❌

Okuma görünümü

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

Ağdam şəhərindəki ikinci yaşayış kompleksində, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində əhalinin məskunlaşması həyata keçirilib. Hazırda Ağdam rayonunda ümumilikdə 2000-dən çox ailə yaşayır. Onlardan təxminən 932 ailə Ağdam şəhərində, 1110 ailə isə üç kənddə məskunlaşıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlaması zamanı deyib. Emin Hüseynov bildirib ki, bu ilin sonuna qədər Ağdam rayonunda məskunlaşan ailələrin sayı 5000-ə çatacaq: “Beləliklə, əhalinin sayı daha 10 min 450 nəfər […]

Source

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlanıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Bildirilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların ödənişinin bu ayın 20-dən, bütün müavinət, ünvanlı dövlət sosial yardımı və təqaüdlərin isə bu ayın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Source

Olimp Hospital və AGMA maarifləndirici seminar keçirib – FOTOLAR

Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib. “Müəllimlərin peşə sağlamlığı: risklər, profilaktika və erkən diaqnostika” mövzusunda keçirilən seminarda müəllimlərin gündəlik iş rejiminin səs, dayaq-hərəkət sistemi və damar sağlamlığına təsiri diqqət mərkəzində olub. Tədbirdə Olimp Hospitalın mütəxəssisləri – LOR həkimi, üz-çənə cərrahı Qəhrəman Qəhrəmanov, travmatoloq-ortoped Nicat Səttarov və fleboloq-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əsgərov çıxış ediblər. Həkimlər müəllimlərin peşə fəaliyyəti zamanı qarşılaşdıqları sağlamlıq problemləri, onların yaranma səbəbləri və profilaktikası […]

Source

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatı yayıb. Qeyd edilib ki, havanın temperaturu gecə 13-17° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli […]

Source

Ədliyyə Nazirliyinin daha bir neçə notariat xidməti “mygov”a inteqrasiya edilib

Rəqəmsal dövlət xidmətlərinin vahid platformada təqdim olunması məqsədilə “mygov”da Ədliyyə Nazirliyinin notariat xidmətlərinin əhatə dairəsi genişləndirilib. Artıq vətəndaşlar daşınmaz əmlak üzrə səlahiyyətlərini digər şəxsə həvalə etmək üçün “mygov” üzərindən “Daşınmaz əmlaka sərəncam etibarnaməsinin verilməsi” xidmətindən istifadə edə bilərlər. Buraya əmlakın özgəninkiləşdirilməsi, ipotekaya verilməsi və digər sərəncam əməliyyatları üzrə səlahiyyətlərin digər şəxsə həvalə edilməsi daxildir.   “Daşınmaz əmlaka sərəncam ərizəsi” xidməti isə daşınmaz əmlak üzərində müəyyən hüquq və səlahiyyətlərin digər şəxsə ötürülməsinə mülkiyyətçinin razılığının elektron qaydada rəsmiləşdirilməsini təmin edir.  Mülkiyyətçi həmçinin “Yaşayış […]

Source

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq – “Boz kardinal” nə deyəcək?

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun məhkəmə istintaqı başlayır. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə əsas iclas keçiriləcək. Ev dustaqlığında olan 88 yaşlı Ramiz Mehdiyev səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmir. O, iclasda videokonfrans vasitəsilə iştirak edir. İş materiallarının həcminin böyük və epizodların çoxsaylı olması nəzərə alınaraq prosesdə prokurorluğun iki dövlət ittihamçısı iştirak edir. Bu gün prokuror ittiham aktını elan edəcək, […]

Source

Heydər Əliyevin neft strategiyası: Azərbaycanın iqtisadi gücünün təməli

Ulu Öndər Heydər Əliyevin iqtisadi strategiyasında dövlət maraqları ilə beynəlxalq iqtisadi əməkdaşlıq arasında tarazlığın qorunması əsas prinsiplərdən biri idi. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində iqtisadi inkişaf məsələləri dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə sıx bağlı olmuşdur. Ulu Öndər iqtisadi cəhətdən güclü dövlətin siyasi baxımdan da daha müstəqil qərarlar qəbul edə biləcəyini yaxşı anlayırdı. Buna görə onun iqtisadi siyasətində milli resurslardan səmərəli istifadə xüsusi yer tuturdu. Azərbaycanın zəngin enerji ehtiyatları bu strategiyanın mühüm dayaqlarından birinə çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılan neft […]

