❌

Okuma görünümü

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.

Bakıda avtomobil körpüdən köməkçi yola aşıb

Avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb Bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb. Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.

Source

Bakıda məktəbdə baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA

Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması zamanı yaranmış insident təhsili idarəetmə qurumları tərəfindən nəzarətə götürülüb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, hadisənin şahidləri olan pedaqoji kollektivin üzvləri, şagird və valideynlərin iştirakı ilə aidiyyəti üzrə müvafiq araşdırmanın aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək. “Qeyd edək ki, məsələ ilə bağlı polis orqanları tərəfindən də müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri […]

Source

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub. Belə ki, paytaxt sakini Bəxtiyar Ağayev “Lada” markalı avtomobillə təhlükəli manevrlər edərək kobud qayda pozuntularına yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri təqdim etməkdən imtina edən sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı B.Ağayevin narkotik […]

Source

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Redaksiya xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də 3,5 maqnitudada qeydə alınıb.

Source

Orta məktəbdə şagirdlər arasında zəhərlənmə olub

Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb. İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Source

Bakıda kişi arvadını tava ilə döyüb -<span style="color: #ff0000;"> 20 aylıq həbs edildi</span>

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib.
 
1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələri ilə təqsirli bilinib.
 
Müəyyən edilib ki, İsa əvvəllər ailəli olub və boşanıb. O, bir müddət əvvəl Nəzrin adlı xanımla tanış olub və 2 ildir birgə ailə kimi yaşamağa başlayıb. Lakin sonradan onların münasibətləri pozulub.
 
Nəzrinin ona pul verməməsi, həmçinin icazəsiz iş yoldaşının ad gününə getməsi və digər səbəblərdən İsa onu döyərək və dişləyərək xəsarətlər yetirib. Sonuncu dava zamanı İsa Nəzrini tava ilə döyərək ardıcıl zərbələr endirib.
 
Nəticədə, gənc bədəninin müxtəlif nahiyələrinin qançırları, qansızmaları, sınıqları, sıyrıqları kimi çoxsaylı xəsarətlər alıb.
 
Səbail Rayon Məhkəməsinin hökmü ilə İsa Sərdarov 1 il 8 ay müddətinə həbs cəzasına məhkum edilib. /Qafqazinfo/

Azərbaycana 6 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alındı - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
 
Bu barədə Moderator.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
 
DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin - 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
 
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb.

Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

12 sentyabr 2011-ci il təvəllüdlü, Ağdam rayon sakini Samirə Həsənova (şərti ad) oktyabrın 1-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə getməsi barədə ailəsi tərəfindən "102" Xidməti-Zəng Mərkəzinə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra polis əməkdaşları tərəfindən axtarış tədbirlərinə başlanılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən də, məsələ ilə bağlı araşdırma aparılıb və aidiyyəti qurumlarla əlaqələndirmə həyata keçirilib.

Araşdırma zamanı azyaşlının Şəmkir rayon sakini olan şəxslə evlənmək məqsədilə ailəsindən xəbərsiz getdiyi müəyyən edilib. Onun 15 yaşında olması nəzərə alınaraq, polis əməkdaşlarının keçirdiyi operativ tədbirlər nəticəsində yeri qısa müddətdə müəyyənləşdirilib və tapılaraq ailəsinə təhvil verilib.

Beləliklə, azyaşlının təhlükəsizliyi təmin olunub və erkən evliliyə cəlb edilməsinin qarşısı alınıb.

Hazırda məsələ ilə bağlı araşdırma Ağdam Rayon Polis Şöbəsi tərəfindən davam etdirilir.

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alnıb.

İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Taleh Əliyev və bacısı, 1996-cı il təvəllüdlü Əsmayə Əliyeva kimyəvi maddənin yanıq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hər iki şəxsə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.

Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Paytaxtın Səbail və Yasamal rayonlarında qeydə alınan oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səbail rayonunda yerləşən marketlərə müştəri qismində daxil olaraq ümumilikdə 1 400 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən A.İlyasov müəyyən olunaraq saxlanılıb.

Yasamal rayonunda isə avtomobilin qapısının açıq qalmasından istifadə edərək nəqliyyat vasitəsinin salonundan mobil telefon və pul kisəsi oğurlamaqda şübhəli bilinən Ş.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xaricdə təhsil adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda xaricdə təhsil adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən M.Ələkbərzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, M.Ələkbərzadə müxtəlif vətəndaşlara övladlarının xaricdə təhsil almasına, digər təhsil müəssisələrinə transferinə və bu sahədə müxtəlif məsələlərin həllinə köməklik göstərəcəyini vəd edib. O, bu məqsədlə vətəndaşlardan birindən 9000, digərindən isə 3000 manat alaraq verdiyi vədlərə əməl etməyib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Zaqatalada sel təhlükəsi yaranıb, çaylara texnikalar cəlb olunub

Leysan yağışlar Zaqataladan axan çaylarda suyun səviyyəsini artırıb, əraziyə texnikalar cəlb olunub.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-i və 2-də rayon ərazisinə yağan güclü yağışlar dağ çaylarında suyun səviyyəsini xeyli artırıb. Nəticədə çaylarda sel təhlükəsi yaranıb.

"Lakin bunun qarşısını almaq məqsədilə dünən axşam saatlarından etibarən ən çox təhlükə yaranan Talaçay, Muxaxçay, Bəkməzçay və Sabunçu çaylarında idarənin ağır texnikaları vasitəsilə məcra tənzimləmə və bənd bərkitmə işləri aparılır. Hazırda bu istiqamətdə işlər davam edir", - məlumatda qeyd olunub.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Məmmədov, R.Qurbanov, N.Zeynalova, İ.Mayılov, K.Rüstəmov, U.Əliyev, S.Süleymanov, həmçinin İran vətəndaşı S.Esmaeilnaseb saxlanılıblar.

Onlardan 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Naxçıvanda avtomobilin vurduğu piyada ölüb

Naxçıvanda avtomobilin vurduğu piyada ölüb. Modern.az "Report"a istinadən xəbər verir ki, "Hyundai" markalı avtomobilin vurduğu 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. ...

Düşün, yoxsa avtobus getməyəcək! – 133 nömrəli avtobusda gərgin anlar

Binəqədi -“Gənclik" metro stansiyası istiqamətində hərəkət edən 133 nömrəli marşrut avtobusunda sərnişinlərlə nəqliyyat işçiləri arasında gərgin anlar yaşanıb. Hadisə saat 19 radələrində qeydə alınıb.  Modern.az-ın əldə etdiyi məlumata görə, münaqişəyə xanım sərnişinin avtobusa ön qapıdan deyil, arxa qapıdan daxil olmas...

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərində olub, Xankəndi Məhkəmə Kompleksi ilə tanış olub. Kompleksə ziyarət qonaqların məhkəmə infrastrukturu ilə yerində tanış olmalarına imkan yaradıb.

Nümayəndə heyəti həmçinin Şuşa, Xocalı və Laçında olub.

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

"Report" xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, intensiv yağış yağacağı, bəzi həssas yerlərdə lokal subasma, dağ çaylarında isə qısamüddətli sel və daşqın baş verəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!".

Zığ şosesində yük maşını aşıb, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb

Bakının Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

Azərbaycanda toyda kütləvi zəhərlənmə

Kürdəmirdə toy mərasimində kütləvi zəhərlənmə baş verib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Məlumata görə, toy mərasimində iştirak edən 13 nəfər qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb

Şamaxıda piyadanın ölümü ilə bağlı nəticələnən yol qəzası baş verib.

Moderator.az-ın xəbərinə görə, hadisə Sabir qəsəbəsində qeydə alınıb. Belə ki, A.Bəkirova idarə etdiyi KİA markalı avtomobillə piyada, 56 yaşlı Elmira Əliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.

Moderator.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Böyükdüz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 75-BX-715 dövlət qeydiyyat nişanlı "Xəzər" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il təvəllüdlü Tahirov Qəzənfər Rasim oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 50 nəfəri keçib – YENİLƏNİB

Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, onlardan 7-si azyaşlıdır.

Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.

Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Zığ şosesində yük maşını aşıb, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb

Bakının Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri həyata keçirilir, aşan avtomobilin ərazidən götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb

Şamaxıda piyadanın ölümü ilə bağlı nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Sabir qəsəbəsində qeydə alınıb. Belə ki, A.Bəkirova idarə etdiyi KİA markalı avtomobillə piyada, 56 yaşlı Elmira Əliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutulub

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutulub.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 30-da Bərdə rayonu Mollaəhməd kəndi ərazisində 2000-ci il təvəllüdlü Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin araşdırmalarla cinayətin Cavad Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Cəlilabadda mərasimdə 11 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma aparılır

Cəlilabadda mərasimdə 11 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma aparılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimdə 11 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.

Xəzər dənizində zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 01:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub.

Zəlzələnin ocağı 70 kilometr dərinlikdə yerləşib.

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Prado" markalı avtomobil yolu keçmək istəyən Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Hüseynova Püstəxanım Bahadır qızını vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Sabirabadda &quot;cip&quot; 70 yaşlı qadını vurub öldürdü

Sabirabadda avtomobil qadını vurub. Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Qalağayın kəndi ərazisində qeydə alınıb. "Toyota Prado" markalı avtomobil yolu keçməyə çalışan 70 yaşlı Püstəxanım Hüseynovanı vurub. Nəticədə qadın ağır xəsarətlər alıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaral...

Bakıda mütəxəssis televizorun kanalını dəyişən arvadını vəhşicəsinə döydü

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb. Dövlət qurumlarının birində mütəxəssis işləyən 49 yaşlı Firdovsi Muradov (şərti adla) yaşadıqları evdə arvadını əlləri və televizor pultu ilə döyərək, bir sıra xəsarətlər yetirib. Münaqişəyə səbəb ...

Manatlıq taksi sürücüləri saxlanıldı, biri həbs olundu

Abşeronda avtomobilləri qarət edən manatlıq taksi sürücüləri saxlanılıb. Modern.az-ın xəbərinə görə, 33 yaşlı Qüdrət Quliyev (şərti soyadla) və 23 yaşlı Elgiz Nuriyev (şərti soyadla) oğurluqda ittiham olunurlar İttiham aktına görə, onlar əlbir olaraq Abşeron rayonu Ceyranbatan qəsəbəsində müxtəlif küçələrdə talama cinayətləri törədiblər. Belə...

Şuşada avtomobil minaya düşdü - Yenilənib 1

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində baş verən mina partlayışı zamanı xəsarət alan 47 yaşlı kişi sentyabrın 28-də saat 10:20-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub. Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, aparılan müayinələr zamanı pasiyentə təpə nahiyəsinin ...

