❌

Normal görünüm

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.
Dünden önceki günAzerbaycanca Haberler

1144,9 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabrın 28-dən oktyabrın 4-dək 31 tank əleyhinə mina, 254 piyada əleyhinə mina, 838 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
 
Hesabata əsasən, həmin müddət ərzində 1144,9 ha ərazi minalardan təmizlənib.
 
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Cəbrayılın Şükürbəyli kəndinə köçürülən sakinlərə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Cəbrayılın Şükürbəyli kəndinə köçürülən sakinlərə mənzillərinin açarları təqdim olunub.Oxu24.com xəbər verir ki, həmçinin onlara mina təhlükəsizliyi barədə təlim keçirilib.12:01Növbəti köç karvanları Cəbrayılın Şükürbəyli kəndinə və Xocavənd şəhərinə çatıb.Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə (60 nəfər), Xocavənd şəhərinə isə 16 ailə (55 nəfər) köçürülüb.11:44Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə (60 nəfər) köçürülüb.06:51Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.Oxu24.com xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə (60 nəfər), şəhərinə 17 ailə (78 nəfər), Xocavənd şəhərinə 16 ailə (55 nəfər) köçürülüb.Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qarabağda sahibkarları 10 ildən sonra nə gözləyir? – Mərhələli keçidlə bağlı AÇIQLAMA  

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları xüsusi iqtisadi zona kimi müəyyənləşdirilərək yerli və xarici investorlar üçün cəlbedici məkana çevrilib. Dövlət tərəfindən həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlara 10 il müddətinə şamil edilən geniş vergi və gömrük güzəştləri tətbiq olunur. Tətbiq edilən bu stimullaşdırıcı mexanizmlər bölgədə biznes mühitinin sürətlə formalaşmasına və özəl investisiyaların cəlb edilməsinə xidmət edir. Yaradılan güzəştli şərait sahibkarların azad olunmuş torpaqlarda fəaliyyət göstərməyə olan marağını əhəmiyyətli dərəcədə artırıb. Bununla belə, 10 illik güzəşt müddəti başa çatdıqdan sonra iqtisadi fəallığın davamlılığının təmin edilməsi prioritet məsələlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, uzunmüddətli inkişaf üçün tətbiq edilən dəstək tədbirlərinin nəticələri dövlət tərəfindən mütəmadi qiymətləndirilməlidir. Eyni zamanda, güzəşt müddəti bitdikdən sonra biznes subyektlərinin adaptasiyası üçün mərhələli keçid mexanizmlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev regiondakı mövcud iqtisadi mənzərəni və gələcək perspektivləri dəyərləndirib.R.Atakişiyev bildirib ki, son dövrlərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələrində iqtisadi aktivliyin formalaşdırılması dövlətin ana hədəflərindən biridir. Müsahibimizin sözlərinə görə, sahibkarlıq subyektlərinin həmin bölgələrə gəlişini təmin etmək və biznes fəaliyyətini stimullaşdırmaq məqsədilə bir sıra vergi və gömrük güzəştləri tətbiq edilir. Tətbiq olunan bu dəstək mexanizmləri artıq öz real nəticələrini verməkdədir.Ekspert diqqətə çatdırıb ki, yaratmış əlverişli şəraitin əyani sübutu olaraq artıq 2 minə yaxın sahibkarlıq subyekti azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün müxtəlif dövlət qurumlarına müraciət ünvanlayıb:“İllər keçdikcə həmin sahibkarlıq subyektlərinin fəaliyyətinin nəticələri dövlət tərəfindən hərtərəfli qiymətləndiriləcəkdir. Əgər həqiqətən də region qarşısında qoyulmuş iqtisadi hədəflərə yetərincə nail olunarsa, tətbiq edilən güzəştli sistem birdəfəlik kəsilməyəcək. Əksinə, bu sistem yavaş-yavaş və mərhələli şəkildə ənənəvi vergi və gömrük qanunvericiliyinə uyğunlaşdırılacaq. Bu addım sahibkarların fəaliyyətində ani çətinliklərin qarşısını alaraq regionun uzunmüddətli və dayanıqlı iqtisadi inkişafına zəmin yaradacaqdır”.Nəticə etibarilə, işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştli şərait regionun ölkə iqtisadiyyatına inteqrasiyasında mühüm təkanverici amil rolunu oynayır. Mütəxəssislərin də vurğuladığı kimi, dövlətin çevik qiymətləndirmə mexanizmi və mərhələli keçid strategiyası həm investorların risklərini azaldacaq, həm də azad edilən torpaqlarda uzunmüddətli, rəqabətqabiliyyətli və dayanıqlı biznes ekosisteminin bərqərar olmasını təmin edəcəkdir.Çimnaz Telmanqızı

"Qərbi Azərbaycanın yaddaş yerləri": Ağbulaq kəndi Göyçə mahalının tərkibində olub-Video

