Okuma görünümü
Zəfərdən quruculuğa və dayanıqlı inkişafa doğru
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
Zəngilanın tarixi-mədəni irsi milli yaddaşımızın ayrılmaz hissəsidir
Zəngilan Beynəlxalq Hava Limanının yaradılması bölgənin nəqliyyat imkanlarını gücləndirən mühüm layihələrdəndir
Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir
Füzuli Azərbaycanın yeni nəqliyyat qapısına çevrilir: hava limanı və yollar strateji əhəmiyyət daşıyır
Natiq Məmmədli: “Jurnalistlərin Azərbaycan dilinin qorunması və inkişafında çox ciddi missiyası var”
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir
Füzuli – milli-mənəvi irsin qorunması və beynəlxalq əməkdaşlığın inkişafı məkanı
Media və Yayım Şurası RƏSMİ AÇIQLAMA YAYDI
Azərbaycan mediası Prezidentin çağırışlarına uyğun fəaliyyətini daha da gücləndirəcək
Media və Yayım Şurası: Almaniya kəşfiyyatının keçmiş rəhbəri ilə bağlı Azərbaycanın adının hallandırılması dezinformasiyadır
Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
Media və Yayım Şurası: Almaniya kəşfiyyatının keçmiş rəhbəri ilə bağlı Azərbaycanın adının hallandırılması dezinformasiyadır
”Cəbrayılın Şərqi Zəngəzurun iqtisadi inkişafında rolu güclənir”
Heydər Əliyevin neft strategiyası: Azərbaycanın iqtisadi gücünün təməli
Bu gün Cəbrayılda görülən işlər Azərbaycanın bu tarixi vəzifəni ardıcıl şəkildə həyata keçirdiyini nümayiş etdirir
6 il əvvəl bir fikir idi, bu gün isə böyük bir yolun adıdır — Doğru.az!
Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir
“Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir”
Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
Sərsəng su anbarı - Qarabağın bərpası və dirçəlişinin simvollarından biri - VİDEO
Sərsəng su anbarı Ağdərə rayonunda, Tərtərçayın üzərində yerləşir. 1976-cı ildə inşa edilən su anbarı əsasən əkin sahələrinin suvarılması və su ehtiyatlarının tənzimlənməsi məqsədilə istifadə olunur. Təxminən 560 milyon kubmetr su tutumuna malik olan Sərsəng su anbarı Qarabağın mühüm su təsərrüfatı obyektlərindən biridir.
İşğal dövründə Sərsəng su anbarına nəzarət edən Ermənistan qüvvələri su ehtiyatlarından Tərtər və ətraf rayonlarının su təminatına təsir göstərmək, həmçinin ekoloji təzyiq yaratmaq üçün istifadə edib. Azərbaycan tərəfi həmin dövrdə su ehtiyatlarından bu cür istifadənin bölgəyə qarşı ekoloji terror siyasətinin tərkib hissəsi olduğunu bildirib.
Hazırda ərazidə su təsərrüfatı infrastrukturunun bərpası və gələcəkdə səmərəli istifadəsi istiqamətində işlər aparılır. Vaxtilə su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadə edilən Sərsəng bu gün Qarabağın bərpası və dirçəlişinin simvollarından birinə çevrilir.
"Report"un əməkdaşları Sərsəng su anbarının füsunkar mənzərəsini lentə alıb. Həmin görüntüləri təqdim edirik:
Video: Mircavid Eminoğlu, Bəşir Əli

“Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir”
Bu gün TDT çərçivəsində təhlükəsizlik qurumları arasında əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir
TDT-nin beynəlxalq münasibətlər sistemində rolunun artması son illərin diqqətçəkən proseslərindən biridir
Xankəndidə yeni mərhələ: Təhsildən iqtisadiyyata, bərpadan inkişafa
“Plan & Eat” Azərbaycanda korporativ nahar prosesini rəqəmsallaşdırır
ULTRA TV televiziya təcrübəsini tamamilə yeni səviyyəyə daşıyır
“Plan & Eat” Azərbaycanda korporativ nahar prosesini rəqəmsallaşdırır
ULTRA TV televiziya təcrübəsini tamamilə yeni səviyyəyə daşıyır
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” – MEDİA
Natiq Məmmədli: Nurani Azərbaycan mətbuatında nadir analitik imza idi
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) Azərbaycan mətbuatında nadir analitik imza idi.
"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Əməkdar jurnalist Nuraninin vida mərasimində çıxış edərkən deyib.
N.Məmmədli diqqətə çatdırıb ki, mətbuatda xanım jurnalistlər müxtəlif mövzularda yaxşı publisistik məqalələr yazırlar:
"Amma analitika sahəsində xanım imzalar çox nadir rast gəlinir. Nurani məhz belə nadir imza idi. O və valideynləri uzun illər "Zerkalo" qəzetində çalışıblar. Azərbaycanın rusdilli mətbuatında intellektual jurnalist dedikdə Nurani və onun valideynləri, o cümlədən onların açdığı yolla gedən gənc jurnalistlər yada düşür. Bizdən sonra bu dünyada, sözümüz, imzamız qalır. Nurani həqiqətləri yazırdı. Əminik ki, Nuraninin sözü də, imzası da Azərbayacn mətbuatında həmişə qalacaq. Onu həmişə xatırlayacağıq".
Daha sonra "Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu və "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu Nurani haqqında xatirələrini bölüşüblər.
Rauf Arifoğlu Nuraninin müalicə xərclərini qarşıladığına görə Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Qeyd edək ki, Nurani avqustun 22-si 56 yaşında uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Əməkdar jurnalist Nurani ilə vida mərasimi başa çatıb - YENİLƏNİB
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə keçirilən vida mərasimi başa çatıb.
"Report" xəbər verir ki, mərhumun nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılır.
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
"Report" xəbər verir ki, mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edir.
Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Nurani avqustun 22-si 56 yaşında uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Əməkdar jurnalist Nurani vəfat edib
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) vəfat edib.
"Report" xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
Qeyd olunub ki, Nurani ilə vida mərasimi bu gün saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək.
Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.
Xatırladaq ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.
O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə "Yurddaş", "Ayna"-"Zerkalo" nəşrlərində çalışıb, uzun müddət "Exo" qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi. 2020-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti "Baku TV"də təlim proqramında iştirak edib
Özbəkistan Milli Teleradio şirkətinin (O'zbekiston Milliy Teleradiokompaniyasi) nümayəndə heyəti avqustun 17-21-də "Global Media Group"a daxil olan "Baku TV"də nəzəri və praktiki təlim proqramında iştirak edib.
"Report" xəbər verir ki, səfərin əsas məqsədi "Baku TV"nin media istehsalı, rəqəmsal platformaların idarə edilməsi və məzmun strategiyası sahəsindəki təcrübəsini öyrənmək və tətbiq etmək olub.
Proqram çərçivəsində qonaqlar rəqəmsal platformaların strateji idarə olunması, media məzmununun istehsal prosesləri, süni intellekt texnologiyalarının tətbiqi, brendinq və vizual standartlar kimi mövzularda "Baku TV"nin mütəxəssisləri ilə görüşlər və konsultasiyalar keçiriblər.
Qeyd edək ki, "Baku TV" ilə Özbəkistanın "Özbəkistan 24" telekanalı arasında 2025-ci ilin oktyabr ayında Daşkəndə əməkdaşlıq memorandumu imzalanıb. Cari səfər həmin sənədlə nəzərdə tutulan təcrübə mübadiləsinin davamı kimi baş tutub.
Təlim proqramı iki qardaş ölkənin media sahəsindəki əlaqələrinin növbəti təzahürü olaraq, təcrübə mübadiləsi əsasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutub. "Baku TV"nin rəqəmsal platformalardakı uğurları və məzmun istehsalı təcrübəsi əsasında əldə edilən biliklərin təlim iştirakçılarının öz fəaliyyətlərində tətbiq olunması nəzərdə tutulur.
Xatırladaq ki, "Baku TV"nin Qazaxıstanın "Xabar" Agentliyi və Çinin "CCTV+" agentliyi ilə də əməkdaşlıq memorandumları mövcuddur və beynəlxalq tərəfdaşlıq çərçivəsində işlər bundan sonra da davam etdiriləcək.
"Baku TV" 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən aparıcı televiziya kanalıdır. Kanal Azərbaycan və dünyada baş verən aktual xəbərləri, analitik və müəllif proqramlarını, canlı yayımları müxtəlif dillərdə izləyicilərə çatdırır.
"Baku TV" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.baku.tv veb-saytına və kanalın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | YouTube | TikTok) müraciət edə bilərsiniz.

