❌

Normal görünüm

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.
Dünden önceki günAzerbaycanca Haberler

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov, T.Dəmirov və M.Qədirov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən olunub. Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və həmçinin 2500 manat dəyərində velosiped oğurlayan Q.Abbasov, eləcə də əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.

Source

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib

Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Source

Bakıda 18 yaşlı gənc qətlə yetirildi

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu, F.Qəmbərov küçəsində qeydə alınıb. Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov münaqişə zəminində Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Arda Qurbanlını bıçaqla öldürüb.
 
Q.Mahmudov polis əməkdaşları tərəfindən tutulub.
 
Araşdırma rayon prokurorluğu tərəfindən aparılır.
 

Polis Siyəzəndə ƏMƏLİYYAT KEÇİRDİ: <span style="color: #ff0000;">14 nəfər SAXLANILDI - FOTO</span>

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində silsilə tədbirlər həyata keçirilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən 14 nəfər müəyyən edilərək saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.
 
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən M.Nəzərov saxlanılıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 47 ədəd narkotik xassəli kol, eləcə də 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

Bakıda məktəbin qarşısında dəhşət: <span style="color: #ff0000;">18 yaşlı gənc öldürüldü</span>

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.
 
Moderator.az "Bakupost"a istinadla xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.
 
Əraziyə polis əməkdaşları cəlb olunub.
 
Hadisənin təfərrüatları hələlik məlum deyil.
 
TƏBİB-dən cavab olaraq bildirildi ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:
 
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
 
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".
 

Coratda qadın qətlə yetirilib, əri şübhəli bilinir 

Sumqayıtın Corat qəsəbəsində qadın qətlə yetirilib.Oxu24.com-un  məlumatına görə, 31 yaşlı Şəhana İmanova yaşadığı evdə öldürülüb.Hadisəni törtəməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 33 yaşlı Əsgər Hüseynov şübhəli şəxs qismində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

General həbs edildi 

Moskvada Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin Tədris-Maddi Baza İdarəsinin rəisi, general-mayor Sergey Nikituşkin həbs edilib.Oxu24.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.Məlumata görə, müvafiq qərarı Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin vəsatəti əsasında 235-ci Qarnizon Hərbi Məhkəməsi qəbul edib. Məhkəmə iclası sentyabrın 30-da axşam saatlarında keçirilib.Baş Hərbi İstintaq İdarəsinin nümayəndəsi Nikituşkinin həbs edilməsini istəyib. Buna səbəb kimi generalın azadlıqda qalacağı təqdirdə cinayət işinin istintaqına mane ola biləcəyi göstərilib.Müdafiə tərəfi isə daha yüngül qətimkan tədbirinin seçilməsini xahiş edib. Məhkəmə istintaq tərəfinin mövqeyini dəstəkləyərək generalın həbsinə qərar verib.Cinayət işinin detalları və generalın konkret olaraq hansı əməllərdə ittiham olunduğu hələlik açıqlanmayıb. Məlum olan yeganə məlumat onun Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etməsidir.Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsi orduda döyüş hazırlığının təşkilini həyata keçirir, hərbi idarəetmə orqanlarının ehtiyatda olan hərbçilərlə komplektləşdirilən birləşmə və hissələrin hazırlığı üzrə fəaliyyətini əlaqələndirir.İdarə, həmçinin tədris-maddi bazanın inkişafına və qoşunların döyüş hazırlığı vasitələri ilə təmin edilməsinə rəhbərlik edir.Bundan əlavə, qurum Rusiya Silahlı Qüvvələrinin mərkəzi hərbi-vətənpərvərlik mədəniyyət və istirahət parkı olan “Patriot” federal muxtar müəssisəsinin fəaliyyətinə də nəzarət edir. (Modern.az)

Xırdalanda dəhşətli qəza: Qadın həyatını itirdi

Bakı-Quba avtomobil yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol qəzası qeydə alınıb.Oxu24.com xəbər verir ki, hadisə zamanı yolu keçmək istəyən 36 yaşlı Yasəmən Dadaşovanı "Ford" markalı avtomobil vurub.Zərbənin təsirindən ağır xəsarətlər alan qadın hadisə yerində dünyasını dəyişib.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəzər rayonunda 36 kq narkotik aşkarlanıb 

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb.Oxu24.com  DİN-ə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminov saxlanılıb. Ondan 36 kiloqram narkotik vasitə aşkarlanıb.Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.Araşdırma davam etdirilir.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi - Foto

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb.“Qafqazinfo” xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub.Qusar Rayon Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.Məlum olub ki, A.Babayeva vaxtında düzgün tibbi xidmətin göstərilməməsi səbəbindən yaranmış ağciyər trombozundan həyatını itirib.Məhkəmənin hökmü ilə E.Əsgərova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib.Qeyd edək ki, Aysel Babayeva 2 il imiş ailə həyatı qurubmuş. O, xəstəxanaya hamiləlik planlaşdırılması ilə əlaqədar, stimulyasiya üçün müraciət edibmiş.

Həmin şəxs tutularaq Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan şəxs Polşa Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib.Bu barədə  Oxu24.com-a  Ədliyyə Nazirliyindən bildirilib.Məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Polşa Respublikasında müəyyən edilən daha bir şəxsin oktyabrın 1-də Nazirlik tərəfindən Azərbaycan Respublikasına ekstradisiyası həyata keçirilib.Belə ki, 2023-cü ildə tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə yalan vədlər verməklə onlara külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Rüstəmov Zirəddin Elçin oğlunun yeri Polşa Respublikasında müəyyən olunub və o, həbs edilib.Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Polşa Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.Rüstəmov Zirəddin Elçin oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Polşa Respublikasının Varşava şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Polis cinayətkarları dronla izlədi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ  

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsi və kultivasiyası ilə məşğul olan, eləcə də qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.Bildirilib ki, tədbirlərlə S.İbrahimov, E.İsmayılov və T.Haşımov saxlanılıblar. Onlardan narkotik vasitələr, kultivasiya etdikləri narkotik tərkibli bitkilər və odlu silahlar aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var 

Bərdədə şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilir ki, sentyabrın 30-da Bərdə rayonu Mollaəhməd kəndi ərazisində 2000-ci il təvəllüdlü Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.İlkin araşdırmalarla cinayətin Cavad Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.İbtidai istintaq davam edir.***10.09Bərdə rayonunda qətl hadisəsi baş verib. Hadisə bu gün saat 5 radələrində Mollaəhmədli kəndinin ərazisində qeydə alınıb.Kənd sakini 1996-cı il təvəllüdlü Cavad Hüseynov münaqişə zəminində Kolayır kənd sakini 2000-ci il təvəllüdlü Elnur Rüstəmovu bıçaqla öldürüb.C.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto 

23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva Pakistanın Lahor şəhərində qrup halında təcavüzün qurbanı olub.Oxu24.com  Oxu.az-a istinadən xəbər verir ki, o, nüfuzlu pakistanlı siyasi ailədən olan gəncin keçmiş həyat yoldaşıdır.Əri ondan Feysalabaddan olan və Şabir Əhməd (Nəqaş kimi də tanınır) adlı parça ticarətçisi ilə ehtimal edilən sevgi macərasına görə ayrılıb. İddia olunur ki, Şabir və onun dostu pul qazanmaq məqsədilə Diananı Lahorun Cohar-Taun ərazisində fahişəliklə məşğul olmağa məcbur ediblər.Diananın ailəsiDiana Azərbaycanın Qusar şəhərindəndir. O, bacısı və qardaşı ilə birlikdə sadə bir ailədə böyüyüb. Atası Romikin narkotik asılılığından əziyyət çəkdiyi bildirilir. Onun spirtli içkilər qəbul etdiyi, rəqs klublarına və əyləncə gecələrinə getdiyi, sərxoş vəziyyətdə isə tez-tez davalara qarışdığı qeyd olunur.Pakistanlı ilə tanışlıq2023-cü ildə Bakıda, Diana pakistanlı bir gənclə tanış olub. Onlar dostlaşıb və mütəmadi olaraq görüşməyə başlayıblar.Bakıda polisə şikayət2024-cü ilin dekabrında Diananın kəskin sərxoş halda sevgilisinin evinə gedərək qalmaqal yaratdığı ehtimal edilir. Daha sonra o, gəncin onu öldürməyə cəhd etdiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayət ərizəsi Bakının Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinə təqdim olunub. Polis Pakistan vətəndaşını saxlasa da, sonradan o sərbəst buraxılıb və öz ölkəsinə qayıdıb. Bir neçə gün sonra Diana yenidən onun evinə gələrək ağlayıb, onu sevdiyini və ayrılacaqları təqdirdə intihar edəcəyini bildirib. O, üzr istəsə də, polisdəki şikayətini geri götürməyib. Gənc Pakistana getməyə cəhd edərkən qadının onun pasportunu və telefonunu əlindən aldığı iddia edilir. Bundan sonra o, qadını Pakistana aparıb. Onların Ravalpindidəki toy mərasimi sadə keçib. Diana yaxşı həyat yoldaşı olacağına söz verib. Ardından cütlük yenidən Bakıya qayıdıb.Toydan sonrakı problemlərAilə qurduqdan sonra Diananın ərini işə getməməyə və bütün günü onunla keçirməyə məcbur etdiyi bildirilir. O, mütəmadi olaraq qışqıraraq münaqişələr yaradıb. Mənbələrin məlumatına görə, o, hiyləgərliyi ilə seçilib və ərinin həyatını hər vəchlə çətinləşdiririb. Evlilikdən sonra hamilə qalsa da, ehtimal ki, abort etdirib. Bu hadisə həyat yoldaşını ciddi şəkildə məyus edib.Pakistandakı həyat2025-ci ilin mayında əri onu yenidən Pakistana gətirib. Diananın ərinin qohumları ilə münaqişə yaşadığı bildirilir. Nəticədə, əri Feysalabadda ev kirayələyərək onunla birlikdə orada yaşamağa başlayıb. Burada onun "Nəqaş" ləqəbli tacir Şabir Əhmədlə sevgi münasibətlərinə başladığı ehtimal olunur. Əri bu barədə öyrənib. Həmin ərəfədə verilən məlumatlara görə, o, daha bir dəfə abort etdirib. Bunun ardınca əri onunla nikahı pozub.Boşandıqdan sonra Diana və Şabir arasındakı münasibətlər daha da istiləşib. Şabir onunla görüşmək üçün Bakıya gəlir, o isə Pakistana səfər edib. Hətta bir dəfə onun Pakistanda tam bir ay qeyri-qanuni yaşadığı bildirilir.Şabir onu öz evinə gətirərək həyat yoldaşına Diananın geyim satışı biznesində xarici tərəfdaşı olduğunu deyib. O, qadın üçün birinci mərtəbədə xüsusi otaq ayırıb. Günlərin birində Şabirin arvadı onları otaqda qucaqlaşarkən yaxalayıb. O, Diananı döyərək evdən qovub.Diana Atif adlı qonşusuna müraciət edərək baş verənləri danışıb və onun köməyi ilə Bakıya qayıtmaq üçün bilet əldə edib.Lahora qayıdışPulsuzluq və işsizlik səbəbindən Diana Bakıda uzun müddət qala bilməyib. O, 2026-cı ilin may ayında yenidən Lahora dönüb. Bu dəfə isə kömək məqsədilə Şabirin dostu Tövhid Batta müraciət edib. İddialara əsasən, Şabir və Tövhid onu fahişəlik etməyə məcbur ediblər. Bu vəziyyət onun həyatını daha da dözülməz hala gətirib. Mənbələrin məlumatına görə, təcavüz hadisəsindən sonra Tövhid Batt "Instagram" hesabını silərək gizlənib. Hüquq-mühafizə orqanları Şabiri və daha üç nəfəri saxlayıb. Diana həmçinin onu zorlayan üç kişinin adını polisə təqdim edib. Hazırda polis həmin şəxslərin tutulması istiqamətində iş aparır.

Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb 

Kürdəmirdə ildırım vurması nəticəsində bir nəfər ölüb.Oxu24.com  məlumatına görə, hadisə bu gün rayonun Şıxımlı kəndində baş verib.Belə ki, ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Hacalıyev Zahir Vahid oğlunu ildırım vurub.O, hadisə nəticəsində həyatını itirib.

Hər bir  sürücü bunu bilməlidir: 264-cü maddədə yazılıb

Qəzadan sonra hadisə yerindən qaçmaq sürücünün vəziyyətini necə dəyişir? Yol-nəqliyyat hadisəsi zamanı sürücünün ilk reaksiyası çox vaxt panika olur. Xüsusilə qəza nəticəsində piyada və ya digər şəxs ağır xəsarət alıbsa, sürücü məsuliyyətə cəlb olunmaq qorxusu ilə hadisə yerindən uzaqlaşmaq barədə düşünə bilər. Halbuki belə vəziyyətdə hadisə yerindən qaçmaq sürücünün hüquqi vəziyyətini daha da mürəkkəbləşdirə bilər. Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yol-nəqliyyat hadisəsi yerindən qaçma ilə bağlı ayrıca norma – 264-cü maddə nəzərdə tutulub.Lakin burada mühüm bir hüquqi detal var: 264-cü maddə hər bir yol qəzasından sonra hadisə yerini tərk edən istənilən sürücüyə avtomatik tətbiq edilmir. Maddənin dispozisiyasına görə, 263-cü və ya 263-1-ci maddələrdə nəzərdə tutulan nəticələr baş verdikdə, yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması ayrıca cinayət məsuliyyəti yarada bilər. Hazırkı qanuna  əsasən bu əməl üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.Bu səbəbdən sürücünün qəza baş verdikdən sonra “mən onsuz da həbs olunacağam” düşüncəsi ilə hadisə yerindən qaçması hüquqi baxımdan düzgün yanaşma deyil. Əksinə, hadisə yerində qalmaq, aidiyyəti qurumlara məlumat vermək və zərərçəkmişə yardım göstərmək qanunun nəzərdə tutduğu davranış xəttinə daha uyğundur.Məsələn, sürücü qəza nəticəsində piyadanın ağır xəsarət aldığını görürsə, ilk növbədə təcili tibbi yardım çağırmalı, zərərçəkmiş şəxsin həyatının xilas edilməsi üçün mümkün yardımın göstərilməsinə çalışmalı və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Sürücü hadisə yerini yalnız zərərçəkmişi tibb müəssisəsinə çatdırmaq məqsədilə tərk edirsə, bu hal 264-cü maddənin özündə ayrıca istisna kimi göstərilib: zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk edən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunmaqdan azad edilir.Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də mühüm hüquqi mövqeyi var. Məhkəmənin qərarında qeyd olunur ki, sürücü hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə və ya digər tərəfə çatdırmaq öhdəliyini yerinə yetirdikdən sonra, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparmaq üçün hadisə yerini tərk edərsə, bu, avtomatik olaraq “hadisə yerindən qaçma” kimi qiymətləndirilə bilməz.Başqa sözlə, qanunun məqsədi qəzadan sonra insanı köməksiz vəziyyətdə qoyub qaçan şəxslə zərərçəkmişin həyatını xilas etmək üçün hərəkət edən şəxsi eyni vəziyyətdə qiymətləndirmək deyil. Burada sürücünün hadisədən sonrakı davranışı mühüm əhəmiyyət daşıyır.Daha bir vacib məqam isə qəzanın özündə sürücünün təqsir məsələsidir. Sadəcə qəzanın baş verməsi sürücünün avtomatik olaraq cinayətkar olması demək deyil. Yol-nəqliyyat hadisəsi zamanı sürücünün qayda pozuntusuna yol verib-vermədiyi, həmin pozuntunun nəticə ilə səbəbli əlaqəsinin olub-olmadığı və zərərçəkmiş şəxsin aldığı xəsarətin xarakteri araşdırılmalıdır. Cinayət Məcəlləsinin 264-cü maddəsinin tətbiqi də məhz 263 və ya 263-1-ci maddələrdə nəzərdə tutulan nəticələrlə əlaqələndirilib.Ona görə “qəzada günahkar olmasanız belə, sırf hadisə yerindən getdiyiniz üçün 264-cü maddə sizə mütləq tətbiq ediləcək” formasında ümumiləşdirmə düzgün deyil. Konkret işdə qəzanın necə baş verdiyi, sürücünün yol hərəkəti qaydalarını pozub-pozmadığı, nəticənin hansı xarakterdə olduğu və sürücünün hadisədən sonra necə davrandığı hüquqi qiymətləndirməyə təsir edir.Əgər zərərçəkmiş şəxs ağır vəziyyətdədirsə, sürücünün əsas məqsədi məsuliyyətdən yayınmaq yox, onun həyatının və sağlamlığının qorunmasına kömək etmək olmalıdır. Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsi də cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsini və onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını cəzanı yüngülləşdirən hallar sırasında nəzərdə tutur.Bu isə o demək deyil ki, yaralının sonradan vəfat etməsi halında sürücü avtomatik olaraq məsuliyyətdən və ya cəzadan azad edilir. Əgər ölümə səbəb olan yol hərəkəti qaydalarının pozulması müəyyən edilərsə, əsas cinayət məsuliyyəti ayrıca qiymətləndirilir. Hadisə yerindən qaçma məsələsi də bundan ayrıca araşdırıla bilər. Baş Prokurorluğun əvvəlki işlər üzrə açıqlamalarında ölümə səbəb olan yol qəzalarında sürücülərin həm 263-cü maddə, həm də hadisə yerindən qaçma ilə bağlı 264-cü maddə üzrə məsuliyyətə cəlb edildiyi nümunələr var.Məhz buna görə qəza törədən sürücünün “yaralı onsuz da ağır vəziyyətdədir, mən qaçsam heç olmasa həbsdən xilas olaram” düşüncəsi ciddi hüquqi risk yaradır. Hadisə yerindən qaçmaq zərərçəkmişin yardım alma imkanını da gecikdirə və sürücünün ayrıca cinayət məsuliyyəti ilə üzləşməsinə səbəb ola bilər.Əksinə, sürücünün hadisə yerində qalması, təcili tibbi yardım çağırması, zərərçəkmişə yardım göstərməsi və istintaqla əməkdaşlıq etməsi onun iş üzrə davranışının qiymətləndirilməsində nəzərə alına biləcək hallardandır. Cinayət Məcəlləsinin 59-cu maddəsində də təqsirkarın könüllü gəlməsi, cinayətin açılmasına fəal kömək etməsi və zərərçəkmişə tibbi və ya digər yardım göstərməklə onun sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hallar kimi göstərilir.Lakin burada da “hadisə yerində qaldınsa, azadlıqda qalmaq şansın 90 faizdir” kimi konkret faiz demək hüquqi baxımdan əsaslandırılmış deyil. Məhkəmənin hansı cəzanı təyin edəcəyi işin bütün hallarından, törədilmiş əməlin hüquqi tövsifindən, nəticənin ağırlığından, şəxsin davranışından və digər hallardan asılıdır. Qanunda hadisə yerindən qaçmayan sürücüyə avtomatik olaraq müəyyən faizlə azadlıqda qalmaq zəmanəti verilmir.Beləliklə, qəza zamanı sürücünün qarşısında iki fərqli davranış modeli yarana bilər: panikaya düşərək hadisə yerindən qaçmaq və ya zərərçəkmişə yardım göstərərək aidiyyəti qurumları məlumatlandırmaq. Qanunun məntiqi ikinci davranışı dəstəkləyir. Xüsusilə zərərçəkmişin həyatının təhlükədə olduğu vəziyyətdə onu tibb müəssisəsinə çatdırmaq məqsədilə hadisə yerini tərk etmək 264-cü maddənin özündə nəzərdə tutulan istisnalardan biridir.Ona görə də yol qəzasından sonra ən təhlükəli qərarlardan biri məsuliyyət qorxusu ilə hadisə yerindən qaçmaqdır. Sürücü ilk növbədə insan həyatını xilas etməyə çalışmalı, təcili tibbi yardım və polisə məlumat verməli, hadisənin izlərini dəyişdirməməli və hüquqi prosedurlara əməl etməlidir. Çünki qəza zamanı baş verən hadisənin hüquqi nəticəsini təkcə qəzanın özü deyil, sürücünün hadisədən sonrakı davranışı da əhəmiyyətli dərəcədə müəyyən edə bilər.Hazırladı: Turan Etibaroğlu

Bakıda qadın qətlə yetirilib, əri saxlanılıb 

Bakıda kişi həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinir.APA-nın xəbərinə görə, hadisə bu gün günorta saatlarında Binəqədi rayonunda baş verib.42 yaşlı Rafət Ağalarovun həyat yoldaşı 40 yaşlı Esmira Ağalarovanı boğaraq qətlə yetirdiyi bildirilir.Qətli törətməkdə şübhəli bilinən Rafət Ağalarov saxlanılıb. Hadisənin baş verməsinə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Araşdırma aparılır.

Tiktoker “Roşka” dan XƏBƏR VAR

Polis tərəfindən saxlanılan “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Oxu24.com  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, Rövşən Süleymanovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə inzibati qaydada həbs edilib.

Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş... 

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub.Oxu24.com  xəbər veir ki, hadisə sentyabrın 26-da Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini 1996-cı il təvəllüdlü İ.Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırması nəticəsində qol nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.Araşdırma aparılır.

150 minə görə tutuldu - DETALLAR

Lənkəranda dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirməkdə şübhəli bilinən H.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.Bu barədə  Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Araşdırmalarla müəyyən edilib ki, H.Məmmədov zərərçəkmişlərə özünü müxtəlif qurumlarlarda tanışları olan şəxs kimi təqdim edərək təqaüd düzəltmək, yüksək maaşlı işlə təmin olunma və digər yalan vədlər verib. Bu yolla o, vətəndaşların ümumilikdə 150 min manatdan artıq pul vəsaitini ələ keçirib.Faktla bağlı cinayət işi başlanılıb, H.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Firdovsi Hüseynov həbs edildi

Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Firdovsi Hüseynov 8 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.Dövlət ittihamçısı təqsirləndirilən Firdovsi Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.Qeyd edək ki, hadisə bu il fevralın 18-də paytaxt ərazisində baş verib. Məlumata görə, Firdovsi Hüseynov qızının nişanlısı Rəşad Hüseynovun qızına nalayiq sözlər dediyini əsas gətirərək, evdən bıçaq götürüb və onunla yaşadığı evin həyətində mübahisə edib. Yaranan münaqişə zəminində Firdovsi Hüseynov bıçaqla Rəşad Hüseynovun sinəsinə zərbə endirib və ona ağır bədən xəsarəti yetirib.Xəstəxanaya çatdırılan Rəşad Hüseynov 40 gün sonra müalicə aldığı müəssisədə vəfat edib.Faktla bağlı cinayət işi başladılıb, Firdovsi Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Bakıda ana oğlunu öldürdü 

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib.Oxu24.com  Unikal.az-a istinadla xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib.Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.***TƏBİB-dən bildirilib ki, bu gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ərazisindən çağırış qeydə alınıb.Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (1 qadın, 1 kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Bakıda DƏHŞƏTLİ QƏTL: 48 yaşlı qadın evində öldürüldü, əri saxlanıldı  

Bakıda ərin arvadını öldürdüyü iddia edilir.Oxu24.com Lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Soltanov saxlanılaraq istintaqa təhvil verilib.Araşdırmalar aparılır.12:12Bakıda qətl hadisəsi olub.Hadisə Sabunçu rayonu, Məmmədli qəsəbəsində baş verib.48 yaşlı Mədinə Hüseynqulu qızı Soltanova yaşadıqları evdə qətlə yetirilib.Onun həyat yoldaşı tərəfindən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı öldürüldüyü bildirilir.Faktla bağlı araşdırma aparılır.

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib 

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.Bakı Şəhər DYP İdarəsindən Oxu24.com-a  verilən məlumata görə, DYP-nin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Subaru” markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Məmmədov saxlanılıb.Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Siqnala görə başlayan mübahisə ölümlə bitdi - <span style="color: #ff0000;">17 yaşlı oğlan saxlanıldı</span>

Sentyabrın 26-da gecə saatlarında Abşeron rayonu ərazisində avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib.

Rayon sakini Əli Axundovla qonşusu İbrahim Həmidov arasında yaranan mübahisəyə Ə.Axundovun oğlu N. qoşularaq kəsici alətlə İ.Həmidova xəsarət yetirib.

Tərəfləri sakitləşdirməyə çalışan İ.Həmidovun qohumu S.Mamedov da xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2009-cu il təvəllüdlü N.A. saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

(qafqazinfo)

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı

Prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb. 2013-cü il avqustun 5-i saat 20 radələrində Şəmkir şəhər sakini 59 yaşlı Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq […]

Source

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirib. Qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M.Mirzəyev zərərsizləşdirilib. Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb. Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Qafqazinfo

Source

Evdən 10 min manatlıq oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı Nahid Abdullayev və 29 yaşlı Mədinə Babayeva müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onlar evdən ümumilikdə təxminən 10 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurladıqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Source

Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Telman Hüseynov saxlanılıb. Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 140 ədəd narkotik tərkibli kol, evindən isə narkotik vasitələr aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Source

İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi

Ağdaşda silahlı insident baş verib. Rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib. Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə Ağdaşda tanınmış sahibkar olan Məhəmməd Əliyevin nəvəsidir. Qafqazinfo

Source

Ramiz Mehdiyev işində şok adlar: Onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq.Oxu24.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 88 yaşlı “Boz kardinal”ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdən bəzilərinin adları məlum olub.Bunlar Ramiz Mehdiyevin Bakı Dövlət Universitetində kafedra müdiri işləyən qızı Kamilə Əliyeva, kürəkəni İlham Əliyev, ləğv edilmiş “Bank BTB”nin əsas səhmdarı olan gəlini Nigar Mehdiyeva, “Bank BTB”nin Müşahidə Şurasının sədri və bankın səhmdarlarından biri Sadiq Rza İsmayıl, “Şərq-Qərb” Nəşriyyatının direktoru Sevil İsmayılova, AXCP sədri Əli Kərimli və müavini Məmməd İbrahimdir.Onların məhkəmə istintaqı zamanı da şahid qismində ifadə verəcəkləri gözlənilir.İlk iclas sentyabrın 21-i Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifələrində çalışıb.Hazırda Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir.Onun ittiham olunduğu maddələrdən ikisinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bununla belə, Azərbaycan qanunvericiliyinə əsasən, cinayət törədərkən 65 yaşdan yuxarı şəxslər ömürlük məhkum edilə bilməz.