Ermənistanın Geğarkunik vilayətində yerləşən Ağbulaq kəndinin tarixi, toponimi və əhalisinin etnik tərkibi ilə bağlı XIX-XX əsrlərə aid müxtəlif arxiv sənədləri və yazılı mənbələrdə məlumatlar əks olunub.Oxu24.com  xəbər verir ki, bu barədə məlumat "Perished civilization"da öz əksini tapıb.Qeyd olunub ki, XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: "tatarlar", "qafqaz tatarları", "türklər" və ya "müsəlmanlar". Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə "türklər", "türk-tatarlar", "islamlar" və ya "məhəmmədilər" adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı "azərbaycanlıların əcdadları", daha sonrakı dövr üçün isə "azərbaycanlılar" termini istifadə olunub.Bildirilib ki, çar dövründə kəndin adı "Ağbulaq" "Ağbulax", "Ağ bulaq" formasında, sovet dövründə isə "Ağbulax" şəklində idi.Kənd bir neçə əsr ərzində Ağbulaq adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı "Ağberk" olaraq dəyişdirilib.Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.1724-cü ildə Rusiya və Osmanlı imperiyaları arasında bağlanmış Konstantinopol müqaviləsinə əsasən, müasir Ermənistan Respublikasının ərazisi Rusiya tərəfindən Osmanlı imperiyasının torpaqları kimi tanınıb.1728-ci ildə Osmanlı məmurları yaşayış məntəqələrinin adlarını göstərən "İrəvan əyalətinin icmal dəftəri"ni tərtib ediblər. Bu sənəddə Ağbulaq kəndinin adı qeyd edilir.Bildirilib ki, XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.1827-ci ildə Rusiya İrəvan xanlığının16 ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsi təsbit olunub. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində idi.1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Ağbulaq kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla, 136 nəfər yaşayıb.Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1915-ci ilə qədər müxtəlif dövrlərdə kəndin sakinləri yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları olub:Qafqaz haqqında məlumat toplusunda kənd haqqında məlumatlar bu şəkildədir:1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 422 nəfər yaşayıb.1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:"1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 575 nəfər yaşayıb".Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): "1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 806 nəfər yaşayıb".1909-cu ilə olan Qafqaz təqvimi: "1906-cı ildə kənddə 940 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası: "1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 940 nəfər yaşayıb".1912-ci ilə olan Qafqaz təqvimi: "1911-ci ildə kənddə 972 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".1916-cı ilə olan Qafqaz təqvimi: "1915-ci ildə kənddə 1131 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə - Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.1918-1920-ci illərdə Ermənistanda hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Ağbulaq əlçatan yazılı mənbələrdə erməni silahlı birləşmələri tərəfindən türk əhalisinin kütləvi qırğını haqqında məlumat olmayan azsaylı kəndlərdən biridir.1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub.1930-cu ildən kənd Dilican, 1937-ci ildən isə Krasnoselsk rayonlarının tərkibində olub.Erməni mənbələrinin məlumatına əsasən, kənddə 1980-ci illərin sonlarına qədər azərbaycanlılar yaşayıblar.Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): "1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla, 1053 nəfər yaşayıb. 1926-cı ildə kənddə 1229 nəfər yaşayıb, onlardan 1221 nəfəri azərbaycanlı olub. 1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla, 1392 nəfər yaşayıb".Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi: "1959-cu ildə kənddə 1154 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar".Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğətinə əsasən, 1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 1563 nəfər yaşayıb, 1989-cu ildə isə bu say 688 nəfər olub.Bildirilib ki, 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən çıxarılıblar.2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə bir hissəsi salamat olan onlarla məzar daşlarının qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib. Onlardan bəzilərinin üzərindəki yazılar XIX əsrə aiddir.Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.

Şuşada mina partlayışı: yaralı var

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətləri məlumat yayıb.Bildirilib ki, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bəxtiyar Mirzə oğlu Bayramovun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır."ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", - məlumatda vurğulanıb.

Qarabağ maarifçiliyi tarixində <span style="color: #ff0000;">Mir Möhsün Nəvvab məktəbi: “Elmli millət qalibdir!..”</span>

“O, sübut etdi ki, anası savadsız olan millətin balası qəhrəman ola bilməz…”
 
“Bu gün bəzi Qərb institutlarının fəxr etdiyi "multidissiplinar" yanaşmanı Nəvvab hələ 1899-cu ildə Şuşada reallaşdırmışdı…”
 
“İndən belə bu torpaqlarda heç kəs elmsizlik, mənəviyyatsızlıq, nadanlıq, cahillik toxumlarını cücərdib ruhumuza hakim etməyə əbəs cəhd göstərməsin!..”
 
…XIX əsrin sonlarında çar Rusiyasının imperialist pəncəsi altında inləyən, eyni zamanda həmin və digər imperiyaların plan və ssenarilərinə uyğun formalaşan erməni məkrinin kölgə salmağa çalışdığı Qarabağ torpağında elə bir mədəniyyət, elə bir maarifçilik dalğası yüksəlirdi ki, onun qarşısını heç bir inzibati-siyasi divar kəsə bilməzdi. Bu elmi və mənəvi rüşeymin tam mərkəzində, Şuşanın daş küçələrində addımlayan, təkcə öz dövrünün yox, həm də gələcək əsrlərin vizyonunu cızan bir dahi dayanırdı: şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim Mir Möhsün Nəvvab Qarabaği... Onun Şuşada qurduğu məktəb sadəcə bir təhsil ocağı deyil, köhnəlmiş Şərq fərziyyəçiliyi ilə donuqlaşmış beyinləri sındıran, millətin genetik yaddaşını dünyəvi elmlərlə formatlayan bir intibah hərəkatı idi. Nəvvabın bu fəaliyyəti Şuşada ondan əvvəl və onunla eyni dövrdə çalışan Həsənəli xan Qaradaği, Mirzə Ələsgər Növrəs, Əbdürrəhim bəy Haqverdiyev, Haşım bəy Vəzirov, Əbdülkərim bəy Mehmandarov, Camal bəy Fətəlibəyov, Firudin bəy Köçərli və digər maarifçi ziyalıların fəaliyyəti ilə birgə Qarabağ maarifçilik mühitinin mühüm dayaqlarından birini təşkil edirdi... 
...Nəvvab o dövrdə Şuşada təhsil islahatı aparanda, imperiyanın canişinləri yerli xalqı sadəcə itaətkar bir kütlə kimi görmək istəyirdilər. Lakin Nəvvabın fəlsəfəsi fərqli idi: savadsız millət məhkumdur, elmli millət isə qalib!..
 
