Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Villa Badam” yaşayış kompleksi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. Yaşayış kompleksi ilə əlaqəli “Yüksək Keyfiyyət” MMC-nin qanuni təmsilçisi Hacıyeva Yelena Vladimirovnadır. Şirkətin hüquqi ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A41 ünvanı kimi göstərilib. “Yüksək Keyfiyyət” MMC-nin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 2 478,51 manat vergi borcu var. Diqqətçəkən digər məqam isə “F.İ.P” MMC ilə bağlıdır. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, […]
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda övladlığa götürmə ilə bağlı 218 müraciət daxil olub, 116 uşaq övladlığa verilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib Qeyd edilib ki, hazırda övladlığa götürülmək üçün uyğun olan uşaqların sayı 114-dür. Agentlikdən əlavə edilib ki, övladlığa götürmə prosesində əsas meyar uşağın üstün mənafeyinin təmin edilməsidir. “Bu baxımdan, müraciət edən şəxslərin sosial-iqtisadi vəziyyəti, valideynlik potensialı və övladlığa götürmə məqsədləri qiymətləndirilir. Ailənin gəlirlərinin müəyyən edilmiş tələblərlə uzlaşmaması, […]
2022-ci ildə mövcud infrastrukturu yararsız olan və ya qəzalı məktəblərin sayı 900 idisə, bu gün bu rəqəm təxminən 400 təşkil edir. Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, son illərdə demək, həyata keçirilən strategiya çərçivəsində bir sıra geniş islahatlar öz nəticəsini verir. “Bu il dövlət büdcəsinin 27-ci il üçün bizim layihədə xərclərin dövlət büdcəsindəki payı 12% […]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. Bu barədə nazirlikdən məlumat verilib. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə noyabrın 6-da bu ayın pensiya ödənişi həyata keçirilib. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”. Xatırladaq ki, ötən gün Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunun Samanköy ərazisində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb. Söhbət zamanı dövlətimizin başçısının Maya Sandu ilə görüşləri, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlər məmnunluqla xatırlandı. Prezident Maya Sandu Moldovanın Azərbaycanla enerji sahəsində əməkdaşlığına toxundu və bunu inkişaf etdirməkdə maraqlı olduqlarını bildirdi. Moldova Prezidenti ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi. Azərbaycan və Moldova prezidentləri münasibətlərimizin perspektivlərinə, iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir […]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri Vilayət Eyvazov noyabrın 11-də və 12-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib. Sonra Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 379 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. […]
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda […]
Bu gün Azərbaycanın əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür. Konstitusiya 31 il əvvəl – 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa […]
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Müraciətlərin qəbuluna 13 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən başlanılacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədək elektron kabinetlərinin formalaşdırılması tövsiyə edilir. Müraciətlərin qəbulu Mygov portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər. Bununla yanaşı […]
Avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb Bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb. Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.
8 Noyabr Zəfəri Azərbaycan tarixində yalnız işğala son qoyulması ilə deyil, həm də genişmiqyaslı quruculuq mərhələsinin başlanması ilə əlamətdardır. Azad edilmiş ərazilərin bərpası dövlətimizin qarşısında duran ən mühüm strateji vəzifələrdən birinə çevrilmişdir. Uzun illər işğal altında saxlanılan torpaqlarımızda yaşayış infrastrukturu, iqtisadi obyektlər və mədəniyyət abidələri ciddi dağıntılara məruz qalmışdı. Buna görə də Böyük Qayıdış prosesi yalnız insanların öz doğma evlərinə dönməsi deyil, bütöv bir regionun yenidən həyata qaytarılması deməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə sistemli […]
Bu ilin yanvar-oktyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 15 milyon 691 min ton yük daşıyıb. Bu barədə ADY məlumat yayıb. Bu, 2025-ci ilin müvafiq dövründə qeydə alınmış 13 milyon 911 min tonla müqayisədə 13 % çoxdur. Təkcə oktyabr ayında yükdaşımaların həcmi 1 milyon 714 min tona çataraq ötən ilin eyni ayına nisbətən 22 % artıb. Tranzit yükdaşımalarında da müsbət dinamika müşahidə olunub. Yanvar-oktyabr aylarında tranzit daşımaların həcmi 6 milyon 582 min ton təşkil edib və bu da illik müqayisədə […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gəlib. Antalya Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, Türkiyə Böyük Millət […]
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət […]
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevinbəyanatı -Hörmətli cənab Prezident, əziz qardaşım, Azərbaycana, Qarabağa xoş gəlmisiniz. Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir. Buna görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Düz altı il bundan əvvəl Şuşa şəhəri erməni işğalından azad edilmişdir və ondan bir gün sonra Ermənistan rəsmən təslim olmuşdur. Beləliklə, 30 illik işğal sona çatdı. Şuşa […]
Dünya şöhrətli skripkaçı Devid Qarrett Bakı Beynəlxalq İncəsənət Festivalı (BİAF) çərçivəsində Heydər Əliyev Mərkəzində Millennium Symphony – Crossover Programme adlı möhtəşəm simfonik şou ilə çıxış edib. Musiqiçi klassik musiqinin rok, pop və müasir elektron ritmlərlə qovuşduğu qeyri-adi musiqi səyahətini tamaşaçılara təqdim edib. Konsert ərəfəsində jurnalistlərlə görüşən sənətçi Bakı ilə bağlı ilk təəssüratlarını bölüşüb, proqramı, Azərbaycan musiqisinə marağı və beynəlxalq festivalların mədəniyyətin inkişafındakı rolu haqqında danışıb. “Burada olduğum üçün çox xoşbəxtəm. Çox sağ olun!” – deyə musiqiçi jurnalistləri salamlayıb. Qarrett etiraf […]
Ağdaş şəhəri Heydər Əliyev meydanında Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2-ci mövsüm “Heyva Festivalı” keçirilib. Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin deputatları Sahib Alıyev və Məzahir Əfəndiyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari və Mərkəzin təlimçi və benefisiarları, müxtəlif dövlət […]
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşıladılar.
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə 8 Noyabr – Zəfər Günü münasibətilə təbrikinə görə təşəkkür edib. Bu barədə Azərbaycan Prezidentinin sosial media hesablarında paylaşım edilib. Paylaşımda deyilir: “Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, məni və Azərbaycan xalqını Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. 8 Noyabr xalqımız üçün torpaqlarımızın azad olunmasını və 30 ilə yaxın davam edən işğala son qoyulmasını təcəssüm etdirən əlamətdar bir gündür. Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Keçən il […]
Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin: “general-leytenant” hərbi rütbəsi general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova “general-mayor” hərbi rütbəsi polkovnik Elnur Əli oğlu Ələsgərliyə polkovnik Hikmət Rövşən oğlu Əliyevə polkovnik Telman Əsgər oğlu Hüseynova”.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib. “Almet Holding” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təsisçisi Şirin Camallı dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, əsas təsisçisi “Almet Holding” ASC olan “ASMC” MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ümumi dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. Dəyəri 8,8 milyon manat olan birinci mərhələnin maliyyələşdirilməsində özəl vəsaitlə yanaşı, İqtisadiyyat Nazirliyinin […]
Media və Yayım Şurasının rəhbərliyi Çinin paytaxtı Pekində keçirilən 7-ci Dünya Media Sammitinin açılış mərasimində iştirak edir. Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, “İntellektual dövrdə media: konsensusdan fəaliyyətə” mövzusuna həsr olunan sammit çərçivəsində süni intellektin əlçatanlığının artırılması və dünya mediasının transformasiyası, daha təhlükəsiz dünya naminə media dialoqu və əməkdaşlığı, sivilizasiyalararası ünsiyyətdə süni intellektin rolu, qlobal kommunikasiyanın idarə olunmasının gələcəyi, eləcə də Pekinin inkişaf və modernləşmə təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılır. Sammitin proqramına plenar iclasın, tematik forumların və seminarların […]
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə “802” qaynar xətti cari il noyabrın 7-10-da – qeyri-iş günlərində vatsap vasitəsilə fəaliyyətini davam etdirəcək. İşçi Qrupundan verilən məlumata görə, vətəndaşlar rəsmi vatsap nömrəsi (055) 600 08 02 vasitəsilə sms vasitəsilə müraciət, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.
8 Noyabr – Zəfər Günü münasibətilə Polis Akademiyasının kursantlarının iştirakı ilə fləşmob təşkil olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, fləşmob çərçivəsində kursantların iştirakı ilə xalqımızın tarixi Zəfərini, milli qürurunu və qalibiyyət əzmini ifadə edən “Zəfərə atılan imza” və “Zəfərin memarı” sözlərindən ibarət kompozisiya yaradılıb. Tədbirin məqsədi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətini, gənc nəslin bu Zəfərə verdiyi dəyəri, həmçinin milli qürur və iftixar hissinin gələcək nəsillərə ötürülməsini nümayiş etdirməkdir.
Milli Məclisə “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında” sənəd daxil olub. Bu məsələ parlamentin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçiriləcək iclasının gündəliyinə salınıb.
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması zamanı yaranmış insident təhsili idarəetmə qurumları tərəfindən nəzarətə götürülüb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, hadisənin şahidləri olan pedaqoji kollektivin üzvləri, şagird və valideynlərin iştirakı ilə aidiyyəti üzrə müvafiq araşdırmanın aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək. “Qeyd edək ki, məsələ ilə bağlı polis orqanları tərəfindən də müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri […]
Müsabiqəyə tələbələr tərəfindən 200-dən çox ideya təqdim olunub, üç qalib layihə pul mükafatına layiq görülüb “Coca-Cola İçecek”in universitet tələbələri üçün təşkil etdiyi “One Idea” innovasiya müsabiqəsi başa çatıb. Gənc istedadların innovativ ideyalarının dəstəklənməsi və onların real biznes mühitində inkişaf etdirilməsi məqsədilə keçirilən müsabiqəyə bu il universitet tələbələri tərəfindən 200-dən çox ideya təqdim olunub. Bir neçə mərhələdən ibarət qiymətləndirmə prosesinin sonunda seçilən iştirakçılar öz ideyalarını yarımfinal mərhələsində təqdim ediblər. Şirkətin rəhbər heyətinin üzvləri yarımfinal mərhələsində münsiflər heyəti qismində iştirak ediblər. Yarımfinaldan […]
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib. “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir. Həmçinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət […]
Noyabrın 1-də Heydər Əliyev Mərkəzində müasir xoreoqrafiyanın seçilən nümayəndələrindən biri olan Şaron Eyalın “Studiyada” adlı açıq məşqi keçiriləcək. Tədbir Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə oktyabrın 28-dən noyabrın 8-dək keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) paralel proqramına daxildir. Festivalın rəsmi tərəfdaşı olan “CHELEBI” müasir mədəniyyətlə əlaqələrini genişləndirir, bədii eksperimentləri və müxtəlif sahələr arasında yaradıcılıq mübadiləsini dəstəkləyir. Azərbaycan mədəni irsinə söykənən brend beynəlxalq sənətkarlar və mədəniyyət qurumları ilə əməkdaşlığı öz yaradıcı kimliyinin inkişafında mühüm istiqamət hesab edir. “Studiyada” tamaşaçılara […]
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar sənədi hazırlanır. Bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda keçirilən sessiyada elm və Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev deyib. O bildirib ki, sənədin bu ilin sonuna qədər tamamlanması planlaşdırılır: “Yeni sənəd fərqli yanaşmanı nəzərdə tutur. Yeni standartlarda elə bir yanaşmaya keçmişik ki, bu, mədəniyyətlərarası dialoqa və rəqəmsal vətəndaşlığa ciddi təsir göstərəcək. Bunu nəyə əsasən deyə bilərəm? İlk növbədə, yeni sənəddə səriştələr üzrə əlavə […]
Tələbələr üçün beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan “IT SkillSprint”in ikinci dalğasına qeydiyyat başlayır. Proqram tələbələrə süni intellekt, data, kibertəhlükəsizlik, proqram təminatının hazırlanması və digər müasir texnologiya sahələrində praktiki biliklər qazanmaq, real layihələr üzərində işləmək və karyeralarını formalaşdırmaq imkanı yaradacaq. Proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və beynəlxalq tədris şirkəti “Ironhack”ın tərəfdaşlığı ilə həyata keçirilir. Əsas məqsəd tələbələrin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onları beynəlxalq […]
Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərinə raket hücumları ilə törətdiyi növbəti terrordan 6 il ötür. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri Bərdənin dinc əhalisini hücuma məruz qoyub. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik klaster tipli iki raket zərbəsinin endirilməsi nəticəsində beşi qadın olmaqla, 21 nəfər həlak olub, səkkizi uşaq, 15-i […]
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiyev Ramiz Ənvər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə […]
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə “mygov” platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib. Muxtar respublika sakinləri qarşılaşdıqları problemlər, onları narahat edən sosial-iqtisadi məsələlər, eləcə də təklif və şikayətləri ilə bağlı “mygov” platforması vasitəsilə də səlahiyyətli nümayəndəliyə birbaşa müraciət edə bilərlər. Qeyd olunub ki, bu imkan vətəndaşların gündəlik həyatına təsir edən məsələlərin daha operativ çatdırılmasına, müraciətlərin aidiyyəti üzrə yönləndirilməsinə və onlara çevik baxılmasına şərait yaradır. Səlahiyyətli nümayəndəliyin və muxtar respublikanın aidiyyəti icra qurumlarının səlahiyyətlərinə aid məsələlər üzrə […]
Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov, T.Dəmirov və M.Qədirov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən olunub. Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və həmçinin 2500 manat dəyərində velosiped oğurlayan Q.Abbasov, eləcə də əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
Maliyyə Monitorinq Xidmətində (MMX) Məxfi məlumatlarla işləmək üçün daxili süni intellekt sistemi yaradılıb. Bunu MMX-nın Əməkdaşlıq və benefisiar mülkiyyətçilərin təhlili departamentinin direktoru Fuad Əliyev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib. “Süni intellektdən yararlanırıq və müxtəlif mənbələrdən daxil olan məlumatlar yoxlanılır. Bu, eyni zamanda, yanlışlıqların müəyyən edilməsinə də kömək edir. Belə ki, bir mənbədən əldə edilən məlumat digər mənbələr tərəfindən təsdiqlənmədikdə, süni intellekt bu uyğunsuzluğu aşkar edir və ekspertə məlumat verir. Vurğulamaq lazımdır ki, tətbiq etdiyimiz […]
Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.Ətraflı Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncamı ilə bu vəzifəyə təyin edilmişdi.
Azərbaycanda rəqəmsal dövlət maliyyə informasiya sisteminin icrasına başlanılıb. Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib. Onun sözlərinə görə, Nazirlik hesabatlılıq sahəsində silsilə addımlar atıb: “Bu sahədə əsas yanaşma müxtəlif xidmətlərin ayrı-ayrılıqda elektronlaşdırılması deyil, məhz vahid elektron portal və ekosistem üzərindən müxtəlif dövlət xidmətlərinin, o cümlədən dövlət maliyyə xidmətlərinin vahid çərçivədə formalaşdırılmasıdır. Bu istiqamətdə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə artıq Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sistemi yaradılıb. Cari il ərzində sistemin bir […]
Azərbaycan Respublikasında kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi, aqrar sahədə istehsalın artırılması, kənd yerlərində məşğulluğun genişləndirilməsi və fermerlərin fəaliyyətinin dəstəklənməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, Prezident cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aqrar istehsalın səmərəliliyinin artırılması, mövcud potensialdan daha səmərəli istifadə olunması və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Aqrar sektorun […]
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib. Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib. Prezident İlham […]
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin ərazisi “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu (bundan sonra – Qoruq) elan edilib. Sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində Qoruğun əsasnaməsini təsdiq etməli, Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etməli, Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Mədəniyyət […]
“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək yeni şirkətin əsas fəaliyyət istiqaməti Özbəkistanın Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının geoloji kəşfiyyatı, mineral ehtiyatlarının qiymətləndirilməsi və gələcək istismar imkanlarının müəyyənləşdirilməsi üzrə layihənin həyata keçirilməsidir. Hazırda “Akba” qızıl yatağında geoloji kəşfiyyat işlərinin aparılması üçün zəruri icazələrin alınması üzrə prosedurlar həyata keçirilir. Özbəkistan hökumətinin müvafiq qərarı […]
2026-cı ilin yanvar – sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə […]
Uşaqların və gənclərin təhlükəsizliyi məqsədilə məktəblərdə “TikTok” platformasına çıxış məhdudlaşdırılıb, eləcə də terrorizm və narkotik vasitələri təbliğ edən 200-ə yaxın zərərli kontent tərkibli səhifəyə çıxışlar bağlanıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov çərşənbə günü “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, müasir texnologiyalarda, xüsusilə sosial şəbəkələrdə yerləşdirilən məzmunlar həmişə müsbət olmur, onların arasında kifayət qədər zərərli kontent də var. “Son dövrlərdə texnologiyaların inkişafı ona gətirib çıxardı ki, […]
“Unibank” ASC manatla müddətli əmanətlər üzrə faiz dərəcələrini aşağı salıb. Bank 6, 12, 18 və 24 aylıq manat depozitlərinin illik faizlərini 0,5 faiz bəndi azaldıb. Belə ki, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə 6 aylıq əmanətlərin illik gəlirliliyi 8,5%-dən 8%-ə, 12 aylıq əmanətlərin gəlirliliyi isə 9,5%-dən 9%-ə endirilib. Eyni zamanda, 18 aylıq depozitlərin faizləri 10%-dən 9,5%-ə, 24 aylıq depozitlərin faizləri isə 10,5%-dən 10%-ə salınıb. Üçaylıq manat əmanətlərinin illik faiz dərəcəsi dəyişməyərək 7% səviyyəsində saxlanılıb. Beləliklə, Unibankda manatla müddətli depozitlər üzrə […]
“SpaceX” şirkətinin rəhbəri İlon Mask ötən həftə Ukraynada “Starlink”in hərbi versiyasının – “Starshield”in işini məhdudlaşdırmağı şəxsən əmr edib. Bu barədə “The Wall Street Journal”a (WSJ) ABŞ rəsmiləri və məsələdən xəbərdar olan mənbələr bildiriblər. Bəzi ABŞ rəsmilərinin sözlərinə görə, Mask bu qərarı müstəqil şəkildə qəbul edib və ABŞ Prezidenti Donald Tramp hər hansı sərəncam verməyib. Lakin nəşrin mənbələrindən biri bildirib ki, sahibkar sürəti məhdudlaşdırmazdan əvvəl Amerika administrasiyasının bir çox yüksəkvəzifəli nümayəndələri, o cümlədən onun rəhbəri ilə söhbət edib. Mask daha əvvəl […]
Neftçala Rayon İcra Hakimiyyətinin və “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Təchizatı və Satışı idarəsi Neftçala Elektrik Şəbəkəsinin birgə təşkilatçılığı ilə Neftçala rayonunda Energetika Günü qeyd olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Təchizatı və Satışı idarəsi Neftçala Elektrik Şəbəkəsinin rəhbərliyi və əməkdaşları iştirak edib. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin Mərkəzində ucaldılan abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər və xatirəsinə ehtiramlarını bildiriblər.
Oktyabrın 21-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Yeni Həyat və Şirvan küçələrinin kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək və buna görə bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məhdudiyyət səbəbindən 114B, 555 və 557 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Bildirilib ki, 114B nömrəli marşrutun Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil yolu, Şirvan küçəsi, […]
Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçalada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib. Müşavirədə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər. Müşavirədən öncə Neftçala şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad […]
“Bank VTB (Azərbaycan)” ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 7 milyon 678 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 812 min manat və ya 26,8% azdır. 2025-ci ilin ilk 9 ayında bankın xalis mənfəəti 10 milyon 490 min manat təşkil edib. Hesabat dövründə bankın faiz gəlirləri illik müqayisədə 0,6% artaraq 31 milyon 280 min manata, faiz xərcləri isə 26,2% artaraq 9 milyon 358 min manata çatıb. Nəticədə bankın xalis faiz gəlirləri 4,4% azalaraq […]
İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika məsələləri üzrə baş direktoru Santo Darmosumartonun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib. 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə […]
Son günlər Azərbaycanda dövlət qurumlarını hədəf alan kiberhücumlar informasiya sistemlərinin dayandırılması, insanlara hər hansısa xidmətlərin əlçatanlığının qarşısının alınması məqsədi daşıyır. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, son hücumlar ilk növbədə bunların vaxtında aşkar olunması və yarada biləcəyi fəsadların minimallaşdırılması kimi çağırışlar yaradır: “Yəni hazırda mövzu kibertəhlükəsizlik yox, kiberdayanıqlıqdır: hər hansısa bir hadisə olduqda minimal zərər olsun və qısa zamanda qarşısı alınıb sistemlər bərpa olunsun. Dövlət qurumlarına kiberhücumları […]
Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun (MAXE) məsuliyyəti artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək […]
Zəngilanın coğrafi mövqeyi onun Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynamaq imkanlarını artırır. Rayonun İranla dövlət sərhədində yerləşməsi və regional nəqliyyat istiqamətlərinə çıxışı iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Zəngilan Beynəlxalq Hava Limanının yaradılması bölgənin nəqliyyat imkanlarını gücləndirən mühüm layihələrdəndir. Bu infrastruktur obyekti sərnişin və yük daşımalarının inkişafı, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Nəqliyyat imkanlarının artırılması Zəngilanın yalnız yerli deyil, regional iqtisadi proseslərdə də iştirakını genişləndirə bilər. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu azad edilmiş ərazilərin ölkənin ümumi nəqliyyat […]
“Azərbaycan Skayraninq Federasiyası” İctimai Birliyi (İB) maliyyə hesabatlarını dərc etmədiyinə görə cərimələnib. Maliyyə Nazirliyi tərəfindən İB-nin İnzibati Xətalar Məcəlləsinin (İXM) 462.1-ci (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilərək müvafiq sənədlərlə birlikdə Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş materiallarına əsasən, İB tərəfindən 2025-ci il üzrə maliyyə hesabatları müvafiq orqana təqdim edilməyib. Bu hal mühasibat uçotu sahəsində qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilib və təşkilat barəsində İXM-in 462.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib […]
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, havanın temperaturu gecə 16-19° isti, gündüz 20-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, […]
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra səhiyyə sisteminə müxtəlif dövrlərdə bir sıra şəxslər rəhbərlik edib. Onların bəziləri qısa müddət vəzifədə qalıb, digərləri isə uzun illər nazir postunu tutub. Səhiyyə nazirlərinin dəyişməsi ölkənin siyasi və sosial-iqtisadi həyatında baş verən proseslərlə paralel gedib. Modern.az-ın araşdırmasına görə, müstəqil Azərbaycanın səhiyyə nazirləri arasında Tələt Qasımov, Rahim Hüseynov, Əli İnsanov, Oqtay Şirəliyev və Teymur Musayev olub. Anar Bayramovun səhiyyə naziri təyin edilməsi ilə bu siyahıya yeni ad əlavə olunub. Tələt Qasımov – müstəqil Azərbaycanın ilk səhiyyə […]
Xəzər dənizində zəlzələ olub. Redaksiya xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də 3,5 maqnitudada qeydə alınıb.
Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, A.Bayramov səhiyyə naziri təyin edilib. Qeyd edək ki, o, aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə iki mühüm yol infrastrukturu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Redaksiya bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, hər iki layihə Dövlət Proqramına daxil edilmiş 24 yol layihəsinin tərkib hissəsidir. Hazırda Xırdalan şəhərindən keçən dəmir yolu xətti şəhəri iki hissəyə ayırır. Mövcud keçidlərin məhdud […]
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin […]
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara müraciəti səsləndirilib. Müraciəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev oxuyub. Müraciətdə dövlətimizin başçısı paralimpiya hərəkatının iştirakçılarını Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə təbrik edib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının […]
Füzuli Azərbaycanın tarixi, mədəni və mənəvi irsinin mühüm hissəsini özündə birləşdirən qədim yaşayış məskənlərindəndir. Şəhərin və rayonun tarixi yalnız müasir hadisələrlə deyil, əsrlər boyu formalaşmış mədəni ənənələrlə də səciyyələnir. Füzulinin 1827-ci ildə əsasının qoyulması, sonradan Qaryagin adlandırılması və 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adı ilə tanınması onun tarixi inkişafının mühüm mərhələləridir. Rayonun adı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin irsi ilə bağlı olduğundan şəhərin mədəni kimliyində xüsusi yer tutur. Bu tarixi və mənəvi bağlılığın qorunması Füzulinin gələcək nəsillərə tanıdılması baxımından […]
Azərbaycanda median aylıq kirayə haqqı 1 000 manatdan aşağı düşüb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən iyun ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 917 manat təşkil edib ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 23 il olmasını şərtləndirir. 2025-cü ilin sonu ilə müqayisədə kapitalizasiya müddətində 2,1 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin […]
Sentyabr ayında Azərbaycanda banklar arasında ən yüksək şikayət indeksi “Yelo Bank” və “Expressbank”da qeydə alınıb. Sentyabrda “Yelo Bank”ın şikayət indeksi avqust ayındakı 2,51-dən 3,49-a yüksəlib. Bu isə 39% artım deməkdir. “Expressbank”da isə bu göstərici 1,18-dən 2,44-ə çatıb, yəni 2 dəfədən çox artıb. Beləliklə, hər iki bank sentyabrda yüksək şikayət indeksi olan qırmızı kateqoriyada yer alıb. Avqustda bu kateqoriyada yalnız “Yelo Bank” olub. Orta şikayət indeksi olan sarı kateqoriyada isə “Unibank”, “Azər-Türk Bank”, “Rabitəbank” və “Bank of Baku” qərarlaşıb. “Unibank”ın şikayət indeksi […]
Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edilməsi haqqında 7 noyabr 2025-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi büdcə xərclərinin inzibati təsnifatına daxil edilib. Bundan başqa, Agentlik Nazirlər Kabinetinin 19 dekabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun […]
Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Azərbaycan və Laos arasında xidməti pasport sahibləri viza tələbindən azad edilir. Bununla bağlı oktyabrın 13-də Bakıda Azərbaycan Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə sənədlər mübadilə olunub. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan mübadilə ediblər.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda, “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da və 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, banklarda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə və […]
Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycanın Vətən müharibəsində qəhrəmanlığına həsr olunan “44” bədii filminin təqdimatı keçirilib. Redaksiya xəbər verir ki, təqdimatda dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, eləcə də, filmin yaradıcı və aktyor heyəti iştirak ediblər. Filmin nümayişindən əvvəl tədbirə qatılan qonaqlar və ekran əsərində rol alan aktyorlar təəssüratlarını jurnalistlərlə bölüşüblər. Aktyor Türkay Cəfərli də “44” bədii filmindəki rolu və layihənin əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, uzun müddətdir Azərbaycan kinosunda bu miqyasda və mövzuda filmin çəkilmədiyini qeyd edib: […]
Asiya İnkişaf Bankı (AİB) Bakı metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edib. “Report” AİB-yə istinadən xəbər verir ki, bu maliyyələşdirmə Bakıda metro xidmətlərinin daha təhlükəsiz, etibarlı və səmərəli olmasına, eləcə də genişlənən metro şəbəkəsinin effektiv fəaliyyətinin təmin edilməsinə kömək edəcək. Layihə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən və 2,6 milyard ABŞ dolları dəyərində olan Bakı metropoliteninin genişləndirilməsi proqramının bir hissəsidir. Proqram çərçivəsində 9 stansiya, 2 depo və 20 kilometr uzunluğunda yeni […]
Bakıda şadlıq sarayında keçirilən ad günü məclisində baş verən mübahisə ölümlə nəticələnib. Anasının ləhcəsi ilə bağlı yaranan mübahisəyə qoşulan S.R. qohumu Azər Qasımovu itələyib. Yıxılaraq başını daş çıxıntıya vuran şəxs həyatını itirib. Hadisə Xətai rayonunda yerləşən “Təbrik” şadlıq sarayında baş verib. Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs 2000-ci ildə Xaçmaz rayonunun Bostançı kəndində anadan olub. Azərbaycan vətəndaşı olan S.R. ali təhsillidir və evlidir. Hadisə Türkiyə vətəndaşı olan azyaşlının beş yaşının tamam olması münasibətilə təşkil edilən ad günü məclisində baş verib. Məclis […]
Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviyə çəkilməsi və süni ictimai gərginlik predmetinə çevrilməsi istiqamətində cəhdlər müşahidə olunur. Xüsusilə sosial media platformalarında koordinasiyalı şəkildə həyata keçirilən fəaliyyət bu narahatlığı daha da artırır. Ayrı-ayrı hesablar vasitəsilə eyni məzmunlu və ya oxşar xarakterli paylaşımların, o cümlədən neqativ şərh və reaksiyaların kütləvi şəkildə və qısa zaman […]
2025-ci ildə Xankəndi şəhərində əsas kapitala yönəldilmiş investisiyalar 333 milyon 784,3 min manat təşkil edib. Redaksiya bildirir ki, “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,7 dəfə çoxdur. Hesabat dövründə Xankəndinin də daxil olduğu Qarabağ iqtisadi rayonunda əsas kapitala 2 milyard 268 milyon 434,2 min manat (1 il əvvələ nisbətən 12,6 % az), o cümlədən Ağcabədi rayonunda – 24 milyon 853,1 min manat (2,1 dəfə çox), Ağdam rayonunda – 784 milyon 582,1 min manat […]
İranın daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də ölkəmizə səfərə gəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İskəndər Momeni və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub. Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İskəndər Momeni və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İki ölkənin daxili işlər […]
Oktyabrın 13-ü Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı. Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırladı. Qəbula görə […]
Bu gün Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Laos Prezidenti Thonqlun Sisuliti Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilib: 1. Abdullayeva Nəzrin Vüsal qızı 2. Abduzadə Nihad Ehtiram oğlu 3. Ağazadə Xədiceyi-Kübra Cəmaləddin qızı 4. Almazov Ayxan Xəqani oğlu 5. Aslanova Gülay İlkin qızı 6. Babayev Ravil Ramin oğlu 7. Babazadə […]
Mənzilimi kirayə vermək istəyirəm. Bu fəaliyyət üçün vergi ödəyicisi olmaq zəruridirmi və bu halda hansı addımlar atılmalıdır? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Nəzərdə tutulan ödəmələri həyata keçirən vergi orqanında uçotda olan fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Kirayə haqqından ödəmə mənbəyində […]
Oktyabrın 12-də Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verdi. Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçdi. Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir […]
Sosial media istifadəçiləri “Instagram” və “TikTok” platformalarına daxil olmaqda çətinlik çəkdiklərini bildirirlər. Səhər saatlarından etibarən sosial şəbəkələrdə yaranan problemlərlə bağlı paylaşımlar edilib. Bildirilir ki, bəzi istifadəçilər platformalara daxil ola bilmir, mesaj göndərməkdə çətinlik çəkir və ana səhifəni yeniləyə bilmirlər. Bu barədə Musavat.com saytı məlumat yayıb. Problemin səbəbi və texniki nasazlığın miqyası ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Qeyd edək ki, problemin bütün istifadəçilərə təsir edib-etmədiyi dəqiqləşdirilməyib.
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar. “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenistan Respublikasının başçısına burada yaradılmış şərait barədə məlumat verdi. Qeyd olundu ki, bura əvvəllər “Qara şəhər” kimi tanınıb. 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənmiş və vaxtilə çoxsaylı neft gölməçələrinin olduğu bu ərazidə Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünya miqyasında nadir ekoloji layihə icra olunaraq, müasir yaşayış massivi yaradılıb. Dünyada müasir […]
Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. Yaş yol örtüyü isə nəqliyyat vasitəsinin idarə olunmasına və əyləc məsafəsinin uzanmasına təsir göstərir. Belə şəraitdə yol nişanlarını, nişanlama xətlərini və digər hərəkət iştirakçılarını vaxtında görmək çətinləşdiyindən, sürücülərin daha diqqətli və ehtiyatlı olmaları vacibdir. Hazırda yağışlı hava ilə müşahidə olunan həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, nəqliyyat vasitələrinin texniki sazlığını […]
Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin inkişafında böyük xidmətlər göstərib, onu respublikamızdan kənarda layiqincə təmsil edib. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət qazandırıb. Qısa, lakin mənalı ömür sürmüş Aida xanım bu gün də şərqşünas-alim, təcrübəli pedaqoq, ziyalı xanım, xeyirxah insan, fədakar ana olaraq xatırlanır. Redaksiya professor Aida İmanquliyevanın doğum günündə onun həyat […]
Azərbaycan Hava Yollarının 9 oktyabr tarixinə planlaşdırılan J2-185/J2-186 nömrəli Bakı–Moskva (Domodedovo)–Bakı və J2-805/J2-806 nömrəli Bakı–Moskva (Vnukovo)–Bakı reyslərinin icrasında Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən dəyişikliklər yaranıb. Belə ki, səhər saatlarında həyata keçirilən J2-185 nömrəli Bakı–Moskva reysi Sankt-Peterburq şəhərinə məcburi eniş edib. Hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya geri qayıtması mümkün olmayıb. Həmçinin səhər saatlarında həyata keçirilən J2-805 nömrəli Bakı–Moskva reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb. Mövcud məhdudiyyətlər təyyarələrin vaxtında təyinat hava limanlarına çatmasına və növbəti […]
Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin, eləcə də təhsilverənlərin pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarının icrası vəziyyətinin yoxlanılması nəzərdə tutulur. Təhsil İdarəsi bildirir ki, təhsil müəssisələrində vahid geyim formaları ilə bağlı […]
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb. İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin dövlət büdcəsinə 10 614,47 manat vergi borcu var. Bu barədə məlumat Dövlət Vergi Xidmətinin rəsmi elektron portalında yer alıb. Elektron sistemdə Milli Gəlirlər Baş İdarəsinin aktiv vergi ödəyicisi olduğu, ƏDV qeydiyyatında olmadığı və riskli vergi ödəyicisi hesab edilmədiyi də göstərilib. Qeyd edək ki, Milli Gəlirlər Baş İdarəsi Dövlət Vergi Xidmətinin struktur bölməsidir və iri vergi ödəyicilərinin vergi öhdəliklərinə nəzarət funksiyalarını həyata keçirir. Plat.az
Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcək. Dövlət başçısı bunu “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Prezident Donald Tramp 8 avqust 2025-ci ildə təşkil etdiyi Vaşinqton sülh sammitində Azərbaycanla Ermənistan arasında sülhün təşviqində tarixi rol oynadı. Onun sülh prosesinə verdiyi mühüm töhfənin tanınması məqsədilə mənim təşəbbüsümlə Azərbaycan və Ermənistan Prezident Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərib. Biz Prezident Trampın regionumuzda davamlı […]
Media və Yayım Şurasının sədri Əhməd İsmayılov ölkə başçısı İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: Möhtərəm cənab Prezident! Zati-alinizin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı dərin məzmunu və konseptual mahiyyəti ilə yadda qalan çıxışı müstəqil dövlətçilik tariximizin bütün mərhələlərini əhatəli şəkildə təhlil etməklə yanaşı, gələcək inkişaf istiqamətlərimizin müdrik uzaqgörənliklə müəyyənləşdirilməsi, ölkəmizin əsas hədəf və məqsədlərinə çatmaq üçün potensial risklərin düzgün və strateji çevikliklə qiymətləndirilməsi və aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Vurğuladığınız kimi, xalqımızın böyük arzusu və israrlı tələbi ilə hakimiyyətə […]
“Evfemiya” MMC maliyyə hesabatlarını dərc etmədiyinə görə cərimələnib. Maliyyə Nazirliyi tərəfindən MMC-nin İnzibati Xətalar Məcəlləsinin (İXM) 462.1-ci (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilərək müvafiq sənədlərlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. İnzibati xəta haqqında protokolda qeyd olunub ki, şirkət 2024-cü il üzrə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc etməyib. Bu hərəkət İXM-in 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta kimi qiymətləndirilib. Nəsimi Rayon Məhkəməsinin […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xanməmmədli və Ramazanlı kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qaçaqkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu […]
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Bu barədə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm hal aldığını qeyd edib. “İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir”, – deyə Prezident əlavə edib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən “Golden Street” hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Məlum olub ki, hoteldə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış […]
“TikTok” istifadəçilərin məhsulları tətbiqdən çıxmadan kəşf etməsinə, onlar barədə məlumat almasına və bir kliklə satın almasına imkan verən süni intellekt dəstəkli alış-veriş köməkçisi və yeni ödəniş funksiyasını istifadəyə verib. “Shopping Assistant” adlandırılan süni intellekt dəstəkli funksiya istifadəçilərin məhsullarla bağlı suallarını cavablandırır. Köməkçi məhsulun xüsusiyyətləri, çatdırılma, ölçü seçimləri və stok vəziyyəti barədə məlumat verir, həmçinin istifadəçinin ehtiyac və seçimlərini nəzərə alır. Yeni ödəniş funksiyası isə istifadəçilərə “For You” lentində qarşılarına çıxan məhsulları tətbiqdən çıxmadan bir kliklə birbaşa markadan almağa imkan yaradır. […]
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir. Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
Bu gün Ali Məhkəmədə külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin kassasiya şikayətinə baxılıb. Məhkəmə Ramin İsayevin kassasiya şikayətini təmin etməyib. Beləliklə, onun barəsində əvvəl çıxarılmış hökm qüvvədə saxlanılıb. İş üzrə zərərçəkmiş qismində “SOCAR AQŞ” MMC, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC tanınıb. Xatırladaq ki, Ramin İsayev 54 milyon manatlıq mənimsəmədə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü – xüsusilə külli miqdarda mənimsəmə və 193-1.3.2-ci – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma maddələri […]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 6-da və 7-də Şəki şəhərində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Şəki şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib. Sonra Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 263 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərinin […]
Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə iştirak edərək nitq söyləyib. Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, partiyanın fəaliyyəti, qəbul etdiyi qərarlar və siyasi xətti Azərbaycanla yanaşı, region üçün də böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir və 30 ildən artıqdır […]
“Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir”. Bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında deyilir. Açıqlamada bildirilib ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters“, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın […]
Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev səsləndirib. Müraqciətdə deyilir: – Hörmətli konfrans iştirakçıları! Sizi Bakı Dialoqu formatında keçirilən itkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsinə və effektiv mexanizmlərin inkişaf etdirilməsinə həsr olunmuş IV beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram. İtkin düşmüş şəxslər problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir. Biz bu məsələyə dünyanın […]
Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfrans keçirilir. Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər […]
Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 6 oktyabr tarixində Suriya Ərəb Respublikasından 13 nəfər Azərbaycan Respublikası vətəndaşının (6 nəfər qadın, 7 nəfər uşaq olmaqla) ölkəmizə repatriasiyası həyata keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji […]
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində dövlətin hərbi gücünün artırılmasını cari və perspektiv hədəflərin mərkəzində göstərərək deyib: “Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlayıb. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. […]
Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas istefa verib. Buna səbəb onun rəhbərlik etdiyi yığmanın Millətlər Liqasında Azərbaycana 0:1 hesablı məğlubiyyəti olub. Federasiya rəhbərliyi ilə görüşdən sonra Yankauskas vəzifəsindən ayrılıb. Qeyd edək ki, çalışdırıcı 1 fevral 2023-cü ildən bu vəzifəni icra edirdi. Qafqazinfo
“Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin və partiyamızın həyatında müstəsna əhəmiyyətə malik tarixi bir mərhələyə təsadüf edir. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra dövlətimiz, cəmiyyətimiz və siyasi sistem qarşısında keyfiyyətcə yeni vəzifələr, qlobal gözləntilər və tarixi məsuliyyət yaranıb. Qazanılmış tarixi Zəfər müstəqil dövlətimizin siyasi-diplomatik, sosial-iqtisadi, hərbi-müdafiə qüdrətini zirvəyə ucaldıb. Ölkəmiz regionda tamamilə yeni reallıqlar formalaşdıran əsas qlobal aktora çevrilib”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova YAP-ın VIII Qurultayına təqdim […]
Nazirlər Kabineti 6 aprel 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq edir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı Dmitro Lubinets ilə görüşüb. Görüş zamanı Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib. Səbinə Əliyeva iki ölkənin ombudsman təsisatları arasındakı mövcud səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib, ukraynalı həmkarı ilə mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib. Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ombudsman təsisatları […]
Azərbaycan Texniki Universitetində (ATU) uzun illər dosent vəzifəsində çalışmış Sadiq Xəlilovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib. İddiaçı işəgötürənin əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını, onunla müddətsiz əmək müqaviləsi bağlanmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edib. Məhkəmə materiallarına əsasən, Sadiq Xəlilov 2014-cü il tarixli əmrlə 2014/2015-ci tədris ilinin sonunadək əmək müqaviləsi əsasında ATU-nun “Fizika” kafedrasına dosent vəzifəsinə qəbul edilib. Onun aylıq əmək haqqı elmi-pedaqoji stajının 20 […]
Ağdam şəhərindəki ikinci yaşayış kompleksində, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində əhalinin məskunlaşması həyata keçirilib. Hazırda Ağdam rayonunda ümumilikdə 2000-dən çox ailə yaşayır. Onlardan təxminən 932 ailə Ağdam şəhərində, 1110 ailə isə üç kənddə məskunlaşıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlaması zamanı deyib. Emin Hüseynov bildirib ki, bu ilin sonuna qədər Ağdam rayonunda məskunlaşan ailələrin sayı 5000-ə çatacaq: “Beləliklə, əhalinin sayı daha 10 min 450 nəfər […]
“Ziraat Bank Azərbaycan” ASC kapital bazarından 15 milyon manat vəsait cəlb etməyə hazırlaşır. Bank hər birinin nominal dəyəri 100 manat olan 150 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxacaq. Buraxılış 30 milyon manatlıq baza emissiya prospekti çərçivəsində həyata keçirilir. İstiqrazlar üzrə illik gəlirlilik 10% müəyyən edilib. Qiymətli kağızların tədavül müddəti 360 gün olacaq, faiz ödənişləri isə hər 90 gündən bir həyata keçiriləcək. Bank emissiyadan əldə ediləcək vəsaiti əsasən kredit portfelinin genişləndirilməsinə yönəltməyi planlaşdırır. Sənəddə bildirilib ki, cəlb olunan […]
Liya Bayramova Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib. Bu barədə Azərbaycan İnvestisiya Holdinqindən məlumat verilib. O, jurnalistikada 25 ildən çox təcrübəyə malikdir, vaxtilə Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışıb, hazırda isə CBC TV-də yayımlanan “Dayanıqlılıq və inkişaf” proqramının müəllifi və aparıcısıdır. L.Bayramova şöbə müdiri vəzifəsində Leyla Sarabini əvəz edib. O, holdinqin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-yə təyinat alıb. AİH Prezident İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılıb, onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin […]
İranın neft naziri Möhsün Paknejad istefa verib. Bu barədə İran prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Məhəmməd Mehdi Təbətəbai məlumat verib. Məlumata görə onun istefasını qəbul edən prezident Məsud Pezeşkian İranın neft şirkətinin rəhbəri Həmid Bordu neft naziri vəzifəsinin müvəqqəti icraçısı təyin edib. İstefanın səbəbi açıqlanmayıb. Apa
“Turan Tovuz” yoldaşlıq oyununda Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesablı qələbəsi ilə bitib. Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta aktivinə yazdırıb. Qeyd edək ki, qarşılaşmanı azərbaycanlı baş hakimi Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Neftçala rayonunun İkinci Mayak kəndi ərazisində Kür çayının vaxtilə Xəzər dənizinə qovuşan qədim ana yatağının izləri üzə çıxıb. Vaxtilə bu ərazidən keçən Kürün yatağı kifayət qədər dərin və gursulu olub. Sakinlərin sözlərinə görə, ötən əsrin ortalarında çayın dərinliyi bəzi hissələrdə 7 metrə çatıb, ərazi həm balıqçılar, həm də çay-dəniz arasında hərəkət edən gəmilər üçün mühüm su yolu sayılıb. Kürün Xəzərə çıxışında yerləşən İkinci Mayak kəndində 1965-ci ildə inşa edilmiş 56 metr hündürlüyündə mayak da həmin dövrdə ərazidən keçən gəmilərin istiqamətləndirilməsində […]
İçərişəhər qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətinin təşkilində dəyişikliklər ediləcək. Dəyişikliklərə əsasən, cari ilin 15 oktyabr tarixindən etibarən Qoşa Qala meydanında nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan ediləcək və ərazi piyadaların istifadəsinə veriləcək. Eyni zamanda, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən Böyük Qala küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, həmin istiqamətdə hərəkət M.Ə.Sabir küçəsinə yönləndiriləcək. M.Ə.Sabir küçəsi ilə […]
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli dövlətlərarası əlaqələrin və əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə xüsusi önəm verir. Cari ilin iyulunda Almaniyaya səfərim zamanı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması […]
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. Redaksiya APA-ya istinadən xəbər verir ki, partiyanın VIII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir: İlham Əliyev; Mehriban Əliyeva; Tahir Budaqov; Əli Əhmədov; Arif Rəhimzadə; Elnarə Akimova; Bayram Aslanov; Azər Badamov; Tofiq Cahangirov; Kamal Cəfərov; Samir Cəfərov; Rauf Əliyev; Asif Əsgərli; Vazeh Əsgərov; Ziyafət Əsgərov; Eldar Əzizov; Ülviyyə Həmzəyeva; Ramiz Hüseynov; Hicran Hüseynova; Eldar İbrahimov; Fuad İbrahimov; Anar İsgəndərov; Amin […]
“Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir”. Redaksiya APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda çıxışı zamanı bildirib. O, qonşu ölkələrlə münasibətlərin Azərbaycanın coğrafi reallığının bir hissəsi olduğunu vurğulayıb. Rusiya ilə münasibətlərə dair danışarkən Hikmət Hacıyev Bakı ilə Moskva arasında münasibətlərin hazırda sabit və normal olduğunu, mehriban qonşuluq çərçivəsində inkişaf etdiyini deyib. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan […]
Yeni Azərbaycan Partiyası xoşməramlı və xoştaleli olan siyasi təşkilat kimi meydana gəlib, fəaliyyət göstərib və bu gün də fəaliyyət göstərməkdədir. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı YAP Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib. “XXI əsrin ilk onilliklərində Azərbaycanın iqtisadi, sosial inkişaf, beynəlxalq əlaqələr sahələrində əldə etdiyi ən böyük nailiyyətlər artıq Yeni Azərbaycan Partiyasının iqtidarının, İlham Əliyev dövrünün Azərbaycan xalqına təqdim etdiyi unudulmaz töhfələrdir”, – deyə Əli Əhmədov bildirib. O, YAP-ın ayrı-ayrı ölkələrin […]
Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyib.
Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın. Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı.
Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi. Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib. Dövlətimizin başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi.