Cəlilabadda 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıb 

Cəlilabad rayonunda 18 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.Oxu24.com-un  məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib.Tədbirlərlə saxlanılan 25 yaşlı İskəndər Dadaşovdan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə götürülüb.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Tiktoker "Əhdi" və dostu ilə bağlı QƏRAR

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinərək saxlanılan "Əhdi Parfum" ləqəbli tiktoker Əhdiman Osmanov və tanışı Həsən Əliyev sərbəst buraxılıblar.Oxu24.com Lent.az-a istinadən xəbər verir ki, hazırda onların barəsində başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub 

“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Oxu24.com  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəzlənib.Dövlət ittihamçısı təqsirləndirilən Hafiz Həsənovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının 5 il sınaq müddəti seçilməklə şərti hesab olunmasını təklif edib.Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib, sonradan bu qərar polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunub.İttihama görə, Hafiz Həsənov rəhbərlik etdiyi QHT-də layihələr keçirmək adı ilə ABŞ-nin German Marşal fondundan ümumilikdə 415 mindən artıq pul vəsaitini qrant alaraq leqallaşdırıb.Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılıb.Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır. "İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.

Havvaxanım Rüstəmova həbs edildi 

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.Oxu24.com  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edib.O, Havvaxanım Rüstəmovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini təklif edib.Təqsirləndirilən şəxsin vəkili Musa Abdınov çıxışında müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi mülki iddianın tam təmin olunmasını xahiş edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Havvaxanım Rüstəmova 3 il müəyyən vəzifə hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib.Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.“Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb. İş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş kimi tanınıb.Təqsirləndirilən şəxs zərərçəkmişlərə vurulan 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.

“Ramiz Mehdiyev işi”ndə adı keçən Sərdar Cəlaloğlu danışdı - Özü açıqladı 

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.Oxu24.com xəbər verir  ki,Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.Onun da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb.Onların da məhkəmədə ifadəsi dinləniləcək.Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.Həmçinin digər bir məlumata görə, məhkəmədə ifadə verənlər arasında Eldar Namazov və Sərdar Cəlaloğlu da var.Saytın əməkdaşı məsələ ilə bağlı Sərdar Cəlaloğlu ilə də əlaqə saxlayıb.Lakin o, sözügedən məlumatı təkzib edib:“Mən bu məsələ ilə bağlı heç bir ifadə verməmişəm”, – deyə o bildirib.

İcra hakimiyyətində əməliyyyat:Həbs olunanlar var

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.Oxu24.com  Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər.Oxu:    Vəzifəsini itirən başçının dosyesiNəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov həbs olunublar.Məlumata görə, onlar qanunsuz torpaq satışında şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb.Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunur. Fakt Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.Faktla bağlı araşdırmalar davam edir.

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən şəxsə hökm oxunub 

Ölkə xaricində qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Fuad Rəfibəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Oxu24.com  xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Fuad Rəfibəyli 4 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, təqsirləndirilən Fuad Rəfibəyli 2023-cü ildə Rusiyaya gedib, bir müddət sonra Rusiya- Ukrayna müharibəsində iştirak üçün ərazi üzrə hərbi komissarlığa müraciət edib və ordu sıralarına qoşulub. Bir müddət sonra Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb, 21 ay sonra Azərbaycana ekstradisiya edilib.Təqsirləndirilən Fuad Rəfibəyli Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi üzrə ittiham edilib.

DİN açıqladı: 3 nəfər tutuldu

Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb.Bu barədə Oxu24.com -a  DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri - 50 yaşlı A. İsayev, 53 yaşlı İ. Qəmbərov və 37 yaşlı N. Bayramov dəmiryolu relslərini kəsərək oğurlayan zaman hadisə yerində saxlanılıblar.Faktla bağlı araşdırma aparılır.

Onlara ağır cəza verildi

Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Oxu24.com  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Nəcəf Qafarov 19 il, Nuranə Məhərrəmova isə 14 il, 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.Dövlət ittihamçısı təqsirləndirilənlər Nəcəf Qafarovun 20 il, Nuranə Məhərrəmovanın 17 il azadlıqdan məhrum edilməsini təklif edib.Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonunda baş verib. Baş Prokurorluğun yaydığı məlumata görə, 1988-ci il təvəllüdlü Ədil Məhərrəmovun paytaxtın rayon ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.Məlumatla əlaqədar, sonuncunun qaynatası Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılıb. İsitntaqla onun cinayəti qızı - mərhumun həyat yoldaşı Nuranə Məhərrəmova ilə birgə törətdiyi məlum olub.Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə yekun ittiham elan olunub.

İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı açıqlama

AMEA prezidenti İsa Həbibbəyli Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə aydınlıq gətirib.Oxu24.com xəbər verir  ki,AMEA prezidenti, akademik İsa Həbibbəylinin APA-ya verdiyi açıqlamaya görə, istintaq orqanlarının qəbul etdiyi qərardan sonra müvafiq qərar qəbul edilə bilər.“İstintaq orqanlarının qəbul etdiyi qərardan sonra müvafiq qərar qəbul edilə bilər. Bizə bununla bağlı məlumat daxil olmalıdır ki, qərar qəbul edək”, – deyə o bildirib.

74 yaşlı kişi faciəli şəkildə həyatını itirdi

Astara rayonunda evinin damında təmir işləri aparan 74 yaşlı kişi yıxılaraq ölüb.APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Miki kəndində baş verib.Məlumata görə, 1952-ci il təvəllüdlü Abid Şəfəqqətov yaşadığı evin damında təmir işləri aparan zaman yıxılması nəticəsində ölüb.Faktla bağlı araşdırma aparılır.

Ramiz Mehdiyevin cinayət işində bu  tanınmış şəxslər də  var  —   ADLAR

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat vermişdik.Oxu24.com  “Gununsesi.info”ya istinadən xəbər verir ki, cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub.Belə ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş, politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindirilib.Oxu:   Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər – “İkinci paytaxt” Məlumata görə, həmin şəxslərin məhkəmə prosesində də şahid qismində ifadə verməsi gözlənilir.Bu işlə bağlı diqqətiçəkən daha bir məqam isə “Ramiz Mehdiyev işi” çərçivəsində həbs edilən AXCP sədri Əli Kərimli ilə bağlıdır.Belə ki, Əli Kərimlinin cinayət işi sabiq PA rəhbərinin işindən ayrılsa da, lakin onun adı Mehdiyevin ittiham aktında şahid qismində keçir.İstintaqa ifadə verməkdən imtina edən Əli Kərimlinin Mehdiyevin mühakiməsi zamanı dindirilib-dindirilməməsinə isə məhkəmə qərar verəcək.

Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu

Xəbər verdiyimiz kimi, DTX tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayılıb.Oxu24.com-un “Unikal”a istinədən məlumatına görə, Məqsəd Bağırova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci, Kamran Bilalova Cinayət Məcəlləsinin 283.2.1-ci maddəsi ilə ittiham elan edilib.Elan edilmiş ittihama əsasən, Kamran Bilalov Məqsəd Bağırovun aşkar surətdə, o cümlədən mediadan istifadə etməklə cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı videolar yayaraq nümayiş etdirdiyi dini baxışlarına görə ona qəsdən ictimai yerdə zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək dini zəmində düşmənçilik salınmasına yönələn hərəkətlər törədib.Qeyd edək ki, Məqsəd Bağırov özü də insanların dini inanclarını, ibadət yerlərini təhqir edən ifadələr ehtiva edən videolar yaymaqla cəmiyyətdə dini zəmində düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinərək həbs edilib.

İşə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanılıb

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək əvvəlcədən tanıdığı şəxsin həyat yoldaşını işə düzəltmək vədi ilə ondan 24 min manat aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı O.Rəhimov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt ərazisində və Abşeron rayonunda ayrı-ayrı vaxtlarda digər şəxslərə qarşı da analoji əməllər törətdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Source

Əraziyə polis əməkdaşları cəlb olunub:Ölən var

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.Hərəkətdə olan bir neçə avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. Hadisə zamanı bir nəfərin öldüyü bildirilir.Əraziyə polis əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.(Apa)

Ağır qəza: Həyatını itirən və yaralılar var

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə rayon yolunda qeydə alınıb.Belə ki, "Ford" və "VAZ" markalı avtomobillər toqquşub. Nəticədə 64 yaşlı Seymur Kərimov və onun qızı, 30 yaşlı Aytən Muradova müxtəlif dərəcəli xəsarətlər alıblar.Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, S. Kərimovun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədli və Anar Abdullayevə hökm oxunub 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.Oxu24.com  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Anar Məmmədli 13 il, Anar Abdullayev 12 il müddətə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.

 Əhməd Məmmədzadə azadlığa buraxılıb

"QHT işi" üzrə ittiham olunan Əhməd Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Oxu24.com  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Əhməd Məmmədzadə barədində 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 2 il sınaq müddəti seçilməklə, şərti hesab olunub. Əhməd Məmmədzadə məhkəmə zalından azadlığa buraxılıb.Qeyd edək ki, təqsirləndirilən QHT təmsilçisi Əhməd Məmmədzadəyə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 313-cü ( Vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub.Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb.Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır."İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı həbs olunub. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.ABŞ-ın “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.

Nərimanovda “Kalaşnikov” və 55 güllə aşkarlandı

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Ədliyyə Nazirliyindən Oxu24.com-a verilən xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 6 ünvanında yerləşən köhnə zavodun hasarının yaxınlığındakı ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov AKMS" markalı avtomat silah, ona məxsus 2 ədəd daraq və 55 ədəd güllə aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.

Bakı–Qazax yolunda qəza: “Toyota” arakəsməyə çırpılıb aşdı

Bu gün Bakı–Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində qəza baş verib.Oxu24.com-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, səhər saat 7 radələrində “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü A.Cabbarovun, ilkin məlumata əsasən, sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqların edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur:"Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır.Uzaq məsafəyə səfərə çıxan sürücü əvvəlcədən kifayət qədər istirahət etməli, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamalıdır. Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir.Sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər. Yorğun halda sükan arxasına keçməyin, yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın.Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil".

Bu əməlinə görə həbs edildi

Şabranda həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.Oxu24.com-un  məlumatına görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 60 yaşlı Sahib İbrahimov saxlanılıb.Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli bitkilər aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırma davam etdirilir.

120 min manatlıq dələduzluq edən şəxs həbs olunub

Tovuzda dövlət hərraclarında ucuz qiymətə avtomobillər və mülk alıb-satmaq adı ilə 120 min manatlıq dələduzluq edən şəxs həbs olunub.Oxu24.com -un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Cəsur E. ittiham olunduğu əməli törətməkdə təqsirli bilinib və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.Onun barəsində öncədən seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Qeyd edək ki, Cəsur E. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərraclarda ucuz qiymətə avtomobillər və mülk alıb-satmaq adı ilə vətəndaşların etibarından sui-istifadə etməkdə təqsirləndirilib.İttihama görə o, özünü dövlət hərraclarında təcrübəli şəxs kimi qələmə verərək, bazar dəyərindən dəfələrlə ucuz "Hyundai Sonata", "Lada Niva", "VAZ 2107", "Priora" və digər maşınları alacağını vəd edib.O, həmçinin Şəmkir rayonunda yerləşən "Çinar" soyuducu zavodunun özəlləşdirilməsində pay sahibi etmək adı ilə zərərçəkmişin birindən külli miqdarda pul alıb.Digər zərərçəkəndən isə 14 min manat dəyərində “Chevrolet Cruze” markalı avtomobilini lizinqlə satmaq adı ilə götürərək, özünün başqa bir şəxsə olan 11 min manat şəxsi borcunun əvəzinə verib. O, 7 nəfərə ümumilikdə 120 min manatdan artıq ziyan vurub.Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.İttiham edilən şəxs dəymiş ziyanın 63 min manatını ödəyib.Təqsirləndirilən şəxs bundan öncə oğurluq əməlində təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 2026-cı ilin əvvəlində “Amnistiya aktı” ilə cəzadan azad edilib.

Bakıda faciə:Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com  xəbər verir ki, Sabunçu qəsəbəsi ərazisində, Bakı Olimpiya Stadionunun yaxınlığında 1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil ötmək əməliyyatını yerinə yetirərkən 1998-ci il təvəllüdlü Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə dəyib.Nəticədə "Hyundai" markalı avtomobil idarəetməni itirərək aşıb və yol kənarına düşüb. Hadisə zamanı Ş.Məmmədov yerləşdirildiyi Sabunçu Tibb Mərkəzində ölüb.Faktla bağlı cinayət işi başlanılıb.

4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır  

Xankəndi şəhərində 4 yaşlı uşaq ehtiyatsızlıqdan xəsarət alıb.Oxu24.com xəbər verir ki, uşaq yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb.İlkin məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma başlanılıb.(qafqazinfo)

Bakı-Qazax yolunda ağır QƏZA - AVTOBUS AŞDI 

Bakı-Qazax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com xəbər verir ki, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Audi” markalı avtomobillə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.Nəticədə mikroavtobus aşıb və içərisindəki şəxslərdən bir neçəsi xəsarət alıb.Sözügedən mikroavtobus vasitəsilə rayonlardan paytaxt istiqamətində sərnişin daşımasının həyata keçirildiyi bildirilir. (Plat.az)

Ağdamda traktor minaya düşüb 

Ağdamda traktor minaya düşüb.Oxu24.com  xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.Sürücü "K-700" markalı texnika ilə sahədə şum işləri apararkən tank əleyhinə minaya düşüb.Güclü partlayış nəticəsində traktor tamamilə yararsız hala düşsə də, sürücü xəsarət almayıb. Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən hadisənin baş verdiyi sahəyə baxış keçirilir.

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub  

Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmayan plyonka çəkməklə idarə edən 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb.Bu barədə Oxu24.com -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Qeyd edilib ki, aparılan yoxlama zamanı M.Əfəndiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən, M.Əfəndiyevin narkotik vasitə qəbul etdiyi müəyyənləşib.Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Əfəndiyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb.Oxu24.com -un məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, Orxan Hüseynli rəhbərlik etdiyi “Renaissance Travel” turizm şirkətinin sosial şəbəkə hesabında xarici ölkələrə cəlbedici şərtlərlə tur paketləri təklif edib. O, bu məqsədlə müraciət edən çoxsaylı vətəndaşların etibarından sui-istifadə edərək xarici ölkələrə turist səfərləri təşkil edəcəyinə dair yalan vədlər verib. Orxan Hüseynli qanunsuz hazırladığı saxta uçuş biletlərindən istifadə etməklə vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.Qeyd edilən faktlarla başlı cinayət işi başlanılıb. Orxan Hüseynli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən turizm şirkətinin ictimai fəal İlkin Rüstəmzadəyə məxsus olması ilə bağlı yayılan məlumatlar da hərtərəfli araşdırılıb. Aparılan araşdırmalar nəticəsində bu iddialar təsdiqini tapmayıb.Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər.

DİN açıqlama yaydı: Mustafa Əfəndiyev saxlanılıb

Bakıda narkotikin təsiri altında və sürücülük hüququ olmadan avtomobil idarə edən sürücü həbs edilib.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı “Chevrolet” markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmayan plyonka çəkməklə idarə edən 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb.Aparılan yoxlama zamanı M.Əfəndiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən, M.Əfəndiyevin narkotik vasitə qəbul etdiyi müəyyənləşib.Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Əfəndiyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Son dəqiqə! Rəis azadlığa çıxdı

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi Şahin Kiçibəyov qulluq mövqeyindən istifadə etməklə dələduzluqda ittiham olunur.APA-nın əldə etdiyi xəbərə görə, onunla bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin Kiçibəyov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.Daha sonra hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb. Qərara əsasən, Şahin Kiçibəyovun apellyasiya şikayəti qismən təmin edilib.Məhkəmə təqsirləndirilən şəxsin dəymiş ziyanın bir hissəsini ödəməsini, himayəsində azyaşlı uşağının olmasını və Vətən müharibəsi veteranı olduğunu nəzərə alıb.Onun cəzasını şərti sayılıb, Şahin Kiçibəyov məhkəmə zalından azadlığa buraxılıb.İttihama görə, Şahin Kiçibəyov qulluq mövqeyindən istifadə etməklə, Hərbi Dəniz Qüvvələrində xidmətə qəbul və xidmət yerinin dəyişdirilməsi ilə bağlı vədlər verərək 20 min manatdan çox vəsaiti dələduzluq yolu ilə ələ keçirib.Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham verilib.

DTX-nin həbs etdiyi şəxslərə ağır cəza verildi 

Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Oxu24.com  xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev və Məmməd Şərifov DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunub.Onlara qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Onlar 5 il müddətinə azadlıqdan məhrum ediliblər

Azərbaycanda qızıl qaçaqmalçılığında ittiham olunan 5 nəfərə hökm oxunub.Oxu24.com-un  məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Əli Ə. və Cəlil M. 5 il 6 ay, Vüsal S., Afiq A. və Rəvan Ə. isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.Onlardan 3-ü məhkəmə zalında həbs olunub.Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.İttihama görə, onlar 2025-ci ilin sentyabrında qızıl məmulatlarının qaçaqmalçılıqla Türkiyəyə aparılaraq satılması və əldə ediləcək gəlirin bölüşdürülməsi barədə razılaşıblar.Bunun üçün ümumilikdə 215 min manat vəsait toplanıb, Bakı şəhərinin Nəsimi rayonundakı “Moskva” ticarət mərkəzində müxtəlif əyarlı qızıl məmulatları əridərək təmiz halda 999 əyarlı qızıl boyunbağılar, qolbaqlar düzəldiblər.Hazırlanan qızıl məmulatlarının ümumi dəyəri 213 594 manat, kütləsi isə 984,94 qram olub. Qızılların gömrük nəzarətindən gizlədilməsi məqsədilə onların Bakı-Naxçıvan sərnişin avtobusunun arxa oturacağında gizlədildiyi müəyyən edilib. Daha sonra Biləsuvar gömrük məntəqəsindən İran ərazisinə, oradan isə Culfa vasitəsilə Naxçıvana keçirilib və Türkiyəyə aparılması planlaşdırılıb.Məlumata görə, Əli Ə. qızılların Türkiyəyə aparılmasını təşkil edib. Cəlil M. isə bu işdə ona kömək edib.Vüsal S., Afiq A. və Rəvan Ə. qızılın alınması, əridilməsi, hazırlanması və maliyyələşdirilməsində iştirak etdiyi bildirilib.Əli Ə. və Cəlil M. Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Vüsal S., Afiq A. və Rəvan Ə. isə 32, 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cinayətində iştirak etmə) maddələri ilə yekun ittiham elan olunub.

Siqaret qaçaqmalçılığında ittiham olunan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək

Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Tağıyev Ənvər Həsən oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Bildirilib ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə aksiz markası markalanmalı olan həmin yükü markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.
 
Həmin şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.
 
Hazırda Ənvər Tağıyevin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
 
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
 
Qeyd edək ki, Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev milyonluq qaçaqmalçılıqda ititham edilir.

DTX həbs etmişdi, məhkəmə bu cəzanı verdi

Suriyada İŞİD terror təşkilatının tərkibində döyüş əməliyyatlarında iştirak etməkdə təqsirləndirilən Nicat Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə oxunub.
 
Hökmə əsasən, Nicat Əzizov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib.
 
Qeyd edək ki, Nicat Əzizov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2025-ci ilin dekabr ayında saxlanılıb.
 
İttihama görə, o, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Suriya ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Bakıdan İstanbula, oradan isə Hatay istiqamətindən qanunsuz yolla Suriya ərazisinə keçib.
 
Daha sonra o, Suriyada İŞİD terror təşkilatında digər Azərbaycan vətəndaşının rəhbərlik etdiyi “Xalidin camaatı” adlı silahlı qrupun tərkibində silahlı münaqişələrə qatılıb.
 
N.Əzizov Azərbaycan hüdudlarından kənarda törətdiyi, həm Azərbaycan, həm də Suriya qanunvericiliyinə əsasən, cinayət sayılan əməllərə görə həmin xarici dövlət ərazisində məhkum olunmayıb.
 
Ona Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan olunub.

Bakıda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb

Sentyabrın 2-də gecə saatlarında Sabunçu rayonunun Maştağa qəsəbəsində Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində yanğın baş verməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədi ilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində neft kəmərinə qanunsuz müdaxilə edərək oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov müəyyənləşdirilərək […]

Source

Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa edildi

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşları aldatmaqla pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib. Nəticədə qeyd edilən qanunsuz əməlləri törətməkdə təqsirli bilinən 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva müəyyənləşdirilərək saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər müxtəlif süni intellekt proqramlarından istifadə etməklə güzəştli mənzillərin […]

Source

Ağdamda iş adamları həbs edildi 

Ağdam rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs və şirkət əməkdaşı həbs edilib.Oxu24.com bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hər iki şəxs Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.Rayonun Baharlı qəsəbəsində saxlanılan 1991-ci il təvəllüdlü Tahir Nurəddin oğlu Əliyevdən qurudulmuş marixuana aşkar edilib.O, izahatında göstərib ki, tanışı Elçinlə birlikdə Baharlı qəsəbəsində marixuana çəkib: “Marixuanaya görə Elçinə pul verməmişəm. İlk dəfə olaraq inzibati xəta törətmişəm və tutduğum əməldən peşmançılıq hissi keçirirəm”.Tahir Əliyevin kiçik sahibkarlıqla məşğul olması məlum olub.Bundan başqa, həmin qəsəbədə keçirilən digər əməliyyat nəticəsində 1984-cü il təvəllüdlü Bilal Fazil oğlu Babayev saxlanılıb. Ondan da qurudulmuş marixuana aşkarlanıb.Babayev izahatında göstərib ki, tanışı Elçindən 10 manata marixuana alıb və çəkib. O, əvvəllər də bir neçə dəfə Elçindən marixuana aldığını etiraf edib.Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 30 gün müddətinə inzibati qaydada həbs olunublar.Qeyd edək ki, Bilal Babayev “Diller İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) qəlibləyici işləyib.

Ağdamda 57 yaşlı kişi öldürüldü - Kürəkəni saxlanıldı 

Ağdam rayonunda qətl hadisəsi olub.Hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb.Belə ki, rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanıb. Ağır xəsarət alan Zakir Hüseynov hadisə yerində ölüb.Hadisəni törətməkdə onun kürəkəni, 1996-cı il təvəllüdlü Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir.Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin təfərrüatı araşdırılır.***Ağdamda qaynatasını qətlə yetirməkdə şübhəli bilinən Qənbərov Eldəniz Elşən oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Faktla bağlı araşdırma davam etdirilir.///Qafqazinfo

İş adamının 35 yaşlı oğlu evində ölü tapıldı 

Türkiyənin Çorum şəhərində 35 yaşlı kişi evində ölü tapılıb.Oxu24.com xəbər verir ki, meyiti tapılan şəxsin mərhum iş adamı Kadir Boztepenin oğlu Burak Boztepe olduğu müəyyən edilib.Danişmendli məhəllə Bahabey küçəsində yaşayan 35 yaşlı Burak Boztepenin ölümü yaxınları və ətraf sakinlər arasında üzüntü ilə qarşılanıb.Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Aparılan ilkin araşdırma zamanı Boztepeyə məxsus mənzildə bir ədəd tapança aşkar edilib.Prokurorluğun araşdırmasından sonra Burak Boztepenin cənazəsi ekspertiza aparılması üçün Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasının morquna göndərilib.Gəncin ölüm səbəbinin aparılacaq ekspertiza və istintaq tədbirlərindən sonra dəqiqləşdiriləcəyi bildirilir.NOCOMMENT.az 

SON DƏQİQƏ! Həmin şəxs Rusiyadan tutularaq Bakıya gətirildi

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Dəmirov Adil Allahverdi oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Baş Prokurorluqdan Oxu24.com-a verilən xəbərə görə, İmişli rayon polis şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Dəmirov Adil Allahverdi oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi (oğurluq külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.Hazırda onun Azərbaycan Respublikasına gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.

