Normal görünüm
-
inews.az
- 66 yaşlı Nərgiz Cəlilovanın son görüntüləri müzakirə yaratdı - <span style="color: #ff0000;">VİDEO</span>
66 yaşlı Nərgiz Cəlilovanın son görüntüləri müzakirə yaratdı - <span style="color: #ff0000;">VİDEO</span>
Türk İnvestisiya Fondu: Türk dünyasında iqtisadi əməkdaşlığı inkişaf etdirməyə sadiqik
Türk İnvestisiya Fondu türk dünyasında iqtisadi əməkdaşlığı inkişaf etdirməyə sadiqliyini bildirib.
"Report" xəbər verir ki, bu barədə fondun Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, Naxçıvan Sazişinin imzalanmasını ildönümü olan 3 oktyabr tarixi türk xalqlarını bir araya gətirən ortaq irsi, birliyi və əməkdaşlıq ruhunu tərənnüm edir.
"Türk İnvestisiya Fondu inteqrasiya olunmuş türk rifahını dəstəkləmək məqsədilə bütün türk dünyasında iqtisadi əməkdaşlığı inkişaf etdirməyə, regiondaxili ticarəti genişləndirməyə və dayanıqlı inkişafı sürətləndirməyə sadiqdir", - bəyanatda vurğulanıb.

-
inews.az
- IsDB ilə keyfiyyət infrastrukturunun beynəlxalq tələblərə tam uyğunlaşdırılması müzakirə edilib
IsDB ilə keyfiyyət infrastrukturunun beynəlxalq tələblərə tam uyğunlaşdırılması müzakirə edilib
Azərbaycan və İslam İnkişaf Bankı (IsDB) arasında ölkəmizin keyfiyyət infrastrukturunun beynəlxalq tələblərə tam uyğunlaşdırılması, o cümlədən texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahələrinin inkişafı istiqamətində birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.
"Report" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Cəfər Babayev IsDB-nin ölkə üzrə iqtisadçısı Cem Tintinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, rəqabətin təmin olunması və keyfiyyət infrastrukturu sahəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə birgə fəaliyyət imkanlarının nəzərdən keçirilməsi və potensial layihələrin reallaşdırılması məsələləri ətrafında fikir übadiləsi aparılıb.

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!
Artıq xizək sürmək üçün kilometrlərlə məsafə qət etməyə ehtiyac yoxdur. Paytaxtın tam mərkəzində fəaliyyətə başlayan "Ski Center Baku" bu unikal həzzi bir addımlığınıza gətirir!
Bakıda ilboyu xizək və snoubord üzrə məşq imkanı yaradan "Ski Center Baku" fəaliyyətə başlayıb.
Mərkəzin rəsmi açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər rəsmi qonaqlar iştirak ediblər.
2800 dratmetr sahəni əhatə edən müasir mərkəzdə quraşdırılan 3 ədəd "MaxxTracks" məşq yamacı və "Olympus SkyTech" simulatoru sayəsində ilboyu xizək və snoubord sürmək artıq realdır.
- Hər kəs üçün əlçatandır: İstər yeni başlayan, istərsə də təcrübəli xizəkçi və snoubordçu olun, ilboyu peşəkar məşqlər sizi gözləyir.
- Gələcəyin çempionları yetişir: Uşaqların və gənclərin qış idman növlərinə cəlb olunması əsas istiqamətlərdən biridir; məktəblilər üçün tanışlıq proqramları, məşq qrupları və məşqçi seminarlarının təşkili planlaşdırılır.
Azərbaycanda qış idman növləri üzrə məşq imkanlarını genişləndirmək və yeni idmançıların inkişafına şərait yaratmaq məqsədi daşıyan "Ski Center Baku"da yerinizi alın, yay-qış demədən əsl xizək həyəcanını yaşayın!

ASK "Bir Kəmər, Bir Yol" Qlobal Forumuna üzv qəbul edilib
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) dünya miqyasında mühüm biznes platformalarından biri olan "Bir Kəmər, Bir Yol" Qlobal Forumuna (Belt and Road Global Forum) rəsmən üzv olub.
"Report" Konfederasiyaya istinadən xəbər verir ki, bununla bağlı məlumat Forumun rəsmi internet səhifəsində dərc edilib.
Bu mötəbər beynəlxalq şəbəkəyə qoşulmaqla bağlı dəvət məktubunu Forumun katibliyini həyata keçirən Honkonq Ticarətin İnkişafı Şurası (HKTDC) ASK-ya ünvanlamışdı.
ASK-nın bu qlobal şəbəkəyə üzvlüyü Azərbaycan sahibkarlarına dünyanın aparıcı biznes təşkilatları ilə birbaşa dialoq və tərəfdaşlıq imkanı yaradılır. Həmçinin Azərbaycan şirkətlərinin xarici bazarlara çıxışı üçün ikitərəfli görüşlər və ticarət missiyaları təşkil olunacaq. Strateji cəhətdən Azərbaycanın Şərq-Qərb ticarət marşrutunda yerləşməsi Asiya, Çin və Mərkəzi Asiya bazarları ilə əlaqələrin inkişafına əlavə təkan verəcək.
Bu vacib addım Azərbaycan biznesinin maraqlarını beynəlxalq platformalarda uğurla təmsil etməyə, yerli sahibkarlar üçün yeni ticarət və investisiya üfüqləri açmağa xidmət edir.
1966-cı ildə yaradılmış HKTDC beynəlxalq ticarət və investisiya əlaqələrinin inkişafını dəstəkləyən, sərgilər, forumlar və B2B görüşləri təşkil edən aparıcı biznes təşviqi qurumlarından biridir. 2018-ci ildən fəaliyyət göstərən "Bir Kəmər, Bir Yol" Qlobal Forumu hazırda 47 ölkə və regiondan 186 ticarət palatası, biznes assosiasiyası və əlaqəli qurumu bir araya gətirən böyük beynəlxalq biznes şəbəkəsidir.

Məhkəmə azərbaycanlı məşhurun "aliment işi" ilə bağlı qərar verdi
İrina Ağalarova biznes qurdu - Foto
Vüsalə Əlizadə bu verilişlə efirdə olacaq
Aparıcı Afətin toyudur - VİDEO
Mehriban Xanlarova buna görə verilişlərə getmir
Nadir Qafarzadə: “Hələ “iPhone 13”də qalan mən...” - FOTO
Ələtdə silisium karbid, silisium oksid və silisium istehsal olunacaq
Ələt Azad İqtisadi Zonasında yeni texnologiya əsasında silisium karbid, silisium oksid və silisium istehsal ediləcək.
"Report" xəbər verir ki, bununla bağlı Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) sənəd imzalanıb.
Sənədi Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və "Inovest AFEZCO" şirkətinin təsisçisi Vitali Yevdokimenko imzalayıb.

Azərbaycan GAI reytinqində makroiqtisadi dinamika üzrə dünya liderləri sırasına daxil olub
Azərbaycan Qlobal Cəlbedicilik İndeksinin ("Global Attractiveness Index", GAI 2026) 11-ci buraxılışında 146 dövlət arasında mövqeyini dörd pillə yaxşılaşdıraraq 60-cı yerdə qərarlaşıb və dayanıqlığın gücləndirilməsi dinamikası, həmçinin makroiqtisadi göstəricilər üzrə dünya liderləri sırasına daxil olub.
"Report" xəbər verir ki, bunu "TEHA Group"un ("The European House – Ambrosetti") idarəedici tərəfdaşı və baş direktoru Valerio De Molli (Valerio De Molli) Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) zamanı deyib.
GAI reytinqi dünya əhalisinin 95 %-ni və qlobal ümumi ÜDM-in 99 %-ni təşkil edən 146 ölkəni qiymətləndirir. İndeksin metodologiyası Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin (JRC) auditindən keçir.
"Azərbaycanın GAI 2026-da əsas göstəriciləri: ümumi cəlbediciliyə (GAI 2026) görə dünyada 60-cı, Dinamiklik İndeksinə görə 15-ci mövqe, dövlət borcunun səviyyəsi - ÜDM-in 20,1 %-i (planetdə ən kiçik səkkizinci göstərici), elmi nəşrlərin həcminin artması - +513 % (artım tempinə görə dünyada dördüncü yer)", - V.De Molli bildirib.
"TEHA Group"un rəhbəri qeyd edib ki, Azərbaycan ən əhəmiyyətli irəliləyişi Dinamiklik İndeksində göstərərək son səkkiz il ərzində dünya reytinqində 145-ci pillədən 15-ci pilləyə yüksəlib. Bu nəticə qeyd olunan dövr ərzində dünya ölkələri arasında mövqelərin yaxşılaşmasının miqyasına görə ikincidir.
"GAI-ın digər subindeksləri üzrə də nəzərəçarpacaq artım qeydə alınıb - mövqelənmə indeksi: dünyada 64-cü yer (8 il ərzində +6 mövqe), dayanıqlıq indeksi - dünyada 62-ci yer (8 il ərzində +30 mövqe), gələcəyə istiqamətlənmə indeksi - dünyada 65-ci yer (7 il ərzində +13 mövqe)", - o vurğulayıb.
Cənubi Qafqaz və Mərkəzi Asiya makroregionunda Azərbaycan ümumi cəlbedicilik səviyyəsinə görə Qazaxıstanı (56-cı yer) və Gürcüstanı (59-cu yer) irəli buraxaraq, lakin Özbəkistanı (63-cü yer), Ermənistanı (68-ci yer), Qırğızıstanı (80-ci yer) və Tacikistanı (96-cı yer) qabaqlayaraq üçüncü pillədə (60-cı yer) qərarlaşıb. Bununla yanaşı, Azərbaycan regionda illik ən əhəmiyyətli yüksəlişi (bir il ərzində +4 mövqe) qeydə alıb.
V.De Mollinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda 7 əsas səmərəlilik indikatoru üzrə lider mövqeyini tutub:
"Elmi nəşrlərin həcminin dinamikası (dünyada və makroregionda I yer), enerji balansı (dünyada IV, makroregionda I yer), birbaşa xarici investisiya axınının dinamikası (dünyada VI, makroregionda I yer), mənfəət üzrə vergi yükünün azalma dinamikası (dünyada VI, makroregionda I yer), dövlət borcunun ÜDM-ə nisbəti (dünyada VIII, makroregionda I yer), amillərin ümumi məhsuldarlığının (TFP) dinamikası (dünyada VIII, makroregionda I yer), əmək qabiliyyətli yaşda olan (20 yaş) əhalinin payının proqnozu (dünyada 29-cu, makroregionda I yer)", - V.De Molli bildirib.

-
inews.az
- Prezident: "AIIF 2026-dakı müzakirələr regionda əlaqəliliyin artmasına, ümumi rifaha töhfə verəcək"
Prezident: "AIIF 2026-dakı müzakirələr regionda əlaqəliliyin artmasına, ümumi rifaha töhfə verəcək"
1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri Azərbaycana artan marağı aydın şəkildə nümayiş etdirib.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) iştirakçılarına müraciətində bildirib.
"Ötən il ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb, bunun 7 milyarddan çoxu qeyri-neft sektorunun payına düşüb", - deyə o qeyd edib.
Dövlət başçısı həmçinin deyib ki, bu il iştirakçıların coğrafiyası daha da genişlənib, beynəlxalq institutlar, investorlar və aparıcı şirkətlər daha geniş şəkildə təmsil olunub ki, bu da həm Azərbaycana olan etimadı, həm də geniş regionun artan iqtisadi əhəmiyyətini əks etdirir.
"Ümid edirəm ki, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investor və tərəfdaş şirkətlərlə mühüm investisiya layihələrinə start veriləcək. Əminəm ki, Bakıdakı müzakirələr konkret təşəbbüslərə və uzunmüddətli əməkdaşlığa təkan verəcək, regionda iqtisadi əlaqələrin möhkəmlənməsinə, əlaqəliliyin artmasına və ümumi rifaha töhfə verəcək. 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna uğurlar, bütün iştirakçılara səmərəli müzakirələr, qarşılıqlı faydalı tərəfdaşlıqlar arzulayıram", - deyə İ.Əliyev fikrini tamamlayıb.

Aleem Khan: "Azərbaycanla Pakistan regionun ticarət sabitliyində dayaq rolunu oynayır"
Pakistan və Azərbaycan Cənubi Asiya və Cənubi Qafqazın ticarət baxımından sabitliyində əkiz dayaqları rolunu oynayır.
"Report" xəbər verir ki, bu barədə Pakistanın federal rabitə naziri Aleem Khan Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, Pakistan dəniz infrastrukturunu regional quru dəhlizləri ilə birləşdirərək dayanıqlılığı və beynəlxalq əməkdaşlığı qoruyub saxlayır: "Azərbaycan Orta Dəhlizə "Şərq-Qərb" beynəlxalq dəhlizinə sahib olduğu halda, Pakistanın dərin dəniz limanları açıq dəniz marşrutlarına çıxış üçün həyati əhəmiyyətli "Şimal-Cənub" okean əlaqələrini təmin edir. Biz qətiyyətlə inanırıq ki, dayanıqlı iqtisadi dözümlülük və ticarət fasiləsizliyi fəal diplomatik əlaqədən, dialoqdan və regional sülhdən ayrıla bilməz".
A.Khan qeyd edib ki, davam edən qlobal və regional münaqişələr əsas dəniz gəmiçiliyi xətlərində darboğazlar yaratmağa davam edir, bu da Pakistan üçün yük daşıma və sığorta xərclərini artırır: "Nəticə etibarilə, Pakistan öz geoiqtisadi mövqeyindən fəal tranzit mərkəzi və regional ticarət üçün etibarlı liman kimi istifadə edir. Bizim dərin dəniz limanlarımız - xüsusilə Karaçi Limanı - marşrutu dəyişdirilmiş yükləri qəbul edib və qlobal təchizat zəncirlərinin etibarlı şəkildə işləməsini təmin etmək üçün gecə-gündüz fəaliyyət göstərir. Bununla Pakistan öz əməliyyat yetkinliyini və qlobal ticarətin axıcılığını təmin etməyə mütləq sadiqiiyini nümayiş etdirib".

İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir, təchizat zəncirləri yenidən formalaşır, yeni nəqliyyat, enerji və texnoloji əlaqələr yaranır.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) iştirakçılarına müraciətində bildirib.
"Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün yeni imkanlar yaradır, eyni zamanda daha dərin iqtisadi inteqrasiyaya və diversifikasiyaya dəstək verir",- deyə o qeyd edib.
Bundan başqa, dövlət başçısı deyib ki, Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirib: "İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 % təşkil edib, qeyri-neft sənayesi 1,5 dəfə artıb, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlib. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 %-ə çatıb".
"Bu dinamika sabit və proqnozlaşdırıla bilən biznes mühitinə əsaslanır. Ölkəmizdə təmin edilmiş makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli sahibkarlıq mühiti investorların uzunmüddətli etimadı üçün möhkəm zəmin yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır", - deyə İ.Əliyev vurğulayıb.

