❌

Normal görünüm

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.
Bugün — 26 Kasım 2026avtor.az

AMB: Əhalinin borclanmasında artım davam edir

Bu ilin III rübündə də Azərbaycan əhalisinin borclanmasında artım davam edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir. Sənədə əsasən, iyul-sentyabr aylarında respondent bankların 78 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 22 %-i isə orta dərəcədə artım olduğunu bildirib. Nəticədə rüb üzrə diffuziya indeksi 17 % təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir. III rübdə ümumi istehlak kreditləri üzrə standartlarda cüzi sərtləşmə müşahidə olunub. Bankların sorğudakı cavablarına əsasən əvvəlki rüblə […]

Source

Dünden önceki günavtor.az

AMB banklarda süni intellektin yaratdığı risklərə nəzarəti gücləndirəcək

Azərbaycan Mərkəzi Bankı bank sektorunda model risklərini əsas nəzarət prioritetləri sırasına daxil edəcək. Bunu AMB sədrinin birinci müavini Əliyar Məmmədyarov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, qeyri-dəqiq və ya yanlış tətbiq edilmiş riyazi və süni intellekt modelləri bankların maliyyə itkiləri, yanlış idarəetmə qərarları və reputasiya riskləri ilə üzləşməsinə səbəb ola bilər. AMB rəsmisi qeyd edib ki, süni intellektdən yalnız xərcləri azaltmaq və insan əməyini tamamilə əvəz etmək məqsədilə istifadə olunması sistem risklərinin yığılmasına şərait yarada bilər. […]

Source

Növbəti il ölkədə böyük sosial paket həyata keçiriləcək – Nazir anons verdi

2027-ci ildə Azərbaycanda böyük sosial paket həyata keçiriləcək. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında – “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib: “Hökumət tərəfindən hazırlanan layihələr yekun versiyada dövlət başçısına təqdim edildikdən və müvafiq fərmanlar imzalandıqdan sonra həmin vəsaitlərin müvafiq […]

Source

Azərbaycanda pul baratları üzrə saldo 70 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830,5 milyon ABŞ dolları təşkil edib. AVTOR.AZ bu barədə Redaksiya-ya istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nəzərən 70 % çoxdur.

Source

Azərbaycan banklarında likvidlik profisiti 6,2 milyard manata çatıb: İllik artım 2,2 dəfədir

Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti (Azərbaycan Mərkəzi Bankının bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin sentyabr ayının sonuna 6,2 milyard manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb. AVTOR.AZ bu barədə Redaksiya-ya istinadən xəbər verir. Məlumata görə, bu şəraitdə təminatsız pul bazarı üzrə istinad faizləri bir qədər azalmağa meyil edir. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin avqust ayında 6,31 %, sentyabr ayında […]

Source

Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsi büdcəyə dividend ödəyəcək

Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsinin büdcəyə təxminən 900 milyon manat dividend ödəməsi nəzərdə tutulub. Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib. Nazir deyib ki, ölkə Prezidentinin monitorinq və dividend siyasəti ilə bağlı tapşırığına uyğun olaraq yaradılmış hesabatlılıq portalı bu ilin fevral-mart aylarında tam işlək vəziyyətə gətirilib, 1 113 müəssisə portalda qeydiyyatdan keçib və 11 434 hesabat təqdim edib: “Bunun nəticəsində 2026-cı il üçün 950-yə yaxın dövlət şirkətinin təsdiqlənmiş büdcə […]

Source

Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb

Bu ilin iyulun 1-nə Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri ötən ilin sonu ilə müqayisədə 20 % və yaxud 1,8 milyard manat azalaraq 7,2 milyard manata düşüb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, azalmanı şərtləndirən əsas amil isə Maliyyə Nazirliyi tərəfindən yeni emissiyaların həcminin az olmasıdır. Hesabat dövrü ərzində AMB notlarının dövriyyədəki məbləği 30 % (0,1 milyard manat) artaraq 0,5 milyard manata çatıb.