34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı 

Bakıda aptekdə çalışan şəxs iş başında vəfat edib.Oxu24.com  xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.Belə ki, bu gün saat 03 radələrində Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Orxan Fariz oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi Bakıxanov qəsəbəsi B.Bünyadov küçəsi köhnə aptek bazada tapılıb.Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.///qafqazinfo

Vəkil Elşad Məmmədov həbs edilib 

Abşeron vəkil bürosunun vəkili Elşad Məmmədov həbs edilib.Oxu24.com-un əldə etdiyi məlumata görə, o, dələduzluqda ittiham olunur.Vəkil vətəndaş şikayətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

28 yaşlı kişi hamamda öldü 

Bakıda 28 yaşlı kişi hamamda ölüb.Oxu24.com  oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 17-si saat 1 radələrində paytaxtın Səbail rayonu ərazisindəki evlərdən birində baş verib.Salyan rayon sakini, 1998-ci il təvəllüdlü Tarverdi Hüseyn oğlu Haxverdiyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kirayədə yaşadığı Ö.F.Nemanzadə küçəsindəki evin hamam otağında tapılıb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu 

Hacıqabulda qətl törədilib.Oxu24.com  xəbər verir ki, Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində minik avtomobilində 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdlü Cəfər Həsənov könüllü olaraq polisə təslim olub.Faktla bağlı araşdırma aparılır.///Qafqazinfo

Xankəndidə məşhur restoranda bıçaqlanma: Həbs olunanlar var  

Xankəndidə məşhur restoranın qarşısında insident olub.Hadisə Kərkicahan qəsəbəsində yerləşən "Şah əsəri" restoranın qarşısında baş verib.23 və 22 yaşlı gənclər həmin restoranın qarşısında ucadan nalayiq ifadələr işlədərək mübahisə ediblər. Hadisə zamanı onlardan biri bıçaq xəsarətləri alıb. Bu zaman polis əməkdaşları onlara irad bildirib şöbəyə dəvət etsələr də, onlar qanuni tələbə məhəl qoymayıblar. Nəticədə onlar saxlanılaraq, şöbəyə aparılıblar. Burada onlar barəsində müvafiq protokollar tərtib olunub.Məlumata görə, hadisə günü həmin restoranda bir xanımın ad günü məclisi keçirilirmiş. Həmin xanımın tanışı olan 23 və 22 yaşlı dostlar da məclisdə iştirak ediblər. Gecə saat 22 radələrində xanım qonaqlardan birinin anası gələrək, sərxoş halda olan qızını aparmaq istəyib. Bu zaman barəsində inzibati xəta üzrə icraat aparılan şəxslərlə xanımın anası arasında mübahisə yaşanıb. Onlar restoranın önündə nalayiq ifadələr işlədərək, asayişi pozublar.Məhkəmənin qərarı ilə onlardan 23 yaşlı şəxs 20 gün, digəri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar./lent.az/

Bölgələrdə yanğın törədən 3 nəfər məsuliyyətə cəlb olundu 

Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.DİN-in Mətbuat Xidmətindən Oxu24.com-a bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub.Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Polis bu qadınları axtarır – FOTO 

Tovuz rayonunda 26 yaşlı qadın itkin düşüb.Oxu24.com xəbər verir ki, üç uşaq anası olan Lamiyə Cəlilova avqustun 6-da saat 10:00-11:00 radələrində Qazıqulu kəndində yerləşən ata evindən çıxıb və bir daha geri qayıtmayıb.Yaxınlarının sözlərinə görə, Öysüzlü kənd sakini, 26 yaşlı Lamiyə Cəlilova bir müddət əvvəl Qazıqulu kəndindəki ata evinə gəlib və sonuncu dəfə də burada görülüb. Yaxınları bir müddət sonra Lamiyənin evdə olmadığını müəyyən edərək, onun axtarmağa başlayıblar.Anasının sözlərinə görə, qızının itkin düşməsi ilə bağlı dərhal polisə məlumat verilib.Hazırda Lamiyə Cəlilovanın tapılması istiqamətində Tovuz Rayon Polis Şöbəsi tərəfindən axtarış tədbirləri davam etdirilir.Ailə üzvləri Lamiyə Cəlilova barədə hər hansı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara məlumat vermələrini xahiş edirlər.

Sumqayıtın mərkəzində ağır yol qəzası olub 

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com  məlumat verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.Belə ki, hərəkətdə olan "BMW" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.Hadisənin başvermə səbəbləri araşdırılır, xəsarət alanların sayı dəqiqləşdirilir.

12 yaşlı uşaq kanalda batdı 

Samux rayonunda bir nəfər su kanalında batıb.Oxu24.com  xəbər verir ki, hadisə rayonun Şəmkir su kanalının Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb.Batan şəxsin 2014-cü il təvəllüdlü M. Mudayev olduğu bildirilir.Hadisə yerinə polis, prokurorluq və Fövqaladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Axtarışlar davam edir.***Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun “112" qaynar telefon xəttinə Şəmkir kanalının Samux rayonu, Qarabağlar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.Əlavə məlumat veriləcək.NOCOMMENT.az

Salyan sakinini Bakıda kirayə qaldığı evdə elektrik cərəyanı vuraraq öldürüb

Salyan sakinini Salyan sakiniı vuraraq öldürüb.Oxu24.com  məlumatına görə, hadisə Bakı şəhərində baş verib.Salyan rayonunun Peyk kənd sakini, 1998-ci il təvəllüdlü Tarıverdi Haqverdiyevi Bakıda kirayə qaldığı evdə elektrik cərəyanı vuraraq öldürüb.Faktla bağlı araşdırma aparılır.

Bakıda vəzifəli şəxs həbs edildi 

Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini həbs edilib.Oxu24.com xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib.Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.///apa

SON DƏQİQƏ! DİN əməliyyat keçirib:Tutulanlar var

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və "WhatsApp" ani mesajlaşma hesabları vasitəsilə dövlət qulluqçuları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla törədilən çoxsaylı kiberdələduzluq hallarına qarşı əməliyyat keçirilib.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Tədbirlərlə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlbir olaraq qeyd edilən cinayət əməllərində şübhəli bilinən Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların üzvləri ilə əlaqə yaradaraq onları yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz fəaliyyətlərdə istifadə etdikləri bank kartları və digər məlumatlarla təmin ediblər.Həmin şəxslər tərəfindən onlayn satışı təşkil edilən mobil nömrə və bank kartlarından qeyd edilən kibercinayət əməllərinin törədilməsində istifadə olunduğu müəyyən edilib.Əməliyyat zamanı saxlanılan şəxslərin qanunsuz yolla əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrənin qeyd olunan cinayətkar əməllərə yönləndirildiyi aşkarlanıb. Həmin kart və mobil nömrələrin bəzilərinin qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili zamanı istifadə edildiyi də məlum olub.Bildirilib ki, hazırda saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər aparılır. Xarici ölkələrdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində də tədbirlər davam etdirilir.

59 yaşlı kişi həyətində iş görərkən öldü 

Sabirabad rayonunda bədbəxt hadisə baş verib."Unikal" xəbər verir ki, hadisə rayon sakini, 1967-ci il təvəllüdlü Rafət Xancanovun həyətində iş gördüyü zaman qeydə alınıb. Belə ki, iş prosesi zamanı onu elektrik cərəyanı vurub.Ağır xəsarət alan R.Xancanov hadisə yerində həyatını itirib.Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda ağır qəza: Ölənlər var - ADLAR

Balakən baş verən yol qəzasında bir ailənin 2 üzvü və daha bir nəfər ölüb, iki nəfər xəsarət alıb.APA-nın  məlumatına görə, "Toyota" markalı avtomobilin sürücüsü Rəşad Mütəllibov, onun anası - 52 yaşlı Pərvanə Məmmədova və "Hyundai"nin sürücüsü Məryəm Hoorsova hadisə yerində ölüb.Qəzada xəsarət alanların isə "Toyota"da olan sərnişin 51 yaşlı Yaşar Mütəllibov və "Hyundai"da olan sərnişin 61 yaşlı Şərif Soltanov olduğu bildirilir.Qeyd edək ki, "Toyota" markalı avtomobildə olan şəxslər hamısı bir ailənin üzvləri olub.***Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) 10 avqust tarixində saat 09:15 radələrində Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə Oxu24.com-a TƏBİB-dən məlumat verilib."Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir. Hadisə nəticəsində 3 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", məlumatda deyilir.***10.12Balakəndə baş verən yol qəzasında üç nəfər ölüb.APA-nın  məlumatına görə, qəza zamanı üç nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.Ölənlərdən birinin "Toyota"da olan sərnişin, Balakənin Sarıbulaq kənd sakini Rəşad Mütəllibov və "Hyundai"nin sürücüsü Katex kənd sakini Məryəm Hoorsova olduğu bildirilir.

 68 nəfər saxlanıldı 

Avqustun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

İcra başçısının sürücüsü qəzada öldü 

Zaqatalada ağır yol qəzası baş verib. Lent.az  xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Qəza zamanı “Opel” və “VAZ 2199” markalı avtomobillər toqquşub. Nəticədə, “VAZ”ın sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.Əldə edilən məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.Faktla bağlı araşdırma aparılır.

TƏCİLİ! Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü  

Zaqatalada ağır yol qəzası olub.Oxu24.com xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb."Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub.Nəticədə "VAZ-2199"un sürücüsü hadisə yerində ölüb.Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir.Əldə etdiyimiz məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.Faktla bağlı araşdırma aparılır.\\lent.az

Samuxda Kürdə bir nəfər batdı  

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub.Bu barədə Oxu24.com -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Hazırda vətəndaş - 2009-cu il təvəllüdlü Məmmədova Gülnaz Elçin qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.Əlavə məlumat veriləcək.***Samux rayon ərazisində Kür çayında batan şəxsin kimliyi açıqlanıb.Oxu24.com  xəbər verir ki, batan şəxs 17 yaşlı G.Məmmədovadı. ***Samux rayon ərazisində 1 nəfər Kür çayında batıb.hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub. Hazırda hadisə yerinə FHN xilasediciləri cəlb edilib.Faktla bağlı araşdırma aparılır 

Şəmkirdə BƏDBƏXT HADİSƏ 

Şəmkirdə bədbəxt hadisə baş verib. Oxu24.com  xəbər verir ki,hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Ə.Abdıyev elektrik dirəyində işləyərkən onu cərəyan vurub. 62 yaşlı kişi hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.

Təqaüdçülərin pulunu talayan şəxs saxlanıldı 

 Oxu24.com  xəbər verir ki  DİN-in Mətbuat xidmətinin regional qrupundan Sfera.az-a verilən məlumata görə, Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək istəyən şəxslərin vəsaitlərini oğurlayan 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib ki, o, bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək etmək adı ilə onların kartlarındakı vəsaitləri ələ keçirib. Araşdırmalar zamanı onun bu üsulla ümumilikdə 7 nəfərin pulunu taladığı məlum olub.Faktlarla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vəkil İlqar Həmidov həbs edildi 

11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov Bakıda həbs edilib.Oxu24.com  xəbər verir ki, o, dələduzluqda ittiham olunur.Vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, 11 saylı vəkil bürosunun rəhbəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyevdir. Hələlik büro tərəfindən vəkilin həbsi ilə bağlı hər hansı münasibət bildirilməyib. Qafqazinfo.az

Baş Prokurorluqdan rüşvətə görə tutulan vəzifəli şəxslərlə bağlı MƏLUMAT 

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.Oxu24.com  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin rəisi Nurlan Səxavət oğlu Abbasov, həmin şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubalı oğlu Usubəliyev və qeyd edilən bölmənin zabiti Taleh Rizvan oğlu İsmayılovun qanunsuz əməllərinə dair keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.İstintaq və əməliyyat-axtarış tədbirləri Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılovun 2025-2026-cı illərdə müvafiq vəzifələrdə işləyərkən xaricdə təhsillə bağlı hüquqi əsas olmadan möhlət hüququnun verilməsi və ölkədən çıxışa məhdudiyyətin tətbiq olunmaması, əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxsin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.Toplanmış sübutlar əsasında Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barələrində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Tanınmış "tiktok"er Bakı aeroportunda saxlanıldı - FOTO

Sosial şəbəkədə nalayiq ifadələr işlədən daha bir tiktoker saxlanılıb.25 yaşlı Melisa Əhmədova (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus "melisa__591” hesabında canlı yayım açaraq, əxlaqsız ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.Oxu24.com xəbər verir ki,O, polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.Məhkəmənin qərarı ilə o, 600 manat məbləğində inzibati qaydada cərimələnib./Lent.az 

Bakıda parkdan oğurluq edilib 

Binəqədi rayonunda fəvvarənin metal konstruksiyalarını oğurlayan şəxs saxlanılıb.Oxu24.com  DİN-ə istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən parkların birində quraşdırılan fəvvarənin ümumi dəyəri 4200 manat olan metal konstruksiyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı A.Əbdülrəhmanov müəyyən edilərək saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

Bakıda mənzildən meyit tapılıb.Oxu24.com xəbər verir  ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 31-də yerləşən binadakı evlərin birində baş verib.Saatlı rayon sakini 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.Qeyd edək ki, Xubayar Rüstəmzadə ölkədə tanınmış banklardan birinin bölmə rəhbəri olub. O, həm də Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti kimi tanınıb.

Tərtərdəki hadisənin sirri açıldı - Ər-arvadı yandırıb 15 min manatı oğurlayıbmış 

ünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo" xəbər verir ki,  hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törədilməsi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və həyat yoldaşı 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının yaşadığı evə oğurluq məqsədilə daxil olub. Daha sonra isə evə od vuraraq uzaqlaşıb.Hadisə nəticəsində 85 yaşlı kişi və 72 yaşlı qadın həlak olub.Vəfat edən şəxslərin oğlu bildirib ki, hadisə zamanı evdən 15 min manat pul oğurlanıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə V.Baxşəliyev saxlanılıb.Ahıl kişi ilə qadının yanğından əvvəl öldürülməsi və ya yanğın nəticəsində vəfat etmələri müəyyənləşdirilir.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 Velosiped sürən beş yaşlı uşaq traktorun altında qalaraq öldü

İmişlidə beş yaşlı uşaq velosepedlə traktorun altında qalaraq ölüb.Oxu24.com APA-ya istiandla xəbər verir ki, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb.Belə ki, kənd sakini, 2021-ci il təvəllüdlü Ömər Rəşid oğlu Xəlilov velosiped sürərkən traktora dəyib.Ağır xəsarət alan azyaşlı xəstəxanada ölüb.Faktla bağlı araşdırma aparılır.

“Laçın” ticarət mərkəzində ölüm 

“Laçın” ticarət mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Modern.az xəbər verir ki, avqustun 5-i saat 12 radələrində Qara Qarayev prospekti 105-də yerləşən ticarət mərkəzində lift ustası 1962-ci il təvəllüdlü Namiq Balaməmməd oğlu Məmmədov lifti təmir edərkən yıxılıb.Xəstəxanaya yerləşdirilmiş N.Məmmədov saat 17 radələrində orada ölüb.Faktla bağlı araşdırma aparılır.

48 nəfər saxlanıldı

Avqustun 5-də ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Azərbaycanda dəhşət: Mağaza sahibi müştərini ürəyindən bıçaqladı 

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.Hadisə rayon mərkəzində yerləşən geyim mağazalarından birində qeydə alınıb.İlkin məlumatlara əsasən, mağaza sahiblərindən biri ilə müştəri arasında mübahisə düşüb. Qısa zamanda böyüyən münaqişə qanlı sonluqla bitib. Belə ki, mağaza sahibi Rəşad Hacıyev 1991-ci il təvəllüdlü Babək Hüseynova ürək nahiyəsindən bıçaq zərbəsi vurub.Yaralı təcili olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb./qafqazinfo

Gəncədə kütləvi dava - ölən və yaralananlar var 

Gəncədə kütləvi dava ölümlə nəticələnib. Teleqraf.az xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən restoranlardan birinin qarşısında baş verib.Dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaqlanıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.Hadisə zamanı daha üç nəfər - 1995-ci il təvəllüdlü Rahub Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıblar.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mingəçevirdə kanalda batan yeniyetmənin axtarışları aparılır- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 4 avqust tarixində Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.FHN Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.Əlavə məlumat veriləcək.

Bakıda ticarət mərkəzində FACİƏ: liftin şaxtasına düşüb öldü 

Bakıda ticarət mərkəzində bədbəxt hadisə olub.Oxu24.com xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən "Laçın" ticarət mərkəzində baş verib.Burada çalışan şəxslərdən biri liftin şaxtasına düşüb. O, özəl klinikalardan birinə çatdırılsa da. həyatını xilas etmək mümkün olmayıb.Araşdırma aparılır. Lent.az

Üç uşaq anası estetik əməliyyatdan sonra vəfat etdi - FOTO

“Mən bilmirəm “National Prime Hospital”ın estetik cərrahı Nicat Həsənov qarın kəsir, yoxsa burun? Onu bilirəm ki, bu həkim 35 yaşlı bir qadını torpağın altına qoydu...”.Bu iddialarla “Qafqazinfo”ya adıçəkilən həkim tərəfindən icra olunan əməliyyatdan sonra vəfat edən Nərmin Zeynalovanın bacısı Günay Əsgərova müraciət edib.O bildirib ki, fevralın 17-də bacısı abdominoplastika (red- qarın nahiyəsindəki artıq dərini və piyləri çıxarmaq, zəifləmiş əzələləri bərpa etmək və daha düz bir görünüş yaratmaq üçün edilən cərrahi əməliyyat) etdirib:“4-5 gün xəstəxanada qaldı. Evə gəldikdən sonra isə vəziyyəti yaxşı deyildi. Həkimə bunu bildirsək də, qabaqlayıcı heç bir müalicə yazmadı. Bir neçə gün sonra yoxlanışa getdik, həkim dəri altına qoyulan şlanqları (drenlər) çıxartdı. Bacımın vəziyyəti heç yaxşı olmurdu, nə düzgün qidalanırdı, nə də yata bilirdi. Həkim sadəcə iki dərman yazdı, biri seftriakson antibiotik, digəri isə ketonal. Halbuki bu dərmanları insanlar qripə və digər yüngül ağrılara qarşı istifadə edirlər. Biz sonradan bildik ki, bacımda 3 əməliyyat icra olunub, ancaq sadəcə birindən məlumatlı idik. Axı bu necə ola bilər? Sən demə, 3 ağır əməliyyat keçirib.Belə ki, qarıngərmə ilə yanaşı, liposaksiya (red-bədənin müəyyən nahiyələrindən pəhriz və idmanla getməyən artıq piylərin xüsusi vakuum vasitəsilə sorulub çıxarılması üzrə estetik cərrahiyyə və bədən şəkilləndirmə proseduru) və popofilinq də (red-müvafiq nahiyənin formasını yaxşılaşdırmaq, həcm vermək və ya simmetriya yaratmaq məqsədilə edilən estetik prosedurdur) olub.Bu qədər ağır əməliyyatdan sonra isə sadəcə antibiotik yazmışdı. Nəticədə bacım artıq şlanqlar çıxarıldıqdan sonra evdə boğularaq vəfat etdi. O həkim bir dəfə də geriyə dönüb baxmadı...”Mərhumun bacısının sözlərinə görə, həkim əməliyyat zamanı xəstəyə ailəsindən xəbərsiz qan vurub:“Bu 3 əməliyyatdan xəbərimiz olmadığı kimi, əlavə qan vurulmasından da xəbərsizdik. Belə ki, proses bitdikdən sonra dedilər ki, “qan pulu borcunuzu ödəyin”. Mən anlamıram, əgər bu orqanizm çatdıra bilmirdisə, niyə bizdən xəbərsiz bu qədər əməliyyat icra olunub? Həkim bacım vəfat etdikdən sonra özündə heç bir günah görmədi, kobud danışdı. Getdik yanına, qışqıraraq dedi ki, “məndən nə istəyirsiniz, kimə şikayət edirsinizsə, edin, mənim əlimdə ekspert rəyi var”. Bacımın vəfatından sonra ekspert rəyi verildi. Rəydə qeyd olunub ki, trombdan ölüb. Bəs belə idisə, niyə tromba görə ağrıkəsici yazmışdı? Ümumilikdə xəstəxanaya 3600 manat pul ödəmişdik. Onu da qaytarmaq istəmirdilər. Bizim təkidimizlə qaytardılar və orada yazılmışdı ki, “ailənin maddi durumu aşağı olduğuna görə, ödəniş geri verilir”.Niyə belə minnət edirlər anlamıram. Atam əlildir, anam xəstədir. Geridə bacımın 3 azyaşlı uşağı qalıb. O həkim bir düşünmədi ki, 35 yaşlı bir qadını torpağın altına qoydu. Hələ bizə deyir ki, “gördüyüm işə arxayınam”, budur gördüyün iş? Çıxıb cavab verməlidir. Xəstəxana ilə bağlı heç bir sənədimiz, arayışımız da yoxdur”.Fevralın 17-də əməliyyat edilən Nərmin Zeynalova 3 gün sonra evə buraxılıb. Həmin ayın 24-ü yenidən müayinə üçün hospitala gedib, 25-i səhər saatlarında isə yaşadığı ünvanda ölüb.Şikayətçi həmçinin qeyd edib ki, klinika rəhbərliyindən bir neçə şəxs mərhumun yas mərasiminə gələrək ailəyə maddi yardım göstərmək istəyiblər:“Özlərində günah görmürlər, hətta deyirlər ki, “nə etməliydik?! Yasa da gəlmişik”. Yasa hamı gəlir, küsülü də, qanlı da, yad da. Yasın ortasında gəlib bizə pul təklif etdilər ki, “maddi dəstək olaq”. Mənə pul lazımdır? Nəyi qaytaracaqsınız? Yasın ortasında belə şey edərlər? Onlar bizə başsağlığı vermədilər, pul təklif etdilər...”İddialarla bağlı estetik cərrah Nicat Həsənovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə və mesajlarımıza geridönüş ala bilmədik.Şikayətçinin saytımıza göndərdiyi sənədlərdən aydın olur ki, sözügedən ölüm faktı əsasında cinayət işinin başlanması rədd edilib. Nərimanov rayon prokurorluğunun qərarında deyilir ki, Nərmin Zeynalovanın əməliyyatı və müalicəsi zamanı plastik cərrah Həsənov Nicat Bəxtiyar oğlu və digər şəxslər tərəfindən onun üzərində aparılmış tibbi müdaxilələr (cərrahiyyə əməliyyatları) təyin edilmiş diaqnoza və vəziyyətinə uyğun olub. Ona göstərilmiş tibbi xidmət zamanı səhiyyə sistemində mövcud olan təlimat qaydalarının tələblərinə uyğunsuzluq müəyyən edilməyib.Məsələ ilə əlaqədar Analitik Ekspertiza Mərkəzinə (AEM) də sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, araşdırma aparılması üçün vətəndaşın mərkəzə birbaşa müraciət etməsi lazımdır:“Göstərilən tibbi xidmətin keyfiyyətindən narazıdırlarsa, o zaman qanunvericiliyə əsasən, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bu halda məhkəmə-tibbi ekspertizası təyin edilir və tibbi xidmətin necə göstərilməsi ilə bağlı rəy verilir. AEM isə öz növbəsində, təsdiqedici sənədlərlə birgə rəsmi müraciət olduğu halda araşdırma aparır, həmin klinikanın və həkimin göstərilən fəaliyyət üzrə müvafiq sənədlərinin olub-olmamasını müəyyən edir.Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun lazımi tədbirlər görülür. Ortada ölüm faktı varsa, artıq məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Onlar araşdırır və ehtiyac olarsa, bizə müraciət etdikləri halda rəyimizi onlara təqdim edirik.

Ədliyyə və DİN-dən birgə əməliyyat

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.

38 yaşlı kişi sevgilisinin evinə gəldi, qızına təcavüz etdi  

Saatlı rayonunda 38 yaşlı kişi sevgilisinin azyaşlı qızına təcavüz edib.Hadisə Saatlı rayonu ərazisində keçmiş məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə baş verib. Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Anar İsayev (soyadı şərtidir) adıçəkilən şəhərcikdə xanımla tanış olub. O, himayəsində yetkinlik yaşına çatmayan qızı olan xanımla bir müddət sevgili olduqdan sonra bir yerdə yaşamağa qərar verib. Əvvəlcə qadın qızını anasının himayəsində saxlasa da, təxminən bir ildən sonra qadın yetkinlik yaşına çatmayan qızını Anarın razılığı ilə yaşadıqları evə gətirib və birlikdə yaşamağa başlayıblar.Qadın işlədiyindən onun qızı evdə tək qalmalı olub. Bundan istifadə edən Anar tez-tez evə gələrək qıza qarşı seksual hərəkətlər etməyə başlayıb. O, qızı anasını öldürməklə hədələyərək onunla mütəmadi seksual xarakterli hərəkətlər edib və bu barədə heç kimə məlumat verməməyi tapşırıb.Bir müddətdən sonra o, yenidən evdə qızla seksual xarakterli hərəkətlər edərkən ona bədən xəsarətləri yetirib. Hadisədən xəbər tutan qızın dayısı bu barədə polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə A.İsayev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.İş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə A.İsayev 11 il azadlıqdan məhrum edilib. (Oxu.Az)

Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO  

Metronun “20 Yanvar” stansiyası yaxınlığındakı dayanacaqda 67 saylı marşrut avtobusunun sürücüsü sərnişinin hücumuna məruz qalıb.Oxu24.com  Bakıvaxtı.az-a istinadən xəbər verir ki, sərnişin marşrut avtobusundan düşdükdən sonra sürücünün üz nahiyəsinə yumruq zərbəsi endirib.Zərbənin təsirindən sürücü yerə yıxılıb.Sürücü ayağa qalxmağa çalışarkən hücum edən şəxs yenidən onun üzərinə gedərək onu yerə yıxıb və ard-arda yumruqlamağa başlayıb.Hadisəyə digər sərnişinlər və ərazidə olan şəxslər müdaxilə etməyə çalışsalar da, hücum edən şəxs zorakılığı və təhqiramiz ifadələri davam etdirib.Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Sosial şəbəkədə ilk paylaşımını etdi: SAXLANILDI

Sosial şəbəkədə paylaşdığı videoda söyüş söyən şəxs saxlanılıb.Oxu24.com  xəbər verir ki, Şərur rayon sakini 47 yaşlı Rəsul Hüseynov adı çəkilən sosial şəbəkə platformasında özünə məxsus səhifədə nalayiq ifadələr səsləndirdiyi video paylaşıb.Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.Bu hərəkətinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.Rəsul Hüseynov bildirib ki, dostu ilə Arpaçaya gedib və dostu ona su atdığın üçün sərxoş halda söyüş söyüb. O, ilk dəfədir ki, sosial şəbəkəyə girdiyini və əməlindən peşman olduğunu deyərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.Məhkəmənin qərarı ilə R. Hüseynov 500 manat məbləğində inzibati qaydada cərimələnib. (lent.az)

Hüseyn Həsənov haqqında həbs qərarı verildi - Milyonluq əmlakı müsadirə olundu 

Moskvanın Presnenski Rayon Məhkəməsi azərbaycanlı bloger Hüseyn Həsənovun dörd il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar verib. "Unikal" xəbər verir ki, H.Həsənov çirkli pulların yuyulmasında təqsirli bilinib. Məhkəmə onun Presnenski rayonundakı 46 milyon rubl (təxminən 964 min manat) dəyərində qeyri-yaşayış əmlakının dövlət xeyrinə müsadirə edilməsi barədə qərar verib.İş materiallarına görə, Həsənov 2019-2021-ci illər arasında 175 milyon rubl vergini az ödəyib. O, pulun bir hissəsini daşınmaz əmlaka yatırmaqla yuyub. Lakin bloger sonradan Federal Vergi Xidmətinə olan borcunu ödəyib və ona qarşı vergidən yayınma ittihamları ləğv edilib. Həsənovun hazırda BƏƏ-də yaşadığı güman edilir.O, özünü çirkli pulların yuyulması işində özünü günahkar hesab etmədiyini bildirib. Vəkili Mixail Yusupovun sözlərinə görə, bloger büdcəyə təxminən 300 milyon rubl ödəyərək dövlətə vergi borcunu çoxdan ödəyib. 