-
inews.az
- İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) iştirakçılarına müraciət ünvanlayıb.
"Report" xəbər verir ki, mətndə deyilir:
"Sizi 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram.
Bu Forumun dünyanın müxtəlif ölkələrindən hökumətləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, aparıcı şirkətləri, investorları və biznes dairələrini bir daha Bakıda bir araya gətirməsi dərin məmnunluq doğurur.
Builki Forumun mövzusu – "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi" – bu gün xüsusilə aktualdır. Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir, təchizat zəncirləri yenidən formalaşır, yeni nəqliyyat, enerji və texnoloji əlaqələr yaranır. Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün yeni imkanlar yaradır, eyni zamanda daha dərin iqtisadi inteqrasiyaya və diversifikasiyaya dəstək verir.
Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirmişdir. İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil etmiş, qeyri-neft sənayesi 1,5 dəfə artmış, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlmişdir. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatmışdır.
Bu dinamika sabit və proqnozlaşdırıla bilən biznes mühitinə əsaslanır. Ölkəmizdə təmin edilmiş makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli sahibkarlıq mühiti investorların uzunmüddətli etimadı üçün möhkəm zəmin yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır.
Ölkəmizin qlobal strateji tərəfdaşlıqları və qeyri-neft sektoruna artan xarici investisiyalar emal sənayesi, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiyaya yol açır.
Bu müsbət meyillər beynəlxalq reytinq agentlikləri tərəfindən də etiraf olunmuşdur. "Fitch" və "Moody's" agentlikləri Azərbaycanın suveren kredit reytinqlərini investisiya səviyyəsinə yüksəltmiş, növbəti dövr üzrə proqnozu müvafiq olaraq "sabit" və "müsbət" kimi qiymətləndirmişdir. Maliyyə dayanıqlığımız 2025-ci ilin sonunda ÜDM-in 110 faizini ötmüş strateji valyuta ehtiyatlarımızla da bir daha təsdiqlənir.
Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilmişdir. Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP əlaqəlilik marşrutu kimi də tanınır – isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır. Baxışımız enerji təchizatından kənara çıxaraq yaşıl enerji dəhlizlərinin inkişafını da əhatə edir ki, bu da bərpa olunan enerjinin regional bazarlara inteqrasiyasına və Azərbaycan, geniş Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında əlaqəliliyin möhkəmlənməsinə imkan verir.
Ənənəvi enerji sektoru ilə yanaşı, Azərbaycan emal sənayesi, nəqliyyat və logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və qida emalı, turizm, infrastruktur və digər yüksək əlavə dəyərli sahələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaranan bərpa və inkişaf imkanları da daxil olmaqla, mühüm imkanlar təklif edir. Qabaqcıl texnologiyalar gətirən, məhsuldarlığı artıran, ixtisaslı iş yerləri yaradan və regional və qlobal dəyər zəncirlərinə inteqrasiyamızı gücləndirən layihələrə xüsusi önəm verilir.
Müasir infrastruktur, sənaye parkları, Ələt Azad İqtisadi Zonası və dövlət-özəl tərəfdaşlığı mexanizmləri belə əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Biz bu alətləri təkmilləşdirməyə və investorlara uzunmüddətli layihələri əminliklə həyata keçirməyə imkan verən şərait yaratmağa davam edəcəyik.
İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır. Biz texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı yüksək qiymətləndirir, investorlar üçün dayanıqlı dəyər yaradan, eyni zamanda Azərbaycan iqtisadiyyatının modernləşməsini və rəqabətqabiliyyətliliyini gücləndirən tərəfdaşlıqlara üstünlük veririk. 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu tərəfdaşlıqların inkişafı üçün mühüm platformadır.
1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri Azərbaycana artan marağı aydın şəkildə nümayiş etdirdi. Ötən il ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanmış, bunun 7 milyarddan çoxu qeyri-neft sektorunun payına düşmüşdür.
Bu il iştirakçıların coğrafiyası daha da genişlənmiş, beynəlxalq institutlar, investorlar və aparıcı şirkətlər daha geniş şəkildə təmsil olunmuşdur ki, bu da həm Azərbaycana olan etimadı, həm də geniş regionun artan iqtisadi əhəmiyyətini əks etdirir. Ümid edirəm ki, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə mühüm investisiya layihələrinə start veriləcəkdir.
Əminəm ki, Bakıdakı müzakirələr konkret təşəbbüslərə və uzunmüddətli əməkdaşlığa təkan verəcək, regionda iqtisadi əlaqələrin möhkəmlənməsinə, əlaqəliliyin artmasına və ümumi rifaha töhfə verəcəkdir.
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna uğurlar, bütün iştirakçılara səmərəli müzakirələr və qarşılıqlı faydalı tərəfdaşlıqlar arzulayıram".
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) iştirakçılarına müraciət ünvanlayıb.
"Report" xəbər verir ki, müraciəti Baş nazirinin müavini Samir Şərifov oxuyub.
Xəbər yenilənir

Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu

©
Brilliant Dadaşovanın doğum günüdür — Xalq artistimiz neçə yaşındadır?
Övladları xarici universitetlərdə oxuyan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Xan Fatma Mahmudovanın qohumu imiş - Video
Nəvəsi birinci sinfə gedir - Fotolar
-
inews.az
- “İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ -<span style="color: #ff0000;"> Könül Kərimova</span>
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ -<span style="color: #ff0000;"> Könül Kərimova</span>
Əməkdar artist Könül Kərimova oğlu Rəşadın müğənni xanımla ailə qurmasını istəyib-istəməməsi ilə bağlı sualı cavablandırıb.
Moderator.az xəbər verir ki, sənətçi bu haqda MTV-yə açıqlamasında danışıb. O, bildirib ki, müğənnilik peşəsi çətindir:
"Hər zaman deyirəm ki, istəmirəm oğlum müğənni ilə ailə qursun. Məni daşlayırlar. Özüm də sənət adamıyam, çətinliyi bilirəm. Bu gün savadlı, təhsilli xanımların 90 faizini ailə quranda bəy, qayınana, qayınata işləməyə qoymur. İstəyirəm gəlin evdə, gözümün qabağında olsun.
Amma artıq demirəm, bilmək olmaz. O qədər ağıllı, tərbiyəli sənətçi qızlarımız var ki... Mənim də qız övladım, nəvəm var. Qardaşımın qızı da bu sahədədir. Yanlış söz işlətmərəm". (Axşam.az)
Elnarə Xəlilova da iynə ilə arıqlayır
-
inews.az
- “Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - <span style="color: #ff0000;">VİDEO</span>
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - <span style="color: #ff0000;">VİDEO</span>
-
inews.az
- Oğlu tərəfindən qətlə yetirilən Rob Rayner ölümündən sonra "Emmi" mükafatına layiq görüldü
Oğlu tərəfindən qətlə yetirilən Rob Rayner ölümündən sonra "Emmi" mükafatına layiq görüldü

Rusiya vətəndaşlığından sonra Stiven Siqalın ABŞ-dəki milyonluq mülkləri satıldı - FOTO

Ancelina Coli oğlunu Ukraynaya aparıb

“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib - Özü açıqladı
Xalq artistinin müalicəsi nəzarətə götürüldü
"Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzətdi"
-
inews.az
- Aygün Kazımova ilə Namiq Qaraçuxurludan 16 il sonra yeni duet - <span style="color: #ff0000;">VİDEO</span>
Aygün Kazımova ilə Namiq Qaraçuxurludan 16 il sonra yeni duet - <span style="color: #ff0000;">VİDEO</span>
-
inews.az
- Murad Arifdən sərt REAKSİYA:<span style="color: #ff0000;"> “Ay bisavad və acıdil canlılar...”</span>
Murad Arifdən sərt REAKSİYA:<span style="color: #ff0000;"> “Ay bisavad və acıdil canlılar...”</span>
-
inews.az
- “Daxilimdəki cəhənnəmi cənnətə çevirən ailə” - <span style="color: #ff0000;">FOTOLAR</span>
“Daxilimdəki cəhənnəmi cənnətə çevirən ailə” - <span style="color: #ff0000;">FOTOLAR</span>
Kamil Zeynallı Tailandda “döyüldü” - <span style="color: #ff0000;">VİDEO</span>
Fitnes məşqçisi Kamil Zeynallı Tailanda istirahətə yollanıb.
Moderator.az yeni sabah-a istinadla xəbər verir ki, o, sosial media hesabında buddist rahiblə maraqlı görüntülərini paylaşıb.
Rahib ilk olaraq idmançının qoluna rəngli ip bağlayaraq onun üçün dua etməyə başlayıb. Daha sonra əlindəki nazik süpürgəyəbənzər çubuqla Kamilin saçına su səpərək başından vurub.
Həmin kadrlar sosial mediada gülüşlə qarşılanıb.
Nahidə Babaşlı toy tarixini açıqladı
“Hər xoş addım böyük sərvətdir”
-
inews.az
- “Elə bil, Əli və Mikayıl dünən birinci sinfə gedirdi” -<span style="color: #ff0000;"> VİDEO</span>
“Elə bil, Əli və Mikayıl dünən birinci sinfə gedirdi” -<span style="color: #ff0000;"> VİDEO</span>
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
"Report" xəbər verir ki, 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan 22 avqust tarixində "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Azərbaycan pambıq iplik ixracından gəlirini 82 %-ə yaxın artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 31 milyon ABŞ dolları dəyərində 13,7 min ton pambıq iplik ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,9 milyon ABŞ dolları (81,7 %), həcm baxımından isə 6,45 min ton (88,5 %) çoxdur.
Hesabat dövründə sözügedən məhsulun qeyri-neft sektoru üzrə ixracda payı 0,5 %, ölkənin ümumi ixracında payı isə 0,1 % olub.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını 63 % artırıb
Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 1,6 milyon ABŞ dolları dəyərində 103,1 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq 63 % çoxdur.
Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 7 ayında Gürcüstan xarici ölkələrə 4 milyon ABŞ dolları dəyərində 315 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 38 % və 11 % azdır.
Hesabat dövründə Gürcüstan Ermənistana 1,2 milyon ABŞ dolları dəyərində 108,6 ton, Türkiyəyə 367,8 min ABŞ dolları dəyərində 16,8 ton, Honkonqa 304 min ABŞ dolları dəyərində 13,2 ton, Suriyaya 81,2 min ABŞ dolları dəyərində 31,7 ton tədarük həyata keçirib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 9,45 milyon ABŞ dolları dəyərində 618 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,6 milyon ABŞ dolları dəyərində 115 tonu Azərbaycanın payına düşüb.

Azərbaycandan dondurulmuş balıq ixracı 81 %-dən çox artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiya, Qazaxıstan və Türkmənistana 6108,7 ton dondurulmuş balıq məhsulu ixrac edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 81,3 % artıb.
Bundan başqa, ölkəyə soyudulmuş və dondurulmuş balıq məhsulları 20-dən çox ölkədən, o cümlədən İran, Rusiya, Vyetnam, Türkiyə, Çin, Çili, Norveç və Estoniyadan idxal olunur. İdxal olunan məhsullara AQTA tərəfindən sənəd, eynilik və fiziki nəzarət tədbirləri tətbiq edilir.
Həmçinin AQTA 2025-2026-cı illərdə ümumilikdə 20 balıqçılıq müəssisəsində 24 yoxlama aparıb. Yoxlama zamanı 18 müəssisədə uyğunsuzluq müəyyən edilib ki, bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, nöqsanların aradan qaldırılması istiqamətində sahibkarlara icrası məcburi göstərişlər verilib.

Azərbaycan 7 ayda 12 ölkəyə 954 kq-dan çox balıq kürüsü ixrac edib
Bu ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycandan 954,2 kq balıq kürüsü 12 ölkəyə, o cümlədən ABŞ, Niderland, Kanada, Avstraliya, Sinqapur və İtaliyaya ixrac olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, əvvəlki illə müqayisədə balıq kürüsünün ixrac həcmi 2,7 dəfə artıb. İxrac olunan balıq məhsulları və kürüsü idxalçı ölkələrin tələblərinə uyğun olaraq baytarlıq sertifikatı ilə təmin edilir.
Həmçinin bildirilib ki, kürü ilə yanaşı, balıqyetişdirmə müəssisələrində yetişdirilən müxtəlif balıq növlərinin də Avropa İttifaqı və Birləşmiş Krallıq bazarına ixrac icazəsinin əldə edilməsi istiqamətində müvafiq işlər görülür.

Azərbaycan 7 ayda süddən hazırlanan yağ idxalına 95 milyon dollar xərcləyib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 15,1 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 94,6 milyon ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1,5 min ton (9,3 %), dəyər baxımından 19,1 milyon ABŞ dolları (16,7 %) azdır.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 0,9 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Azərbaycan Gürcüstandan avtomobil idxalını 38 % azaldıb
Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 105,6 milyon ABŞ dolları dəyərində 3 min 153 ədəd avtomobil ixrac edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 38 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 7 ayı ərzində Gürcüstan xarici ölkələrə 1 milyard 161 milyon ABŞ dolları dəyərində 48 min 314 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 22 % və 20 % azdır.
Hesabat dövründə Gürcüstandan Qırğızıstana 498,1 milyon ABŞ dolları dəyərində 13 min 140 ədəd, Qazaxıstana 248,6 milyon ABŞ dolları dəyərində 16 min 31 ədəd, İrana 119 milyon ABŞ dolları dəyərində 6 min 749 ədəd, Tacikistana 60,5 milyon ABŞ dolları dəyərində 3 min 512 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.

-
inews.az
- Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsini və strukturunu təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanları, nizamnamələrinə əsasən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Prezident və yaxud Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər hazırladıqları mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların layihələrinin normayaratma orqanına təqdim edilməzdən əvvəl "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 46-cı maddəsinə uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə razılaşdırılmasını, mərkəzi icra hakimiyyəti orqanları isə həmçinin qeyd olunan sahədə özlərinin qəbul etdikləri normativ hüquqi aktların həmin Agentliklə razılaşdırılmaqla qəbul olunmasını təmin etməlidir.
Fərman oktyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 63 %-dən çox artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 13,2 min ton süd və qaymaq idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 25,6 milyon ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 3,8 min ton (40,8 %), dəyər baxımından isə 9,9 milyon ABŞ dolları (63,3 %) çoxdur.
Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Azərbaycan 7 ayda ət idxalına 66 milyon dollardan çox xərc çəkib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 28 min ton ət idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 66,1 milyon ABŞ dolları təşkil edib.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2,9 min ton (11,3 %), dəyər baxımından isə 11 milyon ABŞ dolları (19,9 %) çoxdur.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Naxçıvanda 7 ayda sahibkarlara 115 təsdiqedici sənəd təqdim edilib
Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri çərçivəsində bu ilin yanvar–iyul aylarında 12 sahibkarlıq subyektinə ümumilikdə 115 təsdiqedici sənəd təqdim edilib.
"Report"un yerli bürosunun məlumatına görə, sənədlərdən 6-sı texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 109-u isə xammal və materialların idxalı üçün verilib.
Bu sənədlər əsasında Rusiya, Çin və Türkiyədən ümumi dəyəri 2,2 milyon manat olan texnika, texnoloji avadanlıqlar və qurğular, həmçinin Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan, Avstriya və Cənubi Koreyadan ümumi dəyəri 8,4 milyon manat olan xammal və materiallar gömrük rüsumu və əlavə dəyər vergisi ödənilmədən idxal edilib.
Nəticədə cari ilin ilk 7 ayında idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 3,2 milyon manat məbləğində güzəşt əldə ediblər.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 8 %-ə yaxın artıb
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 28 lisenziya verib.
"Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur.
Bundan başqa, 7 ay ərzində Naxçıvanda müvafiq qurumların verdiyi 4 061 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 94,1 min manat vəsait daxil olub.
Hesabat dövründə Muxtar Respublikada yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 170 layihə icra olunub. Bu layihələrdən 33-ü yeni yaradılma, 137-si isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 37-si yaradılma və 46-sı genişləndirmə olmaqla, ümumilikdə 83 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına həyata keçirilib. İcra olunan 170 layihədən 151-i Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.

