❌

Okuma görünümü

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.

Heydər Əliyevin neft strategiyası: Azərbaycanın iqtisadi gücünün təməli

Ulu Öndər Heydər Əliyevin iqtisadi strategiyasında dövlət maraqları ilə beynəlxalq iqtisadi əməkdaşlıq arasında tarazlığın qorunması əsas prinsiplərdən biri idi. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində iqtisadi inkişaf məsələləri dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə sıx bağlı olmuşdur. Ulu Öndər iqtisadi cəhətdən güclü dövlətin siyasi baxımdan da daha müstəqil qərarlar qəbul edə biləcəyini yaxşı anlayırdı. Buna görə onun iqtisadi siyasətində milli resurslardan səmərəli istifadə xüsusi yer tuturdu. Azərbaycanın zəngin enerji ehtiyatları bu strategiyanın mühüm dayaqlarından birinə çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılan neft […]

Source

Bu gün Cəbrayılda görülən işlər Azərbaycanın bu tarixi vəzifəni ardıcıl şəkildə həyata keçirdiyini nümayiş etdirir

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən Cəbrayılın düşmən işğalından azad olunmasından sonra həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın dövlətçilik iradəsinin mühüm göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması böyük maliyyə, təşkilati və insan resursları tələb edir. Azərbaycan dövləti bu mürəkkəb prosesə kompleks yanaşma nümayiş etdirir. Cəbrayıl rayonunda həyata keçirilən layihələr də bu strategiyanın ardıcıl xarakter daşıdığını göstərir. Möhtərəm Prezident cənab İlham Əliyevin Cəbrayıl rayonuna mütəmadi səfərləri bərpa prosesinin dövlət rəhbərliyinin xüsusi […]

Source

“Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir”

Azərbaycan iqtisadiyyatının qarşıdakı illər üçün inkişaf istiqamətlərindən biri də dağ-mədən və metallurgiya sənayesinin genişləndirilməsidir. 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə də Cənab Prezident bəyan etdi ki, istehsal müəssisələrinin yaradılması ilə yanaşı ölkənin təbii sərvətlərinin müasir texnologiyalar əsasında öyrənilməsi, hasilatı, zənginləşdirilməsi və emalını özündə birləşdirən bütöv sənaye istiqamətinin qurulmasıdır. Bu baxımdan yeni Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində mühüm mərhələdir. Dağ-mədən və metallurgiya sənayesinə qoyulan investisiyalar çoxşaxəlidir. Məhz bu səbəbdən Dövlət Proqramının əsas hədəflərindən biri xammalın ixracı […]

Source

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İnvestorlar medianın yaydığı saxta xəbərlərə etibar etmədən Azərbaycan haqqında öz fikirlərini formalaşdırmalıdırlar. Bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə bildirib. Dövlət başçısı deyib ki, bu cür tədbirlərin üstünlüklərindən […]

Sərsəng su anbarı - Qarabağın bərpası və dirçəlişinin simvollarından biri - VİDEO

Sərsəng su anbarı Ağdərə rayonunda, Tərtərçayın üzərində yerləşir. 1976-cı ildə inşa edilən su anbarı əsasən əkin sahələrinin suvarılması və su ehtiyatlarının tənzimlənməsi məqsədilə istifadə olunur. Təxminən 560 milyon kubmetr su tutumuna malik olan Sərsəng su anbarı Qarabağın mühüm su təsərrüfatı obyektlərindən biridir.

İşğal dövründə Sərsəng su anbarına nəzarət edən Ermənistan qüvvələri su ehtiyatlarından Tərtər və ətraf rayonlarının su təminatına təsir göstərmək, həmçinin ekoloji təzyiq yaratmaq üçün istifadə edib. Azərbaycan tərəfi həmin dövrdə su ehtiyatlarından bu cür istifadənin bölgəyə qarşı ekoloji terror siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Hazırda ərazidə su təsərrüfatı infrastrukturunun bərpası və gələcəkdə səmərəli istifadəsi istiqamətində işlər aparılır. Vaxtilə su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadə edilən Sərsəng bu gün Qarabağın bərpası və dirçəlişinin simvollarından birinə çevrilir.

"Report"un əməkdaşları Sərsəng su anbarının füsunkar mənzərəsini lentə alıb. Həmin görüntüləri təqdim edirik:

Video: Mircavid Eminoğlu, Bəşir Əli

“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” – MEDİA

“Son günlər Böyük Britaniyanın “The Independent” və “The Guardian” qəzetlərində, habelə “BBC” yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir”. Redaksiya xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb.  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bildirir ki, aşkar birtərəfli yanaşma [...]

Source

Natiq Məmmədli: Nurani Azərbaycan mətbuatında nadir analitik imza idi

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) Azərbaycan mətbuatında nadir analitik imza idi.

"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Əməkdar jurnalist Nuraninin vida mərasimində çıxış edərkən deyib.