“Laçın Zəfərin yaratdığı müasir şəhərə çevrilib” – ŞƏRH
Azərbaycanlı jurnalistlər Səmərqənddə Şahi-Zində kompleksi ilə tanış olublar
Azərbaycanlı jurnalistlər Səmərqənddə Şahi-Zində kompleksini ziyarət ediblər.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, səfər Özbəkistana təşkil olunmuş mediatur çərçivəsində baş tutub.
Mediatur iştirakçılarına məlumat verilib ki, "Şahi-Zində" adı fars dilindən tərcümədə "Yaşayan şah" mənasını verir. Kompleks təxminən doqquz əsr bundan əvvəl formalaşmağa başlayıb. Burada ilk məqbərələr hələ XI əsrdə meydana gəlib, lakin qorunub saxlanılan tikililərin əsas hissəsi XIV-XV əsrlərə aiddir. Xüsusilə Əmir Teymurun dövründə tikinti fəal şəkildə aparılırdı.
Azərbaycanlı jurnalistlər həmçinin məqbərələrin ustalıqla bəzədilmiş fasadlarını ətraflı şəkildə nəzərdən keçiriblər. Tikililərin əhəmiyyətli hissəsi qədim Əfrasiyab şəhərinin yamacı boyunca yerləşən qalereya şəklində vahid memarlıq ansamblı formalaşdırır.
İştirakçılara Şahi-Zindənin dağıdılması və bərpası tarixi barədə də məlumat verilib. XIII əsrdə kompleksin böyük hissəsi monqolların hücumundan sonra zərər görüb, onun dirçəlişi isə XIV əsrdə başlayıb. Daha sonra Mirzə Uluqbəyin dövründə irimiqyaslı memarlıq-planlaşdırma işləri aparılıb.
Bu gün Şahi-Zində təkcə görkəmli memarlıq abidəsi deyil, həm də fəaliyyət göstərən ziyarətgahdır. Mediatur iştirakçıları hakim sülalələrin və əyanların nümayəndələri ilə bağlı məqbərələri görə, Səmərqəndin ən özünəməxsus memarlıq ansambllarından birinin tarixi ilə tanış ola biliblər.

Azərbaycan jurnalistləri Səmərqənddə Registan meydanını ziyarət ediblər
Azərbaycan jurnalistləri Özbəkistana mediatur çərçivəsində Səmərqənddəki Registan meydanını ziyarət ediblər.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, jurnalistlər meydanın üç məşhur mədrəsəni - Uluqbəy, Şerdor və Tilla-Karini özündə birləşdirən memarlıq ansamblı ilə tanış olublar.
İştirakçılara kompleksin yaradılma tarixi, onun regionda elm, təhsil və mədəniyyətin inkişafındakı rolu, eləcə də binaların memarlıq xüsusiyyətləri barədə məlumat verilib.
XV əsrdə Mirzə Uluqbəyin hakimiyyəti dövründə inşa edilmiş Uluqbəy mədrəsəsinə xüsusi diqqət yetirilib. Jurnalistlərə burada həyata keçirilən elmi-təhsil fəaliyyəti barədə danışılıb.
Azərbaycan mediasının nümayəndələri həmçinin binaların zəngin şəkildə bəzədilmiş fasadlarına, mozaik pannolara, ornamentlərə və Səmərqəndin orta əsrlər memarlığının səciyyəvi xüsusiyyətlərini qoruyub saxlayan mədrəsələrin daxili həyətlərinə baxış keçiriblər.

Azərbaycan jurnalistləri Səmərqənddə Əmir Teymurun məqbərəsini ziyarət ediblər
Azərbaycan jurnalistləri Özbəkistana mediatur çərçivəsində Səmərqənddə Əmir Teymurun məqbərəsini ziyarət ediblər.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, jurnalistlərə 1336-cı ildə Səmərqənd yaxınlığında anadan olmuş və şəhəri öz imperiyasının paytaxtı etmiş Əmir Teymurun həyat və fəaliyyət tarixi barədə məlumat verilib.
Qeyd olunub ki, Səmərqənd böyük ticarət karvanlarının keçdiyi Böyük İpək yolunda mühüm mövqe tuturdu.
Məlumat yenilənir...

Azərbaycanlı jurnalistlər "Silk Road Samarkand"ı ziyarət ediblər
Azərbaycanlı jurnalistlər Özbəkistana təşkil olunan mediatur çərçivəsində "Silk Road Samarkand" beynəlxalq turizm mərkəzini ziyarət ediblər.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, jurnalistlərə əcnəbi turistlərin qəbulu, beynəlxalq forumların, işgüzar tədbirlərin keçirilməsi və tədbir turizminin inkişafı üçün yaradılmış Özbəkistanın ən böyük turizm layihələrindən biri təqdim olunub.