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

Avqustun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 30, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17, dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib. Avqustun 8-də və 9-da ümumi çəkisi 30,5 […]

Source

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Hənifə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 9 ton 800 kiloqram olan 10 815 ədəd çətənə kolu məhv edilib.

Source

Sabunçuda 46 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 36 yaşlı Səddam Məmmədovdan 15 kiloqram, 39 yaşlı Elçin Hacıyev və tanışı 26 yaşlı Ayxan Abbasquliyevdən 11 kiloqram, 25 yaşlı Hafiz Tağıyevdən isə 20 kiloqrama yaxın marixuana, heroin və metamfetamin aşkarlanıb. Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 46 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını […]

Source

Novxanıda əməliyyat: gizli narkobunker aşkarlandı – VİDEO

Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, eləcə də narkotik xassəli bitkilərin kultivasiyasına qarşı əməliyyatlar davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayonunun Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb. Onun yaşadığı ünvana və həyətyanı sahəsində yerin altında hazırladığı gizli bunkerə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, [...]

Source

💾

SON DƏQİQƏ! DİN əməliyyat keçirib:Bayramzadə və Mailov tutuldular

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) daxil olan müraciətlərdə vətəndaşlar sosial şəbəkələrdə bank və kredit təşkilatlarına bənzədilmiş saxta səhifələr vasitəsilə aldadıldıqlarını, nəticədə bank kartlarındakı vəsaitlərinin oğurlandığını bildiriblər.DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən daha iki nəfər 20 yaşlı Cəfər Bayramzadə və 23 yaşlı Eynulla Mailov müəyyən edilərək saxlanılıblar.Oxu:  Azərbaycanda qadınlar üçün şad xəbər - Pensiya, güzəştli kredit... Araşdırmalarla müəyyən edilib ki, onlar sosial şəbəkələrdə müxtəlif bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə bənzər saxta profillər yaradaraq, vətəndaşlara “aşağı faizli”, “sürətli” və “zaminsiz kredit" təklif ediblər. Zərərçəkənlər C.Bayramzadə və E.Mailovun onlara göndərdikləri saxta linklərə öz kart nömrələrini, CVV və OTP kodlarını daxil etdikdən sonra isə bu informasiyalar birbaşa həmin şəxslərin nəzarətinə keçib. Nəticədə onlar hesablara qanunsuz giriş əldə edərək vəsaitləri müxtəlif kartlara köçürüb və sonradan nağdlaşdırıblar.Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E.Mailov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, C.Bayramzadə ilə bağlı isə istintaq tədbirləri davam etdirilir."Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və digər maliyyə xidmətlərindən istifadə zamanı yalnız rəsmi və lisenziyalı platformalara etibar etsinlər, kart məlumatlarını naməlum keçidlərdə paylaşmasınlar və şübhəli hallarla qarşılaşdıqları zaman dərhal polis orqanlarına müraciət etsinlər",-deyə DİN xəbərdarlıq edib.

Həmin şəxs tutularaq Azərbaycana gətirildi  - TƏCİLİ

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən edilən şəxs Azərbaycana ekstradisiya edilib.Bu barədə  Oxu24.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, 2022-ci ildən etibarən bir qrup vətəndaşı əlillik təqaüdünün təyin etdirilməsi və ya işə düzəltmək adı ilə aldadaraq, vətəndaşların etibarından sui-istifadə etməklə, qeyd olunan məqsədlə onlardan pul vəsaiti almaqla zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri) ittiham edilmiş Azərbaycan vətəndaşı Polad Murad oğlu Babayevin yeri BƏƏ-də müəyyən olunub və o, həbs edilib.Beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Füzulidə 120 kq yararsız ət aşkarlanıb 

Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Füzuli rayonu, Alxanlı postunda Qurbanov Yavər Tapdıq oğluna məxsus 10 FS 804 dövlət qeydiyyat nişanlı “Gaz 031-02” markalı avtomobilə baxış keçirib.AQTA-dan Oxu24.com-a verilən xəbərə görə, yoxlama zamanı avtomobilin yükdaşıma hissəsində ümumi çəkisi 120 kq istehlaka yararsız iribuynuzlu heyvan əti aşkarlanıb. Ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib.Vətəndaş izahatında ətin özünə məxsus olduğunu, iribuynuzlu heyvanı tələf olduğu üçün Xocavənd rayonu, Qırmızı Bazar ərazisində kəsdiyini və Beyləqan rayonuna aparmaq istədiyini bildirib.Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator nümunə götürülüb.Araşdırmalar davam etdirilir.

Vəzifəli şəxslərin məhkəməsi başlayıb

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslər Nadir Muradov, Qafar Abdullayev, İsa Şəmsəliyev və Rəşad Nadirlinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.Oxu24.com  xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.Məhkəmə prosesi 12 iyunda davam etdiriləcək.Qeyd edək ki, ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.İdarədə Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət işi başlanıb.İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.Təqsdirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

SON DƏQİQƏ! Məhkəmə zalından həbs edildi

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə araşdırması başa çatıb.Oxu24.com  xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda nəticəyə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, çoxsaylı dəlil-sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.Hökmə əsasən, Perinatal Mərkəzin rəhbəri olmuş Mehriban Abasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Bu günə kimi azadlıqda olan Abasquliyeva elə məhkəmə zalında həbs edilib.

"Unibank" müştərilərini məhkəməyə verir

“Unibank” Açıq Səhimdar Cəmiyyəti (ASC) daha bir müştərisinə qarşı məhkəmədə iddia qaldırıb.Oxu24.com xəbər verir ki,Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Unibank” ASC iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək Səfərəliyeva Havva Malik qızından 5000 manat əsas, 247 manat faiz - cəmi 5247 manat borc və 73 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. Belə ki, Bank tərəfindən 2023-cü ildə 35 ay müddətinə illik 27,6 faizlə 5000 manat məbləğində kredit xətti açılıb, lakin cavabdeh мüqavilənin şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməyib. Məhkəmə iddia tələbini təmin edib.Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin ilk rübündə vaxtı keçmiş kreditlərin həcmi 64,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında ilk 10-luqdadır.Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər  və Səbail rayonlarında, həmçinin Ağdam,  Şəmkir , Gədəbəy və Siyəzən rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.

SON DƏQİQƏ! Ruslan Eyyubovdan xəbər var:İş Bakı Ağır Cinayətlər Məhkəməsinə gedir

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ilkin istintaq başa çatıb.Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslərə artıq yekun ittiham elan edilib.Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digərləri barəsindəki istintaq sənədləri tanışolma üçün müdafiə tərəfinə təqdim olunub.Tanışolma prosesi başa çatdıqdan sonra toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4 (külli miqdarda qaçaqmalçılıq - mütəşəkkil dəstə tərkibində törədildikdə), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirlər. Bu əməllər xüsusilə ağır cinayət hesab olunur.Qeyd edək ki, cinayət işləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Təqsirləndirilən şəxslərin hamısı ötən ilin dekabrından həbsdədirlər.

“Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?” 

İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub.Oxu24.com  xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb.G.Məmmədovanın atası Tapdıq Şükürov “Dialoq TV”yə bildirib ki, qızı hadisədən bir müddət əvvəl Bakıdan onların yaşadığı Yevlaxın Duzdağ qəsəbəsinə qayıdıb.O, qızı Gülüzarın qayınanası ilə dalaşdığını və bu səbəbdən evdən qovulduğunu deyib: “Gəlib bizim evdə 3 gün qaldı. Həmin vaxt biz vəkil tapdıq. Vəkil dedi ki, sən Yevlaxda, mən isə Bakıda. Gəlin Bakıda kirayə ev tutun ki, işimizi apar bilək. Qızım da getdi Bakıya. 2 gün sonra gedib qayınanasıgilə ki, uşaqlarını görsün. Övladı zəng edib ki, 1 iyun uşaqların bayramıdır, bura gəlməyəcəksən? Qızım da hədiyyə alıb gedib qayınanasının yaşadığı evə.Qızımın rəfiqəsi var, həmin binada yaşayır. O da qızıma zəng edib ki, bəs qayınatan binanın tinindədir, nə məsələdir, bura gələcəksən? Həmin vaxt qızım bizə də zəng etmişdi ki, bəs uşaqları görməyə gedir, çıxanda xəbər edəcək. Qayınanası da ona deyib ki, saat 2-dən tez gəlmə, evdə olmayacağıq. Qızımın qayınatası arvadından ayrı yaşayırdı, Mərdəkanda olurdu. Yəqin ki, onun gəlib çatması üçün əvvəlcədən özləri belə planlaşdırıblar. Gülüzar liftdə olanda hücum edib qətlə yetirib. Qızımın səsini qonşular eşidib. Hamısı qurama olub.Öldürəndən sonra da qızımın “kaşlok”undan bank kartlarını götürüb. Qızımı evdən qovanda bank kartlarını əlindən almışdılar. Gülüzar da Yevlaxa gəlib kartları bloklatdırmışdı. Qızımdan xəbər ala bilmədiyimizə görə anası Bakıda yaşayan oğluma zəng edib ki, bacın uşaqlarını görməyə getmişdi, xəbər olmadı. Ondan sonra qızıma edilən zənglərə polis əməkdaşları cavab veriblər. Namus məsələsidirsə, qayınatası qızımı qətlə yetirəndən sonra kartı niyə götürüb?”T.Şükürov bildirib ki, əvvəllər ailədə hər hansı problem olmasa da, son vaxtlar narazılıqlar yaranırmış: “Qızımın qayınatasının işsiz qalmasından sonra söz-söhbətlər başladı. Qayınanası da gileylənirdi ki, harasa gedəndə pul gəlində olur. Həmin vaxt qızım bank kartını ona verdi ki, götürün sizdə qalsın”.Mərhumun bacısı Gülnar Məmmədova isə bildirib ki, bacısının qayınatası ailəsindən ayrı yaşayırmış: “Onlar neçə il idi ayrılmışdılar. Bacımın qayınatası Adıgözəl Məmmədov uşaqları hələ balaca olanda onları atıb getmişdi. Sonradan qayınatası ortaya çıxdı, əvvəlcə tələb etdi ki, evdən çıxsın. Sonra bacım məhkəməyə müraciət etmişdi ki, uşaqlarını ala bilsin. Bütün bu hadisələr hamısı bir qurğu idi”.Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, A.Məmmədov şübhəli şəxs qismində tutulub. Mərhumun iki övladı var.

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub 

Dövlət Sərhəd Xidməti tərəfindən may ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 609 min 617 manat оlan qaçaqmal, о cümlədən ABŞ valyutası, spirtli içkilər, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.Oxu24.com  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.Məlumata görə, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 319 kiloqram 182 qram narkоtik vasitə və 7338 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib 

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.Bu barədə Oxu24.com-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, Xəzər RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "VAZ 2107" markalı 90-KM-745 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nahid Muradov saxlanılıb.Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü N.Muradovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Ağır qəza: Ölən var

Siyəzəndə yüksək sürətlə idarə olunan avtomobil idarəetmədən çıxaraq aşıb.Oxu24.com  xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.Məlumata görə, hadisə səbəbindən qadın sürücünün avtomobildə olan azyaşlı övladı həyatını itirib.Qeyd olunub ki, Bərdədə isə avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edən şəxsin törətdiyi qəzada onun həyat yoldaşı dünyasını dəyişib.BDYPİ-dən bildirilib ki, sükan arxasında bir anlıq məsuliyyətsizlik bütöv bir ailənin faciəsinə çevrilir: "Son vaxtlar baş verən ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin yol hərəkəti qaydalarına etinasız yanaşması bir sıra hallarda bütöv bir ailənin faciəsi ilə nəticələnir. Xüsusilə narahatlıq doğuran məqam ondan ibarətdir ki, bəzi sürücülər avtomobildə ailə üzvləri, azyaşlı övladları olsa belə, təhlükəli sürət seçir, yol hərəkəti qaydalarını kobud şəkildə pozur, hətta sərxoş vəziyyətdə sükan arxasına əyləşir. Belə hallarda ani diqqətsizliyin məntiqi sonluğu isə bütöv bir ailə faciəsi və ömürlük iztirabla bitir. Sadalanan faktlar bir daha göstərir ki, sürücülərin yol verdiyi xətaların qurbanları bəzən elə onların öz doğmaları olur. Halbuki bu hadisələrin mütləq əksəriyyətinin qarşısını almaq mümkündür. Əlbətdə ki, sürücü sükan arxasında məsuliyyətli davranıb yol hərəkəti qaydalarına, sürücü intizamına riayət edərsə, özü də, doğmaları da, neçə-neçə günahsız hərəkət iştirakçısı da mənzil başına sağ-salamat çatar. Unudulmamalıdır ki, avtomobil yüksək təhlükə mənbəyidir. Sükan arxasında edilən hər düşüncəsiz davranış təkcə sürücünün deyil, onun ailəsinin, yaxınlarının və digər hərəkət iştirakçılarının həyatını təhlükə altında qoyur".

TƏCİLİ!Polis onu həbs etdi

Cəlilabad rayonunda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.Oxu24.com-un məlumatına görə, 2011-ci il təvəllüdlü Anar Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Qeyd edək ki, A. Əzizov dayısının həyat yoldaşı - 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı qətlə yetirməkdə şübhəli bilinir.Report

Polis həmin yeniyetməni axtarır

Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən 15 yaşlı Anar Əzizov hadisə yerindən qaçıb.Oxu24.com-un  məlumatına görə, onun psixoloji problemlərinin olduğu bildirilir.A. Əzizovun ailəsi Rusiyada yaşayır və o, bir müddətdir ki, dayısının evində qalırdı. Hadisə baş verən vaxt onun dayısı evdə olmayıb.İlkin məlumata görə, A. Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı S. Cəfərovaya hücum edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın elə yerindəcə həyatını itirib. Hadisə vaxtı evdə mərhumun iki azyaşlı övladı da olub. Məhz onlar qaçaraq qonşulara qətl barədə məlumat veriblər.Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.(report)  Nigar

Ağır qəza:Ölən və yaralılar var

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com-un  məlumatına görə, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.Belə ki, hərəkətdə olan “VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Məlumata əsasən, yaralılar arasında azyaşlıların da olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Narkotikin təsiri altında olan sürücü 30 sutka həbs edilib 

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb.Oxu24.com-un  məlumatına görə, müəyyən edilib ki, axtarışda olan İsrafil Əliyev atasına məxsus "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə edib.Sürücü barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə İ.Əliyev narkotik vasitələrin qanunsuz istehlakı və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

Urfan Baxışov  qətlə yetirilib

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.Oxu24.com-un məlumatına görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Urfan Baxışov tanışı tərəfindən qətlə yetirilib.Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və digər detalları müəyyənləşdirilir.

Dayısının arvadını öldürdü

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabadın Məhəmməd Hadi küçəsində qeydə alınıb.Anar adlı şəxsin dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, qadının aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.Məlumata görə, hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb.Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.Faktla bağlı araşdırma aparılır.

Bakıda əməliyyat:Qardaşlar tutuldular

Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən iki qardaş saxlanılıb.Oxu24.com xəbər verir ki, polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar.Araşdırmalar zamanı müəyyən edilib ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarında mənzillərin qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosiped oğurlayıblar.Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tərtərdə külli miqdarda narkotik vasitə aşkarlandı – VİDEO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səid İsmayılov saxlanılıb. Ondan 2 kiloqram marixuana və 1 kiloqram 175 qram həşiş aşkarlanıb. Saxlanılan şəxs ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Tərtər rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildirib. Faktla baǧlı cinayət işi başlanılıb, S.İsmayılov barəsində məhkəmənin qərarı ilə [...]

Source

💾

Bakıda silahlı şəxs həbs olundu

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Bu barədə Oxu24.com-a DİN-dən məlumat verilib.Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb.Ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

DİN əməliyyat keçirib: Əhmədov saxlanılıb (FOTO+VİDEO)

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsü saxlanılıb.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 19 kiloqram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Əməliyyat nəticəsində narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb. Onun idarə etdiyi iritonnajlı yük maşınından 8 kiloqrama heroin və 3 kiloqramdan çox psixotrop maddə metamfetamin aşkarlanıb.Araşdırmalarla müəyyən edilib ki, E.Əhmədov aşkar olunmuş narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən daha iki nəfər 44 yaşlı Ramil Həsənov və 38 yaşlı İlham Cümşüdoğlu saxlanılıblar. Onlardan ümumilikdə 8 kiloqrama yaxın aşkarlanıb. Bu şəxslər narkotikləri Bakı şəhəri və Abşeron rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

DİN açıqlama yaydı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İtellektual İdarəetmə Mərkəzi velosiped və skuter sürücülərinə müraciət edib.DİN-dən Oxu24.com-a  verilən məlumata görə, müraciətdə onların əks istiqamətdə hərəkət etməməli və svetoforun qadağanedici siqnalı yandıqda dayanmalı olduqları qeyd edilib.Həmçinin bildirilib ki, bu cür nəqliyyat vasitələrindən istifadə zamanı qaydalara əməl olunmaması yollarda qəza şəraitinin yaranmasına səbəb olur:"Yaz-yay aylarında velosiped və skuter kimi ikitəkərli nəqliyyat vasitələrindən istifadə edənlərin sayı artır. Qanun tələb edir ki, velosipedlər, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosipedlərin yol çiyini ilə hərəkətinə isə piyadalar üçün maneə yaratmamaq şərti ilə icazə verilir. Bu cür nəqliyyat vasitələrini idarə edənlər bilməlidir ki, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək də qanunla qadağandır".Əlavə edilib ki, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər: "Piyada keçidlərində isə yolu keçərkən nəqliyyat vasitəsindən düşərək piyadalar kimi hərəkət etməlidirlər".

Gömrükdə əməliyyat keçirilib

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.Bu barədə Oxu24.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.Belə ki, Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44335 ədəd (konvolyut, ampul və flakon formasında) dərman vasitələri aşkar edilib.

Yaşadığı evin həyətində meyiti tapıldı 

Yevlax sakininin yaşadığı evin həyətində meyiti tapılıb. Oxu24.com xəbər verir ki, Ərəş kənd sakini 1985- ci il təvəllüdlü Zeynal Rzayevin yaşadığı  evin həyətində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma başlanılıb./Teleqraf 

Salyanda çətənə kolları yetişdirən şəxs həbs edilib 

Salyanda narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, onun yaşadığı ünvana və həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram olan 101 ədəd çətənə kolu aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə Orxan Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.

DİN bu rayonda əməliyyat keçirib -Orxan Bağırov saxlanılıb

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb.Onun yaşadığı ünvana və həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram olan 101 ədəd çətənə kolu aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Orxan Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.

Qəzada ölən Nail tələbə imiş - Foto 

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qəzada ölən Nail Əlizadə tələbə olub.Oxu24.com  xəbər verir ki, bu haqda Naxçıvan Musiqi Kolleci paylaşım edib. Qeyd edilib ki, Nail NDU nəzdində Naxçıvan Musiqi Kollecinin III kursunda oxuyub. Kollecin kollektivi adından məhrumun ailəsinə başsağlığı verilib.Xatırladaq ki, mayın 23-ü gecə saatlarında Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib. Daha 5 nəfər isə yaralanıb. 

Prokuror onların 10 il həbsini tələb edir 

Auditorlar Palatasının mənimsəmədə ittiham olunan əməkdaşlarının iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.Oxu24.com xəbər verir  ki,“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.Bu iş üzrə Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova mühakimə edilir.Prokuror onların üçünün də xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini və hərəsinə 10 il həbs cəzası verilməsini tələb edib. Tələbə əsasən bu günə kimi azadlıqda olan müttəhimlər məhkəmə zalında həbs olunmalıdırlar.Təqsirləndirilən eks-vəzifəlilərə son sözə, vəkillərinə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.Qeyd edək ki, həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 700 min manat mənimsəmədə ittiham olunurlar.

 SON DƏQİQƏ! Əfsəl Həsənəliyev ÖLDÜ

Milli Təhlükəsizlik Nazirliyinin (Ləğv edilib - red.) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin cinayət işi üzrə əsas zərərçəkmişlərdən biri vəfat edib.Oxu24.com “Qafqazinfo” -a istinadən xəbər verir ki, 30 ildən çox hüquq-mühafizə orqanlarında işləmiş Əfsəl Həsənəliyev 76 yaşında dünyasını dəyişib.Həsənəliyev Şixəliyev və adamlarının qanunsuz göstərişi ilə 5 ay həbsdə qaldığını, 50 min dollar alındığını deyirdi.O, başına gətirilənlərə görə həmin dövrdə Baş prokuror işləmiş Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun da məhkəmədə sorğu-sual edilməsini istəyirdi. Bu və digər vəsatətləri qəbul edilməyən zərərçəkmiş məhkəmə zalında özünü yandırmaq istəmişdi. Onun intihara cəhdinə görə proses təxirə salınmışdı.Məhkəmə hökmü ilə Ə.Həsənəliyevin mülki iddiası təmin edilsə də, onun icra işlərinin başa çatmasını görməyə ömrü çatmadı.Xəbəri rus dilində oxuyun: Умер пытавшийся сжечь себя на суде по делу ШихалиеваQeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. O, general-mayor rütbəsindən də məhrum olunub.

DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO

DTX tərəfindən bir sıra şəxslər axtarışdadır.Oxu24.com xəbər verir ki,onlardan biri də Ruhin Nuriyev Nizami oğludur.O,30 may 1977-ci ildə Şamaxı rayonunda anadan olub.AR CM-in 279.3-cü maddəsi ilə axtarışa verilib.Cinayət Məcəlləsində bu maddə Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma halları zamanı tətbiq edilir.Sözügedən maddə ilə ittiham olunan şəxs on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Hazırladı: Miri Məcidli

Göyçayda faciə: Ölən var

Göyçayda zəncirvari avtomobil qəzası baş verib.Oxu24.com  xəbər verir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində “Opel” , “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan var.DİN-in Mətbuat Xidmətinin regional qrupundan  bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.APA

Onlar həbs olundular

Ölkəyə narkotik vasitə gətirənlər saxlanılıb.Oxu24.com-un  verdiyi xəbərə görə, Biləsuvarda rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb. Əvvəlcədən ötürülən lokasiya vasitəsi ilə narkotik vasitələri əldə edən əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməli planlaşdırıblar.Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.

SON DƏQİQƏ! Polis silahlı şəxsi zərərsizləşdirib 

Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.Oxu24.com  xəbər verir ki, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.Araşdırmalar davam etdirilir.Sosial mediada yayılan məlumatlara görə R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib və bu kimi əməllərə görə axtarışda olub.

 “Qarpız” narkotik çıxdı

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Oxu24.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.Məlumata görə, “Mazımqara” gömrük postunda İran İslam Respublikasından Gürcüstana “qarpız” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı içərisində "qarpız" yükü olan qutuların alt hissəsində xüsusi üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən qablaşdırma ilə birgə ümumi çəkisi 110 kiloqram 300 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Otel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb

Lənkəran rayonunda yerləşən otellərin birində çalışan iki qadına naməlum şəxs kəsici alətlə xəsarət yetirərək zərərçəkənlərin qızıl-zinət əşyalarını ələ keçirib.Oxu24.com-un  verdiyi xəbərə görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin otelin inzibatçısı 49 yaşlı Xalıq Cahangirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, X.Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflaj olaraq həmin hadisəni törədib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİN bu rayonda əməliyyat keçirib: həbs olunanlar var

Hacıqabulda oğurluqda təqsirləndirilən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Belə ki, rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinənlər M.Abdullayevin qohumuna məxsus evdən 25000 manat və 10000 ABŞ dolları oğurlayıblar.Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yevlaxda faciə: Nəvə öldü,baba yaralandı

Yevlaxda gecə baş verən qəza zamanı ölən və yaralanan şəxslərin kimlikləri məlum olub.Oxu24.com-un məlumatına görə, idarəetmədən çıxan avtomobil yol kənarındakı Cabbar Əliyevlə onun nəvəsi - 2015-ci il təvəllüdlü Sübhan Əlizadəni vurub.Nəticədə yeniyetmə hadisə yerində keçinib, C. ƏLiyev isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.Faktla bağlı araşdırma davam etdirilir.