N.Məmmədli diqqətə çatdırıb ki, mətbuatda xanım jurnalistlər müxtəlif mövzularda yaxşı publisistik məqalələr yazırlar:

"Amma analitika sahəsində xanım imzalar çox nadir rast gəlinir. Nurani məhz belə nadir imza idi. O və valideynləri uzun illər "Zerkalo" qəzetində çalışıblar. Azərbaycanın rusdilli mətbuatında intellektual jurnalist dedikdə Nurani və onun valideynləri, o cümlədən onların açdığı yolla gedən gənc jurnalistlər yada düşür. Bizdən sonra bu dünyada, sözümüz, imzamız qalır. Nurani həqiqətləri yazırdı. Əminik ki, Nuraninin sözü də, imzası da Azərbayacn mətbuatında həmişə qalacaq. Onu həmişə xatırlayacağıq".

Daha sonra "Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu və "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu Nurani haqqında xatirələrini bölüşüblər.

Rauf Arifoğlu Nuraninin müalicə xərclərini qarşıladığına görə Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Qeyd edək ki, Nurani avqustun 22-si 56 yaşında uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Əməkdar jurnalist Nurani ilə vida mərasimi başa çatıb - YENİLƏNİB

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə keçirilən vida mərasimi başa çatıb.

"Report" xəbər verir ki, mərhumun nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılır.

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edir.

Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Nurani avqustun 22-si 56 yaşında uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Əməkdar jurnalist Nurani vəfat edib

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) vəfat edib.

"Report" xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Qeyd olunub ki, Nurani ilə vida mərasimi bu gün saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək.

Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.

Xatırladaq ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.

O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə "Yurddaş", "Ayna"-"Zerkalo" nəşrlərində çalışıb, uzun müddət "Exo" qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi. 2020-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti "Baku TV"də təlim proqramında iştirak edib

Özbəkistan Milli Teleradio şirkətinin (O'zbekiston Milliy Teleradiokompaniyasi) nümayəndə heyəti avqustun 17-21-də "Global Media Group"a daxil olan "Baku TV"də nəzəri və praktiki təlim proqramında iştirak edib.

"Report" xəbər verir ki, səfərin əsas məqsədi "Baku TV"nin media istehsalı, rəqəmsal platformaların idarə edilməsi və məzmun strategiyası sahəsindəki təcrübəsini öyrənmək və tətbiq etmək olub.

Proqram çərçivəsində qonaqlar rəqəmsal platformaların strateji idarə olunması, media məzmununun istehsal prosesləri, süni intellekt texnologiyalarının tətbiqi, brendinq və vizual standartlar kimi mövzularda "Baku TV"nin mütəxəssisləri ilə görüşlər və konsultasiyalar keçiriblər.

Qeyd edək ki, "Baku TV" ilə Özbəkistanın "Özbəkistan 24" telekanalı arasında 2025-ci ilin oktyabr ayında Daşkəndə əməkdaşlıq memorandumu imzalanıb. Cari səfər həmin sənədlə nəzərdə tutulan təcrübə mübadiləsinin davamı kimi baş tutub.

Təlim proqramı iki qardaş ölkənin media sahəsindəki əlaqələrinin növbəti təzahürü olaraq, təcrübə mübadiləsi əsasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutub. "Baku TV"nin rəqəmsal platformalardakı uğurları və məzmun istehsalı təcrübəsi əsasında əldə edilən biliklərin təlim iştirakçılarının öz fəaliyyətlərində tətbiq olunması nəzərdə tutulur.

Xatırladaq ki, "Baku TV"nin Qazaxıstanın "Xabar" Agentliyi və Çinin "CCTV+" agentliyi ilə də əməkdaşlıq memorandumları mövcuddur və beynəlxalq tərəfdaşlıq çərçivəsində işlər bundan sonra da davam etdiriləcək.

"Baku TV" 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən aparıcı televiziya kanalıdır. Kanal Azərbaycan və dünyada baş verən aktual xəbərləri, analitik və müəllif proqramlarını, canlı yayımları müxtəlif dillərdə izləyicilərə çatdırır.

"Baku TV" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.baku.tv veb-saytına və kanalın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | YouTube | TikTok) müraciət edə bilərsiniz.

Azərbaycanlı jurnalistlər Səmərqənddə Şahi-Zində kompleksi ilə tanış olublar

Azərbaycanlı jurnalistlər Səmərqənddə Şahi-Zində kompleksini ziyarət ediblər.

"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, səfər Özbəkistana təşkil olunmuş mediatur çərçivəsində baş tutub.

