
Normal görünüm
-
inews.az
- "Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar aktuallığını qoruyur” - Kaluqin
Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
Türkiyənin Şanlıurfa şəhərində Azərbaycan Bulvarı istifadəyə verilib.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimində deyib.
"Bu gün şəhər xəstəxanasına və birləşdirici yollara əlavə olaraq, 2,5 kilometr uzunluğundakı Azərbaycan Bulvarı müxtəlif səviyyəli yol qovşağını da açırıq", - o bildirib.
Ərdoğanın sözlərinə görə, bu, nəqliyyatın sıxlığını azaltmağa kömək edəcək:
"Qovşağın inşasında əməyi olan nazirliyimizi və podratçı firmalarımızı təbrik edirəm".

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb
Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb.
"Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib.
Axtarış-xilasetmə əməliyyatları və yanğının fəsadlarının aradan qaldırılması başa çatıb.
Yanğın oktyabrın 1-də axşam Sergiyev Posad şəhər dairəsində zavodun istehsalat binalarından birində baş verib. Yanğın 1 000 kvadrat metr ərazini əhatə edib, 2 000 kvadrat metr ərazidə isə struktur çökməsi baş verib.
Binadan 40 nəfər təxliyə edilib.
Yanğının səbəbi və başvermə şəraiti araşdırılır.

Ukrayna Avropa Şurası İnkişaf Bankından və İtaliyadan 50 milyon avro alıb
Ukrayna Avropa Şurası İnkişaf Bankının "HOME: Dağıdılmış mənzillərə görə kompensasiya" layihəsi çərçivəsində 50 milyon avro alıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bu məbləğin 25 milyon avrosu Avropa Şurası İnkişaf Bankı tərəfindən təqdim edilib, qalanı isə İtaliya hökumətinin maliyyə dəstəyi ilə təmin olunub.
HOME layihəsinin əlavə maliyyələşdirilməsi haqqında çərçivə sazişi 2026-cı il iyunun 26-da Qdanskda Ukraynanın bərpasına dair URC-2026 konfransı zamanı imzalanıb.
Yeni maliyyələşdirmə paketinin ümumi məbləği 100 milyon avro təşkil edir ki, bunun da 50 milyon avrosunu İtaliya hökuməti Avropa Şurası İnkişaf Bankı mexanizmi vasitəsilə təmin edir.
Daha əvvəl Ukrayna HOME layihəsinin əvvəlki mərhələləri çərçivəsində 200 milyon avro cəlb etmişdi. Bu vəsaitlər hesabına Rusiya-Ukrayna münaqişəsi nəticəsində mənzillərini itirmiş vətəndaşlar üçün 6 000-dən çox mənzil sertifikatı maliyyələşdirilib.

Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
Daş uçqunları və yolun torpaq yatağının dağılması səbəbindən Dağıstanın Tlyarata rayonunun 3 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Dağıstanavtodor" dövlət müəssisəsi məlumat yayıb.
"Tlyarata rayonunda "Landa - Şidib" avtomobil yolunun 1-ci km-lik hissəsində avtonəqliyyatın hərəkəti yolun torpaq yatağının dağılması və daş uçqunları ilə əlaqədar olaraq müvəqqəti bağlanıb", - məlumatda qeyd olunur.
3 yaşayış məntəqəsi - Boçox, Xantakolob və Şidiblə nəqliyyat əlaqəsi kəsilib. Bərpa işlərinə uçqun prosesləri sabitləşdikdən sonra başlanılacaq.
Ötən gün güclü yağışlar səbəbindən çaylarda suyun səviyyəsi qalxıb.
Bundan başqa, Dağıstanın dağlıq və yüksək dağlıq rayonlarına ilk qar yağıb.

Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
Rusiyanın Sverdlovsk vilayətində yerləşən "Çeryomuxovskaya-Qlubokaya" mədənində uçqun baş verib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Dağıntıların altından 1 nəfərin meyiti çıxarılıb", - məlumatda deyilir.
Uçqunun baş verdiyi ərazidə işlər müvəqqəti olaraq dayandırılıb.
Nəzarət tədbirlərinin gedişində prokurorluq dağ-mədən işlərinin aparılması zamanı təhlükəsizlik texnikası qaydalarına, eləcə də əməyin mühafizəsi tələblərinə riayət olunmasını qiymətləndirəcək.

Türkiyədə 31 milyard lirədən çox vergi fırıldağı üzə çıxarılıb, 52 nəfər saxlanılıb
Türkiyənin 21 vilayətində qanunsuz vergi geri ödəmələri ilə bağlı əməliyyat keçirilib.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, 155 şirkətin saxta sənədlər hazırlayaraq ədalətsiz vergi geri ödəmələri aldığı müəyyən edilib.
Keçirilən əməliyyatla 52 nəfər saxlanılıb, onlardan 31-i haqqında həbs qətimkan tədbiri seçilib. Qanunsuz əldə edilən vergi ödəmələrinin ümumi həcminin 31 milyard 300 milyon 142 min 753 lirə (təxminən 1 milyard 3 milyon manat) olduğu üzə çıxarılıb.
Araşdrımaların davam etdiyi bildirilib.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib.
"Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub.

Overçuk: Ermənistandan dəmir yollarının bərpası ilə bağlı təklifimizə cavab gözləyirik
Rusiya Ermənistandan "Rusiya Dəmir Yolları"nın konsessiyasında olan, Yerasxdan Naxçıvan (Azərbaycan) sərhədinə və Gümrüdən Türkiyə sərhədinə qədər Ermənistan dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı təklifə reaksiya gözləyir.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Bu gün digər məsələlərlə yanaşı, "Rusiya Dəmir Yolları"nın konsessiyasında olan Ermənistan dəmir yollarının iki kiçik hissəsinin tikintisi və bərpası ilə bağlı məsələ də müzakirə olunub. Biz diqqətə çatdırdıq ki, bu iki hissənin bərpasını dəstəkləyirik və məhz Yerasxdan Naxçıvana və Gümrüdən Türkiyə sərhədinə qədər nəqliyyat əlaqəsini təmin etmək baxımından iştirak etməyə və burada Ermənistana kömək göstərməyə hazırıq", - o qeyd edib.
A.Overçukun sözlərinə görə, bu qərarlar hələ yanvar ayında Rusiya Prezidenti Vladimir Putin səviyyəsində qəbul edilib və Rusiya tərəfi Ermənistanın reaksiyasını gözləyir: "Amma mən düşünürəm ki, yaxın vaxtlarda bu məsələni daha da irəli aparacaq çox mühüm görüşlər keçirilməlidir".

Qazaxıstan 2029-cu ilə qədər infrastruktur layihələrinə 90 milyard dollar xərcləyəcək
2029-cu ilə qədər Qazaxıstan infrastrukturunun əsaslı şəkildə yenilənməsinə 90 milyard ABŞ dollarından çox vəsait yönəldiləcək.
"Report" "24KZ"ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov Belarusun paytaxtı Minskdə keçirilən "İNNOPROM" beynəlxalq sənaye sərgisinin plenar iclasında bildirib.
Onun sözlərinə görə, Milli İnkişaf Planında nəzərdə tutulub və energetika, mənzil-kommunal təsərrüfatı kimi bir sıra sahələri əhatə edəcək.
"Tikinti proqramının həyata keçirilməsi yeni müəssisələrin yaradılmasına və dayanıqlı istehsal zəncirlərinin formalaşmasına, eləcə də sənaye kooperasiyasının gücləndirilməsinə töhfə verəcək. Dünya iqtisadiyyatının transformasiyası fonunda ölkələrin kompetensiya, investisiya və texnologiyaları birləşdirməsi getdikcə daha böyük əhəmiyyət kəsb edir", - O.Bektenov qeyd edib.

Putin: Azərbaycan Şimal-Cənub dəhlizinin reallaşdırılmasını dəstəkləyir
Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılmasını dəstəkləyir və bu layihəni perspektivli hesab edir.
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bildirib.
"Diqqətinizə çatdırmaq istəyirəm ki, marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir. Azərbaycan bu layihənin həyata keçirilməsini dəstəkləyir və onu perspektivli hesab edir", – deyə Putin bildirib.
Rusiya Prezidenti həmçinin layihənin reallaşdırılması üçün zəruri kredit vəsaitlərinin ayrılmasına Rusiya tərəfinin hazır olduğunu açıqlayıb.
"Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə gəlincə, biz kredit resursları ayırmağa hazırıq. Bunun üçün müvafiq maliyyə vəsaitlərimiz nəzərdə tutulub", – deyə o qeyd edib.
Putinin sözlərinə görə, bu mərhələdə İran tərəfi işin öz üzərinə düşən hissəsini yerinə yetirməlidir

-
inews.az
- Türkiyənin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı həyata keçirilən tədbirlər müzakirə olunub
Türkiyənin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı həyata keçirilən tədbirlər müzakirə olunub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, iclasda PKK, Fətullahçı Terror Təşkilatı (FETÖ) və İŞİD başda olmaqla, Türkiyənin milli birliyi, bütövlüyü və təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı ölkə daxilində və xaricində həyata keçirilən tədbirlər, həmçinin son dövrdə baş verən beynəlxalq proseslər müzakirə olunub.
Bildirilib ki, "Terrorsuz Türkiyə" və "Terrorsuz region" hədəfləri istiqamətində atılan addımlar və əldə olunan irəliləyiş də qiymətləndirilib.
Müzakirələrdə Türkiyə xalqının, regionun, eləcə də qonşu ölkələrin təhlükəsizliyi, sülh və rifah naminə səylərin davam etdiriləcəyi vurğulanıb.

Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
"Birliyin Gücü-2026" hərbi təlimi çərçivəsində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə fəaliyyəti həyata keçirilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Birliyin Gücü-2026" təlimində Hərbi Hava Qüvvələrimiz ilə can Azərbaycanın Hərbi Hava Qüvvələri profil yerüstü hədəfləri ilk atışda tam dəqiqliklə məhv etdi.
Polad qanadlarımızın birgə gücü dostluğumuzun və qardaşlığımızın ən konkret göstəricisidir!", - məlumatda qeyd olunub.
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.

Mühacirani: İran ABŞ-dən dialoqun bərpası ilə bağlı təkliflər alıb
İranın xarici işlər naziri Abbas Əraqçi hökumətin iclasında Nyu-Yorka son səfərinin yekunları üzrə ABŞ-nin təkliflərini təqdim edib.
"Report" xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mühacirani sosial şəbəkələrdə bildirib.
"Hökumətin bugünkü iclasında xarici işlər nazirinin Nyu-Yorka səfəri və keçirilən silsilə görüşlər, o cümlədən Hörmüz boğazının açılması üçün İranın şərtlərinin vasitəçilər tərəfindən ABŞ-yə çatdırılması barədə hesabatı təqdim olunub. Həmçinin XİN başçısı ABŞ-dən təklif alındığını bildirib", - o yazıb.
Hökumət rəsmisinin sözlərinə görə, İran tərəfi bu məsələdə öz xalqının maraqlarına sadiq qalacaq.
"Düşmənin İranı təcrid etmək səylərinə baxmayaraq, İran nümayəndə heyəti diqqət və görüşlərin mərkəzindədir, Avropa ölkələri, Fars körfəzi ölkələri və digər dövlətlərlə çoxlu sayda görüşlər keçirilib və xarici siyasət sahəsində irəliləyiş üçün diplomatik fəallıq ardıcıl olaraq davam edir", - Mühacirani qeyd edib.

Vaxtanq Caraia: Orta Dəhliz Azərbaycan və Gürcüstan üçün strateji əhəmiyyət daşıyır
Orta Dəhliz təkcə Azərbaycan və Gürcüstan üçün deyil, Asiya və Avropanın aparıcı iqtisadi gücləri üçün də strateji əhəmiyyət daşıyır.
Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında tanınmış iqtisadçı, professor Vaxtanq Caraia deyib.
Onun sözlərinə görə, Orta Dəhlizin səmərəli fəaliyyət göstərməsi üçün marşrut boyunca müvafiq investisiyaların həyata keçirilməsi və təhlükəsizliyin təmin olunması mühüm əhəmiyyət daşıyır:
"Orta Dəhliz təkcə Gürcüstan və Azərbaycan üçün deyil, həm də Asiyanın və Avropanın güclü oyunçuları üçün strateji əhəmiyyət daşıyır. Ona görə də hamının marağındadır ki, Orta Dəhliz düzgün və adekvat şəkildə fəaliyyət göstərsin, müvafiq investisiyalar həyata keçirilsin və təhlükəsizlik təmin olunsun".
Vaxtanq Caraianın sözlərinə görə, Gürcüstan və Azərbaycan hökumətləri Orta Dəhlizin inkişafı istiqamətində sistemli iş aparır və layihənin inkişafı üçün müvafiq maliyyə və investisiya paketləri nəzərdə tutulub.
Ekspert hesab edir ki, Orta Dəhlizin potensialından daha səmərəli istifadə etmək üçün marşruta yeni biznes iştirakçılarının və investorların cəlb olunması da vacibdir:
"Gürcüstanın təhlükəsizliyi baxımından, Azərbaycanla birlikdə bu layihənin iqtisadi və sosial aspektlərdə düzgün fəaliyyət göstərməsi, daha çox oyunçunun, o cümlədən biznes iştirakçılarının cəlb olunması çox vacibdir. Onlar layihəyə daha çox yük gətirəcək, daha çox investor cəlb edəcəklər".
İqtisadçı Orta Dəhlizi region üçün tarixi əhəmiyyət daşıyan layihə kimi qiymətləndirib. Onun sözlərinə görə, layihə həm dəhliz üzərində yerləşən ölkələr, həm digər tərəfdaş dövlətlər, həm də Avropa İttifaqı və müxtəlif beynəlxalq təşkilatlar üçün əhəmiyyətlidir.
Qeyd edək ki, Orta Dəhliz Çin və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı təmin edən Transxəzər beynəlxalq nəqliyyat marşrutudur.
Gürcüstan 2032-ci ilədək nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən Orta Dəhlizin imkanlarının genişləndirilməsinə 7 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
Dünya Bankının hesabatında da Orta Dəhlizin inkişafının marşrut boyunca yerləşən 9 ölkəyə - Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistana iqtisadi fayda verə biləcəyi qeyd olunur.

Qazaxıstan və Almaniya 2 milyard dollarlıq sənəd imzalayıb
Astana və Berlin ümumi məbləği təxminən 2 milyard ABŞ dolları olan 30-dan çox kommersiya sənədi imzalayıb.
"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Berlində Almaniya Kansleri Fridrix Mertslə görüşünün yekunlarına əsasən bildirib.
"Danışıqlar çərçivəsində ümumi məbləği təxminən 2 milyard dollar olan 30-dan çox kommersiya sənədi imzalanıb. Bu müqavilələrin səmərəli şəkildə həyata keçirilməsi ilə iki ölkənin əməkdaşlığı daha da möhkəmlənəcək", - mətbuat xidməti Tokayevdən sitat gətirib.
Onun sözlərinə görə, Qazaxıstan Almaniyanı Avropadakı etibarlı strateji tərəfdaş hesab edir. O, danışıqların ikitərəfli əlaqələrin möhkəmlənməsinə yol açacağına əminliyini ifadə edib. Tokayev bildirib ki, iki ölkə arasında ticarət-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlıq ardıcıl olaraq inkişaf edir.
Tokayev həmçinin bildirib ki, sentyabrın 30-da Bavariyaya səfər etməyi və orada texnoloji forumda iştirak etməyi planlaşdırır. O bu tədbirin iki ölkənin tərəfdaşlığının daha da möhkəmlənməsinə kömək edəcəyini gözləyir.
Daha əvvəl Berlinə rəsmi səfəri zamanı Tokayev həmçinin qeyd etmişdi ki, Qazaxıstan və Almaniyanın birgə investisiya portfelinə ümumi dəyəri təxminən 54 milyard dollar olan 40 sənaye layihəsi daxildir və onlardan 21-i artıq həyata keçirilib.

Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
Qazaxıstanla Almaniya enerji təhlükəsizliyi sahəsində, o cümlədən Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Berlinə rəsmi səfərinin yekunlarına dair onun və almaniyalı həmkarı Frank-Valter Ştaynmayer tərəfindən qəbul edilən bəyannamədə bildirilib.
"Prezidentlər enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji daşıyıcılarının, o cümlədən neft və qazın Avropaya tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsi məqsədilə sıx əməkdaşlığı alqışlayırlar.
Tərəflər enerji təchizatının etibarlılığının artırılması, enerji dəhlizlərinin inkişaf etdirilməsi, sənayenin dekarbonizasiyası, bərpa olunan enerji mənbələrindən və yaşıl hidrogendən istifadənin genişləndirilməsi məqsədilə Qazaxıstan-Almaniya Enerji Dialoqu çərçivəsində və Astanadakı H2-Diplo ofisi vasitəsilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər", - sənəddə vurğulanıb.
Qeyd olunub ki, Astana və Berlin Mərkəzi Asiya ölkələri ilə Almaniyanın C5+1 formatında əməkdaşlığını da alqışlayıb və yaxın perspektivdə yeni sammit gözləyir.

Türkiyə MMN Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən "Birliyin Gücü - 2026" təlimi çərçivəsində bölmələr sızma əməliyyatı üzrə təlimdə birgə fəaliyyət imkanlarını inkişaf etdiriblər.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Birgə təlimlər vasitəsilə koordinasiya və həmrəylik gücləndirilir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.

Türkiyədə yol qəzasında 23 nəfər yaralanıb
Türkiyənin Balıkəsir vilayətində traktorun qoşqusu aşıb, 23 nəfər xəsarət alıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.
Əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

"Press TV": İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşması yalandır
İranın nüvə proqramından imtina, uranın zənginləşdirilməsini dayandırmağa razılaşması yalandır.
"Report" xəbər verir ki, bu barədə "Press TV"yə adı açıqlanmayan İran rəsmisi bildirib.
"İranın nüvə məsələsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, bu məsələ ilə bağlı heç bir müzakirə aparılmır", - mənbə deyib.
Rəsmi bildirib ki, ABŞ hökuməti Hörmüz boğazında "ilişib qalıb" və diqqəti problemdən yayındırmaq üçün nüvə məsələsini gündəmə gətirir.
Xatırladaq ki, ABŞ nüvə sahəsində konkret irəliləyiş müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş vəsaitləri blokdan çıxarmağa hazır olduğunu açıqlayıb. "Al Hadath" telekanalının məlumatına görə isə, ABŞ tərəfindən sanksiyaların yumşaldılması müqabilində İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir
ABŞ İranla nə edəcəyini bilmir.
"Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran Ordusunun Baş Qərargah rəisinin koordinasiya üzrə müavini kontr-admiral Həbibullah Səyyari deyib.
O, Hörmüz boğazındakı gərginliyə də münasibət bildirib və İran ordusunun ABŞ gəmilərini vurmağa qadir olduğunu iddia edib:
"Amerika gəmilərini vurmaq gücünə sahibik. Onlar İran raketlərinə görə Cənubi Hind bölgəsinə qaçıblar".

Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
"İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna, malına və mülkünə əl uzadırsa, qarşısında bizi, dövləti görəcək".
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Fatma Betül Sayan Kaya ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
"Heç kim bizi başqaları ilə qarışdırmasın. Heç kim bizi milyardlarla lirəlik korrupsiya hallarını müdafiə etmək üçün meydan-meydan, şəhər-şəhər gəzənlərlə müqayisə etməsin. Biz onlara bənzəmirik. Bizim qırmızı xəttimiz əziz millətimizdir. Söhbət millətimizdən gedəndə mövqeyimiz bəllidir. Biz nə haqq yeyərik, nə də vətəndaşın haqqının tapdalanmasına göz yumarıq.
Heç vaxt başqaları kimi haqq yeyənləri müdafiə etmək yoluna getmərik. Aramızdakı fərq məhz budur. Söhbət insanımızın rahatlığından, 86 milyon insanın iqtisadi təhlükəsizliyindən, rifahından və inkişafından gedirsə, bu məsələdə zərrə qədər tərəddüd göstərmərik", - deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyənin hakim AK Partiyasının keçmiş sədr müavini və keçmiş nazir Fatma Betül Sayan Kaya və həyat yoldaşı maliyyə bazarlarında (birjada) manipulyasiya və qanunsuz fond əməliyyatları etməkdə ittiham olunurlar. İddialara görə, cütlük daxili məlumatlardan istifadə edərək (insider trading) birjada 163 milyon lirəlik investisiya qarşılığında 2 milyard lirədən çox gəlir əldə edib.

Ərdoğan: Bu gün dostlarının etimad bəslədiyi Türkiyə var
Bu gün keçmişlə müqayisədə daha güclü Türkiyə dövləti var. Bu gün gələcəyinə keçmişlə müqayisədə daha böyük ümidlə baxan, ətrafına inam aşılayan, dostlarının etimad bəslədiyi Türkiyə Respublikası var.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
"Ən önəmlisi isə budur ki, bu gün daxilində min illik qardaşlıq hüququnu yenidən bərpa edən, xaricdə qonşuları ilə yenidən qucaqlaşan Türkiyə Respublikası var. Biz böyük düşünən, böyük addımlar atan, böyük hədəflər müəyyənləşdirərək həmin hədəflərə əzmlə irəliləyən bir dövlətik. Allahın izni ilə bu yolun sonuna qədər səbrlə gedəcəyik", - deyə o əlavə edib.

"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
ABŞ tərəfindən sanksiya rejiminin yumşaldılması müqabilində İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.
"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Telekanalın Pakistandakı mənbələrinin məlumatına görə, buna İran-ABŞ danışıqlarında vasitəçilik edən şəxslər kömək ediblər.
İranın rəsmi şəxsləri hələlik məlumatı şərh etməyiblər.
"Reuters" agentliyi isə bildirib ki, ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə Nyu-Yorkda danışıqların keçirilməsi gözlənilir. Belə ki, qətərli vasitəçilərin bu gün və ya sabah Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrıca, həmçinin ABŞ tərəfi ilə danışıqlar aparacağı gözlənilir.
"Axios" portalının müxbiri və İsrail televiziyasının 12-ci kanalının jurnalisti Barak Ravid isə bazar ertəsi ABŞ rəsmisinə istinadən bildirib ki, Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-nin tələblərini yerinə yetirməsi müqabilində Tehrana qarşı sanksiyaları yumşaltmağa və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılmasına hazırdır.

-
inews.az
- Qazaxıstanda hərbçilərin ölməsi ilə bağlı iş üzrə Müdafiə Nazirliyinin 5 vəzifəli şəxsi saxlanılıb - YENİLƏNİB
Qazaxıstanda hərbçilərin ölməsi ilə bağlı iş üzrə Müdafiə Nazirliyinin 5 vəzifəli şəxsi saxlanılıb - YENİLƏNİB
Qazaxıstan Müdafiə Nazirliyinin beş vəzifəli şəxsi Manqistau vilayəti sahillərində, Xəzər dənizində təlimlər zamanı hərbi qulluqçuların həlak olması ilə bağlı iş üzrə saxlanılıb.
"Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
XƏBƏR YENİLƏNİR
İstintaq Manqistau vilayətində Xəzər dənizində təlimlər zamanı Qazaxıstan hərbi qulluqçularının ölümündə əli olmaqda şübhəli bilinən vəzifəli şəxsləri müəyyən edib.
"Report" bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.
"Xidmətə səhlənkar yanaşmaqda şübhəli bilinən, eləcə də meteoroloji şəraiti nəzərə alaraq şəxsi heyətin təhlükəsizliyi üçün nəzarəti və zəruri tədbirlərin görülməsini təmin etməyən, xilasetmə işlərini lazımi səviyyədə təşkil etməyən və bununla da insanların ölümünə səbəb olan vəzifəli şəxslər müəyyən edilib", - məlumatda deyilir.
Qurumdan həmçinin vurğulanıb ki, hadisə yerinə baxış keçirilib, artıq 30-dan çox hərbçi dindirilib, sənədlər və videomateriallar götürülüb, 12 ekspertiza təyin edilib.
"İstintaq tam hüquqi qiymət verəcək və bütün şübhəlilərə qarşı prosessual tədbirlər görəcək", - Baş Prokurorluqdan bildirilib.
Xatırladaq ki, ötən gün Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı hərbçiləri axın aparıb, 12 nəfər həlak olub. Dəqiqləşdirilmiş məlumata görə, təlim-döyüş tapşırığının icrası zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən 17 hərbi qulluqçunu dənizdə axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, daha iki nəfərin axtarışı isə davam edir.
Hadisənin səbəblərini müəyyənləşdirmək üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb. Komissiyaya hərbi qulluqçuların ölüm səbəblərini hərtərəfli araşdırmaq və həlak olanların ailələrinə kömək göstərmək tapşırılıb.

Ukrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir
Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib.
Buna səbəb sərhəd keçid məntəqələrini Rusiya ordusunun hava hücumundan qorumaqdır.
Qeyd edək ki, son iki ayda Ukraynanın 4 sərhəd keçid məntəqəsi hava hücumlarına məruz qalaraq dağıdılıb.

İranda ağır avtoqəza olub, 8 nəfər ölüb
İranda Savə - Həmədan köhnə avtomagistralında "Peugeot" və "Pride" markalı iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb.
"Report" İRNA-ya istinadən xəbər verir ki, bu barədə Savə Səhiyyə İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Samanə Qasemi bildirib.
Onun sözlərinə görə, daha 2 nəfər xəsarət alıb.
Hadisənin səbəbi yol polisi tərəfindən araşdırılır.
Bildirilib ki, Savə - Həmədan (hər ikisi Güney Azərbaycandır) köhnə avtomobil magistralı Mərkəzi əyalətin ən işlək yollarından biridir. Bu magistralda baş verən yol-nəqliyyat hadisələri son illərdə vətəndaşların həlak olmasına və xəsarət almasına səbəb olub.

Krasnodarda PUA hücumu nəticəsində iki uşaq ölüb
Rusiyanın Krasnodar diyarının Yeysk rayonunda pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində iki nəfər həlak olub, iki nəfər xəsarət alıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Veniamin Kondratyev məlumat verib.
Onun sözlərinə görə, həlak olanlar uşaqlardır.
Bundan başqa, PUA qalıqları liman ərazisindəki müəssisəyə düşüb. Orada başlayan yanğın söndürülür.

"Ozon" kompleksinə PUA hücumu nəticəsində dörd nəfər yaralanıb - YENİLƏNİB-2
Rusiyanın Samara vilayətində pilotsuz uçuş aparatlarının (PUA) "Ozon" logistika kompleksinə hücumu nəticəsində dörd nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası fövqəladə hallar üzrə xidmətlərə istinadən məlumat yayıb.
"Ozon" kompleksində dörd nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti yüngül, birinin vəziyyəti isə ağırdır", - mənbə bildirib.
Rusiyanın Samara vilayətinə pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumundan sonra sənaye müəssisələrindən biri zədələnib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.
Bundan başqa, "Ozon" logistika kompleksinə də zərbə endirilib.
"Ozon"un mətbuat xidmətindən bildirilib ki, PUA hücumu nəticəsində Samara vilayətinin Çapayevsk şəhərindəki anbarda yanğın başlayıb. 500-dən çox əməkdaş təxliyə edilib, bir neçə nəfər xəsarət alıb. Anbarın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.
Avqustun 22-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) ilk dəfə olaraq Rusiyanın Samara vilayətində "OZON" şirkətinin (Rusiyanın ilk e-ticarət şirkətlərindən biri - red.) logistika obyektinə hücum edib.
"Report" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb.
Əvvəllər "Wildberries" anbarlarına da zərbələr endirilmişdi.
Məlumata görə, saat 02:47 radələrində Samara vilayətində "PUA təhlükəsi" rejimi elan edilib. Artıq 04:30-dan sonra sosial şəbəkələrdə yanğın və tüstü sütununun əks olunduğu videolar kütləvi şəkildə yayılıb, bəzi kanallar isə zərbəyə məhz Çapayevskdəki "OZON" logistika qovşağının məruz qaldığını dəqiqləşdirib. Hücumdan sonra obyektdə yanğın baş verib, lakin yerli hakimiyyət orqanları və şirkətin özü insidentlə bağlı hələlik heç bir şərh verməyib.
Avqustun ortalarında Ukrayna Müdafiə Nazirliyi həmin vaxta qədər "Wildberries"in 10 ən böyük logistika qovşağından 7-sini sıradan çıxarıldığını açıqlamışdı.

-
inews.az
- Bəqai: ABŞ-nin üçüncü ölkələri İranla ticarət əlaqələrini dayandırmağa məcbur etməsi hüquqaziddir
Bəqai: ABŞ-nin üçüncü ölkələri İranla ticarət əlaqələrini dayandırmağa məcbur etməsi hüquqaziddir
ABŞ-nin İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi tək bir ölkəyə qarşı davam edən qanunsuz "iqtisadi müharibə"dən daha artığıdır. Bu, Birləşmiş Millətlər Təşkilatının hər bir müstəqil üzv dövləti üzərində eksterritorial suverenlik iddiasıdır.
"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
XİN nümayəndəsi ABŞ-nin üçüncü ölkələri İranla ticarət və iqtisadi əlaqələri dayandırmağa məcbur etmə siyasətinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb:
"Heç bir dövlət – hər biri öz suvereninin müstəsna yurisdiksiyasına tabe olan – xarici bankları, müəssisələri və ya hava limanlarını üçüncü bir dövlətlə qanuni ticarətdən imtinaya məcbur edə bilməz. Bu cür ikincili sanksiyaların beynəlxalq hüquqda heç bir əsası yoxdur... Suveren bir dövləti öz qanuni siyasət seçimlərini dəyişdirməyə məcbur etmək üçün nəzərdə tutulmuş iqtisadi məcburiyyət açıq-aşkar beynəlxalq hüquqa zidd əməl təşkil edir".
Daha əvvəl ABŞ maliyyə naziri Skott Bessent İranla istənilən biznes əməliyyatının hökumətin ciddi təzyiqi ilə qarşılaşacağını açıqlayıb.