Azərbaycanlı jurnalistlər Səmərqənddə İmam Buxarinin məqbərəsini ziyarət ediblər
Azərbaycanlı jurnalistlər Səmərqənddə İmam Buxarinin məqbərəsini ziyarət ediblər.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, ziyarət Özbəkistana təşkil olunmuş mediatur çərçivəsində baş tutub.İmam Buxari məqbərəsi Səmərqənd vilayətinin ən mühüm dini və tarixi obyektlərindən biridir.
Ziyarət zamanı Azərbaycanın media nümayəndələri İmam Buxarinin qəbri, məscid, muzey və kitabxanadan ibarət xatirə kompleksinin ərazisi ilə tanış olublar. Jurnalistlərə kompleksin yaradılma tarixi, İmam Buxarinin həyatı və elmi irsi, eləcə də onun İslam elmindəki xüsusi rolu barədə məlumat verilib.
Mediatur iştirakçıları kompleksin muzey hissəsinə xüsusi diqqət yetiriblər. Burada İslam mədəniyyəti və İmam Buxarinin irsi ilə bağlı əlyazmalar və müxtəlif tarixi materiallar nümayiş olunur. Həmçinin muzeydə müxtəlif ölkələrin nümayəndələri tərəfindən kompleksə hədiyyə edilmiş müqəddəs Qurani-Kərimin nüsxələri saxlanılır.
İştirakçılara bildirilib ki, kompleks müxtəlif ölkələrdən gələn dindarlar üçün ziyarətgah və alimin mənəvi irsinin qorunub saxlanıldığı mühüm mərkəzdir. Jurnalistlər həmçinin kompleksin memarlıq xüsusiyyətləri və ziyarətçilər üçün yaradılmış müasir infrastrukturla tanış olublar.
İmam Buxari ən nüfuzlu İslam alimlərindən biri və İslam ənənəsində ən önəmli hədis toplularından biri olan "Səhih əl-Buxari" hədislər toplusunun tərtibçisi hesab olunur.

Azərbaycan jurnalistləri Daşkənddəki "TEXNOPARK" kompleksini ziyarət ediblər
Azərbaycan jurnalistləri Daşkənddəki "TEXNOPARK" istehsalat kompleksində olublar.
"Report"un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, səfər Özbəkistana mediatur çərçivəsində baş tutub.
Jurnalistlərə məişət texnikası, elektrotexnika məhsulları, tikinti materialları və sənaye avadanlıqları istehsalı sahələrində 20-yə yaxın sənaye layihəsini özündə birləşdirən, Mərkəzi Asiyanın ən böyük yüksək texnologiyalı istehsalat komplekslərindən birinin fəaliyyəti nümayiş etdirilib.
Kompleksin ərazisi 94 hektar təşkil edir ki, bunun da təxminən 50 hektarı istehsal sahələridir, qalan ərazi isə yaşıl zonalar və inzibati binalar üçün ayrılıb. "TEXNOPARK" müəssisələrində 5,4 mindən çox iş yeri yaradılıb.
Azərbaycan mediasının nümayəndələri istehsal xətləri və məişət texnikasının istehsalı prosesləri ilə tanış olublar.
Xüsusilə kompleksin ərazisində "Samsung" brendi altında soyuducuların, həmçinin "Artel" və "Avalon" markalı məişət texnikasının istehsalı qurulub. Müəssisənin gücü ildə 1 milyona qədər soyuducu istehsal etməyə imkan verir, məhsulun təxminən 70 %-i ixrac üçün nəzərdə tutulub.

