❌

Normal görünüm

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.
Dünden önceki güninter.az

Aynur Süleymanlı vəzifəsindən azad olunub

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş direktoru Aynur Süleymanlı vəzifəsindən azad olunub. Bununla bağlı bankın İdarə Heyətinin sədri Abbas İbrahimov müvafiq əmr imzalayıb. Bununla da, “Azərbaycan Beynəlxalq Bankı”nın baş direktorlarının sayı 6-ya düşüb. Qeyd edək ki, A. Süleymanlı ötən ay Özbəkistandakı “ABB Davr Bank”ının İdarə Heyəti sədrinin müavini təyin edilib. O, yeni vəzifəyə hımin bankın 51%-lik nəzarət paketini əldə etməsindən sonra gətirilib.Onu da qeyd edək ki, Aynur Süleymanlı 2018-ci ilin fevralından ABB-nin baş direktoru vəzifəsində çalışıb və bankda insan resursları və […]

Source

AMB: Median aylıq kirayə haqqı 1 000 manatdan aşağı düşüb

Azərbaycanda median aylıq kirayə haqqı 1 000 manatdan aşağı düşüb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən iyun ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 917 manat təşkil edib ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 23 il olmasını şərtləndirir. 2025-cü ilin sonu ilə müqayisədə kapitalizasiya müddətində 2,1 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin […]

Source

ABB “Davr Bank”ın rəhbərliyini yenidən formalaşdıracaq

Oktyabrın 9-da ABB-nin 51%-nə nəzarət etdiyi Özbəkistanın “Davr Bank”ının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə bankın adının dəyişdirilməsi, Müşahidə Şurasının tam, İdarə Heyətinin isə qismən yenidən formalaşdırılması, dividend siyasətinin yenilənməsi və daxili sənədlərin təsdiqi məsələləri daxildir. Qeyd edək ki, ABB Özbəkistan bazarında genişlənmə strategiyası çərçivəsində “Davr Bank”a 100 milyon ABŞ dollarından çox vəsait yatıraraq nəzarəti əldə edib. Bank bu ölkədə “ABB Davr Bank” brendi ilə fəaliyyət göstərəcək. (APA)

Source

Mərkəzi Bank və “Citigroup” qlobal maliyyə gündəmini müzakirə etdi

Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Azərbaycanda səfərdə olan “Citigroup”un nümayəndə heyəti ilə görüşüb. Görüşdə “Citigroup”un icraçı direktoru, müştəri xidmətləri üzrə baş direktoru David Livinqston, eləcə də Qafqaz və Mərkəzi Asiya regionu üzrə korporativ bankçılıq direktoru Ceyson Zullo iştirak ediblər. Görüş çərçivəsində qlobal bankçılıq sektorunda müşahidə olunan əsas tendensiyalar, mövcud çağırışlar və inkişaf perspektivləri, müxbir bankçılıq, pul bazarlarının inkişafı, valyuta ehtiyatlarının idarəedilməsi təcrübəsi müzakirə edilib. Görüş zamanı həmçinin Mərkəzi Bank ilə “Citigroup” arasında əməkdaşlıq əlaqələrinin və strateji tərəfdaşlığın daha […]

Source

Azərbaycanda problemli kreditlərin məbləği KƏSKİN ARTIB

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib. Redaksiya Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,7 % azdır. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,6 %, son 1 ildə isə 36 % artıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət iyulun sonuna da 2,1 %, ötən ilin sonuna 1,6 %, ötən il avqustun sonuna isə 1,7 % […]

Source

Quliyevlərin bankı pullarını yığa bilmir? – Vaxtı keçmiş kreditləri 52% artdı

“Bank Respublika”da 30 gündən artıq gecikməsi olan kreditlərin həcmi 2026-cı ilin ilk yarısında kəskin artıb. 2025-ci ilin sonunda vaxtı keçmiş kreditlərin həcmi 15,3 milyon manat olduğu halda, 2026-cı ilin iyununun sonunda bu göstərici 23,2 milyon manata yüksəlib. Beləliklə, “Bank Respublika”nın vaxtı keçmiş kreditləri altı ay ərzində 7,9 milyon manat və ya 51,7% artıb. Artımın əsas hissəsi biznes kreditlərinin payına düşüb. Biznes kreditləri üzrə vaxtı keçmiş borclar 2025-ci ilin sonundakı 9,7 milyon manatdan 15,7 milyon manata yüksəlib. Yəni, bu kateqoriyada artım […]