Mollaxana buxovlarından dünyəvi üfüqlərə…
 
"Üsuli-cədid" inqilabı1890-cı illərin ortaları Şuşa üçün təkcə qlobal ticarət və klassik musiqi mərkəzi statusu daşımırdı. Bura həm də böyük fəlsəfi toqquşmaların meydanı idi. Ənənəvi mollaxanalarda uşaqların saatlarla, günlərlə mənasını anlamadıqları mətnləri kor-koranə əzbərləməsi, fələqqə cəzası və qaranlıq hücrələr Nəvvabı ciddi şəkildə narahat edirdi. Dahi alim başa düşürdü ki, bu gedişatla millətin gələcəyini qorumaq qeyri-mümkündür. Beləcə, o, Şuşada özünün məşhur "yeni üsullu" (üsuli-cədid) məktəbini təsis etdi. Bu məktəb Azərbaycan təhsil tarixinə Şuşanın intellektual vizit kartı kimi daxil oldu. Nəvvabın məktəbi ilə yanaşı, həmin dövrdə Şuşada Camal bəy Fətəlibəyovun 1893-cü ildə açdığı xüsusi oğlan məktəbi və 1881-ci ildən fəaliyyət göstərən Şuşa Realnı Məktəbi də yeni təhsil mühitinin formalaşmasına xidmət edirdi…
 
Nəvvab mühitə hansı sarsıdıcı yenilikləri gətirdi? Parta və lövhə sistemi:
 
Şagirdlər yerdə, soyuq həsir üstündə deyil, insanın fiziki sağlamlığına və mənəvi ucalığına uyğun qədd-qamətlə partalarda oturdular.
 
Fiziki cəzanın ləğvi:
 
Nəvvab məktəbində şagird qorxu obyekti deyil, hörmətəlayiq bir fərd idi. Cəzanı rəğbət və sevgi əvəzlədi...
 
Səs üsulu (üsuli-sövti):
 
Hərfləri hecalarla deyil, səslərlə öyrətməklə savadlanma müddətini aylardan günlərə endirdi...
 
Şuşada bir kosmik fəza dərsi: Nəvvabın dərslik manifesti...
Bəs bu məktəbdə nə öyrədilirdi? Bu gün bəzi Qərb institutlarının fəxr etdiyi "multidissiplinar" yanaşmanı Nəvvab hələ 1899-cu ildə Şuşada reallaşdırmışdı. Onun öz şəxsi mətbəəsində daş çapı ilə nəşr etdiyi "Kifayətül-ətfal" (Uşaqlar üçün kifayət edən vəsait) dərsliyi təmiz bir elmi manifest idi. Bu dərslikdə uşaqlara təkcə şəriət qaydaları oxudulmurdu. Şuşalı balalar bu kitabdan astronomiyanı – göy cismlərinin hərəkətini, coğrafiyanı – Yer kürəsinin quruluşunu, riyaziyyatı və ən əsası, cəmiyyət içində davranış kodekslərini (etikanı) öyrənirdilər. Təsəvvür edin, Bakıda neft bumu fonunda hələ vəhşi kapital formalaşanda, Şuşanın dağ havasında uşaqlar qlobusa baxıb materiklərin yerini təyin edirdilər. Bu, sadəcə təhsil deyil, imperiyanın göbəyində müstəqil intellektual zona yaratmaq cəsarəti idi... 
 
Nəvvabın məktəbi üçün hazırladığı digər mühüm tədris əsərləri arasında “Kəşfül-həqiqə” (“Kəşkül-həqiqi” kimi də göstərilir), “Nəsihətnamə”, “Nurül-Ənvar” və musiqi sahəsində “Vüzuhül-ərqam” da xüsusi yer tuturdu. Onun yaradıcılıq irsinə “Təzkireyi-Nəvvab”, “Bəhrül-həzan”, “Məzamir”, “Şərhi-üstürlab”, “Şəmsül-hidayə”, “Cəfəri-came-mürtəzevi”, “Müsəyyibnamə” və başqa əsərlər də daxildir…
 
Qadın təhsilinin Şuşa cığırı...
 