Gəncədə evdən qadın meyiti tapıldı

Gəncədə evdən qadın meyiti aşkarlanıb.Oxu24.com xəbər verir ki, hadisə şəhərin Dost 102 ünvanında qeydə alınıb.Bildirilib ki, qonşular dərhal aidiyyəti qurumlara məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Aidə Mahmudovanın meyitini tapıblar.İlkin ehtimallara görə, 49 yaşlı qadın qəfil ürək çatışmazlığından dünyasını dəyişib.Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanıb.“Qafqazinfo”

Hoteldə qadınların qızıllarını ələ keçirən inzibatçı – Həbs olundu

Lənkəran rayonunda yerləşən hotellərin birində çalışan iki qadına naməlum şəxs kəsici alətlə xəsarət yetirərək zərərçəkənlərin qızıl-zinət əşyalarını ələ keçirib. Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin hotelin 49 yaşlı inzibatçısı Xalıq Cahangirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, X.Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflaj olaraq həmin hadisəni törədib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan […]

Source

Villanın zirzəmisindən 350 kiloqram qızıl tapıldı

Türkiyənin “İstanbul Altın Rafinerisi A.Ş.” şirkəti ilə bağlı aparılan istintaq çərçivəsində Bakırköyün Florya səmtində yerləşən villanın zirzəmisində 350 kiloqram qızıl aşkarlanıb.Oxu24.com  xəbər verir ki, qızılın dəyərinin təxminən 2 milyard 330 milyon lirə olduğu bildirilir.İddianaməyə əsasən, qızılların şirkətin anbarından çıxarılaraq villa zirzəmisinə daşındığı müəyyən edilib. Şirkət rəhbərliyi isə həmin qızılların “ailə mirası” olduğunu iddia edib.Türkiyə prokurorluğu məsələ ilə bağlı çirkli pulların yuyulması, saxta ixrac və dövlətə qarşı dələduzluq ittihamları üzrə araşdırmaları davam etdirir.Bizim.Media

Hamlet Musayevin qızı azad edildi 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad edilib.Oxu24.com  xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib.M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyeva ilə barışıq əldə edib. O, külli miqdarda məbləği hissə-hissə ödəməyə razılaşıb.Tərəflər arasında razılıq əldə edildiyindən istintaq orqanı həbsin davamına ehtiyac görməyib. M.Musayeva polis nəzarəti şərti ilə təcridxanadan azad edilib.Zərərçəkmiş şəxsin hüquqlarını tanınmış vəkil Ceyhun Yusifov müdafiə edir. Amma vəkil müvəkkili ilə təqsirləndirilən şəxsin barışması və dəymiş ziyandan nə qədər ödənilməsi ilə bağlı sualımıza cavab verməkdən imtina etdi.Qeyd edək ki, M.Musayeva bir neçə ay əvvəl həbs edilib. O, sanksiyasında 14 ilə kimi həbs nəzərdə tutulan xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham edilir. (qafqazinfo.az)

Goranboyda iki qadın qətlə yetirildi

Goranboyda dəhşətli qətl hadisəsi baş verib.Oxu24.com  xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. İki qadını öldürən şəxs sonra ərazidən uzaqlaşaraq sahəyə gedib və orada aldığı xəsarətlərdən ölüb.Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma başlanılıb./Teleqraf/

DSX əməliyyat keçirib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Oxu24.com  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 985 qram narkotik vasitə (7 kq 885 qram heroin, 4 kq 100 qram metanfetamin) və 20 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oğul anasını traktorla vurub öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb.  Hadisə rayonun Alpı kənd ərazisində baş verib.  Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub.  Ağır xəsarət alan A. Abbasova həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

24 yaşlı gənc əmisi oğlunu bıçaqladı: Saxlanılan var 

Goranboyda əmi oğlanları arasında yaranan mübahisə qanla bitib.Oxu24.com  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb. Məlumata görə, kənd sakinləri - 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Münaqişə böyüyərək davaya çevrilib və nəticədə K.Mürsəlli əmisi oğluna bud nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı K.Mürsəlli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sosial şəbəkədə canlı yayım açıb söyüş söyən 3 gənc həbs edildi

Şəmkirdə üç gənc həbs olunub.Oxu24.com  Lent.az-a istinadən xəbər verir ki, üç həmkəndli - 22 yaşlı Zaur Hümbətov, 20 yaşlı İsgəndər Səfərov və 25 yaşlı Tofiq Kərimov (adlar və soyadlar şərtidir) - avtomobildə olarkən "TikTok" platformasında canlı yayım açıb.Bu zaman dostlar nalayiq ifadələr işlədiblər və rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə aparılıblar.Burada onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.Gənclər bildiriblər ki, canlı yayımı onlardan biri açıb və digərlərinin bundan xəbəri olmayıb. Həmçinin onlar canlı yayımın bağlanmasını istəyiblər. Canlı yayımı açan şəxsin sözlərinə görə, mikrofonu bağladığını düşünsə də, sonradan yanıldığını görüb. Nəticədə dostların danışıq zamanı yol verdiyi bütün nalayiq sözlər canlıya düşüb. Onlar əməllərindən peşman olduqlarını bildiriblər.Məhkəmənin qərarı ilə həmkəndlilərin hər biri barəsində 15 günlük inzibati həbs qərarı seçilib.

Şəmkirdə piyadanı maşın vurub öldürdü 

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com  xəbər verir ki, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb. Belə ki, Dəllər qəsəbə sakini Fərrux Şirinovu “VAZ 2106” markalı avtomobil vurub. Adıçəkilən şəxs xəstəxanaya çatdırılsa da, yolda keçinib.Faktla bağlı araşdırma başlanılıb.

İtkin düşən 9 nəfər tapılıb 

İtkin düşən 9 nəfər tapılıb.Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.Polis əməkdaşlarının mayın 9-da və 10-da keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Gecə saatlarında meyiti tapılan 16 yaşlı  oğlan GÖRÜN  KİMDİR  —  FOTO

Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb.Hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb.16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.Qafqazinfo

Bakıda orta məktəbdə insident:Qız xəsarət aldı

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan qız bıçaqlanıb.Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.Tənəffüs vaxtı 5 "q" sinfinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.

Su Polisi əməliyyat keçirib

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T. Bədəlov, P. Qurbanov, S. Xəlilov və K. Fətəliyev saxlanılıblar.Oxu24.com xəbərinə görə, araşdırmalarla məlum olub ki, onlar zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıblar. Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

83 nəfər saxlanılıb - DİN

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, mayın 9-da və 10-da ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Şüşə silən qadın faciəli şəkildə həyatını itirdi

Paytaxtın Qaradağ rayonunda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.APA xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib.Məlumata görə, 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb.Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.

İki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb

Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb.Hadisə ötən gün şəhərin Nizami küçəsində qeydə alınıb.Belə ki, 2024-cü il təvəllüdlü M.A. yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.Xəstəxanaya yerləşdirilən körpə orada ölüb.Faktla bağlı araşdırma aparılır.

Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanıb 

Binəqədi rayonunda yerləşən şirkətlərin birindən oğurluq edilib.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Naməlum şəxslər axşam saatlarında 539 metr uzunluğunda elektrik naqilini talayıblar. Zərərçəkənə dəyən maddi ziyanın miqdarı 7000 manatdır.Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Babayev və 27 yaşlı Ş.Şahbazov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalarla onların bir müddət öncə həmin şirkətdə çalışdıqları və işdən çıxdıqdan sonra talama cinayətini planlaşdırdıqları məlum olub. Həmçinin saxlanılan şəxslərin oğurladıqları elektrik naqilini əlvan metal qəbulu məntəqəsinə satdıqları da müəyyən edilib.Faktla bağlı araşdırmalar davam etdirilir.

Polis iki gündə 25 kq narkotik aşkarlayıb 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da və 10-da ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin, 1,2 kiloqrama yaxın həşiş, həmçinin 654 ədəd metadon həbi olub.

DİN itkin düşənlərlə bağlı AÇIQLAMA YAYDI

İtkin düşən 9 nəfər tapılıb.DİN-in mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, mayın 9-da və 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.Məlumatda o da deyilir ki, mayın 9-da və 10-da ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Eyni zamanda, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.

Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var

Novxanı-Pirşağı yolunun Abşeron rayonu, Novxanı kəndi istiqamətindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu24.com xəbər verir ki, BYD markalı minik avtomobili ilə motosiklet toqquşub. Qəza nəticəsində motosikletdə olan şəxslərdən biri hadisə yerində həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

"Vəkil" Fuad Əliyev həbs edildi 

Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları özünü vəkil kimi tanıdaraq vətəndaşların etibarından sui-istifadə edən şəxsi saxlayıb. Araşdırmalar nəticəsində Fuad Əliyevin işə düzəltmək vədi ilə bir nəfərdən 6350 manat pul aldığı müəyyən edilib.İstintaq prosesində məlum olub ki, saxlanılan şəxs müxtəlif hüquqi yardımlar adı altında başqa şəxslərə qarşı da bənzər əməllər törədib. O, saxta vədlər verərək vətəndaşların külli miqdarda vəsaitini mənimsəyib.Fəaliyyəti ifşa edilən Fuad Əliyevə qarşı müvafiq maddələrlə ittiham irəli sürülüb. Məhkəmənin qərarı əsasında onun barəsində həbs qətimkan tədbiri tətbiq edilib. Hazırda hadisənin digər detalları və zərərçəkənlərin tam siyahısı dəqiqləşdirilir.

Zaqatala sakini güllələnib, şübhəli şəxs saxlanılıb

Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev güllələnib.Hadisə rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.Belə ki, İsa Boloyev bu gün gecə saatlarında restorandan çıxarkən 28 yaşlı Musa Mustafazadə ona ov tüfəngindən atəş açıb. Nəticədə İ.Boloyev xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Musa Mustafazadə saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Yeniyetmələr arasında dava:Bıçaqlanan var

Cəlilabad rayonunda yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.İlkin məlumata görə, yeniyetmələr arasında yaranan mübahisədən sonra onların valideynləri, Nicat Cəbiyev və İlqar Quliyev məsələyə aydınlıq gətirmək üçün görüşüblər. Mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə bıçaq xəsarətləri yetirib.Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı N.Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır.(Apa)

İş adamı restorandan çıxarkən güllələndi - FOTO 

Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub. Oxu24.com  xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.İ.Bolayev rayon ərazisində sahibkar kimi tanınıb.O, Zaqatalada restoran sahibi olub.İ.Bolayevin fotolarını təqdim edirik:(oxu.az)

Yaşayış binasının girişində kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti aşkarlanıb.Oxu24.com xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.1971-ci il təvəllüdlü Siyavuş Qasımov yaşayış binalarından birinin giriş hissəsində həyatını itirmiş halda tapılıb.Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır. (Teleqraf)

DİN: Masazırda 13 nəfər saxlanılıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.DİN-dən Oxu24.com-a verilən məlumata görə, şübhəlilərdən Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cilqamlıdan ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkarlanıb.Araşdırma aparılır.Qeyd olunub ki, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.

DTX-nin ən ağır maddələrlə axtarışa verdiyi Camalovun kriminal DOSYESİ  

Bir sıra şəxslər törətdikləri cinayət əməllərinə görə DTX tərəfindən axtarışdadır.Oxu24.com xəbər verir  ki,onlardan biri də  Camalov Elçin  Zakir oğludur.O,04 yanvar 1988-ci ildə  Bakı şəhərində anadan olub.Boyu 178 sm,gözlərinin rəngi qəhvəyidir.AR CM-in 120.2.1, 120.2.3, 120.2.4, 120.2.11, 29,120.2.3, 29,120.2.11, 228.3, 232.3.2 və 279.3-cü maddələri ilə axtarışa verilib.Göründüyü kimi o,kifayət qədər ağır maddələrlə axtarışdadır.Cinayət Məcəlləsinin 120-ci maddəsi  qəsdən adam öldürmə zamanı ttəbiq olunur.Onun bir neçə bəndinin də sözügedən şəxsə tətbiq edilməsi cinayətin qrup halında və xüsusi amansızlıqla baş verdiyini söyləməyə əsas verir.Qeyd olunan maddələrin təsiri altında həbs olunan şəxsin günahı sübuta yetirildiyi halda  onu on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.Həmçinin burada 228-ci maddənin də təsiri var.Bu maddədə qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmədən bəhs olunur.228.3. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma –dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.232. Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə,279-cu maddə isə qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma hallarında tətbiq edilir.Axtarışa verilən barədə DTX-nin etimad telefonuna (+99412) 4059999 və 1656 qaynar xəttinə, habelə mektub@dtx.gov.az elektron poçtuna məlumat verə bilərsiniz.Miri Məcidli 

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb 

Mayın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tapança, 7 qumbara, 8 alışdırıcı, 3 tüfəng, 32 patron darağı və 925 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bakıda qadın sürücünün üzünə tüpürən "parkovşik" həbs edildi 

Bakıda qadın sürücüyə sillə vurub üzünə tüpürən “parkovşik” həbs olunub.Oxu24.com xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.1984-cü il təvəllüdlü C.V. xanım sürücü S.D. ilə mübahisə edib. Mübahisə C.V.-nin dayanma-durmanı qadağan edən nişanı sökərək, qanunsuz parklanma yerləri yaratması ilə bağlı olub.Qadın bu hərəkətə etiraz edib. Həmin ərazidə qanunsuz “parkovşik” kimi fəaliyyət göstərən C.V. isə əvvəlcə qadına təpik atıb, daha sonra üzünə iki dəfə sillə vurub və tüpürərək ərazidən uzaqlaşıb.Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (fiziki ağrı yetirmə) və 454-1-ci (səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili) maddələri ilə protokol tərtib olunub. Məhkəmədə C.V. özünü təqsirli bilməyib, zərərçəkmiş qadın isə qanunauyğun qərar qəbul edilməsini xahiş edib.Məhkəmənin hökmü ilə C.V. 20 gün müddətinə həbs edilib./publika.az

Qayınana öldürüldü,gəlin xəstəxanalıq oldu  - Azərbaycanda DƏHŞƏT

Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər 5 radələrində rayonun Faxralı kəndi ərazisində qeydə alınıb.Kənd sakini 1963-cü il təvəllüdlü Zoya Rüstəm qızı Əhmədova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı Z.Əhmədovanın gəlini, 1995-ci il təvəllüdlü Jalə Sahib Qızı Yolçuyeva da bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.Goranboyda qadın öldürüldü, gəlini bıçaqlandı - Vətən müharibəsi qazisi saxlanıldıİlkin məlumata görə, hadisəni Z.Əhmədovanın oğlu, Vətən müharibəsi qazisi, üçüncü qrup əlil, 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyev törədib.Hadisənin ailə münaqişəsi zəmininə baş verdiyi bildirilir.Qeyd edilib ki, cinayəti törətdikdən sonra E.Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb.

Bu nazirliyin əməkdaşı 18 kq qızılla tutuldu - Evindən silah çıxdı 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub.İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib.Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda-ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan, 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər.Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı “Makarov” tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib.Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də əli olduğuna dair əsaslı şübhələr var. Həmin vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Pensiyalarla bağlı vacib MƏLUMAT VERİLDİ 

2025-ci ilin dekabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 877,7 min nəfərdən çox olub.Oxu24.com   xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilir ki, onların 471,1 min nəfərdən çoxunu aylıq sosial müavinət, 406,6 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.Qeyd edək ki, 2024-cü ilin dekabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 156 min nəfərdən çox olub. Onların 32,93%-ni kişilər, 67,07%-ni isə qadınlar təşkil edib.

Vergi Xidmətinin əməkdaşı 18 kq qızılla və silahla TUTULDU

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib.Oxu24.com məlumat verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub.İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib.Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda-ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan, 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər.Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı “Makarov” tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib.Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də əli olduğuna dair əsaslı şübhələr var. Həmin vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir. (Mənbə “Qafqazinfo”)

SON DƏQİQƏ! Tehran Lətifov və digərləri HƏBS OLUNUB

Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq şübhəsi ilə həbs olunub."Report"un əldə etdiyi xəbərə görə, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən "Azəri koperasiyası" MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər.Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib.Nəticədə Tehran Lətifov və digərləri saxlanılıb.Onlara Cinayət Məcəlləsinin 234.4.3, 234.4.1-ci (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi), 296.2 ci-(şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham verilib.Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi rayon Məhkəməsi tərəfindən Tehran Lətifov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Turist FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Xorvatiyadan olan turist Alp dağlarında təkbaşına yürüş zamanı faciəvi şəkildə həyatını itirib.Oxu24.com  yazır ki, bu barədə Bild nəşri məlumat yayıb.Məlumata görə, yanvarın 25-də gənc Xorvatiya vətəndaşı Bavariya ərazisində, Alp dağlarında yerləşən Vatsmann dağ massivinin 1304 metr hündürlüyündəki Qrünştayn zirvəsinə təkbaşına yürüşə çıxıb.Turist geri qayıtmadıqda dostları narahat olaraq polisə müraciət ediblər. Hüquq-mühafizə orqanları dərhal dağ-xilasetmə xidmətini məlumatlandırıb. Xilasedicilər çətin relyefli ərazidə dronlar və axtarış itlərinin köməyi ilə axtarış aparıblar. Bir neçə saat sonra kişinin cəsədi qar altında tapılıb.Araşdırma zamanı müəyyən edilib ki, turist lazımi avadanlıqla təmin olunmayıb. O, alpinist ləvazimatları olmadan dağa qalxıb və ehtiyatsızlıq nəticəsində yıxılaraq həlak olub.

Müəllimədən sensassion müraciət: Onu təhdid və şantaj EDƏNLƏR KİMDİR?  

Müəllimə Nurlana Məhərrəmova tərəfindən Oxu24.com saytına sensassion müraciət daxil olub. 1998-ci il təvəllüdlü   Məhərrəmova Nurlanə Məmməd qızının bildirdiyinə görə, uzun müddətdir davam edən ailədaxili zorakılıq, psixoloji və fiziki təhdidlər, eləcə də bu səbəbdən yaranmış təhsil və əmək hüquqlarının kobud şəkildə pozulması ilə üz-üzə qalıb.Abşeron rayonu,Hökməli qəsəbə tam orta məktəbin keçmiş müəllimi olan Nurlana Məhərrəmovanın bildirdiyinə görə,ailəsində yaşanan problemlər səbəbindən işə gedə bilməyib və qanunsuz olaraq işdən azad olunub."Mən rəsmi nikahda Rzayev Samo Natiq oğlu ilə ailə qurmuşam və bu nikahdan iki azyaşlı övladımız var. Övladlarımdan kiçik qızımın eşitmə və danışma qabiliyyəti ciddi dərəcədə zəifdir. Buna baxmayaraq, ana olaraq bütün çətinliklərə dözərək onu məktəbə gətirib-aparmağa, cəmiyyətə inteqrasiya etdirməyə çalışmışam.Lakin ailə mühitində bu uşağın təhsil alması üçün heç bir real şərait yaradılmadı, əksinə, davamlı zorakılıq və gərginlik hökm sürürdü. Rzayev Samo Natiq oğlu tərəfindən mənə mütəmadi şəkildə uşaqların gözü qarşısında fiziki və psixoloji zorakılıq olurdu, döyülüb, təhqir olunub, alçaldılırdım. Bu hallar uzunmüddətli, sistemli və ağır xarakter daşıyırdı.Ən ağır məqam ondan ibarətdir ki, atam – Məhərrəmov Məmməd Əliyoldaş oğlu,anam – Məhərrəmova Zeynəb Hüseyn qızı,qardaşım – Məhərrəmov Nicat Məmməd oğlu baş verən bütün bu zorakılıqlardan xəbərdar olduqları halda, mənə heç bir insani, mənəvi və hüquqi dəstək göstərməyiblər, əksinə, məni açıq şəkildə qorxu altında saxlayırdılar.Mən dəfələrlə atama yalvararaq bildirmişəm ki, artıq döyülməkdən, təhqir olunmaqdan fiziki və mənəvi cəhətdən tükənmişəm. Lakin cavab olaraq mənə bildirilib ki, boşanma halında öldürüləcəyəm, uşaqlarımdan məhrum ediləcəyəm, ailənin “namusu və qeyrəti” adı altında mənim həyatım təhlükə altına atılacaq. Bu təhdidlər açıq və real xarakter daşıyırdı.Hazırda boşanma işim Abşeron Rayon Məhkəməsində icraatdadır. Mən rəsmi qaydada müraciət etmişəm, hüquqi prosesə başlamışam. Lakin bu müddət ərzində də təhdidlər dayanmayıb, əksinə, daha da kəskinləşib.Hüquq-mühafizə orqanlarına vaxtında müraciət edə bilməməyimin əsas səbəbi də məhz bu real təhlükə olub. Mənə açıq şəkildə deyilib ki, müraciət etsəm:uşaqlarımdan məhrum ediləcəyəm;fiziki zərər görəcəyəm;həyatım təhlükə altında olacaq",-deyə şikayətçi bildirir.Nurlana Məhərrəmovanın sözlərinə görə,əri tərəfindən daimi fiziki və psixoloji zərbə altında olduğu üçün işlədiyi məktəbə gəlib-gedə bilməyib.Bu barədə məktəb direktorunu xəbərdar etsə də,sonda onun əleyhinə olan qərar verilib və müəllimə işini də itirib."Davamlı təhdidlər səbəbindən məktəbə gəlmək mənim üçün birbaşa həyat təhlükəsi yaradıb. Bu barədə dəfələrlə məktəb direktoru – Bəndəliyev İsmayıla rəsmi və şifahi şəkildə müraciət etmiş, vəziyyəti izah etmiş, iş yerində təhlükəsizliyimin təmin olunmasını və ya müvəqqəti alternativ mexanizm tətbiq edilməsini xahiş etmişəm.Buna baxmayaraq:müraciətlərim araşdırılmamış;real təhlükə nəzərə alınmamış;heç bir rəsmi izahat alınmamış;daimi əmək müqaviləm olduğu halda, heç bir əsas olmadan işdən azad edilmişəm.Direktor tərəfindən təhsil şöbəsinə yanlış və birtərəfli məlumatlar ötürülmüş, guya mən səbəbsiz olaraq aylardır dərsə gəlməmişəm kimi təqdim olunmuşdur. Halbuki faktiki olaraq mən məktəbə gəlməyə cəhd etdiyim zaman ailə üzvlərim tərəfindən izlənmiş, təhdid edilmiş, zorla məktəbdən qaçmağa məcbur qalmışam. Bu hallar barədə direktor məlumatlandırılsa da, heç bir tədbir görülməmişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq, müvafiq dövlət orqanlarından aşağıdakıların təmin edilməsini xahiş edirəm:Mənə qarşı ailədaxili zorakılıq və təhdid faktlarının hüquqi qiymətləndirilməsi;Atam – Mehərrəmov Məmməd Əliyoldaş oğlu,anam – Mehərrəmova Zeynəb Hüseyn qızı,qardaşım – Mehərrəmov Nicat Məmməd oğlu,keçmiş həyat yoldaşım – Rzayev Samo Natiq oğlu tərəfindən mənə qarşı hər hansı fiziki və psixoloji təsirin tam dayandırılmasını və işimə bərpa olunmasının təmin edilməsini aidiyyatı qurumlardan xahiş edirəm",-deyə  şikayətçi bildirib.Oxu24.com məsələni diqqətdə saxlayır.Səsləndirilən fikirlərlə bağlı qarşı tərəfin və aidiyyatı qurumların da mövqelərini təqdim edəcək.Miri Məcidli

Goranboyda yol qəzası baş verib - Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com xəbər verir ki, 2002-ci il təvəllüdlü E.Babayevin idarə etdiyi "VAZ 21010" ilə 1991-ci il təvəllüdlü N.İsmayılovanın idarə etdiyi "VAZ 2106" markalı minik maşınları toqquşub. Qəzada bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.(apa)

Almaz Əhmədova HƏBS OLUNDU

Göyçayda müəllimə hədə-qorxu gələrək vəsaitini ələ keçirməkdə təqsirləndirilən bloqer Anar Hüseynov və Almaz Əhmədovanın cinayət işi üzrə məhkəmə keçirilib.Oxu24.com  xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Anar Hüseynov 5 il 6 ay, Almaz Əhmədova isə 5 il müddətinə azadlıqdan məhrum edilib.Anar Hüseynov bloqqer fəaliyyəti ilə məşğul olub. Almaz Əhmədova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində kitabxanaçı vəzifəsində çalışıb.İş üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxs də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim olaraq çalışıb. İddiaya görə, Anar Hüseynov və Almaz Əhmədova zərərçəkmişə hədə-qorxu gələrək ondan ümumilikdə 3700 manat pul alıb.Təqsirləndirlən şəxslər ziyanı tam ödəyib və barışıq əldə olunub.Təqsirləndirilən Anar Hüseynov Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Almaz Əhmədova 182.2.1 ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci ( Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.