“Azergold” QSC-də Satınalmalar və təchizat zəncirinin idarə olunması şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub. Qurumun İdarə heyətinin sədri Zakir İbrahimovun imzaladığı əmrlə bu vəzifə Elvin Bağırova həvalə edilib. Qeyd edək ki, E.Bağırov əmək fəaliyyətinə 2008-ci ildə “Bakı Elektrik Şəbəkə” ASC-də başlayıb və 2014-cü ilə qədər bu qurumda Müqavilə və Tender şöbəsində tikinti və yenidənqurma işləri üzrə mütəxəssis vəzifəsində çalışıb. Bundan sonra o, “Bakı Metropoliteni” QSC-də 2014-2016-cı illərdə Beynəlxalq əlaqələr və satınalmaların təşkili şöbəsində mütəxəssis, 2016-2021-ci illərdə Satınalmaların təşkili və müqavilələr şöbəsidə […]
Laçın istiqamətində Azərbaycanın hərbi qulluqçusunun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, bəzi sosial media səhifələrində Azərbaycanın Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb: “Bildiririk ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış […]
Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsipləri əsasında inkişaf edir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşımında bildirib. Hikmət Hacıyev qeyd edib ki, Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) 20-dən çox Avropa ölkəsinin nümayəndələrindən ibarət heyətini qəbul edib. Onun sözlərinə görə, son yüksəksəviyyəli təmaslar nəticəsində siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli dinamika qazanıb. “Azərbaycanın […]
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 2-3-də güclü külək əsəcək. Gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 […]
Neftçala rayonunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq orqanının əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin Mərkəzində ucaldılan abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər və xatirəsinə ehtiramlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib. Ümummilli Lider […]
Oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib. AQEM-in Baş katibi Kayrat Sarıbay çıxışında bildirib ki, Azərbaycanın AQEM-də bağlantı və rəqəmsallaşma sahələrinə verdiyi töhfələri, eləcə də ölkənin təşkilata sədrliyi dövründə əldə olunan nəticələri bariz şəkildə görürük. Baş katibin sözlərinə görə, […]
Hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciətində bildirib. Dövlət Başçısı qeyd edib ki, fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir: “Baş verən prosesləri işıqlandıran və cəmiyyətə […]
Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günüdür. 108 il əvvəl əsası qoyulan Azərbaycan Prokurorluğu müxtəlif tarixi mərhələlərdən keçərək, bu gün müasir hüquq-mühafizə təsisatlarından birinə çevrilib. Bu yol dövlət quruculuğunun mürəkkəb və mühüm mərhələləri, müstəqilliyin bərpası, hüquqi islahatlar və ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnir. AZƏRTAC Azərbaycan Prokurorluğunun tarixinə və keçdiyi inkişaf yoluna bir daha nəzər salır. 108 illik tarix Azərbaycanda prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı […]
Azərbaycan Alpaqut Federasiyasının idmançısı, alpaqut üzrə dünya çempionu Ruslan Zaporotskov Taylandın Phuket şəhərində keçirilən «ONE SINBI Muay Thai Fight Night» turnirində avstraliyalı rəqibi Joshu nokautla məğlub edib. 70 kq çəki dərəcəsində keçən döyüş 30 sentyabr 2026-cı ildə Sinbi Boks Stadionunda baş tutub. Ruslan Zaporotskov Sabunçu Alpaqut Filialının sədri Şahlar Vəliyevin yetirməsidir. O, Azərbaycan Alpaqut Federasiyasının dəstəyi ilə təcrübə qazanmaq üçün Taylanda, təlim-məşq toplanışına ezam olunub. Toplanış ərəfəsində idmançı bu turnirdə rinqə çıxıb və qələbə qazanıb. Ruslan Zaporotskov 2025-ci ilin dekabrında […]
Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Azərbaycan Alpaqut Federasiyası (AAF) İdarə Heyətinin qərarı ilə İcraiyyə Komitəsində iki disiplin üzrə koordinator təyin olunub. AAF-dan verilən məlumata görə, Elvin Mirzəyev caymaz disiplini üzrə koordinator təyin edilib. Bu vəzifə indiyədək boş idi. Abbas Abaslı isə qurşak disiplini üzrə koordinator təyin olunub. O, bu vəzifədə Sunar Cəlilovu əvəzləyib. Qeyd edək ki, artıq İcraiyyə Komitəsində alpaqutun beş yarış disiplininin (ayça, batur, caymaz, qurşak və kaçut) hər biri üzrə koordinator var. Yeni koordinatorlar bir ay ərzində öz disiplinləri üzrə iş planını İcraiyyə […]
Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib. Yeni qərara əsasən, maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmələr üzrə əvvəl nəzərdə tutulan bir təqvim ili üzrə 20 min manatlıq kumulyativ hədd ləğv edilib. Bundan sonra bir elektron köçürmənin məbləği 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bundan yuxarı olduqda həmin əməliyyat barədə MMX-yə məlumat təqdim ediləcək. Eyni zamanda, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin bir təqvim ayı ərzində […]
Maliyyə Monitorinqi Xidməti (MMX) “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na dəyişiklik edəcək. Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq MMX-dan bildirilib. Qeyd edilib ki, hazırda qaydalara dəyişiklik layihəsinə yenidən baxılır və daha effektiv mexanizmin tətbiqi məqsədilə müvafiq düzəlişlər hazırlanır. Layihə MMX rəhbərliyinə təqdim ediləcək və qısa müddətdə qəbul olunması nəzərdə tutulur. Belə ki, yenidən baxılan məsələlər sırasında 20 min manatdan yuxarı elektron köçürmələr üzrə maliyyə institutlarının MMX-yə […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. Qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbaycan Prezidenti ilə görüşməkdən böyük şərəf hissi duyduğunu bildirdi. Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərinin əhəmiyyətinə toxunan Lord Vernon Kioaker ölkəsinin bu tədbirdə iştirak etməkdə maraqlı olduğunu dedi. O, sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı […]
“CFİ Financial İnvestisiya Şirkəti” QSC-də Müşahidə Şurasının sədri dəyişib. Ahmad El Khatib Müşahidə Şurasının sədri vəzifəsindən gedib, onun yerinə Karim Malas təyin edilib. Qeyd edək ki, şirkətin İdarə Heyətinin sədri Pərvanə Qasımova, üzvləri isə Elie Aoun və Nour Jbarahdır. “CFİ Financial İnvestisiya Şirkəti” QSC-yə investisiya şirkəti fəaliyyəti üzrə İSN/L-7/2016 nömrəli lisenziya 6 yanvar 2016-cı ildə verilib. (Banker)
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-65%, gündüz 50-55% təşkil edəcək. Azərbaycanın səhər şimal və qərb rayonlarından başlayarq bəzi yerlərdə arabir yağış […]
Sentyabrın 30-da Bakı Ekspo Mərkəzində Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və paralel olaraq keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubunu oxuyub. Sonra nazir çıxış edib. “ADEX” Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” […]
“Leobank”ın kartdakı qalıq vəsaitə faiz hesablanması ilə bağlı tətbiq etdiyi minimum ödəniş həddi müştəri narazılığına səbəb olub. Sosial şəbəkə istifadəçiləri “Leobank”ın açıqladığı şərtlərin müştərilərdə yanlış təsəvvür yarada biləcəyini bildirirlər. Qeyd edilib ki, bankın tariflərində qara Leo kartında 10 manatdan 999,99 manatadək qalıq üçün illik 5% faiz nəzərdə tutulsa da, hesablanmış faiz yalnız 1 manata çatdıqdan sonra ödənilir. “Leobank”ın rəsmi saytında da göstərilir ki, faizlər kartdakı şəxsi vəsaitin qalığına gündəlik hesablanır, ödəniş isə hər ayın 1-də həyata keçirilir. Qara Leo kartında […]
“Azəriqaz”da xidmət və iş proseslərinin rəqəmsallaşdırılması abonentlərə bir sıra əməliyyatları kağız sənədlər olmadan və xidmət mərkəzlərinə getmədən həyata keçirməyə imkan verəcək. Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya çərçivəsində daha bir xidmət sahəsində proseslərin elektronlaşdırılması istiqamətində mühüm addım atılıb. SİMA rəqəmsal imzanın “Azəriqaz” İB-nin xidmət və iş proseslərinə inteqrasiyası ilə abonent müqavilələrinin rəqəmsal şəkildə imzalanması imkanı yaradılıb. Vətəndaşlar “mygov” platforması üzərindən qaz təchizatı ilə bağlı müqavilələrini SİMA ilə imzalayaraq xidmət mərkəzinə getmədən də müraciətlərini rəsmiləşdirə bilirlər. Eyni imkan “ASAN xidmət” və “ASAN […]
Azərbaycanda məhkəmə ekspertizası sahəsində ekspertizaların aparılması zamanı istifadə olunan tədqiqat metodları barədə məlumatların sistemləşdirilməsi və əldə olunmasının təmin edilməsi istiqamətində görülən işlər çərçivəsində Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri məhkəmə ekspertizası tədqiqatlarının həyata keçirilməsi zamanı tətbiq edilən tədqiqat metodları barədə məlumatların toplanmasını, uçotunun aparılmasını, sistemləşdirilməsini, aktuallığının təmin edilməsini və istifadəyə açıq olan məlumatların ictimaiyyətə təqdimatını təmin edən elektron informasiya resursudur. Dövlət Reyestri Ədliyyə Nazirliyi tərəfindən […]
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı bu il Jumeirahdakı (Dubay) “First Avenue Mall” alış-veriş mərkəzində qızıl-zinət və bahalı aksessuarlar mağazasını açıb. 1500 kv.metr sahəsi olan mağazada satışa təqdim olunan brend çantalar, bahalı saatlar və zinət əşyalarının ümumi dəyəri 3 milyon dollardan artıq qiymətləndirilir.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 7-də Şəki rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək. Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak edə bilərlər. Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı oktyabrın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Polis orqanları […]
Baş prokuror Kamran Əliyev oktyabrın 7-də, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək. Vətəndaşlar şəhər prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla […]
Oktyabrın 9-da ABB-nin 51%-nə nəzarət etdiyi Özbəkistanın “Davr Bank”ının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə bankın adının dəyişdirilməsi, Müşahidə Şurasının tam, İdarə Heyətinin isə qismən yenidən formalaşdırılması, dividend siyasətinin yenilənməsi və daxili sənədlərin təsdiqi məsələləri daxildir. Qeyd edək ki, ABB Özbəkistan bazarında genişlənmə strategiyası çərçivəsində “Davr Bank”a 100 milyon ABŞ dollarından çox vəsait yatıraraq nəzarəti əldə edib. Bank bu ölkədə “ABB Davr Bank” brendi ilə fəaliyyət göstərəcək. (APA)
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. Redaksiya xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Mərhum hərəkət məhdudiyyətli olub və həyatını təkərli oturacaqda keçirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür etdi. Dövlətimizin başçısı gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirdi. Azərbaycanın bu idman tədbirlərində […]
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah bin Sultan bin Avad əl-Nuaimi ilə görüşüb. Görüşdə iki ölkə arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin, o cümlədən ədliyyə sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Bu əlaqələrin möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin xüsusi əhəmiyyəti vurğulanıb. Görüş zamanı BƏƏ və Azərbaycanın ədliyyə nazirlikləri […]
Azərbaycanda bu ilin ilk 9 ayında 1 meyitdən ürək transplantasiyası həyata keçirilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən ürək transplantasiyası uğurlu olub. 2026-cı ilin sentyabrına qədər Azərbaycanda ümumilikdə 3 ürək transplantasiyası həyata keçirilib. Xatırladaq ki, Azərbaycanda və ümumilikdə Qafqaz regionunda ilk dəfə meyit donordan ürək transplantasiyası 2025-ci il oktyabrın 31-də uğurla həyata keçirilib. Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə təşkilatçılığı ilə baş tutan bu tarixi […]
“Paşa Holdinq” MMC-yə Korporativ maliyyə üzrə direktor təyin edilib. Bu vəzifə Ənvər Həmzəyə həvalə olunub. Qeyd edək ki, Ə.Həmzə azərbaycanlıdır, lakin 17 il Böyük Britaniyada yaşayıb. Bu illər ərzində o, Böyük Britaniyanın paytaxtı Londonda “Deloitte”, “FTI Consulting”, “EY-Parthenon” kimi şirkətlərdə işləyib. Ə.Həmzə 2015-2020-ci illərdə “Deloitte” şirkətində mütəxəssis, baş mütəxəssis, menecer köməkçisi kimi vəzifələrdə çalışıb. 2020-2021-ci illərdə “FTI Consulting” şirkətində baş məsləhətçi olub. 2021-2026-cı illərdə isə, “EY-Parthenon” şirkətində baş mütəxəssis, menecer, direktor müavini vəzifələrində olub. Plat.az
Bəxtiyar Əsgərov Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı 28 sentyabr 2026-cı il tarixli sərəncama əsasən, Bəxtiyar Hüseynalı oğlu Əsgərov Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.
28 sentyabr 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” PFK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Turan Tovuz” PFK İB-nin İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıb. Sənədə əsasən, oktyabrın 3-də Bakıda “Turan Tovuz” PFK ilə Türkiyənin “Fənərbaxça” klubu arasında keçiriləcək yoldaşlıq oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.Toplanan vəsait işğaldan azad olunan ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Qarabağ […]
“Trendyol” şirkətinin PR və kommunikasiya direktoru şirkətdən ayrılıb. Süheylə Cəfərova sözügedən vəzifədə fəaliyyətini başa çatdırıb. Qeyd edək ki, o, 2024-cü ilin əvvəlində bu vəzifəyə təyin edilmişdi. Plat.az
Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsi həyata keçirilən “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvi prosesinin yekunlaşdırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hüquqi prosedurlar tamamlanıb və ləğvetmənin başa çatdırılması təmin edilib. “Azərbaycan Kredit Bankı” ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.07.2015-ci il tarixli, 2-1(81)-3854/2015 nömrəli qərarı ilə məcburi ləğv olunub və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.02.2019-cu il tarixli, 2-1(103)-798/2019 nömrəli qərardadına əsasən Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib. Fond Banka ləğvedici təyin edildikdən sonrakı dövr ərzində Bankın öhdəliklərinin qısa müddət ərzində […]
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib. Bu barədə vəkil Rəşad Vaqifoğlu feysbukda paylaşım edib. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Azərbaycanda səfərdə olan “Citigroup”un nümayəndə heyəti ilə görüşüb. Görüşdə “Citigroup”un icraçı direktoru, müştəri xidmətləri üzrə baş direktoru David Livinqston, eləcə də Qafqaz və Mərkəzi Asiya regionu üzrə korporativ bankçılıq direktoru Ceyson Zullo iştirak ediblər. Görüş çərçivəsində qlobal bankçılıq sektorunda müşahidə olunan əsas tendensiyalar, mövcud çağırışlar və inkişaf perspektivləri, müxbir bankçılıq, pul bazarlarının inkişafı, valyuta ehtiyatlarının idarəedilməsi təcrübəsi müzakirə edilib. Görüş zamanı həmçinin Mərkəzi Bank ilə “Citigroup” arasında əməkdaşlıq əlaqələrinin və strateji tərəfdaşlığın daha […]
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif ediliblər: “Tərəqqi” medalı ilə Abbasov Mahir Fəxrəddin oğlu Əliyev Vüsal Azad oğlu İsayev Orxan Elşad oğlu Qarayev Teymur Fəxrəddin oğlu “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə Abbasov Cabir Etibar oğlu Abdullayev Vüsal Habil oğlu Bağırov Taleh Vilayət oğlu Bayramov Nəsir Yasin oğlu […]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng edib. Bu barədə məlumatı “Anadolu” agentliyi yayıb. Bildirilib ki, Türkiyə lideri telefon danışığı zamanı Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad edib. (Qafqazinfo)
Neftçala rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur. Anım Günü ilə əlaqədar Neftçala rayonunda keçirilən tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının, idarə, müəssisə […]
“AzerGold” QSC-nin təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyəti və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunan “Zəfərin izi ilə” adlı sosial layihə çərçivəsində şəhid ailələrinin Şuşa şəhərinə səfəri təşkil edilib. Səfərdə Göygöl rayonunda qeydiyyatda olan şəhid ailələrinin üzvləri iştirak ediblər. Layihənin əsas məqsədi şəhid ailələrinə mənəvi dəstək göstərmək, qəhrəman övladlarımızın keçdiyi döyüş yolunu ehtiramla xatırlamaq, həmçinin Zəfər tariximizin rəmzinə çevrilmiş Şuşanın tarixi və mədəni irsi ilə yaxından tanış etməkdir. Səfər iştirakçıları əvvəlcə Şuşanın ən görkəmli […]
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. Dövlət başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib. Sonra birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb.
İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir. Bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. “Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır”, – deyə dövlətimizin başçısı əlavə edib. Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. Forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evinin (Ambrosetti) strateji tərəfdaşlığı ilə baş tutur. Tədbir çərçivəsində təşkil olunan plenar iclas və panel sessiyalarında Orta Dəhliz, […]
Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
“Bus Service” MMC və şirkətin direktoru İsmayılov Teymur Qurbanəli oğlu cərimələnib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar tərtib edilib. Protokollara əsasən, şirkət və direktor tərəfindən tələb olunan sənədlərin bir hissəsi, o cümlədən əmək haqqının hesablanması və iş vaxtının uçotu cədvəllərinin surətləri […]
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Redaksiya APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan “Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında […]
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 191 ölkədən 1 milyon 586 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Redaksiya bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Gələnlərin 27,9 %-i Rusiya Federasiyası, 19,4 %-i Türkiyə, 7,8 %-i İran, 4,8 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,5 %-i İsrail, 3,4 %-i Pakistan, 3,2 %-i Özbəkistan, hər birindən 2,6 % olmaqla Çin və Hindistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i […]
Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib. Redaksiya Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,7 % azdır. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,6 %, son 1 ildə isə 36 % artıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət iyulun sonuna da 2,1 %, ötən ilin sonuna 1,6 %, ötən il avqustun sonuna isə 1,7 % […]
“Xankəndi” FK-nın baş məşqçi Zaur Hacıyevlə yollarını ayırması və yeni baş məşqçi namizədləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bir sıra media resurslarında Zaur Hacıyevin vəzifəsindən ayrıldığı, Röyal Nəcəfov və Kamal Quliyevin isə baş məşqçi postuna namizəd olduğu barədə xəbərlərin yayıldığı bildirilib. Klub qeyd edib ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. Həmçinin adıçəkilən şəxslərin baş məşqçi vəzifəsinə namizədliyi ilə bağlı rəhbərlik tərəfindən hər hansı qərarın qəbul edilmədiyi vurğulanıb. “Xankəndi” FK […]
2026-cı ildə payız fəsli Azərbaycana 23 sentyabr saat 04:05-də daxil olacaq və beləliklə, şimal yarımkürəsində astronomik payız, cənub yarımkürəsində isə astronomik yaz başlayacaq. Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qeyd edilib ki, Günəş illik hərəkəti zamanı iki nöqtədə – yaz və payız bərabərliyi nöqtələrində göy ekvatorunu kəsir. Payız bərabərliyi nöqtəsindən keçməklə, Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu andan etibarən isə şimal yarımkürəsində payız fəsli, cənub yarımkürəsində isə yaz fəsli başlayır. Həmin gün Günəşin şüaları Yerə düz […]
Neftçala rayonunda 20 Sentyabr – Neftçilərin peşə bayramı və Neftçala neft yatağının zəngin tarixini əks etdirən 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Global Energy Azerbaijan” (GEA) və “Neftchala Operating Company”nin rəhbərliyi, SOCAR nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də veteran neftçilər və şirkət əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Neftçala şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, milli neft strategiyasının banisi Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz […]
Sabahdan, sentyabrın 23-dən Bakıda “Formula 1” yarışı səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. Distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi “Formula 1” trekinin həmin ərazidən keçməsi ilə əlaqədardır. Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq. Report
Carlsberg Azerbaijan əsas tərəfdaşlardan biri qismində “Xəzəri Qoruyaq!” aksiyasına qoşularaq Azərbaycanın sahilyanı ərazilərində keçirilən təmizlik işlərinə dəstək göstərmişdir. Şirkət artıq yeddi ildir bu təşəbbüsə dəstək göstərərək Xəzər dənizinin qorunmasına uzunmüddətli sadiqliyini nümayiş etdirir. Kampaniya 2 sentyabr 2026-cı il tarixində Xaçmaz, Siyəzən, Neftçala, Lənkəran, Astara və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə başlayıb. Kampaniya çərçivəsində yekun təmizlik aksiyası isə 19 sentyabr tarixində Bilgəh çimərliyində baş tutub. Carlsberg Azerbaijan əməkdaşları da sahilyanı ərazilərdən tullantıların toplanması aksiyasına qoşularaq təşəbbüsə öz töhfələrini veriblər. Şirkətin stendində iştirakçılara […]
“Bank Respublika”da 30 gündən artıq gecikməsi olan kreditlərin həcmi 2026-cı ilin ilk yarısında kəskin artıb. 2025-ci ilin sonunda vaxtı keçmiş kreditlərin həcmi 15,3 milyon manat olduğu halda, 2026-cı ilin iyununun sonunda bu göstərici 23,2 milyon manata yüksəlib. Beləliklə, “Bank Respublika”nın vaxtı keçmiş kreditləri altı ay ərzində 7,9 milyon manat və ya 51,7% artıb. Artımın əsas hissəsi biznes kreditlərinin payına düşüb. Biznes kreditləri üzrə vaxtı keçmiş borclar 2025-ci ilin sonundakı 9,7 milyon manatdan 15,7 milyon manata yüksəlib. Yəni, bu kateqoriyada artım […]
Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EcoHub” ekoloji platforması və digər tərəfdaşların dəstəyi ilə keçirilən “Xəzəri qoruyaq!” genişmiqyaslı ekoloji kampaniyasına 19 sentyabr tarixində Bakının Bilgəh çimərliyində yekun vurulub. Ətraf mühitin qorunması və sahilyanı ərazilərin təmizliyinə töhfə vermək məqsədi daşıyan aksiya çərçivəsində 2 sentyabr tarixindən etibarən Xəzərin Xaçmaz, Siyəzən, Neftçala Lənkəra, Astara və Sumqayıt çimərliklərində də təmizlik işləri həyata keçirilib. Aksiyanın əsas məqsədi ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaq, əhalinin ətraf mühitin qorunması və tullantıların idarə olunması məsələləri üzrə maarifləndirilməsini gücləndirmək, […]
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kambocanın müvafiq qurumu arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində Kamboca Krallığının Poçt və Telekommunikasiya Nazirliyinin ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edib. Məqsəd “ASAN xidmət” təcrübəsi ilə yerində tanış olmaq və müvafiq təcrübənin Kambocada tətbiqi üzrə konkret fəaliyyətlərin müəyyən edilməsi olub. Nümayəndə heyəti müxtəlif “ASAN xidmət” mərkəzləri, ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) ilə tanış olub. Həmçinin onlar üçün Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən təlimlər keçirilib, […]
“Termoplan Azərbaycan” MMC Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib. MMC Bakı İnzibati Məhkəməsinə müraciət edərək müvafiq koda uyğun gömrük rəsmiləşdirilməsinin aparılması tələbi irəli sürüb. İddiaçı 2024-cü il tarixli invoys sənədi əsasında idxal etdiyi malların koduna uyğun hesab edilməklə gömrük rəsmiləşdirilməsinin başa çatdırılmasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsini istəyib. Şirkət bununla yanaşı, malların 20 gün müddətində saxlanılması ilə əlaqədar hər gün üçün 150 avro olmaqla pul vəsaitinin ona ödənilməsini də tələb edib. “Termoplan Azərbaycan” […]
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.
“Expressbank” ASC “Zolotaya Korona” (KoronaPay) sistemi vasitəsilə Rusiyaya pul köçürmələrini bərpa edib. Artıq bir neçə gündür “Expressbank” vasitəsilə sözügedən sistem üzrə Rusiya istiqamətində pul köçürmələri yenidən həyata keçirilir. Qeyd edək ki, avqustun əvvəlində Azərbaycandan Rusiyaya “Zolotaya Korona” vasitəsilə pul köçürmələri müvəqqəti dayandırılmışdı. “Unibank” və “Yelo Bank” həmin vaxt sistemlə əməkdaşlığın davam etdiyini, lakin texniki problemlər səbəbindən Rusiya istiqamətində köçürmələrin həyata keçirilmədiyini bildirmişdi. Azərbaycan Mərkəzi Bankı məsələyə münasibətində bildirmişdi ki, banklarla ödəniş sistemləri arasında əməkdaşlıq qarşılıqlı razılaşma əsasında həyata keçirilir və […]
“Turkaz Holding” MMC-nin 51 962 manat vergi borcu yaranıb. Redaksiya bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Qeyd edək ki, “Turkaz Holding” 2012-ci ildə Türkiyənin İstanbul şəhərində yaradılıb. Şirkət metal, tikinti, enerji, logistika sahələrində fəaliyyət göstərir. Holdinqin həm Türkiyədə, həm də Azərbaycanda investisiya fəaliyyəti var. Şirkət 2013-cü ildə Azərbaycanda da vergi uçotuna alınıb. Şirkətin Azərbaycanda qanuni təmsilçisi Mikayılov Elçin Əli oğlu, nizamnamə kapitalı isə, 15 manatdır. (Plat.az)
Müasir beynəlxalq münasibətlərdə təhlükəsizlik anlayışı yalnız hərbi risklərlə məhdudlaşmır. İqtisadi, enerji, nəqliyyat, informasiya və digər sahələrdə yaranan risklər də dövlətlərin təhlükəsizlik gündəliyinin mühüm hissəsinə çevrilib. Möhtərəm Prezident cənab İlham Əliyevin TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər bu geniş yanaşmanın əhəmiyyətini göstərir. Ölkə başçısının nitqində təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətləri kimi məlumat mübadiləsi, koordinasiya və mümkün təhdidlərin qarşısının alınması əsas yer tutur. Bu yanaşmanın əsas üstünlüyü təhlükəyə yalnız meydana çıxdıqdan sonra reaksiya vermək əvəzinə qabaqlayıcı tədbirlərə […]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası təşkil olunub. Şamaxı “ASAN Həyat” kompleksində baş tutan tədbir ASAN könüllülərinin “Yaşıl ASAN” ekoloji proqramının, IDEA İctimai Birliyinin və “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası”nın birgə təşkilatçılığı ilə keçirilib. Məqsəd kağız tullantılarının təkrar emalını təşviq etməklə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına dəstəkdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, müxtəlif rayonların […]
Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib. Həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib. Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və özəl klinikaya köçürülüb. Daxili qanaxma və digər ağırlaşmalar səbəbindən gənc həkim xeyli vaxt reanimasiyada saxlanılıb, ona 80 nəfərə yaxın şəxs qan verib. Lakin yaxınlarının cəhdlərinə baxmayaraq, onun həyatını xilas […]
Paytaxtın Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı Nahid Abdullayev və 29 yaşlı Mədinə Babayeva müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onlar evdən ümumilikdə təxminən 10 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurladıqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
“AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimova yeni müavin təyin olunub. Bu vəzifə Ayşəm Qələmiyevaya həvalə edilib. A.Qələmiyeva eyni zamanda qurumda İdarə heyətinin üzvü vəzifəsini tutub. O, 15 sentyabrdan yeni vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, bu, A.Qələmiyevanın Zakir İbrahimovun rəhbərliyi dövründə “AzerGold”da ilk yüksək vəzifəyə təyinatı deyil. O, 2013–2016-cı illərdə “Təmiz Şəhər” ASC-də hüquqşünas və Hüquq şöbəsinin müdir müavini işləyib. Zakir İbrahimov 2016-cı ildə “Təmiz Şəhər”in İdarə Heyətinin sədriliyindən “AzerGold”un İdarə Heyətinin sədri vəzifəsinə keçəndə Ayşəm Qələmiyevanı hüquq şöbəsinin müdir […]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilib. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib. Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında […]
Ağdaşda silahlı insident baş verib. Rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib. Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə Ağdaşda tanınmış sahibkar olan Məhəmməd Əliyevin nəvəsidir. Qafqazinfo
Qlobal ərzaq qiymətləri əlverişsiz hava şəraiti, geosiyasi gərginlik və ticarət yollarında yaranan problemlər fonunda son 4 ilə yaxın dövrün ən yüksək səviyyəsinə yüksəlib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Ərzaq Qiymət İndeksi avqust ayında aylıq müqayisədə 1,9 faiz artaraq 133,3 bəndə çatıb. Bu, 2022-ci ilin noyabrından bəri qeydə alınan ən yüksək göstəricidir. İndeks ötən ilin eyni ayı ilə müqayisədə isə 2,5 faiz yüksəlib. Qlobal ərzaq və gübrə bazarlarında qiymət artımına Yaxın Şərqdəki münaqişələr, Rusiya-Ukrayna müharibəsi […]
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə gecə 70-75 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və […]
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Bu barədə BDYPİ-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 21-də ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında isə dağlıq ərazilərdə duman müşahidə ediləcəyi proqnozlaşdırılır. “Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə xüsusilə diqqətli olmağı tövsiyə edir. Yağıntı zamanı yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və dağlıq ərazilərdə duman hərəkət […]
Saat 10:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə edilib, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağıntının miqdarı Göygöldə 24, Daşkəsəndə 18, Gəncədə 10, Gədəbəydə 4, Sarıbaş, Goranboyda 2, Balakən, Bərdə, Tovuz, Oğuz, Altıağac, İsmayıllı, Ağdam, Ceyrançöl, Qubada 1 mm-dək qeydə alınıb. Daşkəsən, Şahdağ, Şahbuz, Lerikdə duman müşahidə olunur, görünüş 50 metrədək məhdudlaşır. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, […]
I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyi yaradılıb. Türk Dünyası Bəstəkarlar Birliyi (Turkic Union of Composers (TUC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri tərəfindən təsis edilib. Qeyd edək ki, Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi Bakı Bəyənnaməsinin imzalanması ilə rəsmiləşdirilib. Bununla da bəstəkarlar, musiqişünaslar, ifaçılar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsası qoyulub. Xatırladaq ki, I Türk Dünyası Bəstəkarları Qurultayı 18–20 sentyabr 2026-cı il tarixlərində […]
Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub. Qeyd edək ki, İsgəndər Cavadov 2 avqust 1956-cı ildə Bakıda anadan olub. O, Azərbaycan futbol tarixinin ən tanınmış simalarından biridir. Əsasən hücumçu mövqeyində çıxış edib. İ. Cavadov futbola 14 yaşında başlayıb. Futbola başlamazdan əvvəl gimnastika və güləşlə məşğul olub. Gənc yaşlarında boyunun […]
“Volkswagen” konserni ABŞ-də 208 724 avtomobili geri çağırmaq qərarına gəlib. Redaksiya “Reuters”ə istinadən xəbər verir ki, servis kampaniyası 2018-ci il istehsalı olan “Tiguan”, 2018-2019-cu illərdə buraxılmış “Atlas” və 2019-2021-ci illərin “Audi Q3” modellərinə şamil olunacaq. Geri çağırılma prosesinə ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsi (NHTSA) nəzarət edəcək. Servis aksiyasının keçirilməsinə səbəb sükan valının bərkidici boltunun vaxtından əvvəl korroziyaya uğraması və sınma riskidir. Bu nasazlıq idarəetmənin itirilməsinə və nəticədə yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Bununla belə, indiyədək sözügedən problemlə əlaqədar […]
Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı sualları cavablandırıb. Xanəndə “Qonaqcanlı” proqramına açıqlamasında övladının musiqi ilə həvəskar şəkildə məşğul olduğunu, əsas fəaliyyətinin isə başqa sahə ilə bağlı olduğunu bildirib. “Qızımın səsi var, şeir, mahnılar yazır. Dövlət işində çalışdığı üçün efiri sevmir. Zövqlü musiqi dinləyir. İfaları olub, demişəm ki, ötəri hissdir. Özü istədiyi yerdədir. Heç vaxt arzu etməmişəm qızım musiqi sahəsində olsun” deyə, Nəzakət Teymurova bildirib. Nigar isə musiqi ilə həvəskar şəkildə məşğul olduğunu deyib: “Musiqi ilə həvəskar məşğul oluram, amma […]
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. Bu döyüşlərdə DİN-in hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetirdilər. Şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların əzmkarlığı Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur.
Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. Bu barədə “The Wall Street Journal” yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzrə ixtisaslaşmış Irregular şirkətinin Gemini-nin imkanlarını yoxlamaq üçün təşkil etdiyi “Capture the Flag” adlı sınaq zamanı baş verib. Gemini test mühitində uydurma şirkətin proqram təminatından məlumat əldə etməli olub. Lakin uydurma şirkət real şirkətlə eyni ada malik olub və internetə çıxış da təsadüfən açıq qalıb. Nəşrin məlumatına görə, hadisələrdən […]
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub. Agentliyin sədri istixanalarda pomidorun becərilməsi prosesi, istehsal şəraiti və qida təhlükəsizliyi tələblərinə əməl olunması vəziyyəti ilə maraqlanıb. Müəssisə rəhbərləri təsərrüfatların fəaliyyəti və görülən işlər barədə məlumat veriblər. Görüşdə məhsulların təhlükəsizliyinin təmin edilməsi və fitosanitar tələblərə riayət olunması ilə bağlı məsələlər müzakirə edilib.
18 sentyabr 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Suverenlik Günü münasibətilə “Dövlət suverenliyimiz xalqımızın milli sərvətidir” adlı tədbir keçirilib. Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər. Tədbirdən öncə Neftçala şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, abidələr önünə gül dəstələri qoyularaq onların […]
Bu ilin yanvar-iyul aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş 723 min 222 əcnəbi və vətəndaşlığı olmayan şəxsdən 657 min 596 nəfəri (90,9 %-i) ölkədə onlara göstərilən xidmətlərdən razı qalıb. “Report” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 % azdır. Ən çox məmnunluq göstərən turistlər Rusiyadan gələnlər olub – 215 min 428 nəfər. Amma bu, 1 il əvvələ nisbətən 20,9 % azdır. Türkiyədən gələn məmnun turistlərin sayı 95 min 288 nəfər olub […]
Ziya Bünyadov prospektinin bir hissində avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, avtobusların qrafikə uyğun, gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində (“20 Yanvar” metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti 1 saat artırılıb. Bununla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədəolma vaxtını göstərən yol nişanında dəyişiklik edilib. Əvvəl xüsusi hərəkət zolağının qəvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 […]
“Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasının qarşısından keçən yol sahəsində asfalt örtüyünün döşənməsi işləri aparılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, sözügedən hissə Həsən Əliyev küçəsindən “Koroğlu” metrostansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir. İşlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Redaksiya İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl “Avrora” şirkətində şöbə müdiri, daha əvvəl isə “Kapital Bank”da, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində şöbə müdiri vəzifəsindən çalışıb. Xatırladaq ki, bundan öncə nazir M.Məmmədov Ramil Əzməmmədov və Ayaz Museyibovu özünə müşavir, Fuad Məmmədovu isə Aqrar […]
Mərkəzi Bankda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı “Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrupun növbəti iclası keçirilib. İclasda Strategiyanın “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin cari dövr üzrə monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub. Mərkəzi Bankın sədrinin birinci müavini və işçi qrupun sədri Əliyar Məmmədyarov “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə icra nəticələri və əldə olunmuş nailiyyətlər barədə danışaraq Mərkəzi Bank tərəfindən həyata keçirilmiş təşəbbüsləri diqqətə çatdırıb. Görüşdə […]
“Bank BTB” ASC-nin aktivlərini və öhdəliklərini “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) ötürərək bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi əslində Azərbaycanın bank sektorunda konsolidasiyanın başlaması deməkdir. Bunu Yurd.Media-ya açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov bildirib. “Faktiki olaraq ABB “Bank BTB”ni aldı. Bu cür nümunələri yaxın illərdə yenidən görə bilərik. Azərbaycanda aktivlərinə, mənfəətinə görə rəqiblərindən əhəmiyyətli dərəcədə geri qalan kiçik banklar ən yaxşı halda böyük banklara birləşməklə, ən pis halda isə lisenziyalarının birbaşa ləğv edilməsi ilə bazarı tərk edəcəklər”, – deyə o qeyd edib. […]
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu barədə protokol müştəri E.Novruzovun Dövlət Agentliyinə müraciətindən sonra tərtib olunub. Məlumata görə, “Kontakt” internet saytında 2 199,99 manata reklam olunan skuter istehlakçıya 2 419,99 manata satılıb. Reklam olunan qiymətlə faktiki satış qiyməti arasında yaranan 220 manatlıq fərqlə bağlı şirkət barəsində Dövlət Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (Reklam […]
Azərbaycan regionumuzda davamlı sülhün bərqərar olması və möhkəmləndirilməsi üçün əlavə səylər göstərməkdə davam edəcək. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpusa müraciətində deyib. “Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik. Anladıq ki, sülh şəraitində yaşamaq – sözlərlə izah edilə bilməyəcək qədər böyük bir hissdir. Sülh həm də yerlərdə aparılan yenidənqurma və bərpa işlərindən başlayır. Sülh yalnız qarşıdurmanın olmaması demək deyil. Sülh həm […]
2026-2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində Neftçala rayonu üzrə görülmüş işlər barədə tədbir keçirilib. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Neftçala rayonunda icrasının təmin edilməsi istiqamətində görülən işlərlə yerində tanış olmaq məqsədilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 […]
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlı uşaqlar və gənclər üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb. Layihənin əsas məqsədi xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinə və inkişaf etdirməsinə dəstək olmaq, onların milli kimliyini qorumaq, Azərbaycanla bağlarını möhkəmləndirmək və milli şüurlu insan kapitalının formalaşmasına töhfə verməkdir. Layihədə xaricdə yaşayan 6–18 yaş arası azərbaycanlı uşaqlar və gənclər iştirak edə bilərlər. İştirakçılar yaş qruplarına və Azərbaycan dili üzrə bilik səviyyələrinə uyğun olaraq qruplara bölünəcəklər. Yaş qrupları: […]
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək. Bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Saziş Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutur.
Sentyabrın 10-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin üçüncü iclasında iştirak edib. İclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi, cinayətkarlığa, o cümlədən ekstremizmə, insan alverinə, informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə mübarizə tədbirləri müzakirə edilib. Cinayət təqibindən yayınan şəxslərin axtarışında və itkin düşmüş vətəndaşların yerinin müəyyən edilməsində əməkdaşlığın […]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı sosial media hesablarında paylaşım edib. Redaksiya paylaşımı təqdim edir: “Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!”.
Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətidən məlumat verilib. Müvafiq status DİN-in AMERİPOL-a üzv dövlətlərin aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində qarşılıqlı məlumat və qabaqcıl təcrübə mübadiləsinin aparılması, eləcə də təşkilatın müvafiq tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müşahidəçi statusu eyni zamanda transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, […]
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Qafqazinfo
Ayrı-ayrı bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri ölkədə ümumi göstəriciyə ciddi təsir edir. Bu sözləri PISA 2025 nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, bəzi bölgələrdə şagirdlərin təxminən 80-88 faizinin oxu savadlılığı üzrə minimal göstəriciyə çatmaması narahatlıq doğurur. “Bəzi bölgələrdə 80 faiz civarında oxuyub-anlama üzrə nəticələr aşağıdır. 88 faizə yaxın göstəricilər də var. Yerdə qalan bölgələrin çəkisi isə daha azdır. Böyük hissəni Bakı, Abşeron-Xızı və digər bölgələr təşkil edir. Ona görə də bu nəticələr […]
Bu ilin yanvar- avqust aylarında “Xalq Kapital” İnvestisiya Şirkətinin dövriyyəsində ciddi azalma olub. Belə ki, dövriyyəsi ən ciddi azalan təşkilatlar arasında Xalq Kapital xüsusilə seçilir. Redaksiya Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 8 ayında şirkətin dövriyyəsi 1,85 milyard manat olduğu halda, 2026-cı ilin eyni dövründə cəmi 240,4 milyon manat təşkil edib. Bu il şirkət AMB kağızları ilə ümumiyyətlə əməliyyat aparmayıb, korporativ istiqrazlar üzrə dövriyyə isə 141 milyondan 13 milyon manata enib. Repo dövriyyəsində isə 7 dəfəlik azalma var. Nəticədə, dövriyyə […]
Çepmen Universiteti və Los-Ancelesdəki Kaliforniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, heç vaxt ailə həyatı qurmayan kişilər bioloji səviyyədə evli həmcinslərinə nisbətən daha sürətlə qocala bilərlər. Müvafiq elmi iş “Frontiers in Aging” jurnalında dərc edilib. Mütəxəssislər 762 ABŞ sakininin məlumatlarını araşdıraraq, epigenetik qocalmanın iki göstəricisi – “GrimAge” və “DunedinPACE” üzrə fərqlər aşkar ediblər. Epigenetik qocalma orqanizmdəki proseslərin insanın bioloji yaşına nə dərəcədə uyğun gəldiyini və ya onu nə qədər qabaqladığını göstərir. Qiymətləndirmə üçün alimlər genlərin fəaliyyətinə təsir edən kimyəvi işarələr olan […]
Hazırda Bakıda qeyri-sabit hava şəraiti hökm sürür. Redaksiya xəbər verir ki, paytaxta güclü küləklə müşahidə olunan güclü yağış yağır. Yağışdan sonra şəhərin bir sıra küçələrini su basıb.
Azərbaycanda fəaliyyət göstərən “Plan & Eat” korporativ nahar həlli platforması xidmətlərini genişləndirir. Platforma ofis əməkdaşları, iri istehsalat obyektləri, fabriklər və böyük işçi heyəti olan təşkilatlar üçün gündəlik qidalanma prosesini rəqəmsal şəkildə idarə etməyə imkan verir. Redaksiya xəbər verir ki, “Plan & Eat” indiyədək 25 mindən çox yemək çatdırıb və 3 mindən artıq istifadəçiyə xidmət göstərib. Sistem həm kiçik ofislər, həm iri korporativ müəssisələr, həm də tədbirlər üçün fərdiləşdirilmiş abunə və keyterinq həlləri təqdim edir. Platformada 15-dən çox dünya mətbəxini əhatə […]
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 13 il, onunla birgə ittiham olunan Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub. Xatırladaq ki, məhkəmənin ötən iclaslarının birində dövlət ittihamçısı Anar Məmmədlinin 14 il, Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev də […]
Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər. İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.
Azərbaycanda yeni nəsil rəqəmsal televiziya platforması ULTRA TV istifadəyə verilməyə hazırlaşır. Klassik IPTV modelini daha müasir OTT texnologiyası ilə əvəz edəcək xidmət 250-dən çox televiziya kanalı, film və digər rəqəmsal məzmunu vahid platformada birləşdirəcək. Redaksiya xəbər verir ki, ULTRA TV ayrıca IPTV xətti və ənənəvi operator infrastrukturu tələb etmədən internet üzərindən işləyəcək. Platformanın əsas prioritetləri yüksək sürət, sabit yayım, aşağı gecikmə, sürətli kanal keçidləri və müxtəlif internet bağlantılarında etibarlı performans olacaq. Platformada Azərbaycan, Türkiyə və beynəlxalq televiziya kanalları ilə yanaşı […]
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının IV İqlim Həftəsi (CW4) işə başlayır. Tədbir Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Paralel olaraq “Baku Climate Action Week 2026” – Bakı İqlim Fəaliyyəti Həftəsi də təşkil olunur. Hər iki təşəbbüs iqlimlə bağlı həllərin praktiki şəkildə həyata keçirilməsinə, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və COP31 ərəfəsində qlobal iqlim gündəliyinin təşviqinə yönəlib. Forumun ilk günündə beş panel sessiyası və dəyirmi masa keçiriləcək. Bunlar aşağıdakılardır: “Bakıdan COP31-ə: parçalanmış dünyada iqlim fəaliyyətinin tempinin qorunması”; “İnnovasiyalar, rəqəmsal texnologiyalar […]
Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə […]
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə FHN-də yeni kadr təyinatları gerçəkləşib. Redaksiya Oxu.Az-a istinadla xəbər verir ki, nazir Bəxtiyar İslam oğlu Tağıyevi özünə müşavir təyin edib. B.Tağıyev bundan əvvəl FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsində çalışıb. “Unikal”ın əldə etdiyi məlumata görə isə nazirin digər əmri ilə İsmayıl Rauf oğlu Nəsirov Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin yeni rəisi təyin olunub. İ. Nəsirov bu təyinata qədər həmin agentliyin rəis müavini vəzifəsini icra edib. […]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin və “DEARSAN Gəmi […]
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarənin daha üç əməkdaşı haqda cinayət işi başlanılıb. Eks-nazirlik əməkdaşları 1 milyon manatdan artıq mənimsəmədə ittiham olunurlar. Elnur Süleymanovdan əlavə, bölmə rəisi polkovnik-leytenant Emin Əliyev və idarənin digər əməkdaşları Məsud İbrahimov və Pərviz Abdullayev də istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib. Təqsirləndirilən şəxslər hazırda həbsdə deyil, məhkəməyə qədər barələrində alternativ qətimkan tədbiri seçilib. Ziyan ödənilməsə, onları 14 ilə […]
Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar. Bu barədə Oxu.Az-a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib. O bildirib ki, hadisə ilə əlaqədar icra hakimiyyətində xüsusi komissiya yaradılıb: “Komissiya ərazidə araşdırma aparıb, təhlükəsizlik tam təmin edilməklə sakinlər evlərinə qaytarılıblar. Hazırda ərazidə vəziyyət stabildir”. Xatırladaq ki, sentyabrın 1-də gecə saatlarında Goranboy rayonunda anbarda baş verən partlayışla bağlı ətraf ərazilərdəki sakinlər təxliyə edilmişdilər.
Mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılıb. Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatında qeyd edilib. Məlumata görə, təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə oluna hibrit informasiya kampaniyasının tərkib hissəsidir: “Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrit müharibədə ittiham edən Qərb mediasının özü […]
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4,8 milyon ABŞ dolları dəyərində 19 min 441 ton soğan ixrac edib. Redaksiya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 4,3 dəfə çoxdur. Hesabat dövründə Azərbaycan Gürcüstana 3,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 41 dəfə çox) 16 min 989 ton (+49 dəfə), Rusiyaya 942 min ABŞ dolları dəyərində (-39 %) 2 min 77 ton (-45 %), İraqa 40 min ABŞ dolları dəyərində 200 ton (1 il əvvəl tədarük olmayıb), Belarusa 22,3 min ABŞ dolları dəyərində (-75 %) 64,2 ton (-67 %) və Türkiyəyə 21,9 min ABŞ dolları dəyərində 109,5 ton məhsul satıb. 2025-ci ildə Azərbaycandan ixrac […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2025-2026-cı tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb. Görüşdə Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Yenikənd və Qırmızı Şəfəq kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və şəhid Süleymanov Seymur Əvəzağa oğlunun büstü önünə gül […]
ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib. Bunu ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” təşkilatının baş direktoru Eliz Becker Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında panel sessiyasında çıxışı zamanı deyib. O, ANAMA ilə artıq 20 ildən çoxdur tərəfdaşlıq etdiklərini və bundan qürur duyduqlarını bildirib. Eliz Beckerin sözlərinə görə, sonrakı illərdə ANAMA öz əməliyyat təcrübəsini artırıb. “Son beş il ərzində özəl donorların dəstəyi ilə ANAMA-ya 60-dan […]
Ötən gün Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü leysan yağışları Qəbələ-Laza avtomobil yolunda ciddi fəsadlar törədib. Mütəmadi aparılan bərpa işlərinə baxmayaraq, növbəti güclü yağışların səbəb olduğu sel suları yolun müəyyən hissələrini yuyaraq yararsız hala salıb. Bu səbəbdən nəqliyyatın hərəkətində çətinliklər yaranıb və əraziyə gələn turistlərin kəndə gedişi məhdudlaşıb. Qəbələ Rayon Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən verilən məlumata görə, Dəmiraparançaya gələn güclü sel Laza yolunun bir hissəsini tamamilə sıradan çıxarıb. Hazırda idarənin bir ədəd “Shantui SD-22” markalı buldozeri əraziyə cəlb olunub […]
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşları aldatmaqla pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib. Nəticədə qeyd edilən qanunsuz əməlləri törətməkdə təqsirli bilinən 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva müəyyənləşdirilərək saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər müxtəlif süni intellekt proqramlarından istifadə etməklə güzəştli mənzillərin […]
Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında gözlənilən hava Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Sabah Azərbaycan rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər […]
Sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib. Qeyd edək ki, bu, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat […]
Azərbaycan Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib. Bu barədə Prezident İlham Əliyevin “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub. Dövlət başçısı müraciətində bildirib ki, ilkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb: “Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə […]
1-25 sentyabr tarixində Qazaxda, Şirvanda, Xaçmazda, Biləsuvarda, Goranboyda, Göyçayda, Zaqatalada, Mərdəkanda və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək. Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır. Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 31-də və sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu keçirib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, nazir əvvəlcə Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında qəbula gələn 585 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərinin operativ […]
“AzerGold” QSC-nin Hüquq şöbəsinin müdiri Gündüz Məmmədli vəzifəsindən ayrılıb. Məlumata görə, Gündüz Məmmədli avqust ayının sonundan etibarən şirkətdən ayrılıb və hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, G.Məmmədli 2025-ci ildən “AzerGold” QSC-nin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, əmək fəaliyyətinə 2009-cu ildə məhkəmə sahəsində başlayıb. 2011–2021-ci illərdə “AzRe Təkrarsığorta” ASC-nin Hüquq departamentində şöbə müdiri və departament rəhbəri vəzifələrində çalışıb. Eyni zamanda “Qala Sığorta” ASC-də Audit Komitəsinin sədr müavini olub. 2014-cü ildən Azərbaycan Respublikası “AzerGold”dan əvvəl isə “Təmiz Qaz” QSC-nin […]
“İdman Azərbaycan” və MTV kanalının rəhbəri olmuş əməkdar jurnalist Elsevər Dünyamalıyev dövlət xidmətində vəzifəyə keçmək istəyərkən işə düşüb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Prezidentin Mühafizə İdarəsində İnformasiya xidmətinə şöbə rəisi təyin olunması üçün danışıq apardığı zabit onu aldadıb. Dünyamalıyevi aldadan isə Хüsusi Dövlət Mühafizə Хidmətində (XDMX) işləmiş Bəşir Bəşirov olub. O, əvvəldən tanıdığı Bəşirovdan təyinatına kömək etməsini istəyib. Bəşir isə bu məsələnin həll edilməsi üçün 185 min manat pul lazım olduğunu deyib. Dünyamalıyev həmin pulu qısa müddətdə ona verib. Lakin Əməkdar […]
Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olundu. Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edildi. Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçıları müttəfiqlik əlaqələrimizin perspektivlərini, regional […]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu mərhələdə 117 ailə – 362 nəfər Ağdam şəhərinə köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə […]
Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir. Redaksiya xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində görüşü ilə bağlı mətbuat üçün bəyanatında qeyd olunub. Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların […]
Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ildən-ilə inkişaf edərək bu gün müttəfiqlik səviyyəsinə çatması və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə bu ölkənin Prezidenti Sadır Japarova ünvanladığı təbrik məktubunda yer alıb. “Bu yaxınlarda qonaqpərvər ölkənizə həyata keçirdiyim dövlət səfəri ölkələrimizin sıx tərəfdaşlıq əzmini və geniş əməkdaşlıq gündəliyinin olduğunu nümayiş etdirmiş, Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsasını qoymuşdur”, – deyə Prezident […]
“ASAN Könüllüləri” Təşkilatının “Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik” təlim proqramı başa çatıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Məqsəd iştirakçıların rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarını artırmaq, müasir texnologiyalarla bağlı məlumatlılıqlarını genişləndirmək olub. Proqram çərçivəsində müasir texnoloji trendlər, ”ASAN xidmət”də tətbiq olunan innovativ və rəqəmsal həllər, süni intellektin tətbiq imkanları, alətlərdən səmərəli istifadə, kibertəhlükəsizliyin əsas prinsipləri barədə məlumat verilib. İştirakçıların bilikləri imtahan vasitəsilə qiymətləndirilib, bütün mərhələləri uğurla tamamlayanlara sertifikat və hədiyyələr təqdim […]
Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə yola düşəcək. Azərbaycan media nümayəndələri sözügedən səfəri işıqlandırmaq üçün həmin ölkəyə yola düşür.