Bu gün bizlərin üzərində əsdiyi milli qürur və sarsılmaz kimlik axtarışının tarixi kökləri məhz Nəvvabın bu addımlarında gizlənir. Qadınların cəmiyyətdən təcrid olunduğu, dini fanatizmin tüğyan etdiyi bir dövrdə Mir Möhsün Nəvvab öz qızlarına mükəmməl təhsil verdi. O, sübut etdi ki, anası savadsız olan millətin balası qəhrəman ola bilməz. Nəvvab məktəbi Şuşada qadın maarifçiliyinin ilk vizual və mənəvi örnəyinə çevrildi…
 
Mətbəə, qiraətxana və məktəbin sinergiyası…
 
Nəvvabın məktəbini o dövrün digər subyektiv təhsil cəhdlərindən fərqləndirən əsas cəhət onun institusional xarakter daşıması idi. Məktəb təkbaşına fəaliyyət göstərmirdi. Onun arxasında Nəvvabın qurduğu böyük bir infrastruktur dayanırdı. Bu infrastrukturun ətrafında Şuşanın digər maarifçi ziyalıları — Həsənəli xan Qaradaği, Mirzə Ələsgər Növrəs, Mirzə Rəhim Fəna, Abdulla bəy Asi, Fatma xanım Kəminə və başqaları da ədəbi-mədəni mühitin formalaşmasına töhfə verirdilər….
 
Şəxsi mətbəə…
 
Dərsliklərin kənardan gəlməsinə, çar senzurasına məruz qalmasına ehtiyac yox idi. Nəvvab yazır, Nəvvab çap edir, Şuşa oxuyurdu… Onun daş mətbəəsində Şuşa şairlərinin əsərləri, o cümlədən ədəbi məclislərin məhsulları çap olunurdu. 
 
Qiraətxana (1903):
 
Məktəbi bitirən və ya oxuyan gənclər üçün Şuşada açılan bu qiraətxana regionun ilk kütləvi kitabxanalarından biri idi. Təhsil sadəcə sinif otağında qalmır, Şuşa cəmiyyətinin iliklərinə sızırdı... Qiraətxananın təşəkkülündə Nəvvabın mühüm rolu ilə yanaşı, Xurşidbanu Natəvanın oğlu Mehdiqulu xan və həkim Əbdülkərim bəy Mehmandarov da fəal iştirak etmişdilər. Şuşada ilk şəhər kitabxanasının 1897-ci ildə fəaliyyətə başladığı göstərilir… 
 
Son söz əvəzi:
Şuşa Realnı Məktəbi ilə Nəvvab Məktəbinin ruh birliyi…
 
Bəzən tarixdə Şuşa Real Məktəbini Nəvvab məktəbinə qarşı qoymağa çalışırlar. Bu, tamamilə yanlış və qərəzli bir yanaşmadır. Real Məktəb Avropa tipli, dövlət maliyyəli bir layihə idisə, Mir Möhsün Nəvvab məktəbi bu millətin öz içindən, öz ruhundan çıxan milli intibah layihəsi idi. Biri dövlət idarəçiliyinə məmur hazırlayırdısa, digəri millətin mənəviyyatını qoruyacaq sənətkar, ziyalı və filosof yetişdirirdi… Şuşanın maarifçilik mənzərəsi isə yalnız bu iki məktəbdən ibarət deyildi: Həsənəli xan Qaradağinin, Camal bəy Fətəlibəyovun, Firudin bəy Köçərlinin, Əbdülkərim bəy Mehmandarovun, Haşım bəy Vəzirovun və başqa ziyalıların fəaliyyəti də həmin ümumi mühitin mühüm hissəsi idi… 
 
Bu gün işğaldan azad olunmuş, yenidən dirçələn Şuşanın təhsil strategiyasına baxanda biz Mir Möhsün Nəvvabın vizyonunu görməliyik. Onun 130 il əvvəl əkdiyi maarifçilik toxumları bu gün də Qarabağın intellektual mühitinin əsas sütunu olmalıdır…
 
Oxucularımız üçün bu tarixi ekskurs həm də bir xatırlatmadır: Biz Qarabağı yalnız silahla deyil, həm də Natəvanların, Nəvvabların, Haqveriyevlərin, Hacı Molla Şükürlərin, Xudu Məmmədovların mürəkkəbi, elmi, dini idrakı, partaları, laboratoriyaları, Üzeyir Hacıbəylinin simfoniyaları, üverturarı ilə qorumuşuq, azad etmişik və qoruyacağıq!.. İndən belə bu torpaqlarda heç kəs elmsizlik, mənəviyyatsızlıq, nadanlıq, cahillik toxumlarını cücərdib ruhumuza hakim etməyə əbəs cəhd göstərməsin!..
 
Sultan Laçın
 
Qeyd:
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “ Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” adlı layihəsi çərçivəsində hazırlanıb.
 

İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH

Azərbaycan torpaqlarının 30 il Ermənistanın işğalı altında saxlanılması yalnız ərazilərimizin itirilməsi kimi deyil, şəhərlərin və kəndlərin dağıdılması, insanların doğma yurdlarından didərgin salınması, tarixi-mədəni irsin məhv edilməsi və milli yaddaşa zərbə vurulmasını ehtiva edən faciə idi. İşğal zamanı Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yerlə-yeksan edilmiş, etnik təmizləmə aparılmış, bir milyona yaxın azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdı.Bu baxımdan Azərbaycanın Qarabağa qayıdışı təkcə ərazi üzərində nəzarətin bərpası deyil. Burada söhbət eyni zamanda dağıdılmış yaşayış məkanlarının, tarixi-dini yaddaşın və milli-mənəvi irsin yenidən qurulmasından gedir.Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçılarını qəbul edərkən çıxışında 30 illik danışıqların nəticəsiz qalmasını vurğulaması da təsadüfi deyil. Diplomatik proses işğalın aradan qaldırılmasına gətirib çıxarmadığı üçün Azərbaycan öz hüququnu və ərazi bütövlüyünü hərbi-siyasi imkanları hesabına bərpa etməli olub.

Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2

Xocavənd şəhərində 135 nəfərdən ibarət 33 ailəyə, Qırmızı Bazar qəsəbəsində 44 nəfərdən ibarət 9 ailəyə, Quzeyxırman kəndində isə 41 nəfərdən ibarət 8 ailəyə mənzillərin açarları təqdim edilib.Oxu24.com xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.13:29Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr öz yurdlarına qovuşublar. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, bu gün Xocavənd şəhərinə 33 ailə olmaqla 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə olmaqla 44 nəfər, Quzeyxırman kəndinə 8 ailə olmaqla 41 nəfər köçürülüb.Köçürülən sakinlərin məskunlaşması üçün yaşayış yerlərində lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.06:30Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb.Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə – 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə – 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə – 41 nəfər köçürülüb.Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq  

İran Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan qarşısında yeni tələb qoyub.Oxu24.com xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, Tehran Zəngəzur dəhlizinin təhlükəsizliyinin ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində olan üçüncü ölkənin hərbi qüvvələri tərəfindən təmin edilməsini istəyir. Bildirilir ki, ikinci halda söhbətin Rusiyanın hərbi qüvvələrindən getdiyi ehtimal olunur.Məlumata görə, İranın əsas məqsədi öz sərhədləri yaxınlığında ABŞ hərbçilərinin yerləşdirilməsinə imkan verməməkdir. Tehran xəbərdarlıq edir ki, gərginliyin artacağı təqdirdə İran sərhədləri yaxınlığında yerləşdiriləcək amerikalı hərbçilər legitim hədəf kimi nəzərdən keçirilə bilər.Musavat.com

Bu məktəblərin fəaliyyəti dayandırılacaq 

Qubadlı rayonu üzrə 2 ümumtəhsil məktəbinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.Oxu24.com xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq əhalinin doğma yurdlarına qayıdışı ilə paralel həmin ərazilərdə müasir təhsil infrastrukturunun bərpası və dayanıqlı təhsil şəbəkəsinin qurulması istiqamətində tədbirlər davam etdirilir.Açıqlamada qeyd olunub ki, Dövlət Proqramının icrası çərçivəsində respublikanın digər şəhər və rayonlarında müvəqqəti məskunlaşma yerlərində fəaliyyət göstərən bəzi ümumi təhsil müəssisələrinin fəaliyyəti mərhələli şəkildə dayandırılır və həmin məktəblər işğaldan azad edilmiş ərazilərdə yenidən təşkil edilir.Regional Təhsil İdarəsindən bildirilib ki, cari tədris ilindən etibarən şagird sayının kəskin azalması səbəbindən Qubadlı rayonu üzrə 2 ümumtəhsil məktəbinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.Həmin məktəblərdə təhsil alan şagirdlərin təhsilini digər yaxın ümumtəhsil müəssisələrində davam etdirməsi planlaşdırılır./Modern.az

Xocavənddə mina PARTLADI 

İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 7 avqust tarixində mina partlayışı hadisəsi baş verib.Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.Bildirilib ki, Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

Laçın sakini: Arıçılıq təsərrüfatımı genişləndirməyi planlaşdırıram

Laçına köçəndə mənə 20 arı ailəsi verilmişdi, hazırda onların sayını 50-yə çatdırmışam.

Bu fikirləri "Report"un Laçına ezam olunan əməkdaşına rayonun Sus kənd sakini Şahin İsgəndərov bildirib.

"Doğma yurdumuza qayıtdıqdan sonra məşğulluq məsələsini əsas problem kimi düşünürdük. Amma qısa vaxtda Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Dövlətimiz sağ olsun, lazımi dəstək göstərildi, arıçılıq təsərrüfatımı yaratdım. İndi onu genişləndirməyi planlayıram. Bu ilimiz çox yaxşı oldu, bol məhsul götürmüşük. Təsərrüfatı genişləndirmək üçün burada gözəl şərait var. Laçının zəngin təbiəti var - akasiya, qaratikan, təbii çiçəklərlə zəngindir. Bu yerlərdə arılar yaxşı işləyir. Mövsümün əvvəlində arılar söyüd ağaclarından da nektar toplayır", - o bildirib.

Laçında "Yeni Yaşayış Məhəlləsi"nin təməli qoyulur

Laçın şəhərində "Yeni Yaşayış Məhəlləsi"nin təməli qoyulur.

Bu barədə "Report"a məlumat verən Laçın rayonunda Prezidentin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib ki, bu, həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Artıq layihə üzrə hazırlıq və mobilizasiya işlərinə start verilib. Tikinti müddəti 24 ay olaraq müəyyənləşdirilib. Hazırda ərazidə şaquli planlama və tikinti sahəsinin hazırlanması istiqamətində işlər aparılır.

Ümumi sahəsi 57 min 470 kvadratmetr olan yeni yaşayış məhəlləsi Laçının şəhərsalma konsepsiyasına uyğun şəkildə layihələndirilib.

