❌

Normal görünüm

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.
Dünden önceki güninter.az

Bakıda avtomobil körpüdən köməkçi yola aşıb

Avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb Bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb. Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.

Source

Bakıda məktəbdə baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA

Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması zamanı yaranmış insident təhsili idarəetmə qurumları tərəfindən nəzarətə götürülüb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, hadisənin şahidləri olan pedaqoji kollektivin üzvləri, şagird və valideynlərin iştirakı ilə aidiyyəti üzrə müvafiq araşdırmanın aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək. “Qeyd edək ki, məsələ ilə bağlı polis orqanları tərəfindən də müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri […]

Source

Orta məktəbdə şagirdlər arasında zəhərlənmə olub

Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb. İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Source

Qəbələdə güclü sel Laza yolunu dağıdıb – FOTOLAR

Ötən gün Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü leysan yağışları Qəbələ-Laza avtomobil yolunda ciddi fəsadlar törədib. Mütəmadi aparılan bərpa işlərinə baxmayaraq, növbəti güclü yağışların səbəb olduğu sel suları yolun müəyyən hissələrini yuyaraq yararsız hala salıb. Bu səbəbdən nəqliyyatın hərəkətində çətinliklər yaranıb və əraziyə gələn turistlərin kəndə gedişi məhdudlaşıb. Qəbələ Rayon Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən verilən məlumata görə, Dəmiraparançaya gələn güclü sel Laza yolunun bir hissəsini tamamilə sıradan çıxarıb. Hazırda idarənin bir ədəd “Shantui SD-22” markalı buldozeri əraziyə cəlb olunub […]

Source

Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanılıblar

Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlanılıblar. Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib. Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən isə nağd pul vəsaiti və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən H.Məsimzadə və E.Zeynalov da müəyyən olunaraq saxlanılıblar. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Source

Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb

Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib. Bildirilib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində avqustun 21-də mina partlayışı hadisəsi baş verib: “Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır”. “ANAMA, AR […]

Source

Bakıda vəzifəli şəxs həbs edildi

Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini həbs edilib. Redaksiya APA-ya istinadən xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə […]

Source

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanılıb

Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək istəyən şəxslərin vəsaitlərini oğurlayan 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib ki, o, bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək etmək adı ilə onların kartlarındakı vəsaitləri ələ keçirib. Araşdırmalar zamanı onun bu üsulla ümumilikdə 7 nəfərin pulunu taladığı məlum olub. Faktlarla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Source

Ömər aşırımında iki hərbçimiz dərəyə yıxılıb – Biri həlak oldu

Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər. Redaksiya xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub, vəziyyəti stabildir: “Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmayıb: Müdafiə […]

Source

“Bravo”nu su basdı, məhsullar məhv oldu – VİDEO

Paytaxtda ötən gün qeydə alınan qeyri-sabit hava şəraiti və intensiv yağan güclü yağışlar şəhər infrastrukturuna ziyan vurmaqla yanaşı, ticarət obyektlərində də ciddi fəsadlar törədib. Güclü yağıntı nəticəsində Bakıda fəaliyyət göstərən “Bravo” supermarketlər şəbəkəsinin mağazalarından birini su basıb. Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdən aydın olur ki, daxili drenaj sisteminin və ya dam örtüyünün yağıntı sularının həcmini qarşılaya bilməməsi səbəbindən tonlarla su birbaşa ticarət zalına dolub. Hadisə zamanı marketin rəflərində və vitrinlərində olan çoxlu sayda ərzaq və qeyri-ərzaq məhsulları su altında qalaraq […]

Source

💾

💾

İsmayıllı-Lahıc yolunda uçqun oldu – Hərəkət dayandı – Fotolar

İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. Yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib. Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır.

Source

Gəncədə “Xəmsə Park”da yanğın olub

Gəncədə iri ticarət mərkəzlərindən biri olan “Xəmsə Park”da yanğın başlayıb. “Qafqazinfo” xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. *** Yanğının ticarət mərkəzinin mətbəx hissəsində başladığı bildirilir. Artıq yanğın söndürülüb. *** Ticarət mərkəzində ümumi sahəsi 250 kv.m olan köməkçi otağın 10 kv.m-də yanğın baş verib. Hadisə yerinə 4 yanğınsöndürən avtomobil və canlı qüvvələr cəlb olunub. Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Source

Rusiyanın raketi səfirliyimizin ərazisinə DÜŞDÜ: Kiyevdə NƏLƏR YAŞANIR? – EKSKLÜZİV GÖRÜNTÜLƏR

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib. Raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük yarıq əmələ gəlib. “AzTV Xəbər” həmin ərazidən eksklüziv görüntülər təqdim edib.

Source

2 tona yaxın yararsız əti keyfiyyətli ət kimi satışa çıxardılar

Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında bildirilib. Qeyd edilib ki, nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub. Araşdırmalarla müəyyən edilib […]

Source

İrandan dəniz yolu ilə Azərbaycana yarım ton narkotik keçirməyə cəhd edən mütəşəkkil qrup saxlanılıb

Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb. Məlumata görə, Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılmış, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə […]

Source

Bakıda belinə banka qoyulan qadın yanıq xəsarətindən ölüb

Bakıda belinə banka qoyulan qadın yanıb. Bu il fevralın 8-də Elnarə Əliyeva qonşusu və Sədərək Ticarət Mərkəzində birlikdə işlədiyi Sədaqət Nəbiyevanın soyuqlaması səbəbindən belinə banka qoyub. Elnarə Əliyeva bankanı diqqətsiz saxladığından əlindən sürüşərək içindəki etil spirti Sədaqət Nəbiyevanın bel və kürək nahiyələrinə tökülüb. Bu zaman E.Əliyevanın digər əlində olan alışqandan Sədaqətin bel və kürək nahiyəsinə tökülən spirt yanmağa başlayıb. Bədənin 30-35 faizi yanıq xəsarətləri alan qadın hadisədən 15 gün sonra ölüb. Faktla bağlı Elnarə Əliyevaya Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqda adam […]

Source

152 kiloqramdan artıq marixuana aşkar edilib

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib. Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı yükün içərisində falqaya bükülmüş şəkildə, kahı formasına salınan və gömrük nəzarətindən gizlədilən 478 ədəd bağlamada qablaşdırılma ilə birlikdə ümumi təqribi […]

Source

❌
❌