28 yaşlı satıcı işlədiyi mağazada öldü 

Bərdədə mağazada satıcı ölüb.Hadisə rayonun Əliyanlı kəndində yerləşən bitki dərmanlarının satışı mağazasında baş verib.Əslən rayonun Qaradəmirçi kəndindən olan 1998-ci il təvəllüdlü Sabir Mehman oğlu Abbasov işlədiyi mağazada vəfat edib.Faktla bağlı cinayət işi başlanılıb, ölümün səbəbi araşdırılır.

Azərbaycanın axtarışa verdiyi şəxs bu ölkədə TUTULDU

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Türkiyədə yeri müəyyən olunub.DİN-in Mətbuat xidmətindən Oxu24.com-a  verilən məlumata görə, oğurluq maddəsi ilə başlanmış cinayət işi üzrə Qazax RPŞ tərəfindən axtarışda olan Budaqov Ozan Çingiz oğlu İnterpol kanalları vasitəsilə saxlanılıb.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Maştağada əməliyyat: Saxlanılanlar var +VİDEO

Maştağada istixanadan 50 min manatlıq oğurluq olub.Bu barədə  Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, zərərçəkən paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən ona məxsus istixanadan 50000 manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəraitdə oğurlandığını bildirib.Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 55 yaşlı Mahir Həsənov və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərin bir müddət əvvəl fəaliyyətini dayandıran istixananı kənardan müşahidə etdikləri və gediş-gəliş olmadığını görüb talama cinayətini törətdikləri müəyyən edilib. Onlar hadisədən sonra əraziyə evakuator çağıraraq oğurladıqları avadanlıqların onlara məxsus olduğunu bildirib satmaq məqsədilə daşınmasını təşkil ediblər. T.Hacıyevin bir müddət əvvəl qohumunun evindən 4500 manat nağd pul oğurladığı məlum olub.Bundan əlavə Sabunçu rayonu ərazisində obyektlərdən naqil və əlvan metalların oğurlanması barədə də polisə məlumat daxil olub. Sabunçun RPİ 14-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Hüseyn Quliyev də saxlanılıb. Araşdırma zamanı onun daha iki evdən məişət əşyaları və inşaat materialları oğurladığı müəyyən edilib.

Bakıda kirayə yaşadıqları evdə faciə yaşadılar

Bakıda iki nəfər dəm qazından zəhərlənib."Report" xəbər verir ki, Nizami rayonu ərazisində kirayədə yaşayan Qənbəralıyev İmran Teymur oğlu və Məmiyev Ramazan Rafiq oğlu dəm qazının təsirindən zəhərlənib.Ramazan Məmiyev hadisə yerində ölüb, İmran Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda dəhşət: Evə daxil olan kişi azyaşlı qızları...

Lənkəran Ağır Cinayət Məhkəsimənin hökmü ilə Salyan rayonunun Qardili kənd sakini, 1996-cı il təvəllüdlü Amin Cəfərli (ad-soyad şərtidir) azyaşlılara qarşı törətdiyi ağır cinayətlərə görə uzunmüddətli həbs cəzasına məhkum edilib.Sfera.az bildirir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (köməksiz vəziyyətdə olan azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri), 153.1-ci (mənzil toxunulmazlığının pozulması), 157.1-ci (azyaşlıya qarşı əxlaqsız hərəkətlər) və 180.1-ci (soyğunçuluq) maddələri ilə təqsirli bilinib. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsə ayrı-ayrı maddələr üzrə müxtəlif cəzalar təyin olunub. Cinayətlərin məcmusu nəzərə alınaraq, qismən toplama yolu ilə ona 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Oxu24.com -un məlumatına görə, hadisə 2025-ci il avqustun 7-də səhər saat 05:00 radələrində Salyan rayonunun Qardili kəndində baş verib. İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs həmkəndlisi olan qadının evdən işə getməsindən sonra açıq qapıdan evə daxil olub və azyaşlı qızlara – 13 və 14 yaşlı bacılara qarşı seksual xarakterli cinayət əməlləri törədib. Bununla yanaşı, evdən 1000 manat pulun oğurlandığı da müəyyən edilib. Aparılan tibbi ekspertiza nəticələrinə əsasən, azyaşlılara qarşı zorakılıq faktı təsdiqlənib, xəsarətlər yüngül dərəcəli kimi qiymətləndirilib. Məhkəmə prosesində təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, azyaşlılara qarşı hərəkətləri inkar edib. Zərərçəkmiş qızlar və onların anası verdikləri ifadələrdə hadisəni təsdiqləyiblər. Şahid qismində dindirilən yaxın qohumların ifadələri də istintaq materialları ilə üst-üstə düşüb. Məhkəmə toplanmış sübutları əsaslı hesab edərək ittiham hökmü çıxarıb BAKU.WS

Tanınmış şəxsin qızı HƏBS OLUNDU 

Azərbaycanın Xalq rəssamı Qəyyur Yunusun qızı Nigar Yunus həbs olunub.Oxu24.com  Teleqraf-a istinadla xəbər verir ki, o, İnzibati Xətallar Məcəlləsinin tələblərini pozub.Bu səbəbdə məhkəmə onun barəsində 1 ay müddətində inzibati qaydada həbs qərarı çıxarıb.Qeyd edək ki, Nigar Yunus sənətşünas və ekspert kimi fəaliyyət göstərir.

Ötən il qeydə alınan cinayətlərin sayı açıqlanıb 

Ötən il ölkə ərazisində 31 852 cinayət qeydə alınıb.Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2025-ci ilin yekununa dair Koleegiya iclasında deyilib.Bildirilib ki, onların 90,5 %-nin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 15766 cinayət işinin istintaqı tamamlanıb. Bunlardan 1063-ü prokurorluq orqanlarında istintaq edilib.Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. İbtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435 milyon 191 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59,5 %-nin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinə nail olunub.

Həmin qadın HƏBS OLUNDU

TikTok platformasında “Hüquq mərkəzi” adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir.DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli  Oxu24.com-a  bildirib ki, vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə görə Cinayət Məcələsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 529 manatının ödənilməsi təmin olunub, hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir.S.Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.

Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var 

Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar var.Oxu24.com Reporta istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb."BMW" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində hələlik şəxsiyyəti dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

Arvadını bıçaqlayan məhkəmə sədrinin oğlunun FOTOLARI 

Xəbər verdiyimiz kimi, Bakıda dəhşətli ailə faciəsi yaşanıb. Belə ki, Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu 34 yaşlı Emil Əliyev həyat yoldaşına bıçaq xəsarəti yetirib. Daha sonra özünü binadan ataraq həyatına son qoyub.Oxu24.com  "Unikal"a istinadən mərhumun fotolarını təqdim edir

Kənddə tələbə adam öldürdü 

Daşkəsən rayonunda 2005-ci il təvəllüdlü Elnur Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1969-cu il təvəllüdlü Məmməd Əmrahovu qətlə yetirib.  Oxu24.com Demokrat.az-a istinadla bildirir ki, qətl hadisəsi 16 avqust 2023-cü ildə rayonunun Güneykənd kəndində baş verib. Elnur evinin yaxınlığında atası Şahid Quliyevə məxsus biçənək sahəsində ot biçdiyi zaman əvvəllər tanıdığı və onunla eyni kənddə yaşayan Məmmədin otardığı iri buynuzlu heyvanları həmin torpaq sahəsinə saldığını görüb. Ona bu barədə iradını bildirməsi səbəbindən aralarında sözlü mübahisə baş verib.  Elnur Məmmədin onun ünvanına nalayiq ifadələr işlətməsini özünə təhqir kimi qəbul edib və hiddətlənərək onu qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib. O, niyyətini həyata keçirməkdən ötrü həmin tarixdə saat təxminən 11 radələrində yaşadığı evinə gəlib və xəncəri götürüb. Daha sonra cinayətkar niyyətini həyata keçirmək üçün kənddən keçən adsız çayın sahilində olan dərənin aşağı hissəsinə gəlib və orada Məmmədə zərbələr vurub. Onun almış olduğu xəsarətlərdən ölə biləcəyini zənn edib və hadisə yerini qaçıb. Məmməd xəsarətlərlə Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya gətirilib. Ona ixtisaslı tibbi yardımlar göstərilməsinə baxmayaraq ölüb.  Hadisəni törədən Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.  İş üzrə ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, atası Şahid hazırda heç bir yerdə işləmir, əvvəl Daşkəsən rayonu, Qabaqtəpə kənd icra nümayəndəliyində məsul vəzifədə işləyib: “Anam Güneykənd tam orta məktəbində fizika fənni üzrə müəllimə, qardaşım Azər Gəncə şəhərində tikinti materialları dükanında işləyir. Əvvəllər məhkumluğum olmayıb. Gəncə Dövlət Universitetində fiziki tərbiyə və çağırışa qədərki hazırlıq ixtisası üzrə ikinci kurs tələbəsiyəm. Məmmədi tanıyıram, həmkəndlimdir. Həmçinin atam Məmmədin kirvəsi olub. Məmmədlə həmkəndli kimi münasibətim olub”. Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin avqustun  16-da, saat 10 radələrində yaşadığı evdən otbiçən aləti götürüb və ot biçmək üçün kəndi ərazisində yerləşən, atasına məxsus, yaşadığı evdən təxminən 100 metr uzaqlıqda olan torpaq sahəsinə gedib: “Həmin gün saat 10:40-da benzinlə işləyən otbiçən alətlə torpaq sahəsində ot biçən zaman Məmməd otardığı təxminən 15 baş iri buynuzlu heyvanları torpaq sahəmizə saldığını gördüm. Bizim torpaq sahəmizin ətrafı 5-7 voltluq elektrik cərəyanı qoşulmuş naqil ilə hasarlanıb. Bu zaman  Məmməddən nə üçün heyvanlarını ot biçdiyim torpaq sahəsinə doldurduğunu soruşdum. O, “heyvanlar ac olduğunu, qoy heyvanlar sənin yerini yesin” ifadəsini işlətdi. Məmmədə heyvanların boş ərazidə otlamasını, ot biçdiyi torpaq sahəsində otlamamasını dedim. Sonra heyvanları torpaq sahəsindən çıxarmağa başladım. Məmməd “var-yoxuma” nalayiq söyüşlər söyərək heyvanları torpaq sahəsindən çıxarmayacağını dedi. Bundan sonra Məmmədin ünvanıma nalayiq söyüşlər söydüyünə görə bərk əsəbləşdim. Onu cəzalandırmaq qərarına gəldim. Bu məqsədlə Məmmədə heç bir cavab vermədən bıçaq götürmək üçün qaçaraq yaşadığım evə getdim. Evə daxil olan zaman heç kimin olmadığını gördüm. Mətbəxdəki stolun üzərində xəncəri götürdüm və həmin xəncəri şalvarımın bel hissəsinə saldım, qaçaraq torpaq sahəsinə getdim”.  Elnur bildirib ki, həmin gün saat 11 radələrində Məmmədin torpaq sahəsinin bayır tərəfində yerdə oturduğunu və əlində bir ədəd ağac parçasının olduğunu görüb: “Məmmədin torpaq sahəsinə saldığı iri buynuzlu heyvanları isə torpaq sahəsinin bayır tərəfində otlayıb. Məmmədin yanına çatmağıma təxminən 50 metr qalmış ondan heyvanları torpaq sahəsinə doldurduqdan sonra nə üçün ünvanıma nalayiq söyüşlər söydüyünü soruşdum. Məmməd isə yaxşı etdiyini deyərək məni yanına çağırdı. Həmin vaxt yerdə oturaq vəziyyətdə olan Məmməd əlində olan ağac parçasını yerə vururdu. Məmmədə tərəf getməkdə məqsədim üzərimdə olan xəncərlə ona ağır xəsarətlər yetirmək olub. Məmmədə çatmağıma təxminən 5 metr məsafə qalmış o, ayağa qalxdı. Hər iki əli ilə tutduğu ağac parçasını havaya qaldıraraq məni vurmaq istədi. Mən cəld hərəkət edərək qarın nahiyyəmdə gizlətdiyim xəncəri çıxararaq onun sol qoltuqaltı nahiyəsinə zərbə endirdim. Xəncərlə Məmmədin qoltuq altı nahiyəsinə vurduqda xəncərin tam olaraq onun daxilinə girdiyini hiss etdim. Xəncəri Məmmədin daxilindən çıxaran zaman onun üzərinin tamamilə qan olduğunu gördüm. Məmməd hər iki əli ilə mənim hər iki qol nahiyyəmdən tutaraq saxladı. Məmmədin əlindən çıxmaq üçün sağa-sola çırpındım. Bu zaman həmin vaxt sağ əlində olan xəncər ola bilsin ki, Məmmədin sol qol nahiyəsini kəsib. Məmmədin əlindən çıxdım və bıçağı hadisə yerinə ataraq yaşadığım evə getdim. Yaşadığım evə daxil oldum, hadisə zamanı əynimdə olan şalvar və köynəyi dəyişdim”.  Təqsirləndirilən şəxs deyib ki, daha sonra Daşkəsən rayonu, Qabaqtəpə kəndi ərazisində yerləşən polis məntəqəsinə doğru hərəkət edib: “Yolda olan zaman Daşkəsən rayonu, Qabaqtəpə kəndi üzrə polis sahə rəisi mənə zəng edərək harada olduğumu soruşdu. Ona atam ilə danışdıqdan sonra Qabaqtəpə kəndində yerləşən polis məntəqəsinə gedəcəyimi deyərək telefon zəngini sonlandırdım. Həmin vaxtı atam zəng edərək polis əməkdaşlarının məni axtardıqlarını, nə üçün Məmmədlə dava-dalaş etdiyimi soruşdu. Atama polis məntəqəsinə gedəcəyimi, orada Məmməd ilə nə üçün dava-dalaş etdiyimi deyəcəyimi söylədim. Bir neçə dəqiqə sonra atam təkrar zəng edərək harada olduğumu soruşdu. Ona polis məntəqəsinə getdiyimi dedim. Polis məntəqəsinin qarşısına çatanda atam ora gəldi. Birlikdə polis şöbəsinə getdik”.  İş üzrə zərərçəkmiş Məmməd Əmrahovun hüquqi varisi qismində tanınan bacısının sözlərinə görə, hadisə baş verən vaxt Gəncə şəhərində olub, həmin yerdə olmayıb: “Hadisə baş verən vaxtadək Elnur bir neçə dəfə qardaşım Məmmədi öldürəcəyini bildirib. Həmçinin bununla bağlı Məmməd hüquq-mühafizə orqanlarına şikayət də edib. Hadisə baş verən gün Məmməd mənə zəng etdi. Öz həyətlərində yatdığı yerdə Elnurun onu xəncərlə vurduğunu bildirdi. Hadisə barədə məlumat aldıqdan sonra dilim tutuldu və məni xəstəxanaya apardılar. Daha sonra hadisə yerinə getdim və hadisənin öz çəpərimizin yanında baş verdiyinin şahidi oldum. Həmçinin Məmməd xəsarət aldıqdan sonra ona yardım göstərilməsi üçün təcili yardım çağırılsa da, həkimlər çağırışa gec gəlib. Məmmədə ilkin tibbi yardım gec göstərilib”.Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elnur 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində daha yüngül cəzanın verilməsini istəyib.  Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin edilməyib. Hökm cəza hissəsində dəyişdirilmədən saxlanılıb.  

Bakıda kişi çay evində ÖLDÜ 

Bakıda çay evində ölüm hadisəsi olub.Oxu24.com xəbər verir ki, hadisə Binəqədi rayonu, Mircəlal küçəsi 63-də yerləşən çay evində qeydə alınıb.Şəki rayon sakini 42 yaşlı Elçin Nakəm oğlu Əhmədov iaşə müəssisəsində qəfil dünyasını dəyişib. Onun infarkt səbəbilə öldüyü bildirilir.Araşdırma aparılır.( lent.az)

Qabil Məmmədov və Tural Sadıqlı Azərbaycana bu yolla gətiriləcək - VACİB AÇIQLAMA

Siyasi mühacirlərə qarşı qiyabi məhkəmə hökmlərinin çıxarılması və onların Azərbaycana qaytarılması məsələsi son günlər ölkə gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.Xüsusilə, Qabil Məmmədov, Tural Sadıqlı və digər şəxslərlə bağlı verilən qərarlar həm hüquqi müstəvidə, həm də ictimai-siyasi dairələrdə müxtəlif reaksiyalara səbəb olub. Hökumətin bu şəxslərin ölkəyə gətirilməsi üçün hansı konkret addımları atacağı maraq doğurduğu bir vaxtda, mövzu ilə bağlı siyasətçilər və ekspertlər məsələnin beynəlxalq hüquq çərçivəsində həllinin vacibliyini vurğulayırlar. Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, dünya hüquq normaları ilə idarə olunmalıdır, lakin bir çox hallarda bu prinsiplərə əməl edilmir:“Adlarını çəkdiyiniz şəxslər özlərinin qanunların aliliyinin qorunduğu ölkələrdə yaşadıqlarını deyirlər. Amma biz görürük ki, bir ölkənin ərazisində başqa bir dövlətə qarşı təhqiramiz, rüsvayçı ifadələr işlədilir və həmin ölkənin hüquq-mühafizə orqanları buna göz yumur. Bu halda hansı qanunun aliliyindən danışmaq olar?”Akif Nağı qeyd edib ki, tənqid hüquqi və normal çərçivədə mümkündür, lakin təhqir yolverilməzdir:“İstənilən ölkənin rəhbərliyini, məmurlarını tənqid etmək olar. Amma bu tənqid artıq təhqirə çevrilirsə, xüsusilə kobud və alçaldıcı formada aparılırsa, bunun qarşısı alınmalıdır. Dünyanın heç bir yerində təhqir qəbul edilmir.”Partiya sədri bildirib ki, Azərbaycan tərəfi hüquqi müstəvidə bütün prosedurlara əməl edib:“Bu şəxslər hüquq-mühafizə orqanlarına və prokurorluğa dəvət olunublar, barələrində cinayət işinin açılması barədə məlumat verilib, məhkəməyə çağırılıblar, lakin gəlməyiblər. Qanunvericiliyə uyğun olaraq prosedurlar icra edilib və nəticədə məhkəmə hökmü çıxarılıb.”Onun sözlərinə görə, Azərbaycan bu qərarların icrası üçün beynəlxalq hüquq çərçivəsində addımlar atmağı planlaşdırır:“Dövlətin bu məsələlərlə bağlı müəyyən planları var və həmin şəxslərin Azərbaycanda cəzalarını çəkmələri üçün hüquqi mexanizmlərdən istifadə olunacaq. Sonradan apellyasiya hüquqları da var.”Akif Nağı vurğulayıb ki, konkret olaraq hansı beynəlxalq hüquqi addımların atılacağı dövlətin səlahiyyətindədir:“Bu məsələnin hüquqi tərəfi var və beynəlxalq müstəvidə qəbul olunan mexanizmlər çərçivəsində qərarlar veriləcək. Bunu da Azərbaycanın özü müəyyən etməlidir.”

Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in - Taleyi necə oldu? 

İndi bəhs edəcəyimiz “polkovnik”i ölkədə az qala, hamı tanıyır. Söhbət 2021-ci ildə özünü Fövqəladə Hallar Nazirliyinin komandiri kimi təqdim edərək Türkiyənin Marmaris bələdiyyə sədri Mehmet Oktay və digər rəsmi şəxslərlə görüşlər keçirən Rasim Əhmədlidən gedir. Onun ağlagəlməz fırıldaqları həmin vaxt ciddi rezonans doğurmuşdu.Bəs “məşhur polkovnik”in sonrakı taleyi necə oldu?“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Türkiyədəki görüşlərindən sonra beynəlxalq axtarışa verilən Rasim Əhmədli bir müddət sonra tutularaq Azərbaycana gətirilib.Əvvəlcə Xəzər rayonunda aparılan istintaqla ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar, xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, 2023-cü ildə isə növbəti cinayət epizodları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.Yekunda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Lakin Rasimlə bağlı yeni cinayət epizodları müəyyən edildiyindən, iş materialları əlavə istintaq üçün prokurorluğa qaytarılıb.Yeni faktlar üzrə müəyyən edilmiş cinayət əməlləri Nəsimi rayonu ərazisində baş verdiyi üçün istintaq sonradan Nəsimi Rayon Prokurorluğunda davam etdirilib. Bu araşdırma dövründə - 2024-cü ildə “məşhur komandir” həbsdən azad edilib. Maraqlıdır ki, Rasimin dələduzluq cinayəti ilə bağlı hələ də məhkəmə araşdırması gedir. Onun işini Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov araşdırır.Rasim Hazırda Bakıətrafı qəsəbələrdən birində yaşayır, ölkədən çıxışı qadağandır. Təqsiri sübuta yetirilsə, onu 5 ilə kimi həbs cəzası gözləyir. Qeyd edək ki, əslən mingəçevirli olan Rasim Əhmədli 2021-ci ilin iyulunda Türkiyədə baş verən meşə yanğınları zamanı özünü FHN əməkdaşı kimi təqdim edərək guya yanğınların söndürülməsində iştirak etdiyinə görə Marmaris bələdiyyə sədri tərəfindən təltif olunmuşdu. Lakin Türkiyə mediasında bu barədə məlumat yayıldıqdan sonra Azərbaycan FHN Rasim Əhmədli adlı əməkdaşlarının olmadığını açıqladı. Daha sonra Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı məlumat yayaraq Rasim Əhmədlinin müxtəlif cinayət əməllərinə görə beynəlxalq axtarışda olduğunu elan etmişdi

Polis əməliyyat keçirib: Həbs  olunan qadın KİMDİR?

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində evdən 51000 manat və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Bildirilib ki, ev sahibi polisə müraciət edərək yaşadığı evdən oğurluğun naməlum şəraitdə baş verdiyini bildirib. Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı G.İsmayılova müəyyən edilərək saxlanılıb.Araşdırmalarla saxlanılan şəxsin zərəçəkənin qohumu olduğu və evdən hissə-hissə oğurluq etdiyi məlum olub.

“ASAN Xidmət”də mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar 

Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində xuliqanlıq edən şəxs həbs olunub.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şəhər sakini olan S.Məmmədov (şərti soyadlı) barəsində inzibati protokol tərtib edilib.Bildirilib ki, həmin şəxs sayğac kartını dəyişdirmək üçün mərkəzə gələrkən girişdə yoxlamadan keçmək istəməyib. Belə ki, o, binaya daxil olarkən mühafizə əməkdaşı detektor vasitəsilə yoxlayıb və siqnal səsi gəlib. Bu zaman S.Məmmədovun təkrar turniketdən keçməsi tələb edilib. Lakin o bu tələbi yerinə yetirməkdən imtina edərək səs-küy salmağa, dava yaratmağa başlayıb. Nəticədə mühafizə əməkdaşı və vətəndaş əlbəyaxa olublar və pilləkəndən yıxılıblar.Mərkəzin normal fəaliyyətini pozan və ictimai yerdə xuliqanlıq hərəkətləri edən vətəndaş saxlanılaraq Gəncə Şəhər 2-ci Polis Şöbəsinə aparılıb və barəsində protokol tərtib edildikdən sonra Gəncə Şəhər Məhkəməsinə göndərilib.Məhkəmənin qərarı ilə o, 10 sutkalıq həbs edilib.

DTX açıqlama yaydı: Yeni cinayət İŞİ AÇILIB

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) kiberhücumla bağlı cinayət işi açılıb.Oxu24.com  xəbər verir ki, bu barədə DTX məlumat yayıb.Qeyd olunub ki, MİDA-nın növbəti layihələri üzrə bu il dekabrın 3-də ümumilikdə 627 mənzilin "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə satışı zamanı DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılmış və təmin edilib.Mənzil seçimi prosesinə nəzarət və informasiya təhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücum cəhdləri müşahidə edilmiş və operativ şəkildə aşkarlanaraq neytrallaşdırılıb.Qeydə alınan müvafiq faktlarla bağlı DTX-də cinayət işi başlanılıb.Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları - C.Süleymanlı və T.Abdulov onlara müraciət etmiş müxtəlif vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri prosesini sürətləndirmək, bu prosesdə həmin vətəndaşlara qanunsuz üstünlük qazandırmaq məqsədilə əvvəlcədən əldə etdikləri və informasiya texnologiyaları sahəsində xüsusi texniki imkanlardan istifadə edərək uyğunlaşdırdıqları xüsusi proqram təminatını MİDA-nın "Güzəştli mənzil" informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş mühafizə mexanizminə qanunsuz tətbiq etməklə, bu il dekabrın 3-də saat 11:00-da kompüter infrastrukturunun normal fəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönələn hərəkətlər ediblər.Qeyd olunan şəxslər DTX tərəfindən Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (kompüter sisteminə qanunsuz müdaxilə - hüququ olmadan kompüter məlumatlarını qəsdən daxil etmə yolu ilə kompüter sisteminin işləməsinə təkrar qəsdən maneə törətməyə yönələn hərəkətlər) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunublar.Hazırda əlaqəli xüsusatlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eyyubov görün hansı addımı atdı  - Məhkəməyə saatlar qalmış...

Siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq üzrə saxlanılan iş adamı Ruslan Eyyubov barəsində olan həbs qərarından apellyasiya şikayəti versə də, sonradan şikayətini geri götürüb.Oxu24.com  APA-ya istinadən xəbər verir ki, Ruslan Eyyubovun şikayətini geri götürdüyü bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub.Şikayət geri götürüldüyündən ərizəyə baxılmayıb.Qeyd edək ki, Ruslan Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq üzrə saxlanılıb. "NB Qrup” şirkətinin rəhbəri Ruslan Eyyubov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub.Ruslan Eyyubov həm də bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilmiş Həsən Eyyubovun qardaşıdır.