Ankarada mədəndə baş verən uçqunda yaralananların sayı 19-a yüksəlib - YENİLƏNİB
Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində baş verən uçqun nəticəsində yaralananların sayı 19-a yüksəlib.
"Report" xəbər verir ki, bu barədə vilayət rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində bir nəfər həlak olub. Məlumata görə, hadisəyə mədən sahəsində yerləşən tikililərdən birinin tavanın çökməsi səbəb olub. Tavanın çökməsi mədəndə uçqunun baş verməsi ilə nəticələnib.
"Hadisənin səbəbini müəyyən etmək üçün lazımi araşdırmalar həyata keçirilir", - məlumatda qeyd olunub.
Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində uçqun baş verib.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində bir işçi ölüb, 8 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

Pezeşkian: ABŞ ilə razılaşmada kapitulyasiyaya işarə edən bircə bənd belə yoxdur
İndi, İran "güc və ləyaqət mövqeyində" ikən Yaxın Şərqdəki müharibəyə son qoymaq yaxşı olar.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian ölkənin Tibb Cəmiyyəti İslam Assosiasiyasının 31-ci Baş Assambleyasındakı çıxışı zamanı bildirib.
"Müharibə gec-tez başa çatmalıdır. Nə qədər ki, biz güc və ləyaqət mövqeyindəyik, ona bu gün son qoymaq daha yaxşıdır", - o deyib.
Bununla yanaşı, o, Tehranın istənilən yeni hücuma qətiyyətlə cavab verəcəyi barədə xəbərdarlıq edib.
Pezeşkian ABŞ tərəfi ilə danışıqlar gedişində əldə olunmuş son razılaşmanı İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə bəyənilmiş "mühüm nailiyyət" kimi xarakterizə edib.
"Onlar bu razılaşmada kapitulyasiyaya işarə edəcək bircə bənd belə tapa bilməzlər; bütün öhdəliklər qarşı tərəfin üzərinə düşür... Biz heç bir şəraitdə hədə-qorxuya boyun əyməyəcəyik. Biz son nəfəsimizə qədər onlara müqavimət göstərəcək və sarsıdıcı zərbə endirəcəyik", - o deyib.

Almatı dağlarında 19 il əvvəl itkin düşmüş alpinistin qalıqları tapılıb
Belaruslu turistlər Almatı vilayətində (Qazaxıstan) təxminən 3 400 metr yüksəklikdə yerləşən ərimiş Severtsov buzlağında insan cəsədini aşkar ediblər.
"Report" xəbər verir ki, bu barədə "24KZ" məlumat yayıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəsədin tapıldığı yerə gəlib və onu çətin keçilən dağlıq ərazidən təxliyə ediblər. Onun daşınması üçün "Kazaviaspas" SC-nin helikopteri cəlb olunub.
Turistlər koordinatları xilasedicilərə ötürüb və sosial şəbəkələrdə fotolar paylaşıblar. Əşyalar arasında köhnə sovet istehsalı olan bel çantası da olub. Təxminən 20 il əvvəl itkin düşən alpinistin qızı onu fotoda tanıyıb.
44 yaşlı Nelya Mixeyeva səhər saatlarında paylaşımı görüb və xilasedicilərlə əlaqə saxlayıb. Qorunub saxlanmış sənədlər və qızındakı fotoşəkil əsasında kişinin şəxsiyyətini təsdiqləmək mümkün olub. Onun əşyaları içərisində həmçinin vəsiqə də tapılıb. O, 2007-ci ilin sonunda, 49 yaşında olarkən itkin düşmüşdü.

Kubanda müəssisəyə PUA-nın düşməsi nəticəsində yanğın baş verib
Kubanda, Temryuk rayonunun Volna qəsəbəsindəki müəssisənin ərazisinə pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası Krasnodar diyarının operativ qərargahına istinadən məlumat yayıb.
"PUA qalıqları Krasnodar diyarının bir neçə bələdiyyəsinə düşüb. Temryuk rayonunun Volna qəsəbəsində müəssisənin ərazisində yanğın baş verib və operativ şəkildə söndürülüb", - məlumatda bildirilib.
Regionun operativ qərargahının məlumatına görə, Primorsko-Axtarskda da iki evin pəncərələri zədələnib, PUA-nın qalıqlarının düşməsi nəticəsində yaralanan yoxdur. Hazırda hadisə yerlərində operativ və xüsusi xidmət orqanları işləyir.

Sobyanin: Moskva üzərində 250 PUA vurulub
19 avqust saat 20:30-dan 20 avqust saat 7:30-dək olan müddətdə Moskva regionu istiqamətində uçan 250 pilotsuz uçuş aparatının (PUA) böyük hissəsi uzaq məsafədə vurulub.
"Report" xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, Moskva regionunda 28 pilotsuz uçuş aparatı məhv edilib.
Dron qalıqlarının düşdüyü yerlərdə fövqəladə hallar üzrə xidmətlər işləyir, zərərçəkənlər barədə məlumat yoxdur. PUA hücumu fonunda gecə saatlarında Vnukovo, Domodedovo və Jukovski hava limanları reyslərin qəbulunu və yola salınmasını dayandırmışdı.

Pezeşkian: ABŞ ilə danışıqlar yolunda addım-addım irəliləyəcəyik
ABŞ ilə danışıqlar təslim olmaq demək deyil, ölkəmiz gücünün zirvəsindəykən müdriklik, şərəf və maraqları nəzərə alaraq danışıqlar yolunda addım-addım irəliləməyi hədəfləyib.
"Report"un İran mediasına istinadən məlumatına görə, bunu İran Prezidenti Məsud Pazeşkian deyib.
Dövlət başçısı ABŞ ilə müharibə və danışıqların mümkünlüyünü vurğulayıb. O, qeyd edib ki, İran ərazi bütövlüyünü müdafiə edir və müharibəni məqsəd kimi görmür: "Məqsədimiz müharibəyə son qoymaq, blokadanı qaldırmaq, bloklanmış resursları azad etmək və sonra nüvə danışıqları aparmaqdır".
Pezeşkian vurğulayıb ki, ABŞ ilə danışıqlar təslim olmaq demək deyil: "Çin kimi ölkələr iqtisadi rəqabət yolu ilə özlərini sübut edirlər. Vətəni qorumaq, xalqa xidmət etmək vacibdir".

Türkiyə Yunanıstanın bərpa olunan enerji ilə bağlı yeni reqlamentini tanımayıb
Türkiyə Yunanıstanın bərpa olunan enerji mənbələri sahəsində qəbul etdiyi reqlamenti hüquqi qüvvəyə malik saymadığını bildirərək, Afinanı Egey dənizində beynəlxalq dəniz hüququnu pozan birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb.
"Report" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Önje Keçəli avqustun 19-da qüvvəyə minən Yunanıstanın Ətraf Mühit Nazirliyinin yeni reqlamentini şərh edərkən deyib.
Sənəddə bərpa olunan enerji obyektləri, o cümlədən Egey dənizindəki adalar üçün ciddi məhdudiyyətlər nəzərdə tutulur.
"Yeni reqlamentin Türkiyə üçün hüquqi nəticələri olmayacaq. Daha əvvəl dəfələrlə vurğuladığımız kimi, bu və bu kimi təşəbbüslər Türkiyənin Egey dənizi məsələlərinə dair hüquqi mövqeyinə təsir göstərməyəcək", - Keçəli "X" sosial şəbəkəsində yazıb.
"Xatırladırıq ki, Egey və Aralıq dənizi kimi qapalı və ya yarım qapalı dənizlərdə birtərəfli hərəkətlərdən qaçmaq lazımdır, beynəlxalq dəniz hüququ sahil dövlətləri arasında əməkdaşlığı təşviq edir. Biz bir daha vurğulayırıq ki, Türkiyə Egey dənizinin iki sahil dövlətindən biri kimi həmişə Yunanıstanla əməkdaşlığa hazırdır", - Türkiyə XİN-in nümayəndəsi bildirib.
Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında - iki qonşu dövlət və NATO üzrə tərəfdaşlar - Egey dənizində ərazi sularının və hava məkanının sərhədləri ilə bağlı bir sıra mübahisəli məsələlər mövcuddur. Ankara dəfələrlə bəyan edib ki, Yunanıstanın birtərəfli təşəbbüsləri Türkiyə üçün qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir.

-
inews.az
- Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb
Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb
Ermənistanın yeni Konstitusiyasının layihəsi yekunlaşdırılacaq, ictimai və peşəkar müzakirəyə təqdim olunacaq.
"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə 2026-2031-ci illər üçün hökumət proqramının layihəsində bildirilir.
"Yeni konstitusiya təkcə hüquqi sənəd deyil, həm də Ermənistan xalqının dövlətin gələcəyi, daxili və xarici münasibətlərin fundamental prinsipləri ilə bağlı vahid siyasi razılığına çevrilməlidir. Yeni Konstitusiya qanunun aliliyinə əsaslanan dövlətin qurulmasına, demokratiyanın və ictimai etimadın dərinləşməsinə, eləcə də dövlətin uzunmüddətli davamlı inkişafına kömək etməlidir. Ermənistanın yeni Konstitusiyasının layihəsi yekunlaşdırılacaq və ictimai və peşəkar müzakirəyə təqdim ediləcək və onun referenduma təqdim edilməsi üçün addımlar atılacaq", - hökumətin saytında dərc olunmuş sənəddə deyilir.
Məsələ 20 avqust iclasının gündəliyinə daxil edilib.

Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır
Ermənistan sülhün möhkəmləndirilməsi çərçivəsində yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqram layihəsində bildirilib.
"Sülhün institutsionallaşdırılması və möhkəmləndirilməsi məqsədilə Hökumət "Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişin imzalanması və ratifikasiyası, Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin davam etdirilməsi, eləcə də Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri, işgüzar dairələri arasında təmasların və ikitərəfli ticarətin fəallaşdırılması üzrə işləri davam etdirəcək", - hökumətin gündəliyinə daxil edilmiş və saytda dərc olunmuş sənəddə qeyd olunub.

Paşinyan ordudakı intihar probleminin həlli üçün işçi qrupu yaradıb
Ermənistanın Baş naziri Nikol Paşinyan orduda intihar və nizam-intizam problemləri ilə məşğul olacaq işçi qrupu yaradıb.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, müvafiq qərar ölkə hökumətinin saytında dərc olunub.
İşçi qrupunun tərkibinə əsas güc və dövlət strukturlarının rəhbərləri və nümayəndələri daxil olub: müdafiə, səhiyyə, təhsil, elm, mədəniyyət və idman nazirləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Təhlükəsizlik Şurasının katibi, DİN rəhbərinin, MTX direktorunun və baş prokurorun sahə üzrə müavinləri, Hərbi Polisin rəisi və digər vəzifəli şəxslər. Ümumilikdə qrupa 11 nəfər daxil edilib.
Daha əvvəl Paşinyan ordudakı insidentləri və silahlı qüvvələrdəki vəziyyəti şərh edərkən bilavasitə bu sahəyə cavabdeh olan strukturlarda kadr dəyişikliklərini anons etmişdi. Bundan qısa müddət sonra ordunun mənəvi-psixoloji təminat idarəsinin rəisi Seryoja Stepanyan və Hərbi Polisin rəisi Aşot Zakaryan vəzifələrindən azad olundular.

Azərbaycanlı jurnalistlər Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər
Azərbaycanlı jurnalistlər Özbəkistanda İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər.
"Report"un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, səfər Özbəkistan üzrə mediatur çərçivəsində baş tutub.
Mərkəz Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılıb. Onun yaradılması ideyası ilk dəfə dövlət başçısı tərəfindən 2017-ci ildə BMT Baş Assambleyasında səsləndirilib. Kompleksin tikintisi səkkiz il davam edib və onun rəsmi açılışı bu il martın 17-si baş tutub. Mərkəz 10 hektar ərazini əhatə edir. İkinci mərtəbədə 8,5 min kvadrat metr sahəsi olan İslam Sivilizasiyası Muzeyi, eləcə də 550 yerlik konfrans zalı yerləşir. Üçüncü mərtəbədə 224 yerlik kitabxana, beynəlxalq elmi-tədqiqat platforması və ofis otaqları yerləşir.
Səfər zamanı jurnalistlər Mərkəzi Asiyanın qədim sivilizasiyalarının tarixini, Böyük İpək Yolunun marşrutlarını, Birinci və İkinci İntibah dövrlərini, eləcə də Əmir Teymur, Mirzə Uluqbəy, Əlişir Nəvai və regionun digər görkəmli tarixi şəxsiyyətlərinin hakimiyyət və fəaliyyət dövrlərini əks etdirən ekspozisiyalarla tanış oldular. Müstəqil bölmələr qədim Baktriya, Xarəzm, Soqd, Fərqanə və Çaça həsr edilib.
Mərkəzin interaktiv elementləri mediatur iştirakçılarının böyük marağına səbəb olub. Xüsusən də, "Şöhrət xiyabanı Zalı"nda Mərkəzi Asiyanın 100-dən çox görkəmli mütəfəkkir, alim və maarifçisinin avatarlarının "canlandığı" platforması olan rəqəmsal panellər yerləşdirilmişdir. Onlar böyük tarixi şəxsiyyətlərin kəşfləri, elmi əsərləri və ideyaları haqqında danışırlar.
Mətbuat nümayəndələri, həmçinin ən qədim əlyazma nüsxələrindən biri - 338 vərəqdən ibarət olan Osman Quranının saxlanıldığı Müqəddəs Quran zalına baxış keçirdilər. Ekspozisiyaya Mərkəzi Asiyanın müxtəlif tarixi dövrlərinə aid olan digər əlyazma Quranları da daxil edilmişdir.
Tarixi materialları, arxeoloji artefaktları, videoproyeksiyaları və interaktiv instalyasiyaları birləşdirən 260 metrlik "Sivilizasiyalar və kəşflər divarı" ekspozisiyanın ayrı bir hissəsidir. O, müasir təhsil formatında Mərkəzi Asiyanın qədim dövlətlərinin və mədəniyyətlərinin inkişafından bəhs edir.

Ərdoğan Yaponiya Baş naziri ilə ABŞ-İran müharibəsini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Ərdoğan Türkiyə olaraq İran ilə ABŞ arasında baş verən qarşıdurmanın həllinin yeganə yolunun danışıqlar olduğunu vurğulayıb. Prezident davamlı sülh və sabitliyin təmin olunması üçün diplomatik səylərin dəstəkləndiyini qeyd edib.
Liderlər, həmçinin Türkiyə-Yaponiya ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.

Gürcüstanın dəmiryol yükdaşımalarında Azərbaycanın payı 22,7 %-dir
Gürcüstan dəmir yollarında yükdaşımaların həcmi 2026-cı ilin ikinci rübündə əhəmiyyətli dərəcədə artıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, aprel-iyun aylarında dəmir yolu ilə ümumilikdə 3,9 milyon ton yük daşınıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% çoxdur.
Daşınan yüklərin 59,8%-ni tranzit, 33,5%-ni beynəlxalq, 6,7%-ni isə daxili daşımalar təşkil edib.
Məlumata əsasən, Azərbaycan Gürcüstan dəmir yolları ilə yükdaşımalarında əsas tərəfdaşlardan biri olaraq qalır. İkinci rübdə dəmir yolu ilə Gürcüstana idxal olunan yüklərin 22,7%-i Azərbaycanın payına düşüb. İdxalda Rusiya 38%-lə birinci yerdə qərarlaşıb.
Gürcüstan dəmir yolu ilə ixrac olunan yüklərin əsas alıcıları arasında da Azərbaycan yer alıb. Hesabat dövründə daşınan ümumi yükün 17,4%-i Ermənistanın, 10,1%-i Rusiyanın, 7,1%-i isə Qazaxıstanın payına düşüb.
Tranzit daşımalarında isə əsas təyinat ölkələri Türkiyə, Niderland və Çin olub. Tranzit yüklərin 8,2%-i Türkiyəyə, 8,1%-i Niderlanda, 5,5%-i Çinə, 2%-i Rumıniyaya, 1,8%-i İtaliyaya və 1,2%-i Ukraynaya yönəlib.
Yükdaşımaların strukturunda əsas pay koks və emal olunmuş neft məhsullarına – 32,7%, kimyəvi maddələr və kimyəvi məhsullara – 22,2%, qida məhsulları, içkilər və tütünə – 13,7% düşüb.
Tranzit daşımalarında da əsas yük qrupları koks və neft məhsulları, kimyəvi məhsullar, həmçinin qida məhsulları olub. Bu üç kateqoriyanın payı tranzit yüklərin 83,6%-ni təşkil edib.
Bu dövrdə Gürcüstan Dəmir Yolları 425,8 min sərnişin daşıyıb. Bu, illik müqayisədə 0,5% azdır. Bununla yanaşı, beynəlxalq sərnişin daşımalarında ciddi artım qeydə alınıb – beynəlxalq reyslərlə 17,4 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövründən təxminən 3,5 dəfə çoxdur.
Beynəlxalq sərnişinlərin istiqamətlərinə gəldikdə, onların 33,4%-i Azərbaycandan, 21,4%-i Ermənistandan gəlib. Digər tərəfdən, sərnişinlərin 33,7%-i Azərbaycan, 11,5%-i isə Ermənistan istiqamətində yola düşüb.

İran BƏƏ-nin ərazisinə raket atması ilə bağlı ittihamlarını rədd edib
Tehran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranın Silahlı Qüvvələrinin əmirliyə raket atması ilə bağlı ittihamlarını rədd edib.
"Report"un məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, Tehran BƏƏ-nin ərazisinə raket atılması ilə bağlı iddialarını qəti şəkildə rədd edir və İslam Respublikasına qarşı bu cür ittihamlardan təəssüflənir. Sözçü ittihamları mehriban qonşuluq prinsiplərinə zidd, regional dövlətlər arasında etimad yaratmaq və Fars körfəzində qeyri-sabitliyin qarşısını almaq üçün səylərə zərərverici adlandırıb.
BƏƏ-nin Müdafiə Nazirliyi daha əvvəl ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin İran ərazisindən iki ballistik raket atıldığını aşkar etdiyini bildirib. Nazirliyin məlumatına görə, raketlərdən biri ölkənin ərazi sularından kənara, digəri isə onların içinə düşüb. Nazirlik zərbənin dəniz gəmiçiliyinə yönəldiyini aydınlaşdırıb.

Əraqçi: Müvəqqəti atəşkəs müharibənin təkrarlanması deməkdir
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin münaqişəyə müvəqqəti deyil, tam və qəti şəkildə son qoyulmasını istədiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
A.Əraqçinin sözlərinə görə, son müharibə zamanı Tehran atəşkəs deyil, döyüşlərin birdəfəlik dayandırılmasını istəyib.
O, müvəqqəti atəşkəsin yalnız münaqişənin yenidən alovlanmasına gətirib çıxaran dövrü təkrarlayacağına inandıqlarını vurğulayıb.
Nazir bildirib ki, müharibənin ilk günlərində "15 maddəlik təslim sənədi" ilə çıxış edən Vaşinqton müxtəlif təzyiq vasitələrindən nəticə əldə edə bilmədikdən sonra "14 maddəlik anlaşma memorandumu"nun müzakirəsinə getməyə məcbur olub.
A.Əraqçinin sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə fikir ayrılıqlarını Pakistanın vasitəçiliyi sayəsində dialoq yolu ilə həlli üçün imkan yaradıb.

Ermənistanda spiker vəzifəsinə yeganə namizəd Ruben Rubinyandır
Ermənistan Milli Assambleyasının sədri vəzifəsinə yeganə namizəd olaraq Ruben Rubinyanın namizədliyi irəli sürülüb.
"Report"un erməni mediasına istinadən verdiyi məlumata görə, hakim "Vətəndaş müqaviləsi" partiyasının 36 yaşlı namizədi əvvəlki parlament tərkibində Milli Assambleya sədrinin müavinlərindən biri olub, həmçinin yaxın vaxtlara qədər Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlarda xüsusi nümayəndə vəzifəsini icra edib.
Qeyd edək ki, onun namizədliyi bu gün səhər Knyaz Həsənovun sədrliyi ilə başlayan Ermənistan Milli Assambleyasının 9-cu çağırışının ilk iclasında təqdim olunub.
İclas zamanı Ermənistan parlamentinin üç fraksiyası öz rəhbərlərini və katiblərini seçib. "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Arusyak Manavazyan, katibi isə Volodya Akopyan seçilib. "Güclü Ermənistan" fraksiyasına Narek Karapetyan rəhbərlik edəcək, Tiqran Abramyan isə katib vəzifəsini tutacaq. "Ermənistan" fraksiyasının rəhbəri Anna Qriqoryan, katibi isə Artur Xaçatryan seçilib.
Ermənistan Milli Assambleyasının 9-cu çağırışında "Vətəndaş müqaviləsi" fraksiyasının 64 deputatı, "Güclü Ermənistan" fraksiyasının 29 deputatı, "Ermənistan" fraksiyasının isə 12 deputatı var.

Bursada iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb
Türkiyənin Bursa şəhərində iki avtomobilin toqquşub, 7 nəfər xəsarət alıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, qəza "11 Eylül" bulvarında qeydə alınıb.
Xəsarət alanlardan biri kişi, digərləri qadındır.
Məlumat əsasında qəza yerinə polis və 112 Təcili Tibbi Yardım briqadaları cəlb edilib.
Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.

Türkiyədə kişi çayda boğulan oğlunu xilas etmək istəyəndə axına düşüb
Türkiyənin Siirt vilayətində çaya düşən 12 yaşlı oğlunu xilas etmək üçün suya atılan kişini axın aparıb və itkin düşüb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, axşam saatlarında Siirt-Eruh avtomobil yolunun Botan körpüsü ərazisində uşaq müvazinətini itirərək Botan çayına yıxılıb.
"Atası oğlunu xilas etmək üçün suya atılıb, ancaq axına düşüb", - məlumatda bildirilib və əlavə edilib ki, bölgəyə 112 Təcili Tibbi Yardım, Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD), Milli Tibbi Xilasetmə Xidmətinin (UMKE) əməkdaşları, jandarm və Siirt Bələdiyyəsinin Yanğınsöndürmə Xidmətinin dalğıc qrupları göndərilib.
Qruplar tərəfindən sudan çıxarılan uşağın öldüyü müəyyən edilib: "Uşağın cansız bədəni prokurorluq araşdırmasından sonra Siirt Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb".
Suda itkin düşən kişinin axtarış-xilaetmə işləri hava qaraldığı üçün sabah səhər davam etdiriləcək.

Əraqçi: ABŞ və İsrailin hücumlarına qətiyyətli cavab veriləcək
İran ordusu ABŞ və İsrailin hücumlarına qətiyyətli cavab verəcək.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səudla telefon danışığında deyib.
"İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini müdafiə etməyə tam hazırıq", - Əraqçi bildirib və əlavə edib ki, ABŞ ilə İsrail tərəfindən hər hansı hücum, düşmənçilik hərəkətləri, eləcə də region ölkələrinin bunda iştirakı adekvat cavabla qarşılanacaq.
Əraqçi bütün baş verə biləcəklərə görə məsuliyyətin ABŞ və İsrailin üzərinə düşdüyünü bəyan edib.

Türkiyənin F-16 qırıcıları Estoniyadakı bazaya yerləşdirilib
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi (Enhanced Air Policing - eAP) missiyası çərçivəsində Blok-72 növbəsini rəsmən təhvil alıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, HHQ Komandanlığına tabe olan 181-ci Reaktiv Eskadrilya Komandanlığının Estoniyanın Amari Hərbi Hava Bazasına yerdəyişməsi başa çatdırılıb.
Komandanlıq 30-31 iyul tarixlərində ərazini tanıma uçuşları həyata keçirib. Blok-72 növbəsi Türkiyənin F-16 qırıcı təyyarələri vasitəsilə həyata keçiriləcək: "5 ədəd qırıcı təyyarə və 76 nəfər hərbçi noyabrın 30-na qədər Estoniyanın Amari Hərbi Hava Bazasında fəaliyyətdə olacaq".

Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib
İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan və Pakistan Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Asim Munirlə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, söhbət zamanı son regional hadisələr, eləcə də regionda gərginliyin və qeyri-sabitliyin artma riski müzakirə edilib.
Əraqçi Amerika ordusu tərəfindən atıla biləcək addımlar barədə xəbərdarlıq edib və İranın milli suverenliyi, ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə etməyə, eləcə də istənilən təxribata qətiyyətlə cavab verməyə tam hazır olduğunu vurğulayıb.
H. Fidan bu telefon danışığı barədə "X" hesabında yazıb ki, Türkiyə bölgədəki münaqişələrin sona çatması və davamlı sülhün bərqərar olması üçün səy göstərməyə davam edəcək.

İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
İran İslam Respublikası dəfələrlə vurğuladığı kimi, region ölkələri ilə heç bir ədavət aparmır və Fars körfəzinin cənub sahilindəki bütün dövlətlərlə qarşılıqlı hörmət, mehriban qonşuluq prinsipləri əsasında dostluq əlaqələrinin tərəfdarıdır.
"Report" xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
"İran İsrailin şərikliyi və bəzi region ölkələrinin iştirakı, o cümlədən öz ərazilərini və imkanlarını təqdim etməsi ilə həyata keçirilən ABŞ hücumlarını qınayaraq, ölkənin milli hüquq və təhlükəsizliyini qorumaq əzmini bir daha vurğulayır", - bəyanatda deyilir.
İran XİN BMT Baş Assambleyasının qətnaməsinə (3314 nömrəli qətnamə) istinad edərək qeyd edib ki, ABŞ-nin bazalarına Tehranın endirdiyi zərbələr heç bir halda həmin ölkələrə hücum kimi qələmə verilə bilməz:
"İran Müctəba Xameneinin rəhbərliyi altında ABŞ-İsrail koalisiyasının hücumu qarşısında milli ləyaqət və müstəqilliyin müdafiəsini davam etdirəcək".
Qeyd olunub ki, Hörmüz boğazında gəmilərə zərbə endirilməsi İrana hücum bəhanəsidir. "Müharibənin sona çatmasına dair (İslamabad -red.) Anlaşma Memorandumunun 5-ci bəndinin müddəalarını bilərək və Hörmüz boğazının cənubundakı məcburi marşrutun icazəsiz, təhlükəli olmasından xəbərdar olaraq bu üç gəmini o marşrutdan keçirməyə çalışıblar", - bəyanatda vurğulanıb.
Daha əvvəl İran XİN-in sözçüsü İsmayıl Bəqai də oxşar bəyanatla çıxış edib.

İranda Netanyahu və Trampın həbsi ilə bağlı qanun qəbul oluna bilər
İran parlamentində İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın həbs, yaxud cərimə olunmasını nəzərdə tutan qanun layihəsi qəbul oluna bilər.
"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu parlamentin deputatı Mehdi Kiçikzadə deyib.
"Parlamentdə hazırlanan "Beynəlxalq cinayətlər haqqında" yeni qanun layihəsində cinayətkarlar üçün ölüm hökmü də daxil olmaqla, İslam cinayət hüququnun müddəaları nəzərə alınmır", - o bildirib və əlavə edib ki, qanun layihəsi daha da sərtləşdirilməlidir.
"Əks halda bu qanun layihəsi İsrail və ABŞ tərəfindən törədilmiş cinayətlərin araşdırılmasında bizə kömək etməyəcək", - o qabardıb.
M. Kiçikçzadənin sözlərinə görə, hazırkı qanun layihəsində Netanyahu və Tramp üçün nəzərdə tutulan ən ağır cəza həbs və cərimələrdən ibarətdir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın sabiq ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Məsud Pezeşkian və Donald Tramp tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin, iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq ölkəyə "kütləvi güclü zərbələr" endirildiyini bəyan edib.

Gürcüstanda Azərbaycan Əlifbası və Dili Günü qeyd olunub
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə GAİM-in həftəsonu məktəbinin və rəsm dərnəyinin şagirdləri iştirak ediblər.
Bildirilib ki, tədbirdə Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.
Şagirdlər ana dilinə həsr olunmuş şeirlər səsləndirib, Azərbaycan dilinə sevgilərini ifadə ediblər. Rəsm dərnəyinin üzvləri isə bu günə həsr etdikləri rəsm əsərlərini nümayiş etdiriblər.
Qeyd olunub ki, bu cür təşəbbüslər uşaqlarda ana dilinə, milli-mənəvi dəyərlərə və Azərbaycan əlifbasına hörmət hissinin formalaşmasına, onların milli kimlik ruhunda yetişməsinə mühüm töhfə verir.

Türkiyədə mikroavtobus aşıb, 14 nəfər xəsarət alıb
Türkiyənin Konya vilayətində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində 14 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Məlumata görə, mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Hadisə yerinə təcili tibbi yardım, polis və jandarm əməkdaşları cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.

