Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Nazirlikdən verilən məlumata görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Proqnoza əsasən, güclü külək əsəcək, bəzi yerlərdə intensiv yağış yağacaq, ayrı-ayrı dağ çaylarından qısamüddətli sel və daşqın keçəcək, şimşək çaxacaq. FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə bir sıra təhlükəsizlik qaydalarını xatırladıb. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, […]
Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət tətbiq edilib. Bu barədə Müdafə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi hissələrdə həyata keçirilən profilaktik tədbirlər sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısının alınması hədəflənir. Gənc əsgərlərin valideynlərindən və bütün vətəndaşlardan hərbi qulluqçuların sağlamlığına həssaslıqla yanaşmaq, tətbiq olunan məhdudiyyəti anlayışla qarşılamaq və əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməmək xahiş olunur. Məhdudiyyət aradan qaldırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Şəkidə külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq bağça müdirinə hökm oxunub. Şəki şəhərindəki körpələr evi-uşaq bağçasının sabiq müdiri Ruziyyə Mahmudovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmü ilə R.Mahmudova iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq onun cəzasının üç ili sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib. İttihama görə, R.Mahmudovanın uşaq bağçasına rəhbərlik etdiyi dövrdə maliyyə vəsaitlərinin mənimsənilməsi […]
Almaniyanın avtomobil istehsalçısı BMW ABŞ-də yanğın riski səbəbindən 720 796 avtomobili geri çağırır. Bu barədə “Reuters” agentliyi ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatlarına istinadən xəbər yayıb. Qurum avtomobil sahiblərinə nəqliyyat vasitələrini təmir edilənədək açıq havada, binalardan və digər avtomobillərdən uzaqda saxlamağı tövsiyə edib. BMW nasazlığın aradan qaldırılması üzərində işləyir. Şirkətin məlumatına görə, 2024-cü ildə su nasosunda yaranan problemə görə geri çağırılaraq təmir edilmiş avtomobillərlə bağlı sonradan 10 yanğın hadisəsi qeydə alınıb. NHTSA-nın məlumatına əsasən, geri çağırış 2012-2018-ci […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) ikinci mövsümü çərçivəsində 12 gün ərzində paytaxtın 13 məkanında 36 müxtəlif janrlı tədbir təşkil edilib. Proqrama konsertlər, performanslar, balet və teatr tamaşaları, yazıçılar, rejissorlar və rəssamlarla görüşlər, eləcə də ustad dərsləri və açıq məşqlər daxil olub. Festival Azərbaycan, Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, Kanada, Monako, Rusiya, ABŞ və Fransa da daxil olmaqla, dünyanın 37 ölkəsindən 500-dən çox iştirakçını bir araya gətirib. Festivalın ümumi ziyarətçi sayı isə […]
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ABŞ-nin “Parallax Advisory Group” şirkətinin əməkdaşlığı ilə “Rəqəmsal akademiya” proqramının növbəti sessiyası baş tutub. 38 dövlət qurumundan 86 rəhbər şəxsin iştirak etdiyi budəfəki sessiyada dövlət idarəçiliyində süni intellekt texnologiyasının tətbiqi, qərarvermə prosesində və dövlət xidmətlərinin inkişafında yaratdığı imkanlar, tətbiq zamanı nəzərə alınmalı risklər və təşkilati yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılıb. İRİA-dan bildirilib ki, sessiya ərzində süni intellekt sahəsində mövcud qlobal tendensiyalar, layihələrin uğurlu tətbiqinə təsir edən əsas amillər, maşın öyrənməsinin prinsipləri, müasir […]
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 11–13 noyabrda Yunanıstanın paytaxtı Afinada keçirilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 18-ci İllik iclasında iştirak edib. AVTOR.AZ bu barədə Redaksiya-ya istinadən xəbər verir. Yunanıstanın İnkişaf Fondunun (Hellenic Growth Fund) ev sahibliyi etdiyi tədbir “Geosiyasi ziddiyyətlər şəraitində suveren kapital” mövzusuna həsr olunub. Suveren fondların və beynəlxalq maliyyə institutlarının rəhbərlərinin, eləcə də investisiya sahəsi üzrə ekspertlərin iştirak etdiyi iclasda geosiyasi qeyri-müəyyənliyin və texnoloji inkişafın suveren fondların fəaliyyətinə təsiri müzakirə […]
Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dörd yaşayış kompleksi üzrə ümumilikdə 1049 mənzili güzəştlə satışa çıxaracaq. Bu barədə agentlik məlumat yayıb. Bildirilib ki, mənzillərin satışı dekabrın 16-da saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək. Gözləmə qaydasında mənzil seçimi isə saat 12:00-dan 13:00-dək aparılacaq. Satışa çıxarılan mənzillərdən 839-u Binəqədi, 201-i Şirvan, 5-i Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, 4-ü isə Yevlax Yaşayış Kompleksində yerləşir. Mənzillərin qiymətləri aşağıdakı kimidir: Hövsan Yaşayış Kompleksi:* 4 otaqlı – 118 800 manat. Binəqədi Yaşayış Kompleksi:* 3 […]
Yaxın saatlarda Dublində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir. AVTOR.AZ Redaksiya-ya istinadla xəbər verir ki, bu barədə APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir. Qeyd edək ki, İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gedib. İrlandiyanın Baş naziri Mixol Martin dövlət başçısını qarşılayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir. Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Ukrayna Prezidenti dövlətimizin başçısını Zəfər Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik etdi. Görüşdə Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri və səfər zamanı aparılmış müzakirələr məmnunluqla xatırlandı. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun […]
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. Türkərdən şikayət edənlərdən biri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir. Ceyhun Rzayev və digər zərərçəkmişin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub. Məsələ ilə bağlı Türkərin vəkili Hikmət Əliyevlə də əlaqə saxladıq. Vəkilin sözlərinə görə, müdafiə tərəfi olaraq ittihamı qəbul etmirlər və zəruri sübutlarını təqdim edəcəklər: “Hazırda ölkə xaricindəyəm. Amma işdən tam xəbərim var. Onu deyə bilərəm ki, bu, […]
Dekabrın 14-də, saat 11:00-da “Şurabad Broyler” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanında olacaq. Yığıncağın gündəliyinə səhmdar cəmiyətinin mülkiyyətində olan, Xızı rayonunun Şurabad qəsəbəsində yerləşən əmlak kompleksinin satılması daxildir. Report
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri noyabrın 11-də başa çatıb. Antalya Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər yola saldılar.
Dövlət Əmək Müfəttişliyi: İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib11 noyabr 2026 15:57 (UTC +04:00) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-oktyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 593 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Nazirlikdən verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub. Qeyd olunub ki, müraciətlərin araşdırılması […]
2027-ci ildə Azərbaycanda böyük sosial paket həyata keçiriləcək. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında – “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib: “Hökumət tərəfindən hazırlanan layihələr yekun versiyada dövlət başçısına təqdim edildikdən və müvafiq fərmanlar imzalandıqdan sonra həmin vəsaitlərin müvafiq […]
“Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir”. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyinm müzakirəsi zamanı bildirib. “Layihə müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanan əmək müqavilələri, habelə həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üçün saatlıq əməkhaqqı tətbiqini nəzərdə tutur. […]
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə hərbi uğur olmaqla yanaşı, diplomatik və informasiya müstəvisində də mühüm nəticələrlə yadda qaldı. Uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq münasibətlər sisteminin mürəkkəb problemlərindən biri kimi gündəmdə saxlanılmışdı. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük versə də, beynəlxalq vasitəçilik mexanizmlərinin effektiv nəticə verməməsi problemin uzanmasına səbəb olmuşdu. Xüsusilə ATƏT-in Minsk qrupunun uzunmüddətli fəaliyyəti işğalın aradan qaldırılmasına nail ola bilmədi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasız qalması beynəlxalq hüququn tətbiqində mövcud olan ikili standartları […]
Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayında da müşahidə olunur. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin xəbərdarlığında bildirilib. Diqqətə çatdırılıb ki, əsasən toqquşma, aşma, maneəvurma növündə qeydə alınan bu qəzaların səbəbləri içərisində gedəcəyi yola nabələd olan, eləcə də mürəkkəb relyefə malik ərazilərdə sürmə vərdişləri təkmilləşməmiş sürücülərin öncədən təhlükəsizlik tədbirləri görməməsi, avtomobilin yorğun, yuxusuz halda idarə edilməsi, əlverişsiz hava şərtlərinin, sutkanın qaranlıq vaxtı və ya […]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında 9 Noyabr – Bayraq Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Qoy sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız hər zaman müstəqilliyimizin əbədiliyinin, xalqımızın birliyinin və dövlətimizin qüdrətinin təcəssümü olsun!”
Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür. Bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. Türkiyənin nəinki bölgədə gedən proseslərdə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərdə də söz sahibi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır, bizi çox sevindirir və bizi də gücləndirir.
Dünya şöhrətli skripkaçı Devid Qarrett Bakı Beynəlxalq İncəsənət Festivalı (BİAF) çərçivəsində Heydər Əliyev Mərkəzində Millennium Symphony – Crossover Programme adlı möhtəşəm simfonik şou ilə çıxış edib. Musiqiçi klassik musiqinin rok, pop və müasir elektron ritmlərlə qovuşduğu qeyri-adi musiqi səyahətini tamaşaçılara təqdim edib. Konsert ərəfəsində jurnalistlərlə görüşən sənətçi Bakı ilə bağlı ilk təəssüratlarını bölüşüb, proqramı, Azərbaycan musiqisinə marağı və beynəlxalq festivalların mədəniyyətin inkişafındakı rolu haqqında danışıb. “Burada olduğum üçün çox xoşbəxtəm. Çox sağ olun!” – deyə musiqiçi jurnalistləri salamlayıb. Qarrett etiraf […]
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi. Türkiyənin və Azərbaycanın Dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə […]
Ağdaş şəhəri Heydər Əliyev meydanında Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2-ci mövsüm “Heyva Festivalı” keçirilib. Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin deputatları Sahib Alıyev və Məzahir Əfəndiyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari və Mərkəzin təlimçi və benefisiarları, müxtəlif dövlət […]
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşıladılar.
Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal edilir. Havanın temperaturu gecə 6-8, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam […]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir: “Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altında olan qədim Azərbaycan torpaqlarının azadlığa qovuşduğu Zəfər Gününün altıncı ildönümü münasibətilə Zati-aliniz başda olmaqla, bütün azərbaycanlı qardaş və bacılarıma xalqım adından və öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Böyük Zəfərlə taclandırılan Azərbaycanın ədalətli mübarizəsi bütün Türk dünyası üçün də qürur mənbəyinə çevrilib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesinin sürətlə irəliləməsi hamımızda qürur […]
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. Qurumdan verilən məlumata görə, xəbərdarlığa əsasən, noyabrın 8-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 9-na kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.5-3.5 m, sonrakı inkişafda isə 4-6 metrə çatacağı proqnozlaşdırılır.
Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF-2026) təntənəli açılış mərasimi keçirilib. Festivalın açılış konserti “Dmitri Şostakoviçə ithaf” adı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunub. Tədbirdə dirijor Dmitri Sitkovetski, pianoçu Lukas Genyuşas, truba ifaçısı Tine Tin Helset, Qara Qarayev adına Azərbaycan Dövlət Orkestri və BIAF orkestri iştirak ediblər. Konsert proqramında Azərbaycanın və xarici ölkələrin görkəmli bəstəkarlarının əsərləri səsləndirilib. Tanınmış skripkaçı Dmitri Sitkovetski jurnalistlərlə söhbətində BIAF-2026-da iştirak etməkdən çox məmnun olduğunu bildirib. “Əziz bakılı dostlarım üçün əlamətdar gündür. Bu gün […]
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830,5 milyon ABŞ dolları təşkil edib. AVTOR.AZ bu barədə Redaksiya-ya istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nəzərən 70 % çoxdur.
Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti (Azərbaycan Mərkəzi Bankının bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin sentyabr ayının sonuna 6,2 milyard manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb. AVTOR.AZ bu barədə Redaksiya-ya istinadən xəbər verir. Məlumata görə, bu şəraitdə təminatsız pul bazarı üzrə istinad faizləri bir qədər azalmağa meyil edir. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin avqust ayında 6,31 %, sentyabr ayında […]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb. Görüşdə Heydər Əliyev Fondu ilə UNESCO arasında mövcud əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı mədəni irsin qorunması, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb, bu istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.
Müsabiqəyə tələbələr tərəfindən 200-dən çox ideya təqdim olunub, üç qalib layihə pul mükafatına layiq görülüb “Coca-Cola İçecek”in universitet tələbələri üçün təşkil etdiyi “One Idea” innovasiya müsabiqəsi başa çatıb. Gənc istedadların innovativ ideyalarının dəstəklənməsi və onların real biznes mühitində inkişaf etdirilməsi məqsədilə keçirilən müsabiqəyə bu il universitet tələbələri tərəfindən 200-dən çox ideya təqdim olunub. Bir neçə mərhələdən ibarət qiymətləndirmə prosesinin sonunda seçilən iştirakçılar öz ideyalarını yarımfinal mərhələsində təqdim ediblər. Şirkətin rəhbər heyətinin üzvləri yarımfinal mərhələsində münsiflər heyəti qismində iştirak ediblər. Yarımfinaldan […]
Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrinin əməkdaşları üçün “Tibb işçisinin etik davranış qaydaları” mövzusunda təlimlərə başlanılıb Tibb işçilərinin davranış və ünsiyyət bacarıqlarını beynəlxalq standartlara uyğun inkişaf etdirmək və vətəndaşların göstərilən tibbi xidmətin keyfiyyətindən məmnunluğunu artırmaq məqsədilə Yeni Klinikada “Tibb işçisinin etik davranış qaydaları” mövzusunda təlim keçirilib. Təlimdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən elmi-tədqiqat institutlarının və digər tabeli tibb müəssisələrinin rəhbər şəxsləri, direktor müavinləri, baş həkimləri və baş tibb bacıları olmaqla, ümumilikdə 140-a […]
Noyabrın 1-də Heydər Əliyev Mərkəzində müasir xoreoqrafiyanın seçilən nümayəndələrindən biri olan Şaron Eyalın “Studiyada” adlı açıq məşqi keçiriləcək. Tədbir Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə oktyabrın 28-dən noyabrın 8-dək keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) paralel proqramına daxildir. Festivalın rəsmi tərəfdaşı olan “CHELEBI” müasir mədəniyyətlə əlaqələrini genişləndirir, bədii eksperimentləri və müxtəlif sahələr arasında yaradıcılıq mübadiləsini dəstəkləyir. Azərbaycan mədəni irsinə söykənən brend beynəlxalq sənətkarlar və mədəniyyət qurumları ilə əməkdaşlığı öz yaradıcı kimliyinin inkişafında mühüm istiqamət hesab edir. “Studiyada” tamaşaçılara […]
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Azərbaycan Texniki Universitetində (AzTU) Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib. Laboratoriyanın yaradılmasında əsas məqsəd xüsusi rabitə sistemləri üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi, müasir texnologiyalarla işləmək imkanlarının genişləndirilməsi və bu sahədə yüksəkixtisaslı kadr hazırlığının dəstəklənməsidir. Laboratoriyada tələbələr xüsusi rabitə sistemlərinin quruluşu, fəaliyyət prinsipləri və təhlükəsiz istismarı ilə bağlı praktiki biliklər əldə edəcək, müvafiq texnologiyalarla işləmək bacarıqlarını inkişaf etdirəcəklər. Qeyd edək ki, XRİTDX ilə […]
Azərbaycanda mikromaliyyə sektorunun gələcək inkişafında maliyyə inklüzivliyinin gücləndirilməsi, uzunmüddətli maliyyə resurslarına çıxışın genişləndirilməsi və rəqəmsallaşma əsas prioritetlər sırasında olacaq. Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarəetmə Şurasının sədri Cəlal Əliyev “Mikromaliyyədə investisiya və dayanıqlı inkişaf” mövzusunda keçirilən XII Azərbaycan Mikromaliyyə Konfransında bildirib. Onun sözlərinə görə, mikromaliyyə sektorunun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından strateji çərçivə sənədinin hazırlanması mühüm əhəmiyyət daşıyır. C. Əliyev sektorun inkişafında beş əsas istiqaməti fərqləndirib. Bunlar maliyyə inklüzivliyinin gücləndirilməsi, institusional dayanıqlılığın artırılması, uzunmüddətli maliyyə resurslarına çıxışın genişləndirilməsi, rəqəmsallaşma və […]
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “WhatsApp” və “WhatsApp Business” istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb. İstifadəçilərə tətbiqin “Bağlı cihazlar” bölməsini yoxlamaq və tanımadıqları cihazlardan dərhal çıxış etmək tövsiyə olunub. Bildirilib ki, hesab telefonda normal işləsə belə, başqa cihaz vasitəsilə də istifadə oluna bilər. Bundan əlavə, hesabın təhlükəsizliyini artırmaq üçün iki mərhələli təsdiqləmənin aktivləşdirilməsi və bərpa üçün […]
Azərbaycan və Norveç Krallığı Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Norveç nümayəndə heyətinə isə bu ölkənin XİN-in dövlət katibi Eivind Vad Petersson rəhbərlik edib. Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Norveç arasında siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib və ikitərəfli dialoqun davamlılığının təmin olunmasının vacibliyi qeyd edilib. Məsləhətləşmələr çərçivəsində ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni […]
Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə vətəndaşların aldadılması halları ilə bağlı 396 müraciət daxil olub. Redaksiya Agentliyə istinadən xəbər verir ki, müraciətlərin 306-na baxılıb, 130-u isə təmin edilib. Bundan əlavə, istehlakçıların aldadılması halları ilə bağlı 17 inzibati protokol tərtib edilib. “İstehlakçılar malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması hallarında atılacaq addımlar, eləcə də bu sahədə mövcud hüquqi tənzimləmə alətləri barədə ətraflı məlumatı Agentliyin təşəbbüsü ilə yaradılmış “istehlakchi.gov.az” portalı vasitəsilə əldə edə bilərlər”, – […]
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. Bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmət rəisinin müavini idi. Amma ondan əvvəl elə FHN-də işləyib. Bir müddət əvvəl onun yenidən FHN-də vəzifəyə gətirildiyi barədə məlumat yayılmışdı, amma hansı vəzifəyə qayıtdığı qeyd olunmurdu. (Qafqazinfo)
Prezident İlham Əliyev Vergi, Miqrasiya Məcəllələrində, eyni zamanda “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklikləri imzalayıb. Sənədə əsasən, 2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan “Startap” şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid olduqda vergi ödəyicisinin iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərin 100 faizi azı 3 il […]
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib. Belə ki, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çinarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsi isə Elbir bələdiyyəsi adlandırılacaq. Həmçinin sözügedən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilib. Bəhrəli-Çinarlı bələdiyyəsinə Bəhrəli, Çinarlı, İqrığ, Qacar Zeyid və Zizik kəndlərini, Elbir bələdiyyəsinə isə Ağbil, Aşağı Atuc, Dəlləkli, […]
:Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə DSMF məlumat yayıb. Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsinin büdcəyə təxminən 900 milyon manat dividend ödəməsi nəzərdə tutulub. Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib. Nazir deyib ki, ölkə Prezidentinin monitorinq və dividend siyasəti ilə bağlı tapşırığına uyğun olaraq yaradılmış hesabatlılıq portalı bu ilin fevral-mart aylarında tam işlək vəziyyətə gətirilib, 1 113 müəssisə portalda qeydiyyatdan keçib və 11 434 hesabat təqdim edib: “Bunun nəticəsində 2026-cı il üçün 950-yə yaxın dövlət şirkətinin təsdiqlənmiş büdcə […]
Elçin Zahid oğlu Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru təyin edilib. Bu barədə Regional Su Meliorasiya QSC-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyəti Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda Regional Su Meliorasiya Xidmətinin Prezidentin sərəncamı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosedurunun qaydalara uyğun şəkildə icra olunduğu, yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə […]
Azərbaycan Respublikasında kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi, aqrar sahədə istehsalın artırılması, kənd yerlərində məşğulluğun genişləndirilməsi və fermerlərin fəaliyyətinin dəstəklənməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, Prezident cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aqrar istehsalın səmərəliliyinin artırılması, mövcud potensialdan daha səmərəli istifadə olunması və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Aqrar sektorun […]
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. *** “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” təsdiq edilib. *** “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş” təsdiq edilib. Qeyd edək ki, 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.
Oktyabrın 23-25-də Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək Zeytun Festivalı ziyarətçiləri müxtəlif zeytun məhsulları ilə tanış etməklə yanaşı, həm də maraqlı konsert proqramı ilə qarşılayacaq. Zeytun mövsümünün başlanmasına təsadüf edən festivalın məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir. Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə baş tutacaq.
Neftçala Rayon İcra Hakimiyyətinin və “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Təchizatı və Satışı idarəsi Neftçala Elektrik Şəbəkəsinin birgə təşkilatçılığı ilə Neftçala rayonunda Energetika Günü qeyd olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Təchizatı və Satışı idarəsi Neftçala Elektrik Şəbəkəsinin rəhbərliyi və əməkdaşları iştirak edib. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin Mərkəzində ucaldılan abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər və xatirəsinə ehtiramlarını bildiriblər.
Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçalada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib. Müşavirədə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər. Müşavirədən öncə Neftçala şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad […]
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın gənc parlamentarilərini ölkələrin qarşılaşdığı təhdidlərə qarşı gənclər siyasətini gücləndirməyə çağırıb. Bu haqda Milli Məclisin spikeri Sahibə Qafarova Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib. Spiker qeyd edib ki, TÜRKPA üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir. Milli Məclis sədri çıxışında qeyd edib ki, TÜRKPA-nın ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bu təşkilat ortaq mədəniyyətə, tarixə, dilə, milli-mənəvi dəyərlərə malik xalqların təmsilçilərini bir çətir altında birləşdirir. Bu […]
Vergi orqanları kassa çekləri üzrə riskləri süni intellektlə müəyyənləşdirəcək. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən “Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens” adlı tədbirdə bildirib. “Artıq ötən ildən vergi yoxlamaları zamanı inventarizasiya nəticələrinin avtomatlaşdırılması hesabına yoxlamalara sərf olunan vaxta 7-9 həftə qənaət etmişik. Nəzarət-kassa aparatları onlayn rejimdə işləyir, hər gün milyonlarla çekdə məhsul adları əks olunur. Bu məlumatların təhlili vasitəsilə həmin məhsulların aid olduqları sektorla uyğunluğunu, risk yaradıb-yaratmadığını, dövriyyənin təbii və ya qeyri-təbii […]
Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, müvəqqəti yaşamaq üçün icazə verilən, iş üçün icazə tələb olunmayan əcnəbilərin əhatə dairəsi genişlənir. Aqroparkın rezidentinin hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu […]
Zəngilan Azərbaycanın zəngin tarixi və mədəni irsini özündə birləşdirən qədim bölgələrindən biridir. Rayonun tarixi keçmişi burada mövcud olmuş yaşayış məskənləri, memarlıq nümunələri, türbələr, məscidlər və ziyarətgahlarla bağlıdır. Bu abidələr xalqımızın əsrlər boyu formalaşmış mənəvi dünyası və mədəni ənənələri haqqında mühüm məlumatlar verir. Zəngilanın tarixi irsinin qorunması təkcə yerli əhəmiyyət daşımır, həm də Azərbaycanın ümumi milli-mədəni yaddaşının mühafizəsinə xidmət edir. Bu səbəbdən şəhərin bərpası zamanı tarixi məkanların qorunması və elmi əsaslarla öyrənilməsi xüsusi diqqət tələb edir. İşğal dövründə Zəngilanın bir sıra […]
Ali Məhkəmə hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin təyin olunmuş cəzanın azaldılmasına təsiri ilə bağlı hüquqi mövqeyini açıqlayıb. Bu barədə Ali Məhkəmədən məlumat verilib. İşin hallarına əsasən, 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs 2023-cü ildə zərərçəkmiş şəxslə barışıq əldə edib. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş ərizə təqdim edərək məhkuma qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib. Bundan sonra məhkum məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışığın […]
Bu gün Zəngilanın azad edilməsindən altı il ötür. 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqlayıb. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə […]
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub. Belə ki, paytaxt sakini Bəxtiyar Ağayev “Lada” markalı avtomobillə təhlükəli manevrlər edərək kobud qayda pozuntularına yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri təqdim etməkdən imtina edən sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı B.Ağayevin narkotik […]
Bakının ilk dəfə ev sahibliyi etdiyi sumo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilib. Gənclər və idman naziri Fərid Qayıbov, Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti Atil Ağamirov, Beynəlxalq Sumo Federasiyasının prezidenti Şo Hakuho çıxış ediblər. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib. Açılış mərasimindən sonra çempionatın yarımfinal və final görüşləri keçirilib. 85 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan sumoçusu Əmrah Şəfiyev […]
17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının tarixi Zəfərinin, doğma torpaqlara qayıdışın və Qarabağda başlanan yeni həyatın rəmzidir. 2026-cı ildə Füzulinin işğaldan azad olunmasının altıncı ildönümünü qeyd edirik. Altı il əvvəl qazanılan hərbi Qələbə bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə davam edir. 1993-cü ildə Füzulinin böyük hissəsinin işğalından sonra minlərlə sakin uzun illər Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşadı. Lakin 27 il ərzində doğma yurda qayıtmaq ümidi heç […]
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. Redaksiya bu barədə Dövlət Statistika Komitəsi (DSK) çməlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156 milyon 793 min sərnişin və ya 9,7 % çoxdur.