-
inews.az
- Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
"Report" xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2 725 ton olan buğda "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

P. Diddy Tupak Şakurun qətlində ittiham oluna bilər
P. Diddy kimi tanınan prodüser Şon Con Kombs 1996-cı ildə amerikalı reper Tupak Şakurun qətli ilə bağlı ittiham oluna bilər.
"Report"un "The Daily Telegraph"a istinadən məlumatına görə, prokurorlar keçmiş "Compton Crips" dəstəsinin lideri Dueyn Kit Düvisin reperin qətlinin təşkilində iştirakını sübut edə bilsələr, Kombs ittihamlarla üzləşə bilər.
Tupak Şakurun qətli işi üzrə ilk dinləmə 18 avqustda baş tutub. Devis günahsız olduğunu bildirib. Məhkəmənin təxminən bir ay davam etməsi gözlənilir. Əgər təqsirli bilinsə, 63 yaşlı Davis ömürlük həbs cəzası ilə üzləşə bilər.
2023-cü ildə Devisin evində axtarış aparılıb və Tupak Şakurla bağlı bir neçə kompüter, fotoşəkil və materiallar müsadirə edilib. Devis sonra həbs edilib.
O, həbs edildikdən sonra Tupakın qətlinin Şon Kombs tərəfindən sifariş olunduğunu iddia edib.
Xatırladaq ki, Tupak Şakur 13 sentyabr 1996-cı ildə Las-Veqasda güllələnərək öldürülüb. Naməlum silahlı şəxslər 25 yaşlı reperin sürdüyü avtomobilə atəş açıblar. O, aldığı yaralardan bir neçə gün sonra ölüb.

Azərbaycan 7 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 77,4 min ton kartof ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 29,7 milyon ABŞ dolları təşkil edib.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımıdan 6,6 min ton (9,2 %), dəyər baxımından isə 1,6 milyon ABŞ dolları (5,5 %) çoxdur.
Hesabat dövründə kartof ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

"Yaşıl Cümə" yenidən "İrşad"da!
"İrşad" alış-verişi daha sərfəli edən ənənəvi "Yaşıl Cümə" kampaniyasına yenidən start verir.
21–31 avqust tarixlərində keçiriləcək kampaniya zamanı elektronika, məişət texnikası, mebel və digər kateqoriyalarda 70 %-dək real endirimlər tətbiq olunacaq.
Kampaniya çərçivəsində müştərilər seçilmiş məhsulların endirimli qiymətini 18 aya FAİZSİZ, həmçinin 6 aya FAİZSİZ və KOMİSSİYASIZ əldə edə biləcəklər.
"Yaşıl Cümə" gündəlik ehtiyaclardan tutmuş, uzun müddətdir planlaşdırılan alış-verişlərə qədər müxtəlif məhsulları sərfəli qiymətlərlə əldə etmək üçün xüsusi imkanlar təqdim edir.
Yeni smartfon, televizor, məişət texnikası, mebel və digər məhsulları almaq istəyənlər kampaniya zamanı xüsusi endirim və ödəniş imkanlarından yararlana biləcəklər.
"İrşad" mağazalarında və onlayn platformalarda keçiriləcək aksiyadan yalnız 21–31 avqust tarixlərində yararlanmaq mümkün olacaq.
Kampaniya çərçivəsində xüsusi təkliflərlə satışa çıxarılan bəzi məhsulları diqqətinizə çatdırırıq:
- Yeni "Redmi 17" smartfonu 150 AZN endirimlə
- Dərs ilinin açılışına özəl "Honor" planşetləri 20 % endirimlə
- "iPhone 15, 16, 17" smartfonlarına 300 AZN endirim
- "iPhone 17 PRO və 17 PRO MAX 256 GB" modelləri 500 AZN endirimlə
- "Delonghi ECAM 220.60.B" qəhvəbişirən 600 AZN endirimlə
- "Taube TB-ST90M" elektro ülgüc 75 % endirimlə 39.99 yox, 9.99 AZN
- "Apple AirPods 4" qulaqlığı 110 AZN endirimlə 289,99 AZN
- "XM Kettle Ardesto EKL-T32S" elektrik çaydanı 70% endirimlə 14.99 AZN
- 60 % endirimli "Smart Watch Mibro C4 (XPAW021) Silvery" ağıllı saatı 149,99 AZN yox, 59,99 AZN
- Dərs ilinə yeni noutbukla başlamaq istəyənlər üçün "HP 250 G10 (8X9C9ES)" nootbuku 350 AZN endirimlə

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib- YENİLƏNİB
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
"Report" xəbər verir ki, Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana ümumi çəkisi 1 820 ton olan 26 vaqon buğda göndəriləcək.
Tədarük "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından həyata keçiriləcək.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 43 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Azərbaycanın xurma ixracından builki gəliri 32 milyon dolları keçib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 40,5 min ton xurma ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,1 milyon ABŞ dolları olub.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımıdan 5,3 min ton (11,5 %), dəyər baxımından isə 845 min ABŞ dolları (2,5 %) azdır.
Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Azərbaycan alma ixracından gəlirini 7 % artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 50,1 min ton alma ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 40,95 milyon ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 4,3 min ton (7,8 %) az, dəyər baxımından 2,7 milyon dollar (7 %) çoxdur.
Hesabat dövründə alma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Azərbaycanda daha 10 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 10 kiçik və orta biznes (KOB) subyektinə "Startap" şəhadətnaməsi verib.
"Report" KOBİA-ya istinadən xəbər verir ki, "Startap" şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında daha 16 layihəyə baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 292-yə çatıb.
"Startap" şəhadətnamələri "İnvitation Group" MMC-nin tədbirlərin planlaşdırılması, dəvətlərin idarə olunması və iştirakçı koordinasiyasını təmin edən rəqəmsal xidmət, "Rekrio" MMC-nin işə qəbul prosesini, müsahibələr də daxil olmaqla avtomatlaşdıran süni intellekt agent platforması, "GRC Lab" MMC-nin korporativ idarəetmə, risklərin idarə olunması və GRC-yə normativ uyğunluq proseslərinin rəqəmsallaşdırılmasını təmin edən platforması, "Aİ Development" MMC-nin şəhərdə nəqliyyat hərəkətinin təhlili və monitorinqini həyata keçirən süni intellekt əsaslı analitika platforması, "Yolutap" MMC-nin şagird və gənclərin peşəyönümü, qabiliyyətlərinin qiymətləndirilməsi və karyera planlaşdırılmasını dəstəkləyən rəqəmsal platformasına verilib. Həmçinin fiziki şəxslər Elmir Yunusovun süni intellekt əsaslı fərdi təhsil və peşə istiqamətləndirilməsini təmin edən rəqəmsal platforması, Ələmdar Manafovun istifadəçilərin gündəlik planlaşdırma, məqsəd idarəetməsi və məhsuldarlığının artırılmasına xidmət edən mobil tətbiqi, Mircəlal Məmmədovun satış, anbar, CRM (müştərilərlə münasibətlərin idarə olunması) və digər biznes proseslərinin idarə olunmasını təmin edən rəqəmsal platforması, Aqil Qumuxovun iş elanları üçün rəqəmsal platforması və Mehrac Abdurahmanlının iş elanına uyğunlaşdırılmış CV hazırlığı platforması layihələrinə də "Startap" şəhadətnamələri təqdim edilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Şəkidə əmlak kompleksi investisiya müsabiqəsinə çıxarılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki rayonunun Öryət kəndində - Qarasu ərazisində yerləşən əmlak kompleksinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
"Report" quruma istinadən xəbər verir ki, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na uyğun elan olunub.
Müəssisənin qiyməti 2 milyon manardır. Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi dəyəri 2 milyon manatdan az olmayan investisiya proqramı, həmçinin 50-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidir.
Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (650 min manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə yerli hüquqi və fiziki şəxslərlə yanaşı, xarici investorlar da iştirak edə bilər. İddiaçıların ərizə və təkliflərinin qəbulu prosesi 22 sentyabra qədər, iş günləri saat 10:00-dan 17:30-a qədər Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.
Təkliflərin qiymətləndirilməsi Xidmətin inzibati binasında 23 sentyabr saat 15:00-dan başlayaraq həyata keçiriləcək.

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil etdi
Ceki Çanın Bakıda çəkdiyi filmə görə Azərbaycan 1 milyon dollar ödəyə bilər?
"Paltarımı nə hədiyyə edirəm, nə də satıram" — Aygün Kazımova ilə müsahibə
Ceki Çanın Bakıda ilk görüntüləri – VİDEO
Ağdam Sənaye Parkında 1 230 daimi iş yeri yaradılıb
İndiyə qədər Ağdam Sənaye Parkına 180 milyon manata qədər investisiya yatırılıb, burada 1 230 daimi iş yeri yaradılıb.
"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Ağdam Sənaye Parkına təşkil edilən mediatur çərçivəsində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev deyib.
Onun sözlərinə görə, Ağdam Sənaye Parkı rezidentlərin sayı baxımından ölkədə ikinci ən böyük sənaye parkıdır: "Burada 30 sahibkara rezidentlik, dörd sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu günə kimi sahibkarlar Parka 180 milyon manata qədər investisiya yatırıb və 1 230 daimi iş yeri yaradıb. Yaradılan iş yerlərində əsasən Ağdam və ətraf rayonların sakinləri çalışırlar. Hazırda Parkda 12 müəssisə fəaliyyət göstərir, daha 12-nin tikintisi davam etdirilir. Eyni zamanda, 10 müəssisə hazırda layihələndirmə mərhələsindədir. 2026-cı ilin altı ayı ərzində sahibkarlar tərəfindən 976 milyon manatlıq məhsul satışı həyata keçirilib. 42 milyon manatlıq məhsul müxtəlif ölkələrə ixrac edilib".
T.Quliyev qeyd edib ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərən BAFCO ayaqqabı fabrikinin də məhsulları bir sıra ölkələrə ixrac olunur. Fabrikdə hazırda 80-ə yaxın əməkdaş çalışır və onların böyük əksəriyyəti Ağdam rayonundan olan keçmiş məcburi köçkünlərdir: "Hazırda fabrikdə poliuretan 20-yə qədər model üzrə çəkmə və ayaqqabılar istehsal edilir. Burada istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlara çıxarılır. Artıq Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstana fabrikin məhsulları ixrac edilir. Yaxın zamanlarda Ağdamda istehsal edilən məhsulların Avropa, Yaxın və Orta Şərq ölkələrinə də ixrac edilməsi gözlənilir".
O əlavə edib ki, Ağdam Sənaye Parkında həmçinin yüksək gərginlikli elektrik dirəklərinin də istehsalı həyata keçirilir: "Burada yüksək gərginlikli elektrik dirəkləri istehsal olunur və ölkənin bütün bölgələrinə göndərilir. Hazırda müəssisədə Ağdamdan olan 17 keçmiş məcburi köçkün işləyir. Dövlət tərəfindən dəstək verilən müəssisə əsasən Çin istehsalı olan avadanlıqlarla təchiz olunub".
Mediatur çərçivəsində Ağdam Sənaye Parkında elektrik paylayıcı qurğuları istehsal edən fabrikə də baş çəkilib. Bildirilib ki, burada əsasən aşağı və orta gərginlikli elektrik paylayıcı qurğuları istehsal edilir. Bu müəssisədə də çalışanların əksəriyyəti keçmiş məcburi köçkün olan gənc kadrlardır.
T.Quliyev həmçinin məlumat verib ki, Ağdam Sənaye Parkında istehsal edilən divar kağızları yüksək keyfiyyəti ilə seçilir: "Ağdam Sənaye Parkının rezidenti olan "Mister Decor" MMC işğaldan azad edilmiş ərazilərdə yaradılan ilk sənaye müəssisələrindən biridir. Müəssisə Cənubi Qafqazda divar kağızı istehsalı üzrə ilk ixtisaslaşmış zavoddur. Zavodun illik istehsal gücü 2,1 milyon rulondur və istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac edilir. Hazırda müəssisədə 50-yə yaxın əməkdaş çalışır".
Ağdam Sənaye Parkında fəaliyyət göstərən aşağı və orta gərginlikli elektrik qurğuları istehsal edən müəssisə haqqında məlumat verən T.Quliyev bildirib ki, burada istehsal ən müasir texnologiya əsasında həyata keçirilir və işə qəbul zamanı doğma yurdlarına qayıdan gənc kadrlara üstünlük verilir.

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 45 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 574 milyon 946 min ABŞ dolları təşkil edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 179 milyon 43 min ABŞ dolları (45,2 %) çoxdur.
Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 52,5 % artaraq 502 milyon 816 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 8,9 % artaraq 72 milyon 130 min ABŞ dolları olub.
Hesabat dövründə Gürcüstan ilə ticarət ümumi dövriyyənin 2,3 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın 3 %-ni, Gürcüstandan idxal isə ümumi idxalın 0,8 %-ni təşkil edib.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 5 dəfədən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 621 milyon 991 min ABŞ dolları olub.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 960 milyon 781 min ABŞ dolları (5,4 dəfə) çoxdur.
Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 24 dəfə artaraq 3 milyard 475 milyon 261 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 3,5 dəfə azalaraq 146 milyon 731 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 14,6 %-i qədər olub. O cümlədən, bu ölkəyə ixrac ümumi ixracın 21,2 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,7 %-ni təşkil edib.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

KOBİA və Türk Ticarət Mərkəzi əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıb
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalanıb.
"Report" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "X" sosial şəbəkəsində bildirib.
"Sənədin Azərbaycan KOB-ları ilə türk dünyası ölkələrinin sahibkarları arasında #iznes əlaqələrinin inkişafına töhfə verəcəyinə inanırıq. Türk Ticarət Mərkəzinin fəaliyyəti ilə də tanış olduq", - deyə o qeyd edib.

Abşeron və Qızılağac milli parklarındakı əmlaklar qiymətləndiriləcək
Abşeron və Qızılağac milli parklarında yerləşən əmlakların qiymətləndirilməsi həyata keçiriləcək.
"Report" xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti hazırlıqlara başlayıb.
Məlumata görə, işləri "Vecon Consulting" MMC həyata keçirəcək.
Xatırladaq ki, Abşeron Milli Parkı, Abşeron yarımazasının cənub-şərq ucunda (Şah dili ərazisində) yerləşir. Əsas məqsədi Xəzər sahilinin unikallığını qorumaq, nadir flora və fauna növlərini (xüsusilə Ceyranlar, Xəzər suitiləri və müxtəlif su quşları) mühafizə etməkdir.
Qızılağac Milli Parkı isə Cənub-şərqi Şirvan düzündə, Qızılağac körfəzi sahilində (əsasən Lənkəran və Salyan rayonları ərazisində) yerləşir. Beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazisidir (Ramsar Konvensiyasının siyahısına daxildir). Əsasən köçəri və su quşlarının qışlama, eləcə də balıq ehtiyatlarının artırılması məkan kimi tanınır.

İxrac xərclərinin kompensasiyası üçün qanunvericilik aktları qəbul ediləcək
Prezident İlham Əliyevin bu il iyunun 16-da imzaladığı qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən, Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclərin kompensasiya edilməsi üçün bir sıra qanunvericilik aktları qəbul ediləcək.
"Report" xəbər verir ki, bunlar, aşağıdakılardır:
· Dəstək mexanizminin şamil olunacağı qeyri-neft-qaz mallarının siyahısı
· Dəstək mexanizminin şamil olunacağı ixrac ölkələrinin (ölkə qruplarının) siyahısı;
· Dəstək mexanizmi üzrə ödəniləcək dəstək məbləğinin yuxarı həddi;
· Dəstək mexanizmi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası.
· Dəstək mexanizminin şamil olunmadığı əməliyyatların siyahısı;
· Dəstək mexanizminin şamil olunmadığı şəxslərin siyahısı.
Xatırladaq ki, fərmana əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi ödənişləri dövlət tərəfindən kompensasiya ediləcək. Malların Azərbaycan mənşəli olması isə mənşə sertifikatı ilə müəyyənləşdiriləcək.
Dəstək mexanizminin tətbiqi nəticəsində yalnız faktiki ixrac olunmuş qeyri-neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq.
Kompensasiyanın məbləği gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə dəyişəcək. Hər ixrac bəyannaməsi üzrə ödəniləcək kompensasiya məbləğinin yuxarı həddi müəyyən ediləcək.
Dəstəyin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracı ilə bağlı gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə tutulan gömrük yığımları artırılmayacaq.
Kompensasiya məbləği 2026-cı il sentyabrın 1-dən etibarən 2031-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq.
Kompensasiya məbləği ixracatçının müraciəti və təqdim etdiyi sənədlər əsasında hər rüb üzrə ixrac gömrük proseduru altında yerləşdirilmiş və faktiki ixrac olunmuş mallara görə hesablanacaq və həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi onu ödəyəcək.
Mexanizm mikro, kiçik və orta sahibkarların ixracla bağlı xərclərini azaltmaqla onların xarici bazarlara çıxış imkanlarını dəstəkləyəcək, eyni zamanda qeyri-neft-qaz ixracının genişləndirilməsinə və ixrac potensialının artırılmasına töhfə verəcək.