Mediatur iştirakçılarına məlumat verilib ki, "Şahi-Zində" adı fars dilindən tərcümədə "Yaşayan şah" mənasını verir. Kompleks təxminən doqquz əsr bundan əvvəl formalaşmağa başlayıb. Burada ilk məqbərələr hələ XI əsrdə meydana gəlib, lakin qorunub saxlanılan tikililərin əsas hissəsi XIV-XV əsrlərə aiddir. Xüsusilə Əmir Teymurun dövründə tikinti fəal şəkildə aparılırdı.

Azərbaycanlı jurnalistlər həmçinin məqbərələrin ustalıqla bəzədilmiş fasadlarını ətraflı şəkildə nəzərdən keçiriblər. Tikililərin əhəmiyyətli hissəsi qədim Əfrasiyab şəhərinin yamacı boyunca yerləşən qalereya şəklində vahid memarlıq ansamblı formalaşdırır.

İştirakçılara Şahi-Zindənin dağıdılması və bərpası tarixi barədə də məlumat verilib. XIII əsrdə kompleksin böyük hissəsi monqolların hücumundan sonra zərər görüb, onun dirçəlişi isə XIV əsrdə başlayıb. Daha sonra Mirzə Uluqbəyin dövründə irimiqyaslı memarlıq-planlaşdırma işləri aparılıb.

Bu gün Şahi-Zində təkcə görkəmli memarlıq abidəsi deyil, həm də fəaliyyət göstərən ziyarətgahdır. Mediatur iştirakçıları hakim sülalələrin və əyanların nümayəndələri ilə bağlı məqbərələri görə, Səmərqəndin ən özünəməxsus memarlıq ansambllarından birinin tarixi ilə tanış ola biliblər.

Azərbaycan jurnalistləri Səmərqənddə Registan meydanını ziyarət ediblər

Azərbaycan jurnalistləri Özbəkistana mediatur çərçivəsində Səmərqənddəki Registan meydanını ziyarət ediblər.

"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, jurnalistlər meydanın üç məşhur mədrəsəni - Uluqbəy, Şerdor və Tilla-Karini özündə birləşdirən memarlıq ansamblı ilə tanış olublar.

İştirakçılara kompleksin yaradılma tarixi, onun regionda elm, təhsil və mədəniyyətin inkişafındakı rolu, eləcə də binaların memarlıq xüsusiyyətləri barədə məlumat verilib.

XV əsrdə Mirzə Uluqbəyin hakimiyyəti dövründə inşa edilmiş Uluqbəy mədrəsəsinə xüsusi diqqət yetirilib. Jurnalistlərə burada həyata keçirilən elmi-təhsil fəaliyyəti barədə danışılıb.

Azərbaycan mediasının nümayəndələri həmçinin binaların zəngin şəkildə bəzədilmiş fasadlarına, mozaik pannolara, ornamentlərə və Səmərqəndin orta əsrlər memarlığının səciyyəvi xüsusiyyətlərini qoruyub saxlayan mədrəsələrin daxili həyətlərinə baxış keçiriblər.

Azərbaycan jurnalistləri Səmərqənddə Əmir Teymurun məqbərəsini ziyarət ediblər

Azərbaycan jurnalistləri Özbəkistana mediatur çərçivəsində Səmərqənddə Əmir Teymurun məqbərəsini ziyarət ediblər.

"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, jurnalistlərə 1336-cı ildə Səmərqənd yaxınlığında anadan olmuş və şəhəri öz imperiyasının paytaxtı etmiş Əmir Teymurun həyat və fəaliyyət tarixi barədə məlumat verilib.

Qeyd olunub ki, Səmərqənd böyük ticarət karvanlarının keçdiyi Böyük İpək yolunda mühüm mövqe tuturdu.

Məlumat yenilənir...

Azərbaycanlı jurnalistlər "Silk Road Samarkand"ı ziyarət ediblər

Azərbaycanlı jurnalistlər Özbəkistana təşkil olunan mediatur çərçivəsində "Silk Road Samarkand" beynəlxalq turizm mərkəzini ziyarət ediblər.

"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, jurnalistlərə əcnəbi turistlərin qəbulu, beynəlxalq forumların, işgüzar tədbirlərin keçirilməsi və tədbir turizminin inkişafı üçün yaradılmış Özbəkistanın ən böyük turizm layihələrindən biri təqdim olunub.

Azərbaycanlı jurnalistlər Səmərqənddə İmam Buxarinin məqbərəsini ziyarət ediblər

Azərbaycanlı jurnalistlər Səmərqənddə İmam Buxarinin məqbərəsini ziyarət ediblər.

"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, ziyarət Özbəkistana təşkil olunmuş mediatur çərçivəsində baş tutub.İmam Buxari məqbərəsi Səmərqənd vilayətinin ən mühüm dini və tarixi obyektlərindən biridir.

Ziyarət zamanı Azərbaycanın media nümayəndələri İmam Buxarinin qəbri, məscid, muzey və kitabxanadan ibarət xatirə kompleksinin ərazisi ilə tanış olublar. Jurnalistlərə kompleksin yaradılma tarixi, İmam Buxarinin həyatı və elmi irsi, eləcə də onun İslam elmindəki xüsusi rolu barədə məlumat verilib.