Füzulidə Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, eləcə də reallaşdırlan digər nəqliyyat layihələri Azərbaycanın strateji imkanlarının genişlənməsinə xidmət edir. Müasir dövrdə nəqliyyat infrastrukturu dövlətlərin iqtisadi inkişafında və regional əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Bu baxımdan Füzulinin işğaldan azad edilməsindən sonra burada həyata keçirilən yol və hava nəqliyyatı layihələri Azərbaycanın strateji inkişaf məqsədləri ilə sıx bağlıdır. Bu layihələr azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməyə xidmət edir. Füzulinin nəqliyyat qovşağı kimi inkişaf etdirilməsi həm daxili əlaqələrin möhkəmləndirilməsi, həm də regional […]
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik məktubları ünvanlayıb. Redaksiya xəbər verir ki, bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. Təklif deputatlar tərəfindən alqışlarla qarşılanıb.
Jurnalistika hər zaman, tarix boyu dövrün tələblərinə cavab verən aparıcı sahə olub. Bunu Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli Azərbaycan jurnalistlərinin IX qurultayında deyib. O bildirib ki, jurnalistika hər zaman, tarix boyu dövrün tələblərinə cavab verən aparıcı sahə olub: “Biz hazırda rəqəmsal dövrdə yaşayırıq. Hal-hazırda bizim jurnalistlər rəqəmsal mühitdə də Azərbaycan səsinin yerli və beynəlxalq arenalarda çatdırılmasında müstəsna rol oynayır”. Natiq Məmmədli qeyd edib ki, Prezident İlham Əliyev bu il ən azı iki əhəmiyyətli tarixi əhəmiyyət kəsb edən […]
Milli Məclis (MM) yeni hazırlanmış Dövlət Qulluğu Məcəlləsinin layihəsini qəbul edib. Layihə parlamentin payız sessiyasının bugünkü plenar iclasında sonuncu oxunuşda müzakirə olunub. Bildirilib ki, hazırda dövlət qulluğu sahəsində münasibətlər “Dövlət qulluğu haqqında” Qanun və digər normativ hüquqi aktlarla tənzimlənir. Dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mövcud normaların sistemləşdirilməsi və müasir insan resurslarının idarə edilməsi mexanizmlərinin tətbiqi məqsədilə dövlət qulluğu münasibətlərinin vahid məcəllə çərçivəsində tənzimlənməsi istiqamətində islahatların aparılması nəzərdə tutulub. Qeyd edilib ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə […]
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir. Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib. Qeyd edək ki, qurultay çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinə yeni üzvlər seçiləcək.
Azərbaycanda gənclərin 90 faizi informasiyanı sosial şəbəkələrdən alır. Bununla belə, Azərbaycan əhalisinin 60 faizdən çoxu sosial şəbəkələrdən aldığı məlumatların, sadəcə, izləyicisidir. Bunu Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Xəzər İnşaat Həftəsinin ikinci günündə “Rebuild Garabagh” – 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi çərçivəsində Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil olunan “Qarabağ həqiqətləri: Rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel müzakirədə deyib. O bildirib ki, Azərbaycan vətəndaşı sosial şəbəkələrdən aldığı məlumatların […]
Bu ilin iyulun 1-nə Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri ötən ilin sonu ilə müqayisədə 20 % və yaxud 1,8 milyard manat azalaraq 7,2 milyard manata düşüb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, azalmanı şərtləndirən əsas amil isə Maliyyə Nazirliyi tərəfindən yeni emissiyaların həcminin az olmasıdır. Hesabat dövrü ərzində AMB notlarının dövriyyədəki məbləği 30 % (0,1 milyard manat) artaraq 0,5 milyard manata çatıb.
Bu il oktyabrın 1-nə Azərbaycanda 1 729 010 vergi ödəyicisi olub. Redaksiya bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 4,6 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,4 %, idarə, müəssisə və təşkilatların sayı isə 5,7 % artıb. Bu il sentyabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,5 […]
Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
İtaliya 31-ci Xəzər Beynəlxalq İnşaat Sərgisində (“BakuBuild 2026”) əsas tərəfdaş ölkə qismində iştirak edəcək və 24 şirkətin iştirakı ilə milli pavilyonunu təqdim edəcək. İtaliya Ticarət Agentliyinin (ITA) Bakı ofisindən verilən məlumata görə, şirkətlər tikinti, mühəndislik və memarlıq sahələrindəki həllərini təqdim edəcəklər. İştirakın təşkilatçısı qismində ANIMA maşınqayırma sənayesi federasiyası və tikinti məhsulları və avadanlıqları istehsalçılarını, xidmət təminatçılarını və ixtisaslaşmış podratçıları birləşdirən FINCO federasiyası ilə əməkdaşlıq edən İtaliya Ticarət Agentliyi çıxış edir. Təşəbbüsün məqsədi innovativ İtaliya məhsullarını təqdim etmək və Azərbaycan şirkətləri […]
Oktyabrın 13-də Azərbaycanın bəzi ərazilərində yağış yağacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər şərq rayonlarında, axşama […]
Prezident İlham Əliyev Kambocaya səfərə dəvət olunub. Bu barədə Kamboca Krallığının baş naziri Hun Manet Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.
Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın! Ötən gün Neftçala rayonu ərazisində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, nasazlıq səbəbindən yolda dayanan avtomobil, eləcə də kömək məqsədilə saxlayan digər nəqliyyat vasitələrinin sürücü və sərnişinləri təhlükəsizlik qaydalarına əməl etmədikdə digər hərək iştirakçıları üçün ciddi təhlükə yarada bilər. Xüsusilə hərəkətin intensiv olduğu yollarda dayanan avtomobilləri vaxtında görməmək ağır nəticələrə səbəb olur. Nəqliyyat vasitəsi nasazlıq səbəbindən dayanmağa məcbur olduqda, sürücü mümkün qədər onu yolun hərəkət hissəsindən kənara çəkilməli, qəza işıq siqnallarını […]
Türkiyə Respublikasının İstanbul şəhərində Astana Dövlət Qulluğu Mərkəzinin və Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin birgə təşkilatçılığı ilə “Süni intellekt idarəçiliyi təcrübədə: praktiki tətbiqlər, institusional potensial, innovasiyaların miqyaslandırılması və qlobal əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir çərçivəsində 10-dan çox ölkənin dövlət xidmətlərində innovasiyaların tətbiqi ilə bağlı uğurlu təcrübələri nümayiş etdirilib. Bununla yanaşı, süni intellekt agentlərinin dövlət xidmətlərinin göstərilməsi prosesində istifadəsi, vətəndaş müraciətlərinin operativ cavablandırılmasına və xidmətlərin səmərəliliyinin artırılmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb. Konfransda “ASAN xidmət” təcrübəsi, dövlət […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar. “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenistan Respublikasının başçısına burada yaradılmış şərait barədə məlumat verdi. Qeyd olundu ki, bura əvvəllər “Qara şəhər” kimi tanınıb. 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənmiş və vaxtilə çoxsaylı neft gölməçələrinin olduğu bu ərazidə Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünya miqyasında nadir ekoloji layihə icra olunaraq, müasir yaşayış massivi yaradılıb. Dünyada müasir […]
Bu gün Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyədə mütəmadi görüşlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində rolu qeyd edilib. Baş nazir Şahbaz Şərif Pakistan xalqının Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmət və ehtiram bəslədiyini bir daha vurğulayıb. Söhbət zamanı siyasi sahədə mövcud yüksəksəviyyəli münasibətlərin iqtisadi, ticari və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi ilə […]
Gələn ay 8 noyabr Zəfər Günü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar 4 gün iş olmayacaq. Bu il 8 noyabr Zəfər Günü bazar gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bununla əlaqədar istirahət günü bilavasitə bayram günündən sonrakı iş günü olan 10 noyabra keçiriləcək. Beləliklə, 7 noyabr şənbə günü olduğundan 4 gün ardıcıl – 7, […]
Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyevin sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən 390 kilometrlik “Transxəzər Fiber-Optik Rabitə Xətti”nin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır. “Rəqəmsal İpək Yolu” layihəsinin mühüm tərkib hissəsi olan bu yeni dəhliz Asiya ilə Avropa arasında yüksək sürətli və minimal gecikməli məlumat ötürülməsini təmin edəcək, regional əməkdaşlığı gücləndirməklə yanaşı süni intellekt, bulud texnologiyaları və rəqəmsal infrastrukturların inkişafına böyük təkan verəcək. Bəs bu xəttin iqtisadi baxımdan hansı dividendləri gətirməsi gözlənilir? Layihə haqqında bilmədiyimiz daha […]
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas səhmdarı olduğu “Kaspian Drilinq Kompani Limited” MMC (Caspian Drilling Company – CDC) 2025-ci ili 62,13 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ildə qeydə alınmış 67,12 milyon dollarlıq mənfəətdən 7,4% azdır. Şirkətin balansında bölüşdürülməmiş mənfəət isə 18,4% artaraq 338,49 milyon dollardan 400,62 milyon dollara yüksəlib. Redaksiya bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, şirkətin illik gəlirləri 1,2% artaraq 201,15 milyon dollara çatıb. Satışın maya dəyəri 8,5% azalaraq 126,55 milyon dollar […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xanməmmədli və Ramazanlı kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qaçaqkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu […]
Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir”. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb. “Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın […]
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. Prezident İlham Əliyev bununla bağlı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq. Qeyd edək ki, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların […]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Oktyabrın 7-də Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhərindən olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Daha sonra Baş prokuror Gəncə Memorial Kompleksini ziyarət edib, memorial lövhənin önünə gül dəstələri […]
Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycanın itkin düşmüş şəxslərin axtarılması istiqamətində qazandığı təcrübə bir çox ölkələr üçün nümunədir. Bu günə qədər 4000-ə yaxın azərbaycanlının taleyi haqqında dəfələrlə müxtəlif beynəlxalq qurumlara müraciət edilsə də, bir nəticə olmayıb: “Yalnız Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etdikdən sonra kütləvi məzarlıqların aşkar olunması, qalıqların identifikasiyası və ailələrinə verilməsi prosesi başlanılıb. […]
“Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir”. Bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında deyilir. Açıqlamada bildirilib ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters“, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın […]
Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. “Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini daha da genişləndirərək itkin düşmüş vətəndaşların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi məqsədilə intensiv tədbirlər həyata keçirir”, – deyə […]
Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev səsləndirib. Müraqciətdə deyilir: – Hörmətli konfrans iştirakçıları! Sizi Bakı Dialoqu formatında keçirilən itkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsinə və effektiv mexanizmlərin inkişaf etdirilməsinə həsr olunmuş IV beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram. İtkin düşmüş şəxslər problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir. Biz bu məsələyə dünyanın […]
bp ilə əməkdaşlığımız yeni layihələr vasitəsilə inkişaf edir. Bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında keçirilən Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib. ““Azəri-Çıraq-Günəşli”də səmt qazı hasilatına başlanması, “Şahdəniz Kompressiya” layihəsi, “Şəfəq-Asiman”, “Qarabağ” və Əşrəfi-Dan Ulduzu-AyPara layihələri, həmçinin Özbəkistandakı birgə fəaliyyətimiz bu tərəfdaşlığın uzunmüddətli xarakterini nümayiş etdirir. Eyni zamanda, əməkdaşlığımız yaşıl enerji və dekarbonizasiya sahələrini də əhatə edir. Gələn il istismara verilməsi gözlənilən “Şəfəq” Günəş Elektrik Stansiyası, Səngəçal […]
Oktyabrın 30-dan noyabrın 1-dək paytaxtımızda keçiriləcək “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” proqramı müasir incəsənətin müxtəlif ifadə formalarını bir araya gətirməklə yanaşı, tamaşaçını sənət prosesinin birbaşa iştirakçısına çevirən performans, immersiv və interaktiv layihələri də təqdim edəcək. Proqramın bu hissəsində insan və təbiət münasibətləri, ekoloji məsuliyyət, yaddaş, inklüzivlik və gələcək nəsillərə ötürüləcək irs kimi mövzular araşdırılır. “Çəkic” sənədli filmi “Sotheby’s” hərrac evinin keçmiş sədri de Purinin həyat və karyerasına nəzər salır. Rejissor Simon Vallon tamaşaçını incəsənət və biznes dünyasının kəsişməsinə […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
Altı il əvvəl – 2020-ci il oktyabrın 4-ü Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin gedişində Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun mühüm mərhələlərindən biri idi. Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində uğurlu əməliyyatlar həyata keçirirdi. Oktyabrın 3-də Suqovuşanın, oktyabrın 4-də isə Cəbrayıl şəhərinin azad edilməsi müharibənin gedişində mühüm dönüş yaratdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci […]
Məlum olduğu kimi, oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb. Sözügedən gəminin azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olduğu iddia edilir. Bu barədə AZTV-nin hücumla bağlı hazırladığı materialda bildirilir. Qeyd olunub ki, “Rynda” gəmi məlumatları portalında “Royad Mammadov”un ISM meneceri kimi “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir. “Palmali” şirkətlər qrupunun təsisçisi isə azərbaycanlı iş adamı Mübariz Mənsimovadur. Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərini təmsil edən tədqiqatçılar və gənc siyasət mütəxəssisləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar. Səfər çərçivəsində qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri, eləcə də burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə ətraflı təqdimat edilib. Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və […]
Xorvatiyanın Zaqreb şəhərində Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib. Nümayəndə heyətinə mədəniyyət naziri Adil Kərimli rəhbərlik edib. İclasın yekunlarına dair imzalanmış Protokola dövlət idarəetməsi və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair müddəalar daxil edilib. Həmin müddəalara əsasən Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Xorvatiya tərəfi ilə bölüşülməsi, eləcə də dövlət sektorunun müasirləşdirilməsi istiqamətində Dövlət Agentliyi ilə Xorvatiyanın aidiyyəti dövlət qurumu arasında təcrübə mübadiləsi nəzərdə tutulur. Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndəsi ilə […]
Ağdam şəhərindəki ikinci yaşayış kompleksində, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində əhalinin məskunlaşması həyata keçirilib. Hazırda Ağdam rayonunda ümumilikdə 2000-dən çox ailə yaşayır. Onlardan təxminən 932 ailə Ağdam şəhərində, 1110 ailə isə üç kənddə məskunlaşıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlaması zamanı deyib. Emin Hüseynov bildirib ki, bu ilin sonuna qədər Ağdam rayonunda məskunlaşan ailələrin sayı 5000-ə çatacaq: “Beləliklə, əhalinin sayı daha 10 min 450 nəfər […]
Rayonlarda pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlanıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Bildirilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların ödənişinin bu ayın 20-dən, bütün müavinət, ünvanlı dövlət sosial yardımı və təqaüdlərin isə bu ayın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib. “Müəllimlərin peşə sağlamlığı: risklər, profilaktika və erkən diaqnostika” mövzusunda keçirilən seminarda müəllimlərin gündəlik iş rejiminin səs, dayaq-hərəkət sistemi və damar sağlamlığına təsiri diqqət mərkəzində olub. Tədbirdə Olimp Hospitalın mütəxəssisləri – LOR həkimi, üz-çənə cərrahı Qəhrəman Qəhrəmanov, travmatoloq-ortoped Nicat Səttarov və fleboloq-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əsgərov çıxış ediblər. Həkimlər müəllimlərin peşə fəaliyyəti zamanı qarşılaşdıqları sağlamlıq problemləri, onların yaranma səbəbləri və profilaktikası […]
Daşkənddə “Özbəkistan–Azərbaycan” Tibbi Forumunun rəsmi açılışı keçirilib 3 oktyabr 2026-cı il tarixində Daşkənddə “Özbəkistan–Azərbaycan” Tibbi Forumunun rəsmi açılış mərasimi keçirilib. Tədbir III Türkdilli Dövlətlər Kardioloqları Qurultayı və Özbəkistan Kardiologiya Mərkəzinin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq konqres çərçivəsində baş tutub. Açılış mərasimində Özbəkistan Respublikası Kardiologiya Mərkəzinin direktoru Xurşid Fozilov və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova çıxış edərək Azərbaycan–Özbəkistan arasında səhiyyə və kardiologiya sahəsində əməkdaşlığın inkişafının, elmi və klinik təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Tədbirin xüsusi məqamlarından […]
İran və İraq arasında aviareyslər bərpa olunur. “Tasnim” xəbər agentliyi İran və İraq arasında uçuşların sabahdan İran və İraq aviaşirkətləri tərəfindən bərpa ediləcəyini bildirib. Aviareyslər sabahdan etibarən hər iki ölkənin aviaşirkətləri tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, ABŞ-ın İran aviasiya sənayesinə qarşı tətbiq etdiyi sanksiyaların ardından İran aviaşirkətlərinin İraqın Bağdad və Nəcəf şəhərləri də daxil olmaqla müxtəlif şəhərlərinə uçuşları dayandırılmışdı. Apa
Azərbaycan Dəmir Yolları QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraiti ilə əlaqədar müvafiq tədbirlər görür. ADY-dən bildirilib ki, hazırda əməkdaşlar tərəfindən dəmir yolu ərazilərinə nəzarət edilir. Qeyd olunub ki, qatarlar hərəkətini qrafik üzrə davam etdirir. ADY sərnişinləri hava şəraitinin görmə məsafəsini məhdudlaşdıra və yer səthini sürüşkən edə biləcəyini nəzərə alaraq, platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırıb.
“Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”. Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib. “Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”, – dövlət başçısı vurğulayıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2026-cı ilin sentyabrında artmaqda davam edib. Sentyabrın 30-na AMB-nin rəsmi valyuta ehtiyatları 15 milyard 363,4 milyon ABŞ dolları təşkil edib. Bu göstərici avqustun sonu ilə müqayisədə 62,1 milyon dollar və ya 0,4% çoxdur. Avqustun 31-də ehtiyatların həcmi 15 milyard 301,3 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 52,9 milyon dollar və ya 35,8% artıb. 2025-ci il sentyabrın 30-da ehtiyatlar 11 milyard 310,5 milyon dollar […]
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 2-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin hərbi sahə də daxil olmaqla, bütün istiqamətlərdə dinamik inkişaf etdiyi qeyd olunub. Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın miqyasının genişləndirilməsinin dövlət rəhbərlərinin daimi nəzarətində olduğu xüsusilə diqqətə çatdırılıb. Müdafiə nazirləri hərbi qulluqçularımızın iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” birgə […]
İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında çıxışı zamanı deyib. VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan – İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən […]
Azərbaycan Yaxın Şərqdə baş verən regional proseslərdən narahatdır və biz özümüzü ətraf regionduzunmüddətli qeyri-sabitliyə hazırlayırıq. Bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O vurğulayıb ki, hazırda Ermənistan cəmiyyətində də görülən müəyyən tendensiyalar narahatedicidir. Revanşist qüvvələr hələ də cəmiyyətdə kifayət qədər güclüdür. Daha bir narahatedici məqam isə revanşizmin Ermənistan gəncləri arasında da mövcud olmasıdır. Təəssüf ki, onlar hələ də prosesə revanşizm düşüncəsi ilə yanaşırlar. Bu səbəbdən Ermənistan Hökuməti […]
Hazırda Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri mövcuddur. Ticarət əlaqələri, biznes münasibətləri, iki ölkə arasında etimadın yaradılması üçün tədbirlər və digər addımlar bir müddət əvvəl təsəvvür belə edilmirdi. Bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Prezidentinin köməkçisi vurğulayıb ki, illərlə davam edən münaqişədən əziyyət çəkən nəsil bölgədə davamlı və dayanıqlı sülhün bərqərar olacağına ümid edir. “Biz Azərbaycan və Ermənistanın gələcək nəsillərinin münaqişədən əziyyət çəkməsini istəmirik. Düşünürəm ki, […]
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qiymətləndiricilərin ixtisas imtahanına hazırlaşan şəxslər üçün növbəti hazırlıq kursunun təşkilinə başlayır. Qiymətləndirmə fəaliyyəti üzrə bilik və bacarıqlarını təkmilləşdirmək, ixtisas imtahanına sistemli və məqsədyönlü şəkildə hazırlaşmaq istəyən şəxslər kursda iştirak edə bilərlər. Hazırlıq kursu qiymətləndirmə fəaliyyətinin bütün əsas istiqamətlərini əhatə edəcək. Dərslər qiymətləndirmə sahəsində uzunillik peşəkar təcrübəyə malik mütəxəssislər və ixtisaslı müəllimlər tərəfindən keçiriləcək. Kurs iştirakçılarına imtahan proqramına uyğun nəzəri biliklərlə yanaşı, qiymətləndirmə praktikasına dair mühüm məlumatlar təqdim olunacaq. AQC tərəfindən […]
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücülərə müraciət edib. Bu barədə BDYPİ-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabr ayının 2-dən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi, fasilələrlə yağıntıların olacağı, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv, eləcə də küləyin ayrı-ayrı vaxtlarda güclənəcəyi gözlənilir: “Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücüləri xüsusilə diqqətli olmağa çağırır. Yağıntılı hava şəraitində yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin […]
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil “Airbus A321neo” təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd “Airbus A320neo” və 2 ədəd “Airbus A321neo”) çatıb. Yeni “Airbus A321neo” təyyarəsi yüksək tələbat olan istiqamətlərdə daşıma imkanlarının genişləndirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir. Bu tip yeni nəsil təyyarələrin donanmaya ardıcıl daxil edilməsi uçuş proqramının planlaşdırılmasında çevikliyi artırır və sərnişin axınının mövsümi dəyişməsinə uyğunlaşmağa kömək edir. Yeni təyyarə müasir “Airspace” salon konsepsiyası, […]
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir. Səfər çərçivəsində Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan arasında ikitərəfli görüş keçirilib. Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev qeyd etmişdir ki, Azərbaycan və Rusiya arasında tarixən formalaşmış dərin mədəni, siyasi və hüquqi əlaqələr mövcuddur. İki ölkənin siyasi liderləri cənab İlham Əliyev və Vladimir Putin arasında səmimi dostluq münasibətlərinin nəticəsidir ki, ölkələrimizin tərəfdaşlığı strateji müttəfiqlik səviyyəsinədək inkişaf edərək sıxlaşmışdır. Bu isə […]
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, sabah gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi oktyabrın 3-ü səhərə qədər davam edəcək. Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 metrə, sonrakı inkişafda isə 3.5-5.5 metrə çatacağı proqnozlaşdırılır.
Neftçala rayonunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq orqanının əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin Mərkəzində ucaldılan abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər və xatirəsinə ehtiramlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib. Ümummilli Lider […]
Azərbaycanın dünya okeanına birbaşa çıxışı olmamasına baxmayaraq, ölkə coğrafi mövqeyindən istifadə edir və əlaqəliliyi inkişaf etdirir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib. “Azərbaycan dünya okeanına birbaşa çıxışı olmayan ölkədir, lakin bu, eyni zamanda bizim yolumuzu müəyyən edib: coğrafi mövqeyimizi dərk edərək əlaqəliliyə böyük diqqət yetirir, nəqliyyat infrastrukturuna sərmayə qoymaqdan çəkinmir və coğrafi həssaslığımızı azaltmağa çalışırıq”, – o qeyd edib. Nazir vurğulayıb ki, Azərbaycan nəqliyyat və logistika layihələrinə xüsusi diqqət yetirir, infrastrukturun inkişafına əhəmiyyətli […]
Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Birliyin Gücü – 2026” birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə İştirak etmək üçün İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan general-polkovnik K.Vəliyev ordularımız arasında əlaqələrin genişlənməsi və […]
Azərbaycan Alpaqut Federasiyasının idmançısı, alpaqut üzrə dünya çempionu Ruslan Zaporotskov Taylandın Phuket şəhərində keçirilən «ONE SINBI Muay Thai Fight Night» turnirində avstraliyalı rəqibi Joshu nokautla məğlub edib. 70 kq çəki dərəcəsində keçən döyüş 30 sentyabr 2026-cı ildə Sinbi Boks Stadionunda baş tutub. Ruslan Zaporotskov Sabunçu Alpaqut Filialının sədri Şahlar Vəliyevin yetirməsidir. O, Azərbaycan Alpaqut Federasiyasının dəstəyi ilə təcrübə qazanmaq üçün Taylanda, təlim-məşq toplanışına ezam olunub. Toplanış ərəfəsində idmançı bu turnirdə rinqə çıxıb və qələbə qazanıb. Ruslan Zaporotskov 2025-ci ilin dekabrında […]
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Bakıda market və mağazalarda toyuq filesi qıtlığı ilə bağlı məlumata aydınlıq gətirib. Sədr Qaynarinfo-ya açıqlamasında bildirib ki, toyuq məhsulları ilə bağlı istehsal dəyişməyib: “Ötən ilki istehsalla indiki istehsalda heç bir fərq yoxdur. Bu il ötən illə müqayisədə təlabat artıb. Biz bir neçə fabrikı danışıqlar aparıb istehsalı artırdıq. Çox yaxın zamanda, bəlkə də sabah marketlərdə file bolluğu yaşanacaq”. Filenin qiymətinə gəlincə, sədr artıma rast gəlmədiyini vurğulayıb: “Ola bilər ki, file […]
Azərbaycan Alpaqut Federasiyası (AAF) İdarə Heyətinin qərarı ilə İcraiyyə Komitəsində iki disiplin üzrə koordinator təyin olunub. AAF-dan verilən məlumata görə, Elvin Mirzəyev caymaz disiplini üzrə koordinator təyin edilib. Bu vəzifə indiyədək boş idi. Abbas Abaslı isə qurşak disiplini üzrə koordinator təyin olunub. O, bu vəzifədə Sunar Cəlilovu əvəzləyib. Qeyd edək ki, artıq İcraiyyə Komitəsində alpaqutun beş yarış disiplininin (ayça, batur, caymaz, qurşak və kaçut) hər biri üzrə koordinator var. Yeni koordinatorlar bir ay ərzində öz disiplinləri üzrə iş planını İcraiyyə […]
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində “Code Academy” şirkəti ilə birgə “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na start verir. Layihənin keçirilməsində əsas məqsəd ölkədə süni intellekt və rəqəmsal bacarıqların inkişafına, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı İKT mütəxəssislərinin hazırlanmasına və kadr potensialının gücləndirilməsinə töhfə verməkdir. Proqram çərçivəsində 405 nəfər tam ödənişsiz təhsil almaq imkanı əldə edəcək. “Süni İntellekt Əsaslı Təhsil Proqramı” iştirakçıların süni intellektlə ilkin tanışlıqdan başlayaraq peşəkar və ixtisaslaşmış bacarıqlar əldə etməsinə imkan verən üçdərəcəli tədris modeli […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. Qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbaycan Prezidenti ilə görüşməkdən böyük şərəf hissi duyduğunu bildirdi. Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərinin əhəmiyyətinə toxunan Lord Vernon Kioaker ölkəsinin bu tədbirdə iştirak etməkdə maraqlı olduğunu dedi. O, sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı […]
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Prezident İlham Əliyev “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” XV Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. Mətndə deyilir: “Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar! Sizi “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” XV Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılışı münasibətilə təbrik edir və Azərbaycanda səmimi-qəlbdən salamlayıram. Bakı şəhərində ənənəvi olaraq təşkil edilən “ADEX” sərgisinin regionun ən mötəbər və faydalı müdafiə sənayesi […]
Quba-Xınalıq yolunda sürüşmə olub. Sürüşmə yolun “Nazlı bulaq” kimi tanınan hissəsində baş verib. Sürüşmə nəticəsində yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb. Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.