Azərbaycan alüminium ixracını 15 %-ə yaxın artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 141 milyon 517,33 min ABŞ dolları dəyərində 40 min 435,29 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrünə olan göstərici ilə müqayisədə ixrac edilən məhsulların dəyəri 40 milyon 529,73 min dollar (40 %), həcmi 5 min 210,45 ton (14,7 %) artıb.
Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 2,5 %, ölkənin ümumi ixracında payı isə 0,8 % olub.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Azərbaycanda daha 54 nəqliyyat vasitəsi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda 54 nəqliyyat vasitəsi satılıb.
"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Bunlardan 53-ü Daxili İşlər Nazirliyinə məxsus nəqliyyat vasitələri olub.
Məlumata görtə, nəqliyyat vasitələrinin satışı ilə bağlı növbəti hərraclar 4, 11, 18 və 25 avqust tarixlərində keçiriləcək. Bu hərraclara 161 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1973-2014-cü illəri əhatə edir.
Avqustun 4-də keçiriləcək hərraca start qiyməti 172 500 manat olan "Point Brower D" markalı gəmi də təklif olunur.
Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Azərbaycan pambıq lifi ixracından gəlirini 26 %-dən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 126 milyon 620 min ABŞ dolları dəyərində 90 min 437 ton pambıq lifi (mahlıc) ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 26 milyon 381 min ABŞ dolları (26,3 %), həcm baxımından isə 20 min 895 ton (30 %) çoxdur.
Hesabat dövründə pambıq lifinin ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,7 %-ni təşkil edib.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb

Azərbaycan bitki və heyvan mənşəli piy-yağ ixracından gəlirini 50 % artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 17 milyon 383 min ABŞ dolları dəyərində 11 min 744 ton bitki və heyvan mənşəli piy və yağ ixrac edib.
"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 5 milyon 791 min ABŞ dolları (50 %), həcmi isə 2 min 525 ton (27,4 %) artıb.
Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.
6 ay ərzində Azərbaycan həmçinin 135 milyon 953 min ABŞ dollar dəyərində 83 min 321 ton bitki və heyvan mənşəli piy və yağ idxal edib.
Bunlar isə, ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 16 milyon 903 min ABŞ dolları (14,2 %) , həcm baxımından isə 6 min 255 ton (8,1 %) çoxdur.
Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,6 %-ni təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb

-
inews.az
- Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu Anlaşma Memorandumu imzalayıblar
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu Anlaşma Memorandumu imzalayıblar
Türk İnvestisiya Fondu (TİF) və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu (ÖQİF) institusional əməkdaşlığın gücləndirilməsi və investisiya imkanlarının birgə təşviq edilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar.
"Report" xəbər verir ki, sənədə Bişkekdə keçirilmiş "Qırğızıstan–Özbəkistan: Sənaye əməkdaşlığı, investisiyalar və ticarət" biznes forumu çərçivəsində TİF-in Baş direktoru Ramil Babayev və OQİF-in İdarə Heyətinin sədri cənab Əzir Əliyev imza atıb.
Tərəfdaşlıq birgə layihələrin müəyyənləşdirilməsi, regional bağlantıların inkişafı, özəl sektorun cəlb edilməsi, yaşıl və iqlimə davamlı investisiyaların təşviqi, eləcə də maliyyələşdirmə və xəzinədarlıq əməliyyatları sahəsində institusional potensialın gücləndirilməsi kimi istiqamətləri əhatə edəcək. Hər iki qurum, həmçinin risklərin bölüşdürülməsi mexanizmlərini, transsərhəd investisiyaların və biznesin genişlənməsinin dəstəklənməsi imkanlarını araşdıracaq.
R.Babayev bildirib ki, Qırğızıstan və Özbəkistan Orta Dəhlizin mərkəzində yerləşir: "Bu Anlaşma Memorandumu strateji əhəmiyyət daşıyan həmin bazarlarda bizimlə ortaq mandatı bölüşən institutlarla əməkdaşlığı dərinləşdirmək öhdəliyimizi əks etdirir. ÖQİF geniş yerli biliklərə və özünü doğrultmuş ikitərəfli əməkdaşlıq platformasına malikdir. Birgə üzv dövlətlərimizdə özəl sektorun inkişafını, regional bağlantıları və iqtisadi inteqrasiyanı dəstəkləyən güclü birgə maliyyələşdirmə layihələri portfelinin formalaşdırılmasını hədəfləyirik".
TİF və ÖQİF Memorandumun icrasını nəzərdən keçirmək və gələcək əməkdaşlıq üçün konkret imkanları müəyyənləşdirmək məqsədilə ən azı altı ayda bir dəfə olmaqla mütəmadi görüşlərin keçirilməsi barədə razılığa gəliblər.

Qırğızıstan və Türk İnvestisiya Fondu əməkdaşlığı genişləndirir
Türk İnvestisiya Fondu (TİF) və Qırğızıstan Prezidenti yanında Milli İnvestisiya Agentliyi (MİA) bu ölkədə investisiyaların təşviqi və asanlaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar.
"Report" xəbər verir ki, sənədə Bişkekdə keçirilmiş "Qırğızıstan–Özbəkistan: Sənaye əməkdaşlığı, investisiyalar və ticarət" biznes forumu çərçivəsində TİF-in Baş direktoru Ramil Babayev və MİA-nın rəhbəri Ravşanbek Azatoviç Sabirov imza atıb.
Anlaşma Memorandumunun şərtlərinə əsasən, MİA Qırğızıstanda investisiya layihələrinin müəyyənləşdirilməsi və həyata keçirilməsi prosesində TİF-ə dəstək göstərəcək. TİF isə maliyyə resurslarını səfərbər etməyi, transsərhəd investisiyaları təşviq etməyi və xüsusi diqqəti Qırğızıstana yönəltməklə üzv dövlətlər arasında iqtisadi inteqrasiyaya və dayanıqlı inkişafa töhfə verən investisiya layihələrini dəstəkləməyi nəzərdə tutur.
Tərəfdaşlıq birgə layihələrin müəyyənləşdirilməsinə, investorların Qırğızıstandakı investisiya imkanlarına çıxışının asanlaşdırılmasına və TİF-in regional investisiya layihələri portfelinin formalaşdırılmasını dəstəkləyən məlumat mübadiləsinə yönələcək. TİF və MİA Anlaşma Memorandumunun icrasını nəzərdən keçirmək və Qırğızıstanda konkret investisiya imkanlarını irəli aparmaq məqsədilə sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.
R.Babayev bildirib ki, Qırğızıstan TİF-in əsas prioritet ölkələrindən biridir: "Məqsədimiz ölkədə real iqtisadi təsir yaradacaq perspektivli investisiya layihələrini müəyyən etmək və onların həyata keçirilməsinə dəstək verməkdir. MİA ilə əməkdaşlıq bizə belə layihələri erkən mərhələdə seçməyə, düzgün strukturlaşdırmağa, onların icrası üçün uzunmüddətli maliyyə resurslarını səfərbər etməyə imkan verəcək".
TİF türk dövlətlərinin birgə təsis etdiyi, Türk dünyasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regiondaxili ticarətin artırılmasına və dayanıqlı inkişafın təşviqinə yönəlmiş ilk ixtisaslaşmış beynəlxalq maliyyə institutudur. TİF-in Təsis Sazişi 16 mart 2023-cü il tarixində Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşündə imzalanıb və 24 fevral 2024-cü il tarixində qüvvəyə minib. Ortaq inkişaf və rifahın dəstəklənməsi məqsədilə istifadə olunacaq 600 milyon ABŞ dolları həcmində nizamnamə kapitalına malik TİF "Türk Dünyasının İqtisadi İnteqrasiyası"na əsaslanan böyük Türk vizyonu çərçivəsində təsirli investisiyaları, innovativ həlləri və regional inteqrasiyanı təşviq edən platformadır.

Bakıda qarajların 1 kvadratmetrinin qiyməti 1 400 manatı keçib
Bu ilin iyun ayında Bakıda qarajların qiymətindəki artımın tempi zəifləyib və bazar daha sabit inkişaf mərhələsinə keçib.
"Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) iyun ayı üzrə apardığı təhlilə istinadən xəbər verir.
Məlumata görə, ötən ay qarajların 1 kvadratmetrinin median qiyməti 10,6 % artaraq 1 414 manata çatıb. Orta qiymət isə 1 530 manat təşkil edib. Təhlilə daxil edilən elanların sayı 125 olsa da, statistik təmizləmə nəticəsində bunun 12 %-i çıxarılıb və yekun hesablamalar 110 müşahidə əsasında aparılıb.
AQP qeyd edir ki, may ayında qeydə alınan kəskin qiymət artımından sonra iyunda bazar daha balanslı dinamika nümayiş etdirib. Median və orta qiymət göstəricilərinin bir-birinə yaxın olması bazarda struktur sabitliyinin formalaşdığını göstərir.
Hesabata görə, mərkəzi və premium zonalarda yerləşən qarajlar bazarda əsas qiymət formalaşdırıcı rolunu qoruyur. Xüsusilə Səbail, Nərimanov və Yasamal rayonlarında qiymətlər digər ərazilərlə müqayisədə daha yüksək olaraq qalır. Şəhərin kənar hissələrində isə qiymətlər aşağı səviyyədə olsa da, ümumi sabitlik müşahidə edilir.
AQP bildirir ki, qaraj bazarı həcminin kiçik və həssas olması səbəbindən iri və ya premium satış əməliyyatları qiymətlərə əhəmiyyətli təsir göstərə bilir. Bununla belə, iyun ayında bazarda müşahidə olunan balanslaşma qiymətlərin daha stabil səviyyədə formalaşmağa başladığını göstərir.
Palatanın qiymətləndirməsinə əsasən, yaxın aylarda qaraj bazarında kəskin qiymət dəyişiklikləri gözlənilmir. Bununla yanaşı, seqmentin həssas xarakteri nəzərə alınmaqla müəyyən dəyişkənlik riskinin qalacağı istisna edilmir.

Azərbaycanda TOP-10 özəl şirkətin qeyri-neft ixracının dəyəri 2,4 dəfə artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 ən böyük özəl şirkətin ixracı 558,2 milyon ABŞ dolları təşkil edib, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən (227,8 milyon ABŞ dolları) 2,4 dəfə və ya 330,4 milyon ABŞ dolları çoxdur.
Bu barədə "Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub. Qeyd olunan dövrdə şirkət 184,5 milyon ABŞ dolları məbləğində ixrac (il ərzində artım 3,98 dəfə və ya 138,2 milyon ABŞ dolları) həyata keçirib.
Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:
| Şirkət | 2026-cı ilin yanvar-iyun aylarında ixracın həcmi (milyon ABŞ dolları) | 2025-cı ilin yanvar-iyun aylarında ixrac həcmi (milyon ABŞ dolları) | Faiz fərqi |
| "Azerbaijan International Mining Company" MMC | 184,5 | 46,3 | 298,49% |
| "Prime Cotton" MMC | 89 | 62,3 | 42,86% |
| "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC | 71,7 | 20,8 | 244,71% |
| "Baku Steel Company" QSC | 45,1 | 28,9 | 56,06% |
| "Prime LM" MMC | 32,5 | 0 | - |
| "Agrarco" MMC | 30,6 | 9,2 | 232,61% |
| "Silk Way Airlines" MMC | 28,5 | 24,2 | 17,77% |
| "West Stream" MMC | 26,3 | 0 | - |
| "Tabaterra" MMC | 25,6 | 15 | 70,67% |
| "P-Agro" MMC | 24,4 | 21,1 | 15,64% |
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı 16,9 % artaraq 1,9 milyard ABŞ dollarına çatıb.

Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft ixracı üzrə liderlər müəyyən edilib
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 10 dövlət şirkəti tərəfindən ixrac edilən qeyri-neft məhsullarının ümumi dəyəri 529,882 milyon ABŞ dolları təşkil edib, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 572,9 milyon ABŞ dolları və ya 7,51 % azdır.
"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 24,21 % payla "SOCAR Polymer" MMC başçılıq edib.
İxracın həcminə görə dövlət şirkətlərinin renkinqi:
| Şirkət | 2026-cı ilin yanvar-iyun aylarında ixracın həcmi (milyon ABŞ dolları) | 2025-cı ilin yanvar-iyun aylarında ixracın həcmi (milyon ABŞ dolları) | Faiz fərqi |
| "SOCAR Polymer" MMC | 128,3 | 129 | -0,54% |
| "AzerGold" QSC | 126,6 | 100,3 | 26,22% |
| SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi | 120 | 211,6 | -43,29% |
| "Azəralüminium" MMC | 98,3 | 67 | 46,72% |
| "Azərpambıq ASK" MMC | 34 | 19,4 | 75,26% |
| SOCAR-ın Qaz İxrac İdarəsi | 7,7 | 34,5 | -77,68% |
| "Azərbaycan Hava Yolları" QSC | 7,5 | 7,5 | - |
| "AzərEnerji" ASC | 6,3 | 3,6 | 75% |
| "Naxçıvan Enerji" MMC | 0,697 | 0 | - |
| "SOCAR CAPE" MMC | 0,485 | 0 | - |
Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 16,9 % artaraq 1,9 milyard ABŞ dollarına çatıb.

Azərbaycan pambıq iplik ixracından gəlirini 2 dəfədən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 27 milyon 574,98 min ABŞ dolları dəyərində 12 min 296,31 ton pambıq iplik ixrac edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyul sayında bildirilir.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14 milyon 91 min 754,98 ABŞ dolları (2,1 dəfə), həcm baxımından isə 6 min 878,21 ton (2,2 dəfə) çoxdur.
Hesabat dövründə sözügedən məhsulun qeyri-neft sektoru üzrə ixracda payı 0,5 %, ölkənin ümumi ixracında payı isə 0,1 % olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Azərbaycan və Qazaxıstan investisiya və süni intellekt əməkdaşlığını müzakirə edib
Azərbaycan və Qazaxıstan arasında investisiya və süni intellekt sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Qazaxıstanın "Samruk-Kazyna" Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov ilə görüşdə Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığının perspektivlərini və prioritet inkişaf istiqamətlərini vurğuladıq. Birgə investisiya fəaliyyətinin genişləndirilməsi, institusional investorlarla işbirliyi imkanları, ticarət, sənaye, süni intellekt və digər sahələrdə tərəfdaşlıq, yaşıl enerji layihələrinin həyata keçirilməsi barədə müzakirələr apardıq",-deyə nazir qeyd edib.

