Beləliklə, “Karadayı” serialında böyük tamaşaçı rəğbəti qazanan Kenan İmirzalıoğlu–Bergüzar Korel tandemi 12 ildən sonra yenidən eyni layihədə görüşüb. Türkiyə mətbuatında və sosial şəbəkələrdə bu seçimə əsasən müsbət reaksiyalar verilib. Yeni mövsüm afişası yayıldıqdan sonra “Əsl uyğunluq budur”, “Karadayı ruhu geri qayıdır” kimi şərhlər diqqət çəkib.
 
Lakin Bergüzar Korel əvvəlki qadın obrazın birbaşa əvəzedicisi kimi təqdim edilmir. Onun canlandırdığı Leyla Doğanın keçmişdə böyük eşq yaşadığı, sonradan yollarının ayrıldığı sirli qadındır. İlk bölümdə Leylanın əslində gizli tapşırıq yerinə yetirən polis əməkdaşı olduğu üzə çıxır.
 
Doğan öldü sanılırdı, səkkiz ay sonra geri qayıtdı
 
İkinci mövsüm Doğanın öldüyünün düşünüldüyü səhnələrin davamı ilə başlayıb. Məlum olur ki, onu Galip xilas edib və səkkiz ay ərzində gizli şəkildə müalicə etdirib.
 
Doğan özünə gəldikdən sonra ailəsinin dağıldığını, Hancıoğullarına məxsus sərvət və imkanların Saruhanın nəzarətinə keçdiyini öyrənir. Ailəsinin başına gələnlərin arxasında da məhz Saruhanın dayandığını anlayan Doğan sağ olduğunu gizlədərək intiqam planı qurur.
 
Beləliklə, birinci mövsümdə daha çox ailə sirləri və qohumlararası qarşıdurmalar üzərində qurulan serial ikinci mövsümdə kriminal şəbəkə, gizli polis əməliyyatı və hakimiyyət savaşı istiqamətinə keçir. Aksiyon səhnələrinin artırılması da bu dəyişikliyin əsas hissəsidir.
 
Doğanın qarşısına yeni və təhlükəli düşmən çıxdı
 
Mustafa Üstündağ serialda yeni əsas mənfi obraz – Saruhan Nadiroğlu rolunu oynayır. Yoxsulluqdan və çətinliklərdən çıxaraq öz imperiyasını quran Saruhan ağıllı, soyuqqanlı və gücə həddindən artıq bağlı bir şəxs kimi təqdim edilir.
 
Saruhan yalnız Doğanın ailəsini dağıdan adam deyil, həm də Leylaya aşiqdir. Yeni mövsümün ilk bölümünün finalında onun Leylaya evlilik təklifi etməsi Doğan–Leyla–Saruhan üçbucağını serialın əsas xəttinə çevirib.
 
Leyla Saruhanın daxil olduğu cinayət şəbəkəsini ifşa etmək üçün onun yanında olsa da, Doğan vəziyyətin həqiqi mahiyyətini bilmir. Keçmiş sevgilisinin düşməni ilə birlikdə olduğunu düşünən Doğan həm qısqanclıq, həm intiqam, həm də ailəsini geri qaytarmaq istəyi arasında qalır.
 
Saadet Işıl Aksoy da ekrana qayıtdı
 
Yeni mövsümün başqa diqqətçəkən transferi Saadet Işıl Aksoydur. O, Saruhanla əlaqəli Rüya obrazını canlandırır. Ağır itkilər və məyusluqlar yaşamış Rüya ilk baxışda kövrək və saf qadın təsiri bağışlasa da, onun Saruhanla münasibətinin yeni bölümlərdə ciddi sirləri ortaya çıxaracağı gözlənilir.
 
Doğan Saruhana çatmaq üçün Rüya ilə yaxınlıq qurmağa başlayır. Bu isə həm Leylanın gizli əməliyyatını təhlükəyə atır, həm də yeni bir münasibətlər düyünü yaradır.
 
Seriala Bergüzar Korel, Mustafa Üstündağ və Saadet Işıl Aksoydan əlavə Çağdaş Çelik – Ferman, Oğulcan İnan – Yaşar, Asuman Karakollukçu – Hacıanne, Baran Ayhan – Kudret, Suat Karausta – Hayati, Mert Yavuzcan – Nihat və Hilmi Özçelik – Adnan rolları ilə qoşulublar.
 
Layihənin rejissorluğu Yağız Alp Akaydına həvalə edilib. Yeni mövsümün ssenarisini isə Ertan Kurtulan və Eylem Akın yazır. Türkiyə mediası bu dəyişikliklərin serialın atmosferini ailə dramından daha sərt kriminal drama çevirdiyini qeyd edir.
 
Yeni mövsümün reytinqi necə oldu?
 
Səs-küylü transferlərə və Kenan İmirzalıoğlu–Bergüzar Korel görüşünə baxmayaraq, “ABİ” ikinci mövsümə əvvəlki gücündən xeyli aşağı göstərici ilə başlayıb.
 
Sentyabrın 8-də yayımlanan 19-cu bölüm Total kateqoriyasında 3,82 reytinq və 13,32 faiz izlənmə payı əldə edib. Serial həmin kateqoriyada ikinci olsa da, 4,57 reytinq toplayan “Tuzlu Kahve”ni keçə bilməyib. “ABİ” AB kateqoriyasında 2,88 reytinqlə dördüncü, ABC1-də isə 3,66 reytinqlə üçüncü yeri tutub.
 
Müqayisə üçün, birinci mövsümün final bölümü Total kateqoriyasında 5,18 reytinq toplamışdı. Beləliklə, yeni mövsümün açılışında Total auditoriyası təxminən 26 faiz azalıb. Üstəlik, 3,82 göstəricisi serialın indiyədək qeydə alınmış ən aşağı Total nəticəsidir.
 
Xatırladaq ki, “ABİ” ilk mövsümün başlanğıcında 11 reytinq həddini keçərək həftələrlə lider olmuşdu. Sonrakı aylarda izlənmə göstəriciləri tədricən aşağı düşsə də, serial mövsümü əksər həftələrdə birinci pillədə tamamlamışdı.
 
İkinci mövsümün ilk nəticəsi layihənin uğursuz olduğunu söyləmək üçün hələ kifayət deyil. Yay fasiləsindən qayıdan seriallarda ilk həftə auditoriya itkisi adi haldır. Ancaq “ABİ”nin qarşısında indi iki ciddi vəzifə dayanır: Afra Saraçoğlu ilə formalaşmış əvvəlki izləyici kütləsini qorumaq və tamamilə dəyişdirilmiş süjetə yeni tamaşaçı cəlb etmək.
 
Yeni heyət maraq yaradıb, Bergüzar Korel və Kenan İmirzalıoğlunun ekran uyğunluğu müsbət qarşılanıb, Mustafa Üstündağın Saruhan obrazı isə seriala güclü rəqib gətirib. Bununla belə, ilk reytinq göstərir ki, böyük aktyor adları təkbaşına kifayət etmir. “ABİ”nin həqiqi imtahanı qarşıdakı iki-üç bölümdə olacaq: ya yeni hekayə tamaşaçını yenidən ekrana qaytaracaq, ya da mövsümün ən iddialı dəyişikliklərindən biri gözlənilən nəticəni verməyəcək.

Çin 2027-ci ildə BRICS-ə sədrlik edəcək

Çin gələn il BRICS-ə sədrliyi qəbul edəcək və 19-cu sammiti keçirəcək.
 
Moderator.az "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin bu gün Nyu-Delhidə (Hindistan) keçirilən 18-ci BRICS sammitində bildirib.
 
"2027-ci ildə Çin yenidən BRICS-in rotasiya qaydasında sədri vəzifəsini icra edəcək. Bütün tərəflər birlikdə əməkdaşlığın yeni fəslini yazmaq üçün Çinin BRICS ölkələrinin kollektiv müdrikliyini və güclü sinerjisini birləşdirəcəyini səbirsizliklə gözləyirlər", - Çin Mərkəzi Televiziyası (CCTV) Si Cinpinin sözlərindən sitat gətirib.
 
Qeyd edək ki, BRICS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının (CAR) yaratdığı təşkilatdır.
 
Təşkilatın əsas məqsədi üzv ölkələr arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsidir.

Tatarıstanda təyyarə qəzaya uğradı: pilot və sərnişin öldü - <span style="color: #ff0000;">FOTO</span>

Rusiyanın Tatarıstan Respublikasında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həyatlarını itiriblər.
 
Moderator.az xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
 
Açıqlamada qeyd olunur ki, Sabi rayonunda hava gəmisinin yerə çırpılması nəticəsində iki nəfər - təyyarəni idarə edən şəxs və sərnişin həlak olub.
 
Məlumata görə, "Cessna-172" markalı yüngülmühərrikli təyyarə sentyabrın 12-də gündüz saatlarında fərdi yaşayış evinin həyətyanı sahəsinə düşüb. İlkin ehtimallara əsasən, hadisəyə pilotun idarəetmədə buraxdığı səhv və ya hava gəmisindəki texniki nasazlıq səbəb ola bilər.
 
Hadisə ilə bağlı cinayət işi açılıb, təhqiqatlara başlanılıb və qəzanın bütün təfərrüatları araşdırılır.

Azərbaycanda küçədə ölənlər – <span style="color: #ff0000;">Əsas səbəb nədir?</span>

İnsan səhər evdən çıxır, işə gedir, mağazaya baş çəkir, avtobus gözləyir... Bir neçə dəqiqə sonra isə küçədə qəfil halı pisləşir və həyatını itirir. Azərbaycanda da vaxtaşırı “küçədə qəfil öldü”, “dayanacaqda meyiti tapıldı”, “yolda ürəyi dayandı” başlıqlı xəbərlərlə qarşılaşırıq. Bəs küçədə baş verən qəfil ölümlərin arxasında ən çox hansı xəstəliklər dayanır? İnsan əvvəlcədən təhlükəni hiss edə bilərmi?
 
Moderator.az Lent.az-ın mövzu ilə bağlı araşdırmasını təqdim edir:
 
Azərbaycanda ayrıca “küçədə baş verən ölümlər” üzrə açıq və sistemli statistika olmadığı üçün bu hadisələrin hamısını bir səbəb altında toplamaq mümkün deyil. Ancaq son illərin xəbərləri problemin real olduğunu göstərir. 2026-cı ilin martında Bakının Suraxanı rayonunda 67 yaşlı kişi və 67 yaşlı qadın ayrı-ayrı ünvanlarda küçədə qəfil ölüb. İlkin məlumatda hər iki şəxsin infarktdan öldüyü bildirilib. Apreldə isə Ramanada 53 yaşlı kişi küçədə qəfil dünyasını dəyişib və ölümün ürək çatışmazlığı ilə əlaqəli olduğu açıqlanıb. 2025-ci ildə Nəsimi rayonunda 60 yaşlı kişinin obyekt qarşısında qəfil öldüyü, onun şəkərli diabetdən əziyyət çəkdiyi bildirilmişdi.
 
Küçədə qəfil ölüm deyəndə ilk ağla gələn səbəblərdən biri ürək-damar xəstəlikləridir və bunun ciddi əsası var. Ümumdünya Səhiyyə Təşkilatına görə, ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəbidir. 2022-ci ildə təxminən 19,8 milyon insan bu xəstəliklərdən həyatını itirib və həmin ölümlərin 85 faizi infarkt və insultla əlaqəli olub.
 
Ürək problemi hər zaman insana əvvəlcədən açıq xəbərdarlıq etmir. Bəzən sinədə ağrı və ya sıxılma, təngnəfəslik, soyuq tər, ürəkbulanma, qəfil gücsüzlük kimi əlamətlər ortaya çıxır. Lakin bəzi hallarda ilk ciddi əlamət elə qəfil ürək dayanması ola bilər. Buna görə küçədə yıxılan hər kəsi sadəcə “halı pisləşib” deyərək gözlətmək təhlükəlidir. Huşsuz və normal nəfəs almayan şəxsdə təcili yardım çağırılması və ürək-ağciyər reanimasiyasına başlanması həyati əhəmiyyət daşıyır.
 
Təhlükə bəzən sükan arxasında yaxalayır
 
Qəfil ürək problemi təkcə piyadanı deyil, sürücünü də yaxalaya bilər. 2026-cı ilin iyununda Gəncədə 49 yaşlı sürücünün sükan arxasında ürəktutmasından öldüyü bildirilib. Avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Belə hadisələr qəfil sağlamlıq probleminin yalnız həmin şəxsin deyil, ətrafdakı insanların da həyatını təhlükəyə ata biləcəyini göstərir.
 
Küçədə tapılan hər meyitin səbəbi infarkt deyil
 
2025-ci ilin dekabrında Bakının küçələrində üç nəfərin meyiti aşkarlanmışdı. Onlardan birinin tüfeyli həyat tərzi keçirdiyi bildirilirdi. Meyitlərin üzərində zorakılıq əlaməti olmadığı, ilkin olaraq xəstəlik səbəbindən öldüklərinin ehtimal edildiyi açıqlanmışdı. Belə hallarda ölümün dəqiq səbəbini yalnız tibbi və məhkəmə-tibbi araşdırmadan sonra söyləmək mümkündür.
 
Alkoqol da ayrıca risk faktorudur. ÜST bildirir ki, spirtli içkilər 200-dən artıq xəstəlik, travma və digər sağlamlıq problemləri ilə səbəb əlaqəsinə malikdir. 2019-cu ildə dünyada təxminən 2,6 milyon ölüm alkoqol istifadəsi ilə əlaqələndirilib. Bunun 1,6 milyonu qeyri-infeksion xəstəliklər, 700 mini müxtəlif xəsarətlər nəticəsində baş verib. Alkoqol ürək-damar xəstəliklərinin riskini də yüksəldə bilir.
 
Burada “əyyaşlıqdan öldü” ifadəsi tibbi baxımdan həddindən artıq sadələşdirilmiş yanaşmadır. Ölüm kəskin alkoqol zəhərlənməsi, ürək ritminin pozulması, qaraciyər və mədəaltı vəzi xəstəlikləri, travma, boğulma və ya soyuqda hipotermiya kimi müxtəlif səbəblərlə bağlı ola bilər. Azərbaycanda da alkoqol zəhərlənməsi nəticəsində ölüm hadisələri qeydə alınıb. 2025-ci ilin fevralında TƏBİB Bakıda spirt zəhərlənməsi ilə bağlı daha iki ölüm barədə məlumat vermişdi.
 
Xəstə insan küçəyə çıxmazdan əvvəl nə etməlidir?
 
Ürək xəstəliyi, hipertoniya, diabet, ritm pozuntusu və digər xroniki problemləri olan insanların əsas səhvi özlərini yaxşı hiss etdikləri gün xəstəliyi “unutmaları” ola bilər. Dərmanlar vaxtında qəbul edilməli, uzun müddət ac qalmaqdan və həddindən artıq fiziki gərginlikdən çəkinmək lazımdır. Diabet xəstələrinin qan şəkərinin kəskin enməsi ehtimalını nəzərə alması, ürək xəstələrinin isə həkimin təyin etdiyi dərmanları özbaşına dayandırmaması xüsusilə vacibdir.
 
Havanın temperaturu da nəzərə alınmalıdır. Amerika Ürək Assosiasiyasının 2026-cı il elmi açıqlamasına görə, həm kəskin isti, həm də soyuq infarkt, insult, ürək çatışmazlığının ağırlaşması, aritmiya və qəfil ürək ölümü riskini artıra bilər. Xüsusilə yaşlılar və artıq ürək-damar xəstəliyi olan insanlar daha həssasdır.
 
Ən təhlükəli düşüncə isə “bir az oturum, keçər” yanaşmasıdır. Sinədə güclü sıxılma və ya ağrı, qəfil nəfəs darlığı, huşun qarışması, üzün əyilməsi, qol və ya ayaqda qəfil zəiflik, nitqin pozulması, səbəbsiz soyuq tər və ya huşun itməsi təcili tibbi yardım tələb edən əlamətlərdir.
 
Küçədə qəfil ölüm bəzən bir neçə dəqiqənin içində baş verir. Amma həmin “qəfil” anın arxasında illərlə nəzarətsiz qalan yüksək təzyiq, diabet, ürək xəstəliyi, siqaret və ya zərərli alkoqol istifadəsi dayana bilər. İnsan evdən çıxarkən açarını və telefonunu yoxladığı kimi, ciddi xroniki xəstəliyi varsa, sağlamlığının həmin gün küçəyə çıxmağa nə dərəcədə imkan verdiyini də nəzərə almalıdır.

Bağırsaqları “təmizləyən” qarışıq: <span style="color: #ff0000;">Qarabaşaq və kefirlə hazırlanan sadə resept</span>

Qarabaşaq unu və kefirin birləşməsi son dövrlərdə sağlam qidalanma tərəfdarları arasında populyarlaşıb. Bu qarışığın həzmi dəstəklədiyi, toxluq hissini artırdığı və bağırsaqların fəaliyyətinə müsbət təsir göstərə biləcəyi iddia olunur.

Moderator.az xəbər verir ki, qidalanma üzrə mütəxəssis Veronika Xovanskayanın sözlərinə görə, kefir və qarabaşaq ununun birləşməsi qida rasionuna əlavə edilə biləcək sadə məhsullardan biridir. Lakin bu qarışığın orqanizmi “toksinlərdən təmizlədiyi”, qan damarlarını və böyrəkləri xüsusi şəkildə təmizlədiyi barədə elmi əsaslandırılmış nəticələr yoxdur.

Kefir tərkibindəki faydalı mikroorqanizmlərlə bağırsaq mikrobiotasını dəstəkləyə bilər. Qarabaşaq unu isə lif baxımından zəngindir. Lif bağırsaqların normal fəaliyyətinə kömək edir və daha uzun müddət toxluq hissi yarada bilər.

Bu səbəbdən kefir və qarabaşaq unu qarışığı bəzi insanlar üçün doyumlu səhər yeməyi alternativi ola bilər. Lakin onu xüsusi “müalicəvi” və ya “təmizləyici” vasitə kimi qəbul etmək düzgün deyil.

Qarabaşaq ununu evdə necə hazırlamaq olar?

Qarabaşaq ununu evdə hazırlamaq kifayət qədər sadədir. Bunun üçün qarabaşaq yarmasını əvvəlcə axar su altında yumaq, daha sonra kağız dəsmal üzərinə nazik təbəqə şəklində yayaraq 3-5 saat qurumağa qoymaq lazımdır.

Tam quruduqdan sonra qarabaşaq yarmasını qəhvəüyüdəndə və ya blenderdə üyüdərək un halına gətirmək mümkündür. Hazır unu sərin və quru yerdə, qapağı möhkəm bağlanan qabda saxlamaq məsləhətdir.

Qarışıq necə hazırlanır?

Bunun üçün:

3 xörək qaşığı qarabaşaq unu;
200 ml kefir;
istəyə görə yarım çay qaşığı bal;
zövqə görə bir çimdik darçın və ya bir neçə zirə toxumu götürülür.

Qarabaşaq unu kefirlə qarışdırılır, qabın ağzı örtülür və qarışıq gecə ərzində soyuducuda saxlanılır. Səhər yeməyindən əvvəl və ya səhər yeməyi kimi qəbul edilə bilər.

Bəzi reseptlərdə bu qarışığın 14 gün ərzində istifadə olunması və daha sonra fasilə verilməsi təklif edilir. Lakin belə kursun bütün insanlar üçün zəruri və ya müalicəvi olduğu elmi şəkildə təsdiqlənməyib.

Xüsusilə xroniki mədə-bağırsaq xəstəlikləri, qida dözümsüzlüyü və ya digər sağlamlıq problemi olan şəxslər bu cür qidalanma dəyişikliklərini tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Əsas məsələ isə bağırsaq və digər orqanları “təmizləmək” üçün xüsusi qarışıqlara güvənmək deyil, balanslı qidalanma, kifayət qədər su qəbulu, fiziki aktivlik və normal yuxu rejimini qorumaqdır.

Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi

Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib.
 
Moderator.az bildirir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 

“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - <span style="color: #ff0000;">VİDEO</span>

Əməkdar artist Elza Seyidcahan oriental rəqsi tənqid edənlərə cavab verib.
 
Müğənni bu haqda “Günorta efirdəyik” proqramında danışıb.
 
O bildirib ki, Azərbaycanda bu rəqsi bacaran yoxdur:
 
“Rəqs deyəndə mənim üçün oriyentaldır. Oriental eyib deyil ki... Arif Məlikov o vaxt deyirdi ki, uşaq evindəkiləri rəqsə verin, balet inkişaf etsin. Rəqs pis idisə, niyə Qara Qarayev gözəlləri vəsf edirdi?
 
Bizdə heç kim sinəsinə döyməsin, çünki oriental rəqs edə bilən yoxdur. Oriental rəqs odur ki, bütün əzələn oynasın. Bizimkilər bədənini o qədər doldururlar ki, silkələyə, oynada bilmirlər.
 
Nizami Gəncəvi də saqi deyirdi. Ərəb ölkələrində xanımlar bunu həyat yoldaşı üçün edir. Türkiyədə Asenaya baxanda zövq alırdım”. (Axşam.az)

Bakı metrosu 15 sentyabra necə hazırlaşır? -<span style="color: #ff0000;"> Tıxaclara qarşı atılmış addımlar</span>

Moderator.az xəbər verir ki, Oxu.az saytı yeni layihəyə start verib. "Oxucu soruşur" layihəsinin ilk qonağı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədovdur.
 
Qurum rəsmisi sentyabrın 15-dən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı metropoliteninin stansiyalarının sərnişin daşımağa hazırlıq prosesi, xətlərin ayrılması layihəsi çərçivəsində sərnişindaşımada yaranan problemlərin aradan qaldırılması üçün atılacaq addımlar, 2030-cu ilə qədər Bakıda daha 10 stansiyanın tikilərək istifadəyə verilməsi prosesi və digər məsələlərlə bağlı oxucuların suallarını cavablandırıb. Bununla yanaşı, Bakı metropoliteninin stansiyalarında təhlükəsizlik tədbirləri, yeni stansiyaların fəaliyyətə başlamasından sonra paytaxtın sərnişindaşıma sahəsindəki yeniliklər, metro stansiyalarında yeni sistemlərin tətbiqi, yeni nəsil qatarların alınması, yeraltı nəqliyyatda sərnişinlərin rahatlığı üçün atılan addımlar da qonağımızla müzakirə olunub.
 
Verilişi təqdim edirik:

İran ABŞ ilə danışıqların aparılması üçün əsas şərtini açıqladı

"Vaşinqton Tehranın tələblərini yerinə yetirməyənə qədər İran ABŞ ilə heç bir danışıq aparmayacaq".
 
Moderator.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi özünün "X" sosial şəbəkə hesabında açıqlama yayıb.
 
"Heç bir danışıq olmayacaq. İranın şərtləri qəbul edilənə qədər hər hansı bir müzakirə mənasızdır", - deyə komitə sədri vurğulayıb.
 
Xatırladaq ki, avqustun sonlarında ABŞ İrana qarşı "iqtisadi təcrid" adlı xüsusi əməliyyata başlayıb. Bu həmlənin əsas məqsədi İranı maliyyə cəhətdən blokadaya almaqdır. Vaşinqton Tehranın gəlir mənbələrini kəsməyi planlaşdırır və İranla əməkdaşlığı davam etdirən, o cümlədən bu dövlətin neftini alan və daşıyan üçüncü ölkə təşkilatlarını təkrar sanksiyalar tətbiq etməklə hədələyir.
 

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksini ziyarət etdilər - <span style="color: #ff0000;">FOTOLAR</span>

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır kompleksində olublar.
 
Moderator.az xəbər verir ki, qonaqlara abidənin tarixi barədə məlumat verilib.
 
Qeyd edək ki, bu kompleks regionda ən böyük monastır kompleksi hesab olunur.
 
Bu abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri"nin siyahısına daxil edilib.

Sakinlər dəhşət içində: "Hamımız xəstəlik tutmuşuq" -<span style="color: #ff0000;"> VİDEO</span>

Gəncənin Əziz Əliyev küçəsində tez-tez baş verən yol-nəqliyyat hadisələri sakinləri narahat edir.
 
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, ərazidə günün müxtəlif saatlarında ağır qəzalar baş verir. Onların sözlərinə görə, əsas səbəblərdən biri sürücülərin yüksək sürətlə hərəkət etmələridir.
 
Sakinlərdən biri bildirib ki, gün ərzində ərazidə üç ağır qəza baş verdiyinin şahidi olub. Digər sakinlər isə avtomobillərin əyləc səsini eşidən kimi təşvişə düşdüklərini, uzun müddətdir stres içində yaşadıqlarını deyiblər.
 
Onlardan biri vəziyyətin dözülməz həddə çatdığını bildirərək evini satışa çıxardığını qeyd edib:
 
"Stresdən yaşaya bilmirik. Evimizi satışa qoymuşuq. Hamı buranın təhlükəli olduğunu bilir deyə heç kim evi almaq istəmir. Deyirlər ki, sən qorxub qaçırsansa, mən gəlib burada necə yaşayım?"
 
Sakinlərin sözlərinə görə, qəzalar nəticəsində yol kənarındakı ağaclara, avtomobillərə və digər əmlaka da ziyan dəyib. Onlar bildirirlər ki, küçədə avtomobil saxlamaq belə təhlükəlidir.
 
"Bura yaşayış yeridir. Hamının qapısı yola açılır. İnsanlar uşağını məktəbə buraxmağa belə qorxurlar. Avtomobillər ağlagəlməz sürətlə hərəkət edir. Bu küçə qan çanağına çevrilib", - deyə sakinlərdən biri qeyd edib.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Gəncə şəhəri, Əziz Əliyev küçəsində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə iki ədəd sürət həddinə nəzarət edən radar quraşdırılıb.
 
Bununla yanaşı, şəhərin digər küçə və prospektlərində olduğu kimi, sözügedən ərazidə də yol polisi əməkdaşları tərəfindən mütəmadi monitorinqlər aparılır, hərəkət iştirakçıları ilə profilaktik tədbirlər həyata keçirilir və yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət edilir.

ÇL: Həftənin rəmzi komandası açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun ən yaxşılarından ibarət rəmzi komandası açıqlanıb.
 
Moderator.az xəbər verir ki, UEFA-nın rəsmi saytında dərc olunan siyahıda müxtəlif klubları təmsil edən 11 futbolçu yer alıb.
 
Qapıçı: Tibo Kurtua (“Real”).
 
Müdafiəçilər: Arçi Braun (“Fənərbaxça”), Pau Torres (“Aston Villa”), Mark Bartra (“Betis”), Serjinyo Dest (PSV).
 
Yarımmüdafiəçilər: Martin Baturina (“Komo”), Martin Ödeqor (“Arsenal”), Maykl Olise (“Bavariya”), Ferran Torres (PSJ).
 
Hücumçular: Ermedin Demiroviç (“Ştutqart”), Rafinya Dias (“Barselona”).
 
Qeyd edək ki, ilk turun ən yaxşı futbolçusu “PSJ”nin hücumçusu Ferran Torres seçilib.

Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi -<span style="color: #ff0000;"> VİDEO</span>

Xəbər verdiyimiz kimi, diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğal müddətində monastırda ermənilərin qədim kitablarının sərgisi kimi təqdim olunan kitabların saxta olduğunu nümayiş edib.
 
H.Hacıyev kitablarda sadəcə bir səhifədə mətn və rəsm olduğunu, digər səhifələrin boş olduğunu göstərib.

Renat Dadaşovun yeni klubu məlum oldu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın "Bukovina" klubu ilə anlaşıb.
 
Təcrübəli forvard 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil.
 
Məlumat üçün bildirək ki, "Bukovina" bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
 
Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın "Motor" klubunda çıxış edib. O, ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.
 

Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvələr göndərir

Cənubi Koreya Hörmüz boğazında gəmilərin sərbəst və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bölgəyə hərbi qüvvələr yerləşdirməyə hazırlıq görür. Hərbi bölmələrin göndərilməsinin ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.
 
Moderator.az xəbər verir ki, bu barədə hökumət və hərbi mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumata əsasən, hökumət hazırda parlamentin təsdiqini almaq üçün müvafiq prosedurlar üzərində işləyir.
 
Rəsmilər bir neçə variantı, o cümlədən dəniz patrul təyyarəsinin, maddi-texniki təminat gəmisinin və ya minatəmizləmə qrupunun göndərilməsi imkanlarını nəzərdən keçiriblər.
 
Cənubi Koreya hökumətindən bildirilib ki, rəsmi Seul boğazda gəmiçiliyin sərbəst hərəkətinə dəstək verməyin praktiki yollarını müzakirə edib, lakin yekun qərarın verilməsi ilə bağlı xəbərlər faktları əks etdirmir. Missiyanın dəqiq tərkibi və həyata keçirilmə vaxtı ilə bağlı son qərar hələlik qəbul olunmayıb.

"Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzətdi"

Mərhum Xalq artisti, aktyor Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruz sənətə gəlişindən və keçmişdə yaşadığı çətinlikləri dilə gətirib.
 
Stilist ailəsinin həmin dövrdə yaşadığı maddi çətinlikləri bölüşüb. Şəfəq atası Ramiz Novruzun aktyor işlədiyini, həmin illərdə aktyorların maaşının isə çox aşağı olduğunu bildirib:
 
"O vaxt atam aktyor işləyirdi. Aktyorların maaşları çox az idi. Nənəm hinduşkaları satdı, 100 dollara məni salonların birinə qoydu ki, mən bu sənəti öyrənim. Mən də orada bütün ustaların əlinə baxa-baxa öyrəndim. Çox çətinliklə gəlmişəm".
 
Şəfəq Novruz bildirib ki, indiki dövrdə sosial media sayəsində gənclərin öz əl işlərini daha asan nümayiş etdirməsi və qısa zamanda tanınması mümkündür. Onun sözlərinə görə, əvvəlki illərdə isə sənətdə tanınmaq və özünü təsdiqləmək daha çə'tin olub. /milli.az/

DYP Bakıda qadının öldüyü qəzanın videosunu yaydı - <span style="color: #ff0000;">ANBAAN GÖRÜNTÜLƏR</span>

“Sentyabrın 3-ü Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizliyin bir an belə diqqətdən kənarda saxlanılmamasının vacibliyini bir daha göstərir”.
 
Moderator.az xəbər verir ki, bu sözləri DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev hərəkət iştirakçılarına müraciətində deyib.
 
O bildirib ki, çoxzolaqlı yol sadəcə keçilməli olan geniş bir məsafə deyil. Onun hər zolağı ayrıca təhlükə mənbəyidir: “Bir zolaqdakı sürücü piyadanı görsə də, digər zolaqda hərəkət edən sürücü onu vaxtında görməyə bilər. Avtomobillərin arasından qəfil yola çıxmaq, yolun ortasında dayanmaq, geri qayıtmaq və ya qaçmaq qəza riskini daha da artırır.
 
İntensiv hərəkətin olduğu yollarda məsafəni gözlə hesablamaq aldadıcıdır. Uzaqda görünən avtomobil qısa müddətdə piyadanın olduğu nöqtəyə çata bilər. Piyada isə hərəkət hissəsində olarkən bütün zolaqlardakı sürəti və məsafəni eyni anda düzgün qiymətləndirə bilməz.
 
Yolu qaçaraq keçmək təhlükəli sahədə qalma müddətini azaltmır əksinə, vəziyyətə nəzarəti zəiflədir.  Bir neçə saniyə tez qarşı tərəfə çatmaq istəyi insanı bir neçə fərqli risklə eyni anda üz-üzə qoyur.
 
Əziz piyadalar, bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir.Yolunuzu qısaltmağa deyil, mənzil başına sağ-salamat çatmağa çalışın”.
 

TRIPP layihəsi ABŞ-a Ermənistanda hərbi infrastruktur yerləşdirmək imkanı yaradır?

TRIPP layihəsinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı müzakirələr regionda həm nəqliyyat bağlantıları, həm də təhlükəsizlik məsələləri baxımından diqqət çəkir. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov layihənin ABŞ-a Ermənistan ərazisində, İran sərhədinə yaxın ərazilərdə hərbi və kəşfiyyat infrastrukturu yerləşdirmək imkanı yarada biləcəyini bildirib. İran tərəfindən də layihənin mümkün təhlükəsizlik nəticələri ilə bağlı narahatlıqlar ifadə olunur.

Bu açıqlamaları və regiondakı mövcud geosiyasi həssaslığı nəzərə alsaq, TRIPP layihəsinin reallaşması ətrafında hansı risklər yarana bilər?

 Layihənin həyata keçirilməsi prosesində Rusiya, İran, ABŞ və region ölkələrinin maraqlarının toqquşması Cənubi Qafqazdakı təhlükəsizlik dinamikasına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az -a diplomat politoloq Fikrət Sadıxov açıqlama verib. 

Politoloq qeyd edib ki, TRİPP marşrutu hərbi marşrut deyil. Bu, sülhə yönələn, nəqliyyat-logistika məqsədi daşıyan və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən bir marşrutdur:

"Təbii ki, bu layihəyə qarşı çıxış edənlər də var. İlk növbədə İran, eyni zamanda Rusiya bu məsələyə kifayət qədər qıcıqla yanaşır. Amma əvvəla, söhbət Ermənistan ərazisindən gedir.

Bu məsələni onlar Ermənistanla müzakirə etməli və müəyyən bir razılığa gəlməlidirlər. Digər tərəfdən, burada ABŞ kimi nəhəng bir dövlət var və onlar maraqlıdırlar ki, bu layihə fəaliyyətdə olsun, işləsin. Çünki onların da şirkətləri orada fəaliyyət göstərəcək.

Digər tərəfdən, mən düşünmürəm ki, İranla Rusiya hazırda elə bir vəziyyətdədirlər ki, buna qarşı aktiv şəkildə çıxış etsinlər və onun qarşısını ala bilsinlər. Amma təbii ki, çətinliklər olacaq, problemlər yaranacaq.

 Bu problemlərin həlli isə, mən əminəm ki, müəyyən dərəcədə ABŞ-ın mövqeyindən, eyni zamanda Azərbaycanla Ermənistanın mövqeyindən asılı olacaq".

Pərvin Şakirqızı

"Mən on min qadınla sevişmişəm..." - <span style="color: #ff0000;">Jorj Simenondan sitatlar</span>

Bu gün fransızca yazan tanınmış Belçika yazıçısı Jorj Simenonun anım günüdür.
 
Moderator.az Kulis.az-a istinadla onun əsərlərindən sitatlar təqdim edir.
 
Yazıçı olmaq sənət deyil, bədbəxtliyə meyillilikdir. Düşünmürəm ki, hər hansı bir sənətkar nə vaxtsa xoşbəxt ola bilsin.
 
***
 
Hamımız potensial olaraq romandakı obrazlarıq, tək fərq ondadır ki, romandakı personajlar öz həyatlarını həqiqətən də dolu-dolu yaşaya bilirlər.
 
***
 
Hər şey sadəcə öz-özünə baş verdi. Sanki uzun zamandan bəri verilmiş bir qərarı həyata keçirməyin həm zəruri, həm də təbii olduğu an gəlib çatmışdı.
 
***
 
Bura kənd yarmarkalarının, tənbəl kütlələrin, yatmağa yeri olmadığı üçün gecələri çöldə keçirilən vaxtların qoxusunu verirdi; bir də Nyu-Yorkun o sakit, amma qəddar laqeydliyi qoxuyurdu.
 
***
 
Kasıblar öz ümidsizliklərini boğmağa vərdiş ediblər, çünki onlar hər gün, hər saat həyata, işə və qarşılaşdıqları tələblərə uyğunlaşmalı, yollarına davam etməlidirlər.
 
***
 
Ağzı açıq halda yuxuya getdi, çünki insan nəticədə həmişə yuxuya gedir. İnsan ağlayır, fəryad edir, qəzəblənir, ümidsizliyə qapılır, sonra da sanki heç nə olmamış kimi yeyir və yatır.
 
***
 
Romanımı bir taxta parçasına həkk etmək istərdim. Personajlarımın daha ağır, daha üçölçülü olmasını arzulayardım. Onların peşəsi, xüsusiyyətləri var; yaşlarını, ailə vəziyyətlərini və hər şeyi bilirsiniz. Amma ben onların hər birini bir heykəl kimi ağır və dünyadakı herkesin qardaşı etməyə çalışıram.
 
***
 
Onlar heç vaxt bir-birinə adı ilə müraciət etməz, xoş sözlər deməzdilər. Buna nə ehtiyac var idi ki, axı hər ikisi bir çox cəhətdən tək bir insan olduqlarını hiss edirdilər?
 
***
 
İnsan faciələrinə keçmişə nəzər salaraq yenidən baxdıqda, onlar həmişə sadə görünür.
 
***
 
Hər hansı, hətta əhəmiyyətsiz bir detalla başlayırsan və fərqinə varmadan böyük prinsipləri kəşf etməyə gəlib çıxırsan.
 
***
 
Bu dəfə qarşı tərəfin üzü onu elə valeh etmişdi ki, başını çevirə bilmədi. Bədənlərinin bir-birinə ən çox yaxınlaşdığı anlarda belə, onu heç vaxt bu qədər gözəl, bu qədər nur saçan görməmişdi. Dolğun dodaqlarında sevginin zəfərini bu qədər intensiv ifadə edən bir təbəssümü heç vaxt sezməmişdi. Tək bir baxışla onu heç vaxt bu dərəcədə tam fəth etməmişdi.
 
***
 
Gözqamaşdırıcı parlaqlığa baxmayaraq, niyə hər şey boz görünürdü? Sanki o ağrılı dərəcədə kəskin işıqlar insanların çöldən, gecənin qaranlığından gətirdikləri zülməti dağıtmaqda aciz idi.
 
***
 
Müfəttiş bədxahların, cinayətkarların və dələduzların psixologiyasına bələd idi. Bilirdi ki, bunun təməlində həmişə hansısa ehtiras dayanır.
 
***
 
O, ideyalara şübhə ilə yanaşırdı, çünki onlar təcrübədən bildiyi o çox axıcı olan reallığı əks etdirmək üçün həmişə həddindən artıq sərt idilər.
 
***
 
Biz bir az cinayət hüququ vəkillərinə bənzəyirik. Biz işin gözə görünən tərəfiyik, amma ciddi işləri kölgədə mülki hüquq vəkilləri görür.
 
***
 
O, saysız-hesabsız kitablar oxumuş, onları mənimsəmiş və üzərində düşünmüşdü. Günbəgün, ildən-ilə insanlığın bütün problemlərini zehnində təhlil etmişdi. Amma yenə də bilmədiyi çox sadə şeylər var idi: məsələn, bir qonaq evinə daxil olub masada oturmağı belə bacarmırdı.
 
***
 
Adətən zərərçəkəni daha yaxşı tanıdıqca qatilin kimliyi üzə çıxır.
 
***
 
Paris nəhəng və sakit idi, işıq dəstələri, tam yerində olan kölgə sahələri, tam zamanında sükutu pozan səsləri ilə demək olar ki, xamuş idi.
 
***
 
Meqre tez-tez başqalarına, hətta təcrübəli insanlara da qəbul etdirməyə çalışırdı ki, yıxılanlar, xüsusən də daha aşağı enmək üçün patoloji bir iradə göstərənlər, demək olar ki, həmişə idealistlərdir.
 
***
 
Mən hər yerdə evimdəki kimiyəm, eyni zamanda heç yerdə. Heç vaxt özgə deyiləm, amma heç vaxt da tam olaraq harasa aid olmuram.
Əgər hər birimiz tək bir insanı xoşbəxt edə bilsəydik, bütün dünya xoşbəxtliyin nə olduğunu bilərdi.
 
***
 
Mən bir az süngərə bənzəyirəm. Yazmadığım zamanlarda həyatı su kimi içimə çəkirəm. Yazanda isə süngəri bir az sıxıram — nəticədə su yox, mürəkkəb süzülür.
 
***
 
30 ildir anlatmağa çalışıram ki, cinayətkar deyə bir şey yoxdur.
 
***
 
Romançı - anasını sevməyən adamdır.
 
***
 
Əgər dünyaya baxışınız müəyyən bir tərzdədirsə, istər-istəməz hər şeyə poeziya qatacaqsınız.
 
***
 
Sürətlə yazıram, çünki yavaş yazacaq qədər zəkam yoxdur.
 
***
 
Həyatı çox sevirəm, amma ölümdən də qorxmuram. Sadəcə mümkün qədər gec ölməyə üstünlük verirəm.
 
***
 
Həmişə mücərrəd sözlərdən uzaq duraraq, sadə və anlaşıqlı dildə yazmağa çalışmışam.
 
***
 
Biz yazıçıların ətrafında həmişə sədlərin olmadığı bir dövrdə yaşayırıq.
 
***
 
Mən on min qadınla sevişmişəm.
 
***
Yəqin ki, məni hər şeydən çox narahat edəcək məsələlərdən biri ünsiyyət problemidir...

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - <span style="color: #ff0000;">Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən</span>

Bu gün tanınmış yazıçı, ictimai xadim, ədəbiyyatşünas Əzizə Cəfərzadənin anım günüdür.
 
Moderator.az Kulis.az-a istinadla onun "Natəvan haqqında hekayələr" silsiləsindən "İki arzu" hekayəsini təqdim edir.
 
Üç il keçdi. Bu üç ildə Şuşanın qərbində, Xəlfəli kəndindən on kilometrə qədər aralı olan Sarıbaba bulağından şəhərə su kəməri çəkildi. Üç il... Bu üç ildə Natəvan dönə-dönə, hər həftədə iki-üç dəfə atlanıb iş üstünə çıxdı, fəhlələri mükafatla, mehriban sözlərlə ruhlandırdı. Su yolunda çalışanlar üçün dağlarda alaçıqlar qurdurdu, hər gün onlar üçün qoyunlar kəsdirdi. Fağır Qonçaya və Sədra xalaya xörək-çörək bişirməyi həvalə etdi.
 
Su yolunda çalışan muzdlu fəhlələrdən başqa köməyə gələnlər də çox idi. Avanes kirvə, çölqalalı Zeynal kişi, mərdinli Nəcəf, ləzgi uşaqları Usta Məhərrəm və Məhəmməd, hətta qoca dərzi Nikolay və başqaları suyun şəhərə tez çatması üçün əllərindən gələni edirdilər. Sarıbaba bulağından Şuşanın Köçərli və erməni məhəllələrində tikilən daş bulaqlara qədər iyirmi beş-otuz kilometrlik su arxları qazılır, içərisinə saxsı novlar qoyulur, üstü örtülürdü. Su çəkilişində bu üç il ərzində çox hadisələr baş vermişdi. Bunlardan biri bəyimin yadından çıxmır. Bir gün arabalarla fəhlələrə yemək ehtiyatı aparan aşpaz Əliqara qayıdıb bəyimə xəbər gətirdi ki, su kəməri çəkilən yol gəlib bərk bir qayaya dirənib. Qayanı yarmaq, nə də arxı onun çox yüksək olan üstündən keçirmək mümkün deyil. Yol yalnız dərə boyu həmin qayanın belindən keçən ensiz cığırdan çəkilə bilər. Yer bərk və qorxuludur. Təkcə Usta Murad, Surxay könüllülərdən iş çıxmaz. Tutma fəhlələr isə işləməkdən boyun qaçırırlar. Usta Murad bəyimə ismarış göndərmişdi ki, «əlimdən bir şey gəlməz, vaxtı olsa bir özü zəhmət çəkib iş yerinə buyursun».
 
Xan qızı xəbəri alan kimi atlanıb arx çəkilən yerə yollanmışdı. Bəyim atdan düşəndə fəhlələr cəld cilovdan yapışdı. Doğrudan da hər şey onun eşitdiyi kimi idi, hiç kəs işləmirdi. Qoca Muradın ona izah etdiyi kimi suyu bu yerdə qayanın üstünə qaldırmaq olmazdı. Arx, mütləq qayanın altı ilə uçurumun üstündəki ensiz çığırla keçməli idi. Sərt yarğanlardan su sızırdı. Üstdən baxanda göz qaralır, dərənin dibi görünmürdü. Bəyim azacıq diqqətlə baxdı və qəti bir səslə əmr etdi:
— Kəndir verin!
 
Kəndirin nəyə lazım olduğunu başa düşməyən fəhlələr cəld əmri yerinə yetirdilər. Bəyim kəndiri belinə bağlayanda Usta Murad məsələni anladı; bir addım irəli gəldi.
— Bəlkə mən enəm, bəyim, — deyə yavaşca pıçıldadı.
Bəyim eyni səslə cavab verdi:
— Yox, usta, belə lazımdır.
 
Aralıda duran fəhlələr, xüsusilə Surxayın etiraz səsləri xəfif bir uğultu kimi eşidildi və yavaş-yavaş ucaldı. Usta arxasına dönüb Surxaya göz ağartdı.
— Biz ola... ola... nə düşüb... Olan döyü...
— Sənnik iş yoxdu.
 
Usta, bəyimin nə edəcəyini bilməsə də haqlı olduğunu dərk edirdi. Bəyim qayanın kənarına çatanda usta pıçıldadı:
— Bəyim, üzü qayaya tərəf sürüş, dərəyə nəbadə-nəbadə baxasan...
— Yaxşı, arxayın ol, usta...
 
Usta Murad, Surxayı və qüvvətli cavanlardan ikisini irəli çağırdı, kəndiri onlara verdi:
— Ehtiyatla, yavaş-yavaş ipi boşlayın, birdən boşaltmayın.
 
Qəzəbli və narazı gənclər xəcalətdən qızarmış üzlərini harda gizlədəcəklərini bilmədikləri halda ipi əllərinə dolayıb ehtiyatla bəyimi aşağı buraxmağa başladılar. Bəyimə yalnız Usta Murad baxırdı, qalanları isə çəkilib xəcalətlə aralıda durmuşdu...
 
...Nəhayət, bəyimin ayağı yerə toxundu. O, kəndirdən yapışıb yavaş-yavaş sərt qayanın beli boyu uzanan ensiz çığırla irəlilədi. Onun hərəkəti ilə həmahəng olaraq ipi tutmuş gənclər də yuxarıda irəliləyirdilər. Arxın yarımçıq kəsildiyi və cığırın nisbətən enli olduğu yerə çatanda bəyim durdu, burada bel-külüng tökülmüşdü. Fəhlələr bundan o yana işi davam etdirməkdən çəkinmişdilər.
 
Bir an gözü mamır, yosun basmış yarğanlara, ondan aşağı boz duman qalxan qaranlıq dərəyə baxdı. Üşəndi, başı gicəlləndi. Əlləri titrək bir hərəkətlə ipdən daha bərk yapışdı. Lakin bu bircə an oldu. O, cəld gözlərini firuzəyi səmaya çevirdi, qəlbində pıçıldadı: «Yox, yox, ixtiyarım yoxdur, mənə yüz göz baxır, bütün arzularım məhv olar...» O özünü ələ alıb irəlilədi.
 
Usta Murad Xurşidbanunun hər bir hərəkətini izləyirdi. Burada bəyim əlini şalvarının cibinə salıb bir kisə çıxardı. Kisədən bir pul götürüb durduğu yerə qoydu, sonra iri bir addım atıb yenə əyildi və bir pul qoydu, yenə də bir iri addım atıb bir pul qoydu... beləliklə, bəyim düz yüz beş dəfə əyilib qalxdı və hər dəfə də yerə bir pul qoyub qalxdı. Nəhayət, sərt cığır qurtardı, bu yerdən bəyim nisbətən asanlıqla yuxarı qalxdı. Yalnız indi onun məqsədini dərk edən Usta Murad öz yoldaşlarının əvəzinə utandığı halda başını aşağı dikib durmuşdu. Bəyim yuxarı qalxan kimi əllərini bir-birinə çırpdı, tozunu təmizlədi, mehribanlıqla gülümsəyib dilləndi:
— Sənə ağır gəlməsin, usta. O yüz beş qızıl bulağın mehridi. Yol orda doğrudan da çox çətindi. Kim o yerdən keçdi, hər addımını qazdıqca mehrin bir qızılı ona düşür.
 
Sonra fəhlələrə döndü, bir qədər ərkyana ucadan dedi:
— Siz bəs necə kişisiz, mən zənən xaylağı endim, siz enməyə qorxursunuz...
 
Fəhlələri doğrudan-doğruya xəcalət təri basmışdı: bəyimin cürətinə, səxavətinə heyran qalmışdılar. Onlar atı yaxına çəkdilər. Bəyim quş kimi ata qalxdı. Uzun müddət arxasınca «Sağ olsun, bəyim» sözlərini eşidirdi.
 
İndi işlər qurtarmaq üzrə idi.
Bu gün də Natəvan öz yaxın rəfiqəsi Fatma xanım Kəminə və xidmətçisi Gülzamanlə birlikdə şəhərin qərb tərəfinə seyrə çıxmış, yolüstü iş yerinə də dəymişdi.
 
Onlar buraya gələndə məzəli bir əhvalatın şahidi oldular. Uzunqulağının üstündəki güyümlərdən yol fəhlələri üçün qoyulmuş qazanlara su boşaldan suçu Arutyun zarafatla deyirdi:
— İçin, için, qadanız qara günlüyə, su arxını olub qurtaranda borcumu verərsiniz.
— Ərtun kirvə, məhəllənizə bulaq çəkiləndən sonra suyu neynəyəcəksən?
— Su aşı bişirəcəm, dərdin alım... Hamı gülüşdü, Natəvan Kəminəyə dedi:
— Mirzə, görəsən, bu kişini qazancından əl çəkib fəhlələrə su daşımağa vadar edən nədir? Mən ki ona əmr etməmişəm. Güzəranı da bir bu uzunqulağa, bir də o güyümlərə bağlıdır.
 
Fatma xanım gözlərini rəfiqəsinin nur saçan ilhamlı çöhrəsinə zillədi:
— Bəs səni nə məcbur etdi? Hər kəs varına görə, bacarığına görə iş tutur. Əzizim, sən minlərlə pul qoyub su yolu çəkdirəndə, kasıb Ərtunun gücü də bir uzunqulaq yükü suya çatar, Fağır Qonçanın da qüvvəsi çörək bişirməyə yetər. Elə deyilmi, mənim Xurşidim? Bu savab işdə kim işləməz?
 
— Mane olan da az deyil, Mirzə, özün ki bilirsən, — deyə o, dərindən köksünü ötürdü.
— Sən heç kəsə qulaq vermə, Xurşidim, heç kəsə! Qoy xalq özü sənin zəhmətinə qiymət versin, o da ki verir. Öz gözünlə görürsən.
 
Kəminə xəz haşiyəli göy məxmər kürdüsünü sahmanladı. Abı haşiyəli qara kəlağayısının ucunu boynuna dolayıb çənəsinin altında bərkitdi. Əllərini yanlardan gen tumanının büzmələri arasında gizləyib, üşənirmiş kimi rəfiqəsinə qısıldı. İki iri üzüm giləsinə oxşayan dəyirmi gözlərini Natəvanın baxdığı üfüqə zillədi. Bu gözlərin hər birində bir günəş parıldasa da, onlardan qadınlığın ağır, acı dərdi, kədəri süzülürdü. Şairə Mirzə Fatma rəfiqəsinin dalınca deyilən qeybətləri çox yaxşı bilirdi. Dedi:
 
Dönübdür qanə könlüm Şişə içrə çox zəif haləm,
 
Buna şahid rüxi-zərdü do çeşmi-əşkbarımdır.
 
Natəvan rəfiqəsinə yanakı baxdı. Beytdə təsvir olunan yaş dolu qara gözləri gördü, dərdinə şərik, həmdəminin əlini usulca sıxdı:
— Sağ ol, Mirzə, — dedi. Sonra onun məğrur baxışları uzaqdan duman içindən güclə seçilən Murovdağa dikildi. Onun da sıx sürməli kirpikləri nəmləndi, nazik dodaqları pıçıldadı:
 
— Dünyada iki böyük arzum vardı, Mirzə. Birinə budur - çatdım, — deyə o, əlinin xəfif hərəkəti ilə su yolunu göstərib susdu...
 
Fatma xanım Kəminə Natəvanın əlindən tutdu:
 
— Bəs o birisi? — deyə soruşdu.
Natəvan dikəldi, sanki bu hərəkəti ilə ağır düşüncələri xəyalından silib atmaq istədi.
 
— O birini də çatanda deyərəm... — deyə gülümsədi.
 
Onlar irəlilədikcə yol boyu, arx üstü basdıran fəhlələrlə qarşılaşır, salamlaşıb ötürdülər. Yol ayrıcında sıldırım qaya altından keçən dar keçiddə Usta Muradla, əlində külüng olan Surxaya rast gəldilər. Gəncin görkəmi xeyli dəyişmişdi. Çoban Surxay üç ilə yaxın idi ki, otardığı sürüdən ayrılıb, Usta Murada şagird gəlmişdi.
— Salam, usta!
— Əleykəssalam, bəyim!
— İşlər necədir?
— Gün xoşla, ay bəyim, bu gün-sabah suyu şəhərə çatdırarıq.
— Şagirdindən necə, razısanmı, usta? — deyə Natəvan əvvəl Surxaya sonra da öz şirindillisi Gülzamana baxdı.
 
Bu üç ildə o hər zaman Gülzamanla birlikdə iş üstünə çıxanda hər iki cavanın bir-birinə meyl göstərdiyini gözlərinin parıltısından, üzlərinin qızarmasından duymuşdu; iş üstünə Gülzamansız gələndə evdən çıxarkən qızın bura çatanda Surxayın nəzərində oxumuşdu. Küskün intizar, sonsuz həsrət şairənin gözlərindən yayınmamışdı.
— Yaxşıdır, bəyim, üzə tərif olmasın, Fərhad kimi dağ çapır, külüngünün ağzından od-alov çıxır.
 
— Çox yaxşı dedin, usta, elə siz hamınız bu dağların Fərhadısınız...
 
Qayıdan baş o, gülə-gülə Kəminəyə dedi:
 
— Mirzə toya hazırlaş, sənə yaxşı bir toy şənliyi vəd edirəm.
— Nə toy, Xurşid? Kimin toyu?
— Gülzamanım qanad çalıb uçacaq, Mirzə, o da mənitək qoyacaq!
— Yox a? Ha... ha... ha...
— Boy, başıma xeyir, sözciyəzinmi yoxdu, ay bəyim? — deyə Gülzaman kirpiklərini yerə endirib pıçıldadı. — Yaxşı bəs toy haçandı?
 
— Su şəhərə çatan günü. Birinci saqimiz Gülzaman olacaq. Cavan fəhlələrdən birinci kimə su versə, qızcığazımı ona verəcəyəm.
 
Hər ikisi güldü, utandığından arxada qalmış Gülzaman isə son sözə qulaq kəsildi.
 
Dayan, dərviş, bayramdır
 
Tam üç il bellər, külünglər, kürəklər işlədi, yerin bağrını sökdü; xərəklərdə torpaq, daş və palçıq daşındı; onlarla Surxaylar çıxıb Fərhad kimi dağlara sinə gərdi, adlı igid oldu, qayalarla güləşdi. Sarıbabadan gələn su yolu qıvrıla-qıvrıla dağ aşdı, dərə keçdi, sıldırım adladı. Nəhayət, o əziz gün gəlib çatdı. Bu gün şəhər bayramsayağı bəzənmişdi; hamı ən yaxşı paltarını geymiş, nəyə gümanı gəlirdisə götürüb el bayramına gəlmişdi. Köçərlidə daş atsaydın yerə düşməzdi. Meydana yığılan camaat uşaqlı-böyüklü hamı sükut və həyəcan içində gözünü bir nöqtəyə — daş bulaqdan çıxan nova zilləyib dururdu.
 
Birdən su novda səsləndi, əvvəlcə xırıltılı, boğuq bir səslə novdakı havanı çölə püskürdü, sonra fışıltı-gurultuyla axdı. Su həsrətində olanlar sevincdənmi, həyəcandanmı susurdular. Səssizliyi yalnız suyun şaqraq səsi pozdurdu.
 
İnsanlar qurumuş səhrada ilkin su görmüş yolçular kimi heyran-heyran, məftun-məftun baxırdılar; onlar sanki qorxurdular. Elə bil səs çıxarsaydılar suyun səraba çevrilib yox olacağından çəkinirdilər.
 
Lakin gördükləri həqiqət idi, ürəklərə axan həyat qüvvəsi idi. Bu qüvvə dinməzcə duranları hərəkətə gətirdi. Su həsrəti ilə yanıb qovrulan sinələr həyəcanla qalxıb endi, cadar-cadar olmuş titrək dodaqlar dilləndi:
— Natəvan!.. Bəyim!.. Xan qızı!
 
— Sağ olsun!
 
— Var olsun!
 
— Yaşasın!..
 
Bağırtılar ucaldı, ucaldı... Bu ara Usta Murad və Avanes kirvə Natəvana yanaşdılar. Usta əlindəki bürünc, naxışlı qırxaçar camı şairəyə uzadıb:
— Al, bəyim, — dedi, — birinci camı sən doldur.
 
Şairə həyəcanla ətrafında durmuş əyanlara, ruhanilərə, başda Nəvvab və Piran olmaqla dayanmış şairlərə, camaata baxdı, əlini uzadıb camı aldı; onun uzun, ağ barmaqları da kirpikləri kimi titrəyirdi, bəyaz simasına xəfif bir qızartı çökmüşdü; coşqun bir ilham zərif sinəsinə dolub köksünü qabardırdı, söz və hissin çoxluğundan nazik dodaqları aralanır, ancaq danışa bilmirdi. Nəhayət özünü ələ aldı; intizarla boş cama baxan Usta Murad və Avanes kirvəyə sarı dönüb:
— İcazə verin, birinci camı Gülzaman doldursun, ona söz vermişəm, — dedi.
 