&quot;Tiktok&quot;da canlı yayımda söyüş söyənlər saxlanıldı

Sosial şəbəkələrdə qeyri-etik hərəkətlər edənlər saxlanılıb. Modern.az-ın məlumatına görə, 47 yaşlı Zakir Musayev (şərti adla) "tiktok" sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Bu zaman o, nalayiq ifadələr işlədib və bununlar da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib. Bundan başqa, 24 yaşlı Cahid B...

Ağdama icazəsiz dönər əti apardı, həbs olundu

Ağdam şəhərinə müvafiq icazəsi olmadan gedən şəxs həbs olunub. Modern.az-ın xəbərinə görə, 22 yaşlı Vüsal Turabov (şərti adla) müvafiq icazə sənədi olmadan Ağdam şəhərinə gedib. Gecə saatlarında ərazidə xidmətdə olan polis əməkdaşı ondan icazə sənədi tələb edəndə isə buna məhəl qoymayıb və səs-küy salıb. Bu əməlinə görə, o saxlanılıb və barəsind...

Goranboyda avtomobil məktəblini vurub öldürdü

Goranboyda avtomobil piyadanı vurub. Modern.az xəbər verir ki, hadisə Şahməmmədli kəndində qeydə alınıb. 22 yaşlı sürücü idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 13 yaşlı Ə. Əsgərovu vurub. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mərhumun orta məktəbin 7-ci sinfində təhsil aldığı bildirilir. Faktla bağlı ar...

Tovuzda iki uşağı maşın vurub

Tovuzda iki məktəblini maşın vurub.

Moderator.az xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2010-cu il təvəllüdlü X.Ələkbərova və F. Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məktəblilərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstənalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində baş verib.

1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli oğlu həyat yoldaşı 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızını və baldızı 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızını bıçaqlayıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparır.

Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU

Bakıda əcnəbi müştərilərlə kobud danışan taksi sürücüsü həbs olunub.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, taksi sürücüsü işləyən 62 yaşlı Elşən Bağırov (şərti ad) müştərisi olan əcnəbi ər-arvada qarşı qeyri-etik davranış göstərib.
 
Zərərçəkənlərin şikayəti əsasında Elşən Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.
 
Məlumata görə, Bakıya turist kimi gələn Asad Arif taksi sürücüsünün kobud davranışı ilə bağlı DİN-ə, Dövlət Turizm Agentliyinə, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət edib. O, şikayətində bildirib ki, əvvəlcə sürücü onlara həddindən artıq yüksək hesab etdikləri qiymət "oxuyub", buna baxmayaraq, onlar yenə də yola davam ediblər. Maşına mindikdən sonra sürücüdən kondisioneri yandırmağı istəsələr də, sürücü onlardan əlavə pul almayana qədər kondisioneri yandırmayacağını deyib. Onlar razılaşmadıqda isə yola kondisionersiz davam etməyə məcbur olublar. Şikayətçinin sözlərinə görə, bu, onların səfərini xüsusilə narahat edib, çünki "Mercedes Viano" modelində sərnişinlərin havalandırma üçün aça biləcəyi pəncərələr olmayıb.
 
Əcnəbi vətəndaş bildirib ki, buna baxmayaraq, kondisioner pulu barədə mübahisə etməyib və yola bu şəkildə davam etməyə hazır olduqlarını deyib. Daha sonra sürücüdən düşəcəkləri yeri dəyişməsini xahiş edib, sürücü isə təyinat yerini dəyişmək üçün yenidən əlavə pul istəyib. Bu məqamda sürücünün ardıcıl pul tələbləri və onlara qarşı davranışı səbəbindən o və həyat yoldaşı artıq Elşənlə yola davam etmək istəmədiklərini bildiriblər. Ər-arvad sürücüyə açıq şəkildə səfəri davam etdirmək istəmədiklərini deyərək, Elşəndən onları elə həmin yerdə düşürməsini xahiş ediblər. Sürücü isə onların düşməsinə icazə vermək əvəzinə, maşını kilidləyib və ər-arvadın avtomobildən çıxmasına imkan verməyib.
 
Asad Arifin sözlərinə görə, bu, artıq sadəcə taksi gediş haqqı ilə bağlı fikir ayrılığı deyildi. Onlar xarici ölkədə bu vəziyyətdə özlərini təhlükədə və tələyə düşmüş kimi hiss ediblər. Nəticədə avtomobildən çıxmaq üçün qapını özləri güclə açmalı olublar. Onlar maşından düşməyi bacardıqdan sonra sürücü söyüş söyməyə və onlara qarşı kobudluq göstərməyə başlayıb.
 
Elşən Bağırov isə ifadəsində heç bir günahının olmadığını bildirib. Onun sözlərinə görə, əcnəbi ər-arvada gedəcəkləri ünvana çatdırmaq üçün 10 manat ödəniş təklif edib. Əvvəlcə razı olmasalar da, sonradan onun idarə etdiyi "Mercedes Viano" markalı avtomobilə miniblər. O bildirib ki, sərnişinlər ondan kondisioneri qoşmasını istəsələr də, cihaz xarab olduğu üçün onu qoşmayıb. Hakimin "Bəs nə üçün onlar səndən şikayət ediblər?" sualına isə Elşən "Onların şikayəti əsassızdır", - deyə cavab verib. Həmçinin Elşən əcnəbilərlə səfərin 2-3 dəqiqə davam etdiyini, onlar düşəndə isə "Nə yaxşı ki, belə adamlardan uzaq oldum", - dediyini bildirib. Hakimin "2-3 dəqiqəyə nə bildin ki, yaxşı adam deyillər?" sualına isə Elşən "Onların üzünə baxanda necə insan olduqlarını başa düşmüşdüm", - deyə cavab verib.
 
Son sözündə E.Bağırov heç bir xəta törətmədiyini və bu yaşadək ilk dəfə belə hadisə yaşadığını deyərək işə xitam verilməsini istəyib.
 
Məhkəmənin qərarı ilə E.Bağırov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Ağcabədidə dəhşətli hadisə - İki qardaş öldü

Ağcabədi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az BAKU.WS-ə istinadən xəbər verir ki, Hindarx qəsəbəsi ərazisində "Hyundai" markalı avtomobillə "VAZ - 2107" markalı minik maşını toqquşub.
 
Qəza nəticəsində iki qardaş, Göyük kənd sakinləri, Novruz Cəfərov və Tələt Cəfərov hadisə yerində ölüblər.
 
Faktla bağlı araşdırma aparılır.

Deputat qarpızsatanla bağlı insidentdən danışdı: "Bıçağı çənəmin altında saxladı"

Media və sosial şəbəkələrdə deputat Fəzail İbrahimlinin bir müddət öncə qarpız satıcısı ilə yaşadığı insidentlə bağlı müxtəlif məlumatlar yayılıb. Bununla bağlı iddialarda qeyd olunur ki, deputatın şikayətindən sonra qarpız satıcısı işini itirib.
 
Moderator.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı ictimai müzakirələri nəzərə alara deputatla əlaqə saxlayıb.
 
Professor Fəzail İbrahimli bildirib ki, bəzi KİV-lər hadisənin mahiyyətini araşdırmadan yalnız bir tərəfin yaydığı məlumatlar əsasında məsələni gündəmə gətirib:
 
"İkinci gündür KİV-lərin bir qrupu heç bir araşdırma aparmadan, həqiqətin harada olduğunu, hadisənin məkanını və ünvanını bilmədən bu informasiyaya səfərbər olublar. Təəssüf ki, bəzi saytlar heç bir araşdırma aparmadan, həqiqəti öyrənmədən məsələni gündəmə gətiriblər. Yazıq, fağır, zəhmətkeş, balalarına çörək tapa bilməyən adam obrazı yaradılır, digər tərəfdən isə bir deputat, professor ideoloji cəhətdən təqiblərə və təhqirlərə məruz qoyulur. Məsələnin mahiyyətini öyrənəndən sonra üzünü, yaxasını cıranlar, söyüş söyənlər hadisənin əslini bilməlidirlər. İnsan millət vəkili də olsa, öz əməlinin həm ağası, həm də quludur".
 
Deputat hadisənin necə baş verdiyini danışıb:
 
"Yol kənarında qarpız satıldığını gördüm və istədim ki, ondan alım. Satıcı qarpızlardan bir-ikisini kəsdi, ağ çıxdı. Mən də doğrusu, buna ziyan olmasın deyə istədim ki, həmin qarpızların pulunu verim və uzaqlaşım. Zəhmətkeşdir, qarpız satır. Dedim ki, əziz qardaşım, sən daha kəsmə, malını ziyan etmə. O isə mənə dedi ki, bilirəm, sən xeyir verənə oxşamırsan. Bundan sonra mənə qarpız verənləri də söyməyə başladı, əsəbiləşdi.
 
Mən də dedim ki, dünyanın axırı deyil, qarpızının ağ çıxması mənim günahım deyil. Mən də alıcıyam, niyə narahat olursan? Hər şey qaydasına düşəcək. Yenə dedi ki, sir-sifətindən xeyir verənə oxşamırsan. Dedim, cavan oğlansan, niyə məni ittiham edir, üstümə gəlirsən?"
 
F.İbrahimli bildirib ki, bundan sonra vəziyyət daha da gərginləşib:
 
"Bu sözü deyəndə əlində qarpız kəsmək üçün bıçaq vardı və onu düz mənim çənəmin altında saxladı. Hadisələrin gedişinə baxmayaraq, mən deyəsən, ikinci dəfə hüquqlarımı müdafiə etməli oldum. Başladı deməyə ki, sən Allahsan, nəsən, səni niyə tanımalıyam? Mənə yaxın gələndə gözünün içinə baxdım və gördüm ki, özündə deyil. Obyektiv və ya subyektiv baxımdan insan özündə deyildi, sanki başqa aləmdə idi.
 
Hər dəqiqə əlindəki bıçaqla xəta törədə bilərdi. Bıçağı yelləyə-yelləyə danışırdı. Mənə "qarnını cıraram, başını kəsərəm" demirdi, amma bıçağı yelləyə-yelləyə düz çənəmin altında saxlamışdı. Mən də oradan tez uzaqlaşdım".
 
Deputat qeyd edib ki, şikayət etməkdə məqsədi satıcıya qarşı ağır tədbir görülməsi olmayıb:
 
"Mənim yerimə həmin jurnalistlər, yaxasını cıranlar, söyüş söyənlər olsaydı, nə edərdi? Mən özümü müdafiə etmək üçün yox, o adamın oraya gələn hər bir insana xətər yetirə biləcəyini düşündüyüm üçün məsələyə müdaxilə etdim. Mən bununla rəftar edə biləcəyim halda "qaçım, məndən keçdi, qardaşıma dəydi" prinsipi ilə uzaqlaşaraq məsələni qoyub gedə bilməzdim. Bu insan tərbiyə olunmalıdır.
 