Source

Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. Əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi. Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu […]

Source

«Kutsan» Vasif Namazovun doğum günüdür

Alpaqut Turan döyüş sənətinin qurucusu, Dünya Alpaqut Federasiyasının İdarə heyətinin sədriAzərbaycan Döyüş Federasiyaları Assosiasiyasının Baş katibi (2017–2022), Beynəlxalq Turan Oyunları komitəsinin 1-ci vitse-prezidenti «Kutsan» Vasif Namazovun doğum günüdür. Namazov Vasif İmran oğlu (rütbəsi Kutsan) 1981-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Sumqayıt Dövlət Texniki Kollecinin mühasibat uçotu və audit fakültəsini, 2020-ci ildə Kalmıkiya Dövlət Universitetinin Bədən Tərbiyəsi fakültəsini bitirib, hazırda dövlət idarəetməsi üzrə magistr təhsili alır. 2000-ci ildən cəbhə bölgəsində hərbi xidmətdə olub; silahlı qüvvələrin Ağdam rayonunda […]

Source

Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR

Daşkənddə “Özbəkistan–Azərbaycan” Tibbi Forumunun rəsmi açılışı keçirilib 3 oktyabr 2026-cı il tarixində Daşkənddə “Özbəkistan–Azərbaycan” Tibbi Forumunun rəsmi açılış mərasimi keçirilib. Tədbir III Türkdilli Dövlətlər Kardioloqları Qurultayı və Özbəkistan Kardiologiya Mərkəzinin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq konqres çərçivəsində baş tutub. Açılış mərasimində Özbəkistan Respublikası Kardiologiya Mərkəzinin direktoru Xurşid Fozilov və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova çıxış edərək Azərbaycan–Özbəkistan arasında səhiyyə və kardiologiya sahəsində əməkdaşlığın inkişafının, elmi və klinik təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Tədbirin xüsusi məqamlarından […]

Source

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Birliyin Gücü – 2026” birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə İştirak etmək üçün İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan general-polkovnik K.Vəliyev ordularımız arasında əlaqələrin genişlənməsi və […]

Source

Dünya çempionu Ruslan Zaporotskov Taylandda nokautla qalib gəldi – VİDEO

Azərbaycan Alpaqut Federasiyasının idmançısı, alpaqut üzrə dünya çempionu Ruslan Zaporotskov Taylandın Phuket şəhərində keçirilən «ONE SINBI Muay Thai Fight Night» turnirində avstraliyalı rəqibi Joshu nokautla məğlub edib. 70 kq çəki dərəcəsində keçən döyüş 30 sentyabr 2026-cı ildə Sinbi Boks Stadionunda baş tutub. Ruslan Zaporotskov Sabunçu Alpaqut Filialının sədri Şahlar Vəliyevin yetirməsidir. O, Azərbaycan Alpaqut Federasiyasının dəstəyi ilə təcrübə qazanmaq üçün Taylanda, təlim-məşq toplanışına ezam olunub. Toplanış ərəfəsində idmançı bu turnirdə rinqə çıxıb və qələbə qazanıb. Ruslan Zaporotskov 2025-ci ilin dekabrında […]

Source

Toyuq filesi marketlərdən niyə yoxa çıxıb?

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Bakıda market və mağazalarda toyuq filesi qıtlığı ilə bağlı məlumata aydınlıq gətirib. Sədr Qaynarinfo-ya açıqlamasında bildirib ki, toyuq məhsulları ilə bağlı istehsal dəyişməyib: “Ötən ilki istehsalla indiki istehsalda heç bir fərq yoxdur. Bu il ötən illə müqayisədə təlabat artıb. Biz bir neçə fabrikı danışıqlar aparıb istehsalı artırdıq. Çox yaxın zamanda, bəlkə də sabah marketlərdə file bolluğu yaşanacaq”. Filenin qiymətinə gəlincə, sədr artıma rast gəlmədiyini vurğulayıb: “Ola bilər ki, file […]

Source

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Azərbaycan Alpaqut Federasiyası (AAF) İdarə Heyətinin qərarı ilə İcraiyyə Komitəsində iki disiplin üzrə koordinator təyin olunub. AAF-dan verilən məlumata görə, Elvin Mirzəyev caymaz disiplini üzrə koordinator təyin edilib. Bu vəzifə indiyədək boş idi. Abbas Abaslı isə qurşak disiplini üzrə koordinator təyin olunub. O, bu vəzifədə Sunar Cəlilovu əvəzləyib. Qeyd edək ki, artıq İcraiyyə Komitəsində alpaqutun beş yarış disiplininin (ayça, batur, caymaz, qurşak və kaçut) hər biri üzrə koordinator var. Yeni koordinatorlar bir ay ərzində öz disiplinləri üzrə iş planını İcraiyyə […]