Natəvan ətrafına göz gəzdirdi. Bayramsayağı bəzənmiş gəlin və qızlar içərisindən ən əvvəl gözünə çarpan Xanbikə oldu, ondan azacıq arxada isə Gülzaman dayanmışdı. O, başı ilə işarə edərkən gənc qız quş kimi səkə-səkə xanımının yanına gəldi. Utancaqlığını güclə yenib, bürünc camı aldı, baxdı, camın içərisində, kənarında Gülzamanın oxuya bilmədiyi müxtəlif yazılar və naxışlar vardı. Gülzaman bulağa tərəf döndü, ayaqları sözünə baxmır, dizləri əsirdi. O, səkiyə çıxdı, camı suyun altına tutub doldurdu və xanımına tərəf qayıtdı:
— Birinci cam sənindi, başına dönüm, nuş olsun!
 
Natəvan camı alıb içdi, yalnız bundan sonra naxışlı bürünc cam əldən-ələ keçməyə başladı. Gülzaman bulaqdan camı doldurub verdikcə susayan da içirdi, susamayan da.
 
Növbə gənc fəhlələrlə birlikdə gələn Surxaya çatanda, Gülzaman daha da qızardı, üzünü yana tutub camı gəncə uzatdı. Onun bu sadəlöhv hərəkəti Natəvan və Kəminənin gözündən yayınmadı, onlar bir-birinə baxıb səmimiyyətlə gülümsədilər.
 
Elə bu zaman saz səsi eşidildi. Xalq aralandı, ortalıqda geniş bir meydan yarandı, aşıq dəstəsi ortaya girdi. Birinci oxuyan yaşlı Sar aşıq idi:
 
Bulaq üstə duran gözəl,
 
Qara birçək buran gözəl,
 
Əlin belə vuran gözəl,
 
Bir cam su ver əllərindən.
 
İçib o badədən qannam,
 
Alışıb oduna yannam,
 
Hər nə desən bil inannam,
 
Tuti şirin dillərindən.
 
Avanes kirvə şairəyə yanaşdı. O, örpəyini düzəltməyə çalışan bir erməni qızının əlindən tutub Natəvanın qarşısına çəkməyə səy edirdi:
— Gəl, utanma! Bəyim, başına dönüm, bu qızım yaxşı oxuyur, söz də qoşur, izin versən... axı, bir də bu gün bayramdı... lap çoxdan arzulayıb... deyib oxuyacağam...
— Buyursun, kirvə, izindi.
— Başla, Susanna, utanma...
— Oxu, qızım...
 
Susanna balaca üçtelli sazını qabarıq köksünə basıb, üzünü indicə oxuyan aşığa çevirdi, onun da təhrik etdiyini, icazə verdiyini görüncə məlahətli bir səslə oxumağa başladı. O hər bir misranı dedikcə bir addım bulağa yanaşır, gülə-gülə onun üçün bir cam su tutub gözləyirmiş kimi duran Gülzamana baxır, sanki nəğməsinin sözlərini məhz ona, parlaqgözlü qıza söyləyirdi:
 
Xəbər verin ellərimə,
 
Bilsin qoy cahan, ay gəlin!
 
Su içməyə bulağımdan,
 
Gəlsin hər insan, ay gəlin!
 
Ocağa qoymuşam sacı,
 
Günüm bir-birindən acı,
 
Sən ol mənə əziz bacı,
 
Gülsün hayastan, ay gəlin.
 
Susannanın can sirdaşı,
 
Dostluğumun təməl daşı,
 
Kim görüb bacı-qardaşı,
 
Belə mehriban, ay gəlin!
 
O yanda isə artıq mərəkə qızışmışdı, suya qurbanlıq qoyunlar kəsilir, manqallar, təcili düzəldilmiş ocaqlar tüstüləyir, şişlərə kabab çəkilirdi. Meydançanın aşağı başında bayramsayağı düzəldilmiş süfrəyə qarılar duz-çörək, gəlin-qızlar qırmızı yumurta düzürdülər. Bu el süfrəsinə kimin nəyə gümanı gəlirdisə onu gətirmişdi.
 
Xurşidbanunun işarəsi ilə məclis şənliyə başladı. Bir dəstədə Tuğ aşıqları oxuyur; ikinci dəstədə isə gənc xanəndə Hacı Hüsü özü kimi cavan, lakin artıq yüksək sənətkarlığı ilə tanınmış məşhur tarzən Sadıqcanın müşayiəti ilə zəmin-xara muğamını başladı. Nəvvab, Növrəs, Piran, Natəvan başda olmaqla şeir və musiqi pərəstişkarları doğmaqda olan bu yeni sənət ulduzunu məftunluqla dinləyirdilər.
 
Qonaqlığın şirin yerində aşağı yoldan Köçərli məhəlləsinə doğru qalxan bir yolçu nəzəri cəlb etdi. Uzaqdan gəldiyi məlum olan bu yolçu dərviş idi; çiynində təbərzin, əlində əsa, qolunda kəşkül olan bu adamın başında çalma, ayağında yun corab və tünd mixəyi rəngli dikburun dəri ayaqqabı, belində ise qurşaq vardı. Dərvişin gündən yanmış sağlam çöhrəsi, pərakəndə saçlarına və uzun saqqalına uymayan zil qara və parlaq gözləri, enli qara qaşları onu çox gənc göstərirdi. Uzun, zəhmətli yol keçməsinə baxmayaraq, əynindəki paltar təmiz idi. Ümumiyyətlə, o, dərviş geyimli olsa da çox səliqəli bir ziyalıya bənzəyirdi. Dərviş aram-aram yaxınlaşdıqca, bayram süfrəsi başına yığılmış camaatı seyr edir; düşünürdü; əgər bayramdırsa, nə bayramıdır? Müsəlmanlarınmı? Xristianlarınmı? Toydursa — yox, deyil, süfrəyə qırmızı yumurta yığıblar, həm də Süleymana hədiyyə gətirən qarışqa kimi hərə bir şey gətirib qoyur...
 
O yaxınlaşdı, ucadan salam verib keçmək istəyirdi ki, Nəvvab səsləndi:
— Dayan, ağa dərviş, bayramdır, el süfrəsindən tikə kəs! — Sonra məsələni dərvişə söylədi.
— Yolun hardandır?
— Təbrizdən. Bayramınız mübarək olsun, suyunuz soyuq, çörəyiniz isti olsun! Xeyirli günlər görəsiniz, əzizlərim! — deyə o, bulağın yanına gəldi. Gülzamanın doldurub verdiyi piyalanı içdi.
— Nuş olsun, baba dərviş!
— Xoşbəxt ol, qızım! — deyə dərviş gözəl bir səslə oxumağa başladı:
 
Übürndə səri-bazarə çünki düşdü yolum,
 
Göründü çeşmimə bir çeşmə abi-kösərdir.
 
Əbəs yerə bu təvanaya Natəvan dedilər,
 
Onun zəkası, gücü, şeiri dildə əzbərdir.
 
Təəccüb eyləmə, Dərviş, cəlalına sən onun,
 
Deyillər Xan qızıdır — Xurşidi-münəvvərdir.
 
Yığılan şairlər: Nəvvab, Piran, Məmai, Fani və başqaları hamı bir səslə Dərviş təxəlluslu şairin bədahətən söylədiyi bu şeirə "afərin" dedilər. Bulağın adını isə «Xan qızı bulağı» qoydular. Su bayramı belə qurtardı.
 
Nağıl deməyə həvəsli nənələr belə deyir ki, Xan qızı bulağı çəkilib qurtaran günü yetmiş yerdə qazan asıldı, yetmiş tağar buğda unundan çörək yapıldı, yetmiş yerdə süfrə açıldı, yetmiş eldən, yetmiş iki millətdən qonaq gəldi, yedilər, içdilər, «bayramınız mübarək, suyunuz şirin, bəxt ulduzunuz parlaq olsun» dedilər.

DYP sürücülərə xəbərdarlıq etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
 
Bu barədə Moderator.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, qeyd olunan ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq və həmin müddət ərzində DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçiriləcəkdir.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilmiş qaydalara riayət etməyə çağırır.
 

“Bəzi ailələrdə niyə sağlamlıq imkanları <span style="color: #ff0000;">məhdud uşaqlar dünyaya gəlir?..”- CÜMƏ BƏHSLƏRİ</span>

“Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir...”- Qurani-Kərim 
 
“Belə bir uşağa göstərilən qayğının, onun tərbiyəsi və qulluğuna sərf olunan hər dəqiqənin savabının qat-qat artırılaraq yaxşı əməllər tərəzisinə yazılacağı bildirilir...”
 
Bəzi ailələrdə sağlam və güclü uşaqlar dünyaya gəldiyi halda, digər ailələrdə əqli və fiziki imkanları məhdud uşaqların doğulması dini, teoloji baxımdan bir sıra suallar doğurur. Bu, Allahın təqdirində hansı hikməti daşıyır? Valideynlərin günahları ilə övladlarının sağlamlığı arasında əlaqə varmı?
 
Moderator.az  bu mövzuda “İslam-Today” nəşrində Səidə Həyatın imzasıyla dərc olunmuş “Niyə bəzi ailələrdə əlil uşaqlar doğulur?” başlıqlı materialın tərcüməsini dəyərli oxucuların diqqətinə çatdırır.
 
“Sual:
Nə üçün Allah bəzi ailələrə sağlam və güclü övladlar bəxş edir, digər ailələrdə isə əqli və fiziki imkanları məhdud uşaqlar dünyaya gəlir? Allahın belə bir təqdirinin hikməti nədən ibarətdir?
 
Cavab:
 
İnsan öz biliyi və dünyagörüşü baxımından məhduddur. Allah isə hər şeyi əhatə edən elmə və sonsuz biliyə sahibdir. İnsan məhdud imkanları səbəbindən müxtəlif hadisələrin arxasında gizlənən ilahi hikməti tam dərk edə bilməz.
 
Bundan əlavə, insan hadisələrə əsasən bu dünyanın çərçivəsindən baxır. Halbuki hər şey Uca Allahın iradəsi və təqdiri ilə baş verir. Əgər hansısa hadisə baş veribsə, deməli, bütün zahiri şərtlər başqa cür olmasına imkan versə belə, həmin hadisənin baş verməməsi təqdir edilməyib. Əgər Allah onun baş verməməsini təqdir etsəydi, xarici şərait necə olursa-olsun, bu hadisə baş verməzdi.
 
Bəs sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi valideynlərin əvvəllər etdiyi günahların nəticəsidirmi?
 
İslama görə, hər bir insan yalnız öz səhvlərinə və günahlarına görə məsuliyyət daşıyır və başqalarının, o cümlədən valideynlərinin və ya övladlarının günahlarına görə cavabdeh deyil.
 
Quranda buyurulur:
 
“De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir.” (Ənam surəsi, 164)
 
Hədisdə də bildirilir ki, valideyn övladının günahına görə, övlad isə valideyninin günahına görə cəzalandırılmır.
 
Mömin insan dərk edir ki, Allah bu dünyanı insanları imtahan etmək üçün yaradıb. Bu baxımdan, sağlamlıq imkanları məhdud övladın dünyaya gəlməsi həm valideyn, həm də uşaq böyüdükcə onun özü üçün bir sınaq ola bilər.
 
Quranda Uca Allah hər bir insanı mal-dövlət, övlad, sağlamlıq və digər nemət və ya çətinliklərlə sınaqdan keçirəcəyini bildirir:
 
 “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! (Bəqərə, 155)
Sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi Allahın Öz qullarını sınağa çəkməsinin nümunələrindən biri ola bilər. Bu sınaq qarşısında səbir edən insan böyük mükafata layiq görülər. Belə bir uşağa göstərilən qayğının, onun tərbiyəsi və qulluğuna sərf olunan hər dəqiqənin savabının qat-qat artırılaraq yaxşı əməllər tərəzisinə yazılacağı bildirilir.
 
İnsanın bir müsibətlə üzləşməsi Allahın ona mərhəmət və lütf göstərmədiyi anlamına gəlmir. Bəlkə də bunun əksi doğrudur: Allah sevdiyi qullarını daha çox sınağa çəkə bilər.
 
Allah bu dünyada bizə müəyyən bir neməti verməyə bilər, lakin Axirətdə onun müqabilində daha xeyirlisini bəxş edə bilər. Hətta ən xoşagəlməz hadisədə belə Allahın mərhəməti və sonsuz savaba nail olmaq imkanı ola bilər.
 
Bəzən insanın qarşılaşdığı bəla və müsibətlər onun İslama yönəlməsinə, imanının möhkəmlənməsinə, həyatda həqiqi dəyərləri dərk etməsinə və Allaha şükür etməsinə səbəb olur.
 
Müəllif: Sayda Hayat”
 
Tərcümə və təqdim etdi: 
Sultan Laçın
 

Oman İranın Hörmüzlə bağlı müştərək rüsum layihəsini rədd etdi

Oman İranın Hörmüz boğazından keçən kommersiya gəmilərindən müştərək rüsum alınması ilə bağlı irəli sürdüyü təklifi rədd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin "The New York Post" nəşri regiondakı yüksəkvəzifəli məmura istinadən məlumat yayıb.
 
"İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ötən həftə verdiyi bəyanatın əksinə olaraq, Oman rüsumların yığılmasına razılıq verməkdən boyun qaçırıb", - deyə qəzeti məlumatlandıran mənbə bildirib.
 
Nəşr xatırladır ki, ötən həftə İran və Omanın xarici işlər nazirləri Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə ediblər. Bir neçə saat sonra isə SEPAH nümayəndəsi hər iki ölkənin payı barədə razılığın əldə olunduğunu bildirmişdi.
 
Bununla yanaşı, keçən həftə adı açıqlanmayan ABŞ rəsmisi məsələyə belə münasibət bildirmişdi:
 
"SEPAH tələskənliyə yol verib, çünki gəlirlərin bölüşdürülməsi ilə bağlı təklif olunan razılaşmanın şərtləri hələ Tehranın özündə belə tam təsdiqlənməyib".
 
"The New York Post" vurğulayır ki, bununla da Oman hökuməti ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan yayına bilib. Belə ki, Tramp Omanın Hörmüz boğazına nəzarət üzrə İranla danışıqları davam etdirəcəyi təqdirdə ölkəni sərt şəkildə bombalamaqla hədələmişdi.

"Gənclik Mall"un qarşısında tıxacın əsl səbəbi -<span style="color: #ff0000;"> VİDEO</span>

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında Əhməd bəy Ağaoğlu və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində günün bəzi saatlarında nəqliyyat sıxlığı müşahidə edilməsi ilə bağlı məlumat verilib.
 
Qeyd edilib ki, sıxlığın əsas səbəblərindən biri alış-veriş mərkəzinin girişinin yerləşdiyi ərazidə avtomobillərin yeraltı parklanma sahəsinə daxil olmasıdır.
 
Bu isə Əhməd bəy Ağaoğlu küçəsindən gələn nəqliyyat axınının hərəkətini ləngidir. Bundan əlavə, yolun buraxıcılıq qabiliyyətinin mövcud nəqliyyat axınına tam uyğun olmaması və piyada keçidlərindəki işıqforların hərəkətə təsiri də sıxlığın yaranmasına səbəb olur.
 
Vurğulanıb ki, ərazidə hərəkətin daha səmərəli təşkili üçün Əhməd bəy Ağaoğlu və Fətəli Xan Xoyski küçələrinin kəsişməsinin işıqforla tənzimlənməsi variantına baxıla bilər.

Aygün Kazımova ilə Namiq Qaraçuxurludan 16 il sonra yeni duet - <span style="color: #ff0000;">VİDEO</span>

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yenidən duet oxuyublar.
 
Moderator.az xəbər verir ki, sənətçilər “Gəlirəm” adlı yeni mahnı və kliplərini təqdim ediblər.
 
Sevgidən bəhs edən mahnının sözləri və musiqisi Namiq Qaraçuxurluya, aranjimanı Rasim Əsgərov və Dahin Malikə məxsusdur. Klipin rejissoru isə Delee Orucludur. Bir neçə məkanda lentə alınan ekran işində Aygün Kazımova və Namiq Qaraçuxurlu üç fərqli obrazda kamera qarşısına keçiblər.
 
Klipdə ən çox diqqət çəkən məqamlardan biri Aygün Kazımovanın gəlinlik libasında görüntülənməsi olub. Sənətçilərin obrazları üzərində modelyer-dizayner Rüfət İsmayıl və stilist Ruxa çalışıblar.
 
“Gəlirəm” artıq bütün musiqi platformalarında yayımlanıb.

Sabir Zeynalov Muju Qran-Prisinin qalibi oldu

Cənubi Koreyanın Muju şəhərində 4 sentyabr tarixində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı Qran-Pri keçirilib.
 
Moderator.az xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçumuz Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xiang Weni məğlub edib.
 
Finalda isə braziliyalı Gustavo Ruppeli üstələyərək turnirin qızıl medalını qazanıb.

Bakıda bal yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasına qeydiyyat başlayır. 
 
Moderator.az xəbər verir ki, Bal Yarmarkasında iştirak etmək istəyən arıçılar üçün qeydiyyat 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçiriləcək. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2026-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək. 
 
Arıçı fermerlərin hər biri yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə)  və 30 ədəd arı şanı satışa çıxara bilərlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən məhsullardan saxaroza nümunələri götürülərək laboratoriya şəraitində yoxlanılacaq. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.
 
Qeyd edək ki, yarmarkaya müraciət və analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən arıçılar satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi eyni zamanda digər zəruri xidmətlərlə təmin olunacaqlar.
 

Bakı-Qazax-Gürcüstan yolunda yanacaq daşıyan avtomobil qəza törədib - <span style="color: #ff0000;">FOTO/VİDEO </span>

Bakı-Qazax-Gürcüstan yolunda yanacaq daşıyan avtomobil qəza törədib.
 
Moderator.az xəbər verir ki, hadisə agistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
 
Bakı şəhəri istiqamətinə yanacaq daşıyan iri tonnajlı avtomobil dəmir maneələrə çırpılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 
 
Faktla bağlı araşdırma başlanılıb.

Avtomobil şəhid abidəsinə çırpıldı - <span style="color: #ff0000;">VİDEO</span>

Sumqayıtda minik avtomobili şəhid abidəsinə çırpılıb.
 
Hadisə dünən axşam saatlarında şəhərin 6-cı mikrorayon ərazisində baş verib.
 
“Chevrolet Cobalt” markalı minik avtomobilinin şəhid abidəsinə çırpılması nəticəsində həm nəqliyyat vasitəsinə, həm də tikiliyə zərər dəyib.
 
Xəsarət alan olmayıb. /Qafqazinfo/

Bakının mərkəzindən GÖZLƏNİLMƏZ görüntü - <span style="color: #ff0000;">Tanınmış memar ifşa etdi!</span>

Tanınmış memar Elçin Əliyev Bakıda aparılan tikinti işləri və şəhərsalma siyasəti ilə bağlı sərt fikirlər səsləndirib.
 
Mderator.az xəbər verir ki, memar son bir-iki ildə paytaxtın şəhərsalma siyasəti sahəsində baş verənlərin ciddi suallar doğurduğunu bildirib.
 
O, dövlət qurumlarının açıqlamaları ilə şəhər sakinlərinin müşahidə etdiyi reallıq arasında ziddiyyət yarandığını vurğulayıb.
 
E. Əliyev Üzeyir Hacıbəyli küçəsində 28 mərtəbəli iki “Nasimi Towers” qülləsinin tikintisinə başlanılmasını da tənqid edib. Onun sözlərinə görə, sözügedən ərazi yeni qəbul edilmiş “Bakı-2040” Baş Planında beş mərtəbədən hündür binaların tikintisinin qadağan olunduğu “Mərkəzi rayon”un qırmızı mühafizə zonasında yerləşir.
 
Memar həmçinin 28 May küçəsindən “Ritz-Carlton” otelinədək park və yaşıl bulvar salınması üçün nəzərdə tutulan ərazidə tikinti işlərinə başlanıldığını iddia edib.
 
“Belə bir şey necə mümkündür?! O zaman “Bakı-2040” Baş Planı ümumiyyətlə nəyə lazımdır?” – deyə Elçin Əliyev sual edib.
 
O bildirib ki, park və yaşıllıq zonaları üçün nəzərdə tutulan ərazilərdə qısa müddət sonra yeni binaların tikintisi üçün qazıntı işlərinin aparılması Baş Planın mahiyyətini şübhə altına alır.
 
“Belə çıxır ki, Bakıda ümumiyyətlə heç bir şəhərsalma planlaşdırılması mövcud deyil! Yalnız gözəl sxemlər, təqdimatlar və cəmiyyətə verilən vədlər var”, – deyə memar qeyd edib.
 
Elçin Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsələ ilə bağlı Bakı sakinlərinə açıq izahat verməli olduğunu bildirib.
 
“Bakı sakinlərinə “Bakı-2040” Baş Planı ilə əslində nə baş verdiyini və niyə məhz həmin Baş Planla tamamilə başqa təyinat müəyyən edilmiş ərazilərdə tikinti işlərinin aparıldığını açıq şəkildə izah etmələrinin vaxtı çatıb!” – deyə o vurğulayıb. /yenisabah.az/
 

8 ayda 7,3 milyondan çox sərnişin daşınıb - <span style="color: #ff0000;">ADY</span>

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb.
 
QSC-dən Moderator.az-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur.
 
Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (17 faiz artım), rayonlararası marşrutlarla 396 min (15 faiz artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.
 
Avqust ayında isə ümumi sərnişindaşımada (913 mindən çox) 24 faiz artım qeydə alınıb.
 

Payız Azərbaycana bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.
 
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından "Unikal"a verilən xəbərə görə, həmin an “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.
 
Fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66.56° meyilli olması ilə bağlıdır. Məhz bu meyillilik nəticəsində il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və fəsillər yaranır.
 
2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

Murad Arifdən sərt REAKSİYA:<span style="color: #ff0000;"> “Ay bisavad və acıdil canlılar...”</span>

“İynələrlə arıqlayırlar”... Bu çox savadsız fikirdir?!
 
Çünki, artıq çəki xəstəlikdir. Təbii ki, müalicə dediyində iynə də olar, həb də olar, sistem də olar, müxtəlif dərmanlar da. Mən insulin dirəncinə qarşı, illərlə ovuc-ovuc Sioforlar, Gliforlar, Jardianslar, Thinkallar, üstündən də magnisi, xromu, vitaminləri, min cür “zir-zibil” içib, bütün dietalardan bezikib, amma arıqlamadığım vaxtlar var e təcrübəmdə. Təbii ki, artıq çəki xəstəlikdirsə, doğru dərmanlarla mübarizə aparacaqsan.... Bu qədər cahil fikirlərinizi dayandırın! Məsələ yalnız iynə deyil!”
 
Moderator.az xəbər verir ki, bunu müğənni Murad Arif bildirib. O qeyd edib ki, artıq 3 aydır ki, sağlam qidalanır: 
 
“Ortada əmək, zəhmət və nəticə var. İş var iş... Ağır, yorucu, məsuliyyətli və ciddi iş. Yemək saatlarımı pozmuram! Yemək qadağalarımı pozmuram! İdmana gedirəm! Hər gün rasionumu həkimlərə hesabat edirəm! Səhər-axşam soruşurlar. Kontroldayam! Un, qlütenli yeməklər, qatıq, süd, dondurma, smetan, alkoqol, şəkər, limonadlar, tortlar, qutablar, kompotlar, axşam 7-dən sonra yeməklər, gecə soyuducunu açmaqlar, yemək saatına aid olmayan vaxtlarda atışdırmalar!!! Bütün bunları həyatımdan silmişəm... 3 aydır.
 
Və ən əsası illərlə atdığım ovuc-ovuc həblərdən azad oldum. İnsanların əməyini necə dana bilirsiniz?! “İynələrlə arıqlayıblar!” nə deməkdir?! Ay bisavad və acıdil canlılar, yorulmadınız zəhməti danmaqdan?! Mən o iynələrdən illərlə vurdum e. İllərlə iynələr vurmuşam! Amma arıqlamırdım...
 
Məsələyə məhz peşəkarlarla kompleks yanaşmaq lazım imiş”. /yenisabah/
 

Qərb mediası səfərbər oldu - <span style="color: #ff0000;">Azərbaycanın yüksəlişi kimləri qorxudur?</span>

Son günlər bir sıra Qərb media resurslarında Azərbaycanla bağlı yayılan materiallar ciddi suallar doğurur. “The Independent”, “The Guardian”, BBC, CNN, “Le Monde”, TVP və digər media qurumlarında dərc olunan yazı və reportajlarda Azərbaycanın daxili siyasəti, Qarabağ məsələsi və ölkənin beynəlxalq fəaliyyəti ilə bağlı birtərəfli yanaşmalar ön plana çıxarılır. Rəsmi Bakı bu materialların bir qismini açıq şəkildə qərəzli və manipulyativ hesab edir.
 
Məsələ təkcə ayrı-ayrı jurnalistlərin mövqeyindən ibarət deyil. Çünki müxtəlif ölkələrdə fəaliyyət göstərən və fərqli redaksiya siyasətinə malik media qurumlarının qısa zaman intervalında Azərbaycanla bağlı oxşar mənfi narrativləri gündəmə gətirməsi informasiya məkanında koordinasiya ehtimalı ilə bağlı suallar yaradır. Azərbaycan MEDİA Agentliyi də son açıqlamasında bu prosesləri ölkənin beynəlxalq imicinə qarşı informasiya hücumunun tərkib hissəsi adlandırdı.
 
Burada xüsusilə diqqətçəkən məqamlardan biri hadisələrin kontekstdən çıxarılmasıdır. Məsələn, Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş verən yanğınla bağlı yayılan məlumatın dövlətlərarası münasibətlər müstəvisinə çəkilməsi Bakının sərt reaksiyasına səbəb olub. Hesab edilir ki, belə təqdimatlar ictimai rəyi çaşdırmağa və Azərbaycan daxilində süni narahatlıq yaratmağa xidmət edir.
 
Qarabağ mövzusunda da oxşar mənzərə müşahidə olunur. Ayrı-ayrı Qərb nəşrlərində regionun tarixi ilə bağlı materiallarda Azərbaycanın mövqeyinin, Birinci Qarabağ müharibəsinin nəticələrinin, işğal faktının və yüz minlərlə azərbaycanlı məcburi köçkünün taleyinin kifayət qədər əks etdirilməməsi ciddi narazılıq doğurur. Nəticədə auditoriyaya Qarabağ münaqişəsinin yalnız bir tərəfinin baxış bucağından təqdim edildiyi mənzərəsi yaranır.
 
Azərbaycan son illərdə həm hərbi, həm diplomatik, həm də iqtisadi baxımdan öz mövqelərini gücləndirdikcə niyə onun haqqında mənfi informasiya kampaniyaları intensivləşir?
 
Məsələ ondadır ki, informasiya müharibəsi artıq klassik təbliğat vasitələrindən xeyli kənara çıxıb. İndi bir hadisənin necə baş verdiyindən daha çox, onun dünyaya necə təqdim edilməsi önəm daşıyır. Bir faktın müəyyən hissəsini seçmək, digər hissəsini kənarda saxlamaq, emosional ifadələrdən istifadə etmək və hadisəni siyasi kontekstdə təqdim etmək ictimai rəyə ciddi təsir göstərə bilər.
 
Azərbaycanın qarşısında isə mühüm vəzifə dayanır, belə kampaniyalara yalnız siyasi bəyanatlarla deyil, faktlarla, operativ informasiya ilə və peşəkar beynəlxalq kommunikasiya ilə cavab vermək...
 
Çünki informasiya savaşında susmaq da mövqedir. Əgər Azərbaycan öz mövqeyini beynəlxalq auditoriyaya vaxtında və peşəkar şəkildə çatdırmasa, yaranan boşluğu başqalarının narrativləri dolduracaq.
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Azərbaycanın regionda orta güc kimi mövqeyini möhkəmləndirməsi bir sıra Avropa dövlətlərini, eləcə də erməni lobbisinin müəyyən dairələrini ciddi şəkildə narahat edir:
 
“Bu kampaniyanın əsas məqsədlərindən biri Ermənistan-Azərbaycan arasında sülh quruculuğu prosesinə, Cənubi Qafqazda normallaşmaya və Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə mane olmaqdır. Eyni zamanda, Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi də bəzi geosiyasi mərkəzləri narahat edir. Bu, müxtəlif mərkəzlərin eyni istiqamətdə informasiya kampaniyasıdır. Cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət ölkəni orta gücə çevirib. Burada erməni lobbisinin fəaliyyəti, Fransanın Azərbaycana və Cənubi Qafqaza münasibətdə siyasəti və Rusiyanın regiondakı geosiyasi maraqları müəyyən mənada üst-üstə düşür. Əsas məqsəd Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi və geoiqtisadi reallığı qəbul etməməkdir. Türkiyə-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da güclənməsi isə regionda yeni siyasi və iqtisadi düzənin formalaşmasına səbəb olub. Azərbaycanın nəqliyyat, enerji və geosiyasi əhəmiyyətinin artması fonunda ona qarşı informasiya təzyiqlərinin də güclənməsi təsadüfi deyil. Lakin Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Ölkənin siyasi, iqtisadi və hərbi imkanlarının güclənməsi ona qarşı yönələn mümkün təxribatlara daha adekvat cavab vermək imkanlarını da artırır. Buna görə də həyata keçirilən hər hansı informasiya və hibrid təzyiq kampaniyasının Azərbaycanın strateji kursuna ciddi təsir göstərəcəyi real deyil. Təbii ki, Azərbaycan daxildə milli həmrəyliyi qorumalı və bir çox sahələrdə real islahatlar həyata keçirməli, xalqın sosial vəziyyəti yaxşılaşmalıdır”.

Tanınmış professora ağır itki

Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor İbadulla Ağayevə ağır itki üz verib.
 
İ.Ağayevin bacısı Kəmalə xanım vəfat edib.
 
İbadulla Ağayev 1992-ci ildən 2020-ci ilədək Səhiyyə Nazirliyinin Baş epidemioloqu vəzifəsində çalışıb. 
 
Allah rəhmət eləsin! /Yeni Sabah/
 

Sabah 35 dərəcə isti olacaq - <span style="color: #ff0000;">PROQNOZ</span>

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlandı.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Xidmətdən yayınan və dələduzluq edən iki nəfər Rusiyadan ekstradisiya edildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Nahid Əlicanlı və Renad Orucovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Bildirilib ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınması, Nizami Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul olunub və istintaqdan qaçıb gizləndiklərinə görə dövlətlərarası axtarışa verilib.
 
Hər iki şəxs Rusiyanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətiriliblər.
 

391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

107 dövlət orqanında mövcud olan 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.
 
Bu barədə Moderator.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
 
Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə namizədlərlə 1798 müsahibənin keçirilməsi planlaşdırılır.
 
Ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Aparat, "YAŞAT" Fondu ilə iş şöbəsi, baş məsləhətçi (1 vakant yer üzrə 63 namizəd), Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Aparat, Dövlət qulluğu və insan resurslarının idarə edilməsi şöbəsi, İnsan resurslarının idarə edilməsi sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 42 namizəd) vəzifələri üzrə qeydə alınıb.
 
Müsahibələrin 14 sentyabr – 29 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır.

Siqaret qaçaqmalçılığında ittiham olunan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək

Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Tağıyev Ənvər Həsən oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Bildirilib ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə aksiz markası markalanmalı olan həmin yükü markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.
 
Həmin şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.
 
Hazırda Ənvər Tağıyevin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
 
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
 
Qeyd edək ki, Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev milyonluq qaçaqmalçılıqda ititham edilir.

Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – <span style="color: #ff0000;">TƏFƏRRÜAT</span>

Bakının Binəqədi rayonunda arvadını öldürməklə hədələyən kişi həbs edilib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı şəhər sakini Səidə Məmmədova (ad-soyad şərti verilib – red.) Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə həyat yoldaşı tərəfindən şiddət görməsi barədə müraciət edib.
 
Müraciət əsasında ünvana yollanan polis əməkdaşları Sabirabad rayon sakini, 1993-cü il təvəllüdlü Faiqi saxlayıblar.
 
Məlum olub ki, o, sərxoş vəziyyətdə yaşadığı ünvana gəlib və həyat yoldaşı ilə mübahisə yaradıb. Bu zaman qadın qapını açmayıb. Bundan əsəbləşən Faiq mənzilin qapısını təpiklə və əllə döyüb, arvadının ünvanına nalayiq ifadələr işlədib, səs-küy salaraq qonşuların və ətrafdakı digər şəxslərin diqqətini cəlb edib.
 
Həmçinin Faiq polisin qanuni tələblərinə tabe olmayıb.
 
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə iş qaldırılıb.
 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səidənin sözlərinə görə, həyat yoldaşı Faiq hər gün sərxoş vəziyyətdə yaşadığı mənzilə gəlib və onunla mübahisə edib: “Uşaqlarımın gözü qarşısında qışqırır, ailədə davamlı olaraq gərginlik yaradırdı. Həyat yoldaşımın bu davranışlarından qorxduğum üçün bəzi hallarda mənzilin qapısını açmıram. Belə hallarda o, qapını döyüb təpikləyir, səs-küy salırdı. Qonşuların yanında ünvanıma söyüş və nalayiq ifadələr işlədərək məni təhqir edirdi. Yaranmış səs-küy nəticəsində qonşular hadisə yerinə toplaşır, bizi sakitləşdirməyə, mübahisənin qarşısını almağa çalışırdılar”.
 
Zərərçəkmiş deyib ki, həyat yoldaşının bu hərəkətləri ilə əlaqədar dəfələrlə Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib: “Polis əməkdaşları müraciətlər əsasında hadisə yerinə gəlsələr də, ərim onların gəldiyini gördükdə hadisə yerindən qaçaraq gizlənirdi. Buna görə də əvvəlki hallarda onun saxlanılması mümkün olmurdu.
 
Sonuncu dəfə də ərim sərxoş vəziyyətdə gələrək əvvəlki hərəkətlərini təkrarladı. Bundan sonra yenidən “102” xidmətinə müraciət etdim. Hadisə yerinə gəlmiş polis əməkdaşlarını görən Faiq qaçmağa cəhd göstərdi. Polis əməkdaşları onun arxasınca gedərək saxladılar və polis şöbəsinə apardılar”.
 
Zərərçəkmiş deyib ki, Faiq əvvəllər votsapda mesajlar göndərərək onu ölümlə, uşaqlarını aparmaqla hədələyib. İşlədiyi yerə gələrək, onu zorla iş yerindən çıxaracağı məzmununda hədələr də edib.
 
Təqsirləndirilən Faiq izahatında bildirib ki, həqiqətən qeyd olunan əməlləri törədib: “Hərəkətlərimin səbəbini ailəmdən ayrılmaq istəməməyim, həyat yoldaşımla barışaraq ailəmi bərpa etmək və övladlarımın yanında olmaq cəhdim olub. Bu hərəkətlərə sərxoş vəziyyətdə yol vermişəm, davranışımın düzgün olmadığını sonradan anlamışam. Əməlimdən peşmanam. Səhvə yol verdiyimi etiraf edirəm. Gələcəkdə bu cür hərəkətləri bir daha təkrarlamayacağıma söz verirəm”.
 
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Faiq 20 gün müddətinə həbs edilib.
 

Hörmüz boğazı və nüvə proqramı: <span style="color: #ff0000;">ABŞ hökuməti İrandan nəyi tələb edəcək?</span>

ABŞ hökuməti İranla mövcud münaqişənin qarşılıqlı anlaşma memorandumu yolu ilə həll olunması variantını nəzərdən keçirmir.
 
Moderator.az xəbər verir ki, bu barədə özəl mənbələrinə istinadən Böyük Britaniyanın "Financial Times" nəşri məlumat yayıb.
 
Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın Administrasiyası memorandum əvəzinə "daha əhatəli müqavilə" imzalamağı planlaşdırır. Bu sənədə həm Hörmüz boğazı, həm də Tehranın nüvə proqramı ilə bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulur.
 
Nəşr, həmçinin vurğulayır ki, hazırda ABŞ ilə İran arasında danışıqlar dayandırılıb. Bununla belə, adının çəkilməsini istəməyən diplomatlar bildiriblər ki, vasitəçilər Vaşinqton və Tehran arasındakı kommunikasiya kanallarını açıq saxlayıb və yeni saziş üçün baza formalaşdırmağa çalışırlar.
 
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqtonla Tehran bütün cəbhələrdə, o cümlədən Livan ərazisində hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qarşılıqlı anlaşma memorandumu imzalamışdı. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşdırılmış şərtləri pozmaqda günahlandıraraq, irimiqyaslı zərbələri yenidən bərpa etdi. Qlobal neft ticarətinin təqribən 25 faizi, mayeləşdirilmiş təbii qazın isə 20 faizə yaxın hissəsi məhz bu boğaz vasitəsilə daşınır. /oxu.az/
 

Toralın komandası qələbə qazandı -<span style="color: #ff0000;"> VİDEO</span>

Millimizin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi Türkiyənin “Bursaspor” klubu doğma meydanda “İstanbulspor”u qəbul edib.
 
Moderator.az verir ki, oyun “Bursaspor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Toral Bayramov oyunun 70-ci dəqiqəsində meydana daxil olub.
 
Qeyd edək ki, “Bursaspor” hazırda 12 xalla 2-ci pillədə qərarlaşıb.
 
Sözügedən oyunun icmalını təqdim edirik: 

“Daxilimdəki cəhənnəmi cənnətə çevirən ailə” - <span style="color: #ff0000;">FOTOLAR</span>

Aktyor Corc Qafarov bir neçə gün əvvəl keçirilən nişan mərasimindən fotolarını sosial şəbəkə hesabında paylaşıb.
 
Aktyor paylaşımında onu 7 yaşından etibarən böyüdən və həyatında xüsusi yeri olan ailə haqqında duyğusal fikirlərini bölüşüb.
 
Corc sözügedən ailənin uşaqlıq illərində yaşadığı çətinlikləri unutdurduğunu və ona xoşbəxt bir həyat bəxş etdiyini bildirib:
 
“Corcun daxilindəki cəhənnəmi cənnətə çevirən ailə. 7 yaşımdan məni insan olaraq xilas edən ailə. Küçədə, ümid yerində, uşaq evində yaşadığım vaxtlarda mənə bütün bunları unutduran ailə. Sitarə, Əli, Fatimə, Natiq müəllim və həyat yoldaşı İradə xanım…
 
Bu ailə mənim üçün ailədən üstün oldu. Hər uşağın yaşaya bilməyəcəyi həyatı yaşatdılar mənə. Düşünürəm ki, onlar Allah tərəfindən mənə göndərilmiş mələklər oldular. 31 yaşıma kimi heç kimin onlardan xəbəri olmadı. Yəqin ki, etdikləri yaxşılıqları insanların bilmələri üçün deyil, Allahın bundan xəbərdar olması üçün idi.
 
Onlar mənə öz evlərinə, öz dünyalarına qapı açdılar. Məni o qədər xoşbəxt etdilər ki, mən cənnəti öz gözlərimlə gördüm. Cənnətə düşdüyüm həmin ailə ilə tanış olmağınızı istədim.
 
Mən bilmirəm, onların başını nə qədər uca edə bilmişəm. Onlar isə bu həyatda yaşaya biləcəyim hər şeyin ən gözəlini yaşatdılar. Məni bir şəxsiyyət olaraq çox möhtəşəm yetişdirdilər.
 
Mənə yaşatdığınız sevinclərin 100 qatını sizin ailədə yenicə dünyaya gəlmiş övladlarınız yaşasın. Amin. Sonsuz və əbədi sevgilər sizə”. (Axşam.az)

Xalq artistinin durumu AĞIRDIR

Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır-stabil olaraq qalır.
 
Moderator.az bildirir ki, bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq, Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
 
Bildirilib ki, Reanimasiya və intensiv terapiya şöbəsində Xalq artistinin kompleks müalicəsi davam edir.

Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək

ABŞ hökuməti, sabiq prezident Co Baydenin rəhbərliyi dövründə Ukraynanın hərbi təchizatına xərclənmiş maliyyə vəsaitlərini Avropa dövlətlərindən geri almaq niyyətindədir.
 
Moderator.az xəbər verir ki, müvafiq bəyanatla Birləşmiş Ştatların Prezidenti Donald Tramp çıxış edib.
 
"Truth Social" platformasında narazılığını bildirən Tramp qeyd edib ki, Ukrayna və NATO-ya yüzmilyardlarla dollar əvəzsiz şəkildə təqdim edilib.
 
"Avropadan istənilsəydi, bunun əvəzini ödəyərdilər, ancaq biz bir qədər gecikmiş olsaq belə, həmin pulları mütləq geri istəyəcəyik!" - deyə Tramp qeyd edib.
 
Dövlət başçısının sözlərinə əsasən, Bayden administrasiyası Kiyevə Vaşinqtonun İranla olan münaqişəsində sərf etdiyi sursatlardan qat-qat çox hərbi ləvazimat göndərib. D.Tramp, həmçinin xüsusi olaraq vurğulayıb ki, bütün bu tədarüklər tamamilə pulsuz şəkildə həyata keçirilib.

Kamil Zeynallı Tailandda “döyüldü” - <span style="color: #ff0000;">VİDEO</span>

Fitnes məşqçisi Kamil Zeynallı Tailanda istirahətə yollanıb.

Moderator.az yeni sabah-a istinadla xəbər verir ki, o, sosial media hesabında buddist rahiblə maraqlı görüntülərini paylaşıb.

Rahib ilk olaraq idmançının qoluna rəngli ip bağlayaraq onun üçün dua etməyə başlayıb. Daha sonra əlindəki nazik süpürgəyəbənzər çubuqla Kamilin saçına su səpərək başından vurub.

Həmin kadrlar sosial mediada gülüşlə qarşılanıb.


Narkozlu halda sirlərimizi danışa bilərik? - <span style="color: #ff0000;">Həkimdən AÇIQLAMA</span>

Narkoz zamanı insanın özünü idarə edə bilməyərək bütün sirlərini danışması ilə bağlı geniş yayılan fikir həqiqəti əks etdirmir.
 
Moderator.az xəbər verir ki, bu barədə anestezioloq Aleksey Pıreqov danışıb.
 
Həkimin sözlərinə görə, insan narkoz altında öz sirlərini şüurlu şəkildə açıqlamır. Bununla belə, bəzi hallarda əməliyyat zamanı xəstə müəyyən sözlər deyə bilər. Ancaq narkozun təsiri altında beyin siqnalları fərqli şəkildə ötürdüyündən həmin sözlərin məntiqi mənasını anlamaq mümkün olmur.
 
Anestezioloq bildirib ki, bəzən mədəni və sakit bir xəstə qəfil söyüş söyə, başqa biri isə gözlənilmədən ingilis dilində danışa bilər.
 
Pıreqov həmçinin anesteziyanın insan ömrünü beş il qısaltması ilə bağlı fikri də təkzib edib. Onun sözlərinə görə, düzgün tətbiq edilən anesteziya orqanizmə zərər vermək üçün deyil, əməliyyat zamanı xəstəni qorumaq məqsədi daşıyır. /Lent.az/
 

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başladı

2026-2027-ci tədris ilinin birinci yarımili üzrə peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesinə start verilib.
 
Bu barədə Moderator.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər. Müraciət üçün son tarix 10 sentyabr, saat 18:00-dır.
 
"Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər (eyni ixtisas üzrə təhsil müəssisəsini dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən və müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alanlar istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. İlk peşə təhsili səviyyəsi üzrə tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir. Texniki peşə təhsili səviyyəsi üzrə tədris ilinin birinci kursunu bitirməmiş tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.
 
Peşə təhsili müəssisələrində tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi və bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində aparılır.
 
Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər", - məlumatda qeyd olunub.

Bu şəhərlərdə güzəştli mənzillər satışa çıxarıldı

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzillər satışa çıxarılıb.
 
Moderator.az xəbər verir ki, ​Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin, ümumilikdə 535 mənzilin satışı saat 16:00-a qədər həyata keçiriləcək.
 
​Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. ​Yalnız bu sistemdə elektron kabinetə sahib olan vətəndaşlar mənzil seçmək hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdirlər.
 
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
 
Yaşayış kompleksləri Dövlət Tikinti Normalarına uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin müsbət rəyləri mövcuddur. Mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilib.
 

“Mançester Yunayted”in “Sabah”la oyun üçün iştirak ərizəsi açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Sabah”la qarşılaşacaq İngiltərənin “Mançester Yunayted” klubu iştirak ərizəsini açıqlayıb.
 
Moderator.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Maykl Kerrik siyahıya 25 futbolçunun adını daxil edib.
 
Qapıçılar: Senn Lammens (Belçika), Karl Darlou (Uels), Tom Hiton, Dermot Mi (Şimali İrlandiya);
 
Müdafiəçilər: Dioqo Dalot (Portuqaliya), Nusser Mazraui (Mərakeş), Matteys de Lixt (Niderland), Harri Maquayr, Lisandro Martines (Argentina), Patrik Dorqu (Danimarka), Luk Şou;
 
Yarımmüdafiəçilər: Meyson Maunt, Brunu Fernandeş (Portuqaliya), Andrey Santos (Braziliya), Yuri Tilemans (Belçika), Karlos Baleba (Kamerun), Manuel Uqarte (Uruqvay), Eyden Heven;
 
Hücumçular: Markus Reşford, Mateus Kunya (Braziliya), Coşua Zirkze (Niderland), Amad Diallo (Kot-d’İvuar), Brayan Mbömo (Kamerun), Tinan Tompson, Benjamin Şeşko (Sloveniya).
 
Qeyd edək ki, sentyabrın 10-da İngiltərənin Mançester şəhərindəki “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Valideynlərindən fərqli yaşayırlar: <span style="color: #ff0000;">Yeni nəsil valideynlərin tərk etdiyi 6 ənənəvi qayda</span>

Yeni nəsil valideynlər əvvəlki nəsillərin həyat tərzini və ailə dəyərlərini getdikcə daha çox yenidən nəzərdən keçirirlər. 1981–1996-cı illər arasında anadan olan bu nəslin nümayəndələri şəxsi rahatlığı, seçim azadlığını və həyat keyfiyyətini ənənəvi uğur anlayışlarından üstün tutmağa başlayıblar.

Moderator.az “YourTango” nəşrinə istinadla xəbər verir ki, yeni nəsil valideynlər öz valideynlərinin normal hesab etdiyi bir sıra davranış və həyat prinsiplərindən uzaqlaşırlar. Bu dəyişikliklər təhsil, iş, maliyyə, ailə münasibətləri və maddi dəyərlərə yanaşmada özünü göstərir.

Ali təhsil artıq mütləq şərt deyil

Əvvəllər universitet diplomu uğurlu karyeranın əsas şərtlərindən biri hesab olunurdu. Lakin təhsil haqlarının artması və diplomun hər zaman yüksək gəlir və iş təminatı yaratmaması bu yanaşmanı dəyişib.

Bir çox valideyn övladının mütləq universitetə daxil olmasını deyil, real bacarıqlar qazanmasını, peşəkar təcrübə toplamasını və özünə uyğun karyera yolu seçməsini daha vacib hesab edir.

Evdə mükəmməl nizam tələbi azalır

Yeni nəsil valideynlər evin hər zaman qüsursuz vəziyyətdə saxlanılması fikrindən də uzaqlaşırlar. Onlar ev işləri ilə şəxsi həyat arasında balans yaratmağa daha çox üstünlük verirlər.

Bir neçə dağınıq əşyanın olması artıq uğursuzluq və ya məsuliyyətsizlik kimi qəbul edilmir. Əsas məqsəd həyat keyfiyyətini qorumaqdır.

Uşaqlara erkən yaşdan pul öyrədilir

Maliyyə savadlılığı yeni nəsil valideynlərin xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Onlar uşaqları ilə pul, qənaət və büdcə barədə daha erkən danışmağa çalışırlar.

Uşaqlara yalnız pul qazanmaq və xərcləmək deyil, gəlirlərini düzgün idarə etmək, qənaət etmək və alış-veriş zamanı düşünülmüş seçimlər etmək öyrədilir.

İş artıq həyatın mərkəzində deyil

Karyera naminə şəxsi həyatdan və istirahətdən tamamilə imtina etmək düşüncəsi əvvəlki qədər populyar deyil. Yeni nəsil valideynlər iş və şəxsi həyat arasında sərhəd yaratmağa çalışırlar.

Ailə, dostlar, şəxsi maraqlar və istirahət üçün vaxt ayırmaq onlar üçün karyera uğuru qədər əhəmiyyətlidir. Uzun iş saatlarının isə avtomatik olaraq maddi rifah gətirmədiyi düşünülür.

Ailə qurmaq üçün vahid ssenari yoxdur

“Evlən, uşaq sahibi ol, ev al” modeli artıq hər kəs üçün məcburi həyat ssenarisi sayılmır.

Bir çox insan əvvəlcə maliyyə sabitliyinə nail olmağa və ailə qurmağa hazır olduğuna əmin olmağa üstünlük verir. Bəziləri isə ənənəvi münasibət modelindən fərqli seçimlər edir və ya ümumiyyətlə uşaq sahibi olmağı planlaşdırmır.

Tək valideynli ailələr, qarışıq ailələr, uşaqsız cütlüklər və ayrı maliyyə büdcəsinə üstünlük verən tərəfdaşlar da daha çox yayılmış həyat modellərinə çevrilir.

Əşyadan çox təəssürata üstünlük verilir

Yeni nəsil valideynlərin maddi dəyərlərə münasibəti də dəyişir. Əvvəlki nəsillər üçün böyük ev, avtomobil və bahalı əşyalar uğurun göstəricisi hesab edilə bilərdisə, indi şəxsi təcrübələr daha ön plana çıxır.

Səyahət etmək, yaxınlarla vaxt keçirmək, yeni bacarıqlar öyrənmək və sevdiyi işlə məşğul olmaq bir çox insan üçün növbəti maddi alışdan daha dəyərli hesab olunur.

Beləliklə, yeni yanaşmanın əsas fəlsəfəsi getdikcə “daha çox sahib olmaq”dan “daha yaxşı yaşamaq”a doğru dəyişir.

Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə <span style="color: #ff0000;">hökm oxundu</span>

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Amid Ümidlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Moderator.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.
 
İttihama görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən restoranlardan birində baş verib.
 
Belə ki, Amid Ümidli zərərçəkmiş İnarə Əsədova (adı, soyadı şərtidir) ilə sevgi münasibətində olub. Hadisə zamanı zərərçəkmiş şəxsin tanışı ilə səmimi şəkildə danışıb gülməsi tərəflər arasında qısqanclıq zəminində mübahisəyə səbəb olub. Mübahisə zamanı Amid İnarənin boynundan qəsdən sıxıb.
 
Bununla kifayətlənməyən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qol və bud nahiyələrinə yumruqla zərbələr endirib.
 
Döyülmə nəticəsində İnarə Əsədovanın müxtəlif nahiyələrində xəsarətlər yaranıb.
 
Məhkəmənin hazırlıq iclasında Amid Ümidli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini bildirib. Həmçinin İnarə ilə barışdığını qeyd edərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edib.
 
Hazırlıq iclasında İnarə Əsədova da məhkəməyə ərizə təqdim edib. O, təqsirləndirilən şəxsin vurduğu maddi ziyanı ödədiyini və tərəflərin barışdığını bildirib. Zərərçəkmiş şəxs Amidə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib. O da məhkəmədən təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edib.
 
Xatırladaq ki, Amid Ümidlinin anket məlumatlarında evli olduğu qeyd edilir.

Nahidə Babaşlı toy tarixini açıqladı

Müğənni Nahidə Babaşlı toy tarixini açıqlayıb.
 
Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Nahidə Halim Baydudla 07.07.2027 tarixində toy edəcəyini bildirib.
 
Qeyd edək ki, üç il əvvəl Serkan Küçükceylandan boşanan müğənni bu ilin iyulunda nişanlanıb. O, “Ay yüzlüm” mahnısı ilə Azərbaycanda və Türkiyədə məşhurlaşıb. (Axşam.az)

Ağalar Vəliyev yüksək bal toplayan Xaçmazlı tələbələri mükafatlandırdı - <span style="color: #ff0000;">FOTO</span>

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev ənənəyə uyğun olaraq bu il də Xaçmaz rayonunda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan gənclərlə görüşüb, onların sevincinə şərik olub və uğurlarını yüksək qiymətləndirib.

Moderator.az xəbər verir ki, sentyabrın 3-də Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən Heydər Əliyev mərkəzində keçirilən təntənəli tədbirdə millət vəkili Ağalar Vəliyevlə yanaşı, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid ailələri, qazilər, təhsil işçiləri, valideynlər, tələbələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkədə insan kapitalının inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə təhsil infrastrukturunun müasirləşdirilməsinə və gənclərin daha yaxşı şəraitdə təhsil almasına geniş imkanlar yaradır.

Çıxış edən natiqlər qeyd ediblər ki, gənclərin təhsilə marağının artırılması, onların əməyinin dəyərləndirilməsi və yeni uğurlara həvəsləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər arasında Ağalar Vəliyevin hər il ənənəvi olaraq təşkil etdiyi mükafatlandırma mərasimləri xüsusi əhəmiyyət daşıyır.

Mərasimdə millət vəkili Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə cari ildə ali məktəblərə qəbul olunan 107 tələbə müxtəlif məbləğlərdə pul mükafatları ilə təltif edilib. Mükafat alanlar arasında 400–500 bal toplayan 65 nəfər, 500–600 bal toplayan 31 nəfər, 600–650 bal toplayan 8 nəfər, 650–700 bal toplayan 2 nəfər, həmçinin topladığı baldan asılı olmayaraq tələbə adını qazanan bir şəhid övladı yer alıb.

Toplantıda ən yaddaqalan məqamlarından biri də gənclərə ünvanlanan motivasiya dolu çağırışlar olub. Bildirilib ki, bugünkü uğurlar gələcək böyük nailiyyətlərin başlanğıcıdır və Azərbaycan cəmiyyətinin inkişafı məhz savadlı, vətənpərvər, müasir dünyagörüşünə malik gənclərin fəaliyyəti ilə daha da sürətlənəcək.

Çıxışlarda bu fikir də səslənib ki, təhsilə verilən dəyər gələcəyə yatırılan ən böyük sərmayədir. Xaçmazlı gənclərin əldə etdiyi uğurlar isə rayonun və ölkənin sabahına olan inamı daha da gücləndirir.

Tədbir iştirakçıları Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə yüksəlməsində, gənclərin bilikli, vətənpərvər və yüksək bacarıqlı kadrlar kimi formalaşmasında göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib, həyata keçirilən uğurlu təhsil siyasətini yüksək dəyərləndiriblər.

 

Türkiyənin Qara dəniz zirvələri KAÇKAR BY UTMB 2026-ya ev sahibliyi edəcək - <span style="color: #ff0000;">FOTO</span>

Yamyaşıl və toxunulmaz təbiəti ilə seçilən Türkiyənin Qara dəniz bölgəsi son dövrlərdə beynəlxalq idman ictimaiyyətinin də diqqət mərkəzinə çevrilib. Uca dağ zirvələri, dik dərələri, sıx meşələri və yüksək yüksəkliklərdə yerləşən cığırları regionu dözümlülük idmanları üçün ideal məkana çevirir. 11-13 sentyabr tarixlərində isə bu möhtəşəm coğrafiya KAÇKAR BY UTMB 2026 yarışının ikinci buraxılışına ev sahibliyi edərək dünyanın müxtəlif ölkələrindən gələn peşəkar idmançıları bir araya gətirəcək.
 
Dünyanın nüfuzlu UTMB World Series seriyasının bir hissəsi olan bu mötəbər cığır qaçışı yarışı dözümlülük, təbiət və macəra həvəskarlarını bir araya gətirir. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizmi Təbliğ və İnkişaf Agentliyinin (TGA) dəstəyi ilə keçirilən KAÇKAR BY UTMB iştirakçıları Rizenin Çamlıhemşin rayonunda yerləşən Kaçkar dağlarının sərt relyefi və valehedici mənzərələri ilə tanış edir. Buludların üzərində keçən çətin yarışdan daha çoxunu vəd edən tədbir Qara dəniz bölgəsinin ən möhtəşəm təbiət mənzərələri fonunda fiziki və psixoloji dözümlülüyün sınandığı, unudulmaz macəra təqdim edir.
 
İkinci dəfə keçirilən KAÇKAR BY UTMB Türkiyənin ən nüfuzlu açıq hava idmanı tədbirlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Ötən il Rize 59 ölkədən 1 878 idmançı ilə yanaşı, on minlərlə idman həvəskarını qəbul etdiyi halda, bu il yarışda 60-dan çox ölkədən 2 000-dən artıq idmançının iştirakı gözlənilir. Dünya səviyyəli idman təcrübəsi təqdim etməklə yanaşı, tədbir iştirakçılara yerli mədəniyyəti yaxından tanımaq imkanı da yaradacaq.
 
Türkiyədən və dünyanın müxtəlif ölkələrindən olan qaçışçılar builki KAÇKAR BY UTMB çərçivəsində unudulmaz səyahətə hazırlaşırlar. Çətinlikləri möhtəşəm mənzərələrlə birləşdirən marşrut iştirakçıları tarixi karvan yolları və qədim çoban cığırları boyunca aparacaq, onları canlı yerli yaşayış məntəqələri və qədim kəndlərlə tanış edəcək.
 
Kaçkar by UTMB-nin 2026-cı il buraxılışı çərçivəsində yarışlar dörd fərqli marşrut üzrə keçiriləcək. İdmançılar Kaçkar 100K, Kaçkar 50K, Kaçkar 20K və Ayder 4K kateqoriyalarında mübarizə aparacaqlar. Bütün marşrutların start nöqtəsi Ayder yaylağı olacaq.
 