Source

“Expressbank” “Zolotaya Korona” ilə Rusiyaya pul köçürmələrini bərpa edib

“Expressbank” ASC “Zolotaya Korona” (KoronaPay) sistemi vasitəsilə Rusiyaya pul köçürmələrini bərpa edib. Artıq bir neçə gündür “Expressbank” vasitəsilə sözügedən sistem üzrə Rusiya istiqamətində pul köçürmələri yenidən həyata keçirilir. Qeyd edək ki, avqustun əvvəlində Azərbaycandan Rusiyaya “Zolotaya Korona” vasitəsilə pul köçürmələri müvəqqəti dayandırılmışdı. “Unibank” və “Yelo Bank” həmin vaxt sistemlə əməkdaşlığın davam etdiyini, lakin texniki problemlər səbəbindən Rusiya istiqamətində köçürmələrin həyata keçirilmədiyini bildirmişdi.  Azərbaycan Mərkəzi Bankı məsələyə münasibətində bildirmişdi ki, banklarla ödəniş sistemləri arasında əməkdaşlıq qarşılıqlı razılaşma əsasında həyata keçirilir və […]

Source

“Xalq Kapital” İnvestisiya şirkəti dirçələ bilmir – MÜŞTƏRİLƏRİ AZALIR

Bu ilin yanvar- avqust aylarında “Xalq Kapital” İnvestisiya Şirkətinin dövriyyəsində ciddi azalma olub.  Belə ki, dövriyyəsi ən ciddi azalan təşkilatlar arasında Xalq Kapital xüsusilə seçilir. Redaksiya Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 8 ayında şirkətin dövriyyəsi 1,85 milyard manat olduğu halda, 2026-cı ilin eyni dövründə cəmi 240,4 milyon manat təşkil edib. Bu il şirkət AMB kağızları ilə ümumiyyətlə əməliyyat aparmayıb, korporativ istiqrazlar üzrə dövriyyə isə 141 milyondan 13 milyon manata enib. Repo dövriyyəsində isə 7 dəfəlik azalma var. Nəticədə, dövriyyə […]

Source

“ABB” rəqib bankların müştərilərinə “göz dikib” – kreditini gətirənə faiz endirimi

ABB digər banklarda krediti olan müştəriləri özünə cəlb etmək üçün yeni kampaniya həyata keçirir. Digər bankdakı kreditini ABB-dən əldə etdiyi kreditlə bağlayan müştərilərə illik faiz dərəcəsində 5%-dək endirim təklif olunur. ABB-də aktiv krediti olmayan yeni müştərilər isə əlavə 2% endirim əldə edə bilərlər. Beləliklə, ümumi güzəşt 7%-dək çata bilər. Endirimin konkret səviyyəsi kredit məbləğindən asılı olaraq dəyişir. Bundan başqa, 10 min manatdan yuxarı kredit borcunu digər bankdan ABB-yə gətirənlərə nağd kreditin komissiyasız rəsmiləşdirilməsi təklif edilir. ABB-də kampaniya çərçivəsində nağd kredit […]

Source

“Bank BTB”nin əsas binası da ABB-yə verildi

“Bank BTB” ASC-bin baş ofisinin yerləşdiyi bina “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) verilib.  Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27 ünvanında yerləşən sözügedən binada ABB-nin şöbəsi fəaliyyət göstərəcək.  Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, “Bank BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilmişdir. Yenidən təşkil prosesi çərçivəsində, “Bank BTB” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi […]

Source

Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlanıb

Bu ilin iyulun 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 798 min ədəd təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 10.4% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 12% artıb, kredit kartlarının sayı isə 3.5% azalıb.

