❌

Okuma görünümü

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.

“Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başladı

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlı uşaqlar və gənclər üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb. Layihənin əsas məqsədi xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinə və inkişaf etdirməsinə dəstək olmaq, onların milli kimliyini qorumaq, Azərbaycanla bağlarını möhkəmləndirmək və milli şüurlu insan kapitalının formalaşmasına töhfə verməkdir. Layihədə xaricdə yaşayan 6–18 yaş arası azərbaycanlı uşaqlar və gənclər iştirak edə bilərlər. İştirakçılar yaş qruplarına və Azərbaycan dili üzrə bilik səviyyələrinə uyğun olaraq qruplara bölünəcəklər. Yaş qrupları: […]

Source

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, 18 avqust saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Namizədlər 21 avqust saat 17:00-dək [miq.edu.az/direktor] linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Bildirilib ki, proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir. Seçim mərhələsində namizədlərin təqdim […]

Source

Xarici dil müəllimliyi ixtisasında plan yerləri azaldı

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin “Xarici dil müəllimliyi” ixtisasına qəbul planında ötən illə müqayisədə bir sıra dəyişikliklər edilib. Modern.az saytı Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında dərc olunan 2025 və 2026-cı illər üzrə qəbul planlarını müqayisə edib. Müqayisəyə əsasən, Azərbaycan Dillər Universitetində xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına 2025-ci ildə 500 plan yeri ayrıldığı halda, 2026-cı ildə bu rəqəm 475-ə endirilib. Beləliklə, qəbul planında 25 yer azalıb. Universitetdə alman dili üzrə xarici dil müəllimliyində də azalma var. 2025-ci ildə 40 olan […]

Source

Kolleclərə ixtisas seçimi başlayıb

Kolleclərə qəbul üzrə ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan […]

Source

Bakıda Kembric Universitetinin ilk rəsmi təhsil nümayəndəliyi fəaliyyətə başladı

Artıq Azərbaycanda nüfuzlu Kembric Universitetinin təhsil liderliyi proqramının diplomunu almaq mümkündür. Azərbaycanda və Qafqaz regionunda ilk dəfə olaraq Britaniyanın Kembric Universitetinin Beynəlxalq Müəllimlik İxtisası və Təhsil Liderliyi Diplom Proqramının milli və regional rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Təhsil sahəsində mühüm beynəlxalq əməkdaşlığın nəticəsi olaraq, artıq xaricə getmədən Kembric Universitetinin Beynəlxalq Müəllimlik İxtisası və Təhsil Liderliyi Diplom Proqramı (Educational Leadership Diploma Programme) üzrə beynəlxalq səviyyədə tanınan diplomunu əldə etmək mümkündür. Layihənin təşəbbüskarı və nümayəndəliyin rəhbəri Tural Abasquliyev bildirib: “Məqsədimiz Azərbaycanda və regionda […]

Source

Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrədir – RƏSMİ

Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrə qeydə alınıb. Bu, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb. Məlumatda qeyd olunub ki, bu fənlər üzrə nəticələrin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bəzi məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də ali məktəblərə hazırlıq prosesinə laqeyd yanaşmanın nəticəsidir. Bildirilib ki, vəziyyətin real səbəbləri araşdırılmalı və həmin […]

Source

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində kompüter elmləri, informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, süni intellekt, eləcə də mühəndislik istiqamətləri üzrə təhsil almış bir qrup gənclə görüşüb. Görüş zamanı nazir Dövlət Proqramının ölkənin insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayaraq məzunların xaricdə qazandıqları bilik və bacarıqları Azərbaycanın texnoloji inkişafına, innovasiya ekosisteminin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinə töhfə vermək üçün səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini ifadə edib. Müzakirələr zamanı gənclərin […]

Source

Təhsil işçilərinə TəhsilPlus kartları təqdim olunub

İyunun 4-də Gəncə-Daşkəsən regionu üzrə ali və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçilərinə TəhsilPlus kartlarının təqdimetmə mərasimləri keçirilib. TəhsilPlus kartlarının ölkə üzrə ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib. Layihənin regionlarda fəaliyyət göstərən təhsil işçilərinin sosial rifahına töhfə verməsi və onların müxtəlif güzəşt imkanlarından faydalanmasını genişləndirməsi məqsədilə ilk mərhələdə region üzrə xüsusi tərəfdaş şəbəkəsi də formalaşdırılıb. Gəncə Dövlət Universitetində təşkil olunan ilk tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ […]

Source

SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına start verilir

Bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır.    Proqramın əsas xüsusiyyətləri aşağıdakılardır:  Beynəlxalq təcrübə əsasında ilk dəfə pilot olaraq tədris əsaslı doktorantura proqramları; İlkin olaraq pilot qaydada 4 müəssisədə (ARTİ, BDU, ADNSU, BANM) 7 elm sahəsi (riyaziyyat, fizika, kimya, biologiya, yer elmləri, texniki elmlər və pedaqogika) üzrə 80 doktorant;*Təhsil minimum 4 il: 2 il tədris və tədqiqat, növbəti 2 il isə yalnız tədqiqat; *Yalnız dövlət sifarişi əsasında və əyani təhsilalma forması üzrə təhsil; *Qəbul olunanlara doktorantura təqaüdü ilə […]

Source

Valideynlərlə təhsil müzakirələri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə Valideyn konfransları davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində növbəti görüşlər Sabunçu rayonu üzrə 71, Xəzər rayonu üzrə 88 nömrəli tam orta ümumi təhsil məktəblərində, Suraxanı rayonu üzrə S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada təşkil olunub. Konfranslarda MÜTDA-nın direktor müavini Vəfa Yaqublu, Agentliyin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel […]

Source

Nicat Məmmədli kollektivə təqdim edilib

Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yeni sədri Nicat Məmmədli kollektivə təqdim edilib. Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Nicat Məmmədlini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir fondun təhsil sahəsində həyata keçirilən islahatların dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb, prioritet istiqamətlər və əsas hədəflər barədə fikirlərini bölüşüb. Emin Əmrullayev Fondun fəaliyyətinin səmərəliliyinin artırılmasının, innovativ təşəbbüslərin dəstəklənməsinin və dövlət–özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib. Tədbirdə çıxış edən Nicat Məmmədli […]

Source

❌