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”
“Naxçıvanın yeni inkişaf mərhələsi başlayır”
Azərbaycanda Media və Yayım Şurası yaradılıb
Siyasi mövqe prinsiplərlə müəyyən olunur, şəraitə uyğun rəng dəyişməklə yox
"Rəqəmsal mediada ədəbi dil standartları" mövzusunda təlimlər başa çatıb
Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən "Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə" mövzusunda ikigünlük təlim proqramı yekunlaşıb.
Bu barədə "Report"a MEDİA-dan məlumat verilib.
Qeyd olunub ki, ikigünlük təlim çərçivəsində rəqəmsal media mühitində ədəbi dil normalarının qorunması, müasir yazı texnikası və praktik redaktənin əsas prinsipləri, sosial şəbəkə alqoritmlərinin və süni intellekt əsaslı məzmunun ədəbi dilə təsiri, medianın bu sahədə öhdəlikləri kimi aktual mövzular müzakirə edilib.
Bildirilib ki, rəqəmsal transformasiya şəraitində ədəbi dil normalarına riayət olunması, peşəkar yazı və redaktə bacarıqlarının təkmilləşdirilməsi media məzmununun keyfiyyətinin yüksəldilməsi və milli dil dəyərlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Əlavə edilib ki, iyulun 30-31-də keçirilən təlim çərçivəsində media nümayəndələri üçün "Müasir dövrdə ədəbi dilin praktik işlənmə səviyyəsi: rəqəmsal təhdidlər və imkanlar", "Süni intellekt əsaslı məzmun və sosial şəbəkə alqoritimlərinin ədəbi dilə təsiri", "Ədəbi dilin qorunmasında medianın öhdəlikləri" mövzuları üzrə sessiyalar, eləcə də nəzəri biliklərin möhkəmləndirilməsinə həsr olunan vörkşop təşkil olunub.

Elçin Mirzəbəyli: Parlament müxbirlərinin peşəkar fəaliyyəti üçün hüquqi biliklər vacibdir
Milli Məclisin deputatı, siyasətçi, jurnalist Elçin Mirzəbəyli parlament müxbirlərinin peşəkar fəaliyyəti üçün hüquqi biliklərin vacibliyindən danışıb.
"Report" xəbər verir ki, deputat Report Media Məktəbinin tələbələri ilə keçirilən görüşdə parlament jurnalistikası ilə məşğul olan jurnalist üçün əhəmiyyətli olan məsələlərə toxunub.
"Parlament müxbiri üçün Azərbaycan Respublikasının Konstitusiyası və digər hüquqi-normativ aktlar əsas açardır. Onlarla mütləq yaxından tanış olmaq lazımdır", – E.Mirzəbəyli vurğulayıb.
Tələbələrin ədəbi proseslə bağlı suallarını cavablandıran E.Mirzəbəyli qeyd edib ki, ədəbiyyata biznes sahəsi kimi yanaşmaq doğru deyil:
"Ədəbiyyat Azərbaycanda gəlir gətirən sahə olmayıb. Heç bir poeziya kitabı da qazanc gətirmir. Ədəbiyyat kütləvi olmalı deyil. O, toplumun düşünən insanlarının intellektual potensialına hesablanmalıdır. Ədəbiyyat bu gün transformasiya dövrünü yaşayır. Onun inkişafı üçün tənqiddən çox, təhlil lazımdır".
Siyasətçi qeyd edib ki, media ilə siyasət arasında ciddi sərhəd yoxdur:
"Media yoxdursa, siyasətçi də yoxdur. İnsan siyasətin içərisində olub öz baxışını qoruya bilər, əsas məsələ harada olmaq deyil, necə olmaqdır".
Elçin Mirzəbəyli 1967-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutu bitirib.