Mənim statusum, toxunulmazlığım var. Hüquqlarımı müdafiə etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Çox uğurla və qısa müddət ərzində nəticə verdi, onu apardılar. Məqsədim ona cinayət işi açdırmaq deyildi, onun islah olunması, abır-ismətini özünə yığıb işi ilə məşğul olması idi".
 
F.İbrahimli satıcının cərimələndiyini də bildirib:
 
"Özünün dediyinə görə, 50 manat cərimə olunub. Sual olunur ki, düzgün adamdırsa, niyə cərimə olunub? Bu gün KİV yeni, oxunaqlı mövzu tapıb ki, guya bu adam işini itirib və iki aydır ac-yalavacdır. Gözünün içinə qədər yalan danışır, o, işini mənə görə yox, işlədiyi köşkün yerinə görə itirib. Onu oradan daima tərbiyəsizlik etdiyi üçün qovublar. Özünü elə qələmə verir ki, guya bunun köşkü olub, mən dağıtdırmışam. Halbuki o, sadəcə satıcı idi. Sonuncu hadisədən sonra ağıllı adam onun işinə yaramadığını görüb və qovub. Köşk də yerindədir, onun əvəzinə başqası işləyir".
 
Deputat bildirib ki, hadisənin onun üzərinə atılmasına çalışıldığını düşünür:
 
"Bu işdən qovulma məsələsini deputatın üzərinə atmağa çalışırlar ki, cəmiyyətdə desinlər: "Ay zalım deputat, bu adamı işindən edib". Halbuki onu mən yox, öz əməlləri və tərbiyəsizliyi bu vəziyyətə gətirib. Məsələni elə qoyurlar ki, guya ağ qarpıza görə bütün bu müsibətləri mən törətmişəm.
 
Mənə qarşı istifadə etdiyi ifadələr, atdığı addımlar tərbiyəsiz və döyüşkən forma almışdı. Həmin an ona bir söz desəydim, yəqin ki, mənə qarşı daha ciddi, ağlasığmaz addımlar ata bilərdi. Mən onun yaxasından qurtulub canımı qurtarmağın yolunu axtarırdım".
 
F.İbrahimli sonda mediada hadisənin təqdimatından təəssüfləndiyini bildirib:
 
"İndi bu adam işini itirdiyini deyib fəryad edir. Kiminsə diqtəsi ilə işini itirib, müxtəlif şər-böhtanlarla daha da itkiləri ola bilər. Ağlı olsa, başını aşağı salıb keçirdiyi hadisədən nəticə çıxarar. Mən çox təəssüf edirəm ki, bu gün bir qrup saytın rəngi gözümün qabağında dəyişdi".

78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu

Naxçıvanda 78 yaşlı kişi nəvəsinin sevgilisini öldürməyə cəhd edib.
 
Moderator.az-ın məlumatına görə, hadisə Şərur rayonunun Çomaxtur kəndində baş verib.
 
Rayonun Alışar kənd sakini Fəxrəddin Məmmədov (soyad şərtidir - red.) rayon ərazisindəki marketlərdən birində satıcı işləyərkən ora alverə gələn xanımla tanış olub. Bir müddətdən sonra onların arasında sevgi münasibətləri başlayıb və günlərin birində xanım Fəxrəddini yaşadığı evə çağırıb. Qadın gecə saatlarında Çomaxtur kəndində yaşadığı evin həyət darvazasını açıq qoyub və sevgilisindən gecə saat 02 radələrində gəlməsini xahiş edib. Fəxrəddin mağazadan 2 litr pivə alaraq xanımın ora gəlib. O, həyətə daxil olarkən it hürməyə başlayıb. Bu vaxt xanımın babası, 1948-ci il təvəllüdlü Vaqif Rzayev (soyad şərtidir - red.) həyətə çıxıb. Fəxrəddin onu görərək pəncərədən xanımın yatdığı otağa daxil olub. Həyətdə kiminsə olduğunu hiss edən V.Rzayev nəvəsindən şübhələnərək onun yatdığı otağın qapısını döyüb. Lakin xanım qorxusundan qapını açmayıb, Fəxrəddin isə çarpayının altında gizlənib.
 
Vaqif mətbəxdən bıçaq qotürüb və nəvəsinin otağının qapını qıraraq açıb. O, otaqda kiminsə olduğunu soruşduqda nəvəsi bunu inkar edib. Nəvəsinə inanmayan Vaqif çarpayının altında gizlənən Fəxrəddini aşkarlayıb və ona bədəninin müxtəlif nahiyələrindən 30-dan artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirmək istəyib. Səsə gələn digər ailə üzvləri Fəxrəddini onun əlindən alaraq xəstəxanaya çatdırıblar.
 
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə baba saxlanılaraq istintaqa təhvil verilib.
 
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Rzayev 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib. (oxu.az)

Bakıda qızının evə taksi ilə gəlməsinə əsəbiləşən kişi arvadını döydü

Bakıda paltarlarını özü yuyan kişi həyat yoldaşını döyüb.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Əfrail Rzayev (soyad şərtidir - red.) həyat yoldaşı ilə aralarında tez-tez mübahisə yarandığından bir evdə ayrı yaşamağa başlayıblar. Kişi yeməyini özü bişirib, paltarlarını da özü yuyurmuş.
 
Bir müddət əvvəl cütlüyün qızı taksi ilə onlara qonaq gəlib və anasının yaşadığı otağa daxil olub. Əfrail qızının axşam vaxtı taksi ilə gəlməsinə irad bildirib. Bu vaxt həyat yoldaşı onun qarşısına çıxaraq mübahisə edib. Qalmaqal zamanı ər həyat yoldaşına yumruq və təpiklə zərbələr endirib.
 
Hadisə yerinə polis əməkdaşları gəlib və Ə.Rzayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı ər-arvad arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.

Ağcabədidə ağır QƏZA: İki qardaş öldü

Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə rayonun Poladlı kəndi ərazisində qeydə alınıb.
 
Qəza zamanı iki qardaş həyatını itirib.
 
Hadisə ilə bağlı araşdırma aparılır.

Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb

Bakının Suraxanı rayonunda 11 kiloqram narkotik aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən C.Qasımlı saxlanılıb.

Ondan 11 kiloqram narkotik vasitə aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini 1956-cı il təvəllüdlü Hüseynov Nəcəf Qılınc oğlu yolu keçmək istəyən zaman "Audi" markalı avtomobil onu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Chevrolet Malibu" markalı avtomobil yolu keçən piyadanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda yaşayış binasında yanğın söndürülüb - <span style="color: #ff0000;">YENİLƏNİB</span>

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində mənzildə baş vermiş yanğın söndürülüb.

Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Moderator.az-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib

Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verib.

Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində işlər davam etdirilir.

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

Moderator.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.1, dərinliyi isə 46 km olub.

Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi?

Tarixi vərəqləyəndə şahid oluruq ki, Azərbaycan uzun illər işğala, məhrumiyyətlərə məruz qalıb. Elə çox da uzaq keçmiş olmayan 1990-cı illərin əvvəllərindən ölkəmiz Ermənistanın hərbi təcavüzü ilə üzləşdi. Nəticədə torpaqlarımızın 20%-i işğal edildi. Azərbaycana qarşı belə təcavüzkar siyasət BMT nizamnamələrinin kobud şəkildə pozulması idi. Ancaq Ermənistan hesab edirdi ki, ərazilərimizi istədiyi kimi işğal edə, özgə torpaqlarını mənimsəyərək özününküləşdirə bilər.

©

Qubada ağır qəza - üç nəfər xəsarət alıb - <span style="color: #ff0000;">FOTO</span>

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az APA-ya istinadən bildirir ki, qəza Quba-Atuc yolunda qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobillə "Nissan" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oğul ona siqaret almayan atasını bıçaqladı

Gəncə şəhərində oğul atasını siqaretə görə bıçaqlayıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Mətləb Məmmədov (soyad şərtidir - red.) Türkiyədə təhsil alandan sonra Gəncə şəhərinə qayıtsa da iş tapa bilməyib. O, valideynlərinin yanında qalıb və gündəlik xərclik pullarını valideynlərindən alıb. Atası və anası hər gün Mətləbə siqaret də alırlarmış.

İttihamda yazılanlara görə, bir müddət əvvəl Mətləbin atası Məmməd gecə yuxudan oyanıb və evin eyvanında səs eşidib. O, eyvana çıxanda oğlunun orada siqaret çəkdiyini görüb və ona irad bildirib.

Səhəri gün Mətləb yenidən atasından siqaret istəyib. Amma valideyni ona siqaret almayacağını bildirib. Nəticədə ata və oğul arasında mübahisə yaranıb. Bu zaman Mətləb atasına bıçaqla xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Məmmədov 3 il azadlıqdan məhrum edilib.

(oxu.az)

Şabranda həyətində narkotik tərkibli kol yetişdirən şəxs saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri qanunsuz olaraq kultivasiya etməkdə şübhəli bilinən 60 yaşlı Sahib İbrahimov saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli kollar aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Source

Ağdamda traktor minaya düşdü

Ağdamda traktor minaya düşüb. Redaksiya “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib. Belə ki, traktorçu K-700 markalı traktorla ərazidə yer şumlayan zaman tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində traktor yararsız vəziyyətə düşsə də, traktorçu xəsarət almayıb. Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerində araşdırma aparır.

Source

DYP Bakıda qadının öldüyü qəzanın videosunu yaydı - <span style="color: #ff0000;">ANBAAN GÖRÜNTÜLƏR</span>

“Sentyabrın 3-ü Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizliyin bir an belə diqqətdən kənarda saxlanılmamasının vacibliyini bir daha göstərir”.
 
Moderator.az xəbər verir ki, bu sözləri DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev hərəkət iştirakçılarına müraciətində deyib.
 
O bildirib ki, çoxzolaqlı yol sadəcə keçilməli olan geniş bir məsafə deyil. Onun hər zolağı ayrıca təhlükə mənbəyidir: “Bir zolaqdakı sürücü piyadanı görsə də, digər zolaqda hərəkət edən sürücü onu vaxtında görməyə bilər. Avtomobillərin arasından qəfil yola çıxmaq, yolun ortasında dayanmaq, geri qayıtmaq və ya qaçmaq qəza riskini daha da artırır.
 
İntensiv hərəkətin olduğu yollarda məsafəni gözlə hesablamaq aldadıcıdır. Uzaqda görünən avtomobil qısa müddətdə piyadanın olduğu nöqtəyə çata bilər. Piyada isə hərəkət hissəsində olarkən bütün zolaqlardakı sürəti və məsafəni eyni anda düzgün qiymətləndirə bilməz.
 
Yolu qaçaraq keçmək təhlükəli sahədə qalma müddətini azaltmır əksinə, vəziyyətə nəzarəti zəiflədir.  Bir neçə saniyə tez qarşı tərəfə çatmaq istəyi insanı bir neçə fərqli risklə eyni anda üz-üzə qoyur.
 