Source

Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində “Code Academy” şirkəti ilə birgə “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na start verir.   Layihənin keçirilməsində əsas məqsəd ölkədə süni intellekt və rəqəmsal bacarıqların inkişafına, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı İKT mütəxəssislərinin hazırlanmasına və kadr potensialının gücləndirilməsinə töhfə verməkdir.    Proqram çərçivəsində 405 nəfər tam ödənişsiz təhsil almaq imkanı əldə edəcək.   “Süni İntellekt Əsaslı Təhsil Proqramı” iştirakçıların süni intellektlə ilkin tanışlıqdan başlayaraq peşəkar və ixtisaslaşmış bacarıqlar əldə etməsinə imkan verən üçdərəcəli tədris modeli […]

Source

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. Qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbaycan Prezidenti ilə görüşməkdən böyük şərəf hissi duyduğunu bildirdi. Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərinin əhəmiyyətinə toxunan Lord Vernon Kioaker ölkəsinin bu tədbirdə iştirak etməkdə maraqlı olduğunu dedi. O, sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı […]

Source

Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır

Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Source

İlham Əliyev “ADEX 2026″nın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” XV Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. Mətndə deyilir: “Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar! Sizi “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” XV Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılışı münasibətilə təbrik edir və Azərbaycanda səmimi-qəlbdən salamlayıram. Bakı şəhərində ənənəvi olaraq təşkil edilən “ADEX” sərgisinin regionun ən mötəbər və faydalı müdafiə sənayesi […]

Source

Quba-Xınalıq yolu bağlandı

Quba-Xınalıq yolunda sürüşmə olub. Sürüşmə yolun “Nazlı bulaq” kimi tanınan hissəsində baş verib. Sürüşmə nəticəsində yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb. Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.

Source

FIFA prezidenti Hövsanda inşa olunan meydançalarda

Bakıda səfərdə olan FIFA prezidenti Canni İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib. İnfantino qısa müddətdə istifadəyə hazırlanan 10 meydança ilə tanış olub. Təşkilati işlərin gedişindən məmnun qalan qonaq daha bir neçə görüş keçirdikdən sonra səfərini başa vuracaq. Qeyd edək ki, FIFA prezidentinin səfərinin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15-lər arasında dünya çempionatına hazırlıqlarla tanış olmaqdır.

Source

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Transmilli maraqlara xidmət edən infrastruktur. İlk növbədə, nəqliyyat, logistika, fiziki infrastruktur və proqram təminatı infrastrukturu. Bir çox körpülər, limanlar və gəmilər tikə bilərik. Amma biz rəqəmsallaşma, gömrük administrasiyası ilə bağlı müasir trendlərlə ayaqlaşmırıqsa və yükdaşımaların emal prosedurunu daha da asan etməsək uduzacağıq. Digər məsələ, elektrik ötürmə xətləridir və burada çox böyük potensial var”. Qeyd edək ki, Bakıda […]

Source

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində işbirliyinə dair sənədlər imzalanıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya çərçivəsində 11 sənəd imzalanıb. İmzalanmış sənədlər tikinti və inkişaf, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı, idman və investisiyaların təşviqi sahələrini əhatə edir. Tikinti və inkişaf sahəsində əməkdaşlıq İqtisadiyyat nazirinin müavini Anar Axundov ilə Vyetnamın “ROX Group Joint Stock Company” (ROX Group) şirkətinin baş icraçı direktorunun müavini […]

Source

İlham Əliyev ad günü münasibətilə İrakli Kobaxidzeyə zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, həmçinin gürcü xalqına rifah arzulayıb. Gürcüstanın Baş naziri göstərilən diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib. Telefon danışığı zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və mehriban qonşuluq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

Source

“Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir”