Layihəyə əsasən ərazidə ümumilikdə 19 çoxmənzilli yaşayış binası inşa ediləcək. Bunlardan 11-i iki bloklu, 8-i isə bir bloklu olacaq. Binalar 3, 4 və 5 mərtəbədən ibarət olmaqla ümumilikdə 340 mənzili əhatə edəcək.

"Laçında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramının tərkib hissəsi olan "Yeni Yaşayış Məhəlləsi" şəhərin müasir inkişaf konsepsiyasına uyğun yaşayış mühitinin formalaşdırılmasına, iqtisadi canlanmanın sürətlənməsinə və sakinlərin rifahının yüksəlməsinə xidmət edəcək. Layihənin tamamlanması ilə şəhərin yaşayış fondu daha da genişlənəcək, sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaranacaq və bölgənin sosial-iqtisadi inkişafına əlavə təkan veriləcək", - H. Quliyev deyib.

Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib 

“Azerbaijan International Mining Company Limited (AIMC)" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında bağlanmış müqavilələrə əsasən, İnstitutun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi” tərəfindən Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında “Dəmirli” Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayon Göytəpə kəndi ərazisində arxeoloji qazıntı və monitorinq aparılıb.Bu barədə Oxu24.com-a AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.Bildirilib ki, “Dəmirli” Filiz Emalı Kompleks ərazisində arxeoloqlar tərəfindən orta əsrlər dövrünə aid tikili qalıqları və saxsı nümunələri aşkar edilib: "Orta əsr tapıntıları şirli və şirsiz keramika məmulatı fraqmentlərindən ibarətdir. Şirli keramika nümunələri ümumilikdə kasa və boşqab formalı qablarla təmsil olunmaqla, XI-XV əsrlərə aid edilirlər. Arxeoloji monitorinq qrupu tərəfindən ərazidə aparılan vizual müşahidələr zamanı, kompleks yaxınlığında, 3 ədəd kurqan qeydə alınıb".AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi” tərəfindən növbəti arxeoloi monitorinq Ağdam rayonu ərazisində aparılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarına əsasən rayonun Göytəpə kəndi ərazisində “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda 2 arxeoloji abidə qeydə alınıb: "Monitorinq zamanı Göytəpə kəndi yaxınlığında, Eyvazxanbəyli kənd qəbiristanlığı ərazisində türbə qeydə alınmışdı. Türbə hicri təqvimi ilə 1343, miladi təqvimi ilə 1924-cü ilə aiddir. Türbənin üzərindəki daş kitabəyə əsasən burada “Şamil bəy Salman bəy oğlu” dəfn edilib. Nəzərə alsaq ki, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulubdur, çox güman ki, o, Eyvazxanbəyli nəslinin sonuncu bəylərindən biridir. Türbə altıguşəli planda inşa edilib. Altıguşəli türbə memarlığı, əsasən qülləvari türbə tipinə aid olan və Azərbaycanın orta əsr memarlığında rast gəlinən nadir həndəsi formalardan biridir. Bu üslubda olan türbələr altıbucaqlı (heksaqonal) plana malikdir və adətən üstü günbəzlə tamamlanır".

Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib 

Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.Bu barədə Oxu24.com-a Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.Tədbir Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Xəzər Universitetinin və "Lachin Resort & Spa" İstirahət Kompleksinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.Əvvəlcə torpaqların azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.Tədbirdə Xəzər Universitetinin qızlardan və oğlanlardan ibarət rəqs ansamblı çıxış edib.Proqram çərçivəsində görkəmli sənətkarların, respublika və beynəlxalq müsabiqələr laureatlarının repertuarlarından musiqi nömrələri, bəstəkar əsərləri və xalq mahnıları təqdim olunub.Tədbir çıxışlarla davam edib.

“Mənim qızımı niyə gətirməmisən, görərdim” - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb.Oxu24.com-un məlumatına görə, sakinlərlə görüş zamanı dövlət başçısının ağbirçək qadınla olan dialoqu maraqla qarşılanıb.Həmin dialoqu təqdim edirik:Prezident İlham Əliyev: Salaməleyküm.Ağbirçək qadın: Sənə qurban olum, sənin başına dönüm. Nə yaxşı gəlmisən. Bu qapımız Sənin üzünə açıqdır.Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma vətəninizə.Ağbirçək qadın: Sənin hesabına, Sənin sayəndə gəlmişik. Allah Səni bizim üstümüzdən əskik etməsin.Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.Ağbirçək qadın: Mənim qızımı niyə gətirməmisən, görərdim.Prezident İlham Əliyev: Onun da salamı var sizə.Ağbirçək qadın: Məndən çoxlu-çoxlu salamlar apar Şuşa qızıma.Prezident İlham Əliyev: Mütləq. O da Şuşa qızıdır, bilirsiniz.Ağbirçək qadın: Nə yaxşı ki, gəlmisən, bala. Bizi nə yaxşı ki, torpağımıza gətirmisən, ayağımız torpağımıza dəyib. Allah Səni min yaşatsın. Üstümüzdən əskik etməsin.Prezident İlham Əliyev: Çox sağ olun, sağ olun. Siz də xoşbəxt yaşayın burada, doğma Qarabağ torpağında.

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib: istər Şimalda, istər Cənubda, istər başqa yerlərdə.Oxu24.com  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib."Yəni bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə nəticələnəcək? Heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu da demək çətindir, hərə deyir ki, mən qalibəm", - dövlət başçısı deyib.

İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb 

Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə mayın 28-də Xankəndi şəhərindəki Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzüb.Oxu24.com  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.    

ŞAD XƏBƏR! Bu şəxslərə təmirli evlər verilir:Prezident baxış keçirir

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonunun Daşbulaq kəndində əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub.Oxu24.com xəbər verir ki, dövlət başçısına görülmüş işlər barədə məlumat verildi.Bildirildi ki, burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də var.Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri şərait yaradılıb. Onlar elektrik enerjisi və qazla təchiz olunub. Həmçinin ərazidə kommunikasiya layihələri, o cümlədən məhəllədaxili yolların yenidən qurulması icra olunub. Sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.Qeyd edək ki, hərbi qulluqçuların xidməti evlərlə təmin olunması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindəndir. Bu yanaşma ilk növbədə hərbi qulluqçuların, onların ailələrinin sosial qayğılarının həllinə xidmət edir. İndiyədək minlərlə hərbçinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların dövlət vəsaiti hesabına mənzillərlə təmin edilməsi istiqamətində konkret layihələr icra olunub.

Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb

Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri üçün əhəmiyyətli maliyyə resursları ayrılıb. “Report” xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil təminatı” adlı sessiyada deyib. Onun sözlərinə görə, 30 il ərzində Azərbaycan torpaqları işğal altında olanda dağıdılıb: “Bəzi rayonlarda dağıntının miqyası [...]

Source

Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb

Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri üçün əhəmiyyətli maliyyə resursları ayrılıb. “Report” xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil təminatı” adlı sessiyada deyib. Onun sözlərinə görə, 30 il ərzində Azərbaycan torpaqları işğal altında olanda dağıdılıb: “Bəzi rayonlarda dağıntının miqyası [...]

Source

“Böyük Qayıdış”: Ağdam və Füzuli sakinlərinə ŞAD XƏBƏR

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi mərhələli şəkildə davam edir. Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.  Xüsusi nümayəndənin sözlərinə görə, həmin ərazilərdə çalışanlarla birlikdə artıq 50 mindən çox insan yaşayır. “Bu il [...]

Source

Bu rayona köç başlayır 

Cəbrayıl rayonun Şükürbəyli kəndinə ümumilikdə 2 522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur.Oxu24.com  xəbər verir ki, bu barədə mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olarkən məlumat verilib.Qeyd olunub ki, kəndə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi planlaşdırılır.İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5 otaqlıdır.