Mediatur iştirakçıları kompleksin muzey hissəsinə xüsusi diqqət yetiriblər. Burada İslam mədəniyyəti və İmam Buxarinin irsi ilə bağlı əlyazmalar və müxtəlif tarixi materiallar nümayiş olunur. Həmçinin muzeydə müxtəlif ölkələrin nümayəndələri tərəfindən kompleksə hədiyyə edilmiş müqəddəs Qurani-Kərimin nüsxələri saxlanılır.

İştirakçılara bildirilib ki, kompleks müxtəlif ölkələrdən gələn dindarlar üçün ziyarətgah və alimin mənəvi irsinin qorunub saxlanıldığı mühüm mərkəzdir. Jurnalistlər həmçinin kompleksin memarlıq xüsusiyyətləri və ziyarətçilər üçün yaradılmış müasir infrastrukturla tanış olublar.

İmam Buxari ən nüfuzlu İslam alimlərindən biri və İslam ənənəsində ən önəmli hədis toplularından biri olan "Səhih əl-Buxari" hədislər toplusunun tərtibçisi hesab olunur.

Azərbaycan jurnalistləri Daşkənddəki "TEXNOPARK" kompleksini ziyarət ediblər

Azərbaycan jurnalistləri Daşkənddəki "TEXNOPARK" istehsalat kompleksində olublar.

"Report"un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, səfər Özbəkistana mediatur çərçivəsində baş tutub.

Jurnalistlərə məişət texnikası, elektrotexnika məhsulları, tikinti materialları və sənaye avadanlıqları istehsalı sahələrində 20-yə yaxın sənaye layihəsini özündə birləşdirən, Mərkəzi Asiyanın ən böyük yüksək texnologiyalı istehsalat komplekslərindən birinin fəaliyyəti nümayiş etdirilib.

Kompleksin ərazisi 94 hektar təşkil edir ki, bunun da təxminən 50 hektarı istehsal sahələridir, qalan ərazi isə yaşıl zonalar və inzibati binalar üçün ayrılıb. "TEXNOPARK" müəssisələrində 5,4 mindən çox iş yeri yaradılıb.

Azərbaycan mediasının nümayəndələri istehsal xətləri və məişət texnikasının istehsalı prosesləri ilə tanış olublar.

Xüsusilə kompleksin ərazisində "Samsung" brendi altında soyuducuların, həmçinin "Artel" və "Avalon" markalı məişət texnikasının istehsalı qurulub. Müəssisənin gücü ildə 1 milyona qədər soyuducu istehsal etməyə imkan verir, məhsulun təxminən 70 %-i ixrac üçün nəzərdə tutulub.

"Rəqəmsal mediada ədəbi dil standartları" mövzusunda təlimlər başa çatıb

Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən "Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə" mövzusunda ikigünlük təlim proqramı yekunlaşıb.

Bu barədə "Report"a MEDİA-dan məlumat verilib.

Qeyd olunub ki, ikigünlük təlim çərçivəsində rəqəmsal media mühitində ədəbi dil normalarının qorunması, müasir yazı texnikası və praktik redaktənin əsas prinsipləri, sosial şəbəkə alqoritmlərinin və süni intellekt əsaslı məzmunun ədəbi dilə təsiri, medianın bu sahədə öhdəlikləri kimi aktual mövzular müzakirə edilib.

Bildirilib ki, rəqəmsal transformasiya şəraitində ədəbi dil normalarına riayət olunması, peşəkar yazı və redaktə bacarıqlarının təkmilləşdirilməsi media məzmununun keyfiyyətinin yüksəldilməsi və milli dil dəyərlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Əlavə edilib ki, iyulun 30-31-də keçirilən təlim çərçivəsində media nümayəndələri üçün "Müasir dövrdə ədəbi dilin praktik işlənmə səviyyəsi: rəqəmsal təhdidlər və imkanlar", "Süni intellekt əsaslı məzmun və sosial şəbəkə alqoritimlərinin ədəbi dilə təsiri", "Ədəbi dilin qorunmasında medianın öhdəlikləri" mövzuları üzrə sessiyalar, eləcə də nəzəri biliklərin möhkəmləndirilməsinə həsr olunan vörkşop təşkil olunub.

Elçin Mirzəbəyli: Parlament müxbirlərinin peşəkar fəaliyyəti üçün hüquqi biliklər vacibdir

Milli Məclisin deputatı, siyasətçi, jurnalist Elçin Mirzəbəyli parlament müxbirlərinin peşəkar fəaliyyəti üçün hüquqi biliklərin vacibliyindən danışıb.

"Report" xəbər verir ki, deputat Report Media Məktəbinin tələbələri ilə keçirilən görüşdə parlament jurnalistikası ilə məşğul olan jurnalist üçün əhəmiyyətli olan məsələlərə toxunub.

