❌

Okuma görünümü

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.

Kamran Əliyev: Kibercinayətlərin sayı gündən-günə artır

Kibercinayətlərin sayı, təəssüf ki, gündən-günə artır. Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib. Baş prokuror yeni növ cinayətlərdən də danışıb: “Yeni növ cinayətlər dedikdə xüsusilə narkotiklərin internet üzərindən qanunsuz satışı, kibercinayətkarlıq və yeni informasiya texnologiyalarından istifadə etməklə törədilən digər cinayətlər nəzərdə tutulur”, – Baş prokuror bildirib. Kamran Əliyev qeyd edib ki, cinayətkarlar yeni informasiya texnologiyalarının, o […]

Tramp süni intellektin adının “superintellekt”ə dəyişdirilməsi barədə fərman imzalayıb

ABŞ administrasiyasının rəhbəri Donald Tramp ABŞ federal hökumətinin terminologiyasında süni intellektin (Sİ) adının “superintellekt” olaraq dəyişdirilməsi barədə fərman imzalayıb. Sənəd Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb. Sənəddə bildirilir ki, “federal hökumət tərəfindən istifadə olunan terminologiya bu texnologiyaların transformativ imkanlarını və onların Amerika xalqı qarşısında açdığı hüdudsuz imkanları əks etdirməlidir”. Trampın fərmanında deyilir: “Bu baxımdan, “superintellekt” […]

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Almaniyada inflyasiya sentyabrda 3,3 faiz təşkil edib. Bununla da ölkədə istehlak qiymətləri 2023-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb. Bu barədə Almaniyanın Federal Statistika İdarəsinin məlumatında bildirilib. Məlumata görə, istehlak qiymətləri sentyabrda avqustla müqayisədə 0,6 faiz artıb. Avqustda inflyasiya 2,9 faiz təşkil edib. İnflyasiyanın artımında əsas amillərdən biri enerji qiymətlərinin yüksəlməsi olub. Enerji məhsullarının […]

Baş nazir hərbi xidmətlə bağlı qaydaları dəyişdi

“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar verib. Dəyişikliyə əsasən, Qaydalara aşağıdakı bənd əlavə edilib: Sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsdən tələb […]

Xəzərdə suyun səviyyəsi kəskin düşüb – 48 ilin rekordu yenilənib

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər. Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Seyid Səfərovun sözlərinə görə, bu azalmaya səbəb iqlim dəyişikliyi, havanın hərarətinin artması və qlobal istiləşmədir. Onun […]

Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı

Səbail rayonunda sökülməsi nəzərdə tutulan binaların sayı ilkin mərhələdə təxminən 15-20-dir. Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, Yüzbəy Mürsəlov, Qurban Abbasov və Salman Mümtaz küçələri, 20-ci sahə, Xanlar küçəsi, həmçinin Badamdar qəsəbəsində yerləşən bəzi yataqxana tipli binaların sökülməsi planlaşdırılır. “Bunlar əsasən istismar müddəti başa çatmış və ilkin mərhələdə sökülməsi […]

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

ABŞ-də 1 sentlik sikkənin istehsalını rəsmi olaraq dayandıran qanun layihəsi təsdiq üçün Prezident Donald Trampa təqdim edilib. ABŞ Konqresi 1 sentlik sikkənin istehsalını rəsmi olaraq dayandıran qanun layihəsini təsdiqləyib. Donald Tramp qanun layihəsini imzalayarsa, ABŞ-də 230 ildən çoxdur davam edən 1 sentlik sikkənin istehsalı rəsmi olaraq dayandırılacaq. Sent istehsalının dayandırılmasının ildə təxminən 56 milyon dollara […]

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 2,3 dəfə artıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin ixracında ciddi artım qeydə alınıb. Banker.az-ın məlumatına görə, şirkətin 2026-cı ilin yanvar-avqust aylarında qeyri-neft ixracının dəyəri 90,9 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 39,3 milyon dollar olub. Beləliklə, şirkətin ixracı təxminən 2,3 dəfə artıb. “Azərbaycan Şəkər İstehsalat Birliyi” bununla qeyri-dövlət ixracatçıları arasında üçüncü yerdə qərarlaşıb. […]

Səfir: Azərbaycan ilə Banqladeş arasında viza rejimi tamamilə aradan qaldırıla bilər

