Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlı uşaqlar və gənclər üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb. Layihənin əsas məqsədi xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinə və inkişaf etdirməsinə dəstək olmaq, onların milli kimliyini qorumaq, Azərbaycanla bağlarını möhkəmləndirmək və milli şüurlu insan kapitalının formalaşmasına töhfə verməkdir. Layihədə xaricdə yaşayan 6–18 yaş arası azərbaycanlı uşaqlar və gənclər iştirak edə bilərlər. İştirakçılar yaş qruplarına və Azərbaycan dili üzrə bilik səviyyələrinə uyğun olaraq qruplara bölünəcəklər. Yaş qrupları: […]
2026–2027-ci tədris ili üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 1 nömrəli idman liseyinin və “Vətən” idman liseyinin V sinfinə, həmçinin VI–IX siniflər üzrə vakant şagird yerlərinə, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbinin II–IX sinifləri üzrə vakant şagird yerlərinə qəbul üçün qeydiyyat prosesinə start verilir. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildiriib ki, qeydiyyat prosesi 20 avqust saat 15:00-dan 24 avqust saat 18:00-dək sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçiriləcək. Qeyd edək ki, sözügedən […]
2026–2027ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində (sy.edu.az) avtomatik sorğular yaradılıb.
Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, qəbul olunan şagirdlərin sənədləri avqustun 27si saat 12:00dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.
Sənədlərin təqdim edilməsi üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. Daha sonra imzalanmış elektron ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim edilməli, şəxsi iş götürülərək qəbul olunduğu lisey və ya gimnaziyaya təqdim edilməlidir.
Valideynlər qəbul prosesi ilə bağlı məlumatları şəxsi kabinetdə yerləşən Sorğularım bölməsindən izləyə bilərlər.
Yeni versiya həm ödənişsiz, həm də ödənişli olacaq. OpenAI bildirib ki, yeni funksiyalar bütün uyğun hesablarda dərhal görünməyə bilər və onların aktivləşdirilməsi yaxın həftələrdə davam edəcək. ChatGPT for Teens yeniyetmələr üçün xüsusi qeydiyyat prosesi ilə yanaşı, təhsil, yaradıcılıq və gündəlik istifadəyə yönəlmiş funksiyalar təqdim edir.
Bu funksiyalardan biri Study Mode – tədris rejimidir. Rejim istifadəçiyə hazır cavab vermək əvəzinə ipucları təqdim edir, məsələlərin həllini addımaddım izah edir, əlavə suallar verir və bilikləri yoxlayır . Mövzuların daha yaxşı mənimsənilməsi üçün testlərdən də istifadə etmək mümkün olacaq.
Şirkət ev tapşırıqları ilə bağlı xatırlatmalar da əlavə edib. Bu xatırlatmalar yeniyetməyə tədris rejimindən istifadə etməyi tövsiyə edə və tapşırığı mərhələli şəkildə yerinə yetirməyə kömək göstərə bilər. Yeniyetmələr və ya onların valideynləri tədris saatlarını müəyyən edə bilərlər. Bu halda seçilmiş saatlarda başlayan yeni söhbətlər avtomatik olaraq tədris rejimində açıla bilər.
Yeni funksiyaların bir qismi ChatGPTdən daha balanslı istifadəyə təşviq məqsədi daşıyır. Sistem yeniyetmələrə fasilə verməyi xatırlada və onların süni intellekt aləti ilə qarşılıqlı əlaqədə olduğunu açıq şəkildə bildirə bilər. Bəzi hallarda şəkil yükləməzdən əvvəl istifadəçiyə şəxsi və ya həssas məlumatları paylaşmadığından əmin olması barədə xəbərdarlıq da göstəriləcək.
