Zəfər diplomatiyası və milli birlik!
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə hərbi uğur olmaqla yanaşı, diplomatik və informasiya müstəvisində də mühüm nəticələrlə yadda qaldı. Uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq münasibətlər sisteminin mürəkkəb problemlərindən biri kimi gündəmdə saxlanılmışdı. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük versə də, beynəlxalq vasitəçilik mexanizmlərinin effektiv nəticə verməməsi problemin uzanmasına səbəb olmuşdu. Xüsusilə ATƏT-in Minsk qrupunun uzunmüddətli fəaliyyəti işğalın aradan qaldırılmasına nail ola bilmədi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasız qalması beynəlxalq hüququn tətbiqində mövcud olan ikili standartları […]