Azərbaycan iqtisadiyyatının qarşıdakı illər üçün inkişaf istiqamətlərindən biri də dağ-mədən və metallurgiya sənayesinin genişləndirilməsidir. 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə də Cənab Prezident bəyan etdi ki, istehsal müəssisələrinin yaradılması ilə yanaşı ölkənin təbii sərvətlərinin müasir texnologiyalar əsasında öyrənilməsi, hasilatı, zənginləşdirilməsi və emalını özündə birləşdirən bütöv sənaye istiqamətinin qurulmasıdır. Bu baxımdan yeni Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində mühüm mərhələdir. Dağ-mədən və metallurgiya sənayesinə qoyulan investisiyalar çoxşaxəlidir. Məhz bu səbəbdən Dövlət Proqramının əsas hədəflərindən biri xammalın ixracı […]

Source

İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib. Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirdi, əlaqələrimizin genişləndirilməsində özünün Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu. Prezident İlham Əliyev Koxir Rasulzodanın ölkəmizə səfərinin gündəlikdə duran məsələlərin, o cümlədən nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət, ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələrin aparılmasına imkan yaratdığını dedi. Qəbula […]

Source

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 262,9 milyon manat kredit verilib. Redaksiya Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % azdır. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,8 % azalaraq 255,1 milyon manat olub. İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 25 % azalaraq 300 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,4 % artaraq 63,9 milyon manat olub.

Source

Azərbaycan və Antiqua və Barbuda arasında vizasız rejimə dair iki saziş imzalanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Antiqua və Barbudanın xarici işlər, ticarət və Barbuda məsələləri naziri Everli Pol Çet Qrin ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib. Tərəflər Azərbaycan-Antiqua və Barbuda ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin təşviqinin, eləcə də BMT və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalar çərçivəsindən kənarda mövcud əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Nazirlər “Azərbaycan Respublikası Hökuməti […]

Source

Debet kartlardakı limitlərlə bağlı AÇIQLAMA

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, mövcud yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı […]

Source

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu barədə AYNA-dan məlumat verilib. Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 22, 31, 67, 92 nömrəli şəhərdaxil, 172 və 191 nömrəli şəhərətrafı, Mingəçevir şəhəri üzrə 5 nömrəli şəhərdaxili, Bakı-Gəncə, Bakı-İsmayıllı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Sabirabad, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Naftalan, Sumqayıt-Xankəndi-Laçın, Kəlbəcər-Tərtər, Tərtər-Xankəndi, Mingəçevir-Qax, Mingəçevir-Ağcabədi, Şəki-Gəncə, Bərdə-İsmayıllı və Tərtər-Bərdə şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin […]

Source

Vergi ödəyicilərinə xidmət mərkəzlərində 600 mindən çox xidmət göstərilib

2026-cı ilin yanvar – avqust ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 364.669 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 601.524 sayda xidmət göstərilib. Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 55% təşkil edib: Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası); Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi; Asan İmza sertifikatlarının […]

Source

Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. O, səs çoxluğu ilə ittifaqın növbəti rəhbəri kimi təsdiqlənib. Qeyd edək ki, ötən gün Xalq artisti Həmidə Ömərovanın sədrliyə namizəd olacağı ilə bağlı məlumat yayılsa da, aktrisa seçki konransında namizədliyi irəli sürməyib. Beləliklə, Xalq artisti Şəfiqə Məmmədova yeganə namizəd kimi sədr seçilib.

Source

Neftçalada Dövlət Proqramı üzrə görülən işlər müzakirə olunub – FOTOLAR

2026-2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində Neftçala rayonu üzrə görülmüş işlər barədə tədbir keçirilib. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Neftçala rayonunda icrasının təmin edilməsi istiqamətində görülən işlərlə yerində tanış olmaq məqsədilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 […]

Source

“Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başladı

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlı uşaqlar və gənclər üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb. Layihənin əsas məqsədi xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinə və inkişaf etdirməsinə dəstək olmaq, onların milli kimliyini qorumaq, Azərbaycanla bağlarını möhkəmləndirmək və milli şüurlu insan kapitalının formalaşmasına töhfə verməkdir. Layihədə xaricdə yaşayan 6–18 yaş arası azərbaycanlı uşaqlar və gənclər iştirak edə bilərlər. İştirakçılar yaş qruplarına və Azərbaycan dili üzrə bilik səviyyələrinə uyğun olaraq qruplara bölünəcəklər. Yaş qrupları: […]

Source

Bəzi ərazilərdə işıq olmayacaq

Bu gün Bakı və Abşeronun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, İsmayıl Talıblı, Ümid Əkbərov, Vasif Əliyev küçələrinin bir hissəsində […]

Source

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Birinci Qaralı kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə […]

Source

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək – FƏRMAN

Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Fərman imzalayıb Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında […]

Source

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə bu gün ixtisas seçimi başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.