Jurnalist fəaliyyəti boyunca Sara TV, Lider TV, Xəzər TV, AzTV, Space TV kimi kanallarda müəllif verilişlərinin aparıcısı kimi çıxış edib, bir sıra filmlərin müəllifi və rejissoru olub. 2006–2024-cü illərdə "Xalq Cəbhəsi" qəzetinin və eyniadlı saytın baş redaktoru vəzifəsində çalışıb.
Uzun müddət siyasi fəaliyyətlə məşğul olub. "Bir gecənin tənhalığı", "İtirilmiş vaxtın adamı", "Poz bu sükutu", "Sevgi məktubları", "Anamın duası" kimi şeir kitablarının müəllifidir.
2024-cü il növbədənkənar parlament seçkilərində Milli Məclisinin VII çağırış deputatı seçilib. 2020-ci ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Bahəddin Həzi Report Media Məktəbində: Jurnalistika gündəmin ədəbiyyatıdır
"Bizimyol.info" saytının təsisçisi, yazıçı, publisist, jurnalist Bahəddin Həzi jurnalistikanın cəmiyyətin suallarına cavab axtardığını bildirib.
"Report" xəbər ki, Report Media Məktəbinin tələbələri ilə görüşə gələn B.Həzi jurnalistin peşəkarlığının təkcə yazdığı xəbərlə ölçülmədiyini qeyd edib:
"Jurnalistika gündəmin ədəbiyyatıdır. Yaxşı jurnalist əvvəlcə özünü sorğulamalı, sonra isə cəmiyyəti maraqlandıran sualların cavabını axtarmalıdır. İnsan bir gün özünü sorğulamağı dayandırsa, inkişafı da dayanacaq. Jurnalistin işi cəmiyyətdə olan sualları tapmaq, onları müxtəlif şəxslərə vermək və cavab alana qədər onların arxasınca getməkdir".
Jurnalist media sahəsində süni intellektin rolu barədə fikirlərini də bölüşüb.
"Süni intellekt jurnalisti əvəz etməyəcək. O sadəcə köməkçi bir vasitədir. Ondan istifadə etməyi bacaran jurnalist, istifadə etməyi bacarmayan jurnalisti əvəz edəcək", – o bildirib.
Yazıçı söz ehtiyatını artıran, dili cilalayan vasitə kimi bədii ədəbiyyatı nümunə göstərib:
"Oxucu fərqli situasiyalarla qarşılaşır. Nəticədə isə onun təsəvvür etmə qabiliyyəti inkişaf edir. Bədii mətndə insan obrazları ilə həyat obrazları müqayisə olunur. İnsan həyatı obrazlarla dərk edir".
B.Həzi qeyd edib ki, publisistika rəy jurnalistikasıdır:
"Publisistika interpretasiyadır. Həmçinin şərhə yaxındır. O jurnalistikanın ədəbiyyatla birləşən nöqtəsidir. Bu elə janrdır ki, onun içində şəfqət olmalıdır" – publisist vurğulayıb.
Bahəddin Həzi (Həziyev) 1965-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. Avropa ölkələrində media üzrə müxtəlif kurs və təlimlərdə iştirak edib.
Bahəddin Həzi hələ məktəb dövründən jurnalistikaya maraq göstərib, yazıları "Araz" qəzetində və digər mətbuatda dərc olunub. 1990-cı ildən peşəkar jurnalistikaya başlayan jurnalist uzun illər müxtəlif media orqanlarında çalışıb. 2005-ci ildən "Bizim yol" qəzetinə, 2012-ci ilin iyun ayından isə "Bizimyol.info" saytına rəhbərlik edir. Hazırda "Bizimyol" MMC-nin baş direktorudur.
2010-cu ildə Əməkdar jurnalist fəxri adını qazanıb. Dəfələrlə müxtəlif mükafat və diplomlara layiq görülüb. "Ölümcül həqiqətlər", "Göyün cazibə qüvvəsi" kimi kitabların, minlərlə məqalənin müəllifidir.