Source

AMB-nin valyuta ehtiyatları 15,4 mlrd. dollara yaxınlaşıb

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2026-cı ilin sentyabrında artmaqda davam edib. Sentyabrın 30-na AMB-nin rəsmi valyuta ehtiyatları 15 milyard 363,4 milyon ABŞ dolları təşkil edib. Bu göstərici avqustun sonu ilə müqayisədə 62,1 milyon dollar və ya 0,4% çoxdur. Avqustun 31-də ehtiyatların həcmi 15 milyard 301,3 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 52,9 milyon dollar və ya 35,8% artıb. 2025-ci il sentyabrın 30-da ehtiyatlar 11 milyard 310,5 milyon dollar […]

Source

Bolqar əsilli maliyyəçi “Unibank”la yollarını ayırdı

Kamen Zahariyev “Unibank”ın Müşahidə Şurasından ayrılıb. Kamen Zahariyev bankın Müşahidə Şurasının müstəqil üzvü və Audit Komitəsinin sədri vəzifələrindən ayrılıb. Məlumata görə, bununla bağlı qərar bankın səhmdarlarının ümumi yığıncağında qəbul edilib. Qeyd edək ki, Kamen Zahariyev 2024-cü ilin iyul ayında “Unibank”ın Müşahidə Şurasına müstəqil üzv seçilib, həmin ilin oktyabr ayında isə Audit Komitəsinin sədri təyin olunub. Kamen Zahariyev maliyyə və investisiya sahəsində beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, eyni zamanda Ukraynanın “Citibank”ında Müşahidə Şurasının üzvü, Bolqarıstanda “Singer-Zahariev Foundation” fondunun həmtəsisçisi və müxtəlif […]

Source

ABB-nin sədr müavini və digər rəhbər şəxsləri bankdan pay alıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbər və digər insayder şəxsləri bankın səhmlərinin alınması üzrə əqdlər bağlayıblar. Avqust ayı ərzində 10 insayder ümumilikdə 11 707 ədəd ABB səhmi alıb. Bütün əqdlərdə bir səhmin alış qiyməti 0,27 manat olub. Əməliyyatların ümumi məbləği 3 160,89 manat təşkil edib. Ən böyük əqdi ABB-nin İdarə Heyəti sədrinin müavini Vasif Əhmədov bağlayıb. O, 10 007 ədəd səhmi 2 701,89 manata alıb. Əməliyyatdan sonra Vasif Əhmədovun sahib olduğu ABB səhmlərinin sayı 99 082 ədədə, bankın nizamnamə kapitalındakı […]

Source

Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dolları ötdü

Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bu şəraitdə cari ilin avqust ayında AMB tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə, cari ilin ötən dövründə AMB-nin valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları məbləğində və ya 33 % artaraq tarixi maksimuma – 15,3 milyard ABŞ dollarına yüksəlib. Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin […]

Source

Mərkəzi Bank vətəndaşlara xəbərdarlıq edib

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib. Qeyd olunub ki, AMB tərəfindən aparılan monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının Azərbaycanda internet resursları, sosial media, təlim proqramları, seminarlar və digər marketinq vasitələri ilə təşviq edildiyi, ölkə rezidentlərinin həmin platformalara cəlb olunduğu müəyyənləşdirilib. Mərkəzi Bank vurğulayıb ki, xarici ölkələrin tənzimləyici qurumları tərəfindən verilmiş lisenziyanın olması həmin platformaya Azərbaycan ərazisində investisiya xidmətləri göstərmək və ya bu xidmətləri […]

Source

Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

Rabitəbank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun mexanizmi çərçivəsində MİDA layihələri üzrə güzəştli ipoteka krediti təqdim edir. Güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşlar banka yaxınlaşmadan Rabitəbankın onlayn müraciət platforması vasitəsilə ilkin kredit razılığı üçün müraciət edə bilərlər. Sənədlər tam təqdim edildiyi halda kredit cəmi 1 iş günü ərzində rəsmiləşdirilir. MİDA xətti üzrə təqdim olunan güzəştli ipoteka krediti 100 000 AZN-dək, illik 4% faiz dərəcəsi və 10%-dən başlayan ilkin ödəniş şərti ilə təqdim olunur. Kredit Azərbaycan manatı ilə rəsmiləşdirilir […]