Source

Azərbaycan neftinin qiyməti 113 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,14 dollar və ya 4,75% artaraq 113,32 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 108,18 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Source

AAYDA hərəkət iştirakçılarına müraciət edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, eləcə də Xəzər rayonunun Türkan–Hövsan şossesində və Suraxanı rayonunun Elzar Yusubov küçəsində təmir işləri aparır. Redaksiya bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, sabah saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq. “Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. […]

Source

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. “Manas” beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşıladı.

Source

Sentyabrda aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq – PROQNOZ

Sentyabr ayına olan hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorlogiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayı yay və payız fəsilləri arasında keçid ayı kimi xarakterizə olunur. Bu səbəbdən də ay ərzində həm isti, həm də soyuq dövr üçün xarakterik olan sinoptik proseslər müşahidə olunur. Bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində əsasən dağlıq […]

Source

Salyanda şəhid Əli Tağıyevin xatirəsi doğum günündə yad edilib

Salyan şəhərində 44 günlük Vətən Müharibəsi şəhidi Tağıyev Əli Rahil oğlunun anadan olmasının 25-ci ildönümü münasibətilə ailəsi ziyarət olunub. Ziyarətdə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Heydər Quliyev, rayon təşkilatının əməkdaşları və fəalları iştirak ediblər. Görüş zamanı çıxış edənlər Əli Tağıyevin Vətən qarşısında göstərdiyi fədakarlıqdan, onun döyüş yolundan və şəhidlik zirvəsinə ucalmasından söz açıblar. Bildirilib ki, 44 […]

Source

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırıb

İran müsəlman ölkələrinin rəhbərləri, xüsusilə Qərbi Asiya və Fars körfəzinin ətrafında yerləşən ölkələrin rəhbərlərini birliyə çağırır. Bunu İranın Ali Lideri Seyid Müctəba Xamenei bu gün (30 avqust) İranda Birlik Həftəsi münasibəti ilə etdiyi müraciətdə qeyd edib. “Müsəlmanların problemlərinin çarəsi birlik, dostluq və yaxşılıq istiqamətində əməkdaşlıqdır”, – deyə o qeyd edib. İranın Ali Lideri Qərbi Asiya və Fars körfəzi ətrafında yerləşən ölkələrin öz düşmənlərini tanımağa və onlarla mübarizə aparmalarını istəyib. “ABŞ və İsrail müsəlman ölkələri arasında dostluq və birliyi istəmirlər. ABŞ […]

Source

Bakıda 3 gün leysan olacaq – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək havanın qeyri-sabit keçəcəyi, yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yarımadanın bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimalı var. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar […]

Source

AAYDA vətəndaşlara müraciət edib

Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində bildirilir. “Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bəzi hallarda bu torların ayrı-ayrı şəxslər tərəfindən zədələnməsi və ya qırılması nəticəsində heyvanların avtomobil yoluna çıxmasına şərait yaranır. Bu isə sürücülər üçün gözlənilməz təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır”, […]

Source

Minimum internet sürəti dəyişə bilər – “Aztelekom” razılıq istəyir

“Aztelekom” MMC genişzolaqlı internet xidmətləri (GPON) bazarında minimum internet sürəti ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib. Bu barədə Agentlikdən bildirilib. Məlumata görə, müraciətlə bağlı araşdırma və təhlillər davam edir. Qeyd edək ki, hazırda “Aztelekom”un GPON tarifləri üzrə minimum internet sürəti 100 Mbit/s təşkil edir. Sonuncu dəfə şirkət 2024-cü il avqust 15-də GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, […]

Source

Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq

Bu gündən başlayaraq sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq. Məlumata görə, Aurigid meteorları Yer atmosferinə təxminən 66-67 km/s sürətlə daxil olur. Bu yüksək sürət onların atmosferdə parlaq və qısa ömürlü işıq izləri yaratmasına səbəb olur. Meteorların böyük əksəriyyəti 70-100 km yüksəklikdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır. Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə […]

