❌

Normal görünüm

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.
Dünden önceki güninter.az

“Ege Hospital” məhkəmədə uduzdu – Pasiyentə təzminat ödəyəcək

“Ege Hospital”da uğursuz əməliyyat keçirən vətəndaş klinikanı məhkəməyə verib. O, sözügedən klinikada müxtəlif vaxtlarda müayinələrə cəlb olunduğunu və yekunda həkim tərəfindən vətəndaşa “Tiroid gl-ın diffuz exostruktur dəyişikliyi-hiperplaziyası (autoimmun tiroidit lehinə dəyərləndirilmişdir) sağ pay aşağı qütbündə paratireoid adenoması” diaqnozu qoyulduğunu bildirib. Bundan sonra, iddiaçı “paratiroidektomiya” əməliyyatına göndərilib. Vətəndaşın əməliyyatdan sonra sağlamlığında müsbət yöndə dəyişikliklərin olmamasını əsas gətirib və həkim ona ikinci əməliyyata ehtiyac olduğunu bildirib.  Lakin “Ege Hospital”a inamı qalmayan pasiyent Türkiyəyə üz tutub və burada özəl xəstəxanaların birində əməliyyat olunub. Bundan […]

Source

Dünəndən bəri Bakıda 41 ağac sınıb – OPERATİV MƏLUMAT

Dünəndən əsən güclü külək nəticəsində 41 ağac sınıb, 64 ağacın budaqları qopub. Bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsindən bildirilib. Qeyd edilib ki, bununla əlaqədar gecə ərzində birliyin briqadaları sınan ağacların götürülməsi və ərazilərin təmizlənməsi ilə məşğul olublar. Hazırda işlər davam edir.

Source

“Bravo”nu su basdı, məhsullar məhv oldu – VİDEO

Paytaxtda ötən gün qeydə alınan qeyri-sabit hava şəraiti və intensiv yağan güclü yağışlar şəhər infrastrukturuna ziyan vurmaqla yanaşı, ticarət obyektlərində də ciddi fəsadlar törədib. Güclü yağıntı nəticəsində Bakıda fəaliyyət göstərən “Bravo” supermarketlər şəbəkəsinin mağazalarından birini su basıb. Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdən aydın olur ki, daxili drenaj sisteminin və ya dam örtüyünün yağıntı sularının həcmini qarşılaya bilməməsi səbəbindən tonlarla su birbaşa ticarət zalına dolub. Hadisə zamanı marketin rəflərində və vitrinlərində olan çoxlu sayda ərzaq və qeyri-ərzaq məhsulları su altında qalaraq […]

Source

💾

💾

Azərbaycanda Qurban bayramı qeyd edilir

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir. Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib. Bayramla əlaqədar bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət […]

Source

Bakıya diametri 4 mm olan dolu düşüb

Bakıda və Abşeron yarımadasına düşən dolunun diametri 4 mm-dək qeydə alınıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir. Qeyd edək ki, ölkə ərazisinin bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.

Source

WUF13-də miqrasiya və şəhərlər mövzusunda yüksək səviyyəli panel müzakirələri keçirilib

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə “Miqrasiya və şəhərlər: təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda yüksək səviyyəli panel müzakirələri baş tutub. Dövlət qurumları, beynəlxalq təşkilatlar, yerli idarəetmə orqanları, akademik dairələr, vətəndaş cəmiyyəti, gənclər və icmaların iştirakı ilə təşkil edilən yüksək səviyyəli panel müzakirələrinin məqsədi miqrasiya və urbanizasiya proseslərinin şəhərlərin dayanıqlı inkişafına təsiri barədə qlobal səviyyədə məlumatlılığı artırmaq və beynəlxalq əməkdaşlığı təşviq etmək olub. […]

Source

Magistraturaya qəbul imtahanında təkrar iştirak üçün qeydiyyat elan edilir

14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak üçün qeydiyyat elan edilir. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, bakalavrların ərizə qəbulu 23 may saat 23:59-dək internet vasitəsilə aparılır. İmtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər. 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş […]

Source

İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib. Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin onda dərin təəssürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar ölkəmizin tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğuladı, onların sessiyanın daha məzmunlu keçirilməsinə zəmin yaratdığını qeyd etdi. Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlıq edən qonaq ölkəmizin bu tədbirə möhtəşəm ev sahibliyi edəcəyinə əminliyini bildirdi. Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək […]

Source

Sabah Bakıda WUF13 başlayır

Sabah, mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Mayın 22-də başa çatacaq sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub. Forum yalnız urbanistika və memarlıq sahəsinin deyil, həm də sosial inkişaf, iqtisadi transformasiya, iqlim dəyişiklikləri və insan rifahı ilə bağlı qlobal məsələlərin müzakirə edildiyi ən böyük beynəlxalq platformalardan biri hesab olunur. […]

Source

Nazir Fərid Əhmədov Pakistanda mühüm görüşlər keçirib – FOTOLAR

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Pakistan İslam Respublikasına səfəri çərçivəsində Pakistanın federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb. Görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.Söhbət zamanı hüquq sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, bu istiqamətdə 2024-cü ildə imzalanmış Əməkdaşlıq Memorandumunun və Memorandumun icrasını nəzərdə tutan Əməkdaşlıq Proqramının münasibətlərin dinamikasını daha da gücləndirəcəyi vurğulanıb. Əməkdaşlıq Proqramının icrası məqsədilə hazırlanmış Fəaliyyət Planı çərçivəsində ədliyyə sahəsində süni intellektin […]

Source

Sabahın hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % təşkil edəcək. Azərbaycanın […]

Source

Temperatur 5° enəcək, külək güclənəcək — Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv xarakterli olacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Azərbaycanın bəzi rayonlarında martın 27-dən 31-dək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Martın 27-28-də ayrı-ayrı yerlərdə Quba-Qusar (Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz), Dağlıq Şirvan (Şamaxı, Ağsu, Qobustan) Mərkəzi Aran (Hacıqabul, Neftçala, Sabirabad, […]

Source

❌
❌