Numan Kurtulmuş: Bundan sonra Türkiyədəki terrorçular silahı yerə qoyacaq
Gələn həftə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək "Milli Həmrəylik və İctimai Bütövləşmə haqqında" qanun layihəsinin qəbulundan sonra ölkədə silahlı qarşıdurma dövrü başa çata bilər.
"Report" xəbər verir ki, bu barədə TBMM sədri Numan Kurtulmuş bildirib.
"Artıq bu torpaqlarda silahlar əbədi olaraq susacaq. Terror təşkilatlarının tamamilə ləğv edilməsi və bütün silahlı ünsürlərinin silahı yerə qoyması ilə qüvvəyə minəcək bu qanun sayəsində Türkiyədə yeni dövrün qapılarını açırıq. Artıq bu ölkədə heç kim terror, qarşıdurma və ayrı-seçkilikdən danışmayacaq", - TBMM sədri bildirib.
Kurtulmuş əlavə edib ki, "Terrorsuz Türkiyə" hədəfinə nail olunması "terrorsuz bölgə" məqsədinin də reallaşmasına imkan verəcək və regionda insanların dinc yaşamasına töhfə verəcək.

Bəqai: İslam ölkələri arasında mehriban qonşuluğun tərəfdarıyıq
İran siyasi fikir ayrılıqlarından asılı olmayaraq, İslam ölkələri arasında mehriban qonşuluq və qardaşlıq münasibətləri prinsipini dəfələrlə təsdiq edib.
"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.
"Müsəlmanların düşmənlərini qəbul etmək və onların İslam ölkəsinə qarşı hərbi əməliyyatlarına dəstək vermək mehriban qonşuluq, İslam qardaşlığına uyğundurmu?", - Bəqai bildirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın sabiq ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Məsud Pezeşkian və Donald Tramp tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin, iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq ölkəyə "kütləvi güclü zərbələr" endirildiyini bəyan edib.

Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib, 11 nəfər saxlanılıb
Türkiyənin Bursa, Kocaeli, Mersin və Osmaniye vilayətlərində polisin keçirdiyi əməliyyat zamanı cinayətkar qruplaşmanın 11 üzvü saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Bursa Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları araşdırma zamanı şübhəlilərin bir evə iki dəfə silahlı hücum təşkil etdikləri müəyyən olunub. Həmçinin onların xaricdə həbsdə olan qruplaşma liderinin göstərişi ilə hərəkət etdiyi vurğulanıb.
Məhkəmənin qərarı ilə saxlanılanlardan 7-si həbs edilib, 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

İranlı general: Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq
Gələcək müharibələr informasiya, kosmik texnologiya və müdafiə iqtisadiyyatı sahəsindəki üstünlüyə əsaslanacaq.
"Report" IRIB-yə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri Sərdar İbn ər-Rza müdafiə sənayesi alimləri ilə görüş zamanı deyib.
"Müdafiə sənayesi minimum xərclə maksimum döyüş gücü istehsal etməyi və döyüş meydanının ehtiyaclarını real vaxt rejimində ödəməyi bacarmalıdır", - iranlı general bildirib.
Onun sözlərinə görə, müdafiə texnologiyalarının ölkənin müxtəlif sektorlarına ötürülməsi milli inkişafın tələblərindən biridir:
"Müdafiə sənayesində istehsal olunan hər bir texnologiya çəkindirici qabiliyyətin artırılması ilə yanaşı, sənaye, nəqliyyat, energetika, rabitə və ölkənin digər strateji sahələrində tərəqqi mühərriki olmalıdır. Bu qarşılıqlı əlaqə İranın müdafiə sənayesinin mühüm üstünlüklərindən biridir".

Abaşidze: ADDL Orta Dəhlizə mühüm töhfə verəcək
Anakliya Dərin Dəniz Limanının (ADDL) tikintisi yeni mərhələyə keçib: Orta Dəhliz üçün mühüm addım
ADDL-in tikintisi çərçivəsində ilk dibçəkmə gəmisi limanın dəniz akvatoriyasına daxil olub və layihənin yeni mərhələsinə start verilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Dəniz Nəqliyyatı Agentliyinin direktoru İvane Abaşidze bildirib.
Onun sözlərinə görə, qanunvericiliklə nəzərdə tutulan prosedurlar başa çatdıqdan sonra "Tristao Da Cunha" adlı dibçəkmə gəmisi dalğaqıran kanalının tikintisi üçün dəniz dibinin dərinləşdirilməsi işlərinə başlayacaq.
İ. Abaşidze qeyd edib ki, hazırda limanda ilk dibçəkmə gəmisi əsasən dalğaqıran ərazisində işlər aparacaq. Bir neçə həftə ərzində isə ona limanın giriş kanalı və daxili akvatoriyasının dərinləşdirilməsi işlərini həyata keçirəcək ikinci üzən qurğu qoşulacaq.
Agentlik rəhbərinin sözlərinə görə, son illərdə Gürcüstan limanlarında yük dövriyyəsi əhəmiyyətli dərəcədə artıb və mövcud limanların imkanlarından demək olar ki, tam istifadə olunur.
O bildirib ki, ADDL-in istismara verilməsi Mərkəzi Asiya, Asiyanın digər bölgələri və Avropanı birləşdirən Orta Dəhliz boyunca yük daşımalarının artmasına mühüm töhfə verəcək.
Məlumata görə, layihə çərçivəsində dəniz dibi 17,5 metrədək dərinləşdiriləcək, növbəti mərhələdə isə uzunluğu 1 380 metr olan dalğaqıran inşa ediləcək. İşlərin əvvəlcədən təsdiq olunmuş qrafikə uyğun davam etdirildiyi bildirilib.

Hörmüz boğazında LNG daşıyan gəmi hücuma məruz qalıb
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi hücuma məruz qalıb.
"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, LNG daşıyan gəmiyə Hörmüz boğazının cənub marşrutunda zərbə endirilib.
"Bermuda bayrağı altında qeydiyyatdan keçmiş "Gazlug Shangal" adlı bu tankerin yükü Qətər LNG-si olub. Gəmi bu qanunsuz marşrutla keçərkən mövqetəyinetmə sistemlərini söndürüb", - məlumatda bildirilib.
Tankerin Hörmüz boğazının cənub hissəsində, Oman sularında hücuma məruz qaldığı vurğulanıb.
Qeyd edək ki, Hörmüz boğazının cənub marşrutu rəsmi olaraq gəmi hərəkəti üçün açıq qalsa da, hərbi təhdidlər və mina təhlükəsi səbəbindən yüksək risk daşıyır. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cənub istiqamətindəki suların minalandığını, həmin marşrutdan istifadənin təhlükəli olduğunu bildirib.

Lixaçyov: Ukrayna ordusu Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırıb
Avqustun 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Qara dənizdə FESCO şirkətinə ("Rosatom"a daxildir) məxsus "Yanina" konteyner gəmisi batıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçyov məlumat verib.
İnsident Novorossiyskdən 130 dəniz mili məsafədə baş verib.
Gəmidə olan 17 ekipaj üzvünün hamısı xilas edilib.

-
inews.az
- Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib
Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyada bir sıra mühüm hərbi hədəfləri vurub.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Çernomorskoye ərazisində pilotsuz dəniz katerləri bazası vurulub. Baza qarşı tərəfin Qara dənizdə döyüş və xüsusi tapşırıqları yerinə yetirmək üçün istifadə etdiyi pilotsuz dəniz katerlərinin saxlanması, hazırlanması və texniki xidmət göstərilməsinə xidmət edir", – məlumatda qeyd edilib.
Bundan başqa, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərini Krımla birləşdirən Çonqar ərazisindəki "Sivaş" dəmiryol körpüsünə və Vladislavovka ərazisindəki dəmiryol körpüsünə də zərbə endirilib. Bu körpülər hərbi logistikanın mühüm elementləri olub.
Həmçinin Sevastopolda Rusiya Qara Dəniz Donanmasının radioelektron kəşfiyyat bölməsi də vurulub.
"Bundan əlavə, Pervomayskoye (Krım) ərazisindəki təmir-bərpa bazası, Xerson vilayətinin Podovoye ərazisindəki maddi-texniki vasitələr anbarı və Zaporojye vilayətinin Tokmak ərazisində pilotsuz uçuş aparatları anbarı vurulub", – məlumatda bildirilir.

Maka Boçorişvili: Orta Dəhliz Gürcüstanın strateji mövqeyini daha da möhkəmləndirir
Gürcüstanın xarici siyasəti beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə və ölkənin strateji rolunun gücləndirilməsinə yönəlib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili "Daily Chronicle" verilişində bildirib.
Nazirin sözlərinə görə, Mərkəzi Asiya və digər Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi hər hansı bir tərəfdaşın seçilməsi anlamına gəlmir.
"Bu, heç bir şəkildə seçim etmək və yalnız bir tərəfdaşa üstünlük verməklə bağlı deyil. Bugünkü dünyada, xüsusilə də mövcud geosiyasi şəraitdə yalnız bir tərəfdaşa diqqət yetirmək Gürcüstan üçün böyük səhv olardı. Gürcüstanın strateji məqsədləri Konstitusiyada əksini tapıb və bu məqsədlər, əksinə, maraqlarımızın olduğu bütün istiqamətlərdə tərəfdaşlığın inkişaf etdirilməsini tələb edir", – Boçorişvili deyib.
O bildirib ki, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara əsaslanır və ticarət-iqtisadi əlaqələrin, eləcə də regional bağlantıların inkişafı üçün mühüm imkanlar yaradır.
Nazirin sözlərinə görə, hazırkı geosiyasi şəraitdə bir çox Asiya ölkəsi Gürcüstanın strateji əhəmiyyətini daha aydın görür.
"Xüsusi diqqəti iqtisadiyyatı sürətlə inkişaf edən və bugünkü geosiyasi kontekstdə Gürcüstanın əhəmiyyətini dərk edən ölkələrə yönəltmək vacibdir", – o vurğulayıb.
Maka Boçorişvili qeyd edib ki, Gürcüstanın coğrafi mövqeyi və Orta Dəhlizin artan əhəmiyyəti ölkəyə beynəlxalq iqtisadi əməkdaşlığı genişləndirmək və regional nəqliyyat-logistika mərkəzi kimi rolunu möhkəmləndirmək üçün əlavə imkanlar yaradır.
"Xəritəyə baxmaq kifayətdir ki, Gürcüstanın müxtəlif regionlar üçün nə qədər mühüm rol oynadığı aydın olsun. Ətrafımızdakı mürəkkəb geosiyasi vəziyyətdə Orta Dəhlizin inkişafı və tərəfdaşlarımız arasında əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir", – xarici işlər naziri bildirib.
Boçorişvilinin sözlərinə görə, Gürcüstanın xarici siyasətinin əsas istiqamətlərindən biri ölkənin siyasi və iqtisadi maraqlarının həyata keçirilməsi üçün böyük potensiala malik regionlarla əməkdaşlığın genişləndirilməsidir ki, bu da uzunmüddətli perspektivdə ölkənin beynəlxalq mövqeyinin, iqtisadi inkişafının və regional rolunun daha da möhkəmlənməsinə xidmət edir.

Ufada vurulmuş PUA-nın qalıqları sənaye zonasına düşüb
Ufadakı sənaye zonası ərazisində vurulmuş pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində tüstülənmə olub.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radiy Xabirov bildirib.
"Ufaya növbəti PUA hücumunu dəf etdik. Sənaye zonası ərazisində vurulmuş pilotsuz uçuş aparatının qalıqlarının düşməsi səbəbindən tüstülənmə qeydə alınıb. Ölən və xəsarət alan yoxdur", - o qeyd edib.
Fövqəladə xidmətlər hücumun nəticələrini aradan qaldırır.

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb
2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğla vilayətinin Marmaris rayonunda saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, saxlanılan şəxs on ildir, Qırmızı Bülletenlə axtarışda olan FETÖ üzvüdür.

-
inews.az
- Milibend Əraqçi ilə telefon danışığında Britaniyanın İranla müharibədə tərəf olmadığını bildirib
Milibend Əraqçi ilə telefon danışığında Britaniyanın İranla müharibədə tərəf olmadığını bildirib
Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend iranlı həmkarı Abbas Əraqçiyə iyulun 31-də baş tutan telefon danışığında Birləşmiş Krallığın hazırkı müharibədə tərəf olmadığını bildirib.
"Report" bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
Agentlik XİN rəhbərlərinin telefon danışığının detallarını yayımlayıb. Məlumata görə, Əraqçi Milibendə Böyük Britaniya hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qrup kimi tanımaq qərarını qınadığını bildirib.
Britaniyanın XİN başçısı isə ölkəsinin yeni hökumətinin İrana və regiondakı müharibəyə yanaşmasını Əraqçiyə izah edib. "Biz İranla müharibənin bir hissəsi deyilik və məsələlərin həlli üçün diplomatiyaya inanırıq", - "Tasnim" Milibendin sözlərini sitat gətirib.
Məlumata görə, Milibend bölgədə gərginliyin azaldılması üçün İranla diplomatik qarşılıqlı fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
İran öz infrastrukturuna potensial ABŞ-İsrail hücumlarına qarşı hərtərəfli cavab planı hazırlayıb.
"Report" xəbər verir ki, bunu "Tasnim" agentliyiniə yüksəkvəzifəli İran nümayəndəsi bildirib.
O, ABŞ mediasının mümkün zərbələr barədə xəbərlərini "dəlilik" adlandırıb və xəbərdarlıq edib ki, Tehran cavab tədbirlərinə tam hazırdır.
Rəsmi qeyd edib ki, İranın cavabı regiondakı ABŞ enerji infrastrukturunu əhatə edir.
Daha əvvəl məlumatlı mənbələrə istinadən "CBS News" telekanalı bildirmişdi ki, Birləşmiş Ştatlar və İsrail İranın enerji infrastrukturu obyektlərinə son vaxtların ən genişmiqyaslı bombardmanlarından birini planlaşdırır.

Hakan Fidan səudiyyəli həmkarı ilə regiondakı son vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub, davam edən toqquşmaların dayandırılması istiqamətində aparılan səylər ətrafında fikir mübadiləsi aparılıb.

Tatarıstanda neft-kimya zavodunda yanğın baş verib
Tatarıstanda ("SİBUR" neft-qaz-kimya holdinqinə daxil olan) "Nijnekamskneftexim" ASC-nin ərazisində yanğın baş verib,
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb.
"İşə çevik reaksiya xidmətləri cəlb olunub. İnsanların həyatı və sağlamlığı üçün təhlükə yoxdur", - məlumatda deyilir.
Bakı vaxtı ilə saat 23:16-ya olan vəziyyətə görə yanğın ocağı lokallaşdırılıb.
"Akkreditə olunmuş laboratoriyaların mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinin monitorinqi aparılır, onun nəticələri müəssisənin saytında və rəsmi sosial şəbəkələrdə yayımlanacaq", - şirkətdən dəqiqləşdirilib.
Yanğının səbəbləri araşdırılır.

-
inews.az
- Türkiyə və Azərbaycan arasında bərpa olunan enerji mənbələri ilə bağlı layihələr müzakirə edilib
Türkiyə və Azərbaycan arasında bərpa olunan enerji mənbələri ilə bağlı layihələr müzakirə edilib
Azərbaycan və Türkiyə arasında enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi və bərpa olunan enerji mənbələrinin daha geniş coğrafiyaya çatdırılmasına xidmət edəcək alternativ regional interkonnektor layihələri müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşünə dair "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, görüşdə artan elektrik enerjisi tələbatı və dəyişən regional dinamika fonunda Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında həyata keçirilən yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsi çərçivəsində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunub.
A. Bayraktar vurğulayıb ki, bu tip layihələr vasitəsilə Xəzər hövzəsi və Qafqazın bərpa olunan enerji potensialının Türkiyə üzərindən Avropaya çatdırılması, eyni zamanda, Türkiyənin regional elektrik ticarəti və enerji təchizatı təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevrilməsi hədəflənir.

-
inews.az
- XİN başçısı: Aİ-nin Gürcüstanı siyasi dialoq formatlarından kənarda saxlaması böyük səhvdir
XİN başçısı: Aİ-nin Gürcüstanı siyasi dialoq formatlarından kənarda saxlaması böyük səhvdir
Avropa İttifaqının (Aİ) Gürcüstanı siyasi dialoq formatlarından kənarda saxlaması yanlış yanaşmadır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili "Dghis Kronika" verilişində deyib.
Nazirin sözlərinə görə, Aİ bir tərəfdən dialoqun vacibliyindən danışır, digər tərəfdən isə Gürcüstanı siyasi dialoq mexanizmlərindən kənarda saxlayır.
"Avropa İttifaqının Gürcüstanı siyasi dialoq formatlarından kənarda qoyması çox böyük səhvdir. Bu, məhz əlaqədən danışıldığı bir vaxtda baş verir", - Boçorişvili bildirib.
O qeyd edib ki, belə yanaşma nə Gürcüstana, nə də Avropa İttifaqına fayda verir.
"Bu, sadəcə səhvdir. Biz yalnız vaxt itiririk. Gürcüstan heç bir şəkildə cəzalandırılmır və bu halda cəzalandırıla da bilməz. Bizim öz biznesimiz, əlverişli coğrafi mövqeyimiz və inkişaf potensialımız var. Məqsədimiz bu potensialdan ölkəmizin maraqları naminə maksimum istifadə etməkdir və bunu davam etdirəcəyik", – nazir vurğulayıb.
Boçorişvili əlavə edib ki, Gürcüstanla siyasi dialoq Aİ üçün də ən azı Gürcüstan qədər əhəmiyyətlidir.
Onun sözlərinə görə, Aİ regionda siyasi və iqtisadi baxımdan özünə ən yaxın tərəfdaş olan Gürcüstanla intensiv siyasi dialoqun bərpasında maraqlı olmalıdır.
Nazir xatırladıb ki, Gürcüstanla Aİ arasında imzalanmış Assosiasiya Sazişi siyasi dialoq üçün müxtəlif mexanizmləri nəzərdə tutur:
"Dialoq üçün resurs həmişə mövcuddur, əsas məsələ siyasi iradənin olmasıdır. Assosiasiya Sazişi siyasi dialoq üçün çoxsaylı formatlar müəyyən edir və onların fəaliyyəti məhz Avropa İttifaqının qərarı ilə dayandırılıb. Bu formatların yenidən bərpası Aİ-nin siyasi qərarından asılıdır".

Maka Boçorişvili: ABŞ-Gürcüstan münasibətlərində müsbət bərpa əlamətləri müşahidə olunur
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ-nin Gürcüstandakı səfirinin səlahiyyətlərini icra edən Emi V. Diazla görüşündə ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə nazir "Daily Chronicle" verilişində danışıb.
Nazirin sözlərinə görə, son aylarda iki ölkə arasında münasibətlərdə müsbət dəyişikliklər müşahidə olunur.
"Son aylarda münasibətlərimizdə müsbət bərpa əlamətləri müşahidə olunur. ABŞ ilə münasibətlərimizdən nə gözlədiyimiz barədə mövqeyimizi dəfələrlə ifadə etmişik. Arzumuz bu münasibətlərin qarşılıqlı hörmətə, sağlam və əsaslı strateji tərəfdaşlığa söykənməsidir. Bu istiqamətdə Amerika tərəfi ilə işi davam etdirəcəyik", – M.Boçorişvili vurğulayıb.
O əlavə edib ki, Vaşinqtonun son addımları Gürcüstan tərəfinə öz mövqeyini ABŞ-yə çatdırmaq üçün əlavə imkan yaradıb.
Nazir bildirib ki, ABŞ-nin yeni administrasiyasının Gürcüstana ədalətl\ə yanaşacağına inanır: "Biz ABŞ ilə siyasi dialoqu davam etdirməyə tam hazırıq və ABŞ-dan da eyni şeyi gözləyirik".
Onun sözlərinə görə, hər iki tərəf strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələdən başlamalı olduğu qənaətindədir:
"Demək olar ki, hər iki tərəf strateji tərəfdaşlıq haqqında danışmağa yeni səhifədən başlamalı olduğumuz fikrini bölüşür. Lakin biz hesab edirik və bunu ABŞ tərəfi ilə də bölüşürük ki, strateji tərəfdaşlığımız konkret məzmunla doldurulmalıdır. Bu məzmunun necə formalaşacağı isə şübhəsiz ki, diplomatik fəaliyyətin və Amerika tərəfi ilə siyasi dialoqun mövzusu olacaq".

Ermənistanda Tsarukyana məxsus konyak zavodu dövlətin nəzarətinə verilib
Qanunsuz əmlakın müsadirə edilməsi proseduru çərçivəsində Ermənistan Antikorrupsiya Məhkəməsinin qərarı ilə İrəvanın "Ararat konyak-şərab-araq kombinatı" ASC-nin səhmləri dövlətin idarəçiliyinə verilib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 9-da Baş Prokurorluq qanunsuz əmlakın müsadirə edilməsi tələbi ilə Qaqik Tsarukyana və onun ortaqlarına qarşı Antikorrupsiya Məhkəməsində iddia qaldırmışdı. İddiada kombinatın Tsarukyana məxsus olan səhmlərinin qanunsuz mənşəli əmlak kimi Ermənistan Respublikasının xeyrinə müsadirə edilməsi tələb olunurdu.
Məhkəmənin 30 iyul 2026-cı il tarixli qərarı ilə qaldırılmış vəsatət təmin edilib: "Ararat" İrəvan konyak-şərab-araq kombinatının səhmlərinin idarə edilməsi və saxlanılması İqtisadiyyat Nazirliyinin timsalında Ermənistan Respublikasına ötürülüb.
Daha əvvəl Tsarukyana məxsus "Araratsement" zavodu və "Multi Wellness Center" idman kompleksi də dövlətin idarəçiliyinə verilmişdi.

-
inews.az
- Bloqer Hüseyn Həsənov pul vəsaitlərinin leqallaşdırılması işi üzrə 6 il müddətinə həbs oluna bilər
Bloqer Hüseyn Həsənov pul vəsaitlərinin leqallaşdırılması işi üzrə 6 il müddətinə həbs oluna bilər
Prokuror pul vəsaitlərinin leqallaşdırılması ilə bağlı qiyabi iş üzrə bloqer Hüseyn Həsənovun 6 il azadlıqdan məhrum edilməsini istəyir.
"Report" xəbər verir ki, bu barədə "REN TV"yə H.Həsənovun vəkili Mixail Yusupov məlumat verib.
İttiham tərəfinin versiyasına görə, Həsənov 170 milyon rubldan (2,1 milyon dollar) çox məbləğdə vergidən yayınıb, bundan sonra daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə bağlayaraq pul vəsaitlərinin bir hissəsini leqallaşdırıb.
Bloqer bu iş üzrə özünü təqsirli bilmir. Daha əvvəl o, sosial şəbəkələrdə vergi borcunu ödədiyini və məhkəmədə maraqlarını vəkillər komandasının təmsil etdiyini bildirmişdi.
2025-ci ilin yazında Həsənov qiyabi həbs olunaraq axtarışa verilib. İstintaqın məlumatına görə, o, həmin ilin fevralında Rusiya ərazisini tərk edib. KİV-in məlumatına görə, bloger Azərbaycanda və ya BƏƏ-də ola bilər.

Türkiyədə yanğınlara 28 təyyarə, 119 helikopter və 14 PUA cəlb olunub
Türkiyədə son günlər meşə sahələri də daxil olmaqla ayrı-ayrı yerlərdə ümumilikdə 206 yanğın hadisəsi qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial media hesabında məlumat yayıb.
Qeyd olunub ki, bu yanğın hadisələrinin 202-si nəzarət altına alınıb.
Hazırda davam edən yanğın hadisələri Balıkesir-Gömeç, Antalya-Alanya, Mersin-Gülnar-Aydıncık və Aydın-Çine ərazilərini əhatə edir. Yanğınların 133-ü meşədən kənar ərazilərdə baş verib.
Ölkə üzrə yanğınla mübarizə çərçivəsində 28 təyyarə, 119 helikopter və 14 pilotsuz uçuş aparatı (PUA), 1 953 yanğınsöndürmə avtomobili, 2 766 ilkin müdaxilə maşını və 878 xüsusi texnika fəaliyyət göstərir.

SEPAH: Hörmüz boğazından keçməyə cəhd edən iki tanker zərbələrə məruz qalıb
Hörmüz boğazından keçməyə cəhd edən iki tanker İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri tərəfindən zərbələrə məruz qalıb.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın məlumatında deyilir.
"ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təsirinə düşərək İran tərəfinin razılığı olmadan Hörmüz boğazından keçə biləcəklərini hesab edən iki tanker zərbələrə məruz qalıb və onların hərəkəti dayandırılıb, digər dörd tanker isə dərhal istiqamətini dəyişib", - məlumatda bildirilib.

Rusiya Dnepropetrovska zərbələr endirib, iki nəfər ölüb, üç nəfər yaralanıb
Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonuna endirdiyi zərbələr nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
XƏBRƏ YENİLƏNİR

Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar
Qırğızıstan və Azərbaycan ikitərəfli münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyur.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.
"Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Ortaq dəyərlərimiz hər iki xalqın zəngin mədəni irsində öz əksini tapır. Böyük Nizami Gəncəvinin müdrikcəsinə dediyi kimi, qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir. Xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm ki, Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar", – deyə Sadır Japarov bildirib.
Xəbər yenilənir...

-
inews.az
- Qırğızıstan Prezidenti: Azərbaycan regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır
Qırğızıstan Prezidenti: Azərbaycan regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır
Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
"Qırğızıstanda sizi qardaş Azərbaycanın lideri və qırğız xalqının əziz dostu kimi böyük hörmətlə qarşılayırlar. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün ölkə təsirli nəticələr nümayiş etdirir, genişmiqyaslı islahatları ardıcıl şəkildə həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", – deyə Japarov bildirib.
Qırğızıstan Prezidenti qeyd edib ki, Azərbaycanın müasir nailiyyətləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub:
"Bu quruculuq yolu davam etdirilir. Siz ölkənin bundan sonrakı inkişafını təmin edir, onun regional və beynəlxalq proseslərdə rolunun daha da möhkəmlənməsinə nail olursunuz".

HƏMAS-ın tərksilah edilməsi Türkiyə, Misir və Qətərin vasitəçiliyi ilə əldə edilib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, radikal HƏMAS hərəkatının tamamilə tərksilah edilməsi barədə razılıq Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə edilib.
"Report" xəbər verir ki, ABŞ Prezidenti bu barədə "Truth Social" hesabında paylaşım edib.
"Vasitəçilərə - Misir, Qətər və Türkiyəyə - mühüm səylərinə görə, xüsusən də yorulmaz işi ilə bu tarixi irəliləyişi mümkün edən görkəmli komandama minnətdarlığımı bildirmək istəyirəm", - deyə o əlavə edib.
Onun sözlərinə görə, Sülh Şurası HƏMAS və Qəzza zolağındakı bütün digər silahlı qrupların tamamilə tərksilah edilməsi barədə razılığa gəlib. Tramp vurğulayıb ki, 7 oktyabr 2023-cü ildə Qəzzadan gələn təhlükənin yenidən ortaya çıxmasına icazə verilməməlidir.
"Axios" portalı isə xəbər yayıb ki, razılaşmaya əsasən, HƏMAS və İsrail təxminən yeddi-səkkiz ay ərzində qarşılıqlılıq prinsipi əsasında bir sıra mürəkkəb addımlar atmalıdırlar və bu addımlar müstəqil tərəf tərəfindən təsdiqlənəcək.
Portalın məlumatına görə, İsrail tərəfi HƏMAS-ın razılaşmaya əməl edəcəyinə "son dərəcə şübhə ilə" yanaşır. Belə ki, HƏMAS tərəfindən istifadə olunan tunellərin və silah istehsalı üçün istifadə edilən obyektlərin məhv edilməsi nəzərdə tutulur. ABŞ rəsmiləri arasındakı mənbənin sözlərinə görə, icraatın yaxın həftələr ərzində başlanacağı gözlənilir.

Fox: Türkiyə F-35-ləri əldə etmək üçün tələb olunan şərtləri yerinə yetirməyib
ABŞ Dövlət Departamenti iyulun 22-də Konqresə Türkiyənin hələlik ona F-35 qırıcılarının satışına icazə verilməsi üçün tələb olunan şərtlərə cavab vermədiyi barədə məktub göndərib.
"Report" xəbər verir ki, bu barədə sərəncamında sənəd olan "Fox News" telekanalı məlumat yayıb.
Məktubda qeyd olunub ki, ABŞ qanunvericiliyi Türkiyəyə F-35 təyyarələrinin verilməsini Ankara Rusiyanın S-400 zenit-raket komplekslərinə və onlarla əlaqəli avadanlıqlara malik olduğu müddətdə, həmçinin gələcəkdə bu sistemləri almamaq öhdəliyi götürməyənədək və Konqres tərəfindən müəyyən edilmiş "digər sertifikatlaşdırma tələblərini" yerinə yetirməyənədək qadağan edir.
ABŞ Dövlət Departamentinin Kapitoliyə göndərdiyi sənəddə deyilir: "Türkiyə hazırda bu şərtlərə uyğun gəlmir".
Türkiyə 2017-ci ildə Rusiyadan dörd divizion S-400 zenit-raket sistemi aldıqdan sonra F-35 proqramından çıxarılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7–8-də Ankarada keçirilən NATO sammitinin yekunlarına əsasən bildirib ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcılarının tədarükünə müsbət yanaşır. Tramp özü də Türkiyəyə qırıcıların satışını təsdiqləməyə meyilli olduğunu açıqlayıb. Bununla yanaşı, o vurğulayıb ki, yekun qərar hələ qəbul edilməyib və mümkün addımların qiymətləndirilməsi aparılır.