Source

Mərkəzi Bank 4 milyon manat borcu olan şirkəti CƏRİMƏLƏDİ

“Corporation-Vvide Profil of Az Metal” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə edilib. Şrkət tərəfindən 49 400 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya valyuta vəsaiti geri qaytarılmayıb. Azərbaycan Mərkəzi Bankı tərəfindən şirkət barəsində protokol tərtib edilib və iş baxılması üçün […]

Source

TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı

Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb.  Aprel ayında uğurla tamamlanan hüquqi və institusional hazırlıq prosesindən sonra, bank artıq bu maliyyə mexanizmini tam funksional şəkildə fərdi və korporativ müştərilərinin ixtiyarına verir. Sözügedən kreditlər ölkədə enerji resurslarından səmərəli istifadə edilməsini təşviq etmək, müasir […]

Source

“E-manat”ın sahibinin dövlətə küllü miqdarda borcu yaranıb

“Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb. “Mpay” MMC elektron pul təşkilatı tərəfindən alınan “E-manat” əmtəə nişanının sahibi “Modenis” MMC-nin dövlətə 386 min manat borcu yığılıb. Qeyd edək ki, qoşulmadan sonra “Modenis”in 5,4 milyon manatlıq nizamnamə kapitalı “Mpay” şirkətinə birləşib. “Mpay” MMC 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan 2024-cü ilin iyulunda lisenziya əldə edib. Yurd Media

Source

Azərbaycanda islam bankçılığı bazarının genişlənməsi gözlənilir

Azərbaycanda müvafiq qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsi ilə həm islam bankçılığı məhsulları təqdim edən bankların, həm də təqdim edilən məhsul çeşidinin sayının artması gözlənilir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə deyib. O, müsahibəsində əvvəlcə Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantısının nəticələrindən, eləcə də bu tədbirin Azərbaycanın maliyyə sektoru, xüsusilə də islam maliyyəsinin inkişafı baxımından əsas töhfələrindən bəhs edib: “İslam İnkişaf Bankı Qrupunun illik görüşləri üzv ölkələr arasında dialoq və tərəfdaşlıqların qurulması, eyni zamanda bilik […]

Source

“TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına start verilib

Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Mastercard”ın əməkdaşlığı ilə həyata keçirilən “TəhsilPlus” layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan tədbirlərdə təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim edilib və layihənin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib. Təqdimat mərasimlərində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, “Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər. “Kapital Bank”ın İdarə Heyəti sədrinin […]

Source

Azərbaycanın xarici dövlət borcu 8 % azalıb

Bu il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib. Redaksiya bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il iyunun 1-nə nisbətən 8 % azdır. Təkcə mayda ölkənin xarici dövlət borcu 36 milyon ABŞ dolları azalıb. Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.

Source

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Milli Olimpiya Komitəsi (MOK) ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Mərasim “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində baş tutub. Sazişi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və “Visa” şirkətinin Azərbaycandakı Baş direktoru və regional meneceri Nurlan Hacıyev imzalayıblar. Mərasim zamanı tərəflər arasında əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi və idman hərəkatının dəstəklənməsinə yönəlmiş təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub. Müqavilənin Milli Olimpiya Komitəsi ilə “Visa” arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyi bildirilir. Çingiz Hüseynzadə MOK ilə “Visa” şirkətinin 2023-cü ildən əməkdaşlıq etdiyini […]

Source

AMB ilə Macarıstan Mərkəzi Bankı arasında Memorandum imzalandı

Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısı çərçivəsində Azərbaycan Mərkəzi Bankı ilə Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum iki qurum arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək. Memorandum çərçivəsində monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcəkdir. […]

Source

“CPM-İnvest İnvestisiya Şirkəti” maliyyə vəziyyətini açıqlayıb

“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2025-ci ili 1,111 milyon manat xalis mənfəətlə başa vurub. “Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6,6 dəfə çoxdur. Ötən il “CPM-İnvest”in vergiyəqədərki mənfəəti 1,472 milyon manat (əvvəlki ilə nisbətən 7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 362 min manat (8,6 dəfə çox) təşkil edib. Bu il yanvarın 1-nə “CPM-İnvest”in aktivləri 2,01 milyon manat olub ki, bu da illik müqayisədə 92,3 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 99,6 % azalaraq […]

Source

❌
❌