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Xocavənd şəhərində vətəndaş qəbulu keçirəcək. 11.09.2026-cı il tarixində Xocavənd şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində Xocavənd rayonu üzrə qeydiyyatda olan vətəndaşlar qəbul ediləcəkdir. Vətəndaşlar 05.09.2026-ci il tarixinədək vətəndaş qəbulu keçidindən istifadə etməklə və ya 146-0-4 Çağrı Mərkəzinə müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat linki:https://forms.gle/7XrpLjANSz1aud3V9
Bu gün Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək bir sıra ərazilərdə qaz təchizatı dayandırılacaq. Belə ki, Xətai rayonunda R.Quliyev, İ.Əbilov, Sadıqcan, Zığ yolu və Cavanşir küçələri, həmçinin Kombinat ərazisi; Sabunçu rayonunda Ə.Dadaşov, Y.Saratov, M.Kalinin, Ş.Rustaveli və M.İbrahimov küçələri, eləcə də Balaxanı qəsəbəsində Fazenda küçəsi; Suraxanı […]
Bu gün Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi başlayıb. Klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb. Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib. Bunlar tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələridir. Bakı sakinlərinin hər zaman böyük maraqla qarşıladığı sərgi bir qədər sonra klassik avtomobillərin yürüşü […]
Süni intellekt modellərinin istifadəçilərin verdiyi göstərişlərdən kənara çıxması və qoyulan məhdudiyyətləri aşması halları artır. Britaniyalı analitiklər yalnız iyul ayında süni intellektin nəzarətdən çıxması ilə bağlı 338 insident qeydə alıb. Bu, son bir ildə ən yüksək aylıq göstəricidir. Araşdırma Böyük Britaniyada fəaliyyət göstərən “Loss of Control Observatory” tərəfindən aparılıb. Təşkilat istifadəçilərin və şirkətlərin süni intellekt sistemlərinin verilən təlimatlara əməl etməməsi, müəyyən edilmiş məhdudiyyətləri keçməsi və gözlənilməz davranış nümayiş etdirməsi ilə bağlı bildirdiyi halları izləyir. Məlumata görə, iyul ayında belə insidentlərin sayı […]
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin imzaladığı əmrlə Paşayev Hüseyn Ələsgər oğlu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini təyin edilib. Yeni sədr müavini təyin edilən Hüseyn Paşayev mərhum deputat Qənirə Paşayevanın qardaşıdır. H.Paşayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru idi. Qeyd edək ki, Qənirə Paşayeva 2023-cü ilin sentyabrın 23-də səhhətində yaranmış ciddi problemlərlə əlaqədar Mərkəzi Xəstəxananın reanimasiya şöbəsinə […]
Bu axşam saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında “Tvente”yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək. Gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Ərəbqardaşbəyli və Bala Surra kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və şəhid Süleymanov Seymur Əvəzağa oğlunun büstü önünə gül […]
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət büdcəsinə vergi borcu 10 milyon manata yaxınlaşıb. Plat.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumata görə, sözegedən qurumun vergi borcu avqust ayının 26-na 9 milyon 790 min 438,3 manat təşkil edir. Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidmətinin vergi borcunda son illərdə artım müşahidə olunur. 2024-cü ildən ilk dəfə Xidmətin 7 milyon manata yaxın vergi borcunun olduğu üzə çıxmışdı. Həmin vaxt ƏMDX mediaya açıqlamasında vergi borcu məsələsinə aydınlıq gətirərək həmin […]
Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, 116 yerlik uşaq bağçası kimi istifadəyə verilən müəssisə 1972-ci ildən eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası kimi fəaliyyət göstərib. Hazırda isə 352 saylı körpələr evi-uşaq bağçası kimi fəaliyyətini davam etdirir. Heydər […]
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Hörmətli Mehriban Arif qızı. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Azərbaycan xalqının rifahının təmin olunmasına, təhsil, elm, mədəniyyət və incəsənətin inkişafına, Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasına və təbliğinə yönəlmiş çoxşaxəli dövləti və ictimai fəaliyyətinizə dərin hörmətimi və səmimi heyranlığımı ifadə etmək istəyirəm. Özbəkistanda Sizə xüsusi rəğbət və ehtiram bəslənilir, Özbəkistan-Azərbaycan münasibətlərinin ardıcıl şəkildə dərinləşdirilməsinə göstərdiyiniz daimi həssas […]
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 27-30-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəbrayılda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda […]
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Babək” gəmisi əsaslı təmir olunub. Tankerin baş və köməkçi mühərrikləri əsaslı təmir edilib, avar valı sazlanaraq yerinə quraşdırılıb, elektrik avadanlıqları yenilənib. Eyni zamanda göyərtədə və maşın şöbəsində boru quraşdırma işləri görülüb. Həmçinin gəminin sualtı və suüstü hissələri, göyərtəsi və maşın şöbəsi təmizlənərək rənglənib. Heyətin yaşayış və xidməti otaqları da müasir tələblərə uyğun təmir olunub. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınağından […]
Meltem Akçöl və Erdem Adilcenin baş rollarını canlandıracağı “Sevdam Karadeniz” serialının yayım günü bəlli olub. Ekran işi sentyabrın 14-dən etibarən bazar ertəsi axşamları tamaşaçı qarşısına çıxacaq. Layihənin yeni tanıtımının isə bu həftə yayımlanması planlaşdırılır. Axsam.az
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır. 1978-ci ildə anadan olan E.Cəfərova Azərbaycan rəqs sənətinin tanınmış nümayəndələrindəndir. O, Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasında müəllim kimi fəaliyyət göstərir, uzun illərdir gənc rəqqasların peşəkar hazırlanması ilə məşğul olur. E.Cəfərova müxtəlif mədəniyyət layihələrinin, dövlət tədbirlərinin və festivalların iştirakçısı olub. Onun Polad Bülbüloğlu ilə yaradıcılıq əməkdaşlığı da uzun illərə […]
26 Avqust – Laçın Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərdə silsilə tədbirlər keçirilir. Tədbirdə doğma yurda qayıdan laçın sakinləri, mədəniyyət xadimləri, eləcə də çoxsaylı qonaqlar iştirak edirlər. Laçın Şəhəri Günü çərçivəsində ilk olaraq “Arts Council Azerbaijan” incəsənət platforması tərəfindən “İkinci həyat” adlı sərgi açılıb. Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yarasız xalçaların, xüsusilə də Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsi təşəbbüsündən ibarətdir. Şəhər Günü münasibətilə gün […]
Zəngin, füsunkar təbiətə, müxtəlif coğrafi, iqlim xüsusiyyətlərinə malik Vətənimizin hər bir guşəsi, o cümlədən şəhər, rayon və kəndlərimiz bizim üçün, bütün Azərbaycan xalqı üçün əzizdir. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib. Bu gün Azərbaycanın yüksək dinamika ilə inkişaf etdiyini, mühüm nailiyyətlərə imza atdığını deyən M.Əfəndiyev xatırladıb ki, müstəqilliyimizin ilk illərində Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı işğal etdi və bu işğal 30 il ərzində xalqımızın dinməz ağrısına çevrildi. 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz […]
Dünya şöhrətli aktyor Ceki Çanın rol aldığı “Armour of God 4: Ultimatum” filminin Bakıda aparılan çəkilişləri başa çatıb. Beynəlxalq kino layihəsinin Azərbaycandakı tibbi dəstək tərəfdaşı Mərcan Hospital olub. Mərcan Hospital tərəfindən film heyətinin tibbi təhlükəsizliyinin təmin olunması üçün peşəkar tibbi komanda və təcili tibbi yardım avtomobili çəkiliş meydançasında xidmət göstərib. Tibbi komanda aktyorlar, kaskadyorlar və çəkiliş heyətinin digər üzvlərinə zərurət yarandığı hallarda operativ tibbi yardım göstərib. İntensiv çəkiliş qrafiki və kaskadyorların iştirakı ilə hazırlanan səhnələr tibbi xidmətin operativ və fasiləsiz […]
Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Bu barədə Prezident İlham Əliyevin “X” sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda qeyd olunub. “”Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması […]
Bu gün Bakıdan Tiflisə hərəkət edən “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-ə məxsus qatar Tbilisi Dəmir Yolu Stansiyasına gecikib. Qatar stansiyaya 08:41-də çatmalı olduğu halda 09:30-da çatıb. Qatarın gecikməsi ilə bağlı sərnişinlərə öncədən məlumat verilməyib və ya üzrxahlıq bildirilməyib. Qeyd edək ki, sosial şəbəkələrdə tez-tez ADY-nin Bakı-Tiflis qatar reyslərində qiymətlərin xeyli yüksək, xidmət keyfiyyətinin isə, aşağı olması ilə bağlı narazı fikirlər səsləndirilir. Bu fikirlərə əsasən, Bakı-Tiflis-Bakı qatarında öncəki günlərdə də gecikmələr müşahidə edilib. Eyni zamanda sərnişinlər reyslər üzrə bilet sayının azlığından, […]
Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlanılıblar. Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib. Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən isə nağd pul vəsaiti və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən H.Məsimzadə və E.Zeynalov da müəyyən olunaraq saxlanılıblar. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
ABŞ Ədliyyə Nazirliyi, “TikTok” platforması və bu sosial şəbəkəni yaradan “ByteDance” şirkəti internetdə yetkinlik yaşına çatmayanların məxfiliyinin qorunması haqqında qanunvericiliyin pozulması ilə əlaqədar 2014-cü ildə başlanmış məhkəmə çəkişməsinin həlli üçün Amerika hökumətinin xeyrinə 400 milyon dollar ödənilməsi barədə razılığa gəlib. Bu barədə qurumun mətbuat xidmətinin bəyanatında deyilir. Qeyd edilib ki, iddia qaldırıldıqdan sonra “TikTok”da mülkiyyət strukturunda, idarəetmə heyətində, tənzimləyici normalara riayət sistemlərində və məxfiliyin təmin edilməsi yanaşmalarında əhəmiyyətli dəyişikliklər aparılıb. Ədliyyə Nazirliyindən bildirilib ki, 400 milyon dollar məbləği fərdi məlumatların […]
Xəzər dənizində zəlzələ olub. Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 05:05-də baş verən zəlzələnin maqnitudası 3.3 olub. Yeraltı təkanlar 62 km dərinlikdə qeydə alınıb.
Xalq artisti Cahangir Novruzov “Bolt” taksi xidmətindən şikayətlənib. Aktyor bu barədə “Pozan” layihəsinə müsahibəsi zamanı danışıb. C.Novruzov verilişə gecikməsinə səbəb kimi taksi xidmətinin fəaliyyətindəki problemləri göstərib və şirkəti fırıldaqçılıqda ittiham edib: “Verilişə 15 dəqiqə gecikmişəm. Təqsir məndə deyil. “Bolt”a minməyin. Həqiqətən də biabırçılıqdır. Çünki fırıldaqçılıq edirlər. Tətbiqi açırsan, tövsiyə ediləni seçirsən. İki dəqiqə yazılır, təsdiqləyən kimi 9 dəqiqə olur. 20-22 dəqiqə maşın gözləməli oldum. Üç maşını ləğv etdim. Məcbur olub daha bahalısını seçirsən, bu da psixoloji olaraq səni incidır”.
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib. Bildirilib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində avqustun 21-də mina partlayışı hadisəsi baş verib: “Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır”. “ANAMA, AR […]
Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan inspektor-tərcüməçi vəzifələrinə müsabiqə elan edir. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müsabiqədə dövlət ali təhsil müəssisələrini bitirən, yaşı 20-dən 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), xarici dil biliklərinə, yazılı və şifahi tərcümə, hüquqi sənədlərlə, terminologiya və lüğətlərlə işləmək bacarıqlarına malik, Bakı şəhərində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Namizədlərin sağlamlıq vəziyyəti və bilik səviyyəsi müəyyən olunmuş normativlər […]
Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan–Naxçıvan-Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Bu barədə “AzərEnerji” ASC-dən məlumat verilib. Bildirilib ki, ölkə başçısının tapşırığına əsasən “AzərEnerji” tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km məsafədə ikidövrəli olmaqla, 1 000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsi başa çatır. Hər birinin çəkisi orta hesabla 30 tondan artıq, hündürlüyü 45 metrə yaxın olan 296 ədəd anker və aralıq dayaqlardan […]
Sosial şəbəkələrdə Nərimanov Tibb Mərkəzinin sanitar qovşağında acınacaqlı vəziyyəti göstərən fotolar yayılıb. Məlumat üçün bildirək ki, Nərimanov Tibb Mərkəzi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. Fotoları təqdim edirik:
Azərbaycan Qran-prisinin yubiley ilində — onuncu yarışın keçirilməsinə hazırlıqlar davam edir. Ölkənin ən böyük və irimiqyaslı beynəlxalq idman tədbirlərindən birinin təşkilində mühüm rol oynayan könüllülər də yarış həftəsonunun əsas iştirakçıları sırasında yer alacaqlar. Bu il yarışın təşkilinə təxminən 2 min könüllü cəlb olunacaq. 2026-cı il həm də Formula 1 Azərbaycan Qran-prisinin könüllülük proqramı üçün əlamətdardır. Formula 1-in Azərbaycanda keçirilməsinin onuncu ildönümü ilə yanaşı, könüllülük proqramı da özünün onuncu Qran-prisinə hazırlaşır. Ötən illər ərzində proqrama olan maraq nəzərəçarpacaq dərəcədə artıb. Belə […]
Regiondakı vəziyyəti nəzərə alaraq, təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək. Bu barədə dövlət başçısı avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edərkən bildirib. Dövlət başçısı müstəqilliyimizin 35 ilinin bir ilini sülh şəraitində yaşadığımızı deyərək bunun region üçün böyük bir dəyişiklik olduğunu vurğulayıb.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Redaksiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı, son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb. Xüsusilə, 13 avqust 2026-cı il tarixində “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə […]
“Azər -Türk Bank” və “YAŞAT” Fondu arasında birgə əməkdaşlıq sənədi imzalanıb. Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən sənəd “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov tərəfindən imzalanıb. “Azər-Türk Bank” tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna dəstək göstəriləcəyi sənəddə öz əksini tapıb. Razılaşmaya əsasən, tərəflər Fondun şəhid övladları üçün “Bir uşaq – bir gələcək” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər. Qeyd edək ki, şəhid […]
Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini həbs edilib. Redaksiya APA-ya istinadən xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə […]
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib. Redaksiya APA-ya istinadən xəbər verir ki, B. Həsənov bir müddət saxlanıldığı miqrantların müvəqqəti saxlanma məntəqəsindən hava limanına gətirilərək Rusiya Federasiyasından deportasiya olunub. Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri B.Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib. “general-leytenant” ali hərbi rütbəsi general-mayor Babək Mürsəl oğlu Ələkbərova general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova general-mayor Faiq Həmzəağa oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi polkovnik Elfan Şakir oğlu Quliyevə
Prezident İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb. Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub: “17 Avqust – İndoneziya Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Hazırda Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələr, xüsusilə də iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanlar […]
Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. Nazirliyin müraciətində deyilir: “Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Unutmayın, aydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Mətbuat xidmətinin məlumatında qeyd olunub. Bildirilir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda 13 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana […]
ABB digər banklarda krediti olan müştəriləri özünə cəlb etmək üçün yeni kampaniya həyata keçirir. Digər bankdakı kreditini ABB-dən əldə etdiyi kreditlə bağlayan müştərilərə illik faiz dərəcəsində 5%-dək endirim təklif olunur. ABB-də aktiv krediti olmayan yeni müştərilər isə əlavə 2% endirim əldə edə bilərlər. Beləliklə, ümumi güzəşt 7%-dək çata bilər. Endirimin konkret səviyyəsi kredit məbləğindən asılı olaraq dəyişir. Bundan başqa, 10 min manatdan yuxarı kredit borcunu digər bankdan ABB-yə gətirənlərə nağd kreditin komissiyasız rəsmiləşdirilməsi təklif edilir. ABB-də kampaniya çərçivəsində nağd kredit […]
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılmış şərait barədə dövlətimizin başçısına və Birinci xanıma məlumat verdi. Bildirildi ki, bu mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın […]
Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir. Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur. Günəş küləyinin sürətinin 11-12 avqustda gözlənilən Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə normadan yüksək olacaq.
Bu il avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 888.320 təşkil edib. Redaksiya bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Ölkə üzrə aktiv ƏDV ödəyicilərinin sayı isə 5,8 faiz artaraq 61.805 təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,5 faiz artıb və 243.263 olub.
“Engie E and P Absheron B.V.” Məhdud Məsuliyyətli Cəmiyyətinin 9MMC) Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbai̇l rayonu, Ni̇zami̇ küçəsi, ev 90A, mənzil 90A ünvanına bildirə bilərlər. 2010-cu ildə Azərbaycanda dövlət qeydiyyatına alınan şirkət filialının qanuni təmsilçisi Çarles Muzell adlı şəxsdir. “Engie E and P Absheron B.V.” Niderlandda qeydiyyatdan keçmiş şirkətdir. Şirkət Fransanın “ENGIE” enerji qrupunun strukturuna […]
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gündən etibarən ölkəmizin bəzi ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışların leysan xarakterli və intensiv olacağı gözlənilir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində deyilir. Bildirilir ki, bununla əlaqədar sürücülərdən hava şəraitini və yolun vəziyyətini nəzərə alaraq, nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddi aşağı salınmalı, nəqliyyat vasitələri arasında ara […]
Xarici vətəndaşların rəhbərlik etdiyi bu şəbəkələr xüsusi kompüter proqramları vasitəsilə dövlət qurumlarının, eləcə də müəssisə və təşkilatların rəsmi internet səhifələrindən əməkdaşların əlaqə nömrələrini kütləvi şəkildə əldə etməklə, həmin nömrələrə müvafiq qurumun rəhbər şəxslərinin fotoşəkillərindən istifadə edərək yaradılmış saxta hesablardan “WhatsApp” tətbiqi vasitəsilə guya “təcili” xarakterli mesajlar göndərilir və hüquq-mühafizə orqanları adından fəaliyyət göstərən digər saxta hesaba yönəldilməklə xarici hesablara pul vəsaitinin köçürülməsi barədə və ya digər tapşırıqlar verilir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb. Mövcud faktlar üzrə başlanılmış […]
İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilib. Bu, Prezident İlham Əliyevin imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliklərdə öz əksini tapıb. Sənədə əsasən, qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir. Qanunda dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların […]
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib. Bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib. Paylaşımda deyilir: “Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.
İran Prezidenti Məsud Pezeşkian müharibə dövründə dəstək olan ölkələrdən bəhs edib. İran lideri çıxışında bu ölkələr arasında Azərbaycanın da adını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan müharibə dövründə müəyyən mərhələdə bank və yolları İran üçün bağlasa da, danışıqlardan sonra bütün bunlar bərpa edilib: “Azərbaycan yolları, bankımızı bağlamışdı. Zəng etdik, onlarla danışdıq. İki saat çəkmədi hər şey yenidən açıldı. Bank da, səfirlik də, yol da açıldı. Müharibə zamanı onlar bizə çox kömək oldu. İstər Rusiyanın malları olsun, istər öz mallarının daşınmasında nə […]
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb. Dövlət başçısı Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi […]
Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar. Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı […]
Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək istəyən şəxslərin vəsaitlərini oğurlayan 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib ki, o, bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək etmək adı ilə onların kartlarındakı vəsaitləri ələ keçirib. Araşdırmalar zamanı onun bu üsulla ümumilikdə 7 nəfərin pulunu taladığı məlum olub. Faktlarla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycanın bank sektorunda xalis mənfəətin artması ilə yanaşı, əhalinin problemli kreditlərinin çoxalması müşahidə olunan əsas meyillərdəndir. Bu vəziyyət, bir tərəfdən vətəndaşların öhdəliklərini icra etməkdə çətinlik çəkməsindən, digər tərəfdən isə yüksək faiz dərəcələri və komissiya gəlirlərindən qaynaqlanır. Nəticədə, vətəndaşların borc yükü artsa da, maliyyə institutu kimi bankların ümumi balans göstəriciləri müsbət dinamika nümayiş etdirir. Bəs bu təzadın səbəbləri nədir? Əhali krediti ödəməkdə çətinlik çəksə də banklar necə mənfəətlərini artırırlar? Mövzu ilə bağlı Plat.az-a açıqlamasında iqtisadçı Namiq Hüseynov bildirib ki, düzdür bankların […]
Xəbər verdiyimiz kimi, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Nemət Nağdəliyev Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin oğludur. Nemət Nağdəliyev 2017-ci ilin oktyabr ayında Azərbaycanın Polşadakı səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin olunmuşdu.
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, iqtisadiyyat naziri isə sədr müavini təyin edilib. Təşkilat Komitəsinin üzvləri isə aşağıdakılardır: Azərbaycan Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının mədəniyyət naziri Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Azərbaycan Respublikasının energetika naziri […]
Azərbaycan Respublikası Media və Yayım Şurası yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Fərmana əsasən, Azərbaycan Respublikası Media və Yayım Şurası (Şura) Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir. Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilir və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına (bundan […]
“Bank BTB” ASC-bin baş ofisinin yerləşdiyi bina “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) verilib. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27 ünvanında yerləşən sözügedən binada ABB-nin şöbəsi fəaliyyət göstərəcək. Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, “Bank BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilmişdir. Yenidən təşkil prosesi çərçivəsində, “Bank BTB” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xoltəzəkənd kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış […]
Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildirirlər. “Report”un Gürcüstan bürosu sözügedən vəziyyətlə maraqlanıb. Sürücülər əsasən “Sarp” və “Qırmızı Körpü” sərhəd-keçid məntəqələrində, eləcə də Tbilisidəki Gömrük Rəsmiləşdirilməsi Mərkəzində uzun müddətdir gözlədiklərini deyirlər. Sürücü Teymur Sultanovun sözlərinə görə, Batumiyə qədər hərəkət zamanı heç bir problemlə üzləşməyib. Lakin “Sarp” sərhəd-keçid məntəqəsində avtomobili saxlanılıb, pasportu, sürücülük vəsiqəsi və digər sənədləri götürülüb.“Artıq 15 gündür gömrük ərazisindəyəm. […]
“Türkiye Gazetesi”nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri təhrif olunub. Bu barədə Hikmət Hacıyev özünün “X” sosial şəbəkə hesabında yazıb: “Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, “Türkiye Gazetesi”nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş […]
Ermənistan-Azərbaycan sülh prosesi yalnız kağız üzərində yazılmış bəyanatdan ibarət deyil. Azərbaycan bunu əməli addımları ilə də sübut edib. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Milliyət” qəzetinin əməkdaşı ilə söhbətində deyib. Hikmət Hacıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı soyqırımı törətməsinə baxmayaraq, Azərbaycan niyyətinin yalnız sülh olduğunu nümayiş etdirib: “Cənubi Qafqazda hazırda sülh hökm sürür. Əgər Ermənistan-Azərbaycan müharibəsi davam etsəydi, qonşularımızda baş verən bu münaqişələrin qığılcımları regionumuza da sıçraya bilərdi”. Prezidentin […]
Paytaxtın Təbriz küçəsində, metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ( AYNA) məlumat yayıb. Bildirilib ki, təmir işləri yekunlaşanadək 24 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində təyin edilib. Marşrut üzrə avtobusların Bakıxanov qəsəbəsi istiqamətində hərəkəti Ağa Nemətulla, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələri ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunub.
Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb. Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. “Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb”, – məlumatda bildirilib. Qeyd edilib ki, […]
Avqust 5, 2026 – 17:360 Facebook Twitter Gəncə Beynəlxalq Xəstəxanasının Gəncə Beynəlxalq Xəstəxanasının daxil olduğu “Synergy Medical” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə milyonlarla manat vergi borcu yaranıb. Hazırda “Synergy Medical”ın borcu 4,66 milyon manata bərabərdir. Qeyd edək ki, “Synergy Medical” MMC şirkəti 10 min AZN nizamnamə kapitalına malikdir. 2014-cü ildən fəaliyyət göstərən şirkətin qanuni təmsilçisi Paşayeva Gülnar Polad qızıdır. yurd.media
Zəngəzur dəhlizinin açılması artıq yeni geosiyasi reallıqdır və bu marşrut bizim qədər qarşı tərəfin də xeyrinədir. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Milliyet” qəzətinə müsahibəsində deyib. O bildirib ki, sülh müqaviləsinin mətni artıq ilkin olaraq təsdiqlənib: “ABŞ ilə Ermənistan arasında imzalanan birgə bəyannamədə “Tramp marşrutu” ilə bağlı müvafiq razılaşma mövcuddur. Amerikalıların sözlərinə görə, bu yay hesablama-hazırlıq prosesi yekunlaşacaq, ardınca isə sürətlə tikinti başlayacaq. ABŞ-nin bu məsələdə yer alaraq prosesə zəmanət verməsi […]
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişikliyi baş verib. Redaksiya Manset.az-a istinadən xəbər verir ki, qurumun Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant Pərviz Hüseynov vəzifəsindən azad edilib. Bununla bağlı SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov Əmr imzalayıb. Qurumdan sayta bildirilib ki, P.Hüseynov xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad edilib. Digər Əmrə əsasən, polkovnik-leytenant Ruslan Əhmədov Tərtər rayon şöbəsinə rəis əvəzi vəzifəsinə müvəqqəti təyinat alıb. Qeyd edək ki, Pərviz Hüseynov 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə […]
Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafını müzakirə edib. Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib. “Qazaxıstan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini Asel Janasova ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə etdik. Orta Dəhlizin inkişafı, onun rəqabətqabiliyyətinin artırılması, liman və nəqliyyat infrastrukturunun gücləndirilməsi, rəqəmsal platformaların tətbiqinin genişləndirilməsi, avtomobil yükdaşımalarının asanlaşdırılması və yeni bərə layihəsinin həyata keçirilməsi ilə bağlı […]
Bu ilin yanvar–iyul ayları ərzində 41 151 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, müavinət ödənişləri 19 147 nəfər qız, 22 004 nəfər oğlan uşağına görə aparılıb.