-
inews.az
- Reşetnikov: Rusiya Ermənistandan 30 milyard rubldan çox kompensasiya tələb etmək hüququna malikdir
Reşetnikov: Rusiya Ermənistandan 30 milyard rubldan çox kompensasiya tələb etmək hüququna malikdir
Rusiya Ermənistan Cənubi Qafqaz Dəmir Yolu (CQDY) ilə bağlı öhdəlikləri birtərəfli qaydada yenidən nəzərdən keçirəcəyi təqdirdə, kompensasiya tələb etmək hüququna malik olacaq.
"Report"un "İnterfaks – Rusiya"ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.
O vurğulayıb ki, CQDY (Cənubi Qafqaz Dəmir Yolu) "Rusiya şirkətinin pulsuz əldə etdiyi aktiv deyil", əksinə, 30 milyard rubldan çox investisiya yatırılmış bir müəssisədir. Bununla əlaqədar nazir Ermənistanın öz dəmir yollarının icarəsinə görə ödəniş tətbiq edə biləcəyi ilə bağlı açıqlamalarının əsassız olduğunu bildirib.
"CQDY Rusiya şirkətinin pulsuz aktivi deyil. Bu, artıq 30 milyard rubldan çox investisiya yatırdığımız, yeni hərəkət heyəti aldığımız və müqavilə öhdəlikləri əsasında infrastrukturu inkişaf etdirdiyimiz bir müəssisədir. Əgər bu öhdəliklər birtərəfli qaydada yenidən nəzərdən keçirilərsə və investorumuza zərər dəyərsə, biz həmin zərərin kompensasiyasını tələb etmək üçün əsaslara malik olacağıq. Belə bir vəziyyətdə Rusiyanın Ermənistana əlavə ödəniş etməli olması məsələsinin qaldırılması əsassızdır", – deyə Reşetnikov vurğulayıb.

İran Ermənistanla energetika sahəsində əməkdaşlığı genişləndirir
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İranın xarici işlər nazirinin müavini Həmid Qənbərini qəbul edib.
"Report"un "Armenpress"ə istinadən verdiyi məlumata görə, görüş zamanı energetika, nəqliyyat və yol tikintisi sahələrində Ermənistan-İran əməkdaşlığı məsələləri müzakirə olunub.
Qeyd olunub ki, tərəflər həmçinin Ermənistan–İran arasında 400 kV gərginlikli üçüncü elektrik ötürmə xəttinin tikintisinin gedişatına toxunublar və bu layihənin strateji əhəmiyyətini vurğulayıblar.
Xudatyan qeyd edib ki, onun Tehrana son səfəri zamanı geniş spektrli məsələlərin müzakirəsi və əldə olunan razılaşmalar yaxın gələcəkdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcək:
"İran şirkətlərinin Ermənistandakı tikinti layihələrində iştirak səviyyəsi heç vaxt bu qədər yüksək olmayıb. Bu, çox müsbət haldır".

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb
İran ordusu Bəhreyndə yerləşən ABŞ-ın Şeyx-İsa hərbi bazasının kritik infrastruktur obyektlərinə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə İran ordusnun mətbuat xidmətinin açıqlamasında deyilir.
"Əməliyyatın iyirmi altıncı mərhələsi çərçivəsində İran ordusunun zərbəçi pilotsuz uçuş aparatları Bəhreyndəki Şeyx-İsa bazasında ABŞ ordusuna məxsus elektrik generatorlarına, naviqasiya sisteminə, eləcə də inzibati və arxa təminat binalarına zərbələr endirib", - deyə məlumatda qeyd olunub.
ABŞ-İran münaqişəsinin növbəti gərginləşmə mərhələsi iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə olaraq İran ərazisinə bir neçə silsilə zərbə endirib. Buna səbəb kimi guya Hörmüz boğazında ticarət gəmisinə hücum göstərilib.
Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin dayandırıldığını elan edib. Cavab tədbirləri çərçivəsində Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazilərində yerləşən ABŞ obyektlərinə hücumlara başlayıb.
İyulun 29-da Tramp bildirib ki, ABŞ İrana qarşı zərbələri davam etdirmək niyyətindədir.

-
inews.az
- "Rusiya Dəmir Yolları": Ermənistan müqaviləyə xitamı nəzərdən keçirirsə, qoyduğumuz investisiyaları geri qaytarsın
"Rusiya Dəmir Yolları": Ermənistan müqaviləyə xitamı nəzərdən keçirirsə, qoyduğumuz investisiyaları geri qaytarsın
"Rusiya Dəmir Yolları" (RJD) Ermənistanın dəmir yolu konsessiyası ilə bağlı bəyanatlarına cavab verib.
"Report" xəbər verir ki, holdinqin rəhbəri Oleq Belozerov TASS-a bildirib ki, RJD Ermənistan tərəfinin ölkənin dəmir yollarının icarəsinə görə mümkün ödəniş tələbi ilə bağlı açıqlamasını mətbuatdan eşidəndə bunu təəccüb və anlaşılmazlıqla qarşılayıb.
"Qeyd etmək lazımdır ki, Rusiya tərəfi – "Cənubi Qafqaz Dəmir Yolu" QSC və onun yeganə səhmdarı olan "Rusiya Dəmir Yolları" ASC (RJD) simasında – 2008-ci il tarixli konsessiya müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ardıcıl və tam həcmdə yerinə yetirir", – deyə o bildirib.
Belozerov qeyd edib ki, konsessiya sayəsində Ermənistan müasir dəmir yolu infrastrukturuna sahib olub və bununla da respublika büdcəsi dəmir yolunun bərpası və saxlanılması xərclərindən azad edilib. Bundan əlavə, əldə olunan bütün mənfəət dəmir yolunun inkişafına yönəldilib, səhmdara isə indiyədək heç vaxt dividend ödənilməyib.
"Rusiya Dəmir Yolları"nın (RJD) və "Cənubi Qafqaz Dəmir Yolu"nun (CQDY) gəlirləri hesabına 2008–2025-ci illər ərzində ümumilikdə təxminən 396,3 milyon ABŞ dolları həcmində investisiya qoyulub və bu vəsait tam şəkildə müvafiq sənədlərlə təsdiqlənib.
O bildirib ki, CQDY ölkənin ən əhəmiyyətli və iri işəgötürənlərindən biridir. "İki min beş yüz əməkdaşın əməkhaqqı mütəmadi olaraq indeksləşdirilir. Növbəti əməkhaqqı artımı isə 1 aprel 2026-cı il tarixində həyata keçirilib", – deyə o əlavə edib.
Onun sözlərinə görə, Ermənistanda Debed çayının daşması nəticəsində dəmir yollarına dəyən ziyanın aradan qaldırılması Rusiya Federasiyasının Ehtiyat Fondu hesabına maliyyələşdirilib. "Həmçinin 2021-ci ildə Ermənistana "Transmaşholdinq" ASC istehsalı olan 27 yeni vaqon təhvil verilib. Bundan başqa, bir neçə il ərzində EP2D markalı dörd yeni elektrik qatarı da satın alınıb.
RJD konsessiya müqaviləsinin şərtlərinə sadiq qalmaq niyyətindədir. Əgər Ermənistan tərəfi müqaviləyə xitam verilməsi və ya onun şərtlərinin dəyişdirilməsi imkanını nəzərdən keçirirsə, bu halda bizim qoyduğumuz investisiyaların geri qaytarılmasını gözləmək hüququmuz var".

Çolpon-Ata şəhəri Azərbaycan və Qırğızıstan bayraqları ilə bəzədilib
İyulun 30-da dövlət səfəri ilə Azərbaycan Prezidenti İlham Əliyevin gəldiyi Çolpon-Ata şəhərinin küçələri Azərbaycan və Qırğızıstanın dövlət bayraqları ilə bəzədilib.
"Report"un Qırğızıstandakı müxbirinin verdiyi məlumata görə, bayraq kompozisiyaları kurort şəhərinin mərkəzi küçələrində yerləşdirilib.
Məhz bu şəhər cümə günü "Mərkəzi Asiya – Azərbaycan" II Sammitinə ev sahibliyi edəcək.

Gürcüstanda elektrik kəsintiləri ilə bağlı ilkin araşdırmanın nəticələri açıqlanıb
Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının (GNERC) yaratdığı işçi qrupu iyulun 24-də ölkədə baş vermiş genişmiqyaslı elektrik kəsintisi ilə bağlı araşdırmanın ilkin nəticələrini təqdim edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, iyulun 24-də Gürcüstanın enerji sistemi Azərbaycanın enerji sistemindən ayrılıb və təcrid olunmuş rejimdə fəaliyyət göstərməyə başlayıb. Nəticədə sistemdə tezlik və gərginlik azalıb, kritik həddə çatdıqdan sonra isə elektrik stansiyaları və istehlakçılar arasında zəncirvari enerji kəsintiləri baş verib.
İşçi qrupunun nümayəndəsi Tornike Apriaşvilinin sözlərinə görə, hadisənin ilkin səbəblərindən biri "Energo-Pro Georgia" şirkətinə məxsus "Kutaisi 220" yarımstansiyasından çıxan 110 kV-luq "Gequti" elektrik ötürücü xətti ilə bağlı olub.
Araşdırmada qeyd edilir ki, Gürcüstan Dövlət Elektrik Sistemi (GSE) Azərbaycanla avtomatik ayrılma riskini minimuma endirmək və enerji sisteminin etibarlılığını təmin etmək məqsədilə mövcud rele mühafizəsi və avtomatlaşdırma sistemlərini əvvəlcədən yenidən hesablamalı idi.
İşçi qrupunun qənaətinə görə, GSE elektrik ötürücü xətlərində tam sürətli mühafizə sistemlərinin quraşdırılmasını gözləmədən qabaqlayıcı tədbirlər görməli idi.

Livan Prezidenti: Türkiyə ən çətin günümüzdə yanımızda oldu
Livan Prezidenti Cozef Aun Türkiyə ilə Livan arasında köklü əlaqələrin mövcud olduğunu bildirərək, iki ölkənin xalqlarının rifahı və bölgənin sabitliyi naminə əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində qarşılıqlı siyasi iradənin olduğunu bəyan edib.
"Report" xəbər verir ki, C.Aun bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada Prezident Sarayında keçirilən görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında səsləndirib.
Livan Prezidenti göstərilən qonaqpərvərlik və səmimi qarşılanmaya görə Ərdoğana təşəkkür edib.
Səfərin region üçün mühüm bir dövrə təsadüf etdiyini vurğulayan C.Aun bildirib ki, hazırda Yaxın Şərqin gələcəyinin formalaşdığı bir mərhələ yaşanır.
O, Türkiyə ilə Livan arasında qardaşlıq münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, bu əməkdaşlığın gələcək dövrdə daha da möhkəmlənəcəyinə inandığını bildirib.
Aun həmçinin R.T.Ərdoğanın iki ölkə arasındakı münasibətlərin inkişafına xüsusi önəm verdiyini və onları yeni əməkdaşlıq mərhələsinə çıxarmaqda qətiyyətli olduğunu vurğulayıb.
Livan Prezidenti əlavə edib ki, Türkiyə Livanın ən çətin günlərində onun yanında olub və göstərdiyi dəstək Livan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir
Livan Prezidenti Cozef Aun Türkiyəyə rəsmi səfərə gəlib.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Prezident Sarayında keçirilən rəsmi qarşılanma mərasimindən sonra C.Aun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşüb.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəmdəki aktual məsələlərin müzakirə olunacağı gözlənilir.
Danışıqların yekununda liderlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

II Qareginin işi üzrə məhkəmə iclası avqustun 7-də keçiriləcək
Bütün ermənilərin katolikosu II Qaregin və 6 yepiskopa qarşı iş üzrə ilk məhkəmə iclası avqustun 7-də keçiriləcək.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zöhrabyan sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, iclas saat 16:00-da Eçmiədzində, Armavir vilayəti ümumi yurisdiksiya məhkəməsində başlayacaq. İşə hakim Akop Manukyan baxacaq.
Xatırladaq ki, II Qaregin və Erməni Apostol Kilsəsinin üzvləri dini rütbədən məhrum edilmiş Masiatsotn yeparxiyasının sabiq rəhbəri Arman Saroyanın iddiası üzrə təminat tədbirinin tətbiq edilməsi barədə məhkəmə qərarının icrasına mane olmaqda ittiham edilirlər.

-
inews.az
- Rusiyada "Telegram"ın təsisçisi Pavel Durov terrorçular və ekstremistlər siyahısına daxil edilib
Rusiyada "Telegram"ın təsisçisi Pavel Durov terrorçular və ekstremistlər siyahısına daxil edilib
"Telegram" messencerinin təsisçisi Pavel Durov "Rosfinmonitorinq"in terrorçular və ekstremistlər siyahısına daxil edilib.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qanunvericiliyə əsasən, banklar bu siyahıya daxil edilmiş şəxslərin vəsaitlərini dondurur və xidməti dayandırır.
Daha əvvəl Rusiya Federal Təhlükəzislik Xidmətindən bildirilib ki, P.Durova terror fəaliyyətinə kömək etmək ittihamı irəli sürülüb, çünki "Telegram" messencerinin administrasiyası Rusiyada terror aktlarının və təxribatların koordinasiyası üçün istifadə olunan kanalları və botları silmir. O, beynəlxalq axtarışa verilib.

İranda su və enerji istehlakı üzrə model müəyyənləşdiriləcək
İranda bütün əyalətlər üzrə su və enerji istehlakı ilə bağlı konkret model müəyyənləşəcək.
"Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İranın vitse-prezidenti səlahiyyətlərini icra edən Məhəmməd Cəfər Qaimpənah bildirib.
O, su və enerji istehlakının idarə edilməsi üzrə təlimatın həyata keçirilməsi üçün icra orqanlarına konkret vəzifələrin həvalə edilməsinin vacibliyini vurğulayaraq bütün əyalətlər üçün istehlak modelinin hazırlanmasını və hədəf göstəricilərin müəyyənləşdirilməsini elan edib.
Vurğulanıb ki, iyulun 30-da su və enerji istehlakının idarə edilməsi, monitorinqi və optimallaşdırılması üzrə təlimatın, həmçinin bu təlimatın həyata keçirilməsində iştirak edən qurumların planlarının nəzərdən keçirilməsi üçün icraçı vitse-prezident Məhəmməd Cəfər Qaimpənahın iştirakı ilə müşavirə keçirilib.
Qeyd edək ki, son illər İranda elektrik enerjisi və su təchizatı sahələrində problem yaşanır.

-
inews.az
- Ermənistan dəmir yoluna görə Rusiyadan hər il 2 milyard dollara yaxın vəsait tələb edə bilər
Ermənistan dəmir yoluna görə Rusiyadan hər il 2 milyard dollara yaxın vəsait tələb edə bilər
Ermənistan dəmir yolu infrastrukturunun icarəsinə görə Rusiyadan ildə 2 milyard dollara qədər vəsait tələb edə bilər.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistan dəmir yollarını öz mülkiyyəti hesab edir və Cənubi Qafqaz Dəmir Yolunun konsessiyası məsələsi ilə bağlı məhkəmə çəkişmələrini və arbitraja müraciət olunacağını istisna etmir.
"Ermənistan bu dəmir yolundan özünün məqsədəuyğun hesab etdiyi qaydada istifadə etmək imkanına malik olmalıdır. Bunun alternativi yoxdur", - o bildirib.
Paşinyan vurğulayıb ki, bu məsələni "dostcasına" həll etmək niyyətindədir.
"İndi əsasən müxalifət tərəfindən nələrinsə bahalaşması ehtimalı barədə çox danışılır. Amma məlum ola bilər ki, Ermənistan 30 il ərzində ölkədə pulsuz olan bir şeyə görə 2 milyard dollar tələb etməyə başlayacaq. Mən dəmir yoluna işarə etmirəm, birbaşa deyirəm ki, bu, Ermənistan Respublikasının mülkiyyətidir və başqa variant yoxdur", - Paşinyan əlavə edib.

Gürcüstanda regional siyasət üzrə dövlət naziri vəzifəsi yaradılır
Gürcüstan hökumətinin strukturunda regional siyasət üzrə dövlət naziri vəzifəsi yaradılacaq.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu vəzifəyə Mamuka Mdinaradze təyin olunacaq, eyni zamanda, Baş nazirin müavini vəzifəsini də icra etməyə davam edəcək.
Baş nazir bildirib ki, hazırda dövlət qarşısında duran əsas prioritetlərdən biri regional siyasətin gücləndirilməsidir.
İ.Kobaxidze əlavə edib ki, M.Mdinaradze sentyabrın ilk həftəsinə qədər regional inkişaf naziri vəzifəsini icra edəcək. Hüquq-mühafizə işləri üzrə dövlət naziri vəzifəsi isə həmin dövrdə qanunla ləğv olunacaq. Eyni zamanda yeni vəzifənin yaradılması ilə Regional İnkişaf Nazirliyi sentyabr ayında ləğv olunacaq. Hazırda nazir vəzifəsini icra edən Kaxa Quledani isə İnfrastruktur Nazirliyində birinci müavin təyin ediləcək.

Ermənistanda toyda 21 nəfər qidadan zəhərlənib
Ermənistanın Lori vilayətindəki toy mərasimində kütləvi zəhərlənmə baş verib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, tədbirin başlamasından bir neçə saat sonra qonaqlar zəhərlənmə əlamətlərindən şikayətləniblər.
Ümumilikdə 21 nəfər zərər çəkib, onlardan 15-i Noyemberyan şəhər xəstəxanasına, daha 6 nəfər isə Alaverdi tibb mərkəzinə yerləşdirilib.
Hadisədən sonra laborator müayinə üçün hazır yeməklərdən nümunələr götürülüb. Yoxlama zamanı həmçinin sanitar normaların ciddi şəkildə pozulduğu aşkar edilib.
Təftiş orqanının qərarı ilə müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb. Obyektin sahibinə aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün vaxt verilib.

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
Türkiyədə meşə yanğınları ilə mübarizəyə cəlb olunan texnika və şəxsi heyətin sayı artırılıb.
"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, Antalya, Muğla və Balıkesir vilayətlərində davam edən meşə yanğınlarının qarşısının alınması üçün havadan və qurudan müdaxilələr davam etdirilir.
Muğlanın Seydikemer rayonunda yanğından mühafizə tədbirləri çərçivəsində ümumilikdə 202 nəfər təxliyə olunub.
Yanğınla mübarizəyə 741 nəfərlik heyət, 5 təyyarə, 18 helikopter, 88 yanğınsöndürən maşın və digər zəruri texnika cəlb edilib.
Antalya və Balıkesir şəhərlərində də meşə yanğınları ilə mübarizə üçün müxtəlif təyinatlı texnika və şəxsi heyət ərazidə xidmət göstərir. Antalya–Seydikemer avtomobil yolu müvəqqəti olaraq bağlanıb.

Papikyan müdafiə naziri, Sarqsyan isə daxili işlər naziri təyin ediləcək
Suren Papikyan yenidən Ermənistanın müdafiə naziri, Arpine Sarqsyan isə daxili işlər naziri təyin ediləcək.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan "Mülki müqavilə" partiyasının idarə heyətinin iclasından sonrakı brifinqdə bildirib.
"Bəli, onlar yenidən təyin olunacaqlar", - o qeyd edib.
S.Papikyan 2021-ci il noyabrın 15-dən müdafiə naziri, A.Sarqsyan isə 2024-cü il noyabrın 20-dən daxili işlər naziri vəzifəsini tutur.
Bundan əlavə, Paşinyan Lilit Makuntsun Baş nazirin aparat rəhbəri təyin ediləcəyini bildirib.
L.Makunts 2025-ci il avqustun 29-dan Baş nazirin baş məsləhətçisi vəzifəsini tutur, 2021-2025-ci illərdə isə Ermənistanın ABŞ-dəki səfiri olub.

Paşinyan yaxın vaxtlarda Putinlə görüşmək planları barədə danışıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda ikitərəfli görüşün keçirilməsi barədə razılığın mövcud olduğunu bildirib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə N.Paşinyan bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, görüşün konkret tarixi hələ razılaşdırılmayıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri və Rusiya Prezidenti iyulun 27-də telefon danışığı aparıblar.
Xatırladaq ki, sonuncu dəfə Putin və Paşinyan 2026-cı il aprelin 1-də Kremldə görüşüblər.

Paşinyan Putinlə sonuncu danışığından məmnundur
Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını uğurlu adlandırıb.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyan bu gün jurnalistlərə bildirib.
XƏBƏR YENİLƏNİR

-
inews.az
- Gürcüstan Naurunun Abxaziya və Cənubi Osetiya ilə diplomatik əlaqələri dayandırmaq qərarını alqışlayıb
Gürcüstan Naurunun Abxaziya və Cənubi Osetiya ilə diplomatik əlaqələri dayandırmaq qərarını alqışlayıb
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Nauru Respublikasının Abxaziya və qondarma Cənubi Osetiya ilə diplomatik münasibətləri dayandırmaq barədə iyulun 21-də verdiyi qərarını alqışlayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN bəyanat yayıb.
Bildirilib ki, Nauru Respublikasının icraedici orqanı olan Nazirlər Kabineti 2026-cı il iyulun 21-də "Nauru Respublikası ilə Cənubi Osetiya Respublikası (Alaniya Dövləti kimi tanınan)" və "Nauru Respublikası ilə Abxaziya Respublikası arasında" diplomatik münasibətlərin dayandırılması barədə qərar qəbul edib.
Nazirlik vurğulayıb ki, bu qərar beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin, eləcə də onların qorunmasının sağlam beynəlxalq münasibətlərin əsasını təşkil etdiyini bir daha təsdiqləyir.
Bəyanatda, həmçinin qeyd olunub ki, Gürcüstan Nauru Respublikası ilə rəsmi diplomatik münasibətlər qurmağa və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə hazırdır.
Qeyd edk ki, sözügedən tərəflər arasında diplomatik münasibətlər 15 dekabr 2009-cu ildə qurulmuşdu.

-
inews.az
- Gürcüstanda beynəlxalq cinayətkar şəbəkənin silah qaçaqmalçılığı ilə məşğul olan 3 üzvü saxlanılıb
Gürcüstanda beynəlxalq cinayətkar şəbəkənin silah qaçaqmalçılığı ilə məşğul olan 3 üzvü saxlanılıb
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) qanunsuz odlu silah və sursat dövriyyəsi ilə məşğul olan beynəlxalq cinayətkar şəbəkənin 3 üzvünü saxlayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Məlumata görə, istintaq zamanı müəyyən edilib ki, xarici ölkədə fəaliyyət göstərən iri cinayətkar qruplaşmalardan birinin üzvləri satış məqsədilə qanunsuz olaraq Gürcüstana odlu silah və sursat gətiriblər. Təhlükəsizlik xidməti əməkdaşları onları Tbilisidə keçirilən əməliyyat zamanı cinayət başında saxlayıblar.
Saxlanılan şəxslərin üzərində, nəqliyyat vasitələrində və müvəqqəti yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı qanunsuz odlu silahlar, döyüş sursatı, ehtimal olunan narkotik maddələr, eləcə də satış üçün hazırlanmış elektron qurğular maddi sübut kimi götürülüb.
DTX bildirib ki, elektron daşıyıcıların ilkin yoxlanışı zamanı müxtəlif cinayət əməllərini, o cümlədən xüsusilə külli miqdarda narkotik vasitələrin satışı ilə bağlı foto və video materiallar aşkarlanıb. Müsadirə edilmiş bütün maddi sübutlar ekspertizaya göndərilib.
Qurumun məlumatına görə, beynəlxalq cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 5-ci hissəsi ilə aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

II Qaregin və altı yepiskop barəsində cinayət işi məhkəməyə göndərilib
Ermənistan prokurorluğu bütün ermənilərin katolikosu II Qaregin və Erməni Apostol Kilsəsinin altı yepiskopu və arxiyepiskopuna qarşı cinayət işini məhkəməyə göndərib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

"Ermənistan" blokunun namizədi seçkiqabağı rüşvət cinayəti üzrə saxlanılıb
"Daşnaksütyun"un üzvü Ara Naxşkaryan rüşvət işi üzrə saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə istinadən Ermənistan mediası məlumat yayıb.
"Korrupsiyaya Qarşı Mübarizə Komitəsində seçkiqabağı rüşvət vermə və alma faktları üzrə başlanmış cinayət icraatı çərçivəsində, "Ermənistan" blokunun siyahısı üzrə deputatlığa namizəd olmuş Ara Naxşkaryan bu gün saxlanılıb", – qurumdan bildirilib.
A.Naxşkaryan bu gün öz evində saxlanılıb.
Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi müxalif "Ermənistan" blokundan deputatlığa namizədlərdən birinin cəlb edildiyi seçicilərin ələ alınması üzrə yeni sxemin üstünü açdığını iddia edib. Komitə səs yazıları yayımlayıb və orada həmsöhbətlərdən birinə Naxşkaryan soyadı ilə müraciət olunur.

Belqoroda Ukrayna hücumları nəticəsində 4 nəfər ölüb, 46 nəfər yaralanıb
Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə zərbələri zamanı dörd nəfər ölüb, 46 nəfər yaralanıb.
"Report"un Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə regionun qubernator səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Şuvayev sosial şəbəkələrdə bildirib.
Məlumata görə, yaralılardan yeddisinin vəziyyəti ağırdır.
A.Şuvayevin sözlərinə görə, ötən sutka ərzində Belqorod vilayəti 91 dəfə hücuma məruz qalıb. Ukrayna Silahlı Qüvvələri aviasiya, artilleriyanın köməyi ilə dörd zərbə endirib, həmçinin drondan partlayıcı maddə atıb. Hava Hücumundan Müdafiə qüvvələri region üzərində 128 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

"Telegram"ın təsisçisi Pavel Durov beynəlxalq axtarışa verilib
Cinayət işi çərçivəsində terrorçuluq fəaliyyətinə yardım maddəsi ilə ittiham olunan "Telegram" messencerinin təsisçisi Pavel Durov beynəlxalq axtarışa verilir.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb
Türkiyənin İstanbul şəhərinin Üsküdar rayon bələdiyyəsinin sədri Sinem Dedetaş saxlanılıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul Anadolu Respublika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, rüşvət alma, mənimsəmə və cinayət törətmək məqsədilə qruplaşma yaratmaq iddiaları ilə bağlı istintaq başladılıb. İstintaq çərçivəsində 11 fərqli ünvanda əməliyyat gerçəkləşdirilib. Əməliyyat nəticəsində Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş və digər beş nəfər saxlanılıb.
Qeyd edək ki, son zamanlarda Türkiyənin 81 vilayətində bələdiyyələrdə keçirilən əməliyyatlar zamanı onlarla bələdiyyə sədri və məmur saxlanılıb.

-
inews.az
- Türkiyədə NK iclasında Hörmüz boğazındakı vəziyyətin iqtisadiyyata təsiri müzakirə olunacaq
Türkiyədə NK iclasında Hörmüz boğazındakı vəziyyətin iqtisadiyyata təsiri müzakirə olunacaq
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin (NK) iclası keçiriləcək.
"Report" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, NK iclasında əsas gündəm mövzusu ABŞ ilə İran arasında yaşanan gərginlik və Yaxın Şərqdə təhlükəsizlik məsələləri olacaq. Hörmüz boğazındakı qeyri-müəyyənliyin ölkə iqtisadiyyatına təsirləri də iclasda müzakirə ediləcək.
İclasdan sonra Ərdoğanın mətbuata açıqlama ilə çıxış etməsi gözlənilir.

SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb.
"Report" xəbər verir ki, SEPAH-ın bu barədə bəyanatını "Tasnim" agentliyi yayıb.
Bəyanatda SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazı üzərində tam nəzarəti davam etdirdiyi qeyd olunub.
"Bir neçə saat əvvəl xəbərdarlıqlarımıza məhəl qoymadan təhlükəli və qanunsuz marşrutla hərəkətə davam edən, qaydanı pozan üç neft tankeri hədəf alınaraq dayandırılıb", - bəyanatda vurğulanıb.
Həmçinin o da qeyd olunub ki, ABŞ ordusunun bölgədəki gəmilərə qanunsuz müdaxilələri, əmr və qadağaları cavabsız qalmayacaq.

Türkiyədə minik və yük avtomobilləri toqquşub, iki nəfər ölüb
Türkiyənin cənub-şərqindəki Mardin vilayətində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, Artuklu rayonunda minik və yük avtomobilləri toqquşub.
Qəza nəticəsində iki nəfər ölüb, altı nəfər xəsarət alıb. Ölənlərdən birinin azyaşlı olduğu qeyd edilib.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilməyib.
Hadisənin səbəbləri araşdırılır.