Source

Heydər Əliyev prospektində dəhşətli piyada ölümü – VİDEO

Piyada keçidinin yaxınlığında çoxzolaqlı yolu keçməyə çalışan piyada hadisə yerində öldü İyunun 6-sı axşam saatlarında Sabunçu rayonu Heydər Əliyev prospekti, “Sabunçu” körpüsünün qarşısında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətin intensiv olduğu çoxzolaqlı yolu keçməyə çalışan piyadanı minik avtomobili vurub. Bu qəza baş verməyə bilərdimi? Piyadalar keçidlərin yaxınlığında, xüsusilə də çoxzolaqlı yolu keçməyə çalışdıqda təəssüflər olsun ki, əksər hallarda nəticəsi bu cür olur. Buna görə də onlar məsuliyyətli və diqqətli olmalı, yolu yalnız keçidlərdən istifadə etməklə keçməlidirlər. Sürücülər […]

Source

💾

“Sosial şəbəkələrdə məqsədsiz vaxt keçirilməsini məhdudlaşdırırıq” – MEDİA

“Hesab edirəm ki, jurnalist camiəsinin üzərinə düşən əsas vəzifə bu qanundan irəli gələn məsələlərin cəmiyyətə düzgün izah edilməsidir”. Bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. MEDİA rəsmisi bildirib ki, qanun layihəsi ilə bağlı müxtəlif fikirlər səslənəcək. “Təcrübə göstərir ki, belə təşəbbüslər ortaya çıxanda çox zaman spekulyativ yanaşmalar […]

Source

Ruslan Quliyev vəfat etdi

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib. Redaksiya Korrekt.az-a istinadən xəbər verir ki, onun səhhətində qəfil pisləşmə qeydə alınıb və tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 53 yaşlı R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb. Bizim.media-nın məlumatına görə o, İsmayıllı rayonunda olarkən infarkt keçirərək vəfat edib. Qeyd edək ki, Ruslan Quliyev Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirakı ilə tanınırdı və uzun illər müxtəlif layihələrə rəhbərlik edib.

Source

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində piyadaların, ictimai nəqliyyat və mikromobillik istifadəçilərinin rahatlığını təmin edən genişmiqyaslı layihənin icrasına başlanılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, aparılan təhlillərə əsasən, Təbriz küçəsində piyadaların hərəkətinə mane olan bir sıra çatışmazlıqlar müəyyən edilib. Küçənin bir çox hissəsində səkilərin dar olması, nizamlanan piyada keçidlərinin olmaması piyadaların hərəkətini çətinləşdirir. Yol hərəkətinin təşkili baxımından dönmə […]

Source

“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” – RƏSMİ AÇIQLAMA

“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb”. Bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib. “Ümumiyyətlə, məktəblərdə internetə çıxış məhdudlaşıb. Terrorizm kimi mövzulara çıxış bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub”, – nazir müavini qeyd edib. (Qafqazinfo)

Source

AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Agentliyin yeni Strategiya layihəsi müzakirə olunub. Şura üzvləri missiya, dəyərlər, strateji məqsədlər və ümumi konsepsiya ilə bağlı fikir mübadiləsi aparıblar. Gündəlikdə yer alan digər məsələlər çərçivəsində AMADA-nın 2024-cü və 2025-ci illər üzrə illik hesabatları nəzərdən keçirilib və Müşahidə Şurası tərəfindən təsdiq edilib. Bununla yanaşı, Agentliyin 2026-cı ilin ilk yarısı üzrə büdcəsi və yüksək dəyərli əqdlərlə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Source

Paşinyandan sülh sazişi barədə – Açıqlama

“Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişini institusionallaşdırmaq niyyətindədir”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə iclas zamanı deyib. “Bu istiqamətdə işlər görəcəyik”, – Paşinyan qeyd edib. Onun sözlərinə görə, yaxın zamanlarda TRIPP-in ratifikasiya prosesi də başlamalıdır. Qafazinfo

Source

Soçi hava limanı BAĞLANDI

Rusiyanın Soçi hava limanında təyyarələrin uçuş və enişi üzrə müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bu barədə “Rosaviasiya” məlumat yayıb. Məlumata görə, məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq edilib.

Source

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində kompüter elmləri, informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, süni intellekt, eləcə də mühəndislik istiqamətləri üzrə təhsil almış bir qrup gənclə görüşüb. Görüş zamanı nazir Dövlət Proqramının ölkənin insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayaraq məzunların xaricdə qazandıqları bilik və bacarıqları Azərbaycanın texnoloji inkişafına, innovasiya ekosisteminin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinə töhfə vermək üçün səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini ifadə edib. Müzakirələr zamanı gənclərin […]

Source

❌