Kaçkar 100K marşrutu 82 kilometr məsafə və 5 600 metr yüksəklik fərqi ilə iştirakçılardan yüksək dözümlülük, diqqət və dağlara böyük hörmət tələb edir. İdmançılar dağ silsilələrinə qalxacaq, dərələrdən keçəcək və hər biri Kaçkarların özünəməxsus xüsusiyyətlərini əks etdirən 12 dağ kəndini ziyarət edəcəklər. 44 kilometr uzunluğa və 3 000 metrdən çox yüksəklik fərqinə malik Kaçkar 50K isə 100K marşrutunun sərhədlərini aşmadan eyni dağ ab-havasını yaşamaq imkanı yaradır. Yamyaşıl meşələr, Kemer dağı, eləcə də 300 illik daş evləri ilə dözümlülük və keçmişin izlərini yaşadan Hazindak və Samistal yaylaqları marşrut boyunca iştirakçıları müşayiət edir.
 
Kaçkar 20K da müxtəlif relyeflərdən keçən marşrutu ilə qaçış həvəskarlarına unudulmaz təcrübə bəxş edir. Daha qısa məsafəyə malik olsa da, yüksəklik, dəyişkən hava şəraiti, saf dağ havası və canlı kənd mənzərələri bu marşrutda da iştirakçılardan diqqət və hazırlıq tələb edir. Ayder 4K isə sürətdən daha çox kəşfə fokuslanır. Bununla belə, marşrut bölgəyə xas relyefi yaxından hiss etmək üçün autentik imkan təqdim edir. Təxminən 4 kilometr məsafə və 230 metr yüksəklik fərqi ilə bu marşrut cığır qaçışına ilk dəfə qatılanlar üçün ideal başlanğıc seçimidir.
 
Şərqi Qara dəniz bölgəsində dənizə paralel uzanan Kaçkar dağları Rize və Artvin vilayətləri arasında təbii sərhəd yaradır. Yer üzündəki bu cənnət dünyanın biomüxtəliflik baxımından ən zəngin ərazilərindən biri hesab olunur. Toxunulmamış təbiəti ilə seçilən Kaçkarlar Türkiyənin ən məşhur açıq hava idmanı məkanları sırasında xüsusi yer tutur. Çay sahillərindən başlayan yürüş marşrutları tədricən yüksəkliklərə doğru uzanır, bəzi ərazilərdə buludları aşaraq geniş yaylalara çıxır. Ucsuz-bucaqsız yüksəkliklərdə çoxsaylı buzlaq gölləri yerləşir. Burada yürüşçülər səyahətlərinə fasilə verərək göl kənarında düşərgə qura və saf dağ havasının dadını çıxara bilərlər.
 
Yürüş, alpinizm və düşərgə ilə yanaşı, Kaçkarlar qış aylarında da canlanan və ilin bütün fəsillərində ziyarətçilər üçün fərqli imkanlar təqdim edən mühüm turizm məkanıdır. Qış idmanı həvəskarları Ovit və Handüzü kimi yüksək yaylalarda ideal qar şəraitinin yaratdığı imkanlardan yararlanaraq alp xizəyi sürə bilərlər. Toxunulmamış qarda, hazırlanmış traslardan kənarda xizək sürmək istəyənlər üçün isə Kaçkarlar heliskiinq üzrə Avropanın ən yaxşı məkanlarından biri kimi beynəlxalq səviyyədə tanınır. Ağac örtüyünün sona çatdığı yüksəkliklərdə snoubord və xizək həvəskarlarını geniş alp yaylalarında sərbəst sürüş üçün sonsuz imkanlar gözləyir.

Hər gün yediyimiz səhər yeməyi təhlükəlidir? – <span style="color: #ff0000;">Həkim açıqladı</span>

Səhər yeməyində tez-tez seçilən bəzi qidalar müntəzəm istehlak edildikdə ürək-damar sistemi və mədəaltı vəz üçün əlavə risk yarada bilər. Mütəxəssislər xüsusilə yağlı məhsulların birlikdə qəbuluna diqqət çəkirlər.

Moderator.az xəbər verir ki, qastroenteroloq Sergey Vyalov acqarına kərə yağı və tam yağlı pendirlə hazırlanan sendviçlərin tez-tez istehlakının sağlamlıq baxımından arzuolunmaz ola biləcəyini bildirib.

Bu qidalar doymuş yağlarla zəngindir. Onların həddindən artıq və müntəzəm qəbulu qanda “pis” xolesterolun yüksəlməsinə, ateroskleroz riskinin artmasına və nəticədə ürək-damar xəstəliklərinin yaranmasına şərait yarada bilər.

Həkim həmçinin yağlı qidaların həddindən artıq qəbulunun mədəaltı vəzə əlavə yük yaratdığını qeyd edir. Xüsusilə belə qidaların spirtli içkilərlə birlikdə istifadəsi kəskin pankreatit riskini artıra bilər.

Mütəxəssislər bildirirlər ki, problem bir dəfə yağlı sendviç yeməkdə deyil. Əsas risk bu cür səhər yeməyinin müntəzəm vərdişə çevrilməsidir.

Daha sağlam seçim üçün səhər yeməyində tərəvəz, tam taxıllı məhsullar, yumurta, yağsız və ya az yağlı süd məhsulları kimi qidalara üstünlük vermək, doymuş yağların miqdarını məhdudlaşdırmaq məsləhətdir.

<span style="color: #ff0000;">Paşinyanın Moskva səfəri Ermənistan-Rusiya münasibətlərində nəyi dəyişəcək? </span>– Politoloqdan AÇIQLAMA

Ermənistan-Rusiya münasibətlərində yeni mərhələnin formalaşdığı bir vaxtda Nikol Paşinyanın yaxın zamanda Moskvaya səfər edəcəyini açıqlaması diqqət çəkir.

Səfər çərçivəsində iki ölkə arasında mövcud əməkdaşlığın müxtəlif istiqamətlərinin nəzərdən keçirilməsi və tərəflərin ortaq maraqları ilə fikir ayrılıqlarının müəyyənləşdirilməsi gözlənilir.

Maraqlıdır, Paşinyanın Moskvaya qarşıdakı səfəri Ermənistan-Rusiya münasibətlərində praktiki əməkdaşlığın yeni çərçivəsinin müəyyənləşməsinə gətirib çıxara bilərmi və bu görüşdən sonra tərəflərin münasibətlərində hansı dəyişikliklərin baş verməsi daha real görünür?

Mövzu ilə bağlı Moderator.az-a “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlama verib. 

Politoloq qeyd edib ki, Kreml Paşinyana təzyiqi getdikcə artırmağa çalışır, amma bunun hələ ki, heç bir nəticəsi yoxdur:

"Bişkekdə keçirilən son görüşdə Rusiya Prezidenti Vladimir Putin Paşinyana yenidən xatırlatdı ki, Ermənistanda referendum keçirilsin və ölkənin hansı yolu seçdiyi müəyyənləşdirilsin.

Avropa İttifaqını, yoxsa Avrasiya İqtisadi Birliyini. Amma Paşinyan da hər dəfə Putinə eyni cavabı verir ki, hazırda Ermənistanda belə bir referenduma ehtiyac yoxdur. 

Bu təzyiqlər əslində nəticə vermir. Tam əksinə, Putin son görüşündə hətta Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarıla biləcəyini də söylədi, əgər erməni xalqı belə qərar verərsə. Paşinyan bu məsələdə də tələsməyəcək. 

O bilir ki, hərbi bazanın çıxarılması həm Paşinyanın, həm Ermənistanın, həm də Cənubi Qafqazın xeyrinədir. Amma erməni cəmiyyəti hər seçkidə Paşinyana səs versə də, referendumda fərqli mövqe ortaya qoya bilər.

Amma Paşinyan Azərbaycanla sülh sazişi imzalayarsa və iki ölkə arasında, eləcə də Azərbaycanla Türkiyə münasibətlərinin normallaşması prosesi davam edərsə, əslində Ermənistanın Rusiya hərbi bazasına da ehtiyacı olmayacaq. 

O ki qaldı bu dəfəki Moskva səfərinə, yəqin ki, Kreml Paşinyana təzyiqləri davam etdirməyi planlaşdırır. Amma Paşinyan bu təzyiqlərdən çəkinmir. Əksinə, Rusiyanın əlində alət olan erməni radikallarını həbs etdirir və doğru olaraq onları neytrallaşdırır".

Pərvin Şakirqızı

Lənkəranda qoca kişi nərdivandan yıxılıb öldü

Lənkəran sakini bədbəxt hadisə nəticəsində ölüb. 
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb. 
 
Kənd sakini, 1953-cü il təvəllüdlü Mirhəmid Məhəmməd oğlu İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılaraq ölüb.
 
Araşdırma aparılır.

“Hər xoş addım böyük sərvətdir”

Rəqqasə Fatimə Fətəliyeva sosial media hesabında etdiyi paylaşımla diqqət çəkib.
 
Sənətçi insanların onlara göstərilən diqqəti bəzən görməzdən gəldiyini bildirib.
 
“Ətrafımda insanların onlara verilənləri necə dəyərsizləşdirdiyini tez-tez görürəm. Fərqi yoxdur - diqqət, əşya, pul, münasibət və ya hansısa yaxşılıq olsun. Əslində biz heç vaxt bilmirik ki, bir insanın digərinə nəsə verə bilməsi üçün nə qədər güc sərf edib. Bunu unutmayın, bizə doğru atılan hər bir xoş addım ən böyük sərvətdir” deyə, Fatimə Fətəliyeva sosial şəbəkədə yazıb. (Axşam.az)

“Elə bil, Əli və Mikayıl dünən birinci sinfə gedirdi” -<span style="color: #ff0000;"> VİDEO</span>

Xalq artisti Emin Ağalarov övladları ilə bağlı paylaşım edib.
 
İfaçı əkizləri Əli və Mikayılın ilk məktəbə başladıqları vaxtı xatırlayaraq duyğulanıb:
 
"Elə bil, Əli və Mikayıl dünən idi ki, birinci sinfə gedirdi. İndi isə artıq 18 yaşları tamam olmaq üzrədir. Əminənin hazırda məktəb həyatının ən qaynar dövrüdür, orta siniflərdə oxuyur, Afina isə bu il məktəb yoluna yenicə başlayır və birinci sinfə gedir.
 
Düzünü desəm, məktəb üçün darıxmıram. Çox dəcəllik edirdim. Amma hesab edirəm ki, məktəb çox vacib mərhələdir. Məktəbdə dostlar tapırıq. Bu dostluğu ömür boyu davam etdirmək çox gözəldir. İlk çətinliklərin öhdəsindən gəlir və daha müstəqil oluruq.
 
Bütün uşaqlara maraqlı və uğurlu tədris ili arzulamaq istəyirəm. Valideynlərə isə bol-bol güc, səbir və qürur duyacaqları çoxlu səbəblər arzulayıram". (Axşam.az)

Uitkoffla Kuşner Kiyev və Moskvaya səfər edəcək

ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner yaxın vaxtlarda Kiyev və Moskvaya səfər etmək niyyətindədirlər.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
 
Səfərin konkret tarixi açıqlanmayıb.
 
Xatırladaq ki, bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçiləri ilə onların Kiyevə qarşıdakı səfərinin detallarını müzakirə edib.

Bakıda məşhur bazar köçürülür - <span style="color: #ff0000;">VİDEO</span>

Satıcılara köçürülmə ilə bağlı xəbərdarlıq edilib, lakin gedəcəkləri ünvan bəlli deyil.
 
Moderator.az Xəzər TV-yə istinadən bildirir ki, bura paytaxtın tikinti materialları ilə bağlı əsas ticarət məkanlarından biri olan Dərnəgül bazarıdır.
 
Bazarda fəaliyyət göstərən sahibkarlar iş yerlərini tərk etmələri ilə bağlı xəbərdarlıqlar aldıqlarını bildirirlər. Onlar deyirlər ki, bizim əsas sualımız haraya köçürüləcəyimiz haqqındadır.
 
Sahibkarların sözlərinə görə, onlara hazırda əllərində olan malları satmaqla bağlı problem olmadığı bildirilib. Lakin yeni məhsulların bazara gətirilməsi məsələsində vəziyyət fərqlidir.
 
Hazırda bazarda fəaliyyət göstərən sahibkar və işçilərin əsas gözləntisi isə məsələyə aydınlıq gətirilməsidir. Onlar bildirirlər ki, ərazini tərk etməli olduqları halda, fəaliyyətlərini harada davam etdirəcəkləri və bunun hansı şərtlərlə həyata keçiriləcəyi əvvəlcədən açıqlanmalıdır.
 
Daha ətraflı videomaterialı təqdim edirik.
 

DTX həbs etmişdi, məhkəmə bu cəzanı verdi

Suriyada İŞİD terror təşkilatının tərkibində döyüş əməliyyatlarında iştirak etməkdə təqsirləndirilən Nicat Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə oxunub.
 
Hökmə əsasən, Nicat Əzizov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib.
 
Qeyd edək ki, Nicat Əzizov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2025-ci ilin dekabr ayında saxlanılıb.
 
İttihama görə, o, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Suriya ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Bakıdan İstanbula, oradan isə Hatay istiqamətindən qanunsuz yolla Suriya ərazisinə keçib.
 
Daha sonra o, Suriyada İŞİD terror təşkilatında digər Azərbaycan vətəndaşının rəhbərlik etdiyi “Xalidin camaatı” adlı silahlı qrupun tərkibində silahlı münaqişələrə qatılıb.
 
N.Əzizov Azərbaycan hüdudlarından kənarda törətdiyi, həm Azərbaycan, həm də Suriya qanunvericiliyinə əsasən, cinayət sayılan əməllərə görə həmin xarici dövlət ərazisində məhkum olunmayıb.
 
Ona Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan olunub.

"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Anton Krivotsyuk və Abdulla Xaybullayevin yığmadan uzaqlaşdırılmasına münasibət bildirib.

Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb:

- Abdulla Xaybulayev və Anton Krivotsyuk yalnız bu toplanışdan kənarlaşdırılıblar, yoxsa Millətlər Liqasını da buraxacaqlar?

- Bu qərara mən özüm də pis olmuşam. Onlar yığmanın ən intizamlı futbolçularıdır. Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim. Oyundan əvvəl məşqə birlikdə velosipedlə gedirdilər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır. Komandada yaxşı ab-havamız var. Bu qərar yalnız hazırkı toplanışa aiddir.
 

Şagird Araz çayında batdı - <span style="color: #ff0000;">Suyun səviyyəsi endirildi</span>

İmişli sakini çayda çimərkən boğulub.

Moderator.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Rəsullu kəndi ərazisində baş verib.

Kənd sakini Turan Mirağa oğlu Mirişli dünən saat 20 radələrində Araz çayında çimən zaman suda batıb.

Onun meyitin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırılma aparılır.

***

Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdinin axtarışları davam etdirilir.

Bu ilin məzunu Turan Mirişlinin tapılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və katerləri cəlb edilib.

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

***

Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdi Turan Mirişlinin axtarışları davam edir.

Report-un məlumatına görə, axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilib.

"Xameneinin ölümündən sonra FTX təcili addım atdı" -<span style="color: #ff0000;"> "Financial Times"</span>

"Rusiya öz müdafiə mexanizmlərini yenidən nəzərdən keçirməyə məcburdur..."

İranda baş verən son hadisələrdən sonra Rusiya xüsusi xidmət orqanları öz müşahidə sistemlərinin təhlükəsizliyini yenidən qiymətləndirməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb. 

Texnoloji zəifliklər üzə çıxdı

Nəşrin məlumatına görə, İsrail xüsusi xidmət orqanlarının İranda həyata keçirdiyi uğurlu əməliyyatlar Moskvanın diqqətini dövlət müşahidə sistemlərinin potensial zəifliklərinə yönəldib. 

Məqalədə iddia olunur ki, bundan sonra Rusiya təhlükəsizlik qurumları Vladimir Putinin və yaxın çevrəsinin mühafizəsində istifadə olunan bəzi gizli nəzarət sistemlərini yoxlama məqsədilə müvəqqəti olaraq dayandırıb. Nəşr yazır ki, əsas narahatlıq böyük həcmdə məlumatların emalı və müşahidə şəbəkələrinin kənardan müdaxiləyə məruz qalması ehtimalı ilə bağlıdır.

Süni intellektin rolu

Məqalədə qeyd olunur ki, İsrail kəşfiyyatı İranın müşahidə sistemlərindən əldə edilən məlumatları süni intellekt vasitəsilə təhlil edərək müəyyən şəxslərin hərəkət marşrutlarını və görüş məkanlarını müəyyənləşdirə bilib. 

Müəlliflərin fikrincə, bu hadisə müasir texnologiyaların təhlükəsizlik sahəsində yaratdığı yeni imkanlarla yanaşı, yeni riskləri də nümayiş etdirib. Bu səbəbdən Rusiya xüsusi xidmət orqanları daxili serverlərin və müşahidə sistemlərinin təhlükəsizlik səviyyəsini yenidən yoxlamağa başlayıb.

Moskvanın narahatlığı artır

Nəşr həmçinin yazır ki, Moskvanı narahat edən digər amillərdən biri Ukrayna xüsusi xidmət orqanlarının və haker qruplarının fəaliyyəti ilə bağlı iddialardır. Məqalədə vurğulanır ki, müasir müşahidə və rabitə sistemləri sızma halları baş verdikdə dövlət üçün ciddi risk mənbəyinə çevrilə bilər.

Nəçr belə nəticəyə gəlir ki, süni intellekt, üz tanıma sistemləri və böyük məlumat bazalarının emalı sahəsindəki sürətli inkişaflar ənənəvi təhlükəsizlik yanaşmalarını dəyişdirir və dövlətləri öz müdafiə mexanizmlərini yenidən nəzərdən keçirməyə məcbur edir.

İrandan hava məkanı ilə bağlı yeni qərar

Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarında bütün uçuşlar müvafiq bildirişədək ləğv edilib.

Moderator.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Təşkilat həmçinin ölkənin qərbindəki bütün hava limanlarının da müvafiq bildirişədək bağlandığını bildirib.

Qeyd edək ki, ötən gecədən başlayaraq, İran İsrailə hücumları bərpa edib. Səhər saatlarında isə İsrail paytaxt Tehran daxil olmaqla, İranın bir neçə şəhərini vurub.

***

İranda hava məkanında uçuşlarla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk açıqlama

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Ukrayna yığması ilə keçirilən yoldaşlıq oyununda huşunu itirdikdən sonra ilk dəfə instaqramda açıqlama yayıb.

Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Almaniyanın "Volfsburq" klubunda çıxış edən 34 yaşlı futbolçu artıq evində olduğunu və bərpa prosesinə tam diqqət yetirdiyini bildirib:

"Hər kəsə bildirmək istəyirəm ki, özümü yaxşı hiss edirəm və artıq ailəmlə birlikdə evdəyəm. Təsəvvür etdiyiniz kimi, kardioverter-defibrilyator cihazının boşalması, yəni elektrik şoku verməsi həm mənim, həm də yaxınlarım üçün ciddi bir sarsıntı oldu. Lakin hər kəsi sakitləşdirmək istəyirəm, vəziyyət 2021-ci ildə baş verənlərdən tamamilə fərqli idi. Özümü yaxşı hiss edirəm və bərpa prosesim artıq başlayıb".

Qeyd edək ki, Danimarkanın Odense şəhərində Ukraynaya qarşı keçirilən yoldaşlıq matçının 65-ci dəqiqəsində Danimarka 2:1 hesabı ilə öndə olarkən Eriksen qəfildən ürəyini tutaraq ot örtüyünün üzərinə yıxılıb. Hadisədən sonra oyun dərhal dayandırılıb və daha sonra tamamilə təxirə salınıb.

Xatırladaq ki, K. Eriksen oxşar hadisəni ilk dəfə "Avro-2020" turniri zamanı, 2021-ci ilin yayında Finlandiya ilə matçda yaşamışdı. Həmin vaxt ürəyi dayanan futbolçunun həyatını xilas etmək üçün meydanda reanimasiya tədbirləri görülmüş və daha sonra onun bədəninə daimi kardiostimulyator yerləşdirilmişdi.

Yaponiyada taxt-tac varisliyi böhranını həll etmək üçün qanuna dəyişiklik təklif olunub

Yaponiya parlamentinin hər iki palatasının sədrləri imperator ailəsi haqqında qanuna dəyişikliklərlə bağlı təklifləri parlament fraksiyalarının müzakirəsinə təqdim ediblər.
 
Moderator.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu addım imperator taxtının varisliyi ilə bağlı yaranan narahatlıqları aradan qaldırmaq məqsədi daşıyır.
 
Hazırda Yaponiya imperatoru Naruhitonun cəmi üç varisi var: onun 60 yaşlı kiçik qardaşı, vəliəhd şahzadə Fumihito, 19 yaşlı qardaşı oğlu Hisahito və 90 yaşlı əmisi şahzadə Hitati. Bu vəziyyət son illərdə imperator taxtının davamlı varisliyi ilə bağlı ciddi narahatlıqlar yaradır.
 
Parlamentdə 1947-ci ildə qəbul edilmiş və taxt-tacın yalnız kişi xətti ilə ötürülməsini nəzərdə tutan qanuna iki dəyişiklik variantı müzakirə olunur:
 
Birinci təklifə görə, imperator ailəsinə mənsub qadınlar titul sahibi olmayan şəxslərlə ailə qursalar belə, öz statuslarını qoruyub saxlayacaqlar.
 
İkinci variant isə 1947-ci ildə rəsmi statuslarını itirmiş imperator ailəsinin 11 yan qoluna mənsub kişilərin yenidən ailəyə qaytarılmasını nəzərdə tutur.
 
Təşəbbüslərin yaxın vaxtlarda Yaponiyanın Baş naziri Sanae Takaichiyə təqdim olunması gözlənilir. Bundan sonra hökumət müvafiq qanun layihəsi hazırlayacaq. Sənədin parlamentin cari sessiyasının rəsmi bağlanış tarixi olan iyulun 17-dək qəbul edilə biləcəyi bildirilir.

74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - <span style="color: #ff0000;">"Kömək etmək istəyəni də qoymurlar" - VİDEO</span>

Abşeron rayonunun Məmmədli qəsəbəsində fərdi yaşayış evlərini su basıb. Buna ərazidəki göldə suyun səviyyəsinin qalxması səbəb olub.
 
Sakinlər bildirirlər ki, yaranmış problem səbəbindən evlərinə girib-çıxmaqda çətinlik çəkirlər. Problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, hələ ki heç bir tədbir görülməyib.
 
Sakinlər mövcud vəziyyətlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
 
"Üfunətdən həyətə çıxmaq olmur. Nə uşaqlarımızı çölə buraxa, nə də özümüz çıxa bilirik. Müraciət etmədiyimiz yer qalmayıb, amma səsimizi eşidən yoxdur. Biz də normal şəraitdə yaşamaq istəyirik", - onlardan biri söyləyib.
 
Digər bir sakin isə xəstə olduğunu və bu şəraitdə həkimə belə gedə bilmədiyini vurğulayıb: "Səhhətim yaxşı deyil, həkimə getməliyəm, amma çirkabın əlindən evdən çıxa bilmirəm. Çox pis vəziyyətdə qalmışıq".

"ABŞ təsir imkanlarının həddi: Vaşinqtonun üç, İranın isə bir seçimi var" - <span style="color: #ff0000;">CNN</span>

Hörmüz boğazı ətrafında yaranmış böhran Vaşinqtonla Tehran arasında danışıqları dalana dirəyib və tərəflərin mövqeləri bir-birindən çox uzaqdır.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.
 
 "İran yalnız sahib olduğu şeydən çıxış edir"
 
CNN-in analitiki Bret Makqerk hesab edir ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını yenidən beynəlxalq gəmiçilik üçün açmağa və İranın nüvə ambisiyalarını məhdudlaşdırmağa çalışsa da, tərəflər faktiki olaraq eyni dildə danışmırlar. O, qeyd edir ki, Vaşinqton danışıqlara güc və təzyiq prizmasından yanaşır, Tehran isə sahib olduğu strateji üstünlükdən istifadə edir.
 
Makqerk bunu vaxtilə Tehranın "Evin" həbsxanasında saxlanılan amerikalı girovların azad olunması ilə bağlı apardığı danışıqlardan çıxardığı nəticələrlə izah edir. Onun sözlərinə görə, İran uzun illərdir girovları danışıqlarda təzyiq aləti kimi istifadə edir və indi də eyni məntiqi daha böyük miqyasda tətbiq edir.
 
Hörmüz boğazı "ən qiymətli girov" kimi
 
Makqerk hesab edir ki, hazırda İranın əlində olan əsas rıçaq Hörmüz boğazıdır. Dünya neft tədarükünün təxminən beşdə biri bu marşrutdan keçir və Tehran boğaza təsir imkanlarından ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edir. Müəllif CNN-ə müsahibə verən İran rəsmisi Möhsün Rəzayinin sözlərini xatırladır. Rəzayi bildirib ki, Vaşinqton İranın dondurulmuş 24 milyard dollarlıq aktivlərini azad etməyincə vəziyyət dəyişməyəcək.
 
Onun fikrincə, bu vəsaitin açılması ABŞ-ın danışıqlara nə dərəcədə ciddi yanaşdığını göstərəcək. Makqerk qeyd edir ki, Tehran üçün bu, 2023-cü ildə amerikalı girovların azad olunması müqabilində əldə edilən razılaşmanın daha geniş miqyaslı təkrarıdır. Fərq ondadır ki, bu dəfə söhbət ayrı-ayrı şəxslərdən deyil, qlobal iqtisadiyyat üçün vacib olan bir marşrutdan gedir.
 
Vaşinqtonun üç seçimi
 
Məqalə müəllifinin fikrincə, ABŞ hazırda üç variantdan birini seçməlidir. Birinci yol iqtisadi təzyiqləri davam etdirmək və İranın iqtisadi vəziyyətinin daha da pisləşəcəyinə ümid etməkdir. İkinci variant Tehranın tələblərinin bir hissəsini qəbul edərək kompromisə getməkdir. Makqerk hesab edir ki, bu addım Tramp administrasiyası üçün siyasi baxımdan ağır geri çəkilmə kimi görünə bilər.
 
Üçüncü seçim isə Hörmüz boğazında hərbi nəzarəti bərpa etməyə çalışmaqdır. Lakin İran artıq münaqişəni Hind okeanı, Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Aralıq dənizi istiqamətlərinə yaymaqla hədələyib. Makqerkin qənaətincə, buna görə də danışıqlar hazırda dalana dirənib. O hesab edir ki, qüvvələr nisbəti dəyişmədiyi müddətdə Tehran əlindəki üstünlükdən asanlıqla imtina etməyəcək və tərəflər arasında razılıq əldə olunması çətin olaraq qalacaq.

Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək

Belarusun BATE klubu UEFA Konfrans Liqasının təsnifat mərhələsinin ev oyunlarını Azərbaycanda keçirəcək.
 
Moderator.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "football.by" saytı məlumat yayıb.
 
Klub ev oyunları üçün iştirak etmək üçün UEFA-ya Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu sifariş edib.
 
Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da baş tutacaq. Oyunlar iyulun 9-u və 16-da keçiriləcək. BATE səpələnmişlər səbətində yer alacaq.
 
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı müharibə ilə əlaqədar UEFA Belarus klublarına avrokubok oyunlarını doğma meydanda keçirmək qadağası qoyub.

Səhranın altında nəhəng göl: Yalnız burada yaşayan canlılar aşkarlandı

Kalahari səhrasının altında nəhəng yeraltı göl gizlənir. Onun dərinliyi yüzlərlə metrə çatır və burada Yer üzündə başqa heç yerdə rast gəlinməyən canlılar yaşayır.
 
Moderator.az "Discover Wildlife” nəşrinə istinadən xəbər verir ki, Namibiyada yerləşən "Dragon’s Breath” (Əjdahanın Nəfəsi) mağarası səthdən təxminən 60 metr dərinlikdə başlayır və dünyanın ən böyük yeraltı gölünə çıxır. Gölün səth sahəsi təxminən iki futbol meydançası böyüklüyündədir.
 
Mağara adını girişdən qalxan isti və rütubətli havadan alıb. Müəyyən şəraitdə bu hava kondensasiya olunaraq incə duman yaradır. Mağara milyonlarla il ərzində yeraltı suların süxurları yavaş-yavaş həll etməsi nəticəsində formalaşıb və böyük su ilə dolu boşluq yaranıb.
 
Mağara 1986-cı ildə Cənubi Afrikalı tədqiqatçı Rocer Ellis tərəfindən kəşf edilib. Bir il sonra o, speleoloqlar və dalğıclarla birlikdə ekspedisiya təşkil edib və təxminən 2 hektar sahəsi olan yeraltı gölü araşdırıb.
 
2015-ci ildə dalğıclar 132 metr dərinliyə enə biliblər. 2019-cu ildə isə "Stone Aerospace” şirkəti süni intellektlə təchiz olunmuş "Sunfish” adlı avtonom sualtı dron vasitəsilə mağaranın xəritəsini hazırlayıb və gölün dərinliyinin 264 metrə çatdığını müəyyən edib.
 
Bu mağaradakı xüsusi şərait — günəş işığının olmaması, kristal təmiz su və sabit temperatur — burada unikal canlıların formalaşmasına səbəb olub.
 
Onlar arasında kor qızılı mağara balığı (Clarias cavernicola) və ağ kor krevetlər (Trogloleleupia dracospiritus) var. Bu növlər tam qaranlıq mühitə uyğunlaşaraq təkamül edib və əsasən mağaranın yuxarı hissəsində yaşayan yarasaların guanosu ilə qidalanırlar.

Qax şəhərində Multikulturalizm: nəzəriyyə, beynəlxalq təcrübə, Azərbaycan modeli”  kitabının  təqdimatı  keçirildi

Qax şəhəri Heydər Əliyev mərkəzində “Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli” adlı kitabının təqdimatı keçirildi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə  Maarifləndirici təşəbbüslər çərçivəsində “Dəyərlərimiz – vəhdətimiz :Multikulturalizm” layihəsi əsasında çap olunan kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəclidir. 
 
Əsərdə multikulturalizmin istər nəzəri, istər beynəlxalq təcrübə, istərsə də, Azərbaycan modelinə baxış çox vacib aspektlərdən təqdim olunub.  Əsər Azərbaycanda mövcud olan multikulturalizm, tolerantlıq ənənəsini təbliğ etməklə yanaşı, həm də dərs vəsaiti, metodik vasitə kimi istifadə oluna bilər.
Layihə rəhbəri Samirə Şaqavatova giriş sözü ilə  çıxış edərək ətraflı məlumat verdikdən sonra  tədbiri aparmaq üçün sözü kitabın müəllifi  Xatirə Fərəcliyə verdi. 
Tədbir iştirakçılarına Azərbaycan və ingilis dilində kitablar paylanıldı. Sonra Ülviyyə Behbudova çıxışında kitabın ingilis dilinə tərcümə edilməsinin əhəmiyyətini vurğuladı.  Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Vəfa Saleh multikulturalizm, tolerantlıq mövzusunda geniş məruzə edərək,  bu cür layihələrin həyata keçirilməsini yüksək qiymətləndirdi. 
 
Həmçinin, Qax rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin, ictimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Fərid Muradov, AYB Zaqatala bölməsinin sədri Almaris Ələkbərov, C.Cabbarlı adına Qax rayon mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin multimedia mütəxəssisi, AYB üzvü, şair Solmaz Elqızı, Qax rayon Kukla Teatrının əməkdaşı, şair Şəlalə Məmmədova, Şair Elşad əmrahoğlu, S. Vurğun adına Mədəniyyət Mərkəzinin əməkdaşları: Nuriyyə Əlimova və Vüsalə Mustafayeva, uzun müddət təhsil sahəsində çalışmış Məmmədiyyə Əfəndiyev, Rəna Həsəni və s. çıxış etdilər. 
Çay süfrəsində  müzakirələr davam etdi, şeirlər səsləndirildi. 
 
“Mədəni İnkişafın Təbliği” İB-in mətbuat xidməti

"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO

İyunun 7-də Masazır qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi mübahisə ilə nəticələnib.
 
Belə ki, KIA markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında əsas yola çıxmaq istəyərkən qarşısına "Mercedes" markalı avtomobil çıxıb. KIA-nın sürücüsü buna etiraz etdikdə qarşı tərəfin sürücüsü onu söyüş və təhqirlərlə cavablandırıb. Daha sonra isə avtomobilini geri verərək qəsdən KIA markalı nəqliyyat vasitəsinə çırpıb.
 
Zərərçəkən hadisə ilə bağlı Baku TV-yə bunları deyib:

 

 
"Siqnal verdim ki, niyə belə edirsən? Dedi ki, "yaxşı edirəm". Aramızda qısa mübahisə yarandı. Sonra maşını geri verib avtomobilimin üzərinə sürdü və əzdi. Mən əsas yola çıxmaq istəyəndə o, qırmızı işıqda hərəkət edərək üstümə gəldi. Maşına təxminən 2 min manatlıq ziyan dəyib. Təkcə mən yox, ətrafdakı insanlar da "niyə belə edirsən?" deyə etiraz etdilər. O isə maşından düşərək onlara da hücum çəkməyə başladı".
 
Baku TV-nin əldə etdiyi məlumata görə, faktla bağlı hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Məşhur riyaziyyatçıdan sensasion proqnoz: Dünya çempionu Niderland olacaq

Almaniyalı riyaziyyatçı Yoaxim Klement 2026-cı il futbol üzrə Dünya Çempionatının qalibini proqnozlaşdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
 
Klementin hesablamalarına görə, turnirin əsas favoriti Niderland millisidir. Onun fikrincə, Ronald Kumanın rəhbərlik etdiyi komanda yarımfinalda İspaniyanı məğlub edərək revanş alacaq, finalda isə Kriştianu Ronaldonun çıxış etdiyi Portuqaliya yığmasına qalib gələrək dünya çempionu olacaq.
 
Riyaziyyatçı hesab edir ki, Avropa təmsilçisi başqa qitədə keçirilən mundialda da zəfər qazanmağı bacaracaq.
 
Qeyd edək ki, Yoaxim Klement son üç Dünya Çempionatının qaliblərini düzgün proqnozlaşdırması ilə tanınır. O, 2014-cü ildə Braziliyada keçirilən mundialda Almaniyanın, 2018-ci ildə Fransanın, 2022-ci ildə isə Argentinanın çempion olacağını əvvəlcədən dəqiq təxmin etmişdi.
 
Bundan əvvəl bukmeker şirkətləri də 2026-cı il Dünya Çempionatının finalında iki Avropa millisinin qarşılaşacağı ehtimalının 50 faizdən çox olduğunu bildirmişdilər. Bu nəticəyə mərc etmək üçün əmsal 1,75 olaraq göstərilir.
 
2026-cı il futbol üzrə Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu isə Argentina millisidir.
 

<span style="color: #000000;">"Rusiya üzərində qələbə üçün üç şərt". Rasmussen Avropaya plan təklif etdi" - "The Economist"</span>

"Avropa Moskva ilə danışıqlardan əvvəl Ukraynanın mövqeyini gücləndirməli və "güc vasitəsilə sülh" strategiyasını həyata keçirməlidir..."

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen hesab edir ki, Rusiya ilə danışıqlar üçün xüsusi nümayəndənin təyin olunması barədə müzakirələr hələ tezdir. Onun fikrincə, əsas məsələ danışıqlar aparacaq şəxsin kimliyi deyil, Avropanın hansı mövqedən danışacağıdır.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Economist" nəşri yazıb.

"Rusiya yalnız gücə hörmət edir"

Rasmussen bildirir ki, Vladimir Putin və Dmitri Medvedevlə görüş təcrübəsi ona bir nəticə çıxarmağa imkan verib: Moskva yalnız gücə hörmət edir. Buna görə də Avropa əvvəlcə Ukraynanın mövqeyini gücləndirməli, yalnız bundan sonra diplomatik proses barədə düşünməlidir.

Onun sözlərinə görə, ABŞ-ın əvvəlki rolunu artıq Avropa öz üzərinə götürməyə məcburdur. Rasmussen Almaniyanın bu istiqamətdə liderlik nümayiş etdirdiyini vurğulasa da, görülən işlərin kifayət etmədiyini düşünür.

İki əsas addım

NATO-nun keçmiş baş katibinin fikrincə, ilk növbədə Rusiyanın hərbi iqtisadiyyatına daha güclü zərbə vurulmalıdır. Bunun üçün Ukraynaya texnoloji və sənaye dəstəyi artırılmalı, Rusiyanın raket proqramına xidmət edən təchizat kanallarına qarşı daha sərt sanksiyalar tətbiq edilməlidir.

Rasmussen ikinci vacib addım kimi Ukraynanın enerji infrastrukturunun sürətlə bərpasını göstərir. Onun sözlərinə görə, Avropa İttifaqında istifadədən çıxarılmış, lakin işlək vəziyyətdə olan enerji avadanlıqları Ukraynaya ötürülə bilər ki, bu da ölkənin qış aylarında dayanıqlığını artırar.

Ukraynanın Avropa gələcəyi

Rasmussen üçüncü şərt kimi Ukraynanın gələcəyinin açıq şəkildə Avropa İttifaqı ilə bağlanmasını göstərir. Onun fikrincə, bu, Putinə Ukraynanı öz təsir dairəsinə qaytarmaq cəhdlərinin nəticəsiz olduğunu nümayiş etdirəcək.

Müəllif hesab edir ki, Ukraynanın Aİ-yə üzvlüyü ən güclü təhlükəsizlik təminatıdır. Rasmussenin qənaətincə, Avropa bu üç şərti yerinə yetirərsə, Moskva ilə danışıqlar aparacaq nümayəndənin kim olması artıq ikinci dərəcəli məsələyə çevriləcək və sülh danışıqları daha güclü mövqedən aparılacaq.

"Liverpul"un keçmiş hücumçusu karyerasını başa vurdu - FOTO

"Liverpul"un keçmiş hücumçusu Divok Oriqi peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Moderator.az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.

"Oyunçu kimi futboldakı məqsədimə çatdım. Uşaqlıq arzularımı gerçəkləşdirdim - ən böyük arenalarda çıxış etdim və ən nüfuzlu kubokları qazandım. Bütün bunlara görə Tanrıya minnətdaram. Missiya tamamlandı. İndi məni yeni bir tale gözləyir. Səyahət davam edir", - deyə 31 yaşlı belçikalı futbolçu müraciətində bildirib.

Qeyd edək ki, Oriqi "Liverpul"un heyətində 175 oyunda meydana çıxıb və 41 qol vurub. Hücumçu "qırmızılar"ın tərkibində 2018/19 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub, İngiltərə çempionluğunu qazanıb. O həmçinin İngiltərə Kuboku, Liqa Kuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.

Bundan əlavə, belçikalı futbolçu karyerası ərzində "Milan", "Lill", "Volfsburq" və "Nottingem Forest" klublarında da çıxış edib.

Xameneinin harada dəfn olunacağı açıqlandı - FOTO

İranın mərhum ali rəhbəri Seyid Əli Xameneinin Məşhəddə dəfn ediləcəyi iddia olunur.
 
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Xorasan-e-Rəzəvi əyaləti valisinin təhlükəsizlik və polis məsələləri üzrə müavininin açıqlama verdiyi bildirilir.
 
Məlumata görə, Əli Xameneinin dəfn mərasimi Tehrandan başlayacaq, daha sonra Quma köçürüləcək. Bildirilir ki, üçüncü gün Məşhəddə keçiriləcək mərasimdən sonra onun cənazəsi torpağa tapşırılacaq.
 
İddialara əsasən, Əli Xameneinin cənazəsi İmam Rzanın hərəmində dəfn olunacaq.
 
Qeyd edək ki, mənbədə Əli Xameneinin 2026-cı il fevralın 28-də ABŞ və İsrailin hava hücumları zamanı həlak olduğu iddia edilir. Bu məlumatın müstəqil təsdiqi barədə məlumat verilməyib.

 

BƏƏ hava məkanında məhdudiyyətlərin müddətini uzatdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aviasiya xidməti ölkənin hava məkanında tətbiq olunan məhdudiyyətlərin müddətini iyunun 23-dək uzadıb.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqdə fəaliyyət göstərən aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
 
"Əvvəllər tətbiq edilmiş məhdudiyyətlər iyunun 23-ü axşam saatlarınadək qüvvədə qalacaq", - deyə mənbə bildirib.
 
Onun sözlərinə görə, BƏƏ hava limanlarına uçuşlar və ölkədən həyata keçirilən reyslər üçün hava sərhədinin keçilməsi məqsədilə altı hava dəhlizi və nəzarət nöqtəsi müəyyənləşdirilib.
 
Mənbə əlavə edib ki, BƏƏ-nin aviasiya hakimiyyəti xarici aviaşirkətləri ölkəyə uçuşlarla bağlı mümkün əməliyyat risklərini yenidən qiymətləndirməyə çağırıb. Reyslərin yerinə yetirilməsi üçün aviaşirkətlər riskləri dəyərləndirməli, müvafiq müraciət təqdim etməli və rəsmi icazə almalıdırlar.
 
Bununla yanaşı, bu qaydalar repatriasiya reyslərinə, eləcə də sanitariya və dövlət aviasiyasına şamil edilmir.
 
Qeyd edək ki, iyunun 6-da İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiyyə əyalətinə və Qərbi Bəkaa bölgəsinə, iyunun 7-də isə Beyrut ətrafında yerləşən "Hizbullah" obyektlərinə zərbələr endirib.
 
İran buna cavab olaraq iyunun 7-də axşam saatlarında İsrailin şimal bölgələrini raket atəşinə tutub.
 
Daha sonra İsrail İranın qərb və mərkəzi hissələrindəki hərbi obyektlərə zərbələr endirib. İran isə növbəti dəfə İsrail ərazisini raket hücumlarına məruz qoyub. Bu hadisələr fonunda regionda aviasiya təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha da artıb.

ATMU-da insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm sahəsində insan alverinə qarşı mübarizə” mövzusunda təlim təşkil olunub.
 
Təlim ATMU-nun baş hüquqşünası Aydın Kərimov, istefada olan polkovnik Şəmsəddin Əliyev və Daxili İşlər Nazirliyinin (DİN) aidiyyəti qurumunun əməkdaşlarının iştirakı ilə keçirilib. Tədbirdə universitet rəhbərliyi, struktur bölmələrin nümayəndələri və digər iştirakçılar yer alıblar.
 
ATMU-nun rektoru İlham Mədətov tədbir iştirakçılarını salamlayaraq bu cür təlimlərin keçirilməsinin turizm sahəsində çalışan və gələcəkdə bu sektorda fəaliyyət göstərəcək şəxslərin insan alveri ilə mübarizə istiqamətində məlumatlılığının artırılması, hüquqi biliklərinin gücləndirilməsi və potensial risklərin vaxtında müəyyən edilərək qarşısının alınması baxımından əhəmiyyətli olduğunu bildirib.
 
Daha sonra istefada olan polkovnik Şəmsəddin Əliyev insan alverinin yaratdığı təhlükələrdən, bu cinayət növünün qarşısının alınmasında profilaktik tədbirlərin rolundan danışıb. O vurğulayıb ki, gənclərin və turizm sektorunda çalışan şəxslərin risklər barədə məlumatlandırılması potensial təhlükələrin vaxtında müəyyən edilməsinə və qarşısının alınmasına mühüm töhfə verir.
 
Təlimdə çıxış edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə bildirib ki, bu cinayət növünə qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə yanaşı, cəmiyyətin bütün üzvlərinin, o cümlədən turizm sektorunda fəaliyyət göstərən qurumların fəal iştirakı mühüm əhəmiyyət daşıyır. V.Naməndzadə qeyd edib ki, turizm sahəsində çalışan şəxslərin insan alverinin əlamətlərini tanıması, risklərin vaxtında müəyyənləşdirilməsi və aidiyyəti qurumlara məlumat verməsi bu cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. O, iştirakçıları insan alveri ilə bağlı maarifləndirmə tədbirlərində fəal olmağa və bu istiqamətdə əldə etdikləri bilikləri fəaliyyətlərində tətbiq etməyə çağırıb. Polis polkovnik-leytenantı həmçinin vurğulayıb ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, profilaktik və maarifləndirici layihələr genişləndirilir. Onun sözlərinə görə, belə təlimlər gənclərin və turizm sahəsində çalışan mütəxəssislərin məlumatlılığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
 
ATMU-nun baş hüquqşünası Aydın Kərimov isə çıxışında turizm sahəsində qanunvericiliyin tələbləri, insan alveri ilə mübarizənin hüquqi əsasları və bu sahədə vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat verib. O qeyd edib ki, insan alverinə qarşı effektiv mübarizənin əsas şərtlərindən biri hüquqi maarifləndirmənin gücləndirilməsi və cəmiyyətin bu istiqamətdə məlumatlılığının artırılmasıdır.
 
Təlim zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

8 iyun 2026-cı il tarixində Bakcell baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı rəsmi məlumat yayıb. Telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə sahib Qunnar Panke şirkətin baş icraçı direktoru vəzifəsinə təyin olunub.
 
Qunnar Panke telekommunikasiya sektorunda müştəriyönümlü biznes transformasiyası, strateji inkişaf və dayanıqlı artım istiqamətlərində geniş təcrübəyə malikdir. O, Azərbaycan, Almaniya, Fransa, Rumıniya və digər ölkələrin aparıcı telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 
 
Qunnar Panke Fransanın Poitiers Universitetində strateji idarəetmə üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə, həmçinin ENSPTT Universitetinin MBA dərəcəsinə sahibdir. Bundan əlavə, o, INSEAD (Fransa), Oksford Universiteti (İngiltərə), London Biznes Məktəbi (İngiltərə), IE (Madrid), ESMT (Almaniya) və Darden Biznes Məktəbi (ABŞ) kimi dünyanın nüfuzlu ali təhsil müəssisələrində rəhbərlik proqramlarını uğurla tamamlayıb.
 
“Ölkənin rəqəmsal inkişafında mühüm rol oynayan Bakcell-ə təyinatım mənim üçün böyük məsuliyyət və şərəfdir. Məqsədim innovasiya, süni intellekt və müştəriyönümlü həllər vasitəsilə abunəçilərimiz üçün daha çox dəyər yaratmaqla, Bakcell-in telekommunikasiya sektorundakı mövqeyini daha da gücləndirmək və ölkənin rəqəmsal inkişafında strateji rolunu genişləndirməkdir”, – deyə Qunnar Panke vurğulayıb.
 
Yeni təyinat Bakcell-in müştəriyönümlü innovasiya, süni intellekt və rəqəmsal xidmətlər istiqamətində uzunmüddətli strateji prioritetlərinin daha da sürətləndirilməsinə təkan verəcək. Qunnar Pankenin rəhbərliyi ilə şirkət müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və süni intellekt əsaslı həllərin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
 
Bakcell haqqında
 
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. 
 
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

Starmerdən "Apple" və "Google" şirkətlərinə tələb

Böyük Britaniyanın Baş naziri Kir Starmer "Apple" və ya "Google" kimi texnoloji şirkətləri uşaqların pornoqrafiyaya və ya çılpaq insan fotolarına baxış imkanlarını məhdudlaşdırmağa çağırıb, əks halda sanksiyalarla hədələyib. O bu barədə Londonda keçirilən konfransda çıxış edərkən bildirib.
 
Moderator.az xəbər verir ki, o bu açıqlamanı Londonda keçirilən konfransda çıxışı zamanı söyləyib.
 
"İnanıram ki, onlar həll yolu tapa bilərlər. Amma bunu etməmək qərarına gəlsələr, o zaman biz hərəkətə keçəcəyik. Və biz qanunu dəyişəcəyik. Çünki söhbət uşaqlarımızın təhlükəsizliyindən gedirsə, kənarda qalmaq variant deyil", - deyə hökumət başçısı "Sky News" kanalında yayımlanan çıxışında bildirib.
 
Hökumətin yaydığı əlavə məlumata görə, London texnoloji şirkətləri, cihazın istifadəçisi uşaqdırsa, smartfon və planşetlərini çılpaq insan təsvirlərini bloklayan funksiyalarla əvvəlcədən təchiz etməyə məcbur etmək niyyətindədir. Yetkinlərin bu kontentə girişi əvvəlki kimi mümkün olacaq, lakin yaşın yoxlanılması mütləq olmalıdır. Bu o deməkdir ki, Böyük Britaniya uşaqların texniki olaraq çılpaq fotoşəkillər çəkə, paylaşa və ya görə bilməyəcəyi ilk ölkə olacaq.
 
Məlumatda bildirilir ki, şirkətlərə yeni qaydalara uyğunlaşmaq üçün üç ay vaxt verilib. Əks halda, Starmerin vəd etdiyi kimi, belə bir tələb qanunvericiliklə təsbit olunacaq, cihazlarda bu cür məhdudiyyətlər olmadıqda isə istehsalçıları cərimələr və, ola bilsin, cinayət məsuliyyəti gözləyə bilər.
 
Britaniya baş naziri həmçinin milli hesablama imkanlarını inkişaf etdirəcəyini vəd edib və ixtisaslaşmış süni intellekt çiplərinin alınması üçün 400 milyon funt sterlinqdən (533 milyon dollar) çox vəsait ayrılacağını açıqlayıb.

Canlı yayımda yaxınının ölüm xəbərini eşitdi

Əməkdar artist Nuriyyə Hüseynova canlı yayım zamanı xoş olmayan mesaj alıb.
 
Moderator.az "axşam.az"a istinadən xəbər verir ki, müğənni "Günaydın Azərbaycan" proqramında anasının yazdığı mesajı deyib.
 
O bildirib ki, bibisini itirib:
 
"Anamdan bir mesaj gəldi. Mənə deməyiblər, bibim rəhmətə gedib. Burada xəbəri eşitdim. İki bibim də mehriban olub".

Uşaqlar sosial şəbəkə manipulyasiyasından necə qorunacaq? – Yeni qanun

"Uşaqların rəqəmsal məkanda hüquqlarının qorunmasını təmin edən tarixi bir qanun layihəsinin həm parlamentarilər, dövlət və hökumət təmsilçiləri, həm də media idarəçiləri və müvafiq təhsil - səhiyyə orqanları ilə birlikdə müzakirəsi təqdirəlayiq hadisədir. Bütün formasiyalarda dəyişilməyən bir deyim var-uşaqlar hər bir cəmiyyətin gələcəyidir. Ailə kiçik dövlət, dövlət böyük ailədir".
 
Bunu İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Zahid Oruc deyib.
 
Millət vəkili qeyd edib ki, həqiqətən istər sülh dövründə, istərsə də Vətən müharibəsində Qələbəmizi təmin edən azərbaycanlı ailələrdir:"Milli Məclis son illərdə uşaqların rəqəmsal mühitdə zərərli informasiyalardan qorunmasına dair ardıcıl və sistemli qərarlar qəbul edib. Yeni qanun layihəsi həmin siyasətin davamı, eyni zamanda keyfiyyətcə yeni mərhələsidir. Dünyada texnoloji inkişaf ən yüksək həddədir və rəqəmsal məkan fiziki reallığı əvəzləyib. Sosial şəbəkə platformaları alternativ yox, gerçək həyatın özüdür, fərqli dəyərlər sistemi aşılayır, bəzən isə həm böyükləri, həm də uşaqları qurbana çevirir. Rəqəmsal platformalara qoşulmanın yaş həddinin qanunla tənzimləməsi dünya ölkələrindəki təcrübə ilə tanışlığı tələb edir.
 
Avstraliya 2024-ci ilin noyabrında 16 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını qanunla qəbul edən ilk ölkə oldu və "Online Safety Act" - Onlayn Təhlükəsizlik Haqqında Qanun platforma provayderlərinə zərərli məzmuna görə 49,5 milyon avstraliya dollarına qədər cərimə tətbiq etdi.
 
Fransa Uşaq Kiberqoruma Qanunu, yəni, 2023-cü ildə Rəqəmsal Yetkinlik Yaşı haqqında aktı qəbul etdi. Nəticədə,15 yaşdan aşağı uşaqlar sosial şəbəkə platformalarına qoşulmaq üçün valideyn razılığı almağa məcburdur. Fransız qanunu texnoloji yaş doğrulama sistemlərinin istifadəsini platformalardan tələb edir.
 
Qanunun tətbiqindən keçən qısa müddət ərzində, 11-14 yaş qrupunda sosial media istifadə müddəti orta hesabla 27 faiz azalıb.
 
İspaniya 2023-cü ildə uşaqların onlayn müdafiəsinə dair qanununu yeniləyərək, sosial mediaya qoşulmanın yaş həddi kimi 16-nı müəyyən etdi. Platforma qeydiyyat prosedurlarında valideyn razılığı sistemlərinin tətbiqi məcburi normaya çevrildi, çünki 2021-ci ildə baş vermiş bir sıra uşaq intihar hadisəsi sosial media bulinqi ilə bağlı idi.
 
Böyük Britaniya 2021-ci ildə "Age Appropriate Design Code" – yəni, Yaşa Uyğun Dizayn Kodeksi adlandırılan qaydalar toplusunu tətbiq etdi. Sənəd, texnoloji şirkətlərə 18 yaşdan aşağı istifadəçilər üçün platformanı konfidensiallığın uşaqlar üçün maksimum həddə olması, lokasiya məlumatlarının paylaşılmaması, profilə icazəsiz girişin bloklanması kimi tələblər qoydu.
 
ABŞ-də çoxşaxəli mübarizə tətbiq edilir, yəni federal səviyyədə uşaqların onlayn məlumatlarını qoruyur. Bir sıra ştatlar – Florida, Texas, Karolina – 14 və ya 16 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsini məhdudlaşdıran ayrıca qanunlar qəbul etdi.
 
Çin sahədə ən sərt tənzimləmə mexanizmlərindən birini - 18 yaşdan kiçik uşaqlar üçün həftə içi gecə saatlarında oyun oynamaq və sosial media istifadəsini birbaşa qadağan edib. Real adla qeydiyyat sistemi bütün rəqəmsal platformalarda məcburidir. Tədbirlərin nəticəsində oyun asılılığı 50 faiz azalıb".
 
Z. Orucun sözlərinə görə, dünya üzrə uşaq sosial media istifadəsinin statistikasını göstərən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü il hesabatına görə, dünyada 13-17 yaş aralığında olan yeniyetmələrin 95 faizi aktiv sosial media istifadəçisidir. Yeniyetmələrin 35 faizi bir gündə orta hesabla 5 saatdan çox vaxtını telefonda keçirir:"Elmi araşdırmalar göstərir ki, sosial media alqoritmləri beyinin dopamin sistemini kazino mexanizmləri, siqaret və alkoqola bənzər şəkildə aktivləşdirir. Harvard Universitetinin elm nəşrləri 11.876 uşağı əhatə edən tədqiqatda sosial media istifadəsinin artmasının depressiya simptomları ilə əlaqəli olduğunu təsdiqləyir. Cinayətkarlıq və Onlayn İstismarla bağlı İnterpol-un 2023-cü il hesabatı göstərir ki, uşaqlara qarşı onlayn cinsi istismar hallarının 78 faizi sosial şəbəkə platformaları vasitəsilə həyata keçirilir. Dünya Səhiyyə Təşkilatı 2019-cu ildən oyun asılılığını (gaming disorder) və virtual tələləri rəsmi xəstəlik kimi siyahıya alıb. Netflix-dən sızdırılan məlumata görə, platformanın əsas rəqibi yuxudur – şirkət fəaliyyətini bilavasitə uşaqların yuxu saatlarını azaltmağa yönəldib".
 
Millət vəkili bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğuya görə, ölkəmizdə 10-17 yaş aralığındakı uşaqların 89 faizi smartfon istifadəçisidir:"Onların 76 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Göründüyü kimi, yetərincə yüksək rəqəmdir. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir – yəni, bir uşağın oyaq qaldığı vaxtın 30 faizinə bərabərdir. Həmçinin, ölkəmizdə 12-15 yaş qrupundakı uşaqların 42 faizi gecə saat 23:00-dan 02:00-a qədər olan vaxtı telefonda keçirir. Gecə sosial media aktivliyi həm yuxu çatışmazlığına, həm də dərs uğursuzluğuna birbaşa təsir göstərir. Respublika Uşaq Klinikasının statistikasına görə, 2022-2025-ci illər arasında ekran vaxtı ilə bağlı psixoloji müraciətlər 4,7 dəfə artıb. Rəqəmlər yalnız böyük şəhərlərdə deyil, rayon mərkəzlərinin tibb müəssisələrini də əhatə edir. Uşaqlar tez-tez yerini, məktəbini, dost dairəsini, gün rejimlərini sosial mediada paylaşır. Məlumatlar cinayətkar şəxslər, o cümlədən pedofillər tərəfindən aktiv şəkildə istifadə edilir. Uşaqların 58 faizi ailəsi ilə birgə nahar zamanı masada oturarkən telefona baxır. Valideynlərin 67 faizi övladları ilə keyfiyyətli ünsiyyət və mənalı söhbətin 5 ildə 44 faiz azaldığını bildirib".
 
Z. Oruc qeyd edib ki, sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var:"Gənclər tərəfindən edilən impulsiv alışlar – oyun içi satınalmalar, influencer reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri –ailə büdcəsindən xeyli vəsait aparır. 12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir. İnternet texnologiyaları uşaqları sadəcə sosial media vasitəsilə deyil, bir çox başqa yollarla da tələyə sala bilir. Fortnite, Roblox, PUBG kimi oyunlar milyonlarla uşağı hədəf alır. Oyunlarda "loot box" – yəni, şans əsasında mükafat qutusu mexanizmi Belçika, Hollandiya kimi ölkələr tərəfindən qanunsuz qumar mexanizmi olaraq qəbul edilib".
 
"İndi isə 3 qanunda təklif edilən Əsas Müddəaları diqqətinizə çatdırmaq istərdik.
 
Layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etmək, müxtəlif cür sövq və təhrik edici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq üçün uşaqların yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır. Yəni, Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir.
 