Rusiyada hələ də Azərbaycanın Qarabağdakı qələbəsi ilə barışa bilmirlər 

Mayın 6-da Azərbaycana qarşı yönəlmiş növbəti təxribatın şahidi olduq. Rusiyanın dövlət kanalı olan "Birinci kanal"ın "Vremya pokajet" proqramında Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirildi və orada artıq beş il əvvəl ləğv edilmiş, uzun illər davam edən açıq tarixi ədalətsizlik və Azərbaycan torpaqlarının işğalı dövrü ilə sıx bağlı olan qondarma "Dağlıq Qarabağ" ayrıca vahid kimi göstərildi.Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı artıq sərt bəyanatla çıxış edib - Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik hallarına münasibətdə Azərbaycan diplomatik leksikonunda yumşaq ifadələr nəzərdə tutulmayıb. Bakı Moskvadan rəsmi izahat, eləcə də gələcəkdə bu kimi halların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini tələb edib."Mayın 6-da Rusiyanın dövlətə məxsus Birinci kanalının "Vremya pokajet" proqramında Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi və orada qondarma "Dağlıq Qarabağ"ın göstərilməsi ciddi təxribat və yolverilməz siyasi manipulyasiyadır", - deyə qurumun bəyanatında bildirilir."Rusiya dövlət kanalında köhnəlmiş, yalan və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, həmçinin qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə ziddir. Bu xüsusilə də Rusiya tərəfinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı dəfələrlə verdiyi bəyanatlar fonunda qəbuledilməzdir", - sənəddə vurğulanır.Maraqlıdır ki, Rusiya bütün siyasi səviyyələrdə, o cümlədən ali rəhbərlik səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. Lakin belə görünür ki, ya bu mövqe səmimi deyil, ya da Rusiya siyasi isteblişmentində heç də hamı rəsmi kursa əməl etmir. Biz dəfələrlə İkinci Qarabağ müharibəsinin nəticələrini şübhə altına alan, 2020-ci ilin sentyabrına qədər mövcud olmuş status-kvoya ritorik şəkildə qayıtmaq imkanını yaratmağa çalışan deputatların, partiya və ictimai xadimlərin açıqlamalarının şahidi olmuşuq.Bundan başqa, 2020–2023-cü illərdə Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə onların iştirakı ilə vaxtaşırı Azərbaycanın Qarabağ üzərində tam nəzarətinin qarşısını almağa yönəlmiş tədbirlər də keçirilib. Bunlara separatçı simvolikanın müşayiəti ilə keçirilən tədbirlər, erməni terrorçularına abidələrin açılması, Ruben Vardanyanın nəzarətində rejim formalaşdırmaq cəhdləri və sair aiddir.Amma bütün bunlar artıq tarixdir. Azərbaycan, böyük beynəlxalq təzyiqlərinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında diplomatik və hərbi vasitələri məharətlə birləşdirərək Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini tam bərpa edib. Ötən ilin avqustunda ABŞ-da Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında formalaşan de-fakto sülh artıq reallığa çevrilib və dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Hazırda tərəflər arasında ticarət əlaqələrinin ilk addımları müşahidə olunur, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində vətəndaş cəmiyyətinin xətti ilə təmaslar qurulur.Belə bir dövrdə Rusiyanın dövlət kanalının efirində Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayişini sadəcə texniki səhv kimi qiymətləndirmək çətindir. Görünür, Moskva siyasi elitasının müəyyən nümayəndələri artıq dəfələrlə iflasa uğramış "Qarabağ kartı"ndan öz maraqları naminə istifadə etməyə çalışırlar. Ola bilsin ki, burada Ermənistanda parlament seçkilərinin aktiv mərhələsi də müəyyən rol oynayır. Çünki baş nazir Nikol Paşinyanın partiyasının əsas rəqibləri məhz Samvel Karapetyan və Robert Koçaryanın rəhbərlik etdiyi rusiyapərəst qüvvələrdir.Ermənistanın rusiyapərəst müxalifəti revanşist tezislərdən fəal şəkildə istifadə edir, regionda sülh gündəliyinə qarşı çıxır və Paşinyanı məğlubiyyət siyasəti yürütməkdə ittiham edir. Kreml isə məhz bu siyasi qüvvələrə üstünlük verdiyini çox da gizlətmir.Əgər Moskvada hesab edirlərsə ki, Ermənistandakı siyasi maraqlarını Azərbaycanın maraqları hesabına təmin etmək mümkündür və ya bu cəhdlər Bakıda diqqətdən kənarda qalacaq, o zaman ciddi şəkildə yanılırlar. Qondarma "Dağlıq Qarabağ"ın əks olunduğu xəritənin dövlətə məxsus kanalın efirində nümayiş etdirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə tam ziddir.Üstəlik, Bakı ilə Moskva arasında münasibətlər AZAL təyyarəsinin Qroznı üzərində vurulması ilə bağlı insidentdən sonra yaranmış mürəkkəb mərhələdən yenicə çıxmışdı. Belə bir vəziyyətdə "Birinci kanal"ın bu təxribatı, sifarişçilərin hansı məqsədləri güdməsindən asılı olmayaraq, tərəflər arasında etimad mühitinin bərpasına açıq şəkildə mane olur.İstisna deyil ki, Moskvada bununla Azərbaycan Prezidentinin 9 May paradında iştirak etməməsindən narazılıq ifadə etməyə çalışıblar. Lakin dərc olunan qonaq siyahısından da göründüyü kimi, Moskvadakı tədbirə əsasən dünyada tanınmayan separatçı qurumların liderləri qatılacaq. Bəlkə "Birinci kanal" məhz onlara yarınmağa çalışıb?Azərbaycan xalqının faşizmə qarşı mübarizədə həyatını itirmiş 300 mindən çox oğul və qızının xatirəsini ehtiramla yad etmək üçün isə Moskvaya getməyə ehtiyac yoxdur. Hər il ölkəmizin müxtəlif bölgələrində, o cümlədən ən yüksək dövlət səviyyəsində İkinci Dünya müharibəsi veteranları ilə görüşlər və anım tədbirləri keçirilir.Rusiya "Birinci kanal"ının Azərbaycana qarşı bu addımının sifarişçiləri və icraçılarının motivləri nə olursa olsun, Bakı öz milli maraqları və suverenliyinin təmin olunması məsələsində bir millimetr belə geri çəkilməyəcək.

Temperatur 5° enəcək, külək güclənəcək — Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv xarakterli olacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Azərbaycanın bəzi rayonlarında martın 27-dən 31-dək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Martın 27-28-də ayrı-ayrı yerlərdə Quba-Qusar (Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz), Dağlıq Şirvan (Şamaxı, Ağsu, Qobustan) Mərkəzi Aran (Hacıqabul, Neftçala, Sabirabad, […]

Source

Temperatur 5° enəcək, külək güclənəcək — Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv xarakterli olacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Azərbaycanın bəzi rayonlarında martın 27-dən 31-dək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Martın 27-28-də ayrı-ayrı yerlərdə Quba-Qusar (Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz), Dağlıq Şirvan (Şamaxı, Ağsu, Qobustan) Mərkəzi Aran (Hacıqabul, Neftçala, Sabirabad, […]

Source

İsrail kəşfiyyatçısı öldürüldü

İsrail ordusu Livanın cənubunda baş verən döyüşlər zamanı hərbçisinin həlak olduğunu açıqlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 21 yaşlı baş çavuş Ori Qrinberq Livanın cənubundakı sərhədyanı kəndlərdən birində keçirilən əməliyyat zamanı öldürülüb. Petah-Tikva şəhərindən olan hərbçi “Qolani” briqadasının elit kəşfiyyat bölməsində xidmət edib. Məlumata görə, hadisə gecə saatlarında baş verib. “Sayyeret Qolani” batalyonunun bölmələri düşmənin dayaq nöqtələrindən birinə doğru irəliləyərkən silahlı qruplaşmaların hədəfli atəşinə məruz qalıb. Nəticədə Qrinberq ölümcül yaralanıb və hadisə yerində […]

Source

❌
❌