Mehdiyev və Kərimli 44 günlük müharibədə Azərbaycanı uduzdurmaq istəyib 

Bizim çox ləyaqətli tarixçi alimlərimiz var. Amma çox təəssüf ki, bu günəqədərki Azərbaycan tarixçiliyi İlham Əliyevin mütərəqqi konsepsiyası ilə ayaqlaşa bilmir.Oxu24.com  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.“Bu gün Azərbaycanda saxta tarix yazma aludəçiliyi böyük problemə çevrilib. Xüsusən müstəqilliyə aparan yolda ayrı-ayrı şəxslərin,  təşkilatların rolunun məqsədli şəkildə şişirdilməsi, real suverenlik tariximizin meydan ab-havası üzərində qurulma cəhdləri məsələni o yerə gətirib çıxarır ki, dövlət başçımız qan yaddaşı məsələsində təşəbbüsləri şəxsən ələ almalı oldu.Biz 20 Yanvar hadisəsində ən azı Sovet qoşun hissələri qədər məsuliyyət daşıyan Qorboçovun cəbhə hərəkatı da, ölkə problemlər içində boğularkən bütün potensialını Ulu Öndər Heydər Əliyevin xalqla kommunikasiyasını kəsməyə səfərbər edən Mütəllibov və xalq cəbhəsi, hakimiyyət hərisliyi ilə xaos və anarxiya yaradıb işğala rəvac verən AXC-Müsavat xuntasını, dəfələrlə dövlət çevrilişlər etmək istəyən “millətçi”lər, rəngli inqilablara özənib narıncıya bürünən siyasi klounlar, iqtisadi müstəqilliyimizə doğru irəlilərkən neftin qiymətinin ucuzlaşmasına sevinən Cəmil və Gültəkin kimi siyasi dələduzlar, müharibə dövründə 90-cı illərin ssenarisi üzrə məğlubiyyət üzərindən iqtidar olmağı ümid edən Mehdiyev-Kərimli cütlüyünü öz adı ilə çağırmağa məhkumuq”.

Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar... 

2026-cı ildə Rusiya-Ukrayna müharibəsində yeni dövr başlanacaq. Azərbaycanda da dövlətə xəyanət səbəbi ilə ağlagəlməyən həbslər gözlənilir.Oxu24.com   xəbər verir ki, bu sözləri Modern.az-a tanınmış astroloq Səbuhi Rəhimli deyib.O qeyd edib ki, gələn ilin birinci yarısında Zəngəzur dəhlizi açılmayacaq:“Çox adam deyir, fevral-mart aylarında sülh müqaviləsi imzalana bilər. Amma ilin birinci yarısı üçün bu gözlənilmir.2026-cı ilin ilk aylarını Rusiya-Ukrayna müharibəsində böyük atəşkəs dövrü hesab etmək olar. Müharibə dayanmasa da, silahlar susacaq. Yəni bu dörd ildə olduğu kimi müharibənin çılğın, aqressiv dövrü davam etməyəcək.Növbəti ildə Azərbaycanda həbs dalğaları gözlənilir. Bu, fevral ayından mayın sonuna qədər davam edəcək. Məcazi mənada mən bunu “Prezident İlham Əliyevin etdiyi çevriliş” adlandırıram.Ciddi həbslər fonunda cəmiyyəti çaşdıracaq sensasion adlar eşidiləcək. Eyyubovların həbsi də bundan xəbər verir”.

Küçədən meyit tapıldı

Yasamal rayonunda 80 yaşlı kişinin meyiti tapılıb.Oxu24.com   xəbər verir ki, hadisə dekabrın 25-də baş verib. Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Sartib İsmayılovun meyiti A.Abbasov küçəsində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.Araşdırma aparılır.

Şərurlu İsfəndiyarla bağlı qərar verilib 

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, İsfəndiyar Axundova iş üzrə bəraət verilib.Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İsfəndiyar Axundov müsahibələrindən birində Emil Səməndərovu dələduz kimi təqdim edib.

Binəqədi bələdiyyəsinin keçmiş sədrinin cəzası azaldılıb 

Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, İlknur Turkutla bağlı kassasiya şikayət təmin edilməyib. Aytac Əliyevanın kassasiya şikayəti isə qismən təmin edilib. Belə ki, ona Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə elan olunmuş ittiham xaric edilib. Qərara əsasən, Aytac Əliyevaya qəti olaraq 2 il 6 ay müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytac Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs olunub. Hökmdə qeyd olunub ki, Aytac Əliyeva 3 il dövlət işində çalışa bilməz.Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb.Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

AZAL təyyarəsi ilə bağlı birgə rəy açıqlandı: Vurulub! 

Azərbaycan Hava Yolları QSC-yə (AZAL) məxsus Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin 25 dekabr 2024-cü il tarixində Qazaxıstan ərazisində uğradığı qəza ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının (Konvensiya) 13 saylı Əlavəsi əsasında araşdırma davam edir.Oxu24.com  Azərtac-a istinadla xəbər verir ki, araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Bu araşdırmadan əlavə, üç ölkənin (Azərbaycan, Qazaxıstan və Rusiya) istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.ICAO tələblərinə uyğun olaraq, Qazaxıstan bu il fevralın 4-də ilkin hesabat nəşr edib. İlkin hesabat yalnız aşkar edilmiş faktları özündə əks etdirib və hər hansı təhlil, habelə nəticələri ehtiva etməyib.Çikaqo Konvensiyası çərçivəsində həyata keçirilən araşdırmanın nəticələrini özündə ehtiva etməli olan yekun hesabatın tamamlanması qəzanın ildönümü tarixinə mümkün olmayıb. Məhz buna görə Qazaxıstan ICAO-nun tələblərinə uyğun olaraq aralıq bəyanatı ictimaiyyətə təqdim edib.Aralıq bəyanat sənədində daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanıb. Habelə hava gəmisinə zərər vurmuş partlayıcı qurğunun hissəcikləri olan kənar metal obyektlərin silah sisteminə aid olması ilə bağlı məlumat qeyd olunub. Bununla belə həmin silah sisteminin modeli barəsində məlumat aralıq bəyanat mətnində qeyd edilməyib. Xatırladaq ki, həmin silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin Prezidentinin siyasi bəyanatında artıq qeyd olunub.Qeyd edək ki, növbəti mərhələdə Qazaxıstan tərəfi tamamlanmış araşdırmanın nəticələrini özündə əks etdirən yekun hesabat mətnini ictimaiyyətə təqdim etməlidir. Aralıq bəyanat sənədindən fərqli olaraq yekun hesabat sənədi daha təfərrüatlı, işin araşdırılması ilə bağlı aşkar olunmuş bütün faktiki məlumatları, qəzanın səbəbinin təhlilini və gələcəkdə bənzər qəzalara yol verilməməsi üçün tövsiyələri özündə əks etdirməlidir.Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.

Həbsdəki eks-icra başçılarından yalnız - Biri amnistiyaya düşür 

Artıq bir neçə gündür Prezidentin təşəbbüsü ilə qəbul edilən amnistiya aktının icrasına başlanılıb. 20 min nəfərə şamil edilən bu Akt əsasında təkcə 5 minə yaxın məhkum cəzaçəkmə müəssisələrindən azadlığa buraxılacaq.Bəs amnistiya aktı indiyə kimi həbs edilən keçmiş icra başçılarından kiməsə aid edilə bilərmi?Oxu24.com   xəbər verir   ki, “Qafqazinfo”nun məlumatına görə, “içəridə”ki eks-icra başçılarından yalnız Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev amnistiya aktından faydalana bilər.Ona görə ki, İ.Vəliyevin çəkilməmiş cəmi 4 ay cəza müddəti qalıb. Amnistiya aktında yazılıb ki, ağır cinayət törətməkdə təqsirli bilinən şəxs ilk dəfə məhkum edilibsə, 6 aya qədər çəkilməmiş cəzadan azad edilə bilər. (İlk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər-red.)Bunu nəzərə alsaq, yaxında İsmayıl Vəliyev də azadlığa çıxa bilər.Uzun illər Neftçalanın icra başçısı işləmiş Vəliyevin müavini Gültəkin Sadıqova da eyni əməllərə görə onunla birgə məhkum edilmişdi. İki gün əvvəl o da Amnistiya ilə azadlığa çıxdı.İcra başçısı işləyərək sonradan həbs edilən - Vilyam Hacıyev, Mahir Quliyev, Namiq Zeynalov və Alimpaşa Məmmədova isə amnistiya aktı şamil edilmir. Çünki onlar həm xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinib, həm də cəza müddətlərinin çoxunu çəkməyiblər.Bu yaxınlarda həbs edilən Musa Şəkiliyev və İslam Rzayevin cinayət işi isə hələ ki, ibtidai istintaq dövründədir.Qeyd edək ki, Ədliyyə Nazirliyi Amnistiya aktını 4 ay ərzində icra etməlidir.

İlhamə Quliyevanın bacısı qızı ilə bağlı  ŞOK İDDİA: Araşdırma aparılır

Azərbaycanın məşhur Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova bir sıra vətəndaşlardan külli miqdarda pul və qızıl zinət əşyalarını mənimsəyərək dələduzluq edib.Oxu24.com  xəbər  verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənova bir neçə vətəndaşın etibarını qazanaraq onlardan külli miqdarda pul, qızıl zinət əşyaları alıb və geri qaytarmayıb.Məlumata əsasən, N. Həsənova götürdüyü pul vəsaitlərinin və zinət əşyalarının bir hissəsini borclarını ödəməyə xərcləyib, digər hissəsini isə lombarda qoyub.İddialara görə, o, Pakizə Əliyeva adlı vətəndaşdan 146 290 manat pul vəsaiti və 700 qram qızıl, Lalə Rüstəmovadan 650 qram qızıl, həmçinin İlqar Əliyevdən 50 000 manat alaraq geri qaytarmayıb. Bundan başqa, Nigar Həsənovanın daha bir sıra şəxslərə qarşı dələduzluq etdiyi, külli miqdarda pul və zinət əşyaları mənimsədiyi bildirilir.Hazırda bununla bağlı polis orqanlarında araşdırma aparıldığı qeyd edilib.Adıçəkilən Nigar Həsənova ilə əlaqə saxlasaq da, o, heç bir cavab vermədən telefonu söndürüb.Qeyd edək ki, Nigar Həsənova Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.

Gömrükdə  əməliyyat  keçirilib 

Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.Astara Gömrük İdarəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana, ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Bu barədə  Oxu24.com - a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.Narkotik vasitə ölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya "kərəviz və kahı" yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.Stasionar rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib.Nəqliyyat vasitəsindəki 2 paletdə gömrük nəzarətindən gizlədilən, xalis təmiz çəkisi 58 kiloqram 610 qram narkotik vasitə həşiş və 89 kiloqram 705 qram narkotik vasitə-marixuana aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Nazim Həsənzadə salanılıb

Bir müddət əvvəl işə düzəltmək adı ilə iki nəfərə 20 min manata yaxın maddi ziyan vurduğuna görə dələduzluq ittihamı ilə işi məhkəmədə olan şəxs eyni əməli yenidən törədibBu barədə  Oxu24.com-a  DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə müxtəlif şəxslərin etibarından sui istifadə edərək onlara maddi ziyan vurmaqda şübhəli bilinən 38 yaşlı Nazim Həsənzadə saxlanılıb.Araşdırmalarla müəyyən edilib ki, o, özünü vəzifəli şəxslərdən birinin qohumu kimi təqdim edərək müxtəlif məbləğlərdə pul vəsatini ələ keçirib.Bundan başqa, N.Həsənzadənin şirkətlərdən birinə maddi ziyan vurduğu da məlum olub.Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.Qeyd edək ki, bundan əvvəl işə düzəltmək adı ilə daha iki şəxsə 20 min manata yaxın maddi ziyan vurduğuna görə N.Həsənzadə barəsində cinayət işi başlanılıb. Bir müddət əvvəl isə iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

Eyyubovlardan sonra növbə kimindir?

Son günlər ictimai müzakirələrin mərkəzində Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun yaxınları dayanır. Xüsusilə onun qardaşı oğlu, “Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun həbs olunması və ailənin digər üzvünün vəzifədən azad edilməsi ciddi müzakirələrə səbəb olub. Bu hadisələr dövlət idarəçiliyində hesabatlılıq, şəffaflıq və institusional nəzarət mexanizmləri ilə bağlı suallar doğurur.Eyni zamanda, yüksək vəzifəli məmurların rəhbərlik etdiyi sahələrdə idarəetmə və nəzarət sistemlərinin işləməsi məsələsi də gündəmə gətirilir.Eyyubovlardan sonra növbə kimindir? Hansı oliqarx nazir, onun ailə üzvləri dövlətin “qulaqburmasını” dadacaq?Oxu24.com   xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov Hövsan Beynəlxalq Dəniz Limanında baş verən halların və buradakı korrupsiya ilə bağlı həyata keçirilən həbslərin kifayət qədər ciddi məsələlərdən xəbər verdiyini bildirib:“Tutulan şəxslərdən birinin Bəylər Eyyubovun qardaşı oğlu olması diqqətdən yayınmır. Ruslan Eyyubovun həbs olunması göstərir ki, Azərbaycanda korrupsiya və rüşvətə qarşı aparılan mübarizədə kimliyindən asılı olmayaraq heç kəs toxunulmaz deyil. Zaman-zaman adı qalmaqallarda və korrupsiya hadisələrində hallanan şəxslər qanun qarşısında cavab verməlidirlər”.O.Qasımov əlavə edib ki, bu həm də gələcək üçün bir siqnaldır:“Belə bir təminat yoxdur ki, hansısa məmura və ya yüksək rütbəli şəxsin yaxınlarına qarşı tədbir görülməyəcək. Kim dövlət imkanlarından və imtiyazlardan istifadə edib qeyri-qanuni gəlir əldə edirsə, korrupsiya hallarına qarışıbsa, qanun qarşısında cavab verməlidir. Düşünürəm ki, bu, həm də bir mesajdır ki, gələcəkdə belə hallar təkrar olunmasın”.

DTX-nin həbs etdiyi  ŞƏXSDƏN  XƏBƏR VAR

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.Oxu24.com   xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Məhkəmə Ramiz Mehdiyevin kürəkəni barədə QƏRAR VERDİ

“Ramiz Mehdiyev bilirdi ki, mən bu bağı möhtərəm cənab Prezidentin sahibkarlara çağırışına cavab olaraq salmışam. Buna baxmayaraq, göstəriş verdi, 10 hektar fındıq bağımı buldozerin qabağına verdirib məhv etdilər. Məqsəd torpaq deyildi, məqsəd ölkə rəhbərliyindən narazılıq yaratmaq idi…”Oxu24.com  xəbər verir   ki,bu sözləri Musavat.com-a şabranlı sahibkar Mansur Nəmətulla oğlu İbrahimov deyib.Onun sözlərinə görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevlə artıq 8 ilə yaxındır məhkəmələrdə çəkişir:“Şimal zonasında kürəkəninin törətdiyi cinayətlərin hər biri Ramiz Mehdiyevin birbaşa himayəsi altında baş tutub. Ramiz Mehdiyev olmasaydı, onun kürəkəni ölkənin şimalında bu cür “at oynatmağa” cürət etməzdi. Bütün bunlar Mehdiyevin dövlət çevrilişi planlarına uyğun, sistemli şəkildə aparılıb. Kürəkəni başına yığdığı mütəşəkkil dəstə ilə şimalda sahibkarları çökdürməklə, sadə insanları işsiz qoymaqla kütləvi narazılıq yaradırdı”.Sahibkar bildirir ki, bu gün Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbsdə olması həmin dövrdə baş verənlərin mahiyyətini tam çılpaqlığı ilə üzə çıxarır:“Şükür Allaha ki, möhtərəm cənab Prezident “Dəmir yumruğu” daxildəki ermənilərin başına endirdi. Təəssüf edirəm ki, bu gün də Ramiz Mehdiyevin və onun yanındakıların müdafiəçiləri tapılır. Bununla bağlı müvafiq qurumlara və rəhbər şəxslərə müraciətlər hazırlayıram”.Mansur İbrahimov bildirir ki, Ramiz Mehdiyevin vəzifədə olduğu illərdə faktiki olaraq onunla və kürəkəni ilə eyni vaxtda mübarizə aparmalı olub. Bu müddətdə Mehdiyevin kürəkəninin məhkəmələrdə dövriyyəyə buraxdığı “sürtülmüş” iddialar bir-birini əvəzləyib.Bu günlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası İlham Əlisəftər oğlu Əliyevin apellyasiya şikayətini təmin etməyib və Sumqayıt Kommersiya Məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.Söhbət Ramiz Mehdiyevin hələ yüksək vəzifədə olduğu 2018-ci ildə şabranlı sahibkar Mansur İbrahimovun şirkəti - “Turaz” MMC-nin qəsb edilməsi ilə bağlı qalmaqallı məhkəmə işindən gedir.Sahibkarın sözlərinə görə, Ramiz Mehdiyevin kürəkəni tutduğu mövqenin verdiyi toxunulmazlıqdan istifadə edərək Şabranda mütəşəkkil dəstə formalaşdırıb, ona və digər sahibkarlara qarşı açıq basqılar həyata keçirib:“Gözlərinə xoş görünən şirkətləri, torpaq sahələrini ələ keçirirdilər. Prezidentin kənd təsərrüfatının inkişafı ilə bağlı çağırışına cavab olaraq Şabranda 10 hektar fındıq bağı salmışdım. Bağ artıq məhsul verməyə hazır idi. Ramiz Mehdiyev Şabran dağlarında yerləşən imarətinə gedərkən həmin ərazidə dayanıb, yerli icra hakimiyyətinə göstəriş verdi və bağım darmadağın edildi. Qanunsuz göstəriş dərhal icra olundu”.Mansur İbrahimov iddia edir ki, bu addımlar təsadüfi olmayıb, məqsəd şimal zonasında süni narazılıq yaratmaq, ölkə rəhbərliyinin siyasətinə qarşı ictimai etimadı sarsıtmaq olub. Bununla kifayətlənməyən İlham Əlisəftər oğlu Əliyev qəsb etdiyi “Turaz” MMC adından çıxış edərək, illər boyu sahibkarı məhkəmələrə sürükləyib, qalan əmlakını da əlindən almağa cəhd göstərib. O, Mansur İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon notariat kontoruna qarşı iddia qaldıraraq bağlanmış müqavilələrin etibarsız sayılmasını, torpaqla bağlı çıxarışların, plan və ölçü sənədlərinin ləğvini tələb edib. Bununla da illər əvvəl törədilmiş qanunsuzluqları ört-basdır etməyə çalışıb. Lakin məhkəmə bu tələbləri qanunsuz və əsassız hesab edib. Apellyasiya instansiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, birinci instansiya məhkəməsinin işi düzgün araşdırdığı və maddi-hüquqi normaların pozulmadığı qənaətinə gəlib. Nəticədə İlham Əlisəftər oğlu Əliyevin şikayəti təmin edilməyib, Sumqayıt Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli qətnaməsi qüvvədə saxlanılıb.Bu qərar torpaq sahəsinin və ona dair sənədlərin hazırkı hüquqi statusunu qoruduğunu təsdiqləməklə yanaşı, Ramiz Mehdiyevin kürəkəninin illərdir davam edən iddialarının növbəti hüquqi iflasla nəticələndiyini də göstərir.

DİN-dən şok əməliyyat: Guseinov  və Əsgərli  1 milyonluq cinayətə görə tutuldular+ VİDEO

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti əməliyyat həyata keçirib.DİN-dən Oxu24.com-a  verilən məlumata görə, xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyat məlumatı daxil olub.Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıblar.Araşdırmalarla müəyyən edilib ki, M.Guseinov M.Əsgərli ilə birgə xarici ölkələrin birinin paytaxtında yerləşən ticarət mərkəzində ofis kirayələyib. Bir müddətdən sonra M.Guseinov saxta 600.000 ABŞ dollarını həmin ticarət mərkəzində yerləşən valyutadəyişmə məntəqəsinə təqdim edərək 600 min USDT kriptovalyutasının onun hesabına köçürülməsini istəyib. O, 1.000.000 manatdan çox dəyəri olan kriptovalyutanın hesabına keçdiyinə əmin olduqdan sonra həmin ölkəni tərk edib.Faktla bağlı cinayət işi başlanılıb, M.Guseinov və M.Əsgərli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.Qeyd edilib ki, müasir dövrdə elektron ödəniş və kriptovalyuta ilə aparılan əməliyyatların geniş yayılması bu sahədə dələduzluq risklərini də artırır. Bundan sui-istifadə edən bir sıra cinayətkar qruplar istər virtual məkanda, istərsə də real müstəvidə kibercinayətlər törətməyə və insanların pul vəsaitlərini ələ keçirməyə çalışırlar."Odur ki, xüsusən sosial şəbəkələrdə tanımadığınız şəxslərlə maliyyə əməliyyatları aparan zaman diqqətli olmağınız, habelə “yüksək”, “perspektivli” qazanc vədi verən “kriptolayihələrə” pul yatırmamağınız tövsiyə olunur", DİN-in məlumatında deylir.

DİN  əməliyyat keçirib: "Land Rover"  markalı avtomobildən  nələr tapıldı - FOTO

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Orxan Qurbanov saxlanılıb.Onun idarə etdiyi "Land Rover" markalı avtomobilə baxış zamanı 17 kiloqram 330 qram narkotik vasitə olan marixuana aşkarlanıb.Həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər - 36 yaşlı Emin Bayramov, 42 yaşlı İlkin Əlizadə və tanışı 36 yaşlı Amil İbayev saxlanılıblar. Onlardan isə ümumilikdə 21 kiloqram marixuana və 2 kiloqram 809 qram heroin aşkarlanaraq götürülüb.Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Faktlarla bağlı başlanan cinayət işləri üzrə araşdırmalar davam etdirilir.Qeyd edək ki, cari ilin əvvəlindən Xətai RPİ-nin əməkdaşları tərəfindən 112 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Cinayətkarlıq və hüquqpozmalar üzrə rəsmi statistikanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq 

Cinayətkarlıq və hüquqpozmalar üzrə rəsmi statistikanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.Oxu24.com   xəbər verir ki, bu, "Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.Gözlənilən nəticə cinayətkarlıq və hüquqpozmalar statistikası üzrə inzibati məlumatlardan istifadənin səmərəliliyinin artırılması, statistika hesabatlarının sayının optimallaşdırılması, statistik yükün azaldılmasıdır.Bununla bağlı Daxili İşlər, Ədliyyə, Maliyyə nazirlikləri və Dövlət Statistika Komitəsi icraçı orqanlar təyin edilib.

DİN bu rayonda əməliyyat keçirib  - Tutulan var  +FOTO

Bir qrup şəxsin Bərdə və Ağdam rayonları ərazilərində odlu silah-sursat satışı həyata keçirməsi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbirləri həyata keçirilib.DİN-in Mətbuat Xidmətinin regional qrupundan  Oxu24.com-a  verilən məlumata görə, polisə Ağdam rayon sakinləri əvvəllər məhkum olunmuş 34 yaşlı Ağasif Abdullayev, tanışı 36 yaşlı Şünasib Hüseynov, 24 yaşlı Cavid Quliyev və Bərdə rayon sakini 29 yaşlı Vüsalə Həsənova ilə qabaqcadan əlbir olaraq qrup şəklində birləşərək dekabr ayı ərazində qanunsuz olaraq odlu silah və onun kompleks hissələrinin satışını təşkil etdikləri barədə əməliyyat məlumatları daxil olub.Dekabr ayının 23-də qrup üzvləri A.Abdullayev, Ş.Hüseynov və V.Həsənova növbəti dəfə odlu silah sursat satmaq istəyən zaman Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “Makarov” tapançası, 6 ədəd patron darağı və 168 ədəd patron aşkarlanıb.Tədbirin davamı olaraq həmin odlu silah-sursatları qanunsuz olaraq əldə edib saxlayan və satmaq məqsədi ilə dəstə üzvlərinə təqdim edən qrupun digər üzvü C.Quliyev də Zəngilan rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-yə gətirilib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. A.Abdullayev,Ş.Hüseynov, V.Həsənova və C.Quliyevə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Qrup üzvlərinin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şirniyyat mağazası və ticarət mərkəzindən oğurluq edilib 

Bakıda şirniyyat mağazasından oğurluq edən şəxs saxlanılıb.Oxu24.com  DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunda talama cinayəti baş verib. Rayon ərazisindəki şirniyyat mağazasından 2000 manat nağd pul naməlum şəraitdə oğurlanıb. Nizami RPİ 25-ci Polis Şöbəsinə daxil olmuş müraciət əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 29 yaşlı R.Tarverdizadə müəyyən edilərək saxlanılıb.Nəsimi rayonunda isə ticarət mərkəzlərinin birindən 4049 manat dəyəri olan mobil telefonu oğurlayan 56 yaşlı L.Həsənov da polis əməkdaşları tərəfindən saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.

Murad Quliyevin cinayət işi üzrə məhkəmə başlayıb

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Murad Quliyevin cinayət işi üzrə məhkəmə başlayıb.Oxu24.com   xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 8-nə təyin edilib.Qeyd edək ki, Quliyev Murad Qüdrət oğlu barəsində Cinayət Məcəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il fevralın 15-dəki qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.Sentyabrın 12-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar; eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.Qeyd olunub ki, o, 2019-cu il sentyabrın 23-də “Facebook” platformasında “Murad Quliyev” adlı səhifəsində və 2023-cü il dekabrın 24-də “Youtube” platforasında “RaffNaff” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar yayıb.