Dövlətimizin uşaqların hüquqlarını qorumaqla digər sahələrdə də yaş senzi tətbiq edir-siqaret, alkoqol, soyuq silah (bıçaq) satışına, qeyri-əxlaqi məzmunlara çıxışına qoyulan məhdudiyyət uşaqların sağlamlığı və rifahı üçündür. Həqiqətən övladlarımızın gələcəyi sosial şəbəkələrdən asılı olmamalıdır. Dövlət real həyatda uşaqları qoruduğu kimi, virtual məkanın təhlükələrindən də uşaqlarımızı qoruyur.
 
Ona görə də layihədə 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. Yeni norma, Azərbaycanın rəqəmsal siyasətinin ən fundamental addımlarından biridir. Platforma provayderləri yoxlama mexanizmlərini – bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını – məcburi surətdə tətbiq etməli olacaqlar.
 
16-18 yaş qrupu üçün isə tamamilə fərqli – daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib. Bu yaş qrupundakı yeniyetmələr platformada hesab yarada bilər, lakin yalnız qanuni nümayəndələrinin – valideynin – açıq razılığı ilə.
 
Manipulyativ Texnikaların Qadağası: Qanun layihəsində 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilmir. Yəni, texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur: Azərbaycanda biznes etmək istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur.
 
Fərdi Məlumatların Müdafiəsi: layihə, yaş yoxlama məqsədi ilə toplanan fərdi məlumatların – bank kartı, e-poçt, mobil nömrə məlumatlarının – kənar şəxslərə ötürülməsini, kommersiya məqsədi ilə istifadəsini qəti qadağan edir.
 
Şəffaf Hesabatlılıq: provayderlərin hər il yanvarın 15-dək dövlət qurumlarına hesabat təqdim etməsi tələbi məsuliyyətin institutsional formada qoyulması deməkdir. Şirkətlər artıq Azərbaycandakı fəaliyyətlərini gizlədə bilməyəcəklər.
 
Sanksiya Mexanizmi: qanun müddəalarına riayət etməyən vəzifəli və hüquqi şəxslər cərimə ediləcəklər.
 
Göründüyü kimi, nəticədə dövlətimiz hüquqi nəzarəti rəqəmsal sahədə genişləndirməsi Azərbaycanın beynəlxalq uşaq hüquqları öhdəlikləri ilə tam uyğunluq təşkil edir.
 
İkincisi, platforma məsuliyyəti – ölkəmizdə hüquqi boşluq mövcud idi – ilk dəfə, qanunda öz yerini alır, hüquqi müzakirə üçün möhkəm zəmin yaradır.
 
Üçüncüsü, valideynlərə uşaqlarının rəqəmsal həyatı üzərindəki nəzarət hüququ qanuni formada verilir. Norma, ailə institutu baxımından son dərəcə qiymətlidir.
 
Uşaqların sosial mediadan istifadəsinə münasibət ölkəmizdə necədir? 2025-ci ilin dekabrında 1100 respondent arasında keçirilən mötəbər ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87.3%-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir. 11.1% təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir. Başqa sözlə, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir. Məktəbyaşlı övladı olanların 90.5%-i təklifə müsbət yanaşır. Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır.
 
Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır", - deyə Z. Oruc bildirib.
 
Millət vəkili əlavə edib ki, texnoloğiya ilə düşmənçilik mümkün deyil. Əksinə, məqsəd istifadəni tənzimləməkdir:"Ölkəmizin gələcəyi rəqəmsal inkişafla birbaşa bağlıdır. Prezident İlham Əliyev tərəfindən Rəqəmsal İnkişaf Şurasının yaradılması və strateji proqramların qəbulu deyilənlərə sübutdur. Dövlət xidmətləri elektronlaşdırılır, rəqəmsal iqtisadiyyatın və süni intellekt tenologiyları ölkəmizdə inkişaf edir. Həqiqətən rəqəmsal texnologiyalar uşaqlar üçün misilsiz imkanlar açır: dünya kitabxanalarına giriş əldə olunur, onlayn təhsil platformaları, yaradıcılıq alətləri, beynəlxalq ünsiyyət imkanları artır, düzgün tətbiq olunduğunda sosial inkişafı, tənqidi düşüncəni, kreativliyi gücləndirir. Biz 16 yaşından kiçik uşaqları rəqəmsallıqdan məhrum etmək deyil, onları sosial media alqoritmlərinin manipulyativ gücündən qorumaq istəyirik.
 
Sosial şəbəkə platformaları – İnstagram, TikTok, Facebook, Snapchat və onlarca digəri – uşaqların istismarı ilə gündəlik milyardlarla dollar qazanır.
 
Qanun layihəsi həmin boşluğu doldurmağa başlayır, Azərbaycan dövlətinin öz vətəndaşlarına, öz uşaqlarına qarşı məsuliyyətini yerinə yetirməsinin əyani sübutudur.
 
44 günlük Vətən Müharibəsində döyüş meydanlarında Şuşanı azad edən xalq indi rəqəmsal məkanda qalib övladlarını qoruyur.
 
Çünki Azərbaycan coğrafi və mənəvi bütövlük qazanıb!"

"Qarabağ" Maksim Medvedev və daha iki mütəxəssisi ilə müqaviləni yeniləyib

"Qarabağ" klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər - Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb.
 
Moderator.az xəbər verir ki, bu barədə AZƏRTAC-a akademiyanın meneceri Nail Kərimov məlumat verib.
 
Rəşad Sadiqov Ağdam klubunun U-19 komandasına, Maksim Medvedev isə əvəzediclərə başçılıq edir.
 
Klub rəsmisi bildirib ki, əvəzedicilər liqası ləğv olunsa, M.Medvedev başqa işlə təmin olunacaq. O, son olaraq U-16-nın baş məşqçisi olan Rauf Əliyevlə vidalaşdıqlarını təsdiqləyib.

Süni intellekt peyvənd yaratdı, insanlar üzərində sınaqdan keçirdi: Nə baş verdi?

Tədqiqatçılar tərəfindən hazırlanmış universal koronavirus peyvəndi ilk dəfə insan üzərində sınaqdan keçirilib və ilkin nəticələr uğurlu hesab olunub.
 
Moderator.az xəbər verir ki, Kembric Universiteti və Britaniyanın DIOSynVax biotexnologiya şirkətinin birgə hazırladığı vaksin "ScienceDaily”ə istinadən yayılan məlumatda qeyd edildiyi kimi, 39 sağlam könüllü üzərində keçirilən birinci mərhələ klinik sınaqlarda təhlükəsiz olub və ciddi yan təsirlər göstərməyib.
 
Bu peyvəndin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, tək bir virus ştamına deyil, Sarbeco koronaviruslar qrupuna qarşı geniş qoruma yaratmaq üçün hazırlanıb. Bu qrupa COVID-19-un törədicisi SARS-CoV-2, SARS virusu və gələcəkdə insanlara keçə biləcək bəzi yarasa mənşəli koronaviruslar daxildir.
 
Məlumata görə, vaksin SARS-CoV-2 və SARS-a qarşı olduğu kimi, hələ insanlara keçməmiş bəzi yarasa viruslarına qarşı da immun cavab formalaşdırıb. Tədqiqatın nəticələri "Journal of Infection” jurnalında dərc olunub.
 
Araşdırmanın diqqət çəkən tərəflərindən biri də peyvəndin hazırlanmasında süni intellekt və maşın öyrənməsindən istifadə edilməsidir. Bu texnologiyalar immun sistemini geniş spektrli virusları tanımağa öyrədən "süpərantigen” adlı komponentin dizaynına kömək edib. Bu, süni intellektlə hazırlanmış peyvəndin insanlarda ilk uğurlu sınağı kimi qiymətləndirilir.
 
Heyvanlar üzərində aparılan əvvəlki testlər də güclü immun cavabın formalaşdığını göstərib. Lakin mütəxəssislər bildirirlər ki, preparatın geniş istifadəsi üçün hələ ikinci və daha geniş mərhələli klinik sınaqlar lazımdır.
 
Böyük Britaniya Milli Səhiyyə Tədqiqatları İnstitutunun elmi direktoru Mariann Nayt nəticələri "əhəmiyyətli irəliləyiş” adlandırıb və süni intellektlə yaradılmış bu yanaşmanın gələcəkdə digər pandemiya risklərinə qarşı da tətbiq oluna biləcəyini bildirib.(Qaynarinfo )

Qaxda yol qəzasında ər-arvad xəsarət alıb

Qaxda yol qəzası baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Qax-Qıpcax-Kötüklü yolunda qeydə alınıb.
 
Rayon sakini Faiq İbrahimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil itarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
 
Nəticədə sürücü və avtomonildə olan həyat yoldaşı Xanım İbrahimova xəsarətlər alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla baglı araşdırma aparılır.

Aydın Mirzəzadə: "İrəvan sülhlə bağlı bəyanatlarını praktik müstəviyə keçirməlidir"

"Paşinyanın parlament seçkisində üstünlüyü Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni reallıqların nəticəsi kimi qiymətləndirilə bilər".

Moderator.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
 
O bildirib ki, Ermənistan cəmiyyəti 2020-ci ildən sonrakı reallığı qəbul etmək məcburiyyətindədir:
 
"Həmin cəmiyyət uzun illər faşist ideologiyasının təsiri altında qalıb. Necə ki, İkinci Dünya müharibəsindən sonra Almaniya bu bəladan qurtuldu, Ermənistan da xilas olmalıdır. Rəsmi İrəvanın buna çox ehtiyacı var. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin, Azərbaycanın bütün platformalarda, istiqamətlərdə üstünlüyünün qələbəsi idi.
 
Ermənistan Azərbaycanla mehriban münasibətlər qurmalıdır. Rəsmi İrəvan sülhlə bağlı bəyanatlarını praktik müstəviyə keçirməlidir. Konstitusiya müvafiq dəyişikliklər etməlidirlər. Azərbaycan və Türkiyə ərazilərinə olan iddialardan əl çəkilməlidir. Hər iki ölkə ilə mehriban qonşuluq əlaqələrinin qurulması şərtdir. Faşizm ideyası baş qaldırmamalıdır. Qarşılıqlı hörmət, əməkdaşlıq bu gün və sabah üçün əsasdır".

Göyərçin bir ailənin dörd üzvünü zəhərlədi

Tatarıstanda göyərçin bir ailənin dörd üzvünün zəhərlənməsinə səbəb olub.
 
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, quş qazla işləyən suqızdırıcısının tüstüçıxarma borusunda ilişib qaldığı üçün dəm qazı mənzilə dolub.
 
Nəticədə dörd nəfər, o cümlədən iki azyaşlı uşaq zəhərlənib. 
 
Hadisədən sonra müfəttişlər tüstü bacasını və ventilyasiya kanalını yoxlayıblar. Yoxlama zamanı çəkiliş qüvvəsinin normal olduğu müəyyən edilib.
 
Mütəxəssislərin qənaətinə görə, zəhərlənmənin yeganə səbəbi yanma məhsullarının xaricə çıxmasına mane olan və tüstü kanalını bağlayan göyərçin olub.

İsrail Livanda "Hizbullah"a hücumları bərpa edib

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubunda "Hizbullah" qruplaşmasının mövqelərinin yerləşdiyi altı yaşayış məntəqəsinə zərbələr endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.
 
Portalın məlumatına görə, Burc əş-Şimali, Xaraib, Xirbət-Duveyr, Əl-Maaşuq, Əs-Samaiyə və Əl-Xoş qəsəbələrinə endirilən silsilə hava zərbələri Livan ərazisindən Yuxarı Qalileyaya doğru raketlərin buraxılmasından sonra həyata keçirilib.
 
"Hizbullah"ın yaydığı bəyanatda isə bildirilir ki, qruplaşmanın döyüşçüləri Livanın cənubundakı Əl-Edeysə rayonuna daxil olan İsrail ordusunun hərbi karvanını atəşə tutublar. Məlumata görə, hücum nəticəsində sursat daşıyan yük avtomobili vurulub.

Oman sahillərində hindistanlı dənizçilərin olduğu tanker hücuma məruz qaldı

Göyərtəsində hindistanlı dənizçilərin olduğu tanker Oman sahilləri yaxınlığında hücuma məruz qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
ABŞ Maliyyə Nazirliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində ötən ilin dekabrında "qara siyahı"ya salınan "Motor Tanker Marivex" gəmisinə hücum edildiyi bildirilir. Hindistanın "Forward Seamen's Union of India" həmkarlar ittifaqının məlumatına görə, gəmidə olan 24 hindistanlı dənizçi çətin vəziyyətdə qalıb.
 
CNN-in məlumatına əsasən, tankerdən göndərilən SOS siqnalında heyət üzvləri göyərtədə yanğın baş verdiyini və bunun ABŞ Hərbi Dəniz Qüvvələrinin hücumu nəticəsində yarandığını iddia ediblər.
 
"Göyərtədə yanğın var, gəmi batır. ABŞ Hərbi Dəniz Qüvvələrinin hücumu nəticəsində raket maşın şöbəsinə dəyib", - deyə telekanalın əldə etdiyi qəza siqnalında qeyd olunub.
 
Bildirilib ki, gəminin 24 heyət üzvünün hamısı Hindistan vətəndaşıdır. Neft tankeri Palau bayrağı altında üzür. Onun qeydiyyatdan keçmiş sahibi olan "Arihant Shipping Inc." şirkəti isə İranla əlaqəli fəaliyyətinə görə ABŞ-nin sanksiyalar siyahısına daxil edilib.
 
Hadisə ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib.

Azərbaycan kibercinayətkarlığa qarşı mübarizədə yeni rekorda doğru...

Milli Kibertəhlükəsizlik Mərkəzi və Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyəti yaxın gələcəkdə nələri dəyişəcək?

Məlum olduğu kimi, kibercinayətkarlığa qarşı mübarizədə müasir dünyamızın ən aktual problemlərindən biridir. Texnologiyanın sürətli inkişafı, süni intellekt və digər faktorların gündəlik yaşamımızın tərkib hissəsinə çevrilməsi həyatımızı asanlaşdırsa da, kibercinayətkarlıqla bağlı yeni risklər və təhdidlər də formalaşdırır. Bu isə məlum təhlükə və təhdidlərə qarşı önləyəci tədbirlərin görülməsini, effektiv mübarizə imkanlarının genişləndirilməsini tələb edir. Bu baxımdan, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nəzdində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyətə malikdir.

Məlumat üçün qeyd edək ki, Milli Kibertəhlükəsizlik Mərkəzi kritik informasiya infrastrukturunun təhlükəsizliyinə nəzarət edir, bu sahədə ortaya çıxan təhdid və təhlükələri aradan qaldırır. Hansı ki, son illər bu istiqamətdə mühüm uğurların əldə etdiyi göz önündədir. Xatırladaq ki, Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı milli təhlükəsizlik indeksi üzrə ölkəmizin qazandığı nailiyyətlərə diqqət çəkib:

“Qafqaz regionunda Azərbaycan milli kibertəhlükəsizlik indeksi üzrə birincidir. Ölkəmiz 2020-2021-ci ildə həmin indeks üzrə dünya reytinqində 86-cı yerdə idi. Keçdiyimiz ötən 6 ildə görülən işlər Azərbaycanın mövqeyinin zamanla 86-dan 52-ci yerə, bu yaxınlarda isə 31-ci yerə gəlməsinə imkan verib”.

Davud Rüstəmov qeyd edib ki, Azərbaycan bu istiqamətdə ciddi addımlar atmaqda davam etməkdədir:

“Hazırlanan qanunvericilik aktları, görüləcək işlər, üzərində işlənən layihələrin reallaşması inanıram ki, mövqeyimizi qlobal indeksdə T1 səviyyəsində təmin edəcək və 20-ci yerlərdə qərarlaşa biləcəyik. Hədəfə çatacağımıza dair böyük ümidlər var”. (https://azertag.az/xeber/davud_rustemov_qlobal_miqyasda_kibertehlukesizlik_indeksi_uzre_movqeyimizi_t1_seviyyesinde_temin_edeceyimize_inaniram_video-4241755 ).

Onu da xatırladaq ki, Prezident İlham Əliyevin 2 iyun 2026-cı il tarixli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkəmizin rəqəmsal transformasiya prosesində mühüm mərhələ kimi dəyərləndirilməklə yanaşı, həm də milli təhlükəsizliyimizin gücləndirilməsi, bu prosesin müasir tələblərə uyğunlaşdırılması baxımından tarixi yenilik kimi qiymətləndirilir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkəmizdə bu müstəvidə törədilən bütün cinayətləri, eləcə mövcud təhlükə və mümkün riskləri vahid mərkəz vasitəsi ilə nəzarətdə saxlamağa, təhlil etməyə və sistemli şəkildə mübarizə aparmağa imkan verəcək.

Bununla yanaşı, onu da qeyd edək ki, Azərbaycanın müstəqillik dövrünün təcrübəsi, eləcə də son illər baş verən proseslər sübut edir ki, kibertəhlükəsizliklə bağlı təhdid və təhlükələrlə mübarizədə DTX kifayət qədər effektli və sistemli mübarizə ortaya qoyub, bu sahədə böyük uğurlar əldə edib. Zəngin kadr ehtiyatı, yüksək maddi-texniki baza, böyük təcrübə  DTX-nı kibercinayətkarlığa qarşı mübarizədə daha geniş imkan və səriştəyə malik olduğunu göstərur. Bu isə o deməkdir ki, Milli Kibertəhlükəsizlik Agentliyinin gələcəkdə DTX-nın tabeçiliyinə verilməsi daha məqsədəuyğun və faydalı ola bilər.

Seymur ƏLİYEV

 

Balaəli Xəyyamın mahnısını oğurlayıb? - AÇIQLAMA

Meyxanaçı Balaəlinin mahnı oğurluğunda ittiham edilməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.
 
Moderator.az-ın məlumatına görə, ifaçının köməkçisi İlqar Rzayev Qaynarinfo-ya açıqlamasında "Xəyanət”in Baləliyə məxsus olduğunu vurğulayıb.
 
"Baləli toyların birində musiqili meyxana deyərkən bu qafiyəni açıb. Daha sonra isə bir az də təkmiləşdirərək mahnıya çevirib. Yəni, mahnı da, sözləri də Baləliyə məxsusdur”, deyə İlqar Rzayev bildirib. 
 
İnternet resurslarında apardığımız araşdırma zamanı məlum olub ki, Baləli ilk dəfə "Xəyanət”i musiqili meyxana formasında dediyi toyda meyxanaçılar Pünhan, Mircəlal, Baba, Xosrov və digərləri də olub. Onlardan bəziləri də Baləli ilə birgə onun açdığı "Mən haçan eşqə xəyanət eləmişəm” qafiyəsi ilə meyxana deyiblər. 
 
Qeyd edək ki, müğənni Xəyyam meyxana ifaçısı Baləlini mahnı oğurluğunda ittiham edib. O, sosial şəbəkə hesabında "Xəyanət”in müəllifinin məhz özü olduğunu iddia edib. Müğənni Balaəlinin bu əsəri öz adına çıxarmasını doğru hesab etmədiyini bildirib:
 
"İllərlə bu mahnının üzərində işləmişəm, əziyyət çəkmişəm. Bir də görürəm ki, siz oxuyursunuz və trendə çevrilir. Belə iş olar? Şəbnəm Tovuzlu və digər müğənnilər də bu mahnını icazəsiz ifa edirlər. Bunun axırı necə olacaq? Mən bunun peçatını vurmuşam. Mahnı mənimdir. Yenə də halal xoşunuz olsun”.

Antibiotiklər təsirini itirir: ÜST-dən dünyanı narahat edən xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotiklərə davamlılığın sürətlə artması fonunda 2026-2036-cı illəri əhatə edən yeni Qlobal Fəaliyyət Planını təsdiqləyib.
 
ÜST-nin məlumatına görə, 2023-cü ildə ən geniş yayılmış bakterial infeksiyaların hər altıncı halı antibiotiklərlə müalicəyə davamlı olub.
 
Araşdırmalara əsasən, 2021-ci ildə 4,71 milyon ölüm antibiotiklərə davamlı bakteriyalarla əlaqəli olub. Alimlər xəbərdarlıq edirlər ki, təcili tədbirlər görülməzsə, 2050-ci ilə qədər bu göstərici 39 milyona çata bilər.
 
Bildirilir ki, hazırda antibiotiklərin 40 faizdən çoxu qan, bağırsaq və sidik yolları infeksiyaları kimi geniş yayılmış xəstəliklərə qarşı qismən və ya tamamilə təsirsizdir.
 
Xüsusi narahatlıq doğuran məqamlardan biri də dərmanlara davamlı "E.coli" və "Klebsiella pneumoniae" bakteriyalarının yayılmasıdır. Bu mikroorqanizmlər sepsis də daxil olmaqla ağır infeksiyalara və ölüm hallarına səbəb ola bilir. Məlumata görə, "E.coli" ştammlarının 40 faizdən çoxu, "Klebsiella pneumoniae" ştammlarının isə 55 faizi əsas müalicə vasitələrindən sayılan üçüncü nəsil sefalosporinlərə qarşı davamlıdır.
 
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, antibiotiklərə davamlılığın artması qlobal səhiyyə üçün ciddi təhlükəyə çevrilib. Onun sözlərinə görə, problemin həlli infeksiyaların profilaktikası, erkən diaqnostikası və yeni antibiotiklərin hazırlanmasından asılıdır.
 
Yeni fəaliyyət planı 2030-cu ilədək antibiotiklərə davamlı bakterial infeksiyalarla bağlı ölüm hallarının 10 faiz azaldılmasını nəzərdə tutur.
 
Mütəxəssislər antibiotiklərin yalnız həkim təyinatı ilə qəbul edilməsinin vacibliyini vurğulayır, özbaşına istifadənin isə təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirirlər.(publika.az)

Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər?

2026-2027-ci tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, 15 aprel-5 iyun tarixlərini əhatə edən sənəd qəbulu mərhələsində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün dünyanın 21 ölkəsinə aid 106 ali təhsil müəssisəsi üzrə 1221 namizəd müraciət edib. Müraciət edən namizədlərin 271 nəfəri dünya reytinq cədvəllərində ("Times Higher Education", "QS World University Rankings", "Academic Ranking of World Universities (Shanghai)") top 10-da yer tutan ali təhsil müəssisələrindən qəbul əldə edib. Namizədlər tərəfindən daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, Avstraliya İttifaqı və Çin Xalq Respublikası yer alır. Namizədlərin seçimlərinə əsasən daha çox müraciət olunan ixtisas istiqamətləri isə informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər və dövlət idarəetməsidir.
 
Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədlərini uğurla təqdim edən namizədlərlə bu gündən - 8 iyun tarixindən müsahibə mərhələsinə start verilib. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetləri üzərindən təqdim ediləcək.
 
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı illik 500 nəfərədək müəyyən olunub. Kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edir.

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

İstanbulda keçirilmiş Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının 10-cu Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həımkarı Maka Boçorişvili ilə görüşüb və birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və C. Bayramovun "X" sosial şəbəkə hesablarlında məlumat paylaşıb.
 
"Nazirlər regional sabitliyə, enerji təhlükəsizliyinə və davamlı iqtisadi inkişafa töhfə verən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər bağlantı təşəbbüsləri də daxil olmaqla, birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər", - paylaşımda bildirilib və əlavə edilib ki, regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb, Cənubi Qafqazın Avropa və Asiyanı birləşdirən əsas dəhliz kimi artan strateji əhəmiyyəti qabardılıb.
 
Həmçinin Azərbaycan Gürcüstan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri nəzərdən keçirilib, sıx siyasi dialoqun, güclü iqtisadi əlaqələrin və enerji, nəqliyyat və regional bağlantı sahələrində uğurlu əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Pleased to meet with Foreign Minister Maka Botchorishvili on the margins of the 10th Trilateral Meeting of the Foreign Ministers of Azerbaijan, Georgia and Türkiye in Istanbul.

We discussed the strong Azerbaijan–Georgia strategic partnership, cooperation in energy, transport and… pic.twitter.com/m8OgE0Ryi7

— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 8, 2026

 

Bu 3 tarixdə doğulan insanlardan çoxları çəkinir - Səbəb nədir?

Numeroloqlar hesab edirlər ki, ayın bəzi günlərində doğulan insanlar ətrafdakılara daha sərt, əlçatmaz və hətta qorxuducu təsir bağışlaya bilirlər. Lakin onların bu reputasiyasının arxasında çox vaxt güclü xarakter, özünəinam və liderlik keyfiyyətləri dayanır. Qeyd etmək lazımdır ki, numerologiya elmi metodlarla təsdiqlənmiş sahə deyil və bu kimi şərhlər daha çox əyləncə xarakteri daşıyır.
 
Moderator.az Lent.az-a istinadən bu tarixləri təqdim edir:
 
18-də doğulanlar
 
Numerologiyada ayın 18-də dünyaya gələn insanlar qətiyyətli, cəsarətli və sürətli qərar vermək bacarığına malik şəxslər kimi xarakterizə olunur. Onların öz intuisiyalarına güvəndikləri və ən çətin vəziyyətlərdə belə mövqelərini müdafiə etməkdən çəkinmədikləri bildirilir. Məhz bu özünəinam ətrafdakılar üzərində güclü təəssürat yarada bilər. Bununla yanaşı, onlar haqsızlığa qarşı həssas olur və başqalarının hüquqlarını qorumağa çalışırlar.
 
26-da doğulanlar
 
Numerologiyada 26 rəqəmi ambisiya, intizam və məqsədyönlülüklə əlaqələndirilir. Bu tarixdə doğulan insanlar çox vaxt ciddi və tələbkar təsir bağışlayırlar. Onlar öz məsuliyyətlərinə böyük diqqətlə yanaşır və ətrafındakı insanlardan da eyni münasibəti gözləyirlər. Buna baxmayaraq, numeroloqlar onları etibarlı dost və yaxınlarının uğur qazanmasına dəstək verən insanlar kimi xarakterizə edirlər.
 
28-də doğulanlar
 
Ayın 28-də doğulanlar numerologiyada təbii liderlər hesab olunur. Onlara güclü xarizma, yüksək həyat enerjisi və diqqət çəkmək bacarığı aid edilir. Bu xüsusiyyətlər səbəbindən onlar bəzən həddindən artıq özünəinamlı və ya əlçatmaz görünə bilərlər. Lakin numerologiya tərəfdarlarının fikrincə, onların xarici sərtliyi və güclü görünüşünün arxasında başqalarına kömək etmək, onları ruhlandırmaq və dəstəkləmək istəyi dayanır.
 
İnsanlar niyə "qorxulu" görünə bilərlər?
 
Bu cür şərhlərə görə, ətrafdakılar çox vaxt güclü özünəinamı, müstəqilliyi və şəxsi sərhədləri dəqiq müəyyən edən insanları təhlükəli və ya qorxuducu hesab edirlər. Əslində isə əksər hallarda söhbət aqressiyadan deyil, insanın özünü yaxşı tanımasından, dəyərlərinə sadiq qalmasından və fikrini açıq şəkildə ifadə etməkdən çəkinməməsindən gedir.

Aİ-dən SEPAH-ın Hərbi Dəniz Qüvvələri ilə bağlı SANKSİYA

Avropa İttifaqı (Aİ) Hörmüz boğazında gəmiçilik azadlığına təhdidlərə görə sanksiyalar çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri komandanının müavinini və qurumun əyalət komandanlığını "qara siyahı"ya salıb.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətindən məlumat verilib.
 
"Şuranın Yaxın Şərqdə gəmiçilik azadlığını təhdid edən hərəkətlərinə görə iki fiziki şəxsə və bir təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib", - deyə məlumatda bildirilib.
 
Aİ-nin rəsmi jurnalında dərc olunan qərara əsasən, SEPAH Hərbi Dəniz Qüvvələri komandanının müavini Mohammad Akbarzadeyə, İran Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları İttifaqının nümayəndəsi və İran Ticarət Palatasının üzvü Hamid Hüseyniyə, eləcə də Hörmüzqan əyaləti üzrə SEPAH Hərbi Dəniz Qüvvələri Komandanlığına qarşı sanksiyalar tətbiq edilib.
 
Siyahıya daxil olan fiziki şəxslərə Aİ-yə giriş qadağan edilib, onların, Avropa banklarında tapıldığı təqdirdə, aktivləri dondurulacaq. Hüquqi şəxslər üçün bu, həmçinin aktivlərin bloklanması və Aİ-dən olan dövlət və özəl strukturları ilə istənilən əlaqənin qadağan edilməsi deməkdir.

Hacıqabulda açıq ərazidə yanğın baş verib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
 
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
 
Yanğın nəticəsində 15 hektar sahədə kol-kos yanıb.
 
Ətraf ərazilər, o cümlədən ərazidən keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.

Sabah hava meteohəssas insanlar üçün necə olacaq?

İyunun 9-na olan tibbi-meteoroloji proqnoz açıqlanıb.
 
Moderator/az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Pis vərdişlərdən əbədi qurtulmaq üçün <span style="color: #ff0000;">15 dəyərli MƏSLƏHƏT...</span>

“Qüsurlarınızı aradan qaldırıb-aparmamağınızın tamamilə sizdən asılı olduğunu anlayın...”
 
“Sosial dairənizi dəyişdirin - çox vaxt pis vərdişlər pis dostluğun təsiri altında inkişaf edir...”
 
“ “Bunu edəcəyəm, amma sabah" adlı çox yaxşı bir texnika da var...”
 
"Mütəmadi olaraq idmanla məşğul olmağı və açıq havada gəzməyi vərdiş halına gətirin..."
 
"Hər dəfə asılılığı aradan qaldırdığınız və ya pis davranışı tərgitdiyinizə görə özünüzə mükafat düşünün..."
 
Moderator.az aktuallığını nəzərə alaraq “İslam-Today” nəşrində təqdim edilmiş “Pis vərdişlərdən əbədi qurtulmaq olar!..- 15 dəyərli məsləhət” başlıqlı materialın tərcüməsini dəyərli oxucuların nəzərinə çatdırır:
 
“Gəlin özümüz-özümüzə düzünü etiraf edək, bir çoxumuzun həyatımızda və ya xarakterimizdə utandığımız və tərgitmək istədiyimiz müəyyən vərdişlərimiz var. Bəzilərimiz saatlarla televizora baxırıq və ya sosial mediada vaxtımızı öldürürük, digərləri arıqlamaq və sağlamlıqlarını yaxşılaşdırmaq üçün heç cür pəhriz saxlaya bilmir, başqa biriləri həddindən artıq həssas, bəziləri isə əsəbidir...
 
Bir çox insan - hətta müsəlmanlar da - siqareti və ya spirtli içki qəbulunu tərgitməkdə çətinlik çəkir. Bəs bu çətin işə necə başlamalıyıq? Aşağıda bəzi insanların zərərli asılılıqlardan və vərdişlərdən azad olmasına kömək edə biləcək bəzi məsləhətlər verilib. Diqqətli olun - pis vərdişlərdən (burun qurdalamaq, gileylənmək və ya dedi-qodu, qeybət  etmək) tərgitmək bir günün və ya hətta bir ayın məsələsi deyil.
 
Psixoloqlar hesab edirlər ki, orta hesabla bir insanın köhnə bir vərdişi yeni və faydalı bir şeylə əvəz etməsi təxminən üç ay çəkir. Buna görə də ilk bir neçə gün asan olmayacaq. Səbirli və israrlı olun:
 
1.Bir qüsuru aradan qaldırmağa çalışan hər kəsin etməli olduğu ilk şey, onun bir çatışmazlığı və ya pis bir vərdişinin olduğunu qəbul etməkdir. 
 
"Televizor qarşısında çox vaxt keçirirəm", "Arıqlamaq üçün nəhayət şirniyyat və un bişintisi yeməyi dayandırmalıyam", "Hər xırda şeyə görə ailə üzvlərimə irad tuturam - bu, səhvdir". Əgər probleminizin olduğunu etiraf etməsəniz, onu həll etməyə başlamayacaqsınız...
 
2.Qüsurlarınızı aradan qaldırıb-aparmamağınızın tamamilə sizdən asılı olduğunu anlayın. 
 
Artıq sizə "Ay, vay, heç vaxt uğur qazana bilməyəcəksiniz" deyən "daxili tənqidçinizə" qulaq asmayın. Həqiqətən istəsəniz, bunu edə bilərsiniz.
 
3.Unutmayın ki, Allah səhvlərini etiraf edənləri və təkmilləşməyə çalışanları sevir. 
 
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Canım əlində olana and olsun ki, günah işləməsəydiniz, Allah sizi məhv edər və səhv edəndən sonra tövbə edənləri sizinlə əvəz edərdi" (Müslim).
 
4. Qarşınıza məqsəd qoyun və aydın bir fəaliyyət planı yaradın. Bir deyim var: "Plan qura bilməsəniz, uğursuzluğu planlaşdıracaqsınız". 
 
Xarakter və vərdişlərin dəyişdirilməsi prosesi ardıcıl hərəkət tələb edir ki, bu da planlaşdırmanı əhatə edir. Özünüzü inkişaf etdirmək üçün nə etməli olduğunuza inandığınız konkret hərəkətlər hazırlayın və problemin həlli üçün bir müddət təyin edin. Unutmayın ki, "Allah az olsa belə, ən ardıcıl olaraq edilən əməlləri sevir" (Buxari və Müslim tərəfindən rəvayət edilmişdir). Tədricən, addım-addım irəliləyin; dərhal nəticələrə dalmayın, eyni zamanda qazandığınız uğurlara da arxayın olmayın...
 
5.Pis vərdişlərin öhdəsindən gəlmək cəhdiini, sadəcə problemi həyatınızdan aradan qaldırmağa (ruhunuzda boşluq qoymağa) çalışmasanız, onu faydalı və sağlam bir şeylə əvəz etsəniz, daha uğurlu olacaq. 
 
Unutmayın: çox vaxt pis vərdişlər müsbət emosiyaların və təcrübələrin olmamasından yaranır. Məsələn, sadəcə televizora baxmağı dayandırmayın, onu faydalı kitablar oxumaqla və ya idmanla əvəz edin. Başqalarının sosial media profillərini və xəbər lentinizi nəzərdən keçirmək əvəzinə, faydalı bir məqalə oxuyun və ya bir İslam aliminin mühazirəsini dinləyin. Əlavə ibadətlər etmək vərdişini inkişaf etdirin - daha çox Quran oxuyun, zikr və dua edin və din qardaşlarınızla ünsiyyət qurun... 
 
Məhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu prinsipi aşağıdakı məsləhətlə izah etmişdir: "Harada olursunuzsa olun, Allahdan qorxun, pis əməli günahın nəticələrini aradan qaldıracaq yaxşı əməllə əvəz edin və insanlara qarşı mehriban olun" (Tirmizi).
 
6. "Tətikləyicilərdən" - sizi pis vərdişə qayıtmağa təhrik edə biləcək hər hansı bir hərəkətdən çəkinin.
 
Məsələn, supermarketlərdə impulsiv alış-verişə və həddindən artıq xərcləməyə meyillisinizsə, tək getməyin; yalnız sizi dayandıracaq dostlarınız və ailənizlə gedin. Bu cür şeylərə qarşı bir müdafiə hazırlayın - səhv bir şey etmək istəyi hiss etsəniz, nə edəcəksiniz? "Əgər tort istəsəm, əvəzinə alma və ya yerkökü yeyərəm..."
 
7. Sosial dairənizi dəyişdirin - çox vaxt pis vərdişlər pis dostluğun təsiri altında inkişaf edir.
 
Əgər bu sizin üçün doğrudursa, köhnə dostlardan - işdə nahar fasiləsində sizi siqaret çəkməyə dəvət edənlərdən və ya "bir stəkan və ya bir qədəh spirtli içki sizə heç bir zərər verməyəcəyinə, ona görə də özünüzə bu qədər sərt davranma" deyənlərdən özünüzü uzaqlaşdırın. Belə dostlarla ünsiyyətinizi minimuma endirməyə çalışın (əgər onlarsız keçinmək mümkün deyilsə). 
 
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) pis dostların təsirini belə izah etmişdir:
 
"Yaxşı dost və pis dost ətriyyatçı və dəmirçi kimidir. Ətirçi sizə ətir verə bilər, ya da ondan ala bilərsiniz, ya da heç olmasa onun yanında xoş bir ətir hiss edəcəksiniz. Dəmirçiyə gəldikdə isə, onun yanında paltarlarınızı ləkələyəcək və ya udacaqsınız, sobalarının tüstüsünü çəkəcəksiniz" (Səhih Buxari və Müslim). 
 
Əksinə, özünüzü inkişaf etdirmək üçün səy göstərəcək dindar və saleh dostlar qazanmağa çalışın...
 
8. Mütəmadi olaraq idmanla məşğul olmağı və açıq havada gəzməyi vərdiş halına gətirin. 
 
Arıqlamaq istəyənlər üçün faydaları göz qabağındadır. Bununla yanaşı, idman bir çox digər pis vərdişlər üçün faydalıdır. Məsələn, müntəzəm olaraq qaçmağa başlayan siqaret çəkənlərin təxminən 80%-i siqareti tərgitməyi bacarıb. Əgər əsəbi və ya asanlıqla inciyirsinizsə, idman etmək və təmiz havada gəzmək də artıq gərginliyi aradan qaldırmağa və əhvalınızı yaxşılaşdırmağa kömək edə bilər...
 
9. Özünüzü mükafatlandırın: 
 
Hər dəfə asılılığı aradan qaldırdığınız və ya pis davranışı tərgitdiyinizə görə özünüzə mükafat düşünün. Psixoloqlar deyirlər ki, mükafatlandırılmış bir hərəkət zehninizdə kök salır və təkrar tələb edir. Məsələn, hər iki həftədən bir özünüzə xoş bir hədiyyə verin: "Əgər sevdiyim paltara sığacaq qədər arıqlaya bilsəm, özümə yeni bir baş örtüyü alacağam - uzun müddətdir xəyal etdiyim bir örtük." Müsəlmanlar olaraq, son mükafatımızın Allahın razılığı və Axirətdəki mükafatı olduğunu da unutmamalıyıq...
 
10. Pis vərdişlərinizi məhdudlaşdırın: 
 
Əgər həqiqətən pis bir vərdişi tərgitməyə çalışırsınızsa, onu müəyyən bir zaman və məkanla məhdudlaşdırmağa çalışın. Məsələn, özünüzə deyin: "Gündə üç siqaretdən çox çəkməyəcəyəm." Bir müddət sonra siqareti tamamilə tərgidənə qədər bu miqdarı azaltmağa çalışın.
 
11. Səhv etmək və yıxılmaq insan təbiətidir... 
 
Əgər özünüzü itirib yenidən bu vərdişə qayıtsanız, təslim olmayın və özünüzü çox günahlandırmayın. Əksinə, uğursuzluqlara hazır olun; onlar qaçılmazdır. Lakin hər gün özünüz üzərində işləsəniz, daha yaxşı olacaqsınız. Əgər səhv edib pəhrizinizi tərk etsəniz və ya nəzarəti itirib siqaret çəkməyə başlasanız, hər şeyin itirildiyini düşünməyin. Qazandığınız bütün bacarıqlar hələ də beyninizdə kök salıb, ona görə də qalxıb səylərinizi davam etdirməlisiniz...
 
12. "Bunu edəcəyəm, amma sabah" adlı çox yaxşı bir texnika da var... 
 
Əgər həqiqətən rejiminizi pozmaq istəyirsinizsə, özünüzə deyin: "Bunu edəcəyəm, amma indi yox, sabah". Bu ifadəni ertəsi gün özünüzə təkrarlayın. Bir neçə gündən sonra təkrarlanma istəyi bugünkü qədər güclü olmayacaq. Üstəlik, daimi təxirəsalma bir neçə ay davam edə bilər ki, bu da yeni sağlam bir vərdiş inkişaf etdirməyiniz üçün kifayətdir...
 
13. Təkrarlanma strategiyası hazırlayın - tərgitməyə çalışdığınız vərdişə qayıtmaqdan başqa necə özünüzü qoruya bilərsiniz?.. 
 
Bəzi insanlar hər dəfə səhv edib çatışmazlıqlarına və ya pis vərdişlərinə qayıtdıqda xeyriyyə təşkilatlarına və yoxsullara pul bağışlayırlar. Bu onlara köhnə pis vərdişlərinə qayıtmağın "dəyərini" xatırladır...
 
14. Özünüzə ölümü və Axirət həyatını xatırladın. 
 
İndi sizi sınağa çəkən şeylər ölərkən və bütün həyatınız üçün Allah qarşısında hesabat verməli olduğunuz zaman həqiqətən bu qədər vacib olacaqmı? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir dəfə demişdir: "Bütün ləzzətləri məhv edəni [yəni ölümü] tez-tez xatırlayın" (ət-Tirmizi). 
 
15. Allahdan kömək və yardım diləyin. 
 
Və əhəmiyyətinə görə yox, sayına görə sonuncu məqam. Daim Uca Allahdan kömək diləmək ümumi dəyişiklik prosesinin ayrılmaz hissəsinə çevrilməlidir. Səmimi dua edin və unutmayın ki, Allah həqiqətən bizə kömək etməyə hazırdır - əgər özümüz Ona gedən yolda ilk addımı atsaq... 
 
"Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu göstərər və gözləmədiyi yerdən ona ruzi verər. Kim Allaha təvəkkül edərsə, O, ona kifayət edər" (Quran 65:2-3). Allah hamımıza kömək etsin! Amin... 
 
Müəllif: 
Müslimə (Anna) Kabulova.”
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın
 

Azərbaycanda güzəştlə alınmış aqrar texnikanın ixracı məhdudlaşdırılıb

Azərbaycanda güzəştli şərtlərlə maliyyələşdirilən kənd təsərrüfatı texnikasının maliyyələşdirildiyi tarixdən 5 müddətində ölkədən ixracına yol verilməyəcək.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.
 
Fərmana əsasən, güzəştlə alınmış aqrar texnika barədə məlumatlar real vaxt rejimində "Elektron kənd təsərrüfatı" informasiya sistemi vasitəsilə Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürüləcək.

Gəncədə 17 yaşlı yeniyetmənin meyiti tapıldı

Gəncədə 17 yaşlı yeniyetmənin meyiti yaşadığı evdə tapılıb.
 
Moderator.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü E.Çərkəzlinin meyiti yaxınları tərəfindən aşkar edilib.
 
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
 
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Ucarda yük maşını aşdı, makaronlar yola dağıldı

Ucarda yük maşını aşıb.
 
Moderator.az Lent az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Alpout kəndindən keçən hissəsində baş verib.
 
Bakı istiqamətində hərəkətdə olan makaronla yüklənmiş "DAF" markalı yük maşını idarəetmədən çıxaraq aşıb.
 
Nəticədə makaronlar yola dağılıb.

Novxanıda narkobunker aşkarlanıb

Abşeron rayonunun Novxanı qəsəbəsində gizli narkobunker aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb. Onun yaşadığı ünvana və həyətyanı sahəsində yerin altında hazırladığı gizli bunkerə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 11 kiloqramdan artıq olan 209 ədəd çətənə kolu, həmçinin 2 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
 
Araşdırmalar zamanı müəyyən edilib ki, E.Qurbanov bunkerə xüsusi havalandırma, işıqlandırma və istilik sistemləri quraşdıraraq çətənə bitkilərinin yetişdirilməsi üçün münbit şərait yaradıb.
 
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib.
 
Araşdırmalar davam etdirilir.

 

Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib

Rusiya-Ukrayna münaqişəsi başqa region ölkələrinə, qlobal mənada ciddi təhdid yaradır.
 
Moderator.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
"Azərbaycan və digər qardaş ölkə vətəndaşlarına müraciət edərək demək istəyirəm ki, hərbi münaqişə zonalarında uzaq dursunlar", - nazir vurğulayıb.
 
O, üç gün bundan öncə Azovda iki gəmiyə dron hücumu zamanı 4 Azərbaycan vətəndaşının həlak olması, dördünün yaralandığını xatırladıb və qeyd edib ki, savaş davam etdikcə belə hallardan sığortalanmaq mümkün deyil.
 
Ceyhun Bayramov bildirib ki, hərbi münaqişələrin təsirlərini müəyyən coğrafi çərçivədə saxlamaq olduqca çətindir.
 
Nazir qeyd edib ki, Azərbaycan hər zaman müharibələrin dayandırılmasının, atəşkəsə nail olunmasının və problemlərin diplomatik-siyasi yollarla həllinin vacibliyini vurğulayır.
 
C.Bayramov beynəlxalq ictimaiyyətin münaqişələrin dinc yolla həlli istiqamətində səylərini artırmasının vacibliyini diqqətə çatdırıb.
 
"Onu tam bir coğrafiya daxilində, hansısa qaydalar şərtində saxlamaq və proqnozlaşdırmaq çətindir. Azərbaycan dövləti olaraq savaşın dayanması, onun diplomatik və siyasi həllinin tapılması, ilkin mərhələdə atəşkəsin əldə edilməsi, daha sonra davamlı sülh üçün addımların önəmini qeyd edirik".
 

Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib

Ramiz Məmməd oğlu Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib.
 
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
O, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
 
Qeyd edək ki, Xalq artistinin iyunun 7-də 80 yaşı tamam olub.

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin keçiriləcəyi imtahan mərkəzləri açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
 
Ölkə üzrə ümumilikdə 35 imtahan mərkəzi təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi üçün müəyyən olunub.
 
Qeyd edilən keçid vasitəsilə imtahan mərkəzlərinin siyahısı ilə tanış ola bilərsiniz.
 
Builki sertifikatlaşdırma imtahanlarının iyunun 17-25-də keçirilməsi planlaşdırılır.

Toy karvanında "avtoşluq" edənləri polis saxladı - <span style="color: #ff0000;">ANBAAN VİDEO</span>

Saatlıda toy karvanında avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunublar.
 
Moderator.az xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən "Tofas" və "Mercedes" markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, H.Tağızadə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edib.
 
Hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, H.Tağızadə inzibati qaydada həbs olunub, Z.Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Bakıda DƏHŞƏT: <span style="color: #ff0000;">Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu - FOTO</span>

Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 20 Yanvar küçəsi, 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı oğlu Kamran Abıyevlə birgə meyiti tapılan Əbülfəz Abıyev müəllim imiş.
 
O, Avropa Azərbaycan Məktəbinin müəllimi vəzifəsində çalışırmış.
12:24
 
Bakıda dəm qazından zəhərlənən 21 yaşlı oğlan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
 
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Məlumatda bildirilir ki, iyunun 7-də saat 16:40 radələrində Nəsimi rayonu, 20 yanvar ərazisində dəm qazından zəhərlənmə səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
 
"Hadisə yerindən bir nəfər, 2005-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
 
Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
 
Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd edilib.
 
Qeyd edək ki, hadisə yerində iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
 
10:54
 
Bakı şəhərinin Nəsimi rayonu, 9-cu mikrorayon ərazisində faciəli hadisə baş verib.
 
Moderator.az "Qafqazinfo"ya istinadla bildirir ki, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyitləri tapılıb.
 
İlkin məlumata görə, ata və oğlu mənzilə qaz sızması nəticəsində boğularaq ölüblər.
 
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.

İspaniyanın baş nazirindən Roma Papasına maraqlı hədiyyə - FOTO

İspaniyanın Baş naziri Pedro Sançes Roma Papası XIV Leoya sülh və dialoqun simvolu olaraq bonsai şəklində zeytun ağacı hədiyyə edib.
 
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Krallıq Nazirlər Kabineti rəhbərinin mətbuat xidmətindən məlumat verilib.
 
Pontifik baş naziri Madriddəki Apostol Nuntsiaturunda qəbul edib. Görüş zamanı Sançes Roma Papasına 13 yaşlı ispan bonsai zeytun ağacını bağışlayıb.
 
Bu bitki ənənə və innovasiyalar, tarixi köklərə hörmət və qabaqcıl texnologiyaların tətbiqi arasında ideal tarazlığı təmsil edir.
 
"Zeytun ağacı sülhün, dialoqun və anlayışın - İspaniya və Vatikanın ortaq dəyərlərinin universal simvoludur", - deyə mətbuat xidmətindən bildirilib

Avropa çempionatı: <span style="color: #ff0000;">Azərbaycan Fransaya qarşı</span>

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.
 
Moderator.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda F qrupundakı üçüncü matçında Fransa ilə qarşılaşacaq.
 
“Tipos Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:15-də start götürəcək. Qarşılaşma qrup liderliyi baxımından xüsusi önəm daşıyır.
 
Hazırda Azərbaycan millisi F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncü pillədə qərarlaşıb. Hər iki matçda məğlub olan Avstriyanın isə xalı yoxdur.
 
Qeyd edək ki, Avropa çempionatına iyunun 4-də yekun vurulacaq.
 

<span style="color: #ff0000;">“Tədbir görülməsə fəsadlara yol aça bilər”</span> - aramsız yağan yağışlar torpaq sürüşmələrini aktivləşdirə bilər? - <span style="color: #ff0000;">ÖZƏL+AÇIQLAMA</span>

“Azərbaycan aktiv sürüşmə zonasıdır. İntensiv yağan yağışlar torpağın yeraltı sularla doymasına səbəb olur ki, bu da Bakı və ətraf ərazilərdəki sürüşmə zonalarını aktivləşdirir. Aramsız yağıntılar yamacların dayanıqlığını pozaraq torpaq və qayaların yola və ya yaşayış məntəqələrinə doğru uçmasına gətirib çıxarır. Azərbaycanda torpaq sürüşməsi aktivləşib. Torpaq sürüşməsi yaz və payız aylarında baş verməyə başlayır. Təbii ki, bəzi dağ yamaclarında bu proses baş verir. Hazırkı dövrümüzdə biz bunu görürük, özümüz də müşahidə edirik. Biz nə qədər də bu sürüşmənin qarşısını almağa çalışsaq, sürüşmələr təbii və süni yolla arta bilir. Əsasən biz indi Bakı şəhərində Bayıl qəsəbəsi deyilən ərazidə, Bibiheybətdə, Günəşli zonasında, Suraxanı rayonunda bu hadisələri tez-tez görürük. Bəzi yerlərdə sürüşmələr süni şəkildə, sənədsiz və qanunsuz evlərin tikilməsi nəticəsində həmin ərazinin mövqeyinin dəyişməsi ilə bağlı baş verir. Artıq sürüşmə zonalarının xəritəsi hazırlanıb və bu problemin qarşısının qismən alınması istiqamətində işlər aparılır”.
 
Bunu Moderator.az-a açıqlamasında ekoloq Gülçöhrə Hüseynova deyib.
O daha sonra sürüşmələrin qarşısının alınması istiqamətində görülən işlərdən də danışıb:
 
“Badamdarın çox yeri yamaclar və təpələrdir. İstənilən vaxt ora sel gələrsə, torpaq silkələnə, sürüşə bilər. Badamdarda beton hörgülər tikilib və onlar bərkidilib. Bu kimi tədbirlər qismən də olsa sürüşmələrin qarşısını alır. Yaxşı olardı ki, bu ərazilərdə kökü dərinə gedən və saçaqlı kökə sahib olan bitkilər əkilsin. Bir neçə il əvvəl belə ağaclar əkmişdilər. Hansılar ki, o ağaclar və bitkilər uzunömürlüdürlər. Bir növ hörgü rolunu oynayırlar. Şam, arbuz və s. ağacları misal göstərə bilərəm. Çayır da məqsədəuyğundur. Ölkə ərazisində 370-dən çox sürüşmə zonası təyin olunub. Yaz yağışları ilə əlaqədar olaraq sürüşmələrin aktivləşməsi ehtimal olunur. Qabaqlayıcı tədbirlər görülməsə fəsadlara yol aça bilər”.

Ömür boyu sevgi: <span style="color: #ff0000;">bir-birləri üçün yaradılan BÜRCLƏR</span>

Ömürlük sevgi insanların hər gün etdiyi bir seçimdir. Astrologiya kiminlə daha asan əlaqə quracağınızı göstərə bilər, lakin güclü bir münasibətin əsl təməli etibar, hörmət və birlikdə olmaq istəyi üzərində qurulub.

İllərlə davam edən münasibətlər həmişə heyranlıq mənbəyidir. Onlar xüsusi görünürlər, sanki insanlar arasında çətinliklərin öhdəsindən gəlməyə və birlikdə qalmağa kömək edən görünməz bir bağ var. 

Astrologiya bunu sadəcə izah edir: müəyyən bürclərin şəxsiyyətlərində, duyğularında və hətta düşüncə tərzində özünü göstərən təbii uyğunluğu var. Bu, digər birliklərin məhv olacağı anlamına gəlmir, lakin bəzi cütlüklərin ahəngdar və davamlı bir sevgi şansı daha yüksəkdir.

Qoç və Şir

Bu ikisi heç vaxt “yarım güclə” yaşamırlar. Onların münasibətləri daimi hərəkət, emosiya və canlı hadisələrlə doludur. Mübahisə edə, rəqabət apara və hətta toqquşa bilərlər, lakin bu, eyni zamanda bir-birlərinə olan marağını qoruyub saxlayır.

Bu cütlükdə hər iki tərəfdaşın:

- bir-birinin xarakterinin gücünə hörmət etməsi;

- emosiyalarını açıq şəkildə ifadə etməkdən çəkinməməsi;

- bir-birinin ambisiyalarını dəstəkləməsi vacibdir.

Əgər onlar liderlik uğrunda mübarizə aparmağı deyil, birlikdə hərəkət etməyi öyrənsələr, bu, çox uzun müddət davam edə biləcək bir ittifaqdır.

Buğa və Qız bürcü

Bu, ən sabit cütlüklərdən biridir. Yaxınlıq hiss etmək üçün təmtəraqlı sözlərə ehtiyac duymurlar. Onlar sakit, praktik təbiətə və rahat bir həyat yaratmaq istəyinə sahibdirlər.

Bu münasibətdə:

- təfərrüatlara çox diqqət və qayğı var;

- kiçik dram və kəskin münaqişələr;

- dərin təhlükəsizlik hissi var.

Bu cütlüklər tez-tez qarşılıqlı hörmət və etimadın hökm sürdüyü güclü ailələr qururlar.

Əkizlər və Tərəzi

Bu bürclər ünsiyyət sevgisini bölüşürlər. Saatlarla danışa, ideyaları müzakirə edə, xəyal qura və planlaşdıra bilərlər. Onların münasibətləri aşağıdakılar üzərində qurulub:

- intellektual uyğunluq;

- münaqişələri həll etməkdə rahatlıq;

- birlikdə inkişaf etmək istəyi.

Bu cütlük nadir hallarda darıxır. Bir-birlərinə ilham verir və həyatı daha maraqlı edirlər.

Xərçəng və Balıqlar

Bu, çox həssas və incə bir ittifaqdır. Onlar partnyorlarının emosiyalarını demək olar ki, intuitiv şəkildə hiss edirlər və həmişə dəstək olmağa hazırdırlar. Bu münasibətdə:

- emosional yaxınlıq vacibdir;

- bol istilik və qayğı;

- güclü daxili əlaqə.

Onların zəifliyi həddindən artıq həssaslıqdır, lakin tarazlığı qorumağı öyrənsələr, bu, güclü və dərin bir birlik olacaq.

Əqrəb və Oğlaq

Bu cütlük ciddi münasibətlər qurur. Onlar açılmaqda gecikirlər, amma etibar etsələr, bu, uzunömürlü olacaq. Onları aşağıdakılar birləşdirir:

- sabitlik arzusu;

- münasibətlər üzərində işləmək bacarığı;

- dərin, lakin təmkinli emosionallıq.

Bu, çətinliklərə tab gətirə bilən və şəraitin təzyiqi altında dağılmayan bir birlikdir. /lent.az/

Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi

"İstanbul bölgəsində güclü zəlzələnin başvermə ehtimalı təxminən 48% təşkil edir".
 
Moderator.az xəbər verir ki, bu barədə "Nefes" qəzetinə türkiyəli seysmoloq Naci Görür bildirib.
 
Alim Mərmərə dənizi bölgəsində 1999-cu ildə baş vermiş zəlzələdən sonra aparılan araşdırmalardan danışıb. İlkin olaraq bu araşdırmaların nəticələri göstərirdi ki, yaxın 30 il ərzində İstanbulda güclü təkanların başvermə ehtimalı 60%-dən yüksəkdir. Sonradan yeni tədqiqatlar sayəsində bu göstərici 48%-ə qədər endirilib.
 
Bununla belə, Görür qeyd edib ki, Türkiyənin bu bölgəsində təbii fəlakət ehtimalı hələ də yüksək olaraq qalır. Üstəlik, onun baş verə biləcəyi dəqiq tarixi proqnozlaşdırmaq qeyri-mümkündür.
 
Seysmoloqlar Mərmərə dənizi bölgəsində mümkün güclü zəlzələ barədə dəfələrlə xəbərdarlıq ediblər. Alimlərin proqnozlarına görə, yeddi və daha yüksək maqnitudalı təkanlar zamanı təxminən 90 min ev uçacaq, 260 min ev isə yaşayış üçün yararsız hala düşəcək.
 
İstanbul bölgəsində gücünə görə buna bənzər sonuncu zəlzələ 1999-cu ilin avqustunda baş verib.
 