"Parlament müxbiri üçün Azərbaycan Respublikasının Konstitusiyası və digər hüquqi-normativ aktlar əsas açardır. Onlarla mütləq yaxından tanış olmaq lazımdır", – E.Mirzəbəyli vurğulayıb.

Tələbələrin ədəbi proseslə bağlı suallarını cavablandıran E.Mirzəbəyli qeyd edib ki, ədəbiyyata biznes sahəsi kimi yanaşmaq doğru deyil:

"Ədəbiyyat Azərbaycanda gəlir gətirən sahə olmayıb. Heç bir poeziya kitabı da qazanc gətirmir. Ədəbiyyat kütləvi olmalı deyil. O, toplumun düşünən insanlarının intellektual potensialına hesablanmalıdır. Ədəbiyyat bu gün transformasiya dövrünü yaşayır. Onun inkişafı üçün tənqiddən çox, təhlil lazımdır".

Siyasətçi qeyd edib ki, media ilə siyasət arasında ciddi sərhəd yoxdur:

"Media yoxdursa, siyasətçi də yoxdur. İnsan siyasətin içərisində olub öz baxışını qoruya bilər, əsas məsələ harada olmaq deyil, necə olmaqdır".

Elçin Mirzəbəyli 1967-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutu bitirib.

Jurnalist fəaliyyəti boyunca Sara TV, Lider TV, Xəzər TV, AzTV, Space TV kimi kanallarda müəllif verilişlərinin aparıcısı kimi çıxış edib, bir sıra filmlərin müəllifi və rejissoru olub. 2006–2024-cü illərdə "Xalq Cəbhəsi" qəzetinin və eyniadlı saytın baş redaktoru vəzifəsində çalışıb.

Uzun müddət siyasi fəaliyyətlə məşğul olub. "Bir gecənin tənhalığı", "İtirilmiş vaxtın adamı", "Poz bu sükutu", "Sevgi məktubları", "Anamın duası" kimi şeir kitablarının müəllifidir.

2024-cü il növbədənkənar parlament seçkilərində Milli Məclisinin VII çağırış deputatı seçilib. 2020-ci ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Bahəddin Həzi Report Media Məktəbində: Jurnalistika gündəmin ədəbiyyatıdır

"Bizimyol.info" saytının təsisçisi, yazıçı, publisist, jurnalist Bahəddin Həzi jurnalistikanın cəmiyyətin suallarına cavab axtardığını bildirib.

"Report" xəbər ki, Report Media Məktəbinin tələbələri ilə görüşə gələn B.Həzi jurnalistin peşəkarlığının təkcə yazdığı xəbərlə ölçülmədiyini qeyd edib:

"Jurnalistika gündəmin ədəbiyyatıdır. Yaxşı jurnalist əvvəlcə özünü sorğulamalı, sonra isə cəmiyyəti maraqlandıran sualların cavabını axtarmalıdır. İnsan bir gün özünü sorğulamağı dayandırsa, inkişafı da dayanacaq. Jurnalistin işi cəmiyyətdə olan sualları tapmaq, onları müxtəlif şəxslərə vermək və cavab alana qədər onların arxasınca getməkdir".

Jurnalist media sahəsində süni intellektin rolu barədə fikirlərini də bölüşüb.

"Süni intellekt jurnalisti əvəz etməyəcək. O sadəcə köməkçi bir vasitədir. Ondan istifadə etməyi bacaran jurnalist, istifadə etməyi bacarmayan jurnalisti əvəz edəcək", – o bildirib.

Yazıçı söz ehtiyatını artıran, dili cilalayan vasitə kimi bədii ədəbiyyatı nümunə göstərib:

"Oxucu fərqli situasiyalarla qarşılaşır. Nəticədə isə onun təsəvvür etmə qabiliyyəti inkişaf edir. Bədii mətndə insan obrazları ilə həyat obrazları müqayisə olunur. İnsan həyatı obrazlarla dərk edir".

B.Həzi qeyd edib ki, publisistika rəy jurnalistikasıdır:

"Publisistika interpretasiyadır. Həmçinin şərhə yaxındır. O jurnalistikanın ədəbiyyatla birləşən nöqtəsidir. Bu elə janrdır ki, onun içində şəfqət olmalıdır" – publisist vurğulayıb.

Bahəddin Həzi (Həziyev) 1965-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. Avropa ölkələrində media üzrə müxtəlif kurs və təlimlərdə iştirak edib.

Bahəddin Həzi hələ məktəb dövründən jurnalistikaya maraq göstərib, yazıları "Araz" qəzetində və digər mətbuatda dərc olunub. 1990-cı ildən peşəkar jurnalistikaya başlayan jurnalist uzun illər müxtəlif media orqanlarında çalışıb. 2005-ci ildən "Bizim yol" qəzetinə, 2012-ci ilin iyun ayından isə "Bizimyol.info" saytına rəhbərlik edir. Hazırda "Bizimyol" MMC-nin baş direktorudur.

