❌

Normal görünüm

Yeni makaleler mevcut. Sayfayı yenilemek için tıklayın.
Dünden önceki günavtor.az

Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır

Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Source

Qarabağ və Şərqi Zəngəzura yerli turizm sənayesi nümayəndələrinin tanışlıq səfəri təşkil olunub

Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə 24-25 avqust tarixlərində 50 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Xankəndi, Şuşa və Laçın şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub. Səfərin əsas məqsədi iştirakçıları Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı, zəngin mədəni-tarixi irsi, təbii turizm resursları, mövcud turizm infrastrukturu və formalaşmaqda olan yeni turizm məhsulları ilə yaxından tanış etmək olub. Təcrübə əsaslı proqram çərçivəsində iştirakçılar regionun müxtəlif turizm məkanlarına səfər edərək, yerli qonaqpərvərlik imkanları ilə tanış olub və turizm marşrutlarına daxil edilə biləcək […]

Source

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq. Bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında öz əksini tapıb. Belə ki, Proqramın aralıq nəticəsi kimi, 28 hədəf turizm ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Yekun hədəf isə bu göstəricinin 34 ölkəyə çatdırılmasıdır. Tədbirin icra müddəti 2026-2030-cu illəri əhatə edir. Qeyd edək ki, Azərbaycan vətəndaşları hazırda 95 ölkəyə vizasız səfər edir.

Source

Bu yay biletlər ucuzlaşacaq? – Bəzi aviaşirkətlər qiymətləri endirir

Avropada təyyarə yanacağı tədarükünün azalması və bir barel üçün orta qiymətin ötən ilə nisbətən 80%-dən çox artması xaricdə tətil xərclərini gündəmə gətirib. Lakin sektordakı təzyiqlərə baxmayaraq, bəzi aviaşirkətlər müştəriləri geri qaytarmaq üçün bilet qiymətlərini endirməyə başlayıb. “Financial Times”ın “Google Flights”dakı ən ucuz tariflər üzərindən apardığı təhlil göstərir ki, Yaxın Şərqdəki münaqişələrin başlamasından bəri Cənubi Avropanın populyar istiqamətlərinə bilet qiymətləri düşüb. Məlumata görə, Hitrou-Nitsa, Mançester-Palma və Qatvik-Barselona da daxil olmaqla 15 marşrutda qiymətlər 10% və ya daha çox geriləyib. Milan-Madrid reyslərində […]

Source

❌
❌