Gələcəkdə Azərbaycan ilə Banqladeş arasında viza rejiminin tamamilə aradan qaldırılması istisna edilmir. Bunu Banqladeşin Azərbaycan üzrə qeyri-rezident səfiri Amanul Haq deyib. O, Azərbaycanla Banqladeş arasında əlaqələrin yeni müstəviyə keçdiyini vurğulayıb: “Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilür Rəhman tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş […]

Tramp: İranın təklif etdiyi razılaşmanı rədd etmişəm

ABŞ Prezidenti Donald Tramp İranın təqdim etdiyi razılaşma təklifini rədd etdiyini bildirib. Bunu Tramp jurnalistlərə deyib. “Onlar təklif irəli sürdülər, amma mən onu rədd etdim”, – Tramp bildirib. ABŞ Prezidenti İranın Hörmüz boğazını dərhal açmaqla bağlı razılaşma əldə etməyə çalışdığını və bunun İranın ağır vəziyyətə düşməsi ilə əlaqəli olduğunu söyləyib. “Onlar özlərini saldılr. Dedilər: ‘Gəlin […]

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb. Banker.az xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olundu. Ölkəmizin turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulandı. Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası […]

RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

®Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding və “Franklin Templeton” qrupuna daxil olan “Templeton Asset Management Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd AZCON Holding portfelində investisiya platformasının yaradılması və idarə olunması ilə bağlı gələcək əməkdaşlıq üçün ümumi çərçivə müəyyən edir. Əməkdaşlıq çərçivəsində dövlət müəssisələrinin idarəetmə və səmərəliliyinin artırılması, strateji investisiyaların cəlb edilməsi və onların […]

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib – Yenilənib

17:10 – Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Banker.az xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı moderator Adebayo Oqunlesinin suallarını cavablandırıb. Moderator: Hər […]

Nazir: Azərbaycan regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyir

Azərbaycan regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyir. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşımda qeyd edib. “İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Fondu və “BlackRock” tərəfindən təşkil olunan “Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu: Süni intellekt və rəqəmsal infrastruktur” panel müzakirəsində həmkarlarımla birlikdə iştirak etdik. Azərbaycanın enerji potensialı, geniş […]

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İnvestorlar medianın yaydığı saxta xəbərlərə etibar etmədən Azərbaycan haqqında öz fikirlərini formalaşdırmalıdırlar. Bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə bildirib. Dövlət başçısı deyib ki, bu cür tədbirlərin üstünlüklərindən […]

Komitə sədri: Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək

Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavamlı və gələcəyə hazır şəhərlərin yaradılmasının mühüm tərkib hissəsinə çevrilir: “Bu yanaşma xüsusilə Bakı nümunəsində aydın görünür. 2040-cı […]

Prezident: “Hazırda Azərbaycanda fəaliyyət göstərən enerji şirkətlərində çalışan işçilərin 5 %-i xarici vətəndaşlardır”

Hazırda Azərbaycanda fəaliyyət göstərən enerji şirkətlərində çalışan işçilərin 5 %-i xarici vətəndaşlardır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə bildirib. Dövlət başçısı deyib ki, Azərbaycanın bir çox vətəndaşları […]

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə şərtlər irəli sürüb

İran Hürmüz boğazının yenidən açılması üçün ABŞ-nin siyasətini dəyişməli olduğunu açıqlayıb. Bunu İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Məhəmməd Baqiri Zülqədr yazılı açıqlamasında bildirib. Onun sözlərinə görə, Hürmüz boğazının açılması ABŞ-ın İrana münasibətini dəyişməsindən asılıdır. “ABŞ davranışlarını düzəldənə qədər Hürmüz boğazı açılmayacaq”, – deyə Zülqədr bildirib. İranlı rəsmi boğazın açılması üçün ABŞ-ın bir sıra tələbləri […]

İlham Əliyev Trampa məktub ünvanlayıb

Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa məktub ünvanlayıb. Məktubda deyilir: “Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının ev sahibliyi ilə 2025-ci ilin 8 avqust tarixində Azərbaycan ilə Ermənistan arasında sülhün təməlini qoyan tarixi Vaşinqton Zirvə Görüşündən bir il ötür. Bir il əvvəl Siz öz üzərinizə məsul tarixi […]

Dünyaca məşhur aviaşirkət 5,7 milyarda satılır

Dünyanın tanınmış aşağıbüdcəli aviaşirkətlərindən olan “easyJet” 5,7 milyard sterlin dəyərində satınalma təklifini qəbul edib. ABŞ-nin özəl investisiya şirkəti Apollo tərəfindən irəli sürülən təklif şirkətin idarə heyəti tərəfindən təsdiqlənib. Bundan əvvəl easyJet 5,5 milyard sterlinlik başqa bir təklifi dəyərləndirsə də, daha yüksək məbləğ təklif edildiyi üçün həmin danışıqlar dayandırılıb. Razılaşmaya əsasən, səhmdarlar hər səhmə görə 7,15 […]