<span style="color: #ff0000;">Xalq artistindən ETİRAZ:</span> “Ərizəmi yazıb çıxdım, 6 ay tamaşa hazırlayırsan, 1 dəfə göstərilir” - <span style="color: #ff0000;">FOTO+ÖZƏL</span>

“Bakı Bələdiyyə Teatrındakı fəaliyyətimə son qoymuşam. Belə məsləhət olundu. Bina problemi var, tamaşalar getmir. 5-6 ay tamaşa hazırlayırsan, 1 dəfə nümayiş olunur. Ona görə də öz xoşumla teatrdan dostcasına ayrıldım. Bilirsiniz ki, Bakı Bələdiyyə Teatrı ilə daim əməkdaşlığım olub. Rəhmətlik Amaliya xanımın vaxtında da çox gözəl tamaşalar hazırlamışam. Amaliya xanım rəhmətə gedəndən sonra məni teatra baş rejissor kimi qızı Aynur Muxtarova dəvət etdi. Mən də dəvəti qəbul etdim və bir müddət işlədim. Fəaliyyətimi ana teatrda davam etdirirəm. Akademik Milli Dram Teatrında Onore de Balzakın “Atılmış qadın” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlamışıq. Azərbaycan səhnəsinə tanış əsər deyil. Əsərin tərcüməçisi və səhnələşdirəni Kənan Hacıdır. Əsər sevgi haqqında həssas psixoloji dramdır. Tamaşa sosial nüfuzu yüksək olan, ərindən qalmaqallı formada ayrılan, daha sonra vilayətdə tənha yaşayan aristokrat qadın – Vikontessa de Bosseanın kədərli taleyindən bəhs edir. Onun yeganı günahı sevgiyə həddindən artıq inanması idi”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyov deyib. 
 
Xalq artisti daha sonra teatrlardakı islahatlardan danışıb:
“150 ildir Azərbaycan teatrının baş rejissoru, bədii rəhbəri olub. İndi artıq yeni dövrdür. 21-ci əsrin dörddə birini keçirik. Teatra islahatlar lazımdır. Teatrlarda bir rəhbər olsa, o həm aktyorları, həm rejissorları, həm dramaturqları idarə etməyi bacarmalıdır. Teatrlarda baş rejissor ştatının ləğvi ilə sənət ocaqlarına sanki sərbəstlik verilir. Bir teatrda 5 rejissor ştatda olanda kənardan rejissor çağıra bilmirlər. Hər rejissorun öz norması var. Onların hərəsi heç olmasa iki tamaşa hazırlamalıdır. Bu da il ərzində 8 tamaşa edir. Ona görə də kənardan rejissor dəvət edə bilmirlər. Aktyorlar da həmişə eyni rejissorlarla işləyir. Bu islahat teatrlara imkan yaradacaq ki, xaricdən, əyalət teatrlarından rejissorlar dəvət etsinlər. Bu rəqabətdə bəlkə də istedadlı rejissorlar üzə çıxacaq. Teatra gələn hər rejissor istəyir ki, öz tamaşası ilə vizit kart qazansın. Bu sistemi də yoxlamaq lazımdır. Kollektivin ayrı-ayrı rejissorlarla işləməsi həm rəngarəng repertuar, həm də kollektivin yüksəlişi deməkdir”.

Ukrayna Taqanroq limanını alovlara qərq etdi

Ukrayna ötən gecə Rusiyanın bir neçə bölgəsində, eyni zamanda Krımda yanacaq anbarı, neft emalı zavodlarına zərbələr endirib.
 
Moderator.az Rostov vilayətinin qubernatoru Yuri Slyusarın açıqlamasına istinadən xəbər verir ki, Taqanroq limanında dron hücumu nəticəsində tanker, yanacaq çəni və inzibati bina yanıb: "Dron hücumu nəticəsində Taqanroq limanında tanker, yanacaq çəni və inzibati bina yanıb. İlkin məlumata görə, itki yoxdur".
 
Bundan əlavə, Krasnodar diyarındakı Armavir şəhərində Cənubi Neft Şirkətinin neft anbarına da zərbə endirilib.
 
Krımda da gecə ərzində güclü partlayışlar eşidilib. Hədəfin Feodosiyadakı neft anbarı olduğu bildirilir.
 

“Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı? - <span style="color: #ff0000;">ÖZƏL+FOTO</span>

“Əcnəbilər ölkəmizə gələndə səyahətlərinin daha ucuz başa gəlməsi üçün otelə yox, hostellərə üstünlük verirlər. Amma elə bilməyin ki, bu məkanların qiymət baxımından ucuz olması, turistləri rahatlıq və təhlükəsizlik baxımından da arxayın edir. Bəzi hostellərdə təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması sual altındadır. Əslində turist mənzildə də qala bilər. Amma mənzillərin kirayə qiymətlərinin həddindən artıq baha olması səbəbindən xarici vətəndaşlar bu tip hostellərdən istifadə edirlər. Hostelin qiyməti 1 nəfər üçün aylıq təxminən 150 manat təşkil edir”.
 
Bunu Moderator.az-a açıqlamasında Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O daha sonra əlavə edib:
 
“Əksər hallarda mənzillərdən hostel kimi istifadə edən şəxslər həmin mənzillərin hostel kimi istifadə olunması ilə bağlı rəsmi qurumlardan icazələr almırlar. Bu zaman həmin hostellərin təhlükəsizlik qaydaları qorunmur. Mütləq şəkildə hansısa şəxs hostel və oteldə gecələyirsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin sürəti orada qeyd olunmalıdır. Başqa bir tərəfdən isə həmin hostelin təhlükəsizlik qaydaları qorunmalı, hosteldə hansısa bir oğurluq və cinayət hadisəsinin qarşısı əvvəlcədən alınmalıdır. Bunun üçün hostel istifadə edən zaman rəsmi qurumlardan icazələr alınmalı, həmin hostelin istifadəsi normativ qaydalara uyğun aparılmalıdır. İaşə obyekti hostel kimi istifadə olunursa mütləq şəkildə resepşın, kameralar olmalıdır. Əksər hostellərdə resepşın, mühafizə xidməti fəaliyyət göstərmir. Digər şəxslərə əmək haqlarının verilməməsi üçün hostel idarə edən şəxslər əlavə işçi heyətini işə götürmür. Bu da gələcəkdə problemlərə yol açır. Qeyri-qanuni hostellərin qiyməti də nisbətən ucuz olur. Belə hostellərdə daha çox Pakistan, Hindistan, Şri-Lankadan gələn turistlər qalır”.

Mayın 30-u ilə bağlı <span style="color: #ff0000;">XƏBƏRDARLIQ</span>

Bakıda və Abşeron yarımadasında mayın 30-u gecə və axşam arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilir ki, Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 31-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
 
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
 
Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.
 

Çempionlar Liqasında həlledici gecə: <span style="color: #ff0000;">PSJ titulu qoruyacaq, yoxsa "Arsenal" tarix yazacaq?</span>

Bu gün UEFA Çempionlar Liqasında - dünyanın ən nüfuzlu klub turnirində kubokun sahibi bəlli olacaq.
 
Moderator.az xəbər verir ki, Macarıstanın Budapeşt şəhərində son çempion titulunu qorumaq istəyən PSJ ilə uzun illərdən sonra bu zirvəyə qayıdan və tarixində ilk dəfə bu kuboku muzeyinə aparmaq niyyətində olan "Arsenal" qitənin ən möhtəşəm matçında üz-üzə gəlirlər.
 
Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
 
Qeyd edək ki, UEFA-nın builki qərarı ilə finalın start vaxtı irəli çəkilib. Bundan öncəki sezonlarda Çempionlar Liqasındakı final oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürürdü.
 
30 may
UEFA Çempionlar Liqası
Final
 
Saat 20:00, PSJ - "Arsenal"
 
Budapeşt, "Puşkaş Arena".

Türkiyədə zəlzələ oldu

Türkiyənin Balıkəsir vilayətinin Sındırqı rayonunda yenidən zəlzələ baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsi) məlumat yayıb.
 
Bildirilir ki, səhər saat 04:44-də qeydə alınan 3,5 bal gücündə zəlzələnin dərinliyi 10,17 kilometr olub.
 

1000-dən az qazanan vergi ödəməməlidir — <span style="color: #ff0000;">Natiq Cəfərli</span>

Azərbaycanda ikinci iş yerində çalışan şəxslər üçün ayrıca vergi güzəştlərinin tətbiqi məsələsi vaxtaşırı gündəmə gəlir. Mütəxəssislər hesab edir ki, belə mexanizmlər həm insanların əlavə qazanc əldə etməsini stimullaşdıra, həm də kölgə məşğulluğun azalmasına təsir göstərə bilər. Bununla yanaşı, iqtisadçılar problemin əsas həll yolunun daha geniş vergi islahatlarından keçdiyini bildirirlər.
 
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı modern.az-a bildirib ki, bu məsələnin əsas həlli vahid gəlir deklarasiyası sisteminin tətbiqindən keçir.
 
Onun sözlərinə görə, insanın bir və ya bir neçə iş yerində çalışmasının fərqi olmamalıdır: “Fərqi yoxdur insan beş yerdə işləyir, ya bir yerdə işləyir. İldə və ya rübdə bir dəfə gəlir deklarasiyası verməlidir. Azərbaycanda yaşayan hər bir həddi-buluğa çatmış şəxs gəlir deklarasiyası təqdim etməlidir”.
 
Natiq Cəfərli qeyd edib ki, vergi sistemi şəxsin ümumi gəlirinə uyğun qurulmalıdır: “Müxtəlif qəliz güzəştlər və hesabatlılıq tələb edən mexanizmlər əvəzinə, ildə və ya rübdə bir dəfə ümumi gəlir deklarasiyasının təqdim olunması daha doğru praktika olar”.
 
İqtisadçı bildirib ki, bir çox ölkələrdə aşağı gəlirli şəxslər ümumiyyətlə gəlir vergisindən azaddır: “Məsələn, ABŞ-də illik gəliri müəyyən məbləğdən aşağı olan şəxslər vergi ödəmir. Bizdə də mərhələli vergi sistemi tətbiq edilə bilər”.
 
Onun fikrincə, gəlir səviyyəsinə uyğun vergi şkalası formalaşdırılması daha ədalətli model ola bilər: “Məsələn, rüb ərzində 1000 manatdan az qazanan ümumiyyətlə vergi ödəməsin. 1000-5000 manat arası qazananlar 2 faiz, daha yüksək gəlir əldə edənlər isə fərqli faizlərlə vergi ödəsin”.
 
Natiq Cəfərli hesab edir ki, belə sistem həm vətəndaşlar, həm də dövlət üçün daha əlverişli olar: “Bu yanaşma həm hesabatlılıq, həm də ədalətli vergi sistemi baxımından çox vacibdir. Dövlət üçün də daha rahat və şəffaf mexanizm formalaşar”.

İllərdir ziyanlı bilinirdi, əslində şəfa imiş

Heyvan yağları haqqında deyilən miflər alt-üst oldu. Alimlər quyruq yağının ürək-damar sisteminə ziyan yox, xeyir verdiyini sübut etdilər.
 
Son klinik araşdırmalar bu ənənəvi qidanın damarları tıxamadığını üzə çıxardı. Ekspertlər quyruq yağının tərkibindəki Omega-9 turşusunun damar elastikliyini qoruduğunu bildirirlər. Bu maddə zeytun yağında olduğu kimi orqanizm üçün həyati əhəmiyyət daşıyır.
 
Quyruq yağı təbii ağrıkəsici funksiyasını yerinə yetirir. O, xüsusilə oynaq mayesini bərpa edir. Revmatizm və bel ağrılarından əziyyət çəkənlər üçün bu yağ əsl şəfadır. Bir çox həkim immuniteti gücləndirmək üçün quyruq yağından istifadəni tövsiyə edir.
 
Mütəxəssislər bu yağın həzm sistemini də rahatlatdığını vurğulayırlar. Mədə və bağırsaq divarlarını qoruyan turşular maddələr mübadiləsini sürətləndirir. Eyni zamanda tərkibindəki A, D, E və K vitaminləri dərini cavan saxlayır. Kolagen quruluşu sayəsində qocalma prosesini ləngidir. Təbii və balanslı şəkildə istehlak edilən quyruq yağı bədənin müqavimətini artırır. /Demokrat.az/
 

Minimum maaş ən azı 660 manat olmalıdır - <span style="color: #ff0000;">DEPUTAT</span>

Azərbaycanda maaşların həftəlik ödənilməsi modelinin tətbiqi məsələsi vaxtaşırı müzakirə olunsa da, ekspertlər hesab edir ki, hazırkı mərhələdə əsas problem ödənişin tezliyi deyil, əməkhaqqının real yaşayış xərclərinə uyğun olmamasıdır. Beynəlxalq praktikada həftəlik maaş sistemi müəyyən sahələrdə uğurla tətbiq edilsə də, bu modelin həm üstünlükləri, həm də çatışmazlıqları mövcuddur.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli məsələ ilə bağlı modern.az-a bildirib ki, fəaliyyət sahəsindən və digər amillərdən asılı olaraq, bir sıra ölkələrdə əməkhaqqı həftəlik, ayda iki dəfə və ya aylıq şəkildə ödənilir.
 
Deputat qeyd edib ki, həftəlik əməkhaqqı sistemi xüsusilə ABŞ, Böyük Britaniya və Kanada kimi ölkələrdə geniş yayılıb:
 
“ABŞ-da özəl şirkətlərin 30 faizə yaxını həftədə bir dəfə ödəniş formasından istifadə edir. Bu sistem tikinti, pərakəndə ticarət və xidmət sektorunda daha çox tətbiq olunur. İşçilər qazandıqları vəsaiti daha tez əldə etdikləri üçün gündəlik xərclərini idarə etmək onlar üçün asanlaşır”.
 
Əli Məsimli vurğulayıb ki, həftəlik maaş sistemi xüsusilə aşağı gəlirli ailələr üçün müəyyən üstünlüklər yaratsa da, impulsiv xərcləmə riskini də artırır:
 
“Kirayə, ipoteka və sığorta kimi aylıq ödənişlər zamanı problemlər yarana bilər. Bundan əlavə, hər həftə əməkhaqqının hesablanması əlavə mühasibat və inzibati yük formalaşdırır”.
 
Deputatın sözlərinə görə, Azərbaycanda əhalini daha çox maraqlandıran məsələ maaşın hansı formada verilməsi deyil, onun dolanışığa yetib-yetməməsidir:
 
“Hazırda minimum əməkhaqqı 400 manatdır və bu məbləğ vətəndaşların minimum tələbatını tam qarşılamaq üçün kifayət etmir. Azərbaycanın qoşulduğu Avropa Sosial Xartiyasına əsasən minimum əməkhaqqı orta maaşın 60 faizindən aşağı olmamalıdır. Bu yanaşma ilə hesabladıqda minimum əməkhaqqı 660 manatdan yuxarı olmalıdır”.
 
O əlavə edib ki, minimum əməkhaqqı ilə yanaşı median əməkhaqqının artırılması da vacibdir:
 
“Ölkə üzrə orta aylıq əməkhaqqı 1152 manat olsa da, median maaş bundan xeyli aşağıdır. Median gəlir insanların real sosial vəziyyətini daha düzgün əks etdirir. Ona görə də həm minimum, həm də median əməkhaqqının artırılması istiqamətində təsirli addımlar atılmalıdır”.
 
Əli Məsimli sonda bildirib ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçidlə bağlı da işlər aparılır və gələcəkdə minimum saatlıq əməkhaqqının tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilə bilər.

Putinin orqanları <span style="color: #ff0000;">donuzunkularla əvəzlənəcək...-"The Wall Street Journal"</span>

Amerikanın "The Wall Street Journal" qəzetinin məlumatına görə, Rusiya hakimiyyəti 73 yaşlı Rusiya diktatoru Vladimir Putinin ömrünü uzatmağın yolunu tapmaq üçün 26 milyard dollarlıq(təxm. 2 trilyon rubl) genişmiqyaslı proqrama başlayıb.
 
Moderator.az bu barədə "Korrespondent" nəşrinə istinadla xəbər verir.
Putinin qızı Mariya Vorontsova və Kurçatov İnstitutunun rəhbəri və Kreml liderinin dostu Mixail Kovalçukun rəhbərlik etdiyi layihənin bir hissəsi olaraq, rus alimləri aşağıdakılar üzərində işləyirlər:
 
-toxuma bioçapı;
 
-gen terapiyasından istifadə edərək hüceyrə qocalmasını yavaşlatmaq; 
 
-genetik modifikasiya olunmuş mini donuzların içərisində insan transplantasiyası üçün orqan yetişdirməyə çalışmaq.
 
 İlk genetik modifikasiya olunmuş donuzun 2030-cu ilə qədər peyda olacağı gözlənilir.
 
Rusiya alimləri hazırda iki əsas sahəyə diqqət yetirirlər: bio-çap (canlı toxumaların və orqanların 3D çapı) və ksenotransplantasiya — insanlarla uyğunlaşmaq üçün genetik modifikasiya olunmuş heyvanlarda orqanların yetişdirilməsi.
 
Bəzi təcrübələr siçanların qığırdaq toxumasını və tiroid bezini bio-çap olunduğunu iddia edib. 
 
Mixail Kovalçuk  daha əvvəl elmin nəticədə insan bədən hissələrinin "təmirinə" və dəyişdirilməsinə, eləcə də insan ömrünün uzadılmasına imkan verəcəyini bildirmişdi.
 
Lakin Rusiya "təcrübələrinin" effektivliyi hələ də şübhə altındadır, çünki hazırda beynəlxalq elmi jurnallarda bu mövzuda heç bir nəşr yoxdur.
KİV xəbər verir ki, illərdir, Putin və onun ətrafındakılar ömrün uzadılması və biotexnologiyaya böyük maraq göstərirlər.
 
Nəşrin xatırlatdığı kimi, Rusiya diktatoru daha əvvəl Çin prezidenti Si Cinpinlə söhbətində ölümsüzlük və orqan dəyişdirilməsi mövzusunu qaldırmış və bunun ömrü 120 ilə qədər uzada biləcəyini iddia etmişdi.
 
Keçən il isə Putin Rusiyada orta ömür müddətinin "150 ilə qədər artırıla biləcəyini" bildirmişdi.
 
Rusiyalı alimlər Putinin ömrü "150 ilə qədər" uzatmaq ideyasını həyata keçirmək vəzifəsini öz üzərlərinə götürüblər.
 
S.Laçın

Hindistanda ölü elan edilən gənc qadın atası və qardaşının həbsindən sonra <span style="color: #ff0000;">"dirildi"</span>

Hindistanda polis 26 yaşlı qadını ölmüş elan edib, onun atası və qardaşını həbs edib, lakin qadın əslində sağ olub və özü polis bölməsinə gedib.
 
Bu barədə NDTV telekanalı məlumat verib.
 
Məlumata görə, Şivani Kalmekar aprel ayında Madhya-Pradeş ştatında itkin düşüb. Mayın əvvəlində Maharaştra polisi bəndin yaxınlığında naməlum qadının başı kəsilmiş və qismən yanmış cəsədini aşkar edib.
 
Polis DNT testi aparmadan cəsədin Şivaniyə aid olduğuna qərar verib. Bundan sonra onun atası və qardaşı qətldə şübhəli bilinərək həbs ediliblər.
 
Kişiləri mayın 28-də qadın özünün polis bölməsinə gəlib ifadə verməsi həbsdən xilas edib. Məlum olub ki, Şivani bütün müddət ərzində sağ olub və işçi kimi işləyən sevgilisi ilə birlikdə yaşayıb.
 
"Mən sağam. Mənimlə hər şey qaydasındadır. Atamı və qardaşımı azadlığa buraxmaq lazımdır", - deyə qadın bildirib.
 
Polis səhlənkarlıqda ittiham olunub və daxili araşdırmaya başlanılıb. /oxu.az/
 

Kürdə suyun səviyyəsi artmaqda davam edir: Sahilboyu kəndlər TƏHLÜKƏDƏ -<span style="color: #ff0000;"> VİDEO</span>

Son günlər intensiv yağan yağışlar Kürdə suyun səviyyəsinin artmasına səbəb olub. Çayın sahilboyu ərazilərində yerləşən kəndlər bu vəziyyətdən təsirlənib.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, çayda suyun səviyyəsi yüksəldikcə qrunt suları həyətlərə və bağlara dolur. Salyan rayonunun Pambıqkənd kəndi ərazisində bəzi evlərdə də bu cür fəsadlar yaranıb.
 
Sakinlərin bildirdiyinə görə, qrunt suları bağ və bostan sahələrini yararsız vəziyyətə salıb. Yaranmış vəziyyət onları ciddi narahat edir.
 
Yaranmış vəziyyətlə bağlı Qaraçala inzibati ərazi nümayəndəliyindən bildirilib ki, artıq rayon fövqəladə komissiyasına bu barədə məlumat verilib. Əraziyə baxış keçirildikdən sonra tədbirlər görüləcək.

Tur şirkəti vətəndaşları "tələ"yə saldı? - <span style="color: #ff0000;">VİDEO</span>

Baku TV-nin qaynar xəttinə müraciət edən bir qrup vətəndaş özünü "Rivo Travel" kimi təqdim edən tur şirkəti tərəfindən aldadıldıqlarını bildiriblər.
 
Şikayətçilərin sözlərinə görə, tur üçün ödəniş edildikdən sonra təşkilatçılarla əlaqə tamamilə kəsilib. Təyin olunmuş vaxtda nə nəqliyyat vasitəsi gəlib, nə də şirkətlə əlaqə saxlamaq mümkün olub.
 
Şikayətçi İlkin Abdullazadə bildirib ki, onlar İsmayıllı-Qəbələ turuna getmək üçün 8 nəfərlik qrup şəklində "Instagram"da fəaliyyət göstərən "Rivo Travel" səhifəsinə müraciət ediblər. Şirkət tərəfindən müxtəlif endirim kampaniyaları təklif olunub və ümumi məbləğ 137 manat təşkil edib. Ödənişi kart vasitəsilə köçürdüklərini deyən şikayətçi təşkilatçıları tanımadıqlarını və rəsmi görünən "Instagram" səhifəsindəki nömrənin hazırda fəaliyyətsiz olduğunu vurğulayıb.
 
Məsələni şərh edən vəkil Qasım Şaliyev isə qeyd edib ki, pulun ödənildiyi andan etibarən tərəflər arasında müqavilə münasibətləri yaranmış hesab olunur. Öhdəliklərin pozulduğunu əsas gətirən vətəndaşlar məhkəməyə müraciət edərək onlara vurulan zərərin ödənilməsini tələb edə bilərlər.
 
Vəkilin sözlərinə görə, buraya şirkətə ödənilən məbləğlə yanaşı, toplanış yerinə qədər çəkilən nəqliyyat xərcləri və aldadılma faktına görə yaşanan mənəvi zərərə görə təzminat da daxildir.

"Barselona" ingilis futbolçunu transfer etdi

İngiltərə millisinin vingeri Entoni Qordon rəsmi olaraq "Barselona"nın oyunçusu olub.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Kataloniya klubu 25 yaşlı futbolçunun "Nyukasl"dan transferini elan edib. Müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub.
 
Transferin məbləği 70 milyon avro olub, bonuslar isə 10 milyon avro təşkil edib.
 
Qeyd edək ki, geridə qalan mövsümdə Qordon "Nyukasl"ın heyətində bütün turnirlərdə 46 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə verib.
 

Axund Azər Sani: "İnsana ən böyük zərbə vaxtilə çox fədakarlıq etdiyi adamdan gəlir" - <span style="color: #ff0000;">VİDEO</span>

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı ilahiyyatçı, qəzəlxan və axund Azər Sani olub.
 
Müasir dövrdə mənəvi dəyərlərin qorunmasının çətinləşdiyini bildirən Azər Sani cəmiyyətdəki dəyişikliklərdən söz açıb.
 
"Yaxşı və pis insan hər dövrdə olub. Sadəcə, indi günah adiləşdiyi üçün imanı qorumaq daha çətindir. Bu gün əyləncələr və mənasız şeylər çoxaldığından insanlara elə gəlir ki, vaxt tez keçir. Əslində isə zamandan səmərəli istifadə etmək lazımdır. Vaxt düzgün xərclənəndə bərəkətli olur", - deyə o bildirib.
 
Axund, həmçinin fədakarlıq anlayışına toxunub. Onun sözlərinə görə, insana ən böyük zərbə adətən ən yaxınından, vaxtilə çox fədakarlıq etdiyi adamdan gəlir: "Amma yaxşılığı insan üçün yox, Allah üçün edirsənsə, qarşı tərəfin nankorluğu səni qorxutmur. Çünki əminsən ki, etdiyin yaxşılıq Yaradanın ədaləti sayəsində bir gün mütləq sənə qayıdacaq".

"Məqsədimiz işçi sayını 200 nəfərə çatdırmaqdır" - Xocalıda Prezidentin açılışını etdiyi tekstil müəssisəsindən REPORTAJ - <span style="color: #ff0000;">VİDEO</span>

2024-cü ilin oktyabrında fəaliyyətə başlayan "Qarabağ Tekstil Evi" istehsal və ixrac imkanlarını genişləndirməyi hədəfləyir.
 
Bu barədə müəssisənin təsisçisi Rizvan Təhməzov Baku TV-yə məlumat verib. Onun sözlərinə görə, müəssisə ilk olaraq Xankəndi şəhərində yaradılıb, lakin iş üçün müraciətlərin çoxluğu nəzərə alınaraq Xocalı şəhərində də yeni obyekt fəaliyyətə başlayıb.
 
Hazırda fabrikdə 85 nəfər işlə təmin olunub, daha 40 nəfər isə Dövlət Məşğulluq Agentliyinin xətti ilə peşə təlimlərinə cəlb edilib: "Müəssisəmizdə əsasən ev tekstili məhsulları istehsal olunur və çeşidlərin sayı 200-ə yaxındır. Yaxın gələcəkdə əsas məqsədimiz işçi sayını 200 nəfərə çatdırmaq, istehsal gücümüzü daha da artırmaqdır".
 
R.Təhməzov şirkətin satış və ixrac coğrafiyasını da açıqlayıb. O bildirib ki, istehsal olunan məhsulların 75 faizi daxili bazarın tələbatını ödəməyə yönəlib, 25 faizinin isə ixracı nəzərdə tutulub. Təsisçi, həmçinin Moldova və Gürcüstana ixracın başladığını diqqətə çatdırıb.

 

"Mossad"ın ABŞ-dakı keçmiş casusu İsrailin<span style="color: #ff0000;"> Türkiyə ilə savaşının labüdlüyünü vurğuladı...</span>

"The Middle East Eye" qəzetinin məlumatına görə, ABŞ-dakı keçmiş İsrail casusu Conatan Pollard İrandan sonra İsrail təcavüzünün növbəti hədəflərinin Misir və Türkiyə olacağını proqnozlaşdırıb.

Moderator.az bu haqda "İslamnews" nəşrinə istinadla xəbər verir.

O, "Arutz Sheva" xəbər agentliyinin jurnalistinə verdiyi açıqlamada "Türklərlə işimizin iranlılarla olduğu qədər asan keçəcəyinə əmin deyiləm" deyib. "Çox güman ki, Türkiyəyə və ya Misirə qarşı olacaq növbəti müharibəyə hazırlaşmalıyıq. Fırtına yetişir" deyib Pollard.

O, həmçinin Türkiyənin dəstəklədiyi Suriya keçid hökumətinin İsrail ordusu tərəfindən işğal edilmiş torpaqları geri almasına mane olmağa çağırıb.

Türkiyənin "Strateji Düşüncə İnstitutu" saytının bu mövzuda məlumatında əlavə edilir ki, keçmiş "Mossad" agenti Pollard bu açıqlamaları verərkən Türkiyənin NATO üzvlüyünü də vurğulayıb: 

“Mən Türkiyənin hərbi doktrinasını izləyirəm - onların Yaxın Şərqdə ən güclü ordusu var. Bir fırtına gəlir və onlar NATO üzvləridir. Daha da pisi, onlar NATO üzvüdürlər.

Buna görə də İrana mütləq həll etməli olduğumuz bir problem kimi baxıram və nə demək istədiyimi izah edəcəyəm. Qəzza da eyni şəkildə. Və "Hizbullah" da.

Niyə? Niyə mən indi buna aludə olmuşam? Çünki növbəti müharibəyə hazır olmalıyıq. Bu müharibə, yəqin ki, Türkiyə və Misirə qarşı olacaq”, - deyə o bildirib.

Zəruri arayış:

Conatan Pollard ABŞ-dan İsrailə məxfi məlumat ötürdüyünə görə 30 il ABŞ həbsxanasında cəza çəkib. O, 2015-ci ildə azadlığa buraxılıb, İsrail vətəndaşlığını alıb və 2020-ci ildə İsrailə köçüb. Həmin vaxt onu hava limanında Benyamin Netanyahu qarşılayıb.

Pollard Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin silahdaşı və dostudur və Fələstin ərazilərində etnik təmizləmə çağırışlarını dəstəkləyib.

S.Laçın

 

ABŞ Ebola üçün 80 milyon dollar ayırdı

ABŞ Afrikada Ebola virusu ilə mübarizə üçün əlavə 80 milyon dollar ayırıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Afrika və Ərəb ölkələri üzrə baş müşaviri Massad Bulos deyib.

"Hazırda maliyyə yardımının məbləği 112 milyon dollar təşkil edir",- o bildirib.

Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub

ABŞ Prezidenti Donald Tramp İran sazişi ilə bağlı keçirilən iclası hər hansı qərar qəbul etmədən başa vurub.

Moderator.az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən yazıb.

"Adının açıqlanmasını istəməyən administrasiyanın yüksək rütbəli rəsmisinin sözlərinə görə, Prezident Trampın Situasiya Otağındakı iclası təxminən iki saat davam edib, lakin o, İranla hər hansı yeni saziş barədə qərar qəbul etməyib", - materialda qeyd olunub.

Mənbə əlavə edib ki, administrasiya razılaşmaya yaxın olduğunu hesab edir, lakin İran üçün vəsaitlərin dondurulmasının ləğv edilməsi də daxil olmaqla, müəyyən məsələlər hələ də müzakirə olunmaqdadır.

Ən çox ət yeyilən ölkələr: Azərbaycan neçəncidir?

Dünyada adambaşına ən çox ət istehlakına malik ölkələr açıqlanıb.

 

Moderator.az Ölkə.az-a istinadən xəbər verir ki, ət istehlak edən ölkələri 5 qrupa bölmək olar: ən az, az, orta, çox və ən çox.

 

Ən az ət istehlak edən ölkələr - adambaşına 3,7 kiloqramdan 21 kiloqramadək ət yeyilən ölkələrdir. Bura Brundi, Banqladeş, Hindistan, Suriya, Əfqanıstan, Nigeriya, Niger, Yəmən, Somali və digər ölkələr daxildir.

 

Azərbaycan illik adambaşına ət yeyən ölkələr sırasında ikinci qrupda yer alıb. Belə ki, Azərbaycanda illik 40,5 kq adambaşına ət istehlak edilir. Pakistan, İran, Qırğızıstan, Misir, Gürcüstan, Özbəkistan, Ermənistan, Türkiyə, Ukrayna az ət yeyilən ölkələr sırasındadır.

 

Müsəlman ölkələrindən Səudiyyə Ərəbistanı, Türkmənistan, BƏƏ, Küveyt, Bəhreyn, Qazaxıstan kimi ölkələr orta səviyyəli ət yeyilən ölkələrdir. Bu ölkələrdə illik adambaşına 58-84 kq ət istehlakı düşür.

 

Yaponiya, Almaniya, Çin, Finlaniya, Fransa, Rusiya, Britaniya və digər Avropa dövlətləri də orta səviyyəli ət istehlak edilən ölkələrdir. Bu ölkələrdə adambaşına ət istehlakı 60-100 kq arasında dəyişir.

 

Dünyanın ən çox ət istehlak edilən ölkələrini, yəni illik adambaşına 100 kq-dan çox olan ölkələrin siyahısını təqdim edirik:

 

1. Tonga krallığı - 148 kq

 

2. Monqolustan - 132 kq

 

3. Saint Vemcent və Grenadinler - 124 kq

 

4. Honq Konq -123 kq

 

5. ABŞ - 123 kq

 

6. Marşal adaları - 118 kq

 

7. Argentina - 113 kq

 

8. İsrail - 113 kq

 

9. Makao - 113 kq

 

10. Avstraliya - 112 kq

 

11. Baham adaları - 108 kq

"Lion"un keçmiş futbolçusu vəfat etdi

"Lion" klubunun və Fransa gənclər yığmasının keçmiş futbolçusu Brian Berqunyu 43 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə Fransa təmsilçisi sosial şəbəkələrdə məlumat yayıb.

"Olimpik Lion" klubun əfsanəsi Brian Berqunyunun vəfatını dərin kədərlə bəyan edir. Klub bu dəhşətli xəbərdən sarsılıb və onun ailəsinə, yaxınlarına, eləcə də onu tanıyan və sevən hər kəsə ən səmimi başsağlığını çatdırır", - deyə komandanın bəyanatında bildirilir.

Xatırladaq ki, Berqunyu "Lion"un heyətində üç dəfə Fransa çempionu olub, həmçinin iki dəfə ölkə Superkubokunu qazanıb. Bundan əlavə, yarımmüdafiəçi "Tuluza", "Leççe" və bir sıra digər komandalarda da çıxış edib.

2023-cü ilin dekabrında Berqunyuya qulaqaltı vəzi xərçəngi diaqnozu qoyulmuşdu.

<span style="color: #ff0000;">"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi"</span> - Alimlərdən açıqlama

"Kanadalı tədqiqatçılar ilk valideynlik yaşının həyatın sonrakı mərhələlərinə ciddi təsir etdiyini açıqlayıblar..."

Kanadanın Nyu-Bransuik Universitetinin alimləri ilk uşağın dünyaya gətirilməsi üçün ən uyğun yaş aralığını müəyyənləşdirmək məqsədilə genişmiqyaslı elmi tədqiqat aparıblar. 

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri yazıb.

Araşdırmanın əsas nəticələri

Araşdırma zamanı minlərlə insanın həyat göstəriciləri təhlil olunub və valideynlik yaşının təhsil, gəlir, sağlamlıq və ümumi həyat keyfiyyəti ilə əlaqəsi müqayisə edilib.

"PLOS One" jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, ilk dəfə valideyn olmaq üçün ən optimal yaş aralığı təxminən 26-31 yaşdır. Xüsusilə 29 yaş ətrafı dövr ən balanslı göstəricilərlə seçilir. Alimlərin fikrincə, bu yaşda ilk dəfə valideyn olan şəxslər həm maddi, həm sosial, həm də sağlamlıq baxımından daha sabit nəticələr nümayiş etdirirlər.

Təhsil və gəlir göstəriciləri

Araşdırma çərçivəsində 6282 nəfərin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, erkən yaşda, xüsusilə 25 yaşdan əvvəl valideyn olan şəxslər gələcəkdə daha aşağı gəlir səviyyəsi və daha məhdud sosial imkanlarla üzləşirlər. Əksinə, valideynliyi gecikdirən insanlar daha yüksək təhsil alma şansı qazanır və əmək bazarında daha sabit mövqeyə sahib olurlar. Statistik göstəricilərə əsasən, ən yüksək gəlir səviyyəsi əsasən 29 yaş ətrafında valideyn olan şəxslərdə müşahidə edilir.

Sağlamlıq və ümumi nəticələr

Tədqiqat fiziki və psixoloji sağlamlıq göstəricilərində də oxşar tendensiya üzə çıxarıb. Erkən yaşda valideyn olan şəxslər daha çox sağlamlıq problemləri ilə üzləşsələr də, bu fərqin 26 yaşdan sonra tədricən azaldığı və sabitləşdiyi qeyd olunur. Eyni zamanda, ümumi həyat məmnuniyyəti bütün yaş qruplarında təxminən eyni səviyyədə qalır və ciddi fərq müşahidə edilmir.

Nəzəri izah və yekun nəticə

Alimlər bu fərqləri "keçid mərhələsi" nəzəriyyəsi ilə izah edirlər. Bu yanaşmaya görə, insan mühüm həyat dəyişiklikləri dövründə, məsələn, təhsil və ya karyera formalaşarkən valideyn olarsa, onun şəxsi inkişaf trayektoriyası qismən ləngiyə bilər.

Bununla belə, tədqiqat müəllifləri xüsusi vurğulayırlar ki, bu nəticələr gənc yaşda valideyn olan şəxslərin uğurlu və xoşbəxt həyat qura bilməyəcəyi anlamına gəlmir. Onların fikrincə, əsas məsələ sosial dəstək mexanizmlərinin gücləndirilməsidir.

KİV: Tramp hələ ABŞ-İran razılaşması ilə bağlı qərar qəbul etməyib

ABŞ prezidenti Donald Tramp hələ ABŞ-İran razılaşması ilə bağlı qərar qəbul etməyib.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Trampın müşavirlərlə görüşü təxminən iki saat davam etsə də, konkret nəticə əldə olunmadan başa çatıb.

Qəzetin məlumatına görə, ABŞ prezident administrasiyası razılaşmaya yaxın olduğuna inanır, lakin rəsmi bildirib ki, iranlılar üçün vəsaitin ayrılması da daxil olmaqla bəzi məsələlər hələ də müzakirə olunur.

San-Pauluda Azərbaycan bayrağı göydələnlərdə proyeksiya edildi - <span style="color: #ff0000;">FOTO</span>

Braziliyanın San-Paulu şəhərində Azərbaycan bayrağının rəngləri fonunda işıq proyeksiyası və vizual nümayiş təqdim olunub.

Moderator.az xəbər verir ki, Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüs və dəstəyi ilə baş tutan bu layihə San-Paulu ştatının eyniadlı paytaxtının müasirlik və tarixiliyi özündə birləşdirən iki əsas məntəqəsində fərqli tərtibatlarla həyata keçirilib.

Şəhərin ən qaynar və izdihamlı mərkəzi olan Paulista prospektindəki məşhur FIESP göydələnləri üzərində Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini, eləcə də milli mətbəximizi və füsunkar təbiətimizi əks etdirən videosüjet göstərilib, portuqal dilində "28 May - Azərbaycanın Müstəqillik Günü" yazılmış hərəkət edən sətirlərin müşayiəti ilə üçrəngli bayrağımızın işıq proyeksiyası nümayiş etdirilib. FIESP göydələnləri 130 min şirkət və 131 assosiasiyanı özündə birləşdirməklə 2.5 trilyon ABŞ dolları məbləğində hesablanan Braziliya ÜDM-də təqribən 23 faiz payla iştirak edir.

Azərbaycanın Müstəqillik Günü bayramı ilə bağlı digər tədbir isə San-Paulu Şəhəri İcra Hakimiyyəti Şurasının iştirakı ilə ərsəyə gəlib. Belə ki, şəhərin tanınmış müasir memarlıq-mədəniyyət abidələrindən olan "Oktavio Frias De Oliveyra" asma körpüsü və "Mario de Andrade" kitabxanası 28 may axşam saatlarından başlayaraq sübh çağına qədər Azərbaycan bayraqlarının rənglərinə bürünüb.

Azərbaycanın müstəqillik günü ilk dəfədir ki, təkcə Braziliya deyil, geniş Latın Amerikası regionunun ən böyük metropolisi, aparıcı biznes və maliyyə mərkəzi hesab olunan San-Pauluda belə vizual-rəqəmsal tərtibatlarla qeyd olunur.

Bundan əvvəl isə silsilə tədbirlərin ilk hissəsi kimi paytaxt Braziliada səfirliyin dəstəyi ilə tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın Braziliyanın Milli Teatrında konserti təşkil olunub.

1517737

1517738

Rumıniya Rusiya dronlarından qorunmaq üçün NATO-dan HHM sistemi istəyib

Rumıniya rəsmi olaraq NATO-ya hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünü sürətləndirmək xahişi ilə müraciət edib.

Moderator.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyu bəyanat yayıb.

Onun sözlərinə görə, qərar Rusiya pilotsuz uçuş aparatının (PUA) Qalatsdakı yaşayış evinə düşməsindən sonra qəbul edilib.

Bununla yanaşı, Rumıniya təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr üçün Şimali Atlantika Şurasının fövqəladə iclasının çağırılması barədə NATO-nun Vaşinqton müqaviləsinin 4-cü maddəsini aktivləşdirməyib.

Ərdoğan Ayasofyada Quran oxudu - <span style="color: #ff0000;">VİDEO</span>

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə Ayasofya Böyük Məscidini ziyarət edib.

Moderator.az xəbər verir ki, o, Qurani-Kərimdən ayələr oxuyub.

Prezidentin Quran oxuduğu həmin təsirli anlar vətəndaşlar tərəfindən mobil telefonların kameraları ilə lentə alınıb.

Görüntülər sosial şəbəkələrdə geniş yayılıb və böyük marağa səbəb olub.

 

Güclü külək ağacı aşırıb

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrində küləyin təsirindən iri gövdəli ağac yolun hərəkət hissəsinə aşıb.

Moderator.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Əraziyə cəlb olunan YPX Alayının əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirlər görülür, hərəkətin nizamlanması təmin edilir.

Baş Dövlət Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq, sürücülərdən ehtiyatlı olmağı, nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir.

KİV: İran danışıqları davam etdirmək üçün ABŞ-dən 12 milyard dollar tələb edir

İran və ABŞ arasında razılaşmanın bir hissəsi xaricdə dondurulmuş aktivlərdən dərhal 12 milyard dolların Tehrana ödənilməsini nəzərdə tutur. İran yalnız bundan sonra növbəti danışıqlara qoşulacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Fars" agentliyi mənbələrə istinadən məlumat yayıb.

"ABŞ Prezidenti Donald Trampın razılaşmanın qeyd etmədiyi ən vacib hissəsi İranın dondurulmuş aktivlərindən 12 milyard dolların dərhal ödənilməsi şərtidir.

Razılaşmanın mətninə əsasən, bu məbləğ təxirə salınmadan köçürülməlidir və bu baş verməyənədək İran əlavə danışıqlara getməyəcək", - deyə agentliyin həmsöhbəti bildirib.

Qazaxıstan İrandan zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır<span></span>

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi "Financial Times" qəzetinə bildirib ki, Qazaxıstan Tehranın zənginləşdirilmiş uran ehtiyatını qəbul etməyə hazırdır.

Moderator.az xəbər verir ki, Qazaxıstan BAEA üzv dövlətlərindəki elektrik stansiyalarını yanacaqla təmin etmək və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün zənginləşdirilmiş uran bankına ev sahibliyi edir.

Anbar 2017-ci ildə BAEA ilə əməkdaşlıq çərçivəsində açılıb.

Hörmüz boğazındakı Qeşm adasında hava hücumundan müdafiə sistemləri işə salınıb<span></span>

İranın Hörmüz boğazında yerləşən Qeşm adasında hava hücumundan müdafiə sistemləri işə salınıb.

Moderator.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi yerli sakinlərə istinadən bildirib.

Səbəb açıqlanmayıb və erli hakimiyyət orqanları məlumatı rəsmi təsdiqlənməyib.

ABŞ Rusiyadan idxal olunan palladiuma rüsum tətbiq etməyəcək

ABŞ istehsalçılarına heç bir zərər vurulmadığı qənaətinə əsasən, Ticarət Departamenti Rusiyadan emal olunmamış palladium idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq Ticarət Komissiyasının (USITC), açıqlamasında deyilir.

"ABŞ Beynəlxalq Ticarət Komissiyasının mənfi nəticələrini nəzərə alaraq, Ticarət Departamenti Rusiyadan palladium idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etmək əmri verməyəcək", - açıqlamada deyilir.

Bakıya və Abşeron yarımadasına dolu yağması ehtimalı var

Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu prosesinin olacağı ehtimalı var.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 22:50-yə olan məlumatında qeyd olunub.

Daha əvvəl ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin davam etdiyi, bəzi yerlərdə yağıntıların intensiv və güclü olduğu bildirilmişdi.

Putin: NATO Rusiyanı aldatıb<span></span>

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) şərqə doğru heç bir addım atmayacağına söz vermişdi və bununla da Rusiyanı aldadıb.

Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bildirib.

“İndi Avropa siyasətçiləri günahı üzərlərindən atır, Rusiyanın təcavüzkar olduğunu göstərməyə çalışırlar. Xeyr. Bu, onların siyasətidir. Bizə heç vaxt genişlənmə olmayacağı və NATO-nun şərqə doğru genişlənməyəcəyi barədə yalan danışıblar”, - deyə Rusiya Prezidenti bildirib.

ABŞ Rusiyadan gətirilən palladiuma rüsumları ləğv etdi<span></span>

ABŞ Ticarət Nazirliyi Rusiyadan palladium idxalına tarif tətbiq etməkdən imtina edib.

Moderator.az xəbər verir ki, bu barədə Federal Beynəlxalq Ticarət Komissiyasının saytında dərc olunmuş məlumatda qeyd olunur.

Komissiya Rusiyadan ABŞ-yə emal olunmamış palladiumun göndərilməsinin Amerika sənayesinə zərər vermədiyi qənaətinə gəlib.

"Mənfi nəticələri nəzərə alınaraq, Ticarət Nazirliyi Rusiyadan bu məhsulların idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etməyəcək" - məlumatda qeyd olunur.

Yağışlı hava ilə bağlı BDYPİ-dən <span style="color: #ff0000;">XƏBƏRDARLIQ</span><span style="color: #ea094b;"></span>

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müşahidə olunan hava şərait ilə bağlı sürücülərə bir daha müraciət edib.

Moderator.az xəbər verir ki qurumdan bildirilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrində küləyin təsirindən irigövdəli ağac yolun hərəkət hissəsinə aşıb.

Əraziyə cəlb olunan YPX Alayının əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirlər görülür, hərəkətin nizamlanması təmin edilir.

"Baş Dövlət Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq, sürücülərdən ehtiyatlı olmağı, nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir", - müraciətdə qeyd olunub.

Azərbaycanda məktəb direktoru vəfat edib - <span style="color: #ff0000;">FOTO</span>

Şəmkirdə məktəb direktoru vəfat edib.

Moderator.az xəbər verir ki bu barədə onun yaxınları məlumat yayıblar.

Bildirilib ki, Şəmkir şəhər Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin direktoru Alidə Hüseynova dünyasını dəyişib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Azərbaycanda məktəb direktoru vəfat edib

Günəşdə güclü partlayış baş verib

Mayın 22-dən bu yana Günəşdə ilk dəfə sondan əvvəlki güc sinfinə aid olan partlayış qeydə alınıb.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Mayın 29-da Moskva vaxtı ilə saat 10:22-də (Bakı vaxtı ilə saat 11:22 - red.) 4 455 günəş ləkəsi qrupunda (N13E66) rentgen diapazonunda 24 dəqiqə davam edən M1.2 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

İnstitutdan verilən məlumata görə, sonuncu dəfə M2.4 güclü partlayışı mayın 22-də qeydə alınıb. Üstəlik, bu, Yerə doğru plazmanın atılması ilə müşayiət olunub.

Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Meksika XİN: Azərbaycan beynəlxalq arenada fəal, etibarlı və konstruktiv tərəfdaşdır

Meksika xarici işlər nazirinin müavini Mariya Teresa Merkado ölkəsinin Azərbaycanı beynəlxalq arenada fəal, etibarlı və konstruktiv tərəfdaş kimi gördüyünü vurğulayıb.

Moderator.az xəbər verir ki, Merkado bu barədə San Lazaro Qanunvericilik Sarayında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb.

Azərbaycanın Meksikadakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşılan məlumata görə, tədbirdə Azərbaycanın Mexikodakı səfiri Seymur Fətəliyev və XİN başçısının müavini ilə yanaşı, Meksika–Azərbaycan Dostluq Qrupunun rəhbəri, deputat Dulse Mariya Viyyeqas Quarneros də iştirak edib.

Nazir müavini Azərbaycan xalqını və hökumətini Meksika XİN adından Müstəqillik Günü münasibətilə təbrik edib. O bildirib ki, əməkdaşlıq, qarşılıqlı hörmət və suverenliyə əsaslanan münasibətlər artıq 30 ildən çoxdur Azərbaycanla Meksikanı birləşdirən möhkəm dostluq körpüsünə çevrilib.

D.M. Viyyeqas Quarneros isə çıxışında ölkələrimiz arasında münasibətlərin inkişafının əhəmiyyətini xüsusi qeyd edərək bu dostluğun gələcək illərdə daha da güclənəcəyindən əmin olduğunu vurğulayıb.

Nərimanın forması ÇL-nin finalı olan şəhərdə - <span style="color: #ff0000;">FOTO</span>

Çempionlar Liqasının finalının keçiriləcəyi Budapeştdə bu mövsüm qrup mərhələsində iştirak edən bütün komandaların formaları şəhərin müxtəlif nöqtələrində nümayiş etdirilir.

Moderator.az xəbər verir ki, diqqətçəkən məqam isə Azərbaycan təmsilçisi “Qarabağ”dan seçilən Nəriman Axundzadənin forması olub.

Məhz Nərimanın formasının sərgilənməsi maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, Nəriman Axundzadə indi karyerasını ABŞ-ın “Kolumbus-Kru” klubunda davam etdirir.

1517718

<span style="color: #ff0000;">"Alimlər bitkilərlə bağlı gözlənilməz fakt aşkar etdi: bitkilər bir-birini "izləyir"</span> - Yeni təqdiqat

"Bitkilər arasında qoxular vasitəsilə kimyəvi ünsiyyətin daha mürəkkəb olduğu üzə çıxıb..."

Alimlər bitkilər arasında əvvəllər məlum olmayan yeni bir kimyəvi qarşılıqlı təsir formasını aşkar ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "Dauly Star" nəşri yazıb.

Bitkilərin "ünsiyyət" sistemi

Araşdırmaya görə, sağlam bitkilər qoxu vasitəsilə qonşularının nə qədər sürətlə böyüdüyünü "qavraya" bilir və bu məlumat əsasında öz inkişaf strategiyalarını dəyişirlər. Mütəxəssislər bildirirlər ki, bitkilər bu siqnalları qəbul edərək ya daha sürətli böyüməyə, ya da müdafiə mexanizmlərini gücləndirməyə qərar verirlər. Bu proses genlərin fəaliyyətinə qədər təsir edə bilir.

Uçucu üzvi birləşmələrin rolu

Araşdırmada deyilir ki, bu proses uçucu üzvi birləşmələr vasitəsilə baş verir. Bu maddələr bitkilərin havaya asanlıqla buraxdığı kimyəvi birləşmələrdir və adətən tozlayıcı həşəratları cəlb etmək və ya müdafiə reaksiyaları üçün istifadə olunur. Əvvəllər hesab edilirdi ki, bu siqnallar yalnız bitki zədələndikdə yaranır.

Lakin yeni tədqiqat göstərib ki, sağlam bitkilər də daim bir-birinə kimyəvi "siqnallar" göndərir və bu, rəqabət mühitində onların davranışını formalaşdırır. Tədqiqatın aparıcı müəllifi doktor Velimir Ninkoviç bildirib ki, bu, bitkilər arasında davamlı "ünsiyyət" kimi qiymətləndirilə bilər və onların genetik fəaliyyətinə birbaşa təsir göstərir.

Laboratoriya təcrübəsi və nəticələr

Alimlər araşdırmada arpa bitkisinin üç müxtəlif sortundan istifadə ediblər. Bu sortlar fərqli böyümə sürətinə və qoxu profilinə malik olub. Onlara müxtəlif uçucu üzvi birləşmələr təsir etdirilib və 25 gün ərzində dəyişikliklər izlənilib. Nəticələr göstərib ki, bitkilərin böyümə sürəti qonşu bitkidən gələn kimyəvi siqnallara uyğun şəkildə dəyişir.

Sürətlə böyüyən bitkilərin "qoxusunu" alan nümunələr öz inkişafını gücləndirib, yavaş böyüyənlərin siqnalını alanlar isə daha zəif inkişaf göstərib. Bu təsir yalnız bir hissədə deyil, yarpaq, gövdə və kök daxil olmaqla bütün orqanlarda müşahidə olunub. Alimlər xüsusilə benzilnitril, linalool və oktanal kimi birləşmələrin bu prosesdə əsas rol oynadığını qeyd edirlər.

Təkamül izahı və yekun

İsveç tədqiqatçılarına görə, bu cür kimyəvi "ünsiyyət" milyon illər ərzində formalaşmış təbii təkamülün nəticəsidir və bitki aləmində geniş yayılmış ola bilər. Onların fikrincə, bitkilər daim uçucu birləşmələr ifraz etdiyinə görə, qonşu növlərin bu siqnalları qəbul etməsi ekoloji rəqabətin təbii bir hissəsinə çevrilib. Lakin hansı birləşmələrin daha güclü təsir göstərməsi növdən-növə dəyişə bilər.

"Chevron" Hörmüz boğazından gəmilərin keçidi üçün İranın ödəniş tələbinə qarşıdır

ABŞ-nin ən böyük enerji korporasiyası "Chevron"un top-menecmenti İranın xarici gəmilərin Hörmüz boğazından keçidi üçün ödəniş tətbiq edilməsi tələblərini qəbuledilməz hesab edir.

Moderator.az xəbər verir ki, bunu şirkətin rəhbəri Maykl Uirt "Bloomberg TV"nin efirində bəyan edib.

Onun sözlərinə görə, korporasiya İranın tanker və digər tranzit gəmilərə hücum hadisələrinin artmasına baxmayaraq, bu məsələni müzakirə etmək niyyətində deyil. Uirt son vaxtlar bu cür halların sayının xeyli artdığını vurğulayıb.

Hazırda "Chevron"un altı gəmisi üçüncü tərəflərlə bağlanmış çarter müqavilələri çərçivəsində istismar olunur. Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üçün İrana mümkün ödənişlər barədə qərar bilavasitə gəmi sahiblərinin səlahiyyətində qalır. Lakin "Chevron"un mövqeyi birmənalıdır - şirkət belə bir tədbirə qəti şəkildə qarşıdır, çünki bu, beynəlxalq dəniz gəmiçiliyi normalarına ziddir.

Daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əl-Cabir də oxşar mövqe bildirib. O, İran hakimiyyətinə xarici gəmilərin boğazdan sərbəst keçidini qeyd-şərtsiz təmin etmək çağırışı ilə müraciət edib. Buna baxmayaraq, Tehran gəmi sahibləri üçün qeyd olunan rüsumun tətbiqində israrlıdır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Ermənistanın silahlanma tempi onun sülh səylərini dəfələrlə üstələyir...

44 günlük müharibədə rüsvayçı şəkildə məğlub olan və işğal etdiyi bütün torpaqlardan qovulan Ermənistan post-müharibə dönəmində sürətlə silahlanmaqda davam edir. Əvəllər, sadəcə Hindistan və Fransada məhdud sayda raket və zirehli texnika alan rəsmi İrəvan, son bir ildə daha bir neçə ölkədən silah idxal etməyə başlayıb. Mayın 28-də İrəvanda keçirilən hərbi paradda Ermənistan yeni silah və hərbi texnikalar nümayiş etdirib ki, onların arasında Fransa və Hindistanla yanaşı, İran, Rusiya, Çin və s. ölkələrdən alınan texnikalar da olub. “Volk” robotlaşdırılmış sistemi, hava hədəflərini aşkar etmək və hava vasitələrinin istifadə etdiyi peyk qəbuledicilərini susdurmaq üçün nəzərdə tutulmuş “Tuman” radiolokasiya sistemi, Fransanın “Bastion” zirehli maşınları, Hindistanın “Tata” zirehli maşınları, “RBOA” piyada raket qurğusu, “TOS-1A” ağır odsaçan sistemləri, “Skorpion” zenit-raket kompleksi, “Tor-M2KM” zenit-raket kompleksi, 25 km məsafədə eyni anda 16 hava hədəfini məhv edə bilən “Lusan” zenit-raket kompleksi və “Şit-200” radiolokasiya sistemləri, İran istehsalı yaxın mənzilli “AD-08 Majid” zenit-raket kompleksləri və s. paradda nümayiş etdirilən silahlar arasında yer alıb.

Bu fakt Ermənistanın öz hərbi potensialını durmadan artırdığını göstərir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan parad öncəsi jrunalistlərə verdiyi açıqlamada ölkəsinin 6-7 dövlətdən silah aldığını etiraf edib.

Paradda müxtəlif ölkələrə məxsus silah sistemləri ilə yanaşı, Ermənistan istehsalı olan 82 mm-lik “Razdan” minaatanı, 120 mm-lik “Sevan” minaatanları da nümayiş etdirilib ki, bu da Ermənistanın yerli hərbi sənayesini də inkişaf etdirməkdə olduğuna dəlalət edir.

Bir sözlə, bütün bu faktlar sübut edir ki, Ermənistan sürətlə silahlanmaqda davam edir və onun silahlanma tempi sülh səylərini dəfələrlə üstələməkdədir. Və bu reallıq ölkəmizdən daim ayıq-sayıq olmağı tələb edir. Necə ki, Prezident İlham Əliyev öz çıxışlarında daim güclü və ayıq-sayıq olmağın zəruriliyini dəfələrlə qeyd edib, hər an hər şeyə hazır olmağın vacibliyinə toxunub. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı məlum çıxşında deyib:

“...artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.

Bəli, bu gün ordumuz və dövlətimiz vətənimizin hər qarışını qorumağa qadirdir. Lakin biz də həm fərd, həm də cəmiyyət olaraq bu məsələdə ordumuzun və dövlətimizin yanında olmalı, ona əlimizdən gəldiyi qədər dəstək verməliyik. Çünki vətəni qorumaq ümumxalq işi, mənəvi borcdur. Biz bu borca sadiqliyimizi son nəfəsimizə qədər öz əmələrimizlə sübut etməliyik.

Seymur ƏLİYEV

Qrossi: Qazaxıstan İranın zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır

Vaşinqton və Tehran razılığa gəlsə, Qazaxıstan İranın, demək olar, silah dərəcəsinə qədər zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır.

Moderator.az-ın məlumatına görə, bunu "Financial Times" qəzetinə müsahibəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bəyan edib.

Onun sözlərinə görə, Qazaxıstan lideri Kasım-Jomart Tokayev buna razılığını bu həftə Astanada baş tutan görüş zamanı verib.