Bakıda səfərdə olan FIFA prezidenti Canni İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib. İnfantino qısa müddətdə istifadəyə hazırlanan 10 meydança ilə tanış olub. Təşkilati işlərin gedişindən məmnun qalan qonaq daha bir neçə görüş keçirdikdən sonra səfərini başa vuracaq. Qeyd edək ki, FIFA prezidentinin səfərinin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15-lər arasında dünya çempionatına hazırlıqlarla tanış olmaqdır.
Kamen Zahariyev “Unibank”ın Müşahidə Şurasından ayrılıb. Kamen Zahariyev bankın Müşahidə Şurasının müstəqil üzvü və Audit Komitəsinin sədri vəzifələrindən ayrılıb. Məlumata görə, bununla bağlı qərar bankın səhmdarlarının ümumi yığıncağında qəbul edilib. Qeyd edək ki, Kamen Zahariyev 2024-cü ilin iyul ayında “Unibank”ın Müşahidə Şurasına müstəqil üzv seçilib, həmin ilin oktyabr ayında isə Audit Komitəsinin sədri təyin olunub. Kamen Zahariyev maliyyə və investisiya sahəsində beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, eyni zamanda Ukraynanın “Citibank”ında Müşahidə Şurasının üzvü, Bolqarıstanda “Singer-Zahariev Foundation” fondunun həmtəsisçisi və müxtəlif […]
Fövqəladə Hallar Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında 29 sentyabr tarixində, saat 13:30 radələrində təlim keçirəcək. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikası və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür etdi. Dövlətimizin başçısı gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirdi. Azərbaycanın bu idman tədbirlərində […]
“Gənc aqrarçı alim və mütəxəssislərə dəstək” İctimai Birliyi ilə “Amarant istehsalçıları” İctimai Birliyi arasında aqrar sahədə elmi, innovativ və sosial təşəbbüslərin inkişaf etdirilməsinə yönəlmiş əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumda “Gənc aqrarçı alim və mütəxəssislərə dəstək” İB-ni QHT-nin sədri Faiq Xudayev və “Amarant” İB-ə isə sədr müavini Elxan Qarayev təmsil edib. Əməkdaşlıq sənədi aqrar sektorda elmi bilik və praktiki təcrübənin əlaqələndirilməsi, gənc alim və mütəxəssislərin elmi fəaliyyətinin dəstəklənməsi, aktual aqrar problemlərin tədqiqinə və innovativ həllərin tətbiqinə yönəlmiş birgə təşəbbüslərin formalaşdırılmasını […]
Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində professor, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı, “Öndə müəllim” Fondunun sədri Ziya Səlcuqun ustad dərsi keçiriləcək. “Sürətdən dərinliyə: özünə qayıdış” adlı ustad dərsi Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə reallaşacaq. Ustad dərsində Ziya Səlcuqun Azərbaycan dilində çap edilən “Qırx dəfə demişəm” kitabı da iştirakçılara təqdim olunacaq. Uzun illərini uşaq inkişafı və təhsillə bağlı fəaliyyətlərə həsr etmiş professor Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabında gündəlik […]
2026-cı ilin avqust ayında ailə başçısını itirməyə görə 188 194 nəfərə pensiya və müavinət ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 137 139 nəfəri pensiya, 51 055 nəfəri isə müavinət alıb.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Redaksiya “Unikal”a istinadən yeni icra başçısının dosyesini təqdim edir: Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub. 2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) Beynəlxalq Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb. 2009–2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb. 2015–2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb […]
“Kömürçü Residence” MMC-nin vergi borcunun ümidsiz borc kimi silinməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiası üzrə məhkəmə çəkişməsi başa çatıb. Plat.az-ın əldə etdiyi məlumata görə, üç məhkəmə instansiyasında araşdırılan iş üzrə şirkətin 163 188,29 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsi tələbi təmin edilib. İş materiallarına əsasən, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Kömürçü Residence” MMC barəsində Cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin […]
Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
“AzSığorta” ASC-də 2026-cı ilin yanvar-avqust aylarında sığorta yığımlarında azalma qeydə alınıb. Şirkət hesabat dövründə 5,206 milyon manat sığorta haqqı toplayıb. 2025-ci ilin eyni dövründə isə bu göstərici 5,732 milyon manat təşkil edib. Beləliklə, “AzSığorta”nın sığorta yığımları illik müqayisədə 526 min manat və ya 9,2% azalıb. Şirkətin sığorta ödənişlərində də azalma müşahidə olunub. Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında 1,200 milyon manat olan ödənişlərin həcmi 2026-cı ilin eyni dövründə 1,247 milyon manata yüksəlib. Nəticədə sığorta ödənişləri 47 min manat və ya […]
Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb. Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, R.Teymurov küçəsi 63, M.X.Şərifli küçəsi 98, 100 və Nəsimi küçəsi 42 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Verilən məlumata görə, seçicilərin görüş […]
“FINCA Azerbaijan” bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasının üzvü və audit komitəsinin sədri Fisnik Kepuska təşkilatdan ayrılıb. Bu barədə təşkilatdakı mənbədən bildirilib. Məlumata görə, o, bu ilin sentyabr ayından etibarən qurumdakı fəaliyyətini başa vurub. F.Kepuska bu vəzifəyə 2023-cü ildə seçilmişdi. Qeyd edək ki, bu, son aylarda təşkilatın rəhbərliyində baş verən ilk ciddi kadr dəyişikliyi deyil. Belə ki, bundan əvvəl FINCA Azerbaijan-ın Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü olan Ruqiyyə Əliyeva da BOKT-dən ayrılaraq, “AFB Bank”ın rəhbərliyinə transfer olunmuşdu. […]
Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib: II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi Emin Ramiz oğlu Mürsəliyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş […]
Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbçilərimizin və bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Anım Günü ilə əlaqədar “Azərxalça” ASC-nin Qazax, Qarabağ, İsmayıllı, Kürdəmir və Nardaran emalatxanalarında geniş tədbirlər keçirilib. Tədbirlərdə emalatxanaların toxucuları və digər əməkdaşları ilə yanaşı, “Azərxalça” ASC-də çalışan müharibə iştirakçıları, onların yaxın qohumları və şəhid ailələrinin nümayəndələri də iştirak ediblər. […]
Neftçala rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur. Anım Günü ilə əlaqədar Neftçala rayonunda keçirilən tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının, idarə, müəssisə […]
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və Nazirliyin kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Bakı şəhərində inşa olunan Zəfər parkındakı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəni ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi yad edilərək memorial kompleksin girişində olan abidə önünə gül dəstələri düzülüb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si ölkə ərazisində Anım Günü kimi […]
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Transmilli maraqlara xidmət edən infrastruktur. İlk növbədə, nəqliyyat, logistika, fiziki infrastruktur və proqram təminatı infrastrukturu. Bir çox körpülər, limanlar və gəmilər tikə bilərik. Amma biz rəqəmsallaşma, gömrük administrasiyası ilə bağlı müasir trendlərlə ayaqlaşmırıqsa və yükdaşımaların emal prosedurunu daha da asan etməsək uduzacağıq. Digər məsələ, elektrik ötürmə xətləridir və burada çox böyük potensial var”. Qeyd edək ki, Bakıda […]
Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya çərçivəsində 11 sənəd imzalanıb. İmzalanmış sənədlər tikinti və inkişaf, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı, idman və investisiyaların təşviqi sahələrini əhatə edir. Tikinti və inkişaf sahəsində əməkdaşlıq İqtisadiyyat nazirinin müavini Anar Axundov ilə Vyetnamın “ROX Group Joint Stock Company” (ROX Group) şirkətinin baş icraçı direktorunun müavini […]
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, həmçinin gürcü xalqına rifah arzulayıb. Gürcüstanın Baş naziri göstərilən diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib. Telefon danışığı zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və mehriban qonşuluq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Azərbaycan iqtisadiyyatının qarşıdakı illər üçün inkişaf istiqamətlərindən biri də dağ-mədən və metallurgiya sənayesinin genişləndirilməsidir. 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə də Cənab Prezident bəyan etdi ki, istehsal müəssisələrinin yaradılması ilə yanaşı ölkənin təbii sərvətlərinin müasir texnologiyalar əsasında öyrənilməsi, hasilatı, zənginləşdirilməsi və emalını özündə birləşdirən bütöv sənaye istiqamətinin qurulmasıdır. Bu baxımdan yeni Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində mühüm mərhələdir. Dağ-mədən və metallurgiya sənayesinə qoyulan investisiyalar çoxşaxəlidir. Məhz bu səbəbdən Dövlət Proqramının əsas hədəflərindən biri xammalın ixracı […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib. Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirdi, əlaqələrimizin genişləndirilməsində özünün Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu. Prezident İlham Əliyev Koxir Rasulzodanın ölkəmizə səfərinin gündəlikdə duran məsələlərin, o cümlədən nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət, ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələrin aparılmasına imkan yaratdığını dedi. Qəbula […]
Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 262,9 milyon manat kredit verilib. Redaksiya Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % azdır. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,8 % azalaraq 255,1 milyon manat olub. İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 25 % azalaraq 300 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,4 % artaraq 63,9 milyon manat olub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Antiqua və Barbudanın xarici işlər, ticarət və Barbuda məsələləri naziri Everli Pol Çet Qrin ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib. Tərəflər Azərbaycan-Antiqua və Barbuda ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin təşviqinin, eləcə də BMT və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalar çərçivəsindən kənarda mövcud əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Nazirlər “Azərbaycan Respublikası Hökuməti […]
Neftçala rayonunda 20 Sentyabr – Neftçilərin peşə bayramı və Neftçala neft yatağının zəngin tarixini əks etdirən 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Global Energy Azerbaijan” (GEA) və “Neftchala Operating Company”nin rəhbərliyi, SOCAR nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də veteran neftçilər və şirkət əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Neftçala şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, milli neft strategiyasının banisi Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz […]
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Müsabiqədə ali təhsilli, yaşı 22-dən 29-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Microsoft Word” və “Microsoft Excel” proqramları, habelə informasiya sistemləri və elektron məlumat bazaları ilə işləmək bacarığına malik, Bakı şəhərində daimi qeydiyyatda olan və ya […]
Carlsberg Azerbaijan əsas tərəfdaşlardan biri qismində “Xəzəri Qoruyaq!” aksiyasına qoşularaq Azərbaycanın sahilyanı ərazilərində keçirilən təmizlik işlərinə dəstək göstərmişdir. Şirkət artıq yeddi ildir bu təşəbbüsə dəstək göstərərək Xəzər dənizinin qorunmasına uzunmüddətli sadiqliyini nümayiş etdirir. Kampaniya 2 sentyabr 2026-cı il tarixində Xaçmaz, Siyəzən, Neftçala, Lənkəran, Astara və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə başlayıb. Kampaniya çərçivəsində yekun təmizlik aksiyası isə 19 sentyabr tarixində Bilgəh çimərliyində baş tutub. Carlsberg Azerbaijan əməkdaşları da sahilyanı ərazilərdən tullantıların toplanması aksiyasına qoşularaq təşəbbüsə öz töhfələrini veriblər. Şirkətin stendində iştirakçılara […]
“Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl – aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib. O bildirib ki, bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi: “Bu proqram bu gün bizə və Azərbaycan ictimaiyyətinə təqdim olunacaqdır. Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin […]
Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EcoHub” ekoloji platforması və digər tərəfdaşların dəstəyi ilə keçirilən “Xəzəri qoruyaq!” genişmiqyaslı ekoloji kampaniyasına 19 sentyabr tarixində Bakının Bilgəh çimərliyində yekun vurulub. Ətraf mühitin qorunması və sahilyanı ərazilərin təmizliyinə töhfə vermək məqsədi daşıyan aksiya çərçivəsində 2 sentyabr tarixindən etibarən Xəzərin Xaçmaz, Siyəzən, Neftçala Lənkəra, Astara və Sumqayıt çimərliklərində də təmizlik işləri həyata keçirilib. Aksiyanın əsas məqsədi ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaq, əhalinin ətraf mühitin qorunması və tullantıların idarə olunması məsələləri üzrə maarifləndirilməsini gücləndirmək, […]
Prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb. 2013-cü il avqustun 5-i saat 20 radələrində Şəmkir şəhər sakini 59 yaşlı Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq […]
Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: “Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi”. Prezident, həmçinin […]
Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Kolumbiyanın ölkəmizdəki səfiri Nelsi Rakel Munar Xaramiyo arasında görüş keçirilib. Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri, burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə məlumat verib. Görüşdə, həmçinin Dövlət Agentliyi ilə Kolumbiyanın aidiyyəti dövlət qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində […]
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirib. Qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M.Mirzəyev zərərsizləşdirilib. Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb. Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Qafqazinfo
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Azərbaycan Texniki Universitetində (AzTU) yaradılmış Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyasının açılışı olub. Laboratoriya XRİTDX ilə AzTU arasında 2022-ci ildə imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində qurulmuş, laboratoriyanın müasir xüsusi proqram təminatları və əlavə texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində müvafiq işlər isə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın Tədbirlər Planının icrasına […]
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbər və digər insayder şəxsləri bankın səhmlərinin alınması üzrə əqdlər bağlayıblar. Avqust ayı ərzində 10 insayder ümumilikdə 11 707 ədəd ABB səhmi alıb. Bütün əqdlərdə bir səhmin alış qiyməti 0,27 manat olub. Əməliyyatların ümumi məbləği 3 160,89 manat təşkil edib. Ən böyük əqdi ABB-nin İdarə Heyəti sədrinin müavini Vasif Əhmədov bağlayıb. O, 10 007 ədəd səhmi 2 701,89 manata alıb. Əməliyyatdan sonra Vasif Əhmədovun sahib olduğu ABB səhmlərinin sayı 99 082 ədədə, bankın nizamnamə kapitalındakı […]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbulu zamanı çıxışında təşkilatın mövcud potensialından daha səmərəli istifadə etməsinin vacibliyinə xüsusi diqqət çəkdi. TDT-nin əhəmiyyətini yalnız ortaq dil və mədəniyyət amili ilə izah etmək kifayət deyil. Təşkilatı fərqləndirən əsas xüsusiyyətlərdən biri onun geniş coğrafi məkanda yerləşən dövlətləri bir araya gətirməsidir. Bu coğrafiya Avropa ilə Asiya arasında mühüm əlaqələndirici imkanlara malikdir. Təşkilata üzv dövlətlərin yerləşdiyi ərazilər enerji, nəqliyyat və ticarət baxımından əhəmiyyətli marşrutların üzərində yerləşir. […]
Bu gün Dövlətimiz tərəfindən Xankəndidə yaradılan infrastruktur layihələr şəhərin təkcə yaşayış məkanı deyil, həm də bilik və insan kapitalı mərkəzi kimi inkişaf etdirilməsinə imkan yaradır. Azərbaycanın tarixi şəhərlərindən biri olan Xankəndinin Qarabağın bərpası prosesində xüsusi yer tutmasının bir sıra səbəbləri var. Şəhər 2023-cü ilin 15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən üçrəngli Dövlət Bayrağının ucaldıldığı əsas məkanlardan biri kimi tarixə keçdi. Bundan sonra Xankəndidə həyata keçirilən tədbirlər şəhərin yalnız inzibati deyil, həm də sosial, mədəni və iqtisadi […]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə 1 milyard 503 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib. Onlardan 515 min nəfərə müavinət olaraq 844 milyon manat, 406 min nəfərə Prezident təqaüdü olaraq 542 milyon manat, 179 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 117 milyon manat ödəniş həyata keçirilib. Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 11 faiz, təqaüdlər üzrə 12 faiz, sosial […]
Polşada istehsal olunmuş məhsulun üzərində artıq ləğv edilmiş separatçı rejimin əskisinin təsviri olan çap materialının yerli satışda olması barədə məlumat bu ölkədəki Azərbaycan diaspora nümayəndələrinin sosial şəbəkələrində yayımlamasından dərhal sonra Azərbaycanın Polşadakı səfirliyi materialların istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirib. Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, “məhsulun” istehsalı və eyni zamanda, satışı ilə məşğul olan “Henry” şirkətinin direktoru Çezare Popiel ilə əlaqə saxlanılıb və məsələ ilə bağlı Azərbaycanın kəskin etirazı bildirilib. Qarşı tərəf məsələ barədə sosial […]
Azərbaycanda sentyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 20-22, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin […]
Sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi və nəqliyyat qovşaqlarında sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Redaksiya AYNA-ya istinadən xəbər verir ki, Moskva prospekti, “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar mövcud dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri “Azərbaycanfilm Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə bilərlər. “Şamaxinka” adlanan ərazidə isə dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılacaq və sərnişinlərin rahatlığı üçün müvafiq nişanlarla işarələnəcək. Bununla da ərazidə avtobusların dayanacaq […]
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb. Redaksiya xəbər verir ki, başsağlığında deyilir: “Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi. Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Telman Hüseynov saxlanılıb. Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 140 ədəd narkotik tərkibli kol, evindən isə narkotik vasitələr aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Cəlilabadda, Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar olunub. Diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirilməsi məqsədilə istifadə edildiyi ehtimal olunur. “Muğan Tunc-İlk Dəmir dövrü arxeoloji ekspedisiyası”nın rəhbəri, dosent Anar Ağalarzadənin sözlərinə görə, uzunmüddətli oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi əmələ gəlib. Tapıntıların Son Tunc-İlk Dəmir dövründə istifadə edildiyi ehtimal olunur. Qazıntı işləri davam etdirilir. Araşdırmalar zamanı yaşayış məskəninin tarixi və burada yaşayan insanların məişəti ilə bağlı […]
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb. İlk yarış günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb. 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Əbülfət İsmayılov (60 kiloqram), Mahir Abbasov (81 kiloqram) və Coşqun Abdullayev (90 kiloqram) isə bürünc medala layiq görülüblər. Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.
Xocavənd şəhər günü münasibətilə atəşfəşanlıq olub. Musiqi sədaları altında bayram atəşfəşanlığı şəhərin səmasını al-əlvan rənglərə boyayıb. Qeyd edək ki, 20 Sentyabr – Xocavənd Şəhəri Günü münasibətilə Xocavənd şəhərində genişmiqyaslı ictimai-mədəni tədbir təşkil olunub.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməsi təsbit olunub. Bu tarix təsadüfi seçilməyib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edilib.Bu baxımdan 20 Sentyabr təxminən 1 qərinə ərzində davam edən münaqişənin, işğalın və məcburi köçkünlük həyatının yaratdığı məşəqqətli səhifənin bağlanmasını, Azərbaycanın ərazi bütövlüyünün […]
Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb. Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bəyanatında bildirilib. Qeyd edilib ki, 20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür: “19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkəmizin ərazisindən çıxarılması məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Beləliklə cəmi 24 saatdan az müddətdə başa çatan tədbirlər nəticəsində ərazilərimiz üzərində dövlət […]
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən üç il ötür. Prezident İlham Əliyev 2023-cü […]
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. 2023-cü il sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Bu tədbirlərə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılmışdı. Cəmi 23 saat 43 […]
Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) Komandaqurma tədbirlərinin təşkili xidmətinin satın alınması ilə bağlı tender elan edib. Tenderdə iştirak haqqı 350 manatdır. Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 6 oktyabr 2026-cı il saat 18:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 6 oktyabr saat 18:00-da (GMT+4) keçiriləcək. Əlavə məlumat üçün telefon: (+994 12) 498 77 53 (6011). Əlaqələndirici şəxs: Həcər Kamalova. Elektron poçt: Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165.
Azərbaycanın Dövlət Suverenliyi Günü Müstəqillik, Dövlət Bayrağı və Zəfər günləri ilə yanaşı dayanan ən önəmli tarixi günlərimizdən biridir. Bunun əsas səbəbi suverenliyin dövlətin mövcudluğunun, müstəqilliyinin və bölünməzliyinin fundamental elementi olmasıdır. Əslində, müstəqil dövlət anlayışının siyasi və hüquqi məzmununu müəyyən edən başlıca kateqoriyalardan biri də məhz suverenlikdir. Dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü, beynəlxalq münasibətlərdə müstəqil qərar qəbul etmək imkanına malik olması onun suverenliyinin başlıca göstəriciləridir. Bu fikirlər Milli Məclisin deputatı Elçin Mirzəbəylinin “Suverenlik və milli güc amili” adlı məqaləsində […]
Sentyabrın 19-u görkəmli şərqşünas, ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, vətənpərvər alim Aida İmanquliyevanın anım günüdür. Qısa, lakin mənalı ömür sürmüş Aida İmanquliyeva həm elmin zirvəsini fəth edən görkəmli alim, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazanan parlaq şəxsiyyət idi. Redaksiya Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın anım günündə onun həyat və elmi fəaliyyətinin bəzi məqamlarına nəzər salır. Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi […]
Sentyabrın 20-si Bakıda 29, bölgələrdə 32 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, […]
Bakı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin sayca 5-ci toplantısına ev sahibliyi etdi. Bu, Azərbaycanın TDT-də təhlükəsizlik gündəliyinə verdiyi önəmi və təşkilata sədrliyi çərçivəsində bu istiqamətdə fəal rolunu göstərir. Təhlükəsizlik üzrə rəhbər şəxslərin Bakıda bir araya gəlməsi ortaq təhdidlərin müzakirəsi, məlumat və təcrübə mübadiləsi, eləcə də təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi baxımından mühüm platformadır. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edərkən də çox vacib mesajlar verildi. […]
Nobel Fondu 2026-cı ildə Nobel mükafatının məbləğini hər kateqoriya üzrə 12 milyon krona (1,22 milyon dollar) qədər artırmaq qərarına gəlib. Bu barədə fondun yaydığı press-relizdə bildirilib. Fondun məlumatına görə, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb. Qeyd olunub ki, 1901-ci ildə ilk Nobel mükafatları təqdim edilərkən hər kateqoriya üzrə mükafatın məbləği 150782 kron təşkil edib. Son 15 ildə mükafatın məbləği dəfələrlə dəyişdirilib. 2012-ci ildə məbləğ 10 milyon kronadan 8 milyon krona endirilib. Həmin vaxtdan mükafatın məbləği üç dəfə […]
“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” iddiaları ilə əsaslandırmağa çalışmasını qətiyyətlə pisləyir və rədd edirik”. Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı mövqeyinə dair şərhində deyilir. Bildirilib ki, ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə […]
18 sentyabr 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Suverenlik Günü münasibətilə “Dövlət suverenliyimiz xalqımızın milli sərvətidir” adlı tədbir keçirilib. Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər. Tədbirdən öncə Neftçala şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, abidələr önünə gül dəstələri qoyularaq onların […]
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan 3 qeyri-yaşayış sahəsi hərracda tam qiymətindən 10% aşağı qiymətə satılıb. İlk hərracın nəticələri məlum olub. Sentyabrın 16-da keçirilən hərracda Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən üç qeyri-yaşayış sahəsi satılıb. Sahəsi 36,5 kvadratmetr olan və tam qiyməti 80 min 300 manat müəyyənləşdirilən əmlak 72 min 270 manata satılıb. Tam qiyməti 81 min 400 manat olan 37 kvadratmetrlik əmlakın satış qiyməti 73 min 260 manat, tam qiyməti 86 min 680 manat olan […]
Ölkə.az xəbər verir ki, Rumıniyanın “Digi24” telekanalının məlumatına görə, sentyabrın 12-də OMV şirkətinin bəzi yanacaqdoldurma məntəqələrində standart benzinin bir litri 9,97 leyə satılıb. Ölkə üzrə orta qiymətin təxminən 9,88, dizel yanacağının isə 10,35 ley səviyyəsində olduğu bildirilir. Yanacaq bazarındakı bahalaşma beynəlxalq neft kotirovkalarının sürətlə yüksəlməsi fonunda baş verir. “Brent” markalı neftin bir barelinin qiyməti 106 dolları keçib. Yaxın Şərqdə geosiyasi gərginliyin artması, Hörmüz boğazı ətrafındakı risklər və neft daşımalarına dair narahatlıqlar dünya bazarında qiymətlərə təsir göstərən əsas amillər sırasında qeyd […]
Ölkə.az xəbər verir ki, bu barədə onkoloq həkim Anastasiya Maryenko bildirib. O, insan bədənindəki hansı xalların bədxassəli transformasiyaya uğraya biləcəyini müzakirə edib. Xüsusilə, xallardakı anormal melanositlər melanomanın inkişafına kömək edir. Həkim onların həddindən artıq aktivliyinə və dəri xərçənginin inkişafına nəyin təsir edə biləcəyini izah edib. Həkim xalların sayına diqqət yetirməyi məsləhət görüb: “Əgər bədəninizdə çox sayda xal varsa və yeniləri aktiv şəkildə peyda olursa, bu, patologiyaların aktiv inkişafını göstərə bilər”. Həkim əlavə etdi ki, xallara travma vermək təhlükəlidir, çünki onların […]
2026-cı ilin yanvar – avqust ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 364.669 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 601.524 sayda xidmət göstərilib. Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 55% təşkil edib: Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası); Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi; Asan İmza sertifikatlarının […]
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. O, səs çoxluğu ilə ittifaqın növbəti rəhbəri kimi təsdiqlənib. Qeyd edək ki, ötən gün Xalq artisti Həmidə Ömərovanın sədrliyə namizəd olacağı ilə bağlı məlumat yayılsa da, aktrisa seçki konransında namizədliyi irəli sürməyib. Beləliklə, Xalq artisti Şəfiqə Məmmədova yeganə namizəd kimi sədr seçilib.