"Baku TV"nin beynəlxalq əlaqələri genişləndirilir
"Baku TV" beynəlxalq əlaqələrini genişləndirir.
"Report" xəbər verir ki, bunu "Baku TV"nin baş direktoru Ramin Cəfərov "Real TV"də yayımlanan "Media masası" verilişində deyib.
Onun sözlərinə görə, "Baku TV" bir çox agentlik və aparıcı televiziyalarla memorandumlar imzalayır:
"Memorandum təkcə kağızda deyil, iş fəaliyyətimizdə də əksini tapır. Bir-birimiz üçün xüsusi reportajlar hazırlayırıq. Qazaxıstan, Özbəkistan, Çin kimi ölkələrdə Azərbaycanı tanıdırıq. Azərbaycanla bağlı xüsusi günlərdə onların televiziyalarında reportajlar gedir. Eynisini biz də edirik. Çalışırıq beynəlxalq əlaqələrimizi genişləndirək".
R. Cəfərov əlavə edib ki, Azərbaycan mediasında kadrlara ehtiyac var. Onun fikrincə, televiziya rəhbərləri hazırda kadr çatışmazlığı yaşayır

Sosial şəbəkələrdə "Baku TV" kimi etibarlılığı qazanan az platforma var
Bu gün sosial şəbəkələrdəki məlumatlar o qədər də etibarlı deyil.
"Report" xəbər verir ki, bunu "Baku TV"nin baş direktoru Ramin Cəfərov "Real TV"də yayımlanan "Media masası" verilişində deyib.
O qeyd edib ki, sosial şəbəkələrdə məlumatlar etibarlı mənbədən verilmir:
"Sosial şəbəkədə "Baku TV" kimi etibarlılığı qazanan az platforma var. Bizim abunə sayımız milyonyarıma yaxınlaşır. Düşünürəm ki, bu, etimada görədir. Bizim insanların maraq dairəsi var. Kriminal xəbərlər maraq dairəsindədir. Fəaliyyətimiz 8 ilə yaxınlaşır. 4 milyard baxış toplamışıq. Baxan şəxslərin zövqünü oxşamışıq".
Onun sözlərinə görə, televiziya və sosial medianın müqayisəsi yanlışdır, çünki hər birinin öz rolu var. "Televiziya və sosial şəbəkələr müqayisə olunmamalıdır", - o deyib və əlavə edib ki, sosial şəbəkənin və ənənəvi televiziyanın öz qanunlar var, hər ikisi tam fərqli mühitdir.
O deyib ki, illər keçdikcə sosial şəbəkələri də yeni sistem əvəzləyəcək, yeni nəsil həmin sistemdən istifadə edəcək.
Ramin Cəfərov diqqətə çatdırıb ki, "Baku TV" xəbər, informasiya kanalı olmağına baxmayaraq tarixi, yaddaşı xatırlatmağa böyük diqqət yetirir. Bu səbəbdən "Aydın tarix" kimi proqramlar yayımlanır. Gənclərlə bağlı layihələr də həyata keçirilir.
"Gənclərlə bir layihəmiz var - Rəqəmsal Media Məktəbi. İndiyədək öyrəndiklərimizi gənclərə də aşılayırıq", - direktor bildirib.

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Bəzi subyektiv səbəblərdən "Space TV"də müəyyən problemlər olub və ictimailəşib.
"Report" xəbər verir ki, bunu "Real TV"də yayımlanan "Media masası" verilişində "Space TV"nin baş direktoru Ayaz Mustafayev deyib.
"Son illər səriştəsiz idaarəetmə, səhv verilən qərarlar, yanlış atılan addımlar buna səbəb olub", - o bildirib.
A. Mustafayev sosial şəbəkələrin reytinqi barədə də danışıb və hazırda televiziyanın sosial şəbəkələrə yalnız zaman məsələsində uduzduğunu bildirib.

"Space TV"də "Çardaq" və "Mən də varam" kimi verilişlərin bərpası gözlənilir
"Space TV"də yeni layihələrin reallaşdırılması panlaşdırılır.
"Report" xəbər verir ki, bunu "Real TV"də yayımlanan "Media masası" verilişində "Space TV"nin baş direktoru Ayaz Mustafayev deyib.
"Kontentlə bağlı planlar var. Köhnə layihələr əsasında daha müasir, gənc auditoriyanın baxa biləcəyi layihələr üzərində iş gedir", - o bildirib və əlavə edib ki, sentyabrın sonları, oktyabrın əvvəllərində yeni verilişlər yayımlanacaq.
Onun sözlərinə görə, telekanalda daha əvvəl yayımlanmış "Çardaq" və "Mən də varam" kimi verilişlərin bərpası gözlənilir.

AZƏRTAC yeni layihəyə başlayıb
AZƏRTAC "Peşə fədakarlarının bir günü" layihəsinə start verib.
"Report" xəbər verir ki, layihə çərçivəsində müxtəlif peşələrin özəllikləri, o sahələrdə çalışan insanların əməyinə həsr olunmuş materiallar hazırlanacaq.
Həmçinin adıçəkilən peşənin məsuliyyəti, gərginliyi və fədakarlığı bir gün ərzində real iş prosesi çərçivəsində nümayiş etdiriləcək.
Layihənin ilk buraxılışı təcili tibbi yardım əməkdaşlarının gündəlik fəaliyyətinə həsr olunub. Buraxılışda təcili tibbi yardım briqadalarının çağırışlara operativ reaksiyasını, xəstələrə göstərilən ilkin tibbi yardım prosesi və əməkdaşların qarşılaşdığı çətinliklər təqdim olunub.

Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün "Smart media və sosial trend analizi" mövzusunda "Sosial Jurnalistika" təlimi təşkil olunub.
"Report" xəbər verir ki, təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 20 media qurumundan jurnalistlər iştirak edib.
İştirakçılara rəqəmsal media mühitində yeni tendensiyalar, sosial siyasətin informasiya müstəvisində təqdimatı, eləcə də ictimai rəyin formalaşmasında sosial mövzuların işıqlandırılması barədə geniş izahlar təqdim olunub.
Sonra mövzunun mənimsənilmə keyfiyyətini müəyyənləşdirmək məqsədilə interaktiv vörkşop keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandıraraq öz biliklərini yoxlayıblar.
Sonda media nümayəndələrinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 2023-cü ildən etibarən mütəmadi keçirilən və sayca 10-cu olan "Sosial Jurnalistika" təlimi çərçivəsində hər il yüzlərlə media nümayəndəsi aktual sosial mövzular barədə məlumatlandırılır, onların peşəkar bacarıqlarının inkişafına və sosial sahənin işıqlandırılmasında keyfiyyətin yüksəldilməsinə dəstək göstərilir