Azərbaycan şirkətinin xalis mənfəəti 4 dəfədən çox azalıb
Azərbaycanda ticarət və istehsalat avadanlıqları, həmçinin müxtəlif sənaye sahələri üçün həllər təqdim edən "Alpa" ASC 2025-ci ili 4,627 min manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,4 dəfə azdır.
Ötən il "Alpa"nın vergiyəqədərki mənfəəti 5,784 min manat (əvvəlki ilə nisbətən 4,4 dəfə az), mənfəət vergisi ödəmələri isə 1 min manat (5 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə "Alpa"nın aktivləri 822 min manat olub ki, bu da illik müqayisədə 7 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 36,1 dəfə artaraq 613 min manata, balans kapitalı isə 2,1 dəfə artaraq 210 min manata, o cümlədən nizamnamə kapitalı 41 dəfə artaraq 205 min manata çatıb.
Xatırladaq ki, "Alpa" 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Onun səhmdarı 100 % Sima İsmayılovadır.

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"
"ASAN xidmət" modeli Azərbaycanın xidmət ixracı potensialını beynəlxalq aləmdə nümayiş etdirir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Beynəlxalq tərəfdaşlarımızla ünsiyyətdə Azərbaycanın qlobal brendinə çevrilmiş "ASAN xidmət" modelinə göstərilən yüksək marağı və onun tətbiqindən ifadə olunan məmnuniyyəti eşitmək qürurvericidir. Dövlət xidmətlərinin vahid məkanda və innovativ yanaşmalar əsasında təqdim edilməsi biznes mühitinin daha da yaxşılaşdırılmasına və rəqəmsal iqtisadiyyatın inkişafına xidmət edir. "ASAN xidmət" modelinin müxtəlif ölkələrdə uğurla tətbiqi Azərbaycanın bilik və təcrübə əsaslı xidmət ixracı potensialını nümayiş etdirir. Bu model ölkəmizin idarəetmə sahəsində formalaşdırdığı innovativ həllərin beynəlxalq səviyyədə paylaşılmasına, yeni institusional tərəfdaşlıqların qurulmasına və yüksək əlavə dəyər yaradan fəaliyyətinin genişlənməsinə töhfə verir",-deyə nazir qeyd edib.

Polşa Azərbaycana ticarət missiyası göndərəcək
Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır.
"Report" Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılma mərhələsindədir.
Bildirilib ki, işgüzar missiya istehsalçılar, idxal-ixrac fəaliyyəti iştirakçıları, yeni satış bazarları və kommersiya perspektivləri axtarışında olan sahibkarlar, Azərbaycan biznesi ilə əməkdaşlığa maraq göstərən şirkətlər, investorlar və sənaye sektorunun, xidmət sahəsinin və digər sahələrin nümayəndələri, həmçinin beynəlxalq biznes qarşılıqlı fəaliyyətin genişləndirilməsini hədəfləyən Polşa və Azərbaycan şirkətləri üçün nəzərdə tutulub.
"Səfər proqramına hər bir iştirakçının profili və vəzifələri nəzərə alınmaqla qurulmuş, fərdi şəkildə təşkil edilən B2B görüşlər, əvvəlcədən seçilmiş potensial tərəfdaşlarla birbaşa danışıqlar, Bakıda Polşa-Azərbaycan Ticarət Palatasının üzvləri ilə əlaqələr qurmaq imkanları, həmçinin Azərbaycanın müvafiq dövlət qurumları və aparıcı biznes təşkilatları ilə görüşlər daxildir", - məlumatda qeyd olunub.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarətin həcmi 2026-cı ilin ilk 6 ayı ərzində illik müqayisədə 3,97 % (3 milyon 286 min ABŞ dolları) artaraq 86 milyon113 min ABŞ dollarına çatıb.

Azərbaycanda ipəkçilik sahəsi üzrə yeni dövlət standartı qəbul edilib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ipəkçilik sahəsi üzrə yeni AZS 998:2026 "Sənaye qrenası. Texniki şərtlər" dövlət standartı qəbul edib.
"Report" bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, yeni standart ipəkçilik sahəsi üzrə istehsal prosesində vahid texniki tələblərin müəyyən edilməsinə, yüksək keyfiyyətli və sağlam ipəkqurdunun sənaye qrenasının istehsalının təmin olunmasına, məhsulun bioloji göstəricilərinin sabit saxlanılmasına, istehlakçılara təqdim olunan məhsulun etibarlılığının artırılmasına xidmət edir.
Standart həmçinin qrenanın keyfiyyət göstəricilərinin obyektiv qiymətləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, genetik resursların qorunması və damazlıq işinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sözügedən dövlət standartı layihəsi Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun bazasında təsis edilmiş "Heyvandarlıq, quşçuluq, arıçılıq, balıqçılıq, baramaçılıq və yemçilik sahəsi"nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 24) təqdimatı əsasında qəbul olunaraq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Azərbaycan tomat ixracından gəlirini 5 %-dən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 97 min 927 ton tomat ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 119,8 milyon ABŞ dolları olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6 milyon dollar (5,2 %) çox, həcm baxımından isə 768,4 ton (0,7 %) azdır.
Hesabat dövründə tomat ixracından əldə edilmiş gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,8 %-ni təşkil edib.
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridir
Azərbaycanda sahibkarlıq subyektlərinin 99,7 %-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü ilə əlaqədar yaydığı açıqlamada bildirilir.
Məlumata görə, dünyada fəaliyyət göstərən hər 10 müəssisədən 9-u KOB-dur.
BMT Baş Assambleyasının 2017-ci ildə qəbul etdiyi qətnamə ilə təsis olunmuş Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü KOB-ların iqtisadi inkişafın sürətləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların təşviqinə və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsinin artırılmasına diqqəti yönəltmək məqsədi daşıyır.
Hazırda dünyada fəaliyyət göstərən müəssisələrin təxminən 90 %-ni KOB-lar təşkil edir. Onlar qlobal məşğulluğun 70%-dən çoxunu təmin edir və bir çox ölkələrdə yeni yaradılan iş yerlərinin əsas hissəsini formalaşdırırlar.
Rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və texnoloji yeniliklərin biznes mühitini sürətlə dəyişdiyi bir dövrdə KOB-lar çevikliyi, yeniliklərə operativ uyğunlaşma qabiliyyəti və innovasiya potensialı ilə iqtisadiyyatın ən dinamik seqmentlərindən biri kimi çıxış edir. Azərbaycanda da KOB-lar iqtisadiyyatın əsas sütunlarından biridir. Onlar əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərərək ölkənin iqtisadi fəallığının artırılmasına, məşğulluğun təmin edilməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verirlər.
Ölkə sahibkarları, xüsusilə KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. KOBİA yeni KOB-ların yaradılmasını və mövcud bizneslərin inkişafını müxtəlif dəstək mexanizmləri və alətləri vasitəsilə təşviq edir. Belə ki, 2018-2025-ci illərdə
- 5 KOB evi (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) və 1 xidmət mərkəzi (Xaçmaz rayonunun Xudat şəhəri) sahibkarlara 1,5 milyona yaxın xidmət təqdim edib;
- 56 "KOB dostu" ofisi fəaliyyət göstərir;
- 129 layihəyə 2,2 milyon manatdan çox qrant ayrılıb;
- 247 "Startap" şəhadətnaməsi verilib;
- 82 sərgi və yarmarkada 2 000-ə qədər KOB-un iştirakı dəstəklənib;
- 140-a qədər KOB-un ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib;
- 70 daxili bazar araşdırması aparılıb;
- 5200-dən çox ödənişsiz təlim keçirilib;
- 93 000 saatdan çox ödənişsiz məsləhət xidməti göstərilib;
- 2 800-ə yaxın biznes plan hazırlanıb;
• 3 kommersiya hüquqi şəxsə KOB klaster şirkətinin şəhadətnaməsi verilib;
- 700-dən çox sahəvi görüş, maarifləndirmə tədbiri və ictimai müzakirələr təşkil olunub.
"Bu dəstək mexanizmləri nəticəsində minlərlə sahibkarın biznes qurmasına və fəaliyyətini genişləndirməsinə, yeni məhsul və xidmətlərin yaranmasına və bazara çıxarılmasına, məşğulluğun artmasına töhfə verilib. KOB-ların inkişafı iqtisadiyyatının şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması, dayanıqlı iqtisadi artımın təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan KOB-ların dəstəklənməsi iqtisadi siyasətin prioritetlərindən biri olaraq qalır", - deyə agentlik bəyan edib.

Azərbaycan pambıq iplik ixracından gəlirini 2 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 23,25 milyon ABŞ dolları dəyərində 10 min 460 ton pambıq iplik ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,35 milyon ABŞ dolları (2,3 dəfə), həcm baxımından isə 6 min 378 ton (2,5 dəfə) çoxdur.
Hesabat dövründə sözügedən məhsulun qeyri-neft sektoru üzrə ixracda payı 0,4 %, ölkənin ümumi ixracında payı isə 0,1 % olub.
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Azərbaycan şəkər ixracından qazancını 4 dəfə artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 100 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 56,1 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,1 dəfə çoxdur.
5 ayda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,5 %-ni, ixrac isə ümumi ixracın 0,4 %-ni təşkil edib.
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

-
inews.az
- Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur
Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur
-
inews.az
- Nazir: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək
Nazir: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək
Nazir müavini: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
Türkiyəli nazir İbrahim Tatlısesi xəstəxanada ziyarət etdi

©
İlhamə Qasımova: "Müğənni yox idmançı olmaq arzusunda olmuşam"

©
Səhnədə nəhəng yumurtadan çıxan Aleyna Tilki bunun üçün 13 milyon ödədi

©
Məşhur aktrisa Almaniyada axtarışa verildi - Sevgilisindən 84 000 avro alıb...

©
Müğənnilər bu qidalardan uzaq durmalıdır! - Elnarə Xəlilova açıqladı

©
Vensan Kassel Napoleon Bonapartı canlandıracaq - VİDEO

Canlı yayımda yaxınının ölüm xəbərini eşitdi
Balaəli Xəyyamın mahnısını oğurlayıb? - AÇIQLAMA
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 41 % artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 385 milyon 527 min ABŞ dolları təşkil edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 % çoxdur.
Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 45 % artaraq 340 milyon 256 min dollar dollar, bu ölkədən idxalının dəyəri isə 19,1 % artaraq 45 milyon 270 min dollar olub.
Hesabat dövründə Gürcüstanla ticarət ümumi dövriyyənin 5,2 %-i qədər olub. O cümlədən, Gürcüstana ixrac ümumi ixracın 2,8 %-ni , Gürcüstandan idxal isə ümumi idxalın 0,8 %-ni təşkil edib.

Azərbaycan Hindistandan kömür idxalını bərpa edib
Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 933 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 65 % çox) 4 min 883 ton (+2,1 dəfə), Qazaxıstandan 61,2 min ABŞ dolları dəyərində 490 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyədən 27,4 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 28,1 ton (+9 dəfə) və Hindistandan 29,42 min ABŞ dolları dəyərində 35,7 ton kömür alıb.
Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Hindistandan kömür tədarükünü bərpa edib.
2025-ci ildə Azərbaycana idxal edilmiş 21 min 709 ton kömürün 93,7 %-i Rusiyanın payına düşüb.

İqtisadiyyat Nazirliyinin xidmətlərinə I rübdə 6,5 milyondan artıq müraciət olub
Bu ilin yanvar–mart aylarında İqtisadiyyat Nazirliyinin göstərdiyi xidmətlərə 6,5 milyondan artıq müraciət qeydə alınıb.
"Report" Nazirliyə istinadən xəbər verir ki, müraciətlərin 92,7 %-i elektron xidmətlərin payına düşüb.
Hazırda Nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 283 xidmət göstərilir ki, onların 175-i (61,8 %) elektronlaşdırılıb.
Elektron xidmətlərə www.economy.gov.az, www.lisenziya.gov.az, həmçinin Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, eləcə də müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür.
Sahibkarlar bu onlayn platformalar vasitəsilə zəruri iqtisadi və hüquqi informasiya əldə edə və biznes fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər.
Sahibkarlara lisenziyaların verilməsi xidməti tam elektronlaşdırılıb. Sahibkarlar müvafiq fəaliyyət növləri üzrə lisenziya almaq üçün "Lisenziyalar və icazələr" portalı vasitəsilə nazirliyə elektron formada müraciət edə bilərlər. Bununla yanaşı, lisenziya müraciətləri müvafiq "ASAN xidmət" mərkəzləri və KOB evləri vasitəsilə də təqdim oluna bilər.
Bundan əlavə, İqtisadiyyat Nazirliyinin "Elektron Xidmətlər Portalı" vahid pəncərə funksiyasını yerinə yetirərək istifadəçilərə elektron kabinet vasitəsilə qurumun strukturuna daxil olan və tabeliyindəki qurumların da xidmətlərindən yararlanmaq imkanı yaradılıb. Portalda istifadəçilərə müraciət etdikləri xidmətin icra prosesini izləmək və xidmətdən istifadə barədə rəy bildirmək imkanı təqdim olunur.
Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə tələb olunan sənədləri elektron qaydada əldə etmək üçün innovativ yeniliklərin tətbiqi, xidmət sferasının genişləndirilməsi və prosedurların optimallaşdırılması ilə istifadəçilərin məmnunluq səviyyəsinin artırılması əhəmiyyət kəsb edir. Göstərilən xidmətlərin elektronlaşdırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilir.

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 14 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 53,4 milyon manat olub.
"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.
Bu il iyunun 1-nə qədər ölkədə 113 935 ədəd NKA quraşdırılıb.
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

-
inews.az
- Dövlət Agentliyi "Azərişığ"ın regional bölmələrinin rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq edib
Dövlət Agentliyi "Azərişığ"ın regional bölmələrinin rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq edib
Rəqabət qanunvericiliyinin tələblərinin pozulmasında birbaşa iştirak etmiş "Azərişıq" ASC-nin Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal Regional (Rayon) Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) rəisləri, habelə sözügedən RETSİ-lərin enerji satışı üzrə müavinlərinə maliyyə sanksiyası tətbiq edilib.
"Report" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Dövlət Agentliyi Rəqabət Məcəlləsinin müvafiq maddələrinin tələbləri çərçivəsində "Azərişıq" ASC-yə elektrik enerjisi təchizatının sahəvi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi, istehlakçılara təqdim edilən hesabda (bildirişdə) elektrik enerjisinə görə istehlakçının mövcud qalıq borcunun göstərilməsi, istehlakçılara təqdim edilən yazılı xəbərdarlıqlarda sahəvi qanunvericiliyin tələblərinə uyğun dəyişikliklərin həyata keçirilməsi ilə bağlı icrası məcburi göstəriş verib.
"Hazırda "Azərişıq" ASC tərəfindən elektrik enerjisi təchizatında sahəvi qanunvericiliyin tələblərinə riayət olunması və abonentlərlə işin daha effektiv təşkili istiqamətində zəruri addımlar atılır", - məlumatda deyilir.
Dövlət Agentliyi qanunvericilikdə müəyyən edilmiş təbii inhisar fəaliyyət sahələri üzrə Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir. Bununla əlaqədar olaraq, Agentlik təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi, eləcə də müştərilərin mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərə yol verilməsinin qarşısının alınması istiqamətində bir sıra tədbirləri həyata keçirir.
Bu çərçivədə vətəndaş müraciətləri, o cümlədən Agentliyin sorğusuna əsasən Energetika Nazirliyinin tabeliyində Enerji Məsələləri Tənzimləmə Agentliyindən (EMTA) daxil olmuş məlumatlar əsasında elektrik enerjisi təchizatının qanunvericiliyə uyğun təşkili istiqamətində "Azərişıq" ASC barəsində araşdırma aparılıb. Araşdırmalar zamanı elektrik enerjisi təchizatının Rəqabət Məcəlləsinin və sahəvi qanunvericiliyin tələblərinə tam uyğunluğunun təmin edilməsi, habelə istehlakçıların hüquq və mənafelərinin qorunması məqsədilə müvafiq təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas götürülərək iş qaldırılıb. Rəqabət komissiyası tərəfindən baxılan işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə işə baxılması prosesinə EMTA-nın səlahiyyətli nümayəndələri cəlb edilib.
"İşə baxılma prosesində "Azərişıq" ASC tərəfindən elektrik enerjisi istehlakına görə istehlakçılarla hesablaşmaların aparılması və bildirişlərin təqdim olunmasının sahə üzrə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, eləcə də elektrik enerjisi təchizatının dayandırılmasında qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilməsinin vacibliyi müəyyən edilib", - məlumatda bildirilir.