2026-2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində Neftçala rayonu üzrə görülmüş işlər barədə tədbir keçirilib. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Neftçala rayonunda icrasının təmin edilməsi istiqamətində görülən işlərlə yerində tanış olmaq məqsədilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 […]
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlı uşaqlar və gənclər üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb. Layihənin əsas məqsədi xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinə və inkişaf etdirməsinə dəstək olmaq, onların milli kimliyini qorumaq, Azərbaycanla bağlarını möhkəmləndirmək və milli şüurlu insan kapitalının formalaşmasına töhfə verməkdir. Layihədə xaricdə yaşayan 6–18 yaş arası azərbaycanlı uşaqlar və gənclər iştirak edə bilərlər. İştirakçılar yaş qruplarına və Azərbaycan dili üzrə bilik səviyyələrinə uyğun olaraq qruplara bölünəcəklər. Yaş qrupları: […]
Bu gün Bakı və Abşeronun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, İsmayıl Talıblı, Ümid Əkbərov, Vasif Əliyev küçələrinin bir hissəsində […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Birinci Qaralı kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə […]
Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Fərman imzalayıb Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında […]
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə bu gün ixtisas seçimi başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.
Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək əvvəlcədən tanıdığı şəxsin həyat yoldaşını işə düzəltmək vədi ilə ondan 24 min manat aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı O.Rəhimov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt ərazisində və Abşeron rayonunda ayrı-ayrı vaxtlarda digər şəxslərə qarşı da analoji əməllər törətdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bakı. Trend: Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Zərdab–Ağcabədi avtomobil yolunda 5 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən sonra hərəkət iştirakçılarına müraciət edib. Müraciətdə bildirilib ki, minik avtomobili ilə traktorun toqquşması nəticəsində baş verən qəza yollarda təhlükəsizlik tələblərinə ciddi əməl olunmasının həyati əhəmiyyətini bir daha göstərir. BDYPİ kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərə yol hərəkəti qaydalarına ciddi riayət etməyi, texnikanın sazlığını mütəmadi yoxlamağı, işıq cihazlarından və işıqəks etdirən […]
Çin alimləri fiziki məşqlərin orqanizmə təsirini təqlid edə bilən yeni texnologiya hazırlayıblar. Yeni texnologiya bir inyeksiya vasitəsilə fiziki məşqləri əvəz etməyə imkan verir. Hələlik inyeksiya insanlar üzərində klinik sınaqlardan keçirilməyib. Siçanlar üzərində aparılan təcrübələr zamanı preparatın yeridilməsindən sonra heyvanların əzələ kütləsinin və gücünün artdığı, sümük sıxlığının yüksəldiyi, sistemli iltihab əlamətlərinin azaldığı müəyyən edilib. Bundan başqa, siçanların qaraciyərinin fəaliyyətində də yaxşılaşma müşahidə olunub. Yeni üsul ilk növbədə yataq xəstələri, iflic olanlar, ağır travmalardan sonra hərəkət imkanları məhdudlaşan şəxslər və yaşlı insanlar […]
Kuba və Haiti yaxınlığındakı “Bermud üçbucağı”nda dəniz dibinin xəritələrində batmış şəhərin mümkün izləri tapılıb. Bu barədə britaniyalı ufoloq Skott Uorinq “Daily Mail” nəşrinə müsahibəsində danışıb. Ekspertin sözlərinə görə, izlər dünya okeanı xəritəsinin yaradılmasına hədəflənmiş “Seabed-2030” layihəsi zamanı aşkarlanıb. Fraqmentlərdən birində Atlantik okeanı dibinin bir hissəsində qəribə kəsişən xətlər və həndəsi formalar görünüb. Skott Uorinq ehtimal edir ki, görüntü qədim sivilizasiyaya aid tikililərin qalıqlarını göstərə bilər. Kəşf edilmiş ərazi 11×5 kilometr ölçüyə malikdir və təbii şəkildə əmələ gəlmək üçün olduqca hamar […]
AZCON Holdinq şirkətlərindən olan “AzInTelecom” MMC Ələt Azad İqtisadi Zonasında Data Mərkəzi tikəcək. Sözügedən Data Mərkəzinin süni intellekt əsaslı olması gözlənilir. Layihə ilə bağlı sorğumuza cavab olaraq “AzInTelecom”dan bildirilib ki, Ələt Azad İqtisadi Zonasında tikiləcək yeni Data Mərkəzinin layihələndirilməsi və konseptual planlaşdırılması prosesi hazırda davam etdirilir. “Data Mərkəzinin tikintisi üzrə qrafik və yekunlaşma müddəti layihə konseptinin tam şəkildə razılaşdırılmasından sonra dəqiq müəyyən ediləcək”, – deyə qurumdan məlumat verilib. Məlumat üçün deyək ki, “AzInTelecom”un Bakıda və Yevlaxda data mərkəzləri mövcuddur. Hacıqabul və […]
Sumqayıt şəhərində fəaliyyət göstərən “Master İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimələnib. MMC məcburi auditdən yayınıb. Belə ki, şirkət 2024-cü il üzrə maliyyə hesabatlarının məcburi auditini 2025-ci ildə həyata keçirmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib. Məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Lakin “Master İnşaat” və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməyiblər. Tərəflər məhkəməyə gəlməmələrinin səbəbləri barədə də hər […]
Milli Məclis payız sessiyasında bir sıra sənədi ratifikasiya edəcək. Bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə salınıb. Sözügedən sənədlər aşağıdakılardır: – “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” avropa Konvensiyasına İkinci əlavə Protokolun təsdiq edilməsi barədə” – “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” – “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” – “Azərbaycan Respublikasının […]
Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun adı dəyişdirilib. Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun adı dəyişdirilərək Sənaye və İnnovasiyalar Mərkəzi adlandırılıb. Bununla bağlı müvafiq qərar qəbul edilib. Qeyd edək ki, qurum müdafiə sənayesi sahəsində elmi-tədqiqat və innovasiya istiqamətləri üzrə fəaliyyət göstərir.
Azərbaycanda fəaliyyət göstərən “Plan & Eat” korporativ nahar həlli platforması xidmətlərini genişləndirir. Platforma ofis əməkdaşları, iri istehsalat obyektləri, fabriklər və böyük işçi heyəti olan təşkilatlar üçün gündəlik qidalanma prosesini rəqəmsal şəkildə idarə etməyə imkan verir. Redaksiya xəbər verir ki, “Plan & Eat” indiyədək 25 mindən çox yemək çatdırıb və 3 mindən artıq istifadəçiyə xidmət göstərib. Sistem həm kiçik ofislər, həm iri korporativ müəssisələr, həm də tədbirlər üçün fərdiləşdirilmiş abunə və keyterinq həlləri təqdim edir. Platformada 15-dən çox dünya mətbəxini əhatə […]
Üzgüçülük üzrə “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun “Bakı 2026” mərhələsi üçün biletlər satışa çıxarılıb. Yarış 1-3 oktyabr tarixlərində Su İdmanı Sarayında keçiriləcək. Dünya Kubokunun Bakı mərhələsində planetin ən güclü üzgüçüləri bir araya gələrək müxtəlif məsafələr üzrə mübarizə aparacaqlar. Azarkeşlər Kemeron Makevoy, Hayyan Sin və Şivon Hogi kimi dünyanın aparıcı üzgüçülərinin çıxışlarını canlı izləmək imkanı əldə edəcəklər. Giriş biletləri həm QR formatında, həm də kağız versiyada təqdim olunur. Kağız biletləri şəhərdə fəaliyyət göstərən kassalardan əldə etmək mümkündür. QR formatında […]
Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bu şəraitdə cari ilin avqust ayında AMB tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə, cari ilin ötən dövründə AMB-nin valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları məbləğində və ya 33 % artaraq tarixi maksimuma – 15,3 milyard ABŞ dollarına yüksəlib. Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin […]
Osman İsmayıl oğlu Xaliyev İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin olunub. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, dövlət başçısının digər Sərəncamı ilə Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri qanunsuz olaraq kultivasiya etməkdə şübhəli bilinən 60 yaşlı Sahib İbrahimov saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli kollar aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycanda yeni nəsil rəqəmsal televiziya platforması ULTRA TV istifadəyə verilməyə hazırlaşır. Klassik IPTV modelini daha müasir OTT texnologiyası ilə əvəz edəcək xidmət 250-dən çox televiziya kanalı, film və digər rəqəmsal məzmunu vahid platformada birləşdirəcək. Redaksiya xəbər verir ki, ULTRA TV ayrıca IPTV xətti və ənənəvi operator infrastrukturu tələb etmədən internet üzərindən işləyəcək. Platformanın əsas prioritetləri yüksək sürət, sabit yayım, aşağı gecikmə, sürətli kanal keçidləri və müxtəlif internet bağlantılarında etibarlı performans olacaq. Platformada Azərbaycan, Türkiyə və beynəlxalq televiziya kanalları ilə yanaşı […]
Ağdamda traktor minaya düşüb. Redaksiya “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib. Belə ki, traktorçu K-700 markalı traktorla ərazidə yer şumlayan zaman tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində traktor yararsız vəziyyətə düşsə də, traktorçu xəsarət almayıb. Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerində araşdırma aparır.
Teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib. O,bu haqda sosial şəbəkə hesabında paylaşım edib. “Hazırda Mərkəzi Klinikadayam. Dualarınıza ehtiyacım var. Hamınız haqqınızı halal edin. Vəziyyətim yaxşı deyil. Göydə Allah, yerdə sizin dualarınız”, – aparıcı qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin və “DEARSAN Gəmi […]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək. ƏƏSMN-dən verilən məlumata görə, aktiv məşğulluq tədbiri sentyabrın 8-i saat 11:30-da Kəlbəcər rayonunun Mərkəzi meydanında təşkil olunacaq. Bildirilib ki, tədbirdə işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü, çilingər, qənnadıçı, satıcı, aşpaz və digər peşə istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim ediləcək. Qeyd olunub ki, yarmarkaya gələn […]
Şəki regional “ASAN xidmət” mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib. Agentliyin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunları və hazırda Mərkəzdə peşə təlimi alan gənclərin iştirakı ilə keçirilən sərgidə 16 müəllifin 8 istiqamət üzrə ümumilikdə 770 ədəd əl işi nümayiş etdirilib. Təqdim olunan əl işlərinə dərzilik nümunələri, rəssamlıq əsərləri, vitraj boya ilə hazırlanmış suvenirlər, bədii tikmə, toxuculuq məhsulları, toxunma oyuncaqlar, dulusçuluq məmulatları, […]
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
“Bakı Metropoliteni” QSC-yə məxsus metropoliten obyektlərində yerləşən qeyri-yaşayış sahələrinin aylıq icarə qiymətləri məlum olub. Sözügedən obyektlərin minimum icarə qiymətləri 200-600 manat arasında dəyişir. Bunlar “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Bakmil”, “Qara Qarayev”, “Xalqlar Dostluğu”, “Xətai” və “Dərnəgül” stansiyalarının ərazisində yerləşən obyektlərdir. Belə ki, Bakı metrosunun “İçərişəhər” stansiyasında “B” zonasında, ümumi sahəsi 35,4 kvadrat metr olan obyekt icarəyə verilir. Obyektin minimum icarə qiyməti 3 min manat təşkil edir. Eyni zamanda depozit qiyməti də 3 min manatdır. Ərazidə aylıq sərnişin axını 506 min nəfərdir. […]
Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. İdarənin “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə soğan” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib. Yoxlama zamanı üzərinə yük yığılan taxta paletlərin alt hissəsində kustar üsulla düzəldilən saxlanc yerində gömrük nəzarətindən gizlədilən 80 bağlamada xalis təmiz çəkisi […]
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,02 dollar və ya 2.96% artaraq 104.98 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 101.96 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Sentyabrın 2-də gecə saatlarında Sabunçu rayonunun Maştağa qəsəbəsində Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində yanğın baş verməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədi ilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində neft kəmərinə qanunsuz müdaxilə edərək oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov müəyyənləşdirilərək […]
Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya hava məkanının mülki aviasiya üçün təhlükəli olması barədə bəyanatından sonra “Rosaviasiya” ölkənin bir sıra hava limanlarından uçuşları dayandırıb. Sentyabrın 3-ü səhər saatlarından etibarən Moskvanın “Şeremetyevo”, “Domodedovo” və “Vnukovo”, həmçinin Yaroslavl, Gelendjik və Soçi hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Yaranmış vəziyyət Rusiya ilə Azərbaycan arasındakı uçuşlara da təsir edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatına görə, aşağıdakı reyslərin statusu qeyri-müəyyəndir:“UTair” aviaşirkətinin Moskvadan (“Vnukovo”) Bakıya planlaşdırılan UT 745 reysi (yerli vaxtla 14:05-də enməli idi). “Aeroflot” şirkətinin […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2025-2026-cı tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb. Görüşdə Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2025-2026-cı tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb. Görüşdə Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Yenikənd və Qırmızı Şəfəq kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və şəhid Süleymanov Seymur Əvəzağa oğlunun büstü önünə gül […]
Sentyabrın 2-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib. Cenevrə beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.
Kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən yeni – 371-2 maddədə əksini tapıb. Məcəlləyə əsasən, kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, həmçinin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər tərəfindən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməməsinə görə, yəni: – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və […]
İcarəyə götürülmüş obyektdəki təmir xərcləri geri ödənilməyə bilər. Bu barədə Ali Məhkəmədə baxılan iş əsasında qərar qəbul olunub. Belə ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasında baxılan işlərin birində icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına geniş həcmli təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək, həmin xərclərin icarəyə verəndən tutulmasını tələb edib. Tərəflər arasında bağlanmış icarə müqaviləsində əvvəlcədən razılaşdırılıb ki, müqaviləyə xitam verildikdə daşına bilən mebel və avadanlıqlar icarəçi tərəfindən götürülə bilər, ayrılmaz yaxşılaşdırmalar və digər avadanlıqlar isə icarəyə verənin mülkiyyətində qalır. Ali […]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafı və sosial media platformaları üzərindən gəlir əldə edən şəxslərin (blogerlərin və infulenserlərin) fəaliyyətinin hüquqi çərçivədə tanınması, eləcə də uçotun şəffaflaşdırılması istiqamətində rəqəmsal vergi inzibatçılığının təkmilləşdirilməsi davam etdirilir. Son illərdə sosial şəbəkələr və digər rəqəmsal platformalar üzərindən reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı, canlı yayımlar, eləcə də müxtəlif əməkdaşlıq layihələri vasitəsilə gəlir əldə edən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, iqtisadi fəaliyyət növlərinin mövcud təsnifatında bu sahənin […]
Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. “Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb. Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib. Xəsarət alan olmayıb”, – deyə bildirilib.
“Sosial şəbəkələrdə Yasamal rayonundakı 98 saylı uşaq bağçasına cəlb olunmuş azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb”. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunub, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb. ”Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının […]
Sentyabrın 1-i gündüzdən 2-si axşamadək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Azərbaycan Respublikası Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul olunub. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu üzvlük Azərbaycana bir sıra mühüm imkanlar yaradacaq. DCO platforması vasitəsilə ölkə qabaqcıl rəqəmsal siyasətlərə, təcrübə mübadiləsinə və beynəlxalq standartlara çıxış əldə edəcək. “Eyni zamanda yerli startaplar üzv ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və vençur fondlarına çıxış imkanı qazanacaq. Gənclər və İKT mütəxəssisləri üçün birgə təlim və sertifikasiya proqramları vasitəsilə rəqəmsal bacarıqların artırılması sürətlənəcək, elektron ticarət və data əsaslı biznes […]
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında görüş keçirilib. Bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib. Görüş Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, eləcə də Xəzər rayonunun Türkan–Hövsan şossesində və Suraxanı rayonunun Elzar Yusubov küçəsində təmir işləri aparır. Redaksiya bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, sabah saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq. “Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. […]
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Qeyd edək ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Bişkekə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün gəliblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. “Manas” beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşıladı.
Sentyabr ayına olan hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorlogiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayı yay və payız fəsilləri arasında keçid ayı kimi xarakterizə olunur. Bu səbəbdən də ay ərzində həm isti, həm də soyuq dövr üçün xarakterik olan sinoptik proseslər müşahidə olunur. Bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində əsasən dağlıq […]
Salyan şəhərində 44 günlük Vətən Müharibəsi şəhidi Tağıyev Əli Rahil oğlunun anadan olmasının 25-ci ildönümü münasibətilə ailəsi ziyarət olunub. Ziyarətdə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Heydər Quliyev, rayon təşkilatının əməkdaşları və fəalları iştirak ediblər. Görüş zamanı çıxış edənlər Əli Tağıyevin Vətən qarşısında göstərdiyi fədakarlıqdan, onun döyüş yolundan və şəhidlik zirvəsinə ucalmasından söz açıblar. Bildirilib ki, 44 […]
İran müsəlman ölkələrinin rəhbərləri, xüsusilə Qərbi Asiya və Fars körfəzinin ətrafında yerləşən ölkələrin rəhbərlərini birliyə çağırır. Bunu İranın Ali Lideri Seyid Müctəba Xamenei bu gün (30 avqust) İranda Birlik Həftəsi münasibəti ilə etdiyi müraciətdə qeyd edib. “Müsəlmanların problemlərinin çarəsi birlik, dostluq və yaxşılıq istiqamətində əməkdaşlıqdır”, – deyə o qeyd edib. İranın Ali Lideri Qərbi Asiya və Fars körfəzi ətrafında yerləşən ölkələrin öz düşmənlərini tanımağa və onlarla mübarizə aparmalarını istəyib. “ABŞ və İsrail müsəlman ölkələri arasında dostluq və birliyi istəmirlər. ABŞ […]
Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək havanın qeyri-sabit keçəcəyi, yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yarımadanın bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimalı var. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar […]
Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində bildirilir. “Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bəzi hallarda bu torların ayrı-ayrı şəxslər tərəfindən zədələnməsi və ya qırılması nəticəsində heyvanların avtomobil yoluna çıxmasına şərait yaranır. Bu isə sürücülər üçün gözlənilməz təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır”, […]
“Aztelekom” MMC genişzolaqlı internet xidmətləri (GPON) bazarında minimum internet sürəti ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib. Bu barədə Agentlikdən bildirilib. Məlumata görə, müraciətlə bağlı araşdırma və təhlillər davam edir. Qeyd edək ki, hazırda “Aztelekom”un GPON tarifləri üzrə minimum internet sürəti 100 Mbit/s təşkil edir. Sonuncu dəfə şirkət 2024-cü il avqust 15-də GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, […]
Bu gündən başlayaraq sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq. Məlumata görə, Aurigid meteorları Yer atmosferinə təxminən 66-67 km/s sürətlə daxil olur. Bu yüksək sürət onların atmosferdə parlaq və qısa ömürlü işıq izləri yaratmasına səbəb olur. Meteorların böyük əksəriyyəti 70-100 km yüksəklikdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır. Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə […]
Təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məhdudiyyətlər aşağıdakı ünvanlarda tətbiq olunacaq: – Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində – avqustun 27-si saat 22:00-dan; – Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsində – avqustun 27-si saat 22:00-dan; – Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində – avqustun 28-i saat 20:00-dan; – Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan […]
Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək. Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu tutulma qismən Ay tutulması olacaq. Yəni Yerin kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Tutulma 28 avqust saat 05:23-də başlayacaq, saat 11:01-də bitəcək. Bu tutulma Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunacaq. Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Ərəbqardaşbəyli və Bala Surra kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və şəhid Süleymanov Seymur Əvəzağa oğlunun büstü önünə gül […]
Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə sabah start verilir. Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb. Bildirilib ki, qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. Abituriyentlər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” […]
Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə 24-25 avqust tarixlərində 50 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Xankəndi, Şuşa və Laçın şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub. Səfərin əsas məqsədi iştirakçıları Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı, zəngin mədəni-tarixi irsi, təbii turizm resursları, mövcud turizm infrastrukturu və formalaşmaqda olan yeni turizm məhsulları ilə yaxından tanış etmək olub. Təcrübə əsaslı proqram çərçivəsində iştirakçılar regionun müxtəlif turizm məkanlarına səfər edərək, yerli qonaqpərvərlik imkanları ilə tanış olub və turizm marşrutlarına daxil edilə biləcək […]
“Tam istədiyiniz market” sloqanı ilə fəaliyyət göstərən “Tamstore” marketlər şəbəkəsi Binəqədi qəsəbəsində yubiley – 100-cü mağazasını müştərilərin xidmətinə verməklə qarşıya qoyduğu üçillik strateji inkişaf hədəfini nəzərdə tutulan müddətdən daha tez yerinə yetirib. Bu gün açılan yeni Binəqədi mağazası ilə şəbəkənin ümumi sayı 100 olub. Şirkət hazırda 300-dən çox ofis əməkdaşı, həmçinin 4000-ə yaxın mağaza personalı ilə “mini”, “city” və “super” olmaqla üç fərqli formatda müştərilərə xidmət göstərir. Yubiley açılışı münasibətilə mediaya açıqlama verən “Tamstore” Marketlər Şəbəkəsinin baş icraçı direktoru Ceyhun […]
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb. Məktubda qeyd olunub: “Hörmətli Mehriban Arif qızı. Sizə olan dərin ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, rifah, tükənməz enerji, xoşbəxtlik və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Əminəm ki, ikitərəfli qarşılıqlı fəaliyyət bundan sonra da uğurla inkişaf edəcək, yeni birgə təşəbbüs və layihələrin […]
Dünya şöhrətli aktyor Ceki Çanın rol aldığı “Armour of God 4: Ultimatum” filminin Bakıda aparılan çəkilişləri başa çatıb. Beynəlxalq kino layihəsinin Azərbaycandakı tibbi dəstək tərəfdaşı Mərcan Hospital olub. Mərcan Hospital tərəfindən film heyətinin tibbi təhlükəsizliyinin təmin olunması üçün peşəkar tibbi komanda və təcili tibbi yardım avtomobili çəkiliş meydançasında xidmət göstərib. Tibbi komanda aktyorlar, kaskadyorlar və çəkiliş heyətinin digər üzvlərinə zərurət yarandığı hallarda operativ tibbi yardım göstərib. İntensiv çəkiliş qrafiki və kaskadyorların iştirakı ilə hazırlanan səhnələr tibbi xidmətin operativ və fasiləsiz […]
Dünya şöhrətli aktyor Ceki Çanın rol aldığı “Armour of God 4: Ultimatum” filminin Bakıda aparılan çəkilişləri başa çatıb. Beynəlxalq kino layihəsinin Azərbaycandakı tibbi dəstək tərəfdaşı Mərcan Hospital olub. Mərcan Hospital tərəfindən film heyətinin tibbi təhlükəsizliyinin təmin olunması üçün peşəkar tibbi komanda və təcili tibbi yardım avtomobili çəkiliş meydançasında xidmət göstərib. Tibbi komanda aktyorlar, kaskadyorlar və çəkiliş heyətinin digər üzvlərinə zərurət yarandığı hallarda operativ tibbi yardım göstərib. İntensiv çəkiliş qrafiki və kaskadyorların iştirakı ilə hazırlanan səhnələr tibbi xidmətin operativ və fasiləsiz […]
Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Bu barədə Prezident İlham Əliyevin “X” sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda qeyd olunub. “”Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması […]
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinə yeni direktor təyinatı olub. Sözügedən vəzifəyə Natəvan Həsənova təyin edilib. O bu gün kollektivə təqdim olunub. Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru olan Natəvan Həsənova 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində, 2007-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir.
Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova da tələbə adını qazanıb. Redaksiya bildirir ki, bu barədə “Qafqazinfo”ya şəhid xanımı özü məlumat verib. Fatimə İsmayılova Odlar Yurdu Universitetində “Turizm işinin təşkili” ixtisasına qəbul olunub. Qeyd edək ki, “Hadrut fatehi” Camal İsmayılov 2020-ci il oktyabrın 21-i Laçın dəhlizinə nəzarəti ələ almaq üçün gedən döyüşlərdə şəhid olub. O, şəhidlik zirvəsinə ucalandan sonra 3-cü övladı dünyaya gəlib. Körpəsinin üzünü görmək ona qismət olmasa da, […]
Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndindən olan bir ailədə bu il tələbə sevinci üçqat yaşanıb. Modern.az xəbər verir ki, ana və iki övladı eyni vaxtda ali məktəbə qəbul olunublar. Ana Mirzəyeva Ülkər 39 yaşındadır. O, Sumqayıt Dövlət Universitetinin sosial iş ixtisası üzrə təhsil alacaq. Övladları Məryəm və Mövlud da yüksək bal toplayaraq qəbul imtahanlarında uğur qazanaraq tələbə adını əldə ediblər. Qızı Mirzəyeva Məryəm 653 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Oğlu Mirzəyev Mövlud isə 570 bal toplayaraq Azərbaycan […]
Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb. Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Qara Qarayev prospekti 52, Elşən Süleymanov küçəsi 137, 139, Nəsimi küçəsi 20, 22, 33, 37 və Kamil Balakişiyev küçəsi 49/18 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər […]
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni və “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı imzaladılar. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında kinologiya […]
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün – avqustun 23-ü ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı kimi qeyd olunur. Müstəqil Azərbaycanın dövlət mühafizə sisteminin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin bu sahədə müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər ərzində dövlət mühafizəsi sistemi təkmilləşdirilib, bu sahədə xidmətin səmərəli təşkili və təhlükəsizliyin etibarlı təmin olunması […]
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib. “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.