Dünya Alpagut Federasiyasının İdarə Heyətinin sədri Kutsan Vasif Namazov, Dünya Alpagut Federasiyasının Türkiyə üzrə rəsmi nümayəndəsi Metin Karadeniz və onları müşayiət edən nümayəndə heyəti Türkiyə Respublikası Gənclik və İdman nazirinin müavini cənab Hamza Yerlikaya ilə görüş keçiriblər. Görüş zamanı Alpagut idman növünün beynəlxalq səviyyədə inkişafı, Türk dünyasının ortaq mədəni irsinin qorunması, ənənəvi döyüş sənətlərinin gələcək nəsillərə ötürülməsi, eləcə də beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb. Dünya Alpagut Federasiyası olaraq, Alpagutun beynəlxalq platformalarda daha güclü təmsil olunmasına, […]
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi əlilliyi olan şəxslər üçün nəzərdə tutulan dərman preparatları alır. Plat.az xəbər verir ki, nazirlik bu işin icrasını “Azəri Med” MMC-yə həvalə edib. Tərəflər arasında 403 min 466 manat məbləğ razılıq əldə olunub. Qeyd edək ki, 2004-cü ildə qeydiyyata alınan “Azəri Med” MMC-nin nizamnamə kapitalı 8 milyon 255 min 510 manat, qanuni təmsilçisi isə Famil Rəhimli Vəli oğludur. Onu da bildirək ki, “Azəri Med” MMC dərman preparatları və tibbi təchizat sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir. Şirkət mediada Milli Məclisin deputatı […]
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin yeddinci həftəsi başlayıb. 14 yaşlı 37 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən öncə Xanbulan gölünə ekskursiya təşkil olunub. “Icebreak” və ilkin tanışlıq təlimləri vasitəsilə uşaqlar bir-birlərini daha yaxından tanıyıblar. Düşərgədə hər gün səhər proqramı sağlam həyat tərzini təşviq edən fiziki məşqlərlə başlayıb. Gün ərzində iştirakçılar psixoloqlar ilə maarifləndirici görüşlərdə iştirak ediblər. Teleaparıcı Ağa Nadirovla keçirilən görüş […]
Bu ilin yanvar–iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 33 ölkəsindən olan 90-a yaxın şirkətə 13,1 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib. Redaksiya bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 63 faizini ixrac əməliyyatları təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,6 milyon ABŞ dolları ilə Lüksemburq, 605,4 min ABŞ dolları ilə Türkiyə, 603,4 min ABŞ dolları […]
Beyləqan Rayon Mərkəzi Xəstəxanasında yeni kadr təyinatı həyata keçirilib. Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Orxan Əyyub oğlu Əsədzadə xəstəxananın direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilib. Orxan Əsədzadə bu təyinata qədər Beyləqan Mərkəzi Rayon Xəstəxanasının Xəstə Xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışıb. Yeni vəzifəsində o, xəstəxananın inzibati idarəetmə istiqamətinə rəhbərlik edəcək.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) “Telegram”ın təsisçisi Pavel Durov barəsində beynəlxalq axtarış elan edib. Qurumun məlumatına görə, ona terrorçuluq fəaliyyətinə yardım göstərilməsi maddəsi ilə ittiham irəli sürülüb. FTX-nin iddiasına əsasən, aparılan istintaq zamanı Ukrayna xüsusi xidmət orqanlarının “Dayvinçik/Leo” adlı “Telegram” botundan Rusiya vətəndaşlarını aldatma və psixoloji təsir vasitəsilə diversiya fəaliyyətinə cəlb etmək üçün istifadə etdiyi müəyyən edilib. Rusiya xüsusi xidmət orqanının məlumatına görə, 2025-ci ilin iyul ayından etibarən Rusiyanın müxtəlif bölgələrində yaşı 12-22 arasında olan 46 nəfər saxlanılıb. Onlar hüquq-mühafizə […]
Bu ilin iyulun 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 798 min ədəd təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 10.4% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 12% artıb, kredit kartlarının sayı isə 3.5% azalıb.
Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda bəzi konsulluq xidmətlərinin göstərilməsi müvəqqəti dayandırılıb. Bu barədə baş konsulluğun “X” hesabında məlumat paylaşılıb. “Texniki səbəblərə görə hazırda bəzi konsulluq xidmətlərinin göstərilməsi mümkün deyil. Xahiş edirik ki, konsulluq xidmətləri məqsədilə Baş Konsulluğu ziyarət edəcək şəxslər əvvəlcədən Baş Konsulluqla əlaqə saxlasınlar”.
AmCham Azərbaycan Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun ilk iclasını keçirərək qida və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən üzv şirkətləri, dövlət qurumlarının nümayəndələrini və sahə ekspertlərini bir araya gətirdi. Görüşün məqsədi İşçi Qrupunun fəaliyyətə başlamasının rəsmi elan edilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və sektor üzrə əməkdaşlığın daha da gücləndirilməsi olub. Tədbiri giriş nitqi ilə açan AmCham Azərbaycanın İcraçı Direktoru Zaur Kərimov qida və kənd təsərrüfatı istiqamətinin AmCham Azərbaycanın 2026–2028-ci illər üzrə strateji prioritetlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, İşçi Qrupu […]
İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə […]
Expressbank yay bitmədən ev təmirini tamamlamaq, çoxdan planlaşdırılan ailəvi tətili gerçəkləşdirmək və ya digər vacib ehtiyacları qarşılamaq üçün əlavə maliyyə dəstəyi axtaranlara sərfəli kredit şərtlərini təqdim edir. İndi müştərilər illik 9.9%-dən başlayan faiz dərəcəsi ilə 59 ayadək müddətə kredit əldə edə bilərlər. Kampaniya müştərilərə büdcəni yormayan aylıq ödənişlər hesabına maliyyə planlamasını daha rahat həyata keçirməyə imkan yaradır. Təklif çərçivəsində aylıq ödənişlər aşağıdakı kimi tənzimlənir: 10 000 AZN – 245 AZN aylıq ödəniş 17 500 AZN – 429 AZN aylıq ödəniş […]
Bu ilin birinci yarısında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) və tərəfdaş qurumların həyata keçirdiyi tədbirlər nəticəsində beynəlxalq yük daşımalarının (BYD) həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% artım qeydə alınıb. Bunu jurnalistlərə açıqlamasında ABADA-nın baş katibi Kənan Qurbanov bildirib. Onun sözlərinə görə, əldə olunan nəticələr beynəlxalq yükdaşımalar sahəsində rəqəmsallaşmanın genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və dövlət dəstəyi mexanizmlərinin tətbiqi hesabına mümkün olub. Baş katib qeyd edib ki, Türkiyə, Ukrayna, Qırğızıstan və Qazaxıstan ilə elektron “İcazə” blanklarının tətbiqinə başlanılıb. Yaxın […]
Hesablama Palatası 2026-cı ilin ilk yarısında müəyyən edilmiş təxminən 14 milyon manatlıq maliyyə pozuntusu ilə bağlı materialları hüquq-mühafizə orqanlarına təqdim edib. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində bildirib. O qeyd edib ki, başa çatmış nəzarət tədbirləri zamanı ümumilikdə 160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb. “Aşkarlanan məbləğin 49,8 milyon manatı büdcəyə dəymiş ziyandır. 35 milyon manatla bağlı aidiyyəti qurumlara ziyanın bərpası barədə qərarlar göndərmişik. Təqribən 14 milyon manatla bağlı isə hüquq-mühafizə […]
Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Təbriz Xəlilbəyli, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Abbas Mirzə Şərifzadə, Məmməd Şərif Həmidov, İsrafil Məmmədov, İslam Səfərli, Əlövsət Quliyev, Əli […]
Berlin. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.
Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə məlumatında bildirilib ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib. Bildirilib ki, vətəndaşlar bu cür saxta elanlara etibar etməsinlər: “Naməlum telefon nömrələri ilə əlaqə saxlamasınlar, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə […]
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 585 min 62 ton buğda idxal edib. “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 132 milyon 905 min ABŞ dolları olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 17 min 192 ton (2,8 %) az, dəyər baxımından isə 2 milyon 243 min dollar (1,7 %) çoxdur. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,6 %-ni təşkil edib. 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 […]
Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli “Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. Qərara əsasən, nazirliyin kollegiya üzvlərinin sayı 13-dən 14-ə çatdırılıb.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər çərçivəsində Sıfır Atık Vakfında olub. MDU-nun nümayəndə heyətini Sıfır Atık Vakfının Mütevelli Heyəti və İdarə Heyətinin sədri Samed Ağırbaş qəbul edib. Görüşün əsas məqsədi tullantıların yaranmasının qarşısının alınması və azaldılması, karbon emissiyasının minimuma endirilməsi, təbii resurslardan səmərəli istifadə, təkrar emal mədəniyyətinin inkişaf etdirilməsi və dairəvi iqtisadiyyat prinsiplərinin universitet mühitində tətbiqi istiqamətində Fondun beynəlxalq təcrübəsindən, metodoloji yanaşmalarından və institusional əməkdaşlıq imkanlarından faydalanmaq olub. Görüşdə MDU-nun nəzdində fəaliyyət […]
Bir çox təşkilat İT infrastrukturunda kənar müdaxilə əlamətlərini çox gec aşkar edir. Kaspersky mütəxəssisləri 2025-ci il üçün “Kaspersky Compromise Assessment” xidmətinin nəticələrini təhlil etdikdən sonra bu nəticəyə gəlib. Tədqiqata görə, yüksək ciddiyyət daşıyan hadisələrin 52%-i 90 gündən çox müddət sonra aşkar edilib və analoji halların 31%-də hücumçular korporativ infrastrukturda üç aydan çox qalıblar. Mütəxəssislər həmçinin kənar müdaxilə əlamətlərinin dörd il ərzində aşkarlanmadığı bir halı da qeydə alıblar. Tədqiqat nəticəsində məlum olub ki, mövcud monitorinq alətləri təhlükənin vaxtında aşkarlanması üçün […]
Bu barədə məlumatı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərli ASA-da sığorta agentləri ilə görüş zamanı bildirib. ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasında sığorta agentləri ilə görüş keçirilib. Görüş çərçivəsində sığorta vasitəçiliyi institutunu maraqlandıran məsələlər, sığorta agentlərinin üzləşdiyi problemlər və onların həlli yolları, həmçinin, qanunvericilikdə sığorta vasitəçilərinə dair bölmələrə təklif oluna biləcək əlavə və düzəlişlər müzakirə olunub. Görüş zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli, sığorta vasitəçilərinin fəaliyyətinin aktivləşdirilməsi və mövcud çətinliklərin həlli yollarının operativ araşdırılması və […]
Bakıda yeni mikroavtobuslar fəaliyyətə başlayacaq. Bu barədə “BakuBus” paylaşım edib. Paylaşıma “Böyük şəhərimizin kiçik qonaqları” – başlığı qeyd olunub. Həmçinin mikroavtobusun üzərində onun ödənişsiz fəaliyyət göstərəcəyini əks etdirən qeyd yer alıb.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda “Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq” mövzusunda forum keçirilib. Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə vermək olub. Tədbir Azərbaycan Respublikasının […]
Yol-nəqliyyat hadisəsi ilə bağlı 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən İlduzə Hacıyevanın vəkili Hikmət Əliyev onun yol nəqliyyat hadisəsində müdafiə etdiyi şəxsin təqsiri olmasi ve qəza yerindən qaçması barədə ittihamı rədd edir. Müdafiə tərəfi bildirir ki, Hacıyeva hadisədən sonra ərazidən yayınmayıb, 103-ə zəng edilib və o, nevroz vəziyyətində xəstəxanaya aparılıb. Xəzər Rayon Məhkəməsinin hakimi Toğrul Məmmədov bu həftə Hacıyevanı 2025-ci ildə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirli bilərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Müdafiə tərəfinin […]
Redaksiya Lent.az-a istinadən xəbər verir ki, bu barədə nevroloq, psixoterapevt, somnoloq Yelena Korabelnikova açıqlama verib. Mütəxəssisin sözlərinə görə, gecə kabusları güclü emosional gərginlik, stress və ya həddindən artıq yorğunluğa orqanizmin reaksiyasıdır. Yuxu zamanı emosional oyanıqlıq tam şəkildə yatırılmadıqda, beyin bu gərginliyi obrazlar və qorxulu süjetlər vasitəsilə “emal edir”. Professor qeyd edib ki, kabusların yaranmasına səbəb olan digər amillər arasında yatmazdan əvvəl həddindən artıq yemək, səs-küy, işıq, yuxu gigiyenasının pozulması və mühit dəyişikliyi də var. Bu faktorlar yuxunun keyfiyyətini aşağı salaraq […]
Redaksiya oxu.az-a istinadla xəbər verir ki, qətl hadisəsindən sonra Gürcüstan daxili işlər orqanları E.Əliyev barəsində axtarış elan edib. E.Əliyev Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Məlumata görə, hazırda onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlər aparılır. Qeyd edək ki, Ağcabədi rayon sakini F.Kərimova sevgilisi Kənan Əliyevlə birlikdə Gürcüstana qaçıb. Daha sonra Kənan Əliyev F.Kərimovanın pasportunu cırıb atıb, onun Azərbaycana qayıtmasına mane olub. K.Əliyev hadisədən sonra Azərbaycana qayıdıb. Ölkəsinə qayıda bilməyən F.Kərimova isə Azərbaycanda olan əmisi oğlu E.Əliyevdən kömək istəyib. […]
Ölkəmizin, xüsusilə paytaxt Bakının mənzil bazarındakı aktivlik daşınmaz əmlakın sənədləşməsinə tələbi də artırır. Üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış mənzil sahibləri iqtisadi proseslərdə (sığorta, girov, alqı-satqı və s.) daha geniş və rahat iştirak edir, hüquqlarından etibarlı və zəmanətli şəkildə istifadə imkanları əldə edirlər. Bütün bunlar isə, vətəndaşların mənzillərinə dair çıxarış almaq marağını artırır. Vətəndaşlar əsasən, ilkin bazarda mənzil-tikinti kooperativləri (MTK) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) tərəfindən tikilən binalardan mənzillər alırlar. Bu mənzillərə dair çıxarışın alınması üçün tələb olunan sənədlər isə […]
Yay mövsümünün başlanması ilə əlaqədar Xankəndi şəhəri həm yerli, həm də xarici qonaqların yaratdığı canlanma ilə xüsusi diqqət çəkir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu günlərdə Xankəndiyə ölkənin müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən gələn qonaqların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Şəhərdə yaranan turizm canlanması, Xankəndinin yeni inkişaf mərhələsinə olan marağı da artırıb.Xankəndiyə səfər edən turistlər şəhərin tarixi və müasir simasını əks etdirən məkanlarla yanaşı, burada aparılan genişmiqyaslı […]
Ordubad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ekoloji mühitin qorunması və mövcud yaşıllıq sahələrinin saxlanılması məqsədilə növbəti abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. 04 iyul 2026-cı il tarixində təşkil olunan aksiyada idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir zamanı Ordubad–Naxçıvan magistral yolunun kənarlarında və rayonun digər ərazilərində mövcud olan yaşıllıq sahələrindəki ağaclara, həmçinin çoxillik gül kollarına aqrotexniki qulluq göstərilib, otlar biçilib, ərazi tullantılardan təmizlənib və suvarma işləri həyata keçirilib. Görülən işlər zamanı iştirakçılar tərəfindən yüksək […]
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı təbrik edib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə […]
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” tarixi filminin yeni anonsu yayımlanıb. Ekran əsəri Ağqoyunlu hökmdarı Uzun Həsənin hakimiyyət dövrünü, həyat yolunu və hərbi uğurlarını əks etdirir. Filmdə həmçinin Sara Xatunun siyasi fəaliyyəti və dövlətçilik rolu da təqdim olunur. Qeyd edək ki, “Uzun Həsən” Azərbaycan televiziya məkanında tam süni zəka texnologiyası ilə hazırlanmış ilk tarixi sənədli filmdir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “mygov Vətəndaş Təcrübəsi Mərkəzi” layihəsi çərçivəsində platforma istifadəçiləri ilə sayca ikinci görüş Gəncə şəhərində keçirilib. Layihənin əsas məqsədi “mygov” platformasının vətəndaşların rəy və təklifləri əsasında təkmilləşdirilməsi, dövlət xidmətlərinin dizayn və inkişaf prosesində istifadəçi təcrübəsinin daha geniş şəkildə nəzərə alınmasıdır. Bu yanaşma vətəndaşların rəqəmsal hökumət proseslərində iştirakçılığını genişləndirir və onları yalnız xidmət istifadəçisi deyil, eyni zamanda, xidmətlərin formalaşdırılması və birgə dizaynında iştirak edən tərəfə çevirir. Təşəbbüs “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər […]
Zəngilan şəhərindəki ilk yaşayış kompleksinin inşa prosesini əks etdirən videoçarx yayımlanıb. Videoçarxı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti təqdim edib:
Azərbaycanda İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib. O bildirib ki, bu günədək aparılan axtarış və identifikasiya işləri nəticəsində 893 nəfərə aid insan qalıqları aşkar edilərək ekshumasiya olunub: “Onlardan 327 nəfərin şəxsiyyəti DNT və məhkəmə-tibb ekspertizası vasitəsilə müəyyən edilib, 226 nəfərin qalıqları isə ailələrinə təhvil verilərək dəfn olunub”. Hazırda 3 683 nəfər […]
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi xarakter aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün rayonlararası marşrutlar üzrə əlavə tədbirlər həyata keçirir. ADY-dən bildirilib ki, turizm yönümlü marşrut olan Bakı–Qəbələ–Bakı istiqamətində iyunun 6-dan reyslərin sayı 2-dən 4-ə artırılaraq həm şənbə, həm də bazar günü hər iki istiqamətdə müntəzəm səfərlər həyata keçirilir. Bundan əlavə, 4 iyul tarixindən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək. Yeni dayanacaq bölgə sakinlərinin və […]
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb. Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyunun 29-da Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirib. O, Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verib, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğulayıb. “Mygov” platformasının xidmət dairəsinin genişləndirildiyi, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin […]
ABB-nin “m10″la bəzi ödəniş əməliyyatlarını dayandırmasının səbəbi məlum olub. Bu barədə Plat.az-a “PashaPay” şirkətindəki etibarlı mənbədən məlumat verilb. Mənbənin bildirdiyinə görə, buna səbəb tərəflər arasında müddəti bitən müqavilənin köhnə şərtlərlə davam etdirilməməsi olub. Məlumata görə, tərəflər arasında əməkdaşlıq müqaviləsinin müddəti iyun ayının 23-də bitib. ABB yeni müqavilə üzrə komissiyaların artırılmasını istəyib. Hətta 10%-dək komissiya müəyyən edildiyi bildirilib. Bu şərtlər isə ödəniş təşkilatını qane etməyib. Ona görə də ABB kartlarından “m10” hesablarına köçürmələr, “m10” tətbiqindən ABB kartlarına vəsait köçürülməsi iyunun 24-dən […]
İsti yay günlərində həm orqanizmin su balansını qorumağa kömək edən, həm də sərinləşdirici təsir göstərən qarpız və yemişə tələbat əhəmiyyətli dərəcədə artır. Vitamin və minerallarla zəngin olan bu meyvələri alarkən bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır. İlk növbədə, məhsulun xarici görünüşü qiymətləndirilməlidir. İstehlakçılar qarpız və yemiş alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verməlidirlər. Üzərində müşahidə olunan sarı ləkələr məhsulun torpaqla təmas etdiyi yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın təzə və yetişmiş olduğuna işarə edir. Əksinə, mat və […]
“Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanun imzalayıb. Qanuna əsasən, 2026-cı il mayın 4-də Kito şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
Azərbaycanda illərdir həllini tapmayan çoxmərtəbəli binalardakı “kupça” (çıxarış) problemi indi də tikinti şirkətlərinin əlində vətəndaşları açıq şəkildə istismar etmək üçün alətə çevrilib. Ölkənin ən böyük tikinti şirkətlərindən olan “Kristal” ətrafında növbəti sənəd qalmaqalı yaşanır. Şirkətin tikdiyi binalarda mənzil sahibi olan sakinlər çıxarış almaq üçün rəsmi rüsumdan dəfələrlə çox pul tələb olunmasından şikayətçidirlər. Sakinlərin redaksiyamıza verdiyi məlumata görə, şirkət mənzillərin tam ödənişini etmiş və binanın dövlət qeydiyyatı tamamlanmış sakinlərə mülkiyyət hüququnu təsdiq edən çıxarışın (kupçanın) verilməsi üçün 500 manat nağd pul […]
“Qala Sığorta” şirkəti bu ili yanvar-may aylarında 21,1 milyon manat həcmində sığorta haqqı toplayıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 54,8% və ya 25,6 milyon manat azdır. Belə ki, ötən ilin yanvar-may aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 46,7 milyon manata təşkil edib. Araşdırmalar göstərir ki, 2025-ci ildə sığorta şirkəti hər ay orta hesabla 14-15 milyon manat civarında sığorta haqqı toplaya bilirdisə, bu il aylıq yığım həcmi 3-5 milyon manata enib. “Qala Sığorta”nın ödənişləri isə, ötən ilin eyni dövrünə […]
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır. Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın dəstəmazxanalarından ibarət olacaq. Məscidin hündürlüyü 73 metr olacaq iki […]
Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. Sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrinin ətrafında toplandığı görünür. Məsələ ilə bağlı ekoloq Ənvər Əliyevin sözlərinə görə, bu hal əsasən hava şəraitində baş verən kəskin temperatur dəyişiklikləri ilə əlaqədardır. Mütəxəssis qeyd edib ki, qanadlı qarışqalar küləyin təsiri ilə böyük məsafələr qət edərək müxtəlif ərazilərə yayıla bilirlər. Uçan qarışqalar evlərə daxil olduqda, yeməklərin üstünə toxunanda məhsulları çirkləndirə və bəzi insanlarda allergik təsir yarada bilər. Bu kiçik […]
Cəlal Qasımov “Kapital Bank”ın Müşahidə Şurasından çıxıb – YENİ TƏYİNAT“Kapital Bank”ın rəhbərliyinə yeni təyinat olub. Bankın səhmdarlarının qərarı ilə İlya Arxipov Kapital Bank”ın Müşahidə Şurasının üzvü seçilib. Bunun əvəzində Cəlal Qasımov bankın Müşahidə Şurasının üzvlüyündən ayrılıb. Qeyd edək ki, sədr Fərid Məmmədovla birlikdə hazırda bankın MŞ-nin üzvlərinin sayı 5 nəfərdən ibarətdir. Oqtay Həsənov MŞ-nin üzvü, Marey Aleksey Aleksandrviç və Koşman Marqarita Vladimirovna isə MŞ-nin müstəqil üzvləridir. Xatırladaq ki, İlya Arxipov bu ilin aprel ayında “PAŞA Maliyyə Holdinqi”nin rəhbərliyinə gətirilib. O, […]
Təcavüzkarlar yoluxmuş masaüstü divar kağızları vasitəsilə “Steam” hesablarını oğurlayırlar Azərbaycandakı geymerlər də hücumlarla üzləşə bilərlər Kaspersky tədqiqatçıları masaüstü kompüterlərə animasiya və interaktiv divar kağızları quraşdırmaq üçün “Steam Workshop” və “Wallpaper Engine” tətbiqindən istifadə edən zərərli kampaniya aşkar ediblər. Təcavüzkarlar oyun hesablarını oğurlamaq və əlavə zərərli proqram quraşdırmaq məqsədilə çox sayda yoluxmuş divar kağızı paketi yayırlar. Hücumlar əsasən Rusiya və Çində “Steam” istifadəçilərini hədəf alır, lakin oxşar cəhdlər Sinqapur, Honkonq, Almaniya, Vyetnam, Hindistan və Kanadada da qeydə alınıb. Amma təhlükə bununla […]
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib. 6 vaqondan ibarət, çəkisi 408 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib. Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və […]
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb. 10–11 yaşlı 53 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən sonra uşaqlar “Nilado Green” çay plantasiyasına ekskursiya ediblər. Sonra psixoloqlar tərəfindən tanışlıq, ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş təlim, eləcə də stolüstü oyun saatı keçirilib. İkinci gün uşaqlar Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə əraziyə yerləşdirilən xüsusi idman alətlərindən istifadə etməklə səhər idmanına qatılıblar. Gün ərzində […]
Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu gün Füzuli rayonuna gedib. Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşılayıb.
Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Müasir müstəqil Azərbaycan dövlətinin güclənməsi, regional və qlobal miqyasda mühüm layihələrin icraçısına çevrilməsi birbaşa olaraq idarəetmə institutlarının səmərəli işindən və dövlət qulluqçularının peşəkarlıq səviyyəsindən asılıdır. Məhz bu səbəbdən ölkəmizdə dövlət qulluğu, sadəcə, bir peşə sahəsi deyil, eyni zamanda, milli maraqlara və dövlətçilik ideallarına xidmət edən şərəfli bir missiya olaraq qəbul edilir. Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub. Dövlət xidmətinin demokratik, […]
Türkiyədə azərbaycanlıya vəzifə verilib. Bu barədə Türkiyə Güləş Federasiyasının rəhbəri Taha Akgül müvafiq sənəd imzalayıb. Bildirilib ki, azərbaycanlı Əjdər Cəfərov Türkiyə Güləş Federasiyasının (TGF) Beynəlxalq Nümayəndəlik və Xarici Əlaqələr Direktoru vəzifəsinə təyin edilib. “Beynəlxalq idman idarəçiliyi, federasiyalararası əməkdaşlıq və təşkilati proseslər sahəsində təcrübəsi ilə tanınan Cəfərovun Türkiyə güləşinin beynəlxalq əlaqələr şəbəkəsinin gücləndirilməsinə, strateji əməkdaşlığın inkişaf etdirilməsinə və beynəlxalq təşkilatların ölkəmizə gətirilməsinə əhəmiyyətli töhfələr verəcək. Ona yeni vəzifəsində uğurlar arzulayır və ümid edirik ki, o, Türkiyə güləşinə töhfələr verəcək”. Qeyd edək […]
İyunun 22-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib. Redaksiya xəbər verir ki, ziyafətdə Azərbaycan və Türkmənistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Hənifə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 9 ton 800 kiloqram olan 10 815 ədəd çətənə kolu məhv edilib.
1919-cu ildə yaradılmış və ölkəmizin ilk ali təhsil müəssisəsi kimi tanınmış Bakı Dövlət Universiteti hazırda Azərbaycan elminin, təhsilinin və ictimai fikir tarixinin ən nufuzlu mərkəzlərindən biridir. Bu ali təhsil ocağı yalnız yüksəkixtisaslı mütəxəssislər yetişdirməklə kifayətlənmir, eyni zamanda, gənclərdə vətənpərvərlik ruhunu, dövlətçilik təfəkkürünü, qanuna hörmət hissini, insan ləyaqətinə ehtiramını və cəmiyyət qarşısında məsuliyyət duyğusunu formalaşdırır. Bu fikirləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva BDU-nun “Məzun günü”ndə deyib. O bildirib ki, BDU-nun məzunu olmaq həm qürur, həm də şərəfdir: […]
“Facebook”, “Instagram” və “Whatsapp”ın işində problem yaranıb. Azərbaycan və digər ölkələrdə istifadəçilər tətbiqə daxil ola bilməyirlər. Meta şirkətindən hələlik heç bir açıqlama verilməyib.