Kallas İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında Tehranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb.
"Report" xəbər verir ki, Kallas telefon danışığının detallarını "X" sosial şəbəkə hesabında paylaşıb.
İrana Rusiyaya hərbi dəstəyini dayandırmaqla bağlı çağırışını bir daha təkrarladığını qeyd edən Avropa diplomatiyasının rəhbəri Moskvanın Ukraynada getdikcə daha çox mülki itkilərə səbəb olduğuna diqqət çəkib.
Kallas həmçinin Əraqçi ilə ukraynalı həmkarı Andrey Sibiqa arasında baş tutan telefon danışığını "ümidverici" adlandırıb və bu səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.

Rusiyanın Tümen vilayətində 300-dən çox ev su altında qalıb
Rusiyanın Tümen vilayətində daşqınlar nəticəsində 300-dən çox evi və 500 sahəni su basıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Hesablamalara görə, daşqın zamanı regionda 53 yaşayış evini və 255 bağ evini su basıb. Həmçinin 164 həyətyanı sahəni və 380 bağ sahəsi sular altında qalıb.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 269 nəfər və 33 texnika cəlb edilib.

"Türkiye Petrolleri" BP-nin Kərkükdəki törəmə şirkətinin 15 faizini alıb
"Türkiye Petrolleri" şirkəti BP-nin Kərkükdəki törəməsi olan "BP Energy Company of Kirkuk Limited" kampaniyasının 15 faizini satın alıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında paylaşım edib.
Bu barədə sənəd İraqın Baş naziri Əli əl-Zeydinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.
"Kərkükün qədim torpaqları ilə tarixi əlaqəmiz bu gün ölkəmizin parlaq gələcəyinə güc verən tamamilə yeni bir enerjiyə çevrilir", - nazir vurğulayıb.
BP ilə əldə edilən anlaşmanın əhatə etdiyi ərazidə 3 milyard bareldən çox neft ekvivalentində karbohidrogen ehtiyatlarının olduğu bildirilir.

Türkiyə təbii sərvətlər qarşılığında İraqda infrastruktur yeniləmələrində iştirak edəcək
Türkiyə təbii sərvətlər qarşılığında İraqda nəqliyyat infrastrukturunun yeniləmələrində iştirak edəcək.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə anlaşma İraqın Baş naziri Əli əl-Zeydinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.
Bununla yanaşı, iki ölkə arasında təhsil, idman və sənaye sahələrində əməkdaşlığı nəzərdə tutan daha dörd anlaşma imzalanıb.
İmzalanan sənədlərin detalları açıqlanmayıb.

İranla Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqların təfərrüatları açıqlanıb
Əgər Oman İranın təklifini qəbul etməsə, Hörmüz boğazı bağlı qalacaq.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
O bildirib ki, Omanla Hörmüz boğazında müvəqqəti marşrut barədə müzakirə aparılması təklif edilib və əgər razılaşma əldə olunarsa, bu, boğazdakı şimal və cənub marşrutunu əvəz edəcək.
Qəribabadinin sözlərinə görə, Oman boğaza nəzarətin yarı-yarıya təşkil olunmasını təklif edib, lakin İran bunu qəbul etməyib.
"Biz dedik ki, giriş marşrutu tamamilə və çıxış marşrutunun isə bir hissəsi İranın ixtiyarında qalsın. Əgər bunu qəbul etsələr, növbəti mərhələyə keçəcəyik. Biz boğazın cənub marşrutunu rəsmən tanımırıq", - XİN başçısının müavini vurğulayıb.
O, İranın başqa heç bir formulu qəbul etmədiyini xüsusilə diqqətə çatdırıb.
Daha əvvəl İranla Oman arasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi barədə müzakirələr keçirildiyi barədə məlumat verilmişdi.

Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iraqlı həmkarı Fuad Hüseynlə görüş keçirib.
"Report" xəbər verir ki, H. Fidan bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, görüşdə enerji, ticarət, nəqliyyat və təhlükəsizlik sahələrində çoxtərəfli əməkdaşlıq, eləcə də birgə layihələrin icrası müzakirə olunub.
H. Fidan bildirib ki, Türkiyə və İraq xalqların rifahı və təhlükəsizliyinə töhfə verəcək layihələri həyata keçirməyə davam edir.
Tərəflər görüşdə həmçinin regional və beynəlxalq gündəmdəki son proseslər ətrafında da fikir mübadiləsi aparıblar.
"Qardaş İraqın sabitliyi və təhlükəsizliyini öz sabitliyimiz və təhlükəsizliyimizdən ayrı görmürük. Qarşılıqlı etimada əsaslanan münasibətlərimizi bütün sahələrdə daha da inkişaf etdirməyə davam edəcəyik", – H. Fidan qeyd edib.

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır
Türkiyə İraqın ehtiyacı olan müdafiə sənayesi məhsullarının tədarükü ilə bağlı öhdəsinə düşəni etməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əl-Zeydi ilə birgə mətbuat konfransında deyib.
R.T. Ərdoğan İraqla ötənilki ticarət dövriyyəsinin 17 milyard dollar olduğunu bildirərək bunu artırmaq istədiklərini qeyd edib.
O həmçinin bildirib ki, İraq Türkiyəyə bir milyon barel neft tədarükü öhdəliyini üzərinə götürüb.
"Cənab nazir: "Türkiyəyə neft verə bilərik, bir milyon barel. Başqa yerə möhtac olmayın", - dedi. Elədir, başqa yerə möhtac olmağa ehtiyac yoxdur. Qonşuyuq. İnşallah, bir milyon barel neft tədarükü ehtiyacımızı qarşılayacaq", - Türkiyə Prezidenti vurğulayıb.

Gürcüstanın mədəniyyət naziri istefa verib
Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib.
"Report" Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyinin məlumatında bildirilib.
İstefanın səbəbi kimi sağlamlıq vəziyyəti göstərilib.
"Baş nazirlə məsləhətləşdikdən sonra mədəniyyət naziri postundan istefa vermək qərarına gəldim. Sağlamlıq vəziyyətimlə əlaqədar mənə təcili müalicə kursu lazım olacaq ki, bu da vəzifələrimi lazımi şəkildə icra etməyimə imkan verməyəcək", – məlumatda qeyd edilib.

İraqın Baş naziri Türkiyədə səfərdədir
İraqın Baş naziri Əli əl-Zeydi Türkiyədə səfərdədir.
"Report" xəbər verir ki, onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb.
İkitərəfli və nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdən sonra müqavilələrin imzalanması mərasimi və birgə mətbuat konfransı baş tutacaq.

Gürcüstan NATO təlimində iştirak edib
Gürcüstan ABŞ-nin rəhbərliyi ilə keçirilən çoxmillətli "Sea Breeze 2026" dəniz təlimində iştirak edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyi məlumat yayıb.
Səfirliyin açıqlamasında bildirilib ki, Gürcüstanın NATO müttəfiqləri və tərəfdaşlarını bir araya gətirən təlimdə iştirak etməsi məmnunluq doğurur: "Təlimin əsas məqsədi iştirakçı ölkələrin qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq və Qara dəniz regionunda dəniz təhlükəsizliyini gücləndirməkdir".
Qeyd olunub ki, bu il keçirilən "Sea Breeze 2026" təlimi əsasən mina əleyhinə əməliyyatlara həsr olunub.
Təlim çərçivəsində iştirakçılar minaların aşkarlanması və zərərsizləşdirilməsi, sualtı əməliyyatlar və xilasetmə tədbirləri, partlayıcı sursatların zərərsizləşdirilməsi, eləcə də pilotsuz sistemlərdən istifadə üzrə praktiki hazırlıq keçiblər.
Məlumata görə, təlimlərdə Gürcüstan Sahil Mühafizəsi və Gürcüstan Müdafiə Qüvvələrinin 12 hərbi qulluqçusu iştirak edib.
ABŞ səfirliyi vurğulayıb ki, bu cür birgə hərbi təlimlər müttəfiqlər və tərəfdaşlar arasında əməkdaşlığı gücləndirir, regional təhlükəsizliyin möhkəmləndirilməsinə və Qara dəniz hövzəsində sabitliyin təmin olunmasına töhfə verir.

İran hökumətinin sözçüsü: Prezident sərəncamı olmadan internetin bloklanması mümkünsüzdür
İran Prezidenti Məsud Pezeşkianın sərəncamı olmadan internet platformlarının fəaliyyətinin bloklanması mümkün deyil.
"Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani iyulun 28-də keçirdiyi həftəlik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, rəqəmsal platformaların və müəssisələrin fəaliyyətinin istənilən şəkildə bloklanması, dayandırılması, azaldılması və ya qadağan edilməsi yalnız Kiberfəzanın İdarə Edilməsi və Təşkili Baş İdarəsinin rəyi alınandan və Prezident Məsud Peseşkian uyğun sərəncam verəndən sonra mümkündür.
Qeyd edək ki, son bir neçə ay ərzində İranda internetə daxil olmaqda problemlər yaranır, eləcə də sosial şəbəkədən istifadədə çətinliklər yaşanır.

Maka Boçorişvili: Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin strateji kursunun Avropa İttifaqına inteqrasiya olaraq qaldığını bildirib.
"Report"un yerli bürosu xəbər verir ki, nazir bu barədə Xorvatiyada keçirilən Dubrovnik Forumu çərçivəsində planlaşdırılan panel müzakirəsində iştirak etməzdən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
Boçorişvilinin sözlərinə görə, builki müzakirələr çoxvektorlu diplomatiyaya həsr olunub və bu mövzu Gürcüstan üçün həm coğrafi mövqeyi, həm də geosiyasi reallıqlar baxımından xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, Gürcüstan müxtəlif region ölkələri ilə tərəfdaşlıq əlaqələrini genişləndirir və bunun əsas məqsədi ölkənin regional bağlantı və tranzit imkanlarından daha səmərəli istifadə etməkdir.
Nazir vurğulayıb ki, bu siyasət Gürcüstanın strateji xarici siyasət kursunun dəyişməsi anlamına gəlmir.
"Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır və bu, bizim üçün mühüm istiqamətdir. Çıxışımda da bu mövqeni açıq şəkildə ifadə edəcəyəm", - deyə Maka Boçorişvili bildirib.

Gürcüstanın DTX rəisi Ermənistanda təhlükəsizlik çağırışları barədə danışıqlar aparıb
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Ermənistana rəsmi səfər edib.
"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan DTX-nin yaydığı məlumata görə, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüş keçirib.
Görüşdə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın inkişafı, regionda cərəyan edən proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə olunub.
Tərəflər qlobal təhdidlərə qarşı mübarizədə iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Geka Geladze göstərilən qonaqpərvərliyə görə erməni həmkarına təşəkkür edib və onu Gürcüstana rəsmi səfərə dəvət edib.
Görüşdə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavinləri Tamaz Boraşvili və Aleksandr Maisuradze də iştirak ediblər.

Adana polisi əməliyyat keçirib, 58 narkotacir tutulub
Türkiyənin Adana bölgəsində narkotik vasitə satmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.
"Report"un "Haber Global"a istinadən xəbərinə görə, Adana polisinin keçirdiyi əməliyyat nəticəsində 70 nəfər saxlanılıb.
Onlardan 58-i barəsində həbs qətimkan tədbiri seçilib, digərləri polis nəzarəti ilə şərti sərbəst buraxılıb.
Faktla bağlı araşdırmalar davam edir.

Tehranda qaz balonu partlayıb, 6 nəfər yaralanıb
İranın paytaxtı Tehranın Pərvin bulvarında qaz balonunun partlaması nəticəsində 6 nəfər yaralanıb.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, hadisə iyunun 26-sı axşam saatlarında baş verib.
"Yerli vaxtla saat 22:30 radələrində Tehran əyalətinin təcili tibbi yardım mərkəzinə partlayış barədə məlumat daxil olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib", - məlumatda bildirilib.
Hadisənin səbəbləri araşdırılır.

Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlarda 178 nəfər həbs olunub
Türkiyədə terror təşkilatlarının fəaliyyətinin aşkarlanması məqsədilə aparılan istintaqlar zamanı müəyyən edilən 241 nəfərdən 225-i saxlanılıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, saxlanılanların 218-i Ankara Baş Prokurorluğuna gətirilib.
Şübhəlilərdən altısı sərbəst buraxılsa da, 212 şəxsin işi məhkəməyə göndərilib. Məhkəmə tərəfindən dindirildikdən sonra 178 şübhəli həbs edilib, 34 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.

İsrail yeni müqavilə çərçivəsində qoşunlarını Livandan mərhələli şəkildə çıxaracaq
İsrail və Livan arasında razılaşmaya dair çərçivə sazişi İsrail qoşunlarının respublika ərazisindən tədricən çıxarılmasını nəzərdə tutur.
"Report"un məlumatına görə, bu barədə ABŞ, İsrail və Livan nümayəndələri tərəfindən Vaşinqtonda imzalanan və iyunun 26-da dərc olunmuş müqavilənin mətnində deyilir.
Sənəd münaqişəyə son qoyulmasını, Livanın bütün ərazisi üzərində tam suveren nəzarətinin bərpasını, eləcə də qeyri-dövlət silahlı qruplarının tərksilah edilməsini və onlarla əlaqəli infrastrukturun ləğvini nəzərdə tutur. Bu şərtlər yerinə yetirildikdən sonra İsrail qüvvələri mərhələli şəkildə ölkədən çıxacaq.
Təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri də daxil olmaqla, prosesin təfərrüatları ABŞ-ın dəstəyi ilə hazırlanmış ayrıca bir əlavədə göstəriləcək. Saziş həmçinin hazırda İsrail qüvvələrinin əlində olan iki ərazinin nəzarətinin Livan hakimiyyətinə verilməsini nəzərdə tutur. Onların dəqiq yeri açıqlanmır.
Sənəddə vurğulanır ki, Hizbullah da daxil olmaqla silahlı qrupların yaratdığı təhlükənin aradan qaldırılması gələcəkdə İsrail Müdafiə Qüvvələrinin Livandakı mövcudluğunu aradan qaldırmağa imkan verəcək.

İran ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib
İran Vaşinqtonun hücumlarından sonra ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib.
"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bildirib.
"Təcavüzə cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri ABŞ terrorçu ordusunun bölgədəki yerləşmə məntəqələrinə zərbələr endirib", - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən ticarət gəmisinə edilən son hücuma cavab olaraq İrana qarşı hava zərbələri endirdiyini açıqlayıb.
Daha sonra ABŞ vitse-prezidenti Cey. Di. Vens bildirib ki, Vaşinqton anlaşma memorandumu ilə bağlı İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa güclə cavab vermək niyyətindədir.

İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq
İsrailin Baş naziri Binyamin Netanyahu Livanla bağlı çərçivə sazişini İrana zərbə adlandırıb.
"Report" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Onun sözlərinə görə, rəsmi Tehranın tələblərinə baxmayaraq, İsrail qoşunları təhlükəsizlik səbəbləri ilə Livanın cənubundan çəkilməyəcək.
"Uuzun danışıqlar nəhayət ki, öz bəhrəsini verib. Ən əsası odur ki, İsrail Livanın cənubundakı təhlükəsizlik zonasında qalır. Bu, böyük bir nailiyyətdir və biz "Hizbullah" silahsızlaşana və İsrail dövləti təhdid altında qaldığı müddətcə bunu qoruyub saxlayacağıq. Əlbəttə ki, biz Livan ordusuna ərazi üzərində nəzarəti ələ keçirmək üçün hazırlıqlara başlamağa icazə veririk və hər ikisi də ordunun tövsiyəsi ilə Livanın cənubunda iki pilot zonası yaradırıq".

Livan ordusu Beyrutun mərkəzinə nəzarəti bərpa edib
Livan ordusu "Hizbullah"ın tərəfdarlarının əvvəllər motosikletlərlə daxil olduğu Beyrutun mərkəzinə nəzarəti bərpa edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, Vaşinqtonda Livan və İsrail arasında sülh danışıqları zamanı əldə edilən çərçivə sazişinin imzalanması barədə xəbərlərdən sonra şəhərin bir neçə ərazisində etirazlar başlayıb.
Paytaxtın mərkəzində və hava limanına aparan magistral yolda ordu patrulları ilə etirazçılar arasında toqquşmalar baş verib, etirazçılar əsgərləri daşlayıblar. İğtişaşlarda iştirak edənlərin həbs olunması barədə heç bir məlumat verilməyib.
Hazırda şəhərin şiə məhəllələrinin yaxınlığında yerləşən Ramlet əl-Beyda bulvarında kütləvi etiraz aksiyası keçirilir.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Livan və İsrail hökumətləri arasında çərçivə sazişi imzalanıb.

ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Amerikanın "Boeing P-8A Poseidon" dəniz patrul təyyarəsi Fars körfəzinin neytral suları üzərində uçur.
"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə məlumat verib.
Onun sözlərinə görə, təyyarə Yaxın Şərqdəki hərbi bazadan havaya qalxıb və hazırda Fars körfəzi üzərində 8000 metrdən çox yüksəklikdə dövrə vurur.
O, həmçinin qeyd edib ki, ərazidə Amerikanın "Boeing KC-46 Pegasus" strateji yanacaqdoldurma təyyarəsi müşahidə olunub.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən ticarət gəmisinə edilən son hücuma cavab olaraq İrana qarşı hava zərbələri endirdiyini açıqlayıb.

Vens: ABŞ zorakılığa zorakılıqla cavab verəcək
ABŞ vitse-prezidenti Cey. Di. Vens bildirib ki, Vaşinqton anlaşma memorandumu ilə bağlı İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa güclə cavab vermək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Vens "X" sosial şəbəkə hesabında yazıb.
"İran atəşkəs müqaviləsi imzalayıb. Biz ona əməl edirik, amma anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları olarsa, zəng edə bilərlər. Lakin ABŞ zorakılığa zorakılıqla cavab verəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən ticarət gəmisinə edilən son hücuma cavab olaraq İrana qarşı hava zərbələri endirdiyini açıqlayıb.

ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib - YENİLƏNİB
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirildiyini təsdiqləyib.
"Report" xəbər verir ki, komandanlıq bu barədə bəyanat yayıb.
Belə ki, ABŞ təyyarələri İranın raket və dron anbarlarına, eləcə də sahil radar qurğularına zərbələr endirib. Bu, İranın 25 iyunda Sinqapur bayrağı altında üzən "M/V Ever Lovely" yük gəmisinə kamikadze dron hücumundan sonra baş verib.
Komandanlıq mülki gəmiyə edilən hücumun atəşkəs rejiminin və naviqasiya azadlığının pozulması olduğunu bildirib. Qurum əlavə edib ki, Amerika qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyini təmin etməyə və İranla razılaşmalara əməl olunmasına nəzarət etməyə davam edir.
ABŞ qüvvələri Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid məlumatlı mənbəyə istinadən "X" sosial şəbəkəsində yazıb.
"ABŞ rəsmisi mənə bildirib ki, ABŞ ordusu Hörmüz boğazında zərbələr endirib", - o qeyd edib.
Başqa bir paylaşımda Ravid zərbələrin İranla əlaqəli hədəflərə endirildiyini yazıb.
"Mehr" agentliyi isə öz növbəsində bildirib ki, İranın cənub sahillərində, Hörmüz boğazı ərazisində partlayış səsləri eşidilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı atəşkəsi pozmaqda ittiham edib

SEPAH: ABŞ-nin Hörmüz boğazı ilə bağlı heç bir əlaqəsi yoxdur
İran ordusu Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı məsələlər üzrə Tehran və Vaşinqton nümayəndələri arasında qaynar xəttin yaradılması barədə məlumatları təkzib edib.
"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPHA) bildirib.
"ABŞ rəsmilərinin Hörmüz boğazı ilə bağlı İranla birbaşa əlaqə xəttinin qurulması ilə bağlı açıqlamaları uydurmadır. Hörmüz boğazı İrana məxsusdur və ABŞ-ın bununla heç bir əlaqəsi yoxdur. Bu məsələ ilə bağlı Vaşinqtonla əlaqə xətti qurulmayıb və qurulmayacaq", - deyə məlumatda qeyd olunub.

Hakan Fidan: Müdafiə sənayesi NATO üçün strateji əhəmiyyətli mövzuya çevrilib
Müdafiə sənayesi NATO-nun gündəliyində ikinci dərəcəli məsələ olmaqdan çıxıb və mövcud şəraitdə strateji əhəmiyyətli bir mövzuya çevrilib.
"Report" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu açıqlamanı Kanadaya səfəri zamanı 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitinin gündəliyi ilə bağlı sualı cavablandırarkən verib.
"Bu sammit, həqiqətən də, tarixi olacaq, çünki beynəlxalq geosiyasi vəziyyət elə bir nöqtəyə çatıb ki, NATO üzv dövlətləri tərəfindən verilən qərarlar təkcə alyansın gələcəyi üçün deyil, həm də regionumuzun gələcəyi üçün daha da həlledici olacaq. Müzakirə olunan əsas məsələ müdafiə xərclərinin artırılmasıdır. Bu, artıq sadəcə müzakirə mövzusu deyil. Praktik addımların və xərclərin auditi aparılacaq və hesabat tərtib olunacaq", - deyə nazir qeyd edib.
O, NATO-nun hərbi və siyasi rəhbərlik görüşləri ənənəsinə malik olduğunu və hərbi hissələrin strukturu və təşkilini, onların texniki hazırlığını və mümkün müharibə ssenarilərindəki hərəkətlərini diqqətlə müzakirə etdiyini xatırladıb.
"Son illərdə, xüsusən də Rusiya-Ukrayna müharibəsi və digər müharibələr kontekstində, sadə döyüş hazırlığı məsələsindən kənara çıxdığımız və müdafiə sənayesindəki mövqeyimizi dərin siyasi və strateji şəkildə anladığımız aydın oldu. Bu mərhələdə müdafiə sənayesi NATO-nun planlaşdırma və görüşlərində ikinci dərəcəli məsələ olmaqdan çıxdı və ən yüksək səviyyədə strateji əhəmiyyətli bir məsələyə çevrildi. Liderlər arasında yüksək səviyyəli strateji və siyasi müzakirələr də vacibdir.
Onlar NATO-nun gələcəyi ilə bağlı fərqli fikirlərin necə uzlaşdırılmasına, transatlantik fikir ayrılıqlarının necə həll edilməsinə, təhdidlərin qiymətləndirilməsinə və Alyansın hazırlığına diqqət yetirəcəklər. Müzakirə edilməli olan müəyyən məsələlər var və inanıram ki, bu müzakirələr konstruktiv atmosferdə keçiriləcək".

-
inews.az
- Türkiyə XİN rəhbəri: İsrailin ABŞ və İran arasındakı danışıqları sabotaj etməsinə icazə verilməməlidir
Türkiyə XİN rəhbəri: İsrailin ABŞ və İran arasındakı danışıqları sabotaj etməsinə icazə verilməməlidir
"ABŞ və İran arasında atəşkəsin təmin edilməsinə dair anlaşma memorandumunun imzalanmasından çox məmnunuq. Həmçinin, bu atəşkəsin Livanı da əhatə etməsini müsbət bir inkişaf kimi qiymətləndiririk".
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ottavada kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazından fasiləsiz və sərbəst keçidin təmin edilməsi vacibdir:
"Türkiyə olaraq, ABŞ və İran arasında davam edən danışıqlar prosesinə töhfə verməyə davam edəcəyik. İsrailin bu danışıqları sabotaj etməsinə icazə verilməməlidir və beynəlxalq ictimaiyyət bu məsələdə son dərəcə ayıq-sayıq olmalıdır".

Fidan: Türkiyə Rusiya və Ukrayna nümayəndələri arasında görüş təşkil etməyə hazırdır
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkəsi Rusiya ilə Ukrayna arasındakı münaqişənin mümkün qədər tez bitməsini istəyir və nümayəndə heyətləri arasında danışıqları yenidən təşkil etməyə hazırdır.
"Report" xəbər verir ki, o, bunu Ottavada kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında bildirib.
"Biz Rusiya-Ukrayna müharibəsinin dialoq yolu ilə və beynəlxalq hüquq əsasında mümkün qədər tez bitməsini istəyirik. Hazırda diplomatik prosesdə durğunluğun, münaqişənin şiddətlənməsinin və hər iki tərəfin hərbi uğura nail olmağa diqqət yetirməsinin şahidi oluruq. Diplomatik proses mümkün qədər tez bərpa olunmalıdır. Bu kontekstdə, əvvəllər hər iki tərəfə dediyim kimi, beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirəm ki, biz Rusiya və Ukrayna nümayəndə heyətlərini ölkəmizdə danışıqlar masasında bir araya gətirməyə hazırıq", - deyə o əlavə edib.

Kobaxidze: Parlamentdəki insident müxalifətin əsl simasını nümayiş etdirdi
Gürcüstan parlamentində baş verən fiziki qarşıdurma ilə bağlı Baş nazir İrakli Kobaxidze müxalifəti sərt tənqid edib.
"Report"un yerli bürosu xəbər verir ki, hökumət başçısı parlamentdə jurnalistlərə açıqlamasında iclas zalında yaşananları təəssüf doğuran hadisə adlandırıb.
"İclas zalında gördüklərimiz həqiqətən də təəssüf doğurur. Agentura bir daha öz əsl simasını göstərdi. Deyəcək sözləri qalmayanda təhqirə, sonra isə fiziki zorakılığa əl atdılar", – deyə Kobaxidze bildirib. Baş nazirin sözlərinə görə, parlamentdə baş verən insident müxalifətin davranış tərzini nümayiş etdirir.
"Bu, onların utancverici simasıdır. Təhsili, zəkası, dürüstlüyü və vətənpərvərliyi olmayan insanların fərqli davranması çətindir. Bu gün gördüklərimiz ləyaqətini itirmiş insanların birliyinin nümayişidir", – o vurğulayıb.
İrakli Kobaxidze çıxışında müxalifəti "agentlik" adlandıraraq, onların fəaliyyətini bir əsr əvvəlki gürcü bolşevikləri ilə müqayisə edib.
"Bir əsr əvvəlki bolşeviklərlə bugünkü agentliyin ortaq cəhəti onların agent olmalarıdır. Agentliyə qoşulduğunuz zaman ləyaqətlə davranmaq mümkün deyil. Gənclərə tövsiyəm budur ki, heç vaxt agentliyə qoşulmasınlar", – deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, Gürcüstan parlamentinin yaz sessiyasının son plenar iclasında hakim "Gürcü Arzusu" partiyasının deputatları ilə "Qaxaria Gürcüstan naminə" fraksiyasının üzvləri arasında fiziki qarşıdurma baş verib.

Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd dəfə dronla hücum edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
Onun sözlərinə görə, dronlardan biri yük daşıyan gəminin yuxarı göyərtəsinə çırpılıb:
"Zərər dəysə də, amma gəmi yoluna davam edə bilib. Biz digər üç dronu vurduq. Aydındır ki, bu, atəşkəs sazişimizin pozulmasıdır".

Türkiyənin 15 gəmisi Hörmüzü tərk edib
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Hörmüz boğazı və Bəsrə körfəzində gözləyən ölkəyə aid gəmilərin təhlükəsiz şəkildə bölgəni tərk etdiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə Uraloğlu "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumatda bildirib ki, bölgədəki vəziyyət ilk gündən etibarən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə izlənilir.
Onun sözlərinə görə, iyunun 26-na olan vəziyyətə əsasən, müvafiq ərazidə gözləyən bütün gəmilər təhlükəsiz şəkildə çıxış edib.
"Ümumilikdə 15 gəmi təhlükəsiz şəkildə bölgəni tərk edib. Körfəzdə fəaliyyətini davam etdirən Türkiyəyə məxsus üç gəmi isə kommersiya fəaliyyətini davam etdirdiyi üçün bölgədən ayrılmaqla bağlı müraciət etməyib", – nazir qeyd edib.
A. Uraloğlu əlavə edib ki, sözügedən gəmilərdə ümumilikdə 99 Türkiyə vətəndaşı heyət üzvü var və hazırda Bəsrə körfəzindən ayrılmaq istəyən hər hansı Türkiyə gəmisinin müraciəti daxil olmayıb.
Nazir vurğulayıb ki, Türkiyə vətəndaşlarının və dənizçilərin təhlükəsizliyi ilə bağlı proses həssaslıqla izlənilməyə davam edir.

Gürcüstan parlamentinin sonuncu iclasında deputatlar dalaşıb
Gürcüstan parlamentinin yaz sessiyası başa çatıb.
"Report"un yerli bürosunun məlumatına görə, sessiyanın son plenar iclası hökumətin illik fəaliyyət hesabatının təqdim edilməsinə həsr olunub. İclasda Baş nazir İrakli Kobaxidze hökumətin ötən dövrdə gördüyü işlər barədə deputatlar qarşısında hesabat verib.
Plenar iclasın sonunda parlamentdə gərginlik yaşanıb. "Gürcü Arzusu" hakim partiyasının deputatları ilə "Qaxaria Gürcüstan naminə" fraksiyasının üzvləri arasında mübahisə fiziki qarşıdurmaya çevrilib. Deputatlar arasında yumruq davası baş verib.
Qarşıdurmadan sonra parlamentin yaz sessiyası dövlət himninin səsləndirilməsi ilə rəsmən bağlanıb.Mövcud məlumata əsasən, parlamentin payız sessiyası sentyabrın 1-də başlayacaq. Hazırda parlamentin növbədənkənar iclasının çağırılması nəzərdə tutulmur.