Niderlandın Məlumatların Mühafizəsi İdarəsi Avropanın məlumatların mühafizəsi qaydalarını pozduğuna görə “Uber”i 825 milyon avro (966 milyon dollar) cərimələmək qərarına gəlib. Bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, şirkət bu barədə onlara kifayət qədər məlumat vermədən avtomatik sistemlərin köməyi ilə sürücü hesablarını blok edib. Bu cərimə Avropa İttifaqının Ümumi Məlumatların Mühafizəsi Reqlamentinin tətbiq edildiyi dövr ərzində ikinci ən böyük cərimə ola bilər. Bundan daha böyük yalnız avropalı “Facebook” istifadəçilərinin məlumatlarının ABŞ-yə qanunsuz ötürülməsinə görə 2023-cü ildə İrlandiya tərəfindən “Meta”ya tətbiq […]
“Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib. “Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma […]
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib. Qeyd olunub ki, AMB tərəfindən aparılan monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının Azərbaycanda internet resursları, sosial media, təlim proqramları, seminarlar və digər marketinq vasitələri ilə təşviq edildiyi, ölkə rezidentlərinin həmin platformalara cəlb olunduğu müəyyənləşdirilib. Mərkəzi Bank vurğulayıb ki, xarici ölkələrin tənzimləyici qurumları tərəfindən verilmiş lisenziyanın olması həmin platformaya Azərbaycan ərazisində investisiya xidmətləri göstərmək və ya bu xidmətləri […]
Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq. Bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında öz əksini tapıb. Belə ki, Proqramın aralıq nəticəsi kimi, 28 hədəf turizm ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Yekun hədəf isə bu göstəricinin 34 ölkəyə çatdırılmasıdır. Tədbirin icra müddəti 2026-2030-cu illəri əhatə edir. Qeyd edək ki, Azərbaycan vətəndaşları hazırda 95 ölkəyə vizasız səfər edir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasına başsağlığı verib. Bu barədə XİN-in “X” hesabında məlumat verilib. “Mərkəzi Afrika Respublikasında çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olan qızıl mədənində baş vermiş ölümcül qəza xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Mərkəzi Afrika Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayır, hadisədən zərər çəkən hər kəsin mümkün qədər qısa müddətdə təhlükəsizliyinin təmin olunacağına ümid edirik”, – deyə məlumatda bildirilib. Qeyd […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Mürsəqulu kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Xol Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış […]
1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Laçının işğalı Azərbaycan ərazilərinin işğalına gedən yolun mühüm mərhələlərindən birinə çevrildi. Laçının strateji əhəmiyyəti onun Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaratması ilə bağlı idi. 1992-ci ildə Şuşa və Laçının itirilməsi ölkənin təhlükəsizlik və ərazi bütövlüyü baxımından ağır nəticələr doğurdu. İşğal nəticəsində Laçın əhalisi doğma yurd-yuvasından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Rayonun sosial, mədəni və iqtisadi infrastrukturu dağıdıldı, tarixi-mədəni irsə ciddi […]
Abşeronda tanınmış vəkil saxlanılıb. Redaksiya “Unikal”a istinadən xəbər verir ki, Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində çox sayda vətəndaş şikayətinin olduğu bildirilir. Amma vəkilin tam olaraq hansı səbəbdən saxlanılması məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar xidmət rəisinin köməkçisi Rauf Qasımzadə öz arzusu ilə vəzifəsindən azad edilib. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. Nazirin əmri ilə Qasımzadə ədliyyə orqanlarında xidmətini yekunlaşdırıb. Qeyd edək ki, Rauf Qasımzadənin atası general-mayor Aydın Qasımov uzun illər eyni orqanda yüksək vəzifələrdə çalışıb. O, uzun müddət ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi və məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi işləyib. R.Qasımzadə özü isə 2 il əvvəl ədliyyə nazirinin müavini […]
Nüfuzlu jurnalda yenilənmiş 100 manat barədə məqalə dərc edilib Nağd pul və valyuta sahəsinin nüfuzlu nəşrlərindən hesab edilən “Currency News” jurnalının iyul sayında Azərbaycanın yenilənmiş 100 manatlıq pul nişanına həsr olunan məqalə dərc edilib. “Azərbaycanın yenilənmiş 100 manatı: iqtisadiyyat və inkişafın milli ifadəsi” sərlövhəli məqalədə yeni pul nişanının dizaynı, konsepsiyası və müasir mühafizə elementləri barədə ətraflı məlumat verilib. Nəşr qeyd edir ki, “Müstəqil Azərbaycan” konsepsiyası çərçivəsində hazırlanan 100 manatlıq pul nişanının əsas mövzusu “İqtisadiyyat və inkişaf”dır. Kağız pul nişanının bədii […]
Naxçıvan Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələr sistemində getdikcə daha mühüm mövqe qazanan ərazilərdən birinə çevrilir. Bunun əsas səbəbi muxtar respublikanın coğrafi mövqeyi ilə yanaşı, nəqliyyat, enerji, sənaye və logistika imkanlarının paralel şəkildə inkişaf etdirilməsidir. Xüsusilə Azərbaycanın böyük qələbəsindən sonra regionda yeni kommunikasiya imkanlarının formalaşması Naxçıvanın əhəmiyyətini daha da artırır. Naxçıvanın Türkiyə ilə birbaşa əlaqəsi, nəqliyyat bağlantılarının genişləndirilməsi perspektivi və daha geniş mənada Şərq-Qərb marşrutları ilə inteqrasiya imkanları beynəlxalq tərəfdaşların diqqətini bu regiona yönəldir. Prezident İlham Əliyev bu bölgəyə səfəri […]
Bu gün Azərbaycanda sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Avqustun 18-i ölkədə sərhəd mühafizəsinin yaradılmasının 107-ci ildönümünə təsadüf edir. Azərbaycanda sərhəd mühafizəsinin institusional əsasının qoyulması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul edib. Müstəqillik dövründə sərhəd mühafizə sisteminin inkişafı Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra milli sərhəd mühafizə sisteminin formalaşdırılması dövlət təhlükəsizliyinin əsas istiqamətlərindən birinə çevrildi. Bu sahədə […]
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, 18 avqust saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Namizədlər 21 avqust saat 17:00-dək [miq.edu.az/direktor] linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Bildirilib ki, proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir. Seçim mərhələsində namizədlərin təqdim […]
Avqustun 18-i və 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 29-32 dərəcə isti olacağı gözlənilir. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, bölgələrdə də yaxın iki gün ərzində – avqustun 18-i və 19-da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. “Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. […]
İran ABŞ və İsraillə münaqişədə faktiki olaraq qalib gəlib, belə ki, həmin ölkələr qarşıdurmanın gedişində bəyan etdikləri məqsədlərdən heç birinə nail olmayıblar. Bunu İran Parlamentinin sədir Məhəmməd Baqir Qalibaf bildirib. “Mən bunu ürəkdən deyirəm: biz bu müharibədə həm hərbi, həm də siyasi baxımdan həqiqətən qalib gəlmişik”, – deyə o bildirib. Bununla yanaşı, Qalibaf vurğulayıb ki, İranın qələbəsindən danışılması ABŞ silahlı qüvvələrinin tamamilə məğlub edildiyi anlamına gəlmir. Onun sözlərinə görə, Tehran ilk növbədə onu əsas tutur ki, ABŞ və İsrail münaqişənin […]
Ötən gün vəfat edən general-mayor Abbasəli Novruzov bu gün Hərbi Memorial Məzarlıqda dəfn edilib. Redaksiya AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, DSX-nin və Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasimdə tabutun büküldüyü üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim olunub. Xatırladaq ki, A.Novruzov ötən gün səhər 89 yaşında dünyasını dəyişib. O, uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib. 1993-cü ildə Heydər Əliyevin […]
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf strategiyasının geniş mənzərəsini ortaya qoyur. Bu strategiya Naxçıvanın Azərbaycanın regional nəqliyyat, enerji, sənaye və logistika sistemində daha mühüm mövqeyə çıxarılmasını nəzərdə tutur. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, ölkəmizin geosiyasi və geoiqtisadi baxımdan ən mühüm məkanlarından biridir. Muxtar respublikanın coğrafi mövqeyi, Türkiyə və İranla sərhədləri, tarixi-mədəni irsi bu bölgənin inkişafına xüsusi yanaşma tələb edir. Prezident İlham Əliyevin müsahibəsində də məhz bu amillər fonunda Naxçıvanın gələcəyinə dair […]
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük orqanına bəyan edilməyən 17 ədəd mobil telefon, xeyli sayda mobil telefon ehtiyat hissələri və aksesuarları aşkar edilib. İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çamadanına gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı çamadandan gömrük orqanına bəyan edilməyən müxtəlif parametrlərə malik ümumilikdə, 17 ədəd “Iphone” markalı mobil telefon, müxtəlif markalı mobil telefonlara aid 190 ədəd ekran və aksesuarlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun ucqar kəndi olan Sahiloba kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə […]
Xocavənddə buldozer minaya düşüb, iki nəfər xəsarət alıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 12 avqust tarixində mina partlayışı hadisəsi baş verib. Xocavənddə buldozer minaya düşüb, iki nəfər xəsarət alıb: “Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri 1989-cu il təvəllüdlü […]
Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər. Mərkəz bu gündən etibarən vətəndaşlara xidmət göstərir. Mərkəzin ümumi sahəsi, təxminən 3500 kvadratmetrdir. Burada gün ərzində 500-600 vətəndaşa xidmət göstəriləcək. Yüzdən çox əməkdaşın çalışdığı Mərkəzdə 50-yə yaxın könüllü “Könüllü DOST” proqramı çərçivəsində müxtəlif subproqramlar üzrə vətəndaşlara dəstək olacaqlar. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, Mərkəzin binası müasir üslubda […]
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında üçtərəfli görüş baş tutub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tarixi Vaşinqton Sammitinin birinci ildönümünə təsadüf edən görüş Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə həsr olunub. Görüş zamanı tərəflər “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü ilə bağlı son vəziyyəti müzakirə edib, maneəsiz regional bağlantının, iqtisadi inkişafın və davamlı […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi. Bildirildi ki, Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının (güzəştli mənzillər) tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb. Kompleksdə 6 və 7 mərtəbəli 16 bina inşa ediləcək. Burada 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı, 37 dördotaqlı olmaqla, ümumilikdə 518 […]
Yaponiyanın avtomobil istehsalçısı Toyota ABŞ-də 508 mindən çox avtomobili geri çağırır. Buna səbəb cihazlar panelinin əsas məlumatları göstərməsinə mane ola biləcək displeylə bağlı problemdir. Bu barədə ABŞ-nin Yol Hərəkəti Təhlükəsizliyi üzrə Milli İdarəsi-nin (NHTSA) məlumatında deyilir. Geri çağırma 2025-2026-cı illərdə buraxılmış hibrid “Camry” avtomobillərinə şamil olunur. Qeyd olunur ki, avtomobil işə salındıqda displey nasazlıq verə və qəza işıqlarının, dönmə siqnallarının, təhlükəsizlik kəmərinin bağlanması barədə xəbərdarlığın və digər mühüm məlumatların göstərilməməsinə səbəb ola bilər. Geri çağırılan avtomobillərin displey proqram təminatı Toyota […]
Azərbaycanda 2025-ci ildə 149 uşaq övladlığa götürülüb. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı “Azərbaycanda hüquqpozmalar” məcmuəsində əks olunub. Qeyd edilib ki, onlardan 71-i qızlardır. Komitənin məlumatına görə, keçən il 6 uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilib.(“Report”)
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin “Xarici dil müəllimliyi” ixtisasına qəbul planında ötən illə müqayisədə bir sıra dəyişikliklər edilib. Modern.az saytı Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında dərc olunan 2025 və 2026-cı illər üzrə qəbul planlarını müqayisə edib. Müqayisəyə əsasən, Azərbaycan Dillər Universitetində xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına 2025-ci ildə 500 plan yeri ayrıldığı halda, 2026-cı ildə bu rəqəm 475-ə endirilib. Beləliklə, qəbul planında 25 yer azalıb. Universitetdə alman dili üzrə xarici dil müəllimliyində də azalma var. 2025-ci ildə 40 olan […]
Avqustun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 30, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17, dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib. Avqustun 8-də və 9-da ümumi çəkisi 30,5 […]
Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. Şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiqi dolu axşamlara ev sahibliyi edib. Sözügedən parklar paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanları sırasındadır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları hər yaşdan olan ziyarətçilər üçün […]
Yay aylarında temperaturun yüksəlməsi təkcə insanların gündəlik həyat tərzini deyil, ailə büdcəsini də dəyişir. Qış mövsümündə əsas yük istilik və qaz xərclərinin üzərinə düşdüyü halda, yayda mənzərə tam fərqli olur. Kondisionerlərin uzun müddət işləməsi, su sərfiyyatının artması və bəzi binalarda liftlərin daha intensiv istifadəsi kommunal ödənişlərdə artımı qaçılmaz edir. Nəticədə bir çox ailə iyul və avqust aylarında əvvəlki aylarla müqayisədə daha yüksək kommunal ödənişlərlə üzləşir.Plat.az bildirir ki, “Yeni Sabah” yay aylarında artan əsas kommunal xərcləri araşdırıb. Yay mövsümündə ən çox […]
Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar. Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı […]
11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dələduzluqda ittiham olunur. Vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 11 saylı vəkil bürosunun rəhbəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyevdir. Hələlik büro tərəfindən vəkilin […]
Azərbaycanda dövlət müəssisələrinin maliyyə sağlamlığının sektorlar və risk dərəcələri üzrə beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsi üçün Fiskal Risk Reytinqi hazırlanıb. Bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir. Sənədə əsasən, maliyyə əmsallarının hədd bazası, eləcə də həmin hədlərin riyazi-metodoloji əsaslandırılmasını ehtiva edən Təlimatlar (Pasportlar) hazırlanıb. Bundan başqa, Həmçinin 2020–2026-cı illər üzrə dövlət müəssisələrinə dair büdcə daxilolmaları (dividendlər) və büdcə xərclərinin (investisiya, subsidiyalar, borc öhdəlikləri və s.) uçot bazası yaradılmış və illər üzrə fiskal balans hesablanıb.
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2026-cı il mayın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” təsdiq edilib. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, […]
Rabitəbank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun mexanizmi çərçivəsində MİDA layihələri üzrə güzəştli ipoteka krediti təqdim edir. Güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşlar banka yaxınlaşmadan Rabitəbankın onlayn müraciət platforması vasitəsilə ilkin kredit razılığı üçün müraciət edə bilərlər. Sənədlər tam təqdim edildiyi halda kredit cəmi 1 iş günü ərzində rəsmiləşdirilir. MİDA xətti üzrə təqdim olunan güzəştli ipoteka krediti 100 000 AZN-dək, illik 4% faiz dərəcəsi və 10%-dən başlayan ilkin ödəniş şərti ilə təqdim olunur. Kredit Azərbaycan manatı ilə rəsmiləşdirilir […]
Ali Məhkəmənin Mülki kollegiyası müəlliflik hüququ ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Bu barədə Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, işin hallarına görə, iddiaçı (Gildiya) audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatı cavabdeh şirkətin audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasında istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal etdiyini bildirərək, cavabdehin üzərinə iddiaçı ilə müqavilə bağlanılması öhdəliyi qoyulmasını və qanunvericilikdə nəzərdə tutulmuş qonorarın tutulmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək […]
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, tərəflər Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Azərbaycan və Ukraynanın gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd etməyə hazırlaşdığı bir vaxtda strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Nazir Ceyhun Bayramov Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi […]
Mebel satışı ilə məşğul olan “Narıncı Mebel” MMC ləğv olunduğunu elan edib. xBu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər. Qeyd edək ki, “Narıncı Mebel” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ülkər Kişibəyovadır. Şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 12 min manatdan çox borcu da mövcuddur.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xoltəzəkənd kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış […]
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 14 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Taxılın ümumi çəkisi 979 tondur. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib. Eyni zamanda, indiyə qədər Azərbaycandan […]
Vicdanın səsi: Şəhid övladlarına sevinc bəxş edən insanı qaralamaq kimə xidmət edir? – FOTOLARBəzən insan düşünür: görəsən, xeyirxahlığın da cəzası olurmu? Şəhid övladlarının üzündə təbəssüm yaratmaq, onların bayram sevincinə şərik olmaq, ailələrinə diqqət və qayğı göstərmək hər kəsin bacarmadığı bir məsuliyyətdir. Bu, sadəcə təşkil olunan bir tədbir deyil, Vətən uğrunda canından keçən qəhrəmanların əmanətlərinə göstərilən hörmət və ehtiramdır. “Magen David Azərbaycan”ın təsisçisi David Seliverstovun təşkilatçılığı ilə şəhid övladları üçün keçirilən bayram tədbiri də məhz bu dəyərlərin ifadəsi idi. Uşaqların sevinc […]
Xəbər verildiyi kimi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb. Hərrac vasitəsilə satışa çıxarılan mənzillərdən biri satılıb. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən, 370,4 kvadratmetr sahəsi olan mənzil 50 faiz endirimlə 5-ci dəfə satışa çıxarılaraq 463 min 125 manata alıcı tapıb. Qeyd edək ki, sabiq nazirin mənzilini alan şəxsin kimliyi barədə açıqlama verilməyib. Onu da bildirək ki, Bakı […]
“Bəzi media resurslarında və sosial şəbəkələrdə haqqımda yayılan məlumatlarla əlaqədar indiyədək susmağı üstün tutmuşam. Çünki inanıram ki, həqiqətin tələsik müdafiəyə ehtiyacı yoxdur. Lakin cəmiyyətdə yaranan suallar, eləcə də mənə göstərilən böyük dəstək bu açıqlamanı verməyi zəruri etdi. İlk növbədə bildirmək istəyirəm ki, haqqımda yayılan materiallarda istifadə olunan bəzi şəkillər fotomontaj yolu ilə hazırlanıb, görüntülər manipulyasiya edilib və ictimai rəyi məqsədli şəkildə yanlış istiqamətə yönəltməyə xidmət edir. Fikir ayrılığı və tənqid demokratik cəmiyyətin ayrılmaz hissəsidir. Ancaq saxta vizual materiallardan istifadə nə […]
İnsan illərlə özünü prinsipial müxalifətçi kimi təqdim edir, hakimiyyəti sərt şəkildə tənqid edir, dövlətin bütün fəaliyyətini yanlış hesab edir, lakin ölkənin ən böyük uğurlarından biri əldə olunduqdan sonra birdən-birə “mən də iqtidarın yanındayam” deməyə başlayırsa, bu, siyasi prinsipdən daha çox siyasi fürsətçülük təsiri bağışlayır. Əgər doğrudan da iqtidarın siyasəti doğru idisə, bunu otuz il ərzində niyə görmürdün? Əgər yanlış idisə, Qarabağ Zəfəri həmin siyasətin mahiyyətini birdən-birə necə dəyişdi? Dövlətin uğuru baş verəndən sonra mövqe dəyişmək cəsarət deyil, hazır nəticəyə şərik […]
Bəxtiyar Məmmədov: Bakı metrosunda qatarların hərəkət intervalı 2 dəqiqəyə endiriləcəkBakı metrosunda həyata keçirilən yeni layihələr tıxacları azaldacaq, sərnişin axınını rahatlaşdıracaq. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Bakı Metropoliteni hər iki xətt (“Yaşıl” və “Qırmızı”) üzrə 3 dəqiqə 30 saniyədən az interval təmin edə bilmir: “Lakin layihələr başa çatdıqdan sonra qatarlararası maksimal interval 2 dəqiqəyə enəcək. Digər istiqamətlərdə isə ehtiyat qatarlar nəzərdə tutulacaq və sərnişin axınının tənzimlənməsi daha səmərəli təşkil ediləcək”. B. Məmmədov […]
Abşeron rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin özünü mənzil almaq istəyən müştəri kimi təqdim edərək mənzilə daxil olduğu və ev sahibinin diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
“Corporation-Vvide Profil of Az Metal” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə edilib. Şrkət tərəfindən 49 400 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya valyuta vəsaiti geri qaytarılmayıb. Azərbaycan Mərkəzi Bankı tərəfindən şirkət barəsində protokol tərtib edilib və iş baxılması üçün […]
5 Avqust – Azərbaycan Hərbi Dəniz Donanması Günüdür. Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmışdır. 1919-cu ilin yayında ingilislər Bakını tərk etdikdən sonra şəhər limanının idarəsi və hərbi gəmilərin bir hissəsi Azərbaycan hökumətinə təhvil verilmişdir. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olunmuşdur. Azərbaycan hökumətinin bu addımı ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm rol oynamışdır. 1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun rəhbərlik etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı […]
Dünya Alpagut Federasiyasının İdarə Heyətinin sədri Kutsan Vasif Namazov, Dünya Alpagut Federasiyasının Türkiyə üzrə rəsmi nümayəndəsi Metin Karadeniz və onları müşayiət edən nümayəndə heyəti Türkiyə Respublikası Gənclik və İdman nazirinin müavini cənab Hamza Yerlikaya ilə görüş keçiriblər. Görüş zamanı Alpagut idman növünün beynəlxalq səviyyədə inkişafı, Türk dünyasının ortaq mədəni irsinin qorunması, ənənəvi döyüş sənətlərinin gələcək nəsillərə ötürülməsi, eləcə də beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb. Dünya Alpagut Federasiyası olaraq, Alpagutun beynəlxalq platformalarda daha güclü təmsil olunmasına, […]
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır. Bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edilir. “Müsabiqənin əsas məqsədi 2026/2027-ci tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının […]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlarına medal və vəsiqələrin təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva bildirib ki, dövlət başçısı tərəfindən dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi, peşəkar fəaliyyətinin stimullaşdırılması və maddi rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər dövlət qulluğu institutunun inkişafına və dövlət-vətəndaş münasibətlərinin daha da […]
Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, müsabiqə regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələrinin tutulması məqsədilə elan olunub. Direktor vəzifəsi üzrə əmək funksiyalarına teatrın fəaliyyətini Azərbaycan qanunvericiliyinə uyğun təşkil etmək; yaradıcı və inzibati idarəetmənin həyata keçirilməsinə nəzarət etmək; teatrın strateji məqsədləri və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək; repertuar siyasətini formalaşdırmaq; dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət etmək; […]
Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” bədii filmini ölkə kinoteatrlarında bu günədək 200 mindən çox kinosevər izləyib. Bədii filmin bölümləri – “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sona” və “Tağıyev: Məktəb” ölkənin aparıcı kinoteatrlarında bu müddət ərzindən geniş maraqla qarşılanan Azərbaycan filmi statusu əldə ediblər. Kinoteatrlar bununla bağlı rəsmi statistikanı açıqlayaraq “Tağıyev” bədii filmini “Ən çox izlənilən Azərbaycan filmi” elan ediblər. Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük […]
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına yarımstansiya barədə məlumat verib. Bildirilib ki, bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə “AzərEnerji” ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub. İlk mərhələdə “AzərEnerji” tərəfindən Cəbrayıl rayonunda tikilən […]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 861 yanğına çıxış, 46 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-dən verilən xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 59 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub, 7 nəfər tüstüdən zəhərlənib, 7 […]
Kolleclərə qəbul üzrə ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan […]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocavənd rayonunda humanitar minatəmizləmə əməliyyatları zamanı özəl şirkətlərdən birinin əməkdaşının piyada əleyhinə minaya düşərək xəsarət alması ilə bağlı ciddi narahatlığını ifadə edir. Baş vermiş hadisə Ombudsmanın ciddi narahatlığına səbəb olub. Ombudsman xəsarət alan əməkdaşa tezliklə şəfa diləyir, ailəsinə və yaxınlarına dərin həmrəyliyini və mənəvi dəstəyini ifadə edir. Eyni zamanda, vətəndaşları mina təhlükəsinin davam etdiyini nəzərə alaraq azad olunmuş ərazilərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız müəyyən edilmiş marşrutlardan istifadə etməyə, naməlum əşyalara toxunmamağa […]
Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib, Nazirlər Kabineti də səlahiyyətlərini dayandırıb. Bu barədə Nikol Paşinyan sosial şəbəkə hesabında məlumat verib Bu, yeni çağırış parlament fəaliyyətə başladıqdan sonra Konstitusiyanın tələbinə uyğun həyata keçirilən formal prosedurdur. Ölkə Konstitusiyasının 158-ci maddəsinə əsasən, hökumət parlamentin ilk iclas günü istefa verir. Yeni hökumət formalaşdırılanadək nazirlər öz vəzifələrini icra etməyə davam edəcəklər. Növbəti Baş nazir hakim fraksiyanın təqdimatı əsasında prezident tərəfindən təyin olunacaq.
Türkiyənin tanınmış “Yeşilçam” aktyoru Can Kolukısa 92 yaşında vəfat edib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Qeyd edək ki, aktyor “Kapıcılar Kralı”, “Züğürt Ağa”, “Postacı”, “Muhteşem Yüzyıl”, “Gibi”, “İnci Taneleri” və son olaraq “Mehmed: Fetihler Sultanı” layihələrində yaratdığı obrazları canlandırıb.