ABŞ Transxəzər Sahibkarlıq Fondunun fəaliyyətə başladığını elan edib

ABŞ Dövlət Departamenti Cənubi Qafqaz və Mərkəzi Asiyada Transxəzər Ticarət Marşrutu — Orta Dəhliz boyunca özəl sektor investisiyalarını stimullaşdırmaq məqsədi daşıyan Transxəzər Sahibkarlıq Fondunun fəaliyyətə başladığını elan edib. Bu açıqlama Azərbaycan və Ermənistan arasında Vaşinqton sazişinin birinci ildönümü ilə əlaqədar yayılan bəyanatda yer alıb. ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir ki, bu yaxınlarda seçilmiş direktorlar şurası […]

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Finlandiya vətəndaşlıq müraciəti edənlər üçün Finlandiya cəmiyyətinin işləmə prinsipi ilə bağlı biliklərini yoxlayan bir imtahan tətbiq edəcək. Bu barədə Finlandiyanın “Yle” yayım şirkəti ölkənin miqrasiya xidmətinə istinadən məlumat yayıb. Açıqlamada qeyd olunur ki, 2 mart 2027-ci il tarixindən etibarən bütün vətəndaşlıq müraciəti edənlər Finlandiya cəmiyyəti haqqında biliklərini qiymətləndirən imtahandan keçməli olacaqlar. Bununla belə, həmin tarixdən […]

İlham Əliyev və Tramp arasında telefon danışığı olub

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Azərrbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin […]

Pezeşkian: Hazırda ən böyük narahatlığım ABŞ-ın yenidən hücum etməsi yox, iqtisadi məsələlərdir

İran Prezidenti Məsud Pezeşkian jurnalistlərlə keçirdiyi mətbuat konfransında ölkədəki iqtisadi vəziyyəti ən ciddi narahatlıq mənbəyi kimi dəyərləndirib. Pezeşkian bildirib ki, müharibə və sülh arasında qalan indiki şəraitdə onun əsas narahatlığı ABŞ-ın yenidən hücum edib-etməməsi deyil, əksinə, xalqın dolanışığı və iqtisadi vəziyyətidir. O, İran xalqının müqavimətinə və Silahlı Qüvvələrin imkanlarına inandığını vurğulayıb. İran Prezidenti qeyd edib […]

BMT-dən xəbərdarlıq: 2040-cı ilə qədər dünyada su qıtlığı kəskinləşəcək

2040-cı ilə qədər dünyada suya tələbat mövcud ehtiyatları təxminən 40% üstələyəcək. Bu barədə BMT-nin qiymətləndirməsində bildirilib. Məlumata görə, hazırda dünyadakı su mənbələrinin təxminən 60 faizi tükənmə təhlükəsi ilə üz-üzədir. Ən böyük riskin Şimali Afrika və Mərkəzi Asiya regionlarında müşahidə olunacağı, həmçinin İspaniya, İtaliya və Portuqaliyada da ciddi su qıtlığının yarana biləcəyi proqnozlaşdırılır. Artıq bəzi ölkələr […]

“Fitch Ratings”: AFB Bank-ın depozit artımı orta bazar göstəricilərini üstələyib

®Beynəlxalq reytinq agentliyi Fitch Ratings AFB Bankın uzunmüddətli emitent defolt reytinqini (Long-Term IDR) “B” səviyyəsində “Stabil” proqnozla təsdiqləyib. Agentliyin 7 avqust 2026-cı il tarixində açıqladığı qiymətləndirmədə Bankın aktivlərinin keyfiyyətində müşahidə olunan yaxşılaşma, güclü kapital göstəriciləri, sürətlə genişlənən depozit bazası və mövcud likvidlik ehtiyatı qeyd olunur. Fitch Ratings-in hesabatına əsasən, AFB Bankda problemli kreditlərin səviyyəsində əhəmiyyətli […]

“Bloomberg”: Türkiyə ticarət gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırır

Türkiyə Rusiyanın və Ukraynanın bölgədə gəmilərə qarşı artan hücumları fonunda kommersiya gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırır. Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi neft və taxıl ixracının əsas mərkəzlərindən biri olan Rusiyanın Novorossiysk şəhərinə doğru hərəkət edən bir neçə gəmiyə bildirib ki, hazırda belə gəmilərin keçidinə icazələr […]

Azərbaycana avtomobil idxalı azalıb – Səbəb nədir?