2010-cu ildə Əməkdar jurnalist fəxri adını qazanıb. Dəfələrlə müxtəlif mükafat və diplomlara layiq görülüb. "Ölümcül həqiqətlər", "Göyün cazibə qüvvəsi" kimi kitabların, minlərlə məqalənin müəllifidir.

"Baku TV"nin beynəlxalq əlaqələri genişləndirilir

"Baku TV" beynəlxalq əlaqələrini genişləndirir.

"Report" xəbər verir ki, bunu "Baku TV"nin baş direktoru Ramin Cəfərov "Real TV"də yayımlanan "Media masası" verilişində deyib.

Onun sözlərinə görə, "Baku TV" bir çox agentlik və aparıcı televiziyalarla memorandumlar imzalayır:

"Memorandum təkcə kağızda deyil, iş fəaliyyətimizdə də əksini tapır. Bir-birimiz üçün xüsusi reportajlar hazırlayırıq. Qazaxıstan, Özbəkistan, Çin kimi ölkələrdə Azərbaycanı tanıdırıq. Azərbaycanla bağlı xüsusi günlərdə onların televiziyalarında reportajlar gedir. Eynisini biz də edirik. Çalışırıq beynəlxalq əlaqələrimizi genişləndirək".

R. Cəfərov əlavə edib ki, Azərbaycan mediasında kadrlara ehtiyac var. Onun fikrincə, televiziya rəhbərləri hazırda kadr çatışmazlığı yaşayır

Sosial şəbəkələrdə "Baku TV" kimi etibarlılığı qazanan az platforma var

Bu gün sosial şəbəkələrdəki məlumatlar o qədər də etibarlı deyil.

"Report" xəbər verir ki, bunu "Baku TV"nin baş direktoru Ramin Cəfərov "Real TV"də yayımlanan "Media masası" verilişində deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə məlumatlar etibarlı mənbədən verilmir:

"Sosial şəbəkədə "Baku TV" kimi etibarlılığı qazanan az platforma var. Bizim abunə sayımız milyonyarıma yaxınlaşır. Düşünürəm ki, bu, etimada görədir. Bizim insanların maraq dairəsi var. Kriminal xəbərlər maraq dairəsindədir. Fəaliyyətimiz 8 ilə yaxınlaşır. 4 milyard baxış toplamışıq. Baxan şəxslərin zövqünü oxşamışıq".

Onun sözlərinə görə, televiziya və sosial medianın müqayisəsi yanlışdır, çünki hər birinin öz rolu var. "Televiziya və sosial şəbəkələr müqayisə olunmamalıdır", - o deyib və əlavə edib ki, sosial şəbəkənin və ənənəvi televiziyanın öz qanunlar var, hər ikisi tam fərqli mühitdir.

O deyib ki, illər keçdikcə sosial şəbəkələri də yeni sistem əvəzləyəcək, yeni nəsil həmin sistemdən istifadə edəcək.

Ramin Cəfərov diqqətə çatdırıb ki, "Baku TV" xəbər, informasiya kanalı olmağına baxmayaraq tarixi, yaddaşı xatırlatmağa böyük diqqət yetirir. Bu səbəbdən "Aydın tarix" kimi proqramlar yayımlanır. Gənclərlə bağlı layihələr də həyata keçirilir.

"Gənclərlə bir layihəmiz var - Rəqəmsal Media Məktəbi. İndiyədək öyrəndiklərimizi gənclərə də aşılayırıq", - direktor bildirib.

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Bəzi subyektiv səbəblərdən "Space TV"də müəyyən problemlər olub və ictimailəşib.

"Report" xəbər verir ki, bunu "Real TV"də yayımlanan "Media masası" verilişində "Space TV"nin baş direktoru Ayaz Mustafayev deyib.

"Son illər səriştəsiz idaarəetmə, səhv verilən qərarlar, yanlış atılan addımlar buna səbəb olub", - o bildirib.

A. Mustafayev sosial şəbəkələrin reytinqi barədə də danışıb və hazırda televiziyanın sosial şəbəkələrə yalnız zaman məsələsində uduzduğunu bildirib.

"Space TV"də "Çardaq" və "Mən də varam" kimi verilişlərin bərpası gözlənilir

"Space TV"də yeni layihələrin reallaşdırılması panlaşdırılır.

"Report" xəbər verir ki, bunu "Real TV"də yayımlanan "Media masası" verilişində "Space TV"nin baş direktoru Ayaz Mustafayev deyib.

"Kontentlə bağlı planlar var. Köhnə layihələr əsasında daha müasir, gənc auditoriyanın baxa biləcəyi layihələr üzərində iş gedir", - o bildirib və əlavə edib ki, sentyabrın sonları, oktyabrın əvvəllərində yeni verilişlər yayımlanacaq.