"BAEA-nın Qazaxıstanda az zənginləşdirilmiş uran bankı olduğu üçün bizim onu təhlükəsiz şəkildə saxlaya biləcəyimiz yerimiz var", - Qrossi bildirib. Onun fikrincə, bu həm ABŞ, həm də İran üçün qəbuledilən ola bilər.

Bununla belə, baş direktor əlavə edib ki, məsələnin həlli yalnız nüvə danışıqlarından asılı olacaq.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, mayın 29-da öz müşavirləri ilə keçirəcəyi iclasda İranla əvvəlcədən razılaşdırılmış sazişin təsdiqlənməsinə dair yekun qərarını vermək niyyətindədir.

FT qeyd edib ki, təxminən 440 kq yüksək zənginləşdirilmiş uran İranın keçən ilin iyununda ABŞ tərəfindən bombardman edilmiş üç əsas nüvə obyektində – Natanz, Fordo və İsfahanda dağıntıları altındadır. Nəşr vurğulayıb ki, 90 faizə qədər daha da zənginləşdiriləcəyi halda, bu miqdar təxminən 10 ədəd silah istehsal etmək üçün kifayətdir.

Zelenski Rusiyanın yaxın iki gecə ərzində Ukraynaya kütləvi hücum edəcəyini deyib

“Məlumatlara görə, Rusiya Federasiyası bu gecə və ya sabah gecə Ukraynaya birgə kütləvi hücum etməyə hazırlaşır”.

Moderator.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “CBS News”a müsahibəsi zamanı deyib.

"Bizim fikrimizcə, bu gecə və ya sabah gecə bizi Rusiyadan dronlar, kruiz raketləri və ballistik raketlərdən istifadə edilərək böyük bir hücum gözləyir. Biz buna hazırlıq görürük", - Zelenski bildirib.

Zelenski kəşfiyyat məlumatlarını təqdim etdikləri üçün ABŞ-a və Avropa tərəfdaşlarına da minnətdarlığını bildirib.

Rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir -<span style="color: #ff0000;"> FAKTİKİ HAVA</span>

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar intensiv və güclüdür.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 21:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Şuşa, Xankəndi, Füzuli, Laçın, Qubadlı, Sarıbaş (Qax), Gədəbəy, Zaqatala, Şəki, Göygöl, Ceyrançöl, Şahdağ, Şabran, Biləsuvar, Şəmkir, Gəncə, Daşkəsən, Quba, Qəbələ, Qusar, Balakən, Yevlax, Goranboy, Naftalan, Oğuz, Xaçmaz, Ağstafa, Ağdam, Tərtər, Sabirabadda arabir şimşək çaxır, yağış yağır.

Əksər yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Mingəçevirdə 28, Goranboyda 27, Daşkəsən və Gəncədə 25, Göyçayda 24, Zaqatalada 23, Oğuzda 22, Culfada 21, Neftçala, Naftalan, İsmayıllı, Şahdağ və Şərurda 20, Şəmkir, Şəki, Ağdam, Tərtər, Xızı, Beyləqan və Yardımlıda 18, Ağstafa və Bərdədə 16, Tovuz və Şahbuzda 15 m/s-dək güclənir.

Saat 18:40-19:00 radələrində Qax rayonunun İlisu kəndinə diametri 15-20 mm, saat 19:02-19:04 radələrində Şəki rayonuna diametri 8-10 mm, saat 19:33-19:52 radələrində Oğuz rayonunun Qarabulaq və Böyük Söyüdlü kəndlərinə diametri 15-30 mm, saat 19:40-19:50 radələrində Qəbələ rayonuna diametri 8-10 mm, saat 20:02-20:05 radələrində Xınalığa diametri 5-7 mm, saat 20:29-20:32 radələrində Tərtər şəhərinə diametri 0.8 mm, saat 19:50 radələrində Şəmkir rayonuna, rayonun Zəyəm qəsəbəsinə, eyni zamanda Çənlibel, Əliyaqublu, Keçili, Çaparlı, Sabirkənd, Çaykənd, Yeni Göyçə, Bayramlı, Atabəy, Aşağı Seyfəli, Qasımalılar, Zəyəm Cırdaxan kəndlərinə dolu düşüb.

Ağdam, Füzuli və Xocavənd rayonlarına köçürülənlərin sayı açıqlandı

"İndiyədək Ağdam, Füzuli və Xocavəndə 13 min 700 nəfər əhalinin köçü həyata keçirilib. Orada çalışanları da nəzərə alsaq, hazırda həmin rayonlarda 50 mindən çox insan yaşayır, işləyir və fəaliyyət göstərir".
 
Moderator.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
 
O bildirib ki, hədəf 2026-cı ilin sonuna qədər daha 30 min vətəndaşı öz doğma yurdlarına köçürməyi təmin etməkdir: "Sözsüz ki, bu proses davam edəcək. Bu, ilk növbədə Ağdam şəhərində 4-cü və 5-ci yaşayış komplekslərinin tikintisinin başa çatması, həmçinin Füzuli rayonunda daha iki kəndin – Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikintisinin yekunlaşması ilə təmin ediləcək".
 
Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, bu ilin büdcəsi də daxil olmaqla, işğaldan azad olunmuş ərazilərə dövlət tərəfindən 25 milyard manata yaxın vəsait ayrılıb.
 

Qabiliyyət imtahanlarına qeydiyyat başlayır

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 21-dən iyun ayının 1-dək aşağıdakı istiqamətlərin komissiyaları üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

Qabiliyyət imtahanı idman, təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti üzrə keçiriləcək.

Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə "Abituriyent" jurnalının xüsusi buraxılışları yaxın günlərdə nəşr olunacaq. Qabiliyyət imtahanlarının iyun - avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi "qeyri-məqbul" olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində "məqbul" aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.

Subbakalavrlar aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, qeydiyyatdan keçən zaman ixtisaslar üzrə uyğun komissiyalar proqram təminatı vasitəsilə subbakalavra təqdim edilir. Subbakalavrlar iyun ayının 1-dək ərizələrini təsdiq etməlidirlər. Belə ki, ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin elektron ərizələrinin qeydiyyatı 1 iyun saat 23:59-dək davam edəcək. Subbakalavrlar qabiliyyət imtahanında iştirak üçün qeyd olunan tarixədək müvafiq qabiliyyət komissiyası üzrə qeydiyyatdan da keçməlidirlər. Təhsil məlumatları tam olmayan, XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlara tələb olunan məlumatların 31 may tarixindən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamaları tövsiyə olunur. Orta ixtisas təhsili müəssisəsini cari ildə bitirəcək subbakalavrlar elektron ərizəni yadda saxladıqdan sonra qabiliyyət imtahanı üçün qeydiyyatdan keçə bilirlər. Ancaq həmin subbakalavrlar da orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən tələb olunan məlumatlar sistemə yerləşdirildikdən sonra avqust ayının 2-dək öz ərizələrini təsdiq etməlidirlər.

Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.

Həbib Nurməhəmmədovdan UFC rəhbərinin pul iddialarına<span style="color: #ff0000;"> CAVAB</span>

"Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu olaraq karyeramı başa vurmağımın arxasında heç vaxt maddi məsələlər dayanmayıb".
 
Moderator.az xəbər verir ki, bu barədə Həbib Nurməhəmmədov özünün "Instagram" hesabında paylaşım edib.
 
Xatırladaq ki, bir müddət əvvəl UFC rəhbəri Dana Uayt Nurməhəmmədovun kifayət qədər pul qazandığı və artıq döyüşməyə ehtiyacı olmadığı üçün idmandan getdiyini iddia etmişdi.
 
"İnternetdəki hər şeyə şərh verməyi sevmirəm, amma Dana belə deyəndə, bu, hər yerə yayılır. Bu, təbii ki, yalandır. Heç kim mənə o milyonları verməyib. Çoxlu pul qazandığıma görə idmandan getdiyim barədə yazılanlar da həqiqəti əks etdirmir. Əsl həqiqəti isə bütün dünya bilir. Bu barədə dəfələrlə danışmışam və təkrarlamağa ehtiyac yoxdur", - deyə Nurməhəmmədov vurğulayıb.
 
Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar karyerasını 2021-ci ildə bitirib. Onun hesabında 29 qələbə var və heç vaxt məğlub olmayıb. 2022-ci ildə isə əfsanəvi döyüşçünün adı UFC-nin Şöhrət Zalına daxil edilib.
 

ETX əməkdaşı MİSP-də boşluq aşkarladı - <span style="color: #ff0000;">FOTO</span>

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun əməkdaşı Əli Qəniyev açıq mənbə resursları bazasında yaradılmış MİSP (Malware Information Sharing Platform) platformasının yeni versiyasında təhlükəsizlik boşluğu müəyyən edib.
 
Moderator.az ETX-ya istinadən xəbər verir ki, aşkarlanmış çatışmazlıq barədə operativ şəkildə aidiyyəti üzrə platformaya müraciət edilib. Təqdim edilən texniki tapıntı resurs sahibi tərəfindən yüksək qiymətləndirilib və qısa müddətdə müvafiq təhlükəsizlik yenilənməsi həyata keçirilərək boşluq aradan qaldırılıb.
 
ETX əməkdaşının aşkarladığı təhlükəsizlik boşluğu və onun aradan qaldırılması ilə bağlı məlumatlar artıq bir sıra beynəlxalq resurslarda işıqlandırılıb və bu fakt azərbaycanlı kibertəhlükəsizlik mütəxəssislərinin qlobal kibertəhlükəsizlik ekosistemində peşəkar bacarıqlarının göstəricisi kimi dəyərləndirilib.
 
MISP kibertəhlükələrə dair məlumatların paylaşılması, saxlanılması və təhlili üçün beynəlxalq səviyyədə geniş istifadə olunan açıq mənbəli platformadır. Sistemdən müxtəlif ölkələrin dövlət qurumları, CERT komandaları və kibertəhlükəsizlik üzrə mütəxəssislər istifadə edirlər.

55 yaşlı Xalq artistinin geyimi müzakirə yaratdı - <span style="color: #ff0000;">VİDEO</span>

Xalq artisti Aygün Kazımova geyim tərzi ilə gündəmə gəlib.

Məkanlarından birində səhnəyə çıxan ifaçı geyimində ağ və qara rənglərdən istifadə edib.

Müğənni qısa şort və büsqalterin üzərindən pencək geyinib. O, görüntünü uzun çəkmə və əlcəklərlə tamamlayıb.

55 yaşlı Xalq artistinin geyim seçimi sosial mediada müzakirələrə səbəb olub. /yenisabah/

Avropa Azərbaycandan asılılığa doğru gedir? - <span style="color: #ff0000;">Yeni enerji reallığının anatomiyası</span>

İtaliyanın Baş naziri Corcia Meloninin Bakıya səfəri ilk baxışda adi diplomatik hadisə kimi görünə bilər. Amma bu səfərin mahiyyətinə diqqətlə baxanda aydın olur ki, burada söhbət təkcə iki ölkə arasındakı münasibətlərdən getmir. Bu, əslində Avropanın enerji siyasətində baş verən böyük dönüşün bir fraqmentidir.

Son illərdə dünya sürətlə dəyişir. Xüsusilə 2022-ci ildən sonra, Rusiya–Ukrayna müharibəsinin başlanması ilə Avropanın enerji sistemi ciddi sarsıntı yaşadı. Onilliklər boyu qurulmuş enerji balansı bir anda riskə çevrildi. Rusiya qazı artıq təkcə iqtisadi resurs deyil, siyasi təzyiq aləti kimi qəbul olunmağa başladı. Bu isə Avropanı alternativ axtarışına məcbur etdi.

Məhz bu məqamda Azərbaycan ön plana çıxdı.

Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı yeni deyil. Bu münasibətlər 1990-cı illərdən başlayaraq sistemli şəkildə qurulub və illər keçdikcə dərinləşib. İtaliya bu prosesdə xüsusi yer tutur. Uzun müddətdir ki, Azərbaycan neft və qazının əsas istiqamətlərindən biri məhz bu ölkədir. Bu əlaqələr təkcə ticarət deyil, artıq qarşılıqlı iqtisadi və siyasi maraqlar üzərində qurulan strateji tərəfdaşlığa çevrilib.

Meloninin Bakıya səfəri bu tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərdi. Artıq tərəflər münasibətləri epizodik əməkdaşlıqdan çıxarıb daimi siyasi koordinasiya mexanizminə çevirmək niyyətindədir. Bu isə o deməkdir ki, İtaliya və Azərbaycan gələcək enerji, təhlükəsizlik və iqtisadi qərarlarını daha sıx əlaqələndirəcək.

Bu münasibətlərin mərkəzində isə enerji dayanır.

Azərbaycan son illərdə qaz ixracını əhəmiyyətli dərəcədə artırıb. Bu qazın böyük hissəsi Avropaya, xüsusilə də İtaliyaya yönəlir. Təkcə bir fakt kifayətdir ki, Azərbaycanın ixrac etdiyi qaz İtaliyanın ümumi tələbatının mühüm hissəsini təmin edir. Bu, artıq sadə ticarət əlaqəsi deyil — bu, enerji təhlükəsizliyi məsələsidir.

Trans-Adriatik Boru Kəməri bu prosesin əsas dayaqlarından biridir. Bu xətt Xəzər qazını Avropanın cənubuna çatdıran strateji marşrutdur. Onun genişləndirilməsi planları isə Azərbaycanın rolunun gələcəkdə daha da artacağını göstərir.

Burada ən maraqlı və eyni zamanda ən həssas məqam başlayır.

Avropa uzun illər Rusiya qazından asılı idi. Bu asılılıq indi zəiflədilir. Amma onun yerini dolduran yeni mənbələr də eyni zamanda yeni asılılıqlar yaradır. Bu, geopolitikanın dəyişməz qanunudur. Enerji axınları dəyişdikcə təsir mərkəzləri də dəyişir.

Azərbaycan məhz bu dəyişikliklərin mərkəzinə daxil olur.

Bu gün Azərbaycan qazı artıq təkcə İtaliyaya yox, Yunanıstan, Bolqarıstan və digər Avropa ölkələrinə də çatdırılır. Bu isə o deməkdir ki, Azərbaycan təkcə bir ölkənin deyil, bütövlükdə regionun enerji balansına təsir edən aktora çevrilir.

Bu proses təkcə iqtisadi deyil.

Enerji üzərindən qurulan münasibətlər zamanla siyasi təsirə çevrilir. Tarix bunu dəfələrlə sübut edib. Rusiya bu alətdən uzun illər istifadə edib. İndi isə Avropa yeni enerji tərəfdaşları ilə işləyərkən eyni mexanizmin başqa formada yaranmasının şahidi olur.

Azərbaycan isə bu boşluğu dolduran ölkələrdən biridir.

Amma bu, birtərəfli proses deyil. Azərbaycan da bu əməkdaşlıqdan strateji qazanc əldə edir. Avropa bazarına çıxış onun iqtisadi imkanlarını genişləndirir, siyasi çəkisini artırır və onu regiondan kənarda da təsir gücünə malik oyunçuya çevirir.

Məhz buna görə Meloninin səfəri sadəcə iki ölkə arasında imzalanan sənədlərlə ölçülə bilməz. Bu səfər Avropanın yeni enerji xəritəsinin formalaşmasının bir mərhələsidir.

Bu xəritədə isə Azərbaycan getdikcə daha mərkəzi mövqe tutur.

Ən vacib nəticə isə budur: məsələ təkcə İtaliya ilə münasibətlərdən getmir. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində sistemli və əvəzolunmaz rol oynamağa başlayıb. Xəzər qazı Avropanın alternativ enerji strategiyasının əsas sütunlarından birinə çevrilir.

Bu isə o deməkdir ki, Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil. O, Avropa ilə Asiya arasında enerji körpüsü rolunu oynayan, yeni geopolitik reallığın formalaşmasında iştirak edən bir güc mərkəzinə çevrilir. Və bu proses hələ başlanğıcdır.

Elbəyi Həsənli, Sürix

Magistraturaya qəbul olmaq istəyənlərin <span style="color: #ff0000;">NƏZƏRİNƏ!</span>

14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak etmək üçün bakalavrların ərizə qəbulu başlayıb. Proses 23 may saat 23:59-dək internet vasitəsilə aparılacaq.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək.

Qeydiyyat linki: https://eservices.dim.gov.az/erizemag/erize

İmtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.

Qeyd 1: 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Qeyd 2: Qəbul imtahanında 2 və ya 3 dəfə iştirak etmiş bakalavrlar ixtisaslaşma seçimi zamanı müsabiqə şərtlərini ödəyən ən yüksək nəticələrini seçə bilərlər.

 

13 mindən çox şəxs yaşa görə əmək pensiyasına çıxıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 13 348 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
 
Moderator.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
 
Məlumata görə, onların 60,5 %-ni kişilər, 39,5 %-ni isə qadınlar təşkil edib.
 

“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda sahibkarlarla görüşüb - <span style="color: #ff0000;">FOTO</span>

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Naxçıvanda görüş təşkil edib. Ordubad Elektrik Şəbəkəsinin (EŞ) binasında keçirilən görüşə 30-dək sahibkar və yerli sakin qatılıb.
 
Moderator.az xəbər verir ki, tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Nərman Mahmudov, Ordubad  Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşadət Orucov iştirak edib.
 
Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir, ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillərdən (ÖİN) istifadə edilərək yeraltı və yerüstü xətlər çəkilir.  
 
Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.
 
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll olunub.
 
“Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşlər keçirir. Fermer və sahibkarların təklif, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır. Görülən bütün işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Azərbaycanlı biznesmen və xanımına <span style="color: #ff0000;">dələduzluq İTTİHAMI</span>

Rusiya prokurorluğu azərbaycanlı iş adamı Şahlar Novruzov və xanımını dələduzluqda ittiham edir.
 
Moderator.az Lent.az-a istinadla bildirir ki, Krasnodarda iş adamı Şahlar Novruzov barəsində məhkəmə prosesi başlayıb. Prokurorluq onu “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin payları ilə bağlı xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə ittiham edir. Məhkəmə prosesi qapalı keçirilib.
 
İstintaqın versiyasına görə, Novruzov 2014-cü ildə müəssisəni “Vonixel Limited” adlı ofşor şirkətə satıb. İddiaya görə, lakin 10 il sonra liman üzərində nəzarəti yenidən ələ keçirmək qərarına gələrək saxta boşanma prosesi təşkil edib. Bu prosesdə onun həyat yoldaşı rolunu oynayan qohumu sövdələşmənin ləğv edilməsini tələb edib.
 
Krasnodar Vilayət Məhkəməsi Şahlar Novruzovla yanaşı və Leyla Hacıyevanı da məsuliyyətə cəlb edib.
 
Şahlar Novruzov “Kafe Starıy Baku” MMC və “Dar Frut” MMC-nin direktoru vəzifələrində çalışıb. Bundan başqa, iş adamı “Tuapse Dəniz Kommersiya Limanı” (TMKL), “TMKL Müəssisəsi” və “Temryuk Dəniz Aşırma Terminalı” şirkətlərinə sahib olub. Tuapsedə yerləşən liman müəssisələri vasitəsilə Rusiyanın cənubuna idxal olunan meyvə və tərəvəzlərin əhəmiyyətli hissəsi daşınır.
 
 
Tuapse limanı
 
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Novruzov və Hacıyevaya qarşı cinayət işi TMKL şirkətinin sahibinin dəyişdirilməsi ilə bağlıdır.
 
2014-cü ilin oktyabrında Şahlar Novruzov Oleq Basindən “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin 100 faiz payını alıb. İttihama görə, həmin ilin dekabrında isə bu payları Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkətinə verib. Əvəzində Novruzov “Vonixel Limited”in səhmlərini əldə edib. Beləliklə, Tuapsedəki dəniz aşırma terminalına nəzarət xarici sahiblərin əlinə keçib.
 
2022-ci ildə Britaniyanın asılı ərazisi olan Britaniya Vircin adaları Rusiya üçün “dost olmayan ölkələr” siyahısına daxil edilib. İttiham tərəfinin fikrincə, məhz bu dövrdə Şahlar Novruzovun biznesi yenidən öz nəzarətinə qaytarmaq və Rusiya nəzarət orqanlarının diqqətindən yayındırmaq ideyası yaranıb.
 
İstintaq materiallarında bildirilir ki, planı həyata keçirmək üçün Novruzov qohumu Leyla Hacıyevanı özünü onun həyat yoldaşı kimi təqdim etməyə razı salıb. İttihama görə, onların hesablaması qanundakı bir normaya əsaslanırdı: həyat yoldaşlarından biri razılığı olmadan bağlanmış müqaviləni etibarsız saydıra bilər.
 
2024-cü ilin fevralında Leyla Hacıyeva Krasnodarın Prikuban rayon məhkəməsinə boşanma ərizəsi, həmçinin TMKL şirkətinin 100 faiz payının “Vonixel Limited” ofşoruna verilməsi ilə bağlı müqavilənin etibarsız sayılması tələbi ilə müraciət edib.
 
Hacıyeva məhkəməyə 2014-cü ildə Azərbaycanda bağlandığı göstərilən nikah haqqında şəhadətnamənin surətini təqdim edib. Lakin həmin vaxt Tuapsedəki liman obyektləri ətrafındakı hadisələr artıq Rusiya hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Onlar Şahlar Novruzov və Leyla Hacıyeva arasında əslində nikahın bağlanmadığı barədə məlumat əldə ediblər.
 
2025-ci ilin martında dələduzluğa cəhd faktı üzrə cinayət işi açılıb. Şahlar Novruzov həbs olunub və hazırda da həbsdə saxlanılır.
 
Məlumata görə, biznesmen və qadın özlərini təqsirli hesab etmirlər. Onlar nikahın saxta olmasının sübuta yetirilmədiyini bildirirlər. TMKL paylarını mənimsəməyə cəhd ittihamına gəlincə isə, Şahlar Novruzovun müdafiə tərəfi Tuapse limanındakı bütün aktiv əməliyyatlarının qanuni olduğunu deyir.
 
2025-ci ilin noyabrında Krasnodar diyarının Arbitraj Məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək Şahlar Novruzova məxsus əmlakın, o cümlədən “Tuapse Dəniz Kommersiya Limanı”, “TMKL Müəssisəsi”, “Dar Frut” və “Temryuk Dəniz Aşırma Terminalı” şirkətlərinin Rusiya dövlətinin gəlirinə keçirilməsi barədə qərar çıxarıb.
 
Məhkəmə belə qənaətə gəlib ki, mübahisəli aktivlər “Müdafiə və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan təsərrüfat cəmiyyətlərinə xarici investisiyaların qoyulması qaydası haqqında” qanunun pozulması ilə əldə olunub. Belə ki, həmin sövdələşmələr Rusiya hökuməti ilə razılaşdırılmayıb.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi başladı

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanıldı.
 
Moderator.az xəbər verir ki, müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.
 
Belə ki, müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mərhələsi 22 may saat 11:00-dək davam edəcək.
 
Növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi prosesi həyata keçiriləcək və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
 
 

Xırdalanın mərkəzi yolundakı vəziyyətlə bağlı rəsmi açıqlama – <span style="color: #ff0000;">VİDEO</span>

Xırdalan şəhərinin küçə və prospektlərində asfalt örtüyünün yararsız hala düşməsi, çala-çuxurların çoxluğu barədə tez-tez məlumatlar yayılır.
 
Moderator.az xəbər verir ki, bloqer Saleh Nəsirov video paylaşaraq şəhərin mərkəzi parkının qarşısındakı yolun da yararsız hala düşdüyünü bildirib.
 
Görüntülərdən məlum olur ki, asfalt örtüyündə bir neçə yerdə dərin çalalar yaranıb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
 
Yayılan kadrlarla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, ərazidə carı təmir işləri görüləcək: “Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən rayon ərazisində abadlıq və quruculuq işləri daim diqqət mərkəzində saxlanılır. Belə ki, küçə və yollara asfalt örtüyünün çəkilməsi, piyada səkilərinin qurulması, küçələrin işıqlandırılması və abad məhəllələrin salınması istiqamətində mütəmadi işlər görülməkdədir. 2024-cü il ərzində Xırdalan şəhər İƏD-nin büdcəsində abadlıq məqsədilə ayrılmış vəsait hesabına 24 küçədə ümumilikdə 83,000 m²-dən çox asfalt örtüyü çəkilib, eləcə də 2025-ci il üçün isə 83,500 m² sahədə asfaltlanma işləri aparılıb.
 
Həmçinin bildiririk ki, 2026-cı il üçün Xırdalan şəhər İƏD-i tərəfindən tərtib edilmiş tədbirlər planına uyğun olaraq müvafiq küçə və yollarda eləcə də Heydər Əliyev prospektində cari təmir işlərinin aparılması nəzərdə tutulub”. /qafqazinfo/

 

Donald Trampın keçmiş gəlinində xərçəng aşkar edildi

ABŞ Prezidenti Donald Trampın böyük oğlunun keçmiş həyat yoldaşı Vanessa Tramp onda döş xərçəngi aşkarlandığını elan edib.
 
Bu barədə "Daily Mail" məlumat yayıb. Qolf dünyasının əfsanəsi Tayger Vudsla sevgi münasibətində olan beş uşaq anası çərşənbə günü "Instagram" hesabında etdiyi paylaşımda bu həftə xüsusi bir prosedurdan keçdiyini etiraf edib.
 
"Səhhətimlə bağlı bəzi şəxsi məlumatları bölüşmək istəyirəm. Bir müddət öncə mənə döş xərçəngi diaqnozu qoyulub. Bu heç kimin gözləmədiyi bir xəbər olsa da, tibbi komandamla müalicə prosesi üzərində yaxından əməkdaşlıq edirəm. Ailəmin, övladlarımın və mənə ən yaxın olan insanların sevgisi və dəstəyi ilə əhatə olunmuşam, diqqətimi cəmləyərək ümidimi itirmirəm. Göstərdiyiniz şəfqət və dəstəyə görə hər birinizə təşəkkür edirəm, bu mənim üçün sözlə ifadə edə bilməyəcəyim qədər dəyərlidir", - deyə o qeyd edib.
 
Böyük qızı Kay "Instagram" hesabında anası ilə birgə çəkilmiş fotosunu paylaşaraq, "Tanıdığım ən güclü insan. Səni sevirəm" sözlərini yazıb.
 
"Daily Mail" nəşri qeyd edir ki, ailə üzvləri arasında sosial şəbəkədə Vanessa Trampa ilk dəstək verən məhz keçmiş baldızı İvanka Tramp olub. O, Vanessanın paylaşımına rəy yazaraq, "Güclü olmağın və tezliklə sağalmağın üçün dua edirəm. Səni sevirəm, ana" sözlərini qeyd edib. /oxu.az/
 

Keçmiş batalyon komandiri vəfat etdi - <span style="color: #ff0000;">FOTO</span>

Daxili Qoşunların keçmiş zabiti, Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsiyev vəfat edib.
 
Moderator.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
 
Hərbçi uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, Əkbər Hüsiyev Birinci Qarabağ müharibəsi zamanı "Qaragöl" batalyonunun komandiri olub. Onun batalyonu Ağdam, Füzuli və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Özü isə Ağdam istiqamətində ağır yaralanıb.
 
Ə.Hüsiyev sonrakı illərdə Daxili Qoşunların Baş idarəsi və hərbi hissələrində müxtəlif vəzifələrdə çalışıb.

<span style="color: #ff0000;">Mövsümün son turunun oyunlarına hakim təyinatları açıqlandı</span>

Misli Premyer Liqasında mövsümün sonuncu - XXXIII turuna təyinatlar açıqlanıb.

Moderator.az AFFA-ya istinadən xəbər verir ki, "Turan Tovuz" - "Sabah" matçı Rauf Cabarova tapşırılıb.

"Araz-Naxçıvan" - "Zirə" görüşündə Əkbər Əhmədov iş başında olacaq.

Misli Premyer Liqası

III dövrə, XXXIII tur

21 may

18:30. "Qəbələ" – "Şamaxı"

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Ramil Diniyev.

Qəbələ şəhər stadionu

22 may

17:00. "Turan Tovuz" – "Sabah"

Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

"Bank Respublika Arena"

19:30. "Sumqayıt" – "Qarabağ"

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı.

VAR: Fərid Hacıyev.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Ceyhun Haşımov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

23 may

15:00. "Kəpəz" – "Neftçi"

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Orxan Məmmədov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:00. "Araz-Naxçıvan" – "Zirə"

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam M.əmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: İmanxan Sultani.

"SOCAR Polymer Arena"

24 may

16:00. "İmişli" – "Karvan-Yevlax"

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

Quba Olimpiya İdman Kompleksinin stadionu

II və III qruplar üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu barədə Moderator.az-a DİM-dən məlumat verilib.

İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 15-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

İmtahan saat 10:00-da başlanır.

II ixtisas qrupu üzrə imtahanda 28507, III ixtisas qrupu üzrə imtahanda isə 28340 nəfər olmaqla, ümumilikdə 56847 abituriyentin iştirakı nəzərdə tutulur.

Bu gün futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşəcək.
 
Moderator.az xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan"la "Neftçi" İK üz-üzə gələcək.
 
Matç Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək.
 
Azərbaycan Kuboku
Final
21 may
 
16:00. "Araz-Naxçıvan" – "Neftçi İK"
 
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.
 
Ehtiyat hakim: İmran Məhərrəmov.
 
Hakim-inspektor: Əfqan Həmzəyev.
 
Bakı İdman Sarayı
 
İndiyədək "Neftçi" İK 7, "Araz-Naxçıvan" isə 6 dəfə ölkə kubokunun qalibi olub.
 
Xatırladaq ki, mayın 18-də bu komandalar arasında baş tutan Yüksək Liqanın həlledici matçında "Araz-Naxçıvan" 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.
 

"Azərbaycan regionda ən böyük yenidənqurma və qayıdış proqramlarını həyata keçirir" -<span style="color: #ff0000;"> Emin Hüseynov</span>

"Bu çağırış böhrandan sonra təkcə şəhərləri deyil, həm də həyatları, icmaları və ümidləri necə yenidən qurmaqla bağlıdır. Azərbaycan üçün bu tamamilə şəxsi bir məsələdir. Təxminən 30 il ərzində məcburi köçkünlər bir gün öz evlərinə və icmalarına qayıtmaq ümidi ilə yaşayıblar. Azad edilmiş ərazilərdəki bütöv şəhərlər, kəndlər dağıdılıb. Bəzi rayonlarda dağıntıların miqyası o qədər böyük idi ki, arxada xarabalığa çevrilmiş şəhər mənzərələri və çökmüş mənzil sistemləri qalıb".
 
Moderator.az xəbər verir ki, bunu bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.
 
O bildirib ki, lakin yenidənqurma yalnız kərpic və betondan ibarət deyil: "Bərpa o zaman başlayır ki, insanlar öz doğma yurdunda gələcəyi yenidən təsəvvür edə bilirlər. Bu, "aidolma hissi" adlanır.
 
Bu gün Azərbaycan regionda ən böyük yenidənqurma və qayıdış proqramlarından birini həyata keçirir. Bərpa və yenidənqurma işlərinə böyük maliyyə vəsaitləri ayrılıb. Mənim təmsil etdiyim Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndləri davamlılıq, inklüzivlik və dayanıqlılıq kimi uzunmüddətli baxışa əsaslanaraq tam təməldən yenidən qururuq".
 

Allaha doğru aparan <span style="color: #ff0000;">10 yol-prinsip...</span>

 
"De: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Həqiqətən, Allah çox bağışlayandır, mərhəmətlidir." (Quran, Ali İmran surəsi, ayə 31)"
 
"Əməllərinizə qaşı diqqətli olun. Allahı tez-tez xatırlayın. Allahı tez-tez xatırlayanlar heç vaxt Allahı razı salmayan bir şeyi qəlblərinə buraxmazlar..." 
 
"Allahın iradəsi qarşısında acizliyinizi qəbul edin. Bu, ibadətə laqeyd yanaşmaq və ya hərəkətdə tənbəllik demək deyil. Bu, insanın Uca Allahın dəstəyi və iradəsi olmadan heç nəyə nail ola bilməyəcəyini anlaması deməkdir..."
 
Moderator.az bir sıra oxucuların bu mövzuya marağını nəzərə alaraq "İslam-today" nəşrində dərc edilmiş "Allaha doğru aparan 10 yol" adlı məqalənin tərcüməsini nəzərizə çatdırır:
 
Bu məqalədə Uca Allaha gedən yollar və möminin öz yolunu tapmasına nələrin kömək etdiyi müzakirə olunacaq.
 
Prinsip 1:
 
Səmimi, sarsılmaz niyyət. Peyğımbərimiz Məhəmməd əleyhissəlam  buyurur: 
 
"Əməllər yalnız niyyətlərlə ölçülür və hər bir insan yalnız niyyət etdiyi şeyləri alacaq." (Müslim) 
 
Allahın əmrlərinə ciddi şəkildə əməl etmək və Onun rizası üçün günahdan çəkinmək qətiyyət tələb edir və heç bir səbəb möminin qətiyyətini sarsıtmamalıdır...
 
Prinsip 2:
 
Bütün əməllər yalnız Allah rizası üçün edilməlidir. Allah Rəsulu (s.a.s) buyurur: 
 
"...Allaha sanki Onu görürmüş kimi ibadət edin və əgər Onu görmürüsünüzsə, Onun gerçəkdən sizi gördüyünü unutmayın." (Müslim) 
 
Yalnız Allah rizası üçün edilən əməllərin əlaməti yalnız Haqqı qəbul etmək və Haqqdan başqa hər şeyi boş və keçici hesab etməkdir. 
 
Allahın Elçisi (s.a.s) buyurur: 
 
"Dinar və dirhəm sahibi olan şəxs çətinliyə düşsün..." (Buxari). 
 
Mömin də şübhəli şeylərdən çəkinməlidir. Məhəmməd Peyğəmbər(s.a.s) buyurur: 
 
"Şübhəniz olmayan şeylər üçün şübhəli şeylərdən imtina edin..." (Tirmizi, Nəsai)
 
Prinsip 3:
 
Mömin istəklərini şəriətlə tarazlaşdırmalıdır. Çətinlik və sınaq anlarında, ehtiraslarınızla mübarizə apardığınız zaman səbirli olun və günah əməllərdən və zövqlərdən çəkinin. Bunu müntəzəm olaraq tətbiq edən şəxs yuxuda belə oyaq olacaq, insanlar arasında belə tək qalacaq, ictimaiyyətlə ünsiyyətdə olduqda belə, susacaq və ictimaiyyətin onu təriflədiyi anlarda belə, təvazökar qalacaq bir vəziyyətə çatır.
 
Prinsip 4:
 
Əməllərinizi Allah Rəsulunun (s.a.s) əməlləri ilə uyğunlaşdırın. Bu, möminin öz əməllərinə görə məsuliyyət daşımasına kömək edəcək. Özünü yeganə ağası hesab edən insan uğur qazana bilməz...
 
Prinsip 5:
 
Daha çox şeyə can atın və yolunuzda ləng olmayın. Bu günün işlərini sabaha qoymayın, çünki bütün işlərimiz bir-biri ilə bağlıdır. Aşağı məqamla kifayətlənməyin, çünki yüksək məqamdan məhrum olacaqsınız.
 
Prinsip 6:
 
Allahın iradəsi qarşısında acizliyinizi qəbul edin. Bu, ibadətə laqeyd yanaşmaq və ya hərəkətdə tənbəllik demək deyil. Bu, insanın Uca Allahın dəstəyi və iradəsi olmadan heç nəyə nail ola bilməyəcəyini anlaması deməkdir. Bu şüur, həmçinin başqalarına hörmət və ehtiramla özünü göstərir, çünki insanlar Allaha gedən yolda bir-birinin köməkçiləridir.
 
Prinsip 7:
 
Möminin Qorxu və Ümid Arasındakı Qurtuluşu... 
 
Mömin,  Qiyamət günü onları görənə qədər əməllərinin Allah tərəfindən qəbul edildiyinə tam əmin olmamalıdır. Lakin mömin ümidli olmalıdır, çünki Uca Allah Səxavətli və Şəfqətlidir.
 
Prinsip 8:
 
Dini təcrübədə daimi olun. 
 
Daimi dini təcrübə Allahdan dəstək mənbəyidir. Yorulmaz təcrübə sayəsində mömin başqalarının hüquqlarına daha çox məsuliyyət daşıyır. Ardıcıl təcrübə mömini daha şüurlu ibadətə və Allahın razılığına aparır...
 
Prinsip 9:
 
Əməllərinizə qaşı diqqətli olun. Allahı tez-tez xatırlayın. Allahı tez-tez xatırlayanlar heç vaxt Allahı razı salmayan bir şeyi qəlblərinə buraxmazlar.  
 
Möminin başqaları ilə münasibətləri onun xarakterinin əksidir. Allah Rəsulu(s.ə.s.) müsəlmanlara bu duanı öyrədib: 
 
"Ey Allahım, məni kamil yaratdın, xarakterimi də kamilləşdir." (Əhməd)
 
Prinsip 10:
 
Nə etdiyinizi anlayın. Mömin hər an nə etdiyinin fərqində olmalıdır. Bu həm xarici, həm də daxili təzahürlərə aiddir. Allaha və Onun Elçisinə ibadət etməyə borclu olmadığını iddia edən hər kəs yolunu azmışdır. Uca Allah buyurur: 
 
"De: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Həqiqətən, Allah çox bağışlayandır, mərhəmətlidir." (Quran, Ali İmran surəsi, ayə 31)"
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın

Türkiyədə daha 25 məşhur saxlanıldı - <span style="color: #ff0000;">SİYAHI</span>

İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində 25 şübhəli barəsində saxlanılma qərarı verilib, onların 14-ü saxlanılıb.
 
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqında yeni əməliyyat keçirilib. Saxlanılan şəxslər arasında Mabel Matiz, Feyza Civelek, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Turanlı və digər tanınmışlar var.
 
İstintaqa görə, məşhur şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiklərinə dair məlumatlar, rəqəmsal materiallar, eləcə də digər sübutlar araşdırılıb. Bunun əsasında İstanbul və Muğlada ümumilikdə 25 ünvanda əməliyyat keçirilib.
 
Saxlanılma qərarı verilən məşhurlar bunlardır:
 
Serenay Sarıkaya
Berkay Şahin
Tan Taşcı
Yağmur Ünal
Mirgün Sırrı Cabas
Hakan Aydın (Blok 3)
Mabel Matiz (Fatih Karaca)
Feyza Civelek
Niran Ünsal
Volkan Bahçekapalı
Onur Tuna
Osman Haktan Canevi
Aslıhan Turanlı
Eren Kesimer
Kübra İmren Siyahdemir
Mehmet Rahşan
Cansu Tekin
Özgür Deniz Cellat
Yasemin İkbal
Tarık Tunca Bakır
Hanzede Gürkanlar
Aycan Yağcı
Tuğçe Postoğlu
Eda Dora
Semiha Bezek.

Zaqatalanın bəzi əraziləri susuz qalıb -<span style="color: #ff0000;"> FOTO</span>

Zaqatala rayonunun Qazangül ərazisində, Şimal qərb massivində və Sahil küçəsində su təchizatı müvəqqəti dayandırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi (SMSİİ) məlumat yayıb.
 
Bildirilib ki, su təchizatının dayandırılması Zaqatala şəhəri, Sahil küçəsində su xəttində baş vermiş qəzanın təmir edilməsi ilə əlaqədardır.
 
Qeyd olunan ərazilərə suyun verilməsi borunun qəzalı hissəsinin təmir edilməsindən dərhal sonra gün ərzində təmin ediləcəkdir.

SON DƏQİQƏ! Bu tapıntı ölkələri HƏRƏKƏTƏ KEÇİRDİ

Okeanların dərinliklərində yerləşən və “od buz” adlandırılan sirli formasiya yenidən alimlərin diqqət mərkəzinə düşüb. İlk baxışda adi buz kimi görünən bu maddə, əslində, yüksək təzyiq altında sıxılmış böyük miqdarda metan qazı ehtiva edir. Mütəxəssislərin fikrincə, bu həm nəhəng enerji mənbəyi, həm də potensial iqlim təhlükəsi hesab olunur.
 
Elmi adı “metan hidrat” olan bu formalar əsasən materik şelflərinin dərin hissələrində və donmuş permafrost ərazilərində yaranır. Çox aşağı temperatur və son dərəcə yüksək təzyiq altında formalaşan kristal quruluş metan qazını buzun içində saxlayır. Lakin səthə çıxarıldıqda maraqlı bir hadisə baş verir: buz əridikcə içindəki metan qazı alışa bilir. Buna görə tədqiqatçılar uzun illərdir bu quruluşu “yanan buz” və ya “od buz” adlandırırlar.
 
Tədqiqatçılara görə, metan hidratların ən diqqətçəkən tərəflərindən biri onların Yer üzündəki ən böyük təbii metan anbarlarından biri olmasıdır. Bəzi hesablamalara görə, okean dibində trilyonlarla kubmetr metan qazı mövcuddur.
 
Lakin mütəxəssislər hesab edir ki, iqlim dəyişikliyi səbəbindən dəniz sularının temperaturunun artması bu strukturları qeyri-sabit hala gətirə bilər. Çünki “od buz” əriməyə başlayanda içindəki metan qazı sərbəst buraxıla bilər. Metan isə karbon qazı ilə müqayisədə daha güclü istixana effekti yaradan qazlardan biri sayılır.
 
Newcastle University rəhbərliyi ilə aparılan araşdırmalarda okean dibindəki bəzi qədim metan sızması izlərinin iqlimlə bağlı ərimələrlə əlaqəli ola biləcəyi bildirilib. Tədqiqatçılar hesab edir ki, keçmişdə dəniz dibində yaranan nəhəng kraterlər metan çıxışları nəticəsində formalaşmış ola bilər.
 
Bəzi ölkələr isə metan hidratları gələcəyin enerji mənbəyi kimi qiymətləndirir. Xüsusilə Japan və China kimi enerji idxalından asılı olan dövlətlər illərdir dəniz dibindəki bu ehtiyatları çıxarmaq üçün araşdırmalar aparırlar.
 
Mütəxəssislərə görə, metan hidrat ehtiyatları nəzəri baxımdan dünyanın enerji tələbatının böyük hissəsini qarşılaya biləcək potensiala malikdir. Lakin onların çıxarılmasının texniki baxımdan çətin və ekoloji cəhətdən riskli olduğu vurğulanır.
 
Bildirilir ki, okean dibindəki yüksək təzyiq balansı pozulduqda ani qaz çıxışları baş verə bilər və bu da dəniz dibi sürüşmələrinə səbəb ola bilər. Bəzi araşdırmalar keçmişdə baş vermiş böyük sualtı sürüşmələrin metan hidratların əriməsi ilə əlaqəli ola biləcəyini irəli sürür.
 
Alimlər hazırda həm enerji potensialı, həm də iqlimə mümkün təsirləri səbəbilə “od buz” formalarını daha ətraflı şəkildə araşdırmağa çalışırlar. Xüsusilə Arktika bölgələri və dərin okean dibləri yeni tədqiqatların əsas mərkəzləri hesab olunur. /Musavat.com/
 

ADU-nun 1-ci kurs tələbəsi faciəvi şəkildə öldü

Azərbaycan Dillər Universitetinin tələbəsi vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
 
Bildirilib ki, ali təhsil müəssisəsinin Filologiya fakültəsinin I kurs tələbəsi Hacıyeva Nərgiz İgid qızı faciəvi şəkildə həyatını itirib.
 
Onun ölümünün təfərrüatı barədə məlumat verilməyib.
 

Avtomobildəki batıqlar rəng vurmadan belə düzəlir -<span style="color: #ff0000;"> VİDEO</span>

Avtomobilin üzərindəki kiçik batıq bəzən detalın rənglənməsi, hətta dəyişdirilməsi ilə nəticələnir. Amma boya qopmayıbsa, bir çox hallarda həmin əzikləri rənglənmədən düzəltmək mümkündür.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, sürücülər arasında "bezkraska" kimi tanınan bu üsul avtomobilin zavod boyasını qorumağa imkan verir. Qiymət isə zədənin yerindən, dərinliyindən və işin çətinliyindən asılı olaraq dəyişir.
 
 Bu işin əsas məqsədi avtomobildəki əzik və batıqları rəngsiz düzəltməkdir. Yəni detalın üzərinə üzlük vurulmur, əlavə boya çəkilmir.
 
Bu üsul xüsusilə avtomobilini zavod boyasında saxlamaq istəyənlər üçün önəmlidir. Çünki rənglənmiş detal sonradan maşının satış qiymətinə də təsir edə bilər. Ona görə boya qopmayıbsa və metal ciddi zədələnməyibsə, bir çox sürücü əvvəlcə rəngsiz əzik düzəltmə ustasına müraciət edir.
 
Rəngsiz bərpa təkcə bir-iki batığa aid deyil. Dolu nəticəsində yaranan çoxsaylı zədələr də bu üsulla düzəldilə bilər.
 
Ustalar bu işi xüsusi avadanlıqlarla görürlər. Bəzi batıqlar arxadan itələnir, bəziləri isə səthə zərər vermədən dartılır.
 
Amma hər əziyi rəngsiz düzəltmək mümkün deyil. Boya qopubsa, metal kəskin bükülübsə və ya detal əvvəl rənglənibsə, nəticə istənilən kimi alınmaya bilər. Buna görə zədə əvvəlcə usta tərəfindən yoxlanılmalı, sonra uyğun təmir üsulu seçilməlidir.
 
Usta Taryel Babayev deyib ki, sözügedən prosesin icra edilməsi 20-1000 manat arasında dəyişir.  

“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - <span style="color: #ff0000;">Xalq artistindən İTTİHAM</span>

“Hava bir tərəfdən, kinonun vəziyyəti bir tərəfdən, cavan uşaqların qeyri-etik hərəkətləri bir tərəfdən mənim sağlamlığıma ziyan vurur. Cavanlar başlarından böyük danışırlar. Ortalıqda heç bir xidmətləri yoxdur, amma “basıb-bağlayırlar”. Böyük-kiçik, ədəb-ərkan qaydalarını gözləmirlər. Ötən həftələrdə kino ittifaqında iclas keçirilirdi. Siz oradakı bəzi gəncləri görərdiniz. Kinoda xidməti olan, şəxsiyyət kimi formalaşan, söz sahibi olan insanlardan söhbət gedə bilər. Hərəsi bir diplom alıb, qısametrajlı film çəkib sənətdən və sənətkarlıqdan danışırlar. 40, 50, 60 ilin ustadları danışmırlar, gənclər danışır. Etik qaydaları pozurlar. Gənc əvvəl özünü təsiq etməlidir, sonra danışmalıdır. Dünən dınq edib gəliblər, böyük sənətkarların yanında ədəb-ərkan gözləmədən danışırlar. Rasim müəllim xəstə oldu, kino ittifaqa rəhbərlik edə bilmədi və ora kimlərinsə ümidinə qaldı. Ona görə də belə özbaşnalıq edirlər. Orada çox mübahisəli məsələlər var. Ümid edirəm ki, həll olunacaq və hər kəsə öz yeri göstəriləcək”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov deyib.
O daha sonra Rasim Balayevin məzar üstü abidəsinin aqibətindən də danışıb:
 
“Bütün statuslar onu göstərir ki, dövlət tərəfindən təqdim olunan standart abidələr var. Məndə olan məlumata görə Rasim Balayevin də məzar üstü abidəsi də dövlət tərəfindən qoyulacaq. Ailəsi hər zaman müdaxilə edib, öz mövqeyini bildirə bilər. Mən inanıram ki, Rasim Balayev üçün onun adına və böyük sənətinə uyğun məzar üstü abidə qoyulacaq. Bir çox insan nə istəyir, onu da danışır. Hərənin öz sənətinə uyğun obraz tapılır. Niyazinin, Rəşid Behbudovun, Müslüm Maqomayevin məzarlarını görmüsüz necə obrazlarla hazırlayıblar?!. Rasim Balayevin məzarı da kino ilə bağlı olacaq”.

Bakıda WUF13-ün beşinci günü start götürdü

Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü işə başlayıb.
 
Moderator.az xəbər verir ki, forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
 
Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
 
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
 

İrandan ABŞ-nin hərbi əməliyyatlarla bağlı təklifinə<span style="color: #ff0000;"> REAKSİYA</span>

İran ABŞ-nin hərbi əməliyyatların dayandırılmasına dair irəli sürülən təkliflə bağlı göndərdiyi rəyləri nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Nour News" agentliyi İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaiyə istinadən məlumat yayıb.
 
"İranın təqdim etdiyi 14 bəndlik mətn əsasında dəfələrlə mesaj mübadiləsi aparılıb. Biz Amerika tərəfinin mövqeyinin məzmununu əldə etmişik və hazırda onu təhlil edirik", - deyə o bildirib.
 
Xatırladaq ki, mayın 18-də "Tasnim" agentliyi Pakistanın vasitəçiliyi ilə İranın münaqişənin tənzimlənməsi üzrə 14 bənddən ibarət yeni layihəsinin ABŞ-yə çatdırıldığını xəbər vermişdi. Məlumata əsasən, sənəddə əsas diqqət hərbi toqquşmaların dayandırılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi addımlarına yönəldilib. /oxu.az/
 

Hatayda güclü yağış səbəbindən ev çökdü: <span style="color: #ff0000;">Ölən və yaralananlar var</span>

Türkiyənin Hatay bölgəsinin Antakya şəhərində gecə boyu yağan şiddətli leysan yağışları səbəbindən yamacda yerləşən birmərtəbəli fərdi ev çöküb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat verib.
 
Bildirilib ki, dağıntılar altından bir nəfərin cəsədi çıxarıb. Üç nəfər isə xilas edilib. Xəsarət alanlar təcili yardım briqadalarının ilkin müdaxiləsindən sonra xəstəxanaya yerləşdirilib. Müvafiq qurumların ərazidəki yoxlamaları davam edir.
 
Bundan əlavə, rayonun bəzi yolları avtomobillərin hərəkəti üçün bağlanıb.
 

Pakistan ordusunun Baş Qərargah rəisi bu gün Tehrana xüsusi mesaj aparacaq

Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munir İran rəhbərliyinə Fars körfəzi bölgəsində vəziyyətin nizamlanması üzrə danışıqlarla bağlı xüsusi mesaj çatdırmaq üçün Tehrana səfər edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Fida Hüseyn Maliki məlumat verib.
 
Onun sözlərinə görə, Pakistan ordusunun Baş Qərargah rəisi bu gün Tehrana gələrək İran rəsmilərinə xüsusi mesaj təqdim edəcək.
 
Mesajın detalları açıqlanmayıb.
 
Qeyd edək ki, mayın 18-də Mohsin Rza Nakvi İran və ABŞ arasında dialoqda vasitəçi ölkənin nümayəndəsi qismində Tehrana səfərini başa vurub. O, bir neçə gün ərzində İran hakimiyyətinin yüksəkvəzifəli nümayəndələri ilə danışıqlar aparıb.
 
Nakvinin İslamabada qayıtmazdan əvvəl son görüşü Abbas Əraqçi ilə olub. Al Arabiyanın məlumatına görə, Pakistan rəsmisi danışıqların nəticələri barədə bütün maraqlı tərəfləri məlumatlandırıb.
 

Bakıda böyük söküntü olacaq?

Eldar Əzizovun açıqlaması ilə Bakı şəhərində köhnə yaşayış fondunun yenilənməsi ilə bağlı məsələ yenidən aktuallaşıb. İcra başçısı tərəfindən köhnə və istismar müddətini başa vurmuş binaların mərhələli şəkildə söküləcəyi ilə bağlı açıqlamalar verilib. Bu proses təkcə memarlıq və şəhərsalma baxımından deyil, həm də sosial və iqtisadi aspektlərə görə geniş maraq doğurur. Əsas suallardan biri isə söküntü işlərinin hansı ərazilərdən başlanacağıdır.
 
Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, qəzalı, istismar müddətini başa vurmuş köhnə binaların mərhələli şəkildə sökülməsi yaxın müddətdə baş verməyəcək, proses mərhələli formada həyata keçiriləcək:
 
"Adından da göründüyü kimi, Bakı şəhərinin Baş Planı 2040-a əsasən bu işlər 2040-cı ilə qədər mərhələli şəkildə yekunlaşdırılmalıdır. Bu proses əsasən Yasamal, Nəsimi, qismən Nərimanov, Səbail və digər Bakı rayonlarını əhatə edir.
 
Xruşşovka layihəli, 1950–1980-ci illər arasında inşa edilmiş binalar hazırda istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və ya yaxın perspektivdə qəzalı hala düşməsi ehtimal edilən tikililər sırasındadır.
 
Ümumilikdə, zaman keçdikcə köhnə yaşayış fondu mərhələli şəkildə sökülərək yeni tikililərlə əvəz olunacaq. Hansı ərazinin əvvəl və ya sonra yenilənməsi isə investorların marağı və şəhərin inkişaf planına uyğun olaraq müvafiq icra strukturları tərəfindən müəyyən ediləcək. Bu prosesdə üç əsas mexanizm tətbiq olunur. Birinci halda köhnə binalar sökülür və onların yerində yeni tikililər inşa edilir, həmin binalarda sakinlərə kompensasiya xarakterli mənzillər təklif olunur. İkinci halda isə söküntü aparılmır, ərazidə abadlaşdırma işləri həyata keçirilir və vətəndaşlara pul formasında kompensasiya ödənilir. Bu vəsait vətəndaşlar tərəfindən yeni yaşayış sahələrinin alınmasına sərf oluna bilər. Üçüncü mexanizm isə bu iki yanaşmanın müxtəlif kombinasiyalarını əhatə edir. Ödənişlər ya investor tərəfindən, ya da abadlaşdırma dövlət layihəsi olduqda dövlət büdcəsi hesabına həyata keçirilir. Bütün hallarda kompensasiya bazar dəyəri nəzərə alınmaqla müəyyən edilir".
 
Ekspert deyib ki, köhnə tikililərin bazar dəyərinin qiymətləndirilməsi iki əsas üsulla aparılır:
 
"Nazirlər Kabineti tərəfindən yaradılan müvafiq komissiyalar Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə qiymətləndirmə aparır və kompensasiya məbləğini müəyyənləşdirir. Digər variant isə satınalma mexanizmidir. Bu zaman qiymətləndirmə şirkətləri cəlb olunur və bir kvadratmetrin dəyəri rəqabətli şəkildə formalaşdırılır. Məsələn, Yasamalda bu göstərici təxminən 2700 manat səviyyəsində müəyyən edilib.
 
Prioritet ərazilər əsasən torpaq dəyərinin yüksək olduğu və şəhər sıxlığının daha çox olduğu zonalardır. Buraya Səbail, Yasamal və Nəsimi rayonları, daha sonra isə Nərimanov və Xətai rayonları daxildir. Bu ərazilərdə yeni tikinti layihələrinin icrası daha məqsədəuyğun hesab olunur. Eyni zamanda köhnə tikililərin sıx yerləşdiyi və infrastrukturun inkişafına maneə yaradan binalar da prioritet siyahıya daxil edilir".
 
O bildirib ki, yeni tramvay xətlərinin, metro stansiyalarının inşası, ticarət küçələrinin genişləndirilməsi və şəhər mərkəzində piyada zonalarının yaradılması kimi layihələr də söküntü işlərinin aparılacağı əraziləri müəyyənləşdirir:
 
"Nəticə etibarilə, Bakı şəhərinin Baş Planı 2040-a uyğun olaraq bu proses mərhələli şəkildə, dövlət və investor imkanları çərçivəsində həyata keçiriləcək və şəhərin bütün rayonlarını əhatə edəcək. İlk mərhələdə isə mərkəz və mərkəzə yaxın ərazilərin prioritet təşkil edəcəyi gözlənilir", - o qeyd edib.
 
Qısası, Bakıdakı köhnə "Xruşşovka"lar və qəzalı binalar 2040-cı ilə qədər mərhələli şəkildə söküləcək, sakinlərinə isə bazar qiymətlərinə uyğun nağd pul və ya yeni binalardan mənzillər təklif olunacaq.

Lənkəranda altı mindən çox abonent <span style="color: #ff0000;">İŞIQSIZ QALACAQ</span>

Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.
 
Bildirilib ki, mayın 21-də Lənkəran Elektrik Şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 9 saylı, 10 saylı və ATS hava xətlərindən qidalanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Məlumata görə, saat 10:00-dan 13:00-dək ümumilikdə 6 500 abonent işıqsız qalacaq.
 

Dostu Zelenskini <span style="color: #ff0000;">məhkəməyə verdi...-"İnterfaks-Ukrayna"</span>

İş adamı Timur Mindiç Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı Kassasiya İnzibati Məhkəməsində iddia qaldırıb.
 
Moderator.az-ın "İnterfaks-Ukrayna"ya istinadla verdiyi xəbərdə belə deyilir.
 
Ukrayna Məhkəmə Reyestrinə görə, iddianın daxil olduğu tarix 14 may 2026-cı ildir və iddia belə təqdim edilib: "Ukrayna Prezidentinin 13 noyabr 2025-ci il tarixli 843/2025 nömrəli Fərmanı qanunsuz hesab edilsin və ləğv edilsin".
 
Xəbər verildiyi kimi, 10 noyabr 2025-ci il tarixində Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB-"NABU") və Xüsusi Antikorrupsiya Prokurorluğu (XAP-"SAPO") enerji sektorundakı korrupsiyanı ifşa etmək üçün "Midas" adlı genişmiqyaslı əməliyyat elan etdilər. İştirakçıları dövlət sektorunun strateji müəssisələrinə, xüsusən də  "Energoatom" ASC-yə genişmiqyaslı korrupsiya təsir sxemi quran yüksək səviyyəli cinayətkar təşkilatın fəaliyyəti sənədləşdirilib. "Energoatom" həmin gün şirkətdə istintaq hərəkətlərinin aparıldığını təsdiqləyib.
 