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu Öndər fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə […]
Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb. Aprel ayında uğurla tamamlanan hüquqi və institusional hazırlıq prosesindən sonra, bank artıq bu maliyyə mexanizmini tam funksional şəkildə fərdi və korporativ müştərilərinin ixtiyarına verir. Sözügedən kreditlər ölkədə enerji resurslarından səmərəli istifadə edilməsini təşviq etmək, müasir […]
Bu gün Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər. Azərbaycan Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçılarına və birinci xanımlara İssık-Kul vilayətinin Kara-Oy kəndində tikilmiş mehmanxana barədə məlumat […]
Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 4800 manat dəyərində elektrik avadanlıqları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Ə.Şirəliyev saxlanılıb. Araşdırmalarla onun oğurladığı əşyaları satdığı müəyyən edilib. Rayon ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə dəyəri 2000 manat olan velosiped oğurlamaqda şübhəli bilinən 23 yaşlı N.Nəcəfov və 31 yaşlı T.Babayev də saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
“Birgə və Sağlam” İctimai Birliyi 2013-cü ildə autizmli şəxslərin və digər həssas qrupların cəmiyyətə inklüziv inteqrasiyasını, keyfiyyətli təhsil və inkişaf imkanlarına çıxışını dəstəkləmək məqsədilə təsis edilib. Fəaliyyət göstərdiyi müddətdə Birlik Heydər Əliyev Fondu və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə autizm sahəsində mühüm nailiyyətlər əldə edib. 2021-ci il 30 dekabr tarixində yeni Autizm Mərkəzinin açılışı Mehriban Əliyevanın iştirakı ilə baş tutub və mərkəzin idarəetməsi Birliyə həvalə edilib. Bu günədək Birliyin mərkəzlərində yüzlərlə autizmli şəxsə beynəlxalq standartlara uyğun xüsusi təhsil […]
“Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb. “Mpay” MMC elektron pul təşkilatı tərəfindən alınan “E-manat” əmtəə nişanının sahibi “Modenis” MMC-nin dövlətə 386 min manat borcu yığılıb. Qeyd edək ki, qoşulmadan sonra “Modenis”in 5,4 milyon manatlıq nizamnamə kapitalı “Mpay” şirkətinə birləşib. “Mpay” MMC 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan 2024-cü ilin iyulunda lisenziya əldə edib. Yurd Media
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsünə münasibət bildirib. O, bu barədə “Anews.az”a açıqlamasında danışıb. Hikmət Hacıyev qeyd edib ki, bu təşəbbüs dünya təcrübəsi və elmi araşdırmalara əsaslanır. O bildirib ki, sosial şəbəkələrin müsbət tərəfləri danılmaz olsa da, onların uşaqlara psixoloji, sosial və digər təsirləri tam araşdırılmadan azyaşlıların bu platformalara çıxışı təmin edilib. Prezidentin köməkçisi xatırladıb ki, parlament təşəbbüsü üçüncü oxunuşda qəbul […]
Fransa Futbol Federasiyasının mətbuat xidməti milli komandanın yeni baş məşqçisinin Zinəddin Zidan olduğunu açıqlayıb. Mütəxəssislə 2030-cu ilədək nəzərdə tutulan müqavilə imzalanıb. Fransa millisi 2026-cı il dünya çempionatındakı çıxışını Didye Deşamın rəhbərliyi altında başa vurub. Deşam turnirin başa çatmasından sonra vəzifəsindən ayrılacağını daha əvvəl bəyan etmişdi. Dünya futbolunun əfsanəsi olan “Zizu” 2021-ci ildən bəri məşqçi kimi fəaliyyət göstərmirdi. O, daha əvvəl iki dəfə Madridin “Real” klubuna rəhbərlik edib: ilk dəfə 2016–2018-ci illərdə, ikinci dəfə isə 2019–2021-ci illərdə. Onun rəhbərliyi altında Madrid […]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 2020-ci ildən bəri həyata keçirdiyi reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq sosial xidmət müəssisələrindən öz ailələrinə qaytarılıb. Nazirlikdən verilən məlumata görə, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələr üçün sosial dəstək tədbirlərini əhatə edən ailə inkişaf planları hazırlanır. Həmin planlar çərçivəsində ailələrin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə dəstək göstərilir. Bildirilib ki, uşaqlar ailələrinə qaytarıldıqdan sonra onların ailədəki vəziyyətinin izlənilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır. Agentlik tərəfindən eyni zamanda uşaqların valideyn himayəsindən […]
Bu gün “BonAqua” brendi ilə “Qarabağ” Futbol Klubu arasında rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirdə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədova və “Qarabağ” Futbol Klubunun baş direktoru Emrah Çelikel iştirak edib. “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədova əməkdaşlığın əhəmiyyətini vurğulayıb: ““BonAqua” olaraq idmanın və sağlam həyat tərzinin təşviqini fəaliyyətimizin əsas istiqamətlərindən biri hesab edirik. Azərbaycanın ən uğurlu futbol klublarından biri olan “Qarabağ” FK ilə tərəfdaşlığa başlamaqdan məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq həm idmanın inkişafına töhfə […]
Prezident İlham Əliyev “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Dəyişikliyə əsasən, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək. Prezident İlham Əliyev qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman da imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuşu ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi […]
Sosial şəbəkələrdə Ağdam şəhərində inşa edilmiş binalarla bağlı görüntülər yayılıb. Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlikdən bildirilib ki, Ağdam şəhərində yeni inşa edilmiş ikinci yaşayış məhəlləsində istismara verilmiş yaşayış binalarında aparılmış baxış və monitorinqlər zamanı binaların konstruktiv elementlərində, daxili mühəndis-kommunikasiya sistemlərində və digər istismar göstəricilərində hər hansı problem, nasazlıq və ya keyfiyyət uyğunsuzluğu müəyyən edilməyib. “Bununla belə, yaşayış binalarından birinin həyətyanı ərazisində torpaq çökməsi halı qeydə alınıb. Məsələ ilə əlaqədar aidiyyəti üzrə əraziyə operativ baxış keçirilib, aparılmış araşdırmalar […]
Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası” təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması qaydasını müəyyən edir. Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və […]
Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb. Təyinatla bağlı Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni nazirliyin kollektivinə təqdim edib. Qeyd edək ki, bu dövrə qədər Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammmal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. APA
“Təhsil TV”nin direktoru vəzifəsinə təyinat olub. Redaksiya “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu vəzifəyə Bəhruz Nəzərov təyinat alıb. Əmək fəaliyyətinə media sahəsində başlayan B.Nəzərov müxtəlif illərdə “Space” TV-də, “İnterfaks-Azərbaycan”da, “ATV International”da, “Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb. O həmçinin Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda “Oil and Industry” jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə […]
Azərbaycanda müvafiq qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsi ilə həm islam bankçılığı məhsulları təqdim edən bankların, həm də təqdim edilən məhsul çeşidinin sayının artması gözlənilir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə deyib. O, müsahibəsində əvvəlcə Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantısının nəticələrindən, eləcə də bu tədbirin Azərbaycanın maliyyə sektoru, xüsusilə də islam maliyyəsinin inkişafı baxımından əsas töhfələrindən bəhs edib: “İslam İnkişaf Bankı Qrupunun illik görüşləri üzv ölkələr arasında dialoq və tərəfdaşlıqların qurulması, eyni zamanda bilik […]
Bu gün Türkiyənin İstanbul da daxil olmaqla, 25 vilayətində rekord istilər müşahidə olunacaq. “Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə ölkənin Meteoroloji Baş İdarəsi xəbərdarlıq edib. İdarənin məlumatına görə, bəzi yerlərdə hava şəraiti yağıntılı olacaq: “Fasilələrlə leysan yağacaq, şimşək çaxacaq. Yağışın Samsun və Sinopun daxili hissələrində güclü olması gözlənilir. Bu səbəbdən həmin ərazilərdə daşqın və torpaq sürüşməsi riski var”.
Son vaxtlar dünyanın bir sıra ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı müzakirələr genişlənib. Bu fonda Azərbaycanda da sentyabr ayından etibarən belə bir sistemin tətbiq olunub-olunmayacağı maraq doğurur. Görəsən, ölkədə 4 günlük iş həftəsinə keçid realdırmı? Mövzu ilə bağlı “konkret.az”a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, belə bir model nəzəri baxımdan mümkün olsa da, onun bütün sahələrə şamil edilməsi məqsədəuyğun deyil. Deputatın sözlərinə görə, 4 günlük iş həftəsi daha çox dövlət qurumlarında tətbiq olunacaq: “Özəl sektorun buna […]
Ağdamda “Xanı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid baş gizir Səyyaf Əhmədovun xatirəsinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə I Açıq Qarabağ turniri keçirilib 08 iyul 2026-cı il tarixində Ağdam Olimpiya İdman Kompleksində “Xanı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid baş gizir Səyyaf Əhmədovun xatirəsinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə I Açıq Qarabağ turniri keçirilib. Turnirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, Ağdam Rayon Gənclər və İdman Sektorunun müdiri Kənan Qədirov, şəhidin döyüş […]
“Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib. Nazirlər Kabineti bu barədə qərar verib. Akkreditasiya Komissiyası tibb müəssisəsinin fəaliyyətinin akkreditasiya meyarlarına uyğunluğunun qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən yaradılan komissiyadır. Qaydaya əsasən, akkreditasiya hər 5 (beş) ildən bir həyata keçirilir. Yeni təsis edilmiş tibb müəssisəsinin akkreditasiyası onun fəaliyyətə başladığı (özəl tibb müəssisələrinə münasibətdə isə lisenziya aldığı) tarixdən 5 (beş) il sonra həyata keçirilir. Mərkəz hər təqvim ili aprelin 15-dən gec olmayaraq, növbəti […]
Artıq Azərbaycanda nüfuzlu Kembric Universitetinin təhsil liderliyi proqramının diplomunu almaq mümkündür. Azərbaycanda və Qafqaz regionunda ilk dəfə olaraq Britaniyanın Kembric Universitetinin Beynəlxalq Müəllimlik İxtisası və Təhsil Liderliyi Diplom Proqramının milli və regional rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Təhsil sahəsində mühüm beynəlxalq əməkdaşlığın nəticəsi olaraq, artıq xaricə getmədən Kembric Universitetinin Beynəlxalq Müəllimlik İxtisası və Təhsil Liderliyi Diplom Proqramı (Educational Leadership Diploma Programme) üzrə beynəlxalq səviyyədə tanınan diplomunu əldə etmək mümkündür. Layihənin təşəbbüskarı və nümayəndəliyin rəhbəri Tural Abasquliyev bildirib: “Məqsədimiz Azərbaycanda və regionda […]
Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Həmçinin bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi nəzərdə tutulub. Binanın enerji effektivliyi pasportuna aşağıdakı məlumatlar daxil edilir: – bina haqqında ümumi məlumatlar (ünvanı, ümumi və tikinti sahəsi, tipi (kateqoriyası), tikinti ili, binanın mülkiyyətçisi və ya idarəçisi haqqında məlumatlar); – baş fasadın görünüşü; – binanın enerji effektivliyi sinfi; – binanın karbon emissiyası sinfi (binada bərpaolunan enerji mənbələrindən alınan enerji resursları istisna olmaqla enerji sərfi nəticəsində istixana […]
Abşeron rayonunda şirkətlərin birinə məxsus olan yük avtomobillərindən ümumi dəyəri 4000 manat olan akkumulyatorlar oğurlanıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Ə.Abbasov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun akkumulyatorları satdığı, habelə rayon ərazisində daha bir nəfərə məxsus velosiped və təmir-tikinti alətləri oğurladığı da müəyyən edilib. Araşdırma aparılır.
Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü Mirzəqurbanlı və Uzunbabalı kəndlərinin sakinlərilə keçirib. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Mirzəqurbanlı və Uzunbabalı kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu […]
Redaksiya Lent.az-a istinadən xəbər verir ki, bu barədə nevroloq, psixoterapevt, somnoloq Yelena Korabelnikova açıqlama verib. Mütəxəssisin sözlərinə görə, gecə kabusları güclü emosional gərginlik, stress və ya həddindən artıq yorğunluğa orqanizmin reaksiyasıdır. Yuxu zamanı emosional oyanıqlıq tam şəkildə yatırılmadıqda, beyin bu gərginliyi obrazlar və qorxulu süjetlər vasitəsilə “emal edir”. Professor qeyd edib ki, kabusların yaranmasına səbəb olan digər amillər arasında yatmazdan əvvəl həddindən artıq yemək, səs-küy, işıq, yuxu gigiyenasının pozulması və mühit dəyişikliyi də var. Bu faktorlar yuxunun keyfiyyətini aşağı salaraq […]
Redaksiya Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2025-ci ilin (yanvar-may) aylarında 38 836 uşaq, 2026-cı il (yanvar-may) aylarında 28 631 körpə dünyaya gəlib.Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib. Qeyd edək ki, 2024-cü ilin ilk beş ayında (yanvar-may) Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ümumilikdə 43 min 317 doğulan […]
İsrail hökuməti “erməni soyqırımı”nı tanımaq barədə qərar vermişdi Efraim İnbar İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı Azərbaycanın yəhudi icması və İsrailin xarici siyasət mütəxəssisləri tərəfindən tənqid olunub. Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) prezidenti və İsrail-Türkiyə münasibətləri üzrə ekspert professor Efraim İnbar “Kol Barama” radiosuna verdiyi müsahibədə bu qərarı İsrail üçün diplomatik nəticələrə səbəb ola biləcək “uşaqcasına və kiçik bir səhv” adlandırıb. İnbarın sözlərinə görə, bu qərar “türkləri vurmaq” cəhdi kimi görünür, lakin bunun əvəzinə “strateji aktiv” və İsraillə dərin strateji […]
İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərinndə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında […]
Ordubad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ekoloji mühitin qorunması və mövcud yaşıllıq sahələrinin saxlanılması məqsədilə növbəti abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. 04 iyul 2026-cı il tarixində təşkil olunan aksiyada idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir zamanı Ordubad–Naxçıvan magistral yolunun kənarlarında və rayonun digər ərazilərində mövcud olan yaşıllıq sahələrindəki ağaclara, həmçinin çoxillik gül kollarına aqrotexniki qulluq göstərilib, otlar biçilib, ərazi tullantılardan təmizlənib və suvarma işləri həyata keçirilib. Görülən işlər zamanı iştirakçılar tərəfindən yüksək […]
Cari ilin iyun ayında “Google Chrome” Azərbaycanda 80,28 faiz bazar payı ilə istifadəçilər arasında ən populyar internet brauzeri olaraq liderliyini qoruyub saxlayıb. “Global Stats” Statistika Mərkəzinin məlumatına görə, “Google Chrome”un bazar payı əvvəlki ayla müqayisədə 0,76 faiz bəndi azalıb. Bu dövrdə “Safari” internet brauzerinin Azərbaycan bazarındakı payı 7,07 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1,18 faiz bəndi azdır. Siyahıda növbəti yeri “Firefox” internet brauzeri tutub. Belə ki, onun Azərbaycan bazarındakı payı 2,45 faiz bəndi artaraq 5,04 faizə […]
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin olunması, müraciətlərin operativ şəkildə araşdırılması və həlli məqsədilə 03 iyul 2026-cı il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Yuxarı Əndəmic kəndində səyyar qəbul keçirib. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər. Qəbul zamanı çıxış edən İcra Hakimiyyətinin başçısı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün […]
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri Süleyman Nemətova general-leytenant rütbəsi verilib. Redaksiya Gununsesi.info-ya istinadla xəbər verir ki, sözügedən təltif Daxili İşlər Orqanlarının peşə bayramı münasibəti ilə edilib.
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 42 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl şəhid baş gizir Camal İsmayılovun Neftçala şəhəri ərazisində Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub və ruhuna dualar oxunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların […]
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) şirkətlərindən olan “Aztelekom” MMC və “Azercell” MMC arasında departamentlərin inteqrasiyası həyata keçirilir. “Aztelekom”un Hüquq və Komplayens Departamenti “Azercell”in Hüquq məsələləri şöbəsi ilə vahid idarəetmə altında birləşdirilib. Eyni zamanda, “Aztelekom”un Müştəri xidmətləri departamenti “Azercell”in Müştəri xidmətləri və omni-kanal idarəetmə departamenti ilə birləşdirilib. Vahid hüquq istiqamətinə Rəşad Xıdırov, müştəri xidmətləri istiqamətinə isə Faiq Dadaşov rəhbərlik edir. R.Xıdırov bu vaxta qədər “Azercell”in Hüquq şöbəsinin rəhbəri, F.Dadaşov isə “Azercell”də Müştəri xidmətləri və omni-kanal idarəetmə departamentinin direktoru olub. (Plat.az)
Atam mənə görə narahat idi və mənə çox dəstək oldu. Bu sözləri Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə meksikalı Manuel Torresi məğlub edən Rafael Fiziyev deyib. İdmançı qarşılaşma zamanı çətinliklə üzləşdiyini bildirib: “Rəqib ilk raundda barmağı ilə sol gözümə zərbə vurdu. Bundan sonra bulanıq görməyə başladım. İkinci raundda düşünürdüm ki, fırlanaraq zərbə vurum və bu, məndə alındı. Artıq səkkizinci dəfədir ki, UFC-də döyüşürəm. Burada qazandığım məbləği isə normal qarşılayıram”.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi, bəzi ərazilərdə, o cümlədən iyunun 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yağışın güclü olacağı, bəzi həssas yerlərdə subasma, dağ çaylarından isə qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib və müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb: “İntensiv yağıntıların səbəb ola biləcəyi […]
“Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir”. Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA və REAL TV-yə müsahibəsində deyib. General həqiqi hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmətin tətbiqi ilə bağlı suallara aydınlıq gətirib: “Daha qısa zamanda hərbi biliklərə yiyələnməsi mümkün olduğu halda bu məsələ müzakirə oluna bilər. Hazırda bu məsələ müzakirə mövzusu deyil. Ödənişli hərbi xidmətin də tətbiqi bu gün gündəlikdə yoxdur”.
Azərbaycanda “Aİ-95” (“Premium”) markalı benzinin qiyməti 0,05 manat və ya 3% artaraq 1,65 manat olub. Yeni qiymətlər iyunun 24-dən qüvvəyə minib. Yanacaqdoldurma məntəqələrində (YDM) bunu qiymət artımının idxal xərclərinin yüksəlməsi ilə əlaqələndirirlər. Xatırladaq ki, Aİ-95 (Premium) markalı benzinin qiyməti Azərbaycanda dövlət tərəfindən (Tarif Şurası) tənzimlənmir. Qiymətlər idxal dəyərinə uyğun olaraq sərbəst bazar şərtlərinə və şirkətlərin qərarlarına əsasən formalaşır. Hazırda YDM-lərdə 1 litr “Aİ-92” markalı benzinin pərakəndə satış qiyməti 1,15 manatdır. (Postmedia)
Azərbaycanın əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Redaksiya xəbər verir ki, bu barədə “Report”a şairin köməkçisi Arif Mehmandost məlumat verib. Onun sözlərinə görə, Nəriman Həsənzadənin müalicəsi reanimasiyada davam etdilir: “Vəziyyəti ağır-stabil olaraq qalır”.
Abşeronda bir neçə nəfərə qarşı dələduzluq edən həbs olunub. 45 yaşlı Vidadi Babayev (ad və soyad şərtidir) dələduzluqda ittiham olunur. İttiham aktına görə, o, zərərçəkmişlərə özünün Elm və Təhsil Nazirliyində, həmçinin “Asan Xidmət”də yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib. Bu üsulla o, bir nəfərdən qızının Yasamal rayonundakı “Asan Xidmət” mərkəzində işə düzəlməsi üçün 9 min, digər şəxsdən isə Bakıda məktəblərin birinə ibtidai sinif müəllimi keçməsi üçün 15 min manat alıb. Vidadinin “xeyirxah” əməlləri bunlarla bitməyib. O, həmçinin bir zərərçəkəndən oğlunun […]
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə ali hərbi rütbələr təqdim edilib. Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran general-polkovnik Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali […]
Xankəndi şəhərində 26 İyun– Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə hərbi yürüş təşkil olunub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhərin mərkəzi küçələri boyunca təntənəli keçidi ilə başlayan yürüş, Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə keçirilib, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.Hərbi yürüş şəhər sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Sakinlər əllərində Azərbaycan bayraqları ilə yürüş iştirakçılarını alqışlayaraq, onlara dəstək nümayiş etdiriblər. Xankəndi şəhərində, Ağdərə […]
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı yaşlı Taleh Əmrahov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 26 kiloqram marixuana və 40 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş […]
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 12:24-də daxil olub. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə, Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayıb. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bu gün Bakıda Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olur. Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu […]
İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib. Bu barədə DİM-dən məlumat verilib. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanda 556 namizəd iştirak edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək. İmtahanda namizədlərə qanunvericilik vә ümumi sahәvi biliklәrini, həmçinin verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 120 tapşırıq […]
Qlobal bazarda qiymətlərin yüksəlməsi Azərbaycanın karbamid ixrac gəlirlərindəki azalmanı qismən yumşaldıb. Banker.az xəbər verir ki, bu ilin ilk 4 ayında ölkədən karbamid ixracının həcmi yarıdan çox azalsa da, Yaxın Şərqdəki geosiyasi gərginliyin yaratdığı qiymət artımı nəticəsində ixracın orta satış qiyməti yüksəlib və gəlirlərdəki azalma həcmdəki geriləmədən daha məhdud olub. 2026-cı ilin yanvar-aprel aylarında ölkədən 92.07 min ton azot gübrələri (karbamid) ixrac olunub. İxracın dəyəri 34.59 mln. dollar təşkil edib. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə Azərbaycandan 215.67 min ton məhsul […]
Plana düşən binalarda ən çox çətinliklə üzləşənlərdən biri kiçik mənzil sahibləridir. Bakıda, xüsusilə mərkəzi ərazilərdə sahəsi 20-30 kvadratmetr olan köhnə mənzillər az deyil. Bu binalar yenidənqurma və söküntü prosesinə düşəndə sakinlərə kompensasiya adətən mənzilin kvadratına uyğun hesablanır. İlk baxışdan bu yanaşma hamı üçün eyni görünür. Amma reallıqda kiçik mənzil sahibi aldığı vəsaitlə həmin ərazidə və ya yaxınlıqda yeni ev almaqda çətinlik çəkir. Məsələ Milli Məclisdə də müzakirə olunub. Deputat Vüqar Bayramov bildirib ki, sahəsi kiçik olan evlərin sahibləri kompensasiya aldıqdan […]
Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib. Redaksiya xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi açıqlama yayıb. “NoComment” saytı tərəfindən “Təcili: Azərbaycanda 200 tələbə vəfat etdi”, daha sonra isə “Medianews” saytı tərəfindən “Şok: Azərbaycanda 200 tələbə vəfat edib” kimi şişirdilmiş başlıqlardan istifadə edilməsi cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi […]
Bu gün ADRA-nın yaradılmasının 9-cu ildönümüdür. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Prezident cənab İlham Əliyevin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur. Açıq məkanda reklam sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən dövlət qurumu kimi ölkənin açıq məkanda reklam ekosisteminin dayanıqlı inkişafını təmin etməkdir. ADRA-nın əsas fəaliyyət istiqamətləri Tənzimləmə və Nəzarət: Açıq məkanda reklam lövhələrinin (bilbordlar, işıqlı […]
Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrə qeydə alınıb. Bu, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb. Məlumatda qeyd olunub ki, bu fənlər üzrə nəticələrin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bəzi məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də ali məktəblərə hazırlıq prosesinə laqeyd yanaşmanın nəticəsidir. Bildirilib ki, vəziyyətin real səbəbləri araşdırılmalı və həmin […]
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar havanın temperaturu iyunun 21-də ötən günlərlə müqayisədə 4-7 dərəcə enəcək.
Tanınmış vəkil, professor Fərhad Mehdiyevin qızının motosiklet qəzasında faciəvi şəkildə həyatını itirməsindən sonra sosial şəbəkədə etdiyi paylaşım geniş müzakirələrə səbəb olub. O, paylaşımında övlad tərbiyəsində valideyn nəzarətinin əhəmiyyətindən, gənclərin həyat seçimlərinə münasibətdən və sonradan yarana biləcək peşmanlıq hissindən bəhs edib. Xüsusilə sosial şəbəkələr, blogerlik fəaliyyəti və gənclərin müstəqil qərarları fonunda valideynlərin rolu ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə fərqli yanaşmalar ortaya çıxarıb. Redaksiya bildirir ki, mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, son dövrlərdə gənclər arasında baş verən […]
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət cədvəlinə iyulun 1-dən etibarən hər iki istiqamətdə dəyişiklik edir. Bu barədə ADY-dən məlumat verilib. Dəyişikliyə əsasən, qatar Bakıdan saat 23:30-də (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.