ABŞ İran gəmisinin heyətini azad edib
ABŞ ordusu Oman körfəzində ələ keçirilən İranın "Touska" gəmisinin 22 heyət üzvü azad edib.
"Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bütün heyət üzvləri Pakistanın Karaçi şəhərindəki İran konsulluğunun nümayəndəsinə təhvil verilib.
Aprelin 20-də Ağ Evin rəhbəri Donald Tramp ABŞ-nin Oman körfəzində İranın "Touska" yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə saxladığını açıqlayıb.
Vaşinqton administrasiyasının rəhbəri daha sonra Çindən yola düşərkən ABŞ tərəfindən saxlanılan İran gəmisinin "məxfi" yük daşıdığını bildirib.

Türkiyədə zavodda partlayış olub, ölən və yaralı var
Türkiyənin Niğde vilayətinin Bor rayonunda yerləşən pirotexniki vasitələr istehsal edən zavodda partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.

Türkiyə NATO sammiti ilə bağlı komendant saatının tətbiq olunacağını təkzib edib
"NATO sammiti ilə əlaqədar Ankarada iki günlük komendant saatı tətbiq olunacağı ilə bağlı bəzi sosial mediada yayılan iddialar yalandır. 7-8 iyul 2026-cı il tarixlərində keçiriləcək sammitlə əlaqədar Ankarada komendant saatı yoxdur".
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsinin məlumatında deyilir.
Həmçinin qeyd olunub ki, hakimiyyət orqanları sammitdən əvvəl əhali arasında panik və qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyan bu əsassız iddialarla bağlı bütün zəruri hüquqi prosedurları həyata keçirib.

Kobaxidze: Əlimizi uzadırıq və ABŞ-dan cavab gözləyirik
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin xarici siyasət prioritetləri ilə bağlı açıqlama verib.
"Report"un yerli bürosunun məlumatına görə, Kobaxidze Parlamentdə illik hesabatı zamanı bildirib ki, Tbilisi heç bir halda ABŞ-ı Çinlə əvəz etmək niyyətində deyil və Vaşinqtonla strateji tərəfdaşlığın bərpasına hazırdır.
Baş nazir qeyd edib ki, Çinlə əməkdaşlıq digər ölkələrlə münasibətlərə alternativ kimi nəzərdən keçirilmir:
"Biz heç bir halda əvəzetmədən danışmırıq. ABŞ ilə strateji tərəfdaşlığı sıfırdan, təmiz səhifədən bərpa etməyə hazırıq və cavab gözləyirik", – Kobaxidze bildirib.
Onun sözlərinə görə, Çin Gürcüstan üçün mühüm tərəfdaşdır və ölkələr arasında iqtisadi ölçülərdə böyük fərqlərə baxmayaraq, Pekin Tbilisiyə bərabərhüquqlu yanaşma sərgiləyir.
Kobaxidze əlavə edib ki, Gürcüstan Çinlə əməkdaşlığa xüsusi əhəmiyyət verir və bir sıra Avropa İttifaqı ölkələrinin də Çinlə strateji tərəfdaşlıq qurduğunu xatırladıb.
Baş nazir həmçinin ABŞ-la münasibətlərə toxunaraq qeyd edib ki, əvvəlki administrasiya dövründə strateji tərəfdaşlıqda fasilə yaranıb və Gürcüstan bu münasibətlərin yenidən bərpasında maraqlıdır.
"Əlimizi uzadırıq və ABŞ-dan cavab gözləyirik. Strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq", deyə Kobaxidze vurğulayıb.

SEPAH Hörmüz boğazını keçməyə çalışan üç xarici tankeri geri qaytarıb
Hörmüz boğazını keçməyə çalışan ən azı üç xarici neft tankeri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xəbərdarlığından sonra geri qayıdıb.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İran dövlət televiziyasına istinadən məlumat yayıb.
Bu gün İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazından keçid sxemi İranla koordinasiya edilməli və ABŞ ilə imzalanmış İslamabad Anlaşma Memorandumunun beşinci bəndinin müddəalarına əsaslanmalıdır.
"Əks halda, qeyd olunan paralel marşrutun fəaliyyəti dayandırılacaq", - o qeyd edib.

Kobaxidze: Turizm gəlirlərimiz rekord həddə - 4,7 milyard dollara çatıb
2025-ci il Gürcüstanda turizm gəlirləri baxımından rekord il olub.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin illik fəaliyyət hesabatını təqdim edərkən deyib.
Onun sözlərinə görə, ötən il ölkənin turizm gəlirləri 4,7 milyard ABŞ dollarına çatıb.
Baş nazir bildirib ki, 2025-ci ildə Gürcüstana ümumilikdə 7,8 milyon beynəlxalq səyahətçi gəlib. Onlardan 5 milyon 522 mini turist səfərlərinin payına düşüb ki, bu da əvvəlki illə müqayisədə 8,4 % artım deməkdir.
İ.Kobaxidze qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin turizm axınına təsir göstərməsinə baxmayaraq, 2026-cı ilin birinci rübündə turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % artıb.
Baş nazirin sözlərinə görə, həmin dövrdə Gürcüstanın hava limanları 1,6 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da illik müqayisədə 4,3 % çoxdur. Birinci rübdə ölkə hava limanlarında 7 800 aviareys həyata keçirilib.
İ.Kobaxidze əlavə edib ki, hesabat dövründə ölkədə təxminən 1 000 otaqdan ibarət 20 yeni otel istifadəyə verilib. Hazırda Gürcüstanda ümumilikdə 53 min otağa malik 2 691 otel fəaliyyət göstərir.
Baş nazir vurğulayıb ki, Gürcüstanın İqtisadiyyat Nazirliyi ölkənin strateji turizm bazarlarında marketinq fəaliyyətini davam etdirir.

Rusiya və Ukrayna arasında "160-ın 160-a" formulu üzrə hərbi əsir mübadiləsi baş tutub
Rusiya və Ukrayna "160-ın 160-a" formulu üzrə hərbi əsir mübadiləsi həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qəribabadi: Hörmüzdən təhlükəsiz keçid İranın maraqları nəzərə alınmadan mümkün ola bilməz
Qeyri-müəyyən razılaşmalar, paralel marşrutlar və ya sahilyanı dövlət kimi İranın maraqları nəzərə alınmadan qərarların qəbul edilməsi şəraitində Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə zəmanət verilə bilməz.
"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkəsində yazıb.
"İstənilən etibarlı sxem İranla koordinasiyaya və İslamabad Anlaşma Memorandumunun beşinci bəndinin müddəalarına əsaslanmalıdır. Əks halda, qeyd olunan paralel marşrutun fəaliyyəti dayandırılacaq", - o qeyd edib.

Gürcüstanda gələn il Telavi və Vaziani aeroportlarının tikintisinə başlanılacaq
Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2027-ci ilin sonunda Vaziani Tbilisi Beynəlxalq Aeroportunun tikintisinə başlanılmasının nəzərdə tutulduğunu açıqlayıb.
"Report"un yerli bürosunun məlumatına görə, o, bu barədə parlamentdə hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabat təqdim edərkən bildirib.
Baş nazir qeyd edib ki, hazırda Vaziani Tbilisi Beynəlxalq Aeroportunun tikintisi üzrə hazırlıq işləri aktiv şəkildə davam etdirilir.
Onun sözlərinə görə, tikinti prosesinə 2027-ci ilin sonunda başlanılması, layihənin isə 2031-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
İrakli Kobaxidze həmçinin bildirib ki, Telavi və Mestia hava limanlarında yeni terminalların tikintisinə də yaxın vaxtlarda start veriləcək.
Baş nazirin sözlərinə görə, bu layihələr üzrə tikinti işlərinə 2027-ci ilin oktyabrında başlanılması və 2028-ci ilin sonunadək tamamlanması nəzərdə tutulur.
"Telavidə daxili reyslər üçün yeni hava limanımız, Mestia hava limanında isə tamamilə yeni terminal istifadəyə veriləcək", – deyə İrakli Kobaxidze vurğulayıb.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib.

Politoloq: Ultrasağçı qruplar Polşa və Ukrayna arasında gərginliyi qızışdırır
Polşa ilə qarşılıqlı münasibətlərimiz hazırda ağırdır, çətindir. Amma hu, köhnədən gələn məsələdir.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukraynadan olan politoloq İvan Stupak son günlər Polşa və Ukrayna arasında artan gərginliyi şərh edərkən bildirib.
"Baxmayaraq ki, hələ Ukraynanın keçmiş prezidenti Leonid Kuçma və Polşanın keçmiş baş naziri Aleksandr Krasnetski dövründə artıq bu mövzuda barışma olub. Rəsmi Kiyev tərəfindən "Bağışlanmağımı xahiş edirəm və bağışlayıram" proqramı var idi. İki lider o vaxt bir-birinin üzrxahlığını qəbul etdi. Bütün mübahisələr iki ölkə arasında bununla bağlanmışdı. Amma görürsünüz, eyni məsələ yenidən ortaya çıxır", - deyə politoloq vurğulayıb.
İ. Stupak qeyd edir ki, həm Polşada, həm də Ukraynada müxtəlif kiçik ultrasağçı qruplar var ki, onlar bu məsələni təkrar-təkrar qaldırırlar: "Guya tarixən bütün məsələlər həll olunmayıb, yenə nəsə qaldırmaq, danışmaq, həll etmək lazımdır. Halbuki bir daha deyirəm, bunlar çoxdan keçmiş illərin hadisələridir ki, həqiqətən unutmaq lazımdır. Əks halda bu Polşa ilə Ukrayna arasındakı münasibətlərə çox pis təsir göstərir.
Polşa Ukraynanın əsas müttəfiqidir. Çünki Polşa ərazisində nəhəng Jeşuv-Lesenka qovşağı mövcuddur. Bu, Ukrayna üçün böyük miqdarda yüklərin keçdiyi aeroportdur. NATO yükləri, sursat və sair Ukraynaya buradan gəlir.
Hazırda ilk növbədə Ukraynanın yetkin mövqeyi olmalıdır. İncimək olmaz. Yəni bunun üçün Xarici İşlər Nazirliyi var. Gedin, görüşün, razılaşın. Amma gördüyümüz budur ki, rəsmi Kiyev uşaq küsəyənliyi göstərir. Tədricən, addım-addım, münasibətlər pisləşir.
Bu gedişlə münasibətlərin səviyyəsi Ukraynaya münasibətlərin təxmini düşmən mərhələsinə düşər. Münasibətlər, soyuqluq, ziddiyyətlilik və əlbəttə, Rusiya Federasiyasının bundan istifadəsi müşahidə olunacaq. Yüz faiz Moskva haradasa bu məqamla oynamağa çalışacaq. Haradasa Ukraynada, haradasa Polşada bu oyun hiss olunacaq. Avropa İttifaqının üzvü olan Polşa bizim Avropa istəklərimizə maneələr yaradacaq".

Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") daha iki Ermənistan müəssisəsinin balıq məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti olaraq dayandırıb.
"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya nəzarət qurumundan məlumat verilib.
"Rosselxoznadzor"da xatırladıblar ki, daha əvvəl aşkar olunmuş sistem pozuntuları ilə əlaqədar iki müəssisə istisna olmaqla, bütün istehsalçıların balıq məhsullarının sertifikatlaşdırılmasının müvəqqəti dayandırılması üçün Ermənistan tərəfinə müraciət etmişdilər.
Lakin təqdim olunmuş materialların təhlilinə əsasən, Rusiya tərəfi məhdudiyyətlərin həmin müəssisələrə də şamil edilməsinin zəruriliyi qənaətinə gəlib.
Beləliklə, hazırda Ermənistandan Rusiyaya balıq məhsullarının tədarükü tamamilə dayandırılıb.

Pakistanın daxili işlər naziri bu gün Tehrana səfər edəcək
Pakistanın daxili işlər naziri senator Seyid Möhsin Rza Nəqvi iyunun 6-da İrana səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə "Hamshahrionline.ir" məlumat yayıb.
Bildirilib ki, Pakistanın daxili işlər naziri İranda Vaşinqton və Tehran arasında anlaşma memorandumuna nail olma mexanizmini nəzərdən keçirəcək.

Qardabanidə məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var
Gürcüstanın Qardabani bələdiyyəsində Kosalı ictimai məktəbinin şagirdlərini ekskursiyaya aparan mikroavtobus qəzaya düşüb, bir nəfər ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə içərisində 30 nəfərin olduğu nəqliyyat vasitəsinin yol kənarında dayandığı vaxt qeydə alınıb.
Belə ki, mikroavtobusa arxadan gələn minik avtomobili çırpılıb. Nəticədə sürücülərdən biri nəqliyyat vasitələrinin arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Həlak olan şəxsin Qardabani sakini, 68 yaşlı kişi olduğu bildirilir.
Hadisə zamanı bir neçə məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların dəqiq sayı və sağlamlıq vəziyyəti barədə hələ ki rəsmi məlumat açıqlanmayıb.
Hadisə yerinə patrul polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

-
inews.az
- Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) müxalif "Güclü Ermənistan" blokunun seçki siyahısının bəzi üzvlərinə qarşı cinayət təqibinin başlanması barədə ölkə prokurorluğunun vəsatətlərini təmin edib.
"Report" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Qeyd olunub ki, MSK blokun altı nümayəndəsinə qarşı bu cür addımların həyata keçirilməsini təsdiqləyib. Prokurorluq həmçinin onları həbs etmək hüququ əldə edib.
Bunundan əlavə, onların nədə ittiham olunduğu açıqlanmayıb.
Qeyd edək ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri üzrə seçkiqabağı kampaniya dövründə "Güclü Ermənistan" nümayəndələri seçiciləri ələ almağa cəhd etdiklərinə görə dəfələrlə saxlanılıblar.

ABŞ İranın radar qurğularına zərbələr endirib
ABŞ qüvvələri İranın Goruk və Qeşm adalarındakı radar obyektlərinə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCON) məlumat yayıb.
"ABŞ ordusu İranın Goruk və Qeşm adalarındakı sahil radar qurğularına zərbələr endirib", - deyə məlumatda qeyd olunub.

Ermənistanda sükut günü başlayıb
Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində partiya və blokların təşviqat aparmasının qadağan olunduğu sükut günü başlayıb.
"Report" xəbər verir ki, qadağa Ermənistan vaxtı ilə gecə yarısında qüvvəyə minib.
Ölkə qanunlarına görə, bu gün seçki subyektlərinin liderləri və nümayəndələrinə tərəfdarları ilə görüşlər keçirmək, mediada və sosial şəbəkələrdə təşviqat materialları dərc etmək, televiziya və radioda çıxış etmək qadağandır.
Şəhər küçələrində artıq asılmış bannerlər və plakatlar qala bilər; onların yığışdırılması qanunla tələb olunmur. Sükut günündə seçkilərdən əvvəl son hazırlıq işləri də seçki məntəqələrində aparılacaq. Məntəqə seçki komissiyalarının üzvləri səsvermə qutuları və lazımi avadanlıqlar quraşdıracaqlar. Ənənəvi olaraq, seçki məntəqələrinin xeyli hissəsi təhsil müəssisələrində yerləşir.
Ekspertlərin və ölkədə aparılan sosioloji araşdırmaların nəticələrinə görə, "Güclü Ermənistan" blokunun lideri, iş adamı Samvel Karapetyan seçkilərdə hazırkı Ermənistanın baş naziri Nikol Paşinyan və onun "Vətəndaş Müqaviləsi" partiyasının əsas rəqiblərindən biri olacaq.

Türkiyənin balıqçı gəmisinə hücum edilib, ölən və yaralananlar var
Türkiyənin Qara dəniz hissəsində balıqçı gəmisinə edilən hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, Kırımın qərbində, Sevastapol sahilləri yaxınlığında "Duru 67" adlı balıqçı gəmisinə hücum edilib. Hadisə nəticəsində gəmi batıb.
"Hadisə ilə bağlı Türkiyə Sahil Mühafizəsinə məxsus gəmis tibbi heyətlə birlikdə bölgəyə göndərilib. Daha sonra həlak olan şəxsin meyiti və yaralılar Sahil Mühafizəsinin gəmisinə təhvil verilib",- məlumatda qeyd olunub.
Tibbi yardım göstərildikdən sonra yaralıların İnebolu limanına çatdırılması üçün tədbirlər görülüb.

Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər
Gələcəkdə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin Rusiyaya səfəri gözlənilir, lakin konkret tarixlər hələ razılaşdırılmayıb.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Gələcəkdə Uitkoff və Kuşneri gözləyirik. Amma hələlik heç bir tarix yoxdur", - deyə o bildirib.

Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil
Rusiyanın Hindistan və digər tərəfdaşlarla əməkdaşlığı siyasi mülahizələrə tabe deyil; Moskva zəruri hesab etdiyini edəcək və öhdəliklərini yerinə yetirəcək.
"Report" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında açıqlayıb.
"Digər tərəfdaşlarımız kimi, Hindistanla əməkdaşlığımız da siyasi mülahizələrə tabe deyil. Heç kim bizə deyə bilməz: "Hindistanı təchiz etməyin." Heç kim bizə bunu heç vaxt deməz. Özümüz üçün doğru hesab etdiyimiz şeyi edəcəyik və tərəfdaşlarımız, xüsusən də Hindistan kimi tərəfdaşlarımız qarşısında öhdəliklərimizi həmişə yerinə yetirəcəyik. Biz bu qaydalara uyğun olaraq belə fəaliyyət göstəririk. Və belə də fəaliyyətimizi davam etdirəcəyik", - deyə Rusiya lideri bildirib.

Putin: Rusiyanın İrandan zənginləşdirilmiş uranın çıxarılması təklifi masa üzərindədir
Rusiyanın İrandan zənginləşdirilmiş uranın çıxarılması təklifi masa üzərindədir
"Report" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında açıqlayıb.
"Təklifimiz masadadır. Biz heç nədə israr etmirik. Müharibədə iştirak edən tərəflər bunun yaxşı bir təklif olduğuna qərar verərsə, davam edərik. Əgər belə deyilsə, biz sadəcə vəziyyəti izləyəcək və mümkün qədər gərginliyi azaltmaq üçün tədbirlər görəcəyik", - deyə o bildirib.

Rustavi-Qırmızı Körpü yolunun tikintisi üzrə yenidən tender elan olunub
Gürcüstanda Azərbaycan və Ermənistan sərhədlərinə çıxışı təmin edəcək Rustavi-Qırmızı Körpü və Alget-Sadaxlı avtomobil yolu layihəsinin tikintisi üzrə beynəlxalq tenderlər yenidən elan edilib.
"Report"un yerli bürosu xəbər verir ki, layihə çərçivəsində avtomobil yolu dörd hissə üzrə inşa olunacaq: Rustavi–Algeti (I lot), Algeti–Qırmızı Körpü (II lot), Algeti–Arfalo (III lot) və Arfalo–Sadaxlo (IV lot).
Qeyd olunub ki, sözügedən magistral yol Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsini təşkil edir və Gürcüstanın yol infrastrukturunu Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirəcək.
Layihə çərçivəsində beynəlxalq yol təhlükəsizliyi standartlarına uyğun, küçə işıqlandırma sistemi ilə təchiz edilmiş 61,2 kilometrlik dörd zolaqlı beton avtomobil yolunun, həmçinin 26 körpü və 11 nəqliyyat qovşağının tikintisi nəzərdə tutulur.
Layihənin maliyyələşdirilməsi Avropa İnvestisiya Bankının krediti və Gürcüstanın dövlət büdcəsi hesabına həyata keçiriləcək. Magistral yolun layihələndirilməsi isə Dünya Bankının maliyyə dəstəyi ilə Niderland şirkəti tərəfindən hazırlanıb.
Yeni avtomobil yolunun regionda nəqliyyat əlaqələrinin genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və sərhəd keçidlərinə çıxış imkanlarının yaxşılaşmasına töhfə verəcəyi gözlənilir.

Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb
Rusiya lideri ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatları dayandırmaq qərarını düzgün adlandırıb və regionda sülhə ümid etdiyini bildirib.
"Report" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında açıqlayıb.
O, həmçinin qeyd edib ki, Moskva Buşehr nüvə elektrik stansiyasındakı vəziyyətlə bağlı da daxil olmaqla, Vaşinqton, Tehran və Təl-Əvivlə əlaqə saxlayır:
"Hər kəs bizə stansiyanın yaxınlığında təsadüfən raket düşmələrinin baş verdiyinə zəmanət verir. Hər kəs bizə bunun qəza olduğunu və bir daha təkrarlanmayacağına zəmanət verir. Bizi aldatdıqlarına inanmaq üçün heç bir səbəbim yoxdur. Vəziyyət sakitləşdikdən sonra Rusiya ölkədə nüvə obyektlərinin tikintisini davam etdirəcək. Lakin, İranın dinc nüvə layihələrinə qoyulan məhdudiyyətlərlə bağlı narahatlıqlarının aradan qaldırılması da burada rol oynaya bilər", - deyə o qeyd edib.
Müharibənin səbəblərindən danışan Putin bildirib ki, ABŞ-la münaqişədə İran tərəfindən heç bir təxribat görmür:
"Hesab edirəm ki, biz o vaxt razılığa gəldik, İranın nüvə proqramı ilə bağlı müvafiq razılaşmanı qəbul etdik və hər şey Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA)nəzarəti altında idi. Lakin təəssüf ki, o zaman vəziyyət fərqli şəkildə, fərqli bir çərçivədə inkişaf etdi".
Rusiya lideri qeyd edib ki, Moskvanın Tehranın nüvə silahı inkişaf etdirməyə çalışdığı barədə heç bir məlumatı yoxdur:
"İsrailin narahatlıqları hamıya məlumdur; onlar İranın nüvə silahı inkişaf etdirməyə çalışdığı barədə fikirlərindən irəli gəlir. Tehran dəfələrlə, həm əvvəllər, həm də hazırda bu cür silahlar əldə etmək planlarının olmadığını bildirib. Bu vəziyyətdə əsas problem qarşılıqlı etimadın olmamasıdır".

ABŞ İranın kölgə bank sistemini və qaz ixrac şəbəkəsini "qara siyahı"ya salıb
ABŞ administrasiyası İrana qarşı sanksiya siyahısını genişləndirərək, Tehranın kölgə bank sistemində və mayeləşdirilmiş neft qazı ixrac şəbəkəsində iştirakı olduğu iddia edilən bir sıra şəxsləri və qurumları əlavə edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, Palau, Panama və Sent-Kits və Nevis bayraqları altında üzən altı tanker sanksiya siyahısına əlavə edilib.
Sanksiyalar, xüsusən də yüz milyonlarla dollar dəyərində İran mənşəli mayeləşdirilmiş neft qazının tədarükündən məsul olan fərdlər, təşkilatlar və gəmilər şəbəkəsinə qarşı tətbiq olunub.
ABŞ hökumətinin məlumatına görə, bu yanacaq Omanda istehsal olunub və alıcılar Cənubi və Şərqi Asiyadakı müəssisələr olub. Bu işdə BƏƏ və Çindəki saxta şirkətlərdən, xarici bank hesablarından və İranın kölgə donanmasından istifadə edilib.
İranın qara siyahısının genişləndirilməsi qərarı Şanxayda yerləşən bir şirkətə də təsir göstərib.Şirkət ABŞ məhdudiyyətlərini pozaraq İranın mayeləşdirilmiş təbii qazının ixracında iştirak edən bir Türkiyə vətəndaşına məxsusdur.
İranın maliyyə şirkətinə də sanksiyalar tətbiq edilib və şirkət qara siyahıya salınmış İran banklarına yüz milyonlarla dollar dəyərində əməliyyatlar aparmağa kömək edib.

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib
ABŞ ilə müharibənin yenidən başlaması halında, İran hələ hücuma məruz qalmamış Amerika bazalarına zərbələr endirməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin hərbi müşaviri Möhsün Rezai "CNN"ə verdiyi müsahibədə bildirib.
"Əvvəllər hücuma məruz qalmayan digər Amerika bazalarına zərbə endirməklə müharibəyə yeni bir ölçü qatacağıq", - deyə o əlavə edib.
Onun sözlərinə görə, müharibə yenidən başlasa, İran hərbi əməliyyatları Fars körfəzindən kənara - Hörmüz boğazından Hind okeanına, Babül-Məndəb boğazına, Qırmızı dənizə və Aralıq dənizinə köçürə bilər.
Eyni zamanda, Rezai qeyd edib ki, müharibə ehtimalı aşağı olaraq qalır.

Giorgi Tumasyan: Ermənistandakı seçkilərə Rusiyadan müdaxilə cəhdləri müşahidə olunur
Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində Rusiyadan müəyyən təsir cəhdləri müşahidə olunur.
Bu barədə Gürcüstan Erməni İctimai Platformasının sədri Giorgi Tumasyan "Report"un Gürcüstan bürosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, son aylar ərzində Rusiyadakı erməni icması vasitəsilə həm Rusiya, həm də Ermənistan vətəndaşlığına malik şəxslərin Ermənistana gələrək səsvermədə iştirak etməsinə yönəlmiş təşəbbüsləri müşahidə olunub. "Son aylar ərzində Rusiyadakı erməni icması tərəfindən, onların arxasında isə Kreml hakimiyyətinin dayandığı iddia olunan fəal cəhdlərin şahidi olmuşuq. Məqsəd həm Rusiya, həm də Ermənistan vətəndaşlığına malik şəxsləri Ermənistana gələrək səs verməyə təşviq etmək olub", - o qeyd edib.
G.Tumasyan bildirib ki, bu prosesin izləri həm sərhəd keçidlərində, həm də statistik göstəricilərdə müşahidə olunur. "Eyni zamanda Gürcüstanda, xüsusilə Samtsxe-Cavaxetiya bölgəsində də Ermənistan vətəndaşlığı olan, ikili vətəndaşlığa malik şəxslərin seçkilərə səfərbər edilməsi istiqamətində müəyyən cəhdlər müşahidə olunub", - o vurğulayıb.
Onun sözlərinə görə, xarici təzyiqlər əsasən Rusiyadan qaynaqlanır.
"Söhbət ilk növbədə Rusiyadan gedir. Oradan Ermənistana qarşı faktiki olaraq iqtisadi sanksiyalar və embarqo xarakterli addımların atıldığını müşahidə edirik", - G.Tumasyan bildirib.
O bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi kursu ilə yanaşı, regionda sülh prosesinin taleyi baxımından da mühüm əhəmiyyət daşıyır: "Mən hesab edirəm ki, Ermənistan xalqı baş nazir Nikol Paşinyanın həyata keçirdiyi kursun davam etdirilməsinə üstünlük verəcək. Məqsəd sülh prosesini yekunlaşdırmaq, kommunikasiyaların açılmasını təmin etmək və qonşularla mehriban münasibətlər qurmaqdır".

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətindən bildirilib.
"İlkin məlumatlara görə, iyunun 5-i səhər saatlarında Oktyabrsk rayonunda Ob çayında 8 sərnişini olan kiçik gəmi aşıb. Hazırda həlak olanların və xəsarət alanların sayı müəyyənləşdirilir", – məlumatda qeyd olunub.
Su nəqliyyatı vasitələrinin hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb, müstəntiqlər hadisənin təfərrüatlarını araşdırırlar.

Ermənistanda seçicilərin qeyri-qanuni yollarla ələ alınması mexanizmi ifşa edilib
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi seçicilərin ələ alınması üzrə sxeminin üstünü açıb.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, qanunazidd fəaliyyətdə sabiq yüksək vəzifəli məmurların əli var.
"Korrupsiyaya qarşı Mübarizə Komitəsi seçicilərin ələ alınması sxemini aşkar edib və onun sonrakı cinayətkar fəaliyyətinin qarşısını alıb. İşin fiqurantları arasında keçmiş yüksək vəzifəli şəxslər, o cümlədən Dövlət Əmlakının İdarəedilməsi üzrə Departamentin rəhbəri vəzifəsində çalışmış Arman Saakyan da var", - qurumun bəyanatında bildirilib.
Komitənin məlumatına görə, dörd nəfər seçkilər zamanı rüşvət vermək və almaqda ittiham olunur. Onlardan ikisi barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Qurumdan vurğulanıb ki, cinayətkar sxemin bütün iştirakçılarının müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunmasına yönəlmiş fəal istintaq və prosessual addımlar davam etdirilir.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Ermənistanın Şirak vilayətinin icma rəhbəri Vardan Qukasyan və bir qrup şəxs ölkədə çevriliş hazırlayırdılar.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.
"Şirak vilayətinin icma rəhbəri Vardan Qukasyan digər şəxslərlə birgə 2025-ci il ərzində Ermənistanda müxtəlif şəxslərlə görüşlər və tərəfdarların cəlb edilməsi vasitəsilə hakimiyyətin qəsb edilməsinə yönəlmiş hazırlıq hərəkətlərini ehtimal ki, həyata keçirib... Lakin şəraitlə əlaqədar olaraq, onların planı baş tutmayıb", - komitədən bildirilib.
Qeyd olunub ki, bu məruzə ilə əlaqədar Dövlətə qarşı cinayətlərin istintaqı üzrə Baş İdarə Ermənistan Cinayət Məcəlləsinin 43-419-cu maddəsinin 1-ci hissəsi (hakimiyyətin qəsb edilməsinə hazırlıq) ilə cinayət işi qaldırıb. Cinayət icraatı çərçivəsində bu prosesə aidiyyəti olan bütün şəxslərin müəyyən edilməsi üzrə tədbirlər görülür.

Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib
İranın Ali rəhbəri Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib.
"Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bu, onun Ali Rəhbər postuna seçildiyi vaxtdan bəri imzaladığı ilk əfv fərmanıdır.