"NABU" tərəfindən qurulan "Midas" sxeminin iştirakçıları arasında Milli Enerji Tənzimləyicisinin ("NEURC") üzvü Sergey Puşkar, iş adamı Timur Mindiç, "Energoatom"un fiziki mühafizə və təhlükəsizlik üzrə keçmiş icraçı direktoru Dmitri Basov və energetika nazirinin keçmiş müşaviri, əvvəllər "SPF"-in sədr müavini İqor Mironiuk var.
 
"NABU" və "SAPO"-ya görə, cinayətkar təşkilatın əsas fəaliyyət istiqaməti "Energoatom"un qarşı tərəflərindən müqavilə dəyərinin 10%-dən 15%-ə qədər məbləğində sistematik şəkildə qeyri-qanuni faydaların alınması idi. Xüsusilə, "Energoatom"-un qarşı tərəfləri göstərilən xidmətlər/göstərilən məhsullar üçün ödənişlərin bloklanmasının və ya təchizatçı statusundan məhrum edilmənin qarşısını almaq üçün "geri ödəmə" şərtlərini qəbul etməyə məcbur edildilər.
 
Nazirlikdə və xüsusən də dövlət şirkətində rəsmi əlaqələrdən istifadə edərək, sonradan energetika nazirinin müşaviri olmuş Dövlət Əmlak Fondunun keçmiş rəis müavini, eləcə də "Energoatom"un fiziki mühafizə və təhlükəsizlik üzrə icraçı direktoru vəzifəsini tutan keçmiş hüquq-mühafizə orqanı əməkdaşı kadr qərarları, satınalma prosesləri və maliyyə axınlarının hərəkəti üzərində nəzarəti təmin edirdi.
 
Mindiç axtarışlardan bir neçə saat əvvəl noyabrın 10-da Ukraynanı tərk edib. Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu, qanuni əsaslarla olub.
 
"NABU" direktoru Semen Krivonos bildirib ki, Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanlarının İsraildə "Kvartal 95" studiyasının həmsahibi, Zelenskinin keçmiş dostu Mindiçin dindirilməsi ilə bağlı heç bir məlumatı yoxdur.
 
S.Laçın

Macərasız yaşaya bilməyən <span style="color: #ff0000;">BÜRCLƏR</span>

Onlar həyatı risk və yeni təcrübələr olmadan təsəvvür edə bilmirlər

Astroloqlar gözlənilməz macəralar üçün sabitlik və rahatlığı asanlıqla dəyişə bilən bir neçə bürc əlaməti müəyyən ediblər. 

Onlar planlarını asanlıqla dəyişir və tərəddüd etmədən yeni təcrübələr axtarışına başlayırlar.

Macəranı ən çox kim sevir?

12-ci yer – Oğlaq

Oğlaqlar nəzarətdədirlər və nadir hallarda tələsik risk götürürlər. Onlar üçün rahatlıq və sabitlik riskdən daha vacibdir. Onlar kortəbii hərəkətlər yerinə sübut olunmuş yolu seçirlər.

11-ci yer – Qız bürcü

Qızlar hər şeyi əvvəlcədən təhlil etməyə və hesablamağa öyrəşiblər. Xaosa və ya gözlənilməzliyə dözə bilmirlər. Hətta boş vaxtlarında belə, bir plana sadiq qalmağa çalışırlar.

10-cu yer – Buğa

Buğa bürcü rahatlığa dəyər verir və rahatlıq zonasından çıxmağı xoşlamır. Lazımsız sarsıntılar olmadan sabit bir həyatdan zövq alırlar. Riskli qərarlar yalnız ekstremal hallarda qəbul edirlər.

9-cu yer - Xərçəng

Xərçəng bürcləri evlərinə və yaxınlarına bağlıdırlar. Macəra arzusunda ola bilərlər, lakin tez-tez kəskin dəyişikliklər etməkdən çəkinirlər. Onlar üçün emosional təhlükəsizlik yeni şeylər yaşamaq fürsətindən daha vacibdir.

8-ci yer - Tərəzi

Tərəzi bürcləri həmişə risk etməyə hazır deyillər. Yeni təcrübələrdən zövq alırlar, lakin qərar verməzdən əvvəl uzun müddət tərəddüd edirlər. Rahatlıq tez-tez yeni bir şey yaşamaq istəyindən üstündür.

7-ci yer - Əqrəb

Əqrəb bürcləri çətin vəziyyətdən və ya güclü emosiyalardan qorxmurlar. Onlar sirli və təhlükəli hər şeyə cəlb olunurlar. Lakin, nadir hallarda impulsiv hərəkət edirlər və adətən gizli bir gündəmləri olur.

Hansı bürclər macərasız yaşaya bilməz?

6-cı yer – Şir

Şir bürcləri canlı hadisələri və diqqəti sevirlər. Əgər bu, onlara motivasiya hiss etməyə kömək edirsə, yeni çətinlikləri məmnuniyyətlə qəbul edirlər. Onların zəngin və emosional həyat sürmələri vacibdir.

5-ci yer – Balıqlar

Balıqlar zəngin təxəyyülə malikdirlər və daim yeni emosiyalar axtarırlar. Onlar qeyri-adi yerlərə, yaradıcı təcrübələrə və gözlənilməz görüşlərə cəlb olunurlar. Onlar asanlıqla həyata etibar edir və tez-tez ürəklərinin səsini eşidirlər.

4-cü yer - Əkizlər

Əkizlər monotonluqdan bezirlər. Onlar daim yeni təcrübələr, yeni tanışlıqlar və macəralar axtarırlar. Dünyaya olan maraqları onları tez-tez kortəbii hərəkətlərə sövq edir.

3-cü yer – Oxatan

Oxatanlar sözün əsl mənasında macəra və yeni kəşflər üçün yaşayırlar. Həyatı böyük bir səyahət kimi gördükləri üçün çətinliklərdən və ya naməlumdan qorxmurlar. Bu bürc canlı emosiyalar və təcrübələr naminə həmişə risk etməyə hazırdır.

2-ci yer – Dolça

Dolçalar rutin şeylərdən nifrət edir və daim yeni bir şey axtarırlar. Onlar planlarını asanlıqla dəyişdirə, qəfil səyahətə çıxa və ya həyatda yeni bir fəsil başlaya bilərlər. Onlar azadlıqdan və naməlumluq hissindən ilhamlanırlar.

1-ci yer – Qoç

Qoçlar sakit otura bilmirlər. Onlar riskli ideyaları qəbul edən və yeni macəraları asanlıqla qəbul edən ilk insanlardır. Onlar həvəssiz və sürprizlərsiz həyatı darıxdırıcı hesab edirlər. /Lent.az/

ABŞ Yaxın Şərqdə lazer silahlı iki esmines yerləşdirdi

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olan Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikada fəaliyyət göstərən iki ABŞ esminesi lazer qurğuları ilə təchiz olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə “The War Zone” portalı məlumat yayıb.
 
Məlumata görə, "USS Spruance" esminesi “Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupunun tərkibinə daxildir, "USS John Finn" isə Hind okeanında döyüş növbətçiliyi həyata keçirir.
 
Hər iki gəmi pilotsuz uçuş aparatlarını dezorientasiya etmək, eləcə də gəmilər, sualtı qayıqlar, pilotlu hava vasitələri və dronlardakı kəşfiyyat sistemlərinin kamera və sensorlarını sıradan çıxarmaq üçün nəzərdə tutulan ODIN lazer sistemi ilə təchiz edilib.
 
Portalın məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri ümumilikdə doqquz gəmidə yönləndirilmiş enerji silahları yerləşdirib.
 

Premyer Liqa:<span style="color: #ff0000;"> Son tura bu gün Qəbələdə start veriləcək</span>

Bu gün Azərbaycan Premyer Liqasında XXXIII – son turun ilk oyunu keçiriləcək.
 
Moderator.az xəbər verir ki, ilk oyun günündə “Qəbələ” və “Şamaxı” komandaları üz-üzə gələcək.
 
Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da start götürəcək.
 
Bu oyunların nəticəsindən aslı olmayaraq, aktivində 24 xalı olan Kaxaber Sxadadzenin komandası mövsümü turnir cədvəlinin 11-ci, 38 xalı olan Ayxan Abbasovun kollektivi isə 8-ci pillədə başa vuracaq.
 
Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.
 

Avro bahalaşdı, rubl ucuzlaşdı - <span style="color: #ff0000;">MƏZƏNNƏ</span>

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
 
Moderator.az xəbər verir ki, avronun məzənnəsi 0,21 % artaraq 1,9759 manat, 100 Rusiya rublunun məzənnəsi 0,29 % azalaraq 2,3815 manat təşkil edib.
 

Valyuta

Məzənnə

1 ABŞ dolları

1,7000

1 Avro

1,9759

100 Rusiya rublu

2,3815

1 Avstraliya dolları

1,2118

1 Belarus rublu

0,6056

1 BƏƏ dirhəmi

0,4628

100 Cənubi Koreya vonu

0,1130

1 Çexiya kronu

0,0813

1 Çin yuanı

0,2500

1 Danimarka kronu

0,2644

1 Gürcü larisi

0,6364

1 Honq Konq dolları

0,2170

1 Hindistan rupisi

0,0177

1 İngilis funt sterlinqi

2,2835

10 000 İran rialı

-

1 İsveç kronu

0,1821

1 İsveçrə frankı

2,1605

1 İsrail şekeli

0,5856

1 Kanada dolları

1,2352

1 Küveyt dinarı

5,4967

100 Qazaxıstan təngəsi

0,3603

1 Qətər rialı

0,4664

1 Qırğız somu

0,0194

100 Macarıstan forinti

0,5497

1 Moldova leyi

0,0980

1 Norveç kronu

0,1835

100 Özbək somu

0,0141

100 Pakistan rupisi

0,6089

1 Polşa zlotası

0,4651

1 Rumıniya leyi

0,3772

1 Serbiya dinarı

0,0168

1 Sinqapur dolları

1,3291

1 Səudiyyə Ərəbistanı rialı

0,4530

1 SDR (IMF-in xüsusi borcalma hüquqları)

2,3226

Türk lirəsi

0,0373

Türkmənistan manatı

0,4857

Ukrayna Qrivnası

0,0384

Yapon yeni

1,0692

Yeni Zelandiya dolları

0,9968

Qızıl

7716,4275

Gümüş

128,7419

Platin

3301,1450

Palladium

2327,2235

Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - <span style="color: #ff0000;">VİDEO</span>

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" komandasında məhsuldar ötürmə müəllifi olub.
 
Moderator.az xəbər verir ki, 22 yaşlı hücumçu "Nyu-York Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri ABŞ Açıq Kubokunun 1/4 final oyununda assistlə yadda qalıb.
 
O, 59-cu dəqiqədə qələbə qolunun vurulmasında önəmli rol oynayıb.
 
Qarşılaşmaya ilk "11-lik"də başlayan N.Axundzadə 64-cü dəqiqədə əvəzlənib.
 
Xatırladaq ki, "Kolambus Kryu" yarımfinalda "Orlando Siti" ilə üz-üzə gələcək. Azərbaycan millisinin üzvünün komandası ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.


 

Avropada deportasiya ƏMƏLİYYATI: <span style="color: #ff0000;">Yüz minlərlə miqrant geri göndərilir</span>

Avropa İttifaqı (Aİ) miqrasiya siyasətinə yanaşmasını köklü şəkildə dəyişir.

Sığınacaq axtaranların sayı sürətlə azalsa da, deportasiya göstəriciləri son onilliyin rekordlarını qırır. Aİ son bir ildə yarım milyona yaxın sığınacaq üçün müraciət edən şəxsi geri göndərməyə qərar verib.

"Euronews"un araşdırmasına istinadən verilən məlumata görə, son dörd ildə Aİ-yə daxil olan yeni miqrantların sayı davamlı olaraq azalıb. Göstəricilər 5,4 milyon nəfərdən 2024-cü ildə 4,5 milyona düşüb ki, bu da 24%-lik bir azalma deməkdir.

2025-ci ilin statistikası da bu eniş trendini təsdiqləyir. Ötən il cəmi 361 000 nəfər müdafiə statusu alıb ki, bu da son altı ilin ən aşağı göstəricisidir.

Bunun əksinə olaraq, repatriasiya (vətənə geri göndərilmə) qərarlarının sayı sürətlə artır. Ötən il rəsmi qurumlar tərəfindən təxminən yarım milyon belə qərar qəbul edilib. Faktiki olaraq bu insanların yalnız üçdə biri ölkədən çıxarılsa da, 155 000 nəfərlik deportasiya sayı son onilliyin əvvəlindən bəri ən yüksək göstəricidir.

Avropa qaçqınları niyə qovur?

Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner "Europe in Motion" tədbirindəki çıxışı zamanı böyük bir miqrasiya islahatının yekun mərhələsində olduqlarını bəyan edib:

"Bu islahat vasitəsilə biz xarici sərhədlərimizin mühafizəsini gücləndiririk və dünyada ən müasir sərhəd idarəetmə sistemini - giriş/çıxış sistemini tətbiq edirik".

Aİ rəhbərliyi digər ölkələrlə də işbirliyini artırır. Əsas məqsəd qanunsuz sərhəd keçidlərinin qarşısını almaq və insan qaçaqmalçılığı ilə mübarizə aparmaqdır.

2025-ci ildə ölkələrinə ən çox deportasiya edilənlər Türkiyə vətəndaşları olub, onların sayı 13 000 nəfəri ötüb. Növbəti yerlərdə Gürcüstan (10 475 nəfər), Suriya və Albaniya qərarlaşıb.

Hazırda ən sərt miqrasiya siyasəti yürüdən ölkə Almaniyadır. Son bir ildə Berlin 30 000-ə yaxın faktiki deportasiya həyata keçirib. Fransa 15 000, İsveç isə 11 000-dən çox insanı ölkədən çıxarıb. İspaniya 54 000, Niderland isə 32 000 qovulma qərarı verib.

Maraqlıdır ki, ən çox qovulma sənədi imzalayan ölkə məhz Fransadır. Paris 138 000 repatriasiya əmri çıxarıb. Lakin burada bir nüans var: Fransada bu sənədi alanların əksəriyyəti son nəticədə ölkədə qalmağı bacarıb.

Planların reallığa çevrilməməsinə isə bəzən şəxslərin mənşə ölkəsinin müəyyən edilə bilməməsi, səhhətindəki problemlər və ya yetkinlik yaşına çatmayanların statusu mane olur.

Sərhədlərdən geri çevrilənlərin sayında da artım var. 2025-ci ildə 133 000 nəfərin Aİ-yə girişinə qadağa qoyulub. Ən çox rast gəlinən səbəb (hər üç haldan biri) səfərin dəqiq məqsədinin olmamasıdır.

Bu məsələdə Polşa əsas forposta çevrilib. Varşava sərhəddən geri qaytarılan miqrantların sayına görə liderdir - təxminən 30 000 nəfər. Fransa 12 000 göstərici ilə ikinci yerdədir.

Daha 17% insan isə ölkədə qalma müddətini pozduğuna görə içəri buraxılmayıb. Çoxunun etibarlı vizası olmayıb.

Ukraynalı qaçqınları nə gözləyir?

Çexiya ukraynalı qaçqınlara yardım göstərilməsi qaydalarını dəyişməyə hazırlaşır. Müavinət almaq üçün ukraynalılara iş, yaşayış yeri və qeydiyyatla bağlı yeni tələblər qoyula bilər.

İrlandiyada avqust ayından etibarən ukraynalıların pulsuz sığınacaqlardan çıxarılmasına başlanacaq. Hökumət pulsuz yaşayış proqramını genişmiqyaslı şəkildə ixtisar edir.

Kanada isə artıq indidən qaçqınlar üçün bəzi tibbi prosedurları ödənişli edib və ukraynalılara göstərilən pulsuz tibbi yardımın siyahısını azaldıb. /Musavat.com/

Vaxtında təhvil verilməyən mənzillərə görə alıcılar kompensasiya tələb edə bilər? - <span style="color: #ff0000;">AÇIQLAMA</span>

Son illərdə daşınmaz əmlak bazarında tikinti layihələrinin gecikməsi və mənzillərin vaxtında təhvil verilməməsi alıcıların ən ciddi problemlərindən birinə çevrilib. Xüsusilə vətəndaşların illərlə gözlədiyi mənzillərin müxtəlif səbəblərlə istifadəyə hazır vəziyyətə gətirilməməsi həm maddi, həm də psixoloji baxımdan ciddi narahatlıqlar yaradır. 
 
Belə olan halda əsas sual budur: Müqavilə öhdəliklərinin tikinti şirkəti tərəfindən vaxtında yerinə yetirilmədiyi situasiyalarda alıcılar hansı hüquqi müdafiə vasitələrindən istifadə edə bilər, kirayə xərcləri və digər maddi zərərlərin, eləcə də mənəvi ziyanın ödənilməsi hansı hüquqi əsaslarla tələb oluna bilər və bu tələblərin məhkəmə təcrübəsində təmin olunma reallığı nə dərəcədə effektivdir?
 
Mövzu ilə bağlı Moderator.az-a Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz  Əkbərov açıqlama verib. 
Hüquqşünas bildirib ki, tikinti şirkətləri ilə bağlanan müqavilələrdə təhvil (təslim) tarixinin pozulması, yəni işlərin vaxtında yekunlaşdırılmaması və ya mənzilin təhvil verilməsində gecikmələr alıcılar üçün ciddi problemlər yaradır:
 
"Bu vəziyyətdə alıcıların hüquqlarının qorunması üçün müxtəlif hüquqi müdafiə mexanizmləri mövcuddur.
 
İlk növbədə, təcrübəli və etibarlı tikinti şirkətlərindən ev almaq daha məqsədəuyğundur. Mənzil alınarkən tikinti şirkətindən təhvil-təslim sənədləri tələb edilməlidir.
Əgər binanın istismara qəbul aktı yoxdursa, ödənişin tam şəkildə edilməməsi daha təhlükəsizdir. Mənzilin tikinti səviyyəsinə uyğun mərhələli ödəniş edilməlidir
Əgər şirkət mənzili təhvil verməkdən boyun qaçırır və ya təyin olunan yeni ağlabatan müddətdə də öhdəliyini yerinə yetirmirsə, alıcı müqaviləni ləğv edə bilər. 
 
Bu zaman şirkət sizdən aldığı məbləği tam şəkildə və gecikmə faizləri ilə birlikdə qaytarmalıdır. Şirkət mənzili təhvil verməkdən boyun qaçırır və ya təyin olunan yeni ağlabatan müddətdə də öhdəliyini yerinə yetirmirsə, alıcı müqaviləni ləğv edə bilər. Bu zaman şirkət sizdən aldığı məbləği tam şəkildə və gecikmə faizləri ilə birlikdə qaytarmalıdır. Maddi və mənəvi zərərə məruz qalan şəxs ona vurulmuş zərərin əvəzinin (təzminat) ödənilməsini tələb etmək hüququna malikdir. Həmin şəxs ona vurulmuş m Gecikmənin alıcıda mənəvi zərər yaratdığı, məsələn, psixoloji stress və narahatlıq səbəbindən məhkəməyə şikayət verilə bilər.
 
Maddi zərərin əvəzinin tam ödənilməsini o şərtlə tələb edə bilər ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Maddi və mənəvi zərərin əvəzinin ödənilməsinin tələb edilməsi məqsədilə məhkəməyə iddia ərizəsi yazılmalıdır. Məhkəməyə ərizə və iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz".
 
Pərvin Şakirqızı

"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" - <span style="color: #ff0000;">FOTO+ÖZƏL</span>

"Mən efirə çıxanda heç bəlkə də 100 adam izləmir. Amma sosialda 5 dəqiqəyə 2 min insan mənə baxır. Televiziya bu gün sosial şəbəkəyə uduzur. Çünki televiziyalarımız interaktiv deyil. Amma internet interaktivdir. Mən o dəqiqə həmin jurnalistə nəsə yaza, sözümü deyə bilirəm. Çünki interaktivdir. Sabah efirdə nəsə mövzu olsa və telefonla qoşulmaq istəsəm bilmirəm ki, ora düşəcəm ya yox?! Məni efirə qoşacaqlar ya qoşmayacaqlar, sualımı verib istədiyimi danışa biləcəm ya yox?! Bütün bunları dəqiq bilmirəm. Ona görə də televiziyalarımız interaktiv vəziyyətə düşməsə hələ bundan sonra da sosial şəbəkəyə uduzacaq".
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Nazim Pişyari deyib.
 
O daha sonra televiziya efirlərini digər ölkələrdəki verilişlərlə müqayisə edib:
 
"İnteraktiv ola bilmiriksə heç olmasa verilişlərimizi düzəldək. Nə qədər olar divan və iki kreslo?! Bu dekorasiyadan canımızı qurtara bilmirik. İllərdir divan, iki kreslo və müğənni! Nə vaxt bu sterotipləri qıracağıq?! Verilişin içi çürükdür. Vəssalam! Mən İsraildə dağ yəhudilərinin televiziyasında qonaq olmuşdum. Ora qonaq gələndə bildim ki, sən demə televiziya belə olurmuş. Özümü ulduz kimi hiss etdim. Qrimsiz efirə çıxmaq olmazdı. Möhtəşəm servisləri, xidmətləri var. Soruşurlar ki, "siz canlı oxuyursuz, bəlkə sizə konyak verək bir az səsinizi qızışdırasız?!" Mütləq qrimdən keçib sonra efirə çıxırsan. Bizdə belə şey var?! İşığı elə qururlar ki, nə gündə düşürsən. Kamera gəlib ağzının içinə girir. İnsan yorğundur, yuxusuzdur, kameralarımız mütləq səni yaxşı göstərməlidir. Bu da reytinqdir. Çünki onlar peşəkar operator deyillər. Hamısı toyxanadan çıxmış operatorlardır. Düzdür, yaxşıları da var, amma yaxşılar hər sahədə azdır”.

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.
 
Moderator.az xəbər verir ki, neftin 1 barelinin qiyməti 4.98 ABŞ dolları və ya 4.25% azalaraq 112.32 ABŞ dolları təşkil edib.
 
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
 

Ukrayna ordusu cəbhədə təşəbbüsü ələ keçirdi:<span style="color: #ff0000;"> itkilər Kremli şoka salıb...-"ISW"</span>

Ukrayna Silahlı Qüvvələri son aylarda əməliyyat teatrının müxtəlif sahələrində bir sıra əks-hücumlar həyata keçirərək, Ukraynanın 2024-cü ilin avqustunda Kursk bölgəsini işğal etməsindən bəri ən böyük döyüş qələbələrini qazanıb.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, Müharibə Tədqiqatları İnstitutunun ("ISW") hesabatında belə deyilir.
 
Ekspertlər qeyd ediblər ki, "Ukrayna Müdafiə Qüvvələri 2025-ci ilin noyabr ayından etibarən Kupyanskın əhəmiyyətli bir hissəsini geri alıb və 2026-cı ilin qış və yazında Ukraynanın cənubunda 400 kvadrat kilometrdən çox ərazini azad edib. Və 2026-cı ilin aprel ayının sonundan etibarən onlar Zaporojye bölgəsində bir neçə yaşayış məntəqəsini geri qaytarıblar".
 
Ukraynanın cənubundakı əks-hücumları Rusiyanın " kəmərlər qalası"na qarşı davam edən yaz-yay hücumuna qarşı kaskad əməliyyat və strateji nəticələr yaradıb və Rusiyanı Ukrayna əks-hücumlarından müdafiə olunmaqla canlı qüvvəsini və qüvvələrini prioritet sektorlara paylamaq arasında seçim etməyə məcbur edib.
 
Ukraynanın 2026-cı ilin əvvəlindən bəri Rusiya logistikasına, hərbi texnikasına və canlı qüvvəsinə qarşı gücləndirilmiş orta mənzilli hücum kampaniyası, Rusiya qüvvələrinin əməliyyatlar teatrında hücum əməliyyatları aparmaq qabiliyyətinə də mənfi təsir göstərib.
 
Sirskinin Ukrayna Silahlı Qüvvələrinin uğurları haqqında dedikləri...
 
Baş komandan Aleksandr Sirski qeyd edib ki, 14 may tarixinə olan məlumata görə, Ukraynanın hücum əməliyyatlarının sayı Rusiyanın hücum əməliyyatlarının sayını keçib ki, bu da Ukraynanın daha aktiv əks-hücumlar apardığını göstərə bilər.
 
Sirski Ukraynanın son döyüş meydanındakı uğurlarını Ukraynanın Rusiyanın döyüş gücünü azaltmaq üçün sistematik səyləri və işğalçıların Rusiya canlı qüvvəsinə daim hücum edərək hücum əməliyyatlarını dəstəkləmək qabiliyyəti ilə əlaqələndirib.
 
"Rusiya Müdafiə Nazirliyi itkiləri kompensasiya etmək üçün kifayət qədər personal toplamaqda çətinlik çəkir və Rusiya personalının işə qəbul nisbəti əvəzedici səviyyələrdən aşağı düşüb. 2026-cı ilin birinci rübündə yalnız 70.500 hərbi xidmət müqaviləsi bağlanıb", - deyə analitiklər əlavə ediblər.
 
S.Laçın

Bürclərə görə iyun ayı necə keçəcək? — <span style="color: #ff0000;">Sevgi, pul və karyera proqnozu</span>

2026-cı ilin yay mövsümünün ilk ayı olan iyun ayı bürc nümayəndələri üçün mühüm kosmik dəyişikliklər və taleyüklü hadisələrlə yaddan qalacaq. Astroloqların apardıqları son hesablamalara görə, planetlərin builki düzülüşü bəzi bürclərə gözlənilməz maliyyə uğurları vəd etdiyi halda, digərlərini şəxsi həyatda ciddi sınaqlarla üz-üzə qoyacaq.

Astroloji qaynaqlara istinadən iyun ayı üçün əsas qlobal proqnozları təqdim edirik:

Atəş qrupu (Qoç, Şir, Oxatan): Karyerada sıçrayış və pulların axını

İyun ayı atəş elementi altında doğulanlar üçün olduqca dinamik başlayacaq. Xüsusilə iş həyatında uzun müddətdir gözlənilən layihələrin reallaşması və rəhbərliyin diqqətini çəkmək şansı yaranacaq. Maliyyə baxımından ayın ortalarından etibarən gəlirlərin artması və yeni qazanc mənbələrinin tapılması gözlənilir. Astroloqlar bu bürclərə tələsik qərarlardan qaçmağı və enerjilərini düzgün bölüşdürməyi tövsiyə edirlər.

Torpaq qrupu (Buğa, Qız, Oğlaq): Səbirlə gələn uğur və sabitlik

Torpaq bürcləri üçün bu ay daha çox dincəlmək, plan qurmaq və daxili hüzuru tapmaq dövrüdür. Keçmişdə atılan addımların bəhrəsini məhz bu ay görməyə başlayacaqsınız. Şəxsi münasibətlərdə sabitlik və qarşılıqlı anlaşma ön plana çıxacaq. Yeni bir mülk almaq və ya uzunmüddətli investisiya qoymaq istəyənlər üçün ayın ikinci yarısı ən uğurlu zaman kəsiyidir.

Hava qrupu (Əkizlər, Tərəzi, Dolça): Sevgi macəraları və yeni tanışlıqlar

Hava qrupunun nümayəndələri iyun ayında diqqət mərkəzində olacaqlar. Təbii xarizmanız və ünsiyyət bacarığınız sayəsində ətrafınıza yeni insanlar toplayacaqsınız. Subay olan hava bürcləri üçün bu ay taleyüklü görüşlərlə zəngin ola bilər. Karyerada isə yaradıcı ideyalarınız sayəsində rəqiblərinizi geridə qoymağı bacaracaqsınız. Səyahətlər və qısamüddətli ezamiyyətlər də gözləniləndir.

Su qrupu (Xərçəng, Əqrəb, Balıqlar): İntuisiyanın gücü və sağlamlıq xəbərdarlığı

Su elementinə aid olan bürclər iyun ayında öz daxili səslərinə (intuisiyalarına) güvənməlidirlər. Bu ay qarşılaşacağınız çətin situasiyalardan məhz intuisiyanız sayəsində minimum zərərlə çıxa biləcəksiniz. Astroloqlar sağlamlıq məsələlərinə qarşı xüsusilə diqqətli olmağı, stressdən uzaq durmağı və yuxu rejiminə riayət etməyi məsləhət görürlər. Maddi məsələlərdə isə borc verməkdən və riskli xərclərdən qaçmaq lazımdır. /Demokrat.az/

Xəzərdə zəlzələ oldu - <span style="color: #ff0000;">FOTO</span>

Xəzər dənizində zəlzələ baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
 
Bildirilib ki, yerli vaxtla saat 05:47-də qeydə alınan zəlzələnin maqnitudası 3.6 olub.
 
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

Bakıda bu yollarda sıxlıq var - <span style="color: #ff0000;">SİYAHI</span>

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
 
Hazırda:
 
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 
2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 
7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
 

İnsanların mavi dərili doğulduğu qeyri-adi yer — <span style="color: #ff0000;">FOTOLAR</span>

Mavi dərili insanları çoxları yalnız fantastik filmlərdə və cizgi qəhrəmanlarında görüb. Ancaq vaxtilə ABŞ-də yaşayan ailə görünüşü və genetik xüsusiyyəti ilə tibb dünyasının diqqətini illərlə üzərinə çəkib.
 
Hadisə ABŞ-nin Kentukki ştatının dağlıq bölgəsində yaşayan Fugate ailəsi ilə bağlıdır. Araşdırmalar göstərib ki, ailə üzvlərinin bəzilərinin dərisinin mavi rəngdə olması nadir genetik xəstəlikdən qaynaqlanıb.
 
Hekayə 1820-ci illərdə başlayır. Fransız əsilli yetim Martin Fugate Kentukki ştatının Troublesome Creek adlı bölgəsinə köçərək Eliza Smith ilə ailə qurur.
 
Həmin dövrdə bölgə xarici dünya ilə zəif əlaqəyə malik idi. Dağlarla əhatə olunan ərazidə az sayda ailə yaşayırdı və yaxın qohumlar arasında evliliklər geniş yayılmışdı.
 
Martin və Elizanın yeddi övladı olub. Onlardan dördü mavi dərili doğulub. Bu vəziyyət uzun illər insanlarda maraq və müxtəlif şayiələr yaradıb. Bəziləri bunu fövqəltəbii hadisə hesab edib, digərləri isə su və hava ilə əlaqələndirib.
 
İllər sonra aparılan tibbi araşdırmalar nəticəsində məlum olub ki, ailədəki bu xüsusiyyət “methemoqlobinemiya” adlı nadir genetik xəstəlikdən qaynaqlanır.
 
Bu xəstəlik zamanı qanda oksigen daşıyan hemoqlobin normal fəaliyyət göstərə bilmir. Nəticədə bədəndə, xüsusilə dəridə maviyə çalan rəng dəyişiklikləri yaranır.
 
Mütəxəssislər bildirirlər ki, bu genetik xüsusiyyətin ortaya çıxması üçün həm ana, həm də ata eyni resessiv geni daşımalıdır. Qapalı icmalarda belə halların baş vermə ehtimalı daha yüksək olur.
 
20-ci əsrin ortalarında hematoloq Madison Cawein III bölgədə araşdırmalar aparıb. Məlum olub ki, bəzi ailə üzvlərində “metilen mavisi” adlı müalicə üsulu təsir göstərib və dərinin rəngi dəyişməyə başlayıb.
 
Sonrakı illərdə bölgədə yaşayış və əlaqələr artdıqca insanlar başqa icmalarla ailə qurmağa başlayıb. Bunun nəticəsində mavi dərili doğulan uşaqların sayı tədricən azalıb. /Demokrat.az/

Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü

Azərbaycanlı zəvvarların sonuncu qrupu həcc ziyarətinə yola düşüb.
 
Moderator.az xəbər verir ki, 130 zəvvarın olduğu sonuncu - 7-ci təyyarə saat 06:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə yolda düşüb.
 
Bildirək ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub.
 
Xatırladaq ki, mayın 27-də və 28-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
 

Hər dərdə dərman, yoxsa sadəcə reklam? - Həkimdən populyar <span style="color: #ff0000;">maqnezium əlavələri ilə bağlı xəbərdarlıq</span>

Son dövrlərdə maqnezium yuxusuzluq, təşviş və kəskin yorğunluq hallarına qarşı ən populyar vasitələrdən biri kimi tanınır. Bəs bu mineral cəmiyyətdə iddia edildiyi qədər sehrli təsirə malikdirmi?
 
Rusiyalı nevroloq Olqa Butenko "Gazeta.ru" nəşrinə açıqlamasında maqneziumun orqanizmə real təsir gücünü təhlil edib.
 
Mütəxəssis qeyd edib ki, sözügedən mineral insanın gündəlik tələbatı olan əhəmiyyətli bir mikroelementdir. O, əzələlərin və sinir sisteminin fəaliyyətini tənzimləyir, qan təzyiqi, şəkər səviyyəsi və ürək ritminin normal qalmasını dəstəkləyir, həmçinin sümüklərin sağlamlığında, DNT və zülal sintezində mühüm rol oynayır.
 
Bununla belə, O.Butenkonun sözlərinə görə, cəmiyyətdə maqneziuma çox vaxt hər dərdə dərman kimi yanaşılır. Reallıqda isə o, əsasən bədəndə real defisit (çatışmazlıq) yarandığı zaman müsbət nəticə verir. Belə hallarda mineralın əlavə qəbulu qıcolmalar, əzələ ağrıları, ümumi zəiflik və halsızlığı aradan qaldıra bilər. Nevroloq bildirib ki, əsas nüans orqanizmdəki real çatışmazlığı bərpa etməkdir, onu sadəcə kor-koranə, profilaktika xatirinə içmək düzgün deyil.
 
Həkimin sözlərinə görə, nevroloji praktikada bu elementin xüsusi və effektiv bir istifadə sahəsi mövcuddur ki, bu da miqren tutmalarının profilaktikasıdır. O, bəzi pasiyentlərdə baş ağrısı tutmalarının sayını azaltmağa qadirdir və məhz bu istiqamətdə olduqca müsbət reputasiya qazanıb.
 
Nevroloq əlavə edib ki, insan skeletinin də bu mikroelementə böyük tələbatı var. Maqneziumun yetərli miqdarda qəbul edilməsi sümük toxumasının daha möhkəm və sıx olmasına şərait yaradır. Lakin sümükləri təkbaşına maqneziumla bərpa etmək qeyri-mümkündür; bu proses yalnız düzgün maddələr mübadiləsi və sağlam rasionla kompleks şəkildə həyata keçirilməlidir.
 
Mütəxəssis müsahibəsinin sonunda mühüm bir məqamı diqqətə çatdırıb:
 
"Bildirmək istəyirəm ki, maqnezium sadəcə son zamanlar geniş reklam edilən bioloji aktiv qida əlavələrinin (BAD) və ya dərmanların tərkibində deyil. Bu elementi gündəlik rasionumuzda olan paxlalı bitkilər, yaşıl tərəvəzlər, qoz-fındıq, bütöv dənli bitkilər və müxtəlif toxumlardan da rahatlıqla almaq mümkündür. Maqnezium həqiqətən zəruri və xeyirlidir, lakin möcüzə yaratmır. O, yuxu pozuntusu, xroniki yorğunluq, stres və digər səhhət problemlərində təkbaşına, yeganə xilas yolu kimi tətbiq olunmamalıdır". /oxu.az/
 

"Avropa rus dronları ilə üz-üzə: təhlükənin miqyası böyüyür" - <span style="color: #ff0000;">"The Telegraph"</span>

 
"Rusiyanın ucuz dronları Avropanı yeni hava müharibəsinə məcbur edir..."
 
Rusiyanın pilotsuz uçuş aparatları Avropa səmasına nüfuz edir, NATO ölkələri "hava müharibəsinə" hazırlaşarkən, qitə ucuz dronlara qarşı effektiv müdafiə yolları axtarır...
 
Qərb nəhayət dron təhlükəsini ciddi qəbul etməyə başlayıb. Əgər Avropa ölkələri istehsalı və koordinasiyanı sürətləndirməsə, yaxın gələcəkdə kütləvi hücumlarla üzləşmək ehtimalı kəskin şəkildə artacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
 
Təhlükə artıq qapıdadır
 
Sentyabrın 9-da gecə saatlarında təxminən 20 dron Belarus üzərindən Polşanın hava məkanına daxil olub. Bu hadisə NATO ilə qarşıdurma ehtimalını artırıb və Avropada başlayan təhlükəli proseslərin yalnız başlanğıcı olub.
 
Rusiyanın "Geran" dronları və Avropa səması
Sərhədi keçənlərin əksəriyyəti İran istehsalı olan ucuz "Shahed" bazasında yaradılmış "Geran” tipli kamikadze dronlar olub. Onlardan azı dördünü Polşa və müttəfiq ölkələrin qırıcıları vurub. Lakin sonrakı günlərdə Rumıniya, Almaniya, Belçika, Fransa, Norveç, İsveç, Finlandiya, Litva və Danimarkada da oxşar müşahidələr qeydə alınıb. Hətta Münhen hava limanı müvəqqəti bağlanıb, Danimarka hökuməti isə məsuliyyəti Moskvada görərək sərt cavab verməyə çağırıb. Fransanın Baltik dənizində saxladığı "Boraqay" gəmisi isə dronlarla bağlı araşdırmaların mərkəzinə düşüb.
 
Ucuz dronlara bahalı cavab
 
Rusiyanın "Geran" dronları böyük seriyalarla istehsal olunur. Alabuqada yerləşən zavodda işlər gecə-gündüz davam edir. Bu ucuz silahlar bahalı zenit raketlərini məhv edərək Avropa üçün iqtisadi dilemmaya çevrilib: bir neçə yüz dollarlıq dronu milyonlarla avroluq raketlə vurmaq mümkünsüz strategiyadır. Ona görə də Avropa dövlətləri daha səmərəli həllər axtarır: lazer texnologiyaları, radioelektron mübarizə, xüsusi dron-ələkeçiricilər və ucuz müdafiə vasitələri gündəmdədir.
 
Startaplar və müdafiə sənayesinin yarışı
 
"Helsing", "Kraken", "Cambridge Aerospace" kimi startaplar artıq ucuz ələkeçirici dronlar, patrul katerləri və yeni nəsil müdafiə sistemləri təklif edir. Müdafiə texnologiyalarına qoyulan investisiyalar 2025-ci ildə rekord həddə çatıb. Lakin böyük problem var, bu da sürətli innovasiya ilə dövlətlərin bürokratik satınalma mexanizmləri arasında uçurumdur. Ekspertlər xəbərdarlıq edir: "Hökumətlər illərlə yox, aylarla işləməyi öyrənməlidir". Ukrayna üçün avadanlıq tədarükündə çevik "Taskforce Kindred" mexanizmi buna nümunə göstərilir.
 
Ukrayna müharibəsinin dərsi
 
Ukrayna cəbhəsi göstərir ki, dron müharibənin qaydalarını dəyişib. Hər iki tərəf yüz minlərlə PUA istehsal edib, bəzi məlumatlara görə Rusiya bir neçə il ərzində milyonlarla dron hazırlayıb. Ucuz "dalğa hücumları" hava hücumundan müdafiə sistemlərini tükəndirir, lakin ən dağıdıcı zərbələr hələ də ballistik və qanadlı raketlərdən gəlir. Bu isə Avropa üçün yeni strategiya zərurətini ortaya qoyur: müdafiə sistemlərini yalnız "böyük silahlara" qarşı deyil, həm də ucuz, çoxsaylı dronlara qarşı hazırlamaq lazımdır.
 
Kimin sürəti həlledici olacaq?
 
Avropada siyasi müzakirələr artıq açıqdır: sosial proqramların hesabına müdafiə xərcləri artırılacaqmı? İstehsal gücü kifayət edəcəkmi? Qitə birgə müdafiə siyasəti qura biləcəkmi? Cavab hələ də qeyri-müəyyəndir. Ancaq bir həqiqət var: gələcəyi ya sürətli reaksiya verən dövlətlər, ya da kütləvi ucuz dronlardan istifadə edən tərəf müəyyən edəcək.

Laçında çalışan müəllim: <span style="color: #ff0000;">"Hər gün işə başlayanda elə bilirəm ki, yuxuda yaşayıram"</span>

"Hazırda Laçında fəaliyyət göstərməyimə baxmayaraq, hər səhər Sus kənd tam orta məktəbində işə başlayanda elə bilirəm ki, yuxuda yaşayıram. Burada hər şey çox gözəldir, məktəbimizdən razıyam".
 
Bu sözləri Baku TV-yə açıqlamasında peşə bayramını Laçında qeyd edən müəllim İpək Bayramova deyib.
 
"Mən bu gün fəxr edirəm ki, Müəllimlər Gününü Laçında qeyd edirəm. Laçın müəllimi kimi bu gözəl peşə bayramı münasibətilə hər kəsi ürəkdən təbrik edir, pedaqoji fəaliyyətlərində uğurlar arzulayıram", - deyə o bildirib.
 
Daha ətraflı videomaterialda:

“Biz təqvimə yox, tarixə və gələcəyə işləməliyik”

“Milli maraqlarımız və kimliyimizlə bağlı məsələlərdə biz təqvimə deyil, tarixə və gələcəyə işləməliyik”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti bildirib ki, xalqımızın başına gətirilən müsibətlər, yaşadığımız faciələr və əldə etdiyimiz zəfərlər ilboyu diqqət mərkəzində olmalı, ilin bir neçə günündə deyil, daim xatirlanmalıdır:

“Tarimizdəki faciə və müsibətlər, eləcə də uğur və qələbələr, bu tarixi olayların gənc nəslə tanıdılması istiqamətində dövlətimiz bütün lazımi addımlatı atır. Əlaqədar dövlət qurumları bu tarixi olaylarla bağlı tədbirlər keçirir, onların əbədiəşdirilməsi istiqamətində gərəkli addımlar atır. Bu öz yerində. Lakin təhsil müəssisələrimizdə, mədəniyyət mərkəzlərində, müxtəlif elm ocaqlarında bu kimi tədbirlər mütəmadi şəkildə keçirilməlidir. Alimlərin, sənət adamlarının, yazıçı və şairlərin məktəb və digər müəssisələrdə gənclərlə görüşlərinə şərait yaradılmalı, bu şəxslər gənclərə böyük şəxsiyyətlərimiz, tariximiz, xalqımızın keçdiyimiz yol haqqında ətraflı məlumat verməlidir. Yəni bu işlərlə hər gün məşğul olmaq lazımdır. Biz tariximizə həqiqətən də sahib olmaq, gələcəyimizi həqiqətən də istədiyimiz kimi qurmaq istəyiriksə, fəaliyyətimizi bu şəkildə qurmağımız vacibdir”.

Seymur ƏLİYEV

 

Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?

Tibbi-meteoroloji proqnoz açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən xəbərə görə, oktyabrın 6-da Abşeron yarımadasında mülayim xəzri küləyinin gündüz arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

"Biz qonşu dövlətlərə münasibətdə həmişə dostluq siyasəti yürütməliyik” - <span style="color: #ff0000;">Qüdrət Həsənquliyev</span>

Moderator.az Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir.
 
– Qüdrət bəy, İranda hicab geyinməməyə görə dövlət orqanları tərəfindən qadınların təqib olunmasına son qoyulması barədə xəbəri necə qarşıladınız?
 
– Bu, İranda yaşayan qadınların, o cümlədən İran dövlətinin böyük uğurudur. İranın Ali Dini Rəhbəri prezident Məsud Pezeşkianı dəstəkləsə təbii sərvətlərlə zəngin olan İran bütün sahələrdə ciddi uğur qazanacaq. Növbəti addım İranda yaşayan millətlərə öz dillərində təhsil almaq, mədəniyyətlərini inkişaf etdirmək imkanın verilməsi olmalıdır. Pezeşkian buna çalışır. O çalışır ki,İranda hüquqi dövlət qurulsun, cəmiyyətin inkişafı qarşısında ən böyük maneələrdən biri olan korrupsiyaya qarşı effektli mübarizə təşkil olunsun, demokratiya inkişaf etdirilsin, sanksiyalar aradan qaldırılsın. İranın Azərbaycana münasibəti də müsbətə doğru dəyişməkdədir. İran cəmiyyəti də bu dəyişiklikləri gözləyir. Artıq repressiyalarla dövləti idarə etmək hər keçən gün daha da çətinləşir. İranda əhalinin az qala yarısının türk olmasını nəzərə alıb, mən İranı həm də türk dövləti adlandırıram. İnanıram ki, İran nə vaxtsa Türk Dövlətləri Təşkilatının üzvü olacaq. Biz 3+3 formatında da İranla sıx əməkdaşlıq etməliyik.
 
– Gürcüstanda dinc inqilab cəhdinin iflasa uğramasını nə ilə əlaqələndirirsiniz?
 
– 1993-cü ildə hərbi qiyam yolu ilə devrilmiş AXC uzun müddət qəbul edə bilmirdi ki,bir siyasi qüvvə olaraq hakimiyyətə gələndən qısa bir müddət sonra, bütün gördüyü müsbət işlərə də rəğmən, xalqın dəstəyini itirmişdi. Gəncədə hərbi qiyam başlayanda, o zaman dövlət katibi olan Əli Kərimli az qala bütün icra başçılarına yalvarırdı ki, heç olmasa işçilərinizi Prezident Administrasiyanın qabağına göndərin. Amma ora 3-4 mindən artıq adam gəlmirdi. Xalq böyük dəyişikliklər üçün fədarkarlıq etməyə hazır deyildi. Eyni proses Gürcüstanda da təkrarlandı. Saakaşvili öz ölkəsi üçün çox müsbət işlər görsə də gürcü xalqı Rusiya ilə birlikdə olmağı seçdi, dövlətin gələcəyinə görə məsuliyyət daşımaq istəmədi və bu işi iqtidra ötürüb kənar çəkildi. Gürcü xalqının sosial inkişaf səviyyəsi indikindn artığına nail olmağa yetmir. Ona görə də seçiminə sadiqdi, taleyindən razıdı. Qərb isə tərəfdarlarını müdafiə etmək üçün rusiyayönümlü hakimiyyətə problem yarada biləcək qərarlar qəbul etmək gücündə deyil. Həmişə deyirəm, xalq ədalət istəyir, amma güclünün arxasınca gedir. Ona görə də hal-hazırda iqtisadiyyatı sürətlə böyüyən, güclü hakimiyyətə sahib Gürcüstanda qərbyönümlülərin uğur qazanması mümkünsüzdü. Seçkilər cəmiyyətdə baş vermiş dəyişiklikləri hüquqi müstəvidə rəsmiləşdirmək vasitəsidir. Gürcüstan cəmiyyətində isə belə bir dəyişiklik baş verməmişdi. Gürcüstanda kimin hakimiyyətdə olmasına baxmayaraq biz qonşu dövlətlərə münasibətdə həmişə dostluq siyasəti yürütməliyik.

"Gürcüstanda baş verənlər sadəcə Qərb-Şərq qarşıdurması deyil..."

"Gürcüstanda baş verən iğtişaşları yalnız Qərb-Şərq hesablaşması kimi qiymətləndirmək yanlış olardı. Burada həm də dünya miqyasında yaşanan qlobalist-mühafizəkar rəqabəti də öz sözünü deyir".
 
Moderator.az bildirir ki, bu sözləri Musavat.com-a açıqlmasında siyasi şərhçi Heydər Oğuz deyib.
 
Siyasi şərhçi qeyd edir ki, təkcə Gürcüstanda deyil, həm də Avropada yaşanan siyasi böhranları yalnız bu konteksdə analiz edilsə, məsələnin əsl mahiyyətini anlamaq olar:
 
“Məlum olduğu kimi ABŞ-da hakimiyyəti Baydendən təhvil alan Donald Tramp siyasi dünyagörüş etibarilə milliyyətçidir. O, başda ABŞ olmaqla bütün dünyada qlobalistlərin ölkə iqtisadiyyatlarını istismar etdiklərini, hər bir dövləti borclandırıb özlərindən asılı vəziyyətə saldıqlarını düşünür və açıq şəkildə bu tendensiyaya qarşı mübarizə aparmağa çalışır. Məqsədi isə “qlobal mafiya” adlandırdığı güc mərkəzlərini sıradan çıxarmaq və yeni siyasi hakimiyyətlər ittifaqı formalaşdırmaqdır.
 
Qlobalistlərin yürütdüyü siyasət nəticəsində bir çox dövlətlər o cümlədən ABŞ öz ÜDM-dan daha çox borclanıb. Təsəvvür edin ki, ABŞ-ın ÜDM-u 28 trilyon dollardır. Onun dövlət borcu isə artıq 37 trilyon dollar keçib. Ən maraqlısı isə odur ki, ABŞ hər il hardasa 3 trilyon dollardan çox borclanır. Rəsmi statistic rəqəmlərə görə, ABŞ 1 avqust 2024-cü ilə qədər olan 365 gün ərzində öz milli borcunu maliyyələşdirmək üçün gündə təxminən 2,2 milyard dollar borc götürmüş və həmin il ərzində dövlət borcunu təqribən 790 milyard dollar artaraq, 33,8 trilyon dollara çatdırmışdı. Hazırda isə dövlət borcunun 37 trilyon dollara çatdığından bəhs olunur. Bu da o deməkdir ki, ABŞ-ın börcü hər 100 gündən bir 1 trilyon dollar artır. Tramp hakimiyyəti buna “yox” deməsə, bir müddətdən sonra hətta borcunun faizini belə ödəyə bilməyəcək duruma düşəcək və iflasa gedəcək. Məhz bu səbəbdən də Tramp hakimiyyəti öz ölkəsini və dünyanı borclandıraraq iflasa sürükləyən qlobal sərmayə qruplarını sıradan çıxarmaq niyyətindədir. Bunun üçün isə təkcə ABŞ-la kifayətlənmək mümkün deyil. Eyni şəkildə qlobalistlərin Avropa və Şərqdəki uzantıları ilə mübarizə aparmalıdır. Əks halda onlar qüvvələrini birləşdirib Tramp hakimiyyətinin özünü devirəcəklər.
 
Dünən Gürcüstanla bərabər Çexiyada da seçkilər keçirilirdi. Birincidə bələdiyyə, digərində isə parlament seçkiləri idi. Çexiyada da ölkənin qlobalist hakimiyyətinə qarşı çıxan Andrey Babişin rəhbərlik etdiyi ANO hərəkatı ən çox səs toplayaraq birinci oldu. Bununla da Avropa İttifaqında Macarıstan lideri Viktor Orban və Slovakiya Baş naziri Robert Ficonun öncüllük etdiyi mühafizəkarların sırasına bir ölkə də qoşuldu. Bənzər hadisəni biz Fransa, Rumıniya, Hollandiya, Polşa və sair ölkələrdə də müşahidə edirik. Ümumiyyətlə, Avropa İttifaqının tamamına nəzər salsaq, görərik ki, “qoca qitə”nin hər tərəfində ultra-sağçılar yüksəlişdə, liberallar isə tənəzzüldədir. Bir çoxları bunu Rusiyanın həmin ölkələrə təsiri ilə izah etməyə çalışırlar. Halbuki, əsas məsələ öz fikirlərini dünyaya yaymağa çalışan və bunun üçün trilyonlarla pul xərcləyən, müharibələri maliyyələşdirən qlobalistlərin liberal siyasətlərinin ictimaiyyət tərəfindən xoş qarşılanmamasıdır. Liberal-demokratlar hazırda Aİ-nin mərkəzi aparatında yer alırlar. Ölkələrdə isə getdikcə hakimiyyətlər sağçıların əlinə keçir. Bu absurd vəziyyətin səbəbi isə Avropa İttifaqı strukturlarının seçkilərlə yox, təyinatlarla formalaşdırılmasıdır. Keçmiş qlobalist qüvvələr öz hakimiyyətlərini əldən buraxmamaq üçün bəzən xalq tərəfindən seçilən liderlərin hökumət qurmasını əngəlləyir və siyasi proseslərin gedişatını ləngitmək yolunu tuturlar. Bu isə Avropa İttifaqını və onun peykinə çevrilən Moldova, Gürcüstan kimi ölkələri vətəndaş müharibəsinə sürükləyir. Çünki, vətəndaş müharibələri baş verməsə, qlobalistlər öz mövqelərini möhkəmləndirə bilməyəcəklər”.
 
Heydər Oğuz hesab edir ki, Gürcüstan da bu beynəlxalq qlobalist-mühafizəkar rəqabətinin mərkəzi ölkələrindən biridir:
 
“Çünki Gürcüstan Cənubi Qafqazın Avropaya açılan qapısı, Avropanın isə Mərkəzi Asiya ölkələrinə uzanan yollarının başlanğıc nöqtəsidir. Burada başlayan istənilən hadisənin Azərbaycana və Mərkəzi Asiyaya da müəyyən təsirləri olur".
 
Bununla belə, Gürcüstanda baş verən siyasi çalxantılarda qlobalistlərin asanlıqla qələbə çalacağına inanmayan Heydər Oğuz fikrini belə yekunlaşdırdı:
 
“Söhbət ondan getmir ki, Gürcüstandakı İvanişviliyə bağlı hakimiyyət Rusiya tərəfindən dəstəklənir. Söhbət həm də ondan gedir ki, ABŞ da Cənubi Qafqazın və Mərkəzi Asiyanın yüyənini avropalı qlobalistlərə buraxmaq istəmir. Bu sahədə yeri gələndə, ABŞ-la Rusiyanın maraqları üst-üstə düşür və Tramp hakimiyyəti öz hakimiyyətini qorumaq üçün nəinki Kremlə, hətta şeytanla da əməkdaşlığa gedə bilər. Mən bu mənada Gürcüstanda Avropaya bağlı müxaliflərin qələbə çala biləcəyi ehtimalına ehtiyatla yanaşıram”.

Azərbaycanın yeni ixrac trendləri - <span style="color: #ff0000;">"Sahibkarlar yüksək gəlir əldə edə bilərlər"</span>

Azərbaycan son illər ənənəvi məhsullarla yanaşı, qeyri-ənənəvi qida məhsullarının da ixracını artırmağa başlayıb. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, təkcə bu ilin avqust ayında İtaliya və Fransaya 3.6 ton qurbağa ayağı ixrac edilib. Bununla yanaşı, ABŞ-yə dörd milyon 320 min, Birləşmiş Ərəb Əmirliklərinə isə bir milyon 158 min ədəd ərzaqlıq yumurta göndərilib. Avstraliya, Albaniya və Kanadaya 42 kiloqram balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub. Bundan öncə isə Azərbaycan Çinə toyuq ayağı ixrac etməyə başlayıb. Bütün bunlar ölkənin ixrac coğrafiyasının və məhsul çeşidinin getdikcə zənginləşdiyini göstərir.
 
 
Maraqlıdır, görəsən, bu sahənin perspektivi varmı? Qeyri-ənənəvi məhsulların ixrac potensialını genişləndirmək üçün hansı addımlar atıla bilər?
 
Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
 
 
"Risklər olsa da, gəlirlər cəlbedicidir"
 
Logistika məsələləri üzrə ekspert Təmraz Həmidov qeyd edir ki, bu sahənin perspektivləri kifayət qədər genişdir: "Ənənəvi məhsullarla yanaşı, qeyri-ənənəvi məhsulların ixracı həm yeni iş yerlərinin yaradılması, həm də ixrac imkanlarının şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu sahə ölkəyə müəyyən qədər valyuta gətirə bilər. Amma risklər də mövcuddur. Çünki spesifik sahədir, cəmiyyətdə bununla bağlı məlumatlar çox deyil, təcrübə azdır. Lakin ümumilikdə rəqabət az olduğuna görə gəlirlilik baxımından daha cəlbedicidir".
 
 
Ekspertin sözlərinə görə, sahibkarlar qeyri-ənənəvi məhsulların ixracı istiqamətində addım atmazdan əvvəl mütləq olaraq bazarı araşdırmalı, logistika və sertifikatlaşdırma ilə bağlı tələbləri nəzərə almalıdırlar. "Həm tranzit, həm də məhsulun ixrac olunduğu ölkələrin öz tələbləri var. Bizim ölkədə bu sahədə məlumat çatışmazlığı var", - deyə ekspert bildirir.
 
Mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var
 
Qeyri-ənənəvi ixracın stimullaşdırılması məsələsinə toxunan Təmraz Həmidov hesab edir ki, dövlətin dəstəyi burada fərqli formada həyata keçirilməlidir. Onun fikrincə, ənənəvi kənd təsərrüfatı məhsulları üçün tətbiq edilən subsidiya mexanizmləri burada effektli olmaya bilər: "İstiqamət yeni olduğundan burada ənənəvi təşviqdən söhbət getmir. Qeyri-ənənəvi sahələrdə təşviq modeli də fərqli olmalıdır. Necə ki, startaplara dəstək olmağa çalışılır, bu sahəyə də dəstək olmaq lazımdır ki, sahibkarlar ölkədə yeni məhsulları sınaya bilsinlər. Bu proses ilkin mərhələdə genişmiqyaslı ixrac olmasa belə, sınaq şəraitində nümunələrin hazırlanması ilə başlaya bilər. Həmin məhsulların beynəlxalq bazarlara çıxarılması üçün sənədləşmə prosesləri sürətləndirilməli, şəffaflığı artırılmalı və əməliyyat xərcləri azaldılmalıdır. Çünki ölkədə həm daşınma, həm də sənədləşmə ilə bağlı müəyyən çətinliklər mövcuddur".
 