10 iyun tarixində Beynəlxalq Qadınlar Klubunun cari mövsüm üzrə yekun görüşü keçirildi. Tədbir səmimi, dostluq və qarşılıqlı anlaşma şəraitində baş tutdu. Görüşdə diplomatik korpusun nümayəndələri, Belarus Respublikasının səfirinin xanımı, Beynəlxalq Qadınlar Klubunun prezidenti – Qazaxıstan Respublikasının Səfirinin xanımı, eləcə də Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Alim Bayel iştirak etdilər. Tədbirin fəxri qonaqları sırasında Azərbaycan və Özbəkistanın tanınmış incəsənət xadimləri yer aldılar. Çıxış edənlər Beynəlxalq Qadınlar Klubunun Azərbaycanın ictimai və sosial həyatında oynadığı mühüm rolu xüsusi vurğuladılar. […]
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir. Səfər çərçivəsində Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib. Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Görüşdən sonra müdafiə naziri Kruşevaç şəhərində yerləşən “Slobodişte” Memorial Kompleksini ziyarət edib, İkinci Dünya müharibəsi qurbanların
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 36 yaşlı Səddam Məmmədovdan 15 kiloqram, 39 yaşlı Elçin Hacıyev və tanışı 26 yaşlı Ayxan Abbasquliyevdən 11 kiloqram, 25 yaşlı Hafiz Tağıyevdən isə 20 kiloqrama yaxın marixuana, heroin və metamfetamin aşkarlanıb. Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 46 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını […]
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrində keçirilən döyüş atışlı taktiki təlimin gedişini izləyiblər. Baş Qərargah rəisinə məruzə edilib ki, təlimə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub. Təlimin planına uyğun olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus akvatoriyasında şərti düşmənin məhv edilməsi, eləcə də digər qoşun növləri və silahlı birləşmələr ilə birgə fəaliyyətlər […]
Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Mastercard”ın əməkdaşlığı ilə həyata keçirilən “TəhsilPlus” layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan tədbirlərdə təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim edilib və layihənin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib. Təqdimat mərasimlərində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, “Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər. “Kapital Bank”ın İdarə Heyəti sədrinin […]
Bu il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib. Redaksiya bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il iyunun 1-nə nisbətən 8 % azdır. Təkcə mayda ölkənin xarici dövlət borcu 36 milyon ABŞ dolları azalıb. Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir, nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının […]
Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,82 dollar və ya 4,82 faiz azalaraq 95,27 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınıb. Redaksiya xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 08:55-də baş verib. Zəlzələ ocağı 48 kilometr dərinlikdə yerləşib.
İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Redaksiya xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Sənədə əsasən, bu Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılması, mövcud normativ hüquqi aktlara uyğun olaraq, […]
Ermənistanda keçirilən son seçkilərin ilkin nəticəsi onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti müharibə və revanşizm siyasətinə deyil, sülhə, normallaşmaya və regional əməkdaşlıq perspektivlərinə üstünlük verdi. Uzun illər ölkənin siyasi gündəmini müəyyən edən radikal və revanşist qüvvələrin növbəti dəfə seçicilərdən lazımi dəstək ala bilməməsi Ermənistan cəmiyyətində yeni siyasi düşüncənin formalaşdığını göstərir. Son illərdə regionda baş verən hadisələr, xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Ermənistanın siyasi və ictimai həyatında ciddi dəyişikliklərə səbəb olub. Müharibə dövrünün çağırışları artıq […]
1 iyul 2026-cı il tarixindən etibarən BakıKart kartlarının satış qiyməti 2 manatdan 3 manata yüksələcək. Bu barədə “BakıKart” məlumat yayıb. “BakıKart kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və bu müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb. Bu dövr ərzində sərnişinlər üçün NFC, QR və bank kartları ilə ödəniş imkanları istifadəyə verilib, rəqəmsal xidmətlər daha da genişləndirilib”. Məlumatda həmçinin qeyd olunub ki, dəyişiklik […]
8 iyun 2026-cı il tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub. Təlimin məqsədi təcili hallarda qərarvermə, pasiyentin vəziyyətinin operativ qiymətləndirilməsi, ilkin tibbi yardımın təşkili və məhdud zaman şəraitində effektiv müdaxilə bacarıqlarının təkmilləşdirilməsi olub. Proqram çərçivəsində iştirakçılar hava yolunun açıqlığının təmin edilməsi, tənəffüs və qan dövranının qiymətləndirilməsi, eləcə də həyati təhlükə yaradan vəziyyətlərdə ilkin müdaxilə prinsipləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Təlim zamanı […]
18 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçiriləcək. Dünyanın 30-a yaxın ölkəsindən ombudsmanlar, milli insan hüquqları institutlarının nümayəndələri, beynəlxalq təşkilatlar, dövlət qurumları və ekspertlər bir araya gələrək süni intellektin insan hüquqlarına təsiri, etik çağırışlar və gələcəyin məsuliyyətləri barədə fikir mübadiləsi aparacaqlar. İnnovasiya ilə insan hüquqlarının qovuşduğu bu mühüm platforma qlobal əməkdaşlığa və yeni yanaşmaların formalaşmasına […]
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Özbəkistan Milli Antidopinq Agentliyi (UzNADA) arasında əməkdaşlıq memorandumu AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və Özbəkistan Milli Antidopinq Agentliyinin direktoru Abdüşükür Sadıqov tərəfindən imzalanıb. Memorandum antidopinq təhsili, dopinq nəzarəti, terapevtik istifadə üçün istisnalar (TUE), idmançıların bioloji pasportu (ABP), ADAMS sistemi, nəticələrin idarə olunması, araşdırma və təhqiqat fəaliyyəti, həmçinin beynəlxalq idman tədbirlərində əməkdaşlığın inkişafını nəzərdə tutur. Bundan əlavə, tərəflər təcrübə mübadiləsi aparmaq, birgə təlim proqramları təşkil etmək, informasiya və metodik materiallarla qarşılıqlı əməkdaşlığı gücləndirəcəklər.
Milli Olimpiya Komitəsi (MOK) ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Mərasim “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində baş tutub. Sazişi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və “Visa” şirkətinin Azərbaycandakı Baş direktoru və regional meneceri Nurlan Hacıyev imzalayıblar. Mərasim zamanı tərəflər arasında əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi və idman hərəkatının dəstəklənməsinə yönəlmiş təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub. Müqavilənin Milli Olimpiya Komitəsi ilə “Visa” arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyi bildirilir. Çingiz Hüseynzadə MOK ilə “Visa” şirkətinin 2023-cü ildən əməkdaşlıq etdiyini […]
Məlumdur ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukraynada və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır. Mövzu ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib: “Təəssüf ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır. Bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son […]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes Gelandewagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.
Piyada keçidinin yaxınlığında çoxzolaqlı yolu keçməyə çalışan piyada hadisə yerində öldü İyunun 6-sı axşam saatlarında Sabunçu rayonu Heydər Əliyev prospekti, “Sabunçu” körpüsünün qarşısında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətin intensiv olduğu çoxzolaqlı yolu keçməyə çalışan piyadanı minik avtomobili vurub. Bu qəza baş verməyə bilərdimi? Piyadalar keçidlərin yaxınlığında, xüsusilə də çoxzolaqlı yolu keçməyə çalışdıqda təəssüflər olsun ki, əksər hallarda nəticəsi bu cür olur. Buna görə də onlar məsuliyyətli və diqqətli olmalı, yolu yalnız keçidlərdən istifadə etməklə keçməlidirlər. Sürücülər […]
Elm və təhsil naziri Emin Əmrullayev 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində kompüter elmləri, informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, süni intellekt, eləcə də mühəndislik istiqamətləri üzrə təhsil almış bir qrup gənclə görüşüb. Görüş zamanı nazir Dövlət Proqramının ölkənin insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayaraq məzunların xaricdə qazandıqları bilik və bacarıqları Azərbaycanın texnoloji inkişafına, innovasiya ekosisteminin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinə töhfə vermək üçün səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini ifadə edib. Müzakirələr zamanı gənclərin […]
Hacıqabul Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üzrə 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə müşavirə keçirilib. Redaksiya-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayonun aidiyyəti dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən müəssisələrin rəhbərləri, fermerlər və digər iştirakçılar iştirak etdilər. Müşavirəni giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Saleh Ələskərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafının ölkənin sosial-iqtisadi […]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavinləri Əvəz İlyas oğlu Qocayev və Hüsnü Ələkbər oğlu Quliyev vəzifələrindən azad ediliblər. Redaksiya “Unikal”a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam verib. Qeyd edək ki, Ə. Qocayev və H.Quliyev bu vəzifəyə 2017-ci ildə təyin olunmuşdular. Fotoda: Əvəz Qocayev
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin şəhid ailələri üzvləri və qardaş ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar. Qonaqlara Mərkəzdə həssas kateqoriyalardan olan şəxslərin yaradıcılıq potensialının inkişafı üçün yaradılmış şərait və aparılan işlər barədə məlumat verilib. Onlar müəssisədə hazırlanmış sənət nümunələrini, burada aparılan təlim prosesini, Mərkəz üzvlərinin ifasında konsert proqramını izləyiblər. Keçirilən görüşdə Əmək […]
Nəsimi rayonu ərazisində yerləşən elektronika mağazalarından birindən 2500 manat dəyərində noutbuk oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı V.Rzayev saxlanılıb. Araşdırmalar zamanı onun paytaxt ərazisində yerləşən digər mağazalardan da məişət və elektronika avadanlıqları oğurladığı, daha sonra həmin əşyaları müxtəlif ticarət obyektlərində satdığı müəyyən edilib. Araşdırma aparılır.
İyunun 4-də Gəncə-Daşkəsən regionu üzrə ali və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçilərinə TəhsilPlus kartlarının təqdimetmə mərasimləri keçirilib. TəhsilPlus kartlarının ölkə üzrə ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib. Layihənin regionlarda fəaliyyət göstərən təhsil işçilərinin sosial rifahına töhfə verməsi və onların müxtəlif güzəşt imkanlarından faydalanmasını genişləndirməsi məqsədilə ilk mərhələdə region üzrə xüsusi tərəfdaş şəbəkəsi də formalaşdırılıb. Gəncə Dövlət Universitetində təşkil olunan ilk tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ […]
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Redaksiya xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilirlər: 2-ci dərəcəli “Əmək” ordeni ilə Quliyev Zakir Bəybala oğlu; Məmmədov Etibar Kərim oğlu. 3-cü dərəcəli “Əmək” ordeni ilə Bəşirov Yaşar Miskin oğlu; Əliyev Siyah Əli oğlu; Fərzəliyev Mehrəli Məmməd oğlu; Qafarlı Adil Rzaquli oğlu; Nəsirov Əlizadə Vahid oğlu; Seyidov Mirkamil Miriş oğlu. “Tərəqqi” medalı ilə Allahverdiyev […]
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyin İsrailin İranla apardığı müharibədə Azərbaycan ərazisindən istifadə etməsi iddiaları ilə nağlı açıqlama yayıb. Açıqlamada deyilir: “5 iyun 2026-cı il tarixində CNN özünün uydurduğu “mənbələrə” istinad edərək İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddiaların yer aldığı material yayımlayıb. Dünyanın tanınmış transmilli media şirkətinin heç bir fakta istinad etmədən açıq-aşkar feyk məlumat tirajlamasını məqsədli şəkildə həyata keçirilmiş kobud informasiya manipulyasiyası hesab edirik. Dezinformasiya yaymaqla media etikasının dəyərlərinə və xəbərdə balansın qorunması […]
Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısı çərçivəsində Azərbaycan Mərkəzi Bankı ilə Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum iki qurum arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək. Memorandum çərçivəsində monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcəkdir. […]
İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edibPrezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbik edib. Bununla bağlı dövlətimizin başçısının sosial şəbəkə hesablarında paylaşım edilib. “2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir. Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram”, – deyə […]
Son vaxtlar cəmiyyətdə “uşaqpulu” mövzusu ətafında müzakirələr qızışıb. Bir qisim uşaqpulunun verilməsini, digər qisim verilməməsini əsaslandırmağa çalışır. Müzakirələrdə sıravi vətəndaşlarla yanaşı, deputatlar, iqtisadçı ekspertlər, jurnalistlər, ziyalılar fəal iştirak edirlər. Tanınmış telejurnalist, ANS Şirkətlər Qrupunun rəhbəri Vahdi Mustafayev bu mövzudan çıxış yollarından biri kimi maraqlı təklif irəli sürüb.Onun sözlərinə görə, uçaqpulunun əvəzinə Azərbaycanda ailələrlə bağlı vergi güzəşti modeli tətbiq oluna bilər.Vahid Mustafayev uşaqlı ailələrin maaşlarından tutulan gəlir vergisinin müəyyən hissəsindən azad edilməsi tiklifini irəli sürüb.O, gəlir vergisindən azad edilmənin aşağıdakı modelini […]
Azəbaycan müdafiə naziri Zakir Həsənov 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məktubda qeyd edilib ki, respublikanın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilmiş təlimlər şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirib. Həmçinin bu, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun tarixində yeni qəhrəmanlıq səhifələrinin açılmasına təkan verib: “Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə […]
Azərbaycanda son illərdə heyvandarlıq sahəsində müşahidə olunan azalma və ət idxalının artması kənd təsərrüfatı sektorunda əsas müzakirə mövzularından birinə çevrilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, heyvanların sayında azalma müşahidə olunur və yerli istehsal artan tələbatı tam qarşılaya bilmir. Bu səbəbdən son illərdə ət idxalı da artıb. Mövzu ilə bağlı “BF Şirkətlər Qrupu”nun həmtəsisçiləri Babək Hüseynov və Fərid Mustafayev də fikirlərini bölüşüblər. Babək Hüseynov bildirib ki, hazırda Azərbaycanın ərzaq təhlükəsizliyi və bazarda sabitliyin qorunması üçün beynəlxalq əməkdaşlıqlar xüsusi əhəmiyyət […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub. […]
Bu gün Azərbaycanda Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 108 il ötür. Bu bayram artıq altıncı ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan […]
Lənkəran rayonunda yerləşən hotellərin birində çalışan iki qadına naməlum şəxs kəsici alətlə xəsarət yetirərək zərərçəkənlərin qızıl-zinət əşyalarını ələ keçirib. Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin hotelin 49 yaşlı inzibatçısı Xalıq Cahangirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, X.Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflaj olaraq həmin hadisəni törədib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan […]
Paytaxtda ötən gün qeydə alınan qeyri-sabit hava şəraiti və intensiv yağan güclü yağışlar şəhər infrastrukturuna ziyan vurmaqla yanaşı, ticarət obyektlərində də ciddi fəsadlar törədib. Güclü yağıntı nəticəsində Bakıda fəaliyyət göstərən “Bravo” supermarketlər şəbəkəsinin mağazalarından birini su basıb. Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdən aydın olur ki, daxili drenaj sisteminin və ya dam örtüyünün yağıntı sularının həcmini qarşılaya bilməməsi səbəbindən tonlarla su birbaşa ticarət zalına dolub. Hadisə zamanı marketin rəflərində və vitrinlərində olan çoxlu sayda ərzaq və qeyri-ərzaq məhsulları su altında qalaraq […]
İyunn 24-25-də Bakıda sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) keçiriləcək. Redaksiya bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinə istinadən xəbər verir. Məlumata görə, tədbir Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və ASA-nın təşkilatçılığı ilə baş tutacaq. Forumda 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatların iştirakı gözlənilir. 2 gün davam edəcək və ümumilikdə 400-ə yaxın iştirakçının […]
Bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. Proqramın əsas xüsusiyyətləri aşağıdakılardır: Beynəlxalq təcrübə əsasında ilk dəfə pilot olaraq tədris əsaslı doktorantura proqramları; İlkin olaraq pilot qaydada 4 müəssisədə (ARTİ, BDU, ADNSU, BANM) 7 elm sahəsi (riyaziyyat, fizika, kimya, biologiya, yer elmləri, texniki elmlər və pedaqogika) üzrə 80 doktorant;*Təhsil minimum 4 il: 2 il tədris və tədqiqat, növbəti 2 il isə yalnız tədqiqat; *Yalnız dövlət sifarişi əsasında və əyani təhsilalma forması üzrə təhsil; *Qəbul olunanlara doktorantura təqaüdü ilə […]
Bakıda və Abşeron yarımadasına düşən dolunun diametri 4 mm-dək qeydə alınıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir. Qeyd edək ki, ölkə ərazisinin bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.
AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyevin xanımı ilə qızı məhkəmədə üz-üzə gəlib. Xitab24.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Ramiz Mirzəyevin vəfatından sonra geriyə qalan miras bölüşdürülməsində yaranan problemlərdir. Anasına qarşı məhkəmə iddiasını isə mərhum Mizrəyevin qızı qaldırıb. O, atasından qalan mirasdan bəzi əmlakların qardaşı Anar Mirzəyevin də vəfatından sonra onların gəlini və Ramiz Mirzəyevin nəvəsinin adına keçirilməsinə etiraz edib.Mirasa Tovuzda, İsmayıllıda, Şamaxıda çoxsaylı müxtəlif təyinatlı torpaq sahələri, Abşeron rayonu ərazisində bağ evi, Bakının Xətai, Nəsimi, Sabunçu, Səbail, Binəqədi rayonları ərazisində […]
Beynəlxalq axtarışda olan 27 yaşlı Sənan Əsədzadə Misirin paytaxtı Qahirə şəhərində saxlanılıb. S.Əsədzadə barəsində ümumilikdə 17 epizod üzrə cinayət işi açılıb. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) 2025-ci ilin noyabrında yaydığı məlumata görə, onun vətəndaşlara qarşı ümumilikdə 412 min dollarlıq dələduzluq etdiyi müəyyən olunub və barəsində beynəlxalq axtarış elan edilib. Belə ki, çox sayda vətəndaş Sənan Əsədzadənin xaricdən avtomobil gətirmək adı ilə onlardan vəsait aldığını, lakin maşınları təslim etmədiyini bildirərək şikayət etmişdi. Bizim.media
Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (World Urban Forum – WUF13) 13-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilyonunda “Münaqişədən sonrakı dövrdə regionda yaşıl icma iştirakçılığı və şəhərsalmanın inkişafında qadınların rolu: Qarabağ nümunəsi” mövzusunda mövzusunda yan tədbir təşkil olunub. Tədbir Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi tərəfindən təşkil edilərək postmünaqişə dövründə dayanıqlı inkişaf, qadınların qərarvermə proseslərində iştirakı, yaşıl transformasiya və icma əsaslı şəhərsalma məsələlərinə həsr olunub. Tədbirdə Azərbaycanda akkreditasiya olunan səfirliklərin əməkdaşları, millət vəkilləri, beynəlxalq və yerli təşkilatların […]
WUF13 çərçivəsində qəbul edilən “Bakı Fəaliyyətə Çağırışı” sənədində qlobal mənzil böhranı ilə mübarizənin sürətləndirilməsi və UN-Habitat-ın bu istiqamətdə tərəfdaşlıq və əlaqələndirici qurum kimi rolunun gücləndirilməsi çağırışı yer alıb. Sənəddə qeyd Yeni Şəhərsalma Gündəliyinin qəbulunun onuncu ildönümü fonunda üzv dövlətlərin mənzil sahəsində öhdəliklərin icrasını sürətləndirməli olduğu, daha inklüziv və dayanıqlı şəhər inkişafı üçün birgə fəaliyyət göstərməli olduğu vurğulanıb. “Bakı Fəaliyyətə Çağırışı” sənədində UN-Habitat-ın 2026–2029-cu illər üzrə Strateji Planının mənzil sahəsində fəaliyyətin genişləndirilməsi üçün əsas yol xəritəsi olduğu vurğulanır. Bildirilir ki, “Hamı […]
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram. İqtisadi Əməkdaşlıq Təşkilatı regional iqtisadi əməkdaşlığın və daha geniş inteqrasiyanın inkişafında Azərbaycanın fəal və konstruktiv roluna böyük əhəmiyyət verir. Təşkilatımızın əsas üzvü kimi Azərbaycan üzv dövlətlər arasında əlaqələrin, xüsusilə ticarət, enerji sahələrində əməkdaşlığın və davamlı inkişafın təşviqinə dəyərli […]
Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. Mayın 21-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Şəmkir, İmişli, Sumqayıt, Şəki, Gəncə və Lənkəran regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videokonfrans vasitəsilə qəbul keçirilib. Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Notariat, qeydiyyat və reyestr […]
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Qazaxıstanın Kurık limanının nümayəndələri ilə görüş keçirilib. Görüşdə tərəflər daşımaların təşkili, o cümlədən koordinasiya və əməliyyat proseslərinin optimallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda, görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, yük axınının davamlılığının təmin olunması və Xəzərdə nəqliyyat-logistika əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib.
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2025-ci ili 1,111 milyon manat xalis mənfəətlə başa vurub. “Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6,6 dəfə çoxdur. Ötən il “CPM-İnvest”in vergiyəqədərki mənfəəti 1,472 milyon manat (əvvəlki ilə nisbətən 7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 362 min manat (8,6 dəfə çox) təşkil edib. Bu il yanvarın 1-nə “CPM-İnvest”in aktivləri 2,01 milyon manat olub ki, bu da illik müqayisədə 92,3 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 99,6 % azalaraq […]
Eyfel Qülləsinin orijinal spiral pilləkəninə aid fraqment hərracda 450 min avrodan (təxminən 888 min manat) çox məbləğə satılıb. “Qafqazinfo” xəbər verir ki, “Artcurial” tərəfindən Parisdə təşkil olunan hərracda satışa çıxarılan 14 pillədən ibarət metal konstruksiya 450 min 160 avroya alıcı tapıb. 2,75 metr hündürlüyündə olan bu fraqment 1889-cu ildə istifadəyə verilən Eyfel Qülləsinin ikinci və üçüncü mərtəbələrini birləşdirən orijinal spiral pilləkənin bir hissəsi olub. Qüllədə 1983-cü ildə aparılan yenidənqurma işləri zamanı liftlər quraşdırılıb və həmin pilləkən sökülərək 24 hissəyə bölünüb. […]
“Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərar verilib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən: – dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək: – nəzərdə tutulan vəsait işğaldan […]
İdarəetmə təsisatları öz vəzifələrini nə qədər səmərəli yerinə yetirməyə çalışsalar da, məskunlaşma və şəhərsalma dayanıqlılığı məsələlərindəki çağırışları birtərəfli şəkildə, ictimai iştirak və ictimai etimad olmadan effektiv ünvanlaya bilməzlər. Bu iki element isə — iştirak və etimad — kommunikasiya olmadan mövcud ola bilməz. Bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru Şəfəq Mehrəliyeva WUF13 çərçivəsində keçirilən “Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun hərəkətverici qüvvəsi kimi” mövzusunda tədbirdə deyib. Ş.Mehrəliyeva bildirib ki, […]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Mayın 20-də Baş prokuror Kamran Əliyev Xankəndi şəhər prokurorluğunun inzibati binasında Xankəndi şəhər, Ağdərə, Xocalı, Xocavənd və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin inzibati binada yerləşən barelyefi qarşına gül dəstələri qoyub, dahi liderin əziz xatirəsini dərin ehtiramla yad edib. Qəbulda iştirak etmiş 16 […]
20 may tarixində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilati dəstəyi ilə “Media İnkişaf Mərkəzi (MİM)” İctimai Birliyi tərəfindən “Urban Dayanıqlılıq və Mənzilləşmə ilə bağlı İctimai Müzakirədə Media Hərəkətverici Qüvvə kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə MEDİA Agentliyinin struktur bölmə rəhbərləri, media nümayəndələri, beynəlxalq ekspertlər, parlament üzvləri və müxtəlif qurumların təmsilçiləri iştirak ediblər. Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva çıxışında WUF13 […]
Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri açıqlanıb. Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Bildirilib ki, marşrut üzrə səyahət tarifləri aşağıdakı qiymətlərdən başlayır: – Bakı-Tbilisi: 81 AZN-dən; – Yevlax-Tbilisi: 67 AZN-dən; – Gəncə-Tbilisi: 62 AZN-dən; – Ağstafa-Tbilisi: 57 AZN-dən; - Böyük Kəsik-Qardabani: 51 AZN-dən. Bakı-Tbilisi-Bakı marşrutu müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.