Onun sözlərinə görə, telekanalda daha əvvəl yayımlanmış "Çardaq" və "Mən də varam" kimi verilişlərin bərpası gözlənilir.

AZƏRTAC yeni layihəyə başlayıb

AZƏRTAC "Peşə fədakarlarının bir günü" layihəsinə start verib.

"Report" xəbər verir ki, layihə çərçivəsində müxtəlif peşələrin özəllikləri, o sahələrdə çalışan insanların əməyinə həsr olunmuş materiallar hazırlanacaq.

Həmçinin adıçəkilən peşənin məsuliyyəti, gərginliyi və fədakarlığı bir gün ərzində real iş prosesi çərçivəsində nümayiş etdiriləcək.

Layihənin ilk buraxılışı təcili tibbi yardım əməkdaşlarının gündəlik fəaliyyətinə həsr olunub. Buraxılışda təcili tibbi yardım briqadalarının çağırışlara operativ reaksiyasını, xəstələrə göstərilən ilkin tibbi yardım prosesi və əməkdaşların qarşılaşdığı çətinliklər təqdim olunub.

Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün "Smart media və sosial trend analizi" mövzusunda "Sosial Jurnalistika" təlimi təşkil olunub.

"Report" xəbər verir ki, təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 20 media qurumundan jurnalistlər iştirak edib.

İştirakçılara rəqəmsal media mühitində yeni tendensiyalar, sosial siyasətin informasiya müstəvisində təqdimatı, eləcə də ictimai rəyin formalaşmasında sosial mövzuların işıqlandırılması barədə geniş izahlar təqdim olunub.

Sonra mövzunun mənimsənilmə keyfiyyətini müəyyənləşdirmək məqsədilə interaktiv vörkşop keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandıraraq öz biliklərini yoxlayıblar.

Sonda media nümayəndələrinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, 2023-cü ildən etibarən mütəmadi keçirilən və sayca 10-cu olan "Sosial Jurnalistika" təlimi çərçivəsində hər il yüzlərlə media nümayəndəsi aktual sosial mövzular barədə məlumatlandırılır, onların peşəkar bacarıqlarının inkişafına və sosial sahənin işıqlandırılmasında keyfiyyətin yüksəldilməsinə dəstək göstərilir

“Sosial şəbəkələrdə məqsədsiz vaxt keçirilməsini məhdudlaşdırırıq” – MEDİA

“Hesab edirəm ki, jurnalist camiəsinin üzərinə düşən əsas vəzifə bu qanundan irəli gələn məsələlərin cəmiyyətə düzgün izah edilməsidir”. Bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. MEDİA rəsmisi bildirib ki, qanun layihəsi ilə bağlı müxtəlif fikirlər səslənəcək. “Təcrübə göstərir ki, belə təşəbbüslər ortaya çıxanda çox zaman spekulyativ yanaşmalar […]

Source

İslahatlardan ixraca: ASR Group qida sənayesinin inkişafına dəstək verir

Özbəkistanın aparıcı konsaltinq şirkətlərindən biri olan “ASR Distribution and Development Group” ilə Özbəkistan Qida Sənayesi Assosiasiyasının rəhbərliyi və üzv şirkətləri arasında rəsmi işgüzar görüş keçirilmişdir. ​Görüşdə “ASR Distribution and Development Group” şirkətinin təsisçisi Elxan Mikayılov və şirkətin baş direktoru Əli Vəliyev şəxsən iştirak edərək rəsmi heyətlə müzakirələr aparmışlar. Görüşün əsas mövzusu ölkədə qida təhlükəsizliyi sahəsində [...]

Source

“GRAND CEO Breakfast” – dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) tərəfindən “GRAND CEO Breakfast” təşkil olunub. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib. İşgüzar səhər yeməyi formatında təşkil olunan görüş çərçivəsində, tədbir tarixində ilk dəfə olaraq “Caspian Energy Club” ilə uzun illərdir əməkdaşlıq edən və yaxın tərəfdaşlıq münasibətləri [...]

Source

İslahatlardan ixraca: ASR Group qida sənayesinin inkişafına dəstək verir

Özbəkistanın aparıcı konsaltinq şirkətlərindən biri olan “ASR Distribution and Development Group” ilə Özbəkistan Qida Sənayesi Assosiasiyasının rəhbərliyi və üzv şirkətləri arasında rəsmi işgüzar görüş keçirilmişdir. ​Görüşdə “ASR Distribution and Development Group” şirkətinin təsisçisi Elxan Mikayılov və şirkətin baş direktoru Əli Vəliyev şəxsən iştirak edərək rəsmi heyətlə müzakirələr aparmışlar. Görüşün əsas mövzusu ölkədə qida təhlükəsizliyi sahəsində [...]