Əziz piyadalar, bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir.Yolunuzu qısaltmağa deyil, mənzil başına sağ-salamat çatmağa çalışın”.
 

Bakı-Qazax-Gürcüstan yolunda yanacaq daşıyan avtomobil qəza törədib - <span style="color: #ff0000;">FOTO/VİDEO </span>

Bakı-Qazax-Gürcüstan yolunda yanacaq daşıyan avtomobil qəza törədib.
 
Moderator.az xəbər verir ki, hadisə agistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
 
Bakı şəhəri istiqamətinə yanacaq daşıyan iri tonnajlı avtomobil dəmir maneələrə çırpılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 
 
Faktla bağlı araşdırma başlanılıb.

Xidmətdən yayınan və dələduzluq edən iki nəfər Rusiyadan ekstradisiya edildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Nahid Əlicanlı və Renad Orucovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Bildirilib ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınması, Nizami Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul olunub və istintaqdan qaçıb gizləndiklərinə görə dövlətlərarası axtarışa verilib.
 
Hər iki şəxs Rusiyanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətiriliblər.
 

Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – <span style="color: #ff0000;">TƏFƏRRÜAT</span>

Bakının Binəqədi rayonunda arvadını öldürməklə hədələyən kişi həbs edilib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı şəhər sakini Səidə Məmmədova (ad-soyad şərti verilib – red.) Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə həyat yoldaşı tərəfindən şiddət görməsi barədə müraciət edib.
 
Müraciət əsasında ünvana yollanan polis əməkdaşları Sabirabad rayon sakini, 1993-cü il təvəllüdlü Faiqi saxlayıblar.
 
Məlum olub ki, o, sərxoş vəziyyətdə yaşadığı ünvana gəlib və həyat yoldaşı ilə mübahisə yaradıb. Bu zaman qadın qapını açmayıb. Bundan əsəbləşən Faiq mənzilin qapısını təpiklə və əllə döyüb, arvadının ünvanına nalayiq ifadələr işlədib, səs-küy salaraq qonşuların və ətrafdakı digər şəxslərin diqqətini cəlb edib.
 
Həmçinin Faiq polisin qanuni tələblərinə tabe olmayıb.
 
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə iş qaldırılıb.
 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səidənin sözlərinə görə, həyat yoldaşı Faiq hər gün sərxoş vəziyyətdə yaşadığı mənzilə gəlib və onunla mübahisə edib: “Uşaqlarımın gözü qarşısında qışqırır, ailədə davamlı olaraq gərginlik yaradırdı. Həyat yoldaşımın bu davranışlarından qorxduğum üçün bəzi hallarda mənzilin qapısını açmıram. Belə hallarda o, qapını döyüb təpikləyir, səs-küy salırdı. Qonşuların yanında ünvanıma söyüş və nalayiq ifadələr işlədərək məni təhqir edirdi. Yaranmış səs-küy nəticəsində qonşular hadisə yerinə toplaşır, bizi sakitləşdirməyə, mübahisənin qarşısını almağa çalışırdılar”.
 
Zərərçəkmiş deyib ki, həyat yoldaşının bu hərəkətləri ilə əlaqədar dəfələrlə Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib: “Polis əməkdaşları müraciətlər əsasında hadisə yerinə gəlsələr də, ərim onların gəldiyini gördükdə hadisə yerindən qaçaraq gizlənirdi. Buna görə də əvvəlki hallarda onun saxlanılması mümkün olmurdu.
 
Sonuncu dəfə də ərim sərxoş vəziyyətdə gələrək əvvəlki hərəkətlərini təkrarladı. Bundan sonra yenidən “102” xidmətinə müraciət etdim. Hadisə yerinə gəlmiş polis əməkdaşlarını görən Faiq qaçmağa cəhd göstərdi. Polis əməkdaşları onun arxasınca gedərək saxladılar və polis şöbəsinə apardılar”.
 
Zərərçəkmiş deyib ki, Faiq əvvəllər votsapda mesajlar göndərərək onu ölümlə, uşaqlarını aparmaqla hədələyib. İşlədiyi yerə gələrək, onu zorla iş yerindən çıxaracağı məzmununda hədələr də edib.
 
Təqsirləndirilən Faiq izahatında bildirib ki, həqiqətən qeyd olunan əməlləri törədib: “Hərəkətlərimin səbəbini ailəmdən ayrılmaq istəməməyim, həyat yoldaşımla barışaraq ailəmi bərpa etmək və övladlarımın yanında olmaq cəhdim olub. Bu hərəkətlərə sərxoş vəziyyətdə yol vermişəm, davranışımın düzgün olmadığını sonradan anlamışam. Əməlimdən peşmanam. Səhvə yol verdiyimi etiraf edirəm. Gələcəkdə bu cür hərəkətləri bir daha təkrarlamayacağıma söz verirəm”.
 
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Faiq 20 gün müddətinə həbs edilib.
 

Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə <span style="color: #ff0000;">hökm oxundu</span>

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Amid Ümidlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Moderator.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.
 
İttihama görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən restoranlardan birində baş verib.
 
Belə ki, Amid Ümidli zərərçəkmiş İnarə Əsədova (adı, soyadı şərtidir) ilə sevgi münasibətində olub. Hadisə zamanı zərərçəkmiş şəxsin tanışı ilə səmimi şəkildə danışıb gülməsi tərəflər arasında qısqanclıq zəminində mübahisəyə səbəb olub. Mübahisə zamanı Amid İnarənin boynundan qəsdən sıxıb.
 
Bununla kifayətlənməyən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qol və bud nahiyələrinə yumruqla zərbələr endirib.
 
Döyülmə nəticəsində İnarə Əsədovanın müxtəlif nahiyələrində xəsarətlər yaranıb.
 
Məhkəmənin hazırlıq iclasında Amid Ümidli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini bildirib. Həmçinin İnarə ilə barışdığını qeyd edərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edib.
 
Hazırlıq iclasında İnarə Əsədova da məhkəməyə ərizə təqdim edib. O, təqsirləndirilən şəxsin vurduğu maddi ziyanı ödədiyini və tərəflərin barışdığını bildirib. Zərərçəkmiş şəxs Amidə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib. O da məhkəmədən təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edib.
 
Xatırladaq ki, Amid Ümidlinin anket məlumatlarında evli olduğu qeyd edilir.

Lənkəranda qoca kişi nərdivandan yıxılıb öldü

Lənkəran sakini bədbəxt hadisə nəticəsində ölüb. 
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb. 
 
Kənd sakini, 1953-cü il təvəllüdlü Mirhəmid Məhəmməd oğlu İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılaraq ölüb.
 
Araşdırma aparılır.

Qəbələdə güclü sel Laza yolunu dağıdıb – FOTOLAR

Ötən gün Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü leysan yağışları Qəbələ-Laza avtomobil yolunda ciddi fəsadlar törədib. Mütəmadi aparılan bərpa işlərinə baxmayaraq, növbəti güclü yağışların səbəb olduğu sel suları yolun müəyyən hissələrini yuyaraq yararsız hala salıb. Bu səbəbdən nəqliyyatın hərəkətində çətinliklər yaranıb və əraziyə gələn turistlərin kəndə gedişi məhdudlaşıb. Qəbələ Rayon Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən verilən məlumata görə, Dəmiraparançaya gələn güclü sel Laza yolunun bir hissəsini tamamilə sıradan çıxarıb. Hazırda idarənin bir ədəd “Shantui SD-22” markalı buldozeri əraziyə cəlb olunub […]

Source

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. “Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb. Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib. Xəsarət alan olmayıb”, – deyə bildirilib.

Source

Şabranda dəhşətli qəzada ÖLƏNLƏRİN SAYI ARTDI - FOTO

Şabran rayonunun Şahnəzərli kəndi ərazisində, Gəndob-Yalama yolunda yük maşını və "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində bir nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda kişi sevgilisinin pulunu alıb Dubaya qaçdı

Bakıda ev almaq və təmir etmək adı ilə sevgilisindən 235 min manat mənimsəyən şəxsin məhkəmə işi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı və hadisənin təfərrüatları ilə tanış olun.

Goranboyda yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi BİLİNDİ

Goranboyda yol qəzasında ölənlərin kimliyi məlum olub. Modern.az report.az-a istinadən xəbər verir ki, "VAZ-2107", "Mercedes" və daha bir minik maşınının toqquşması nəticəsində Akşin İbrahimov və Xəyyam adlı şəxs (soyadı dəqiqləşdirilir - red) ölüb. Qəza zamanı daha bir nəfər - Araz Şükürov xəsarət alıb. Yaralı xəstəxanaya...

Benqal körfəzində 24 nəfərin olduğu yük gəmisi batdı

Panama bayrağı altında üzən "Ocean Winner" yük gəmisi Hindistanın Odişa ştatının sahillərindən təxminən 240 dəniz mili məsafədə, Benqal körfəzində batıb. Modern.az xəbər verir ki, gəmidə 24 nəfər (20 Çin, 3 Myanma və 1 Banqladeş vətəndaşı) olub. Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başla...

69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu

Külli miqdarda vergi borcu olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub. Modern.az lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı R. İsrafilovanın adına olan MMC-nin dövlət büdcəsinə, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 106 min 125 manat vergi borcu yaranıb. Borc illərdir ödənil...

Yeniyetmə bacı-qardaş göldə BATDI

İsmayıllıda göldə iki yeniyetmə - bacı və qardaş batıb. Modern.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə təsərrüfat əhəmiyyətli göldə baş verib. Bildirilir ki, yeniyetmələr ehtiyatsızlıq nəticəsində gölə düşüblər. Onlardan birinin – qızın meyiti sudan çıxarılıb. Digər yeniyetmənin axtarışları davam etdirilir. Hadisə i...

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın mərkəzində yerləşən İbaraki prefekturasında 5,9 bal gücündə zəlzələ baş verib. Modern.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar avqustun 23-ü yerli vaxtla saat 02:00-da qeydə alınıb. Zəlzələ ocağı təxminən 70 kilometr dərinlikdə yerləşib.  Tələfat və ya dağı...

&quot;Tiktok&quot;da video çəkərkən xəsarət alan yeniyetmənin SON VƏZİYYƏTİ

Xəbər verdiyimiz kimi “TikTok” sosial şəbəkə platforması üçün video çəkmək istəyən şəxsi elektrik cərəyanı vurub. Modern.az xəbər verir ki, TƏBİB xəsarət alan yeniyetmənin son vəziyyəti ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) 21.08.2026-cı il tarixində saat 23:00 radələrində Ağst...