-
inews.az
- Qrossi: AEBA İranın yüksək zənginləşdirilmiş uranın saxlanma yerini dəyişmədiyini hesab edir
Qrossi: AEBA İranın yüksək zənginləşdirilmiş uranın saxlanma yerini dəyişmədiyini hesab edir
İran tərəfi görünür ki, özünün yüksək zənginləşdirilmiş uran ehtiyatlarını yeni yerə köçürməyib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.
"Biz hesab edirik ki, uran elə əvvəldən olduğu yerdədir", - o deyib.
Bununla yanaşı, Qrossi xatırladıb ki, bir il əvvəl ABŞ bu ehtiyatların saxlanıldığı İranın yeraltı nüvə mərkəzlərinə zərbələr endirib.
Onun sözlərinə görə, yaranmış vəziyyətdə AEBA ekspertlərinin obyektlərə giriş əldə edə bilməsi və orada vəziyyətlə bağlı öz qiymətləndirməsini aparması vacibdir.
"Ehtiyatların həcminin əvvəlki səviyyədə qalıb-qalmadığını müəyyən etmək üçün oraya daxil olmalıyıq", - o qeyd edib.

-
inews.az
- Macarıstan Ermənistan, Gürcüstan və Filippin vətəndaşlarına iş vizalarının verilməsini dayandırır
Macarıstan Ermənistan, Gürcüstan və Filippin vətəndaşlarına iş vizalarının verilməsini dayandırır
Macarıstan hökuməti bu gündən etibarən Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarına iş vizalarının verilməsini dayandırır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Vanda Sondi bildirib.
Onun sözlərinə görə, hökumət əcnəbi işçilərin yerli işçilərin əməkhaqqısının artımını ləngitdiyi ilə bağlı narahatlıqlara görə onların işə düzəlmə qaydalarını sərtləşdirmək niyyətindədir.
V.Sondi bildirib ki, bu, ölkəyə əcnəbi işçi axınının tənzimlənməsində ilk addım olacaq.
Bununla yanaşı, artıq Macarıstanda olan əcnəbi işçilər icazələrin müddətinin uzadılması üçün müraciət edə biləcəklər, əvvəllər verilmiş ərizələrə isə müəyyən olunmuş qaydada baxılacaq.

Zaxarova: Azərbaycanlı dənizçilərlə bağlı insidentə görə Moskva Bakı ilə sıx təmasdadır
Rusiya Azov dənizində "Natra" və "Tsirkon" gəmilərinə hücumla əlaqədar Azərbaycanın Moskvadakı səfirliyi və ölkənin Xarici İşlər Nazirliyi (XİN) ilə sıx təmasdadır.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatında deyilir.
"Azərbaycanın Moskvadakı səfirliyi və Azərbaycanın Xarici İşlər Nazirliyi ilə sıx təmasdayıq", - bəyanatda deyilir.
Daha əvvəl Azərbaycan XİN bildirib ki, Azov dənizində iki xarici yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində beş Azərbaycan vətəndaşı həlak olub, üç nəfər isə yaralanıb.

Peskov: Tramp administrasiyasının Ukrayna ilə bağlı mövqeyi ziddiyyətlidir
ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi ziddiyyətlidir.
"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya"ya müsahibəsində bildirib.
"Ağ evin mövqeyi bir tərəfdən ardıcıl, digər tərəfdən isə beynəlxalq məsələlərdəki hər şey kimi olduqca ziddiyyətlidir", - o qeyd edib.

Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar "ASAN xidmət" avtobusu Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərir.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində təşkil olunan xidmət çərçivəsində Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, habelə məhkumluq barədə arayışların verilməsi üzrə xidmətlər göstərilir.
Hazırda səfirliyin inzibati binasında vətəndaşların qəbulu davam edir.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar öncədən Elektron Növbə Portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qəbul üçün növbə aşağıdakı ünvandan əldə edilə bilər:
appointment.mfa.gov.az/az
Portalda səfirlik seçildikdən sonra müvafiq xidmət və müraciət tarixi (5, 6 və ya 7 iyun) qeyd edilməlidir.

İrəvanın keçmiş meri saxlanılıb
Ermənistanda sabiq nəqliyyat və rabitə naziri, İrəvanın keçmiş meri Qaqik Beqlaryan saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunub ki, onun saxlanılmasının səbəbi hələ müəyyən edilməyib. Lakin daha əvvəl ona qarşı, o cümlədən 27 daşınmaz əmlakın mənimsənilməsi və dövlətə 5,7 milyon dollar ziyan vurulması ittihamı ilə cinayət işi başlanmışdı.
Q.Beqlaryana qarşı həmçinin çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı çoxsaylı epizodlar üzrə ittihamlar irəli sürülmüşdü.

Overçuk: Aİ-nin Ermənistana 50 milyon avroluq yardımı heç nəyi həll etməyəcək
Avropa İttifaqının (Aİ) Ermənistana ayırmaq niyyətində olduğu təqribən 50 milyon avro həcmində maliyyə yardımı iqtisadi dəstək baxımından qətiyyən heç nəyi həll etməyəcək.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Bu, qətiyyən heç nəyi həll etmir. Bizim (Ermənistanla) ticarət həcmlərimiz tamamilə fərqlidir, bunu heç şərh etmək belə istəmirəm", - A.Overçuk qeyd edib.
Daha əvvəl Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen bildirib ki, Aİ Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda bu ölkəyə 50 milyon avro həcmində maliyyə dəstəyi paketi hazırlayır.

Udmurtiyada yol qəzası nəticəsində beş nəfər ölüb, beş nəfər yaralanıb
Udmurtiyanın (Rusiya) Sarapul rayonunda iki minik avtomobili toqquşub, nəticədə beş nəfər ölüb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region üzrə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, daha beş nəfər xəstəxanaya yerləşdirilib.
Qurumun məlumatına görə, "Ford Focus" markalı avtomobilin sürücüsü əks hərəkət zolağına çıxaraq "Kia Spectra" markalı avtomobillə toqquşub.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə şəraiti və səbəbləri müəyyənləşdirilir.

Kiyevdə poçt çeşidləmə mərkəzində partlayış olub, ölən və yaralananlar var
Kiyevin Obolon rayonunda səhər saatlarında poçt operatorunun çeşidləmə mərkəzinin ərazisində partlayış baş verib, nəticədə bir nəfər həlak olub, iki nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib.
"Hadisə nəticəsində 59 yaşlı kişi həlak olub, 37 və 41 yaşlarında daha iki nəfər isə yaralanıb", - Kiyev polisinin mətbuat xidmətinin məlumatında qeyd olunub.
Qurumun məlumatına görə, hazırda partlayışın səbəbləri araşdırılır, istintaq-əməliyyat qrupu, xilasedicilər və həkimlər hadisə yerindədir.

Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət idarəetmə sistemində genişmiqyaslı dəyişiklikləri, o cümlədən vitse-prezident vəzifəsinin təsis edilməsini nəzərdə tutan konstitusiya qanunları paketini imzalayıb.
"Report" xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
"Qazaxıstan Respublikasının Prezidenti haqqında" qanuna əsasən, vitse-prezident dövlət orqanları ilə qarşılıqlı fəaliyyətdə dövlət başçısının maraqlarını təmsil edəcək və onun tapşırığı ilə digər funksiyaları yerinə yetirəcək.
Digər qanunla ölkənin ali nümayəndəli və qanunverici orqanı olan Qurultay təsis edilir. Onun tərkibinə partiya siyahıları üzrə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Qurultay bir sıra əsas təyinatların razılaşdırılması, büdcənin icrası haqqında hesabatların təsdiqi və prezident seçkilərinin təyin edilməsi üzrə səlahiyyətlər əldə edəcək.
Eyni zamanda, ümummilli dialoqu və vətəndaş cəmiyyətinin daxili siyasətin formalaşmasında iştirakını təmin etmək məqsədi daşıyan ali məsləhət orqanı – Qazaxıstan Xalıq Keneşi yaradılıb. Şuraya qanunvericilik təşəbbüsü hüququ və ümumxalq referendumlarının keçirilməsi təşəbbüsü ilə çıxış etmək imkanı verilir.
Bundan əlavə, K.Tokayev paytaxtın idarə edilməsi, onun inkişafı məsələlərini, eləcə də inzibati-ərazi vahidlərinin yaradılması və dəyişdirilməsi qaydasını tənzimləyən paytaxtın statusu və inzibati-ərazi quruluşu haqqında konstitusiya qanunlarını imzalayıb.

Paşinyan: Türkiyə Ermənistana mal ixracına dair tələbləri dəyişdirəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Ermənistana mal ixracının rəsmiləşdirilməsi qaydalarını dəyişdirəcəyini bəyan edib.
Bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir.
Onun sözlərinə görə, əvvəllər Türkiyə mallarının birbaşa Ermənistana göndərilmək üçün rəsmi qaydada sənədləşdirilməsu mümkün deyildi. Buna görə də onlar üçüncü ölkələrə göndərilir, sonra isə Ermənistana çatdırılırdı.
"Ermənistanda Türkiyə istehsalı olan çoxlu mal var və bu, əlavə proses idi: bu mallar başqa ölkəyə aparılır, emal edilir, sonra isə Ermənistana tədarük edilirdi", - Paşinyan deyib.
Baş nazir qeyd edib ki, indi Türkiyə sənədlərdə Ermənistanın birbaşa çatdırılma ölkəsi kimi göstərilməsinə icazə verəcək.

Kubanda şagird məktəbdə atışma törədib, yaralananlar var
Doqquzuncu sinif şagirdi Rusiyanın Kuban bölgəsindəki məktəbə pnevmatik silahdan atəş açıb, iki şagird yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası qubernator Veniamin Kondratyevə istinadən məlumat yayıb.
"Xəstəxanada uşaqlara bütün lazımi tibbi yardım operativ şəkildə göstərilir, hazırda həkimlər xəsarət alanların vəziyyətini qənaətbəxş qiymətləndirirlər", - o bildirib.
Prokurorluq yoxlama təşkil edib. Yeniyetmənin məktəbə pnevmatik silahı necə keçirə bildiyi müəyyənləşdirilir.

III Şionun taxta çıxma mərasimi olub
Gürcüstanın yeni seçilmiş Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bişvinta və Sxum-Abxaziya mitropoliti Müqəddəs Şio III-nün (Mitropolit Şio) taxta çıxma mərasimi Svetitsxoveli Kafedralında baş tutub.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, təntənəli mərasim Müqəddəs Sinod üzvlərinin və digər ruhanilərin iştirakı ilə keçirilən liturgiya ilə başlayıb.
Bayram ibadəti yerli vaxtla saat 10:00-da start götürüb.
Liturgiya zamanı yeni Patriarxa idarəetmə simvolları – patriarxal mitra, tac və əsas dini rəmzlərdən biri hesab olunan xaç-panagiya təqdim edilib. Taxta çıxma mərasiminin əsas hissəsinin sonunda isə qədim patriarxal mitra III Şionun başına qoyulub.
Mərasimdə Gürcüstan hökumətinin və Nazirlər Kabinetinin üzvləri, həmçinin hakim "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvili də iştirak edib.
Xatırladaq ki, ötən gün Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında keçirilən səsvermənin nəticələrinə əsasən, Senaki və Çxorotsku mitropoliti Şio Muciri Gürcüstanın 142-ci Katolikos-Patriarxı seçilib. O, 22 səs toplayaraq Patriarx elan olunub. Digər namizədlərdən Urbnisi və Ruisi mitropoliti İob 9, Poti və Xobi mitropoliti Qriqol isə 7 səs qazanıb. Bir bülleten etibarsız sayılıb.
Qeyd edək ki, Gürcüstanın Katolikos-Patriarxı II İliya 2026-cı il martın 17-də 93 yaşında vəfat edib. Bundan sonra Gürcüstan Pravoslav Kilsəsində yeni Patriarxın seçilməsi prosesi başlanmışdı.

Aİ ölkələrindən 692 Gürcüstan vətəndaşı geri qaytarılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin 2026-cı ilin birinci rübü üzrə açıqladığı statistikaya əsasən, bu ilin yanvar-mart aylarında Avropa İttifaqı (Aİ) ölkələrində qanunsuz yaşayan 692 Gürcüstan vətəndaşı ölkəyə geri qaytarılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, məlumata görə, ən çox deportasiya halı Almaniyada qeydə alınıb.
Belə ki, hesabat dövründə Almaniyadan 377 Gürcüstan vətəndaşı readmissiya proseduru çərçivəsində geri göndərilib. Siyahıda Fransadan 104, İtaliyadan isə 40 nəfər yer alıb.
Ən çox deportasiya olunan Gürcüstan vətəndaşlarının qeydə alındığı digər ölkələr isə Polşa, İsveçrə, Yunanıstan, İrlandiya, İspaniya, Hollandiya və Belçikadır.
Qeyd edək ki, Gürcüstan və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası ilə bağlı saziş 2011-ci il martın 1-də qüvvəyə minib. Sazişə əsasən, Aİ ölkələrində qanunsuz yaşayan Gürcüstan vətəndaşları geri qaytarılır. Sənəd, eyni zamanda, müəyyən şərtlər daxilində üçüncü ölkə vətəndaşlarının da Gürcüstana readmissiyasını nəzərdə tutur.
Readmissiya və tranzit prosedurları ilə bağlı nəqliyyat xərcləri isə son təyinat ölkəsinin sərhədinədək müraciət edən dövlət tərəfindən qarşılanır.

Qazaxıstanda iki kollecin təsisçisi təhsilə ayrılmış 2,8 milyon dolları mənimsəyib
Şımkənddə (Qazaxıstan) Maliyyə Monitorinqi Agentliyinin departamenti 1,3 milyard tengə (2,8 milyon dollar) məbləğində büdcə vəsaitlərinin mənimsənilməsi faktı üzrə istintaqı yekunlaşdırıb.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
2018-2023-cü illər ərzində iki kollecin təsisçisi olan qadın təhsilə ayrılmış pulları mənimsəyib. Bununla yanaşı, sxemin təşkilatçısı əvvəllər törətdiyi mənimsəməyə görə son üç il ərzində azadlıqdan məhrumetmə yerlərində olub və qanunsuz fəaliyyəti oradan idarə edib. İstintaq zamanı şübhəlilər könüllü olaraq 65 milyon tengəni (140,9 min dolları) geri qaytarıblar.
"Məhkəmənin sanksiyası ilə 3 mənzilə, o cümlədən Dubay şəhərindəki 3 yaşayış evinə, eləcə də 3 avtomobilə həbs qoyulub. Kolleclərin rəhbərləri, mühasiblər və digər əlaqədar şəxslər şərik qismində iştirak ediblər. Vətəndaşlar formal olaraq tədris müəssisələrinə qəbul edilirdi, lakin faktiki olaraq təhsil almırdılar. Bu isə dövlət təhsil sifarişi və kadrların yenidən hazırlanması proqramları çərçivəsində maliyyə əldə etməyə imkan verib", - Maliyyə Monitorinqi Agentliyində qeyd edilib.
Onlar qəbul və işə düzəlmə haqqında saxta əmrlər rəsmiləşdirir, sənədlərin təsdiqlənməsi üçün elektron rəqəmsal imzalardan istifadə edir, eləcə də görülmüş işlərin nominal aktlarını tərtib ediblər.
İki şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib, üç nəfər barəsində isə yaşadığı yerdən kənara çıxmama və lazımi davranış haqqında iltizamnamə tətbiq edilib. Cinayət işi məhkəməyə göndərilib.

Mixail Kalugin: Rusiya "3+3" formatının qorunmasında maraqlıdır
Rusiya Cənubi Qafqaz üzrə "3+3" formatında əlaqələrin davam etdirilməsində maraqlı olaraq qalır və platformanın tam fəaliyyətinin mümkün qədər tez bərpa olunmasına ümid edir.
"Report" xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV departamentinin direktoru Mixail Kalugin bildirib.
O qeyd edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, eləcə də Rusiya, İran və Türkiyəni əhatə edən "3+3" formatı regional məsuliyyət prinsipinə əsaslanaraq Cənubi Qafqaz dövlətləri ilə onların yaxın qonşuları arasında əməkdaşlığın qurulması üçün mühüm vasitədir.
Eyni zamanda, Kalugin qeyd edib ki, bir sıra obyektiv səbəblərdən, o cümlədən İran ətrafındakı vəziyyətə görə, "3+3" formatında növbəti nazirlər görüşünün təşkilində müəyyən fasilə yaranıb: "Lakin əlaqələrin davam etdirilməsinə maraq qalmaqdadır. Platformanın tam fəaliyyətinin mümkün qədər tez bərpa olunmasını səbirsizliklə gözləyirik".
Diplomat aydınlaşdırıb ki, regional məsuliyyət prinsipi bütün regional oyunçuların maraqlarına cavab verən qarşılıqlı faydalı və perspektivli layihələrin əlaqələndirilməsindən, qərarların xarici təzyiq və ya xarici qüvvələr tərəfindən tətbiq edilən gündəm olmadan qəbul edilməsindən ibarətdir:
"Məsələ bölücü xətlərdən qaçmaq və regiondakı hər hansı bir ölkənin ziyanına işləməkdən çəkinməkdir. Yalnız bu əsasda Cənubi Qafqazda təhlükəsizlik və iqtisadi rifah, eləcə də həqiqi və davamlı sülh həqiqətən təmin edilə bilər".
Kalugin həmçinin xatırladıb ki, platformanın təsis iclası 2021-ci ilin dekabr ayında Moskvada keçirilib və formatın təşəbbüskarı Azərbaycan və Türkiyə olub:
"2023-cü ilin oktyabr ayında xarici işlər nazirləri Tehranda birgə görüş keçiriblər. 2024-cü ilin oktyabr ayında İstanbulda keçirilən nazirlər görüşündə nəqliyyat, enerji və mədəniyyət sahələrində əməkdaşlığın konkret məsələlərinin müzakirəsinə başlamaq barədə razılıq əldə edilib". Mixail Kalugin əlavə edib ki, Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edir.

Ermənistanda bu gündən seçkiqabağı təşviqat kampaniyası başlayır
Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində seçkiqabağı təşviqat kampaniyası mayın 8-dən rəsmən başlayır.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri xəbər verir.
Ermənistanın Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün 17 partiya və 2 blok daxil olmaqla 19 siyasi qüvvəni qeydiyyata alıb.
Təşviqat kampaniyası iyunun 5-i daxil olmaqla davam edəcək.
Qeyd edək ki, ölkənin baş naziri Nikol Paşinyan bu gündən etibarən seçkiqabağı kampaniyada iştirak etmək üçün məzuniyyətə çıxıb.

"The Maritime Executive": Rusiya Suriyadakı hərbi bazasını bərpa edir
Rusiya Suriyanın Tartus limanında yerləşən hərbi-dəniz bazasını bərpa etməyə başlayıb.
"Report" xəbər verir ki, bu barədə "The Maritime Executive" ixtisaslaşdırılmış resursu məlumat yayıb.
Məlumata görə, Kremlin donanması ABŞ silahlı qüvvələrinin oradan çıxması fonunda strateji cəhətdən əhəmiyyətli regionda öz mövqelərini yenidən möhkəmləndirir.
Nəşr qeyd edir ki, Rusiya gəmilərinin son yerdəyişmələri uzun fasilədən sonra daimi yerləşdirilməyə hazırlıq görüldüyünü göstərir. Uzun müddət ərzində Rusiyanın bu ərazidəki hərbi-dəniz iştirakı son dərəcə məhdud olaraq qalırdı - akvatoriyada yalnız bir "Stoykiy" (F545) korveti xidmət edirdi. Eyni zamanda onun marşrutu qeyri-adi görünürdü: gəmi bütün Afrika qitəsi ətrafında dövrə vurub və Keyptaun yaxınlığındakı manevrlərdə iştirak edib. Korvet həmçinin Seyşel adalarına və İran limanlarına da daxil olub. Uzun və ağır səfərdən sonra bazaya qayıtmaq əvəzinə, "Stoykiy" Suriya sahillərində saxlanılıb.
"Əvvəllər Rusiyanın Suriyaya səfərləri limanlara adi girişləri xatırladırdı. İndi gəmilər daimi əsasda yanalma körpülərini tuturlar. "Stoykiy" həftələrlə daimi donanma üçün nəzərdə tutulmuş pirslərdə dayanır", - nəşrdə bildirilir.
Bazanın bərpa olunmasının əsas sübutu böyük bir logistik konvoyun Tartus istiqamətində hərəkət etməsi olub. Onu güclü "Admiral Kasatonov" (F461) freqatı müşayiət edir. Bu, təsirli silahlanmaya malik müasir döyüş gəmisidir. "Qrupun tərkibində beynəlxalq sanksiyalar altında olan "General Skobelev" məhsul daşıyan tankeri, "Sparta" yük gəmisi və "Akademik Paşin" neftdaşıyan gəmisi gedir", - "The Maritime Executive" yazır.
Bununla yanaşı, resurs vurğulayır ki, "General Skobelev" tankeri AIS sisteminin siqnallarını qəsdən saxtalaşdırır. Gəmi özünü Baltik dənizi akvatoriyasındakı kimi göstərir, halbuki, artıq Cəbəllütariq boğazını keçib.

SEPAH Hörmüz boğazında ABŞ-yə qarşı genişmiqyaslı əməliyyat keçirib
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-yə qarşı genişmiqyaslı əməliyyat keçirib.
"Report" İran mediasına istinadən xəbər verir ki, bu məlumat SEPAH-ın bəyanatında yer alıb.
"Atəşkəsin pozulmasına və ABŞ ordusunun Cask limanı ərazisində İranın neft tankerinə hücumuna, həmçinin Amerika esmineslərinin Hörmüz boğazına yaxınlaşmasına cavab olaraq, müxtəlif ballistik və gəmi əleyhinə qanadlı raketlərdən, eləcə də zərbə dronlarından istifadə edilməklə genişmiqyaslı və dəqiq kombinə edilmiş əməliyyat keçirilib", - bəyanatda bildirilib və güclü döyüş başlıqlarından istifadə edilərək esmineslərin atəşə tutulduğu vurğulanıb.
SEPAH-dan bildirilib ki, bu hücumlar ABŞ ordusunda itkilərə səbəb olub:
"Kəşfiyyat məlumatları amerikalılar arasında əhəmiyyətli itkilərin olduğunu göstərir və üç düşmən gəmisi Hörmüz boğazı ərazisini sürətlə tərk edib".
Qeyd edək ki, daha əvvəl İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının mərkəzi qərargahı da ABŞ-nin son hücumları və İslam Respublikasının cavab zərbələri barədə bəyanat yayıb.

"Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının mərkəzi qərargahı ABŞ-nin son hücumları və İslam Respublikasının cavab zərbələri barədə bəyanatla çıxış edib.
"Report" xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
"Amerika və onu dəstəkləyən ölkələr bilməlidirlər ki, İran əvvəllər olduğu kimi, hər hansı bir hücuma tərəddüd etmədən güclü və sarsıdıcı cavab verəcək", - bəyanatda qeyd olunub.
Bildirilib ki, ABŞ ordusu atəşkəsi pozaraq İranın Cask bölgəsindəki sahil sularından Hörmüz boğazı istiqamətində hərəkət edən neft tankerinə, eləcə də BƏƏ-nin Fuceyra limanı qarşısında digər bir gəmiyə hücum edib:
"Eyni zamanda, regionun bəzi ölkələrinin köməyi ilə Xəmir, Sirik limanlarının və Keşm adasının sahillərindəki mülki ərazilərə hava hücumları həyata keçirilib.
İran Silahlı Qüvvələri dərhal cavab olaraq Hörmüz boğazının şərq hissəsində və Çabahar limanından cənubda ABŞ hərbi gəmilərinə hücum edərək ciddi ziyan vurub".

IRIB: Hörmüz boğazında ABŞ ilə İran arasında qarşılıqlı hücumlar qeydə alınıb
ABŞ İranın neft tankerinə hücum edib və İslam Respublikası buna cavab olaraq Amerikanın mövqelərinə raket zərbələri endirib.
"Report" xəbər verir ki, bu barədə yüksəkrütbəli hərbi mənbəyə istinadən IRIB məlumat yayıb.
"ABŞ ordusunun İran neft tankerinə hücumundan sonra, Hörmüz boğazı ərazisində hücumu həyata keçirən düşmən bölmələri İranın raket atəşinə məruz qalıb", - məlumatda bildirilib və əlavə olunub ki, ABŞ ordusu itki verərək geri çəkilib.
Qeyd edək ki, daha əvvəl Keşm adası və Bəndər-Abbas limanının ərazisində bir neçə partlayış səsinin eşidildiyi barədə xəbər yayılıb. Bəzi mənbələr Birləşmiş Ərəb Əmirliklərinin qırıcıları vasitəsilə Bəndər-Abbas limanının bombalandığını iddia edib. Digər məlumatda isə Bəndər-Abbasa PUA hücumu və Sirikdə partlayış təkzib olunub.

Sirikdə partlayış və Bəndər-Abbasa PUA hücumu xəbərləri təkzib edilib
İranın Bəndər-Abbas limanında partlayışın baş verməsi, ardınca həmin ərazidə ABŞ-yə aid iki dronun vurulması barədə xəbərlər yayılıb.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, dron hücumu ilə bağlı informasiya təsdiqlənməyib.
"Bəzi mənbələr bildirir ki, Bəndər-Abbasın hava hücumundan müdafiə sisteminin qarşılaşdığı iki dron məhv edilib", - məlumatda bildirilib və bu xəbərin təsdiqlənmədiyi əlavə olunub.
Bildirilib ki, bu limandakı partlayış səsi hava hücumundan müdafiə sisteminin fəaliyyəti ilə bağlıdır: "Bu hadisə Keşmdəki Bəhmən limanında baş vermiş partlayışdan fərqlənir".
Bununla yanaşı, Hörmüz boğazının sahilində yerləşən İranın Sirik şəhərində partlayışın baş verməsi xəbəri də təkzib olunub. "Sirikdə eşidilən səs İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin bəzi gəmilərə qanunsuz hərəkət barədə xəbərdarlığı ilə əlaqədardır", - məlumatda vurğulanıb.
Qeyd edək ki, daha əvvəl Keşm adası və Bəndər-Abbas limanının ərazisində bir neçə partlayış səsinin eşidildiyi barədə xəbər yayılıb. Bəzi mənbələr Birləşmiş Ərəb Əmirliklərinin qırıcıları vasitəsilə Bəndər-Abbas limanının bombalandığını iddia edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarına zərbələr endirib.
İran, ABŞ və müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə su yolunun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB
İranın Bəndər-Abbas limanı ərazisindəki partlayışlarla İsrailin əlaqəsi yoxdur.
"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"İsraildən olan bir mənbə "i24NEWS" telekanalına müsahibəsində vurğulayıb ki, Təl-Əvivin İranda bu axşam baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur", - məlumatda qeyd olunub:
"Eyni zamanda, bəzi digər mənbələr iddia edir ki, partlayış baş verən ərazini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qırıcıları bombalayıb".
Qeyd edək ki, hadisənin bütün aspektlərinin ətraflı araşdırılması və irəli sürülən iddiaların yoxlanılması davam edir.
Keşm adası və Bəndər-Abbas limanının ərazisində bir neçə partlayış səsi eşidilib.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Yerli mənbələr Keşm adasında və Bəndər-Abbas limanında partlayış səslərinin eşidildiyini bildirirlər", – məlumatda qeyd olunub.
Partlayış səslərinin dəqiq səbəbi hələlik məlum deyil:
"Bəzi mənbələr iddia edir ki, bu səslərin bir hissəsi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin bəzi gəmilərə Hörmüz boğazından qanunsuz keçidlə bağlı xəbərdarlıq etmək məqsədilə həyata keçirdiyi əməliyyatlarla əlaqədardır.
Bununla belə, səslərin səbəbləri haqqında dəqiq və dolğun məlumat əldə etmək üçün yoxlamalar davam etdirilir".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarına zərbələr endirib.
İran, ABŞ və müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə su yolunun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Əraqçi Hörmüz boğazı ilə bağlı ABŞ və Bəhreynin BMT qətnamələrini tənqid edib
İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına (TŞ) ABŞ və Bəhreyn tərəfindən Hörmüz boğazındakı vəziyyətlə bağlı təqdim olunan qətnamələri tənqid edib.
"Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bununla bağlı BMT-nin Baş Katibi Antonio Quterreş, Çinin xarici işlər naziri Van İ, Çinin BMT-dəki daimi nümayəndəsi və səfiri, eyni zamanda BMT TŞ-nin sədri Fu Tsuna, eləcə də BMT-yə üzv dövlətlərə ünvanladığı məktubu "Telegram" kanalında bölüşüb.
"A. Əraqçi ABŞ ilə Bəhreyn tərəfindən Hörmüz boğazındakı vəziyyətlə bağlı təqdim edilmiş birtərəfli və təxribat xarakterli qətnaməni tənqid edir və beynəlxalq ictimaiyyətin qanunsuz hərəkətlərə bəraət qazandırmaq üçün TŞ-dən bir alət kimi sui-istifadə edilməsinin qarşısını almaq məsuliyyətini vurğulayır", - məktubda bildirilib və əlavə olunub ki, Hörmüz boğazındakı hazırkı vəziyyətin əsas səbəbi ABŞ və İsrailin İrana qarşı hərbi hücumudur:
"Bu layihənin əsl məqsədi mövcud faktları təhrif etmək, Fars körfəzi və Hörmüz boğazında - Amerikadan minlərlə kilometr uzaqlıqda yerləşən bir bölgədə ABŞ-nin İrana qarşı əvvəlki və davam edən qanunsuz hərəkətlərinə bəraət qazandırmaqdır".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarına zərbələr endirib.
İran, ABŞ və müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə su yolunun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Ərdoğan: Fələstində iki dövlətli həllin tərəfdarıyıq
Türkiyə Fələstində "iki dövlətli həll"in tərəfdarıdır.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Əbdelmacid Tebbunla görüşdə deyib.
"Türkiyə və Əlcəzair olaraq bölgəmizin sülh və təhlükəsizliyini çox ciddi şəkildə təhdid edən zorakılıq sarmalının sona çatdırılmasında ortaq mövqeyə sahibik", - Ərdoğan bildirib və əlavə edib ki, İslam ölkələri arasındakı artan yaxınlaşma və əməkdaşlıq müsbət inkişafdır.
Ərdoğan bu səylərin beynəlxalq və regional ittifaqlara bənzər İslam birliyinin qurulmasına töhfə verməsini arzulayıb.
Qeyd edək ki, "iki dövlətli həll" İordan çayı ilə Aralıq dənizi arasında yerləşən ərazidə iki müstəqil dövlətin – İsrail ilə Fələstinin sülh və təhlükəsizlik şəraitində yanaşı mövcud olmasını ehtiva edir.