MEDİA: Yayılan bu məlumatlar saxtadır
Aygün Kazımova sirkdə “Məclis” qurub, halqadan sallanıb, rep oxudu – Video
MEDİA: Şişirdilmiş başlıqlar cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir
Natiq Məmmədli: Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır
“Sosial şəbəkələrdə məqsədsiz vaxt keçirilməsini məhdudlaşdırırıq” – MEDİA
İslahatlardan ixraca: ASR Group qida sənayesinin inkişafına dəstək verir
“GRAND CEO Breakfast” – dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması
İslahatlardan ixraca: ASR Group qida sənayesinin inkişafına dəstək verir
“Ermənistan sülh gündəliyini konkret qərarlarla möhkəmləndirməlidir” – AÇIQLAMA
"Unikal" 16 yaşını qeyd edir
Bu gün "Unikal" qəzeti və "Unikal.az" xəbər portalının fəaliyyətə başladığı gündür.
"Report" xəbər verir ki, media subyektlərinin fəaliyyətə başlamasından 16 il ötür.
Belə ki, ilk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gələn "Unikal" qəzeti Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən maliyyələşir və layihə icra edir.
Unikal.az xəbər portalı uzun illərdir aktiv xəbər yayımını həyata keçirir və fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlərlə çıxır.
Hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir. Sayt Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir.
"Unikal"da çalışan əməkdaşları təbrik edir, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq!

MEDİA CNN-in feyk xəbəri ilə bağlı açıqlama yaydı
Milli dövlətçilik ənənələrindən hüquqi dövlətə: müstəqillik, suverenlik və insan hüquqları
Azərbaycanda heyvandarlıq sektorunda vəziyyət: Pakistanla əməkdaşlıq yeni imkanlar yarada bilər
Azərbaycanda heyvandarlıq sektorunda vəziyyət: Pakistanla əməkdaşlıq yeni imkanlar yarada bilər
Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub
“Azərsun Holdinq”in təşkilatçılığı ilə Beynəlxalq çay günü ilə əlaqədar jurnalistlər üçün Masallıya mediatur təşkil olunub. Görüş çərçivəsində media nümayəndələri “Azerçay”ın […]
The post Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub appeared first on İCTİMAİ.AZ.
Azərbaycanda heyvandarlıq sektorunda vəziyyət: Pakistanla əməkdaşlıq yeni imkanlar yarada bilər
WUF13-də miqrasiya və şəhərlər mövzusunda yüksək səviyyəli panel müzakirələri keçirilib
Xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib
Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlər üçün müsabiqə elan edib. İctimai.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb. Bildirilib ki, […]
The post Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib appeared first on İCTİMAİ.AZ.
Media urban inkişafı texniki mövzudan çıxarıb insan mərkəzli dialoqa çevirən əsas hərəkətverici qüvvədir – Şəfəq Mehrəliyeva
“Urban Dayanıqlılıq və Mənzilləşmə ilə bağlı İctimai Müzakirədə Media Hərəkətverici Qüvvə kimi”
EcoHub WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib
MEDİA “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib
Natiq Məmmədli: Azərbaycan regionda öz gücü ilə sülh modeli formalaşdırıb
Natiq Məmmədli: Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır
Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır.
"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Agentliyin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, dünyada baş verən proseslər göstərir ki, bütün dünyanın ən çox ehtiyac duyduğu məsələ sülh və firavan yaşayışdır:
"Prezident İlham Əliyev Zəngilanda sakinlərlə görüşdü, oradan bütün dünyaya bir daha sülh mesajı verdi. Prezident haqlı olaraq qeyd etdi ki, Azərbaycan regionda sülhün müəllifidir. Prezidentin sülh çağırışına media və insanlar böyük önəm verir. Azərbaycan dünyada sülh modeli yaradan dövlətdir".
N.Məmmədli vurğulayıb ki, sülh təşəbbüslərində medianın da üzərinə böyük iş düşür:
"Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır. Bu vəzifə media etikasının bütün prinsipləri ilə səsləşir".






































































































































