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Tariximizin dönüş anı-Milli Qurtuluş Günü” adlı tədbir keçirilib. Tədbirdə Nefçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib. İlk öncə tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. […]
Azərbaycana qarşı yönələn müəyyən informasiya mühitini çirkləndirmə hallarının əksəriyyəti insan hüquqları üzərindən edilmiş spekulyasiyalardan ibarətdir. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli “İnsan Hüquqları Aylığı” çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun MEDİA ilə birgə media nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda keçirilən maarifləndirici məlumat sessiyasında deyib. Onun sözlərinə görə, insan hüquqları çərçivəsində media nümayəndələri ilə aparılan məlumatlandırma sessiyaları çərçivəsində müsbət dinamika izlənilir: “İnsan hüquqları priotetdir. Düzdür, bəzi çatışmazlıqlar var, xüsusilə uşaq hüquqları və yeniyetmələrlə bağlı məlumatlarda […]
İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Gəncə, Samux və Kəlbəcər sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin hibrid formatında növbəti iclası keçirilib. Nazirliyin aparat rəhbərinin müavini – Texniki Komitənin sədri Xalidə Məsimova çıxış edərək iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2026-cı il tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları”nın tələblərinə uyğun olaraq hazırlanmış standart layihələrinin müzakirə edilməsinin vacibliyini və əhəmiyyətini bildirib. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (PHŞ) və Texniki Komitəyə üzv olan […]
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova insan hüquqlarının qorunmasının dövlət idarəçiliyində və ictimai münasibətlər sistemində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq tədqiqatçısı Araz Abdullasoy çıxış edərək, Azərbaycanda insan hüquqlarının inkişafı istiqamətində həyata keçirilən islahatlar və formalaşdırılmış hüquqi baza barədə […]
Bu gün Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi – I Mərhələ” üzrə kredit sazişi və “Bakı Metropoliteni” QSC ilə AİİB arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi – I Mərhələ” üzrə layihə sazişi imzalanıb. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, 180 milyon ABŞ dolları məbləğində olan kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb. İmzalanma mərasimində maliyyə naziri Sahil Babayev kredit vəsaitinin cəlb […]
Energetika Nazirliyində 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquq və azadlıqlarına həsr olunmuş tədbir keçirilib. Tədbir hüquqi maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilib. Tədbirdə Nazirliyin aparat rəhbərinin müavini Xalidə Məsimova ölkəmizdə insan hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. İnsan hüquq və azadlıqlarının təbliği, gender bərabərliyi, insan hüquqlarının müdafiəsi və bu istiqamətdə maarifləndirmə təbliğatının artırılmasının vacibliyi vurğulanıb, ölkəmizin bu […]
İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Redaksiya xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Sənədə əsasən, bu Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılması, mövcud normativ hüquqi aktlara uyğun olaraq, […]
2026-cı il iyulun 1-dən etibarən BP üçseqmentli strukturu əvəz edərək iki ayrı biznes seqmenti – kəşfiyyat və hasilat seqmentlərinə bölünəcək. Qordon Birrell kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezident təyin edilib, Riçard Hardinq isə hasilat üzrə icraçı vitse-prezident vəzifəsini icra edəcək. Hazırda hasilat üzrə daimi icraçı vitse-prezident vəzifəsinə namizədlərin seçimi prosesi aparılır. “İkiseqmentli model vəzifələr dairəsini dəqiqləşdirməyə imkan verəcək və qərarların daha sürətli və səmərəli qəbul edilməsini təmin edəcək”, – məlumatda bildirilib. “Upstream” bölməsi dünyanın ehtiyac duyduğu enerji resurslarının axtarışı, işlənilməsi […]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsi mövzusunda təlim təşkil olunub. Təlimin məqsədi miqrasiya sahəsində fəaliyyət göstərən əməkdaşların uşaq hüquqlarının müdafiəsi istiqamətində bilik və bacarıqlarının artırılması, bu sahədə mövcud milli və beynəlxalq standartlar barədə məlumatlılığının gücləndirilməsi olub. Ombudsman Aparatının məsul əməkdaşları Nigar Ağayeva və Azər İsalı çıxış edərək milli insan hüquqları təsisatlarının uşaq hüquqlarının müdafiəsində rolu, Müvəkkilin bu sahədə mandatı və fəaliyyəti barədə […]
Ölkəmizin sosial iqtisadi inkişafinda mühüm yer tutan kənd təsərrüfati sahəsində həyata kecirilən islahatların,əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr ilə baglı müşavirə kecirilib.Müşavirədə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, aqrar sahədə çalışan mütəxəssislər, sahibkarlar və fermerlər iştirak ediblər. Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında bildirib ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət […]
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin G42 “Presight” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib. Rəqəmsal köməkçi şagirdlərin gündəlik öyrənmə prosesində fərdi dəstək almasına, dərs mövzularını daha asan mənimsəməsinə və suallarına cavab tapmasına imkan yaradır. Həmçinin müxtəlif fənlər üzrə şagirdlərin suallarını cavablandırır, mürəkkəb mövzuları sadə dildə izah edir, anlayışları mərhələli şəkildə açıqlayır və müstəqil öyrənmə bacarıqlarının inkişafına dəstək göstərir. Süni intellekt əsaslı mentor hər bir şagirdlə fərdi ünsiyyət quraraq onun […]
İyunun 9-da Bakı şəhərində “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbir işə başlayıb. Sammit regional və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə yüksəksəviyyəli platforma kimi nəzərdə tutulub. Tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir. Sammit çərçivəsində 2026-cı il üzrə qlobal bankçılıq və maliyyə sektorunda əsas trendlər müzakirə […]
8 iyun 2026-cı il tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub. Təlimin məqsədi təcili hallarda qərarvermə, pasiyentin vəziyyətinin operativ qiymətləndirilməsi, ilkin tibbi yardımın təşkili və məhdud zaman şəraitində effektiv müdaxilə bacarıqlarının təkmilləşdirilməsi olub. Proqram çərçivəsində iştirakçılar hava yolunun açıqlığının təmin edilməsi, tənəffüs və qan dövranının qiymətləndirilməsi, eləcə də həyati təhlükə yaradan vəziyyətlərdə ilkin müdaxilə prinsipləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Təlim zamanı […]
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə İnternetin Unikal İdentifikatorlarının Təyinatı üzrə Korporasiya (ICANN) arasında internet idarəçiliyi, potensialın gücləndirilməsi, rəqəmsal ekosistemin inkişafı, internetin təhlükəsizliyi və sabitliyi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Sənəd “ICANN”ın İspaniyanın Sevilya şəhərində keçirilən və qlobal internetin inkişafı ilə bağlı məsələlərin müzakirə olunduğu 86-cı Siyasət Forumunda imzalanıb. Anlaşma Memorandumu telekommunikasiya və poçt xidmətləri sahəsində Azərbaycanın milli tənzimləyici qurumu olan İKTA ilə internetin unikal identifikator sistemlərinin, o […]
Bu ilin əvvəlindən başlayaraq Azərbaycana həm Avropa, həm də Şərq dövlətlərindən hərbi nümayəndə heyətləri gələrək əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırlar. Hazırda Azərbaycan ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Estoniya, Fransa və digər Avropa dövlətləri ilə yanaşı, Çin, Qazaxıstan, Özbəkistan, Pakistan, Türkiyə və başqa dövlətlərlə də hərbi əməkdaşlıq əlaqələrini davam etdirir. Yuxarıda adı çəkilən dövlətlər arasında NATO kimi hərbi-siyasi bloka daxil olan və bu blokdan kənarda qalan dövlətlər də var. İstər NATO üzvü olan, istərsə də üzv olmayan dövlətlərin Azərbaycan ilə hərbi əməkdaşlığa […]
2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb. Redaksiya bildirir ki, Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, onlardan 4 499-u kişi, 1 564-ü isə qadındır. Yaş qrupları üzrə ilk dəfə diaqnoz qoyulan şəxslərin 2 466-sı 0-17 yaş, 1 591-i 18-29 yaş, 698-i 30-39 yaş, 1 308-i isə 40 və yuxarı yaş qrupuna aid olub. Komitədən verilən məlumata […]
Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər. Redaksiya xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub, vəziyyəti stabildir: “Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmayıb: Müdafiə […]
Yasamal rayon İcra Hakimiyyəti Yasamalda yerləşən mənzilin naməlum şəxslər tərəfindən sökülməsi ilə bağlı iddialara münasibət bildirib. Qurumdan verilən məlumatda bildirilib ki, bu məlumatlar əsassızdır. “Bəzi sosial şəbəkələrdə vətəndaşa məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 29 ünvanında yerləşən mənzilin naməlum şəxslər tərəfindən onun xəbəri olmadan sökülməsi ilə bağlı əsassız məlumatlar yayılıb. Məlumat üçün bildiririk ki, sözügedən ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsü həyata keçirilir. Bu proses qüvvədə olan qanunvericiliyin tələblərinə […]
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə qaydası təsdiqlənib. Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ayrılan vəsaitdən istifadə qaydasını müəyyən edəcək. Qaydalara əsasən, “ASAN xidmət” mərkəzləri üçün ayrılmış vəsait hər ay Dövlət Agentliyi tərəfindən mərkəzlərin müvafiq xəzinə hesablarına köçürüləcək. Vəsaitin Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri arasında bölgüsü ayda bir dəfə olmaqla hər ay üçün növbəti ayda həyata […]
Xətai Rayon Məhkəməsinin sədri Vahid Sadıqova ağır itki üz verib. Sədrin anası Dünya Sadıqova vəfat edib. Mərhum bu gün dəfn ediləcək. 3 mərasimi iyunun 8-i “Socar” mərasim evində keçiriləcək. Allah rəhmət eləsin! Qafqazinfo
Türkiyənin Rəqabət Şurası “Meta” (“Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibidir) transmilli texnologiya şirkəti ilə bağlı araşdırmaya başlayıb. Araşdırmaya “WhatsApp” istifadəçilərinin “Meta AI” istisna olmaqla digər virtual assistentlərə və çat-botlara çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlı şikayətlər səbəb olub. Hərtərəfli araşdırmanın yekununda “Meta” şirkətinin bazardakı dominant mövqeyindən sui-istifadə edib-etmədiyi müəyyənləşdiriləcək. Rəqabət Şurasında bildiriblər ki, Türkiyədə milyonlarla istifadəçinin “WhatsApp”dan yararlandığını nəzərə alaraq, məqsəd rəqəmsal bazarlarda rəqabətin qorunmasını təmin etməkdir. “Meta” şirkətinə “WhatsApp” vasitəsilə xidmət göstərilərkən süni intellekt əsaslı rəqib çat-botlar üçün maneələr yaratmamaq […]
“Morgan Stanley” şirkəti SpaceX-in gəlirinin 2040-cı ilə qədər 3,4 trilyon dollara çatacağına inanır. Redaksiya Trend – ə istinadən xəbər verir ki, bankın analitikləri şirkətin tənzimlənmiş xərcləri hesablanmadan qazancının 2,7 trilyon dolları keçə biləcəyini təxmin edirlər. Bu məlumatlar gələn həftə keçiriləcək səhmlərin ictimaiyyətə təklif edilməsindən (IPO) əvvəl SpaceX-in 1,77 trilyon dollarlıq qiymətləndirməsini dəstəkləmək üçün nəzərdə tutulub. 2025-ci ildə 18,7 milyard dollar gəlirdən 4,9 milyard dollar zərərə uğrayan Elon Muskın şirkəti tarixdəki ən böyük ilkin kütləvi təkliflə təxminən 75 milyard dollar toplamağı […]
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mövsümün başa çatmasından sonra yaranan fasilədən istifadə edərək Ağdama səfər edib. Redaksiya “Qafqazinfo” a istinadən xəbər verir ki, səfər çərçivəsində baş məşqçi Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edib. Qurban Qurbanov ziyarət zamanı “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın xatirəsinə ithaf olaraq məzarı üzərinə qoyub. Allahverdi Bağırov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətlə yanaşı, “Qarabağ” Futbol Klubunun tarixində də xüsusi […]
“Neftçi” klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib. Redaksiya Apasport.az – a istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib. Sabiq prezident 2009-2015-ci illərdə “ağ-qaralar”ın rəhbəri olub. Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin şəhid ailələri üzvləri və qardaş ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar. Qonaqlara Mərkəzdə həssas kateqoriyalardan olan şəxslərin yaradıcılıq potensialının inkişafı üçün yaradılmış şərait və aparılan işlər barədə məlumat verilib. Onlar müəssisədə hazırlanmış sənət nümunələrini, burada aparılan təlim prosesini, Mərkəz üzvlərinin ifasında konsert proqramını izləyiblər. Keçirilən görüşdə Əmək […]
5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC xüsusi poçt markasını təqdim edib. Markanın buraxılmasında əsas məqsəd ətraf mühitin qorunması, ekoloji məsuliyyətin yüksəldilməsi və təbiətə qayğı mədəniyyətinin artırılmasıdır. Markanın özəlliyi təkrar emal olunmuş kağızdan hazırlanmasıdır ki, bu da “Azərpoçt”un ekoloji məsuliyyətə verdiyi önəmin bariz nümunəsidir. Xatırladaq ki, bundan əvvəl “Azərpoçt” MMC regionda ilk dəfə olaraq COP29 və WUF13 tədbirinə həsr edilmiş poçt markalarını da məhz təkrar emal olunmuş kağız üzərində dövriyyəyə buraxıb. Qeyd […]
“Ege Hospital”da uğursuz əməliyyat keçirən vətəndaş klinikanı məhkəməyə verib. O, sözügedən klinikada müxtəlif vaxtlarda müayinələrə cəlb olunduğunu və yekunda həkim tərəfindən vətəndaşa “Tiroid gl-ın diffuz exostruktur dəyişikliyi-hiperplaziyası (autoimmun tiroidit lehinə dəyərləndirilmişdir) sağ pay aşağı qütbündə paratireoid adenoması” diaqnozu qoyulduğunu bildirib. Bundan sonra, iddiaçı “paratiroidektomiya” əməliyyatına göndərilib. Vətəndaşın əməliyyatdan sonra sağlamlığında müsbət yöndə dəyişikliklərin olmamasını əsas gətirib və həkim ona ikinci əməliyyata ehtiyac olduğunu bildirib. Lakin “Ege Hospital”a inamı qalmayan pasiyent Türkiyəyə üz tutub və burada özəl xəstəxanaların birində əməliyyat olunub. Bundan […]
Sabahdan – 1 iyun 2026-cı il tarixindən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minir. Yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Artıq vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər. Bu məqsədlə istifadəçilər üçün təqdim olunan həllər arasında ən sürətli və rahat seçim SİMA rəqəmsal imzadır. “SİMA İmza” vasitəsilə istifadəçilər əlavə fiziki daşıyıcıya ehtiyac olmadan, […]
Baş Dövlət Yol Polisi İdarəsinin səfərdən dönən yol hərəkəti iştirakçılarına M Ü R A C İ Ə T İ Bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarda hərəkət intensivliyi artacaqdır. Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş əhval-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir. Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına […]
Dünəndən əsən güclü külək nəticəsində 41 ağac sınıb, 64 ağacın budaqları qopub. Bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsindən bildirilib. Qeyd edilib ki, bununla əlaqədar gecə ərzində birliyin briqadaları sınan ağacların götürülməsi və ərazilərin təmizlənməsi ilə məşğul olublar. Hazırda işlər davam edir.
Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Redaksiya xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən […]
Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Təbrik mesajı ilə bağlı Britaniyanın Azərbaycandakı Səfirliyinin sosial media hesabında paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:
Müqəddəs Qurban bayramının növbəti günündə Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib. Bayramın ilk günü ərzində 20 mindən çox iri və xırdabuynuzlu heyvan satışa çıxarılıb. Onlardan 4 mindən çoxu diri halda satılıb, 10 mindən artıq heyvanın isə sanitar-gigiyenik tələblərə uyğun yerində kəsimi həyata keçirilib. Həm məntəqələrdə, həm də səyyar heyvan kəsimi çadırlarında baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonunda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub. Dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də var. Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri şərait yaradılıb. Evlər elektrik enerjisi və qazla təchiz olunub. Həmçinin […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib. “GP Safety” MMC-nin təsisçisi Hikmət Əsədov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır. Onun yaradılmasına […]
28 May – Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, milli iradənin, azadlıq ideyasının və müasir dövlətçilik düşüncəsinin hüquqi-siyasi ifadəsini özündə əks etdirən əlamətdar tarixdir. Bu gün yalnız müstəqil dövlətin yaradılmasını xatırladan tarixi hadisə kimi qiymətləndirilmir. Onun mahiyyətində xalqın öz müqəddəratını müəyyən etmək hüququnun həyata keçirilməsi, demokratik idarəçilik prinsiplərinin formalaşdırılması və insan hüquq və azadlıqlarına əsaslanan dövlət modelinin təməlinin qoyulması dayanır. Dövlətçilik tarixinin müxtəlif mərhələlərinin təhlili göstərir ki, siyasi müstəqillik və hüquqi dövlət anlayışları bir-birindən ayrı […]
Paytaxtda ötən gün qeydə alınan qeyri-sabit hava şəraiti və intensiv yağan güclü yağışlar şəhər infrastrukturuna ziyan vurmaqla yanaşı, ticarət obyektlərində də ciddi fəsadlar törədib. Güclü yağıntı nəticəsində Bakıda fəaliyyət göstərən “Bravo” supermarketlər şəbəkəsinin mağazalarından birini su basıb. Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdən aydın olur ki, daxili drenaj sisteminin və ya dam örtüyünün yağıntı sularının həcmini qarşılaya bilməməsi səbəbindən tonlarla su birbaşa ticarət zalına dolub. Hadisə zamanı marketin rəflərində və vitrinlərində olan çoxlu sayda ərzaq və qeyri-ərzaq məhsulları su altında qalaraq […]
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir. Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib. Bayramla əlaqədar bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət […]
Azərbaycanın Əməkdar Elm Xadimi, ədəbiyyatşünası, Filologiya elmləri doktoru və professor Qəzənfər Paşayev təltif olunub. Belə ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən Qəzənfər Paşayevə “Əmək veteranı” vəsiqəsi təqdim olunub. Qeyd edək ki, Əmək veteranı adı və vəsiqəsi «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən, yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai […]
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Neftçalada “Xıllı balıq” MMC-nin fəaliyyəti ilə tanış olub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib. Qeyd olunub ki, nazir müəssisənin mövcud vəziyyəti, istehsal sexlərində istifadə edilən texnoloji avadanlıqlarla tanış olub. Xəzər dənizində nərəkimilərin qorunması və artırılması məqsədilə 2003-cü ildə yaradılan “Xıllı Nərə balıqartırma Zavodu” hazırda “Xıllı balıq” MMC kimi fəaliyyət göstərir. Nərə cinsli balıqların süni yolla artırılması üzrə ixtisaslaşan bu müəssisədə əsasən Xəzər dənizinə endemik olan nərə, uzunburun, qaya balığı […]
Abşeron rayonunun Məmmədli kəndində yerləşən heyvan bazarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Bazarın giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkiminin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən […]
Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 28 May – Müstəqillik Gününə həsr olunmuş “Zəfər festivalı – 3” layihəsi çərçivəsində idman yarışlarının təltifolunma və təntənəli bağlanış mərasimi keçirilib. ATU və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı baş tutan festivalda əvvəlcə“Təbib” Tədris İdman Mərkəzinin həyətində musiqi sədaları altında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar təqdim edilib. Dövlət Himninin səsləndirilməsindən sonra çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli festival […]
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm. İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır. Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd […]
Bakıda və Abşeron yarımadasına düşən dolunun diametri 4 mm-dək qeydə alınıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir. Qeyd edək ki, ölkə ərazisinin bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.
Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib. C.Paşayev 2007-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə anesteziologiya-reanimasiya ixtisası üzrə internatura keçib. 2022-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. O, 2009-2010-cu illərdə Avrasiya Klinikasında həkim-anestezioloq-reanimatoloq, 2011-2014-cü illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, 2014-2021-ci illərdə ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri, 2018-2021-ci illərdə ATU-nun Anesteziologiya və reanimasiya kafedrasının assistenti olub. 2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində baş həkimin müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri, […]
9Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocavənd, Zəngilan, Cəbrayıl və Laçın rayonlarında sakinlərlə növbəti səyyar görüşlər keçirilib. Görüşlərdə onların məşğulluq imkanları qiymətləndirilib, peşə bacarıqları, əmək fəaliyyətinə maraqları, məşğulluq ehtiyacları araşdırılıb. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri (o cümlədən işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s.) barədə ətraflı məlumat verilib. Sakinlərin maraqlarına və əmək bacarıqlarına uyğun iş yerləri ilə təmin edilmələri, özünüməşğulluq proqramına, peşə hazırlığı kursları və digər tədbirlərə cəlb edilmələri üçün ilkin […]
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə “Miqrasiya və şəhərlər: təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda yüksək səviyyəli panel müzakirələri baş tutub. Dövlət qurumları, beynəlxalq təşkilatlar, yerli idarəetmə orqanları, akademik dairələr, vətəndaş cəmiyyəti, gənclər və icmaların iştirakı ilə təşkil edilən yüksək səviyyəli panel müzakirələrinin məqsədi miqrasiya və urbanizasiya proseslərinin şəhərlərin dayanıqlı inkişafına təsiri barədə qlobal səviyyədə məlumatlılığı artırmaq və beynəlxalq əməkdaşlığı təşviq etmək olub. […]
14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak üçün qeydiyyat elan edilir. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, bakalavrların ərizə qəbulu 23 may saat 23:59-dək internet vasitəsilə aparılır. İmtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər. 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş […]
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 13 348 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Redaksiya bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 60,5 %-ni kişilər, 39,5 %-ni isə qadınlar təşkil edib.
Mərkəzi Bank 500 manat nominallı xatirə pul nişanına niyə az rast gəlinməsinə aydınlıq gətirib. Redaksiya xəbər verir ki, qurumdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən pul nişanı 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə 2021-ci ildə tədavülə buraxılıb. Mərkəzi Bank qeyd edib ki, 500 manat nominallı xatirə pul nişanı ümumilikdə 1 milyon ədəd olmaqla, məhdud sayda istehsal edilərək tədavülə buraxılıb. “Bu pul nişanı öz nominal dəyəri ilə […]
Süni intellekt data mərkəzləri fiber böhranı böyütdü: Çatdırılmalar 2027-yə qaldı Çinin böyük fiber optik istehsalçıları sifarişləri 2027-ci ilin əvvəlinə qədər doldurub. Süni intellekt (AI) data mərkəzi investisiyaları tələbi kəskin artırdığı üçün təchizat zənciri bu yükü qarşılaya bilmir. Valyuta.az xəbər verir ki, “DigiTimes”ın məlumatına görə şirkətlər istehsalı tam gücə çıxarsa da, çatdırılma müddətləri həftələrdən aylara qədər uzanıb. “Hengtong” və “FiberHome” istehsal xətlərinin tam dolu olduğunu bildirir. Sifariş sıxlığı hətta hazır məhsulların çatdırılmasını belə gecikdirir. Data mərkəzləri tərəfində fiber ehtiyacı sektorun əvvəlcədən […]
“WhatsApp” istifadəçilərin məxfilik imkanlarını genişləndirəcək yeni funksiya üzərində işləyir. Modern.az “Mashable” platformasına istinadən bildirir ki, “WhatsApp” artıq oxunduqdan sonra avtomatik silinən mesajlar funksiyasını iOS beta versiyasında sınaqdan keçirməyə başlayıb. Məlumata görə, funksiya WhatsApp-ın iOS üçün 26.19.10.72 beta versiyasında aşkar edilib. Yeni imkan tətbiqin “Privacy – Default message timer” bölməsində yerləşəcək və istifadəçilərə mesajların avtomatik silinmə qaydalarını daha detallı idarə etməyə imkan verəcək. Hazırda istifadəçilər mesajların 24 saat, 7 gün və ya 90 gün sonra silinməsini seçə bilirlər. Yeni əlavə olunan “After reading” seçimi isə mesajların qarşı tərəf tərəfindən oxunduqdan sonra yox […]
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Redaksiya birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,08% azalaraq 4,531.9 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 0,45% azalaraq 75.84 ABŞ dolları təşkil edib. yaxşı iqtisadi başlıqlar təklifi
SOCAR-da Qrup müəssisələrinin insan resursları strukturlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı “Rotasiya” və “SOCAR Qrup daxili namizədlərin seçim prosesinə cəlb edilməsinin tənzimlənməsi haqqında” prosedurlarının təqdimatı edilib və karyera inkişafı mexanizmləri ilə bağlı tətbiq edilən vahid prinsiplərdən bəhs olunub. Görüş çərçivəsində keçirilən interaktiv sessiyada əməkdaşların sualları cavablandırılıb, rəy və təkliflər dinlənilib. Bu təşəbbüs SOCAR-da davamlı istedad inkişafına, bilik mübadiləsinin gücləndirilməsinə və insan kapitalının strateji idarə edilməsinə xidmət edir.