Source

Böyük planların üçün rahat kredit təklifi

Expressbank yay bitmədən ev təmirini tamamlamaq, çoxdan planlaşdırılan ailəvi tətili gerçəkləşdirmək və ya digər vacib ehtiyacları qarşılamaq üçün əlavə maliyyə dəstəyi axtaranlara sərfəli kredit şərtlərini təqdim edir. İndi müştərilər illik 9.9%-dən başlayan faiz dərəcəsi ilə 59 ayadək müddətə kredit əldə edə bilərlər. Kampaniya müştərilərə büdcəni yormayan aylıq ödənişlər hesabına maliyyə planlamasını daha rahat həyata keçirməyə imkan yaradır. Təklif çərçivəsində aylıq ödənişlər aşağıdakı kimi tənzimlənir: 10 000 AZN – 245 AZN aylıq ödəniş 17 500 AZN – 429 AZN aylıq ödəniş […]

Source

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026″ keçirilir – VİDEO

İyunun 9-da Bakı şəhərində “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbir işə başlayıb. Sammit regional və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə yüksəksəviyyəli platforma kimi nəzərdə tutulub. Tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir. Sammit çərçivəsində 2026-cı il üzrə qlobal bankçılıq və maliyyə sektorunda əsas trendlər müzakirə […]

Source

💾

500 manatlıq əsginas niyə yoxa çıxıb?

Mərkəzi Bank 500 manat nominallı xatirə pul nişanına niyə az rast gəlinməsinə aydınlıq gətirib. Redaksiya xəbər verir ki, qurumdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən pul nişanı 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə 2021-ci ildə tədavülə buraxılıb. Mərkəzi Bank qeyd edib ki, 500 manat nominallı xatirə pul nişanı ümumilikdə 1 milyon ədəd olmaqla, məhdud sayda istehsal edilərək tədavülə buraxılıb. “Bu pul nişanı öz nominal dəyəri ilə […]

Source

“Rabitəbank” ilə rahat investisiya imkanı

Müştərilərinə innovativ bankçılıq həlləri təqdim edən “Rabitəbank” “Rabita Mobile” tətbiqi üzərindən istifadəyə verdiyi “Rabita Invest” xidməti ilə investisiya prosesini daha rahat və əlçatan edib. ABŞ birjalarında yer alan “Tesla”, “Microsoft”, “Nvidia”, “Apple” və digər minlərlə beynəlxalq şirkətin səhmlərini, eyni zamanda ETF-ləri həm tam, həm də hissəvi şəkildə almaq mümkündür. Hətta səhmin bir hissəsinə yatırım imkanından yararlana bilirlər. Xidmət investisiyaya yeni başlayanlar üçün sadə interfeys, təcrübəli investorlar üçün isə çevik və funksional alətlər təqdim edir. Platformanın əsas üstünlükləri arasında sürətli mədaxil […]

Source

Bu il Azərbaycanda maliyyə axınları ötәn ilin maksimum sәviyyәsini üstәlәyib

Bu ilin II rübündə Azərbaycanda maliyyə axınların həcmi 28,9 milyard manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur. BAKU.NEWS bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, aprel-iyun aylarında ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (25,6 %), topdan və pərakəndə ticarət (14,7 %) və tikinti (12,6 %) olub. Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə tikinti […]

Source

Əhalinin kredit kartları almasına limit qoyulur

Mərkəzi Bank (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib. Yeni qaydalara əsasən, borcalanın kredit xətti limiti (bütün kredit təşkilatları qarşısındakı öhdəliklər nəzərə alınmaqla) onun xalis gəlirinin 5 misli ilə məhdudlaşdırılıb. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Bildirilib ki, bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa, banklar tərəfindən risklərin daha erkən mərhələdə tanınaraq minimallaşdırılmasına imkan verəcək. Qeyd edək ki, nağd vəsaitlərlə, habelə bank […]

Source

AMB-də sığorta sektorunun fəaliyyət müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb. AMB-dan bildirilib ki, görüşdə 2025-ci ilin ilk yarısı üzrə sektorun fəaliyyət göstəriciləri, inkişaf dinamikası və mövcud çağırışlar ətrafında ətraflı müzakirələr aparılıb. Həmçinin qarşıdakı dövr üçün strateji prioritetlər və həyata keçirilməsi planlaşdırılan təşəbbüslər diqqət mərkəzində olub.

Source

❌
❌