Yeni tənzimləyici çərçivə rəsmi qəbul edildi və qüvvəyə mindi Dünya Alpaqut Federasiyasının (WAF) tarixi İdarə Heyəti iclası bu gün, 19 May 2026 tarixində Bakıdakı baş qərargahda uğurla keçirildi. Əvvəlcədən 17 May 2026 tarixinə planlaşdırılmış iclas hava şəraiti ilə əlaqədar fövqəladə hal səbəbiylə iki gün təxirə salınmışdı. İclasa İdarə Heyətinin Sədri Vasif Namazov sədrlik etdi. İclasa İdarə Heyətinin tam tərkibi — 9 üzv — qatıldı: 8 üzv Bakıda fiziki olaraq iştirak etdi, 1 üzv (Qabil Hüseynov) isə onlayn formatda qoşuldu. İştirakçılar […]
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası […]
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi qrant müsabiqəsində qalib olmuş “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində təşkil olunan Mədəniyyət Gecəsinə dəvətlisiniz! Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən həyata keçirilir və Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Tədbir çərçivəsində hazırlanmış videoçarxlar təqdim olunacaq, milli kimliyimizi və mədəni yaddaşımızı əks etdirən dəyərli materiallar ictimaiyyətə çatdırılacaq. Tədbirin məqsədi Qərbi Azərbaycanın mədəni irsini tanıtmaq, gənc nəslin tariximizə marağını artırmaq və milli dəyərlərimizin qorunmasına töhfə […]
WUF13 çərçivəsində QHT Forumunun təşkili xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hökuməti vətəndaş cəmiyyəti institutlarının inkişafına xüsusi diqqət yetirir. Vətəndaş cəmiyyəti institutlarının iştirakı olmadan dayanıqlı, davamlı və insanyönümlü şəhərlərin formalaşdırılması mümkün deyil. Bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə deyib. “QHT icmasının iştirakı olmadan belə bir tədbir tam hesab edilə bilməzdi. Sizin baxışlarınız, töhfələriniz və tövsiyələriniz bizim üçün olduqca dəyərlidir. Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi […]
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Metyu Morinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüşdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş və Beynəlxalq əməkdaşlıq baş idarələrinin nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycan ilə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi arasında yerli özünüidarəetmə institutunun gücləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində uzunmüddətli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Ədliyyə Nazirliyinin nümayəndələri tərəfindən Azərbaycanda bələdiyyə […]
EcoHub – Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “İcmalardan Şəhərlərə Su Dayanıqlılığı: Əlçatanlıq, Səmərəlilik və Davamlılıq” mövzusunda tədbir keçirib. WUF Urban Expo sərgisinin QHT Agentliyi Pavilyonunda baş tutan tədbir EcoHub-ın təşkilatçılığı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı və “The Coca-Cola Company”nin dəstəyi ilə həyata keçirilib.Tədbirə dövlət qurumlarının, beynəlxalq və yerli şirkətlərin, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri qatılıb. İştirakçılar Azərbaycanda və regionda su dayanıqlılığının gücləndirilməsinə yönəlik praktiki yanaşmaları müzakirə ediblər. Tədbiri açıq elan […]
Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının Türküstanda keçirilən qeyri-rəsmi zirvə görüşü bir daha göstərdi ki, TDT uğurlu praktik əməkdaşlıq modelinə keçir. Azərbaycan isə bu prosesdə təşəbbüskar və istiqamətverici ölkələrdən biri kimi çıxış edir. Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı isə həm təşkilatın perspektivləri, həm də Azərbaycanın regional liderliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Cənab Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri Türk Dövlətləri Təşkilatının artıq qlobal proseslərdə söz sahibi olmağa çalışan geosiyasi güc mərkəzi kimi təqdim edilməsidir. Dövlət başçısının “Türk dünyası XXI […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib. Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin onda dərin təəssürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar ölkəmizin tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğuladı, onların sessiyanın daha məzmunlu keçirilməsinə zəmin yaratdığını qeyd etdi. Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlıq edən qonaq ölkəmizin bu tədbirə möhtəşəm ev sahibliyi edəcəyinə əminliyini bildirdi. Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək […]
Avtomobillərin etibarnamə ilə idarə olunması məsələsi son illər yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Rəqəmsal xidmətlərin genişləndiyi, dövlət qeydiyyatı və nəzarət sistemlərinin tam elektronlaşdığı bir dövrdə bir çoxları etibarnamə tələbinin artıq köhnəlmiş mexanizm olduğunu düşünür. Xüsusilə ailə üzvlərinin və yaxın şəxslərin bir-birinin avtomobilini idarə etməsi üçün əlavə notariat prosedurlarından keçməsinin zəruriliyi tez-tez sual doğurur. Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, avtomobillərin etibarnamə ilə idarə olunması bir çox […]
Nazirlər Kabinetinin bir neçə qərarında dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na edilən dəyişikliyə görə, namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticələr […]
Səhiyyə işçilərinə güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilə bilər. Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb. Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçilərinin də əlavə edilməsi məsələsininin sürətləndirilməsi istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər. Trend
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır. Bununla əlaqədar yol polisi bütün yol hərəkəti iştirakçılarını daha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı xəbərdarlığında deyilir. “Qeyd edirik ki, yağıntılı və küləkli havalarda sürücülər hərəkət […]
Bakıda və Abşeron yarımadasında mayın 17-18-də fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış olub. Dövlət başçılarına qoruq haqqında məlumat verilib. Bildirilib ki, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki “Nadir Eksponatlar Zalı” Qazaxıstanın ən əhəmiyyətli muzey və sərgi layihələrindən biridir. Məqsəd orta əsrlər dövrünün nadir tarixi və mədəni irsini qorumaq və təbliğ etməkdir. Muzeydə Türküstanın zəngin tarixi, Türk dünyasının mənəvi irsi və Xoca Əhməd Yasəvi […]
Zəlzələnin qısa müddətli, yəni yeri, vaxtı və gücü ilə bağlı proqnozunu vermək bu gün dünya üzrə mümkün deyil. Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi baş direktoru Qurban Yetirmişli “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda keçirilən konfransda çıxışında bildirib. “Bəlkə də gələcəkdə nə vaxtsa bu mümkün olacaq. Qısa müddətli proqnozla yanaşı, yapon alimləri bildirirlər ki, zəlzələ xəbərinin əhaliyə çatdırılması da çox vacib məsələdir. Məsələn, indi desələr ki, zəlzələ olacaq, mənqarışıq hamı durub qaçacaq”,- deyə o qeyd edib. […]
Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında 134 min aliment işi olub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. “Hazırda icraatda olan aliment işlərindən təxminən 2500-ü (icraatda olan ümumi aliment işlərinin təxminən 1,9 faizi) üzrə borclu tərəf qadınlardır”, – deyə rəsmi məlumatda vurğulanıb. Qeyd edək ki, 2025-ci ildə icraatda ümumilikdə 142 minədək aliment işi olub.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi beş gün fəaliyyət göstərməyəcək. Bununla bağlı səfirliyin X sosial şəbəkə hesabında məlumat yerləşdirilib. “28 May – Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar olaraq, 27.05.2026-31.05.2026-cı il tarixlərində Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi fəaliyyət göstərməyəcək”, – paylaşımda qeyd edilib.
Avropada təyyarə yanacağı tədarükünün azalması və bir barel üçün orta qiymətin ötən ilə nisbətən 80%-dən çox artması xaricdə tətil xərclərini gündəmə gətirib. Lakin sektordakı təzyiqlərə baxmayaraq, bəzi aviaşirkətlər müştəriləri geri qaytarmaq üçün bilet qiymətlərini endirməyə başlayıb. “Financial Times”ın “Google Flights”dakı ən ucuz tariflər üzərindən apardığı təhlil göstərir ki, Yaxın Şərqdəki münaqişələrin başlamasından bəri Cənubi Avropanın populyar istiqamətlərinə bilet qiymətləri düşüb. Məlumata görə, Hitrou-Nitsa, Mançester-Palma və Qatvik-Barselona da daxil olmaqla 15 marşrutda qiymətlər 10% və ya daha çox geriləyib. Milan-Madrid reyslərində […]
Azərbaycan İdman Rəqsləri Federasiyası tərəfindən Gənclər və İdman Nazirliyi dəstəyi ilə idman rəqsləri üzrə ölkə çempionatı keçirilib. Tədbirin rəsmi açılış mərasimində Federasiyanın prezidenti Əli Həşimli çıxış edib. O, Azərbaycanda idman rəqslərinin inkişafı istiqamətində görülən işlərdən danışıb və gələcək hədəflərlə bağlı fikirlərini bölüşüb. Çempionatda ölkənin müxtəlif bölgələrindən yüzlərlə idmançı iştirak edərək klassik, Avropa, Latın Amerikası və digər rəqs növləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Münsiflər heyəti tərəfindən iştirakçıların texniki hazırlığı, səhnə mədəniyyəti və artistik performansı obyektiv şəkildə qiymətləndirilib. Yarışın sonunda qaliblər […]
Mayın 12-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin fərdi layihələr kateqoriyası üzrə qalibi olan “Öyrən, Layihələndir, Paylaş! Sinifdə Layihə Əsaslı Öyrənməyə Keçid” adlı qrant layihəsi yekunlaşıb. Qeyd edək ki, layihə çərçivəsində ilkin mərhələdə 10–12 müəllimə layihə əsaslı öyrənmə metodikası ilə bağlı məlumatlar təqdim olunub, mövzu ətrafında müzakirələr aparılıb. Yekunlaşdıqdan sonra videoların çəkilişinə başlanılıb. Ümumilikdə 8 video hazırlanıb. Videolar vasitəsilə layihə əsaslı dərsin planlaşdırılması, problem qoyuluşu və nəticəyönümlü fəaliyyət nümunələri, tətbiq mərhələləri, […]
Azərbaycanda keçiriləcək “UFC Fight Night Baku” turnirinin bütün döyüşləri açıqlanıb. Bakı Şəhər Halqasından bildirilib ki, gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəki dərəcəsində meksikalı Manuel Torreslə üz-üzə gələcək. Görüş 5 raunddan ibarət olacaq. Turnirin ikinci əsas döyüşündə isə orta çəki üzrə Şarabutdin Maqomedov braziliyalı Miçel Pereyra ilə qarşılaşacaq. Digər döyüşlərdə Nazim Sadıqov yüngül çəkidə braziliyalı Mateus Kamilo ilə qüvvəsini sınayacaq. Qazaxıstan təmsilçisi Asu Almabayev isə reytinq döyüşündə amerikalı Çarlz Conson ilə üz-üzə gələcək. Orta çəkidə İkram Aliskerov braziliyalı […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdilər. Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə […]
Bakıda fəaliyyət göstərən “General Hospital” daha bir vətəndaşa saxta sağlamlıq arayışı verib. “Yaşam Medical” klinikası isə vətəndaşa düzgün olmayan analiz cavabı göndərib. Şikayətçi Ruslan Hüseynov paytaxtda yerləşən restoranlardan birində çalışan zaman “Yaşam Medical” klinikasının əməkdaşlarının ondan analiz üçün qan götürdüklərini bildirib: “20 manat da ödəniş etdim. Bir neçə gün sonra – 14 mart 2026-cı il tarixində analizin cavabı gəldi. Cavabda heç bir problemin olmadığı bildirildi. Bir müddət sonra isə başqa bir restoranda işləməyə başladım. Bu səbəbdən sağlamlıq kağızı almalı idim. […]
Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən yanğınla bağlı “Birmarket” məlumat yayıb. Məlumatda deyilir: Yanğının genişlənməsi nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib. Hadisə ilə əlaqədar olaraq Birmarket məhsullarının yerləşdiyi anbar sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb. Hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir. Məlumat üçün bildiririk ki, bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər. Qeyd edək ki, hazırda aidiyyatı qurumlar […]
“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”. Bununla bağlı “Kontakt Home”un sosial şəbəkə hesabında məlumat verilib. “Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır. Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik. Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq. Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, – paylaşımda deyilir. Hadisə ilə bağlı “Birmarket” də […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib. Sonra dövlətimizin başçısı Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub.
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər. Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Prezident İlham Əliyev sakinlərə evlərin açarlarını təqdim edib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar. Daha sonra dövlətimizin başçısı Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” […]
Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür. Bu münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər. Dövlət başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə anıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dövlət başçısı və birinci xanım Ulu […]
Dünya bazarında Azərbaycan neftinin qiyməti 4 dollardan çox artıb. Redaksiya xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin son qiyməti 4,43 ABŞ dolları və ya 4,2% artaraq 109,98 ABŞ dolları təşkil edib. Əvvəlki ticarət sessiyasında “Azeri Light” nefti 105,55 ABŞ dollarından satılıb. Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2026-cı ilin dövlət büdcəsi üzrə 65 dollar müəyyən edilib.
Bu gün Azərbaycanda 9 May – faşizm üzərində qələbənin ildönümüdür.İqtisadiyyat.az xatırladır ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm töhfələr verib. Müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə azərbaycanlı göstərdikləri şücaətə görə yüksək dövlət mükafatlarına layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, eləcə də İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Hüseynbala Əliyev və digər azərbaycanlı döyüşçülər müharibə tarixində xüsusi yer tuturlar. Faşizm üzərində qələbədə […]
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistandan dərhal sonra Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin hazırkı dinamikasını və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Bu səfər diplomatik təmasların davam etdiyini göstərməklə yanaşı, həm də tərəflər arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından vacibdir. Prezident İlham Əliyevlə görüş zamanı səsləndirilən fikirlər bir daha göstərdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər çoxşaxəli və dərin strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. […]
Daxili İşlər Nazirliyində xalqımızın tarixində və taleyində əvəzsiz rolu olan, müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Ulu öndərin dövlətçilik tariximizdəki yeri və mövqeyi ilə bağlı çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımov qeyd edib ki, böyük bir imperiyanın tərkibində olsa da Azərbaycanın […]
Martın 25-dən etibarən isə raritet avtonəqliyyat vasitələrinin ölkəyə idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib. Maraqlıdır, bu dəyişikliklər fonunda avtomobil bazarında qiymət dinamikası necə dəyişib? Hazırda hansı növ avtomobillərdə bahalaşma daha çox müşahidə olunur? Bundan əlavə, raritet avtomobillərin idxalına tətbiq edilən vergi güzəştləri bazara necə təsir edəcək? Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, 2026-cı il yanvarın 1-dən ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin ləğvi bazarda yeni bir tendensiya formalaşdırıb. Onun […]
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % təşkil edəcək. Azərbaycanın […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşıladı. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin […]
Vətən müharibəsi iştirakçısı, tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat edib. O, səhər saatlarında ürək çatışmazlığından dünyasının dəyişib. Qeyd edək ki, Rəşad Baxşəliyev uzun müddət “Şərq” qəzetində çalışıb, daha sonra “Azərbaycan” qəzetində şöbə müdiri olub. “Qubadlının azad olunmasına görə”, “Tərəqqi” medalları ilə təltif edilib. Oxu.az
İsrail ordusu Livanın cənubunda baş verən döyüşlər zamanı hərbçisinin həlak olduğunu açıqlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 21 yaşlı baş çavuş Ori Qrinberq Livanın cənubundakı sərhədyanı kəndlərdən birində keçirilən əməliyyat zamanı öldürülüb. Petah-Tikva şəhərindən olan hərbçi “Qolani” briqadasının elit kəşfiyyat bölməsində xidmət edib. Məlumata görə, hadisə gecə saatlarında baş verib. “Sayyeret Qolani” batalyonunun bölmələri düşmənin dayaq nöqtələrindən birinə doğru irəliləyərkən silahlı qruplaşmaların hədəfli atəşinə məruz qalıb. Nəticədə Qrinberq ölümcül yaralanıb və hadisə yerində […]
Ölkəyə dəniz yolu ilə külli miqdarda qaçaqmal siqaret keçirilməsi ilə bağlı ittiham olunan zabitlərdən daha birinin həbs müddəti uzadılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Neftçala sahil mühafizəsinin bölmə rəisi kapitan Vüsal Sadıqov yenidən məhkəməyə çıxarılıb. Prokuror irihəcmli cinayət işi üzrə 3 aylıq müddətin kifayət etmədiyini deyib, istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq təqsirləndirilən şəxsin həbsdə qalmasının davamına qərar verilməsini xahiş edib. Müdafiə tərəfinin etirazına baxmaraq, hakim təqdimatı əsaslı hesab edib. Qərara əsasən, kapitan Sadıqovun həbsdə saxlanılma müddəti daha 3 […]
İranın xarici işlər naziri region ölkələrinə təşəkkür edib. İranın xarici işlər naziri Abbas Araqçı iranlı vətəndaşların təxliyəsinə göstərilən dəstəyə görə bir sıra dövlətlərə minnətdarlığını ifadə edib. Nazir açıqlamasında xüsusilə Azərbaycan, Türkiyə, Türkmənistan, Ermənistan və Əfqanıstan hökumətlərinin rolunu vurğulayıb. Onun sözlərinə görə, bu ölkələr logistika məsələlərində mühüm əməkdaşlıq göstərərək prosesin həyata keçirilməsinə ciddi töhfə veriblər. Araqçı qeyd edib ki, region dövlətlərinin koordinasiyalı fəaliyyəti sayəsində İran vətəndaşlarının təhlükəsiz şəkildə daşınması mümkün olub. (Modern)
İrana qarşı quru əməliyyatı başlayarsa, Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər. Bu barədə “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb. “Bab əl-Məndəb Süveyş kanalına gedən gəmilərin əhəmiyyətli bir hissəsini idarə edən vacib dəniz dəhlizidir. Boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Yəmən ilə Eritreya arasında uzanır”, – məlumatda bildirilib. Qeyd edək ki, ABŞ-nin İranın Xark adasını ələ keçirmək üçün quru əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb.
İran ABŞ-nin mümkün quru hücumundan qorunmaq üçün Xarq adasında müdafiəsini gücləndirir. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, son həftələrdə İran, ABŞ-nin ada üzərində nəzarəti ələ keçirmək üçün mümkün əməliyyatına hazırlıq məqsədilə Xarq adasına piyada və tank əleyhinə minalar da daxil olmaqla, tələlər qurur və əlavə hərbi personal, hava hücumundan müdafiə vasitələri və yer-hava raket sistemləri yerləşdirir. Vurğulanıb ki, Vaşinqton administrasiyası, İranın xam neft ixracının təxminən 90%-nin keçdiyi iqtisadi həyat xətti olan Körfəzin şimal-şərqindəki bir adanı ələ […]
Hacıqabul rayonunda birinci Quşçuluq Festivalı keçirilib. Festival Hacıqabul Rayon İcra Hakimiyyəti, Hacıqabul Quşçuluq Şirkəti və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Festivalda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, ziyalılar, idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin rayon ictimaiyyəti iştirak etmişdir. Festivalda ilk öncə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatı sahəsində apardığı islahatlardan, Prezident İlham Əliyevin həmin yolu ləyaqətlə davam etdirməsindən ibarət videoçarx təqdim edilib. Festivalın açılış mərasimində çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin […]
Keçən il Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalıb. “Report” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. O qeyd edib ki, ötən il qeydə alınan azalma dövlət orqanlarının birgə fəaliyyəti və profilaktik tədbirlərin nəticəsidir: “Belə ki, 2022-ci ildə 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə 13 228, 2025-ci ildə 11 558 uşaq nikahdankənar doğulub”.
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın regionda formalaşdırdığı yeni enerji əməkdaşlığı modelinin mühüm göstəricisidir. Bunu AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova deyib. O bildirib ki, bu platforma artıq enerji layihələrinin müzakirə olunduğu texniki toplantı olmaqla yanaşı, Avrasiya məkanında iqtisadi, hüquqi və siyasi koordinasiyanın qurulduğu strateji dialoq məkanı kimi tanınır. Azərbaycan isə bu prosesdə həm etibarlı enerji təchizatçısı, həm də mühüm […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib. İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşıladı. Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını dedi. Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə […]
İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimi bu gün başlayacaq və üç gün davam edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə İran hakimiyyətinin məlumatında deyilir. Vida mərasiminin Bakı vaxtı ilə saat 22:30-da başlayacağı bildirilir. Xatırladaq ki, Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-nin Tehrana zərbələri zamanı ölüb. Onun doğulduğu Məşhəd şəhərində dəfn olunacağı bildirilir.
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. Neftin 1 barelinin qiyməti 6.56 ABŞ dolları və ya 8.24% artaraq 86.16 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiymət 79.60 ABŞ dolları təşkil edib.
Cəmiyyətdə siqaret istifadəçilərinin sayı gündən-günə artır. Lakin bir sıra istifadəçilər siqaretin psixoloji və fiziki zərərlərinə görə bu asılılıqdan xilas olmağın vacibliyinin fərqindədirlər. Ona görə də tütün məmulatlarını tərgitmək üçün alternativ üsul kimi təqdim olunan elektron siqaretlərdən istifadə edirlər. Ənənəvi siqaretlərdən qurtulmaq istəyən istifadəçilər elektron siqaretlərə üstünlük verir və bu dəfə də ondan asılı vəziyyətə düşürlər. Araşdırmalar göstərir ki, elektron siqaretlər elə tütün qədər ziyanlıdır. Elektron siqaretlərdən istifadə bronxit və təngnəfəslik də daxil olmaqla, qalıcı tənəffüs yolu və onkoloji xəstəliklər, eləcə […]
Xəbər verdiyimiz kimi, bir sıra verilişlərin bağlanması və bəzi müğənnilərə qadağa qoyulmasından sonra Azərbaycanda televiziya efir məkanında ciddi dəyişikliklər baş verib. Efirə daha çox sənəti, səsi və efir etikası ilə seçilən şəxslər dəvət olunur. Bu da Azərbaycan teleməkanına əlavə gözəllik qatmaqla yanaşı, tamaşaçıların zövqünü oxşayır. Verilişlərdə baş verən dəyişikliklər cəmiyyət tərəfindən təqdir olunur. Manset.az-ın əldə etdiyi məlumata görə, baş verən hadisələr fonunda daha bir qrup müğənni və sənət adamına ciddi musiqini təbliğ etmədikləri, efir məsuliyyətinə diqqətsiz yanaşdıqları üçün efir qadağası […]
“Regionlarda torpaq və əmlakın qiymətləndirilməsi prosesində qanunvericiliyin tələblərinə zidd müdaxilələr olur”. Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İctimai Əlaqələr Departamentinin rəhbəri Orxan Əli deyib. Onun sözlərinə görə, xüsusilə bələdiyyə torpaqlarının qiymətləndirilməsi zamanı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-qanuni müdaxilələr edilir və sertifikatlı qiymətləndiricilərin rəyləri qəbul olunmur. “Qüvvədə olan qanunvericiliyə əsasən qiymətləndirmə fəaliyyəti yalnız Dövlət İmtahan Mərkəzində imtahan verərək sertifikat almış peşəkar qiymətləndiricilər tərəfindən həyata keçirilməlidir. Lakin praktikada bəzi hallarda Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının özlərinin qiymət müəyyənləşdirməyə cəhd göstərdiyi və […]
Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dan Yorgensen dövlət başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılışındakı çıxışının onlarda dərin təəssürat hissi yaratdığını deyib. Dan Yorgensen bugünkü tədbirin çox mühüm əhəmiyyət daşıdığını qeyd edərək, […]
İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Bu barədə məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirə olunub. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. Sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub. Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir. Qeyd edək ki, V.Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi. (Bakupost)
Qastroenteroloq Olqa Çistikin sözlərinə görə,sevilən bəzi qidalar miqrenə səbəb ola bilər. O, RİA Novosti-yə verdiyi müsahibədə bunları sadalayıb. E-saglam.az xəbər verir ki, Çistik izah etdi ki, müəyyən qidalar tiramin, histamin, nitritlər və ya monosodyum qlutamat kimi maddələrin olması səbəbindən miqrenə səbəb ola bilər. Onun sözlərinə görə, baş ağrılarına köhnəlmiş pendirlər, vetçina, bekon və kolbasa kimi duzlu ətlər, eləcə də spirtli içkilər, xüsusən də qırmızı şərab, şampan, viski və pivə səbəb ola bilər. Miqren həmçinin tünd və südlü şokolad, sitrus meyvələri, […]
Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib. Bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib. Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi. Bundan başqa, Yusif Nəbiyev də nazir müavini təyin olunub. O isə bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib. Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi. Qeyd edək ki, nazirliyin saytında işdən çıxarılan müavinlərin adları hələ də rəhbərlik bölməsində qalıb və yeni […]
Bu gündən etibarən Azərbaycan universitetlərində yaz semestri başlayır. “Qafqazinfo” xəbər verir ki, dərslərin başlaması ilə paytaxtda nəqliyyatın sıxlığı bir az da artıb. Yaz semestri mayın 31-də başa çatacaq. Qeyd edək ki, yaz semestrinin başa çatmasından sonra ali təhsil müəssisələrində yay imtahan sessiyası təşkil olunacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gəlib. Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşıladı.
Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub. Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.
2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb. Bu barədə Müdafiə Nazirliyinin 2025-ci ilin yekunlarına dair kollegiya iclasında qeyd edilib. Bildirilib ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib. Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib. Azad olunmuş ərazilərdə həyata keçirilən mühəndis-istehkam tədbirləri, […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirdi. İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə etdi. O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Söhbət […]
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi. Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.
Qoxuduyma təlimi COVID-19 virusuna yoluxma nəticəsində insanlarda itmiş iybilmə hissini bərpa edə bilər. Bu barədə TASS-a Seçenov Universitetinin mətbuat xidmətindən məlumat verilib. İzah edilib ki, sözügedən təlim iybilmə pozğunluğu olan xəstələr üçün qeyri-dərman müalicəsi üsuludur. Bu üsul xəstəni gündə bir neçə dəfə on saniyə ərzində dörd qoxuya məruz qoymaqdan ibarətdir: “Seçenov Universitetinin otorinolarinqoloqları metodu təkmilləşdiriblər. Onlar qoxuları müəyyən bir ardıcıllıqla çatdıran avtomatlaşdırılmış aparat və proqram sistemindən istifadə edirlər. Bu zaman xəstə həm qoxuları tanıyır, həm də fərqləndirir. Bu metoda həmçinin […]
Skandinaviya Sağlamlıq Mərkəzinin qastroenteroloqu Olqa Çistikin sözlərinə görə, müəyyən qidaların qəbulu davamlı bədən qoxusuna səbəb ola bilər, çünki onların tərkibindəki maddələr dəri vasitəsilə xaric olur. E-saglam.az xəbər verir ki, mütəxəssis bu cür qidalar kimi qırmızı ət, sarımsaq, soğan, kələm, turp və köri kimi ədviyyatları göstərir. Qırmızı ət yavaş-yavaş həzm olunur və bir neçə saat və ya hətta həftələr ərzində qalıcı bir ətir yarada bilən spesifik amin turşularını ifraz edir. Çistik izah edir ki, sarımsaq, soğan, köri və kələm kükürd ehtiva […]
Azərbaycanda yavarın 30-da qanunsuz dövriyyədən götürülən və barəsində məhvetmə qərarı qəbul edilən 25 cinayət işi üzrə ümumilikdə 858 kq 631,899 qram narkotik vasitələr və psixotrop maddələr, həmçinin 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə yandırılaraq məhv edilib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, ümumilikdə məhv edilən müxtəlif növ narkotik vasitələrin 453 kq 924,517 qr heroin, 394 kq 224,36 qr marixuana, 2 kq 245,25 qr tiryək, 5 […]
Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Gəncə, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Neftçala Rayon İcra Hakimiyyətinin “Neftçala rayonunun 2025-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, şəhid ailələri, müharibə əlilləri və veteranları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl Azərbaycan […]
Qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və külli miqdarda rüşvət almaqda təqsirləndirilən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Jafar Rafie Rezayanın məhkəmə hazırlıq iclası başlayıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barədə olan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət versələr də, […]
Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı zamanı Şəkidə fəaliyyət göstərən “Azəri koperasiyası” MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifovun onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istədiyi məlum olub. Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakıya göndərərək […]