OpenAInin məlumatına görə, valideynlər və qəyyumlar istəyə bağlı olaraq öz hesablarını valideyn nəzarəti funksiyası vasitəsilə yeniyetmənin hesabına bağlaya bilərlər. Bu funksiya müəyyən parametrləri idarə etməyə imkan verir. Məsələn, Quiet Hours funksiyası müəyyən saatlarda ChatGPTdən istifadəni məhdudlaşdıra bilər. Study Hours funksiyası isə ChatGPTyə çıxışı tam məhdudlaşdırmadan tədris rejimindən istifadəni təmin edir.
Valideynlər bu nəzarət vasitələri ilə yeniyetmələrin söhbətlərini oxuya və ya izləyə bilməyəcəklər . OpenAI yalnız müəyyən təhlükəsizlik hallarında valideynlərə bildiriş göndərəcək və belə vəziyyətlərdə yeniyetmənin təhlükəsizliyini təmin etmək üçün zəruri olan məlumatları paylaşacaq.
Sistem hesab sahibinin 18 yaşdan kiçik olduğunu hesab məlumatları, təsdiqlənmiş yaş və ya avtomatik yaş müəyyənləşdirməsi əsasında müəyyən etdikdə, yeniyetmələr üçün nəzərdə tutulmuş rejim avtomatik aktivləşdirilir.
Hesab sahibinin 18 və ya daha yuxarı yaşda olduğu müəyyən edildikdə isə hesab yeniyetmələr üçün nəzərdə tutulmuş rejimdən çıxarıla bilər. Bu halda yeniyetmələrə tətbiq olunan təhlükəsizlik tədbirləri və valideyn nəzarəti bağlantısı deaktiv edilə bilər. Bəzi qoruyucu funksiyalar isə sonradan yenidən aktivləşdirilə bilər.
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də...
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesi iyulun 20-dək davam edəcək. Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara […]
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb”. Bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib. “Ümumiyyətlə, məktəblərdə internetə çıxış məhdudlaşıb. Terrorizm kimi mövzulara çıxış bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub”, – nazir müavini qeyd edib. (Qafqazinfo)
Elm və təhsil naziri Emin Əmrullayev 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində kompüter elmləri, informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, süni intellekt, eləcə də mühəndislik istiqamətləri üzrə təhsil almış bir qrup gənclə görüşüb. Görüş zamanı nazir Dövlət Proqramının ölkənin insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayaraq məzunların xaricdə qazandıqları bilik və bacarıqları Azərbaycanın texnoloji inkişafına, innovasiya ekosisteminin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinə töhfə vermək üçün səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini ifadə edib. Müzakirələr zamanı gənclərin […]
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Göyçay rayonunun Potu, Hüngütlü, Mallı – Şıxlı, Məlikkənd, Ləkçıplaq və Ağdaş rayonunun Ərəbocağı, Nehrəxəlil, Yeniarx kəndləri, habelə Saatlı rayonunun Sarısu ərazisi, Hacıqasımlı kəndində, Sabirabad rayonunun Bulduq və Nizami kəndlərində, həmçinin Beyləqan [...]
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Göyçay rayonunun Potu, Hüngütlü, Mallı – Şıxlı, Məlikkənd, Ləkçıplaq və Ağdaş rayonunun Ərəbocağı, Nehrəxəlil, Yeniarx kəndləri, habelə Saatlı rayonunun Sarısu ərazisi, Hacıqasımlı kəndində, Sabirabad rayonunun Bulduq və Nizami kəndlərində, həmçinin Beyləqan [...]
İyunun 8-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası keçirilib. Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin ev sahibliyi ilə təşkil olunan iclasa bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek sədrlik edib. İclasda “Türk dünyası vizyonu – 2040”, “TDT Strategiyası 2022–2026”, eləcə də TDT Zirvə görüşləri və təhsil [...]
14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak üçün qeydiyyat elan edilir. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, bakalavrların ərizə qəbulu 23 may saat 23:59-dək internet vasitəsilə aparılır. İmtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə [...]
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) QS reytinq agentliyinin fənn sahələri üzrə 2026-cı il nəticələrində mühüm elmi nailiyyət əldə edib.