Ölkəyə gətirilən minik maşınlarının sayı 40 faizə yaxın azalıb. Avtomobil Dilerləri Asossasiyasının İdarə Heyətinin Sədri Eyyub Əliyev bildirir ki, buna səbəb ötən ilin son rübündə qanunvericilikdəki dəyişikliklərdən öncə bazarda yaranan süni ajiotaj və tədarükün həddindən artıq çox olmasıdır. Eyyub Əliyevin sözlərinə görə, idxalda müşahidə olunan azalmanın bir səbəbi də taksi sayına qoyulmuş limitlə bağlıdır. Lakin, […]

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı regionlarda iş yerlərinin yaradılmasına yönəlib

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” regionlarda iş yerlərinin yaradılmasına yönəlib. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov AzTV, ARB TV və AZƏRTAC-a müsahibəsində deyib Nazir Dövlət Proqramının insanların regionda qalmasına xidmət edəcəyini vurğulayıb: “Bir məqamı da başa düşürük ki, urbanizasiya nəticəsində rayonlarda, […]

Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib

Trans-Adriatik Boru Kəməri (TAP) indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib. Bu barədə İtaliyanı Respublika Günü münasibətilə təbrik edən energetika naziri Pərviz Şahbazov “X” sosial media hesabındakı paylaşımda bildirib. Nazir bildirib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı və neft-qaz ixracının əhəmiyyətli hissəsinin yönəldiyi ölkədir. “Çoxölçülü strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni investisiya, enerji layihələri […]

İspaniya süni intellekt layihəsinə 719 milyon avroluq investisiyanı təsdiqləyib

İspaniya hökuməti milli layihə çərçivəsində süni intellektə 719 milyon avroluq investisiyanı təsdiqləyib. Bu barədə Rəqəmsal Transformasiya və Dövlət Xidmətləri Nazirliyinin mətbuat açıqlamasında bildirilib. “Nazirlər Şurası bu gün 719 milyon avro həcmində investisiyaya icazə verib. Bu vəsait qabaqcıl süni intellekt giqafabrikini inkişaf etdirəcək dövlət-özəl konsorsiumuna yönəldiləcək. Konsorsium həmçinin yaxın vaxtlarda Avropa Komissiyası tərəfindən elan ediləcək müsabiqədə […]

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur

Subsidiyaya köklü dəyişiklik onun məğzindən ibarətdir. İndiyə kimi subsidiyalar əsasən əkin istiqamətli olub və əsas gözlənti əkinin həyata keçirilməsi, aqrotexniki tədbirlərin görülməsi və məhsul istehsalına nail olunması idi. Lakin aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramına, cənab Prezidentin imzaladığı fərmanlarla edilən dəyişikliklərə və yeni qanunvericilik təşəbbüslərinə əsasən subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi, yəni […]

Nazir: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək

Yeni Dövlət Proqramı özlüyündə sadəcə həmin sahədə görüləcək işlər demək deyil. Əslində, daha əhatəlidir, həm fundamental tədbirləri, həm də dəstəkləyici tədbirləri ehtiva edir. Dövlət Proqramında Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin 2026−2030-cu illər üçün inkişafının əsasları qeyd olunub. Proqramın əsas hədəfi fundamental transformasiyaya nail olmaqdır. Ekstensiv istehsalatdan, ekstensiv məhsul […]

Yeni sığorta qaydaları: Kimlərin xərci artacaq, kimlər güzəşt qazanacaq?

İyunun 16-dan etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması qaydalarında mühüm dəyişikliklər qüvvəyə minib. Yeni qaydalara əsasən, uzun illər tətbiq edilən Bonus-Malus sistemi ləğv edilərək onun yerinə Sığorta Tarixçəsi Əmsalı sistemi tətbiq olunur. Dəyişikliklərin əsas məqsədi sürücülərin sığorta davranışını daha dəqiq qiymətləndirmək və sığorta haqlarını fərdi risklərə uyğun müəyyənləşdirməkdir. Nəqliyyat […]

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək. Bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib. Nazir müavini bildirib ki, yaxın dövrdə Aqrar Subsidiya Şurasının iclasında konkret subsidiya məbləğləri müəyyən […]