-
inews.az
- Hamilton ilə Boçorişvili NATO və Gürcüstan arasında əməkdaşlığın inkişafını müzakirə ediblər
Hamilton ilə Boçorişvili NATO və Gürcüstan arasında əməkdaşlığın inkişafını müzakirə ediblər
NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Tbilisidə keçirilən görüş zamanı əməkdaşlığın inkişafını müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Maka Boçorişvili "X" sosial şəbəkəsində yazıb.
"NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonu Tbilisidə qəbul etməkdən şadam. Biz əməkdaşlıq, regional təhlükəsizlik və Gürcüstan ilə NATO arasında tərəfdaşlığın davam etdirilməsinin vacibliyi barədə konstruktiv müzakirələr apardıq", - o bildirib.

Bəqai: Tehran ABŞ-nin təklifini nəzərdən keçirir
ABŞ-nin pakistanlı vasitəçisi tərəfindən İrana çatdırılan təklifi hələ nəzərdən keçirilir.
"Report" IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, İran mesajları nəzərdən keçirir və ABŞ tərəfinə hələ ki heç bir cavab verməyib.
Daha əvvəl "The Wall Street Journal" jurnalisti Lourens Norman "X" sosial şəbəkəsində bildirmişdi ki, Tehran və Vaşinqton arasındakı razılaşma iki zaman dövrünü nəzərdə tutacaq. Birinci mərhələ - İran limanlarının dəniz blokadasının yumşaldılması və bəlkə, sanksiyaların bir qədər zəiflədilməsidir. 30 gün müddətli ikinci mərhələ isə nüvə məsələsinin həllinə həsr olunacaq.

Rusiya mayın 8-dən 10-dək atəşkəs elan edib
Rusiya 8 may gecəsindən 10 maya qədər atəşkəs elan edib.
MƏLUMAT YENİLƏNİR

Rinkeviçs: Bakı və İrəvan arasında sülh sazişi yaxın gələcəkdə imzalanmalıdır
Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
"Report" Latviya prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə o, İrəvanda Ermənistanın yüksək vəzifəli şəxsləri ilə görüşlərində bildirib.
Məlumat yenilənir...

II Qareginin qardaşı və qardaşı oğlu barəsində inzibati nəzarət tətbiq edilib
Bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu - Gevorq və Ambartsum Nersesyanlar barəsində inzibati nəzarət tətbiq edilib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məhkəmənin qərarında qeyd olunub ki, onların barəsində ev dustaqlığı ləğv edilib, inzibati nəzarət tətbiq olunub. Onların yaşadıqları Eçmiədzin rayonunun Voskeat kəndini tərk etmək hüququ yoxdur.
II Qareginin qohumları 2025-ci ilin noyabrında Eçmiədzin şəhərinin meri seçkiləri zamanı seçki kampaniyasına maneçilik törətmək ittihamı ilə saxlanılmışdılar.

Dağıstanın Kaspiysk şəhərində YDM-in yaxınlığındakı yanğın lokallaşdırılıb - YENİLƏNİB
Dağıstanın Kaspiysk şəhərində yanacaqdoldurma məntəqəsi (YDM) yaxınlığındakı avtoservisdə baş verən yanğın lokallaşdırılıb.
Bu barədə "Report" Rusiya mediasına istinadən xəbər verir.
Dağıstan FHN-in məlumatına görə, yanğın yanacaqdoldurma məntəqəsinin yanındakı avtoservisin ərazisində alışan avtomobildən başlayıb.
Xilasedicilər alovun yanacaqdoldurma məntəqəsinə yayılmasına imkan verməyib, propanla dolu avtosisternin partlamasının və alovun qonşu binalara keçməsinin qarşısını ala biliblər.
Yaşayış evləri üçün təhlükə yoxdur.
Prokurorluq yoxlama aparır.
Dağıstanın Kaspiysk şəhərinin mərkəzində böyük yanğın hadisəsi baş verib.
Bu barədə "Report" yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, yanğın şəhərin yaşayış sektorunda yanacaqdoldurma stansiyasının yaxınlığındakı binada baş verib. İlkin məlumata əsasən, hadisə zamanı YDM-də avtomobilə qaz doldurulurdu.
Sosial şəbəkələrdə yayılan kadrlarda ərazidən güclü alov və qatı tüstünün qalxdığı görünür.
Fövqəladə hallar üzrə təcili xidmətlərin əməkdaşları hadisə yerindədir.

Paşinyan Karapetyanı məhkəməyə verib - "ona bir ton hallüsinogen göbələk yedirəcəyəm"
Ermənistanın Baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyanı məhkəməyə vermək niyyətindədir.
"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Paşinyan bu gün sosial şəbəkələrdə məlumat verib.
"Mənə Samvel Karapetyanın bir ton hallüsinogen göbələk haqqında absurd bəyanatını göstərdilər. Təbii ki, mən onu məhkəməyə verəcəyəm və sözün hüquqi mənasında ona bir ton hallüsinogen göbələk yedirəcəyəm. Sərt ifadələrə görə üzr istəyirəm, amma hər şeyin bir həddi var", - Ermənistanın Baş naziri qeyd edib.
Daha əvvəl S.Karapetyan bildirmişdi ki, guya "onda olan məlumata görə, Ermənistanın Baş naziri Çindən bir ton hallüsinogen göbələk gətirib" və onlardan hər çıxışından əvvəl istifadə edir.

Türkiyədə 77 tələbə qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonunda tələbə qızların yataqxanasında qalan 77 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd olunub ki, müayinələrdən sonra tələbələrdən 35-i ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər tələbələrin müalicəsinin davam etdiyi və səhhətlərinin yaxşı olduğu bildirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Paşinyan: Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik
Ermənistan Ukraynadakı müharibə kontekstində özünü Rusiyanın müttəfiqi hesab etmir.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı keçirilən brifinqdə bildirib.
"Mən Ukrayna Prezidentinin (Volodimir Zelenskinin - red.) İrəvana səfəri ilə bağlı artıq fikir bildirmişəm. Dəfələrlə demişəm ki, Ukrayna məsələsində biz Rusiyanın müttəfiqi deyilik", - Paşinyan qeyd edib.
O, həmçinin Almatı bəyannaməsini xatırladaraq, onun İrəvan üçün prinsipial əhəmiyyət kəsb etdiyini qeyd edib.
"Almatı bəyannaməsinin bizim üçün nə qədər vacib olduğunu bilirsiniz. Biz Azərbaycanla sülh prosesini məhz onun əsasında qururuq. Bu, bizim prinsipial mövqeyimizdir", - Baş nazir vurğulayıb.
Qeyd edək ki, mayın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski "Avropa Siyasi Birliyi"nin 8-ci sammitində iştirak etmək üçün İrəvana səfər edib.

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb
Hörmüz boğazının tam açılması ilə bağlı istənilən danışıqlar Birləşmiş Ştatların tətbiq etdiyi hərbi-dəniz blokadasının aradan qaldırılmasını tələb edir.
"Report" İran mediasına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bəyan edib.

Nikol Paşinyan məzuniyyətə çıxır
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-dən məzuniyyətə çıxır.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bunu hökumətin iclasında elan edib.
Paşinyan seçkiqabağı kampaniyada iştirak etmək üçün məzuniyyətə çıxdığını bildirib.
İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiqabağı kampaniyaya bu gün start verilir.

Tokayev: Qazaxıstanın müdafiə qabiliyyətinin gücləndirilməsi birinci dərəcəli vəzifəmizdir
Qazaxıstanın müdafiə qabiliyyətinin artırılması və hərbi qulluqçulara hərtərəfli dəstək göstərilməsi həmişə birinci dərəcəli vəzifəmiz olacaq.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Vətənin Müdafiəçisi Günü münasibətilə təbrikində deyilir.
Prezident qeyd edib ki, yeni Konstitusiyada "Qazaxıstan Respublikasının müdafiəsi onun hər bir vətəndaşının müqəddəs borcu və vəzifəsidir" müddəası aydın şəkildə təsbit olunub.
"Bu bayram xüsusi dövlət və ictimai əhəmiyyətə malikdir, döyüşçülərimizin cəsarətini, inanılmaz mənəvi gücünü və fədakarlığını təcəssüm etdirir. O, Vətən naminə xidmət etmiş və edən, gecə-gündüz Qazaxıstanın dinc səmasının, ərazi bütövlüyünün, sabitliyinin və təhlükəsizliyinin keşiyində duran hər kəsi birləşdirir. Döyüşçülərimiz və komandirlərimiz qəhrəman əcdadların şanlı ənənələrini davam etdirirlər və bu, əsl vətənpərvərlik nümunəsidir" - Tokayev bildirib.
Qeyd edək ki, hər il mayın 7-də Qazaxıstanda Vətənin Müdafiəçisi Günü qeyd olunur.

Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır
Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan "MİRAS Hərbi-Sənaye Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyənin "Makine ve Kimya Endüstrisi" (MKE) şirkəti arasında zirehli texnikaların modernizasiyasına dair Anlaşma Memorandumu imzalanıb.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, sənədin imzalanma mərasimi SAHA 2026 beynəlxalq müdafiə, aviasiya və kosmik sənaye sərgisində baş tutub.
Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq son illərdə dinamik şəkildə inkişaf edir və bu kimi razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.

"WSJ": ABŞ İrandan uranın zənginləşdirilməsinə 20 illik moratorium tələb edir
Vaşinqton Tehranın 20 il ərzində uranın zənginləşdirilməsini dayandırmasını istəyir.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Vurğulanıb ki, ABŞ İranda uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyə çalışır və ölkədəki bütün zənginləşdirilmiş nüvə materiallarının çıxarılmasını tələb edir.
ABŞ administrasiyası həmçinin İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinin sökülməsində, nüvə proqramının bir hissəsi olaraq yeraltı işlərin qadağan edilməsində və yoxlamaların aparılmasında israr edir.
Xatırladaq ki, bir müddət əvvəl CNN mənbələrə istinadən Vaşinqton və Tehranın İranda uranın zənginləşdirilməsinə 10 ildən çox müddətə moratorium qoyulması ehtimalını müzakirə etdiyini bildirmişdi.
Mayın 5-də Axios Vaşinqton və Tehranın silahlı münaqişəyə son qoymaqla bağlı bir səhifəlik memorandum imzalamağa yaxın olduqlarını bildirib.
Məlumata görə, Amerika tərəfi İranın münaqişəyə son qoymaq təkliflərinə 48 saat ərzində cavab verməsini gözləyir.

İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
İran Limanları və Dənizçilik Təşkilatı Hörmüz boğazında ticarət gəmilərinə dəstək verməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə kommersiya gəmilərinin kapitanlarına rəsmi müraciətdə deyilir.
Qeyd olunub ki, İran limanları öz xidmətlərini, texniki dəstəyini, eləcə də tibbi və sanitar yardımını göstərməyə hazırdır.

Tramp: İran nüvə silahı əldə etmək səylərindən imtina etməyə razılaşıb
İran danışıqlar zamanı nüvə silahı əldə etmək səylərindən imtina etməyə razılaşıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
"İran nüvə silahına sahib ola bilməz və olmayacaq da. Digər şeylərlə yanaşı, o, buna razılıq verib", - deyə o əlavə edib.

Türkiyədə oğurluq edən 10 yaşlı uşağın daha 92 cinayəti ortaya çıxıb
İstanbulun Sarıyer rayonunda 10 yaşlı oğlan ticarət mərkəzində bir qadının çantasını oğurlayıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qadın çantasının oğurluğu ilə bağlı polisə məlumat verib. Dərhal ərazidəki müşahidə kameralarına baxış keçirilib. Məlum olub ki, çantanı azyaşlı oğurlayıb və taksiyə əyləşərək ərazidən uzaqlaşıb.
Taksidə saxlanılaraq polis bölməsinə aparılan 10 yaşlı D.T. haqqında aparılan yoxlama onun əvvəllər oğurluqla bağlı 92 cinayət qeydinin olduğunu ortaya çıxarıb.
D.T. əlavə işlənmə üçün Sarıyer Yetkinlik Yaşına Çatmayanlar Bürosuna aparılıb, oğurlanan əşyalar isə sahibinə qaytarılıb. Şübhəlinin polis bölməsində dindirilməsi davam edir.

İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
İran bütün BMT üzv dövlətlərini ədalətli davranmağa və ABŞ-ın Hörmüz boğazında gəmiçiliklə bağlı qətnamə layihəsini dünya təşkilatının Təhlükəsizlik Şurasında dəstəkləməməyə çağırır.
"Report" xəbər verir ki, bu barədə İranın təşkilatdakı daimi nümayəndəliyinin yaydığı bəyanatda deyilir.
"Hörmüz boğazı üçün yeganə mümkün həll yolu göz qabağındadır: müharibəyə son qoymaq, dəniz blokadasını aradan qaldırmaq və (gəmilər üçün-Qeyd) normal keçidi bərpa etmək. ABŞ böhranı həll etmək əvəzinə, siyasi gündəliyini irəli sürmək və qanunsuz hərəkətləri qanuniləşdirmək üçün "gəmiçilik azadlığı" bəhanəsi ilə BMT Təhlükəsizlik Şurasında yeni qüsurlu və siyasi motivli qətnamə layihəsini irəli sürür. İran üzv dövlətlərini təzyiq əsasında deyil, məntiq, ədalət və prinsiplər əsasında hərəkət etməyə, qətnamə layihəsini rədd etməyə və onu dəstəkləməkdən və ya birgə hərəkət etməkdən çəkinməyə çağırır", - deyə məlumatda qeyd olunub.
Aprelin əvvəlində Bəhreyn tərəfindən təklif olunan Hörmüz boğazı ilə bağlı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən rədd edilib. Təhlükəsizlik Şurasının on bir üzvü lehinə, Rusiya və Çin əleyhinə, Pakistan və Kolumbiya isə bitərəf qalıb.
Mayın 5-də isə ABŞ İrandan gələn təhdidlə mübarizə məqsədilə Hörmüz boğazında naviqasiya azadlığını qorumaq üçün BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib.

Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
Ağ Ev rəhbəri Donald Tramp İranın yeni rəhbərliyinin Vaşinqtonla razılığa gəlmək istədiyini bildirib. Lakin o, tərəflərin ABŞ üçün məqbul bir razılığa gələ biləcəyinə əmin deyil.
"Report" xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirilən tədbirdə bildirib.
"Biz həqiqətən razılaşmaq istəyən insanlarla işləyirik və onların bizi qane edən bir razılaşma əldə edib-etmədiklərini görəcəyik. Görək razılaşacaqlarmı, yoxsa yox. Əgər alınmasa, tezliklə razılaşacaqlar", - deyə o bildirib.

Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb
Bosfor boğazında gəmilərin hərəkəti Panama bayrağı altında üzən "Queen Bee" yük daşıyıcısının mühərrikində nasazlıq yarandığı üçün dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə "Haberturk" televiziya kanalı məlumat verib.
Sahil mühafizəsi qayıqları hadisə yerinə tez bir zamanda göndərib, problemin aradan qaldırılması üçün işlər görülür.
Qeyd edək ki, 3 may tarixində Panama bayrağı altında üzən Zaltron yük daşıyıcısı Bosfor boğazında mühərrikində nasazlıq yaranmışdı. Gəmi Misirdən Rusiyaya gedirmiş.

Türkiyənin Ali Seçki Komissiyasına yeni sədr seçilib
Türkiyənin Ali Seçki Komissiyasına (YSK) yeni sədr seçilib.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, sözügedən vəzifəyə Serdar Mutta gətirilib.

-
inews.az
- Ərdoğan Bakı ilə məsləhətləşmələrdən sonra Makronun Türkiyəyə keçid təklifini qəbul etməyib
Ərdoğan Bakı ilə məsləhətləşmələrdən sonra Makronun Türkiyəyə keçid təklifini qəbul etməyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan öz ölkəsinin quru sərhədini keçməyə icazə verməyib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın "AZfront" teleqram kanalı yazıb.
Mayın 3-5-də bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olan Makron Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə yola düşərək "siyasi cəhətdən rəmzi" jest etməyi planlaşdırırdı.
Bir neçə məlumatlı mənbənin nəşrə bildirdiyinə görə, səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılmışdı. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, o, strateji müttəfiqi - Azərbaycanla müzakirələrdən sonra Makrona rədd cavabı verib.
"Ehtimal ki, Makron uğursuz xarici siyasətinin beynəlxalq səviyyədə tənqid olunması fonunda Ermənistandan Türkiyəyə səfərini öz diplomatik çəkisinin nümayişinə çevirməyə ümid edirdi. Fransız prezidentinin 30 ildən artıq müddətdir bağlı olan Türkiyə-Ermənistan sərhədini keçməsi üçüncü tərəfin ikitərəfli kommunikasiyaları açmasının misli görünməmiş nümunəsi ola bilərdi.
Afrikanı və Yaxın Şərqi itirən, İsraillə münasibətləri korlayan və Ukrayna istiqamətində heç nəyə nail olmayan Makron bu baş tutmayan cəhdi ilə öz geosiyasi ambisiyaları və Parisin beynəlxalq arenadakı real çəkisi arasındakı uçurumu bir daha vurğuladı", - deyə nəşr "Le Journal du Dimanche" qəzetinin "Fransa diplomatiyası Makronun dövründə sürətlə öz əhəmiyyətini itirir" adlı məqaləsini də misal gətirərək yazıb.
Bu fonda Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamaları rezonans doğurub. O bildirib ki, "İrəvanda özünü evindəki kimi hiss edir". Eyni zamanda, Ermənistan-Türkiyə normallaşması başladıqdan sonra erməni həmkarı Ruben Rubinyana təkliflər edərkən o, "Türkiyənin deyil, ermənilərin maraqlarını rəhbər tutub". Azərbaycan KİV-ləri qeyd edir ki, onun ritorikası Türkiyə hakimiyyətinin rəsmi xətti ilə ziddiyyət təşkil edir və milli maraqlardan uzaqlaşma kimi qəbul edilə bilər.

Yaşar Gülər: Azərbaycan ildən-ilə daha keyfiyyətli hərbi məhsullar istehsal edir
Azərbaycan ildən-ilə daha keyfiyyətli hərbi məhsullar istehsal edir.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu SAHA 2026 müdafiə sənayesi sərgisində Azərbaycan stendini ziyarət edən Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər deyib.
Y.Gülər Azərbaycanın hərbi məhsulları ilə tanış olub, Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.
Yaşar Gülər azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan SAHA sərgisə ilbəil daha keyfiyyətli və üstün məhsullar istehsal edir və bu cür sərgilərə qatılır:
"Biz də bundan çox məmnunuq. Bundan sonrada eyni şəkildə daha inkişaf etdirilmiş məhsullarla azərbaycanlı qardaşlarımızı burda gördükcə daha xoşbəxt olacağıq".
MƏLUMAT YENİLƏNİR

-
inews.az
- Azərbaycan vətəndaşları Ukraynada müvəqqəti yaşama icazəsi alan əcnəbilərin sırasında ikincidir
Azərbaycan vətəndaşları Ukraynada müvəqqəti yaşama icazəsi alan əcnəbilərin sırasında ikincidir
Azərbaycan vətəndaşları son bir ildə Ukraynada müvəqqəti yaşama icazəsi alan əcnəbilər arasında ikinci olublar.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Kiyevdə azərbaycanlılara məxsus vəkil bürosunun rəhbəri Şəmsi Məhərrəmov bildirib.
"Bu, sabit bir tendensiyadır. Belə statistikaya səbəb isə əvvəlki illərdən fərqli olaraq hazırda bura müvəqqəti gələn azərbaycanlıların leqal sənədləşməyə üstünlük verməsidir.
Daha çox təhsil, ailə səbəbindən və ya biznes ilə əlaqədar bu icazə üçün müraciət edilir", - Ş. Məhərrəmov deyib.
Vəkil bildirib ki, Ukraynaya yeni gələnlər üçün ən vacib məsləhət indiki durumda ilk gündən etibarən hüquqi statusları düzgün qurmaqdır: "Tələsik və ya düşünülməmiş addımlar, eləcə də şübhəli və ya formal əsaslara söykənən həll yolları gələcəkdə ciddi problemlər yarada bilər.
Qanunvericiliyin tələblərinə əməl etməmək, sənədləşmə prosesinə məsuliyyətsiz yanaşmaq və ya real əsaslara söykənməyən hüquqi mexanizmlərdən istifadə etmək çox vaxt mənfi nəticələrlə bitir - müraciətlərə rədd cavabı verilməsi, sənədlərin ləğvi və hətta ölkəyə giriş qadağası ilə. Azərbaycan vətəndaşları Ukrayna ərazisində 90 gün müddətində qala bilərlər. Bu müddət hətta 1 gün belə aşılarsa, Ukraynaya giriş qadağasına səbəb ola bilər. Buna görə də hər bir addım əvvəlcədən düşünülməli və hüquqi baxımdan düzgün qurulmalıdır".

Mirzoyan: Ermənistan Türkiyə ilə dialoqdan müsbət nəticələr gözləyir
Ermənistanla Türkiyə arasında dialoq artıq müsbət nəticələr verə biləcək səviyyəyə çatıb.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan "İrəvan dialoqu - 2026" beynəlxalq konfransı çərçivəsində baş tutan müzakirə zamanı bildirib.
"Bizim Türkiyə ilə gözəl dialoqumuz var. Əməkdaşlıq üçün çoxsaylı imkanlar olub, elə dünən nümayəndələrimiz Ermənistan və Türkiyə sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpası haqqında memorandum imzalayıblar", - o qeyd edib.
Mirzoyan həmçinin vurğulayıb ki, bir həftə əvvəl Ermənistan və Türkiyə arasında Gümrü-Qars marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası məsələsini müzakirə edən işçi qrupunun üçüncü iclası keçirilib.
"Bizim çoxsaylı əməkdaşlıq nümunələrimiz var, lakin sərhəd bağlıdır. Biz diplomatik münasibətlərin qurulmasına ikitərəfli hazırlığımızı ifadə etmişik, sərhədin tam açılmasına ikitərəfli maraq və hazırlığımızı bildirmişik. Birinci mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatları üçün açılması barədə razılıq əldə olunub", - o bildirib.

Alen Simonyan: Dəvət alsam, Azərbaycana gedərəm
Ermənistan parlamentinin sədri Alen Simonyan dəvət alacağı təqdirdə Azərbaycana səfər etməyə hazır olduğunu yenidən ifadə edib.
"Report"un Ermənistan mediasına istinadən məlumatına görə, A.Simonyan bunu jurnalistlərə bildirib.
"Əgər mən də dəvət olunsam, münasib fürsət yarandıqda Azərbaycana səfər etməyə hazıram. Həmkarımı (Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı - red.) İrəvana səfərə dəvət edirəm", - o deyib.

Tokayev: Qazaxıstan Silahlı Qüvvələrində genişmiqyaslı islahatlar aparılacaq
Qazaxıstanın müdafiə potensialının artırılması və yaxın 2 il ərzində Silahlı Qüvvələrdə genişmiqyaslı modernləşdirmə işlərinin həyata keçirilməsi planlaşdırılır.
"Report" Akordaya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Vətənin Müdafiəçisi Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Prezident qeyri-sabit beynəlxalq şəraitdə Qazaxıstanın müxtəlif çağırış və təhdidlərə hazır olmasının vacibliyini vurğulayıb:
"Bu səbəbdən biz müdafiə potensialımızı artırmalı və ilk növbədə, Silahlı Qüvvələrin texnoloji cəhətdən modernləşdirilməsini davam etdirməliyik. Bu, indiki qeyri-sabit, təlatümlü dövrün tələbidir. Bunu nəzərə alaraq, birinci növbədə Silahlı Qüvvələrimizdə və hərbiləşdirilmiş strukturlarda dərin islahatlar aparılmalıdır. Bu, qısa müddətdə - iki il ərzində həll edilməli olan strateji əhəmiyyətli vəzifədir".
O vurğulayıb ki, Qazaxıstan sülhsevər dövlət olaraq qalır və münaqişələrin yalnız diplomatik yolla həllinə tərəfdardır. Lakin zərurət yarandığı halda ölkə daha sərt mövqedən çıxış edərək öz maraqlarını müdafiə etməyə hazırdır.
"Hesab edirik ki, beynəlxalq hüququn norma və prinsiplərinə ciddi şəkildə riayət olunmalıdır. Qazaxıstan dünyanın bütün ölkələri ilə dostluq münasibətlərini möhkəmləndirməyə davam edəcək. Bu sarsılmaz prinsiplər yeni Konstitusiyamızda təsbit olunub. Lakin bu, fəaliyyətsiz qalacağımız anlamına gəlmir", - Tokayev qeyd edib.

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistanda Türkiyə bayrağının yandırılmasının narahatlıq doğurduğunu bildirib.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, o bu barədə İstanbulda jurnalistlərə açıqlamasında danışıb.
"Bir müddət əvvəl İrəvanda idim, bu mövzunu davamlı müzakirə etdim. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu mənfi qəbul etdi, bilirsiniz. Ermənistan Prezidenti də eyni şəkildə bu məsələni qəbuledilməz adlandırdı. Ermənistan daxilində də hadisəni pisləyənlər, həmçinin buna sevinənlər də oldu", - C.Yılmaz qeyd edib.
Xatırladaq ki, aprelin 23-də Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağı yandırılmışdı. Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəni pisləyən bəyanat yaymışdı.

Edqars Rinkeviçs Ermənistana səfər edəcək
Latviya Prezidenti Edqars Rinkviçs mayın 7-də Ermənistana rəsmi səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje "İrəvan dialoqu - 2026" adlı konfransda bildirib.

Rusiyada təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Meşə yanğınlarının monitorinqini həyata keçirən "Aeroprakt-22" yüngülmühərrikli təyyarəsi Omsk vilayətində (Rusiya) qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Qəza nəticəsində iki nəfər həlak olub.

Mövlud Çavuşoğlunun qardaşı güllələnib, reanimasiyadadır
Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub.
"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı Aydın Çavuşoğlu ofisində güllələnib.
Onun hazırda xəstəxanada reanimasiyada olduğu bildirilir.

Bayba Braje İrəvanda Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək
Latviyanın xarici işlər naziri Bayba Braje mayın 6-dan 7-dək İrəvana (Ermənistan) işgüzar səfər edəcək.
"Report"un Latviya Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü planlaşdırılır.
Görüş zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə edəcəklər.
"Görüşdə, həmçinin Avropa İttifaqı və Ermənistan arasında əməkdaşlıq məsələləri, mayın 5-də baş tutmuş ilk Avropa İttifaqı-Ermənistan sammitinin əsas nəticələri, eləcə də regional və beynəlxalq gündəliyin aktual mövzuları, o cümlədən Ermənistan-Azərbaycan sülh prosesi, Ukraynada və Yaxın Şərqdəki vəziyyət nəzərdən keçiriləcək", - XİN-in məlumatında bildirilib.
Məlumata görə, səfər çərçivəsində B.Brajenin "İrəvan dialoqu - 2026" konfransında iştirakı da nəzərdə tutulub.

-
inews.az
- İrakli Kobaxidze: Moldova ilə münasibətlərdə birtərəfli dostluq siyasətini qorumaq lazımdır
İrakli Kobaxidze: Moldova ilə münasibətlərdə birtərəfli dostluq siyasətini qorumaq lazımdır

Gürcüstan DİN: Dinc yolla devrilmə baş vermədi, amma dinc dağılma oldu

İrakli Kobaxidze: Aksiyaya əcnəbilər və diplomatlar dəstək verib

-
inews.az
- Şalva Papuaşvili: Yerli seçkilər hökumətə etimad referendumu kimi mühüm siyasi məna daşıyır
Şalva Papuaşvili: Yerli seçkilər hökumətə etimad referendumu kimi mühüm siyasi məna daşıyır

Gürcüstan MSK: Kaladze Tbilisi meri uğrunda seçkilərdə qalib gəlib