Bakıdakı məşhur mərkəz Eyyubovların imiş     –    FOTO

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə tərəfində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş Ruslan Eyyubov Azərbayanda və xarici ölkələrdə çoxlu sayda daşınmaz əmlaka və biznes obyektlərinə sahibdir.Oxu24.com   Azpolitika.az-a istinadən xəbər verir ki, o, Prezidentin şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri olmuş Bəylər Əyyubovun qardaşı oğludur və uzun illər ərzində böyük sərvət toplaya bilib.Ruslan Eyyubovun Bakıdakı çoxsaylı obyektlərindən biri də şəhərin mərkəzində - Nəsimi rayonu, Səməd Vurğun küçəsi 43 ünvanında yerləşən 20 mərtəbəli dəbdəbəli “World Business Center”dir. Təxminən 15 il əvvəl istifadəyə verilmiş biznes mərkəzində dupleks ofislər, kafe və restoranlar və s. obyeklət icarəyə verilir.Mənbələr bildirir ki, Ruslan Eyyubovun adıçıəkilən mərkəzdə dəbdədəbli ofisi olub, habelə onun qardaşı, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov da tez-tez “World Business Center”ə baş çəkib. Onun da bu biznesdə payı olduğu qeyd olunur. Qeyd edək ki, siqaret qaçaqmalçılığına qarşı keçirilən əməliyyat çərçivəsində Həsən Eyyubov da vəzifəsindən azad edilib, onun ölkəni tərk etməsinə qadağa qoyulub.

DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.İdarədən Oxu24.com-a  verilən məlumata görə, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərdən 2 nəfər hadisə yerində həyatını itirib.Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

İki uşaq yanaraq həyatını itirib - AZƏRBAYCANDA 

Siyəzəndə avtomobildə yanğın olub, 2 yaşlı uşaq ölüb.Oxu24.com   xəbər verir ki, dekabrın 24-ü saat 14 radələrində Böyük Həmyə kəndinin ərazisində kənd sakini 1991-ci il təvəlüdlü Hüseynağa Seyfəl oğlu Bağırova məxsus "VAZ-2107" markalı 77 GA 674 N-li avtomobildə yanğın baş verib.Avtomobilin yanar konstruksiyalar yanıb, avtomobildə olan H.Bağırovun oğlu 2023-cü il təvəlllüdlü Seyfəl yanaraq ölüb.Araşdırma aparılır.Mənbə: Report

Sabirabadda kombayn körpüdən kanala aşıb, sürücü ölüb 

Sabirabad rayonunda kombaynın körpüdən kanala aşması nəticəsində sürücü ölüb.Hadisə rayonun Sarxanbəyli kəndi ərazisində qeydə alınıb.1988-ci il təvəllüdlü Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan maşınla kollektor üzərindəki körpüdən keçərkən kanala aşıb.Hadisə zamanı sürücü ölüb.Faktla abağlı araşdırma aparılır.

Eyyubovlarla bağlı əməliyyat niyə indi keçirildi? – Mühüm səbəblər açıqlandı 

Son günlər ölkə iqtisadiyyatına zərər vurmaq məqsədilə ayrı-ayrı şəxslər tərəfindən qaçaqmalçılıq yolu ilə müxtəlif məhsulların ölkəyə gətirilməsi, onların qanunsuz satışı və digər oxşar əməllərlə bağlı hüquq mühafizə orqanları tərəfindən kompleks və sistemli tədbirlər həyata keçirir.Mövcud məsələ ilə əlaqədar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu, “Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun həbs olunması və digər qardaşı oğlunun vəzifədən uzaqlaşdırılması ictimaiyyətdə böyük şok effekti yaradıb. Bu, artıq “toxunulmaz” sayılan şəxslərə də növbə çatdığı mesajını verir və dövlət əmlakını talayan hər kəsin qanun qarşısında cavabdeh olacağını açıq şəkildə nümayiş etdirir.Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında keçirilən əməliyyat göstərir ki, hüquq-mühafizə orqanları işlərini dərinləşdirərək yüksək vəzifəli şəxslərin də məsuliyyətə cəlb edilə biləcəyini nümayiş etdirir. Bu proses eyni zamanda Azərbaycanda dövləti sarmış qohumbazlıq, tayfabazlıq sisteminin zəifləməsinə və çöküşünə xidmət edə bilər. Prezident İlham Əliyevin iradəsi, qanunun aliliyi və dövlət maraqlarının üstünlüyü bu əməliyyatlarda açıq şəkildə əks olunub.Oxu24.com  xəbər verir  ki,bənzər anti-korrupsiya əməliyyatlarına 2022-ci ilin noyabrında Naxçıvan MR-da Vasif Talıbov və tayfasına qarşı keçirilən tədbirlərdə də rast gəlinmişdi. Hazırda aparılan əməliyyatlar da sistemli mübarizənin davamlı olduğunu göstərir.Ruslan Eyyubovun həbsi, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi general-mayor Həsən Eyyubovun işdən çıxarılması ölkədə yeni dönəmin başlanğıcı kimi qiymətləndirilə bilərmi?Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Azərbaycan hakimiyyətinə ən yaxın şəxslərdən biri hesab edilən Bəylər Eyyubovun bir qardaşı oğlunun həbs olunması, digərinin isə vəzifədən uzaqlaşdırılması cəmiyyətə çox ciddi mesajlar verir:“Bu hadisə Azərbaycanda heç kimin mənsub olduğu ailədən və ya daşıdığı soyaddan asılı olmayaraq toxunulmaz olmadığını açıq şəkildə nümayiş etdirir. Əslində, dövlətin maraqlarına zidd hərəkət edən, qanunu pozan hər kəs məsuliyyətə cəlb olunmalıdır və olunur. Baxın, monqol-tatar dövründə Çingiz xanın sərkərdələrindən biri olan Sabutayla bağlı hadisə bütün imperiya üçün ibrət dərsi olmuşdu. Həmin nümunə göstərirdi ki, hətta hökmdarın ən yaxın adamları belə qanun qarşısında üstün mövqeyə malik deyillər”.Eyyubovlarla bağlı əməliyyat niyə indi keçirildi? – Mühüm səbəblər açıqlandıSiyasi şərhçinin fikrincə, güclü dövlət anlayışı da məhz buradan başlayır: “Dövlətə qarşı cinayət varsa, heç kim bağışlanmamalıdır. Bəylər Eyyubovun qardaşı oğullarına göstərilən bu münasibət dövlət əmlakını mənimsəyən və qanunları ciddi şəkildə pozan hər kəs üçün presedent olmalıdır. Oxşar hüquqi yanaşma Vasif Talıbovun ailə üzvlərinə münasibətdə də tətbiq edilməli, cinayət törətmiş şəxslər cəzadan kənarda qalmamalıdır”.İqtisadçı Natiq Cəfərli isə məsələyə daha çox struktur islahatları prizmasından yanaşıb:“Bu prosesdə diqqət çəkən əsas məqam gömrük sisteminin mövcud fəaliyyət modelidir. Gömrük orqanları indiki formada ləğv edilməli, hərbi rütbələrdən imtina olunmalı və bu qurum ayrıca struktur kimi deyil, İqtisadiyyat və ya Maliyyə Nazirliyinin tərkibində bir departament kimi fəaliyyət göstərməlidir”.Eyyubovlarla bağlı əməliyyat niyə indi keçirildi? – Mühüm səbəblər açıqlandıİqtisadçı qeyd edib ki, son həbslər yeni bir mərhələnin başlanğıcı ola bilər, lakin bu, dövlətin gələcək siyasi iradəsindən asılıdır:“Fikrimcə, əvvəlki illərdə də oxşar həbslər baş verib, amma onların dərin struktur islahatlarına gətirib çıxardığını görməmişik. Buna baxmayaraq, ölkənin bütün strukturlarında davamlı və sistemli təmizləmə əməliyyatlarının aparılması vacibdir. Xüsusilə Dövlət Gömrük Komitəsi ilə bağlı strateji qərarların qəbul olunmasını zəruri hesab edirəm”.

Axtarışda olanlardan biri Axundov kimdir? - Qardaşı da VƏZİFƏDƏDİR 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş "RR Caspi", "Səmayə Co", "Səmayə Logistic" və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.Oxu24.com   "Teleqraf"a istinadən xəbər verir ki, "RR Caspi"nin rəhbəri Ramin Axundov Premyer Liqada çıxış edən "Araz-Naxçıvan"ın prezidentidir.Ramin Axundov eyni zamanda, bu işdə adı keçən "Səmayə Co", "Səmayə Logistic" şirkətlərinin rəhbəri, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüquq fakültəsində ali təhsil alıb.

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə hökm oxunub

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum ediliblər.Oxu24.com-un  məlumatına görə, bu barədə hökm Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.Həmçinin onlar cəzalarını çəkdikdən sonra Azərbaycandan məcburi çıxarılacaq. Məhkum olunan şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Hökmdən əvvəl təqsirləndirilən şəxslərə son söz verilib. Onlar Azərbaycan xalqından üzr istəyiblər və həmin yerin Şəhidlər xiyabanı olduğunu bilmədiklərini deyiblər.Xatırladaq ki, dövlət ittihamçısı onların 4 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib.İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar.

MN-in “İstirahət ev”inin sabiq rəisinin həbs müddəti uzadılıb 

Müdafiə Nazirliyin "İstirahət evi"nin rüşvət almada təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.Oxu24.com   xəbər veri ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb və qərar qəbul edilib.Qərara əsasən, təqdimat təmin edilib və İlham Haqverdiyevin həbs müddəti 1 ay 20 gün müddətinə uzadılıb.Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi.Təqsirləndirilən İlham Haqverdiyevin Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.

İcra başçısı "TikTok"dakı videoya görə onu məhkəməyə verdi - 100 manat aldı 

Beyləqanının icra başçısı Əziz Əzizov "TikTok"da onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib.Teleqraf-ın məlumatına görə, icra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən təkzib verilməsini, dövlət rüsumuna görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.Ötən gün Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh iştirak etməsə də, bu, qərarın verilməsinə mane olmayıb.Məhkəmə Əziz Əzizovun tələbini qismən təmin edib. Ağdam sakini icra başçısı barədə işlətdiyi cümlələrə görə təkzib verəcək. Bundan başqa, cavabdehdən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat alınaraq icra başçısına veriləcək.İcra başçısının Ağdam sakininindən üzr gözləməsi isə baş tutmayacaq. Məhkəmə bu tələbi rədd edilib.Qeyd edək ki, "TikTok"da paylaşılan videoda icra başçısı barədə "İcra başçısı varlıların icra başçısıdır, kasıbların yox", "Mən bir dəfə görmədim ki, icra başçısı Əziz Əzizov şəhid ailəsinin qapısının qarşısına qrabil töksün. Büdcədə pul azdır?", "Millətdən, xalqdan yediyiniz pulları hara xərcləyirsiniz?" kimi cümlələr işlədib.

Güclü yanğın: Həyatını itirən var

Xaçmazda evdə yanğın olub, bir nəfər ölüb.Oxu24.com  xəbər verir ki, hadisə Ortaoba kəndində qeydə alınıb.Belə ki, kənd sakini Məhəmməd Abdurəhim oğlu Pirquliyev fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində həyatını itirib.Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycandan böyrək alıb satan qadın tutuldu - DETALLAR

İnsan orqanlarını satmaqda şübhəli bilinən ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib.Oxu24.com   xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.Məlumata görə, ukraynalı qadın 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər qara bazarda satılması üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb.Ukrayna vətəndaşı 5 ildir beynəlxalq axtarışdadır, o, bu yaxınlarda təsadüfən Polşada tutulub. Qazaxıstan Məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.

Həbs olunan Eyybovla bağlı ŞOK  - “Tarkhan” sirli liman? 

Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən gedir.Məlumata görə, dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq sual olaraq qalır. İstintaqın qaçaqmalçılıqla bağlı versiyalarını nəzərə alsaq, bu sual daha da kəskinləşir. Həmin əraziyə dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi? Bu sahə alternativ liman funksiyası daşıya bilərdimi?Rəsmi qurumlar hələlik bu suallara cavab verməsə də, mövcud faktlar ciddi şübhələr doğurur.Oxu24.com   xəbər verir  ki,Musavat.com həmin bağın Google Maps vasitəsi ilə əldə edilən görüntülərini təqdim edir.Əldə etdiyimiz dəqiq bilgilərə əsasən bildiririk ki, Ruslan Eyyubovun bağındakı hovuzun həcmi 10 sot-dan yuxarı olub. Google Mapsda bağın ölçüləri: eni 136 metr, uzunluğu 374 metrdir. Bu da bağ evinin 5.8 hektar ərazini əhatə etdiyini ortaya qoyur.Məlum olan budur ki, 5 hektarlıq bağ evinin daxilində yerləşən kompleksin miqyası isə sadəcə bağ evi anlayışını aşır. Tikilinin adı “Tarkhan” - Qubernatorun Dəniz Sarayı kimi təqdim olunur. Malikanənin ərazisində məscid, “Sübhə” Sarayı, Minarə evlər, Badukubə Sarayı, İmaməddin Sarayı, İnqilab Evi, Arxaik Muzey, Çay Evi, Çəməngül Bağı, Fəvvarə, MİNAR Qəbul Evi, qarajlar, İç Meydan mövcuddur. Ən diqqətçəkən detallardan biri isə məsciddir. Məscidin hasarında 99 ədəd gümbəz yerləşir və hər birinin üzərində Allahın 99 adı yazılıb. Kompleksin mərkəzindəki fəvvarə isə ayrıca simvolik məna daşıyır. Yuxarıdan dronla baxıldıqda fəvvarənin ortasında Azərbaycanın xəritəsi aydın görünür. Məlumata görə, bu nəhəng kompleksin tikintisinə Türkiyədən mühəndislər və ixtisaslı işçilər cəlb olunub. Tikinti və dizayn işlərinə milyonlarla manat vəsait xərcləndiyi bildirilir. Bu qədər böyük maliyyə resursunun mənbəyi isə istintaq fonunda daha aktual sual doğurur. Ruslan Eyyubov “NB” Şirkətlər Qrupunun rəhbəri, ölkənin kimya sənayesi sektorunda ciddi paya malik iş adamıdır. Onun şirkətləri mərmər, bahalı daşlar, qranit, boyalar və digər sənaye materiallarının istehsalı və nəzarəti ilə məşğuldur. Cəmi 2 gün öncə Gəncədə iri zavod açılışı da edib. Diqqətçəkən məqam isə Ruslan Eyyubovun general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu olmasıdır. İstintaq materialları göstərir ki, “Liman işi” artıq sadəcə aksizsiz tütün qaçaqmalçılığı ilə məhdudlaşmır. Burada liman, gömrük, sərhəd, biznes xətlərinin kəsişdiyi geniş və sistemli mexanizm ehtimalı yaranır. Ruslan Eyyubovun dəniz sahilindəki 15 hektarlıq ərazi isə bu mexanizmin hələ tam açılmamış hissəsi kimi görünür. Baş Prokurorluq bildirib ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.

Ər-arvadın cansız bədəni tapıldı

Saatlıda ər-arvad dəm qazından boğularaq ölüb.Oxu24.com xəbər verir ki, hadisə Qara Nuru kəndində qeydə alınıb.Belə ki, kənd sakinləri - 1933-cü il təvəllüdlü İbrahim Hüseyn oğlu İsmayılov və arvadı, 1936-cı il təvəllüdlü Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Ucarda itlər kişini parçaladı

Ucar rayonunda sahibsiz itlər 61 yaşlı kişiyə hücum edib."Report"un  məlumatına görə, hadisə rayon mərkəzinin 28 May küçəsində qeydə alınıb.Yaşadığı binanın həyətində sahibsiz itlərin hücumuna məruz qalan 61 yaşlı Rəhman Əsgərov müxtəlif xəsarətlər alıb. Ətrafdakı sakinlərin ilkin yardımından sonra onu xəstəxanaya aparıblar.

Bu şəxsləri 12 ilədək həbs GÖZLƏYİR

Banditizm nədir və hansı cəzası var?Oxu24.com  xəbər verir  ki,Cinayət Məcəlləsinin  217-ci maddəsində  bu suala cavab verilib. 217.1. Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə—əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.217.2. Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə—əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Nigar

Elşad Abdullayevlə Qənimət Zahidə hökm oxundu

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.Oxu24.com   xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona qiyabi hökm oxunub.Hökmə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu il mayın 2-si Abdullayev Elşad İslam oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək Baş Prokurorluğun İstintaq idarəsinə çağırılıb. Çağırışa gəlməyən E. Abdullayev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.İbtidai istintaqın yekununda Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub.***Eyni məhkəmədə “Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahidova da (Zahid) hökm oxunub. O, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddəsi ilə təqsirli bilinib.Q.Zahid ölkədən qaçıb gizləndiyindən ona qiyabi 7 il həbs cəzası təyin edilib.

Zaur Axundov həbs oluna bilər – Daha bir məşhur adamın adı siqaret qaçaqmalçılığında hallanır 

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.Bakupost.az xəbər verir ki, bu işlə bağlı yüksək ranqlı vəzifəli şəxsləri yaxın adamlarının həbsi cəmiyyətdə sesnsasiya yaradıb. Həbs olunan şəxslərlə yanaşı, cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.İddiada adıçəkilən “Səmayə Co”, “Səmayə Logistic” şirkəti “Araz Naxçıvan” futbol klubunun və Naxçıvan Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Zaur Axundova məxsusdur. Bu cinayət araşdırmasının davam olaraq, Zaur Axundovun həbs olunmaq ehtimalı var.“Səmayə CO LTD” MMC-nin saytında qeyd olunur ki, şirkət hazırda Bakı Dəniz Limanı ərazisində 170 metr uzunluğunda üçşaxəli gəmilərin yanalma körpüsünün inşasını aparır. Şirkətin balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yük və digər təyinatlı gəmilər var. Şirkət bundan başqa yeni tanker, quru yük və RO-RO tipli gəmilərin almağa çalışır.Şirkətin Bakı limanındakı 8 hektarlıq ərazisində iki mərtəbəli lazımı avadanlıqla təchiz olunan inzibati binası, 5800 kv.metr sahəsi olan qapalı anbarı, 3 hektar ərazisi olan açıq konteyner meydançası, mühafizə sistemləri, müasir maşın mexanizmlər, iri tutumlu yanacaq saxlamaq üçün çənlər var.Limana 2014-cü ildən Azərbaycan Respublikası Dəniz Administrasiyası tərəfindən rəsmi qeydiyyatdan keçərək, “Səmayə CO LTD” MMC-nin “Buta Limanı” kimi qeydiyyata düşüb və rəsmi sertfikat alıb.Qeyd edək ki, “Səmayə Logistic” şirkəti Zaur Axundovun prezidenti olduğu “Araz Naxçıvan” klubunun əsas sponsorudur. Klubun formasındakı şirkətin loqosu bunu sübut edir.

Başqasını təhqir edəni hansı cəza gözləyir?

Təhqir  nədir və cəzası nədir?Oxu24.com  xəbər verir  ki,bu barədə Cinayət Məcəlləsinin  148-ci maddəsində əks olunub. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Hazırladı: Nigarxanım

Bakıda şəhid bulağından oğurluq edilib - VİDEO 

Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib.Oxu24.com   DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı, eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayıb. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Kamran Qasımov müəyyən olunaraq saxlanılıb. Həmin şəxsin törətdiyi hadisələr təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.Faktlarla bağlı araşdırmalar aparılır.

Baş Prokurorluq Dövlət Gömrük Komitəsində əməliyyat keçirib: Tutulanlar və axtarışa verilənlər var

Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması, qaçaqmalçılıq yolu ilə ölkəyə müxtəlif növ məhsulların gətirilməsi, qanunsuz olaraq satışının təşkil edilməsi və digər bu kimi əməllərin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks, sistemli və ardıcıl tədbirlər görülür.Oxu24.com  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.Belə ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Cinayət Məcəlləsinin müvafiq olaraq:- 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq),- 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və- 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.İbtidai istintaqla “RR Caspi” MMC-nin təsisçisi və faktiki rəhbəri Ramin Axundov, həmin MMC-nin gəmi kapitanı Elşən Əhmədov, gəmi mexaniki Elçin Əsgərov, gəmi matrosu Amid Sayılov, MMC-nin işlərini icra edən Samir Qəhrəmanbəyli, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 3-cü Sahil nəzarəti şöbəsinin 14-cü sahil nəzarəti bölməsinin rəisi Vüsal Sadıqov, həmin bölmənin nəzarətçisi Valeh Səmədov, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elgün Nəzərov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Amal Əzizov, Əbülfət İsmayılzadə, Şahin Heydərov, Vüqar İsmayılov, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib.Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq- 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq),- 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama),- 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.İş üzrə Elşən Əhmədov, Elçin Əsgərov, Amid Sayılov, Samir Qəhrəmanbəyli, Vüsal Sadıqov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Şahid Heydərov və Vüqar İsmayılov barəsində ibtidai istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Valeh Səmədov ev dustaqlığı qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən hüquqi şəxslərin fəaliyyəti yoxlanılır, sözgedən cinayətlərin törədilməsində iştirak edən cinayətkar birliyin üzvlərinin edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Eyyubovu hansı maddələrlə tutublar?

Bir qədər əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ruslan Eyyubovun hansı cinayətlərdə ittiham edildiyi məlum olub.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R. Eyyubov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 206.4 (Xüsusilə külli miqdarda qaçaqmalçılıq), 193-cü (Yalançı sahibkarlıq), 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə) maddələri ilə ittiham edilir. Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Ruslan Eyyubov həbs edildi

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.Bu dəqiqələrdə məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Limanın rəisi Rəşad Daşdəmirov və digərləri eyni cinayət işi ilə bağlı bir neçə gün əvvəl həbs edilib. Həmin işin təfərrüatı barədə əvvəlki yazımızda özəl mənbəmizə istinadan geniş məlumat vermişdik. Ruslan Eyyubovun qohumluq əlaqələrinə gəlincə o, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.

Mayorun məhkəməsi başlayır 

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmə başlayır.Oxu24.com   xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə təqdim olunub.İş icraata verilib və hazırlıq iclası təyin edilib. İttihama görə, təqsirləndirilən Bəşir Bəşirov müxtəlif vədlər verməklə vətəndaşların etibarından sui-istifadə etməklə 312 min manatdan çox pulu ələ keçirib. İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Vətəndaşların şikayəti əsasında Bəşir Bəşirov saxlanılıb və istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.Hazırda həbsdə olan Bəşir Bəşirovun cinayət işinin istintaqı öncə Hərbi Prokurorluqda aparılıb, sonradan ibtidai istintaq araşdırması Baş Prokurorluğa həvalə edilib.Qeyd edək ki, ehtiyatda olan mayor Bəşir Bəşirov 2020-ci ildə ləğv edilmiş Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçusu olub. Sonradan ehtiyata buraxılıb.

Qabil Məmmədov BAKIYA GƏTİRİLƏCƏK 

2026-cı ildə xaricdə yaşayan Qabil Məmmədov, Tural Sadıqlı, Qurban Məmmədov və digər şəxslərin Azərbaycana gətirilib-gətirilməyəcəyi məsələsi müzakirə mövzusu olaraq qalır. Maraqlıdır, gələn il onların Azərbaycana ekstradisiyası mümkündürmü?Oxu24.com-un   məlumatına görə, mövzu ilə bağlı konkret.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bu proses birbaşa həmin şəxslərin yaşadıqları ölkələrin mövqeyindən və Azərbaycanla həmin dövlətlər arasında mövcud olan hüquqi mexanizmlərdən asılıdır.Onun sözlərinə görə, əgər həmin ölkələrlə Azərbaycan arasında ekstradisiya və ya məhkumların verilməsi ilə bağlı ikitərəfli sazişlər mövcuddursa və şəxslər barəsində məhkəmə hökmü çıxarılıbsa, onların Azərbaycana təhvil verilməsi mümkündür.“Bu məsələ tam şəkildə onların yaşadığı ölkələrin qanunvericiliyindən asılıdır. Əgər həmin şəxslər olduqları ölkənin qanunlarını pozmayıblarsa və o dövlətin hüquqi sistemində belə bir saziş nəzərdə tutulmayıbsa, onların verilməsi baş tutmaya bilər. Terrorçuluq və ağır cinayətlər kimi hallar istisna olmaqla, hər bir qərar fərdi qaydada və beynəlxalq hüquq çərçivəsində qiymətləndirilir”, – deyə Novella Cəfəroğlu vurğulayıb.Hüquq müdafiəçisi əlavə edib ki, son qərar yalnız Azərbaycan tərəfinin deyil, eyni zamanda həmin şəxslərin yerləşdiyi ölkələrin hüquqi və siyasi iradəsindən asılıdır.

Küçədən qadın meyiti tapıldı 

Dekabrın 22-si saat 16 radələrində​ Bakıda küçədən meyit tapılıb.Hadisə Yasamal rayonu Mustafa Sübhi küçəsində qeydə alınıb.Belə ki, üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı meyit qadına məxsusdur.Ölən şəxsin kimliyini müəyyən etmək məqsədilə tədbirlər həyata keçirilir.Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Piyada öldü,sürücü qaçdı

Şəmkirdə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.Hadisə Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini D. Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb.Faktla bağlı araşdırma aparılır.(Report)
❌
❌