 
"İqlim şəraiti Azərbaycana üstünlük verir"
 
İqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə, hələlik qeyri-ənənəvi sahələrdən valyuta gəlirləri çox böyük həcmdə olmasa da, bu istiqamətdə atılan addımlar mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, pilot layihə kimi həyata keçirilən ixrac təşəbbüsləri gələcəkdə böyük imkanların əsasını qoya bilər. Ekspert bildirir ki, ixrac bazarlarında belə məhsullara tələbat mövcuddur. Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqlim şəraiti bu məhsulların istehsalı üçün əlverişli imkan yaradır. Ekspertin sözlərinə görə, bəzi Avropa ölkələrində bu cür heyvanların sənaye üsulu ilə artırılması əlavə xərclərlə müşayiət olunur, çünki soyuq iqlim şəraiti səbəbindən ilboyu süni istilik təmin edilməlidir. Azərbaycanda isə isti günlərin sayı daha çoxdur və bu, istehsalı daha ucuz başa gətirir. Bu üstünlük ölkədə belə məhsulların daha rentabelli istehsalına şərait yaradır.
 
"Dövlət dəstəyi vacibdir"
 
Akif Nəsirli onu da bildirir ki, sahibkarlar bu istiqamətdə kütləvi istehsala başlasalar, yüksək gəlir əldə edə bilərlər. Lakin ilkin mərhələdə dövlət dəstəyinin vacibliyini də vurğulayır. Onun fikrincə, hər bir yeni sahədə olduğu kimi bu sahənin inkişafında da dövlət yardımına ehtiyac olacaq. Müəyyən mərhələdən sonra isə istehsal rentabelli olduqda sahibkarlar artıq dövlətə vergi ödəməklə iqtisadiyyata töhfə verəcəklər.
 
 
"Valyuta gətirən hər sahə perspektivlidir"
 
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov isə ölkəyə valyuta gətirən hər sahəni perspektivli sayır. Amma mütəxəssis deyir ki, bu prosesdə ekoloji tarazlıq məsələləri mütləq nəzərə alınmalıdır. Onun sözlərinə görə, Azərbaycanda qeyri-ənənəvi məhsullar istehsal edən təsərrüfatların sayı azdır. "Masallıda kənd camaatı təbiətdən qurbağaları tutub müəyyən təhvil məntəqələrinə verirlər, onlar da ixrac edirlər. Təkcə qurbağa deyil, zəli də ixrac olunan məhsullardandır. Lakin bu sahədə ekoloji məsələlər diqqətdən kənarda qalmamalıdır. Xaric bizdən tələb edir, biz isə sadəcə təbiətdən toplayıb daşıyırıq. Halbuki bunun təsərrüfatları qurulmalıdır. Sahibkar pul qazanmaq istəyirsə, bu bizneslə etik formada məşğul olmalıdır" - deyə o qeyd edir.
 
"Kortəbii fəaliyyət ekosistemə ziyan vurur"
 
Mircavid Həsənovun fikrincə, kortəbii fəaliyyət təbiətə ziyan vurur: "Artıq böyük gölməçələrdə nə zəli, nə də qurbağa tapılır, onların kökü kəsilmək üzrədir. Halbuki xaricdə istehsal üçün bu canlıların yaxşı sortları mövcuddur. Onları gətirib burada yetişdirərək ixrac etmək mümkündür. Təbiətə ziyan vurulmadan daha savadlı şəkildə bu bizneslə məşğul olsalar, həm əla nəticə əldə edilər, həm də valyuta qazanılar".
 
Ekspert vurğulayır ki, bu sahənin inkişafı üçün ölkədə kifayət qədər potensial mövcuddur. Azərbaycanın su hövzələri bu baxımdan geniş imkanlar yaradır: "Sarısu su anbarı, Qızılağac qoruğu və digər ərazilər hazır vəziyyətdədir, lakin boş qalıblar. Sahibkar müvafiq icra orqanlarından həmin əraziləri icarəyə götürərək təsərrüfat yarada bilər. Göl də var, qamışlıq da var, bataqlıq da".

Noutbukunuz PARTLAYA bilər: <span style="color: #ff0000;">90 faiz bu səhvi edir</span>

Divan üstündəki noutbuk işləmək və ya film izləmək üçün əlverişli qərar kimi görünür.
 
Amma bu “günahsız” vərdişdən bir saat sonra cihazın korpusu təhlükəli həddə qədər qızır.
 
Moderator.az xəbər verir ki, divanın yumşaq səthi alt paneldə yerləşən havalandırma dəliklərini bağlayır. Hava dövranını dayandırır, prosessor və video kartdan gələn istilik içəridə toplanır.
 
Temperatur yüksəlir və soyutma sistemi özündən çıxır: “ventilyator” maksimum sürətlə fırlanır, lakin isti havanı divanın parçasından keçirə bilmirlər.
 
Çip və soyuducu arasındakı termal pasta quruyur, metal komponentlər istilikdən genişlənir və ana platadakı lehim birləşmələri çatlayır.
 
Bir neçə aydan sonra noutbuk öz-özünə sönməyə başlayacaq - bu, həddindən artıq istiləşmədən qorunma sisteminin işə salınmasıdır. Ancaq buna məhəl qoymasanız, düzəlməz zərər baş verəcəkdir.
 
Houtbukun litium-ion batareyası uzun müddət istiliyə tab gətirmək üçün nəzərdə tutulmayıb. 60 dərəcədən yuxarı temperaturda onun hüceyrələrində zəncirvari reaksiya başlayır - qaz buraxılır, korpus deformasiyaya uğrayır və kimyəvi komponentlər alovlanır.
 
Partlayış ani ola bilər: əvvəlcə fısıltı səsi eşidəcəksən, sonra tüstü görəcəksən, sonra korpus partlayacaq. Yanğın divana, pərdələrə və xalçaya keçəcək - nəticələri fəlakətli olacaq.
 
Hətta partlamasa belə, həddindən artıq qızma sabit diski, qrafik kartı və prosessoru öldürəcək. Termal şokdan məlumatların bərpası mümkün deyil.
 
Bunun qarşısını necə almaq olar? Noutbukunuzu həmişə sərt bir səthə qoyun: masa, nimçə və ya taxta lövhə.
 
Ventilyasiya üçün soyuducu yastiqciq alın - bu, yanğından sonrakı təmir xərcindən daha ucuzdur. Tozu təmizləmək üçün hər altı ayda bir soyutma sistemini təmizləyin - o, havalandırma dəliklərini bağlayır və noutbukunuzu saatlı bombaya çevirir.
 
Korpusun əllərinizi yandırdığını hiss edirsinizsə, dərhal cihazı söndürün və eyvana və ya kirəmitli döşəməyə köçürün.
 
Noutbukunuzu heç vaxt divanda, çarpayıda və ya xalçada nəzarətsiz qoymayın. Temperaturun kritik səviyyəyə qalxması üçün hətta 10 dəqiqə kifayətdir.
 
Unutmayın: rahatlıq həyatınızı riskə atmaq üçün bir səbəb deyil. Divan istirahət üçün, noutbuk isə masa arxasında işləmək üçündür. /Lent.az/

"Rusiya yenidən Ukraynaya genişmiqyaslı hücum həyata keçirib" - <span style="color: #ff0000;">Ukrayna KİV</span>

 
"Hava məkanında atəşkəs olmadan diplomatiya mümkünsüzdür..."
 
Oktyabrın 5-nə keçən gecə Rusiya Ukraynaya qarşı son aylarda ən genişmiqyaslı hava hücumlarından birini həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "glavred.info" nəşri məlumart yayıb.
 
Raketlər və dronlarla zərbələr
 
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəyə 50-dən çox raket və təxminən 500 "Shahed" tipli dron buraxılıb. Hücum əsasən enerji infrastrukturu və yaşayış məntəqələrinə yönəlib. İlkin məlumata görə, azı 5 nəfər həlak olub, 10-dan çox insan yaralanıb.
 
Zelenski xalqa müraciətində deyib: "Ruslar yenidən infrastrukturumuza, insanların normal həyatını təmin edən hər şeyə hücum edib. Bizim yeganə cavabımız daha güclü hava hücumundan müdafiə sistemləridir. ABŞ və Avropa təcili addım atmalıdır ki, Putin bu hava terrorunu dayandırmağa məcbur olsun".
 
Lvov: beş saatlıq terror, ölənlər və yanğınlar
Ən ağır zərbələrdən biri Lvova dəyib. Şəhərdə və ətraf kəndlərdə evlər dağılıb, 4 nəfərin ölümü və 6 nəfərin yaralanması təsdiqlənib. Bir neçə məhəllə işıqsız qalıb, ictimai nəqliyyat dayanıb.
 
Lvov meri Andrey Sadovıy sakinləri xəbərdar edərək küçələrə çıxmamağı, pəncərələri bağlamağı və tüstüdən qorunmaq üçün maska taxmağı tövsiyə edib. Şəhərdə "Sparrow" sənaye parkı yanıb, yaşayış evləri də ziyan görüb.
 
Lvov vilayətinin rəhbəri Maksim Kozitski deyib: "Ruslar bölgəni beş saatdan artıq kombinə olunmuş hücumlarla terrorizə edib. Dağıntılar çoxdur, bütün fövqəladə xidmətlər işləyir".
 
Zaporojye: qurbanlar və kütləvi dağıntılar
Eyni zamanda, Zaporojye də ağır hücuma məruz qalıb. Şəhərdə azı 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Dağıntılar arasında 8 çoxmərtəbəli bina, 8 fərdi ev və bir neçə müəssisə var. On minlərlə sakin işıqsız qalıb. Şəhər meri İvan Fyodorov qeyd edib ki, zərbələrdən sonra bəzi məhəllələrdə həm su, həm də elektrik təchizatı kəsilib, bir müəssisədə isə güclü yanğın başlayıb.
Digər bölgələr: elektrik xətləri sıradan çıxıb
 
Çerkası vilayətində dronların qalıqları elektrik xətlərini zədələyib, minlərlə ev işıqsız qalıb. Çerniqov, İvano-Frankovsk və Vinnitsa vilayətlərində də kritik infrastruktur zərbələrə məruz qalıb. Ukrayna Dəmir Yolları Lvov vilayətində qatarların 30 dəqiqəyədək gecikmələrlə hərəkət etdiyini açıqlayıb.
 
Beynəlxalq reaksiya: Polşa səmasında qırıcılar
 
Hücum zamanı Polşa ordusu da təcili tədbir görüb. Rəsmi Varşava bildirib ki, Polşa və müttəfiq qırıcı təyyarələr havaya qaldırılıb, hava hücumundan müdafiə və radar sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib. 
 
Rusiyanın bu hücumu Ukraynanın həm hərbi, həm də mülki infrastrukturu üçün yeni sınaq olub. On minlərlə insan işıqsız qalıb, evlər dağılıb, ölənlərin sayı artır. Zelenskinin sözləri ilə desək, bu hücum yalnız bir həqiqəti göstərir: hava məkanında atəşkəs olmadan diplomatiya mümkünsüzdür.

Şəmkirdə piyadanı vurub öldürən sürücü<span style="color: #ff0000;"> hadisə yerindən qaçdı</span>

Şəmkirdə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini D. Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb.
 
Faktla bağlı araşdırma aparılır.

Dırnaq qırıntılarından dərman hazırlanır - <span style="color: #ff0000;">Bunu bilirdiniz?</span>

Əgər siz dırnaq qırıntılarınıza qənaət edirsinizsə və onların sadəcə yararsız zibil olduğunu düşünürsünüzsə, onların həqiqətən dəyərli ola biləcəyi ortaya çıxır. Çində dırnaq kəsimi ənənəvi tibdə iksirlərin tərkib hissəsi kimi istifadə olunur.
 
Moderator.az bildirir ki, qədim inanclara görə, dırnaqlar tonzillit, uşaqlarda şişkinlik və digər xəstəliklərin müalicəsində kömək edir. Bu ənənəvi təbabətin istehsalçıları onu məktəblərdən və kəndlərdən alır, sonra yaxşıca yuyur, qurudur və toz halına gətirirlər. Sonra bu toz dərmanlara əlavə edilir.
 
Yetkin bir adam ildə təxminən 100 qram dırnaq yetişdirdiyi üçün kifayət qədər miqdarda dırnaq toplamaq çətindir. Buna görə də dırnaq qırıntılarının qiyməti kifayət qədər yüksəkdir. Məsələn, Hebey əyalətindən olan bir qadın onları onlayn olaraq hər kiloqramını 150 yuana (təxminən 21 dollar) satır. O, uşaqlıqdan dırnaqlarını yığır və ondan pul qazanmağa qərar verib.
 
Ənənəvi tibbdə dırnaqların istifadəsi 1960-cı illərdə, dırnaq boyasının populyarlığı xammalı daha az uyğunlaşdırdığı zaman azalmağa başlayıb. Bənzər xüsusiyyətlərə malik digər maddələr sonradan kəşf edilib, lakin dırnaqlar ənənəvi tibdən yoxa çıxmayıb.
 
Ancaq yalnız dırnaqların satışına icazə verilir. Prosessorlar xammalı ciddi şəkildə yoxlayır və ayaq dırnaqlarının qəbul edilmədiyini qeyd edirlər. /Lent.az/
 

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - <span style="color: #ff0000;">VİDEO</span>

Müdafiə Nazirliyi həftə ərzində baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb.
 
Moderator.az xəbər verir ki, icmal Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hazırlanmış video formatında təqdim edilib.
 
Sözügedən videonu təqdim edirik:
 

Oktyabrın ən parlaq astronomik hadisələri

Oktyabrda gecələr bir qədər də uzanır ki, bu da astronomik hadisələri müşahidə etmək üçün daha çox imkan yaradır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Universe Space Tech" məlumat yayıb.
 
Məlumata görə, bu ayın əsas hadisəsi "çılpaq gözlə" görünə bilən C/2025 A6 (Lemmon) kometasının müşahidəsi ola bilər.
 
Artıq 6 oktyabrda sübh çağına yaxın Ay Saturna yaxınlaşacaq, daha sonra isə Neptunla "birləşmə" baş verəcək. Lakin hər üç cisim üfüqün altında olacaq və bunu "çılpaq gözlə" görmək mümkün olmayacaq. Teleskopla müşahidələr üçün ən yaxşı vaxt 5 oktyabrdan 6 oktyabra keçən gecədir.
 
7 oktyabrda bədirlənmiş Ay görünəcək.
 
13 oktyabrdan 14 oktyabra keçən gecə Ay Yupiterlə bir araya gələcək. Gecə boyu Ayın Əkizlər bürcündə hərəkət etməsini görmək mümkün olacaq.
 
19 oktyabrda Ay Veneranın yanında olacaq.
 
21 oktyabrda C/2025 A6 (Lemmon) kometası Yerə ən yaxın məsafədə olacaq. Bunu Şimal yarımkürəsində müşahidə etmək mümkün olacaq.
 
2 oktyabrdan 7 noyabra qədər Orionid meteor yağışının fəallığı müşahidə olunur və onun pik nöqtəsi 21 oktyabrda gözlənilir.
 
29 oktyabrda Merkuri ən böyük şərq uzunluğuna çatacaq, lakin müşahidələr demək olar ki, mümkün olmayacaq. Çünki Günəş batandan sonra planet cənub-qərb üfüqündən çox aşağıda olacaq. Müşahidə üçün ideal şərait yalnız Cənub yarımkürəsində olacaq.
 

Səssiz kafe -<span style="color: #ff0000;"> burada danışsan, səni çıxarırlar</span>

Almaniyada yeni açılan bir kafe tam sakitlik qaydası ilə məşhurdur.
 
İçəridə bir kəlmə belə danışmaq olmaz.
 
Müştərilər orada ya kitab oxuyur, ya yazı yazır, ya sadəcə düşünürmüş kimi otururlar.
 
İçəri girəndə xüsusi jestlə “salam” deyirsən — çünki dil işlətmək qadağandır.
 
Bir nəfər səhvən “Çay verə bilərsiniz?” deyib və ofisiant ona sadəcə kağız verib: “Yaz.”
 
İnsanlar deyir ki, bu kafe hərəkətli meditasiya otağı kimidir.
 
Bəziləri isə oraya sadəcə səs-küydən qaçıb öz həyatını yenidən yükləməyə gəlirlər. /Lent.az/
 

Bərdədə pendir sexində partlayış olub, <span style="color: #ff0000;">ölən var</span>

Bərdədə pendir sexində partlayış olub, bir nəfər həyatın itirib.
 
Moderator.az apa-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb. Hadisə nəticəsində müəssisədə nəzarətçi işləyən 65 yaşlı Teyyub Yusibov həyatın itirib.
 
Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.
 
Faktla bağlı araşdırma aparılır.
 

Sabah 27 dərəcə isti olacaq - <span style="color: #ff0000;">PROQNOZ</span>

Azərbaycan ərazisində oktyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 65-75% olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

U-21 millimizin Çexiya və Şotlandiya ilə oyunlar üçün <span style="color: #ff0000;">heyəti açıqlandı</span>

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Şotlandiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
 
Teleqraf xəbər verir ki, millimiz oktyabrın 10-da səfərdə Çexiya, 14-də isə evdə Şotlandiya seçməsi ilə qarşılaşacaq.
 
U-21-in heyətini və oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
 

NR.

ADI / SOYADI

KLUB

1

Rəvan Mirzəmmədov

Sabah

2

Xəyal Fərzullayev

Sumqayıt

3

Səlim Həşimov

Şamaxı

4

İbrahim Ramazanov

Turan Tovuz

5

Elgün Dünyamalıyev

Sabah

6

Raul Məmmədov

Kəpəz

7

Nadir Orucov

Sumqayıt

8

Emin Rüstəmov

Səbail

9

Əkbər Eyubov

Zirə

10

Sənan Muradlı

Şamaxı

11

Rüfət Abbasov

Şamaxı

12

Fəxri Məmmədli

Səbail

13

Eşqin Əhmədov

Qəbələ

14

Hikmət Cəbrayılzadə

Qarabağ

15

Murad Məmmədov

Neftçi

16

Nihad Əhmədzadə

Sumqayıt

17

Emil Süleymanov

Şamaxı

18

Oruc Məmmədov

Şamaxı

19

Şahin Şahniyarov

Qəbələ

20

Şahin İbrahimov

Sabah

21

Xəyal Əliyev

Sabah

22

Ağadadaş Salyanskiy

Neftçi

23

Nahid Əliyev

Şəfa

24

Sadiq Şəfiyev

Kəpəz

10 oktyabr

20:00. Çexiya (U-21) – Azərbaycan (U-21)
Karvina şəhər stadionu

14 oktyabr

19:00. Azərbaycan (U-21) – Şotlandiya (U-21)
Bakı, “Dalğa Arena”

 

III MDB Oyunları: Cüdo üzrə qarışıq komanda finalda

Azərbaycan cüdoçuları III MDB Oyunlarının qarışıq komanda yarışında finala yüksəlib.
 
Moderator.az xəbər verir ki, yığmamız yarımfinalda Tacikistan seçməsinə 7:3 hesabı ilə qalib gəlib.
 
Millimiz finalda Rusiya - Özbəkistan yarımfinal cütünün qalibi ilə üz-üzə gələcək.

İlon Mask "Grokipedia"nın çıxacağı tarixi açıqladı -<span style="color: #ff0000;"> FOTO</span>

"Wikipedia"nın alternativ versiyası olan "Grokipedia" iki həftədən sonra istifadəyə veriləcək".
 
Moderator.az bildirir ki, bunu amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkə hesabında yazıb.
 
Onun sözlərinə görə, "Grokipedia"nın 0.1 beta versiyası çıxacaq və "Grok" süni intellektinin çat-botunun əsasında işləyəcək.
 
Qeyd edək ki, Mask "Wikipedia" ilə münaqişəsindən sonra ensiklopediyanın alternativ versiyasının yaradılmasının anonsunu vermişdi. Yeni versiya bütün istifadəçilər üçün əlçatan olacaq.

 

III MDB Oyunları: <span style="color: #ff0000;">Millimiz bürünc medal uğrunda mübarizə aparacaq</span>

Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.
 
Moderator.az xəbər verir ki, yarımfinalda Azərbaycanın qızlardan ibarət millisi Belarusa 3:2 hesabı ilə uduzub.
 
Bürünc medal uğrunda qarşılaşmada komandamızın rəqibi Rusiya - Özbəkistan cütünün uduzan tərəfi olacaq.
 
Qeyd edək ki, voleybol yarışlarına oktyabrın 6-də yekun vurulacaq.

Tiflisin yeni meri bəlli oldu – <span style="color: #ff0000;">Kaxa Kaladzenin qələbəsi</span>

Gürcüstanda yerli özünüidarəetmə seçkilərinin nəticələri açıqlanıb.
 
Moderator.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, iqtidardakı “Gürcü Arzusu” partiyasının namizədi, keçmiş futbolçu və hazırkı mer Kaxa Kaladze Tiflis meri seçkilərində 71,6 faiz səs toplayaraq qələbə qazanıb.
 
MSK nəticələrin 100 faizinin işlənildiyini bildirib. Bu, Kaxa Kaladzenin paytaxt sakinlərinin böyük əksəriyyətinin dəstəyini qazandığını göstərir.
 
Beləliklə, Kaladze Gürcüstan paytaxtının idarəçiliyində növbəti dəfə öz mandatını təsdiqləmiş oldu.

III MDB Oyunları: <span style="color: #ff0000;">Azərbaycan badmintonçusu gümüş medal qazandı</span>

III MDB Oyunları çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində badminton üzrə yarışlar keçirilib.
 
Moderator.az xəbər verir ki, azərbaycanlı idmançı Leyla Camalzadə fərdi yarışlarda finalda rusiyalı Marina Tarasovaya uduzaraq gümüş medal qazanıb.
 
Qeyd edək ki, daha öncə badmintonçularımız 6 bürünc mükafat qazanmışdılar.
 
Beləliklə, idmançılarımız turniri 7 medalla başa vurublar.

Tbilisidə iğtişaşların təşkilatçıları saxlanıldı

"Tbilisi polisi paytaxtda etiraz aksiyalarının beş təşkilatçısını saxlayıb".
 
Moderator.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daravelidze deyib.
 
Onun sözlərinə görə, saxlanılanlar ictimai xadim Paata Burçuladze, "Milli Hərəkat" partiyasının üzvü İrakli Nadiradze, keçmiş prokuror Murtaza Zodelava, "Strategiya Ağmaşenebeli" partiyasının üzvü Paata Mancqaladze və polkovnik Laşa Beridzedir.
 
O, həmçinin əlavə edib ki, saxlanılan şəxslər Gürcüstanın Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya dövlət hakimiyyətini devirməyə çağırışlar etmək, qrup şəklində zorakılığın təşkili, rəhbərliyi və ona qoşulmaqda ittiham olunurlar.

Culfada vəhşi heyvanların təsərrüfatlara hücumları artıb - <span style="color: #ff0000;">Maldarlara ciddi ziyan dəyib</span>

Cəmi 27 yaşayış evi və 71 nəfər əhalisi olan Culfa rayonunun Gal kəndinin sakinləri kənd təsərrüfatının əkinçilik və heyvandarlıq sahələri ilə məşğuldurlar.
 
Son dövrlərdə vəhşi heyvanların kəndə hücumu nəticəsində həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların ciddi tələfatı müşahidə olunur.
 
"Təsərrüfatımıza təxminən 3 min manat ziyan dəyib. Dolanışığımızın əsas mənbəyi heyvandarlıqdır. Bu qədər ziyan dəyəndə neçə il geriyə düşürsən", - kənd sakini bildirib.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
 

Qərbi Azərbaycanın Gabud kənd icmasında <span style="color: #ff0000;">QALMAQAL</span>

Qərbi Azərbaycanın Gabud kənd icmasında qalmaqal baş verib.
 
Adının çəkilməsini istəməyən mənbənin Moderator.az-a verdiyi məlumata görə, Qərbi Azərbaycanın Paşalı rayon Gabud kənd icmasında qalmaqal səngimək bilmir. İcma üzvlərinin xeyriyyə məqsədilə yaratdıqları fonda toplanan 2 min manatdan artıq vəsait kənd icmasının sədri Abbasov Tural Lətif oğlu tərəfindən mənimsənilib və bu, icma üzvlərini hiddətləndirib.  T.Abbasov mənimsənilmiş vəsaiti qaytarmaq haqqında icma üzvlərinin tələbinə cavab olaraq şantaja və təhqirə əl atır.
 
Hadisə Qərbi Azərbaycan İcması rəhbərliyinin diqqətini çəkmiş və narahatlığına səbəb olmuş, Tural Abbasov Gabud kənd icma sədrliyindən azad edilmişdir.
 
Qeyd edək ki, Tural Abbasov həm də dövlət təşkilatında çaılışır. Standartlaşdırma və Meteorologiya İnstitutunun əməkdaşıdır. Çox təəssüf ki, doğma kəndinin icmasında ona göstərilən etimada qəsd edərək bundan sui-istifadə edib. Kənd icmasına əlavə gəlir yeri kimi yanaşıb. Belə adamı tutduğu ictimai vəzifədən çıxartmaqla kifayətlənmək olmaz. Yoxsa bu hal başqalarına dərs olmaz. Mütləq ciddi araşdırma aparılıb qanuni ölçü götürülməlidi.

Ayxan Abbasov milli komandaya 26 futbolçu dəvət etdi - <span style="color: #ff0000;">SİYAHI</span>

Azərbaycan milli komandası oktyabrın 6-dan 8-dək Bakıda təlim-məşq toplanışında olacaq. Millimiz oktyabrın 8-də Fransanın paytaxtı Parisə yollanacaq.
 
Moderator.az xəbər verir ki, komandamızın baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens”də Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna seçməsinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
 
A millinin heyətini nəzərinizə çatdırırıq:
 

S.

AD / SOYAD

KLUB

1

Şahruddin Məhəmmədəliyev

Qarabağ

2

Aydın Bayramov

Zirə

3

Rza Cəfərov

Neftçi

4

Bəhlul Mustafazadə

Qarabağ

5

Anton Krivotsyuk

Daejon Hana (Cənubi Koreya)

6

Elvin Bədəlov

Neftçi

7

Cəlal Hüseynov

Arda (Bolqarıstan)

8

Rəhman Daşdəmirov

Sabah

9

Abbas Hüseynov

Qarabağ

10

Faiq Hacıyev

Turan Tovuz

11

Qismət Alıyev

Zirə

12

Elvin Cəfərquliyev

Qarabağ

13

Rahil Məmmədov

Araz-Naxçıvan

14

Emin Mahmudov

Neftçi

15

Murad Xaçayev

Neftçi

16

Səbuhi Abdullazadə

Sumqayıt

17

İsmayıl İbrahimli

Zirə

18

Abdulla Xaybullayev

Sabah

19

Toral Bayramov

Qarabağ

20

Ceyhun Nuriyev

Zirə

21

Rüstəm Əhmədzadə

Sumqayıt

22

Anatoli Nuriyev

Sabah

23

Mahir Emreli

Kayzerslautern (Almaniya)

24

Renat Dadaşov

Motor (Polşa)

25

Musa Qurbanlı

Qarabağ

26

Nəriman Axundzadə

Qarabağ

III MDB oyunları ilə əlaqədar Qəbələdə gücləndirilmiş xidmət təşkil olunub - <span style="color: #ff0000;">FOTO/VİDEO</span>

III MDB oyunları ilə əlaqədar Qəbələdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
 
Rayon ərazisində və oyunların keçirildiyi məkanlarda xidmətə əlavə canlı qüvvə cəlb edilib.
 
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin qorunması, eləcə də hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.

 

 

Emin Əmrullayev müəllimləri təbrik etdi - <span style="color: #ff0000;">FOTO</span>

Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesablarında paylaşım edib.
 
Paylaşımda deyilir:
 
"Dəyərli müəllimlər! Sizi Müəllimlər Günü münasibətilə təbrik edir, hörmət və ehtiramımı bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Gənc nəslin formalaşmasında fədakar əməyinizə görə təşəkkür edirəm".

Çin ordusu poliqonda Tayvan hökumət binalarının maketini qurub -<span style="color: #ff0000;"> FOTO</span>

Çin ordusu ən böyük poliqonlarından biri olan Çjujihedə Tayvan hökumət orqanlarının yerləşdiyi ərazinin maketini quraşdırıb.
 
Moderator.az bu barədə "Sankei Shimbum" nəşrinə istinadən xəbər verir.
 
Bildirilir ki, maketin ölçüləri 2020-ci ildən bəri təqribən üç dəfə böyüdülüb.
 
Məlumata görə, Çin poliqonda Tayvan parlamentinin binasının modelinin tikintisini bu yaxınarda başa çatdırıb. Bina maketdə Tayvan Prezident Sarayının yaxınlığında yerləşir. Buna qədər Tayvanın digər dövlət qurumlarının modelləri də peyk çəkilişləri vasitəsilə poliqonda aşkarlanıb.
 
Poliqonda 2020-ci ildən etibarən aparılan təlimlər zamanı prezident sarayı uğrunda döyüşlər imitasiya edilir.

“AAAF park” yaşayış kompleksində yanğın: <span style="color: #ff0000;">Sakinlər təxliyə edildi - VİDEO</span>

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Nazirlikdən Moderator.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən texniki otaqda quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində binanın zirzəmisində yerləşən ümumi sahəsi 2 m² olan texniki otağın içərisində quraşdırılmış 68 ədəd elektirik sayğacı və şaxtadan keçən elektrik kabelləri 3p.m. yanıb.
 
FHN əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.
 
Şaxtadan keçən kommunikasiya xətləri, avtodayanacaqda park edilmiş avtomobillər və mənzillər yanğından mühafizə olunub.

“Qızılgül inqilabı” dönməzdi: <span style="color: #ff0000;">Gürcüstanda yeni cəhd niyə baş tutmadı?</span>

Gürcüstanda bələdiyyə seçkilərinin nəticələri ölkəni yenidən siyasi gərginliyin mərkəzinə gətirib. Seçkilərin nəticələrinə etiraz edən müxalifət qüvvələri Tiflisin mərkəzində on minlərlə insanın iştirakı ilə genişmiqyaslı etiraz aksiyası keçirir. Etirazçılar seçkilərin saxtalaşdırıldığını iddia edir, nəticələrin ləğvini və hökumətin istefasını tələb edirlər.
 
Siyasi müşahidəçilər bildirirlər ki, bu əslində Qərblə Rusiya arasında gedən geosiyasi mübarizənin növbəti mərhələsidir. Avropa İttifaqı və ABŞ-ın Gürcüstan müxalifətinə dolayı dəstək verdiyi, xüsusilə də Avropada Rusiyaya yaxın hesab edilən “Gürcü Arzusu” hökumətinin devrilməsində maraqlı olduğu deyilir.
 
Həmçimin son illər Moldovada baş verən siyasi dəyişikliklər və pro-Qərb qüvvələrinin qələbəsi Tiflisdəki müxalifətə əlavə stimul verib. Ekspertlərin fikrincə, Qərb dairələri Moldovadakı uğuru Gürcüstanda da təkrarlamağa çalışır. Məqsəd isə Cənubi Qafqazda Rusiyanın təsirini tamamilə sıfıra endirmək və bölgəni Qərb orbitinə yaxınlaşdırmaq.
 
Tiflis küçələrində səslənən “Rusiya Gürcüstandan çıxsın!”, “Avropa ilə gələcəyə!” kimi şüarlar göstərir ki, bu aksiyalar anti-Rusiya ruhunda keçir və Qərb paytaxtlarının siyasi mətbəxlərində hazırlanan “rəngli inqilab” ssenarisini xatırladır.
 
Aksiyalarda iştirak edənlərin əhval-ruhiyyəsi əvvəlki illərdəki etirazlardan fərqlənir. Bu dəfə emosiya yox, qəzəb və qətiyyət ön plandadır.
 
Bəzi siyasi şərhçilər artıq Gürcüstanda “inqilab ssenarisinin işə salındığını” iddia edirlər.
 
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Natiq Cəfərli Musavat.com-a danışıb:
 
 
"Vətəndaşlar seçkiyə fəal şəkildə qatılıb, səsini verib və indi öz iradələrinin tanınması üçün aksiyalarda iştirak etməyə hazır olduqlarını bildirirlər. Bununla belə, hazırkı etirazların mahiyyəti tam aydın deyil, çünki küçələrə çıxanların əksəriyyəti seçkilərdə iştirak etməyən müxalif qüvvələrin tərəfdarlarıdır.
 
Məsələ ondadır ki, müxalifətin mühüm bir hissəsi bu seçkiləri baykot edib. Son rəy sorğuları göstərmişdi ki, müxalifətin reytinqi ciddi şəkildə azalıb, xüsusən də böyük şəhərlərdə, o cümlədən Tbilisi, Batumi və Kutaisidə. Rəqabət qabiliyyətinin zəif olduğunu anlayan müxalifətin təxminən dörddə üçü seçkilərə qatılmamaq qərarı verib. Cəmi bir neçə partiya seçkilərə qatılmaqla prosesdə iştirak etdi, digərləri isə Gürcüstanın “Avropadan uzaqlaşdığı” kimi populist şüarlarla küçələrə çıxmağı seçdi.
 
Lakin bu aksiyaların məqsədi və strategiyası aydın deyil. Etirazçılar nəyi tələb etdiklərini tam ifadə edə bilmir, onların “neo-bolşevik” və populist yanaşmaları real siyasi strategiyadan daha çox emosional çağırışlar təsiri bağışlayır. Məsələn, bir qrupun Prezident Sarayına daxil olub orada oturması kimi addımlar nə siyasi məntiqlə, nə də demokratik mübarizə prinsipləri ilə izah oluna bilər.
 
Hakimiyyətin zorla devrilməsi ssenarisi isə praktik baxımdan qeyri-mümkündür. Dünyanın heç bir demokratik ölkəsində elitanın parçalanması, hüquq-mühafizə orqanlarının və ordunun etirazçılar tərəfə keçməsi olmadan küçə təzyiqi ilə hakimiyyət dəyişikliyi baş vermir. Gürcüstan nümunəsində də bu, mümkün görünmür.
 
Tarixi təcrübə göstərir ki, Gürcüstanda hakimiyyət dəyişiklikləri həmişə institusional parçalanma və seçki prosesi fonunda baş verib. Məsələn, vaxtilə “Qızılgül inqilabı” zamanı Mixail Saakaşvili hakimiyyətə küçədən deyil, elitanın içindən gəlmişdi. O, Tbilisi meri, daha sonra ədliyyə naziri olmuş, yəni sistemin içində idi. Hakimiyyət daxilində parçalanma baş verdikdən sonra seçkilərdə müəyyən üstünlük qazanaraq parlamentdə çoxluq əldə etdi və nəticədə siyasi dəyişiklik baş tutdu.
 
Bugünkü Gürcüstanda isə vəziyyət tam fərqlidir. Hazırda küçələrə çıxan müxalifət seçkilərdə iştirak etməyib, seçki institutunu rədd edib və indi küçə təzyiqi ilə hakimiyyətə gəlmək niyyətindədir. Bu isə nə hüquqi, nə də demokratik baxımdan qəbul edilə bilən davranış deyil.
 
Əslində, Gürcüstanda pis-yaxşı demokratik institutlar, seçki mexanizmi formalaşıb. Son parlament seçkilərində müxalifət az da olsa, uğur qazanmış, parlamentdə üçdə bir yerə sahib olmuşdu. Lakin parlamentə getmək və qanunvericilik fəaliyyəti aparmaq əvəzinə, müxalifət həmin nəticələri də baykot etdi. Halbuki, demokratik mübarizənin əsas yolu – parlamentdə iştirak, qanun layihələri təqdim etmək, xalqın problemlərinə konkret təkliflərlə çıxış etmək və iqtidarı tənzimləməkdən keçir.
 
Əgər müxalifət bu yolla getsəydi, həm ictimai etimadı qazana, həm də iqtidarın səhvlərini sistemli şəkildə ifşa edə bilərdi. Lakin əvəzində populist şüarlarla küçəyə çıxmaq və Avropa yönümlü ritorika ilə xalqı emosional şəkildə təsirləndirməyə çalışmaq Gürcüstan cəmiyyətində artıq effekt vermir.
 
Baş nazirin son açıqlamaları da bunu təsdiqləyir: o, Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmağı hədəflədiyini, bu istiqamətdə islahatların davam etdiyini vurğulayıb. Belə olan halda “Gürcüstan Avropadan uzaqlaşır” kimi iddialar siyasi reallıqdan çox uzaqdır".
 
Natiq Cəfərli qeyd edir ki, müxalifətin səhvi həm də ondadır ki, o, əhalinin prioritetlərini düzgün qiymətləndirmir:
 
"Dünyanın istənilən ölkəsində olduğu kimi, Gürcüstanda da əhalinin çox az bir hissəsi siyasətə və geosiyasi istiqamətlərə dərin şəkildə maraq göstərir. Əksəriyyət üçün əsas olan iqtisadi rifah, sosial sabitlik və gəlir səviyyəsinin yüksəlməsidir.
 
Bu baxımdan Gürcüstan son illərdə ciddi iqtisadi uğurlar əldə edib. Post-sovet məkanında ən sürətlə inkişaf edən ölkələrdən biri olan Gürcüstanın ümumi daxili məhsulu ötən il 9 faiz, bu il isə 8 faiz artıb. Adambaşına düşən gəlir göstəricilərinə görə isə ölkə Cənubi Qafqazda lider mövqedədir. Bu faktları görən və gündəlik həyatında hiss edən gürcü vətəndaşları təbii olaraq stabilliyi qorumaq və hazırkı hökuməti dəstəkləmək mövqeyindədir.
 
Beləliklə, Gürcüstanda baş verən hadisələr göstərir ki, müxalifətin radikal küçə aksiyaları geniş ictimai dəstək tapmır. Xalq daha çox sabitlik, iqtisadi inkişaf və Avropaya inteqrasiyanın real, addım-addım həyata keçirilməsini istəyir. Müxalifət isə populizm və baykot siyasətindən əl çəkməsə, Gürcüstandakı siyasi balansda həlledici qüvvəyə çevrilə bilməyəcək".

Tramp Çikaqoya Milli Qvardiyanın 300 hərbçisini göndərmək tapşırığı verib

"ABŞ Prezidenti Donald Tramp Çikaqo şəhərinə (İllinoys ştatı) Milli Qvardiyanın 300 hərbçisini göndərmək barədə göstəriş verib".
 
Moderator.az AİF-ə istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasının nümayəndəsi Abiqeyl Cekson deyib.
 
Hərbçilərin göndərilməsinə səbəb kimi isə Çikaqoda federal agentlər və etirazçılar arasında gərginliyin güclənməsi göstərilir.
 
Cekson qeyd edib ki, Tramp ABŞ şəhərlərində müşahidə olunan qanunsuzluğa göz yummaq fikrində deyil.
 
Xatırladaq ki, ABŞ hakimiyyəti sentyabrın 1-də Çikaqoda miqrantlarla mübarizə üzrə əməliyyata başlayıb.
 

Qazaxda avtomobil dərəyə aşıb, <span style="color: #ff0000;">xəsarət alanlar var</span>

Qazaxda avtomobil dərəyə aşıb.
 
Moderator.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.
 
Minik avtomobilinin dərəyə aşması nəticəsində 2004-cü il təvəllüdlü Afiq İsmayılov və həmyaşıdı Orxan Məmmədəliyev ağır xəsarət alıb.
 
Yaralılar xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Səbail rayonunda baş verən yanğın söndürüldü - <span style="color: #ff0000;">YENİLƏNİB</span>

Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində baş verən yanğın söndürülüb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
10:05
 
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
 
Əlavə məlumat veriləcək.
 

Liftdə qalan şəxslər xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü uşaq olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib.
 

"Bitcoin"in dəyəri tarixi maksimumu yenilədi

"Bitcoin" kriptovalyutasının dəyəri 125 min dollar həddini keçərək, tarixi maksimumu yeniləyib.
 
Moderator.az xəbər verir ki, bunu "Binance" platformasının məlumatları təsdiq edir.
 
Bakı vaxtı ilə saat 09:11-ə olan məlumata görə, onun dəyəri 124 900 dollara çatıb (+1.97%).
 
Saat 09:14-ə olan vəziyyətə görə isə, "Bitcioin" artımı sürətləndirib və 125 180 dollar səviyyəsində olub (+2.06%).
 

Avtomobilin təkərinin partlaması qəzaya səbəb oldu -<span style="color: #ff0000;"> VİDEO</span>

Bu gün, səhər saat 06:30 radələrində Bakı–Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən Moderator.az-a verilən məlumata görə, ilkin araşdırmaya əsasən, “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil üzərində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında dayanan piyadanı vurub.
 
Hadisə nəticəsində piyada xəsarət alıb.
 
Baş Dövlət Yol Polisi İdarəsi qeyd edir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz edir.
 
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.

Avtomobilin təkərinin partlaması qəzaya səbəb oldu - VİDEO

Avtomobilin təkərinin partlaması qəzaya səbəb oldu - VİDEO

10:30 05-10-2025

 

HADİSƏ

Bu gün, səhər saat 06:30 radələrində Bakı–Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən "Unikal"a verilən məlumata görə, ilkin araşdırmaya əsasən, “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil üzərində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında dayanan piyadanı vurub.

Hadisə nəticəsində piyada xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd edir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz edir.

 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.

Sovet korrupsiya aparatının tərkib hissəsi olan ETIBARNAMƏ... -<span style="color: #ff0000;"> </span><span style="color: #ff0000;">professor Saleh Məmmədovun yazısı</span>

Sovet repressiya və korrupsiya aparatının tərkib hissəsi olan ETIBARNAMƏ dünya miqyasında yalnız Azərbaycanda  yaşadılır. 
 
Beynəlxalq şəffaflıq təşkilatının hesablamalarına görə keçmiş SSRİ-də ən çox korrupsiya törədici amil dövlət avtomobil müfəttişliyi sistemində maşınları idarə etmək üçün istifadə olunan başı bəlalı "ETİBARNAMƏ" sistemi olmuşdur. Bunu nəzərə alaraq kommunist sistemi dagildıqdan sonra bütün ölkələr bu sistemi ləğv etdilər və korrupsiya xeyli azaldi. Bir yalnız Azərbaycanda nəinki ləğv olunmadı, əksinə, daha da aqressivləsdirildi, kəskinləşdirildi. Bu "süni qaydaları" pozanların cərimələri isə dəfələrlə artırıldı və kəskinləşdirildi.
 
Dünyada başqa hansı ölkələrdə avtomobil idarə etmək üçün etibarnamə sistemi qalır?
 
Hazırda  Azərbaycan doğrudan da dünyada avtomobil idarə etmək üçün yazılı etibarnamə sistemini gündəlik praktikada mütəmadi tətbiq edən yeganə ölkə kimi qalır: BMT üzvü olan 193 ölkədən yalnız biri -Azərbaycan Respublikası.
 
Digər ölkələrdə vəziyyət necədir?
 
- Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Ermənistan, Moldova — bu ölkələrdə etibarnamə ləğv olunub. Avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayətdir. Etibarnamə yalnız satış və ya hüquqi prosedurlar üçün istifadə oluna bilər.
 
- Şimali Koreya— məhdud məlumatlara əsasən,gündəlik sürücülük üçün etibarnamə tələb olunmur. Avtomobillər əsasən dövlətə və təşkilatlara məxsusdur və idarəetmə daxili qaydalarla tənzimlənir.
 
- İran, Türkmənistan, Özbəkistan — bu ölkələrdə etibarnamə istifadə oluna bilər, lakin məcburi deyil. Əsasən sərhəd keçidi və ya hüquqi əməliyyatlar üçün tələb olunur.
 
- Bəzi Afrika və Asiya ölkələri — etibarnamə kommersiya və ya hüquqi kontekstdə istifadə oluna bilər, lakin adi sürücülük üçün məcburi sənəd deyil.
 
Nəticə
 
2025-ci ilə olan məlumata görə, Azərbaycan — avtomobil idarə etmək üçün etibarnamə sistemini qoruyub saxlayan və gündəlik həyatında tətbiq edən yeganə ölkədir. Digər ölkələrdə bu sistem ya ləğv olunub, ya da yalnız xüsusi hallarda istifadə olunur.
 
Sual olunur: nə üçün BMT üzvü olan 193 ölkənin 192-si bu mənfur qaydanı (korrupsiya törədici, butun hüquqlara zidd, vətəndaşlıq hüququna, mülkiyyət hüququna zidd amili) tətbiq etmir, bir yalnız Azərbaycan Respublikası günü-gündən bu tətbiqi "təkmilləşdirir", genişləndirir, gücləndirir? Təsəvvür edin, ailə üzvləri ortaq mülkiyyətdə olan bir maşını (nə fərqi var, soyuducu, televizor, qayıq və s) istifadə etdiyinə görə 100 manat cərimə olunur və mülkiyyət cərimə meydançasına aparılır. 
 
Əminəm, bu faktları təhlil edəndən sonra Azərbaycan parlamenti və Azərbaycan höküməti belə bir lazımsız, əhalidə ciddi narazılıq yaradan qaydanın aradan qaldırılması üzrə müvafiq tədbir görəcək. 
 
Dərin hörmətlə,
professor Saleh Məmmədov
 

Planşeti telefona çevirən funksiya yaradıldı

"Apple" ilk dəfə olaraq planşetlərinə xüsusi "Telefon" funksiyası əlavə edib.
 
Moderator.az "Slashgear"a istinadən xəbər verir ki, bu, çox faydalı bir xüsusiyyətdir, çünki zənglərə artıq "iPad" ilə cavab vermək olar.
 
Yeni proqram "Continuity" vasitəsilə "iPhone" xəttinə girişi təmin edir.
 
Siz "iPad" ilə zəng edəndə və ya zəngə cavab verəndə, o əslində eyni "Apple ID" ilə daxil olduğunuz "iPhone" vasitəsilə xəttə qoşulur.
 
"iPad" displeyi son zənglərə, kontaktlara, klaviaturaya və səsli poçta girişi təmin edən tam zəng interfeysini göstərir. Zəng zamanı siz "AirPods" və ya digər "bluetooth" cihazlarına keçə bilərsiniz.
 
"Telefon" funksiyası ilə artıq zənglər üçün "FaceTime Audio"dan istifadə etmək və ya zəng davam edərkən "iPhone"a qayıtmaq lazım deyil.
 
Bununla belə, bəzi məhdudiyyətlər var. Əgər "iPhone" söndürülübsə, əhatə dairəsindən kənardadırsa və ya şəbəkəyə qoşulmayıbsa, "iPad"dəki "Telefon" funksiyası işləməyəcək.
 

Çində "Matmo" tayfunu 144 min insanı yerindən etdi<span style="color: #464646;"></span>

Çinin Haynan əyalətində "Matmo" tayfunu səbəbindən təqribən 144 min nəfər təxliyə olunur.
 
Moderator.az bu barədə "Xinhua" agentliyinə istinadən xəbər verir.
 
Onlardan artıq 114 mini təhlükəsiz yerə köçürülüb.
 
Bildirilir ki, tropik siklon əyalətin şimal-şərqindən keçib və tezliklə qonşu Quandun əyalətinin sahillərinə çatacaq.
 
Sahilə çatanda küləyin sürətinin saniyədə 42-48 metr təşkil edəcəyi gözlənilir. Tayfunla əlaqədar Quandunda güclü yağışların yağacağı proqnozlaşdırılır.

Voleybol üzrə Azərbaycan millisinin rəqibləri bəlli oldu - <span style="color: #ff0000;">FOTO</span>

Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov, AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova da tədbirdə iştirak ediblər. Tədbir İtaliyanın Bari şəhərindəki məşhur Norman-Svabian Qalasında təşkil olunub.
 
Püşkatma nəticəsində ardıcıl 11-ci dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri bəlli olub. Çempionatın ev sahiblərindən biri olan ölkəmizdə C qrupunun oyunları keçiriləcək. Millimizin qrupdakı rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniyadır. Komanda 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.
 
Avropa çempionatı 2026-cı ildə Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.

Vilnüs Hava Limanının fəaliyyəti dayandırıldı

Vilnüs Hava Limanının fəaliyyəti isti hava şarları səbəbindən dayandırılıb.
 
Moderator.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
 
Bildirilib ki, bir neçə reys digər hava limanlarına yönləndirilib.
 
Qeyd edək ki, sentyabr ayında Vilnüs aeroportunda hava hərəkəti ilə bağlı problemlər üç dəfə baş verib: 9, 11 və 27 sentyabr tarixlərində. O zaman məhdudiyyətlər müşahidə olunan pilotsuz uçuş aparatları səbəbindən tətbiq edilmişdi.
 

FTB-nin rəhbəri Maduronu narkotik taciri və diktator adlandırdı

ABŞ-nin Federal Təhqiqat Bürosunun rəhbəri Keş Patel Venesuela Prezidenti Nikolas Maduronu narkotik taciri və diktator adlandırıb və onun tutulması üçün 50 milyon dollar mükafat elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Patel "X" sosial şəbəkəsindəki hesabında yazıb.
 
"Maduro təkcə korrupsioner deyil, o, ittiham olunan narkotik terrorçusu və diktatordur. Amerika onun qanlı pulları üçün heç vaxt təhlükəsiz sığınacaq olmayacaq", - deyə paylaşımda qeyd olunub.
 
Daha əvvəl, 3 oktyabrda ABŞ-nin Silahlı Qüvvələrinin narkotik alveri ilə mübarizə çərçivəsində Venesuela ərazisində mümkün əməliyyata hazır olduğu bildirilmişdi.

İranda TARİXİ QƏRAR - <span style="color: #ff0000;">Hicab qanunu ləğv edildi</span>

“Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə lüzum yoxdur”. 
 
Moderator.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bu sözləri İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər deyib.
 
Onun sözlərinə görə, qanunun icrası artıq hüquqi nöqteyi-nəzərdən mümkün deyil və bu artıq heç bir cəza tədbiri ilə nəticələnə bilməz:
 
“Hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu, polislərə də bəyan edilsin”.
 
Xatırladaq ki, bir müddət öncə İran Prezidenti Məsud Pezeşkian da həmin qanuna münasibət bildirərək demişdi ki, zorla heç bir nəticə əldə edilə bilməz.

Alimlər quyudan tapılan 2000 illik şifrəli mesajlar üzərində baş sındırırlar - <span style="color: #ff0000;">FOTO</span>

Son bir neçə il ərzində alimlər fransız arxeoloqlarının tapıntısı üzərində baş sındırırlar.
 
Moderator.az bildirir ki, bu barədə labrujulaverde.com portalı məlumat yayıb.
 
Hələ 2020-ci ildə Milli Preventiv Arxeoloji Tədqiqatlar İnstitutundan olan tədqiqatçılar ölkənin cənub-şərqində yerləşən İzernor kommunası ərazisində arxeoloji qazıntılar aparıblar.
 
O zaman Qall-Roma şəhəri olan İzarnodurumun ərazisində qədim dövrlərdə zibil tullantıları sahələri kimi istifadə olunan dörd quyu aşkar edilmiş, onların içərisində isə işıq və oksigen olmayan mühitdə yaxşı qorunub saxlanılmış ağac emalatxanasının tullantıları, o cümlədən, albom kimi hörülmüş 15 ağac yazı lövhəsinin fraqmentləri tapılmışdı.
 
Belə lövhələr Roma İmperiyasında məktəb dəftərləri və ya rəsmi yazışmalar üçün blanklar kimi geniş istifadə olunub. Arxeoloqların diqqətini, xüsusilə, üzərində mürəkkəblə bir neçə sətir yazılmış nadir nüsxə cəlb edib. Lakin yazının dəqiq məzmunu, hansı şəraitdə, nə münasibətlə və kim tərəfindən yazıldığı kimi suallara elm hələ cavab verməyib, lakin epiqrafik təhlil davam edir. /Oxu.az/

Paşinyan Göyçə gölü sahilində <span style="color: #ff0000;">kabab çəkdi...-FOTOLAR+VİDEO</span>

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində Göyçə("Sevan") gölü sahilindəki istirahətini əks etdirəm video yayımlayıb.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armenian Times" nəşri məlumat yayıb.
Erməni hökumət başçısı kabab çəkdiyini əks etdirən video-görüntülərə sərhdə belə yazıb:
 
"Şənbə axşamı..."
 

 

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət:<span style="color: #ff0000;"> Bunları edin</span>

2025-ci ilin oktyabr ayında üç bürc əlaməti əhəmiyyətli maliyyə uğurları yaşayacaq, lakin bunun açarı böyüməyə daxili hazırlıqdadır. 
 
Moderator.az bildirir ki, məqsədlərinizə nail olmaq üçün təkcə ciddi büdcə tərtib etmək deyil, həm də keçmiş maliyyə çatışmazlığından yaranan yaraları sağaltmaq lazımdır.
 
Müsbət maliyyə axını cəlb etmək üçün aşağıdakıları etməlisiniz:
 
Keçmişin dərsləri üzərində düşünün: Səhvlərdən qaçmaq üçün köhnə maliyyə vərdişlərini təhlil edin.
 
Riskə açıq olun: Yeni iş tapmaq və ya investisiya etmək kimi cəsarətli addımlar üçün əlverişli zamandır.
 
Əməkdaşlıq: Şəxsi uğur vacib olsa da, yalnız özünüzə diqqət yetirməyin. Kömək axtarın və ya başqalarına sərmayə qoyun - uğur müsbət əməkdaşlıq sayəsində daha asan olacaq.
 
Əsas odur ki, öz dəyərinizi dərk edin və heç vaxt layiq olduğunuzdan daha aşağısına qərar verməyin.
 
Oğlaq
 
Oğlaq bürcü, intuisiyanıza güvənin. Cümə axşamı, oktyabrın 2-də Pallada asteroidi birbaşa Dolça bürcündə dayanacaq və sizə maddi qazanc gətirəcək. Pallada maliyyədə müdriklik və ədalətlə bağlı mövzuları idarə edir. Bu asteroid geriyə doğru hərəkət edərkən, maliyyə qərarlarınızı ciddi şəkildə nəzərdən keçirməlisiniz və hüquqi problemlərlə qarşılaşa bilərsiniz. Bu planet tranzitinin məqsədi səhvləri düzəltmək və gələcək üçün möhkəm zəmin yaratmaqdır.
 
Oktyabrın 2-də Pallada Dolça bürcünə girəcək, geriyə dönmə dövründə zəhmət və sərmayələrinizə meyvələr gətirəcək. Əgər hər hansı hüquqi probleminiz varsa, bu, onları öz xeyrinizə həll etmək üçün əla enerjidir. Şəxsi maliyyəyə gəlincə, daha yüksək mənfəət, keçmiş investisiyaların gəlirləri və nəhayət ki, can atdığınız uğura nail olduğunuza dair ümumi hisslər gözləyin.
 
Qız bürcü
 
Əməkdaşlıq maliyyə uğuruna aparan ən sürətli yoldur, Qız bürcü. Müstəqilliyə dəyər verən bir dünyada yaşasanız da, oktyabrın 13-ü Venera Tərəzi bürcünə daxil olarkən başqaları ilə işləməyin vacibliyini unutmayın.
 
Maliyyə sərvəti planeti olan Venera əməkdaşlıq ehtiyacını simvollaşdırır və Tərəzi bürcündə olarkən arzuladığınız maliyyə uğurunu əldə etməyə kömək edir. Sərvət Evinizdə bu enerji güclənir və hər şeyi özünüz etməyə çalışmaqdan başqaları ilə daha səmərəli əməkdaşlıq etməyi öyrənməyə keçidi təmsil edir.
 
Oktyabrın 13-ü ertəsi Venera Tərəzi bürcünə daxil olarkən diqqətinizi paylaşılan aktivlərlə bağlı mövzulara yönəldəcəksiniz. Bu enerji romantik əlaqələri əhatə edə bilər, xüsusən Tərəzi Venera tərəfindən idarə olunan Bürclərdən biridir. Bununla belə, əgər hazırda subaysınızsa, yenə də bu mərhələnin tam gözəlliyini yaşaya biləcəksiniz.
 
İşdə diqqətinizi komanda işinə yönəltməyə çalışın. Öz biznesinizi qurmusunuzsa, layihənin başlamasına kömək etmək üçün investor cəlb etməyi düşünün. Nə etsəniz də, unutmayın ki, komanda işi sizin maliyyə uğurunuzun açarıdır.
 
Tərəzi
 
Əziz Tərəzilər, maliyyə uğurları dövrünə qədəm qoyursunuz. Oktyabr ayı həm şəxsi, həm də maliyyə baxımından sizin üçün ilin ən yaxşı aylarından biri olacağını vəd edir. Günəş dönüşünüzün ortasında böyümə imkanları açılır ki, bu da potensial olaraq həyatınızda yeni bir fəsil açmağa imkan verir.
 
Bu, oktyabrın 6-sı Merkurinin Əqrəb bürcünə daxil olması ilə daha da güclənəcək. Merkuri ünsiyyətlə bağlı təkliflər və mövzular gətirir, Əqrəbdə isə şəxsi maliyyə transformasiyası ilə bağlıdır. Dərhal seçim etməkdənsə, xüsusilə də yeni iş axtarırsınızsa, hərəkətə keçməyə hazır olduğunuz oktyabrın 22-nə qədər daxil olan təklifləri nəzərə almağa çalışın.
 
Oktyabrın 6-dan başlayaraq Əqrəb bürcündə olan Merkuri maliyyə təklifləri və fürsətləri gətirsə də, oktyabrın 22-si Əqrəb mövsümünün başlamasına qədər hər hansı bir hərəkət və ya qərar qəbul etməyi dayandırmalısınız. Əqrəb bürcündə Merkuri və Günəşin enerjisindən istifadə etmək üçün cəmi bir həftə vaxtınız olsa da, bu, inanılmaz dərəcədə şanslı olacaq və düzgün seçimlər etməyə, yeni işlərə başlamağa və indi etdiyiniz seçimlərin gələcəkdə öz bəhrəsini verəcəyinə inanmağa imkan verəcək. /Lent.az/
 

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlərin peşə bayramıdır.
 
Moderator.az xatırladır ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.
 
Belə ki, 1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.
 
1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.
 
Qeyd edək ki, "Müəllimlər günü" hazırda 100-dən çox ölkədə ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
 
Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.
❌
❌