Azərbaycan və Almaniya Biznes Şurasının yaradılmasını müzakirə edib
Azərbaycan və Almaniya arasında sənaye, "yaşıl enerji" sahələrində əməkdaşlığın genişləndirilməsi və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması məsələləri müzakirə olunub.
"Report" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu barədə müzakirələr Agentliyin icraçı direktoru Yusif Abdullayevlə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycanın investisiya mühiti, regional bağlantılar və nəqliyyat-logistika potensialı barədə məlumat verilib. Tərəflər yaşıl enerji, sənaye və texnologiya transferi üzrə Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndiriblər. Bu çərçivədə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması imkanı müzakirə olunub. Qeyd edilib ki, belə bir platforma iki ölkənin sahibkarları arasında müntəzəm dialoqun təşkili, qarşılıqlı məlumat mübadiləsi və ortaq təşəbbüslərin reallaşdırılması baxımından faydalı ola bilər.
Bununla yanaşı, investisiya imkanlarının təqdimatı və Azərbaycan-Almaniya işgüzar tərəfdaşlığının gücləndirilməsi məqsədilə Almaniya tərəfi iyunun 16-19-da Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçiriləcək Özəl Sektor Forumuna və 25-26 sentyabr tarixlərində təşkil olunması planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunub.

-
inews.az
- Vəkillər Kollegiyasının sədri: "Hüquqi xidmətlər bazarının tənzimlənməməsi ciddi problemdir"
Vəkillər Kollegiyasının sədri: "Hüquqi xidmətlər bazarının tənzimlənməməsi ciddi problemdir"
Azərbaycanda hüquqi xidmətlər bazarında tənzimləmənin olmaması ciddi problemdir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" konfransında Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
"Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, burada hüquqi xidmətlər bazarı tam liberaldır. Halbuki bu səviyyədə liberallıq əksər ölkələrdə mövcud deyil. Bir çox ölkələrdə hüquq təhsili olmayan şəxs hüquq şirkəti yarada bilməz. Hüquqşünas olaraq biz başqa peşə sahələrində eyni fəaliyyəti göstərə bilmirik, çünki həmin sahələrdə ciddi tələb və məhdudiyyətlər mövcuddur. Elə təsəvvür yaranmamalıdır ki, hüquq xüsusi bilik və peşəkarlıq tələb etməyən, hər kəsin məşğul ola biləcəyi fəaliyyət növüdür. Bu sahədə tələb olunan meyarlara cavab verməyən şəxslərin hüquqi xidmət göstərməsi düzgün yanaşma deyil.
Həkim peşəsinə münasibətdə belə yanaşma mövcuddurmu? Xeyr. Çünki orada insanların sağlamlığı və taleyi həll olunur. Hüquqşünaslar da insanların taleyinə birbaşa təsir edən qərar və proseslərdə iştirak edirlər. Buna görə də hüquq peşəsinə münasibətdə də eyni həssaslıq göstərilməlidir. Düşünürəm ki, bu sahədə müəyyən tənzimləyici mexanizmlərin tətbiqi, peşə standartlarının müəyyənləşdirilməsi barədə ciddi düşünmək lazımdır", - deyə o qeyd edib.

Anar Bağırov: "Azərbaycanda hüquqşünasların sayı azdır"
Azərbaycanda hüquqşünas azlığı problemi daim qaldırılan məsələlərdən biridir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" konfransında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, əslində, hamı deyir ki, Azərbaycanda hüquqşünas çoxdur:
"Amma müqayisələr göstərir ki, ölkədə hüquqşünasların sayı azdır. Düzdür, burada üzərində işlənməli olan başqa problemlər də var. Bunlardan biri akademik sahə ilə bağlı məsələlərdir. Ümumiyyətlə, hüquqşünas alimlərimiz və fəal hüquqşünaslarımız elmi-pedaqoji fəaliyyətə çox maraq göstərmirlər. Bu da problemdir və mən buna çox təəssüf edirəm. Çünki xarici ölkələrdə vəziyyət belə deyil. Təbii ki, burada Vəkillər Kollegiyasının da müəyyən məsuliyyəti var. Yəqin ki, biz də vəkilləri bu istiqamətdə kifayət qədər təşviq etmirik".
Onun fikrincə problem ölkədə hüquq peşəsinin əvvəlki kimi cəlbedici olmamasındadır.
"Əvvəllər insanlar, xüsusilə də oğlanlar hüquqa daha çox maraq göstərirdilər. Çünki hesab olunurdu ki, bu sahə gəlirlidir və burada qısa müddətdə maddi vəziyyəti yaxşılaşdırmaq mümkündür. Mən buna normal yanaşma kimi baxıram. İnsan yalnız altruist olmamalıdır, öz maddi durumunu və ailəsini də düşünməlidir".
A. Bağırov qeyd edib ki, hazırda oğlanlar daha çox başqa peşələrə üz tuturlar:
"Xanımların sayının artmasının səbəblərindən biri də budur. Hüquq peşəsi xanımlar üçün daha rahat görünür. Mən hesab edirəm ki, bu, qlobal problemlərdən biridir və yaxın 5-10 il ərzində hamını düşündürən məsələyə çevriləcək. Çünki elə vəzifələr var ki, bəzi hallarda xanımlar regionlarda və ya hüquq-mühafizə orqanlarında fəaliyyət göstərməyə razı olmurlar. Kişilər isə bu cür qərarları daha tez qəbul edirlər. Ailə ilə bağlı müəyyən narazılıqların yaranması da təbiidir. Düşünürəm ki, bu məsələ üzərində ciddi şəkildə düşünmək lazımdır".

Aygün Kazımova şəkil paylaşdı: Məşhurlar şərhə axın etdi -FOTO
Azərbaycan nefti ucuzlaşdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb. İctimai.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1.73 ABŞ dolları […]
The post Azərbaycan nefti ucuzlaşdı appeared first on İCTİMAİ.AZ.
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb. İctimai.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 3.57 ABŞ dolları […]
The post Azərbaycan nefti ucuzlaşıb appeared first on İCTİMAİ.AZ.
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
“Azərsun Holdinq” ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən biri olaraq, Azərbaycanın milli-mənəvi, sosial və mədəni dəyərlərinə hər zaman xüsusi diqqət göstərir. […]
The post “Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi appeared first on İCTİMAİ.AZ.
“PAŞA Bank” 2025-ci ilin illik maliyyə nəticələrini açıqlayıb
PAŞA Bank 2025-ci ilin illik maliyyə nəticələrini mətbuat konfransında açıqladı. 25 may 2026-cı il tarixində keçirilən tədbirdə spiker qismində PAŞA […]
The post “PAŞA Bank” 2025-ci ilin illik maliyyə nəticələrini açıqlayıb appeared first on İCTİMAİ.AZ.
Azərbaycan nefti bahalaşdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. İctimai.az xəbər verir ki, neftin bir barelinin qiyməti 1.82 ABŞ dolları və […]
The post Azərbaycan nefti bahalaşdı appeared first on İCTİMAİ.AZ.
Azərbaycan yenidənqurmaya 15 milyard dollar yönəldib
Münaqişənin bitməsindən sonra Azərbaycan yenidənqurma prosesinə təxminən 15 milyard ABŞ dolları həcmində vəsait yönəldib və dövlət büdcəsinin təxminən 25 faizi […]
The post Azərbaycan yenidənqurmaya 15 milyard dollar yönəldib appeared first on İCTİMAİ.AZ.
Azərbaycan nefti ucuzlaşdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb. İctimai.az xəbər verir ki, neftin bir barelinin qiyməti 4.98 ABŞ dolları və […]
The post Azərbaycan nefti ucuzlaşdı appeared first on İCTİMAİ.AZ.
Rəvanın üçüncü dəfə ailə qurduğu xanım kimdi?
Azərbaycanın məşhur müğənnisi özünə dəbdəbəli toy etdi - VİDEO
Mətanət İsgəndərli keçmiş gəlini ilə üz-üzə gəldi: Görün,nə etdi
Tacir Şahmalıoğlunun gəlini KİMDİR?- TOYDAN VİDEO
“Məni heç kim əvəz edə bilmir” – Çingiz Əhmədov
-
inews.az
- 55 yaşlı Xalq artistinin geyimi müzakirə yaratdı - <span style="color: #ff0000;">VİDEO</span>
55 yaşlı Xalq artistinin geyimi müzakirə yaratdı - <span style="color: #ff0000;">VİDEO</span>
Xalq artisti Aygün Kazımova geyim tərzi ilə gündəmə gəlib.
Məkanlarından birində səhnəyə çıxan ifaçı geyimində ağ və qara rənglərdən istifadə edib.
Müğənni qısa şort və büsqalterin üzərindən pencək geyinib. O, görüntünü uzun çəkmə və əlcəklərlə tamamlayıb.
55 yaşlı Xalq artistinin geyim seçimi sosial mediada müzakirələrə səbəb olub. /yenisabah/
-
inews.az
- "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" - <span style="color: #ff0000;">FOTO+ÖZƏL</span>
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" - <span style="color: #ff0000;">FOTO+ÖZƏL</span>
-
inews.az
- Visa şirkəti agent ticarətinin inkişafını sürətləndirərək Azərbaycanda Agentic Ready proqramını işə salır
Visa şirkəti agent ticarətinin inkişafını sürətləndirərək Azərbaycanda Agentic Ready proqramını işə salır
Azərbaycanda Visa Agentic Ready proqramında iştirak edən erkən emitent tərəfdaşı Azərbaycan Beynəlxalq Bankıdır (ABB) Rəqəmsal ödənişlər üzrə qlobal lider olan […]
The post Visa şirkəti agent ticarətinin inkişafını sürətləndirərək Azərbaycanda Agentic Ready proqramını işə salır appeared first on İCTİMAİ.AZ.
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb. İctimai.az xəbər verir ki, neftin bir barelinin qiyməti 0.86 ABŞ dolları və […]
The post Azərbaycan nefti ucuzlaşıb appeared first on İCTİMAİ.AZ.
Neftin qiyməti bahalaşdı
Yaxın Şərq münaqişəsinin həllində irəliləyişin olmaması səbəbindən qlobal bazarda neft qiymətləri artır. Oxu.Az xəbər verir bu barədə “İnterfaks” məlumat yayıb. […]
The post Neftin qiyməti bahalaşdı appeared first on İCTİMAİ.AZ.
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. İctimai.az xəbər verir ki, neftin bir barelinin qiyməti 2.93 ABŞ dolları və […]
The post Azərbaycan nefti bahalaşıb appeared first on İCTİMAİ.AZ.
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb. İctimai.az xəbər verir ki, neftin bir barelinin qiyməti 2.04 ABŞ dolları və […]
The post Azərbaycan nefti ucuzlaşıb appeared first on İCTİMAİ.AZ.
AMB dayanıqlı maliyyə hesabatı açıqlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilmiş tədbirləri əhatə edən illik Dayanıqlı maliyyə […]
The post AMB dayanıqlı maliyyə hesabatı açıqlayıb appeared first on İCTİMAİ.AZ.
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb. İctimai.az xəbər verir ki, neftin bir barelinin qiyməti 0.41 ABŞ dolları və […]
The post Azərbaycan nefti ucuzlaşıb appeared first on İCTİMAİ.AZ.
“Mərcan”nın rəhbərliyində yeni təyinat oldu
Azərbaycanda iri broyler istehsalçısı “Azerbaijan Poultry Company” MMC-nin direktoruna yeni müavin təyin edilib. Banker.az xəbər verir ki, Elçin Əkbərov maydan […]
The post “Mərcan”nın rəhbərliyində yeni təyinat oldu appeared first on İCTİMAİ.AZ.
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. İctimai.az xəbər verir ki, neftin bir barelinin qiyməti 5.45 ABŞ dolları və ya […]
The post Azərbaycan nefti bahalaşıb appeared first on İCTİMAİ.AZ.
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. İctimai.az xəbər verir ki, neftin bir barelinin qiyməti 0.5 ABŞ dolları və ya […]
The post Azərbaycan nefti bahalaşıb appeared first on İCTİMAİ.AZ.
Təranə Səmədovanın məhkəmədən görüntüləri yayıldı - VİDEO
Xalq artistinin qatıqla bağlı paylaşımı tənqid olundu -VİDEO
Üzünə yandırıcı turşu tökülən, məzarı qəfəsin içində saxlanılan məşhurun həyatı
Afrika-Azərbaycan Biznes Forumu təşkil edilə bilər
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Afrika Biznes Şurası arasında Şuranın dəstəyi ilə Afrika-Azərbaycan biznes forumunun təşkil edilməsi məsələsi müzakirə edilib.
"Report" AZPROMO-ya istinadən xəbər verir ki, bu barədə Şuranın nümayəndə heyəti ilə görüşdə aparılıb.
Görüşdə potensial əməkdaşlıq sahələri, qarşılıqlı biznes missiyalarının təşkili və investisiyaların təşviqi müzakirə edilib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, eləcə də Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti barədə məlumat verib.
Afrika Biznes Şurasının prezidenti xanım Amani Asfour təmsil etdiyi qurumun fəaliyyəti haqqında danışıb, Azərbaycan və Afrika işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Eyni zamanda, görüşdə kənd təsərrüfatı, mədənçilik, tikinti və digər sahələrdə potensial əməkdaşlıq imkanları, qarşılıqlı investisiyaların təşviqi və biznes missiyalarının təşkili perspektivləri müzakirə edilib. Bununla yanaşı, AZPROMO cari ilin iyun ayında Misirdə keçiriləcək Afrika İttifaqı İcraiyyə Şurasının 49-cu iclasına və oktyabr ayında Cənubi Afrika Respublikasında təşkil olunacaq Afrika Mədən Konfransında iştiraka dəvət olunub.