Source

"Unikal" 16 yaşını qeyd edir

Bu gün "Unikal" qəzeti və "Unikal.az" xəbər portalının fəaliyyətə başladığı gündür.

"Report" xəbər verir ki, media subyektlərinin fəaliyyətə başlamasından 16 il ötür.

Belə ki, ilk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gələn "Unikal" qəzeti Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən maliyyələşir və layihə icra edir.

Unikal.az xəbər portalı uzun illərdir aktiv xəbər yayımını həyata keçirir və fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlərlə çıxır.

Hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir. Sayt Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir.

"Unikal"da çalışan əməkdaşları təbrik edir, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq!

Azərbaycanda heyvandarlıq sektorunda vəziyyət: Pakistanla əməkdaşlıq yeni imkanlar yarada bilər

Azərbaycanda son illərdə heyvandarlıq sahəsində müşahidə olunan azalma və ət idxalının artması kənd təsərrüfatı sektorunda əsas müzakirə mövzularından birinə çevrilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, heyvanların sayında azalma müşahidə olunur və yerli istehsal artan tələbatı tam qarşılaya bilmir. Bu səbəbdən son illərdə ət idxalı da artıb. Mövzu ilə bağlı “BF Şirkətlər Qrupu”nun həmtəsisçiləri [...]

Source

Azərbaycanda heyvandarlıq sektorunda vəziyyət: Pakistanla əməkdaşlıq yeni imkanlar yarada bilər

Azərbaycanda son illərdə heyvandarlıq sahəsində müşahidə olunan azalma və ət idxalının artması kənd təsərrüfatı sektorunda əsas müzakirə mövzularından birinə çevrilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, heyvanların sayında azalma müşahidə olunur və yerli istehsal artan tələbatı tam qarşılaya bilmir. Bu səbəbdən son illərdə ət idxalı da artıb. Mövzu ilə bağlı “BF Şirkətlər Qrupu”nun həmtəsisçiləri [...]

Source

Xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib

Azərbaycanın inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə 2026-cı ilin 17–22 may tarixlərində ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib. [...]

Source

Natiq Məmmədli: Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır

Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır.

"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Agentliyin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, dünyada baş verən proseslər göstərir ki, bütün dünyanın ən çox ehtiyac duyduğu məsələ sülh və firavan yaşayışdır:

"Prezident İlham Əliyev Zəngilanda sakinlərlə görüşdü, oradan bütün dünyaya bir daha sülh mesajı verdi. Prezident haqlı olaraq qeyd etdi ki, Azərbaycan regionda sülhün müəllifidir. Prezidentin sülh çağırışına media və insanlar böyük önəm verir. Azərbaycan dünyada sülh modeli yaradan dövlətdir".

N.Məmmədli vurğulayıb ki, sülh təşəbbüslərində medianın da üzərinə böyük iş düşür:

"Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır. Bu vəzifə media etikasının bütün prinsipləri ilə səsləşir".

Azərbaycan-Türkiyə Birgə Media Platforması daha geniş şəkildə inkişaf etdiriləcək – Əhməd İsmayılov

Azərbaycan–Türkiyə Birgə Media Platforması iki ölkə mediasının əlaqəli və səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan platforma çərçivəsində müvafiq işlər görür. Medianın İnkişafı Agentliyindən verilən məlumata görə, bunu qurumun icraçı direktoru Əhməd İsmayılov İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitindəki çıxışı zamanı deyib. Beynəlxalq əməkdaşlığa toxunan Əhməd İsmayılov qeyd edib ki, Medianın İnkişafı Agentliyi və bir sıra xarici ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığa dair ikitərəfli sənədlər mövcuddur: “Bu sənədlər çərçivəsində milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, media sahəsində qarşılıqlı […]

Source

“Rəqəmsal fəaliyyət planı dövlət idarəçiliyində yeni keyfiyyət dəyişiklikləri yaradacaq”

Müasir dünyada iqtisadi güc və dövlət idarəçiliyinin effektivliyi daha çox rəqəmsal texnologiyalardan asılıdır. Bu reallıq fonunda Azərbaycan son illərdə rəqəmsallaşma istiqamətində mühüm addımlar atmaqdadır. Dövlət xidmətləri, maliyyə sektoru, modern infrastruktur kimi geniş spektri əhatə edən rəqəmsal transformasiya artıq ölkənin inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Cənab Prezidentin də söylədiyi kimi, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı ölkəmizə strateji istiqamətdə real üstünlüklər qazandıracaq. Bu konsepsiya dövlət informasiya sistemlərinin inteqrasiyasını, məlumatların vahid platformada idarə olunmasını və süni intellekt həllərinin tətbiqini […]

Source

Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

“Diqqət-diqqət, göstərir Bakı” – 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. Şərqdə ilk televiziyanın fəaliyyətə başlamasından ötən 70 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib. 1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin […]

Source

❌