❌

Normal görünüm

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.
Dünden önceki güninews.az

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur

Subsidiyaya köklü dəyişiklik onun məğzindən ibarətdir. İndiyə kimi subsidiyalar əsasən əkin istiqamətli olub və əsas gözlənti əkinin həyata keçirilməsi, aqrotexniki tədbirlərin görülməsi və məhsul istehsalına nail olunması idi. Lakin aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramına, cənab Prezidentin imzaladığı fərmanlarla edilən dəyişikliklərə və yeni qanunvericilik təşəbbüslərinə əsasən subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi, yəni […]

Nazir: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək

Yeni Dövlət Proqramı özlüyündə sadəcə həmin sahədə görüləcək işlər demək deyil. Əslində, daha əhatəlidir, həm fundamental tədbirləri, həm də dəstəkləyici tədbirləri ehtiva edir. Dövlət Proqramında Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin 2026−2030-cu illər üçün inkişafının əsasları qeyd olunub. Proqramın əsas hədəfi fundamental transformasiyaya nail olmaqdır. Ekstensiv istehsalatdan, ekstensiv məhsul […]

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək. Bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib. Nazir müavini bildirib ki, yaxın dövrdə Aqrar Subsidiya Şurasının iclasında konkret subsidiya məbləğləri müəyyən […]
❌
❌