Goranboyda ağır qəza olub, ölən və xəsarət alanlar var

Goranboy-Naftalan yolunda “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. Modern.az apa.az-a istinadən xəbər verir ki, qəzanın zəncirvari olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma ...

&ldquo;TikTok&rdquo;da video çəkmək istədi - &ldquo;Tok&rdquo; vurdu

Ağstafada yeniyetmə bədbəxt hadisə nəticəsində xəsarət alıb. Modern.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, “TikTok” sosial şəbəkə platforması üçün video çəkmək istəyən şəxsi elektrik cərəyanı vurub. O, yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib. Yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla...

İnternat yataqxanasında yanğın oldu, ana və oğlu tüstüdən zəhərləndi

Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib. Modern.az report.az-a istinadən xəbər verir ki, hadisə yataqxananın dəhlizində qeydə alınıb. Yanğın zamanı iki nəfər: yataqxanada yaşayan 1999-cu il təvəllüdlü Hüseynov Şahin Maşallah oğlu və anası, 1978-ci il təvəllüdlü Hüseynova Yusifə N...

Bakıda işlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda işlədikləri şirkətdən elektrik avadanlıqları oğurlayan iki nəfər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birində qeydə alınıb. Polis əməkdaşları talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlayıb.

Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib.

Ötən gün qanunsuz saxlanan 15 silah, 2 qumbara aşkarlanıb

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 13 tüfəng, 2 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı ümumilikdə 10 fakt müəyyən edilib.

Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, avqustun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Həmçinin axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. ⁠Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinnin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Təkanların dərinliyi 63 km, maqnitudası 3,3 olub.

İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Mürşüd Babaşov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə piyada Kamilə Qurbanovanı vurub. Avtomobil daha sonra işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində yaralanan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Göyçayda avtomobil aşıb, xəsarət alanlar var

Göyçayda avtomobilin aşması nəticəsində xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xəlitli kəndi ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobilin qəfil idarəetməni itirərək aşması nəticəsində maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobilləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəza zamanı avtomobilin yol kənarındakı qaz xəttini zədələməsi səbəbindən kəndin qaz təchizatında fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə 49 yaşlı qadın öldürülüb, oğlu şübhəli bilinir

Gəncə şəhərində 49 yaşlı qadın qətlə yetirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Yeni Qəsəbə adlanan ərazidə baş verib.

49 yaşlı Qərənfil Muxtarova evində boğularaq öldürülüb. İlkin ehtimala əsasən, qadının qətlində oğlu, 2002-ci il təvəllüdlü Elgün Mirzəyev şübhəli bilinir.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkfaşları cəlb edilib.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma aparılır.

Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB

Xocavənd rayonunun Düdükçü kəndi ərazisində baş verən mina partlayışı hadisəsi nəticəsində xəsarət alan 1983-cü il təvəllüdlü şəxs (kişi) 21.08.2026-cı il tarixində saat 14:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Başın, boyunun və üzün sol yarısının çoxsaylı qəlpə yaraları, yuxarı ətrafın və budun çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

YENİLƏNİR

Xocavənd rayonunun Düdükçü kəndi ərazisində avqust 21-də mina partlayışı hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı R.Şirinov müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanılıblar

Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlanılıblar. Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib. Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən isə nağd pul vəsaiti və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən H.Məsimzadə və E.Zeynalov da müəyyən olunaraq saxlanılıblar. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Source

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 05:05-də baş verən zəlzələnin maqnitudası 3.3 olub. Yeraltı təkanlar 62 km dərinlikdə qeydə alınıb.

Source

Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb

Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib. Bildirilib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində avqustun 21-də mina partlayışı hadisəsi baş verib: “Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır”. “ANAMA, AR […]

Source

Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Bərdə rayonunda 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyən zaman tövlədə olan sərinkeşin naqilindəki açıq hissəyə toxunub və onu elektrik cərəyanı vurub.

Nəticədə M. Həsənov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

Salyanda avtomobil aşıb, ana ölüb, əkiz oğulları xəsarət alıb

Salyanda yol qəzası olub, ölən və yaralanan var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkərandan Bakı istiqamətində hərəkət edən "Hyundai Accent" markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə sürücü, 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfət oğlu və onun əkiz qardaşı, 1987-ci il təvəllüdlü Əsədov Tahir Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı anaları, 1962-ci il təvəllüdlü Əliyeva Səlbi Hüseyn qızı hadisə yerində ölüb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Kürdəxanıda tikinti materialları olan ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində tikinti materialları olan ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Prokurorluq azadlığa buraxılan Hərbi Həkim Komissiyasının sədrinin hökmündən protest verəcək - YENİLƏNİB

Baş Prokurorluq azadlığa buraxılan Hərbi Həkim Komissiyasının sədrinin hökmündən protest verəcək.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Həsənov Rasim Əlövsət oğlunun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror çıxış zamanı Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Həsənov Rasim Əlövsət oğlunun əməlləri CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilərək 7 000 manat məbləğində cərimə cəzası təyin edilib, onun həbsdə olduğu müddət nəzərə alınmaqla cərimənin məbləği 5 000 manata edirilib.

Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsi həll ediləcəkdir.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb.

"Report"un xəbərinə görə, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Hökmə əsasən, təqsirləndirilən Rasim Həsənovun ittiham olunduğu maddələr 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif olunub və 15 min manat cərimə edilib.

R. Həsənov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Rasim Həsənov 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib

Ali Məhkəmədə Qırğız Ali Məhkəməsinin sədr müavini Nurlan Alişeroviç Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

Ali Məhkəmənin sədri İnam Kərimov bildirib ki, Azərbaycan və Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir.

Türk dövlətlərinin ali məhkəmələri arasında əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüş zamanı qonaqlara Azərbaycanın məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və rəqəmsallaşma sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmələrin ixtisaslaşması, müasir informasiya texnologiyalarının geniş tətbiqi və qanunvericilik bazasının davamlı təkmilləşdirilməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

"Elektron məhkəmə" informasiya sisteminin inkişaf etdirilməsinin, eləcə də süni intellekt və digər innovativ rəqəmsal həllərin tətbiqinin məhkəmə xidmətlərinin daha operativ, keyfiyyətli və əlçatan olmasına xidmət etdiyi diqqətə çatdırılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Nurlan Alişeroviç Musayev səfərin əsas məqsədinin Azərbaycanda "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyəti ilə yaxından tanış olmaq və bu sahədə Azərbaycanın təcrübəsini öyrənmək olduğunu bildirib. O, iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın məhkəmə sistemində aparılan islahatları və əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İsmayıllıda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2

Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xəstəxanaya daxil olarkən pasiyentlərdən 6-nın vəziyyəti ağır olaraq qiymətləndirilib.

Bir nəfər (kişi) valideynlərinin istəyi ilə tibbi xidmətdən imtina edib.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən 1966-cı il təvəllüdlü qadının saat 12:47-də ölüm faktı qeydə alınıb.

Digər şəxslərin müalicəsi davam etdirilir.

Hadisə nəticəsində 02.07.2026-cı il təvəllüdlü körpə oğlanın həkiməqədər ölüm faktı qeydə alınıb.

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 6 nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, qəzada ölənlərdən biri 1966-cı il təvəllüdlü Elina Məmmədova, digəri isə 2026 cı il təvəllüdlü körpədir (oğlan).

Qəzada xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlər var.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd-Diyallı yolunda qeydə alınıb.

"Lynk & Co" və "Hyundai" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Hyundai"da olan iki nəfər ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

FHN meşələrdə yanğın təhlükəsizliyinə dair praktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları Qızılağac Milli Parkında "Meşə yanğınlarının qarşısının alınması" mövzusunda birgə praktiki təlim keçirib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə Fövqəladə Hallar, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarə orqanlarının nümayəndələri, ərazidə fəaliyyət göstərən sahibkarlar və yerli sakinlər iştirak ediblər.

Çıxış edənlər mövzunun aktuallığını qeyd edərək, meşələrdə yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıblar. Meşələrdə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların, o cümlədən sahibkarların, istirahət edən şəxslərin, həmçinin yaxınlıqda yaşayan sakinlərin odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi diqqətə çatdırılıb.

Tədbir zamanı cəlb olunan qurumların əməkdaşlarının iştirakı ilə meşədə şərti yanğının söndürülməsi əməliyyatı simulyasiya edilib.

Azərbaycanda bu ilin birinci yarısında avtoqəzalarda 285 nəfər ölüb

Bu ilin 6 ayı ərzində Azərbaycanın avtomobil yollarında 533 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 6 ayı ərzində baş verən yol qəzaları 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az olub, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 15,1 faiz azalaraq 689 nəfər olub.

Onlardan 285 nəfər ölüb, 404 nəfər isə yaralanıb.

Hadisələrin 44,3 faizi gecə, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 83,7 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz azalaraq 201 nəfər, yaralananların sayı isə 19,7 faiz azalaraq 379 nəfər olub.

Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb

Lənkəranda avtomobilin dərəyə aşması nəticəsində sürücü ölüb.

"Report" xəbər verir ki, Diryan kənd sakini 1965-ci il təvəllüdlü Nuriyev İntiqam Ağarza oğlu idarə etdiyi "Chevrolet Niva" markalı avtomobillə torpaq yolda idarəetməni itirib. Nəticədə avtomobil dərədən aşıb.

Sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xırdalanda 31 yaşlı kişini öldürməkdə şübhəli bilinən iki nəfər saxlanılıb - YENİLƏNİB

Xırdalan şəhərində qətli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil veriliblər.

Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

R.Abdullayevə xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Şamaxıda avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən "Report"a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ 2121" Niva markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Astarada bir nəfər dənizdə batıb

Astarada bir nəfər (kişi) dənizdə batıb.

"Report"un cənub bürosunun məlumatına görə, hadisənin şəhərin "Bulvar" ərazisində baş verdiyi bildirilir.

İlkin məlumata görə, dənizdə batdığı bildirilən şəxs Masallı rayonu Kosagül kəndinin sakinidir. Bu barədə FHN-in Cənub Regional Mərkəzinə məlumat daxil olub. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Hazırda həmin şəxsin axtarışları aparılır.

Naxçıvanda avtomobil 2 motosikletlə toqquşub, yaralılar var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, Şəkərabad kəndi yolunda "Chevrolet" markalı avtomobil dönmə manevri edərkən iki motosikletlə toqquşub.

Qəza nəticəsində 1993-cü il təvəllüdlü Əliyev İmran Rafiq oğlu, 2005-ci il təvəllüdlü Ümmətov Kamil Nəsimi oğlu və 2004-cü il təvəllüdlü Cəfərov Rəhim Niyaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bakıda kabab evində at DNT-si aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus "İbrahim Tatlışiş" kabab evində yoxlama keçirilib.

Agentlikdən "Report"a bildirilib ki, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib.

Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. Bundan əlavə, müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb olunmuşdu.

Kiberpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən internet informasiya resurslarından istifadə etməklə xaricdən idarə edilən onlayn qumar oyunlarının təşkili və əlaqəli qanunsuz əməllər törədən mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri yekunlaşıb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, kiberpolisin Gürcüstan Respublikasında yerli hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi tədbirlərlə "chc.play" platformasına bağlı "Martin" kazino və digər adlar altında qanunsuz qumar oyunlarının təşkilində təqsirli bilinərək axtarışda olan cinayətkar qruplaşmanın rəhbəri Əliyev Anar İslam oğlu ("Anar007") saxlanılaraq ölkəyə gətirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, A.Əliyev mütəşəkkil dəstə yaradaraq xarici ölkələrdə təşkil etdiyi qanunsuz mərc və kazino oyunlarına Azərbaycan vətəndaşlarından ibarət şəxsləri cəlb edib. O, həmin şəxsləri Tbilisi və digər şəhərlərdə icarəyə götürdüyü evlərə yerləşdirərək onlayn kazino və qumar oyunları təşkilini həyata keçirib.

Əməliyyatlar çərçivəsində A.Əliyevin yaratdığı dəstənin digər üzvləri - Əşrəf Həsənzadə, Seymur Nurullayev, Etibar Sultanov, Rəşad Rzazadə, Şərqin Əliyev və Əliyev Anar Surac oğlu da saxlanılaraq istintaqa cəlb edilib. Bu şəxslər onlayn kazino oyunlarının fəaliyyəti üçün dəstə başçısının tapşırıqlarına əsasən onu yerli mobil operatorlara məxsus nömrələr, bank kartları və digər texniki avadanlıqlarla təmin ediblər. Saxlanılan şəxslər həmçinin onlayn kazino oyunlarından əldə edilən pul vəsaitlərini nağdlaşdıraraq kriptovalyuta şəklində A.Əliyevə məxsus hesablara köçürüblər.

Qanunsuz yolla əldə olunmuş pul vəsaitlərinin bir hissəsinin isə daşınan və daşınmaz əmlakların alınması yolu ilə leqallaşdırılması istintaq zamanı sübuta yetirilib. Saxlanılan zaman dəstə üzvlərindən çoxsaylı elektron daşıyıcılar, bank kartları və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmənin qərarı ilə A.Əliyev və Ş.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Göstərilən qanunazidd əməllərin törədilməsində iştirak edən digər şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Cəlilabadda avtomobil qəzası olub, sürücü ölüb

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, Cəlilabad şəhər sakini, 1973-cü il təvəllüdlü Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman qəfil halı pisləşib. Daha sonra avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub

Abşeronda qadın ərini öldürməkdə şübhəli bilinir.

"Report"un xəbərinə görə, avqustun 19-da saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

Səhiyyə sahəsində yaranan mübahisələrdə cəmiyyətdə adətən xəstənin səhhətində arzuolunmaz nəticə baş verdikdə bunun avtomatik olaraq həkim səhvi olduğu düşünülür. Halbuki tibbi müdaxilənin arzuolunmaz nəticə ilə yekunlaşması hər zaman həkimin hüquqi məsuliyyəti demək deyil.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, həkimin məsuliyyəti ilk növbədə tibbi müdaxilənin mövcud tibbi göstərişlərə uyğun aparılıb-aparılmaması, diaqnozun düzgün müəyyən edilməsi, müalicə taktikasının tibbi standartlara cavab verməsi və müdaxilənin peşəkar qaydada icra olunması əsasında qiymətləndirilməlidir:

"Təkcə xəstədə sonradan müəyyən fəsadların meydana çıxması həkimin təqsirini təsdiq etmir.

Yəni tibbi mübahisələrdə məhkəmə yalnız nəticəyə deyil, həmin nəticəyə aparan prosesin düzgün icra olunub-olunmadığına qiymət verir. Əgər həkim diaqnozu mövcud müayinələrə əsasən düzgün müəyyən etmiş, müalicə üsulunu düzgün seçmiş, əməliyyatı tibbi standartlara uyğun icra etmişdirsə, arzuolunmaz nəticənin baş verməsi özü-özlüyündə həkimin hüquqi məsuliyyət daşıdığını göstərmir".

Ali Məhkəmənin Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərarında qeyd olunubdur ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir:

"Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Nəzərə alınmalıdır ki, tibbi mübahisələrdə ən mühüm sübutlar məhz tibbi sənədlərdir. Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Buna görə xəstənin şikayətləri, aparılan müayinələr, diaqnoz, əməliyyatın səbəbləri, əməliyyat protokolları və pasiyentin məlumatlandırılması və razılığının alınması tam və düzgün sənədləşdirilməlidir. Sənədləşmədə boşluqlar olduqda, hətta tibbi müdaxilə düzgün aparılmış olsa belə, bu vəziyyət sonradan sübutetmə baxımından ciddi çətinliklər yarada bilər".

Ali Məhkəmənin məlumatında qeyd edilib ki, xüsusilə xəstəyə əməliyyat barədə lazımi məlumatın verilməsi və razılığının alınması proseduru formal sənəd imzalatmaqdan ibarət olmamalıdır:

"Pasiyentə planlaşdırılan əməliyyatın məqsədi, mümkün risklər, ağırlaşmalar və gözlənilən nəticələr sadə və anlaşılan şəkildə izah edilməli, bu proses lazımi qaydada sənədləşdirilməlidir. Bu yanaşma həm pasiyentin hüquqlarının qorunmasına, həm də sonradan yarana biləcək mübahisələrin qarşısının alınmasına xidmət edir.

Beləliklə, tibbi xidmət sahəsində hüquqi risklərin azaldılması üçün həm həkimlər, həm də xəstəxanalar fəaliyyətlərini yalnız keyfiyyətli tibbi xidmətlə məhdudlaşdırmamalı, hüquqi baxımdan da düzgün təşkil etməlidirlər".

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 36 yaşlı İlkin Əbdürəhmanov saxlanılıb. Ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qusarda avtomobil 4 yaşlı uşağı vuraraq öldürüb

Qusarda avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə rayonun Bədirqala kəndi ərazisində qeydə alınıb.

Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə 4 yaşlı Yaqub Əliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bakıda vəzifəli şəxs həbs edildi

Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini həbs edilib. Redaksiya APA-ya istinadən xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə […]

Source

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanılıb

Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək istəyən şəxslərin vəsaitlərini oğurlayan 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib ki, o, bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək etmək adı ilə onların kartlarındakı vəsaitləri ələ keçirib. Araşdırmalar zamanı onun bu üsulla ümumilikdə 7 nəfərin pulunu taladığı məlum olub. Faktlarla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Source

Evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Abşeron rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin özünü mənzil almaq istəyən müştəri kimi təqdim edərək mənzilə daxil olduğu və ev sahibinin diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Source

Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu, Tövlədərə kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə edilməklə dağlıq ərazidə dərinliyi təxminən 100 metr olan dərədə köməksiz vəziyyətdə qalan vətəndaş - 1967-ci il təvəllüdlü Fərzəliyev Kamil İmamverdi oğlu xilas olunub.

Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi 6 gün sonra xəstəxanada ölüb

Sumqayıtda bədbəxt hadisə nəticəsində ağır xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə iyulun 27-də şəhərin 8-ci mikrorayon ərazisində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Şükürov Şahin Şahvələd oğlu yaşadığı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pəncərəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Qapalı kəllə-beyin travması alan yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, avqustun 1-də saat 08:30 radələrində müalicə aldığı tibb müəssisəsində vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib

Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib.

Bu barədə "Report"a AAF-ın mətbuat xidmətindən məlumat verilib.

Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib.

Lerikdə zəlzələ baş verib

Lerik rayonunda zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 15:31-də qeydə alınan yeraltı təkanın maqnitudası 3,6 dərinliyi isə 24 km olub.

Yeraltı təkanların Lənkəranda da hiss olunduğu deyilir.

Şirvan kanalının yarılması nəticəsində yaranan fəsadlar aradan qaldırılır

Göyçay rayonunda Şirvan kanalının yarılması nəticəsində baş verən fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, bu barədə Göyçay Şirvan Suvarma İstismarı İdarəsindən bildirilib.

Qurumdan verilən məlumata əsasən, Yuxarı Şirvan kanalının həmin hissəsində suyun səviyyəsi azaldılıb, bənd möhkəmləndirilib və su axınının qarşısı alınıb.

Bildirilib ki, hazırda kanalın sahilində son bərkitmə işləri aparılır.

Xatırladaq ki, hadisə ötən gün kanalın rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən hissəsində baş verib.

Masallıda zibil poliqonunda başlayan yanğın taxıl sahələrinə keçib - YENİLƏNİB

Masallıda zibil poliqonunda başlayan güclü yanğın biçilmiş taxıl sahələrinə keçib.

"Report"un Cənub bürosunun məlumatına görə, yanğının əhatə dairəsi genişlənərək ətrafdakı əkin sahələrinə doğru irəliləyib.

Qeyd edək ki, ətrafda biçilmiş taxıl sahələri və yaşıllıq zolaqları var.

Masallıda zibil poliqonunda güclü yanğın başlayıb.

"Report"un Cənub bürosunun məlumatına görə, yanğının əhatə dairəsi əkin sahələrinə doğru genişlənir.

Bu səbəbdən əraziyə yaxın əkin sahələri üçün ciddi təhlükə yaranıb.

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb

Taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Paytaxtın Binəqədi rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən idarə etdiyi "KİA" markalı avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək pul vəsaitini ələ keçirdiyi barədə polisə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Qaxda iki minik avtomobilinin toqquşması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza nəticəsində "Niva"da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb.

Həmin avtomobildə olan digər sərnişinlər 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev, eləcə də "Mercedes" in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, bir azyaşlının isə öldüyü bildirilir.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bilgəhdə 26 yaşlı gənc dənizdə batıb

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş 2000-ci il təvəllüdlü Kazımov Nizam Rüfət oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

İsmayıllıda zəncirvari avtoqəza baş verib, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Yol-nəqliyyat hadisəsi səbəbilə 3 kişi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Məlumata görə, vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Dəqiqləşdirilməmiş kəllə-beyin travması, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən 1990-cı il təvəllüdlü şəxsin müalicəsi xəstəxananın Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Volkswagen" və "VAZ1107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda ötən gün 8 odlu silah aşkarlanıb

Azərbaycanda iyulun 31-də 8 odlu silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Həmçinin keçirilən əməliyyat tədbirləri ilə iyulun 31-də 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Lerik rayonunda zəlzələ baş verib

Lerik rayonunda 3,1 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Lerik stansiyasından 16 km şərqdə, yerli vaxtla saat 1:47-də, 26 km dərinlikdə qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Şərurda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şərurda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, iyulun 31-də Şərur rayon Qarxun kənd sakini Məmiyeva Sunay Siyafər qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı həmin kəndin sakini Məmiyev Nadir Yunis oğlunun həyat yoldaşı Məmiyeva Sunayı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nadir Məmiyev barəsində Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şübhəli özü Polis İdarəsinə gələrək əməlini etiraf edib.

