❌

Normal görünüm

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.
Dünden önceki güninews.az

“Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib…”

“Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib. “Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların […]

Source

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını […]

Source

Rəsmi Tehrandan dron hücumu ilə bağlı – Açıqlama

İran tərəfi Naxçıvana dron hücumu edilməsini təkzib edib. Bu haqda İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Azərbaycanın “AnewZ” kanalına danışıb. “Biz qonşu ölkələrimizə hücum etmirik. Bu insident barədə sizdən eşidirəm. Bu məlumatı, onun mənbəyini araşdırıb sonra sizə cavab verə bilərəm”, – o deyib. Nazir müavininin açıqlamasının videosunu təqdim edirik:

Source

Marsol Group və “Kovrolin.az” şirkətinin birgə təşkilatçılığı görüş baş tutdu

Martın 3-də Marsol Group və “Kovrolin.az” şirkətinin birgə təşkilatçılığı ilə “Gilavar” restoranında “Axşam ziyafəti və B2B” görüş baş tutub. Tədbir çərçivəsində iştirakçı şirkətlər öz fəaliyyət istiqamətləri, təqdim etdikləri xidmət və məhsullar barədə ətraflı məlumat verərək, mümkün əməkdaşlıq perspektivlərini dəyərləndiriblər. Görüş səmimi və dinamik müzakirələrlə yadda qalıb. Görüşdə “Kovrolin.az” şirkətinin təsisçisi Vahid Hüseynov şirkətin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Görüşün sonunda Od Çərşənbəsi münasibətilə təşkil olunmuş tədbirdə tərəflər qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Source

Ceyhun Bayramov: İran Naxçıvana dron hücumuna görə qısa müddətdə izahat verməlidir

İran Naxçıvana dron hücumuna görə qısa müddətdə izahat verməlidir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun özbəkistanlı həmkarı Baxtiyor Saidovla telefon danışığı zamanı qeyd olunub. Bildirilib ki, Azərbaycan tərəfinin baş verən hücumla bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsi, izahat verilməsi və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb. Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə […]

Source

Rəcəb Rəhimli Aşağı Əylis kənd sakinlərinin müraciətlərini dinlədi

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli yerlərdə vətəndaşların müraciətlərinin dinlənilməsi və mövcud çətinliklərin yerindəcə öyrənilməsi məqsədilə növbəti səyyar qəbulunu Aşağı Əylis kəndində keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Qəbul zamanı çıxış edən Rəcəb Rəhimli bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin əsas prioritetlərindən biri regionların davamlı inkişafının təmin olunması, vətəndaş rifahının yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması və müraciətlərin yerində həllidir.  İcra başçısı, ölkədə həyata keçirilən […]

Source

Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq

İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır. Azərbaycan Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran […]

Source

İki nəfər mülki şəxs yaralanıb – Rəsmi açıqlama

“5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib”. Bu barədə Azərbaycan XİN-in İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumları barədə bəyanatında bildirilir. “1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə […]

Source

İran səfiri XİN-ə çağırılıb, Tehrana nota veriləcək

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək”, – bəyanatda vurğulanıb.

Source

Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub

Martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Source

Ədalət Hacıyev Gəncə Dövlət Milli Dram Teatrının direktoru təyin olunub

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub. Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.

Source

Ötən il azad olunmuş ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb. Bu barədə Müdafiə Nazirliyinin 2025-ci ilin yekunlarına dair kollegiya iclasında qeyd edilib. Bildirilib ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib. Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib. Azad olunmuş ərazilərdə həyata keçirilən mühəndis-istehkam tədbirləri, […]

Source

Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirdi. İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə etdi. O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Söhbət […]

Source

Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi. Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.

Source

“Rəqəmsal fəaliyyət planı dövlət idarəçiliyində yeni keyfiyyət dəyişiklikləri yaradacaq”

Müasir dünyada iqtisadi güc və dövlət idarəçiliyinin effektivliyi daha çox rəqəmsal texnologiyalardan asılıdır. Bu reallıq fonunda Azərbaycan son illərdə rəqəmsallaşma istiqamətində mühüm addımlar atmaqdadır. Dövlət xidmətləri, maliyyə sektoru, modern infrastruktur kimi geniş spektri əhatə edən rəqəmsal transformasiya artıq ölkənin inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Cənab Prezidentin də söylədiyi kimi, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı ölkəmizə strateji istiqamətdə real üstünlüklər qazandıracaq. Bu konsepsiya dövlət informasiya sistemlərinin inteqrasiyasını, məlumatların vahid platformada idarə olunmasını və süni intellekt həllərinin tətbiqini […]

Source

Tanınmış aparıcı İlhamiyyə Rza karyerasını bitirdi

Tanınmış aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb. Aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb. “Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız verilişlə televiziya karyerama son qoydum. Əziz, azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm…”, – aparıcı qeyd edib. O, layihə boyunca yanında olan komandaya təşəkkürünü bildirib. Qeyd edək ki, İlhamiyyə Rza 1989-cu ildən müxtəlif televiziya kanallarında fərqli layihələrlə efirdə olub. O, yazıçı, publisist Həmid Herisçinin həyat yoldaşıdır.

Source

Azərbaycan nümayəndə heyəti quru sərhədlə Ermənistana keçib

13–14 fevral 2026-cı il tarixlərində Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilir. Bu barədə Ermənistan mətbuatı yazıb. Təşəbbüsün əsas iştirakçıları ilə yanaşı, tədbirdə hər iki tərəfdən geniş nümayəndə heyəti iştirak edir. Azərbaycan nümayəndə heyəti bütün müvafiq prosedurları yerinə yetirdikdən sonra quru sərhədindən keçərək Ermənistana çatıb. Bu, iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım kimi qiymətləndirilir. Müzakirələr zamanı tərəflər 8 avqust 2025-ci ildə Vaşinqton Zirvə Görüşü zamanı təsdiqlənmiş […]

Source

Azərbaycan Prezidenti: Normallaşma prosesi uğurla irəliləyir

Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub. Bunu Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib. “Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq”, – deyə dövlətimizin başçısı bildirib.

Source

Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

“Diqqət-diqqət, göstərir Bakı” – 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. Şərqdə ilk televiziyanın fəaliyyətə başlamasından ötən 70 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib. 1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin […]

Source

İlham Əliyev “France 24” telekanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibə verib. Müxbir: Salam, “France 24” kanalının flaqmanı olan “Üzbəüz” verilişinə xoş gəlmisiniz. Bu gün bizim qonağımız Azərbaycan Prezidenti İlham Əliyevdir. Çox sağ olun, cənab Prezident. Prezident İlham Əliyev: Təşəkkür edirəm. Müxbir: Avqustun 8-də Sizin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə üçtərəfli görüş keçirildi. Azərbaycan ilə Ermənistan arasında münaqişəyə son qoymaq, nəqliyyat marşrutlarının açılması və münasibətlərin normallaşdırılması haqqında bəyannamə imzalandı. Tam sülhün […]

Source

❌
❌