AQP: Azərbaycanda hibrid və elektrik avtomobillərinin bazar payı apreldə 9,5 %-ə yüksəlib
Bu ilin aprel ayında Azərbaycanın avtomobil bazarında qiymətlərin yüksəlməsi davam etsə də, əvvəlki aylarla müqayisədə artım sürətində yavaşlama qeydə alınıb.
Bu barədə "Report"a Azərbaycan Qiymətləndircilər Palatasından (AQP) bildirilib.
Hesabata görə, 2025-ci ilin dekabr ayı baza dövrü olaraq götürülən indeks üzrə ümumi bazar göstəricisi aprel ayında 105,8 bəndə çataraq baza dövrünə nisbətən 5,8 %, mart ayına nisbətən isə 1,3 % yüksəlib. Bu nəticə bazarda yüksəliş meylinin qorunduğunu, lakin qiymət artımının daha sabitləşmə fazasına daxil olduğunu sübut edir.
Palatanın analitik qiymətləndirmələrinə əsasən, bazardakı əsas aparıcı qüvvə bu dəfə də ikinci əl avtomobillər seqmenti olub. İstifadə edilmiş avtomobillər üzrə indeks aprel ayında 108,2 bənd səviyyəsində qeydə alınıb ki, bu da dekabr ayına nisbətən 8,2 %, mart ayına nisbətən isə 2,1 % artıma uyğundur. Yeni avtomobillər seqmentində isə yüksəliş nisbətən aşağı olub. Yeni avtomobillər indeksi baza dövrünə nisbətən 3,5 %, mart ayına nisbətən isə 0,8 % artıb.
Araşdırmanın nəticələri göstərir ki, ölkə daxilində avtomobil bazarında orta qiymət yüksəlişi də öz axarını saxlayıb. Aprel ayında orta bazar qiyməti 30 min 480 manat səviyyəsinə qalxıb. Bu rəqəm 2025-ci ilin dekabr ayı ilə müqayisədə 9,2 %, mart ayı ilə müqayisədə isə 1,9 % çoxdur. Satış aktivliyi indeksində də artım müşahidə edilib. Bu göstərici aprel ayında 110,5 bəndə çataraq baza dövrünə görə 10,5 %, aylıq müqayisədə isə 1,7 % yüksəlib. Kredit vasitəsilə həyata keçirilən satışların payı da artaraq 48 %-ə çatıb. Bu göstərici dekabr ayına nisbətən 8 faiz bəndi, mart ayına nisbətən isə 1 faiz bəndi artımı ifadə edir.
Qiymət dinamikası baxımından ən qabarıq artım SUV tipli və ekonom sinif nəqliyyat vasitələrində müşahidə olunub. SUV və krossoverlərin orta bazar dəyəri aprel ayında 39 min 100 manata yüksələrək baza dövrünə nisbətən 11,1 %, mart ayına nisbətən isə 1,8 % artıb. Ekonom sinif avtomobillərdə isə qiymətlər dekabr ayına görə 10 %, aylıq müqayisədə isə 1,4 % bahalaşıb. Orta sinif nəqliyyat vasitələrində artım 7,6 %, premium seqmentdə isə 4,1 % səviyyəsində olub. Mütəxəssislər bunu istehlakçıların həm büdcəyə uyğun, həm də ailə istifadəsi üçün funksional avtomobillərə meyl göstərməsi ilə izah edirlər.
Hesabatda bazar strukturundakı dəyişikliklər də xüsusi diqqət çəkib. İkinci əl avtomobillərin bazardakı xüsusi çəkisi aprel ayında 72 %-ə qalxıb. Yeni avtomobillərin payı isə 28 % səviyyəsinə düşüb. Bunun başlıca səbəbi olaraq alıcıların daha qənaətcil variantlara üz tutması göstərilir. Paralel olaraq hibrid və elektrik mühərrikli avtomobillərin bazar payında əhəmiyyətli artım qeydə alınıb. Bu seqmentin payı dekabr ayında 5 % olduğu halda, aprel ayında 9,5 %-ə yüksəlib. Dizel yanacaqlı avtomobillərin payı isə 19 %-dən 16 %-ə geriləyib. Bu tendensiya avtomobil bazarında texnoloji keçid prosesinin sürətləndiyinə işarə edir.
AQP-nin təhlillərinə görə, istifadə olunmuş avtomobillərdə ən böyük dəyər itkisi ilk illərdə baş verir. Xüsusilə üçüncü ildə qiymət aşağı düşməsi daha kəskin formada özünü göstərir. Sonrakı dövrlərdə isə amortizasiya daha mülayim templə davam edir. Təhlillər göstərir ki, avtomobilin istismar müddəti artdıqca hər əlavə kilometrin bazar dəyərinə təsiri azalır.
Palata belə qənaətə gəlib ki, mövcud dinamika bazarda kəskin qiymət tullanmalarından fərqli olaraq, pilləli və sabit inkişaf modelinin formalaşdığını əks etdirir. Eyni zamanda, ikinci əl avtomobillərə olan yüksək tələbin davamlılığı və hibrid-elektrik nəqliyyat vasitələrinin bazar çəkisinin sürətlə böyüməsi yaxın aylarda da avtomobil bazarında dominant tendensiyalar olaraq qalacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası mütəmadi olaraq hər ay daşınmaz əmlak, avtomobil bazarı və tikinti sahəsi üzrə indeksləri açıqlayır.

Azərbaycan ixracatçıları ilə Serbiya bazarına çıxış imkanları müzakirə ediləcək
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac potensialının araşdırılması üçün ölkənin ixracatçıları ilə görüşün keçirilməsi qərara alınıb.
"Report" xəbər verir ki, bununla bağlı müzakirələr İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Serbiyanın mədəniyyət naziri, Azərbaycan–Serbiya Hökumətlərarası Komissiyasının həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə baş tutub.
Görüş zamanı Azərbaycan məhsullarının Serbiya bazarına ixrac perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Serbiya naziri ölkəsinin investisiya potensialı, xüsusilə sağlamlıq turizmi sektorunda imkanlar barədə danışıb. Bu sahədə tərəfdaşlıq perspektivləri qeyd olunub.
Tərəflər əməkdaşlığın genişləndirilməsi məqsədilə bir-birilərini ölkələrində keçiriləcək nüfuzlu beynəlxalq tədbirlərdə iştiraka dəvət ediblər. Bu çərçivədə Serbiyada təşkil olunacaq ixtisaslaşmış "Expo 2027" ümumdünya sərgisi və bu il Azərbaycanda keçirilməsi planlaşdırılan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu xüsusi vurğulanıb.

"Pegasus"un zərəri 3 dəfəyə yaxın artıb
Bu ilin I rübündə Türkiyənin aşağı büdcəli aviaşirkəti - Pegasus" 153 milyon avro zərər edib.
"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Yanvar-mart aylarında "Pegasus"un əsas əməliyyat (satış) gəlirləri 1 il əvvələ nisbətən 3 % çox - 642 milyon avro olsa da, əsas əməliyyat xərcləri (satışının maya dəyəri) 11 % artımla 750 milyon avro təşkil edib.
3 ayda aviaşirkət 9,8 milyon sərnişin daşıyıb ki, bu da illik müqayisədə 9 % çoxdur. O cümlədən, sərnişin axını daxili reyslərdə 15 %, xarici resylərdə isə 5 % artıb. Təyyarələrin ümumi doluluq nisbəti 86,3 % olub.
Bununla belə, digər xərclərlə birlikdə isə aviaşirkətin vergiyəqədərki mənfəəti cəmi 3 milyon avro olub. Ötən ilin eyni dövründə 6,8 % olan EBITDA marjası, bu ilin I rübündə 0,5 %-ə düşüb. Son nəticədə ümumi zərər kəskin artıb. Bu məsələdə yüksək geosiyasi gərginlik fonunda yanacaq qiymətlərinin və texniki xidmət xərclərinin artması, bazar şərtlərinin çətinləşməsi xüsusi rol oynayıb.
Xatırladaq ki, "Pegasus" Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar fevralın sonundan Səudiyyə Ərəbistanındakı iki şəhərə və Oman istisna olmaqla, digər istiqamətlərə uçuşları dayandırmışdı. Mayın ilk həftəsindən başlayaraq İraq, Livan, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinə uçuşlar mərhələli şəkildə bərpa edilib.

Xalq artistinin müğənni qızı nişanlandı - Video
"Sevdiğim sensin"lə bağlı qərar
"Ərə gedəcəyim şəxs birinci itlərimi SEVMƏLİDİR"
“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
Nadirin izləyiciləri kütləvi şəkildə "qaçdı",müğənni müraciət yaydı -VİDEO
Prezident mükafatına layiq görülən əməkdar artist: “Sənətə xidmət edirəm”
Azərbaycanın məşhur müğənnisi qəfil infarkt keçirdi - Vəziyyəti pisdir
-
inews.az
- "Italdizain" şirkəti və "OMEGA" brendi Olimpiya çempionu Hidayət Heydərov ilə əməkdaşlıqlarını elan edib
"Italdizain" şirkəti və "OMEGA" brendi Olimpiya çempionu Hidayət Heydərov ilə əməkdaşlıqlarını elan edib
7 may tarixində "Royal Сollection" butikində "Italdizain" şirkətinin nümayəndələri, İsveçrə saat brendi "OMEGA"nın rəsmi nümayəndəsi və Azərbaycan Cüdo Federasiyasının (ACF) iştirakı ilə mətbuat konfransı keçirilib.
"Italdizain" şirkətinin İdarə heyətinin üzvü Hüseyn Zeynallı və ACF-nin marketinq və kommunikasiya üzrə meneceri Ülkər Abbasova, Azərbaycanın görkəmli idmançısı, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov ilə əməkdaşlığın başlanılmasını təntənəli surətlə elan ediblər. Məşhur cüdoçu Azərbaycanda "OMEGA" brendinin dostu statusunu alıb.
Mətbuat konfransı çərçivəsində Hüseyn Zeynallı əməkdaşlığın əhəmiyyətini, dəyərlərin birliyini və gələcək birgə təşəbbüslərin perspektivlərini vurğulayıb. O cümlədən Hidayət Heydərov da söz alaraq idmanı, nailiyyətləri və yüksək nəticələrə meyli birləşdirən layihənin bir hissəsi olmaqdan böyük qürur hissi duyduğunu qeyd edib.
ACF nümayəndəsi qeyd edib ki, Hidayət Heydərov Azərbaycanın ən titullu cüdoçularından biridir. O, 2024-cü ildə dünya, Avropa və Olimpiya çempionu titulunu qazanaraq möhtəşəm mövsüm keçirib. Cüdoçu həmçinin Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo Birliyi tərəfindən "İlin cüdoçusu" adına layiq görülüb.
Azərbaycanlı olimpiyaçı ilə "OMEGA" brendi arasında əməkdaşlığın qurulması təsadüfi deyil və simvolik məna kəsb edir. 175 ildən də artıq tarixə malik İsveçrə saat istehsalçısı 1932-ci ildən etibarən Olimpiya Oyunlarının, 1992-ci ildən etibarən isə Paralimpiya Oyunlarının rəsmi xronometrajçısıdır. "OMEGA" 1932-ci ildə Los-Ancelesdə keçirilən Olimpiya Oyunlarında olimpik xronometrajda 30 yüksəkdəqiqlikli, split funksiyalı xronometrajçı ilə debüt etmiş, 1952-ci ildə isə "Xidmətlərə görə" Olimpiya xaçı ilə təltif edilmişdir.
Əfsanəvi saat brendi və Azərbaycanın idman tarixində ən çox titul qazanmış cüdoçulardan biri arasındakı birlik onların ortaq prinsiplərini əks etdirir: dəqiqlik və nizam-intizam, dözümlülük və mükəmməlliyə daimi meyil. Bunlar Olimpiya xronometrajçısı ilə Olimpiya Oyunları çempionunu birləşdirən xüsusiyyətlərdir.
Çoxəsrlik Şərq dəyərləri sisteminə əsaslanan döyüş növü cüdo üçün zaman, eynilə qaçış və ya üzgüçülükdə olduğu kimi, vacib rol oynayır. Döyüşün baş tutduğu dörd dəqiqə ərzində idmançılar öz imkanlarını maksimum şəkildə nümayiş etdirməli, özünü aşmalı və rəqib üzərində qələbə çalmalıdırlar. Hər saniyəyə nəzarət və döyüşün həlledici anlarında maksimum konsentrasiya cüdo fəlsəfəsini "OMEGA" prinsiplərinə yaxınlaşdırır. Şirkət 2012-ci ildən bəri "Quantum" taymerindən istifadə edir. Bu taymer nəticələri minlərlə millisaniyəyə kimi müstəsna dəqiqliklə qeyd edə bilir.
Azərbaycanda "OMEGA" brendinin dostuna çevrilən Hidayət Heydərov özü üçün "Co-Axial Master Chronometer" manufaktura mexanizmi ilə təchiz edilmiş "OMEGA Seamaster Diver 300M" dayver modelini seçib. Antimaqnit qorumaya, istənilən şəraitdə iş dəqiqliyi zəmanətinə və 300 metrə qədər dərinlikdə suyadavamlılığa malik, diametri 42 mm olan ifadəli polad korpuslu saat idmançının xarakterini – onun gücü, möhkəmliyi, etibarlılığı və tam özünənəzarətini əks etdirir. Dəqiqlik bu fəlsəfənin ayrılmaz hissəsidir. Belə ki, "OMEGA" xronometrlərinin hamısı İsveçrə Federal Metrologiya İnstitutunun (METAS) standartları üzrə sertifikatlaşdırmadan keçir.
"Royal Collection" butikində keçirilən mətbuat konfransında "Italdizain" şirkətinin nümayəndəsi bildirib ki, bu əməkdaşlıq Azərbaycan auditoriyasına artıq yaxşı tanış olan "OMEGA"nın yerli bazardakı mövqeyini daha da gücləndirməsinə, həmçinin brendin dəqiqlik, innovasiya və yüksək saatçılıq sənətinin simvolu kimi imicini möhkəmləndirməsinə imkan yaradacaq.
"OMEGA" kolleksiyaları ilə tanış olmaq və əlavə məlumat almaq üçün aşağıdakı ünvanlarda yerləşən "Royal Сollection" butiklərinə müraciət edə bilərsiniz: Azərbaycan, Bakı, 28 May küç., 4, Niyazi küç., 5B və Əziz Əliyev küç., 3. Əlaqə nömrələri: +994 (12) 498-00-53, +994 (12) 492-76-42, +994 (10) 256 97 79. Rəsmi veb-sayt: https://italdizain.az/az/brands/omega
Azərbaycan Cüdo Federasiyası haqqında
ACF Azərbaycanda cüdonun inkişafı, populyarlaşdırılması və əlçatanlığını təmin edən rəsmi qurumdur. Federasiya bu idman növünün həm kütləvi şəkildə vüsət almasına, həm də Azərbaycanın mövqeyinin dünya cüdo arenasında aparıcı ölkələrdən biri kimi möhkəmlənməsi məqsədilə beynəlxalq səviyyəli idmançıların hazırlanmasına görə cavabdehdir. ACF-nin qarşısına qoyduğu tapşırıqlar arasında cüdonun bütün yaş qruplarından olan insanlar üçün əlçatanlığını genişləndirmək, uşaqların əqli sağlamlığına dəstək göstərmək, sağlam həyat tərzini populyarlaşdırmaq, inklüzivlik və gender bərabərliyini möhkəmləndirmək məqsədilə sosial əhəmiyyət daşıyan təşəbbüsləri həyata keçirmək də yer alır.
"Italdizain" şirkəti haqqında
"Italdizain" şirkəti 1996-cı ildə təsis edilib. Fəaliyyətinin ilk dövründə Azərbaycanda mətbəx üçün keyfiyyətli İtaliya avadanlıqlarının gətirilməsi üzrə ixtisaslaşan şirkət ötən illər ərzində fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək biznesin yeni istiqamətlərini müvəffəqiyyətlə mənimsəyib və inkişaf etdirib. Hazırda "Italdizain" dəbdəbəli zərgərlik məhsulları, saatlar, qab-qacaq, eləcə də ev və interyer üçün aksesuarların təqdim edildiyi butiklər zəncirini idarə edən şirkətdir.
"OMEGA" brendi haqqında
175 ildən də artıq tarixə malik İsveçrə saat brendi olan "OMEGA" öz innovasiyaları, yüksək dəqiqliyi və etibarlılığı ilə məşhurdur. Şirkət qabaqcıl mexaniki kalibrlər və antimaqnit texnologiyalar işləyib-hazırlayaraq okeanların dərinliyindən tutmuş kosmosa qədər ən qəliz şəraitlərdə işləməyə hesablanmış saatlar ərsəyə gətirir. Brendin fəlsəfəsi mükəmməlliyə can atmaq və hər saniyəyə diqqət göstərmək üzərində qurulub.

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 4 %-ə yaxın artıb
Bu il mayın 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,6 % artaraq 22 708 təşkil edib.
"Report"un yerli bürosu bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 3,5 % artaraq 644 olub.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 20,4 % artımla 7 334 min təşkil edib.