İbtidai istintaq davam edir.

Göyçayda Şirvan suvarma kanalı yarılıb

Göyçay rayonunda Şirvan suvarma kanalı yarılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə kanalın rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən hissəsində baş verib.

Kanalın yarılması nəticəsində su yaxınlıqda yerləşən, yerli sakinlərin "qobu" adlandırdığı dərin çökəkliyə doğru axır.

Hadisə yerinə aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması və su axınının dayandırılması istiqamətində tədbirlər görülür.

Beyləqandakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son durumu açıqlanıb.

TƏBİB-dən "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan şəxslər saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd olunub ki, onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alanlara zəruri tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Bildirilib ki, hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı xəsarət alan Əlizamin Şəfa oğlu Əliyev, Zəfər Gülmirzə oğlu Məmmədov və Həsən Əbilqasım oğlu Həsənov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə nəticəsində avtomobildə olan Şəfa Süleyman oğlu Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin və yaşayış binasının texniki heyətinin operativ müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib

İyulun 31-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmə iclasının əvvəlində məlumat verilib ki, prosesdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi də müşahidəçi qismində iştirak edir.

Məhkəmə təqsirləndirilən şəxslərin replikası ilə davam etdirilib.

Təqsirləndirilən Bako Sahakyan replika hüququndan istifadə edərək çıxışı davam etdirib. O, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Digər təqsirləndirilən şəxslər Vasili Beqlaryan, Arkadi Qukasyan, Levon Mnatsakanyan, Madat Babayan, Qurgen Stepanyan, David Manukyan, Davit İşxanyan, David Babayan, Melikset Paşayan, Qarik Martirosyan, Davit Allahverdiyan, Levon Balayan və Erik Qazaryan, eləcə də onların bəzilərinin müdafiəçiləri də replika hüququndan istifadə edərək ittiham tərəfinin çıxışlarına münasibət bildiriblər.

Müdafiəçilər əsasən hüquqlarını qoruduqları şəxslər barəsində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər. Təqsirləndirilən şəxslər isə öz arqumentlərini diqqətə çatdıraraq ittiham olunduqları əməllər üzrə özlərini təqsirli bilmədiklərini qeyd ediblər. Bununla da bütün təqsirləndirilən şəxslərin replika hüququndan istifadə hüququ başa çatıb.

Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri çıxış edərək birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olduğunu, iş üzrə bütün faktların məhkəmə araşdırması zamanı sübuta yetirildiyini bildiriblər. Bu səbəbdən onlar həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş ediblər.

Ardınca söz dövlət ittihamını müdafiə edən prokurorlara verilib.

Onlar qeyd ediblər ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır, təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərində göstərilən dəlillər isə onun ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayətlərinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş ediblər.

Məhkəməyə sədrlik edən hakim Elmar Rəhimov verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə baxışının başa çatdığını elan edib. Məhkəmə kollegiyası qərar qəbul etmək üçün müşavirəyə gedib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa tərəfinin iyulun 30-da yaydığı bəyanatı qətiyyətlə rədd edib.

Həmin bəyanatda Fransa tərəfi bu ölkənin vətəndaşı Martin Ryan barəsində keçirilən məhkəmə prosesinin və çıxarılan hökmün qanuniliyini şübhə altına almışdı. Bu barədə daha əvvəl Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin açıqlamasında bildirilib.

Azərbaycan XİN Parisin məhkəmə prosesinə siyasi qiymət verməyə çalışmasını, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə etməsini, Martin Ryanın saxlanılmasını "əsassız", məhkəmə araşdırmasını isə "ədalətsiz" kimi təqdim etməsini qəbuledilməz adlandırıb.

Bəyanatda vurğulanıb ki, Martin Ryan barəsində cinayət işi Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə araşdırılıb. Məhkəmə təqdim olunan sübutlar əsasında qərar qəbul edib. İttiham olunan şəxsin bütün prosessual hüquqları istintaq və məhkəmə mərhələlərinin hər birində təmin olunub. Bundan başqa, məhkəmə iclaslarının hamısında Fransanın Azərbaycandakı səfirliyinin konsulluq xidmətinin nümayəndələri iştirak ediblər.

Fransa XİN-in tələsik və emosional reaksiyasını nəzərə alan Caliber.Az redaksiyası bildirib ki, onun əməkdaşları Fransa səfirliyinin konsulluq nümayəndələri ilə birlikdə məhkəmə prosesini yaxından izləyiblər və bu işlə bağlı bir sıra mühüm məqamlara diqqət yetirilməsini zəruri hesab edirlər.

Qeyd olunub ki, daha əvvəl KİV-də yayılan məlumatlara əsasən, işə baxılarkən Azərbaycanda fəaliyyət göstərən Fransa diplomatik korpusunun nümayəndələri tərəfindən idarə olunduğu bildirilən casus şəbəkəsinin fəaliyyət üsulları üzə çıxıb. Xüsusilə bildirilib ki, şəbəkə üzvləri tərcüməçilərdən, intim münasibətlərdən və digər cəlbetmə üsullarından istifadə etməklə müxtəlif dövlətlərin diplomatik nümayəndəliklərinə gizli şəkildə nüfuz etməyə, məxfi məlumatlara çıxış əldə etməyə çalışıblar.

Məhkəmə prosesi zamanı çoxsaylı texniki materialların təqdim edildiyi, bu fəaliyyətlərdə birbaşa iştirak etmiş şəxslərin ifadələrinin dinlənildiyi, həmçinin Martin Ryan və iş üzrə digər təqsirləndirilən şəxslərin etiraf xarakterli ifadələrinin səsləndirildiyi qeyd olunub.

Bu baxımdan Caliber.Az redaksiyası Fransa casus şəbəkəsinin qanunsuz fəaliyyətini məhz hansı dövlətlərin diplomatik nümayəndəliklərinə qarşı həyata keçirdiyini müəyyənləşdirməyin və bunu ictimaiyyətə açıqlamağın vacibliyini vurğulayıb.

Nəşr bildirib ki, əgər Fransa Avropa və Xarici İşlər Nazirliyi bu cinayət işinin detalları ilə həqiqətən maraqlanırsa, məhkəmə prosesi başa çatdığı üçün araşdırmanı aparmış təhlükəsizlik orqanına və məhkəməyə müraciət edərək həmin səfirliklərin adlarının açıqlanmasını xahiş edəcək.

Qeyd olunub ki, bu məlumatların açıqlanması həm Fransa ictimaiyyətində, həm də Parisin rəsmi şəkildə müttəfiq və dost adlandırdığı, lakin eyni zamanda gizli kəşfiyyat fəaliyyəti həyata keçirdiyi iddia olunan dövlətlərdə ciddi maraq doğura bilər.

Məqalədə bildirilir ki, Fransanın aidiyyəti qurumları casus şəbəkəsinin hədəfində olmuş ölkələr məsələsinin bu və əlaqəli cinayət işlərinin yalnız bir epizodu olduğunu yaxşı bilirlər və həmin işlərin digər detalları da zaman keçdikcə ictimaiyyətə açıqlana bilər.

Yazıda diqqətə çatdırılıb ki, Bakıda araşdırılan cinayət işi çərçivəsində həbslər, ardıcıl ifşalar və bir sıra şəxslərin "persona non qrata" elan edilərək Azərbaycandan çıxarılmasından cəmi bir neçə gün sonra, 2023-cü il dekabrın 20-də Fransa Prezidenti Emmanuel Makron Fransa XİN Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Bernard Emieri vəzifəsindən azad edib.

Sonda Caliber.Az Fransa Avropa və Xarici İşlər Nazirliyini Anass Derraz və Aleksandr Benalla barəsində aparılan cinayət işi ilə bağlı da eyni dərəcədə açıq mövqe nümayiş etdirməyə çağırıb. Söhbət Fransa rəsmilərinin xarici milyarderlərin aktivlərini Avropa sanksiyalarından qorumaq müqabilində rüşvət aldıqları iddiaları ilə bağlı aparılan araşdırmadan gedir.

Xəzər rayonunda 45 kiloqram narkotik aşkarlanıb

Bakının Xəzər rayonunda 45 kiloqram narkotik aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat zamanı qeyd edilən cinayət əməlində şübhəli bilinən 53 yaşlı Fariz Xəlilov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 45 kiloqram 210 qram marixuana aşkarlanıb. F.Xəlilov ifadəsində əldə etdiyi narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bakıda təkər tullantıları sahəsində yanğın söndürülüb- YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə baş vermiş yanğın söndürülüb.

"Report" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilməyib.

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə yanğın başlayıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq boğulub

Bərdə rayonunda 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb və suda boğulub.

Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xankəndi–Şuşa yolunda avtoqəza: 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb - YENİLƏNİB

Xankəndi-Şuşa yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

TƏBİB-dən "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq bildirilib ki, iyulun 30-da saat 21:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xankəndi-Şuşa yolu ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1990-cı il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Müalicəsi Reanimasiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xankəndi – Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, Bayram Verdiyev adlı sürücü Şuşadan Xankəndi istiqamətində "Tofaş" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində B.Verdiyev hadisə yerində həyatını itirib. Avtomobildə olan Orxan Şirinov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ucarda yük maşını avtomobilə çırpılıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkətdə olan 1979-cu il təvəllüdlü Tərtər rayonunun Köçərli kənd sakini Şamilzadə Anar Cəfər oğlunun idarə etdiyi "Mercedes Atego" markalı yük maşını yol kənarında dayanan 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Məmmədov Tural Cəlal oğlunun idarə etdiyi "Chevrolet" markalı minik avtomobilinə çırpılıb.

Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda dayanan iki piyadanı vurub.

Nəticədə piyadalardan biri elə hadisə yerində, minik avtomobilində olan sərnişinlərdən biri isə xəstəxanaya aparılarkən yolda ölüb.

Qəzada ağır bədən xəsarətləri alan Gəncə şəhər sakinləri Elmir Əsgərli, Elnur Fərəcullayev və Tural Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı bağlı araşdırma aparılır.

Məlumat yenilənir....

Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən Şəmkir rayonu, "Ağ dağlar" yolunun yaxınlığında fəaliyyət göstərən fərdi sahibkar Əliyev Nəriman Yalçın oğluna məxsus maye qazdoldurma məntəqəsində təkrar yoxlama aparılıb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Yoxlama zamanı müəyyən olunub ki, Agentliyin müfəttişləri tərəfindən bir müddət əvvəl istismarı dayandırılmış 2 ədəd təzyiq altında işləyən tutumla bağlı pozuntular aradan qaldırılmayıb və qanunsuz şəkildə istismarı bərpa edilib.

