WhatsApp-dan yeni məxfilik funksiyası
“WhatsApp” istifadəçilərin məxfilik imkanlarını genişləndirəcək yeni funksiya üzərində işləyir. Modern.az “Mashable” platformasına istinadən bildirir ki, “WhatsApp” artıq oxunduqdan sonra avtomatik silinən mesajlar funksiyasını iOS beta versiyasında sınaqdan keçirməyə başlayıb. Məlumata görə, funksiya WhatsApp-ın iOS üçün 26.19.10.72 beta versiyasında aşkar edilib. Yeni imkan tətbiqin “Privacy – Default message timer” bölməsində yerləşəcək və istifadəçilərə mesajların avtomatik silinmə qaydalarını daha detallı idarə [...]