"Trendyol Plus" Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol"un Azərbaycandakı müştəriləri artıq "Trendyol Plus" loyallıq proqramından istifadə edə bilirlər.
"Trendyol Plus" sayəsində istifadəçilər xüsusi kampaniyalar, əlavə imtiyazlar və daha əlverişli çatdırılma şərtlərinə çıxış imkanı əldə edərək rahat alış-veriş təcrübəsi qazanırlar.
Abunəlik Azərbaycanda ilk ay cəmi 1 AZN ödəniş tələb edən xüsusi promo təklif vasitəsilə aktivləşdirilir. Növbəti aylarda isə aylıq abunə haqqı 5.49 AZN təşkil edir.
"Trendyol Plus" istifadəçiləri hər ay 10 ödənişsiz çatdırılma imkanı ilə yanaşı, yalnız proqram üzvlərinə təqdim olunan eksklüziv endirimlərdən yararlana bilirlər.
"Trendyol Plus"a qoşulma prosesi olduqca sadədir. Xidmət "Trendyol" mobil tətbiqi və ya https://www.trendyol.com/ saytı üzərindən həyata keçirilir. İstifadəçilər sadəcə "Trendyol Plus" bölməsinə daxil olaraq bir neçə toxunuşla abunəliyi aktivləşdirə bilərlər.
"Trendyol" platforması istifadəçilərə 7 milyondan çox məhsul təqdim edir və bütün kateqoriyalar üzrə geniş seçim imkanı yaradır.

"Invision Design Talks 2" Bakıda keçiriləcək: Dizaynın daxildən formalaşdırılması
Mayın 11-də "Bakı Konqres Mərkəzi" MMC-də "Invision Design Talks 2" tədbiri keçiriləcək.
Memarlıq və dizayn dünyasının aparıcı simalarını bir araya gətirən bu platforma, müasir yanaşmaların, innovativ ideyaların və gələcəyin dizayn trendlərinin müzakirəsi üçün xüsusi bir mühit yaradacaq.
"Dizaynın daxildən formalaşdırılması" konsepti ilə təşkil olunan tədbir çərçivəsində beynəlxalq və yerli mütəxəssislər çıxış edəcək:
Spikerlər:
Sinan Kafadar / Metex Mimarlık
Sefer Çağlar / Autoban Mimarlık
Yeşeren Ersan / Yes Architects
Tusi Aliyev / PBA
Prof. Dr. Osman Arayıcı / Moderator
"Invision Design Talks 2" bu il "Seranit Azərbaycan" və "Sinerji Pro"nun ortaq əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu strateji tərəfdaşlıq tədbirin miqyasını genişləndirərək, dizayn və memarlıq sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verir.
Tədbir iştirakçıları aparıcı spikerlərin çıxışları vasitəsilə dizaynın gələcəyinə dair yeni baxışlar əldə edəcək, sahədəki son trendlərlə tanış olacaq və peşəkar şəbəkələrini genişləndirmək imkanı qazanacaqlar.
Tədbirin detalları:
📍 Məkan: Bakı Konqres Mərkəzi
📅 Tarix: 11 may 2026
🕒 Proqram: 14:00 – 18:30
Tədbir haqqında:
"Invision Design Talks" memarlıq və dizayn sahəsində innovativ düşüncəni təşviq edən, bilik və təcrübə mübadiləsinə şərait yaradan beynəlxalq səviyyəli platformadır.

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manat olub.
"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % çoxdur.
Bu il mayın 1-nə qədər ölkədə 112 985 ədəd NKA quraşdırılıb.
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

AQP aprel ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) bu ilin aprel ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb.
Palatadan "Report"a bildirilib ki, bu ilin aprel ayında paytaxtın daşınmaz əmlak bazarının indeksi 101,8 səviyyəsinə yüksəlib və bu, 2025-ci ilin dekabr ayı ilə müqayisədə 1,8 % artım qeydə alınıb. Müşahidə olunan dinamika bazarın sürətli qiymət artımı mərhələsindən çıxaraq daha sabit, selektiv və fundamental göstəricilərə əsaslanan balanslı inkişaf fazasına keçdiyini təsdiqləyir.
İndeksin strukturunda ən yüksək çəkiyə malik olan yeni tikili mənzil seqmenti 38 %-lik payla bazarın əsas hərəkətverici komponenti olaraq qalır. Bu seqmentdə 102,6 indeks səviyyəsi qeydə alınaraq 2,6 % artım baş verib. Bu artım əsasən şəhərin mərkəzi və premium zonalarında, xüsusilə Nərimanov, Nəsimi, Yasamal və Ağ Şəhər ərazilərində yüksək tələb və məhdud təklif fonunda formalaşıb. Bununla yanaşı, kütləvi yaşayış layihələrində artım tempinin zəifləməsi bazarın daha rasional qiymət davranışına keçid etdiyini göstərir.
Köhnə tikili mənzil seqmenti 27 %-lik çəkisi ilə bazarda ikinci ən böyük komponent olaraq qalır. Burada 101,6 indeks səviyyəsi ilə 1,6 % artım müşahidə olunub. Bu seqmentdə qiymət dinamikası nisbətən zəif olmaqla bəzi alt bazarlarda lokal korreksiya elementləri də qeydə alınıb. Bununla belə orta və median qiymət göstəricilərinin yaxınlığı bazarın struktur baxımından hələ də stabil olduğunu təsdiq edir.
Həyət evləri seqmenti 16 %-lik çəki ilə ümumi indeksin formalaşmasında mühüm rol oynayır və burada 102,5 indeks göstəricisi ilə 2,5 % artıb. Bu seqmentdə qiymətlərin əsas formalaşdırıcı amili torpaq komponenti olaraq qalır və xüsusilə yüksək tələbatlı şəhər zonalarında torpaq dəyərinin sabit yüksək səviyyəsi ümumi artımı dəstəkləyir.
Torpaq bazarı 10 %-lik çəkiyə malik olmaqla 102,6 indeks səviyyəsinə yüksəlib və 2,6 % artıb. Bu artım əsasən development potensialı yüksək olan ərazilərə, xüsusilə Nərimanov, Xətai, Səbail və Nizami rayonlarında yerləşən sahələrə artan tələbatla izah olunur. Şəhərsalma layihələrinin aktivliyi bu seqmentdə qiymətlərin dayanıqlığını gücləndirən əsas faktor kimi çıxış edir.
Kommersiya daşınmaz əmlak bazarı 8 %-lik çəki ilə ümumi indeksə daxil olmaqla 100 səviyyəsində sabit qalaraq 0 % dəyişiklik nümayiş etdirib. Bu seqmentdə qiymət davranışları obyektlərin tipologiyasına görə ciddi fərqlilik göstərir. Premium kiçik sahəli obyektlərdə yüksək qiymət səviyyəsi qorunub saxlanıldığı halda, iri sahəli və anbar tipli obyektlərdə daha aşağı və sabit qiymət diapazonu müşahidə olunur. Bu struktur fərqlər bazarın ümumi sabitlik göstəricisini formalaşdıran əsas amillərdən biridir.
Qaraj bazarı 1 %-lik kiçik çəkiyə malik olmasına baxmayaraq ümumi indeksə təsir göstərən seqmentlərdən biridir və burada 97,6 indeks səviyyəsi ilə 2,4 % azalma qeydə alınıb. Bu azalma əsasən aşağı likvidlik, məhdud tələb və funksional istifadə strukturunun daralması ilə əlaqədardır.
Ümumilikdə, AQP indeksinin komponentləri üzrə çəkili dinamika göstərir ki, bazarın artım tempi artıq genişmiqyaslı və sinxron deyil, daha çox seçici və seqmentləşmiş xarakter daşıyır. Yeni tikili və torpaq seqmentləri bazarın əsas artım lokomotivləri olaraq qalarkən, köhnə tikili və kommersiya seqmentləri daha stabil, qaraj bazarı isə zəif eniş trendi ilə fərqlənir.
Nəticə etibarilə, aprel göstəriciləri Bakı daşınmaz əmlak bazarının artıq daha yetkin mərhələyə keçdiyini, qiymət formalaşmasının daha çox fundamental amillər və seqmentlərarası balans əsasında müəyyənləşdiyini göstərir. AQP metodologiyası isə bu struktur dəyişiklikləri yüksək dəqiqliklə əks etdirən analitik çərçivə kimi bazarın real davranış modelini təqdim edir.
Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) dövrü olaraq daşınmaz əmlak, nəqliyyat və tikinti indekslərini təsdim edilir və bu informasiyalar təfsilatlı olaraq Palataya məxsus aqp.gov.az portalında yerləşdirilir.

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 4 %-ə yaxın artıb
Bu il mayın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 % artaraq 877 368 təşkil edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 3,5 % artaraq 60 431 olub.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 3,3 % artımla 240 528 min təşkil edib.

Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
Azərbaycan İslam İnkişaf Bankı (IsDB) Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub.
"Report" xəbər verir ki, bunu İSB-nin Özəl Sektor Yol Xəritəsi (Roadshow) "Davamlı Rifah üçün Regional İnteqrasiya" tədbirində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, əməkdaşlıq həmçinin üzv ölkələr arasında potensialın inkişafını və bilik mübadiləsini dəstəkləyən IsDB-nin "Tərs Əlaqə" (Reverse Linkage) proqramını da əhatə edir. Bu çərçivədə Azərbaycan pambıqçılığın inkişafı və su ehtiyatlarının idarə edilməsi, rəqəmsal transformasiya və dövlət xidmətlərinin göstərilməsi, qadınların maliyyə inklüzivliyi, kKeyfiyyətli infrastruktur kimi istiqamətlər üzrə təşəbbüslərə cəlb olunub.
Y.Abdullayev qeyd edib ki, hHazırda müzakirə olunan sahələr arasında infrastrukturun inkişafı, su ehtiyatlarının idarə edilməsi, suvarma, nəqliyyatla bağlı infrastruktur və kommunal xidmətlər üzrə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: "Bu istiqamətlər Azərbaycanın inkişaf prioritetlərini əks etdirir və resursların dayanıqlı idarə edilməsini, regional inkişafı və dövlət infrastrukturunun təkmilləşdirilməsini dəstəkləyən layihələrdə praktiki əməkdaşlıq imkanları yaradır".

Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan və Almaniya arasında nəqliyyat və hava daşımaları üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"Leypsiq şəhərində Almaniyanın nəqliyyat naziri Patrik Şnayderlə görüş keçirdik. Görüş zamanı ölkələrimiz arasında nəqliyyat sahəsində, xüsusilə avtomobil və hava daşımalarında mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə etdik",-deyə o qeyd edib.

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
"Report" xəbər verir ki, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.
Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
Xatırladaq ki, ötən gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl göndərilib.

Azərbaycan şirkəti nizamnamə kapitalını 75 % azaldır
"AAC" MMC nizamnamə kapitalını 30 milyon manat, yaxud 75 % azaldaraq 40 milyon manatdan 10 milyon manata endirdiyini elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "AAC" 2008-ci ildə yaradılıb, ağıllı beton bloklar və əhəng istehsal edir.

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana ilk dəfə alüminium göndəriləcək
Sabah Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Məlumata görə, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.
Xatırladaq ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl Biləcəri dəmir yolu stansiyasından yola salınıb.

Azərbaycan və Türkiyə biznes əməkdaşlığının inkişafını müzakirə edib
Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Türkiyənin İsparta Ticarət və Sənaye Palatası İdarə heyətinin sədri Metin Çelik ilə görüşündə edilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə arasında biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı sənaye, kənd təsərrüfatı, turizm və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, iş adamları arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin təşviqi imkanları diqqətə çatdırılıb.
Tərəflər qeyd ediblər ki, bu cür görüşlər Azərbaycan ilə Türkiyə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı investisiyaların artmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına mühüm töhfə verir.

DGK sədri Naxçıvanda vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Naxçıvan şəhərində vətəndaşları qəbul edib.
"Report" komitəyə istinadən xəbər verir ki, qəbulda şəhərlə yanaşı, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinləri də iştirak edib.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda müraciətlər əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Azərbaycan Moldova ilə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Moldovanın Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin baş katibi Serciu Qerçü ilə keçirilən görüşdə aparılıb.
Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının emalı və məhsul ixracının genişləndirilməsi mühüm istiqamətlərindəndir. Ölkəmizdə aqrar sektora müxtəlif mexanizmlərlə dövlət dəstəyi göstərilir, həmçinin yerli məhsulların "Made in Azerbaijan" brendi ilə xarici bazarlarda təşviqi təmin edilir.
Görüşdə xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı, həmçinin, qida və kimya sənayesi sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Şakiranın Qətər konserti təxirə salındı

©
Moskva İncəsənət Teatrının yeni bədii rəhbəri Sergey Bezrukov təyin edilib

Almaniya Aİ-nin Rusiya qazına qayıdacağını proqnozlaşdırıb
Azərbaycan nefti ucuzlaşıb
“Bloomberg” agentliyi Hindistanın Rusiya neftini almağa qayıtdığını bildirib
Hollivud ulduzu Timoti Şalame 2025-ci ilin ən sevdiyi filmindən danışdı

Avrora Qrup Moskvada “Prodexpo-2026” sərgisində iştirak edib
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Bakı KOB evinin direktoru vəzifəsindən azad olundu
Azərbaycan neftinin qiyməti artıb
Heineken pivə sənayesinin böhranı səbəbindən işçi qüvvəsinin 7%-ni ixtisar edəcək
“AzerGold”un təsis edilməsindən 11 il ötür
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
-
inews.az
- Avropa Birliyi Rusiya neftini emal edən neftayırma zavodlarına sanksiyalar tətbiq etməyi təklif edib
Avropa Birliyi Rusiya neftini emal edən neftayırma zavodlarına sanksiyalar tətbiq etməyi təklif edib
Azərbaycan nefti bahalaşıb
Yıldız Tilbe Vəfa Şərifovanı MƏHKƏMƏYƏ VERİR - 100 min dollar məsələsi böyüyür
Azərbaycanın gözəlliyi ilə seçilən məşhur xanımları – Kimlərdir onlar?
Şeyx Əbdül xəstəxanaya yerləşdirildi
Fazil Mustafa Giya Paçxataşvilini yubileyi münasibətilə təbrik edib
Anasının vəfatından sonra hər yerə həyat yoldaşı ilə gedir
Ələkbərzadə işdən çıxdı – Mehriban Xanlarovadan açıqlama
Röya Ayxan açıqladı: "Mahnımız artıq hazırdır" - VİDEO
Rəqsanə ilə bağlı ŞOK İDDİA – 1 aya qədər…
"Şəbnəm, utan öl, YERƏ GİR" — Afətdən ŞOK SÖZLƏR
İzzət Bağırov iti ilə fotosessiya etdirdi - FOTOLAR
Mir Şahinə biskvit satırdım - Röya
Bu da Şəbnəm Tovuzlunun qızı - FOTOLAR
-
inews.az
- Nazpəri Dostəliyevanın doğum günüdür: Müğənninin gerçək yaşı,ailə həyatı və toy qiymətləri...
Nazpəri Dostəliyevanın doğum günüdür: Müğənninin gerçək yaşı,ailə həyatı və toy qiymətləri...
Ancelina Coli Xersonda müharibə bölgəsinə diqqət çəkildi
-
inews.az
- Verilişində sürpriz qonağı görən Afaq göz yaşlarını saxlaya bilmədi - <span style="color: #ff0000;">VİDEO</span>
Verilişində sürpriz qonağı görən Afaq göz yaşlarını saxlaya bilmədi - <span style="color: #ff0000;">VİDEO</span>
Robbi Uilyamsın konserti təxirə salındı, səbəb İsraillə əlaqələr
Tanımış müğənnidən ETİRAF - Buna görə konsert vermir

©
Zülfiyyə Xanbabayeva: "Öyrəndim sevməyə…"

©