Nazir müavini: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Uğurlu dövlət siyasəti və dəstək tədbirləri nəticəsində son 10 ildə aqrar sektorun, ümumilikdə, real ifadədə artımı 37,8 faiz olub. Bu artım həm bitkiçilik, həm də heyvandarlıq sahəsində özünü göstərib. Bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə […]

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

2030-cu ildə müasir istixana sahələrinin 2000 hektara çatdırılması hədəflənir. Dəstək tədbirləri olaraq, avadanlıqlara 40 faiz güzəştin tətbiqi, həmçinin kredit faizlərinin bir hissəsinin dövlət hesabına subsidiyalaşması dəstəyi nəzərdə tutulur. Bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd […]

Dünya Bankı Yaxın Şərqdəki münaqişənin iqtisadi təsirlərinə genişmiqyaslı cavab planı hazırlayır

Dünya Bankı Yaxın Şərq regionundakı münaqişənin doğurduğu nəticələrin aradan qaldırılması və bərpa prosesinə dəstək göstərmək məqsədilə inkişaf etməkdə olan ölkələrə maliyyə vəsaitlərinin sürətləndirilmiş qaydada ayrılması mexanizmlərinin tətbiqi planlarını açıqlayıb. Bu barədə Dünya Bankının rəsmi bəyanatında bildirilib. Dünya Bankı Qrupunun inkişaf etməkdə olan bazarlardakı bir sıra müştəriləri Yaxın Şərqdə davam edən münaqişənin xammal məhsullarının qiymətlərinin formalaşmasına […]

Azərbaycanda “ikinci əl” avtomobillər kəskin bahalaşıb

2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb. Belə ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, hazırda yalnız sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış elektrik mühərrikli avtobusların idxalı, eləcə də həmin avtobusların sonradan komplektləşdirilərək satışı […]

Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? – Siyahı

Azərbaycanda hərbi qulluqçulara aylıq maaşlardan əlavə müxtəlif pul təminatı növləri verilir. Bu əlavələr 1992-ci il yanvarın 1-də müəyyən edilmiş faiz miqdarı normaları məbləğində hesablanır. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən aşağıdakı pul təminatı növləri təsdiq […]

Gömrükdə yığılan cərimələrin istifadəsində yenilik

Gömrük işi sahəsində əldə edilən vəsait, cərimə və ödənişlərin istifadəsi qaydalarında dəyişiklik edilib. Bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Belə ki, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə […]

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Hörmüz boğazı tamamilə bağlandı

İran və ABŞ‑İsrail müharibəsi nəticəsində Hörmüz Boğazı vasitəsilə normal gəmiçilik tamamilə dayandırılıb. “Al-Jazeera” nəşri məlumat yayıb. Məlumatda Hörmüz Boğazı gərginliyin artması səbəbindən praktiki olaraq bağlanıb. Bu, qlobal ticarət və enerji bazarlarında ciddi rezonans doğurub. Boğazın bağlanması ilə enerji qiymətləri kəskin artıb. Neft bazarında qeyri‑sabitlik nəticəsində “Brent” markalı neft qiymətləri yüksəlib. BƏƏ və bir sıra ölkələr […]

Azərbaycan təhsili dünyada neçəncidir? – Reytinq

Dünyanın 89 ölkəsini əhatə edən son təhsil reytinqində Azərbaycan 67-ci pillədə qərarlaşıb. Avropa və Şimali Amerikada yaşayan 17 min respondetin iştirak etdiyi sorğuda ölkəmiz 2023-cü illə müqayisədə bir pillə geriləyərək 66-cı yerdən 67-ci yerə düşüb. Reytinqin ilk onluğunda ABŞ, Böyük Britaniya, Almaniya, Kanada, Fransa, İsveçrə, Yaponiya, Avstraliya, İsveç və Danimarka qərarlaşıb. Son 10-luqda isə əsasən […]

Yağış intensivləşəcək, subasma gözlənilir – Sabahın havası

Martın 28-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın […]

İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlət başçısını qarşılayıb. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlət başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və […]

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək

Astana şəhərində keçiriləcək Regional Ekoloji Zirvə Görüşü çərçivəsində, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək. Qazaxıstan səfirliyindən verilən xəbərə görə, bu barədə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayelin Azərbaycan Respublikası Prezidentinin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayev ilə görüşündə bildirilib. Görüşdə Azərbaycanın Qazaxıstan Prezidentinin beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü dəstəklədiyi vurğulanıb. […]
❌