Belə ki, tutumların bundan əvvəl aşkar olunmuş istismar müddətinin bitməsi, tam texniki müayinələrinin aparılmaması, həmçinin nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmaması kimi pozuntular bir daha müəyyən olunub.

Aşkarlanmış pozuntuların insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratdığı nəzərə alınaraq, 2 ədəd təzyiq altında işləyən tutumun istismarı yenidən dayandırılıb. Həmçinin, pozuntuların aradan qaldırılması üçün tərtib edilmiş aktın və Agentliyin müvafiq qərarının surəti sahibkara təqdim edilib.

Şamaxıda oğul atasını bıçaqlayıb

Şamaxıda oğul atasını bıçaqlayıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 37 yaşlı Anar Ağayev ailə-məişət mübahisəsi zəminində atası, 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Göygöldə yol qəzasında ana və qızı yaralanıb

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə–Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun 2004-cü il təvəllüdlü qızı Xədicə Hüseynova, həmçinin "VAZ-21015" markalı avtomobilin sürücüsü Əli Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanalardan birinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qarabağ suvarma kanalında bir nəfər batıb

Ağcabədi rayonunun Avşar kəndindən keçən Qarabağ suvarma kanalında bir nəfərin batması ilə bağlı məlumat daxil olub.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hazırda 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qaxda baş verən avtoqəzada ölən və xəsarət alanların kimliyi bəlli olub - YENİLƏNİB

Qaxda baş verən avtoqəzada ölən və xəsarət alanların kimliyi bəlli olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı Tacəddin Əhmədov hadisə yerində ölüb.

Bundan başqa, Həşimov Xəyal Abdul oğlu, Abdullayev Zaur Səid oğlu və Manafov Novruz Şəmil oğlu xəsarət alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qaxda qəza baş verib, ölən var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə iyulun 30-u saat 16 radələrində Qax-Şəki avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "Niva" markalı avtomobillər toqquşub, nəticədə bir nəfər həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Odessa yaxınlığında dron hücumuna məruz qalan azərbaycanlı dənizçilərin olduğu gəmi Rumıniyaya çatıb

Bu gün Odessa yaxınlığında dron hücumuna məruz qalan azərbaycanlı dənizçilərin olduğu "Albatros Corporation" məxsus "ATA -2" (IMO 9387669) quru yük gəmisi Rumıniyanın Suliniya limanına çatıb.

"Report"un məlumatına görə, bu barədə gəminin kapitanı bildirib.

Qeyd edək ki, gəmi iyulun 30-da səhər saatlarında 3 dronun hücumuna məruz qalıb.

Gəmiyə ciddi ziyan dəyib. Heyəti 13 nəfərdən ibarətdir, onlardan biri türk, qalan 12 nəfər isə azərbaycanlı dənizçilərdir.

Abşeronda saxta alıcı evdən 5 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinir

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə daxil olub və talama cinayətini törədib.

Araşdırma davam etdirilir.

Lənkəranda yaşayış evi yanıb

Lənkəran rayonunda fərdi yaşayış evi yanıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Viyən kəndində baş verib.

Yanğın 1977-ci il təvəllüdlü kənd sakini İlham Ələsgər oğlu Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan 11 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yaranıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə texnikası və 14 nəfər şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

57 kq narkotik vasitə və 1981 psixotrop həb dövriyyədən çıxarılıb

57 kq narkotik vasitə və 1981 psixotrop həb dövriyyədən çıxarılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron və Qaradağ rayonlarında keçirilən tədbirlərlə əvvəllər oğurluq cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar.

Onlardan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb,saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb

Lerik rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Livədirqə kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evdə hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mərdəkanda dənizdə batan gəncin meyiti tapılıb

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə iyulun 28-də nəzarətsiz ərazidə batan 17 yaşlı oğlanın meyiti tapılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oğurluq edən şəxslər saxlanılıblar

Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 4800 manat dəyərində elektrik avadanlıqları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Ə.Şirəliyev saxlanılıb. Araşdırmalarla onun oğurladığı əşyaları satdığı müəyyən edilib. Rayon ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə dəyəri 2000 manat olan velosiped oğurlamaqda şübhəli bilinən 23 yaşlı N.Nəcəfov və 31 yaşlı T.Babayev də saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.

Source

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Monteneqroda saxlanılaraq ölkəyə gətirilib

Azərbaycanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Monteneqroda saxlanılaraq ölkəyə ekstradisiya edilib.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Hidayət Nemət oğlu Süleymanovun yeri Monteneqroda müəyyən olunub və həbs edilib.

Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

H.Süleymanov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Monteneqronun Tivat şəhərindən ölkəyə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, bir sıra xarici dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Bakıda marketin liftinin fəaliyyəti dayandırılıb

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində fəaliyyət göstərən marketin liftinin fəaliyyəti dayandırlıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınaraq, liftlin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün marketin rəhbərliyi qarşısında məsələ qaldırılıb.

Həmçinin, müvafiq akt tərtib edilərək, qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı, eləcə də sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə marketin rəhbərliyinin hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev avqustun 7-də, saat 10:00-da Laçın rayon prokurorluğunun inzibati binasında Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Laçın rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Oğuzda iki avtomobil toqquşub, ölən var

Oğuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

"Mercedes" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni - 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N. Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən xilasetmə əməliyyatı sayəsində vətəndaş - 2009-cu il təvəllüdlü Ağazadə Rahil Tarıyel oğlu xilas edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Göyçayda dağlıq və düzənlik ərazilərdə hektarlarla örüş və biçilmiş taxıl sahələri yanıb

Göyçay rayonunda geniş ərazini əhatə edən yanğın baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, yanğın ilkin olaraq rayonun Qaraməryəm kəndi ərazisində başlayıb, daha sonra güclü küləyin təsiri ilə yaxın kəndlər istiqamətində yayılıb.

Alov qısa müddətdə geniş ərazini bürüyərək dağlıq və düzənlik sahələrdə yerləşən hektarlarla örüş, biçilmiş taxıl sahələrini və kolluq əraziləri əhatə edib.

Yanğının yaşayış məntəqələrinə keçməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.

Hazırda yanğının tam söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmə iclasının əvvəlində məlumat verilib ki, prosesdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da müşahidəçi qismində iştirak edirlər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib.

Dövlət ittihamını müdafiə edən prokurorlar Anar Ələkbərov və Sevinc Qasımova çıxışlarında bildiriblər ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla digər təqsirləndirilən şəxslər kimi Qarik Martirosyan, Davit Allahverdiyan, Levon Balayan, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryanın da Ermənistan tərəfindən Azərbaycan Respublikasının suveren ərazilərinin işğal edilməsi, habelə işğal altında saxlanılması, müxtəlif qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, Ermənistanın formalaşdırdığı və himayə etdiyi cinayətkar birliklərin tərkibində və təcavüzkar müharibənin aparılmasında iştirakları təsdiq olunub.

Prokurorlar qeyd ediblər ki, iş üzrə toplanmış mötəbər sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanuni və əsaslı olduğunu təsdiqləyir, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə öz təsdiqini tapmayıb.

Daha sonra çıxış edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı bildirib ki, birinci instansiya məhkəməsinin çıxardığı ittiham hökmü həm milli qanunvericiliyin, həm də beynəlxalq hüququnun ümumtanınmış prinsip və normalarının tələblərinə tam uyğundur.

Prokuror vurğulayıb ki, ifadələr, ekspert rəyləri, protokollar, maddi sübutlar, sənədlər, video və fotomateriallar qarşılıqlı şəkil və məcmu halında araşdırılıb, hökm hər bir təqsirləndirilən şəxsin konkret əməlləri, ittiham olunduqları cinayətlərdə iştirak forması və iş üzrə müəyyən edilmiş faktlar əsasında çıxarılıb.

Dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Hərbi Məhkəməsinin ittiham hökmünün isə dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edib.

Hakim bununla da məhkəmə çıxışlarının başa çatdığını bildirib və müdafiə tərəfi qanunvericiliklə nəzərdə tutulmuş replika hüququndan istifadə edib.

İlk olaraq təqsirləndirilən şəxs Bako Sahakyanın müdafiəçisinə replika hüququndan istifadə etmək üçün söz verilib. Vəkil replikasında apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını və Bako Sahakyan barəsində bəraətverici hökmün çıxarılmasını məhkəmədən xahiş edib.

Daha sonra replika hüququndan istifadə etmək üçün söz təqsirləndirilən Bako Sahakyana verilib. Bako Sahakyan qeyd edib ki, ona verilmiş replika hüququndan növbəti məhkəmə iclasında istifadə etmək istəyir.

Ardınca təqsirləndirilən Arayik Harutyunyanın müdafiəçisinə replika hüququndan istifadə etmək üçün söz verilib. Müdafiəçi hüquqlarını qoruduğu şəxsin barəsində bəraətverici hökmün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Arayik Harutyunyan da replika hüququndan istifadə edərək ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini bildirib.

Məhkəmənin növbəti iclası iyulun 31-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınlar başlayıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Qeyd olunub ki, ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

İrandan Azərbaycana 8 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd narkotik tərkibli həbin keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram narotik vasitə marixuana və 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda məhkumun gizlətdiyi tapança aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT

Bakının Xətai rayonunda məhkumun gizlətdiyi tapança aşkarlanıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə və Daxili İşlər nazirliklərinin keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Şahin Səmədov küçəsi 25 ünvanında, dəmir yol xəttinin yaxınlığında gizlədilən "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda akkumulyatorlar oğurlayan şəxs saxlanılıb

Abşeron rayonunda şirkətlərin birinə məxsus olan yük avtomobillərindən ümumi dəyəri 4000 manat olan akkumulyatorlar oğurlanıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Ə.Abbasov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun akkumulyatorları satdığı, habelə rayon ərazisində daha bir nəfərə məxsus velosiped və təmir-tikinti alətləri oğurladığı da müəyyən edilib. Araşdırma aparılır.

Source

Qazaxda yeniyetmə göldə batıb

Qazaxda bir nəfər göldə batıb. Modern.az-ın məlumatına görə, hadisə Bala Çaylı kəndi ərazisində qeydə alınıb. Göldə batan şəxsin yeniyetmə olduğu bildirilir. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Hazırda yeniyetmənin axtarışları davam etdirilir. ...

Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var

Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb. Hadisə zamanı sürücü həlak olub. Avtomobildə olan sərnişin 35 yaşlı Fəridə Bədəlova xəsarət al...

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb. Bu barədə Modern.az XİN-dən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, yol təhlükəsizliyi sahəsində beynəlxalq əməkd...

❌