Ombudsman Səbinə Əliyeva öz hesabında WUF çərçivəsində keçirilən tədbirlə bağlı fikirlərini bölüşüb. “WUF çərçivəsində keçirilən tədbirlər zamanı əlilliyi olan şəxslərlə görüşmək, onların səmimi enerjisini və həyata baxışını yaxından hiss etmək mənim üçün xüsusi əhəmiyyət daşıdı. Bir daha əmin oldum ki, inklüziv cəmiyyət yalnız hüquqi anlayış deyil bu, hər bir insanın özünü dəyərli, bərabər və cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etdiyi həyat modelidir. Əlilliyi olan şəxslərin təhsildə, ictimai həyatda, şəhər mühitində və bütün digər sahələrdə fəal iştirakı insan hüquq və azadlıqlarının […]
Mayın 25-i saat 00:00-dan dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycanla Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər. Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycanla Gürcüstan arasında sərnişin daşımalarına […]
2026-cı ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan pərakəndə satış üçün qablaşdırılmış uşaq yeməklərinin ən bahalıları Avstriya mənşəli məhsullar olub. Hesabat dövründə Rusiyadan 198,32 ton həcmində uşaq yeməyi idxal olunub. İdxalın ümumi dəyəri 2 milyon 162 min 740 dollar təşkil edib. Beləliklə, bu ölkədən gətirilən məhsulun 1 kilosunun orta qiyməti 10,91 dollar və ya təxminən 18,54 manat olub. Niderlanddan idxal edilən 68,25 ton məhsul üçün 952 min dollar ödənilib. Bu isə 1 kilo üçün orta hesabla 13,95 dollar və ya 23,71 […]
Türk Dövlətləri Təşkilatını gücləndirən əsas amillərdən biri ictimai diplomatiya və ictimai dialoqdur. Bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxış edən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov bildirib. O qeyd edib ki, türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq əsasında formalaşan əməkdaşlıq platforması Türk dünyasının vahid ailə kimi birləşməsinə mühüm töhfə verir. “Bu əməkdaşlıq müstəvisi Türk dünyasını XXI əsrdə Avrasiyanın nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirməkdədir. Qeyri-hökumət təşkilatları […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib. Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin onda dərin təəssürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar ölkəmizin tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğuladı, onların sessiyanın daha məzmunlu keçirilməsinə zəmin yaratdığını qeyd etdi. Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlıq edən qonaq ölkəmizin bu tədbirə möhtəşəm ev sahibliyi edəcəyinə əminliyini bildirdi. Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək […]
Ölkə ərazisinin əksər rayonlarında arabir yağış yağır, şimşək çaxır. Yağıntılar bəzi yerlərdə leysan xarakterlidir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, saat 12:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Gədəbəydə 11, Ordubad və Naxçıvanda 8, Şərurda 7, Daşkəsən və Culfada 6, Şəmkir və Şahbuzda 5, Göygöl, Gəncə, Lənkəran və Yardımlıda 4, Sədərəkdə 3, Astara, Lerik və Tovuzda 2, Ağstafa, Goranboy, Balakən, Qax, Zaqatala, Şəki, Quba, Qusar, Şahdağ, Sabirabad, Biləsuvar, Cəlilabad, Naftalan, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə […]
Sabah, mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Mayın 22-də başa çatacaq sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub. Forum yalnız urbanistika və memarlıq sahəsinin deyil, həm də sosial inkişaf, iqtisadi transformasiya, iqlim dəyişiklikləri və insan rifahı ilə bağlı qlobal məsələlərin müzakirə edildiyi ən böyük beynəlxalq platformalardan biri hesab olunur. […]
İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. Yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib. Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır.
7-9 may tarixlərində Tbilisi şəhərində Gürcüstanın Milli İcra Bürosunun təşkilatçılığı ilə “Müasir ədliyyədə icra məmurunun transformasiya olunan rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti də iştirak edib. Konfrans çərçivəsində müasir icra sistemlərinin inkişaf istiqamətləri, icra məmurunun dəyişən peşə rolu, rəqəmsal icra infrastrukturu, insan hüquqları və şəffaflıq prinsipləri, habelə onlayn satışlar və yaşayış sahələrindən çıxarılma proseslərində mütənasiblik məsələləri ətrafında müzakirələr aparılıb. Konfransda bildirilib ki, müasir icra sistemi artıq yalnız məhkəmə qərarlarının məcburi icrası mexanizmi deyil, həm […]
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Pakistan İslam Respublikasına səfəri çərçivəsində Pakistanın federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb. Görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.Söhbət zamanı hüquq sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, bu istiqamətdə 2024-cü ildə imzalanmış Əməkdaşlıq Memorandumunun və Memorandumun icrasını nəzərdə tutan Əməkdaşlıq Proqramının münasibətlərin dinamikasını daha da gücləndirəcəyi vurğulanıb. Əməkdaşlıq Proqramının icrası məqsədilə hazırlanmış Fəaliyyət Planı çərçivəsində ədliyyə sahəsində süni intellektin […]
2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə 19 may 2026-cı il tarixindən etibarən bq.edu.az portalı vasitəsilə həyata keçirilən yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılacaq. Bununla yanaşı, fasilə müddətində sistemdə olan, lakin hələ təsdiqlənməmiş sorğular silinəcək. Qeyd edək ki, bq.edu.az vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir. Dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşıladı. Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdirdilər. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib. Prezident İlham Əliyevin çıxışı-Hörmətli Kasım-Jomart Kemeleviç. Hörmətli dövlət başçıları. İlk növbədə, göstərilən səmimi qonaqpərvərliyə görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Qədim və zəngin tarixi-mədəni irsə malik Türküstan […]
Slovakiyanın Milli Şurasının sədri Rixard Raşi ölkəmizə rəsmi səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və protokol əməkdaşları qarşılayıblar.
Hazırda Bakı Metropolitenini dünyada xidmət göstərən 213 metropolitenlə müqayisə etsək, sıxlıq dərəcəsinə görə top onluqda yerləşir. Modern.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına müsahibəsində deyib. Onun sözlərinə görə, cari operativ işlər sərnişin sıxlığının azaldılmasına fokuslanıb: “Hazırda Bakı Metropolitenini dünyada xidmət göstərən 213 metropolitenlə müqayisə etsək, sıxlıq dərəcəsinə görə top onluqda yerləşir. Qısa müddətdə infrastrukturu genişləndirmək mümkün olmadığını nəzərə alaraq, daha çox intervalları azaltmaqla sərnişin sıxlığını qismən aradan qaldırmaq […]
“MV Hondius” kruiz gəmisində aşkarlanan hantavirus virusu dünyanı narahat etməyə başlayıb. Gəmi aprelin 1-də Argentinanın Uşuaya şəhərindəki limandan ayrılıb. Redaksiya Demokrat.az-a istinadən xəbər verir ki, ilk yoluxma halı niderlandlı kişi sərnişində qeydə alınıb və o, aprelin 11-də gəmidə həyatını itirib. Meyit aprelin 24-dək gəmidə qalıb. Daha sonra həyat yoldaşı ilə birlikdə Sent-Helena adasında sahilə çıxarılıb. Təxliyə zamanı yüngül simptomlar göstərən qadın Cənubi Afrikanın Yohannesburq şəhərinə gedərkən vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib və aprelin 26-da vəfat edib. Gəmidə olan Almaniya vətəndaşı […]
2026-cı ilin 12 may tarixində “Ana Vətən Aqro” MMC tərəfindən Gürcüstan Respublikasının “Universal Business Company” şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 134 baş kəsim üçün gətirilmiş diri iribuynuzlu heyvan “Qırmızı Körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq kliniki müayinədən keçirilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb: “Aparılan kliniki baxış zamanı 2 baş heyvanda şübhəli əlamətlər müşahidə olunub. Belə ki, heyvanlarda ümumi vəziyyətin zəifləməsi, davamlı müvazinət pozuntuları və temperaturunun normadan yüksək olması […]
Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək. Monitorinq çərçivəsində mayın 13-də saat 10:00–14:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq. Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge […]
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin X sosial media hesabında bildirilib. Telefon danışığı zamanı liderlər Azərbaycan ilə Pakistan arasındakı qardaşlıq və strateji münasibətləri bir daha təsdiqləyib, energetika, ticarət və xalqlararası təmaslar da daxil olmaqla, əsas sahələr üzrə əməkdaşlığın davamlı olaraq genişlənməsini məmnunluqla qeyd ediblər. Baş nazir Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasının əhəmiyyətini və Azərbaycanın qlobal şəhərsalma gündəliyinin irəli aparılmasında ev sahibi kimi rolunu vurğulayıb. Prezident İlham […]
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək. Əməliyyat Şirkətindən verilən məlumata görə, monitorinq çərçivəsində mayın 13-də saat 10:00–14:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq. Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə […]
12 may tarixində Medianın İnkişafı Agentliyi tərəfindən deputat və ekspertlərin iştirakı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib. Dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, regional və qlobal çağırışların geniş vüsət aldığı müasir dövrdə davamlı sülhün təmin olunması, təhlükəsizliyin möhkəmləndirilməsi və dayanıqlı inkişaf mühitinin formalaşdırılması dövlətlərin əsas prioritetlərindəndir. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət regionda əməkdaşlıq münasibətlərinin genişlənməsi, […]
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin fərdi layihələr kateqoriyası üzrə qalibi olan “Öyrən, Layihələndir, Paylaş! Sinifdə Layihə Əsaslı Öyrənməyə Keçid” adlı qrant layihəsi yekunlaşıb. Qeyd edək ki, layihə çərçivəsində ilkin mərhələdə 10–12 müəllimə layihə əsaslı öyrənmə metodikası ilə bağlı məlumatlar təqdim olunub, mövzu ətrafında müzakirələr aparılıb. Yekunlaşdıqdan sonra videoların çəkilişinə başlanılıb. Ümumilikdə 8 video hazırlanıb. Videolar vasitəsilə layihə əsaslı dərsin planlaşdırılması, problem qoyuluşu və nəticəyönümlü fəaliyyət nümunələri, tətbiq mərhələləri, […]
Mayın 12-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə dövlət rəsmiləri, media nümayəndələri, ekspertlər və ictimai xadimlər iştirak ediblər. Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, bu gün Azərbaycanın əldə etdiyi tarixi Qələbənin yalnız hərbi və geosiyasi əhəmiyyətindən deyil, eyni zamanda, onun mənəvi üstünlüyündən də danışmaq lazımdır. Azərbaycan öz gücü ilə regionda sülh modeli formalaşdıran dövlətə çevrilib və bu model artıq beynəlxalq səviyyədə diqqətlə izlənilir. “Prezident İlham […]
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman […]
Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib. Sonra dövlətimizin başçısı Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub.
Müasir dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda əziz xatirəsini dərin ehtiramla anmışlar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulmuşdur. DTX-nin akt zalında davam etdirilən mərasimdə Ulu Öndərin və ölkəmizin suverenliyi naminə canından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Tədbirdə məruzə ilə çıxış edən DTX-nin rəisi […]
2026-cı il mayın 1-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 40-dan artıq yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və “Böyük Qayıdış” prosesi çərçivəsində 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə (kənd və qəsəbə ilə birlikdə) şəhərsalma […]
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. […]
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. […]
Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür. Bu münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər. Dövlət başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə anıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dövlət başçısı və birinci xanım Ulu […]
Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə C.Naxçıvanski adına hərbi liseydə Ümummilli Lider Heydər Əliyev anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər irsi və milli hərbi təhsilin inkişaf yolu” adlı tədbir keçirib. Tədbirin əvvəlində C.Naxçıvanski adına hərbi liseydə yaradılmış “Heydər Əliyev muzeyi” ziyarət olunub, muzeydə Ümumi Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülərək, əziz xatirəsi dərin ehtiramla yad edilib. Hərbi prokuror Bəhruz Əhmədov tədbirdə çıxış edərək, Azərbaycan tarixində ilk dəfə Ulu […]
Azərbaycan–Türkiyə Birgə Media Platforması iki ölkə mediasının əlaqəli və səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan platforma çərçivəsində müvafiq işlər görür. Medianın İnkişafı Agentliyindən verilən məlumata görə, bunu qurumun icraçı direktoru Əhməd İsmayılov İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitindəki çıxışı zamanı deyib. Beynəlxalq əməkdaşlığa toxunan Əhməd İsmayılov qeyd edib ki, Medianın İnkişafı Agentliyi və bir sıra xarici ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığa dair ikitərəfli sənədlər mövcuddur: “Bu sənədlər çərçivəsində milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, media sahəsində qarşılıqlı […]
Xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % təşkil edəcək. Azərbaycanın […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşıladı. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin […]
Budapeştdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb. Bu barədə Hikmət Hacıyev “X” hesabında bildirib. “Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, – deyə Prezidentin köməkçisi əlavə edib.
“Macarıstan Baş nazirinin milli təhlükəsizlik müşaviri Marsel Biro ilə Budapeştdə yüksək məhsuldar görüş keçdi”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” səhifəsində məlumat verib. O bildirib ki, görüş Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub. “Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq bütün sahələrdə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, ortaq tarixi, etnik […]
Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv xarakterli olacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Azərbaycanın bəzi rayonlarında martın 27-dən 31-dək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Martın 27-28-də ayrı-ayrı yerlərdə Quba-Qusar (Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz), Dağlıq Şirvan (Şamaxı, Ağsu, Qobustan) Mərkəzi Aran (Hacıqabul, Neftçala, Sabirabad, […]
Ölkəyə dəniz yolu ilə külli miqdarda qaçaqmal siqaret keçirilməsi ilə bağlı ittiham olunan zabitlərdən daha birinin həbs müddəti uzadılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Neftçala sahil mühafizəsinin bölmə rəisi kapitan Vüsal Sadıqov yenidən məhkəməyə çıxarılıb. Prokuror irihəcmli cinayət işi üzrə 3 aylıq müddətin kifayət etmədiyini deyib, istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq təqsirləndirilən şəxsin həbsdə qalmasının davamına qərar verilməsini xahiş edib. Müdafiə tərəfinin etirazına baxmaraq, hakim təqdimatı əsaslı hesab edib. Qərara əsasən, kapitan Sadıqovun həbsdə saxlanılma müddəti daha 3 […]
Azərbaycanda məktəbəqədər təhsil xidmətlərindən istifadə edən beşyaşlı uşaqların nisbəti 2016-cı ildəki 25 faizdən 2021-ci ildə 92 faizə yüksələrək şəhər və kənd yerləri arasında əlçatanlıq fərqini faktiki olaraq aradan qaldırıb. Analoji irəliləyiş Özbəkistanda da qeydə alınıb. Burada məktəbəqədər təhsilə qəbul cəmi yeddi il ərzində üç dəfə artıb. Hökumətin səyləri paytaxt və digər bölgələr arasında uşaq bağçalarına çıxışdakı fərqləri aradan qaldırıb. Bu rəqəmlər təhsilin vəziyyəti ilə bağlı əsas qlobal məlumat mənbəyi olan UNESCO-nun 2026-cı il Qlobal Təhsil Monitorinqi Hesabatında yer alıb. Çərşənbə […]
İrana qarşı quru əməliyyatı başlayarsa, Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər. Bu barədə “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb. “Bab əl-Məndəb Süveyş kanalına gedən gəmilərin əhəmiyyətli bir hissəsini idarə edən vacib dəniz dəhlizidir. Boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Yəmən ilə Eritreya arasında uzanır”, – məlumatda bildirilib. Qeyd edək ki, ABŞ-nin İranın Xark adasını ələ keçirmək üçün quru əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb.
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər […]
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyası Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikası ərazisindən olunan PUA hücumlarına dair Bəyanat qəbul edib. Bəyanatda deyilir: “2026-cı il martın 5-də Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən partlayan döyüş başlığı ilə təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirilib. PUA-lardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını zədələyib, digəri isə Babək rayonunun Şəkərabad kəndində orta məktəb binasının yaxınlığına düşüb. Hücumlar zamanı dörd nəfər mülki şəxsin xəsarət aldığı […]
Dünya bazarlarında neftin qiyməti kəskin bahalaşaraq son ayların ən yüksək səviyyəsinə çatıb. BAKU.WS xəbər verir ki, beynəlxalq etalon hesab olunan “Brent crude oil” markalı neftin qiyməti bir barel üçün 87 dollar həddini keçib və bu göstərici 5 iyul 2024 tarixindən bəri ilk dəfə qeydə alınıb. Məlumata görə, Londonun “ICE Futures Europe” birjasında may ayı üzrə Brent fyuçerslərinin qiyməti 87,21 dollar təşkil edib. Bu isə əvvəlki ticarət sessiyası ilə müqayisədə təxminən 1,8 dollar və ya 2 faizdən çox artım deməkdir. Eyni […]
Prezident İlham Əliyevin dünənki fikirləri açıq bir mesajdır. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə martın 5-də Təhlükəsizlik Şurasında Prezident İlham Əliyevin İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatlarına toxunarkən deyib. “Dünən İran XİN rəhbəri ilə telefon danışığımızda məsələni müzakirə etdik. İran tərəfi məsələni ciddi şəkildə araşdırmağa söz verdi, biz də nəticələri gözləyirik”. C.Bayramov həmçinin bildirib ki, dövlət başçısı ötən gün baş verən dron hücumu ilə bağlı müvafiq tapşırıqlar verib: […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib. Qəbula görə dövlətimizin başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı. Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını […]
SOCAR prezidenti Rövşən Nəcəf Kot-d’İvuar Respublikasının Abican şəhərində səfərdə olub. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və SOCAR-ın nümayəndələrindən ibarət heyətin səfəri çərçivəsində Kot-d’İvuarın Xarici İşlər Nazirliyinin və enerji sektoru üzrə yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib. Qeyd edək ki, səfərdə Xarici İşlər Nazirliyi nazir müavini Yalçın Rəfiyev və müşayiət edən əməkdaşlar tərəfindən təmsil olunub. Kot-d’İvuarın Mədənlər, Neft və Energetika Nazirliyinin, həmçinin Nazirliyin Karbohidrogenlər üzrə baş direktorluğunun, eləcə də Kot-d’İvuarın milli neft şirkəti olan “PetroCI”nin rəhbər heyəti ilə görüşlərdə […]
Gəncədə iri ticarət mərkəzlərindən biri olan “Xəmsə Park”da yanğın başlayıb. “Qafqazinfo” xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. *** Yanğının ticarət mərkəzinin mətbəx hissəsində başladığı bildirilir. Artıq yanğın söndürülüb. *** Ticarət mərkəzində ümumi sahəsi 250 kv.m olan köməkçi otağın 10 kv.m-də yanğın baş verib. Hadisə yerinə 4 yanğınsöndürən avtomobil və canlı qüvvələr cəlb olunub. Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
5 Mart 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının,hüquq-mühafizə orqanlarının, Neftçala rayon gənclər və idman və eləcə də təhsil sektorlarının rəhbərləri, idmançılar və məşqçi-müəllimlər iştirak edib.İlk öncə tədbir iştirakçıları tərəfindən […]
Ötən gün İranın Naxçıvana dron hücumundan sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin istənilən əməliyyatı keçirməyə hazır olmalı olduğunu vurğulayıb. “Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”, – Azərbaycan lideri qeyd edib. Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında 1 nömrəli səfərbərlik hərbi termininin izahı qeyd olunub. “1 nömrəli səfərbərlik – silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların […]
Martın 5-də Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu cür müsabiqələrin istedadlı uşaqları aşkarlamağa, onların innovativ qabiliyyətini inkişaf etdirməyə kömək etdiyini qeyd edib, hər bir gəncin ölkənin yüksəlişinə töhfə verməli olduğunu vurğulayıb. Dəyişən dünya üçün gənclərimizin həm bilikli, həm də lazımi bacarıqlara malik yetişdirilməsinin mühümlüyünü qeyd edən Firudin Qurbanov […]
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. Sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub. Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir. Qeyd edək ki, V.Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi. (Bakupost)
Belqradda Azərbaycan və Serbiya liderlərinin mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini bir daha nümayiş etdirib. Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı bildirib ki, Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiç tərəfindən səsləndirilən mesajlar göstərir ki, Azərbaycan-Serbiya tərəfdaşlığı klassik ikitərəfli münasibətlər modelindən çıxaraq regional enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı və geoiqtisadi inteqrasiya platformasına çevrilir. “Son beş ildə Azərbaycan ilə Serbiya arasında xarici ticarət dövriyyəsinin 15 dəfə artaraq […]
Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Bu gündən etibarən Azərbaycan universitetlərində yaz semestri başlayır. “Qafqazinfo” xəbər verir ki, dərslərin başlaması ilə paytaxtda nəqliyyatın sıxlığı bir az da artıb. Yaz semestri mayın 31-də başa çatacaq. Qeyd edək ki, yaz semestrinin başa çatmasından sonra ali təhsil müəssisələrində yay imtahan sessiyası təşkil olunacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gəlib. Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşıladı.
Xəbər verdiyimiz kimi, Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən, “Pitomnik bağı” kimi tanınan ərazidə parkın ləğv edilməsi ilə bağlı məlumat yayılıb. “Qafqazinfo” məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanlayıb. Birlikdən saytımıza bildirilib ki, son vaxtlarda Binəqədi rayonu 6-cı mikrorayonda yerləşən və sakinlərin “Pitomnik bağı” adı ilə tanıdığı ərazidə abadlıqla bağlı mütəmadi iməcliklər keçirilir: “Şəhərin sıx yaşayış massivlərindən birində yerləşən bu, yaşıl ekoloji tarazlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Sözügedən ərazi daim nəzarətdə saxlanılır. İməcliklər zamanı ərazidə təmizlik […]
Özbəkistan Respublikasının Daşkənd şəhərində 10–13 fevral 2026-cı il tarixlərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının ICESCO İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir. Sessiya çərçivəsində fevralın 10-da İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunmuş nominasiyalar müzakirə edilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və “Şuşa Şəhər Dövlət Qoruğu” nominasiya fayllarının ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub. Azərbaycanın mədəniyyət beşiyi və incisi sayılan qədim Şuşa […]
13–14 fevral 2026-cı il tarixlərində Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilir. Bu barədə Ermənistan mətbuatı yazıb. Təşəbbüsün əsas iştirakçıları ilə yanaşı, tədbirdə hər iki tərəfdən geniş nümayəndə heyəti iştirak edir. Azərbaycan nümayəndə heyəti bütün müvafiq prosedurları yerinə yetirdikdən sonra quru sərhədindən keçərək Ermənistana çatıb. Bu, iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım kimi qiymətləndirilir. Müzakirələr zamanı tərəflər 8 avqust 2025-ci ildə Vaşinqton Zirvə Görüşü zamanı təsdiqlənmiş […]
Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub. Bunu Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib. “Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq”, – deyə dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib. Redaksiya xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı suala cavabında deyib: “Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.
Pul itkisinə yol vermədən “bir çoxuna satış” modelini necə düzgün tətbiq etmək olar. “Bir çoxuna satış” modeli bir çox təsisçiyə cazibədar görünür. Məhsulu bir dəfə yaradırsan, paylaşır və dəniz kənarında oturaraq pul qazanırsan. Bunun arxasında məntiq var — təsisçilər, sahibkarlıq fəaliyyəti olmayan şəxslərlə müqayisədə 30 faiz bəndi daha qeyri-sabit gəlirə malik olurlar. Bu səbəbdən, sabit passiv gəlir axını vədi biznes sahibləri üçün cəlbedici görünür. Amma reallıqda bir çox təsisçi bu modelin cazibəsinə aldanaraq böyük məbləğdə pul itirir. Çünki onlar bunun da ciddi […]
Müştərilərinə innovativ bankçılıq həlləri təqdim edən “Rabitəbank” “Rabita Mobile” tətbiqi üzərindən istifadəyə verdiyi “Rabita Invest” xidməti ilə investisiya prosesini daha rahat və əlçatan edib. ABŞ birjalarında yer alan “Tesla”, “Microsoft”, “Nvidia”, “Apple” və digər minlərlə beynəlxalq şirkətin səhmlərini, eyni zamanda ETF-ləri həm tam, həm də hissəvi şəkildə almaq mümkündür. Hətta səhmin bir hissəsinə yatırım imkanından yararlana bilirlər. Xidmət investisiyaya yeni başlayanlar üçün sadə interfeys, təcrübəli investorlar üçün isə çevik və funksional alətlər təqdim edir. Platformanın əsas üstünlükləri arasında sürətli mədaxil […]
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib. BAKU.NEWS xəbər verir ki, sorğuda iştirak haqqı 108 manatdır. İddiaçılar təkliflərini fevralın 13-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 20 ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu sorğunun qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub. Şirkətə 38 940 manat ödənilib.
Səhər yeməyi sadəcə bir vərdiş deyil, günün necə keçəcəyini müəyyən edən əsas amillərdən biridir. Bir çox insan üçün bu yemək tələsik içilən qəhvə və ötəri bir şirniyyatla əvəz olunur. Halbuki orqanizm məhz səhər saatlarında düzgün “yanacağ”a ehtiyac duyur. Gecə boyunca bədən enerji ehtiyatlarını xərcləyir. Səhər yeməyi isə bu ehtiyatları yenidən doldurur, xüsusilə də yüksək enerji tələbatı olan beynin fəaliyyətini bərpa edir. Nəticədə diqqət, yaddaş və düşünmə qabiliyyəti daha stabil olur. Mütəxəssislərin fikrincə, səhər yeməyi qan şəkərinin kəskin enib-qalxmasının qarşısını alır, […]
Yanvarın 30-da Azərbaycan Respublikası İqtisadi Şurasının iclası keçirilib. Nazirlər Kabinetindən bildiriblər ki, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibədən irəli gələn tapşırıqlar və 2025-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2026-cı il üzrə Fəaliyyət Planı, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 2025-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair Hesabat, […]